Məhkəmə qərarları › İş №1(059)-62/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-62/2021

30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-62/2021 30.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 30 noyabr 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1976-cı il tarixdə keçmiş Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan, istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 132,511 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı idarə etdiyi VAZ 2106 markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda saxlamış, 30 iyun 2021-ci il tarixdə, saat 19:00 radələrində Siyəzən RPŞ-nin və Baş Dövlət Yol Polisi İdarəsinin YPX alayının 1-ci tağımının əməkdaşları tərəfindən idarə etdiyi avtomobillə Bakı-Quba beton yolunun Siyəzən rayonu, Yenikənd kəndi ərazisindən keçən hissəsində saxlanılaraq gətirildiyi Siyəzən RPŞ-nin inzibati binanın həyətində VAZ 2106 markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin qabaq sağ tərəfindəki sərnişin oturacağının altındakı ayaqaltıdan 1 ədəd yaşıl rəngli selofan torbanın içərisindən 118,621 qram, qabaq sol tərəfdəki sürücünün oturacağının altından isə 1 ədəd sarı rəngli selofan torbada 13,89 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir neçə il olar, müxtəlif növ narkotik vasitələrdən, o cümlədən narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 30 iyun 2021-ci il tarixdə günorta saatlarında özünə məxsus Vaz 2106 markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobillə alış-veriş etmək üçün Xaçmaz rayonunda olarkən orada yerləşən “Sultan” marketin arxa tərəfi ilə avtomobilini saxladığı yerə doğru hərəkət etdiyində yerdə diqqətini cəlb edən, o cümlədən içərisində narkotik vasitə qurudulmuş marixuana və əlavə olaraq 1 ədəd sarı rəngli torba olan yaşıl rəngli sellofanı özü ilə götürmüşdür. Sellofanın içərisində olan 1 ədəd sarı rəngli torbaya da baxdığında, onun da içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüş, yaşıl rəngli sellofan torbanı avtomobilin qabaq sağ tərəfindəki sərnişin oturacağının altındakı ayaqaltıda olan təzə geyim əşyalarının olduğu sellofan torbanın içərisində, sarı rəngli torbanı isə sürücü oturacağının altında gizlətmişdir. Həmin gün saat 19:00 radələrində yaşadığı kəndə gələrkən Bakı-Quba yolunun Siyəzən rayonu, Yenikənd kəndi ərazisində polis əməkdaşları idarə etdiyi avtomobili saxlayıb, özlərini təqdim edərək üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu, bu səbəbdən üzərində şəxsi axtarış, avtomobilə isə baxış keçirilməsi üçün rayon Polis Şöbəsinə getməli olduğunu bildirdiklərində, buna etiraz etməyərək onlarla birlikdə RPŞ-yə gəlmişdir. RPŞ-yə gəldikdən sonra üzərinə şəxsi axtarış, idarə etdiyi avtomobilə isə baxış keçirilməsinə başlanılmış, bu zaman müdafiə hüququnun təmin olunması məqsədi ilə Müdafiəçi də iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı əynində qara rəngli qısa qol köynək, boz rəngli klassik şalvar və qara rəngli yay ayaqqabısı olmuş, habelə üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra, idarə etdiyi avtomobilə baxış keçirilməsinə başlanılmış və avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirərək, avtomobilin qabaq sağ tərəfindəki sərnişin oturacağının altındakı ayaqaltıdan 1 ədəd təzə geyim əşyalarının olduğu sellofan torbanı, habelə avtomobilin qabaq sol tərəfdəki sürücü oturacağının altından 1 ədəd sarı rəngli torbanı təqdim etmişdir. Daha sonra, təqdim etdiyi torbalara baxış keçirilməsi üçün avtomobilin motorxanasının üzərinə qoyulub ardıcıllıqla polis əməkdaşı tərəfindən açıldıqda, ilk olaraq geyim əşyalarının olduğu 1 ədəd ağ rəngli sellofan torbanın içərisində əlavə 1 ədəd rəngli sellofan torbaya bükülmüş 1ədəd yaşıl rəngli sellofan torbanın içərisində, habelə 1 ədəd sarı rəngli sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələlərin olması aşkar edilmişdir. Şifahi sorğu zamanı həmin sellofandakı kütlələrin “marixuana” olduğunu bildirmişdir. Həmin kütlələrə baxış keçirildikdən sonra ağızları bağlanılaraq yenidən əvvəlki vəziyyətinə qaytarılmış, daha sonra, idarə etdiyi avtomobilə baxış davam etdirilsə də, oradan qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Bundan sonra, avtomobildən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlələr bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri, habelə bu barədə tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasının, bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq, ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru Şahid4 ifadəsində göstərdi ki, Siyəzən rayonu Yenikənd kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi avtomobildə qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatına əsasən CAB-ın sabiq əməliyyat müvəkkili Şahid1 tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş və qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmişdir. Bundan sonra, CAB-ın sabiq əməliyyat müvəkkili Şahid1, NMQ-nun sabiq əməliyyat müvəkkili Şahid2 və BDYP İdarəsinin YPX alayının 1-ci tağımının baş inspektoru X3 iştirakları ilə birlikdə təlimatlandırma keçirilmiş və sonuncular birlikdə RPŞnin rəhbərliyinin tapşırığı ilə həmin gün saat 19:00 radələrində Bakı-Quba beton yolunun Siyəzən rayonu, Yenikənd kəndi ərazisindən keçən hissəsində Təqsirləndirilən şəxs özünün idarə etdiyi “Vaz 2106” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobil YPXnin əməkdaşları tərəfindən saxlanılmışdır. Birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib, üzərində və ona məxsus avtomobildə qanunsuz olaraq narkotik vasitə olması ilə bağlı əməliyyat məlumatları olduğu bildirilmiş, avtomobili ilə birlikdə rayon Polis Şöbəsinə dəvət etmişlər, habelə sonuncu etiraz etmədikdə idarə etdiyi avtomobil ilə birlikdə RPŞ-yə gətirilmişdir. RPŞ-nin inzibati binasının həyətində ilk olaraq Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə axtarış keçirilməsinə başlanılmış və videoçəkiliş növbətçi hissəsinin məsul növbətçi köməkçisi əvəzi Şahid3 tərəfindən “Nikon” markalı fotoaparatla qeydə alınmışdır. Habelə, Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması İB-nin müstəntiqi X4 həvalə olunmuş və onun müdafiə hüququnun təmin olunması məqsədi ilə Müdafiəçi də iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predment varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu üzərində qanunla qadağan edilmiş əşya və ya predmetin olmadığını bildirmiş, bundan sonra, müstəntiqin göstərişi ilə Şahid1 tərəfindən onun üzərində şəxsi axtarış keçirilsə də, qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş narkotik vasitə marixuana olduğunu deyərək, ilk olaraq avtomobilin qabaq sağ tərəfində sərnişin oturacağının altında ayaqaltıdan 1 ədəd təzə geyim əşyalarının olduğu sellofan torbanı və əlavə olaraq qabaq sol tərəfdəki sürücü oturacağının altından 1 ədəd sarı rəngli torbanı təqdim etmişdir. Daha sonra, təqdim olunmuş torbalara baxış keçirilməsi üçün ağızları açılaraq avtomobilin motorxanasının üzərinə qoyulmuş və həmin sellofan torbalar Şahid1 tərəfindən ardıcıllıqla açıldıqda, geyim əşyalarının olduğu içində 1 ədəd ağ rəngli sellofan torbanın içərisində əlavə 1 ədəd rəngli sellofan torbaya bükülmüş 1 ədəd yaşıl rəngli sellofan torbanın, habelə, 1 ədəd sarı rəngli sellofan torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs avtomobildən aşkar olunmuş hər iki sellofan torbanın içərisindəki kütlələrin qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin kütlələr baxış keçirildikdən sonra ağızları bağlanılaraq yenidən əvvəlki vəziyyətinə qaytarılmış və bundan sonra, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış davam etdirilsə də, oradan qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Daha sonra, avtomobildən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlələr bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri və baxış keçirilməsinə dair protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin İctimai təhlükəsizlik bölməsi sahənin polis nəfəri Şahid3, eləcə də məhkəməyə ünvanlanmış teleqramında məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, o cümlədən məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş RPŞ-nin CAB-ın sabiq əməliyyat müvəkkili, hazırda Ucar RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid1 Şahid4 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Cinayət işi üzrə şahid Siyəzən RPŞ-nin NMQ-nin sabiq əməliyyat müvəkkili, hazırda Ucar RPŞ-nin PPBT-nin komandiri Şahid2 məhkəmənin 16 noyabr 2021-ci il tarixli iclasına gəlsə də, həmin tarixdə Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak etmədiyindən Şahid2 dindirilməmiş, ancaq məhkəməyə ərizə verərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini tam olaraq təsdiq etdiyini göstərmişdir. Beləliklə, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Siyəzən RPŞ-nin NMQ-nin sabiq əməliyyat müvəkkili, hazırda Ucar RPŞ-nin PPBT-nin komandiri Şahid2 Şahid4 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 36-37-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul 2021-ci il tarixli, 7/618 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş 1 ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi 13,89 qram və 1 ədəd yaşıl rəngli sellofan torbada təmiz çəkisi 118,621 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi 132,511 qramdır. Tədqiqata 0,04 qram sərf olunduqdan sonra marixuananın qalıq çəkisi 132,471 qram təşkil etmişdir. Cinayət işinin 35-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 72 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 104-105-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 16 iyul 2021-ci il tarixdə verilmiş 2374 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-25-ci vərəqələrində olan 30 iyun 2021-ci il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində qara rəngli qısa qollu köynək, boz rəngli klassik şalvar və qara rəngli yay ayaqqabısı olmuş, bu zaman ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, o, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra, Şamil Rzayev tərəfindən şəxsi axtarışın keçirilməsi üçün CAB-nin sabiq əməliyyat müvəkkili Şahid1 göstəriş verilmiş, göstərişə əsasən sonuncu şəxsi axtarışa başlasa da, Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobildə qanunla qadağan olunmuş hər hansı bir əşya və predmetin olub-olmaması soruşulduqda, sonuncu idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş narkotik vasitə marixuana olduğunu bildirmiş və avtomobilin qabaq sağ tərəfindəki sərnişin oturacağının altındakı ayaqaltıdan 1 ədəd təzə geyim əşyalarının olduğu sellofan torbanı, habelə avtomobilin qabaq sol tərəfdəki sürücü oturacağının altından 1 ədəd sarı rəngli torbanı təqdim etmiş, həmin torbalar açıldığında içərilərində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs avtomobilinə baxış davam etdirilsə də, avtomobildən qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış Siyəzən RPŞ-nin növbətçi hissəsinin məsul növbətçi köməkçisi əvəzi Şahid3 tərəfindən “Nikon” markalı fotoaparat vasitəsi ilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 110-116-cı vərəqələrində olan 25 sentyabr 2021-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş qalıq çəkisi 132,471 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin “maddi sübutları saxlama otağına” təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində, eləcə də idarə etdiyi avtomobilə 30 iyun 2021-ci il tarixdə video çəkiliş ilə keçirilmiş şəxsi axtarış baxış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd kompakt disk də iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 74-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 iyul 2021-ci il tarixli tələbnaməsindən, həmçinin işin 82-89-cu vərəqələrində olan Xaçmaz Rayon Məhkəməsinin 23 yanvar 2014-cü il tarixli, 1(067)-3/2014 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirli bilinərək, 1200 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, 26 aprel 2016-cı il tarixdə cəriməni tam ödəmişdir. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-ci vərəqəsində olan 30 iyun 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 65-66-cı vərəqələrində olan 02 iyul 2021-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 80-81-ci vərəqələrində olan xasiyyətnamədən, arayışdan, eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 02 mart 2008-ci il təvəllüdlü Nurcan adında bir yetkinlik yaşına çatmayan övladı olan Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi ərizə-şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə yanaşı, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə barəsində şikayət olmamasını, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından təxminən 26 dəfədən artıq miqdarda narkotik vasitə olan marixuananı qanunsuz olaraq əldə edib, saxlamaqla daşımasını, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, Təqsirləndirilən şəxs şəxsiyyətini və tərəfindən yenidən qəsdən başqa kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, yeni cinayət törətməyə meylliyini, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən qaçıb gizlənməsini və barəsində məcburi gətirmə tətbiq olunmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsi, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olması, həmçinin yaşayış yeri üzrə barəsində şikayətin daxil olmaması kimi yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 1/3 həcmi həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 30 iyun 2021-ci il tarixdən 02 iyul 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 30 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 132,471 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və onun üzərində 30 iyun 2021-ci il tarixdə video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd compact disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 132,471 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs üzərində 30 iyun 2021-ci il tarixdə video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd compact disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs oğlundan məhkəmə məsrəfi hesab olunan 72 (yetmiş iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs oğluna isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar