Məhkəmə qərarları › İş №1(073)-159/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-159/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-159/2024 05.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaxın qohumluq münasibətləri olmayan Şahid1 X19 ilə qabaqcadan əlbir olaraq yetkinlik yaşına çatmayan Şahid2 xx.xx.2023-cü il tarixdə evlənmək məqsədilə qaçırıb faktiki olaraq adam oğurluğu cinayətini törətmələrini həmin gün saat 18 radələrində Şahid5 ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2 fərdi yaşayış evində bilavasitə zərərçəkmiş şəxsin özündən eşidib yəqinliklə bilərək real imkanları olduğu halda xüsusilə ağır cinayətin törədilməsi barədə hakimiyyət orqanlarına və ya onların vəzifəli şəxslərinə qəsdən xəbər verməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 bacısı Şahid9 Səttar qızının, X19 isə qardaşı X7 övladlarıdır. Onlarla münasibətləri normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Şahid2 Tapdıq qızını isə hadisədən əvvəl tanımamış, sonuncu ilə qohumluq əlaqələri, aralarında düşmənçilik və ya ədavət olmamışdır. X1 ilə birlikdə ünvan 2 ünvanda yaşayırlar. Yaşadıqları həyət eyni olsa da orada hərəsinə məxsus ayrı-ayrı fərdi yaşayış evləri var. Onların evləri arasında hasar yoxdur. X10 təxminən 20 metr aralı məsafədə özünə məxsus fərdi yaşayış evi tikərək ailə üzvləri ilə birlikdə yaşayır. Sonuncuya məxsus evdə arvadı Şahid5 övladı Şahid6 və sonuncunun övladı X8 ilə birlikdə yaşayır. Digər qardaşı X28 isə mərhum atası X6 məxsus evdə təxminən onun yaşadığı evə 500 metr aralı məsafədə ailə üzvləri ilə birlikdə yaşayır. Hadisə baş verən gün, yəni xx.xx.2023-cü il tarixdə Mahir Abbasovun onlarla qonşuluqda yaşadığı evdə təşkil edilmiş atasının ildönümü mərasimində olmuşdur. Həmin gün saat 16-17 radələrində istifadəsində olan 050 671 02 54 saylı mobil telefon nömrəsinə X1nun arvadı Şahid5 istifadəsində olan 055 234 15 28 saylı mobil telefon nömrəsi ilə zəng edərək bacısı Şahid9 Səttar qızının övladı Şahid1 sonradan Şahid2 olduğunu bildiyi şəxsi evlənmək məqsədilə qaçırıb onların yaşadığı evə gətirməsini və buna görə onların yaşadığı evə gəlməyini istəmişdir. Baş vermiş hadisə barədə qardaşı X20 məlumat verdikdən sonra ikisi birlikdə digər qardaşı Fəxrəddin Abbasova məxsus fərdi yaşayış evinə getmişlər. X27 Abbasova məxsus evin həyətinə çatdıqda Şahid1 Fəxrəddin Abbasova məxsus fərdi yaşayış evinin giriş qapısının qarşısında görmüş, sonuncunun yanından keçərək evə daxil olmuşlar. Evdə Şahid5, Şahid6, Həbib Süleymanov, sonradan Şahid2 Tapdıq qızı olduğunu bildiyi şəxslər olmuşdur. Nə baş verdiyini Şahid2 soruşduqda sonuncu Şahid1 onu zor gücü ilə qaçırıb gətirdiyini bildirmiş və Şahid1 ona toxunmağa qoymamağı, onu azad etməyini xahiş etmişdir. Şahid2 narahat olmamağı və onu valideynlərinə təhvil verəcəyini bildirmişdir. Bu vaxt arvadı Şahid7 və qızı Şahid8 da onların yanına gəlmişdir. Bu danışıqdan sonra evin giriş qapısından çölə çıxıb Şahid1 etdiyi əmələ görə danlamışdır, hətta ona sillə vurmuşdur. Bundan sonra Şahid1 evin həyətindən çıxıb getmiş, bir daha Şahid1 görməmişdir. Bütün bu hadisələr həmin gün saat 18 radələrində baş vermişdir. Həmin gün atasının qəbir daşını təmizlədiyi üçün üst geyimi çirkli formada olmuşdur. Buna görə də evə daxil olub paltarlarını dəyişmişdir. Elşad Abbasov, Şahid7, Şahid8, Şahid5, Şahid6 və Şahid2 isə evin həyətində qalmışlar. Paltarlarını dəyişib evdən çölə çıxdıqda Elşad Abbasovun evin həyətində olmadığını görmüşdür. Elşad Abbasovun hara getməsi barədə məlumatı olmamışdır. Bir neçə dəqiqə sonra Şahid9 da yaşadığı həyətə gəlib ona məxsus evə daxil olmuşdur. Həmin vaxt evdə olan qadınların hamısı çölə çıxmış və Şahid2 polis əməkdaşlarına təhvil vermişlər. Şahid2 ilə birlikdə Cəlilabad RPŞ-nə Şahid9 və Elşad Abbasov da getmişdir. Şahid1 törətdiyi cinayət əməli barədə məlumatı olsa da hadisənin həyəcanından baş vermiş hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Ancaq Şahid2 valideynlərinə təhvil vermək istəmişdir. Yaşadığı evin həyətində Elşad Abbasov, Şahid7, Şahid8, Şahid5, Şahid6 ilə birlikdə dayanan zaman Şahid2 ilə söhbət zamanı çiynində olan çantanın içərisində nə olduğunu soruşmuşdur. Şahid2 cavabında məktəbli şagird olduğunu bildirmişdir. Həmin vaxt o və ətrafda olan şəxslərin hamısı Şahid2 yetkinlik yaşına çatmadığını başa düşmüşdür. Bundan əlavə, söhbət zamanı Şahid2 Şahid1 istəmədiyini, evlənmək istəmədiyini, orta məktəbdə təhsilini davam etdirmək istədiyini bildirmişdir. Şahid2 ondan, eləcə də evdə olan digər şəxslərdən onu valideynlərinə təhvil vermələri barədə xahiş etmiş və onlar da bu barədə söz vermişlər. O və həmin vaxt onunla birgə Fəxrəddin Abbasova məxsus evdə olan digər şəxslər hər hansısa formada Şahid2 zor tətbiq etməmiş və onun hərəkət etməsini məhdudlaşdırmamışlar. Şahid2 əvvəlcə Fəxrəddin Abbasova, daha sonra ona məxsus evdə olmuşdur. Hadisə baş verən gün hər hansısa şəxslərin Şahid2 qarşı zor tətbiq etməsi və onun azadlığını məhdudlaşdırmasının şahidi olmamışdır. Həmin gün saat 20 radələrində polis əməkdaşları yaşadığı evin həyətinə daxil olaraq Şahid2 qaçırıldığını onlara bildirmiş, onlar da hadisə barədə məlumatları olduğunu demişlər. Hazırda əməlindən səmimi peşmandır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı ilə yanaşı, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X29 verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Cəlilabad şəhəri Ə.Cavad küçəsində yaşayır. Şahid1 bacısı Şahid9 Səttar qızının, X19 isə qardaşı X7 övladlarıdır. Onlarla münasibətləri normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Şahid2 Tapdıq qızını isə hadisədən əvvəl tanımamış, sonuncu ilə qohumluq əlaqələri, aralarında düşmənçilik və ya ədavəti olmamışdır. Hadisə baş verən gün, yəni xx.xx.2023-cü il tarixdə Mahir Abbasovun onunla qonşuluqda yaşadığı evdə atasının ildönümü mərasimi təşkil edildiyi üçün orada olmuşdur. Həmin gün saat 17 radələrində məclisdə əyləşən zaman Təqsirləndirilən şəxs ona Şahid1 sonradan Şahid2 olduğunu bildiyi şəxsi evlənmək məqsədilə qaçırıb qardaşı Fəxrəddin Abbasova məxsus evə apardığını və buna görə onun olduğu yerə getmək lazım olduğunu bildirmişdir. Bu barədə məlumat aldıqdan sonra Təqsirləndirilən şəxsla birlikdə digər qardaşı Fəxrəddin Abbasova məxsus fərdi yaşayış evinə getmişlər. Mahir Abbasovun yaşadığı evlə Fəxrəddin Abbasova məxsus fərdi yaşayış evi arasında 500 metr məsafə var. Ona məxsus evdə arvadı Şahid5, övladı Şahid6 və sonuncunun övladı X8 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxsla Fəxrəddin Abbasova məxsus evin həyətinə çatdıqda Şahid1 Fəxrəddin Abbasova məxsus fərdi yaşayış evinin giriş qapısının qarşısında görmüş, sonuncunun yanından keçərək evə daxil olmuşdur. Evdə Şahid5, Şahid6, Həbib Süleymanov sonradan Şahid2 Tapdıq qızı olduğunu bildiyi şəxslər olmuşdur. Nə baş verməsini Şahid2 soruşduqda sonuncu Şahid1 onu zor gücü ilə qaçırıb gətirdiyini bildirmiş, əlavə olaraq Şahid1 ona toxunmağa qoymaması və onu azad etməsini xahiş etmişdir. O isə cavabında Şahid2 narahat olmamağı və onu valideynlərinə təhvil verəcəyini bildirmişdir. Bu vaxt Təqsirləndirilən şəxs arvadı Şahid7 və övladı Şahid8 da onların yanına getmişdir. Bu söhbətdən sonra evin giriş qapısından çölə çıxıb Şahid1 etdiyi əmələ görə danlamışdır. Bundan sonra Şahid1 evin həyətindən çıxıb getmiş, bir daha Şahid1 görməmişdir. Bütün bu hadisələr həmin gün saat 18 radələrində baş vermişdir. Təqsirləndirilən şəxsla birlikdə Şahid2 Fəxrəddin Abbasova məxsus evdən həyətə çıxarmışlar. Evin həyətinə çıxdıqdan sonra Təqsirləndirilən şəxs həmin gün atasının qəbir daşını təmizlədiyi üçün əynindəki paltarların çirkli olduğunu deyib paltarlarını dəyişmək üçün yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə getdikdən sonra evin həyətində Şahid5, Şahid6, Şahid7 və Şahid8 qalmışdır. Şahid2 isə ağlayır, onların danışdıqlarına cavab vermir, sanki onu eşitməmişdir. Şahid7, Şahid8, Şahid5 və Şahid6 Şahid2 Təqsirləndirilən şəxs məxsus evə apardıqdan sonra onlar evin həyətinə çıxmışlar. Bu zaman Şahid5, Şahid6, Şahid7 və Şahid8 baş vermiş hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat vermək, Şahid2 ilə Şahid1 valideynləri ilə baş vermiş hadisə barədə danışmaq üçün getdiyini bildirmiş, onlara isə narahatlıq keçirən Şahid2 göz-qulaq olmalarını tapşırmışdır. Evin həyətindən çıxıb Şahid2 ailə üzvləri ilə birlikdə yaşadığı evə getmişdir. Şahid2 yaşadığı evin qarşısına çatdıqda qardaşı X2 Qarayevanın ailə üzvləri ilə birlikdə yaşadığı evlə qonşuluqda yerləşən Şahid1 ailə üzvləri ilə birlikdə yaşadığı evin həyətindən çıxdığını görmüşdür. Şahid2 yaşadığı evin həyətinə daxil olmuş, Siyasət Abbasov isə darvazanın qarşısında qalmış, evin həyətinə daxil olmamışdır. Şahid2 yaşadığı evin həyətində sonuncunun anası Şahid3 və tanımadığı digər ailə üzvləri olmuşdur. Şahid3 və digər ailə üzvlərinin Şahid2 Şahid1 ilə evlənməsinə münasibətini öyrənmək üçün Şahid3 ilə söhbət etməyə başlamışdır. Şahid1 Şahid2 hər hansısa ziyan vurmaq istəyinin olmaması, sonuncu ilə evlənmək niyyətinin olmasını bildirsə də Şahid3 onların evliliyinə kəskin şəkildə etirazını bildirib Şahid2 orta məktəb şagirdi olduğunu, universitet tələbəsi olmaq niyyətində olduğunu deyib Şahid2 olduğu yeri ona deməsini tələb etmişdir. O isə Şahid2 hazırda Təqsirləndirilən şəxs məxsus evdə olmasını demiş və Şahid3 sakitləşdirməyə çalışmışdır. Bundan sonra Şahid3 yaşadığı evin həyətini tərk edib Təqsirləndirilən şəxs yaşadığı evə doğru getmişdir. Evin həyətinə yaxınlaşan zaman Şahid2 və Şahid9 polis əməkdaşlarının idarə etdiyi avtomobildə əyləşdiklərini görəndə o da həmin avtomobilə əyləşmiş və birlikdə Cəlilabad RPŞ-nə getmişlər. Şahid1 törətdiyi cinayət əməli barədə məlumatı olmuşdur. Hadisə baş verən gün Təqsirləndirilən şəxsla Fəxrəddin Abbasovun evlərinin yerləşdiyi həyətdən Şahid2 ilə Şahid1 nikahına onların valideynlərinin razılığı olub-olmadıqlarını öyrənmək, baş vermiş hadisə barədə onlara və hüquq-mühafizə orqanlarına məlumat vermək üçün çıxıb getmişdir. Şahid2 ilə Şahid1 valideynləri ilə danışdıqdan sonra baş vermiş hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat vermək niyyəti olmuşdur. Hətta bu barədə Şahid5, Şahid6, Şahid7 və Şahid8 ilə söhbət edən zaman da bildirmişdir. Baş vermiş hadisə barədə Şahid2 ailə üzvlərinin artıq məlumatı olduğunu gördükdən sonra hüquq-mühafizə orqanlarına bir valideyn kimi onların məlumat verməli olduqlarını düşündüyü üçün bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Hadisə baş verən gün Fəxrəddin Abbasova məxsus evdə o və həmin vaxt onunla birgə Fəxrəddin Abbasova məxsus evdə olan digər şəxslər hər hansısa formada Şahid2 zor tətbiq etməmiş və onun hərəkət etməsini məhdudlaşdırmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxt Cəlilabad şəhəri 4 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olmuşdur. Hazırda orta məktəbi bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialına azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə qəbul olmuşdur. 2004-cü ildə atası X22 anası Şahid3 ilə evlənmişdir. Bu nikahdan X45, X30 və özü doğulmuşdur. Atası Rusiya Federasiyasında usta kimi işləyir və ilin çox hissəsini orada olur. Nadir hallarda onların yanına gəldikdən sonra yenidən Rusiya Federasiyasına geri qayıdır. ünvan 3 ünvanında özü, anası, bacısı və qardaşı birlikdə yaşayır. Baş vermiş hadisə zamanı da atası Rusiya Federasiyasında olmuşdur. xx.xx.2023-cü il tarix saat 15:00-da hazırlıq məşğələsindən çıxdıqdan sonra Şahid1 zorla onu X9 idarə etdiyi avtomobilə əyləşdirərək sonuncu Cəlilabad rayonu Astanabad kənd yolu istiqamətində hərəkət etməyə başlamışdır. Hikmət Abbasov avtomobili Şahid1 dayısı Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında dayandırıb avtomobildən enib onların yaşadığı evə daxil olmuşdur. Bir neçə dəqiqə sonra Hikmət Abbasov avtomobilə geri qayıdıb Təqsirləndirilən şəxs evdə olmadığını demişdir. Sonra avtomobili Şahid1 digər dayısı X3 yaşadığı evin yaxınlığında saxlamış və Şahid1 onu avtomobildən zorla endirmişdir. Şahid1 onu avtomobildən zorla endirməyini, onun avtomobildən enməyinə etiraz etməyini Fəxrəddin Abbasovun arvadı Şahid5 və Şahid6 görmüşdür. Şahid1 onu avtomobildən zorla endirib Fəxrəddin Abbasova məxsus evin qarşısına gətirmişdir. Hikmət Abbasov isə avtomobili idarə edib ərazidən uzaqlaşmışdır. Şahid5 ilə Şahid6 Şahid1 onun kim olduğunu və nəyə görə onların yaşadığı evin həyətinə gəldiyini soruşmuşlar. Baş vermiş hadisə barədə Şahid1 onlara danışdıqda Şahid5 və Şahid6 Şahid1 düzgün iş görmədiyini deyib ona iradlarını bildirmişlər. Sonra Şahid1 onu zorla Fəxrəddin Abbasova məxsus evə gətirib otaqların birinə salmışdır. Şahid5 o, evə daxil olduqdan sonra tez-tez telefonla kimlərləsə danışıb Şahid1 onu zorla qaçırdığı barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra Nurəddin X13 oturduğu otağa gəlmişlər. Nurəddin X13 yanında Şahid1 ona qarşı etdiyi əmələ görə danlamışlar. Həmin vaxt Fəxrəddin Abbasova məxsus evə Təqsirləndirilən şəxs arvadı Şahid7 və övladı Şahid8 da gəlmişdir. Onlardan onu anasına təhvil vermələrini xahiş etmişdir. Şahid5 ilə Şahid7 Şahid1 qorxduqlarını, sonuncunun razılığı olmadan onun evdən getməyinə razılıq verə bilməyəcəklərini demişlər. X38 otaqdan çıxarıb onu ailə üzvlərinə təhvil verməyə apardığını bildirmişdir. Evin həyətində olanda Elşad Abbasov tanımadığı şəxslərlə telefon əlaqəsi saxlamışdır. Evin həyətinə çıxdıqdan X52 ona burada gözləməyini, valideynləri ilə söhbət etdikdən sonra onu valideynlərinə təhvil verəcəyini bildirib evin həyətindən çıxıb getmişdir. Şahid5 ilə Şahid7 Şahid1 qorxduqlarını, özbaşına onu buraxa bilməyəcəklərini bir daha bildirmişlər. Otaqda olan zaman Şahid9 əri X23 ilə Şahid1 onu zorla qaçırmağı barədə telefon vasitəsilə danışdığını eşitmişdir. Bir neçə dəqiqə sonra, həmin gün saat 20 radələrində Şahid9, Şahid5 və Şahid7 ilə birlikdə onu otaqdan çıxarıb evin həyətində olan polis əməkdaşlarına təhvil vermişlər. Polis əməkdaşları Şahid9 ilə birlikdə onların idarə etdiyi avtomobildə Cəlilabad RPŞ-nə getmişdir. Yol boyu Şahid9 ona anasının Şahid1 şikayətçi olmamağı barədə razı salmağı xahiş etmişdir. Polis əməkdaşları onu Cəlilabad RPŞ-də anasına təhvil vermişlər. Hadisə nəticəsində heç bir bədən xəsarəti almamışdır. Təqsirləndirilən şəxs isə ona mülayim münasibətdə olmuş, qayğısına qalmışdır, onun tərəfindən hər hansı zorakılıq görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, 2004-cü ildə X22 ilə evlənmişdir. Bu nikahdan üç övladı doğulmuşdur. Onlardan biri Şahid2dır. Şahid1 və X19 onlarla qonşuluqda yaşayır. Onlarla münasibətləri normal olmuş, aralarında düşmənçilik və ya ədavəti olmamışdır. Şahid2 hadisə baş verən gün, yəni xx.xx.2023-cü il tarix saat 13 radələrində yaşadığı evdən çıxaraq hazırlıq məşğələsinə getmişdir. Həmin gün saat 15:45 radələrində xatırlamadığı qonşuları Şahid2 zorla avtomobilə əyləşdirilib qaçırılması barədə ona məlumat vermişdir. Bu barədə X14 və digər qohumlarına zəng edib məlumat vermişdir. Qohumları onların yaşadığı evə getmişdir. Onlarla birlikdə yaşadığı evin darvazasının qarşısında, həyətdə dayanan zaman Şahid1ın atası Afət Kazımov onun yanına gələrək ona Şahid2 oğlu Şahid1 qaçırmasını, elin qız qaçırmaq kimi adəti olduğunu və buna görə narahat olmamağı bildirmişdir. O isə Afət Kazımovla razılaşmayaraq dərhal qızının olduğu yeri ona deməsini və qızını ona təhvil verməsini bildirəndə Afət Kazımov sonra Şahid1 Şahid2 qaçırmasını bilməsi barədə məlumatı təkzib edib çıxıb getmişdir. Bundan bir neçə dəqiqə sonra X29 və X21 onlar darvazanın qarşısında olan zaman onların yanına gəlmişdir. Elşad Abbasov yaşadıqları evin həyətinə daxil olmuş, Siyasət Abbasov isə darvazanın qarşısında qalmışdır. Elşad Abbasov o və qohumları ilə danışaraq Şahid1 Şahid2 ziyan vermək niyyətinin olmadığını, onu evlənmək məqsədi ilə qaçırmasını bildirib onların nikahına icazə verməyini istəmişdir. O isə buna kəskin şəkildə etirazını bildirərək Şahid2 azyaşlı orta məktəb şagirdi olduğunu bildirib dərhal qızını ona təhvil vermələrini tələb etmişdir. X31 istifadəsində olan 050 552 80 14 saylı mobil telefon nömrəsi ilə DİN-in “102 Xidməti-zəng” mərkəzinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları yaşadıqları evin yerləşdiyi küçəyə gəlib baş vermiş hadisə barədə məlumat alıb Şahid2 axtarmağa getmişlər. Həmin gün saat 20 radələrində Cəlilabad RPŞ-nə dəvət edilmişdir. Bir müddət sonra polis əməkdaşları Cəlilabad RPŞ-nin inzibati binasında Şahid2 ona təhvil vermişlər. Təqsirləndirilən şəxsdən hər hansı şikayəti və ya tələbi yoxdur. Şahid5, Şahid6 və Şahid7 məhkəməyə teleqram göndərərək, teleqramda ibtidai istintaqda verdikləri ifadəni təsdiq etdiklərini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Şahid8 və Şahid9 Səttar qızı məhkəməyə ərizə göndərərək, ərizədə ibtidai istintaqda verdikləri ifadəni təsdiq etdiklərini və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1998-ci ildə X10 ilə evlənmişdir. Bu nikahdan üç övladı doğulmuşdur. X4, X5 və Şahid6 onun övladlarıdır. Fəxrəddin Abbasov 2021-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 7 il müddətinə həbs edilmişdir. Ona məxsus evdə özü ilə yanaşı övladı Şahid6 və sonuncunun övladı 2022-ci il təvəllüdlü X8 yaşayır. Oğlanları isə onlardan ayrı yaşayır. Şahid1 ərinin bacısı Şahid9 Səttar qızının, X19 isə ərinin qardaşı X7 övladlarıdır. Onlarla münasibətləri normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Şahid2 Tapdıq qızını isə hadisədən əvvəl tanımamış, onunla qohumluq əlaqələri, aralarında düşmənçilik və ya ədavəti olmamışdır. Onun ərinin qardaşı Təqsirləndirilən şəxs ailəsi Cəlilabad şəhəri Ə.Cavad küçəsi ev 15 ünvanında yerləşən həyətdə yaşayır. Yaşadıqları həyət eyni olsa da orada hərəsinə məxsus ayrı-ayrı fərdi yaşayış evləri var. Onların yaşadığı evlər arasında məsafə 20 metrdir və hasar yoxdur. Yaşadıqları evlərin giriş qapıları üzbəüzdür. Ərinin digər qardaşı X28 isə mərhum atası X6 məxsus evdə təxminən onların yaşadıqları evə 500 metr aralı məsafədə ailə üzvləri ilə birlikdə yaşayır. Hadisə baş verən gün, yəni xx.xx.2023-cü il tarixdə Mahir Abbasovun onunla qonşuluqda yaşadığı evdə qayınatasının ildönümü mərasimi təşkil edilmişdir. Özü, övladı Şahid6, sonuncunun oğlu Həbib Süleymanov, qaynı X29, digər qaynı Təqsirləndirilən şəxs, sonuncunun arvadı Şahid7, övladı Şahid8, X28 və sonuncunun ailə üzvləri ildönümü mərasimində iştirak etmişdir. Həmin gün saat 17 radələrində yaşadığı evə getmək üçün Şahid6 və Həbib Süleymanovla birlikdə Mahir Abbasovun yaşadığı evdən çıxmışdır. Yaşadıqları evin qarşısına çatdıqda evin giriş qapısının qarşısında Şahid1 ilə sonradan Şahid2 olduğunu bildiyi şəxsi görmüşdür. Şahid1 yanındakı qızın kim olduğunu və hansı məqsədlə onların yaşadığı evin qarşısında dayandıqlarını soruşanda Şahid1 cavabında qonşuları Şahid2 sevdiyini və evlənmək məqsədilə onu qaçırıb onların yaşadığı evə gətirdiyini demişdir. Şahid2 ilə söhbət zamanı orta məktəb şagirdi olduğunu, orta məktəbdə təhsilini davam etdirmək istədiyini, Şahid1 istəmədiyini ona bildirişdir. Həmin vaxt istifadəsində olan 055 *** ** ** saylı mobil telefon nömrəsindən qaynı Təqsirləndirilən şəxs istifadəsində olan 050 671 02 54 saylı mobil telefon nömrəsinə zəng edərək Şahid1 bir azyaşlı, orta məktəb şagirdini qaçırıb onların yaşadığı evə gətirməsini və Təqsirləndirilən şəxs Şahid2 valideynlərinə təhvil verməsi üçün yaşadığı evə gəlməsini bildirmişdir. Danışıqlarından təxminən 5 dəqiqə sonra Nurəddin X15rın yaşadıqları evə daxil olmuşlar. Onlar nə baş verdiyini soruşanda Şahid1 Şahid2 zorla qaçırıb onların yaşadığı evə gətirdiyini bildirmişdir. Şahid2 isə ağlaya-ağlaya orta məktəb şagirdi olduğunu, orta məktəbdə təhsilini davam etdirmək istədiyini, Şahid1 istəmədiyini, onu anasına təhvil vermələrini istəmişdir. Onlar həmin gün saat 18 radələrində bu barədə söhbət edən zaman Şahid7 və Şahid8 da onların yaşadığı evə gəlmişdir. Artıq onların yaşadığı evdə Şahid1, Nurəddin Abbbasov, Elşad Abbasov, Şahid2, Şahid7, Şahid8 olmuşdur. Onların danışıqlarından həqiqətən də Şahid1 Şahid2 zor gücü ilə qaçırıb onların yaşadığı evə gətirməsini başa düşmüşdür. Şahid2 məktəbli şagird olduğunu, orta məktəbdə təhsil almaq istədiyini, Şahid1 istəmədiyini bildirib təkidlə onu anasına təhvil vermələrini xahiş etmişdir. Təqsirləndirilən şəxs Şahid2 narahat olmamağı, onu valideynlərinə təhvil verəcəyini demişdir. Təqsirləndirilən şəxs Şahid2 valideynlərinə təhvil vermək üçün onu həmin evdən çıxarmışdır. Bu vaxt Təqsirləndirilən şəxsla Elşad Abbasov Şahid1 danlamışdır. Şahid2 ağlayaraq getmək istədiyini bildirmiş onu anasına təhvil verməsini xahiş etmişdir. Onlar isə tezliklə Şahid2 anasına təhvil verəcəklərini bildirmişdir. Sonra Təqsirləndirilən şəxsla Elşad Abbasov baş vermiş hadisə barədə Şahid1 ilə Şahid2 ailə üzvləri ilə danışmaq və hüquq-mühafizə orqanlarına məlumat vermək lazım olduğunu bildirmişlər. Şahid7 və Şahid8 Şahid2 Təqsirləndirilən şəxs məxsus evə aparmışlar. Şahid6 ilə birlikdə yaşadığı evdə qalmışdır. X35 Abbasov isə evə daxil olmayaraq evin həyətində qalmışlar. Şahid2 Təqsirləndirilən şəxs məxsus evə getdikdən sonra mütəmadi olaraq həmin evdə olmamış, həmin evdə nə baş verdiyini öyrənmək üçün Təqsirləndirilən şəxs məxsus evə gedərək məlumat əldə etdikdən sonra yaşadığı evə geri qayıtmışdır. Həmin gün saat 20 radələrində polis əməkdaşları yaşadıqları evin həyətinə gəlmişdir. Şahid9 Şahid2 Təqsirləndirilən şəxs məxsus evdən çıxarıb polis əməkdaşlarına təhvil vermişdir. Şahid2 ilə birlikdə Şahid9 və Elşad Abbasov da Cəlilabad RPŞ-yə getmişdir. xx.xx.2023-cü il tarix saat 17 radələrində yaşadığı evin həyətinə daxil olub Şahid1 və Şahid2 ilə söhbət edən zaman Şahid1 Şahid2 zorla qaçıraraq onların yaşadığı evə gətirməsini bildirəndə artıq nə hadisə baş verdiyini başa düşmüşdür. Şahid1 törətdiyi cinayət əməli barədə məlumatı olsa da Şahid2 onların yaşadığı evə gəldikdən X52 baş vermiş hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat vermək üçün onların yaşadığı evin həyətindən çıxıb getməsi səbəbindən onun yenidən hüquq-mühafizə orqanlarına məlumat verməyinin mənasız olduğuna görə baş vermiş hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Yaşadıqları evdə Şahid2 ilə söhbət zamanı Şahid2 Şahid1 istəmədiyini, evlənmək istəmədiyini, orta məktəbdə təhsilini davam etdirmək istədiyini onlara bildirmişdir. Həmçinin, Şahid2 çiynində olan məktəbli çantasından da onun yetkinlik yaşına çatmayan şəxs olması bilinmişdir. Şahid2 Təqsirləndirilən şəxs məxsus və onların yaşadığı evdən getmək istəyi olduğu halda rahatlıqla gedə bilərdi. Hadisə baş verən gün Şahid2 qarşı zor tətbiq etməmiş və onun azadlığını məhdudlaşdırmamışdır. Həmçinin, bu qanunsuz hərəkətlərin hər hansısa şəxs tərəfindən Şahid2 qarşı edilməsinin şahidi olmamışdır. Bu barədə Şahid2 göstərdikləri yalandır. Şahid2 Şahid1 və onun qohumlarından qisas almaq niyyətilə bu hissədə yalan ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 törətdiyi cinayət əməli barədə məlumatı olsa da Şahid2 onların yaşadığı evə gəldikdən X52 baş vermiş hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat vermək üçün evin həyətindən çıxıb getdiyi səbəbindən onun yenidən hüquq-mühafizə orqanlarına məlumat verməyinin mənasız olduğuna görə baş vermiş hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Şahid2 onların yaşadığı evə Şahid1 gətirmişdir. Şahid2 onların yaşadığı evə daxil olduqdan bir neçə dəqiqə X52 və Təqsirləndirilən şəxs da onların yanına gələrək Şahid2 ilə söhbət etikdən sonra onu həmin evdən çıxarmışlar. Şahid2 Təqsirləndirilən şəxs məxsus evə onların evləri olduğu üçün Şahid7 ilə Şahid8 aparmışdır. Təqsirləndirilən şəxs məxsus evə getsə də həmin evdə uzun müddət olmamışdır. Şahid2 könüllü surətdə Təqsirləndirilən şəxs məxsus evə getmişdir. Onların yaşadığı və Təqsirləndirilən şəxs məxsus evdə o və həmin vaxt evdə olan digər şəxslər hər hansısa formada Şahid2 zor tətbiq etməmiş və onun hərəkət etməsini məhdudlaşdırmamışlar. Bu barədə Şahid2 dedikləri yalandır. Şahid2 Şahid1 və onun qohumlarından qisas almaq niyyətilə yalan ifadə vermişdir. X32 ilə evlidir və himayəsində bir övladı var. Əri ilə aralarında olan münasibətlər normal səviyyədə deyil və hazırda ayrı yaşayırlar. Əri onun hər hansısa cinayət işi ilə əlaqədar istintaqa cəlb olunduğunu bildiyi halda aralarında olan münasibətlərin daha da pisləşəcəyini fikirləşdiyi üçün istintaq zamanı guya hadisə vaxtı evdə olmadığı, hadisə baş verib bitəndən sonra yaşadığı evə gəlməyi, baş vermiş hadisə barədə məlumatı Şahid5 almağı barədə yalandan ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1998-ci ildə Təqsirləndirilən şəxs ilə evlənmişdir. Bu nikahdan üç övladı doğulmuşdur. X24, X16 və Şahid8 onun övladlarıdır. X37 Əmirov təxminən 2021-ci ildən Rusiya Federasiyasındadır. O, əri və qızı ilə birlikdə özlərinə məxsus evdə yaşayır. Şahid1 onun ərinin bacısı Şahid9 Səttar qızının, X19 isə ərinin qardaşı X7 övladlarıdır. Onlarla münasibətləri normal olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Şahid2 Tapdıq qızını isə hadisədən əvvəl tanımamış, onunla qohumluq əlaqələri, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Hadisə baş verən gün, yəni xx.xx.2023-cü il tarixdə Mahir Abbasovun onlarla qonşuluqda yaşadığı evdə qayınatasının ildönümü mərasimi təşkil edilmişdir. Özü, Təqsirləndirilən şəxs və Şahid8 da orada olmuşdur. Həmin gün saat 16-17 radələrində ərinin istifadəsində olan mobil telefona X3 arvadı Şahid5 zəng edərək Şahid9 Səttar qızının oğlu Şahid1 sonradan Şahid2 olduğunu bildiyi şəxsi evlənmək məqsədilə qaçırıb onların yaşadığı evə gətirməsini və buna görə onların yaşadığı evə gəlməklərini istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxsla ərinin digər qardaşı X29 birlikdə Fəxrəddin Abbasova məxsus fərdi yaşayış evinə getmişlər. Fəxrəddin Abbasov 2021-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 7 il müddətinə həbs edilmişdir. Ona məxsus evdə arvadı Şahid5 övladı Şahid6 və sonuncunun övladı X8 ilə birlikdə yaşayır. Şahid8 ilə birlikdə Təqsirləndirilən şəxs və Elşad Abbasovun arxasınca çıxıb yaşadıqları evin həyətinə getmişlər. Yaşadıqları evin həyətinə çatıb Fəxrəddin Abbasova məxsus evə daxil olmuşlar. Həmin vaxt Fəxrəddin Abbasova məxsus evdə Nurəddin Abbbasov, Elşad Abbasov, Şahid2, Şahid5, Şahid6 və sonuncun övladı Həbib Süleymanov olmuş, Şahid1 isə evin həyətində dayanmışdır. Onların danışıqlarından həqiqətən də Şahid1 Şahid2 zor gücü ilə qaçırıb Fəxrəddin Abbasova məxsus evə gətirdiyini başa düşmüşdür. Bu barədə söhbət etməyə həmin gün saat 18 radələrində başlamışlar. Şahid2 məktəbli şagird olduğunu, orta məktəbdə təhsil almaq istədiyini, Şahid1 istəmədiyini bildirib onu azad etmələrini xahiş etmişdir. Təqsirləndirilən şəxs Şahid2 narahat olmamağı, onu valideynlərinə təhvil verəcəyini demişdir. Təqsirləndirilən şəxs Şahid2 valideynlərinə təhvil vermək üçün onu Fəxrəddin Abbasova məxsus evdən çıxarmışdır. Bu vaxt Təqsirləndirilən şəxsla Elşad Abbasov Şahid1 danlamışdır. Sonra Təqsirləndirilən şəxsla Elşad Abbasov baş vermiş hadisə barədə Şahid1 ilə Şahid2 ailə üzvləri ilə danışmaq və hüquq-mühafizə orqanlarına məlumat vermək lazım olduğunu bildirmişlər. Şahid8, Şahid5, Şahid6 və özü Şahid2 onların yaşadığı evə aparmışlar. Təqsirləndirilən şəxsla Elşad Abbasov isə yaşadıqları evin həyətində qalmışdır. Bir neçə dəqiqə sonra yaşadıqları evə Şahid9 da gəlmişdir. Şahid9 Şahid2 ilə ikisi ayrılıqda evin qonaq otağında söhbət etdiyi üçün onların nə barədə danışdığı barədə məlumatı yoxdur. Bundan sonra, həmin gün saat 20 radələrində polis əməkdaşları yaşadıqları evin həyətinə gəlmişdir. Şahid9 Şahid2 yaşadıqları evin qonaq otağından çıxarıb polis əməkdaşlarına təhvil vermişdir. Şahid2 ilə birlikdə Cəlilabad RPŞyə Şahid9 və Elşad Abbasov da getmişdir. xx.xx.2023-cü il tarix saat 16-17 radələrində Şahid5 Təqsirləndirilən şəxs zəng edərək Şahid1 Şahid2 zorla qaçıraraq onların yaşadığı evə gətirməsi barədə məlumat vermiş, həmin məlumatın doğru olmasını isə Fəxrəddin Abbasova məxsus evdə Şahid2 özündən eşitdikdən sonra başa düşmüşdür. Şahid1 törətdiyi cinayət əməli barədə məlumatı olsa da Şahid2 onların yaşadığı evə gəldikdən X52 baş vermiş hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat vermək üçün həmin evin həyətindən çıxıb getməsi səbəbindən onun yenidən hüquq-mühafizə orqanlarına məlumat verməyinin mənasız olduğuna görə baş vermiş hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Şahid2 onların yaşdığı evdə olan zaman məktəbli şagird olduğunu bildirmişdir. Həmin vaxt o və ətrafda olan şəxslərin hamısı Şahid2 yetkinlik yaşına çatmadığını başa düşmüşdür. Bundan əlavə, söhbət zamanı Şahid2 Şahid1 istəmədiyini, evlənmək istəmədiyini, orta məktəbdə təhsilini davam etdirmək istədiyini bildirmişdir. Hadisə baş verən gün Şahid2 Fəxrəddin Abbasova məxsus evdə olan vaxt həmin evdə onunla birgə Şahid8, Nurəddin Abbbasov, Elşad Abbasov, Şahid2, Şahid5, Şahid6 və sonuncun övladı Həbib Süleymanov olmuşdur. Şahid1 isə evin həyətində dayanmışdır. Onlar Şahid2 ilə birlikdə evin həyətinə çıxdıqdan sonra Şahid8, Şahid5 və Şahid6 ilə birgə Şahid2 onların yaşadığı evə aparmışlar. Onlar evə daxil olduqdan bir neçə dəqiqə sonra Şahid9 da yaşadıqları evə gəlmişdir. Həmin vaxt Şahid2 ağlayır və həyəcan keçirmişdir. Buna görə sonuncuya su verib, Elşad Abbasovun onun valideynlərinə və hüquq-mühafizə orqanlarına məlumat vermək məqsədilə getdiyini, tezliklə onun yaşadığı evə gedəcəyini bildirmişlər. Şahid2 onların yaşadığı evdən getmək istəyi olsa idi rahatlıqla gedə bilərdi. Hadisə baş verən gün Şahid2 qarşı zor tətbiq etməmiş və onun azadlığını məhdudlaşdırmamışdır. Həmçinin, bu qanunsuz hərəkətlərin hər hansısa şəxs tərəfindən Şahid2 qarşı edilməsinin şahidi olmamışdır. Bu barədə Şahid2 göstərdikləri yalandır. Şahid2 Şahid1 və onun qohumlarından qisas almaq niyyətilə bu hissədə yalan ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarix saat 16-17 radələrində Şahid5 atasına zəng edərək Şahid1 Şahid2 zorla qaçıraraq onların yaşadığı evə gətirməsi barədə məlumat vermiş, həmin məlumatın doğru olmasını isə Fəxrəddin Abbasova məxsus evdə Şahid2 özündən eşitdikdən sonra başa düşmüşdür. Şahid1 törətdiyi cinayət əməli barədə məlumatı olsa da Şahid2 onların yaşadığı evə gəldikdən X52 baş vermiş hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat vermək məqsədilə onların yaşadığı evin həyətindən çıxıb getməsi səbəbindən onun yenidən hüquq-mühafizə orqanlarına məlumat verməyinin mənasız olduğuna görə baş vermiş hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Hadisə baş verən gün Şahid2 könüllü surətdə onların yaşadığı evə getmişdir. O və həmin vaxt onunla birgə Fəxrəddin Abbasova məxsus evdə olan digər şəxslər hər hansısa formada Şahid2 zor tətbiq etməmiş və onun hərəkət etməsini məhdudlaşdırmamışlar. Onlar Şahid2 ilə birlikdə evin həyətinə çıxdıqdan sonra özü, Şahid7, Şahid5 və Şahid6 Şahid2 onların yaşadığı evə aparmışlar. Onlar evə daxil olduqdan bir neçə dəqiqə sonra Şahid9 da yaşadıqları evə gəlmişdir. Hadisə baş verən gün hər hansısa şəxsin Şahid2 qarşı zor tətbiq etməsi və onun azadlığını məhdudlaşdırmasının şahidi olmamışdır. Bu barədə Şahid2 göstərdikləri yalandır. Şahid2 Şahid1 və onun qohumlarından qisas almaq niyyətilə bu hissədə yalan ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid9 Səttar qızı ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1990-cı ildə X23 ilə evlənmişdir. Bu nikahdan dörd övladı doğulmuşdur. Onların biri də Şahid1dur. X19 qardaşı X7 övladı, Şahid2 Tapdıq qızı isə onunla qonşuluqda yaşayır. Onlarla münasibəti yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Hadisə baş verən gün, yəni xx.xx.2023-cü il tarix saat 17 radələrində fəhlə kimi işlədiyi sahədən çıxaraq yaşadığı evə getmişdir. Evə çatdıqdan bir neçə dəqiqə sonra polis əməkdaşları yaşadığı evə gələrək Şahid1 Şahid2 qaçırmasını və bu barədə Şahid3 Cəlilabad RPŞ-yə şikayət etdiyini bildirmişlər. Afət Kazımov və özü polis əməkdaşlarına onların yerini bilmədiyini demişlər. Danışıqlarından sonra Şahid1 axtarmaq məqsədilə yaşadığı evdən çıxıb getmişdir. Şahid1 hara gedə bilməsi barədə fikirləşib ata evi olan, hazırda qardaşı Mahir Abbasovun ailə üzvləri ilə birlikdə yaşadığı evə getmək qərarına gəlmişdir. Mahir Abbasovun yaşadığı evin qarşısında onu görüb Şahid1 harada olması barədə soruşmuşdur. X53 Kazımlını görmədiyini bildirmişdir. Bundan sonra ata evi ilə qonşuluqda yerləşən qardaşları Təqsirləndirilən şəxsla Fəxrəddin Abbasovun evlərinin yerləşdiyi həyətə getmişdir. Evin həyətində Təqsirləndirilən şəxsla qarşılaşmışdır. Təqsirləndirilən şəxs Şahid1 Şahid2 qaçırdığını və qızın onların yaşadığı evdə olduğunu demişdir. Təqsirləndirilən şəxs məxsus evə daxil olub Şahid2 evin qonaq otağında, ətrafında isə Şahid7 və Şahid8 olduğunu görmüşdür. Şahid2 ağlayaraq orta məktəbdə təhsilini davam etdirmək istədiyini, onu anasına təhvil verməyini bildirmişdir. O isə cavabında Şahid2 tezliklə onu anasına təhvil verəcəyini, ancaq Şahid1 barəsində anasının etdiyi şikayəti geri götürməsini demişdir. Sonra evin giriş qapısından çölə çıxdıqda evin qarşısından keçən yolda polis əməkdaşlarının Təqsirləndirilən şəxs məxsus evə doğru gəlməyini görüb evin qapısını bağlayıb evin dəhlizinə geri qayıtmışdır. Bir daha Şahid2 anasının Şahid1 şikayət etməməsi barədə xahiş etmişdir. Polis əməkdaşları evin giriş qapısına yaxınlaşaraq Şahid2 evdən çölə çıxarmağını istəmişdir. O da Şahid2 evdən çıxarıb polis əməkdaşlarına təhvil vermişdir. Həmin vaxt qaynı Elşad Abbasov da gəlmiş və birlikdə Cəlilabad RPŞ-yə getmişlər. xx.xx.2023-cü il tarix saat 17 radələrində yaşadığı evə daxil olanda X55 Kazımlının Şahid2 zorla qaçırmasını bildirəndə artıq nə hadisə baş verdiyini başa düşmüşdür. Yaşadığı evə daxil olduqda evin hər tərəfində polis əməkdaşları olmuşdur. Şahid1 Şahid2 qaçırması barədə məlumatı polis əməkdaşları ondan əvvəl alaraq yaşadıqları evə gəlmişlər. Təqsirləndirilən şəxs məxsus evin otağında Şahid2 onunla söhbət edən zaman həmin evdən getmək istəsə idi rahatlıqla gedə bilərdi. O və həmin vaxt evdə olan digər şəxslər hər hansısa formada Şahid2 zor tətbiq etməmiş və onun hərəkət etməsini məhdudlaşdırmamışlar. Şahid2 ilə söhbət etməyə başladıqdan sadəcə bir neçə dəqiqə sonra polis əməkdaşları evin həyətinə gələrək onu Cəlilabad RPŞ-yə aparmışlar. Hadisə baş verən vaxt Şahid2 Şahid1 əsəbiləşdiyi üçün onun etdiyi əmələ görə qisas almaq niyyətilə istintaq zamanı onlar barəsində həqiqətə uyğun olmayan ifadələr vermişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid2 ilə birlikdə Fəxrəddin Abbasova məxsus evə daxil olmuşdur. Həmin vaxt Şahid5 və Şahid6 evdə olmuşdur. Şahid5 Şahid2 qaçırdığını, Şahid2 18 yaşı tamam olmadığını bildirmişdir. Şahid5 cavabında Şahid2 azyaşlı olduğuna görə problemlər yaranacağını bildirdikdən sonra baş vermiş hadisə barədə X29 və Təqsirləndirilən şəxs zəng edib məlumat vermişdir. Təxminən 10 dəqiqə sonra X35 Abbasov onların olduğu yerə gəlmişdir. Şahid2 X35 Abbasova onu istəmədiyini, təhsil almaq istədiyini bildirmişdir. Bu zaman onlar evdən çölə çıxmışlar. X44 Qarayevanı valideynlərinə təhvil vermək məqsədilə onların yanından ayrılan zaman o Elşad Abbasova mane olaraq Şahid2 valideynlərinə təhvil verəcəyi zaman onun həbs olunacağını bildirmiş, Elşad Abbasov isə cavabında onun həbs olunmasına imkan verməyəcəyini bildirmişdir. X44 Qarayevanı həmin evin həyətində saxlayıb sonuncunun valideynləri ilə baş vermiş hadisə barədə danışmaq məqsədilə evin həyətindən çıxıb getmişdir. Şahid2 Təqsirləndirilən şəxs məxsus evə daxil olmuş, özü isə polis əməkdaşlarının evin yerləşdiyi küçədə hərəkət etməsini görüb evin həyətindən qaçıb uzaqlaşmışdır. İşdə olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(099)- 661/2023 saylı hökmündən görünür ki, həmin hökmlə Şahid1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilinərək, 10 (on) il 6 (altı) ay müddətə, X19 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilinərək, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İş materiallarına əlavə olunmuş Şirvan Apellyasiya Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 1(106)-129/2024 nömrəli qərarının surətindən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 1(099)-661/2023 nömrəli hökmü X11 aid hissədə dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən 10 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir və onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişidirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 3 (üç) ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin. Cəzasının əvvəli aylıq qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxsə münasibətdə isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar