Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-23/2020 01.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Müdafiəçi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun iştirakı ilə, xx xxxxxxxx 1988-ci ildə Şamaxı rayonu Dağ- Kolanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, 3 uşaq atası, məhkum olunmamış, Şamaxı rayonu Quşçu kəndində yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə, xx xxxxxx 1997-ci ildə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu Quşçu kəndində yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 20 aprel 2020-ci il tarixdə saat 10 radələrində Şamaxı rayonu Quşçu kəndi yaxınlığında yerləşən kənd sakinlərinin ümumi istifadəsində olmaqla örüş sahəsi kimi istifadə etdikləri «Erkəkdaş» adlanan ərazidə özlərinə məxsus iri və xırdabuynuzlu heyvanları otarmalarına irad bildirən Zərərçəkmiş şəxs3 ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı üzərində gəzdirdiyi taxta materialdan olan çomaqla sonuncunun bədəninin müxtəlif nahiyələrindən vuraraq ona qapalı kəllə beyin travması ilə müşahidə olunan başın təpə nahiyəsinin yarası, sağ əlin İİ-İİİ barmaqlarının sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 20 aprel 2020-ci il tarixdə saat 10 radələrində Şamaxı rayonu Quşçu kəndi yaxınlığında yerləşən kənd sakinlərinin ümumi istifadəsində olmaqla örüş sahəsi kimi istifadə etdikləri «Erkəkdaş» adlanan ərazidə özlərinə məxsus iri və xırdabuynuzlu heyvanları otarmaları ilə əlaqədar aralarında şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı üzərində gəzdirdiyi taxta materialdan olan çomaqla Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Gülolğan oğlunun bədənlərinin müxtəlif nahiyələrindən vuraraq Zərərçəkmiş şəxs2 burun kökünün, sol almacıq nahiyəsinin şişkinliyi və qançıları, sol gözün ağlı qişasına qansızma, döş qəfəsində solda sıyrılmış yara, sağ əlin İİİ barmağının cırılmış yarası, sol bazu oynağının ön səthinin qançırı ilə nəticələnən, Zərərçəkmiş şəxs1 isə qapalı kəllə beyin travması ilə müşahidə olunan başın təpə nahiyəsinin yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadə verib özünü ona elan olunmuş ittihamda təqsirli bilərək göstərdi ki, heç bir yerdə rəsmi işləmədiyi üçün uşaqlıqdan bu günə kimi atası ilə birlikdə fermalarda öz təsərrüfatlarında olan iribuynuzlu və xırdabuynuzlu heyvanlarını saxlayaraq ailələrini dolandırmışdır. 2020-ci ilin qış və yaz aylarında qışlaqda ot bitmədiyi üçün aprel ayının 01də təsərrüfatlarında olan heyvanları yaşadıqları rayonun Quşçu kəndinə gətirərək, kəndin örüş sahəsində otarmışlar. Onlardan sonra digər kənd sakinləri də kəndə köçərək heyvanlarını kənddə saxlamışlar. Həmçinin əmisi Güloğlan Feyzullayev, bibisinin əri Mətləb Kərimov da digər kənd sakinləri kimi yaşadıqları evə xırda buynuzlu hevanlarını gətirərək, kəndin örüş sahəsində otarmaqla saxlamışlar. Əmisi Güloğlanın oğlanları Qurbanəli, Kənan, bibisi oğlanları Nəzir, Elsevər və o, hər gün heyvanlarını kəndin örüş sahəsində otarmaqla axşam isə yaşadıqları evə aparmışlar. 19 aprel 2020-ci il tarixdə kəndin örüş sahəsində, el arasında «Erkəkdaş» deyilən ərazidə o, öz heyvanlarını, Zərərçəkmiş şəxs2 öz heyvanlarını, Qurbanəli də öz heyvanlarını örüş sahəsində otararkən həmkəndliləri Şahid4, Təqsirləndirilən şəxs2, Şahid5, Şahid6, Şahid8, Zərərçəkmiş şəxs3, Şahid1, Rəşad və Xayal Niftalıyev qardaşları və başqa 2 nəfər adlarını bilmədiyi, tanımadığı şəxslər onlara yaxınlaşıb heyvanları kəndin örüş sahəsindən çıxarmalarını bildirmişlər. Səbəbini soruşduqda onlara «bizi kənd icra nümayəndəsi göndərib ki, sizi döyüb kənddən çıxardaq» demişlər. Qohum və qonşu olduqlarını, kimlərinsə sözü ilə mübahisə və dava-dalaş etməmələrini deyərək bir qədər söhbət etdikdən sonra həmin şəxslər evlərinə çıxıb getmişlər. Həmin gün onlarla aralarında davadaşaş və ya mübahisə olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 09:45 radələrində əmisi oğlanları Qubanəli, Kənan, bibisi oğlanları Elsevər və Nəzir yenə «Erkəkdaş» deyilən ərazidə heyvanlarını ayrı-ayrı otararkən, kəndin iri buynuzlu heyvanlarını otaran Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs3 onlara yaxınlaşaraq «nə üçün heyvanlarınızı burada otarırsınız, siz yaylağa gedəcəksiniz, yayda isə bizim heyvanlarımız kənddə qalacaq» demişlər, bir neçə gündən sonra yaylaq alıb heyvanlarını yaylağa aparacaqlarını dedikdən sonra Zöhrab və Elgün onlardan aralaşıb getmişlər. Həmin gün saat 10:13 radələrində Şahid4, Şahid5, Şahid6, Şahid8, Şahid1, Rəşad və Xəyal Niftalıyev qardaşları, kəndin iri buynuzulu hevanlarını otaran Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs3 onlara məxsus xırdabuynuzlu heyvanlara yaxınlaşaraq heyvanları qarşılarına alaraq kəndə tərəf aparmışlar. Bu zaman onlar həmin şəxslərin qarşısına keçərək heyvanlarını örüş sahəsindən çıxarmaqlarının səbəbini soruşduqda ar yenə bildirmişlər ki, onlara kəndin icra nümayəndəsi tapşırıb ki, gedin, onları döyərək heyvanları qarışıq otlaq sahəsindən çıxarın. Bu zaman onlara bir gün əvvəl söhbətləşib razılığa gəlmələrini desələr də həmin şəxslər heyvanları qarşılarına alaraq kəndə tərəf apardıqları üçün onların qarşısına keçib çıxıb getmələrini desələr də onlar çox olduqları üçün onlara hücum etmişlər və bu səbəbdən də aralarında qarşılıqlı dava-dalaş olmuş, onlarında əllərində kərki, bel (lapatka) sapı, ağac olmuşdur. Qarşıqlı dava olduğu üçün onu Təqsirləndirilən şəxs2 əlindəki çomaqla vurmuşdur. O, da həmin vaxtı Zərərçəkmiş şəxs3, Şahid4, Şahid5 əlindəki çobaqla bir neçə dəfə vurmuşdur. Qarşıqlı dava-dalaş zamanı hər iki tərəf bir-birini çomaqla vurmuşdur. Onlar Zərərçəkmiş şəxs3 və əmisi oğlu Qurbanəlinin baş nahiyəsi yarıldıqdan sonra sakitləşmişlər. Göstərilən tarixdə və saatda dava-dalaş yaşadığı rayonun Quşçu kəndi ərazisində «Erkəkdaş» deyilən ərazidə baş vermişdir. Orada o, əmisi oğlanları Qubanəli, Kənan, bibisi oğlanları Elsevər, Nəzir, qarşı tərəfdə isə Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs3, Şahid4, Şahid5, Şahid6, Şahid8, Şahid1, Rəşad və Şahid9 qardaşları olsa da, Güloğlan Feyzullayev və X14 həmin dava-dalaş zamanı orada olmamışlar. Babagülünün oğlu Şahid8 orada olmuş, ola bilsin ki, Əhəd hadisə barədə atasına telefon vasitəsi ilə məlumat vermiş, adlarını bilmədiyi üçün səhvən əmisi Güloğlan Feyzullayevin adını demişdir. Göstərilən tarixdə və saatda qarşılıqlı davadalaş zamanı onun, əmisi oğlanları Qubanəli, Kənan, bibisi oğlanları Elsevər, Nəzir, qarşı tərəfdə Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs3, Şahid4, Şahid5, Şahid6, Şahid8, Şahid1, Rəşad və Xayal Niftalıyev qardaşlarının əlində hər hansı bir növ ov tüfəngi olmamışdır. Göstərilən tarixdə və saatda qarşılıqlı dava-dalaş yaşadıqları rayonun Quşçu kəndi ərazisində «Erkəkdaş» deyilən ərazidə baş vermiş, orada onlara, yəni atası Babaverdiyə məxsus ferma olmamışdır. Qarşıqlı dava-dalaş zamanı onu Təqsirləndirilən şəxs2 əlindəki çomaqla vurub xəsarət yetirmişdir. O, da Zərərçəkmiş şəxs3 baş nahiyəsinə əlindəki çomaqla vurmuşdur. Həmin vaxtı özünü müdafiə edərkən əlindəki çomaq bir dəfə Anar və Şahid5lara dəymişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 əlindəki çomaqla vuraraq xəsarət yetirmişdir. Həmin dava-dalaş zamanı hadisə yerində o, əmisi oğlanları Qubanəli, Kənan, bibisi oğlanları Elsevər, Nəzir, kənd sakinləri Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs3, Şahid4, Şahid5, Şahid6, Şahid8, Şahid1, Rəşad və Xayal Niftaliyev qardaşları olmuş, başqa kənar şəxslər olmamış, davadalaş təxminən 10-15 dəqiqə davam etmişdir. Hazırda Zərərçəkmiş şəxs3 Mətləb oğlu ilə barışdığından və dəymiş ziyanı ödədiyindən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi və ərizəsini məhkəməyə təqdim etdi Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təsərrüfatlarında 5 baş iri buynuzlu heyvan saxlayaraq ailələrini dolandırır. Kənddə iri buynuzlu heyvan saxlayan şəxslərlə birlikdə 12 nəfərlik nobat olsa da, hər gün 2 nəfər yəni, altı nobatdır. Zərərçəkmiş şəxs2, X15 və onun oğlu Elvevər Kərimov, X11 oğlu və X5 özlərinə məxsus iri və xırda buynuzlu heyvanlarını 2020-ci ilin mart ayının 15-dən kəndə gətirərək kəndin bütün örüş sahəsini gecə-gündüz otarmışlar. 19 aprel 2020-ci il tarixdə kənddə yaşamaqla yaylağa və qışlağa getməyən kənd sakinləri ilə birlikdə kənd icra nümayəndəsi Bəşir Bəhrəmova və kənd bələdiyyə sədri Dürəsənn Cəbiyevə şifahi müraciət edərək kənd sakinləri Babaverdi, Güloğlan Feyzullayev qardaşları və Mətləb Kərimovun kəndə üç minə yaxın xırda buynuzlu və 200 baş iri buynuzlu heyvanlarını gətirərək kəndin bütün örüş sahəsini otardıqlarını, onlara kəndin bütün örüş sahələrini otarmamalarını demələrini xahiş etmişlər. Bəşir və Dürəsən adlarını qeyd etdiyi şəxsləri iş otağına dəvət edərək onlara kəndin örüş sahəsini tam otarmamalarını, kənddə heyvan saxlayan şəxsləri nəzərə almalarını demişlər. Adlarını qeyd etdiyi şəxslər Bəşir və Dürəsənlə razılaşaraq öz oğlanlarına tapşıracaqlarını, kəndin örüş sahəsini tam otarmamalarına söz verdikləri üçün onlara inanmışlar. Həmin gün o, Şahid4, Zərərçəkmiş şəxs3, Şahid5, Şahid6, Şahid8, Şahid1, Rəşad və Şahid9 qardaşları ilə birlikdə kəndin örüş sahəsində heyvanlarını otaranlar Qurbanəli, Kənan, Təqsirləndirilən şəxs1lərin və qohumları Elsevər, Zərərçəkmiş şəxs2 qardaşlarının yanına gedərək onlara valideynlərinin kəndin icra nümayəndəsinə və bələdiyyə sədirinə kəndin bütöv örüş sahələrini otarmamalarına söz verdiklərini və onların da heyvanlarını nəzərə almalarını, 5-10 gündən sonra yaylağa gedəcəklərini demişlər və buna razılaşdıqları üçün həmin vaxt aralarında dava-dalaş olmamışdır. 20 aprel 2020-ci il tarixdə o, Zərərçəkmiş şəxs3 ilə kəndin iri buynuzlu mal nobatında olduqları vaxt kəndin otlaq sahəsində el arasında «Erkəkdaş» deyilən yerdə iri buynuzlu heyvanları otararkən həmin vaxt Mətləb Kərimovun oğlanları Elsevər, Zərərçəkmiş şəxs2 qardaşları, Təqsirləndirilən şəxs1 və X4 və Kənan adlı oğlanlar heyvanlarını otararkən onlara dünən atalarının İcra nümayəndəsinə və Bələdiyyə sədrinə kəndin bütün örüş sahələrini otarmamalarına söz verdiklərini demişlər. Həmin vaxt adları qeyd olunan şəxslər onları nəlayiq söyüşlərlə söyüb təhqir etmişlər və aralarında sözlə mübahisə yaranmış, qarşı tərəf 5-6 nəfər olmuşlar, onlar isə iki nəfər olduqları üçün aralarında sözlə mübahisə olsa da, onların çox olmasından ehtiyat edərək dava-dalaş etməmişlər. Buna görə də o, atası Yaşarla telefon əlaqəsi saxlayaraq hadisə barədə məlumat vermiş və atası Yaşar telefonda kənddə olmadığını və uşaqlara zəng edəcəyini demişdir. Həmin vaxtdan təxminən 20-25 dəqiqə sonra Şahid4, Şahid5, Şahid8, Şahid1, Rəşad və Şahid9 qardaşları həmin yerə yəni, onların yanına gəlmişlər və hadisəni olduğu kimi onlara danışmışlar. Əlislam, Qurbanəli, Şahid2lər və Nəzir, Şahid3 qardaşları birlikdə özlərinə məxsus xırda buynuzlu heyvanlarını ayrı-ayrı bir-birlərinə yaxın otardıqları üçün onlara yaxınlaşaraq heyvanlarını örüş sahəsindən çıxartmalarını deyərkən aralarında qarşıqlı mübahisə yarandığı üçün qarşılıqlı dava-dalaş düşərkən qohumu Zərərçəkmiş şəxs2la əlbəyaxa olaraq onun sifətinə yumruq və kəllə vurarkən Əlislam əlindəki ağacla onun kürək nahiyyəsinə bir neçə dəfə vurmuş, o, da onu vurmuşdur. Həmin vaxt Əlislam əlindəki ağacla Zərərçəkmiş şəxs3 baş nahiyəsinə vurmuş, Elgünün baş nahiyyəsi yarılaraq yerə yıxılmış və qan axmışdır, bu zaman Qurbanəli Elgünü vurmaq istədikdə əlindəki ağacla Qurbanəlinin baş nahiyyəsinə vurmuş, başı yarılaraq qanamışdır. Orada olan digər şəxslər də biri-birinə ağacla vurmuşlar. Hər iki, yəni qarşı tərəfdən Qurbanəlinin və onlar tərəfdən isə Zərərçəkmiş şəxs3 baş nahiyələri yarıldıqdan sonra dava-dalaş edən şəxslər sakitləşmişlər. Dava-dalaş edən şəxslər mobil telefonla valideyinlərinə və Azərbaycan Respublikası DİN-in 102 xidmətinə bir-birlərindən qərəzli və əsasız şikayətlər etmişər. Göstərilən tarixdə və saatda dava-dalaş yaşadığı rayonun Quşçu kəndi ərazisində «Erkəkdaş» deyilən ərazidə baş vermişdir. Orada o, Şahid4, Zərərçəkmiş şəxs3, Şahid5, Şahid6, Şahid8, Şahid1, Rəşad və Şahid9 qardaşları, qarşı tərəflər Qurbanəli, Kənan, Təqsirləndirilən şəxs1lər və qohumları Elsevər, Zərərçəkmiş şəxs2 qardaşları olsalar da, Güloğlan Feyzullayev və X14 həmin dava-dalaş zamanı orada olmamışlar. Babagülün oğlu Şahid8 orada olmuş, ola bilsin ki, Əhəd hadisə barədə atasına telefon vasitəsi ilə məlumat vermiş, qarşı tərəflərin adlarnı bilmədiyi üçün səhvən onların ataları Güloğlan Feyzullayevin adını demişdir. Göstərilən tarixdə və saatda qarşılıqlı dava-dalaş zamanı onun, Zərərçəkmiş şəxs3, Şahid4, Şahid5, Şahid6, Şahid8, Şahid1, Rəşad və Xəyal Niftalıyev qardaşlarının, həmçinin, Qurbanəli, Kənan, Təqsirləndirilən şəxs1lərin və Elsevər, Zərərçəkmiş şəxs2 qaraşlarının əlində hər hansı bir növ ov tüfəngi olmamış, həmin məlumat yalan və böhtandır. Göstərilən tarixdə və saatda qarşılıqlı dava-dalaş yaşadığı rayonun Quşçu kəndi ərazisində «Erkəkdaş» deyilən ərazidə baş vermişdir. Orada əmisi Babaverdiyə və digərlərinə məxsus ferma yoxdur. Göstərilən tarixdə və saatda qarşılıqlı dava-dalaş zamanı orada həmkəndlisi X2 olmamış, ona oğlu Əlislam, qarşdaşı və bacısı uşaqları telefonla zəng edərək demişlər, Babaverdi hadisədən sonra oraya gəlmişdir. Qarşıqlı dava-dalaş zamanı qohumu Zərərçəkmiş şəxs2la əlbəyaxa olarkən onun sifətinə yumruq və kəllə vurmuş, Əlislam əlindəki ağacla onun kürək nahiyyəsinə vurmuş, Zərərçəkmiş şəxs3 baş nahiyəsinə Əlislam ağacla vurub xəsarət yetirmiş, Qurbanəli əlindəki ağacla onu vurmaq istədikdə o, onun baş nahiyəsinə bir dəfə ağac vuraraq ona xəsarət yetirmişdir. Elgün və Qurbanəlinin baş nahiyələri qanadığı üçün dava-dalaş sakitləşmiş, digər şəxslər də dalaşarkən kim-kimə gəldi vurmuşlar. Əlislam, Qurbanəli, Şahid2lər və Elsevər, Zərərçəkmiş şəxs2lar ifadələrində o, Zərərçəkmiş şəxs3, Şahid4, Şahid5, Şahid6, Şahid8, Şahid1, Rəşad və Xayal Niftaliyev qardaşları onlara kənd icra nümayəndəsi Bəşir Bəhrəmov və bələdiyyə sədri Dürəsənin yanında olduqları zaman onlarında valideynləri orada olmuş, Bəşir onları döymək üçün göndərməmiş, onların dedikləri yalan və böhtandır. Həmin dava-dalaş zamanı onlar tərəfdən o, Zərərçəkmiş şəxs3, Şahid4, Şahid5, Şahid6, Şahid8, Şahid1, Rəşad və Xayal Niftaliyev qardaşları, qarşı tərəfdən isə Əlislam, Qurbanəli, Şahid2lər və Elsevər, Zərərçəkmiş şəxs2lar olsalar da orada başqa kənar şəxslər olmamış, dava-dalaş təxminən 10-15 dəqiqə davam etmişdir. Hazırda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Güloğölan oğlu və Zərərçəkmiş şəxs2 ilə barışdığından və onlara dəymiş ziyanı ödədiyindən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi və ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verib göstərdi ki, 2 baş iri buynuzlu heyvan saxlayaraq ailələrini dolandırır. Kənddə iri buynuzlu heyvan saxlayan şəxslərlə birlikdə 12 nəfərlik nobat olsa da, hər gün 2 nəfər, yəni altı nobatdır. Zərərçəkmiş şəxs2, X15 və onun oğlu Şahid3, X11 oğlu və X5 özlərinə məxsus iri və xırda buynuzlu heyvanlarını 2020-ci ilin mart ayının axırlarından kəndə gətirərək kəndin bütün örüş sahəsini gecə gündüz otarmışlar. 19 aprel 2020-ci il tarixdə kənddə yaşamaqla yaylağa və qışlağa getməyən kənd sakinləri birlikdə kənd icra nümayəndəsi Bəşir Bəhrəmova və kənd bələdiyyə sədri Durasan Cəbiyevə şifahi müraciət edərək kənd sakinləri Babaverdi, Güloğlan Feyzullayev qardaşlarının və Mətləb Kərimovun kənddə özlərinə məxsus hər birinin ***-**** baş xırda buynuzlu və 200 baş iri buynuzlu heyvanlarını gətirərək kəndin bütün örüş sahəsini otardıqlarını, onlara kəndin bütün örüş sahələrini otarmamalarını demələrini xahiş etmişlər. Bəşir və Durasan adlarını qeyd etdiyi şəxsləri iş otağına dəvət edərək onlara kəndin örüş sahəsini tam otarmamalarını, kənddə heyvan saxlayan şəxsləri nəzərə almalarını, 5-10 gündən sonra yaylağa gedəcəklərini demişlər. Güloğlan, Babaverdi, Mətləb və onlar yəni, kənd sakinləri icra nümayəndəsinə, bələdiyyə sədrinə kəndin bütün örüş sahələrini otarmayacaqlarına, oğlanlarına tapşıracaqlarına söz vermişlər. Oradan çıxdıqdan sonra həmin gün Şahid4, Zərərçəkmiş şəxs3, Şahid5, Şahid6, Şahid8, Şahid1, Rəşad və Şahid9 qardaşları ilə birlikdə kəndin örüş sahəsinə, el arasında «Erkəkdaş» deyilən əraziyə gələrək orada Qurbanəli, Kənan, Təqsirləndirilən şəxs1lər və qohumları Elsevər, Zərərçəkmiş şəxs2 qardaşlarının özlərinə məxsus xırda buynuzlu heyvanlarını otardıqlarını görmüşlər. Onlara yaxınlaşıb valideyinlərinin kəndin icra nümayəndəsinin və bələdiyyə sədirinin yanında olduqlarını, kəndin bütöv örüş sahələrini otarmamalarına söz verdiklərini, onların da heyvanlarını nəzərə almalarını demişlər və onlar da buna razılaşmışlar. Həmin gün aralarında dava-dalaş olmamışdır. 20 aprel 2020-ci il tarixdə o, Təqsirləndirilən şəxs2 ilə birlikdə kəndin iri buynuzlu heyvan nobatında olduqları üçün kəndin örüş sahəsində «Erkəkdaş» deyilən ərazidə otararkən həmin vaxtı Mətləb Kərimovun oğlanları Elsevər, Zərərçəkmiş şəxs2 qardaşları, X3 və Güloğlan Feyzullayevin oğlanları Qurbanəli və Şahid2lər qoyun sürülərini orada otararkən o, onlara yaxınlaşıb, valideynlərinin bir gün əvvəl kəndin icra nümayəndəsinə, bələdiyyə sədrinə və onlara söz verdiklərini demişlər. Həmin vaxt qarşı tərəf 5-6 nəfər olmuşlar, onlar isə iki nəfər olduqları üçün aralarında sözlə mübahisə olsa da, onların çox olmasından ehtiyat edərək dava-dalaş etməmişlər. Onlar Zöhrabla öz aralarında razılaşmışlar ki, iki nəfər olduqları üçün döyülmələrindən ehtiyat edərək Zöhrab atası Yaşarla telefon əlaqəsi saxlayaraq hadisə barədə ona məlumat versin. Yaşar isə telefonda kənddə olmadığını və uşaqlara zəng edəcəyini demişdir. Həmin vaxtdan təxminən 20-25 dəqiqə sonra Şahid4, Şahid5, Şahid8, Şahid1, Rəşad və Şahid9 qardaşları həmin yerə yəni, onların yanına gəlmişlər. Onlar hadisəni olduğu kimi onlara danışmışlar və birlikdə Əlislam, Qurbanəli, Şahid2lərin və Nəzir, Şahid3 qardaşlarının yanına gedib onlara yaxınlaşaraq heyvanlarını örüş sahəsindən çıxartmaqlarını deyərkən aralarında qarşılıqlı mübahisə yaranmış və Zöhrab qohumu Zərərçəkmiş şəxs2la əlbəyaxa olmuşdur. Əlislam əlindəki ağacla Zöhrabı vurarkən onlara yaxınlaşarkən Əlislam əlində olan ağacla bir neçə dəfə onun baş nahiyəsinə vuraraq ona xəsarət yetirmiş və o, huşunu itirərək yerə yıxılmış, özünə gələndə başının və sifətinin qan içində olduğunu görmüşdür. Eyni zamanda qarşı tərəfdən Qurbanəlinin də başının qan içində olduğunu gördükləri üçün hər iki tərəf arasında dava-dalaş dayanmış, lakin sözlə mübahisə isə davam etmişdir. Orada olan digər şəxslər isə ağacla biri-birini vurmuşlar. Dava-dalaş edən şəxslər mobil telefonla kimi valideyinlərinə, kimi isə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə bir-birlərindən şikayətlər etmişlər. Əlislam, Qurbanəli, Şahid2lər və Elsevər, Zərərçəkmiş şəxs2lar ifadələrində o, Zərərçəkmiş şəxs3, Şahid4, Şahid5, Şahid6, Şahid8, Şahid1, Rəşad və Xayal Niftaliyev qardaşları onlara kənd icra nümayəndəsi Bəşir Bəhrəmov və Bələdiyyə sədri Durasanın yanında olduqları zaman onlarında valideynləri orada olmuş, Bəşir onları döymək üçün göndərməmiş, onların dedikləri yalan və böhtandır. Hadisə 20 aprel 2020-ci il tarixdə yaşadığı rayonun Quşçu kəndi ərazisində «Erkəkdaş» deyilən ərazidə baş vermişdir orada o, Şahid4, Təqsirləndirilən şəxs2, Şahid5, Şahid6, Şahid8, Şahid1, Rəşad və Şahid9 qardaşları, qarşı tərəflər Qurbanəli, Kənan, Təqsirləndirilən şəxs1lər və Elsevər, Zərərçəkmiş şəxs2 qardaşları olsa da Güloğlan Feyzullayev və X14 həmin dava-dalaş zamanı orada olmamışlar. Babagülünün oğlu Şahid8 orada olub, ola bilsin ki, Əhəd hadisə barədə atasına telefon vastəsi ilə məlumat verib, qarşı tərəflərin adlarnı bilmədiyi üçün səhvən Güloğlan Feyzullayevin adını deyib. Dava-dalaş zamanı onun, Təqsirləndirilən şəxs2, Şahid4, Şahid5, Şahid6, Şahid8, Şahid1, Rəşad və Şahid9 qardaşlarının, həmçinin Qurbanəli, Kənan, Təqsirləndirilən şəxs1lərin və Elsevər, Zərərçəkmiş şəxs2 qardaşlarının əlində hər hansı bir növ ov tüfəngi olmamış, həmin məlumat yalan və böhtandır. Göstərilən tarixdə və saatda qarşılıqlı dava-dalaş yaşadığı rayonun Quşçu kəndi ərazisində «Erkəkdaş» deylən ərazidə baş vermişdir. Orada Babaverdiyə və digərlərinə məxsus ferma yoxdur. Qarşılıqlı dava-dalaş zamanı orada həmkəndlisi X2 olmamış, ona oğlu Əlislam, qardaşı və bacısı uşaqları telefonla zəng edərək demişlər. Babaverdi hadisədən sonra hadisə yerinə gəlmişdir. Qarşılıqlı dava-dalaş zamanı onu Əlislam əlindəki ağacla baş nahiyəsinə vurub xəsarət yetmişdir. Onun və Qurbanəlinin baş nahiyələri yarıldıqdan sonra hər iki tərəfin dava-dalaşı sakitləşmişdir. Digər şəxslər dalaşarkən isə kim-kimi vurmasını görməmişdir. Həmin dava-dalaş zamanı onlar tərəfdən o, Təqsirləndirilən şəxs2, Şahid4, Şahid5, Şahid6, Şahid8, Şahid1, Rəşad və Xayal Niftaliyev qardaşları, qarşı tərəfdən isə Əlislam, Qurbanəli, Şahid2lər və Elsevər, Zərərçəkmiş şəxs2lar olsalar da, orada başqa kənar şəxslər olmamış, dava-dalaş təxminən 10-15 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs1 şikayəti və tələbi olmadığını bildirdi, onunla barışdığından, ona dəymiş ziyan ödənildiyindən cinayət işinin icraatına xitam verilməsini xahiş etdi və ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verib göstərdi ki, heç bir yerdə rəsmi işləmədiyi üçün uşaqlıqdan bu günə kimi atası ilə birlikdə fermalarda öz təsərrüfatlarında olan iri və xırda buynuzlu heyvanlarını saxlamaqla ailələrini dolandırmışlar. 2020-ci ilin qış və yaz aylarında qışlaqda ot bitmədiyi üçün heyvanları ölməsin deyə həmin ilin aprel ayının əvvəllərində təsərrüfatlarında olan iri və xırda buynuzlu heyvanlarını yaşadıqları rayonun Quşçu kəndinə gətirərək, kəndin örüş sahəsində otarmaqla saxlamışlar. Həmçinin, əmisi Babaverdi Feyzullayev də, bibisinin əri Mətləb Kərimov da digər kənd sakinləri kimi yaşadıqları evə hevanlarını gətirərək, kəndin örüş sahəsində otarmaqla saxlamışlar. X6 özlərinə məxsus xırda buynuzlu heyvanlarını, o, qardaşı Kənan ilə özlərinə məxsus xırda buynuzlu heyvanlarını, bibisi oğlanları Nəzir, Şahid3lar da özlərinə məxsus xırda buynuzlu heyvanlarını kəndin örüş sahəsində ayrı-ayrı yerlərdə, yaxın məsəfələrdə otarmışlar və axşam isə yaşadıqları evə aparmışlar. 19 aprel 2020-ci il tarixdə heyvanlarını kəndin örüş sahəsində el arasında «Erkəkdaş» deyilən ərazidə o, qardaşı Kənan ilə birlikdə, əmisi oğlu Əlislam və bibisi oğlu Zərərçəkmiş şəxs2 isə hər kəs öz heyvanlarını örüş sahəsində otararkən həmkəndliləri Şahid4, Təqsirləndirilən şəxs2, Şahid5, digər kənd sakinləri Şahid6, Şahid8, Zərərçəkmiş şəxs3, Şahid1, Rəşad və Xəyal Niftalıyev qardaşları, onlardan başqa 2 nəfər tanımadığı şəxslər onlara yaxınlaşıb, heyvanlarını yaşadıqları kəndin örüş sahəsində otarmamağı demişər, onlar isə səbəbini soruşduqda bildirmişlər ki, onları kənd icra nümayəndəsi göndərib ki,onları döyüb kənddən çıxartsınlar. Onlara bir camaat, uzaq qohum və uzaq qonşu olduqlarını, kimlərinsə sözü ilə mübahisə və dava-dalaş etməmələrini deyərək onlarla bir qədər söhbət etdikdən sonra həmin şəxslər evlərinə çıxıb getmişlər. Həmin gün onlarla aralarında dava-daşaş və ya mübahisə olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 09:45 radələrində qardaşı Kənan, əmisi oğlu Əlislam, bibisi oğlanları Elsevər və Nəzir yenə «Erkəkdaş» deyilən ərazidə heyvanlarını ayrı-ayrı sahələrdə otararkən, kəndin iri buynuzlu heyvanlarını otaran Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs3 onlara yaxınlaşaraq nə üçün burada heyvanları otarmaqlarını demişlər. Onlar isə kəndlərinin ərazisində heyvanlarını otarmağa niyə imkan vermədiklərinin səbəbini soruşduqda onlara yaylağa gedəcəklərini, onların isə heyvanlarının kənddə olacağını dediklərindən Zöhrab və Elgün onlardan aralaşıb getmişlər. Həmin gün saat 10:13 radələrində Şahid4, Şahid5, Şahid6, Şahid8, Şahid1, Rəşad və Şahid9 qardaşları, kəndin iri buynuzlu hevanlarını otaranlar Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs3 onlara məxsus xırdabuynuzlu heyvanlarına yaxınlaşaraq heyvanları qarşılarına alıb kəndə tərəf apararkən onlar həmin şəxslərin qarşısına keçərək heyvanları örüş sahəsindən çıxarmaqlarının səbəbini sonuşduqda yenə bildirmişlər ki, onlara kəndin icra nümayəndəsi tapşırmışdır ki, gedin onları döyərək otlaq sahəsindən heyvanlarını çıxarın. Onlar isə bir gün əvvəl söhbət edərək razılığa gəldiklərini desələr də, həmin şəxslər heyvanları qarşılarına alaraq kəndə tərəf gətirdikləri üçün onların qarşısını kəsib çıxıb getmələrini desələr də, çox olduqları üçün onlara hücum etmişlər və aralarında qarşılıqlı dava-dalaş olmuşdur. Onların da əllərində kərki, bel (lapatka) sapı, ağac olmuşdur. Qarşılıqlı dava olduğu üçün onun baş nahiyəsinə Təqsirləndirilən şəxs2 əlindəki çomaqla vuraraq ona xəsarət yetirməklə baş nahiyəsini yaralamışdır. Dayısı oğlu Əlislam əlindəki çomaqla Zərərçəkmiş şəxs3 baş nahiyəsinə vuraraq ona xəsarət yetirmiş və onun baş nahiyəsi qanamışdır. Dava qarşılıqlı olduğu üçün əllərində olan çomaqla kim-kimi vurub xəsarət yetirdiyi məlum olmamışdır. Göstərilən tarixdə və saatda dava-dalaş yaşadığı rayonun Quşçu kəndi ərazisində «Erkəkdaş» deyilən ərazidə baş vermişdir. Orada o, qardaşı Kənan, əmisi oğlu Əlislam, bibisi oğlanları Elsevər, Nəzir, qarşı tərəfdən isə Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs3, Şahid4, Şahid5, Şahid6, Şahid8, Şahid1, Rəşad və Xəyal Niftalıyev qardaşları olsalar da, atası Güloğlan Feyzullayev və X14 həmin dava-dalaş zamanı orada olmamışlar. Babagülünün oğlu Şahid8 orada olub, ola bilsin ki, Əhəd hadisə barədə atasına telefon vasitəsi ilə məlumat verərkən onların adlarını bilmədiyi üçün səhvən atası Güloğlan Feyzullayevin adını demişlər. Göstərilən tarixdə və saatda qarşılıqlı dava-dalaş zamanı onun, qardaşı Kənanın, əmisi oğlu Əlislamın, bibisi oğlanları Elsevərin, Nəzirin, qarşı tərəfdən Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs3, Şahid4, Şahid5, Şahid6, Şahid8, Şahid1, Rəşad və Şahid9 qardaşlarının əlində hər hansı bir növ ov tüfəngi olmamış, həmin məlumat səhvən verilmişdir.Göstərilən tarixdə və saatda qarşılıqlı dava-dalaş yaşadığı rayonun Quşçu kənd ərazisində «Erkəkdaş» deyilən ərazidə baş vermişdir. Orada əmisi Babaverdiyə məxsus ferma yoxdur. Göstərilən tarixdə və saatda qarşılıqlı dava-dalaş zamanı orada əmisi X2 olmamış, ona telefonla onunla, Kənanla, əmisi oğlu Əlislamla, bibisi oğlanları Elsevər, Nəzirlə, kənd sakinləri Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs3, Şahid4, Şahid5, Şahid6, Şahid8, Şahid1, Rəşad və Xəyal Niftalıyev qardaşları ilə aralarında qarşılıqlı dava-dalaş olmasını, o, və Nəzirin xəsarət almaqlarını dediyi üçün səhvən Babaverdi kənd sakinləri tərəfindən döyülməsi barədə məlumat vermişdir. Qarşılıqlı dava-dalaş zamanı Təqsirləndirilən şəxs2 əlindəki ağacla onun baş nahiyəsinnə vurub xəsarət yetirdiyi üçün hüşünü itirərək yerə yıxılmış, o, isə heç kimə heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs3 baş nahiyəsinə Əlislam əlindəki ağacla vurmuşdur. Həmin vaxtı dava qarşılıqlı olduğu üçün kimin-kimi əlindəki ağacla vurduğunu görməmişdir. Zərərçəkmiş şəxs2 qohumu Təqsirləndirilən şəxs2 vurmuşdur. Qardaşı Kənan dava-dalaş zamanı heyvan sürüsünü bir-birinə qarışmağa qoymadığı üçün o, davadalaş zamanı kənarda olduğundan heç bir xəsarət almamış, nə də kimlərisə vurmamışdır. Həmin dava-dalaş zamanı hadisə yerində o, əmisi oğlanları Əlislam, qardaşı Kənan, bibisi oğlanları Elsevər, Nəzir, kənd sakinləri Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs3, Şahid4, Şahid5, Şahid6, Şahid8, Şahid1, Rəşad və Xayal Niftaliyev qardaşları olmuş, başqa kənar şəxslər olmamış, dava-dalaş təxminən 10-15 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs2 şikayəti və tələbi olmadığını bildirdi, onunla barışdığından, ona dəymiş ziyan ödənildiyindən cinayət işinin icraatına xitam verilməsini xahiş etdi və ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verib göstərdi ki,o heç bir yerdə rəsmi işləmədiyi üçün uşaqlıqdan bu günə kimi atası ilə birlikdə fermalarda öz təsərrüfatlarında olan iri və xırda buynuzlu heyvanlarını saxlayaraq ailələrini dolandırmışdır. 2020-ci ilin qış və yaz aylarında qışlaqda ot bitmədiyi üçün heyvanları acından ölməsin deyə həmin ilin aprel ayının əvvəlində təsərrüfatlarında olan heyvanları yaşadıqları rayonun Quşçu kəndinə gətirərək, kəndin örüş sahəsində otarmaqla saxlamışlar. Onlardan başqa digər kənd sakinləri də kəndə köçərək heyvanlarını kənddə saxlamışlar. Həmçinin, dayıları Güloğlan və Babaverdi Feyzullayevlər də heyvanlarını kəndə gətirərək, kəndin örüş sahəsində otarmaqla saxlamışlar. Dayısı oğlanları Qurbanəli, Kənan, o, və qardaşı Elsevərlə hər kəs öz heyvanlarını ayrı-ayrı otarmaqla axşam isə yaşadıqları evə aparmışlar. 19 aprel 2020-ci il tarixdə heyvanlarını kəndin örüş sahəsində el arasında «Erkəkdaş» deyilən ərazidə o, öz heyvanlarını, Qurbanəli və Əlislamda öz heyvanlarını örüş sahəsində otararkən həmkəndliləri Şahid4, Təqsirləndirilən şəxs2, Şahid5, digər kənd sakinləri Şahid6, Şahid8, Zərərçəkmiş şəxs3, Şahid1, Rəşad və Xayal Niftaliyev qardaşları, onlardan başqa 2 nəfər adlarını xatırlamadığı şəxslər onlara yaxınlaşaraq heyvanlarını örüş sahəsindən çıxarmalarını demişlər, onlardan səbəbini soruşduqda onlar bildirmişlər ki, onları kənd icra nümayəndəsi göndərib ki, onları döyüb kənddən çıxartsınlar. Onlar isə bir camaat, qohum və uzaq qonşu olduqlarını, kimlərinsə sözü ilə mübahisə və dava-dalaş etməmələrini deyərək onlarla bir qədər söhbət etdikdən sonra həmin şəxslər evlərinə çıxıb getmişlər. Həmin gün onlarla aralarında dava-dalaş və ya mübahisə olmamışdır. xx.xx.2020-ci il tarixdə, saat 09:45 radələrində qardaşı Elsevər, dayısı oğlanları Qubanəli, Kənan və Əlislamla yenə «Erkəkdaş» deyilən ərazidə heyvanlarını ayrı-ayrı otararkən, kəndin iri buynuzlu heyvanlarını otaran Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs3 onlara yaxınlaşaraq nə üçün burada heyvanlarını otarmalarını soruşmuşlar. Onlar isə kəndlərinin ərazisində heyvanlarını otarmağa niyə görə imkan vermədiklərinin səbəbini soruşduqda onlar sizlər yaylaqa gedəcəksiniz, yayda onların heyvanlarının kənddə olacağını demişlər. Onlara bir neçə gündən sonra yaylaq alıb heyvanlarını yaylaqa aparacaqlarını demişlər və Zöhrab və Elgün onlardan aralaşıb getmişlər. Həmin gün saat 10:13 radələrində Şahid4, Şahid5, Şahid6, Şahid8, Şahid1, Rəşad və Xayal Niftaliyev qardaşları, kəndin iri buynuzlu hevanlarını otaranlar Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs3 onlara məxsus xırdabuynuzlu heyvanlara yaxınlaşaraq heyvanları qarşılarına alaraq kəndə tərəf apararkən onlar həmin şəxslərin qarşısına keçərək heyvanlarını örüş sahəsindən çıxarmaqlarının səbəbini sonuşduqda onlar yenə də bildirmişlər ki, onlara kəndin icra nümayəndəsi tapşırıb ki, gedin onları döyün və otlaq sahəsindən heyvanlarını çıxarın. Onlar bir gün əvvəl söhbət etdiklərini və razılığa gəldiklərini desələr də, həmin şəxslər heyvanları qarşılarına alaraq kəndə tərəf gətirdikləri üçün onların qarşısına keçib çıxıb getmələrini desələr də, onlar çox olduqları üçün onlara hücum etmişlər və aralarında qarşılıqlı dava-dalaş olmuşdur. Bu zaman onların da əllərində kərki, bel (lapatka) sapı, ağac olmuşdur. Qarşılıqlı dava olduğu üçün o, Təqsirləndirilən şəxs2la əlbəyaxa olarkən sonuncu onun sifətinə kəllə və yumruqla vurmuş və o, yerə yıxlarkən Zöhrab əlindəki çomaqla Qurbanəlinin baş nahiyəsinə vuraraq ona xəsarət yetirmiş və onun başı qanamışdır. Qurbanəlinin qardaşı Kənan isə heyvanlarını bir-birinə qarışmağa qoymamışdır. Əlislam əlindəki çomaqla Zərərçəkmiş şəxs3 baş nahiyəsinə bir dəfə vurmuş və onun başı qanamışdır, qardaşı X23 bir-birlərinə əllərindəki ağacla vurmuşlar. Həmin vaxt dava-dalaş qarşılıqlı olduğu üçün kimin-kimi vurması bilinməmişdir. Qurbanəli və Elgünün baş nahiyələri yarıldıqdan sonra ara sakitləşmiş, kimi valideynlərinə, kimi isə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumatlar vermişlər. Göstərilən tarixdə və saatda dava-dalaş yaşadığı rayonun Quşçu kəndi ərazisində «Erkəkdaş» deyilən ərazidə baş vermişdir. Orada o, qardaşı Elsevər, dayısı oğlanları Qubanəli, Kənan, Əlislam, kənd sakinləri Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs3, Şahid4, Şahid5, Şahid6, Şahid8, Şahid1, Rəşad və Xayal Niftaliyev qardaşları olsada dayısı Babaverdi, Güloğlan Feyzullayevlər və X14 orada olmamışlar. Babagülünün oğlu Şahid8 orada olmuş, ola bilsin ki, Əhəd hadisə barədə atasına telefon vastəsi ilə məlumat vermiş, onların adlarını bilmədiyi üçün səhvən dayısı Güloğlan Feyzullayevin adını demişdir. Göstərilən tarixdə və saatda qarşılıqlı dava-dalaş zamanı onun, qardaşı Elsevərin, dayılarının oğlanları Qubanəli, Kənan, Əlislam və kənd sakinləri Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs3, Şahid4, Şahid5, Şahid6, Şahid8, Şahid1, Rəşad və Şahid9 qardaşlarının əlində hər hansı bir növ ov tüfəngi olmamış, həmin məlumat yalan və böhtandır. Göstərilən tarixdə və saatda qarşılıqlı dava-dalaş yaşadığı rayonun Quşçu kəndi ərazisində «Erkəkdaş» deyilən ərazidə baş vermişdir. Orada ümumiyyətlə ferma və ya yataq olmamış, eləcədə dayısı Babaverdiyə məxsus ferma olmamışdır. Göstərilən tarixdə və saatda qarşılıqlı dava-dalaş zamanı orada dayısı X2 olmamış, ona telefonla onlar, yəni daylarının oğlanları Qubanəli, Kənan, Əlislam və qardaşı Elsevər kənd sakinləri Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs3, Şahid4, Şahid5, Şahid6, Şahid8, Şahid1, Rəşad və Xayal Niftaliyev qardaşları ilə aralarında qarşıqlı dava-dalaş olmasını, Qurbanəlinin, onun, Əlislamın xəsarət aldığını dedikləri üçün səhvən dayısı Babaverdinin kənd sakinləri tərəfindən döyülməsi barədə məlumat verilmişdir. Qarşılıqlı dava-dalaş zamanı Təqsirləndirilən şəxs2 onun sifətinə kəllə və yumruqla vuraraq ona xəsarət yetirmişdir. O, da əlindəki çomaqla Şahid5 birdəfə vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs3 baş nahiyəsinə Əlislam əlindəki çomaqla vurmuşdur. Həmin dava-dalaş zamanı hadisə yerində o, qardaşı Elsevər dayılarının oğlanları Qurbanəli, Kənan, Əlislam, kənd sakinləri Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs3, Şahid4, Şahid5, Şahid6, Şahid8, Şahid1, Rəşad və Şahid9 qardaşları olmuş, başqa kənar şəxslər olmamış, dava-dalaş təxminən 10-15 dəqiqə davam etmişdir. Dava-dalaş qarşıqlı olduğu üçün bir-birlərini söyüb təhqir etmişlər. Hazırda Təqsirləndirilən şəxs2 şikayəti və tələbi olmadığını bildirdi, onunla barışdığından, ona dəymiş ziyan ödənildiyindən cinayət işinin icraatına xitam verilməsini xahiş etdi və ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oxşar ifadə verərək, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xususatları eyni ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Təqsirləndirilən şəxs2 ilə eyni məzmunlu ifadə verməklə ifadəsində əlavə olaraq qarşılıqlı dava-dalaş zamanı onu Zərərçəkmiş şəxs1 vuraraq xəsarət yetirdiyini göstərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid iş Şahid5 məhkəməyə gəlmədiyindən onun ifadəsi elan olunmuş, o ifadəsində Təqsirləndirilən şəxs2 ilə eyni məzmunlu ifadə verməklə ifadəsində əlavə olaraq qarşılıqlı dava-dalaş zamanı onu Zərərçəkmiş şəxs2 vuraraq xəsarət yetirdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Təqsirləndirilən şəxs2 ilə eyni məzmunlu ifadə verməklə ifadəsində əlavə olaraq qarşılıqlı dava-dalaş zamanı onu Təqsirləndirilən şəxs1 vuraraq xəsarət yetirdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs2 ilə eyni məzmunlu ifadə verməklə ifadəsində əlavə olaraq qarşılıqlı dava-dalaş zamanı onu Şahid3 vuraraq xəsarət yetirdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verməklə ifadəsində əlavə olaraq qarşılıqlı dava-dalaş zamanı onu Şahid1 vuraraq xəsarət yetirdiyini göstərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid Şahid8 ifadsi elan olunmuş, o ifadəsində Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xususatları eyni ilə təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayarq iş üzrə Şahid7 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xususatları eyni ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadə verib Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xususatları eyni ilə təsdiq etmişdir. İş materiallarında olan MTE və PA X29 şəxsin Şamaxı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 125 №-li ekspert rəyində Zərərçəkmiş şəxs1 bədəni üzərində qapalı kəllə beyin travması ilə müşahidə olunan başın təpə nahiyəsinin yaraları kimi küt əşya təsirindən törənməklə xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməyə xarakterik sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti olduğu göstərilmişdir. İş materiallarında olan MTE və PA X29 şəxsin Şamaxı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 126 №-li ekspert rəyində Zərərçəkmiş şəxs2 bədəni üzərində burun kökünün, sol almacıq nahiyəsinin şişkinliyi və qançıları, sol gözün ağlı qişasına qansızma, döş qəfəsində solda sıyrılmış yara, sağ əlin İİİ barmağının cırılmış yarası, sol bazu oynağının ön səthinin qançırı kimi küt əşya təsirindən törənməklə xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməyə xarakterik sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətlərin olduğu göstərilmişdir. İş materiallarında olan MTE və PA X29 şəxsin Şamaxı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 131 №-li ekspert rəyində Zərərçəkmiş şəxs3 bədəni üzərində qapalı kəllə beyin travması ilə müşahidə olunan başın təpə nahiyəsinin yarası, sağ əlin İİ-İİİ barmaqlarının sıyrıqları kimi küt əşya təsirindən törənməklə xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməyə xarakterik sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətlərin olduğu göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 iyun 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 iyun 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 may 2020-ci il tarixli 226 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 arvadı X7, qızı 2012-ci il təvəllüdlü X8, oğlu 2015-ci il təvəllüdlü X10 və 2019-cu il təvəllüdlü X9 ilə Şamaxı rayonu Quşçu kəndində yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 may 2020-ci il tarixli 231 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 atası X16, anası X19 və qardaşı X17 ilə Şamaxı rayonu Quşçu kəndində yaşayır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs1 adına verilən xasiyyətnamədə göstərilir ki, o kənddə ictimaiyyət arasında özünü yaxşı aparır, normal xasiyyətə malikdir. Kənd ağsaqqaları və həmyaşıdları arasında xüsusi hörmətə malikdir. Barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Şamaxı rayon İHB-nın Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs2 adına verilən xasiyyətnamədə göstərilir ki, o kənddə ictimaiyyət arasında özünün yaxşı aparır, normal xasiyyətə malikdir. Kənd ağsaqqaları və həmyaşıdları arasında xüsusi hörmətə malikdir. Barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs1 Babaverdi oğlu ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ona dəymiş ziyanın ödənilməsini bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ona dəymiş ziyanın ödənilməsini bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ona dəymiş ziyanın ödənilməsini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 məhkəməyə ərizə təqdim edərək, hazırda zərərçəkmiş şəxs X24 ilə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını, dəymiş ziyanı ödədiyini göstərərək barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 məhkəməyə ərizə təqdim edərək, hazırda zərərçəkmiş şəxslər olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışdığını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və tələbi olmadığını, dəymiş ziyanı ödədiyini göstərərək barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutların məcmuuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, məhkəmə baxışı zamanı müəyyən olundu ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişlər. Təqsirləndirilən şəxslərə istinad edilən cinayət tam sübut olunur. İş üzrə toplanmış sübutlar onların təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olması cinayət təqibini istisna edən hallardadır. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsi əsaslarındadır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunmalı və icraata xitam verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışmasını və onlara dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası CMnin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunmalı və icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 73.2, Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2 və 321.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(074)-23/2020
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-23/2020
01.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver