Məhkəmə qərarları › İş №1(059)-63/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-63/2021

02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-63/2021 02.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun və müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 02 noyabr 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1984-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2rəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının əvvəllərində istintaqa məlum olmayan mənbədən əldə etdiyi 6 ədəd çətənə bitkisi toxumlarını yaşadığı Siyəzən şəhərinin Xətai küçəsindəki 79 saylı evin həyətyanı sahəsində olan tövlənin arxa tərəfində əkmiş, həmin bitkilərdən əmələ gələn tərkibində narkotik maddələr olan xeyli miqdarda yəni, 6 ədəd çətənə (kannabis) bitkilərinə qanunsuz olaraq, aqrotexniki qaydada qulluq göstərib, yetişdirməklə kultivasiya etmiş, 23 iyul 2021-ci il tarixdə, saat 15:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvanın həyətyanı sahəsinə keçirilmiş baxış zamanı nəm vəziyyətdə ümumi təmiz çəkisi 940 qram təşkil edən tərkibində narkotik maddələr olan həmin 6 ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 9 il olar narkotik vasitə qurudulmuş marixuanadan istifadə etsə də, onların satışı ilə məşğul olmamışdır. 2021-ci ilin aprel ayının əvvəllərində yaşadığı Siyəzən şəhərinin Xətai küçəsindəki 79 saylı evin həyətyanı sahəsində tövlənin arxa tərəfində, qamışlıq ərazidə çətənə kollarının cücərdiyini görüb, kolları çıxardıb, tövlənin arxasında hasara bitişik olan torpaq sahəsində cərgə ilə əkmiş, daha sonra, ətrafını qamışlardan və alaqdan təmizləyərək onlara vaxtaşırı su verməyə başlamaqla, kolların diblərinin yumşaldılması üçün yanından su arxı düzəltmişdir. Bundan sonra, o, vaxtaşırı çətənə kollarına nəzarət edib, diblərini alaqdan təmizləmiş, habelə çətənə kollarının böyüdüyünü görüb, tövlənin damından hündürə çıxmaması, həmçinin bitkiləri qonşular görməsin deyə gövdə hissəsini iplə bağlayraq aşağı əymişdir. 23 iyul 2021-ci il tarixdə, saat 15:00 radələrində yaşadığı evin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşmış və həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərinin əkib-becərilməsində şübhəli olduğunu bildirərək, dəvət olunmuş Müdafiəçi, eləcə də aqronom mütəxəssisin iştirakı ilə yaşadığı evin həyətinə baxış keçiriləcəyini qeyd etmişlər. O, polis əməkdaşlarının yaşadığı evin həyətyanı sahəsinə baxış keçirməsinə etiraz etməyib onları evin həyətinə dəvət etdikdən sonra polis əməkdaşlarına çətənə kollarının tövlənin arxa tərəfində olduğunu bildirmişdir. Bundan sonra, polis əməkdaşları tərəfindən həyətyanı sahədə olan tövlənin arxa tərəfinə baxış keçirilərkən tövlənin hasarının dibində 5 ədəd, divar ilə üzbəüz qamışların arasında 1 ədəd, ümumilikdə 6 ədəd çətənə bitkiləri aşkar olunmuşdur. Baxışda iştirak edən aqronom həmin çətənə bitkilərinə baxış keçirərkən onlara aqrotxniki qaydada qulluq göstərildiyini bildirmişdir. Daha sonra, çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılmış, aqronom tərəfindən uzunluqları ölçülmüş, kolların uzunluqlarının 2,50, 1,90, 2,10 2,10 2,30 və 70 sm olmaları müəyyən edilmiş, habelə bu kollar qablaşdırılmış, qablaşdırma möhürlənmiş, o və bütün digər iştirakçılar kisənin üzərinə imza etmişlər. Bundan sonra, bu barədə tərtib olunmuş protokol doğru olduğundan o və digər iştirakçılar protokola imza etmişlər. Yaşadığı evin həyətyanı sahəsində tövlənin arxa tərəfində aşkar olunmuş 6 ədəd çətənə bitkilərini əkibbecərməkdə məqsədi gələcəkdə onları qurudaraq tələbatına uyğun olaraq istifadə etmək olmuşdur. Çətənə bitkilərini əkib-becərdiyi yer yaşadığı ünvanın arxa tərəfində olduğundan və həmin yerə ailə üzvləri keçmədiyindən onların, eləcə də digər şəxslərin bu barədə hər hansı bir məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada təzyiq, zor tətbiqi olmamış, ifadəsində hər şeyi olduğu kimi göstərmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəməyə ünvanlanmış teleqramında məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, o cümlədən məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid Siyəzən RPŞ-nin CAB-ın sabiq əməliyyat müvəkkili, hazırda Ucar RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməsi barədə Siyəzən RPŞ-yə daxil olmuş əməliyyat məlumatının yoxlanılması və onun yaxalanaraq ifşa olunmasından ötrü 23 iyul 2021-ci il tarixdə əməliyyat tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün şöbə rəhbərliyinə raportla məruzə etmiş, habelə müvafiq sənədləşdirmə aparıldıqdan sonra rəhbərliyi altında yaradılmış əməliyyat qrupuna NMQ-nin əməliyyat müvəkkili Şahid2 və CAB-ın əməliyyat müvəkkili Şahid3 daxil edilməklə, keçiriləcək tədbirlə bağlı təlimatlandırma aparılmış, faktla bağlı araşdırma aparılması Siyəzən RPŞnin İB-nin baş müstəntiqi X4 həvalə olunmuş, baxışda iştirak etmək üçün mütəxəssisaqronom X3 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi da şöbəyə dəvət olunmuşdur. Bundan sonra, həmin gün, təxminən saat 15:00 radələrində birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanın qarşısında dayanmış Rustama özlərini təqdim edib, həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməkdə şübhəli olduğu, buna görə də ora videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi bildirildikdə, onun tərəfindən etiraz daxil olmamışdır. Hüquq və vəzifələri izah olunmaqla, hüquqlarının müdafiəsi üçün Müdafiəçi təqdim olunmuş Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkilər və ya qanunla qadağan olunmuş digər əşyalar varsa, təqdim etməsi təklif edildikdə o, həyətyanı sahədə tərkibində narkotik maddələr olan bitktilər əkib-becərdiyini bildirərək, onları əraziyə dəvət etmiş, habelə baxışın keçirilməsinə başlanılmışdır. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyət qapısının olmadığı, sağ tərəfdə ona məxsus bir mərtəbəli evin olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs həyət ilə düz irəliləyərək sonuna gəldikdən sonra sağ tərəfdə yerləşən tövləni göstərərək, oranın arxasında çətənə bitkiləri əkdiyini bildirmişdir. Bundan sonra, hasar ilə tullantı suları üçün olan arx arasında aşkar edilmiş 5 ədəd, qamışlıq ərazidə isə 1 ədəd çətənə kolları aqronom-mütəxəssis Seymur Müxtəsənov tərəfindən ölçülmüş, kollardan ən kiçiyinin hündürlüyünün 70 sm, ən böyüyünün hündürlüyü isə 250 sm olduğu müəyyən edilmişdir. Bundan əlavə, aqronom mütəxəssis bitkilərin narkotik xassəli olduğunu, onlara aqrotexniki qaydada qulluq göstərildiyi üçün kollarda yaxşı inkişaf getdiyini, mühafizəsi məqsədilə bir kolun ağ iplə tövlənin hasarına bağlandığını bildirmişdir. Daha sonra, baş müstəntiq Sail Tağıyev tərəfindən Təqsirləndirilən şəxs başqa haradasa narkotik tərkibli çətənə kollarına bənzər kolların olub-olmaması soruşulmuş, sonuncu isə həyətdə olan narkotik tərkibli çətənə kollarının ancaq onun göstərdikləri olduğunu, həyətdə əlavə narkotik tərkibli çətənə kolu olmadığını qeyd etmişdir. Bundan sonra, narkotik tərkibli çətənə bitkisinə bənzər kollar torpaqdan çıxarılaraq sayılmış, habelə 6 ədəd çətənə bitkisinə bənzər kol dibləri torpaqdan təmizlənməklə 1 ədəd polietilen torbaya qoyularaq qablaşdırılmış, bağlamanın üzəri möhürlənib, imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi prosesinin video görüntüsü əvvəldən axıra kimi onun tərəfindən “Nikon” markalı fotoaparat vasitəsi ilə qeydə alınmış, faktla bağlı tərtib olunmuş protokol isə ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3, eləcə də məhkəməyə ünvanlanmış teleqramında məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, o cümlədən məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş RPŞ-nin NMQ-nin sabiq əməliyyat müvəkkili, hazırda Ucar RPŞ-nin PPBT-nin komandiri Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 33-cı vərəqəsində olan 23 iyul 2021-ci il tarixli aqronom rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin Xətai küçəsindəki 79 saylı evin həyətyanı sahəsində yerləşən tövlənin arxa hissəsindəki qamışlıq ərazidə tövlənin divarı ilə tullantı suları üçün olan arx arasında 5 ədəd və arxın kənarında qamışların arasında isə 1 ədəd olmaqla, ümumilikdə 6 ədəd əkib-becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə kolları aşkar edilmiş, bu kolların ən kiçiyinin hündürlüyü 70 sm, ən böyüyünün hündürlüyü isə 250 sm olduğu müəyyən edilmişdir. Aşkar edilmiş çətənə kollarına həqiqətən aqrotexniki qaydada qulluq edildiyindən onlarda inkişaf yaxşı getmişdir. Mühafizə məqsədilə bir kol ağ iplə tövlənin hasarına bağlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 41-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 24 iyul 2021-ci il tarixdə verilmiş 7/706 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan tövlənin arxa tərəfində aşkar olunmuş 06 ədəd çətənə bitkisinə oxşar kollar” yazılar və imzalar olan ağ rəngli sintetik torbada yaş vəziyyətdə 6 ədəd, ümumi çəkisi 940 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata cəmi 0,3 qram sərf edildikdən sonra çətənə (kannabis) bitkilərinin qalıq çəkisi 939,7 qram təşkil etmişdir. Cinayət işinin 40-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 66,46 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 82-83-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 20 avqust 2021-ci il tarixdə verilmiş 2994 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbul edilməsi nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 28-29-cu vərəqələrində olan 23 iyul 2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyət qapısı yoxdur, sağ tərəfdə Təqsirləndirilən şəxs məxsus mişar daşından inşa edilmiş bir mərtəbəli yaşayış evi vardır. Həmin evin qarşısından həyətyanı sahə başlayır. Həyətyanı sahəyə daxil olduqdan sonra sağ tərəfdə ot tayası, hamam, sol tərəfdə isə əmisi oğlu Samir Qasımova məxsus yaşayş evi vardır. Təqsirləndirilən şəxs həyət ilə düz irəliləyərək həyətin sonuna doğru gəldikdən sonra sağ tərəfdə yerləşən tövlənin göstərərək onun arxasında çətənə bitkiləri əkib-becərdiyini bildirmişdir. Bundan sonra, tövlənin arxa tərəfinə keçmək üçün su arxını keçərək sol tərəfdə qamışlıq ərazi müşahidə olunmuşdur. Qamışlıq ərazi ilə bir qədər irəlilədikdə sağ tərəfdə tövlənin arxa tərəfində hasar ilə tullantı suları üçün olan arx arasında 5 ədəd, qamışlıq ərazidə isə 1 ədəd çətənə kolları aşkar olunmuşdur. Daha sonra, aqronom mütəxəssis X3 tərəfindən 5 ədəd çətənə bitkilərinə bənzər kolların uzunluqları 2,50, 1,90, 2,10, 2,10, 2,30 sm, qamışların arasındakı 1 ədəd kolun uzunluğunun isə 70 sm olması müəyyən olunmuşdur. Aqronom mütəxəssis X3 bitkilərin narkotik xassəli olduğunu, onlara aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Daha sonra, Şahid2 tərəfindən narkotik tərkibli çətənə bitkisinə bənzər kollar çıxarılaraq sayları hesablanmış, habelə ümumilikdə 06 ədəd çətənə bitkisinə bənzər kol çıxarılaraq dibləri təmizlənməklə 1 ədəd polietilen kisəyə qoyularq üzəri möhürlənmişdir. Baxış zamanı videoçəkilişdə “Nikon” markalı aparatdan istifadə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 70-71-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 25 iyul 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında, eləcə də işin 100-110-cu vərəqələrindəki 07 oktyabr 2021-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 939,7 qram təşkil edən 6 ədəd narkotik təbiətli çətənə bitkiləri maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, 23 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Siyəzən şəhərinin Xətai küçəsindəki yaşadığı 79 saylı evin həyətyanı sahəsinə videoçəkiliş vasitəsilə keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd CD disk isə maddi sübut kimi tanınmaqla, cinayət işinə əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 90-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-ci vərəqəsində olan 23 iyul 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 66-67-ci vərəqələrində olan 25 iyul 2021-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 91-93-cü vərəqələrində olan arayışdan, xasiyyətnamədən və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, himayəsində 23 aprel 2014-cü il tarixdə doğulmuş Əkbər adında bir yetkinlik yaşına çatmayan uşağı olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olsa da, Xətai küçəsindəki 79 saylı evdə yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini xeyli miqdarda əkib onlara aqrotexniki qulluq göstərib yetişdirərək kultivasiya etməklə cinayət törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, eləcə də yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, habelə, cəzasını ağırlaşdıran halın mövcud olmamasını və yüngülləşdirici halların olmasını, o cümlədən Təqsirləndirilən şəxs şəxsiyyətinin cəmiyyətdə müsbət xarakterizə olunmaqla, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 2/3 hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 23 iyul 2021-ci il tarixdən 25 iyul 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tərkibində narkotik maddə olan qalıq çəkisi 939,7 qram olan 6 ədəd çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və onun yaşadığı evin həyətyanı torpaq sahəsində 23 iyul 2021-ci il tarixdə video çəkiliş ilə aparılan axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən 66,46 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tərkibində narkotik maddə olan qalıq çəkisi 939,7 qram olan 6 ədəd çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində 23 iyul 2021-ci il tarixdə video çəkiliş ilə aparılan axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs oğlundan məhkəmə məsrəfi hesab olunan 66,46 (altmış altı manat 46 qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar