Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-61/2021 02.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 02 noyabr 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxx 1977-ci ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,340 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 25 iyun 2021-ci il tarixdə, saat 13:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Siyəzən şəhəri T.İsmayılov küçəsi ərazisində saxlanılaraq gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsündə ümumi təmiz çəkisi 0,340 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 5-6 il olar narkotik vasitə heroini inyeksiya yolu ilə qəbul edir. 25 iyun 2021-ci il tarixdə, təxminən saat 10:00 radələrində Şabran rayonunda Bazar ərazisinin yaxınlığında gəzişərkən yerdə görüb, götürdüyü, habelə içərisində narkotik vasitə heroin olan 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş və həmin gün, saat 13:00 radələrində yaşadığı Siyəzən şəhəri, T.İsmayılov küçəsinə qayıtmış, oradan tapdığı heroini istifadə etmək üçün sınıq şüşə ampula və 1 ədəd şprist götürüb sağ yan cibinə qoyaraq evin qarşısına çıxmışdır. Bu zaman Siyəzən RPŞ-nin mülki geyimli əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, o, isə üzərində olan heroini polis əməkdaşları yanında olduğu üçün kənara ata bilməmişdir. Bundan sonra, polis əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün üzərində şəxsi axtarış keçirilməsi məqsədilə onu Siyəzən RPŞ-yə dəvət etmiş, o, isə onlara etiraz etməmişdir. Siyəzən RPŞ-nin növbətçi hissəsində Müdafiəçi iştirakı ilə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, bu zaman o, təklif əsasında əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsünü, 1 ədəd şprisi, 1 ədəd sınıq şüşə flakonu, 1 ədəd “Prima” markalı siqaret qutusunu, 1 ədəd kibrit qutusunu, əynində olan şalvarın sağ balaca cibindən içərisində nar nömrə olan gümüşü rəngli kağız bükülünü, sol yan cibindən isə 1 ədəd alışqan, 1 ədəd ətir, özünə məxsus hərbi bileti və 10 qəpik xırda pulu çıxarıb masanın üzərinə qoymuşdur. Müdafiəçi iştirakı ilə açılmış bükülünün içərisindəki qəhvəyi rəngli toz şəkilli kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini 25 iyun 2021-ci il tarxidə Şabran şəhərində Bazar ərazisində yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra, üzərindən aşkar olunmuş predmetlər qablaşdırılmış, habelə zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş, doğruluğunu iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş digər əşyalar isə ona qaytarılmışdır. Ona qarşı hər hansı fiziki və psixi təsir olunmamış, ifadəsini özü sərbəst formada vermişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində narkotik vasitə saxlaması barədə 25 iyun 2021-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərtib olunmuş qərar təsdiq edildikdən, həmçinin təlimatlandırılma keçirildikdən sonra həmin gün RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 və sabiq əməliyyat müvəkkili Şahid3la birlikdə təxminən saat 13:00 radələrində Siyəzən şəhərinin T.İsmayılov küçəsinə gedərək oranı müşahidəyə götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısına çıxaraq orada dayandığını görmüş, habelə ona yaxınlaşmaqla, özlərini təqdim edib, üzərində narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirərək, onu üzərində şəxsi axtarış aparılması məqsədilə Siyəzən RPŞ-yə dəvət etmiş, o cümlədən o, razılığı əsasında RPŞ-yə aparılmışdır. Təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra onun barəsində araşdırma aparılması Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqi Sail Tağıyevə həvalə olunmuş, Müdafiəçi iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarışın keçirilməsinə başlanılmış, bundan əvvəl Təqsirləndirilən şəxs və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin Təqsirləndirilən şəxs müdafiə hüquqları təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünü, 1 ədəd şprisi, 1 ədəd sınıq şüşə flakonu, 1 ədəd “Prima” markalı siqaret qutusunu, 1 ədəd kibrit qutusunu, əynində olan şalvarın sağ balaca cibindən içərisində nar nömrə olan gümüşü rəngli kağız bükülünü, sol yan cibindən isə 1 ədəd alışqanı, 1 ədəd ətiri, özünə məxsus hərbi bileti və 10 qəpik dəmir pulu çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra, baş müstəntiq bükülünü açmış və içərisində toz şəklində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğunu müəyyən etmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdəki kütlənin narkotik vasitə “kakos” olduğunu bildirmişdir. Daha sonra, CAB-ın əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş predmetlər 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış, möhürləndikdən sonra zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi əvvəldən axıra kimi Siyəzən RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti Şahid4 tərəfindən “Nikon” markalı fotoaparatla çəkilməklə qeydə alınmışdır. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamış, həmçinin bu barədə tərtib olunmuş protokol ucadan oxunmaqla, doğruluğu iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Məhkəmə istintaqında şahidlər Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2, KTQ-nin baş inspektor-kriminalisti Şahid4, İctimai təhlükəsizlik bölməsi sahənin polis nəfəri Şahid5, eləcə də məhkəməyə ünvanlanmış teleqramında məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, o cümlədən məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Siyəzən RPŞ-nin CAB-ın sabiq əməliyyat müvəkkili, hazırda Ucar RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 35-38-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyun 2021-ci il tarixli, 6/2596 saylı ekspert rəyindən görünür ki, üzərində "Təqsirləndirilən şəxs üzərindən…” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,340 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd 1 ml-lik birdəfəlik şprisdə və bir ədəd sınıq şüşə ampulada narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram heroin istifadə olunduqdan sonra qalıq çəki 0,273 qram təşkil edir. Cinayət işinin 34-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizasının dəyəri 81,82 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 88-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 16 iyul 2021-ci il tarixdə verilmiş 2373 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-25-ci vərəqələrində olan 25 iyun 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində ağ-göy rəngli qısa qol köynək, göy rəngli cins şalvar və qara rəngli ipsiz yay ayaqqabısı olmuş, bu zaman Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünü, 1 ədəd şprisi, 1 ədəd sınıq şüşə flakonu, 1 ədəd “Prima” markalı siqareti qutusunu, 1 ədəd kibrit qutusunu, əynində olan şalvarın sağ balaca cibindən içərisində nar nömrə olan gümüşü rəngli kağız bükülünü, sol yan cibindən 1 ədəd alışqanı, 1 ədəd ətiri, özünə məxsus hərbi bileti və 10 qəpik dəmir pulu çıxaraq masanın üzərinə qoymuşdur. Həmin gümüşü rəngli siqaret kağızına bükülmüş bükülü açıldığında içərisində toz şəklində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Daha sonra, Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülü, 1 ədəd şpris, 1 ədəd sınıq şüşə flakon 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq, qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış Siyəzən RPŞ-nin X1 baş inspektoru Şahid4 tərəfindən “Nikon” markalı fotoaparat vasitəsi ilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 99-106-cı vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 16 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,273 qram təşkil edən narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində 25 iyun 2021-ci il tarixdə video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compact Disk cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş işin 79-80-ci səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26 iyul 2021-ci il tarixli tələbnaməsindən, eləcə də işin 81-84-cü vərəqələrindəki Siyəzən Rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli, 1(059)-62/2016 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Siyəzən Rayon Məhkəməsinin 29 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 17 mart 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-ci vərəqəsində olan 25 iyun 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 62-63-cü vərəqələrində olan 27 iyun 2021-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 77-78-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Mənzil İstismar Sahəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə yanaşı, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, yeni cinayət törətməyə meylliyini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi, həmçinin yaşayış yeri üzrə barəsində şikayətin daxil olmaması kimi yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 1/3 həcmi həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 25 iyun 2021-ci il tarixdən 27 iyun 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 02 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,273 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Təqsirləndirilən şəxs üzərində 25 iyun 2021-ci il tarixdə video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd Compact disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81,82 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,273 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs üzərində 25 iyun 2021-ci il tarixdə video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 81,82 (səksən bir manat 82 qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-61/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-61/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver