Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-331/2021 06.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Hacıqabul rayonunda anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, S.Almazov küçəsi, ev 57-də qeydiyyatda olmaqla, ünvan 1-da kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu 06 yanvar 2021-ci il tarixdə saat 16. radələrində kirayə yaşadığı ünvan 1 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs onun ailəsi haqqında gileylənməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sillə ilə Zərərçəkmiş şəxs sifətindən vuraraq burun sümüyünün tam yerdəyişməyən sınığı ilə müşayiət olunmuş burun nahiyyəsinin şişkinliyi və burun qanaxması, sol gözaltı nahiyyəsinin və alt göz qapağının qançırı xəsarətləri yetirib zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, ailəsi birlikdə ünvan 1 ünvanında yaşayır. Əvvəllər Hacıqabul rayonunda yaşasalar da, sonradan iş olmadığından Sumqayıt şəhərinə köçərək orada kirayə qalaraq işləmişlər. Hazırda anası Şahid2 çörək sexində işləyir, atası İlham və o, ona kömək edir. O, Zərərçəkmiş şəxs ilə 2019-cu ilin yanvar ayında ailə həyatı qurmuşdur. Onların ailədə münasibətləri normal olmuş, hərdən bir ailədaxili mübahisələri olmuş, yəni onunla Nilufər bir-birləri ilə mübahisə etmişlər, lakin ailəsi onları barışdırmışdır. Nilufər də həmişə normal olmuş, lakin anası onlara tez-tez gəldiyindən Nilufər də anası getdikdən sonra dəyişmiş və onunla səbəbsiz yerə mübahisə etmişdir. 06.01.2021-ci il tarixdə atası ilə anası işə getmişdilər. Onunla Nilufər evdə olmuşlar. Nilufərə telefon qadağan etdiyi üçün o, ondan yenidən telefon istəmiş və həm də ailəsi haqqında boş-boş danışıb, gileylənmişdir. O da ona telefon vermədiyindən Nilufər onun üzərinə gələrək onun yaxasından tutaraq köynəyini cırmış və ona cırmaq atmağa başlamışdır. O da əsəbiləşərək onu özündən kənarlaşdırmaq istəyərkən əli onun sifətinə dəymiş və onun sağ gözü zədələnmişdir. Sonradan üzr istəmişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, hazırda ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi, fərdi evdə yaşayır. Təqsirləndirilən şəxs ilə 2019-cu ilin yanvar ayında ailə həyatı qurmuş, İlham adında bir uşaqları var. Ağacanovlar onun nənəsiylə Hacıqabul rayonunda qonşu olmuşar, orada o, Muradla bir-birlərini istəmişlər. Sonra da onlar onu Murada istədikdə ailəsi əvvəlcə balaca olduğu üçün vermək istəməmişlər, lakin sonra onlar da, o da israr etdiyi üçün onlar nişanlanmışlar. Sonra toy uzun çəkdiyi üçün Murad onu qaçırmış və 2019-cu ilin yanvar ayında da ailəsinin təkidi ilə toy etmişlər. Onun ailəsi daimi olaraq Sumqayıt şəhərində yaşamış, lakin onlar isə Hacıqabul rayonunda yaşamışlar. Onlar əvvəlcə normal olsalar da, sonra onunla mütamadi olaraq mübahisə etmişlər. Yanvar ayının 6-da o, evdə heç kəs olmayanda Murada ailəsi barədə öz etirazını bildirmiş, Murad da əsəbiləşərək sillə ilə onun sifətindən, sol gözündən vurmuş, sonra da evdən çıxıb getmişdir. Mübahisə zamanı yanlarında heç kim olmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Şahid3 göstərdi ki, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi, fərdi evdə yaşayır. Qızı Ədilova X2 Murad İlham oğlu ilə 2019-cu ilin yanvar ayında ailə həyatı qurmuşlar. Qızı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülməsini qızından eşitmiş, orada olmamışdır. Şahidlər Şahid5 Şəmsəddin qızı, Şahid6, Şahid4, Şahid2 və Şahid1 hadisə vaxtı orada olmadıqlarını, hadisə barədə eşitdiklərini bildirmişlər. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 11.01.2021-ci il tarixli 26 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində burun sümüyünün tam yerdəyişməyən sınığı ilə müşayət olunmuş burun nahiyyəsinin şişkinliyi və burun qanaxması, sol gözaltı nahiyyəsinin və alt göz qapağının qançırından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müayinədən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən 06.01.2021-ci il tarixdə yarana bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aiddir. (i.v 56-58) İş materiallarında olan DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs oğlunun verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə məhkəməyədək sadələşdirilmiş icraat məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 05 (beş) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 30 (oyuz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs oğlu müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-331/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-331/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver