Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-66/2021 14.12.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 14 dekabr 2021-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin binasında xx xxxx 1976-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, İİİ dərəcə əlil, “X11” MMC-də fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 21 oktyabr 2013-cü il tarixdən başlayaraq övladları, 07 fevral 2007-ci il təvəllüdlü X5 və 30 sentyabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər bir uşağa görə hər ay 70 manat, cəmi 140 manat sabit pul məbləğində alimentin alınaraq Məmmədova (Babayeva) Kəmalə Qara qızının xeyrinə ödənilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli, 2(105)-913/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Siyəzən Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində inzibati qaydada cərimə olunmasına, cərimə edildikdən sonra yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 15 aprel 2019-cu il tarixədək şəxsi maraq niyyəti ilə tələbkar Məmmədova (Babayeva) Kəmalə Qara qızına 7852,5 manat məbləğində aliment borcunu ödəməmiş, ona maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 21 oktyabr 2013-cü il tarixdən başlayaraq övladları, 07 fevral 2007ci il təvəllüdlü X5 və 30 sentyabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər bir uşağa görə hər ay 70 manat, cəmi 140 manat sabit pul məbləğində alimentin ondan alınıb Məmmədova (Babayeva) Kəmalə Qara qızının xeyrinə ödənilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Siyəzən Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 manat məbləğində inzibati qaydada cərimə olunmuş, bundan sonra, yenidən izahatı alınmaqla, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 15 aprel 2019-cu il tarixədək tələbkar Zərərçəkmiş şəxs (Babayevanın) xeyrinə 7852,5 manat məbləğində aliment borcunu ödəməməsinin səbəbi fərdi əməklə, yəni fəhləliklə məşğul olmaqla, əldə etdiyi qazancının öz dolanışığına çətinliklə çatması, həmçinin məhkəmənin çıxardığı qətnamə ilə razı olmayaraq onu ədalətsiz hesab etməsi olmuşdur. Əvvəlki məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində təqdimat verilən tarixədək olan aliment borcundan 4000 manat məbləğini ödəməyə hazır olduğunu, bununla yanaşı yüksək qazanclı əməklə məşğul olduğu təqdirdə, qalan aliment borcunu da, qısa müddət ərzində tələbkara ödəyəcəyini bildirərək, törətdiyi əməldən peşman olmasının, borclarından qismən ödəniş etməyə cəhdinin, habelə ailəli olmaqla himayəsində bir azyaşlı övladının olmasının, İİİ qrup əlil olmasının nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini xahiş etsə də, o, hazırda cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 15 aprel 2019-cu il tarixədək məhkəmə qətnaməsi üzrə ödənilməli olan aliment borcunu tam şəkildə zərərçəkmiş şəxsə ödədiyi göstərib, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini rica etdi. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2013-cü il tarixdən başlayaraq övladları, 07 fevral 2007-ci il təvəllüdlü X5 və 30 sentyabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər bir uşağa görə hər ay 70 manat, cəmi 140 manat sabit pul məbləğində alimentin xeyrinə ödənilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Siyəzən Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 manat məbləğində inzibati qaydada cərimə olunmasına, habelə yenidən izahatı alınıb, Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 15 aprel 2019-cu il tarixədək onun xeyrinə 7852,5 manat məbləğində aliment borcunu qərəzli olaraq ödəməmişdir. Habelə, hazırda təqsirləndirilən şəxs aliment borcundan 4000 manat məbləğini ödəmək istədiyini bildirsə də, o, aliment borcunun tam şəkildə ödənilməsini tələb edir, əks təqdirdə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasının ən yuxarı həddində cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 21 oktyabr 2013-cü il tarixdən başlayaraq övladları, 07 fevral 2007-ci il təvəllüdlü X5 və 30 sentyabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər bir uşağa görə hər ay 70 manat, cəmi 140 manat sabit pul məbləğində alimentin alınaraq Məmmədova (Babayeva) Kəmalə Qara qızının xeyrinə ödənilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli, 2(105)-913/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Siyəzən Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 manat məbləğində inzibati qaydada cərimə olunmasına, habelə yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 15 aprel 2019-cu il tarixədək şəxsi maraq niyyəti ilə tələbkar Məmmədova (Babayeva) Kəmalə Qara qızına 7852,5 manat məbləğində aliment borcunu qərəzli olaraq ödəməmişdir. Bu səbəbdən də, toplanmış materiallar 15 aprel 2019-cu il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq idarəsinə göndərilmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 21 oktyabr 2013-cü il tarixdən başlayaraq övladları, 07 fevral 2007-ci il təvəllüdlü X5 və 30 sentyabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər bir uşağa görə hər ay 70 manat, cəmi 140 manat sabit pul məbləğində alimentin alınıb bacım Məmmədova (Babayeva) Kəmalə Qara qızının xeyrinə ödənilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Siyəzən Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 manat məbləğində inzibati qaydada cərimə olunmasına, habelə yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 15 aprel 2019-cu il tarixədək bacısı, tələbkar Məmmədova (Babayeva) Kəmalə Qara qızına 7852,5 manat məbləğində aliment borcunu kifayət qədər qazanc əldə etməsinə və maddi imkanının yaxşı olmasına baxmayaraq, qərəzli olaraq ödəməmişdir. Bununla yanaşı, bacısı Zərərçəkmiş şəxs (Babayeva) ilə Təqsirləndirilən şəxs arasında olan bütün məhkəmə iclaslarında bacısının nümayəndəsi kimi özü iştirak etmiş və hazırda təqsirləndirilən şəxsin ödəmək istədiyi 4000 manat aliment məbləğini qəbul etmirlər. Belə ki, təqsirləndirilən şəxs son dörd aydır, yəni avqust, sentyabr, oktyabr və noyabr ayları üzrə aliment borcunu ümumiyyətlə ödəməmiş, habelə hazırda onun 9806 manat məbləğində aliment borcu yaranmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 234-238-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsi tərəfindən 10 mart 2021-ci il tarixdə verilmiş 529 nömrəli komisyon kompleks ambulator məhkəmə psixoloji-psixiatrik və tibbi-sosial ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunsa da, onun ictimai təhlükəli əməli törədərkən anlaqsız vəziyyətdə olması müəyyən edilməmişdir. Məhkəmə iclasında elan edilmiş işin 7-8-ci vərəqələrində olan Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 02 iyun 2014-cü il tarixli, 2(105)-913/2014 saylı qətnaməsinin, eləcə də işin 9-cu vərəqəsində olan eyni tarixli, eyni nömrəli icra vərəqəsinin surətlərindən görünür ki, 21 oktyabr 2013-cü il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər bir uşağı üçün sabit pul məbləğində 70 manat, cəmi 140 manat aliment tutularaq 07 fevral 2007-ci il təvəllüdlü X5 və 30 sentyabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi X7 verilməlidir. Cinayət işinin 10-11-ci vərəqələrində olan Siyəzən rayon İcra qrupunun 14 yanvar 2015-ci il tarixli icraata başlamaq haqqında qərarının və eyni tarixli bildirişin surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli, 2(105)-913/2014 saylı icra sənədi icra olunması üçün 12 yanvar 2015-ci il tarixdə İcra qrupunun icraatına daxil olmuş, 14 yanvar 2015-ci il tarixdə həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. Cinayət işinin 108-109-cu vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 3(059)-26/2018 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Cinayət işinin 175-ci vərəqəsində Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 may 2019-cu il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 277-278-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 sentyabr 2021-ci il tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 144-145-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 3 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Cinayət işinin 199-cu vərəqəsində olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 15 sentyabr 2020-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 29 aprel 1999-cu il tarixdə tibbi-sosial ekspert komissiyasında “Oliqofreniya, emosional və iradi pozğunluqlar ilə orta dərəcəli debillik” diaqnozu ilə təkrar müayinə olunmuş və uşaqlıqdan əlil səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. 10 sentyabr 2020-ci il tarixdə Babayev X2 nəzarət qaydasında əyani müayinə olunmuşdur. 05 iyul-10 iyul 2019-cu il tarixlərdə Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmasına dair epikrizində qeyd edilən ’’Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” diaqnozu və müayinələrin nəticələri nəzərə alınaraq Təqsirləndirilən şəxs ümumi səbəbdən müddətsiz üçüncü dərəcə əlillik təyini barədə qərar verilmişdir. Xəstəliyin xarakterinə əsasən Təqsirləndirilən şəxs zehni işlərdə işləyə bilməsə də, xüsusi məsuliyyət tələb etməyən fiziki işlərdə işləyə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş Siyəzən rayon İcra və probasiya şöbəsinin 08 dekabr 2021-ci il tarixli, 2790/21 saylı məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli, 2(105)-913/2014 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs tələbkar Məmmədova (Babayeva) Kəmalə Qara qızına 7852,5 manat məbləğində aliment borcunu ödəmədiyi üçün cinayət işi üzrə verilmiş təqdimat və ittiham aktı üzrə olan aliment borcu, yəni 7860 manat aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən tələbkar Məmmədova (Babayeva) Kəmalə Qara qızının xeyrinə ödənilmişdir. Məhkəmədə tədqiq edilməklə, iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən 30 noyabr 2021-ci il tarixə ödənilməli olan 9680 manat aliment borcunun 7860 manatının ona ödənilməsinin nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadəsi və digər iş materialları ilə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini və qərarını qərəzli olaraq tam icra etməməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla yanaşı məhkəmə göstərir ki, tərəflər arasındakı münasibətlər dəyişmişdir. Yəni təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə cinayət məsuliyyətinə cəlb etmə haqqında təqdimat verilənədək mövcud olmuş aliment borcunu zərərçəkmiş şəxsə tamamilə ödəmişdir. Belə ki, zərərçəkmiş şəxs ərizəsində, təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətinə cəlb etmə haqqında təqdimat verilənədək mövcud olmuş aliment borcu ona tam şəkildə ödənildiyini göstərib, bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ittiham üzrə olan aliment borcunu tam şəkildə ödəməsini və zərərçəkmiş şəxsin bunun nəzərə alınması barədə xahişini nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 175.2 və 175.5-ci maddələrinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri, maddi sübut, maddi zərər və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39, 40, 43.3, 321.2.1, 344-347, 356, 358 və 384-cü maddələrinə əsaslanaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar, apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №1(059)-66/2021
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-66/2021
14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver