Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-58/2020 24.11.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 2020-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxx 1989-cu il tarixdə keçmiş Dəvəçi rayonunun Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi 13 ədəd çətənə bitkisi toxumlarını xx xxxx 2020-ci il tarixdə Siyəzən rayonu, Kolanı kəndi ərazisində Xəzər dənizinin sahili yaxınlığında plastik qablarda qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirmiş, xx xxxx 2020-ci il tarixdə saat 14:00 radələrində həmin ərazidə olan kolların arasında 1 kv metr ölçülü yerdə plastik qablardan çıxardaraq torpaq sahədə kultivasiya etmək üçün əkən zaman Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və həmin Siyəzən rayonu, Kolanı kəndi ərazisində Xəzər dənizinin sahilində olan təxminən 1 kv metr kolluq əraziyə keçirilmiş baxış zamanı torpaqda nəm vəziyyətdə ümumi çəkisi 1,978 qram təşkil edən tərkibində narkotik maddələr olan 13 ədəd çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 2 il olar, narkotik vasitə qurudulmuş marixuanadan mütəmadi deyil, fasilələrlə istifadə etsə də, hazırda narkotik vasitə istifadəçisi deyildir. 2020-ci ilin may ayında dəniz kənarında yerdən tapdığı çətənə bitkilərinin toxumlarını götürüb daha sonra şəxsi istifadəsi məqədilə əkmək üçün özündə saxlamaq qərarına gəlmiş, xx xxxx 2020-ci il tarixdə Siyəzən rayonu, Kolanı kəndi ərazisində həvəskar olaraq balıq tutmaq məqsədilə dəniz kənarında olarkən kolların arasında 13 ədəd çətənə bitkisi toxumlarını bir dəfəlik istifadə üçün nəzərdə tutulan plastik stəkanlarda əkmiş, stəkanları isə orada plastik yeşiyin içində bir yer taparaq kolların arasında qoymuş, həmin toxumları əkdikdən sonra 2 ədəd plastik stəkanla onları sulayıb yaşadığı evə qayıtmışdır. Bundan başqa, oraya əlavə iki ədəd su qabları da aparmışdır. Belə ki, yaxınlıqda olan yerdən həmin iki ədəd su qabında su gətirib plastik stəkanlar vasitəsilə həmin toxumları suladıqdan sonra su qablarını plastik yeşiklərin yanında qoymuş və həmin vaxtdan sonra oraya getməmişdir. Tutulduğu gün, yəni xx xxxx 2020-ci il tarixdə, təxminən saat 14:00 radələrində piyada gəzərək kənd yolu ilə həmin kolları əkdiyi əraziyə yaxın yerdə balıq tutmağa gedərkən eyni zamanda, bu qədər yolu gəlmişkən, plastik stəkanlarda əkdiyi çətənə kollarının əmələ gəlmə vəziyyətinə baxmaq üçün oraya da getmişdir. Kolları əkdiyi həmin ərazinin yaxınlığına gəlib ətrafa nəzər yetirmiş, ətrafda sakitçilik olduğuna əmin olduqdan sonra həmin plastik stəkanlarda əkdiyi çətənə toxumlarını yeşiyin içərisində qoyduğu kolların yaxınlığına gəlmişdir. Yeşiyin içərisindəki plastik stəkanlarda əkdiyi həmin çətənə toxumlarından artıq çətənə bitkilərinin əmələ gəldiyini görüb, onları stəkanların içərisindən çıxararaq ora yaxın ətrafda münasib və rahatlıqla görünməyəcək yer tapıb kolların içərisində 1 kvadrat metrlik yerdə qumluq torpaqda basdırmışdır. Çətənə bitkilərini torpaqda basdırmazdan əvvəl bel ilə əkəcəyi yeri yumşaltmış, həmin bitkiləri əkib qurtardıqdan sonra diblərini sulamaq üçün balıq tutduğu çaydan su gətirərək sulamışdır. Daha sonra, həmin plastik yeşiyi, plastik stəkanları, beli və su qablarını kolları əkdiyi yerdən götürərək, balıq tutduğu yerə aparıb qoymaq istəyərkən dəniz istiqamətində gəldiyi zaman həmin yerdən təxminən 50 metr aralıda 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq, özlərini təqdim edib Siyəzən RPŞ-nin işçiləri olduqlarını bildirmişlər. Əlindəki əşyalar ilə bağlı bir qədər sorğu sual edildikdən sonra, yalan danışmağın mənasız olduğunu və əgər yalan danışsa belə gəldiyi iz ilə geri qayıtmış olacaqları təqdirdə gedib düz həmin əkdiyi çətənə bitkilərinin üstünə çıxacaqlarını bildiyindən hər şeyi olduğu kimi etiraf etmək qərarına gəlmişdir. Polis əməkdaşlarına əkdiyi çətənə bitkilərinin yerini göstərdikdən sonra hadisə yerinə aqronom mütəxəssis, müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Baxış zamanı 13 ədəd çətənə bitkiləri qeyd olunan yerdən çıxarılmaqla 1 ədəd zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürləndikdən sonra o və digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Daha sonra, həmin çətənə bitkilərini əkməkdə istifadə etdiyi plastik stəkanlar, su qabları, plastik yeşik və iki ədəd su qabları da müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, bununla əlaqədar baxış protokolu yazılaraq ucadan oxunmuş, protokol doğru olduğu üçün o da, həmin protokolu imzası ilə təsdiq edərək etdiyi əməldən peşman olduğunu qeyd etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində bir azyaşlı uşağının olmasının nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən rayon Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə Siyəzən rayonu, Kolanı kəndi ərazisində, Xəzər dənizi sahilində, qumluq yerdə kolların arasında naməlum şəxs və ya şəxslər tərəfindən qanunsuz olaraq tərkibində narkotik maddələr olan 02 ədəd çətənə bitkisinə bənzər kolun əkilib-becərilməsi barədə Siyəzən RPŞ-yə daxil olmuş əməliyyat məlumatının yoxlanılması, eləcə də, narkotik vasitə əkib-becərən şəxsin və ya şəxslərin yaxalanaraq ifşa olunmasından ötrü əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün şöbə rəhbərliyinə raportla məruzə etmiş, bununla bağlı şöbədə müvafiq sənədləşmə aparıldıqdan sonra həmin ərazidə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Şöbənin PPXT-nin polis nəfərləri Şahid2 və Şahid3 qrupun tərkibinə daxil edilərək keçiriləcək tədbirlə bağlı təlimatlandırılmışlar. Həmin tarixdə tərəfindən adları qeyd edilən polis əməkdaşlarına həmin əraziyə yaxın yerdə post quraraq ətrafı müşahidəyə götürmələri, ərazidə şübhəli şəxs və ya şəxslər müşahidə edildiyi halda dərhal bu barədə ona məlumat vermələrini tapşırmışdır. xx xxxx 2020-ci il tarixdə, təxminən saat 17:00 radələrində Şahid2 ona zəng edərək həmin əraziyə yaxın yerdə özünü Siyəzən rayonu, Yenikənd kənd sakini Təqsirləndirilən şəxs kimi təqdim edən bir nəfər şəxsi əlində bel, su qabı və başqa əşyalarla birlikdə yaxaladıqlarını, həmin şəxsin elə bu ətrafa yaxın ərazidə 13 ədəd çətənə bitkisinə bənzər bitkiləri əkib-becərdiyini və həmin bitkilərin yerini göstərdiyini bildirmişdir. Bu barədə dərhal şöbə rəhbərliyinə məlumat verdikdən sonra faktla bağlı araşdırma aparılması Siyəzən RPŞ-nin İB-nin müstəntiqi X4 həvalə olunmuşdur. Bundan sonra, keçiriləcək baxışda mütəxəssis-aqronom qismində iştirak etmək üçün Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin Bitki Sağlamlığı və Fitosanitar sektorunun böyük məsləhətçisi, aqronom mütəxəssis Şahid5 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi şöbəyə dəvət olunmuşlar. Aqronom Şahid5 mütəxəssis kimi hüquq və vəzifələri izah olunduqdan sonra, birlikdə Siyəzən rayonu, Kolanı kəndinə polis nəfəri Şahid2 qeyd etdiyi əraziyə getmiş və həmin şəxsin həqiqətən Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu dəqiqləşdirilmişdir. Hadisə yerinə getdiyi şəxslərlə birlikdə Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra qeyd edilən əraziyə baxış keçirməli olduqlarını bildirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri həmçinin, müdafiə hüququ izah olunaraq baxış zamanı müdafiəçinin iştirakının təmin edilməsi təklif olunmuş və sonuncu Müdafiəçi iştirak etməsini istədiyini bildirdikdən sonra baxışın keçirilməsinə başlanılmışdır. X5 tərəfindən Təqsirləndirilən şəxs narkotik təbiətli çətənə bitkilərinə bənzər kolları əkdiyi ərazini göstərməsi təklif olunduqda sonuncu kolların arası ilə bir qədər getdikdən sonra torpaqda basdırılmış şəkildə olan çətənə kollarını göstərərək həmin bitkiləri “biraz bundan qabaq” əkdiyini bildirmişdir. Bundan sonra, baxışda iştirak edən aqronom Şahid5 həmin bitkilərə baxış keçirib rəy verməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitkilərin sayının 13 ədəd olduğunu dedikdən sonra aqronom mütəxəssis Şahid5 çətənə bitkisinə bənzər kollardan ən kiçiyinin hündürlüyünün 3 santimetr, ən böyüyünün hündürlüyünün 7 santimetr olduğunu, həmin şitillərin yeni əkildiyini, su verildiyini və torpağının yumşaldıldığını bildirmişdir. Müstəntiq bu ərazidəki çətənə kollarını qablaşdırdıqdan sonra qeyd edilən əraziyə baxış keçiriləcəyini bildirib, 13 ədəd çətənə bitkisinə bənzər bitkilər yerdən çıxarılmaqla 01 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmiş, Təqsirləndirilən şəxs, o və digər iştirakçılar həmin qablaşdırmanın üzərinə imza etmişlər. Müstəntiq PPXTnin polis nəfəri Şahid2 Təqsirləndirilən şəxs harada saxladığını soruşduqda Elçin qeyd olunan yerdən sol tərəfdə təxminən 200 metr aralı başqa bir ərazidə 2 ədəd çətənə bitkisinə bənzər bitkilərin əkilməsi ilə bağlı həmin ərazini nəzarətdə saxladıqları zaman, hazırda baxış keçirilən yerdə kolların tərpəndiyini və 1 nəfər şəxsin hərəkət etdiyini gördüklərini, həmin şəxsə gəlib çatdıqlarında əlində olan qabları yerə atdığını bildirmiş və Təqsirləndirilən şəxs qeyd edilənləri etiraf etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs başqa yerdə çətənə bitkisi yetişdirmədiyini, Şahid2 qeyd etdiyi 2 ədəd çətənə bitkisinə bənzər kolu əkmədiyini və bu halın onunla aidiyyəti olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs baxış keçirilən yerdən bir qədər məsafəni piyada irəliləyərək qumluq ərazidə yerdə olan 1 ədəd beli, 2 ədəd su qabını, 1 ədəd qara plastik yeşiyi və 13 ədəd cırılmış, içəriləri torpaqlı vəziyyətdə olan, 2 ədədi isə istifadəyə yararlı vəziyyətdə olan birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik stəkanı göstərərək, aşkar olunaraq götürülmüş 13 ədəd çətənə bitkilərini həmin 13 ədəd cırılmış, içəriləri torpaqlı vəziyyətdə olan plastik stəkanların içərisində həmin əraziyə gətirərək əkdiyini, 2 ədəd plastik stəkandan onları suvarmaq üçün istifadə etdiyini, 2 ədəd su qabında su gətirdiyini, qara rəngli plastik yeşikdən həmin çətənə şitillərini əkdiyi plastik stəkanları yığmaq üçün istifadə etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs tərəfindən həmin çətənə bitkisinə bənzər bitkiləri əkib becərməkdə istifadə etdiyi qeyd olunan əşyalar müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Daha sonra, müstəntiq davam edən baxışı yekunlaşdırıb, Şahid2 onun nəzarət etdiyi 2 ədəd çətənə bitkisinə bənzər kola baxış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs çətənə bitkisinə bənzər kolları əkib-becərdiyi əraziyə baxış keçirilməsi prosesinin video görüntüsü əvvəldən axıra kimi “Nikon” markalı fotoaparat vasitəsi ilə RPŞ-nin KTQ-nin baş inspektoru Şahid4 tərəfindən qeydə alınmışdır. Faktla bağlı X5 tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş, protokol doğru olduğundan Təqsirləndirilən şəxs, o və digər iştirakçılar imza etmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs iştirakı olmadan digər iştirakçılarla polis nəfərləri Şahid2 və Şahid3 nəzarətdə saxladığı iki ədəd çətənə bitkisinə bənzər bitkilərin əkilib-becərildiyi əraziyə baxış keçirilmiş, baxışa başlamazdan əvvəl Şahid2 onlar tərəfindən nəzarətdə saxlanılan 2 ədəd çətənə bitkisinə bənzər bitkini həmin əraziyə əkmiş şəxsin müəyyən olunması məqsədilə mühafizəyə götürdükləri yeri əli ilə göstərərək, həmin yerdə dayandıqları zaman oradan təxminən 200 metr kənarda kolluq ərazidə, az əvvəl baxış keçirilərək 13 ədəd çətənə bitkisinə bənzər bitkilərin aşkar olunduğu yerdə kolların tərpəndiyini və hərəkətlilik müşahidə olunduğunu bu zaman bir nəfər şəxsin kolların arasından çıxdığını gördüklərini, daha sonra, həmin yerə çatdıqlarında həmin şəxsin əlində 2 ədəd su qabı, 1 ədəd bel və yeşik olduğunu, həmin şəxsin onları görən kimi su qablarını yerə atdığını bildirmişdir. Daha sonra, Şahid2 müşahidəyə götürdükləri 2 ədəd çətənə bitkilərinin əkildiyi kolluq ərazini əli ilə göstərərək, həmin yerin təxminən 10-15 metr aralı məsafədə olduğunu bildirib, həmin istiqamətdə irəliləmiş, həmin ərazi kolluq olduğundan 02 ədəd çətənə bitkisinə bənzər kollar həmin kolluğun içərisində əkilmişdir. Aqronom mütəxəssis Şahid5 bitkilərin başqa bir ərazidə əkilməklə qeyd olunan yerə sonradan köçürüldüyünü, kök sisteminin havalandığına görə bitkilərin solduğunu və qurumaqda olduğunu, bitkilərin narkotik xassəli olduğunu, həmin əraziyə təxminən 1-2 gün əvvəl başqa ərazidən köçürülüb gətirildiyini və gətirildikdən sonra hər hansı aqrotexniki qulluq göstərilmədiyini bildirmişdir. Aqronom mütəxəssis tərəfindən həmin 2 ədəd çətənə bitkisinə bənzər bitkilər ölçülərək birinin 46 santimetr və digərinin isə 86 santimetr olduğu müəyyən olunmuşdur. Bundan sonra, həmin 2 ədəd çətənə bitkisinə bənzər bitkilər torpaqdan çıxarılmaqla 01 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, o və digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Məhkəmə istintaqında dindirilmiş digər şahidlər Siyəzən rayon Polis Şöbəsinin Postpatrul xidməti tağımının polis nəfərləri Şahid2 və Şahid3, Kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti Şahid4, eləcə də aqronom mütəxəssis Şahid5 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 27-ci və 32-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli aqronom rəylərində göstərilmişdir ki, həmin tarixdə tərkibində narkotik maddə olan bitkilərin əkilib-becərilməsini müəyyən etmək məqsədilə Siyəzən rayonu, Kolanı kəndinin Xəzər dənizi sahilinə tərəf hissəsinə keçirilmiş baxış zamanı yabanı kolkosların arasında təxminən 1 kv.m ərazidə Təqsirləndirilən şəxs tərəfindən əkilmiş tərkibində narkotik maddə olan çətənə bitkisinə oxşar bitkilər aşkar olunmuş, bitkilərin ümumi sayı cəmi 13 ədəd olmaqla, ən kiçiyinin hündürlüyü 3 sm., ən böyüyünün hündürlüyü 7 sm. olmuşdur. Həmçinin, bitkilər həmin yerə xüsusi qablarda cücərdildikdən sonra köçürülmüş, köçürüldükdən sonra suvarılmış, habelə köçürüldüyü zaman bitkilər əvvəlcədən cücərildiyi qablarda olan peyinli torpaqda əkilmişdir. Bitkilər yeni əkildiyindən onlara suvarılmadan əlavə digər qulluq işləri aparılmamışdır. Daha sonra, həmin ərazinin Xəzər dənizi sahilinə tərəf hissəsinə keçirilmiş baxış zamanı hündürlükləri 46 və 86 sm. olmaqla, cəmi 2 ədəd tərkibində narkotik maddə olan çətənə bitkisinə oxşar bitkilər aşkar olunmuş, müayinə zamanı bitkilərin yerüstü hissəsinin soluxmuş vəziyyətdə olduğu müəyyən edilmişdir. Bitkilər həmin əraziyə sonradan təkrarən basdırılmış və basdırıldıqdan sonra heç bir becərmə işləri aparılmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 44-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx xxxx 2020-ci il tarixdə verilmiş 7/365 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs tərəfindən Siyəzən rayonu Kolanı kəndi ərazisində əkilmiş 13 (on üç) ədəd çətənə bitkisinə bənzər bitkilər” yazılar və imzalar olan bir ədəd kağız paketdə yaş vəziyyətdə, ümumi sayı 13 (on üç) ədəd, ümumi çəkisi 1,978 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata cəmi 0,26 qram sərf edildikdən sonra çətənə (kannabis) bitkilərinin qalıq çəkisi 1,718 qram təşkil etmişdir. Cinayət işinin 43-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 66,46 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 48-49-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx xxxx 2020-ci il tarixdə verilmiş 7/366 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Siyəzən rayonu Kolanı kəndi ərazisində kolluq ərazidən aşkar olunaraq götürülmüş maddi sübut” yazılar və imzalar olan bir ədəd kağız paketdə yaş vəziyyətdə, ümumi sayı 2 ədəd, ümumi çəkisi 13,718 qram bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata cəmi 0,04 qram sərf edildikdən sonra çətənə (kannabis) bitkilərinin qalıq çəkisi 13,678 qram təşkil etmişdir. Cinayət işinin 47-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 66,46 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 117-118-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X3 Ekspert komissiyası tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 2055 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-25-ci və 29-30-cu vərəqələrində olan xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokollardan görünür ki, baxışın keçirildiyi yer Siyəzən rayonu Kolanı kəndi ərazisində Xəzər dənizinin sahilində yerləşən kolların içərisində olan təxminən 1 kvadrat metr ərazidir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin ərazidə kolların içərisində təxminən 1 kvadrat metr ərazidə qanunsuz olaraq tərkibində narkotik maddə olan çətənə bitkiləri əkib-becərdiyini bildirərək, baxış keçirilməsindən ötrü polis əməkdaşlarını qeyd olunan yerə dəvət etmiş, Təqsirləndirilən şəxs həmin əraziyə gələrək yerdə əkilmiş vəziyyətdə olan bitkiləri göstərib, həmin bitkilərin tərkibində narkotik maddə olan çətənə bitkiləri olduğunu və xx xxxx 2020ci il tarixdə baxış keçirilən vaxtdan bir neçə saat əvvəl özünün həmin çətənə bitkilərini qablarda gətirərək əkdiyini, bundan sonra, diblərini yumşaldaraq su verməklə qulluq etdiyini və su verib həmin ərazidən çıxıb getmək istəyən zaman bitkiləri gətirdiyi qabların yanında polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bitkilər sayıldığında 13 ədəd çətənə bitkisinə bənzər bitkilərin olduğu müəyyən olunmuşdur. Daha sonra, aqronom mütəxəssis Şahid5 tərəfindən həmin çətənə bitkilərinə bənzər bitkilər ölçülərək, yerdən əkilmiş çətənə bitkisinə bənzər bitkinin ən kiçiyinin hündürlüyünün 3 santimetr, ən böyüyünün hündürlüyünün 7 santimetr olduğu müəyyən olunmuş, habelə aqronom mütəxəssis Şahid5 bitikilərin narkotik xassəli olduğunu, bitkilərin yeni əkilib, suvarıldığını və s. digər aqrotexniki qulluqlar göstərildiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri bir neçə saat əvvəl xüsusi qablarda gətirərək həmin yerdə əkdiyini və qabların təxminən baxış keçirilən yerdən 50 metr aralı məsafədə olduğunu bildirmişdir. Qabların olduğu yerə həmin bitkilər çıxarılıb qablaşdırıldıqdan sonra baxış keçirilməsi qərara alınmışdır. Daha sonra, həmin 13 ədəd çətənə bitkisinə bənzər bitkilər yerdən çıxarılmaqla, 01 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırıldıqdan sonra üzəri möhürlənmiş, Təqsirləndirilən şəxs və digər iştirakçılar həmin qablaşdırmanın üzərinə imza etmişlər. Bundan sonra, şifahi sorğu zamanı Siyəzən RPŞ-nin PPXT-nın polis nəfəri Şahid2 Ziyafəddin oğlu qeyd olunan yerdən sol tərəfdə təxminən 200 metr aralı başqa bir ərazidə 2 ədəd çətənə bitkisinə bənzər bitkilərin əkilməsi ilə bağlı həmin ərazini nəzarətdə saxladıqları zaman, hazırda baxış keçirilən yerdə kolların tərpəndiyini və bir nəfər şəxsin hərəkət etdiyini, həmin şəxsə gəlib çatdıqlarında əlində olan qabları yerə atdığını bildirmişdir. Şahid2 saxlanılan şəxsin sonradan onunla apardıqları şifahi söhbət zamanı 13 ədəd çətənə bitkisinə bənzər bitkiləri əkdiyini, həmin bitkiləri də əlindən atdığı qabları da qeyd olunan əraziyə gətirdiyini etiraf etməsini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs baxış keçirilən yerdən Xəzər dənizi istiqamətində təxminən 50 metr məsafəni piyada irəliləyərək qumluq ərazidə yerdə olan 1 ədəd beli, 2 ədəd su qablarını, 1 ədəd qara plastik yeşiyi və 13 ədəd cırılmış, içəriləri torpaqlı vəziyyətdə olan, 2 ədədi isə istifadəyə yararlı vəziyyətdə olan bir dəfəlik istifadə üçün nəzərdə tutulan plastik stəkanları göstərərək, aşkar olunaraq götürülmüş 13 ədəd çətənə bitkilərini həmin 13 ədəd cırılmış, içəriləri torpaqlı vəziyyətdə olan plastik stəkanların içərisində həmin əraziyə gətirərək əkdiyini, 2 ədəd plastik stəkandan onları suvarmaq üçün istifadə etdiyini, su qablarında su gətirdiyini, qara rəngli plastik yeşikdən həmin çətənə ştillərini əkdiyi plastik stəkanları yığmaq üçün istifadə etdiyini, 2 ədəd su qabında su gətirdiyin, beldən isə həmin bitkiləri əkmək üçün istifadə etdiyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs gətirdiyi çətənə bitkilərini əkdikdən sonra qeyd olunan alətləri gətirib həmin əraziyə qoyduğunu və işlərini qurtardıqdan sonra həmin əşyaları qeyd olunan ərazidən aparmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin 13 ədəd çətənə bitkisinə bənzər bitkiləri əkib becərməkdə istifadə etdiyi əşyalar polis əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra, həmin yerdə başqa bir kolluq əraziyə videoçəkiliş vasitəsilə baxış keçirilməsinə başlanılmışdır. Əvvəlcə Siyəzən RPŞ-nin PPXT-nın polis nəfəri Şahid2 onlar tərəfindən aşkar olunmuş 2 ədəd çətənə bitkisinə bənzər bitkini həmin əraziyə əkmiş şəxsin müəyyən olunması məqsədilə mühafizəyə götürdükləri yeri əli ilə göstərərək, həmin yerdə dayandıqları zaman oradan təxminən 200 metr kənarda kolluq ərazidə, az əvvəl baxış keçirilərək 13 ədəd çətənə bitkisinə bənzər bitkilərin aşkar olunduğu yerdə kolların tərpəndiyini və hərəkətlilik müşahidə olunduğunu və bir nəfər şəxsin kolların arasından çıxdığını, həmin yerə çatdıqlarında isə həmin şəxsin əlində su qabları olduğunu və onları görən kimi əlindəkiləri yerə atdığını bildirmişdir. Daha sonra, Şahid2 müşahidəyə götürdükləri 2 ədəd çətənə bitkilərinin əkildiyi kolluq ərazini əli ilə göstərərək həmin yerin təxminən 10-15 metr aralı məsafədə olduğunu bildirərək həmin istiqamətdə addımlamışdır. Həmin yer kolların arasında təmizlənmiş təxminən 1 kvadrat metr ərazini əhatə etmişdir. Həmin ərazidə 2 ədəd çətənə bitkisinə bənzər kollar olmuş, aqronom mütəxəssis Şahid5 bitikilərin narkotik xassəli olduğunu, bitkilərin başqa bir ərazidə əkilməklə qeyd olunan yerə sonradan köçürüldüyünü, kök sisteminin havalandığına görə bitkilərin solduğunu, bitkilərin həmin əraziyə təxminən 1-2 gün əvvəl başqa ərazidən köçürülüb gətirildiyini və gətirildikdən sonra hər hansı aqrotexniki qulluq göstərilmədiyini bildirmişdir. Aqronom mütəxəssis Şahid5 tərəfindən həmin 2 ədəd çətənə bitkilərinə bənzər bitkilər ölçüldükdən sonra ölçülərinin 46 santimetr və 86 santimetr olduqları müəyyən edilmişdir. Bundan sonra, həmin bitkilər torpaqdan çıxarılmaqla 01 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış zərfin üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Hər iki əraziyə baxışın video görüntüləri Siyəzən RPŞ-nin KTQ-nun baş inspektoru Şahid4 tərəfindən Nikon markalı aparat vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 58-59-cu, 62-ci, 65-66-cı vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 1,718 qram təşkil edən narkotik təbiətli çətənə bitkiləri, həmçinin, götürülmüş 13 ədəd çətənə bitkisinə bənzər bitkiləri əkib becərmək üçün istifadə olunan 1 ədəd bel, 2 ədəd su qabı, 1 ədəd qara plastik yeşik və 13 ədəd cırılmış, içəriləri torpaqlı vəziyyətdə olan, 2 ədədi isə istifadəyə yararlı vəziyyətdə olan birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik stəkanlar, eləcə də, qalıq çəkisi 13,678 qram təşkil edən narkotik təbiətli çətənə bitkiləri cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 129-144-cü vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə elan olunmuş, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə olan ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, eyni zamanda onun əməlində Azərbaycan Respublikası CM-nin 188.1-ci və 234.2-ci maddələrinin tərkibi olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət işinin başlanması rədd edilmiş və material ayrılaraq rayon prokurorluğuna göndərilmişdir. Bundan əlavə, 2 ədəd çətənə bitkisini əkib-becərən şəxsin və ya şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə hazırlanmış siyahıya əsasən mövcud qanunvericiliyə görə cinayət tərkibi yaratmadığı üçün həmin xüsusat üzrə cinayət işinin başlanması rədd olunmuş və qəbul edilmiş qərarın surəti inzibati qaydada tədbir görülməsi üçün Siyəzən RPŞ-nin İTB-yə göndərilmişdir. Həmçinin qərardan görünür ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik təbiətli çətənə bitkilərini əkib-becərdiyi Siyəzən rayonu, Kolanı kəndi ərazisində Xəzər dənizinin sahilində yerləşən qumluq sahəsinə və həmin ərazidə yerləşən başqa torpaq sahəsinə video çəkiliş ilə aparılan baxışın görüntüləri köçürülmüş 2 ədəd CD disklər cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 111-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 xx xxxxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 14-cü vərəqəsində olan xx xxxx 2020ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 87-88-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 86-cı vərəqəsində olan doğum haqqında şəhadətnamənin surətindən, 115-116-cı vərəqələrində olan Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, himayəsində xx xxxxx 2020-ci il təvəllüdlü Zəhra adlı bir övladı olan Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi ərizə-şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini xeyli miqdarda əkib onlara aqrotexniki qulluq göstərib yetişdirərək kultivasiya etməklə cinayət törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir azyaşlı uşağının olmasını, eləcə də yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını, o cümlədən Təqsirləndirilən şəxs şəxsiyyətinin cəmiyyətdə müsbət xarakterizə olunmaqla, himayəsində bir azyaşlı övladının olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 2/3 hissəsinə yaxın həcmdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 1,718 qram təşkil edən narkotik təbiətli çətənə bitkiləri, həmçinin, götürülmüş 13 ədəd çətənə bitkisinə bənzər bitkiləri əkib becərmək üçün istifadə olunan 1 ədəd bel, 2 ədəd su qabı, 1 ədəd qara plastik yeşik və 13 ədəd cırılmış, içəriləri torpaqlı vəziyyətdə olan, 2 ədədi isə istifadəyə yararlı vəziyyətdə olan birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik stəkanlar, eləcə də, qalıq çəkisi 13,678 qram təşkil edən narkotik təbiətli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik təbiətli çətənə bitkilərini əkib-becərdiyi Siyəzən rayonu, Kolanı kəndi ərazisində Xəzər dənizinin sahilində yerləşən qumluq sahəsinə və həmin ərazidə yerləşən başqa torpaq sahəsinə video çəkiliş ilə aparılan baxışın görüntüləri köçürülmüş 2 ədəd CD disklər cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, cəmi 132,92 (bir yüz otuz iki manat 92 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 1,718 qram təşkil edən narkotik təbiətli çətənə bitkiləri, həmçinin, götürülmüş 13 ədəd çətənə bitkisinə bənzər bitkiləri əkib becərmək üçün istifadə olunan 1 ədəd bel, 2 ədəd su qabı, 1 ədəd qara plastik yeşik və 13 ədəd cırılmış, içəriləri torpaqlı vəziyyətdə olan, 2 ədədi isə istifadəyə yararlı vəziyyətdə olan birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik stəkanlar, eləcə də, qalıq çəkisi 13,678 qram təşkil edən narkotik təbiətli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik təbiətli çətənə bitkilərini əkib-becərdiyi Siyəzən rayonu, Kolanı kəndi ərazisində Xəzər dənizinin sahilində yerləşən qumluq sahəsinə və həmin ərazidə yerləşən başqa torpaq sahəsinə video çəkiliş ilə aparılan baxışın görüntüləri köçürülmüş 2 ədəd CD disklər cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 132,92 (bir yüz otuz iki manat 92 qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-58/2020
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-58/2020
24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver