Məhkəmə qərarları › İş №1(060)-168/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-168/2021

04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-168/2021 04.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, Müdafiəçisi- Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, Müdafiəçisi- Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs3, Müdafiəçisi- Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1988-ci ildə Naxçıvan MR-nın Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 8-də qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1983-cü ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri 11-ci mkr, ev 2A, mənzil 27-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1983-cü ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Sarıqaya bağlar massivi, Aliminiumçu düşərgəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa X21sinin əməkdaşı kimi təqdim edərək, tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən X2 Baş Mütəşəkkil Cinayətkarlığa X21sində saxlanıldığını yalan deməklə onun azadlığa buraxılmasına dair vəd verib aldadaraq vahid qəsdlə 30.05.2020-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu Novxanı kəndində Zərərçəkmiş şəxs 3000 (üç min) manat nağd pulunu, daha sonra Murad Ramazanov barəsində guya şikayət etmiş Qarabağ əlinin şikayətini geri götüzdürmək adı ilə 9000 (doqquz min) manat pulun qarşılığı olaraq X1 adına olan Zərərçəkmiş şəxs məxsus «Chevrolet Aveo» markalı **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 31.05.2020-ci il tarixdə Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən 1 saylı notariat ofisində ələ keçirməklə sonuncuya ümumilikdə 12.000 (on iki min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa X21sinin əməkdaşı kimi təqdim edən tanıdığı Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən X2 Baş Mütəşəkkil Cinayətkarlığa X21sində saxlanıldığını yalan deməklə onun azadlığa buraxılmasına dair vəd verib aldadaraq vahid qəsdlə 30.05.2020-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu Novxanı kəndində Zərərçəkmiş şəxs 3000 (üç min) manat nağd pulunu, daha sonra Murad Ramazanov barəsində guya şikayət etmiş Qarabağ əlinin şikayətini geri götüzdürmək adı ilə 9000 (doqquz min) manat pulun qarşılığı olaraq X1 adına olan Zərərçəkmiş şəxs məxsus «Chevrolet Aveo» markalı **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 31.05.2020-ci il tarixdə Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən 1 saylı notariat ofisində ələ keçirməklə sonuncuya ümumilikdə 12.000 (on iki min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa X21sinin əməkdaşı kimi təqdim edən tanıdığı Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən X2 Baş Mütəşəkkil Cinayətkarlığa X21sində saxlanıldığını yalan deməklə onun azadlığa buraxılmasına dair vəd verib aldadaraq vahid qəsdlə 30.05.2020-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu Novxanı kəndində Zərərçəkmiş şəxs 3000 (üç min) manat nağd pulunu, daha sonra Murad Ramazanov barəsində guya şikayət etmiş Qarabağ əlinin şikayətini geri götüzdürmək adı ilə 9000 (doqquz min) manat pulun qarşılığı olaraq X1 adına olan Zərərçəkmiş şəxs məxsus «Chevrolet Aveo» markalı **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 31.05.2020-ci il tarixdə Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən 1 saylı notariat ofisində ələ keçirməklə sonuncuya ümumilikdə 12.000 (on iki min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs3 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2020-ci ilin qış aylarında Təqsirləndirilən şəxs3la tanış olmuşdur. Belə ki, o, heç bir yerdə işləməsə də Bakı şəhərində yerləşən DİN Baş Mütəşəkkil Cinayətkarlığa X21sində işləyən işçilərin əksəriyyəti ilə tanışlıq münasibətləri var idi. Bu tanışlıqları sayəsində qanunsuz bir əməllə qarşılaşan və ona müraciət etmiş şəxsləri DİN Baş Mütəşəkkil Cinayətkarlığa X21sinə yönəldib onlara istiqamət verməklə köməklik etmişdir. O, DİN Baş Mütəşəkkil Cinayətkarlığa X21sinin heç bir zaman rəsmi işçisi olmamışdır. 2020-ci ilin dəqiq tarixini xatrılamadığı gündə tanışı Elşad ona zəng edərək Elməddin adlı şəxsi tanıdığını, onun bir nəfərdən alacağı olduğunu, Elməddinə pulunun qaytarılmasında köməklik etməsini xahiş etmişdir. Elşadın xahişi üzrə növbəti gün Elməddinlə Bakı şəhərində görüşmüşdür. Ona məlum olmuşdur ki, Eləməddin hazırda adını xatırlamadığı şəxsə nəqliyyat vasitəsi satmış, lakin alan şəxs onun pulunu ödəmir. Ona ərizə yazdırmaq üçün Elməddini DİN Baş Mütəşəkkil Cinayətkarlığa X21sinə aparmışdır. İnzibati binanın qarşısında olan zaman orada başqa bir tanışı ilə qarşılaşmışdır. Həmin tanışını reallıqda içəri daxil olmaq üçün tətbiq olunan prosedur qaydalarından kənar rahatlıqla hörməti sayəsində içəri salmışdır. Bu müddət ərzində Elməddin çöldə qalmışdır. Az sonra onlar geri qayıdanda içəri salmaqda köməklik etdiyi şəxs ona sonsuz təşəkkürlərini bildirmişdir. Bütün bunlar Elməddinin yanında olduğu üçün Elməddini onun barəsində daha da hörmətli şəxs kimi düşünmüşdür. Elməddinə ərizə yazmaqda köməklik etmişdir. DİN Baş Mütəşəkkil Cinayətkarlığa X21sində araşdırılma aparılmış və Elməddinə dəymiş ziyan qarşı tərəfə ödətdirilmişdir. Elməddin isə həmin puldan ona söz verdiyi kimi 4000 manat pul hörmət etmişdir. 29.05.2020-ci il tarixdə Elməddin ona zəng edib “qaqam, səninlə görüşə bilərik. Qəşəng bir məsələm var. Həm də alacağım var. Kömək etsən bu məsələdə sənin də xeyrin olar” sözünü demişdir. Həmin gün saat 19 radələrində Elməddinin dəvəti ilə Novxanı qəsəbəsində yerləşən My Bich istirahət mərkəzində Elməddinlə görüşmüşdür. Həmin vaxt Elməddinin yanında sonradan tanıdığı Nazim və Murad adlı şəxslər də olmuşlar. Elməddin o oraya getməmişdən öncə onu “banditizmin işçisi” kimi onlara təqdim etmişdir. Çünki o, onlarla görüşən zaman Nazim ondan “Sən banditizimdəsən də, orada İbrahimi, Həsən Babanı tanıyırsanmı?” sözünü deyib soruşanda, o da onları tanıdığını bildirmişdir. Onda başa düşmüşdür ki Elməddin onu DİN Baş Mütəşəkkil Cinayətkarlığa X21sinin əməkdaşı kimi təqdim etmişdir. O da onlara DİN Baş Mütəşəkkil Cinayətkarlığa X21 işçisi olmadığını deməmişdir. Bir stolda əyləşib çay içən zaman Elməddin ona “Nicad, Nazimə 12000 manat pul vermişəm. O da pulu Murada verib, Murad da pulu Sevda adlı qadına verib. İndi də biz pulumuzu geri ala bilmirik” sözünü demişdir. Nazim və Murad da Elməddinin bildirdiklərini təsdiq etmişlər. Murad ona “neçə vaxtdır ki, Sevda ilə işləyirəm, ondan faizə pul götürüb evlər tikirəm, təmir edirəm və müştəridən aldığım puldan əlavə faiz pulu da qoyub Sevdaya pul verirəm, ümumlikdə Sevdaya 55.000 manat götürdüyüm pula görə tanışlarımdan borc-xərc etməklə qazancımı da ortaya qoymaqla ayda 18.000 manat, ümumi olaraq 295.000 manat pul ödəmişəm” sözünü demişdir. Həmin vaxt Nazim söhbətə müdaxilə edib “mən Murada kəfil olmuşam. Murad mənim qonşuluğumda evlər təmir etdirmək adı ilə müxtəlif şəxslərdən pullar alıb, həmin pulun qarşılığında evləri işləyə bilməyib. Çünki həmin pulları aparıb Sevdaya veribdir. İndi də qonşular, bir də onların arasında Qarabağ əlili olan şəxs banditizmə şikayət ediblər” sözünü demişdir. O da ona əgər Muraddan şikayət ediblərsə gedib şikayətçilərlə görüşmələrini, bu cür Murada köməklik etməsini bildirmişdir. Nazim isə həmin şəxslərlə görüşməyə etiraz edib, Murada görə zamin durduğunu və həmin şəxslərdən vaxt aldığını demişdir. Həmin vaxt o onlardan necə kömək edə biləcəyini soruşanda Nazim bildirmişdir ki, Sevdaya verilmiş 12.000 manat pulu geri almağa köməklik etsin. O necə etməsini soruşanda Nazim də ona Sevdaya qarabağ əlininin Muraddan şikayət etməsini, bunun nəticəsində Muradın tutulacağına inandırmasını, üstəlik Sevdanın ondan çəkinməsi üçün onun faizə pul verməsi məsələsinin üstünə getməyini bildirmişdir. Sevda ona görə Muradın tutulmamasında maraqlı olacaqdı ki, Murad tutulsaydı Sevdaya verməli olacaq məbləği verə bilməyəcəkdi. O, həm bu deyilənləri etmək, həm də Sevdanı dinlmək üçün onun yaşadığı evinə getməyə qərar vermişdir. Belə razılaşmışlar ki, Nazimlə Elməddin “MY BİCH” restoranında gözləyəcəklər, saat 22 radələrində Muradla birgə Sevdanın yaşadığı Abşeron rayonu Saray qəsəbəsindəki bağ evinə getmişlər, qapını Sevda açmış, Murad onu özünün dostu kimi Sevdaya təqdim etmişdir. Sevdanın dəvəti ilə qonaq otağına keçmişlər. Sevdaya “mənim kim olmağım önəmli deyil, mənim tanışlarım Muradın xahişini ediblər, Muradda şikayətçilər var ki, o pul alıb sizə veribdir, Murad da indi sizdən şikayətçi olmaq istəyir, mən bəzi söhbətləri araşdırmaq istəyirəm, çünki Murad deyir ki, sizdən götürdüyü 55.000 manat pulun qarşılığı olaraq faiz kimi sizə 295.000 manat pul ödəyibdir, nə lazımdırsa sizə köməklik edəcəm, əmim də hüquq mühafizə orqanlarında işləyib, özüm də DİN Baş Mütəşəkkil Cinayətkarlığa X21sinin üzvüyəm” sözünü demişdir. Sevda ona araşdırmaya etirazının olmadığını bildirib Murada çox yaxşılıqlar etdiyini deyib, Muraddan niyə şikayət etməsini soruşmuşdur. Murad ona camaatdan borc-xərc eləyib aldığı pulları ona verdiyini demişdir. Sevda onun bildiriklərini təkzib edərək digər otaqdan üzlük hissəsi qara rəngdə olan kitabça gətirib onun qarşısına qoymuşdur. Kitabçanı açıb içərisinə baxmışdır. Orada müxtəlif tarixlər və müxtəlif məbləğlər qeyd edilmişdir. “5000 Murada pul vermişəm. 5000 qarşı 3000 manat alacam” sözləri yazılmışdır. O orada yazılanların faiz pulu olduğunu görüb, ondan «siz bu qədər faizə pul verirsiz, bununla bağlı hansısa bank əməliyyatı aparırsınzımı? vergi ödəyirsinizmi? Bildirinizmi ki? bunlar qanunsuzdur və siz məsuliyyətə cəlb edilə bilərsiniz» sözünü demişdir. Sevda ona bütün bunların qanunsuz olduğunu bilmədiyini demişdir. O, Muraddan otaqdan çıxmasını tələb etmişdir. X6 birgə evdən çıxmışdır. O, Sevdaya təkrar bildirmişdir ki, verdiyi pullar qanunsuzdur, faizə pul verdiyinə görə məsuliyyətə cəlb edilə bilər. Həmin vaxt Sevda ondan soruşmuşdur ki, ona necə köməklik edə bilər. O da Sevdaya məsləhət görmüşdür ki, verdiyi pulları faizə verməsini deməsin, həmin pulları guya Muradla birgə evlər götürüb təmir etdirib satmaları prosesində yaranan borc kimi qələmə versin. Sevda da onunla razılaşmışdır. O da ona bildirmişdir ki, hazırda Muraddan şikayət edən şəxslər var, Muradın tutulması ona sərf etmir, gərək Muradın tutulmaması məsələsi həll olunsun, Murad tutulsa o pulunu ala bilməyəcək, haqqını tələb edirsə banditizmə gedib şikayət etsin. Düzdür ola bilsin ki, orada faizə pul verdiyi üçün ona problem yaransın. Amma o ora getsə, onun dediyi kimi hərəkət edib Muradla iş gördüyünü və nəticədə Muradın ona borcu qaldığını bildirər. Sevda onun dedikləri ilə razılaşıb Muradın tutulmaması üçün əlindən nə gəlirsə edəcəyini bildirmişdir. Ona növbəti gün Bakı şəhəri DİN Baş Mütəşəkkil Cinayətkarlığa X21sininn yaxınlığında yerləşən Çanaqqala restoranın gəlməyini xahiş etmişdir. Sonra evdən çıxıb Muradı da götürüb My BİCH istirahət mərkəzinə qayıtmışdır. Elməddinə məsələnin düşündükləri kimi olmadığını, Sevda ilə Muradın arasında faiz pul məsələlərinin həqiqətən olduğunu bildirib məsləhət görmüşdür ki, elə 12.000 manat pul geri alıb sonra başqa şeylərə qoşulmasınlar. Nazim demişdir ki, 12.000 manat pulu X11 şikayət etməsi adı il alsınlar. Razılaşmışlar ki, növbəti gün Çanaqqala restoranında birgə görüşəcəklər. 30.05.2020-ci il tarixdə təxminən saat 11 radələrində Çanaqqala restornanın qarşısında Tural və Sevda ilə görüşmüşdür. Restoranda kabinetdə oturmuşlar. Sevda və Turala az sonra Nazim və Elməddin adlı şəxslərin gələcəyini onlardan narahat olmamalarını, həmin şəxslərin DİN Baş Mütəşəkkil Cinayətkarlığa X21sinin əməkdaşları olduqlarını demişdir. Az sonra Elməddinlə Nazim də kabinetə gəlmişlər. O təkrarən Sevdaya Muradın tutulmamasını, tutularsa sərf etməyəcəyini demişdir. Nazim Sevdaya bildirmişdir ki, Murad hazırda “banditizmin padvalındadır”. Sevda onlardan ona kömək etmələrini istəmişdir. Nazim çölə çıxmışdır ki, guya gedib Muradı banditizmin padvalından götürüb bura gətirəcək. X22 məxsus avtomobildə Çanaqqala restoranın yanında gözləmişdir. Nazim çölə çıxanda Elməddin Sevdaya bildirmişdir ki, onların məqsədləri ona köməklik etməkdir, əgər Murad ondan şikayətçi olsa onda təbii olaraq Murada qarşı iddia sürərlər, ona qarşı iddia sürəcəklər. Bunun üçün o çalışsın ki, Murad tutulmasın. Təxminən 5-10 dəqiqə sonra Nazim Muradla birgə kabinetə daxil olmuşlar. Murad özünü elə aparmışdır ki, guya o DİN Baş Mütəşəkkil Cinayətkarlığa X21sinin zirzəmisində saxlanılmışdır. O Murada “bax Sevda xanım adının hallandırılmaması üçün sənə nə yaxşılıq etsin?” sözünü demiş, Murad da bildirmişdir ki, onun qarabağ əlilinə 30.000 manat pul verəcəyi vardır, Sevda ona o pulu versin ki, o da Sevdadan şikayətçi olmasın. Sonra 30.000 manat pulu işləyib Sevdaya qaytarar. Bu sözlərdən sonra o, göstəriş vermişdir ki, Muradı oradan aparsınlar. Muradı Nazim çölə çıxartmışdır. Az sonra Nazim qayıtmışdır. Sevda onlara evdə 3000 manat pulunun olduğunu və oğlunun da Chevrolit Aveo markalı avtomobilinin olduğunu bildirmişdir. Razılaşmışlar ki, Sevda 3000 manat pulu və nəqliyyat vasitəsini onlara versin. Sağollaşıb bir-birlərindən ayrılmışlar. Həmin gün saat 21 radələrində Elməddin və Nazimlə birgə Sevdanın yaşadığı evinə getmişlər. Sevda qonaq otağında stolun üzərinə 3000 manat pul qoymuşdur. Pulu o, götürmüşdür. Sevda onlara bildirmişdir ki, növbəti gün Sumqayıt şəhərindəki ünvanda görüşüb oğlunun avtomobilini də onlara verəcək. 31.05.2020-ci il tarixdə saat 11 radələrində Nazim və Elməddinlə birgə Sevdanın evinə getmişlər. Oradan Turalla birgə Sumqayıt şəhəri 1 saylı notariusa getmişlər. Tural özünə məxsus Chevrolit Aveo markalı 99LA997 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə ona vermişdir. Tural və Sevda elə bilmişlər ki, onlar maşını Qarabağ əlilinə verəcəklər. Tural getdikdən sonra o avtomobili Nazimə təhvil verib Bakı şəhərinə getmişdir. Bütün etdiklərinə görə Sevdadan aldıqları 3000 manat puldan ona Elməddin Nazim və Murad 1500 manat pay kimi vermişlər. 3000 manat puldan qalan pul isə Elməddinlə Nazimin arasında bölünmüşdür. Nəqliyyat vasitəsini təxmini bildiyinə görə Nazimlə Elməddin 8500 manata tanımadığı şəxsə satmışdırlar. 8500 manat pul da Elməddinə çatmışdır. Muradın xeyri isə o, olmuşdur ki, Nazimə olan 12.000 manat borcu silinmişdir. Təxminən 2 gün sonra Nazim ona zəng edib Muradın əlində bir disk olduğunu, görüşüb o, diskə qulaq asmalarını məsləhət görmüşdür. Həmin gün Murad və Nazimlə görüşmüşdür. Muradın təqdim etdiyi diskə qulaq asanda Muradın Şəhla adlı xanımla Sevda ilə Muradın arasında olan danışıqlarda faizə pul verilməsi məsələlərini eşitmişdir. Diski götürüb Sevdanın yaşadığı evinə getmişdir. Həmin vaxt Sevdanın qonşusu Elnarə adlı qadın da orada olmuşdur. Sevdaya disk barədə deyib, həmin səs yazılarına birgə qulaq asmalarını təklif etmişdir. Sevda əsəbləşib əlindəki diski alıb qırmışdır. O, Sevdadan xahiş etmişdir ki, növbəti gün DİN Baş Mütəşəkkil Cinayətkarlığa X21sinə gəlib orada şikayətini bildirsin. Əks halda ona heç bir köməklik edə bilməyəcək. Növbəti gün Nazim ona zəng edərək Muradın Sevda barəsində DİN Baş Mütəşəkkil Cinayətkarlığa X21sinə şikayət etməsini bildirmişdir. O adının hallanmaması üçün DİN Baş Mütəşəkkil Cinayətkarlığa X21sinə getmişdir. İnzibati binaya çatanda qarşsında Sevda, Tural və yanlarında digər tanımadığı bir nəfər şəxsin olmasını görmüşdür. Həmin vaxt onun əlində Sevdaya məxsus faiz qeydlərini apardığı kitabça olmuşdur. Sevda ilə qarşılaşanda o onun əlindən kitabçanı dartıb ələ keçirtmişdir. O ona məhz kömək üçün idarəyə gəldiyini demişdir. Sevda ona narahat olmamasını, bundan sonra edəcəklərini özünün bildiyini demişdir. Daha sonra eşitmişdhir ki, Zərərçəkmiş şəxs onun, Elməddinin, Nazimin və Muradın barəsində şikayət etmişdir. Sevdanın şikayətindən sonra o, Nazim və Elməddinlə əlaqə saxlayıb onlardan Turala məxsus Chevrolet Aveo markalı avtomobili geri alıb Sumqayıt şəhər Bulvarının yanına gətirib qoymuşdur. Açarı isə təkərin üzərində qoymuşdur. Sevdaya bu barədə məlumat vermişdir. Daha sonra Tural maşının oradan götürmüşdür. Hazırda Sevdaya 3000 manat qaytarmalı olduqları pulu qısa müddət ərzində ona təhvil verəcək. Zərərçəkmiş şəxs ifadə, ərizə və izahatlarında göstərdiyi xüsusatları təsdiq edərək ona özünü yalandan DİN Baş Mütəşəkkil Cinayətkarlığa X21sinin işçisi olduğunu demişdir. Zərərçəkmiş şəxs aldıqları 3000 manat nağd pul və Aveo markal avtomobilə görə Murad Nazim və Elməddin ona 1500 manat pul vermişlər. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödəmiş və dövlət büdcəsinə ödəniləcək məbləği ödədiyini nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, 2019-cu ildə tanışı Elşad adlı şəxs özünə məxsus olan prado markalı avtomobili satmışdır. Həmin vaxt ona nəqliyyat vasitələrinin alış-satış işi ilə məşğul olduğu üçün Elşad ona zəng etmişdir. O Elşadla Sumqayıt şəhərində görüşüb avtomobilə baxmışdır. Elşadın yanında Nicad adlı şəxs də olmuşdur. Elşadın deməsinə görə Nicad DİN Baş Mütəşəkkil Cinayətkarlığa X21sinin işçisi olmuşdur. Elşadın dediyini Nicad özü də təsdiq etmişdir. Lakin həmin idarənin hansı şöbəsinin işçisi olduğunu bildirməmişdir. Ona maraqlı olmadığı üçün bu barədə ondan heç bir şey soruşmamış və xidməti vəsqisəsini göstərməsini tələb etməmişdir. Sonradan Bakı şəhərində Elşad və Nicadla görüşüb Elşaddan avtomobili almışdır. Aralarında yaranmış tanışlıqla bağlı Nicad ona bir yaxını kimi DİN Baş Mütəşəkkil Cinayətkarlığa X21si ilə bağlı iş olacağı təqdirdə müraciət edə biləcəyini və ona lazımi köməklik edəcəyini bildirmişdir. 2020-ci ilin qış aylarında ona olan borcunu ödəməyən adını bildirmək istəmədiyi şəxsdən pulunu almaq üçün DİN Baş Mütəşəkkil Cinayətkarlığa X21sinə müraciət etmək istəmişdir. Bu məqsədlə Nicadla əlaqə saxlamışdır. Rəsmi müraciət etmədən Nicadın köməkliyi ilə ona olan borcu ödətdirmişdir. Borcu ödətdirməsi səbəbilə 3000 manat da Nicada hörmət etmişdir. 2020-ci ilin dəqiq tarixini xatırlamadığı gündə tələbə yoldaşı Təqsirləndirilən şəxs2la görüş zamanı o ondan 12.000 manat borca pul istəmişdir. Nazimin deməsinə görə həmin pulu Murada 1 həftəlik müddətinə borca verəcəkdir. Beləliklə o 12000 manat pulu Nazimə verdikdən sonra o, 1 həftəyə pulu ona geri qaytaracaqdır. Nazimə özündə pul olmadığını, qohumundan 12.000 manat borca alıb ona verəcəyini demişdir. Həmin gün adını bildirmək istəmədiyi Qarabağ əlili olan qohumundan 12.000 manat borca pul alıb Nazimə vermişdir. 1 ay keçməsinə baxmayaraq Nazim ondan aldığı pulu geri qaytarmadığı üçün qohumu mütəmadi olaraq onunla əlaqə saxlayıb borcu verməsini tələb etmişdir. O isə bu barədə Nazimə deyəndə Nazim də 12.000 manatı pulu borca verdiyi Muradın pulu geri qaytarmadığını, ona görə də problem yaranadığını ona bildirmişdir. 29.05.2020-ci il tarixdə təxminən saat 15 radələrində Murad və Nazimlə Sumqayıt şəhəri 9-cu mkr.da yerləşən Scal Pubda görüşmüşlər. Görüş zamanı Nazim orada da pulu Murada verdiyini təsdiq etmişdir. Muradda Nazimin dediklərini etiraf edib “neçə vaxtdır ki, Sevda ilə işləyirəm, ondan faizə pul götürüb evlər tikirəm, təmir edirəm və müştəridən aldığım puldan əlavə faiz pulu da qoyub, həmin dostlarımdan aldığım borca pulları Sevdaya verirəm, ümumilikdə Sevdaya 55.000 manat götürdüyüm pula görə tanışlarımdan borc-xərc etməklə qazancımı da ortaya qoymaqla ayda 18.000 manat, ümumi olaraq 295.000 manat pul ödəmişəm” sözünü demişdir. Əlavə olaraq Murad bildirmişdir ki, aldığı borclara görə borc sahibləri polisə şikayət etmişdirlər, o da Sevda barəsində şikayət etmək istəyir. Həmin vaxt Nicad yadına düşdüyü üçün Murada Nicadın şəxsiyyəti və işi barədə məlumat verib onunla görüşmələrini və onun köməkliyi ilə pulu geri almalarını bildirmişdir. Nazim və Murad onun fikri ilə razılaşdıqları üçün o, dərhal Nicada zəng edib ona məsələ barədə məlumat verib dəstəyi Murada vermişdir ki, Murad olanları özü ətraflı izah etsin. Nicadın da razılığı olduğu üçün həmin gün saat 19 radələrində Novxanı qəsəbəsində yerləşən My Bich istirahət mərkəzində görüşmüşlər. O, Nicadın banditizm işçisi kimi yalnışlıqla tanıtdırdığı üçün Nazim və Murad da onun bantidizm işçisi kimi qəbul etmişdirlər. Halbuki o həmin vaxt bilməmişdir ki, Nicad DİN Baş Mütəşəkkil Cinayətkarlığa X21sinin işçisi deyil və onu aldatmaqla özünü həmin idarənin işçisi kimi təqdim etmişdir. Görüş zamanı Nicada 12.000 manat pulu Nazimə borca verdiyini, Nazimin həmin pulu Murada borca verdiyini, Muradın isə borcunu ödəməsi üçün həmin pulu Sevdaya verməsini bildirib, hazırda həmin pulu qanun çərçivəsində geri qaytarmalarına köməklik etməsini xahiş etmişdir. Bundan sonra Murad baş verənləri bir bir Nicada danışmışdır. Nicad məsələni dəqiq öyrənmək üçün Sevda ilə görüşmək zərurəti yarandığını demişdir. O və X27 istirahət mərkəzində gözləmişlər. X13 yaşadığı evinə getmişlər. Təxminən 1 saat sonra Nicad Nazimə zəng edib ona “məsələ bildiyimiz kimi deyil, hələ Muradın Sevdaya borcu qalıbdır, amma buna baxmayaraq Sevda Muradı yaxşıca yeyibdir” sözünü demişdir. Zəngdən 15 dəqiqə sonra Nicad Muradla birgə onların yanına gəlmişlər. Nicad Sevdanı bildirdiklərini onlara danışıb çalışdığı qədər Murada köməklik edəcəyini, səhər idarə ilə danışıb onunla əlaqə saxlayacağını bildirmişdir. Onlar sağollaşıb ayrılmışlar. Növbəti gün Nazim ona zəng edərək Nicadın onunla əlaqə saxladığı, Sevdanı çağırdığını, saat 15-də DİN Baş Mütəşəkkil Cinayətkarlığa X21sinin inzibati binasının qarşısında görüşmək istədiyini bildirmişdir. Saat 15 radələrində Nazim və Muradla birgə DİN Baş Mütəşəkkil Cinayətkarlığa X21sinin qarşısına çatmışlar. Nicada olduqları yer barədə məlumat verəndə o, onları yaxınlıqdakı Çanaqqala restoranına dəvət edib, lakin, Muradı kabinetə qaldırmamalarını bildirmişdir. Razılaşıb Nicadın bildirdiyi kimi də etmişlər. Çanaqqala restoranında Nicadla görüşən zaman Sevda və Sevdanın övladı Tural da orada olmuşlar. Onlar kabinetə daxil olanda Nicad onu öz dostu kimi, Nazim isə Muradın dostu kimi təqdim etmişdir. Stolun ətrafında əyləşmişlər. Nicad o, və Nazimin Murada görə gəldikləri Muradın yaranmış problemləri ilə bağlı ona xahişə çıxdıqlarını, ona görə də bu söhbətdə iştirak etmək üçün gəldiklərini bildirmişdir. Sevda və Tural onlara etiraz etməmişlər. Nicad Sevda və Tural arasında olan dialoqlarda dəqiq məbləği xatırlamadığı miqdarda pulların Sevda və Murad arasında alınıb verilməsindən danışmışlar. X24 zəng etməsini onun harada olmasını, çatıb-çatmamasını dəqiqləşdirməyini istəmişdir. Nazim Murada zəng etmişdir. 5 dəqiqə sonra Nazim çölə çıxıb Muradı qarşılayıb içəri gətirmişdir. Çünki Çanaqqala restoranı böyük və çox otaqlı olduğundan Murad hara gedəcəyini bilməmişdir. Murad da gəldikdən sonra onların arasında eyni dialoq getmişdir. O siqaret çəkmək üçün mütəmadi olaraq çölə çıxdığı üçün onlar arasındakı dialoqu tam bilməmişdir. Sonda Sevda faizə Murada pul verdiyini, Muradın da həmin faiz qarşılığı olaraq böyük miqdarda ona pul qaytardığını etiraf etmişdir. X20 verdiyi pullardan müəyyən qədəri qayıtsa ona köməklik edəcəyini öhdəsinə götürmüşdür. Sevda və Tural Nicadla birgə çölə çıxmışlar. Təxminən 15 dəqiqə sonra Nicad onların yanına geri qayıdıb Sevda və Turalı yola saldığını, Sevdanın 3000 manat pulu geri qaytaracağını öhdəsinə götürdüyünü bildirmişdir. O, Nicaddan bəs qalan 9000 manat pulun necə olacağını soruşanda o, ona 3000 manatla Sevdanın kifayətlənməyəcəyini, axşam yenə görüşəcəyini və məsələyə daha dəqiqliklə aydınlıq gətirəcəyini bildirmişdir. Nicaddan ayrılıb Sumqayıt şəhərinə geri qayıtmışlar. 30.05.2020-ci il tarixdə saat 20 radələrində ad günü mərasimində iştirak etmişdir. Spirtli içki qəbul etdiyi üçün orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Nazim ona zəng edib Nicadın yolda olduğunu, yolu tanımadığını, onu Sevdanın evinə aparmaq lazım olduğunu, lakin, onun sərxoş olduğu üçün görüşə özünün gedəcəyini bildirmişdir. O, görüşdə onun da iştirak edəcəyini israr etdiyi üçün Nazim onu da götürüb Sevdanın yaşadığı evinə getmişlər. Nicad artıq Sevdanın evində olmuşdur. Qonaq otağında o, sərxoş olduğundan gülərkən Nazim birgə çölə çıxmalarını istəmişdir. Nazimlə birgə həyətə düşmüşlər. Az sonra Nicad onların arxalarınca gəlib getməli olduqlarını bildirmişdir. Yolda olarkən kefli olduğundan danışlanlar yadında deyildir. 31.05.2020-ci il tarixdə saat 09 radələrində X16 yaşadığı evinə getmişlər. Həmin gün saat 12 radələrində Nazimlə Tural və Nicad onun oturduğu 10-cu mkr.dakı kafeyə gəlmişlər. Tural kənarda olarkən Nicad Sevda ilə danışdığını, Sevdanın 3000 manat 30.05.2020-ci il tarixdə Novxanı kəndindəki evdə ona pul verdiyini, bundan başqa oğlu Turala məxsus Chevrolet Aveo markalı avtomobili də 9000 manatın qarşılığı olaraq verəcəyini, 3000 manatdan 1500 manat özünün əziyyət haqqı, 500 manat da xərclərin qarşılığı olaraq götürdüyünü bildirib, Nazimə 1000 manat orada pul verərək Muradın 3000 manat borcunun silinməsini demişdir. Nazim Nicadla razılaşmışdır. Nicad Turalla birgə notariusa getmişlər. Saat 12 radələrində Nicad etibarnaməsi alınmış Chevrolit Aveo markalı avtomobili gətirib Bakı şəhərində həmin avtomobili almaq üçün müştəri olduğunu desə də, o özünün satacağını bildirmişdir. Həmin gün müştəri tapıb avtomobili 8500 manata həmin şəxsə satmışlar. Nicad həmin şəxsə etibarnamə vermişdir. 8500 manat pul ona çatmışdır. Bununla da Muradın Nazimə, Nazimin ona, onun da qohumuma olan borcları ödənmiş olmuşdur. Qalan 500 manatı da o Murada bağışlamışdır. Nicad əziyyət haqqı kimi 8500 manatdan isə 500 manat istədiyi üçün ona həmin məbləği vermişdir. Təxmini xatırladığına görə 10-15 gün sonra avtomoibli satdğı şəxs ona zəng edib Sevda adlı qadının onun qapısına gəldiyini avtomobili geri istədiyini bildirmişdir. O, Nicada zəng edib avtomobili geri qaytarmasını təmin etməyini bildirmişdir. Müştərdən aldığı pulu geri qaytarmaqla avtomobili alıb Nicada vermişdir. Nicad isə avtomobili Sevdaya geri qaytarmışdır. Daha sonra eşitdim ki, Sevda onların barəsində şikayət etmişdir. O, səhvən Nicadın DİN Baş Mütəşəkkil Cinayətkarlığa X21sinin işçisi olduğunu bilmişdir. Çünki, Nicad özünü ona elə təqdim etmişdir. Əslində o, Nicada müraciət edəndə onun polis işçisi olduğunu düşündüyü üçün işin qanuni aparıldığını fikirləşmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət edilən zaman o Elşadla əlaqə saxlamışdır. Elşad hələ də elə bilmişdir ki, Nicad polis əməkdaşıdır. O, ondan dəqiqləşdirməsini xahiş etmişdir. Elşad Bakı ŞBPİ-də işləyən tanışı vasitəsilə öyrənmişdir ki, Nicad əslində əvvəllər polisdə işləyib sonradan xidmətdən xaric edilmişdir. O, bütün bunları vaxtında bilsəydi Nicada deyil, hüquq mühafizə orqanlarına müraciət edərdi. Muraddan çox adam hüquq mühafizə orqanlarına şikayət etmək istəmişdir. Bunu Murad onlara demişdir. Nicad da Sevdaya bildirmişdir ki, əgər Muraddan şikayət etsələr Murad da ondan şikayət edəcəkdilər. O da Nazimə qohumunun 12.000 manat pulu geri tələb etdiyini və onu sıxışdırdığını demişdir. Nazim də bunu Nicada demişdir. Nicadda bunu Sevdaya deyib 12.000 manat pulu geri almaqla Muraddan olacaq şikayətin qarşısını alacaqdır. Bunun nəticəsində də Murad Sevdadan şikayət etməyəcəkdir. Zərərçəkmiş şəxs və X3 borclu olduğunu deməmişlər. Çünki bu yolla onlar pulu geri ala bilməyəcəkdirlər. Amma Nicad polis işçisi olduğu üçün o, pulu məhz onun Nazimə, Nazimin Murada verdiyini deyil, Qarabağ əlilinin Murada verdiyini demişdir. Bu halda Qarabağ əlilinin adı olduğu yerdə Sevda pulu geri qayataracaqdı və nəticədə Muradın onlara olan 12.000 manat borcu bağlanacaqdı.Qarabağ əlili onun qohumudur. O, ondan borc istədiyi üçün, həmin şəxs də ona 12.000 manat pul vermişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödəmiş və dövlət büdcəsinə ödəniləcək məbləği ödədiyini nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, Murad Ramazanov yaşadığı Sumqayıt şəhəri 11-ci mkr.da yaşamaqla onunla məhlə uşağıdır. Təqsirləndirilən şəxs3 isə onun tələbə yoldaşıdır. 2020-ci ilin mart ayında Murad ondan 12.000 manat borca pul istəmişdir. Muradın həmin pulu hansı istiqmaətdə xərcələyəcəyini bilməmişdir. Murad ona 1 həftə müddətində 12.000 manatı geri qaytaracağını demişdir. Həmin ərəfədə onun pulu olmadığı üçün borca Elməddindən istəmişdir. Elməddin isə qohumundan 12.000 manat borc alıb ona vermişdir. O da pulu Murada borca vermişdir. 1 ay keçməsinə baxmayaraq Murad ondan aldığı pulu geri qaytarmadığı üçün Elməddin mütəmadi olaraq onunla əlaqə saxlayıb borcu verməsini tələb etmişdir. O isə bu barədə Murada deyəndə Murad həmin pulu Sevda adlı qadına verdiyini bildirmişdir. 29.05.2020-ci il tarixdə təxminən saat 15 radələrində Murad və Nicadla Sumqayıt şəhəri 9-cu mkr.da yerləşən Scal Pubda görüşmüşlər. Görüş zamanı Murad orada da pulu Sevdaya verdiyini bir daha təsdiq edib “neçə vaxtdır ki, Sevda ilə işləyirəm, ondan faizə pul götürüb evlər tikirəm, təmir edirəm və müştəridən aldığı puldan əlavə faiz pulu da qoyub, həmin dostlarımdan aldığım borca pulları Sevdaya verirəm, ümumilikdə Sevdaya 55.000 manat götürdüyüm pula görə tanışlarımdan borc-xərc etməklə qazancımı da ortaya qoymaqla ayda 18.000 manat, ümumi olaraq 295.000 manat pul ödəmişəm” sözünü demişdir. Murad bildirmişdir ki, aldığı borclara görə borc sahibləri polisə şikayət etmişdirlər, o da Sevda barəsində şikayət etmək istəyir. Həmin vaxt Elməddin onlara Nicadın şəxsiyyəti və işi barədə məlumat verib onunla görüşmələrini və onun köməkliyi ilə pulu geri almaqlarını bildirmişdir. Onlar Elməddinin fikri ilə razılaşdıqları üçün Elməddin dərhal Nicada zəng edib ona məsələ barədə məlumat verib dəstəyi Murada vermişdir ki, Murad olanları özü ətraflı izah etsin. Nicadın da razılığı olduğu üçün həmin gün saat 19 radələrində Novxanı qəsəbəsində yerləşən My Bich istirahət mərkəzində görüşmüşlər. Elməddin onlara Nicadın Banditizm işçisi olduğunu bildirmişdir. Çünki Nicad özünü Elməddinə bu şəkildə tanıtdırmışdır. Görüş zamanı Elməddin Nicada 12.000 manat pulu ona borca verdiyini, onun həmin pulu Murada borca verdiyini, Muradın isə borcunu ödəməsi üçün həmin pulu Sevdaya verməsini bildirib, hazırda həmin pulu qanun çərçivəsində geri qaytarmalarına köməklik etməsini xahiş etmişdir. Bundan sonra Murad baş verənləri bir bir Nicada danışmışdır. Nicad məsələni dəqiq öyrənmək üçün Sevda ilə görüşmək zərurəti yarandığını demişdir. O, və X26 istirahət mərkəzində gözləmişlər. X13 yaşadığı evinə getmişlər. Təxminən 1 saat sonra Nicad Nazimə zəng edib ona “məsələ bildiyimiz kimi deyil, hələ Muradın Sevdaya borcu qalıbdır, amma buna baxmayaraq Sevda Muradı yaxşıca yeyibdir” sözünü demişdir. Zəngdən 15 dəqiqə sonra Nicad Muradla birgə onların yanına gəlmişlər. Nicad Sevdanı bildirdiklərini onlara danışıb çalışdığı qədər Murada köməklik edəcəyini, sabah idarə ilə danışıb onlarla əlaqə saxlayacağını demişdir. Sağollaşıb ayrılmışlar. Növbəti gün Nicad ona zəng etmişdir. O ona Sevdanı çağırdığını, saat 15-də DİN Baş Mütəşəkkil Cinayətkarlığa X21sinin inzibati binasının qarşısında görüşmələrini istədiyini bildirmişdir. Saat 15 radələrində Nazim və Muradla birgə DİN Baş Mütəşəkkil Cinayətkarlığa X21sinin qarşısına getmişlər. Nicada olduqları yer barədə məlumat verəndə o, onları yaxınlıqdakı Çanaqqala restoranına dəvət edib, lakin, Muradı kabinetə qaldırmamalarını bildirmişdir. Razılaşıb Nicadın bildirdiyi kimi də etmişlər. Çanaqqala restoranında Nicadla görüşən zaman Sevda və Sevdanın övladı Tural da orada olmuşlar. Onlar kabinetə daxil olanda Nicad Elməddini öz dostu kimi, onu isə Muradın dostu kimi təqdim etmişdir. Stolun ətrafında əyləşmişlər. Nicad o, və Elməddinin Murada görə gəldiklərini, Muradın yaranmış problemləri ilə bağlı ona xahişə çıxdıqlarına görə də bu söhbətdə iştirak etmək üçün gəldiklərini bildirmişdir. Sevda və Tural onlara etiraz etməmişlər. Nicad Sevda və Tural arasında olan dialoqlarda dəqiq məbləği xatırlamadığı miqdarda pulların Sevda və Murad arasında alınıb verilməsindən danışmışlar. Nicad ona Murada zəng etməyini, onun harada olmasını, çatıb-çatmamasını dəqiqləşdirməsini istəmişdir. O, Murada zəng etmişdir. 5 dəqiqə sonra o, çölə çıxıb Muradı qarşılayıb içəri gətirmişdir. Çünki, Çanaqqal restoranı böyük və çox otaqlı olduğundan Murad hara gedəcəyini bilməmişdir. Muradda gəldikdən sonra onların arasında eyni dialoq getmişdir. Sonda Sevda faizə Murada pul verdiyini, Muradın da həmin faiz qarşılığı olaraq böyük miqdarda ona pul qaytardığını etiraf etmişdir. X20 verdiyi pullardan müəyyən qədəri qayıtsa ona köməklik edəcəyini öhdəsinə götürmüşdür. Sevda və Tural Nicadla birgə çölə çıxmışlar. Təxminən 15 dəqiqə sonra Nicad onların yanına geri qayıdıb Sevda və Turalı yola saldığını, Sevdanın 3000 manat pulu geri qaytaracağını öhdəsinə götürdüyünü bildirmişdir. O Nicaddan bəs qalan 9000 manat pulun necə olacağını soruşanda o, ona 3000 manatla Sevdanınn kifayətlənməyəcəyini, axşam yenə görüşəcəyini və məsələyə daha dəqiqliklə aydınlıq gətirəcəyini bildirmişdir. Nicaddan ayrılıb Sumqayıt şəhərinə geri qayıtmışlar. 30.05.2020ci il tarixdə saat 20 radələrində Nicad ona zəng edib Sevdanın evinə gəlməsini bildirmişdir. O, Elməddinə zəng etmişdir. Elməddin ad günü mərasimində iştirak etmişdir. Spirtli içki qəbul etdiyi üçün orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Sərxoş olduğu üçün görüşə özünün gedəcəyini bildirmişdir. Görüşdə özünün də iştirak edəcəyini israr etdiyi üçün Elməddini də götürüb Sevdanın yaşadığı evinə getmişlər. Nicad artıq Sevdanın evində olmuşdur. Qonaq otağında Elməddin sorxoş olduğundan gülərkən o, birgə çölə çıxmalarını istəmişdir. Elməddinlə birgə həyətə düşmüşlər. Az sonra Nicad onların arxalarınca gəlib getməli olduqlarını bildirmişdir. 31.05.2020-ci il tarixdə saat 09 radələrində X16 yaşadığı evinə getmişlər. Həmin gün saat 12 radələrində Tural və Nicadla birgə 10-cu mkr.dakı kafeyə getmişlər. Elməddin onları orada gözləmişdir. Tural kənarda olarkən Nicad Sevda ilə danışdığını, Sevdanın 3000 manat 30.05.2020-ci il tarixdə Novxanı kəndindəki evdə ona pul verdiyini, bundan başqa oğlu Turala məxsus Chevrolet Aveo markalı avtomobili də 9000 manatın qarşılığı olaraq verəcəyini, 3000 manatdan 1500 manat özünün əziyyət haqqı, 500 manat da xərclərin qarşılığı olaraq götürdüyünü bildirib, ona 1000 manat orada pul verərək Muradın 1000 manat borcunun silinməsini demişdir. O, Nicadla razılaşmışdır. Nicad Turalla birgə notarisua getmişlər. Saat 12 radələrində Nicad etibarnaməsi alınmış Chevrolit Aveo markalı avtomobili gətirib Bakı şəhərində həmin avtomoibli almaq üçün müştəri olduğunu desə də Elməddin özünün satacağını bildirmişdir. Həmin gün müştəri tapıb avtomobili 8500 manata həmin şəxsə satmışlar. Nicad həmin şəxsə etibarnamə vermişdir. 8500 manat pul Elməddinə çatmışdır. Nicad əziyyət haqqı kimi 8500 manatdan isə 500 manat istədiyi üçün Elməddin ona həmin məbləği vermişdir. Daha sonra Sevda etibarnaməni ləğv etdirib avtomobili geri istəmişdir. Elməddin Nicada zəng edib avtomoibli geri qaytarmasını təmin etməyini bildirmişdir. Elməddin müştəridən aldığı pulu geri qaytarmaqla avtomobili alıb Nicada vermişdir. Nicad isə avtomobili Sevdaya geri qaytarmışdır. Daha sonra eşitmişdir ki, Sevda onların barələrində şikayət etmişdir. O, səhvən Nicadın DİN Baş Mütəşəkkil Cinayətkarlığa X21sinin işçisi olduğunu bilmişdir. Çünki, Nicad özünü Elməddinə elə təqdim etmişdir. Əslində onlar Nicada müraciət edəndə onun polis işçisi olduğunu düşündükləri üçün işin qanuni aparıldığını fikirləşmişlər. Muraddan çox adam hüquq mühafizə orqanlarına şikayət etmək istəmişlər. Bunu Murad onlara demişdir. Nicad da Sevdaya bildirmişdir ki, əgər Muraddan şikayət etsələr Murad da ondan şikayət edəcəkdilər. Nicadda bunu Sevdaya deyib 12.000 manat pulu geri almaqla Muraddan olacaq şikayətin qarşısını alacaqdır. Bunun nəticəsində də Murad Sevdadan şikayət etməyəcəkdir. Zərərçəkmiş şəxs və X3 borclu olduğunu deməmişdir. Çünki bu yolla onlar pulu geri ala bilməyəcəkdirlər. Amma Nicad polis işçisi olduğu üçün o, pulu məhz Qarabağ əlilinin Murada verdiyini demişdir. Bu halda Qarabağ əlilinin adı olduğu yerdə Sevda pulu geri qayataracaqdı və nəticədə Muradın onlara olan 12.000 manat borcu bağlanacaqdı. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödəmiş və dövlət büdcəsinə ödəniləcək məbləği ödədiyini nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Murad Ramazanov, Təqsirləndirilən şəxs3, Nicat Həsənov və Təqsirləndirilən şəxs2 dair düşmənçilik və ya ədavət münasibətləri olmamışdır. X7 2017-ci ildən tanıyır. Həmin ərəfədə o, ev almaq istəmişdir. Bu məqsədlə internet saytlarına yerləşdirilmiş reklamlara nəzər keçirən zaman diqqətini çəkən evlərin altında Murad adlı şəxsin istifadə etdiyi ***-***-**-** mobil nömrəsini görüb həmin nömrəni götürüb zəng edərək əlaqə saxlamışdır. Telefon danışığı zamanı həmin şəxs Murad olduğunu təsdiq edib, ona göydələnlərdən tam təmirsiz evlər aldığını, təmir etdirdiyini, daha sonra münasib qiymətə satdığını bildirib ona sata biləcəyi evləri sadalamışdır. Həmin gün o Muradla görüşüb onun sadaladığı evlərə baxmışdır. Lakin həmin evlərin qiymətləri baha olduğu üçün o ondan ev almaqdan imtina etmişdir. Sonradan özü Sumqayıt şəhəri 9-cu mkr-da yerləşən 9 mərtəbəli evin 3-cü mərtəbəsindəki mənzili bəyənmişdir. Lakin həmin mənzil tam təmirsiz vəziyyətdə olmuşdur. Təmir işlərini görməsi üçün o Muradla məbləğini xatırlamadığı pula anlaşmışdır. Təmir işləri qurtarana kimi o öhdəsinə götürdüyü məbləği tam olaraq Murada ödəmişdir. Evi təmir edən zaman Murad öz hərəkətləri, tərbiyəsi və davranışı ilə o qədər diqqətini cəlb etmişdir ki, ona oz ailə üzvləri kimi etibar etmişdir. Hətta evə alınmış mebellərin üstü çirkli olduğundan Murada 10 manat pul vermişdir ki, kiməsə versin mebellərin üstü silinsin sonra divara vurulsun. O evin təmiri ilə əlaqədar evə gedərkən Muradın özünün çıxıb mebellərin üstünü necə canfəşanlıqla sildiyini görmüş və bu onda ona qarşı daha da hörmətini artırmışdır. Fikirləşmişdir ki, 10 manatı ailəsinə aparmaqdan ötrü cavan olmasına baxmayaraq necə əziyyət çəkir. Evdə işlədəyi müddətdəki söhbətlər əsnansında Murad ona onun Sumqayıt şəhərində bir neçə evi var və çoxu da Sumqayıt şəhərindəki “Azəriqaz MMC”-nin qarşısındakı yeni tikilidədir sözünü demişdir. Muradın deməsinə görə o həmin mənzilləri satışa qoymuş, Sumqayıt şəhərində ən çox birotaqlı mənzillərin satıldığını, kvadratına görə xeyirin dəyişdiyini, minimum 2000 manat, maksimum isə 5000 manat xeyir əldə etmək olduğunu bildirib ona da həmin işə girməyi məsləhət görmüşdür. Ona Muradın dedikləri maraqlı gəldiyindən artıq bu barədə düşünməli olmuşdur. 2017-ci il yay aylarında dəqiqi xatırlamadığı gündə Murad ona Sumqayıt şəhəri 9-cu mkr.da aldığı evin qarşısındakı binada 5-ci mərtəbədə, 53 kv.m-lik münasib qiymətə ev satıldığını, evə veriləcək pulun yarısından çox qismini onun, yarısından az qismini isə özünün qoymasını, evi təmir etdirmələrini daha sonra satıb qoyduqları pula görə xeyir götürmələrini bildirmişdir. Hətta Murad ona etibar etməsi üçün evi alan zaman oğlu Turalın adına sənədləşdirəcəyini bildirmişdir. O, razılaşdıqdan sonra xatırlamadığı məbləğə evi Turalın adına Muradla birgə almışlar. Bu prosessdən sonra o Murada daha da çox inanıb güvənməyə başlamışdır. Evi təmir edib qurtardıqdan sonra, Murad ona alıcı olduğunu bildirmişdir. O, Murada evi satmasına razı olduğunu demişdir. Murad həmin evi 50000 manata satmışdır. Evin pulu oğlu Turalın adına köçürülmüşdür. Ona həmin puldan 30000 (otuz min) manat Murada isə 20000 (iyirmi min) qalacaqdı. Evin alqı-satqısından sonra Murada çatacaq 20000 (iyirmi min) manatı vermək üçün ona zəng etsələr də, mobil nömrəsinə zəng çatmamışdır. Təxminən 5 gün onlar ona mütəmadi olaraq zəng etsələr də nömrə sönülü olduğundan Muradla əlaqə saxlamaq mümkün olmamışdır. Daha sonra onlar Murada görə çox narahat olmuşlar. Fikirləşmişlər ki, ailəsinin pula ehtiyacı olar ona görə də onun ailəsini axtarıb tapsınlar. Murad onlara qardaşının Sumqayıt şəhərində şirniyyat dükanı oldunu demişdir. Onlar qərara gəlmişlər ki, onun qardaşının dükanını axtarıb tapsınlar. Beləliklə oğlu Tural Abdullayevlə bir neçə saat axtarışdan sonra Sumqayıt şəhərində yerləşən 14 mərtəbəli binanın yanında şirniyyat dükanını görmüşlər. Orada işləyən oğlanı Murada çox oxşatmışlar deyə yaxınlaşıb Muradın qardaşı olduğunu soruşmuşlar və məlum olmuşdur ki, o, Muradın qardaşıdır. Oğlan bildirmişdir ki, xalasının işinə görə Muradı polisdə saxlayıblar. O, həmin oğlana onlarda Muradın əmanəti olduğunu deyəndə həmin şxəs Muradın özünün gəlib onlarla görüşəcəyini bildirmişdir. Onlar geri qayıtmışlar və təxmin 10 gündən sonra Murad onların Sumqayıtdakı evə gəlmiş və onlara ona bu qədər etibar etdiklərini və onunla bağlı narahat olduqlarına görə təşəkkür edərək “siz ki, o əmanəti mənə çatdırmaq üçün bu qədər narahat olmusuz mən artıq dünyada nəyim var sizə etibar edərəm” sözünü demişdir. Murada 20000 manat pulunu verən zaman o, pulu onlardan götürməyərək, arvadının atasının xəstə olduğu üçün evə aparsa pulu götürüb müxtəlif əsaslarla atasına verəcəyini, pulun onlarda qalmasını, lazım olduqda onlardan götürəcəyini demişdir. 10 gün müddətində hər dəfəsində 3000-5000 manat almaqla tam olaraq Murad onda qalmış 20000 manatını götürmüşdür. Onların aralarında artıq xoş münaibətlər yaranmışdır. Murad onların ailəsinin yaxın bir üzvünə çevrilmişdir. Onlar ailə üzvləri ilə bərabər ona o qədər etibar emişlər ki, belə bir insanı tanıdıqlarına görə çox sevinmişlər. 2020-ci ilin fevral ayının əvvəllərində onun ayağı sınmış və evdə olmuşdur. 21.02.2018-ci il tarixdə Murad onlara gələrək ev təmiri üçün material almağa pulu çatmadığını və 3400 manat borca pul lazım olduğunu bildirmişdir. O, ona pul verə biləcəyini demişdir. 14-cü məhəllədə yerləşən evində 3400 pulu Murada təqdim etsə də, Murad israrla bu qaydada pulu götürməyəcəyini əgər ona borca pul verirsə notariusa getmələrini və orada müqavilə bağlamalarını, daha sonra pulu götürəcəyini demişdir. Muradın bu hərəkəti onun daha çox xoşuna gəlmiş və o getdikcə belə-belə onun etibarını tam qazanmışdır. O, hətta çatmışdır ki, artıq şəxsi belə görməsi üçün Murada demiş, evinin açarlarını ona etibar etmişdir. Ayağı gipsdən yenicə açılsa da çox çətinliklə gəzə bilmişdir. Lakin Muradın sözünü yerə salmamış və onlar birlikdə Sumqayıt şəhər 4 saylı notarusa gedərək 3400 manat pulu ona verməsinə dair müavilə bağlamışlar. Notariusda olan zaman pulun nə vaxt geri qaytarılacağı soruşulanda Murad hər ehtimala 5 aylıq yazmasını, onsuz da bir-iki aya təmiri qurtaracağını, ev satıldıqdan dərhal sonra pulu qaytaracağını öhdəsinə götürmüşdür. O, Murada öz övladları qədər etibar etdiyindən heç bir etiraz etmədən razılaşmışdır. 2019-cu ilin iyun ayına qədər Murad tez-tez ya zəng etmiş, yada onlara gəlib “evi almaq üçün, baxmaq üçün gələn çoxdur, amma nəsə satışı ləngiyir narahat olmayaq tezliklə pulumuzu qaytaracaq” sözünü demişdir. Düzü o onu çox sıxmamışdır ki, pulu dərhal qaytar. Çünki söhbət əsnasında işlərinin zəiflədiyini və xəstə qaynatasına da onun baxdığını, müalicəsini onun etdirdiyi bildirdiyindən o anlayışla qarşılamış və səbrlə gözləmişdir. 05.11.2018- ci il tarixdə Murad yaşadığı evə gəlib, ona “yaxşı ucuz bir ev çıxıb, 13-cü mkr, Niyazi küçəsi 27 ünvanında 98 kv.m sahəsi var, yaxşı yerdədir, gəlin evi siz pul verib alın, mən təmir edim və satışından qazanc əldə edək” sözünü demişdir. Evin qiyməti 58800 manata olmuşdur. Razılaşmaya görə Murad təmirdən sonra təxminən kv.m-ni 1000 manatdan satmalı və o həm onun qoyduğu 58800 manatı, həm Murada borc verdiyi 3400 manatı götürdükdən sonra əlavə satışdan olan qazancı yarı böləcəkdir. Həmin ərəfədə o, Bakı şəhərindəki mərhum atasının ona alıb hədiyyə etdiyi evi 105000 manata satmış və pul əlində olmuşdur. Bütün bunlardan isə söhbətlər əsasında Muradın xəbəri var idi. 9 gün müddətində Murad hər onların evlərinə gəlişində həmin evlə bağlı danışıb onu razı salmağa çalışmışdır. Sonda o, Muradın təklifi ilə razılaşmışdır. Mənzilin onun adına alınmasını Murada deməyə utanmışdır. Fikirləşmişdir ki, Murad onlara heç vaxt xəyanət etməz. Həmçinin bundan öncə aldıqları ev Turalın adına alınmışdır, əgər o, yenə ondan onların adına evi almasını istəsəydimbu düz olmazdı, onda Murad onlara “mən sizə etibar edirəm, siz isə mənə yox” sözünü deyə bilərdi. Bütün bunlarla bağlı o, evin onların adlarına alınmasını deyə bilməmişdir. Beləliklə o, yaşadığı Sumqayıt şəhəri 14-cü məhhəllədiki ünvanında 14.11.2018-ci il tarixdə təxminən saat 14 radələrində oğlu Tural Abdullayev və gəlini Səfiyyə Abdullayevanın iştirakları ilə 58800 (əlli səkkiz min səkkiz yüz) manat pulu Murada vermişdir. 15.11.2018-ci il tarixdə Murad müqaviləni onlara gətririb göstərmişdir ki, evi almışdır. Müqavilədə alıcı qismində Murad, satıcı qimsində Dərəçiçək MTK qeyd edilmişdir. Alqı satqı predmeti isə Muradın da əvvəl bildirdiyi kimi Sumqyaıt şəhəri 13-cü mkr, Niyazi küçəsi 27A ünvanında inşa edilən yükdək mərtəbəli yaşayış binasının 1-ci blok,11-ci mərtəbəsindəki 40 nömrəli mənzil olmuşdur. Bundan sonra Murad ona 20.04.2019-cu il tarixli sözügedən mənzilin pulunun tam ödənilməsi ilə bağlı arayış vermişdir. 2018-ci ilin dekabr ayın əvvəllərində dəqiq tarixini xatırlamadığı gündə Murad onun yaşadığı evə gələrək aldıqları evin təmir etdirilməsi üçün ona pul lazım olduğunu lakin pulunun olmadığını ona istədiyi məbləğdə pul verməsini verəcəyi hər bir məbləğin özündə hesabtını aparacağını və gələcəkdə ev satılan zaman onun verdiyi ümumi pulun evin pulundan çıxarılıb ona geri qaytarılacağını, qalan pulu isə şərikinə böləcəklərini bildirmişdir. Beləliklə 2019-cu ilin dekabr 2020-ci ilin yanvar ayınadək 15 gün intervalı ilə birincisi 3400 ABŞ dolları (həmin ilin məzənnəsinə uyğun olaraq 5780 manatı), ikincisi 3500 manatı, üçüncüsü 2500 manatı, dördüncü 500 manatı yaşadığı evdə oğlu Tural və gəlini Səfiyyənin işitrakları ilə Murada vermişdir. Beləliklə göstrədiyi bu 4 dəfə ərzində ümumi olaraq o Murada 12280 (on iki min iki yüz səksən) manat pulu vermişdir. Təxminən 2019-cu ilin mart-aprel aylarında evin təmiri başa çatmışdır. Murad bildirmişdir ki, artıq evi bir neçə saytlarda satılması üçün yazdırıb və maraqlananlar çoxdur. Lakin evi ucuz qiymətə satmaq istəmir ki, onlara yaxşı qazanc qalsın. O, evin hansı saytlarda hansı qiymətə qoyulması ilə bağlı Murada heç bir sual verməmişdir. İyul ayınadək o, mütəmadi olaraq Muradla əlaqə saxlayıb evin satış işi ilə bağlı maraqlandıqda 03.07.2019-cu il tarixdə Murad ona zəng edərək ona rayonlarda iş təklifləri gəldiyini, ona görə rayona getməli olacağını, evin satışı işi ilə narahat olmaması üçün növbəti gün notariusa getmələrini və onların adlarına etibarnamə verəcəyini bildirmişdir. 04.07.2019-cu il tarixdə saat 17:30-da Sumqayıt şəhəri 4 saylı notarisua o Murad və oğlu Tural birgə getmişlər. Notariusa etibarnamə verilməmişdən öncə aralarında olan danışığa görə Murad ona 1 illik evlə bağlı istənilən sərancamı vermək və hüquqları əldə etmək üçün baş etibarnamə verəcəkdir. Həmin gün Murad ona etibarnamə vermişdir. Lakin o, etibarnamənin məzmumunu oxumamışdır. Murad tərəfindən aldadıldığını başa düşdükdən sonra o, sözügedən mənzili öz adına qeydiyyata keçirmək üçün MTK-ya gedən zaman adını bilmədiyi komendant ona həmin mənzilin Nazim adlı şəxsin adına keçirildiyini bildirmişdir. O, Nazim adlı şəxslə danışmaq üçün komendantdan mobil nömrəsini istəmişdir. Komendant kənar çəkilib kiminləsə telefonda danışdıqdan sonra yanına gələrək həmin nömrəni ona verə bilməyəcəyini, Nazimlə danışdığını, onların mobil nömrələrini komendanata vermələrini və Nazimin özünün onlarla əlaqə saxlayacağını bildirmişdir. 04.07.2019-cu il tarixli etibarnamənin məzmununu oxuyan zaman bilmişdir ki, Murad əslində ona 1 il müddət deyil 1 ay müddətinə etibarnamə vermiş və həmin etibarnaməmin müddəti 04.08.2019-ci il tarixdə bitəcəkdir. 2019-cu ilin yay aylarında qızı Turanənin evində şəxsi problemləri yaranmışdır. Turanə əri tərəfindən möhkəm döyülmüşdür və iki yaşlı nəvəsidə çox ciddi səhhətində problemləri ilə onlara pənah gətirmişdir. Nəvəsi həm autizm həm də əqli gerilikdən eyni zamanda sümük boşluğundan əziyyət çəkmişdir. Onun müalicəsinə külli miqdarda pul lazım olmuşdur. Həmçinin qızının da döyüldükdən sonra psixologiyasında ciddi fəsadlar yaranmışdır ki, bütün bunlar barədə Murad məlimatlı olmuşdur. Həmin ərəfədə qızı ərindən boşanmışdır. Əri tərəfindən ona bir dəfəlik alimnet ödənilmişdir. 2019-cu ilin oktyabr ayında Murad ondan borca istədiyi üçün ona yaşadığı evdə oğlu Tural, gəlini Səfiyyə, qızı Turanənin iştirakları ilə 1000 manat (bir min) pul vermişdir. 2019-cu dekabr ayında Murad onlara gəlmiş və bildirmişdir ki, X17 tanışı var, Sumqayıt şəhər 2 saylı poliklinikanın baş həkiminin qardaşı Nizami müəllim onunla yaxındır və ona deyib ki, ipoteka üçün limit ayrılıb, hərbiçilərə aşağı faizlə yəni 4 faizlə pul verilir. Murad ona “baxıram qızın uşağı ilə bərabər bu qədər problemlə sənin üstündə yükdü bəlkə də elə bu nəvənin ruzisidi Allah yetirib” sözünü demişdir. O, qızının və nəvəsini vəziyyəti ilə bağlı o qədər sarsıntı keçirmişdir ki, onların dolanışığı müalicəsinə görə həm də bankda pulun etibarlı olacağını düşünərək Muradın təklifinə razılaşmışdır. Murad bildirmişdir ki, hərbiçilər var ki, sənədlərini qaydaya salıb ipoteka fonduna təqdim edə bilmir, həmçinin əllərində götürəcəkləri evlərin ilkin ödənişləri yoxdur, o, hərbiçi tapır, alınan evin ilkin ödənişini edir və pul bankdan evə görə hərbiçiyə ayrılan zaman zaman hərbiçi onun ödədiyi pulu və əlavə olaraq müəyyən məbləğ ödəyəcək ki, ondan da həm ona, həm də Murada pul çatacaq, beləliklə qazanc əldə edəcəklər. O, razılaşmışdır. Çünki Murada çox inanmışdır. Fikirləşmişdir ki, bankda evə görə ayrılan pul batmaz. Bundan əvvəliki borclarına görə də Murad ona Dərələyəz MTK-dan evinin müqaviləsini və satılması üçün etibarnamə vermişdir. 2019-cu ilin dekabr ayının əvvəlində Murad bildirmişdir ki, ipoteka üçün limit ayrılıb cəmi üç ay çəkəcək və limitin müddəti mart ayında bitir, yəni nə edib qazana bildiksə bu aylarda qazanacaqlar. 17.12.2019-cu il tarixdə 9000 ABŞ dolları (həmin ilin məzənnəsinə uyğun olaraq 15300 manat) və 4700 manat olmaqla ümumi ona 20000 (iyirmi min) ilk ev üçün, 27.12.2019-cu il tarixdə ikinci ev üçün 7500 manat (yeddi min beş yüz) manat, 08 yanvar 2020-ci il tarixdə 7000 dollar (həmin ilin məzənnəzinə uyğun olaraq 11900 manat) və 10000 manat, umumi 3-cü ev üçün 21900 manat (iyirmi bir min doqquz yüz) pul, 14.02.2020-ci il tarixdə 14620 manat pulu 4-cü ev üçün Murad ondan pul almışdır. Hər ev üçün verilən ilkin ödənişə görə qazancda müxtəlif olmuşdur. Yadında qalanı birinci ev üçün ondan aldığı 20000 manatdan ona 2650 manat pul verilməli olmuşdur. Razılaşmalarına görə 2020-ci ilin mart ayının sonuna qədər o ilkin ödəniş edmək üçün Murada verdiyim kök pullar, həm də əlavə qazanclarını almalı olmuşdur. Lakin martın sonunda bu barədə Murada bildirəndə o, ona «koronovirus xəstəliyi ilə bağlı pandemiya ortaya düşdüyündən iş ona görə ləngiyib, hər yer bağlıdı, açılan kimi pul ayrılacaq və sənin pullarını götürüb verəcəm, heç bir qorxulu təhlükə yoxdur” sözünü demişdir. O, ona ipoteka üçün pul verərkən ona demişdir ki, pulları yaxın tanışlarından alır, çünki hər ehtimala görə demişdir ki, Murad qoy bir az da məsuliyyətli olsun. 16 aprel 2020-ci il tarixdə Murad ondan maşın alıb satmaq məqsədilə pul istəmişdir. O, özünün axırıncı 5000 manatını və qonşusu Tünzalədən borc götürdüyü 5500 manat pulu ümumi olaraq 10500 (on min beş yüz) manat pulu yaşadığı evdə oğlu Tural, gəlini Səfiyyə qızı Turanənin iştirakları ilə 16.04.2020-ci il tarixdə saat 16 radələrində Murada vermişdir. Murad ona maşını əlyandımda ucuz qiymətə satanlardan alıb daha sonra baha qiymətə satıb üstündə pul qazanacaqlarını demişdir. O, Muradla razılaşmışdır. Daha sonra Muradın avtomobil alıb-almamasını maraqlanmamışdır. Amma Muradın deməsinə görə o markasını bildirmədiyi bahalı avtomobil almış, satandan sonra pulunu və xeyrini ona verəcəkdir. Bir müddətdən sonra Murad yenə ona durmadan tez-tez zəng edərək pul istəmişdir. O, yoxdu sözünü dedikcə əl çəkməmişdir ki, dostdan, tanışdan tap ver narahat olma öz pulları da bankdadı açılan kimi ödəyəcək. O, narahat olmağa başlamış və ona demişdir ki, guya kimdənsə pul aldığı müəllimə narahatdı deyir ki, bir qəbz yazsın versin. O, dərhal razılaşmış və 2020-ci ilin may ayının 19-da onlara gələrək MTK-da 58800 manata aldıqları evin sənədlərini, açarını və ümumilikdə əldə edəcəkləri qazanc barədə qəbz yazmaq istədiyini bildirmişdir. Bütün qoyduğu pullar hesablanmış və ümumi olaraq onun 150000 (bir yüz əlli min) manat pul verdiyi məlum olmuşdur. Sonra gəlir hesablanmış və gəlir olaraq Muradın ona 35000 manat, beləliklə Murad ona 185000 (bir yüz səksən beş min) manat pul verməli olmuşdur. Muraddan öncə həmin gün evlərinə Muradla birgə ən birinci ev alıb satdıqları şəxs Muradın müəlliməsi Şəhla xanım qonaq gəlmişdir. Belə ki, evi ona satdığından sonra onunla o rəfiqə olmuşdur. Murad qəbz yazan zaman həmin prossesdə Şəhla xanım, Turanə, Tural və Səfiyyə iştirak etmişlər. Həmin vaxt o və ya digər ailə üzvəri tərəfindən Murada hər hansı bir fiziki psixi və ya mənəvi təsir göstərilməmiş, Murad öz könüllü razılığı ilə həmin qəbzi yazıb imza etmişdir. Qəbzdə Muradın ona ümumlikdə 185000 manat pul veriləcəyi özü tərəfindən yazılmışdır. Pulun qarşılığında o girov üçün özünə məxsus olan ünvan 8 ünvanını yazmışdır. Təxminən may ayının sonunda Murad sevincək halda ona zəng edərək bildirmişdir ki, artıq iyunun 1-də hər yer açılır pullarını alacaqlar. Onlar böyük həvəslə iyunun 1-ni gözləməyə başlamışlar. Çünki artıq narahat olmuşdur. Lakin buna baxmayaraq Murad ona hər gün zəng edib özünə mxəsus pulları bankda qoyduğunu və pandemiya vəziyyəti ilə bağlı pulları Kapital Bank və Beynəlxalq bankdan çıxara bilmədiyini, ona görə təmir üçün dükanlardan götürüləcək materillara vəsatinin olmadığını deyib ondan yenə borca pul istəmişdir. Lakin o ona pul verməyi imtina etmişdir. 29.05.2020-ci il tarixdə təxmminən saat 22 radələrində Murad onun istifadəsi olan mobil nömrəyə zəng edərək ona onlara gəlmək istədiyini bilmişdir. O, ona eitraz etməmişdir. Həmin vaxt o, Abşeron rayonu Novxanı kəndindəki oğluna məxsus evdə olmuşdur. Təxminən 15 dəqiqə sonra qapı döyülmüşdür. O, qapını açanda Murad və yanında tanımadığı 1 nəfər oğlan olduğunu görmüşdür. Qapıda olan zaman həmin şəxs özünü Muradın dostu kimi təqdim etmişdir. O onları içəri dəvət etmişdir. Həmin vaxt Tural, Turanə və Səfiyyə evdə olmuşlar. Murad əvvəlki kimi şən deyildi və onun halından narahat olmağı hiss olunmuşdur. İçəridə dəvət etdiyi Muradın dostu kimi özünü təqdim edən şəxs onlara “bir yanım Eyyubovlardanam, bir yanım da Eyvazovlardanam, Alhahverdi Həsənov mənim əmimdir” sözünü demişdir. O lap yaxşı deyib nə məsələdir soruşanda həmin şəxs adının Nicat olduğunu bildirib Murad tərəfə dönərək acı bir şəkildə ona çölə çıxmasını demişdir. O, hələ nə baş verdiyini anlamamışdır. Nicat ona “əslində mən bura belə mülki formada gəlməməli idim, mən banditizmin qara maskalılarındanam, bura qara formada, qara maskada gəlməli idik, səni və ailə üzlvlərinizi qara maşınlara qoyub banditizmin padvalıına aparıb orada dindirməli idik” sözünü demişdir. O, Nicatın bu söhbətindən sonra kəskin qorxuya düşmüşdür. Nicat ona «Muradla sənin aranda nəsə ipoteka məsələləri olubdur, nə məsələdir» sozünü deyə soruşanda ona Muradla aralarında olan bütün alış-verişi danışmış və sübut üçün əlində olan materialları Nicata təqdim etmişdir. Nicat minnət mənasında ona “əslində siz banditizmə gələcəkdiz, əmimə dedim, oğlunun qıldığı namaz Allaha xoş gedib ki, əmim mənimlə razılaşıb və sizi orada deyil evinizdə dindirirəm” sözünü demişdir. Nicat onun verdiyi sübutların hamısına baxıb yenidən Muradı içəri çağırmışdır. Murad içəri daxil olub onların yanında stolda büzüşmüş şəkildə oturmuşdur. Nicat Murada “ayıb olsun sənə, bacının qardaşa etmədiyi yaxşlıqları sənə edən bu xanımı niyə belə bir pis vəziyyətdə qoymusan” sözünü deyib mobil telelfonunu götürüb harasa zəng edərək məsələ göründünyü kimi deyildir, xanım burda zərərçəkəndir sözünü deyib dəstəyi asmışdır. Bundan sonra Nicat ona “sabah gəlin idarəmizə, mən elə edəcəm ki, Muradın girov qoyduğu öz evi zərərin qarşılığı olaraq sənin adına keçəcəkdir” sözünü demişdir. O sevincək şəkildə minnətdarlıq əlaməti olarq Nicatı qucaqlayıb ona təşəkkür etmişdir. 30.05.2020-ci il tarixdə təxminən saat 10 radələrində Nicat ona istifadəsində olan nömrə ********** (arabir vaxtlarda ********** saylı nömrə ilə də) zəng edərək onları gözlədiyini bildirmişdir. 30.05.2020-ci il tarixdə təxminən saat 11 radələrində o, və oğlu Tural birgə Bakı şəhərində yerləşən DİN Baş Mütəşəkkil Cinayətarlığa X21sinin inzibati binasının qarşısına getmişlər. Təxminən 5 dəqiqə sonra yol tərəfdən Nicat onlara tərəf yaxınlaşmışdır. Nicat ona “iş rəsmiyyətə verilməyib, oraları sizə yaraşdırmıram ki siz gedib orada kimlərinsə qabağında dayanasınız, orada elə adamlar var ki sən onları görsən vahimədən ürəyin gedər, gedək Çanaqqla restoranında oturub söhbət edək” sözünü demişdir. O da Nicatla razılaşmışdır. Piyada Çanaqqala restoranı tərəfə gedəndə Nicat onlara “mənim yanıma iki nəfər əməkdaşımız gələcək, qorxmayın, mən sizin yanınızdayam, bu haqsızlığa yol verəsi deyiləm, sadəcə olaraq onların yanında sizinlə ciddi danışmağa məcburam, baxmayaraq ki onlar məndən vəzifəcə aşağıdırlar, mən iş xatirinə sizinlə kobud danışa bilərəm” sözünü demişdir. Çanaqqala restoranında oturduqlarından təxminən 5 dəqiqə sonra içəri 2 nəfər idmançı bədən quruluşuna malik şəxslər daxil olub biri Nicatın solunda, biri isə sağında əyləşmişlər. Həmin vaxt onun sübut əhəmiyyətli materialları Nicatın əlində stolun üstündə olmuşdur. Orada olduqları müddətdə həmin şxəslər adlarını təqdim etməmişlər. Lakin sonrada təhqiqat araşdırlması zamanı ona məlum olmuşdur ki, həmin şəxlsərdən biri Təqsirləndirilən şəxs3, digəri isə Təqsirləndirilən şəxs2 olmuşdurlar. Stolda Muradla onun arasında olan söz söhbətləri yenidən təkrar Nicata danışdığı zaman sözünü kəsən Elməddin ona acı bir tərzdə “xanım sizin iki-üç eviniz var, siz bizim ovcumuzun içindəsiniz və bizim üçün yemsiniz” sözünü demiş, o da ona həmin evlərin övladlarının ataları tərəfindən onlara qaldığını bildirmişdir. Elməddin bundan sonra ona «bu evlərin övladlarına bağışlanmasının heç bir aiddiyyəti yoxdur, lazım olsa onlar həmin evləri dövlətin adına müsadirə etdirə bilər, mənim ad günümdür, evdə qonaqları yarımçıq qoyub bu işlə bağlı idarəyə gəlmişəm, o əclaf Muradı padvalda döymüşəm (bunu deyə deyə bir əli əli digər əlinin üstünü sığallayıb ağırıyırmış kimi göstərdi)” sözünü demişdir. Bundan sonra Elməddin mobil telefonunu götürərək kiməsə zəng edib “araşdırın görək xanımın Xırdalanda evi varmı?” soruşmuşdur. O, Elməddinə onun Xırdalanda evinin olmadığını demişdir. Bütün bunlar ərzində onların niyə onun mal-mülkü ilə maraqlandıqlarını bilməmişdir. X4 maşınını nə vaxt aldığını soruşmuş və oğlu Tural cavab verməmişdən öncə Elməddin özü bir tarix demişdir. Bununla Elməddin sanki ona hər şey barədə məlumatlı olduğunu sübut etmək istəmişdir. Stolda oturan digər şəxs Nazim “bu əclaf Murad iki ayağını Qarabağda bizdən ötrü qurban vermiş, Qarabağ qazisindən 30000 (otuz min) ipoteka üçün pul alıb, bundan başqa 6-7 nəfər şəxslər də şikayətçi olublar, onları yolu üstə qoymaq olar amma Qarabağ qazisinin pulu özünə çatmaıdır ki, Murad saxlanıldığı banditizmin padvalından buraxılsın və sənə məxsus pulları geri qaytarsın, Murad içəridə qalarsa cəza almış olacaq və bununla heç kimin elcə də sənin pulunu geri qaytarmayacaqdır” sözünü demişdir. Bu söhbətdən sonra Nazim mobil telefonunu qulağına qoyub kiməsə “o əclafı bura gətirin” sözünü deyib əmrini vermişdir. Bu müddət ərzində nə Nazim nə Nicat nə dəki Elməddin Muradı qarşılamaq üçün çölə çıxmamışlar. Təxminən 10 dəqiqə sonra restoranın qapısı açılmış və içəri Murad təkcə başı aşağı vəziyyətdə bərbad halda daxil olub əyləşdikləri masaya yaxınlaşaraq stulda əyləşmişdir. Nazim Murada baxa-baxa bir də təkrar etmişdir ki, “bax Qarabağ qazsidindən 30000 manat pul alıbdır, 6-7 nəfərdən pul alıbdır, dur rədd ol stuldan” sözünü demişdir. Murad heç bir cavab vermədən ayağa qalxıb restoranın qapısından çölə çıxmışdır. O çölə çıxan zaman Nicat Nazim və Elməddin onu müşaiyyət etməmişlər. Murad çıxdıqdan sonra Elməddin ona “xanım, biz sizin nazınızla belə oynamalı deyilik, siz indi Muradın yanında qadınlar üçün ayrılmış təcridxanada saxlanılmalısınız, Nicat vəzifəcə bizdən böyük olduğuna və sizin ailənizə qarşı xoş münasibət bəslədiyinə görə siz indi azadlıqdasınız” sözünü demişdir. Bundan sonra Nicat ayağa qalxıb onları yola salmışdır. Elməddinlə Nazim isə stolda qalmışlar. Avtomobilə tərəf gedən zaman Nicat onlara «narahat olmayın, mən elə edəcəm ki, hər şey sizin xeyrinizə olacaq, mən sizin səmimiyyətinizi gördüm, Sizin bütün bu səmimiyyətinizdən Murad istifadə edib sizi aldadıbdır, gedin 5000 (beş min) düzəldin, əmimə deyəcəm sizi qətiyyən banditizmə çağırmasınlar və Muradı da orada bizim iki sutka saxlamağımıza ixtiyarmız var, biz Qarabağ əlilini razı salmalıyıq ki ərizəsini geri götürsün və Murad oradan azadlığa buraxılsın» sözünü demişdir. O, ağlayaraq pulunun olmadığını deyəndə Nicat ona ağlamasını, kartında 2000 manat pul olduğunu, 3000 manat onun düzəldib ona verməsini, 2000 manatı da üzərinə qoyub 5000 manat etməklə əmisini razı salıb Muradın banditizmdən buraxılmasına çalışacağını demişdir. O, Turala başqa əlaclarının olmadığını, pulun da qurtarıb gedib dayısına bu barədə danışıb ondan kömək istəyəcəyini demişdir. Həmin vaxt Nicat söhbətə qarışıb əgər bu barədə digər ailə üzvllərinə məlumat verərlərsə onda hamının onları danlayacağını, onlardan Murada inanıb onu evə saldıqlarına görə üz çevirəcəklərini deyib kimsəyə məlumat verməməyi tövsiyyə etmişdir. Həqiqətən Nicatın dediyi kimi olacağını bildiyi üçün kimsəyə məlumat verməməyi qərara almışdır. O, bundan sonra evə qayıdıb ilk öncə borca qonşusu Tünzalədən pul istəyib başına gələnləri Tünzaləyə danışmışdır. Tünzalə bu işin oyun ola biləcəyini ona xəbərdarlıq etsə də o, Muradın görünüşünə görə bu işin oyun olmadığını və hər şeyin ciddi göründüyünü bildirmişdir. Nicat hər 15-20 dəqiqədən bir onun istifadəsində olan mobil nömrəmə zəng edib pulu hazır edib etmədiyini soruşmuşdur. O, tanışlarından 3000 manat borca pul almışdır. Nicata pulun hazır olduğunu dedikdən sonra 30.05.2020-ci il tarixdə təxminən saat 21-22 radələrində Nicat, Nazim və Elməddin oğlum Turala məxsus Novxanı kəndindəki ünvana getmişlər. Həmin vaxt Turanə, Tural və Səfiyyə evdə olmuşlar. Yaşadığı evdə qonaq otağında 3000 manat pulu stolun üzərinə qoymuşdur. Stolun ətrafında oturmuş Nazim Nicat və Elməddin ona “xanım vəziyyət mürəkkəbləşir, Qarabağ əlili deyir ki, pulumun tən yarısı bu gecə mənə verilməsə mən şikayət ərizəmi geri götürmürəm, belə bir halda Murad mütləq tutulacaq və sizin pullar da geri qayıtmayacaqdır» sözünü demişdir. O, onlardan nə edə biləcəyini soruşduqda Nicat ona “artıq sizin ailənizi öz ailəm bilirəm, gəl Turalın maşınını aparaq Qarabağ əlinilinin qapısında girov qoyaq və 5000 manat pulu da verək, Muradı içəridən çıxartdıraq” sözünü demişdir. O, Nicatdan xahiş etmişdir ki, maşın getdikdən sonra onlar bağ evində qala bilmərlər, çünki burada dükan aptek heç bir şey yoxdur, gecə ilə biz köçək Sumqayıtdakı 14-cü məhəllədə yerləşən evə növbəti gün sbnh saatalarında gəlib maşını apararlar. Nicat razı olaraq ona “Muradın dostları qohum əqrabalarından dəymiş ziyanın ödənilməsi ilə bağlı pul yığırlar narahat olmayın bir iki günə maşın sizə geri qaytarılacaqdır”sözünü demişdir. Bundan sonra Nicat stolun üzərinə qoyduğu 3000 manat pulu götürüb onlardan sağollaşıb çıxıb getmişlər. Gecə ilə o, və ailə üzvləri Sumqayıt şəhəri 14-cü məhəllədəki ünvana köçmüşlər. Növbəti gün yəni 31.05.2020-ci il tarixdə təxmminən saat 10-11 radələrində Nicat, Nazim və Elməddin qara rəngli Jeep markalı xx-xx-888 dövlət qeydiyyat nişanlı avtomobillə onun yaşadığı evə gəlmişlər. Elməddinlə Nazim həyətdə qalmışlar. Nicat mənzilə daxil olub onlara narahat olmamasını qısa müddət ərzində maşının qaytarılacağını bildirərək, oğlu Turalla birgə evdən çıxıb notraiusa getmişlər. 31.05.2020-ci il tarixdə saat 11 radədlərində Tural, X10 99LA977 dövlət qeydiyyat nişanlı Chevrolit Aveo markalı nəqliyyat vasitəsini istənilən sərəncamın verilə bilinməsi üçün etibarnamə verməklə avtomobilin açarlarını Nicata təqdim etmişdir. Həmin vaxt Nazim Turala “ananın yanında çox şeyi danışa bilmirik, anan padvala getsə orada onu belə sakit tərzdə deyil butulka ilə başa salacaqlarını” sözünü demişdir. Bunu sonradan ona Tural özü demişdir. 01.06.2020-ci il tarixdə Nicat onun istifadəsində olan mobil nömrəyə zəng edərək əmisi ilə razılaşdığını, Qarabağ əlilinin şikayətini geri götürdüyünü və Muradın padvaldan buraxıldığını bildirərək onun Murada zəng etməyini qətiyyən qadağan etmişdir. Bundan sonra təxminən 1 həftə ərzində Nicat Turala və ona dəfələrlə zəng edib onlar barədə maraqlanıb özünü halına yanırmış kimi göstərmişdir. O, Nicata zəng edib “bəs nə oldu? Muradın dostları pul yığıb verə bilmədirlər ki, biz maşını geri götürək heç olmasa Tural taksilik fəliyyəti ilə məğul olub bizi dolandırsın” sözünü demişdir. Həmin vaxt səs tonunu kobudlaşdıran Nicat ona “mən özüm sizlə əlaqə saxlayacam” cavabını vermişdir. Həmin gün təxminən saat 19 radələrində Nicat 14-cü məhəllədəki ünvanına gələrək ona “sənin işin ağırlaşır, Murad pul aldıqları adamlara demişdir ki, pulu onlardan alıb gətirib sənə vermişdir, həmin adamlar da indi Muradın tərəfindən səndən şikayət ediblər” sözünü demişdir. O, Nicata bildirdiyi sözlərə görə etiraz edib Muraddan pul almadığını demişdir. Nicat söhbət etmək üçün oğlu Turalı həyətə çağırmışdır. Nicat oğlu Turala həyətdə “anan xəstədir yanında deyə bilmirəm, anan getdiyi yerdən 2-3 evini satsa belə buraxılmayacaqdır. Murad deyir ki, o, pulları anana faizə vermişəm, bizim idarədə ananın cəzası narkotik vasitlərin qanunusuz dövriyyəsi ilə bağlı cinayətlərin cəzası ilə eynidir» sözünü demiş, cavabında isə oğlu Tural Nicata anasının Murada iş görmək üçün pul verdiyini desə də, Nicat Turala “qaqa, mən bahalı maşınımı anama görə vaxtiykən satmışam, sən də indi öz evini anava görə anava demədən sataraq həmin adamları susdura bilərsən” sözünü demişdir. Bütün bunları həmin gün Tural ona danışmışdır. Növbəti gün Nicat yaşadığı evə gəlmişdir. Həmin vaxt onun bədəni yarı iflic olduğu üçün yatmışdır. Nicat evə gələndə o, əlini Qurani Kərim kitabına basaraq ona “mən pulu Murada əvvəllər də dediyim məqsədlə vemişəm. Mənə kömək et. Mən elə fikirləşirəm ki, bu işin arxasında Muradın dostları dayanıbdır” sözünü demişdir. Nicat isə ona tövsiyyə etmişdir ki, təcili 9-cu mkr-dakı evi Turalın adına keçirsin. Təxmini xatırladığına görə 05.06.2020-ci il tarixdə Nicat onun yaşadığı evə gəlib təkidlə Tünzalə və Elnarəni dindirəcəyi ilə bağlı evimə çağırmağı bildirmişdir. Fikrincə Tünzalə və Elnarə barəsində Nicata Murad demiş, Nicat isə guya Tünzalə və Elnaərinin də onun kimi sələm işi ilə məğul olmasını sübut etməklə onları məsuliyyətə cəlb edəcəkdir. O, sonda Nicatın təkidləri nəticəsində məcbur qalıb Tünzalə və Elnarəni yaşadığı evə dəvət etmişdir. Evdə qonaq otağında Nicat Tünzalə və Elnarəni sorğu sual edəndə Tünzalə ondan xidməti vəsiqəsini təqdim etməyi tələb etmişdir. Nicat ona “sizi idarəmizə dəvət edəndə mən özümün orada kim olduğumu təqdim edib vəsiqəmi sizə göstərəcəm” sözünü demişdir. Sorğu sual qurtardqıdan sonra Nicat çıxıb getmişdir. Lakin Nicat sakit durmayaraq oğlu Turala tez tez zəng etmişdir. O danışığında əmisinin onun vəzifəsini böydüəcəyini, bu işdən çıxacağını, o zaman isə onlara köməklik edə bilməyəcəyini, tez bir zamanda evi satıb pulunu ona verməyi bildirmişdir. 06.06.2020-ci il tarixdə təxminən saat 17 radələrində Nicat ona zəng edib Tünzalə və Elnarəni evə çağırmasını özünün də onlara gələcəyini və bir yerdə diskə qulaq asacaqlarını bildirmişdir. O, ondan xahiş edib yalvarmağına baxmayaraq təxminən saat 18 radələrində Nicat onun yaşadığı evə gəlmişdir. Tünzalə və Elnarə də onların evində olmuşlar. Onlar diskdə hər hansı onun pis bir şeyi olduğunu güman etdikləri üçün bir qədər aqressivləşmişdirlər. Evdə Nicat ondan nootbook gətirməyi tələb edib əlində saxladığı CD kompakt diski Elnarə və Tünzaləyə göstərib “siz bilsəniz ki bu diskin içində nələr var bu dəqiqə burda bıçaqla bu ailəni öldürərsiniz” sözünü demişdir. O, haqlı olduğu halda Nicatın yalandan bu şəkildə danışmasından və təhdid etməsindən əsəbləşib Nicatdan evini tərk etməsini və onu rəsmi qaydada idarəyə dəvət etdikdən sonra gələcəyimi izahat verəcəyimi bildirmişdir. Nicat isə əsəbi halda çölə çıxaraq kiminləsə uca səslə telefonda danışıb “gəlin bunları ailəlikcə maşınlara basıb aparın” sözünü demişdir. O, artıq Nicatın bu hərəkətlərindən qorxub vəkillər bürosuna üz tutmuş və bütün bu başına gələn hadisələri bir neçə vəkilə danışmışdır. Bunlara qulaq asan hər bir vəkil ona hüquq mühafizə orqanlarına müraciət etməsini və tez bir zamanda oğluna məxsus Chevrolit Aveo markalı avtomobilin etibarnaməsini ləğv etdirməyini məsləhət görmüşlər. Bundan sonra oğlu Turalla birgə Bakı şəhərində yerləşən DİN Baş Mütəşəkkil Cinayətkarlığa X21sinə şikayət etmək məqsədi ilə getmişdir. Orada idarənin giriş qapsında dayanan polis əməkdaşlarına Nicatın facebook sosial şəbəkəsindən götürdüyü fotoşəkilini göstərib bu simada şəxsi tanıyıb-tanımadıqlarını soruşmuş, onlar da həmin şəxsi tanıdıqlarını, professional dələduz olduğunu demişlər. Onlar qəbula girmək üçün çöldə gözləmişlər. Təxminən 20 dəqiqə sonra Nicat təlaşlı vəziyyətdə onlara yaxınlaşmışdır. Həmin vaxt ona məxsus sübut əhəmmiyyəti daşıyacaq Nicata verdiyi materiallar Nicatın əlində olmuşdur. Onlara çatan Nicat ona «sizin işinizdən ötrü gəlmişəm, reketlər şöbəsində əmim var, sizin pullarınız və maşının geri qaytarılması ilə bağlı lazımı tədbirləri görmək üçün burdayam» sözünü demişdir. Həmin vaxt onlar ona “ayıb deyilmi, sənin tay-tuşların Qarabağda döyüşür, sən isə bizim kimi ziyalı ailəni belə incidmisən” sözünü demişdir. Nicat heç bir cavab qaytarmamışdır. O, Nicatın əlində tutduğu ona məxsus materialları əlindən almışdır. O, Nicata “düzünü de görüm sən kimsən” sözünü deyəndə, Nicad ona adi vətəndaş olduğunu, heç bir hüquq mühafizə orqanlarında işləmədiyini, Muradı tanımadığını, Muradın dostunun dostu olduğunu bildirib ona “siz Muradı o qədər yaxın buraxmısınız ki, o sizin bütün zəif nöqtələrinizi bilir. Murad bizim əlimizlə sizi qorxudmaqla verdiyiniz puldan imtina etməyi təmin edəcəkdi. Siz şikayət etməyin, sözü verirəm ki, axşam maşınınızı sizə geri gətirəcəm” sözünü demişdir. Həmin söhbətdən sonra onlar şikayət etmək üçün BCMİnə daxil olmuşlar. Daha sonra yaşadığı evə qayıtmışdır. Nicat ona zəng edərək maşını evakuatrla göndərdiyini, dəniz qırağında olacağını, oğlunun gedib maşını götürməsini demişdir. O da etiraz edərək maşını Qarabağ qazisinin qapısından polis orqanlarının işitrakı ilə götürəcəyəni bildirmişdir. Nicat təkidlə maşının yolda olduğunu bildirmişdir. O, Nicata inanmadığını, maşına narkotik ata biləcəyini, ona görə də yalnız polisin əli ilə avtomobili təhvil alacağını desə də, Nicat ona əhəmiyyət vermədən avtomobili gətirib dəniz qırağında qoyub ona avtomobili kamera olan yerdə saxladığını, açarının da təkərin altında olduğunu bildirmişdir. Həmin gün oğlu Tural gedib avtomobili geri götürmüşdür. O, Nicata zəng edib ondan 3000 manat pulunu geri qayatarmasını deyəndə o, ona “pul Murada verilib, bu işin təşkilatçısı Muraddır və puluvu da Muradda geri al” sözünü demişdir. Bundan bir neçə gün sonra Murad ona zəng edib ondan avtomobil və sübutlarını özündə əks etdirən dəftərin ona geri qaytarılıb-qaytarılmadığını soruşmuş, o da soruşduqlarının onda olduğunu demişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam ödənildiyindən onlara qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları şahid qismində X5 və X8 da təsdiq edərək eyni məzmunlu ifadələr vermişdirlər. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs, Murad Ramazanov, Təqsirləndirilən şəxs3, Nicat Həsənov və Təqsirləndirilən şəxs2 dair düşmənçilik və ya ədavət münasibətləri olmamışdır. Zərərçəkmiş şəxs onun qonşusudur. Doğulduğu vaxtdan Sumqayıt şəhəri 14-cü məhəllədə boya-başa çatmışdır. Zərərçəkmiş şəxs təxminən 6 ildir ki, tanımaqla, aralarında qonşuluq münasibətindən əlavə, gediş-gəlişləri olduğu üçün rəfiqə münasibətləri də mövcuddur. Murad Ramazanov təxminən xatırladığına görə 2017-2018-ci il tarixdən etibarən Zərərçəkmiş şəxs yaşadığı evinə gedib gəlmişdir. Sevda ilə ötəri söhbətlər zamanı ona olmuşdur ki, Murad Sevdanın aldığı evlərin təmir tikinti işlərini aparır, bundan başqa Sevda hərbiçilər üçün 4 faizlik ipoteka üçün banka qoyulmasından ötrü Murada məbləğini bildirmədiyi miqdarda pul vermiş və Murad həmin pulla gəlir əldə edib Sevdaya verməliydi. Bu məzmunda aralarında arabir söhbətlər olmasına baxmayaraq o şəxsi işə qarışmaq istəmədiyi üçün heç vaxt Muradla Sevda arasında olan söhbətlərin dərininə getməmiş, Sevdanın Murada konkret olaraq nə qədər pul verdiyini və nə səbəbə verdiyini soruşmamışdır. Buna baxmayaraq insan kimi Muradın özünü aparmağı, davranışları xoşuna gəlmədiyindən Sevdaya ondan ehtiyyatlı olması xəbərdarlığını etmişdir. Sevda isə xasiyyətcə saf olduğu üçün onun dediyinə əhəmiyyət verməyib həmişə Muradın necə bir xoşniyyət insan olduğunu yanında demişdir. 12.04.2020-ci il tarixdə yaşadığı evdə olan zaman təxminən saat 15 radələrində Sevda onun yaşadığı mənzilə gəlib, Muradın təcili ucuz qiymətə satılan BMV X5 markalı avtomobil tapdığını, həmin maşını almaq istədiklərini lakin pullarının çatmadığını, ona görə ona 5500 manat borca pul verməyini, verəcəyi təqdirdə 26.04.2020-ci il tarixdə pulu geri qayataracağını, hətta xeyir üçün üzərində təxminən 100-200 manat da pul verəcəyini bildirmişdir. O Muradla iş görməsi səbəbindən ehtiyyat etsəm də, Sevdanın israrlarından məcbur qalıb evində olan 5.500 manat pulu Sevdaya vermişdir. Pulu verməmimşdən öncə Muradın Sevdaya bir neçə dəfə zəng etdiyini, hətta zənglərdən birində Sevdanın səs ucaldana qoyub səsi ona qulaq asdırmış və həmin danışıq zamanı Murad Sevdaya narahat olmamasını, vaxtında pulunun çatacağanı demişdir. Əlbəttdəki o pulu Muradın sözünə görə deyil, Sevda ilə araların olan rəfiqə münasibələri və Sevdanın israrı ilə vermişdir. Hazırki müddətədək də həmin pul ona geri qaytarılmamışdır. 26.04.2020-ci il tarixdə Sevdadan pulu istədiyində Sevda ona Muradla danışdığını və Muradın bu axşam pulu verəcəyini bildirmişdir. Bu formada 30.04.2020-ci il tarixədək Murad Sevdaya dolayısı ilə Sevda da ona yalan vədlər vermişlər. 31.05.2020-ci il tarixdə təxminən saat 15 radələrində Sevdanın dəvəti ilə yaşadığı evinə getmişdir. O, içəri daxil olan kimi Sevda əsə-əsə ona “məni veriblər banditizmə, 3000 manat təcili pul çatdırmalıyam bugün” sözünü demişdir. O, ondan nə məsələdir deyə soruşanda Sevda ona oğlu Tural ilə Çanaqqaladan gəldiklərini demişdir. Ondan Çanaqala niyə soruşanda Sevda ona ora dəvət edildiyini, dəvət edən Nicat Elməddin və Nazim adlı şəslərin özlərini Banditizm əməkdaşları kimi təqdim etdiklərini, ondan 3000 manat pul istədiklərini deyib, həmin məbləğdə pulun onda olmadığını, bu səbəbdən ondan 3000 manat borca pul istəmişdir. O, əvvəlcə Sevdaya onun Bakıya çağrılmasının bir sennari olduğunu, onu aldatdıqlarını desə də Sevda ona inanmayıb pulu tapıb çatdıracağını demişdir. Bundan sonra eşitmişdir ki, Sevda gəlini Səfiyyənin qızılarını lombarda qoymaqla əldə etdiyi 3000 manat pulu həmin gün yaşadığı evində Nicad adlı şəxsə vermişdir. Sevda 3000 manat pulu verməsinə baxmayaraq Nicad Elməddin və Nazim adlı şəxslər Muradın Qarabağ əlilini aldatdığını, buna görə də Muradın Banditizmdə saxlanıldığını, Muradın işi gedəcəyi təqdirdə Sevdagilə də problemlər yaranacağını bildirib qarabağ əlilini razı salmaq üçün 15.000 manat pul istəmişlər. Sevda pulu verməsəydi Nicad Elməddin və Nazim onu banditizmdə saxlıyacaqları, şərəf və ləyaqətini alçaldacaqlarını, butulka üstündə oturdacaqları hədələrini etmişdilər. Bu söhbətlərdən onun 2-3 gün sonra xərəbi olmuşdur. Belə ki, o Sevdanı 3000 manat pul verdiyinə görə danlayanda o ona 3000 manatdan əlavə olaraq oğlu Turalın maşınını da Nicada verdiyini demişdir. 2020-ci ilin iyun ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı gündə Sevda yaşadığı evə gəlib Nicadın onun mənzilində olduğunu və onu izahatının alınması üçün evə dəvət etdiyini bildirmişdir. Həmin gün o Sevdanın evinə getməmişdir. Nicad isə Sevdadan ona söz göndərmişdir ki, izahat verməyəcəyi təqdirdə onu Banditizm idarəsinə apazdıracaqdır. Növbəti gün onu Sevdanın evinə çağıranda məcbur Nicadın yanına getmişdir. O, içəri daxil olan kimi Nicaddan xidməti vəsiqəsini tələb etmişdir. Nicad ona “tələsmə, vəqisəmlə idarədə tanış olacaqsan” sözünü demişdir. O izahat vermək üçün getməsinə baxmayaraq Nicad ancaq özündən danışıb “bir tərəfim Eyyubovlardan, bir tərəfim isə Eyvazovlardanam. Mən idarədə mühüm admam. Özüm də indi Şamaxıdakı hadisələrlə bağlı oradan gəlirəm, yorğunam” sözünü demiş, sanki özünün mühümlüyünü ona sübut etmək istəmişdir. Hətta həmin söhbət zamanı Nicad “mən istədiyim adamın maşının, evinə nəşə atıb onu ilişdirə bilərəm. Sevda xanım mənim vəzifəm böyüyəcək, sizin işinizi tez həll etmək istəyirəm” sözünü demişdir. Bundan sonra Nicad çıxıb evdən getmişdir. Sonradan o, Sevda ilə danışıq edən zaman o ona Murada hissə-hissə ümumlikdə 150.000 manat pul verdiyini demişdir. Onun yanında Sevda Murada hər hansı məvacibdə pul verməmiş, bildirdiyi 150.000 manat məbləği Sevdanın ona dediklərinə əsaslanır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 05.05.2021-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən cinayət nəticəsində ona vurulmuş ziyan tam olaraq ödənilmişdir, onlarla barışmışdır, onlara qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Sumqayıt filialının 27154 №li 04.08.2021-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında, yəni 1.000 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Sumqayıt filialının 2186 №li 04.08.2021-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında, yəni 1.000 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Sumqayıt filialının 7259 №li 04.08.2021-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında, yəni 1.000 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 məhkəməyə təqdim etdikləri ərizədən görünür ki, zərərçəkmiş şəxsə vurduqları maddi ziyanı tam olaraq ödədikləri üçün zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayət və tələbi yoxdur, özlərini tam təqsirli bilirlər, həmçinin hər biri ayrı-ayrılıqda cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında yəni 1.000 manat məbləğində pul vəsaitini dövlət büdcəsinə ödəniş etdiklərinə görə barələrində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. İş üzrə maddi sübut olan CD disklər və flaş kart cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. İş materiallarından görünür ki, 20.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 08.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 08.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 evlidir və himayəsində 02 azyaşlı uşağı vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 evlidir və himayəsində 03 azyaşlı uşağı vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 evlidir və himayəsində 02 azyaşlı uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, cinayəti səmimi etiraf etməsini, himayəsində 02 azyaşlı uşağının olmasını Azərbayan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödəməsini Azərbayan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs3 əməlindən peşman olmasını, cinayəti səmimi etiraf etməsini, himayəsində 03 azyaşlı uşağının olmasını Azərbayan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödəməsini Azərbayan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, cinayəti səmimi etiraf etməsini, himayəsində 02 azyaşlı uşağının olmasını Azərbayan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödəməsini Azərbayan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) saat vaxt sərf etmişdir. Ona görə də 216 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə 18 (on səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də 108 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə 18 (on səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də 108 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 göstərdiyi hüquqi yardıma görə 18 (on səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də 108 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və onlar cinayət məsuliyyətindən azad edilməlidir. Barələrində seçilmiş qətimkan tədbirləri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan CD disklər və flaş kart cinayət işinin materiallarında saxlanılsın. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə 216 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə 180 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 180 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə 108 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə 108 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 göstərdiyi hüquqi yardıma görə 108 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar