Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-35/2025 09.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs X1 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1992-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədi ilə sonuncunu Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ilə danışıb Elnurə Rəsulovanın ona borclu olduğu 91000 manat pulun alınmasına köməklik göstərəcəyini vəd etməklə bilə-bilə yalan məlumatlar verib inandırmaqla aldatmış və həmin yalan vədlərin təsiri altında 07 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 6 nömrəli evin 19 nömrəli mənzilinin yerləşdiyi blokda Zərərçəkmiş şəxs məxsus 2250 manat dəyərində 15 qram çəkidə 950 əyarlı qızıl qolbağını, 2100 manat dəyərində 28,6 qram çəkidə 585 əyarlı qızıl qolbağını, 1300 manat dəyərində 17 qram çəkidə 585 əyarlı qızıl qolbağını, 510 manat dəyərində 6,8 qram çəkidə 585 əyarlı qızıl qolbağını, 1200 manat dəyərində 15,8 qram çəkidə 585 əyarlı qızıl qolbağını, 1570 manat dəyərində 21 qram çəkidə 585 əyarlı kişi qol saatını, 870 manat dəyərində 11,6 qram çəkidə 585 əyarlı qızıl boyunbağını, 2200 manat dəyərində 28,6 qram çəkidə 585 əyarlı qızıl boyunbağını-cəmi 12000 manat dəyərində, alıb ələ keçirmiş, bununla da o, xeyli miqdarda ziyan vurmaqla aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Ramiləni Günay adlı xanım vasitəsilə tanımışdır. Ramilə demişdir ki, kiməsə 80-90 min manat pul vermiş və geri ala bilmir. O da, Ramiləyə tanış vəkilləri vasitəsilə pulu geri almaqda Ramiləyə kömək edə biləcəyini bildirmişdir. Sonda vəkilə 10 min manat pul vermək lazım olduğunu bildirmişdir. O, Ramilədən qızıl zinyət əşyalarını götürmüşdür. Qızılların dəyəri ittiham aktında qeyd olunan on iki manat məblğində olmasa da, təxminən doqquz min manat məbləğində idir. Amma ittiham aktında əgər on iki min manat yazılıbsa, bunu qəbul edir və on iki min manat pulu qaytarmağa razıdır. Lakin həmin qızılları iş görmək üçün yox, sadəcə olaraq özü üçün götürmüşdür. O, həmin pulu hər hansı iş görmək adı ilə almamışdır, özü üçün almışdır. Lakin bunu sübut edə bilməyəcək. O, Ramilədən götürdüyü qızılları satıb, əldə etdiyi pulla obyekt açmış, sonra isə pulu batırmışdır. Onun “banditizm” idarəsi ilə heç bir əlaqəsi yoxdur. Dediyi vəkil guya banditizm idarəsi vasitəsi ilə pulu geri alacaqmış, onun bundan xəbəri olmayıb. Ramiləyə kömək etməkdə heç bir maddi marağı olmamış, ondan qızılları almasını isə etiraf edir və qaytaracağına söz vermişdir. Məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 33-də qeydiyyatda olsa da, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Xaçmaz rayon təcrübə stansiyasında labarant işləyir. Bundan başqa o, ayrı-ayrı şəxslərdən müxtəlif növ qızıl-zinyət əşyalarını nisyə olaraq almış və sonra bir qədər baha qiymətə satıb həm aldığı qızıl-zinyət əşyalarının pulunu ödəmiş, həm də ki, özü bu yolla pul qazanıb ailəsinə maddi dəstək olmağa çalışmışdır. 2022-ci ilin əvvəllərində Elnurə Rəsulova adlı bir qadına 91000 manat dəyərində qızıl-zinyət əşyalarını 3-4 dəfəyə nisyə vermiş, lakin pulunu ala bilməmişdir. O, hələ də, Elnurədən pulunu ala bilməmişdir. 2023-cü ilin sentyabr ayının əvvəlləri olardı onunla qonşuluqda yaşayan Günayla söhbət edərkən sonuncu ona demişdir ki, onun Selen adlı rəfiqəsi var. Selen Türkiyə Respublikası vətəndaşı olsa da, əri ilə birlikdə Xaçmaz şəhərində yaşayır. Ayrıayrı şəxslərin Selenin ərinə pul borcu olmuşdur, Emil adlı şəxs isə borclu olan şəxslərdən pulların alınıb Selenin ərinə verilməsinə köməklik göstərmişdir. O, Günaydan onu Emil ilə tanş etməsini xahiş etmişdir. Emil ilə telefon vasitəsil danışdıqdan sonra, görüşmək qərarına gəlmişlər. Görüş zamanı o, Emilə Elnurə ilə olan problemini danışmış və Emil ona demişdir ki. Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məxfi əməkdaşıdır və bu məsələdə köməklik edə biləcək. Bunun müqabilində 12 000 manat pul istəmişdir. Pulu 10 min manat hissəsi “banditizm” əməkdaşlarına işi həll etmək üçün, qalan 2 000 manat hissəsi isə yeyib-içmək və şirinlik adı ilə verilməlidir. O Emilin şərtlərini qəbul etsə də, nağd pulun olmamasını və pulu qızıl əşyalarla verə biləcəyini demişdir. Emil onunla razılaşdı. 07 sentyabr 2023-cü il tarixdə Emil onun yaşadığı Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 6 nömrəli evin 19 nömrəli mənzilinin yerləşdiyi bloka gəlmiş və o, yaşadığı mənzilin yerləşdiyi blokda qonşusu Günayın yanında özünə məxsus 2250 manata aldığı 15 qram çəkidə 950 əyarlı qızıl qolbağını. 2100 manata aldığı 28,6 qram çəkidə 585 əyarlı qızıl qolbağını, 1300 manata aldığı 17 qram çəkidə 585 əyarlı qızıl qolbağını, 510 manata aldığı 6,8 qram çəkidə 585 əyarlı qızıl qolbağını, 1200 manata aldığı 15,8 qram çəkidə 585 əyarlı qızıl qolbağını. 1570 manata aldığı 21 qram çəkidə 585 əyarlı kişi qol saatını. 870 manata aldığı 11.6 qram çəkidə 585 əyarlı qızıl boyunbağını. 2200 manata aldığı 28.6 qram çəkidə 585 əyarlı qızıl boyunbağını Emilə vermiş, sonuncu qızıl-zinyət əşyalarını ondan aldıqdan sonra demişdir ki, qısa müddət ərzində Elnurədə olan bütün pulları alınıb ona veriləcəkdir. Sonrakı günlərdə isə Emil hər dəfə müxtəlif bəhanələr gətirməklə nə onun işini həll etmiş, nə də ki qızlları və yaxud pullarını qaytarmışdır. Hazırda Emilin qardaşı ona 3000 manat pulu ödəmişdir. Qalan ziyan məbləği 9000 manat təşkil edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, o, Quba rayonu, Qonaqkənd qəsəbəsində qeydiyyatda olsa da, ailəsi ilə birlikdə ünvan 5 ünvanında yaşayır. Zərərçəkmiş şəxs təxminən 3 il olarkı tanıyır. Ramilə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində onunla qonşuluqda yaşayır. Xaçmaz şəhərində yaşayan Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Ramilə onunla qonşuluqda yaşadığına və onunla münasibəti olduğuna görə bilmişdir ki, Ramilə ayrı-ayrı şəxslərdən müxtəlif növ qızıl-zinyət əşyalarını nisyə olaraq alır və sonradan isə bir qədər baha qiymətə satıb aldığı qızıl-zinyət əşyalarının pulunu ödəyir. Ramilə ilə görüşüb söhbət etdiyinə görə bilmişdir ki, Elnurə adlı qadın Ramilədən qızıl-zinyət əşyaları alıb pulunu verməmişdir. Xaçmaz şəhərində yaşayan Türkiyə Respublikası vətəndaşı Selen adlı qadını da 2022-ci ilin iyun ayından tanıyır. Selenin qızı da onun qızı ilə bir sinifdə təhsil alır və o, Seleni Xaçmaz şəhərində 8 saylı liseydə görüb tanımışdır. Aradabir Selen qızını götürmək üçün məktəbə gəlməyəndə o, onun qızınıda məktəbdən götürüb öz evinə gətirmiş, sonradan Selen onun evinə gəlib qızını aparmışdır. Ramilə də Seleni onun evində görüb tanımışdır. Selenlə söhbət edərkən sonuncu ona demişdir ki, əri Muharremə ayrı-ayrı şəxslərin borcu olmuşdur, Emin adlı şəxs borcların alınmasında əri Muharremə köməklik göstərmişdir. Dəqiq tarixi xatırlamır, 2023-cü ilin sentyabr ayının əvvələri olardı Ramilə ilə söhbət edərkən Selenin ona danışdıqlarını xatırlayıb Ramiləyə demişdir ki. Selenin deməsinə görə ayrı-ayrı şəxslərin Selenin ərinə pul borc olmuşdur. Emil adlı şəxs borclu olan şəxslərdən pulların alınıb Selenin ərinə verilməsinə köməklik göstərmişdir, istəyirsə Selenlə danışıb Emilin mobil telefon nömrəsini öyrənib ona desin, özü Emillə danışsın, bəlkə Emil Elnurədən pulunun alınmasında ona köməklik göstərə bildi. Ramilə Emillə danışmağa razılaşmış və o, Selenə zəng vurub Emilin mobil telefon nömrəsini öyrəndikdən sonra özü Emilə zəng vurub onun istifadəsində olan mobil telefon nömrəsini Selendən öyrəndiyini bildirərək demişdir ki, Ramilə adlı qonşusu var, bir nəfər Ramilədən qızıl-zinyət əşyaları alıb pulunu verməmişdir, bəlkə pulun alınmasında o, Ramiləyə köməklik göstərə bildi. Emil Ramiləyə köməklik göstərə biləcəyini bildirərək ondan Ramilənin istifadəsində olan mobil telefon nömrəsini istəmiş, o, da Ramilənin istifadəsində olan mobil telefon nömrəsini Emilə demişdir. Sonradan Ramilə ona demişdir ki. Emil özü zəng vurub Ramilə ilə danışmışdır və Ramiləyə söz vermişdir ki, Elnurədən pulunun alınmasında ona köməklik göstərəcəkdir. Bir neçə gün keçdikdən sonra Ramilə onu çağırmış və onlar birlikdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən «Qayalı» marketin qarşısına gedib Emillə görüşmüşlər. «Qayalı» marketin qarşısında görüşərkən Emil Ramiləyə demişdir ki, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məxfi əməkdaşıdır, o. özü Ramilənin məsələsini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ilə danışmışdır, həmin idarənin əməkdaşları Elnurədən pulun alınıb ona verilməsinə köməklik göstərəcəklərinə söz vermişlər, bunun üçün ona 12000 manat pul verməlidir, həmin pulun 10000 manatını Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına verəcək, qalan iki min manat pulu isə gələn polis əməkdaşlarının yeyib-içmələrinə və digər xərcərinə istifadə edəcəkdir. Ramilə ona verə biləcək pulu olmadığını bildirdikdə isə Emil demişdir ki, o, ona həmin dəyərdə qızıl-zinyət əşyaları versin, sonradan özü Ramilənin verdiyi qızıl-zinyət əşyalarını satıb pulunu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına verəcəkdir. Ramilə Emilə inandığı üçün özünə məxsus qızıl-zinyət əşyalarını Emilə verməyə razılaşmış, 07 sentyabr 2023-cü il tarixdə Emil yaşadıqları Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 6 nömrəli evin blokuna gəlmiş və yaşadıqları mənzilin yerləşdiyi blokda Ramilə onun yanında özünə məxsus qızıl qolbağdan, kişi qol saatını, qızıl boyunbağıları Emilə vermişdir. Emil qızıl-zinyət əşyalarını Ramilədən aldıqdan sonra demişdir ki, qısa müddət ərzində Elnurədə olan bütün pulları alınıb ona veriləcəkdir. Sonrakı günlərdə Ramilə onun yanında zəng vurub Elmillə danışarkən Emil Ramiləyə demişdir ki, Elnurəni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıb dindirmişlər, yaxın günlərdə Elnurədən 91000 manat pul alınıb ona veriləcəkdir, onun işini birdən həll etmək mümkün deyildir, bir az səbirli olsun, onunda işi həll olunacaqdır. Ramilə atası ilə birlikdə Elnurənin evinə getmək istədiyini bildirəndə isə Emil Ramiləyə demişdir ki, özü Elnurənin evinə getməsin, yaxın günlərdə Ramilənin özünüdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağıracaqlar. Ramilə Emilə inanmış, ona görə də Emilin dediyi sözləri inandırıcı qəbul edib gözləmiş və aradabir onun yanında Emilə zəng vurub Elnurədən pulunun alınıb-alınmadığını soruşmuşdur. Emil isə müxtəlif bəhanələr gətirməklə vaxtı uzatmağa çalışmış, sonradan Ramilə özü ona demişdir ki, maraqlanmışdır, Emil heç bir yerdə işləmir və heç bir işlə məşğul olmur, onun əsas işi inşaları aldatmaqdan ibarətdir, Emil bu yolla onuda aldadıb qızıl-zinyət əşyalarını ələ keçirmişdir. Sonrakı müddətdə Ramilə nə qədər cəhd etsədə Emilə verdiyi qızıl-zinyət əşyalarını geri ala bilməmiş, sonradan isə eşitmişdir ki, Ramilə Xaçmaz RPŞ-nə gələrək Emil barəsində şikayət etmişdir. Emil Ramilədən özü üçün qızıl-zinyət əşyaları almamışdır. Emil onun yanında Ramiləyə demişdir ki, özü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məxfi əməkdaşıdır, o, özü Ramilənin məsələsini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ilə danışmışdır, həmin idarənin əməkdaşları Elnurədən pulun alınıb ona-verilməsinə köməklik göstərəcəklərinə söz vermişlər, bunun üçün ona 12000 manat pul verməlidir, həmin pulun 10000 manatını Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına verəcək, qalan iki min manat pulu isə gələn polis əməkdaşlarının yeyib-içmələrinə və digər xərcərinə istifadə edəcəkdir. Emil bu yolla Ramiləni inandırıb ona məxsus qızıl-zinyət əşyalarını almışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhər sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib əmlakını ələ keçirmək məqsədi ilə sonuncunu Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ilə danışıb Elnurə Rəsulovanın ona borclu olduğu 91000 manat pulun alınmasına köməklik göstərəcəyini vəd etməklə bilə-bilə yalan məlumatlar verib inandırmaqla aldatmış və həmin yalan vədlərin təsiri altında 07 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 6 nömrəli evin 19 nömrəli mənzilinin yerləşdiyi blokda Zərərçəkmiş şəxs məxsus 2250 manat dəyərində 15 qram çəkidə 950 əyarlı qızıl qolbağını, 2100 manat dəyərində 28,6 qram çəkidə 585 əyarlı qızıl qolbağını, 1300 manat dəyərində 17 qram çəkidə 585 əyarlı qızıl qolbağını, 510 manat dəyərində 6,8 qram çəkidə 585 əyarlı qızıl qolbağını, 1200 manat dəyərində 15,8 qram çəkidə 585 əyarlı qızıl qolbağını, 1570 manat dəyərində 21 qram çəkidə 585 əyarlı kişi qol saatını, 870 manat dəyərində 11,6 qram çəkidə 585 əyarlı qızıl boyunbağını, 2200 manat dəyərində 28,6 qram çəkidə 585 əyarlı qızıl boyunbağını-cəmi 12000 manat dəyərində, alıb ələ keçirmiş, bununla da o, xeyli miqdarda ziyan vurmaqla aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə olan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, cinayət nəticəsində vurulmuş maddi ziyanın bir qismini (3000 manatı) ödəməsini, yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməlləri nəticəsində vurulmuş ziyanın tam şəkildə ödənilməməsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 1(067)-154/2024 saylı qərarından və 24 dekabr 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından gizləndiyindən barəsində axtarış elan olunaraq, həbs qətimkan tədbiri seçilmiş və 24 dekabr 2024-cü il tarixdə o, saxlanılaraq Xaçmaz RPŞ-nin MSY-yə təhvil verilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində qalmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdirsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın tam ödənilmədiyini və Təqsirləndirilən şəxs ziyan tələb etdiyini bildirsə də, cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək Təqsirləndirilən şəxs qarşı cinayət mühakimə icraatı qaydasında cinayət nəticəsində ona dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsi ilə müraciət etməmişdir. Ona görə də Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izah olunur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən onun Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində qalsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. İş üzrə mülki iddianın və xüsusi müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-35/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-35/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver