Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-72/2021 14.12.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 14 dekabr 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1969-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2sində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 6,107 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlamış, 16 avqust 2021-ci il tarixdə saat 23:30 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı ünvan 3 ünvanının qarşısında saxlanılmış, üzərində keçirilən şəxsi axtarış zamanı həmin narkotik vasitə əynində olan qəhvəyi rəngli şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusunda aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 15 avqust 2021-ci il tarixdə, təxminən saat 11:00 radələrində Siyəzən şəhərində yerləşən bazar istiqamətinə doğru piyada gedərkən diqqətini cəlb etməklə, yerdən götürdüyü, habelə içərisində qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu əynində olan qəhvəyi rəngli şalvarın sol yan cibinə qoymuş, 16 avqust 2021-ci il tarixdə, saat 23:00 radələrində isə həmin narkotik vasitədən istifadə etmək üçün yaşadığı Siyəzən şəhərinin B.Bayramov küçəsindəki 72 saylı evin qarşısına çıxarkən küçədə, evin qarşısında iki nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim edərək, narkotik vasitələrin istifadəsində, üzərində və yaşadığı ünvanda narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş, dəvət olunmuş Müdafiəçi iştirakı ilə üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçiriləcəyi qeyd olunmuşdur. Bununla bağlı etiraz etmədikdən sonra təklif əsasında əynində olan qəhvəyi rəngli cins şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusu, sağ yan cibindən isə bir qutu siqaret, bir ədəd alışqan, avtomobilə aid açarlar və cib dəsmalını təqdim etmiş, həmçinin kibrit qutusunun içərisindəki yaşılımtıl rəngdə spsesifik iyə malik kütlənin qurudulmuş marixuana olduğunu bildirərək istifadə etmək üçün üzərində gəzdirdiyini, o cümlədən 15 avqust 2021-ci il tarixdə Siyəzən şəhərində olarkən yerdən tapdığını qeyd etmişdir. Bundan sonra, üzərindən aşkar olunmuş kibrit qutusu zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmişdir. Daha sonra, polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə yaşadığı ünvana baxış keçirilsə də, oradan qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bununla bağlı tərtib olunmuş protokol doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. O, sonuncu dəfə narkotik vasitələrin saxlanılması ilə əlaqədar olaraq CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilsə də, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bundan əlavə, ailə üzvlərinin üzərində narkotik vasitə saxlamasından məlumatları olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq və ya zor tətbiq edilməmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməklə, kifayət qədər yaşı olmasının nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəməyə ünvanlanmış teleqramında məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, o cümlədən məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid Siyəzən RPŞ-nin CAB-ın sabiq əməliyyat müvəkkili, hazırda Ucar RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində narkotik vasitə saxlaması barədə 16 avqust 2021-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında Siyəzən RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini X3 tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərtib olunmuş müvafiq qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmiş və o, Siyəzən RPŞ-nin NMQ-nin sabiq əməliyyat müvəkkili X7, CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 iştirakları ilə təlimatlandırılma keçirilmiş, faktla bağlı araşdırma aparılması Siyəzən RPŞ-nin İB-nin sabiq baş müstəntiqi X4 həvalə olunmuş, həmçinin fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi şöbəyə dəvət olunaraq keçiriləcək tədbirlə bağlı məlumatlandırılmışdır. RPŞ-nin rəhbərliyinin tapşırığı ilə 16 avqust 2021-ci il tarixdə, təxminən saat 23:00 radələrində Siyəzən şəhəri B.Bayramov küçəsinə gedərək, həmin küçəni müşahidəyə götürmüş, bir qədər sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısına çıxaraq, orada dayandığını görmüş, sonuncuya yaxınlaşıb, özlərini təqdim etmiş, ona üzərində narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirərək, üzərinə şəxsi axtarış və yaşadığı ünvana baxış keçiriləcəyini qeyd etmişlər. X7 xidməti iş ilə əlaqədar olaraq keçirilən şəxsi axtarış və baxış prosersində iştirak etməmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etirazı olmaması barədə müvafiq ərizəni təqdim etmiş, baxışdan əvvəl müstəntiq tərəfindən Təqsirləndirilən şəxs vəzifələri və müdafiə hüquqları izah olunaraq, bununla bağlı müvafiq bildiriş təqdim olunmuş, sonuncu bildirişi imzalamaqla, götürmüş, habelə baxış zamanı Müdafiəçi iştirakı təmin edilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş bu zaman təklif əsasında sonuncu əynində olan qəhvəyi rəngli cins şalvarının qabaq sol yan cibindən 1 ədəd kibrit qutusunu, sağ yan cibindən isə 1 ədəd “Maqna” markalı siqaret, 1 ədəd alışqan, cib dəsmalı və avtomobilə aid açarları təqdim etmişdir. Həmin kibrit qutusu sabiq baş müstəntiq Sail Tağıyev tərəfindən açıldıqda, içərisində narkotik vasitə olan qurudulmuş marixanaya bənzər kütlə olduğu müəyyən olunmuş, sorğu əsasında Təqsirləndirilən şəxs kütlənin “nəşə” olduğunu bildirmişdir. Daha sonra, o, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışı davam etdirsə də, qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində narkotik vasitə qurudulmuş marixanaya bənzər kütlə olan 1 ədəd kibrit qutusu zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, aşkar olunmuş digər əşyalar isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin B.Bayramov küçəsindəki 72 saylı evə keçirilmiş baxış zamanı oradan qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar olunmamış, baxış zamanı RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid2 tərəfindən Nikon markalı aparatla video çəkiliş edilmişdir. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamışdır. Daha sonra, tərtib olunmaqla, ucadan oxunmuş protokol doğru olduğundan iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Məhkəmə istintaqında şahidlər Siyəzən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 34-35-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 avqust 2021-ci il tarixli, 7/798 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zərflər üçün N96” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd kibrit qutusu....” yazı və imzalar olan zərfdə 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,107 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,05 qram sərf olunduqdan sonra marixuananın qalıq çəkisi 6,057 qram təşkil etmişdir. Cinayət işinin 33-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizasının dəyəri 88,70 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 97-98-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 24 sentyabr 2021-ci il tarixdə verilmiş 3611 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-24-cü vərəqələrində olan 16 avqust 2021-ci il tarixli şəxsi axtarış, baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində ağ rəngli qısa qol idman köynəyi, qəhvəyi rəngli cins şalvar və yay ayaqqabısı olmuş, bu zaman ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, o, əynində olan qəhvəyi rəngli cins şalvarının qabaq sol yan cibindən bir ədəd kibrit qutusunu, sağ yan cibindən isə bir ədəd “Maqna” markalı siqaret, bir ədəd alışqan, cib dəsmalı və avtomobilə aid açarlar təqdim etmişdir. Həmin kibrit qutusu Sail Tağıyev tərəfindən açıldığında içərisində yaşılımtıl rəngdə spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən olunmuşdur. Daha sonra, Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olan 1 ədəd kibrit qutusu Sail Tağıyev tərəfindən 1 ədəd ağ rəngli zərfin içərisinə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş digər əşyalar özünə qaytarılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evə baxış keçirilsə də, oradan qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış və baxış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 100-108-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 08 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 6,057 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və yaşadığı ünvana keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş işin 74-75-ci səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 sentyabr 2021-ci il tarixli tələbnaməsindən, eləcə də işin 76-84-cü səhifələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2016-cı il tarixli, 1(101)-855/2016 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, 04 noyabr 2016-cı il tarixdə bu hökm Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən dəyişdirilmiş, habelə Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilməklə, üzərində 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və o, 06 noyabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 14-cü vərəqəsində olan 16 avqust 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 59-60-cı vərəqələrində olan 18 avqust 2021-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 86-87-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan, lakin, B.Bayramov küçəsi 72 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, kifayət qədər yaşı olmaqla, yaşayış yeri üzrə barəsində şikayət olmamasını, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 2/3 hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 16 avqust 2021-ci il tarixdən 18 avqust 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 6,057 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və onun üzərində keçirilmiş şəxsi axtarış, eləcə də yaşadığı ünvana keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88,70 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 6,057 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış, eləcə də yaşadığı ünvana keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 88,70 (səksən səkkiz manat 70 qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-72/2021
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-72/2021
14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver