Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-60/2020 27.10.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxx 2020-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxxx 1979-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Republikası vətəndaşı, evli, orta təhsilli, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 0,673 qram çəkidə, 2 ədəd bükümdə narkotik vasitə olan heroin əldə edib üzərində saxlayaraq daşımış, xx xxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində Siyəzən RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən rayonu, Zarat kəndi ərazisində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarının sağ yan qabaq cibindən "Prima" markalı siqaret qutusunun içərisindən 2 ədəd qara rəngli kağız bükülülərində, kustar üsulla hazırlanmış 0,328 qram və 0,345 qram olmaqla, ümumilikdə 0,673 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2007-ci il tarixdən fasilələrlə narkotik vasitə olan heroini inyeksiya yolu ilə istifadə etmiş və əvvəllər də, qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi və gəzdirilməsinə görə məhkum olunmuşdur. Bundan əlavə, o, həbs olunanadək Siyəzən rayonu, Zarat kəndi ərazisində "Xıdırzində" ziyarətgahının alt hissəsində Bakı-Quba yolunun kənarında yerləşən mağazalardan birində satıcı kimi işləmişdir. xx xxxx 2020-ci il tarixdə axşam saat 21:00 radələrində Siyəzən rayonu, Zarat qəsəbəsi ərazisində Bakı-Quba yolunun kənarı ilə gedən zaman yerdə bir ədəd "Prima" markalı siqaret qutusu tapmış, siqaret qutusunu açıb içərisinə baxdıqda orada siqaretlər və qutunun lap alt hissəsində 2 ədəd qara rəngli kağız bükülülərin, onların içərilərində isə narkotik vasitə olan heroin olduğunu görmüşdür. Bundan sonra, siqaret qutusunu əynində olan şalvarın sağ yan cibinə qoyaraq, siqaretləri çəkməyi, narkotik vasitə olan heroinləri isə uyğun bir yer olduqda istifadə etməyi düşünmüşdür. Həmin gün, yəni xx xxxx 2020-ci il tarixdə saat 21:00 radələrində Siyəzən rayonu, Zarat kəndi ərazisində olan "Xıdırzində" ziyarətgahının alt hissəsindəki mağazaların yanında olan zaman Siyəzən RPŞ-nin iki nəfər mülki geyimli əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirərək onlarla birlikdə getməsini təklif etdikdə, o, sonuncularla birlikdə Siyəzən RPŞ-yə getmişdir. Orada növbətçi hissədə Müdafiəçi ona təqdim olunduqdan sonra, qanunsuz olaraq narkotik vasitələrin əldə olunmasında və gəzdirilməsində şübhəli olduğuna görə tutulduğu elan olunmuş, habelə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Bu zaman üzərində qanunsuz əşya olub-olmaması, əgər varsa təqdim etməsi təklif olunduqda o, üzərində "kokos" olduğunu bildirərək, əynində olan şalvarın sağ yan çöl cibindən həmin "Prima" markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra, polis əməkdaşları həmin siqaret qutusunu açaraq içərisindəki 2 ədəd qara rəngli bükülünü masanın üzərinə qoymuşlar. Daha sonra, üzərində axtarış aparılsa da, başqa heç nə tapılmamışdır. Bundan sonra, narkotik vasitə olan heroinlər zərfə qoyularaq qablaşdırılmış və tərəflərindən imzalanmışdır. Həmçinin, polis əməkdaşları tərəfindən saxlanıldığı və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı zor tətbiq olunmamış, iş materiallarında olan RPŞ-nin İB-nin müstəntiqi Bədirşah Vəlimətov tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş adı və soyadı olan şəxsi axtarış protokolunda, eləcə də iş materiallarına əlavə olunmuş üzərində adı və soyadı olan zərfə özü imza etmiş, qeyd olunan sənədlər onun iştirakı ilə tərtib edilmiş, həmin sənədlərin tərtibatında isə ona qarşı hər hansı zor tətbiq olunmamışdır. Belə ki, təxminən 7-8 ay narkotik vasitələrdən istifadə etsə də, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə Siyəzən rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, gəzdirməsi və istifadəsi barədə daxil olmuş əməliyyat məlumatı barədə şöbənin rəhbərliyinə məlumat verdikdən sonra onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, RPŞ-nin İTB-nin sahə rəisi Şahid2 da qrupun tərkibinə daxil edilmişdir. xx xxxx 2020-ci il tarixdə, saat 21:00 radələrində Təqsirləndirilən şəxs Siyəzən rayonu, Zarat kəndi ərazisində “Xıdırzində” adlanan ziyarətgahın altında yerləşən mağazaların yaxınlığında görmüşlər. Elnur onları gördükdə özünü şübhəli aparmağa başladığından sonuncuya yaxınlaşaraq özlərini təqdim edib, qanunsuz olaraq narkotik vasitələr əldə etməkdə və gəzdirməkdə şübhəli bilindiyinə görə onlarla birlikdə Siyəzən RPŞ-yə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da, buna etiraz etməyərək onlarla birlikdə RPŞ-yə getmişdir. Orada növbətçi hissədə məsul növbətçi Şahid3 və növbətçi köməkçisi Şahid4 iştirakları ilə RPŞ-nin İB-nin müstəntiqi Bədirşah Vəlimətov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın görüntüləri Şahid4 tərəfindən “Nikon” markalı fotoaparat vasitəsilə qeydə alınmışdır. Bundan əvvəl Təqsirləndirilən şəxs və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunduqdan sonra, sonuncunun üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi da iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunduqda sonuncu üzərində qanunla qadağan olunmuş narkotik vasitə “kokos” olduğunu bildirərək əynində olan boz rəngli cins şalvarın sağ yan qabaq cibindən “Prima” markalı siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Onun tərəfindən həmin siqaret qutusunun içərisi açıldığında içərisindən 2 ədəd qara rəngli kağız bükülü aşkar olunmuş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bükülünün içərisində narkotik vasitə “kokos” olduğunu bildirmişdir. Bundan sonra, hər iki bükülü açıldığında içərisində qəhvəyi rəngli, spesifik qoxusu olan narkotik vasitə heroinə bənzər kütlələr olduğu müəyyən olunmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar olunmamış, sonuncunun üzərindən aşkar olunmuş 2 ədəd kağız bükülülər içərisində olan narkotik vasitə heroinə bənzər kütlələr ilə birlikdə 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və üzəri imzalanmışdır. Şəxsi axtarış zamanı isə Təqsirləndirilən şəxs qarşı hər hansı zor tətbiq olunmamışdır. Məhkəmə istintaqında digər şahidlər Siyəzən RPŞ-nin YYÇ-la profilaktiki işin təşkili qrupunun baş inspektoru Şahid3, İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi Şahid2 və növbətçi hissənin növbətçi köməkçisi Şahid4 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 34-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/1195 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №96” dairəvi möhür əksi olan "Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddi sübut" sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkisi 0,328 qram, 0,345 qram ümumilikdə təmiz çəkisi 0,673 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı l) daxildir.Tədqiqata 0,06 qram heroin sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,613 qram təşkil etmişdir. Cinayət işinin 33-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatnın dəyəri 65 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 135-136-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 2576 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-25-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində ağ-boz damalı uzunqol köynək, boz rəngli cins şalvar və qara-çəhrayı rəngli yay ayaqqabısı olmuş, bu zaman sonuncuya üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş narkotik vasitə “kokos” olduğunu bildirərək əynində olan boz rəngli cins şalvarın cibindən “Prima” markalı siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusu açıldığında içərisində 2 ədəd qara rəngli kağız bükülü aşkar edilmişdir. Bundan sonra, həmin bükülülər ardıcıllıqla açıldıqda hər iki bükülünün içərisindən qəhvəyi rəngli, spesifik qoxusu olan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, sonuncunun üzərində başqa hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 59-60-cı vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin rəisinin xx xxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,613 qram təşkil edən narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 145-151-ci vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış və onun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin qərardan görünür ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 85-86-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx xxxxxx 2020-ci il tarixli tələbnaməsindən, işin 121-127-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli, 1(059)-34/2014 saylı hökmünün surətindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli amnistiya qərarının 3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Cinayət işinin 18-ci vərəqəsindəki xx xxxx 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elə həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 57-ci vərəqəsindəki xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Manafov X3 RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 88-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan, işin 87-ci səhifəsində olan Siyəzən RPŞ-nin xx xxxxxx 2020-ci il tarixli, 183-8331-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Siyəzən rayonu, Qalaşıxı kəndi ərazisində tutularaq Siyəzən RPŞ-nin MSY-yətəhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmişxx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin ləğv edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirixx xxxxxx 2020-ci iltarixdə ləğv edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 104-105-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(059)-28/2020saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 01 (bir) ay 14 (on dörd) gün müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 112-113-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, himayəsində xx xxxxxx 2003-cü il təvəllüdlü Aynur və xx xxxxxx 2006-cı il təvəllüdlü Əli adında iki yetkinlik yaşına çatmayan uşağı olan Siyəzən şəhəri, H.Əliyev küçəsi, 82 saylı evdə qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər X6 üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,673 qram çəkidə narkotik vasitəni 2 ədəd bükülü şəklində əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işini materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılmasına, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xaraterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq, yəni təxminən 4 dəfədən bir qədər artıq miqdarda narkotik vasitə olan heroini saxlamasını, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, eləcə də şəxsiyyətini və tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin yüngülləşdirici halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin 1/3 hissəsinə yaxın həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,613 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,613 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-60/2020
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-60/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver