Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-7/2021 16.03.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxx 1965-ci il tarixdə keçmiş Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 0,974 qram narkotik vasitə heroin əldə edərək, idarə etdiyi **-JD-*** dövlət qeydiyyat nişanlı, “VOLVO FMX” markalı avtomobilinin salonunda, günlüyün yuxarı hissəsində olan saxlanc yerində saxlayaraq daşımış, xx xxxxxx 2020-ci il tarixdə, saat 14:00 radələrində Siyəzən RPŞ-nin və BDYPİ-nin YPX alayının İ taqımının əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbirləri zamanı o, idarə etdiyi **-JD-*** dövlət qeydiyyat nişanlı, boz metal rəngli, “VOLVO FMX” markalı yük avtomobili ilə BDYPİ-nin Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən 707 saylı stasionar postunda saxlanılaraq həmin stasionar posta gətirilmiş, 707 saylı postun inzibati binasında həyətində qeyd edilən avtomobilə baxış zamanı salonun sürücü oturacağı tərəfdən günlüyün yuxarı hissəsində olan saxlanc yerindən 02 ədəd siqaret kağızına bükülmüş ayrı-ayrılıqda çəkiləri 0,965 və 0,009 qram, ümumi çəkisi 0,974 qram narkotik vasitə olan heroin, içərisində narkotik vasitə heroinin izləri olan 1 ədəd qırıq ampula və 2 ədəd gümüşü rəngli siqaret kağızları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər “xxxx” MMC-də yük avtomobili sürücüsü işləmişdir. Narkotik vasitə olan heroindən isə 15 il olar inyeksiya yolu ilə istifadə edir. Təxminən 8-9 ay bundan qabaq Bakı şəhəri, Suraxanı rayonunda avtomobilini saxlayıb yerə düşərkən yerdə ağ-qırmızı rəngli sellofan diqqətini cəlb etdiyindən həmin sellofanı açıb içinə baxdığında orada ayrı-ayrılıqda şəffaf selofana və göy rəngli siqaret kağızına bükülmüş vəziyyətdə 1 ədəd kütlə olduğunu aşkar etmişdir. Həmin bükülünü dərhal açıb içərisinə baxdıqda oradakının tünd-qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə olan heroin olduğunu müəyyən etmişdir. Həmin sellofanı əvvəlki vəziyyətdə sonra istifadə etmək üçün avtomobilinin sürücü oturacağı tərəfdən günlüyün yuxarı hissəsində olan saxlanc yerinə qoymuş, sonra həmin bükülüdəki narkotik vasitə heroindən asta-asta istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 14:00 radələrində yük götürmək üçün Quba şəhərinə getdiyində, Siyəzən rayonu, Zarat kəndində yerləşən BDYPİ-nin postunda iki nəfər yol polisi əməkdaşı avtomobilini dayandırıb özlərini təqdim edərək, BDYPİ-nin əməkdaşları olduqlarını bildirməklə, narkotik vasitə qəbul edibetmədiyini və avtomobilində narkotik vasitə olub-olmadığını soruşduqda, o, narkotik vasitə qəbul etdiyini, həmçinin avtomobilində də narkotik vasitə olduğunu etiraf etmişdir. Üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli olduğundan, üzərinə şəxsi axtarış, avtomobilinə isə baxış keçirilməsindən ötrü onu həmin postun inzibati binasına dəvət etmişlər. Bundan sonra, Siyəzən RPŞ-nin əməkdaşları posta gəlmiş, əvvəlcə həmin postun inzibati binasında olan otaqlardan birində üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Üzərində şəxsi axtarış keçirilməzdən əvvəl qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin, üzərində keçiriləcək şəxsi axtarış zamanı müdafiə hüququ təmin olunmaqla, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi ona təqdim edildikdə, o, həm üzərində keçiriləcək şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış zamanı, həmçinin, cinayət prosesinin digər mərhələlərində hüquqlarının Müdafiəçi tərəfindən müdafiə edilməsinə hər hansı etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı əvvəlcə üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olub-olmadığı varsa, könüllü təqdim etməsi təklif olunduqda o, üzərində qanunla qadağan olunmuş hər hansı predmet və ya vasitə olmadığını bildirmişdir. Bundan sonra, üzərində şəxsi axtarış həyata keçirilsə də, qanunla qadağan olunmuş hər hansı predmet və ya vasitə aşkar olunmamışdır. Üzərində şəxsi axtarışın keçirilməsinə dair protokol yazılıb, ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra, idarə etdiyi Volvo markalı, boz metal rəngli, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildə qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olub-olmadığı varsa, könüllü təqdim etməsi təklif olunduqda istifadə etmək üçün avtomobilinin sürücü oturacağı tərəfdən günlüyün yuxarı hissəsində olan saxlanc yerinə qoyduğu ağ-qırmızı rəngli sellofanı, içərisindəki bükümləri, narkotik vasitə qəbul etmək üçün istifadə etdiyi şprislərlə birlikdə təqdim etmişdir. Həmin sellofandakı göy rəngli siqaret kağızı bükümdəki narkotik vasitə olan heroin, ondan digər kağızlara qoyduğu 2 ədəd gümüşü rəngli siqaret kağızındakı bükümlər, 4 ədəd şpris, limon duzu, 1 ədəd qırıq ampula və boş kağızlar aşkar edilərək götürülmüşdür. Bundan sonra, avtomobilə baxış davam etdirilsə də, qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Həmin bükülülərdəki maddənin “kokos”, yəni narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Aşkar edilmiş həmin predmetlər və bükümlər 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürləndikdən sonra imzalanmışdır. Bundan sonra, idarə etdiyi avtomobilə baxış keçirilməsinə dair protokol yazılaraq ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur. Bundan əlavə, baxış zamanı ərizə, şikayət, təklif daxil olmamışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasının, eləcə də müxtəlif xəstəliklərdən əziyyət çəkməsinin nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. 1992-ci ildə Təqsirləndirilən şəxs ilə evli olmaqla yanaşı, həmin nikahdan 3 övladımız doğulmuşdur. Ən kiçik övladları Əli 2005-ci il təvəllüdlüdür. Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi barədə məlumatı olub, həmçinin sonuncu insan İmmun Çatışmazlığı xəstələyindən, eləcə də, Hepatit C xəstəlikərindən əziyyət çəkir. Bununla əlaqədar olaraq əri Aslan müfaviq xəstəxanalarda qeydiyyatdadır və mütəmadi olaraq müayinələrdən keçir. xx xxxxxx 2020-ci il tarixdə əri Aslanın Siyəzən RPŞ-də tutulması barədə öyrənmişdir. Əri Təqsirləndirilən şəxs daimi yaşayış yeri var və onlar bir yerdə yaşayır. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin CAB-nin əməliyyat müvəkilli Şahid3 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə DİN-nin BDYPİ-nin YPXA-nın Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən 707 saylı postunda Təqsirləndirilən şəxs avtomobildə qanunsuz olaraq narkotik vasitə olması barədə daxil olmuş məlumat əsasında tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilməklə, növbətçi hissənin sürücüsü Şahid4 və müstəntiq Fuad Nəzərovla birgə qeyd olunan posta getmişlər. Orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmiş, videoçəkiliş Şahid4 tərəfindən qeydə alınmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, hüquqlarının isə fərdi qaydada fəailiyyət göstərən vəkil Müdafiəçi tərəfindən qorunduğu elan edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan olunan əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra, 707 saylı stasionar postun inzibati binasının həyətində, Təqsirləndirilən şəxs idarə etdiyi “VOLVO FMX” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçiriləcəyi də elan edilmiş, Təqsirləndirilən şəxs avtomobilində qanunla qadağan olunan əşya və ya predmet varsa təqdim etməsi təklif olunduqda, sonuncu avtomobilinin salonunda sürücü oturacağı tərəfdə olan günlüyün üzərində olan saxlanc yerindən 1 ədəd ağ-qırmızı rəngli sellofan təqdim etmişdir. Həmin sellofanın içərisinə baxış keçirildikdə əvvəlcə 1 ədəd gümüş rəngli siqaret kağızı bükülüsünün içərisində qəhvəyi rəngli narkotik vasitə heroin müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin “kokos”, yəni narkotik vasitə heroin olduğunu bildirmiş, sonra göy rəngli siqaret kağızı bükülüsünə baxış keçirilmiş, onun içərisində olan şəffaf sellofanda isə tünd-qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilmişdir. Bundan başqa, həmin paketin içərisində limon duzu, 4 ədəd inyeksiya üçün istifadə edilən boş şpris, 1 ədəd qırıq ampula və 5 ədəd müxtəlif rəngli kağızlar da aşkar olunaraq götürülmüşdür. Avtomobilə yenidən baxış keçirilsə də, orada qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar olunmamış, qeyd olunan predmetlər müfaviq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında şahid Siyəzən RPŞ-nin növbətçi hissəsinin sürücüsü Şahid4, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahidlər DİN-nin BDYPİ-nin YPXA-nın İ tağımının baş inspektorları Şahid1 və Şahid2 Şahid3 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 45-49-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/1700 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 96 №” dairəvi möhür əksi olan ad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,965 qram, 0,009 qram ümumilikdə çəkisi 0,974 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd bükümdə təmiz çəkisi 2,824 qram olan ağ rəngli maddə limon turşusudur. Limon turşusu “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılar”na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir. Bir ədəd qırılmış ampulada və iki ədəd maddə izləri olan gümüşü rəngli siqaret kağızında narkotik vasitə heroinin izləri vardır. Dörd ədəd 1ml-lik şpirsdən və 4 ədəd müxtəlif rəngli kağız parçalarından narkotik vasitəyə və psixotrop maddəyə aid komponentlər aşkar edilməmişdir. Təqqiqata 0,05 qram sərf edildikdən sonra narkotik maddə olan heroinin qalıq çəkisi 0,924 qram, 0,05 qram sərf edildikdən sonra limon turşusunun qalıq çəkisi isə 2,774 qram təşkil etmişdir. Cinayət işinin 44-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 113-114-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 Ekspert komissiyası tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 3150 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-26-cı və 29-30-cu vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış, baxış keçirilməsi və götürmə haqqında protokollardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, sonuncu üzərində qanunla qadağan olunan əşya və predmet olmadığını bildirmiş, bundan sonra üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərində qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs məxsus **-JD- *** dövlət qeydiyyat nişanlı, “VOLVO FMX” markalı avtomobilə baxış keçirilmiş, avtomobil boz metal rəngli 2012-ci il istehsalıdır. Təqsirləndirilən şəxs avtomobilində qanunla qadağan olunan əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu avtomobilinin salonunda sürücü oturacağı tərəfdə olan günlüyün üzərində olan saxlanc yerindən 1 ədəd ağ-qırmızı rəngli sellofan təqdim etmişdir. Həmin sellofanın içərisinə baxış keçirildikdə əvvəlcə 1 ədəd gümüş rəngli siqaret kağızı bükülüsünün içərisində qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin “kokos”, yəni narkotik vasitə heroin olduğunu bildirmiş, daha sonra göy rəngli siqaret kağızı bükülüsünə baxış keçirilmiş və onun içərisində olan şəffaf sellofanda tünd qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin də “kokos”, yəni narkotik vasitə heroin olduğunu bildirmiş bundan sonra, avtomobilə yenidən baxış keçirilsə də, avtomobildə qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Bundan başqa, həmin saxlanc yerindən götürülən ağ-qırmızı rəngli sellofanın içərisindən limon duzu, 4 ədəd inyeksiya üçün istifadə edilən boş şpris, 1 ədəd qırıq ampula və 6 ədəd müxtəlif rəngli kağızlar da aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış, baxış keçirilməsi və götürmə “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 84-85-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi və 117-124-cü vərəqələrindəki xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun idarə etdiyi avtomobildən aşkar olunmuş qalıq çəkisi 0,924 qram təşkil edən narkotik vasitə olan heroin, 2,774 qram limon duzu, 4 ədəd şipris, 4 ədəd müxtəlif rəngli kağız parçaları, içərisində narkotik vasitə heroinin izləri olan 1 ədəd qırılmış ampula, üzərində narkotik vasitə heroinin izləri olan 2 ədəd gümüşü kağızlar cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin təminat hissəsinə təhvil verilmiş, həmçinin, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, eləcə də, sonuncunun idarə etdiyi “Volvo FMX” markalı **-JD-***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi prosesinin video görüntüləri köçürülmüş cəmi 02 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-93-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, əvvəllər məhkum edilmiş Təqsirləndirilən şəxs oğlu hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Cinayət işinin 17-ci vərəqəsindəki xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 77-78-ci vərəqələrindəki xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi və tutulmuş şəxsin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Siyəzən RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 110-cu vərəqəsində olan arayışdan və 116-cı vərəqəsindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 04-01/08-432 nömrəli arayışdan, eləcə də şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, himayəsində xx xxxxxxx 2005-ci il təvəllüdlü Əliverdi adında bir yetkinlik yaşına çatmayan uşağı olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası. İV kliniki mərhələ. Pnevmosist pnevmoniya. Oral kandidoz. Xroniki virus Hipatet C diaqnozu ilə İİV-15/399 kodla qeydiyyata götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci və 234.4.3-cü maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir yetkinlik yaşına çatmayan övladı olmaqla, kifayət qədər yaşını, eləcə də İİV-infeksiyası. İV kliniki mərhələ. Pnevmosist pnevmoniya. Oral kandidoz. Xroniki virus Hipatet C diaqnozu ilə xəstə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını, xüsusilə kifayət qədər yaşı olmaqla, İİV-infeksiyası. İV kliniki mərhələ. Pnevmosist pnevmoniya. Oral kandidoz. Xroniki virus Hipatet C diaqnozlu xəstəlikdən əziyyət çəkməsini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hacıqabul rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hacıqabul rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Hacıqabul rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Hacıqabul rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hacıqabul rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin Təminat Hissəsində saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən götürülmüş qalıq çəkisi 0,924 qram təşkil edən narkotik vasitə olan heroin, qalıq çəkisi 2,774 qram təşkil edən limon duzu, 4 ədəd şipris, 4 ədəd müxtəlif rəngli kağız parçaları, içərisində narkotik vasitə heroinin izləri olan 1 ədəd qırılmış ampula, üzərində narkotik vasitə heroinin izləri olan 2 ədəd gümüşü kağızlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, eləcə də, sonuncunun idarə etdiyi “Volvo FMX” markalı **-JD-***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi prosesinin video görüntüləri köçürülmüş 02 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hacıqabul rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hacıqabul rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Hacıqabul rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Hacıqabul rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hacıqabul rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin Təminat Hissəsində saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən götürülmüş qalıq çəkisi 0,924 qram təşkil edən narkotik vasitə olan heroin, qalıq çəkisi 2,774 qram təşkil edən limon duzu, 4 (dörd) ədəd şipris, 4 (dörd) ədəd müxtəlif rəngli kağız parçaları, içərisində narkotik vasitə heroinin izləri olan 1 (bir) ədəd qırılmış ampula, üzərində narkotik vasitə heroinin izləri olan 2 (iki) ədəd gümüşü kağızlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, eləcə də, sonuncunun idarə etdiyi “Volvo FMX” markalı **-JD-***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi prosesinin video görüntüləri köçürülmüş 02 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-7/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-7/2021
16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver