Məhkəmə qərarları › İş №1(059)-8/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-8/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-8/2021 13.04.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxx 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1973-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1,177 qram çəkidə narkotik vasitə olan heroin əldə edib üzərində saxlayaraq daşımış, xx xxxxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Siyəzən şəhəri, B.Bayramov küçəsi ərazisində saxlanılaraq gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən “Palmali” markalı siqaret qutusunun içərisində ayrıayrılıqda çəkiləri 0,038 qram, 0,032 qram, 0,020 qram, 0,031 qram, 0,033 qram, 0,035 qram, 0,039 qram, 0,032 qram, 0,033 qram, 0,034 qram və 0,850 qram təşkil edən 5 ədəd göy rəngli, 5 ədəd gümüşü rəngli siqaret kağızı bükülülərində və 1 ədəd şəffaf rəngli sellofan bükülüdə olmaqla 11 ədəd bükülülərdə ümumi çəkiləri 1,177 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə, yanaşı təxminən 6 il olar narkotik vasitə heroini inyeksiya yolu ilə qəbul edir. xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 17:00 radələrində yaşadığı Siyəzən şəhəri, B.Bayramov küçəsində, yerdə, diqqətini cəlb edib, götürdüyü 1 ədəd “Palmali” siqaret qutusundakı 10 ədəd siqaret kağızı, 1 ədəd isə şəffaf rəngli sellofan bükülüsünün içərisində narkotik vasitə heroin olduğundan, gələcəkdə tədricən öz təlabatına uyğun olaraq qəbul etmək üçün həmin narkotik vasitələri siqaret qutusu ilə birlikdə götürərək əynində olan gödəkcənin sol yan cibinə qoymuşdur. Elə həmin gün, yəni, xx xxxxxxxx 2020-ci il tarixdə, təxminən saat 18:00 radələrində yaşadığı Siyəzən şəhəri, B.Bayramov küçəsi ilə evinə gedərkən mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, Siyəzən RPŞ-nin əməkdaşları olduqlarını, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirməklə şəxsi axtarış aparılmasından ötrü onu RPŞ-yə dəvət etmişlər. O da, onlarla getməyə razılıq verdiyindən onu RPŞ-yə aparmışlar. Orada növbətçi hissədə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin üzərində keçiriləcək şəxsi axtarış zamanı müdafiə hüququ təmin olunmaqla, ona fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi təqdim edilmişdir. O, da həm üzərində keçiriləcək şəxsi axtarış zamanı, həmçinin, cinayət prosesinin digər mərhələlərində hüquqlarının Müdafiəçi tərəfindən müdafiə edilməsinə hər hansı etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı əvvəlcə ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulduqda, əvvəlcə həyəcanlı olduğundan üzərində səhvən bıçaq olduğunu bildirmişdir. Sonradan üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkcənin sol yan cibindən Siyəzən şəhəri, B.Bayramov küçəsində yerdən tapdığı 1 ədəd “Palmali” siqaret qutusunun içərisində ümumilikdə 11 ədəd içərisində narkotik vasitə heroin olan bükülülər aşkar olunmuşdur. Qeyd edilən bükülülərin 5 ədədi göy rəngli kağız bükülünün, 5 ədədi isə gümüşü rəngli siqaret kağızı bükülüsünün və 1 ədədi isə şəffaf sellofan bükülünün içərisində olmuşdur. Həmin siqaret qutusunun içərisindəki ümumilikdə 11 ədəd bükülü götürülərək içərisi açılıb iştirakçılara göstərildikdən sonra, üzərində şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan olunmuş başqa vasitə aşkar olunmamışdır. Üzərində keçirilən şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş narkotik vasitələr 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmaqla, zərfin üzəri möhürlənmiş, o da, zərfin üzərini imzalamışdır. Bundan sonra, üzərində şəxsi axtarışın keçirilməsinə dair protokol yazılaraq ucadan oxunmuş, doğru olduğundan o və digər iştirakçılar imzalamışlar. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid5 İmamməddin oğlu ifadəsində göstərdi ki, Siyəzən şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə xx xxxxxxxx 2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş və RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilmişdir. RPŞ-nin rəhbərliyinin tapşırığı ilə xx xxxxxxxx 2020-ci il tarixdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid1, Şahid4 və Uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru Şahid3 Qiyas oğlu ilə birlikdə təxminən saat 18:00 radələrində Siyəzən şəhəri, B.Bayramov küçəsinə gedərək həmin küçəni müşahidəyə götürmüşlər. Bundan bir qədər sonra Təqsirləndirilən şəxs Siyəzən şəhəri, B.Bayramov küçəsi ilə öz yaşadığı ev istiqamətində piyada getdiyini görüb, ona yaxınlaşaraq saxlamışlar. Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirərək üzərində şəxsi axtarış aparılması məqsədilə Siyəzən RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs də üzərində şəxsi axtarışın aparılmasına etirazının olmadığını bildirərək onlarla RPŞ-yə getməyə razılığını vermişdir. Bundan sonra, tərəflərindən Təqsirləndirilən şəxs Siyəzən RPŞ-yə aparılmışdır. RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmış, bundan əvvəl Təqsirləndirilən şəxs və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin Təqsirləndirilən şəxs üzərində keçiriləcək şəxsi axtarış zamanı onun müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi də iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən “Palmali” siqaret qutusu aşkar olunmuş, həmin siqaret qutusunun içərisinə tərəflərindən keçirilən baxış zamanı siqaret qutusunun içərisindən ümumilikdə 11 ədəd bükülü aşkar edilmişdir. Həmin bükülülərdən 5 ədədi göy rəngli kağızdan, 5 ədəd gümüşü rəngli siqaret kağızından və 1 ədədi isə şəffaf rəngli sellofan bükülüdən ibarət olmuşdur. Daha sonra, tərəflərindən hər bir bükülünün içərisinə ayrıayrılıqda baxış keçirildiyində, həmin bükülülərin içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlələr olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra, tərəflərindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 11 ədəd içərisində narkotik vasitə heroinə bənzər kütlələr olan bükülülər 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs, o və digər iştirakçılar həmin zərfin üzərinə imza etmişlər. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqında şahidlər Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid1, Şahid4, həmin vaxt İTB-nin polis sahə nəfəri olmuş Şahid2 və Uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru Şahid3 Qiyas oğlu Şahid5 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 33-35-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 6/1964 saylı ekspert rəyindən görünür ki, üzərində “İştirakçılar 1) Təqsirləndirilən şəxs (imza)...” və s. qeydlər olan zərfdəki 11 ədəd bükümlərdəki, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,038 qr., 0,032 qr., 0,020 qr., 0,031 qr., 0,033 qr., 0,035 qr., 0,039 qr., 0,032 qr., 0,033 qr., 0,034 qr və 0,850 qr., ümumi təmiz çəkisi 1,177 qram olan maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı l) daxildir. Tədqiqata 0,110 qram heroin sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 1,067 qram təşkil etmişdir. Cinayət işinin 32-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatnın dəyəri 108,46 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 137-138-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş 2795 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomanoyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs 2017-ci ildən X3 X7 Şəxsin nakroloji kabinetində “PAM qəbulu (F11)” diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 22-23-cü vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində qəhvəyi rəngli köynək, göy rəngli şalvar, qara rəngli gödəkcə və qara rəngli başmaq olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda, sonuncu üzərində bıçaq olduğunu bildirmişdir. Bundan sonra, əməliyyat müvəkkili Şahid4 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən “Palmali” siqaret qutusu aşkar olunmuşdur. Həmin siqaret qutusunun içərisinə keçirilən baxış zamanı ümumilikdə 11 ədəd bükülü aşkar edilmiş, bu bükülülərdən 5 ədədi göy rəngli kağızdan, 5 ədədi gümüşü rəngli siqaret kağızından və 1 ədədi isə şəffaf rəngli sellofan bükülülərdən ibarət olmuşdur. Hər bir bükülünü içərisinə baxış keçirilmiş və bükülülərin içərisində qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə heroin olmasını bildirmişdir. Bununla əlaqədar olaraq aşkar edilərək götürülmüş 11 ədəd içərisində narkotik vasitə heroinə bənzər kütlələr olan bükülülər 1 ədəd ağ rəngli zərfə qoyulmuş və zərf möhürlənmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 47-48-ci, eləcə də 53-cü vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin xx xxxxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi çəkisi 1,067 qram təşkil edən narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 144-152-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış və onun əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 86-87-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli tələbnamədən, eləcə də işin 98-103-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(059)- 23/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, habelə üzərində məhkumluğu olan şəxsdir. İş materiallarında olan Siyəzən rayon icra və probasiya şöbəsinin xx xxxxx 2021-ci il tarixli 647/21-64-1 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını xx xxxxxx 2019-cu il tarixdən çəkməyə başlamış, habelə cəzasının 01 il 01 ay 14 gününü çəkmiş, cəzasının çəkilməmiş 01 il 04 ay 12 gün hissəsi qalmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 84-85-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 4(059)-33/2020 saylı məhkəmənin həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 122-123-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən şəhəri, B.Bayramov küçəsində nömrəsiz evdə yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-nın Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işini materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, həmçinin yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamaqla müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxx 2019-cu il tarixli, 1(059)-23/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxx 2019-cu tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən onun hazırkı əməlinə münasibətdə cinayətin residivi yaranmır. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından təxminən 7,8 dəfəyə yaxın miqdarda narkotik vasitə heroin əldə edərək üstündə saxlamaqla gəzdirməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, eləcə də şəxsiyyətini və tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin yüngülləşdirici halların olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 2/3 həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bu Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2019-cu tarixli, 1(059)-23/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmalı və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, o, qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına verilmiş Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 1,067 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin xx xxxxxxxx 2020ci il tarixdə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, 108,46 (bir yüz səkkiz manat 46 qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2019-cu tarixli, 1(059)-23/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 12 (on iki) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablansın və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 01 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, o, qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına verilmiş Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 1,067 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 108,46 (bir yüz səkkiz manat 46 qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar