Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-70/2021 30.11.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 30 noyabr 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1987-ci il tarixdə Rusiya Federasiyası Volqoqrad vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,507 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamış, 22 avqust 2021-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Siyəzən şəhəri H. Əliyev küçəsi ərazisində saxlanılaraq gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı həmin narkotik vasitə heroin əynində olan göy rəngli cins şalvarının sağ yan balaca cibindən bir ədəd gümüşü rəngli kağız bükülüdə və bu bükülünün içərisində əlavə olaraq bir ədəd şəffaf rəngli sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,346 qram və 0,161 qram olmaqla 2 ədəd bükümlərdə aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 8-9 ay əvvəl, narkotik vasitə olan heroindən inyeksiya üsulu ilə istifadə etmişdir. 21 avqust 2021-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə dayanıb yaşadığı Siyəzən şəhərinə qayıtmaq üçün avtomobil gözləyərkən diqqətini cəlb etməklə, yerdən götürdüyü içərisində narkotik vasitə heroin, habelə içərisində yenə heroin olmaqla, ağ rəngli şəffaf sellofan bükülü olan bir ədəd gümüşü rəngli kağız bükülünü əynində olan cins şalvarının sağ yan kiçik cibinə qoymuş və həmin gün, saat 22:00 radələrində Siyəzən şəhərinə yaşadığı ünvana gəlmişdir. 22 avqust 2021-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən şəhərinin H.Əliyev prospektində gəzərkən Siyəzən RPŞ-nin iki nəfər mülki geyimli əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib, qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün üzərində şəxsi axtarış keçirilməsi məqsədilə RPŞ-yə dəvət etmiş, o, isə polis əməkdaşları yanında olduğu üçün üzərindəki 1 ədəd gümüşü rəngli kağız bükülünü ata bilməmişdir. Bundan sonra, razılığı ilə gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində Müdafiəçi iştirakı ilə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, bu zaman təklif əsasında o, əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 1 ədəd gümüşü rəngli kağız bükülünü, sol yan cibindən isə 1 ədəd kibrit qutusunu masanın üzərinə qoymuşdur. Təqdim etdiyi 1 ədəd gümüşü rəngli kağız bükülü polis əməkdaşı tərəfindən Müdafiəçi iştirakı ilə açıldıqda içərisində əlavə bir ədəd şəffaf rəngli sellofan bükülü, bu bükülülərin içərisində isə qəhvəyi rəngli toz şəklində kütlələr aşkar olunmuş, o, bükülülərin içərisindəki kütlələrin narkotik vasitə heroin olduğunu və onları şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. Bundan sonra, üzərindən aşkar olunmuş bükülülər müvafiq qaydada qablaşdırılmış, habelə qablaşdırmanın üzəri imzalanmışdır. Daha sonra, bu barədə tərtib olunaraq iştirakçılara ucadan oxunmuş protokolun doğruluğu imzalarla təsdiqlənmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi təsir olunmamış, narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə heç vaxt məşğul olmamışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və istifadə etməsi haqqında 22 avqust 2021-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərtib olunmuş müvafiq qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edildikdən sonra, rəhbərliyin tapşırığı ilə 22 avqust 2021-ci il tarixdə, saat 12:00 radələrində Siyəzən RPŞ-nin NMQ-nun sabiq əməliyyat müvəkkili Şahid2 ilə şəhərin H.Əliyev küçəsinə gedərək Təqsirləndirilən şəxs sözügedən küçə ilə hərəkət etdiyini görüb, ona yaxınlaşaraq özlərini təqdim etmiş, sonuncuya üzərində narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirərək, şəxsi axtarış aparmaq məqsədilə RPŞ-yə dəvət etmiş, o, da buna etiraz etməyib, razılığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs onlar tərəfindən Siyəzən RPŞ-yə gətirilmiş, habelə orada, növbətçi hissədə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmış, videoçəkilişi özü həyata keçirmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl sabiq baş müstəntiq Sail Tağıyev tərəfindən Təqsirləndirilən şəxs və digər iştirakçılara hüquq və vəzifələri, müdafiə hüquqları izah olunaraq bununla bağlı müvafiq bildiriş təqdim olunmuş, həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışda Müdafiəçi də, iştirakı təmin edilmişdir. Daha sonra, təklif əsasında Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan balaca cibindən 1 ədəd gümüşü rəngli kağız bükülünü çıxaraq təqdim etmiş, bu bükülünün içərisində qəhvəyi rəngli toz şəklində narkotik vasitə olan heroin bənzər kütlə və şəffaf rəngli sellofan başqa bir bükülü də aşkar olunmuş, sonuncu bükülüdə də, qəhvəyi rəngli toz şəklində narkotik vasitə olan heroinə bənzər kütlə olmuşdur. Sabiq baş müstəntiq Sail Tağıyev tərəfindən Təqsirləndirilən şəxs həmin bükülülərin içərisindəki kütlələrin nə olduğu soruşulduğunda, o, həmin kütlələrin “kakos” olduğunu bildirmişdir. Bundan sonra, sabiq baş müstəntiq Sail Tağıyev tərəfindən Təqsirləndirilən şəxs əlavə üzərində hər hansı qanunla qadağan olunmuş predmet və ya əşya olub-olmaması soruşulmuş, o, isə əlavə heç bir qanunla qadağan olunmuş predmet və ya əşyanın olmadığını bildirmişdir. Daha sonra, NMQ-nin sabiq əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, əlavə hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra, içərisində narkotik vasitə heroin olan bükülülər müvafiq qaydada qablaşdırılmış, habelə üzəri möhürlənmiş, şəxsi axtarışın keçirilməsi ilə bağlı tərtib olunmaqla, ucadan oxunmuş protokol isə doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında digər şahid Siyəzən RPŞ-nin növbətçi hissəsinin növbətçi köməkçisi Şahid3, eləcə də məhkəməyə ünvanlanmış teleqramında məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, o cümlədən məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş RPŞ-nin NMQ-nin sabiq əməliyyat müvəkkili, hazırda Ucar RPŞ-nin PPBT-nin komandiri Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 36-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2021-ci il tarixli, 6/3646 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 96” dairəvi əksi olan “Təqsirləndirilən şəxs...” yazı və imzalar olan zərfdə 2 ədəd bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,346 qr. və 0,161 qr. olmaqla, ümumi təmiz çəkisi 0,507 qr. qəhvəyi rəngli tozşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir. Tədqiqata 0,08 qram heroin sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,427 qram təşkil etmişdir. Cinayət işinin 35-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 88,70 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 101-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 07 oktyabr 2021-ci il tarixdə verilmiş, 3810 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomanoyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-25-ci vərəqələrində olan 22 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində göy rəngli cins şalvar, göy rəngli qısa qol köynək və yay ayaqqabısı olmuş, bu zaman ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan balaca cibindən 1 ədəd gümüşü rəngli kağız bükülü təqdim etmiş, gümüşü rəngli kağız bükülü açıldıqda onun içərisindən qəhvəyi rəngli, toz şəklində narkotik vasitə olan heroinə bənzər kütlə və şəffaf rəngli sellofan bükülü müəyyən olunmuş, həmin sellofan bükülü də açıldıqda onun da içərisindən qəhvəyi rəngli toz şəklində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükülülərin içərisindəki kütlələrin “kakos” olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzəri axtarılmağa başlanılsa da, başqa hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olan 1 ədəd gümüşü rəngli kağız və 1 ədəd şəffaf sellofan bükülülər 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 71-72-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 24 avqust 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında, eləcə də işin 108-114-cü vərəqələrində olan 25 oktyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,427 qram təşkil edən narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 22 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 76-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 31 avqust 2021-ci il tarixli tələbnaməsindən, həmçinin işin 90-96-cı vərəqələrində olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 iyul 2009-cu il tarixli, 1(101)-744 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 62-ci maddəsi tətbiq edilməklə, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, bu hökm Sumqayıt Apellyasiya Məhkəməsinin 18 noyabr 2009-cu il tarixli qərarı ilə 10 iyul 2009-cu il tarixli hökm dəyişdirilərək, CM-nin 62-ci maddəsi 62.1-ci maddəsi ilə əvəz edilərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, habelə o, 09 yanvar 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 66-67-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 4(059)-38/2021 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 22 avqust 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-82-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Mənzil İstismar Sahəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə yanaşı, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, eləcə də yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və onun tərəfindən bu dəfə başqa kateqoriyadan cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısı həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 22 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,427 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin 22 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, 88,70 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 22 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,427 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin 22 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-70/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-70/2021
30.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver