Məhkəmə qərarları › İş №1(059)-63/2020

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-63/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-63/2020 01.12.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 2020-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxx 1986-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,370 qram narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən şəhəri, H.Əliyev küçəsində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində olan şəffaf rəngli sellofan paketdə 0,370 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə olan heroindən saxlanıldığı vaxta qədər 9 ay ərzində inyeksiya yolu ilə istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində xatırlamadığı parkın içi ilə gedərkən yerdə bir ədəd kibrit qutusu görmüş, bu qutuda isə ayrı-ayrılıqda şəffaf selofana və gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə içərisində qəhvəyi rəngli tozşəklilli maddə olan 1 ədəd kütlə olmuşdur. Narkotik vasitə istifadəçisi olduğu üçün həmin maddələrin narkotik vasitə olan heroin olduğunu başa düşmüş və həmin sellofanı istifadə etmək üçün cibinə qoymuşdur. Qeyd olunan gün saat 17:00 radələrində evdən çıxıb, Siyəzən şəhərinin çıxışında “Üzük” adlanan yerdə olan parka hava almağa getmiş, bu zaman mülki və polis geyimində iki nəfər şəxs yaxınlaşaraq özlərini təqdim etməklə, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib, şəxsi axtarış aparılmasından ötrü onu Siyəzən RPŞ-yə dəvət etdikdə, o, buna etiraz etməyərək onlarla birlikdə RPŞ-yə getmişdir. Orada növbətçi hissədə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, bundan əvvəl qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin üzərində keçiriləcək şəxsi axtarış zamanı müdafiə hüququ təmin olunmaqla, ona fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi təqdim edilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuş, olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunu içərisindəki narkotik vasitə ilə birlikdə təqdim etmiş, həmin kibrit qutusunun içərisindəki bükülüdə olan kütlənin narkotik vasitə “kokos”, yəni narkotik vasitə olan heroin olduğunu bildirmiş, habelə bu bükülü açılaraq iştirakçılara göstərilmişdir. Bundan sonra, onun üzərində şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan olunmuş başqa əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra, aşkar olunaraq götürülmüş 1 ədəd içərisində narkotik vasitə heroin olan bükülü zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürləndikdən sonra imzalanmışdır. Bundan sonra, üzərində şəxsi axtarışın keçirilməsinə dair protokol yazılmaqla, ucadan oxunmuş, şəxsi axtarış zamanı ərizə, şikayət, təklif daxil olmamış və protokolu imzası ilə təsdiq etmişdir. Bundan əlavə, narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamış, onların satışı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təsirə məruz qalmamışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, gəncliyinin, himayəsində bir azyaşlı övladının olmasının, bir daha cinayət törətməyəcəyi barədə vədinin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması və istifadə etməsi barədə daxil olmuş bir sıra əməliyyat məlumatları əsasında əməliyyataxtarış tədbirinin keçirilməsi barədə tərəfindən qərar qəbul olunmuş, habelə, RPŞ-nin Təminat Hissəsinin sürücüsü X1 və CAB-nin əməliyyat müvəkili Şahid2 iştirakları ilə təlimatlandırma keçirilmişdir. RPŞ-nin rəhbərliyinin tapşırığı ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Abasov X5 şəhərinin çıxışında “Üzük” adlanan yerdə, yəni H.Əliyev küçəsindəki parkda saxlanılmış, habelə sonuncuya özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirilməklə, onu RPŞ-yə dəvət etmişlər. Orada növbətçi hissədə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyi elan edilmiş, habelə videoçəkiliş RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti Şahid4 tərəfindən həyata keçirilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl proses iştirakçılarına və Təqsirləndirilən şəxs qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin, sonuncunun üzərinə keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi iştirakı təmin edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs hüquq və vəzifələrin izah edilməsi barədə bildiriş təqdim edilmiş, habelə ona üzərində qanunla qadağan olunmuş əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd kibrit qutusunu təqdim edərək içərisindəkinin narkotik vasitə “kakos” olduğunu bildirmişdir. Bu kibrit qutusu açıldıqdan sonra, içərisində bükülü vəziyyətdə şəffaf sellofan, sellofanın içərisində isə gümüşü rəngli siqaret kağızı bükülüsü aşkar edilmiş, bu bükülüdə isə tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra, müstəntiqin göstərişi ilə tərəfindən şəxsi axtarış davam etdirilsə də, Rasim Abbasovun üzərindən qanunla qadağan olunan hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Aşkar edilərək götürülmüş narkotik vasitələr müvafiq qaydada qablaşdırılmış, habelə bu qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış ilə bağlı tərtib olunmuş protokol ucadan oxunmuş, doğru olduğundan iştirakçılar tərəfindən imza edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymuşdur. Məhkəmə istintaqında şahidlər Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2, növbətçi hissənin növbətçi köməkçisi Şahid3 və KTQ-nin baş inspektor kriminalisti Şahid4 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 36-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/1659 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 96” dairəvi möhür əksi olan Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd narkotik vasitəyə bənzər maddə” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,370 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı l) daxildir. Tədqiqata 0,05 qram heroin sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,320 qram təşkil etmişdir. Cinayət işinin 35-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatnın dəyəri 65 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 108-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X3 Ekspert komissiyası tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 2708 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomanoyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-26-cı vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olduğu təqdirdə, könüllü təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusu təqdim edərək içərisində narkotik vasitə kokos olduğunu bildirmişdir. Həmin kibrit qutusu açıldıqda içərisində şəffaf sellofan bükülü, həmin bükülü açıldığında içərisində gümüşü rəngli siqaret kağızı bükülüsü, bu bükülünün içərisində isə tünd-qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində davam edən şəxsi axtarış zamanı qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş bükülü 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Şəxsi axtarış “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 68-ci vərəqəsində olan Siyəzən RPŞnin İB-nin baş müstəntiqinin xx xxxxxx 2020-ci il tarixli narkotik vasitələrin maddi sübut kimi tanınması və saxlanca verilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,320 qram təşkil edən narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin Təminat Hissəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 120-126-cı vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ittiham və barəsində Siyəzən Rayon Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış və onun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin qərardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 88-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 xx xxxxxxx 2020-ci il tarixli tələbnaməsindən, eləcə də işin 99-105-ci vərəqələrində olan Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2004-cü il tarixli, A-0537 saylı hökmünün surətindən görünür ki, yetkinlik yaşına çatmayan dövrdə cinayət törədən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 62-ci maddəsi tətbiq edilməklə, 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 72-73-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(059)-29/2020 saylı məhkəmənin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 97-98-ci vərəqələrində olan xasiyyətnamə və arayışdan eləcə də işin 119-cu vərəqəsində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, himayəsində xx xxxx 2020-ci il təvəllüdlü Nihad adlı bir azyaşlı övladı olmaqla, Siyəzən şəhəri, B.Bayramov küçəsindəki 248 nömrəli evdə qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə heç bir rəsmi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir azyaşlı övladının olmasını və yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xaraterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından təxminən 2,5 dəfəyə yaxın miqdarda narkotik vasitə heroin əldə edərək üstündə saxlamaqla gəzdirməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, eləcə də şəxsiyyətini və tərəfindən yenidən qəsdən başqa kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin yüngülləşdirici halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin 1/3 həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin Təminat Hissəsinin saxlancına verilmiş Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,320 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin Təminat Hissəsinin saxlancına verilmiş Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,320 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar