Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-56/2022 10.11.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi – Zərərçəkmiş şəxs, Müdafiəçi –“AAA” Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Ukrayna Respublikasının Donetsk vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Şamaxı rayonu Meysəri kənd körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləmiş, məhkum olunmamış, Şamaxı şəhəri, İmamlı küçəsi, 45 saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri və vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 09 iyul 2021-ci il tarixdən etibarən Şamaxı rayon İcra hakimiyyəti başçısının 112 nömrəli əmri ilə Şamaxı rayonu, Meysəri kənd körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləyərkən özünün 12 iyul 2021-ci il tarixli, 07 nömrəli əmri ilə körpələr evi-uşaq bağçasının 01 (bir) ştat vahidi ilə gündüz gözətçisi vəzifəsinə təyin etdiyi Şahid5 bir neçə gün ərzində vəzifələrini icra etdikdən və ona işdən çıxması barədə şifahi şəkildə bildirdikdən sonra, təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən maddi məsul vəzifəli şəxs kimi ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədi ilə Şahid5 işdən çıxmasını əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada rəsmiləşdirmədən və bu barədə Şamaxı rayonu, Meysəri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məlumat vermədən, Şahid5 faktiki olaraq öz əmək vəzifələrini icra etmədiyi halda, 12 iyul 2021-ci il tarixdən 01 oktyabr 2021-ci il tarixədək olan müddət ərzində rəsmi sənədlər hesab olunan Şamaxı rayonu Meysəri kənd körpələr-evi uşaq bağçasının 2021-ci ilin iyul, avqust və sentyabr aylarına aid iş vaxtının uçotu tabellərinə hər ayın sonunda tamah niyyəti ilə Şahid5 işə gəlməsi barədə Şamaxı rayonu, Meysəri kəndində yerləşən xidməti iş otağında bilə-bilə yalan məlumatları daxil edib həmin sənədləri imzası və dairəvi möhürlə təsdiq edərək sonuncuya əsassız olaraq vəzifə maaşının hesablanması üçün tabelləri Şamaxı rayonu İcra hakimiyyəti başçısının Meysəri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təqdim etmiş, öz qulluq mövqeyindən istifadə edərək Şahid5 adına "xxxx" ASC-də sifariş verilmiş bank kartını ona təhvil verməyib özündə saxlayaraq, həmin bank kartından istifadə edib sonuncunun bank hesabından ünvan 1 ünvanında yerləşən bankomatdan 26 avqust 2021-ci il tarixdə şəxsən 386 (üç yüz səksən altı) manat və 08 oktyabr 2021-ci il tarixdə əri Şahid7 vasitəsilə 232 (iki yüz otuz iki) manat məbləğində vəsaiti nəğdlaşdırmaqlа şəxsi ehtiyaclarına sərf edərək dövlət vəsaiti olan, ona etibar edilmiş 618 (altı yüz on səkkiz) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə mənimsəmə yolu ilə talamış, qeyd edilən rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadə verib göstərdi ki, 1995-ci ildən 2000-cü ilədək Şamaxı rayonu, Şəhriyar qəsəbəsində tam orta məktəbdə müəllimə, 2000-ci ildən 2003-cü ilədək həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-ci ildən 2011-ci ilədək Şəhriyar qəsəbəsində 1 saylı körpələr evinin tərbiyəçisi, 2018-ci ildən 2019-cu ildək Şamaxı rayonu Meysəri kənd tam orta məktəbdə müəllimə işləmiş, 09 iyul 2021-ci il tarixdən Meysəri kənd körpələr eviuşaq bağçasının müdiri vəzifəsində işləmişdir. Həmin vəzifəyə Şamaxı rayon İcra hakimiyyəti başçısının 09 iyul 2021-ci il tarixli 112 nömrəli əmri ilə təyin edilmiş, xidməti vəzifələrinə bağçanın fəaliyyətinə ümumi rəhbərlik etmək, işçiləri işə qəbul etmək və onları işdən azad etmək, işçilərin davamiyyətinə nəzarət etmək, işçilər barəsində intizam və həvəsləndirmə tədbirləri tətbiq etmək və s. aiddir. Şamaxı rayon icra hakimiyyətinin tapşırığına əsasən bağçada texniki heyət ilk növbədə şəhid, qazi ailələri, həmçinin Vətən müharibəsinin iştirakçıları sırasından formalaşdırılmalı idi. 2021-ci ilin iyul ayında Şamaxı rayonu, Meysəri kənd sakini Şahid5 Vətən müharibəsinin iştirakçısı kimi müraciət edərək onu müdiri olduğu körpələr evi-uşaq bağçasına gözətçi vəzifəsinə işə qəbul edilməsini xahiş etmiş, Şahid5 müharibə iştirakçısı olmasını, maddi vəziyyətini nəzərə alıb onu işə götürməyə qərar vermiş, 12 iyul 2021-ci il tarixdə 07 nömrəli əmri ilə Şahid5 Meysəri kənd körpələr evi-uşaq bağçasının gündüz gözətçisi vəzifəsinə təyin edilmiş, gündüz gözətçisi kimi xidməti vəzifəsi hər gün səhər saat 08-dən axşam saat 20-dək bağçanın mühafizəsini təmin etməkdən ibarət olmuşdur. xx.xx.2021-ci il tarixdə Şahid5lə əmək müqaviləsinin bağlanması barədə bildirişi elektron imza vasitəsilə elektron sistemə yerləşdirilmiş və həmin tarixdən Şahid5 rəsmi qaydada işə qəbul edilməklə əmək vəzifələrinin icrasına başlamışdır. 2021-ci ilin avqust ayında Şamaxı RİH başçısının Meysəri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mühasib vəzifəsində işləyən Şahid8 bağçanın işçilərin maaş kartlarını, o cümlədən Şahid5 maaş kartını ona təhvil vermiş, o da həmin gün kartları işçilərə təhvil vermişdir. Şahid5 gözətçi kimi 232 manat məbləğində vəzifə maaşı təyin edilmiş, vəzifə maaşının məbləği Şamaxı rayon icra hakimiyyəti başçısının təsdiq etdiyi tarifikasiya cədvəlinə uyğun olaraq müəyyən edilmişdir. Şahid5 işə qəbul etdiyinə baxmayaraq sonuncu bir neçə gün işə çıxdıqdan sonra ona şifahi qaydada müraciət edib işləmək istəmədiyini bildirmiş, o Şahid5 işdən çıxması barədə yazılı ərizə ilə müraciət etməsini desə də, sonuncu heç bir ərizə yazmadan bir daha işə gəlməyəcəyini demişdir. Meysəri kənd körpələr evi-uşaq bağçası Şamaxı RİH başçısının Meysəri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin balansında olduğundan, Şahid5 işə gəlməməsi barədə İƏD üzrə nümayəndəsi Şahid6 məlumat vermiş, lakin Şahid6 Şahid5 müharibə iştirakçısı olmasını nəzərə alıb, sonuncunu işdən çıxarmasını qadağan etmişdir. Bu səbəbdən Şahid5 faktiki olaraq işə çıxmasa da, adı iki aydan artıq müddətdə bağçanın işçilərinin siyahısında olmuş və onun adına hər ay vəzifə maaşı yazılmışdır. Heç vaxt Şahid5 adına olan bank kartından istifadə edib onun adına hesablanan vəzifə maaşını mənimsəməmiş, həmin bank kartı əvvəldən Şahid5 özündə olmuşdur. Əri Şahid7 08 oktyabr 2021-ci il tarixdə Şahid5 "xxxx" ASC-nin Şamaxı rayon filialına gətirmiş, bunu öz təşəbbüsü ilə deyil, Şahid5 xahişinə əsasən etmişdir. Həmin tarixdə Şahid5 uşağını bağçaya gətirmiş və əri həmin vaxt bağçada olduğundan Şahid5 ərindən onu Kapital banka aparmasını xahiş etmiş, həmin vaxt Şahid5 kartı “koda” düşmüş və o bankda kartının pin kodunu dəyişmək istəmişdir. Bu səbəbdən Eldar onu Kapital bankının Şamaxı rayon filialına gətirmiş, Şahid5 maaş kartı heç vaxt onda və ya ərində olmamış, əri heç vaxt həmin kartdan pul çıxarmamışdır. Şamaxı RİH başçısının Meysəri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin mühasibi Şahid8 işçilərin maaş kartlarını ona təqdim etdikdən sonra, həmin gün kartları işçilərə təhvil vermiş, maaş kartlarını əlbəəl şəkildə hər bir işçiyə təhvil vermiş, bu barədə hər hansı şəkildə sənədləşmə aparmamışdır. Şamaxı rayonu, Meysəri kənd körpələr evi-uşaq bağçasının işçilərinin 12 iyul 2021-ci il tarixdən işə davamiyyət jurnalında Şahid5 adının qarşısında xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixədək olan imzalar Şahid5 məxsus deyildir, onların kimə məxsus olması barədə məlumatı yoxdur. Bağçada işləyən hər bir işçi işə gələrkən və işdən çıxarkən həmin jurnala gündəlik olaraq imza çəkməli olduğu halda, Şahid5 faktiki olaraq işə çıxmadığından heç vaxt jurnala imza çəkməmişdir. Həmin jurnalda Şahid5 adınan imzaların kimin tərəfindən icra edilməsi barədə dəqiq məlumatı yoxdur. Lakin 2021-ci ilin oktyabr ayında Şahid5 artıq Şamaxı rayon prokurorluğuna barəsində şikayət etdikdən sonra Meysəri kənd İƏD üzrə nümayəndəsi Şahid6 bağçaya gəlib həmin jurnalı götürərək özü ilə aparmış, Şahid6 davamiyyət jurnalını apararkən Şahid5 adı qarşısında imzalar olmamışdır. Şahid6 həmin jurnalı ona qaytaranda isə artıq Şahid5 adı qarşısında imzalar icra edilmiş, Şahid6 ona həmin imzaların Şahid5 tərəfindən icra edildiyini və həmin imzaların rayon prokurorluğunda aparılan araşdırma zamanı onun həqiqətən də gündəlik olaraq işə gəlməsini təsdiq edəcəyini demişdir. Şahid5 onun əmri ilə Meysəri kənd körpələr evi-uşaq bağçasında gündüz gözətçisi vəzifəsinə təyin edildiyi gündən işdən çıxarıldığı günədək faktiki olaraq işə gəlməmiş və öz vəzifələrini icra etməmişdir. Şahid5 işdən azad edilməsi barədə dəfələrlə Şamaxı RİH başçısının Meysəri kənd İƏD üzrə nümayəndəsi Şahid6 müraciət edib Şahid5 işdən azad edilməsini demiş, lakin Şahid6 Şahid5 Vətən müharibəsinin iştirakçısı olduğu üçün işdə saxlamasını bildirmiş, Şahid5 işdən azad etmək istəyəndə isə Şahid6 bağçanın icra nümayəndəliyinin balansında olmasını və faktiki olaraq onun rəhbəri olmasını deyərək Şahid5 işdən azad etməyə qoymamışdır. Şahid5 işə çıxmadığı üçün dəfələrlə Şahid6 bu barədə demiş, lakin sonuncu onu Meysəri kənd körpələr evi-uşaq bağçasında 2021-ci ilin iyul, avqust və sentyabr ayları üçün tərtib edilmiş iş vaxtının uçotu tabellərdə Şahid5 gündəlik olaraq işə çıxmasını özünün imzası və Meysəri kənd körpələr evi-uşaq bağçasının möhürünü vurmasını faktiki olaraq məcbur etmiş, Şahid6 ona imza və möhürünün olmadığı halda bağçanın işçilərinə ümumiyyətlə maaş verilməyəcəyini dediyi üçün, Şahid5 faktiki olaraq işə gəlmədiyi halda rəsmi sənədlərdə onun işə gəlməsini imza və möhürlə təsdiq etmiş, həmin vaxt saxtakarlıq etdiyini anlasa da, Şahid6 onu məcbur etdiyi üçün həmin sənədləri təsdiqləmişdir. 26 avqust 2021-ci il tarixdə Meysəri kənd körpələr evi-uşaq bağçasının gündüz gözətçisi vəzifəsinə təyin edilmiş Şahid5 adına açılmış bank kartından istifadə edərək sonuncunun bank hesabından "xxxx" ASC-nin Şamaxı rayon filialının qarşısındakı bankomatdan vəsait çıxarmış, Şahid5 özü ona həmin bank kartını verib maaşını çıxarmağa xahiş etmiş, o həmin kartdan maaşını çıxarıb Şahid5 arvadı Günaya çıxarılan vəsaiti və maaş kartını vermişdir. Heç vaxt Şahid6 Şahid5 işə gəlməməyinə icazə verməsini və Şahid8 Şahid5 gecə növbəsinə təyin etdiyini deməmiş, Şahid5 vəzifəyə təyin olunduğu gündən işə gəlməmiş, Şahid6 və Şahid8 da bunu bilmişlər. Meysəri kənd körpələr evi-uşaq bağçasının müdiri kimi bağçanın işçilərinin işə davamiyyətini yoxlamaq onun vəzifəsidir, bağçanın işçiləri gündəlik olaraq işə gələrkən və işdən çıxarkən bağçada aparılan işə davamiyyət jurnalına imza çəkirlər və o gündəlik olaraq həmin jurnalı yoxlayır. Bundan əlavə bağçada videomüşahidə kameraları quraşdırıldığından, xidməti otağından da işçilərin faktiki davamiyyətinə nəzarət edir. Bağçanın işçilərinin işə davamiyyətindən asılı olaraq hər ay işçilərin işə gəlməsi barədə məlumatları əks etdirən cədvəl tərtib edilir, onun imzası və Meysəri kənd körpələr evi-uşaq bağçasının dairəvi möhürü ilə təsdiq edilərək RİH başçısının Meysəri kəndi İƏD üzrə nümayəndəliyinə təqdim edilir. Son olaraq əməlindən peşman olmasını, vurulmuş 618 manat ziyanı tamamilə ödədiyini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını göstərərək, barəsində olan cinayət işinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə xitam verilməsini, təqsirləndirldiyi digər maddə ilə isə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edərək, bu barədə məhkəməyə ərizə və ödəniş qəbzini təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin 14 saylı Regional Xəzinədarlıq İdarəsinin Yerli xərclərin maliyyələşdirilməsi sektorunun müdiri vəzifəsində işləyir, xidməti vəzifələrinə yerli xərclərin qəbulu və təsdiqi aiddir. Rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin balansında olan istənilən müəssisə, o cümlədən uşaq bağçalarının işçilərinin vəzifə maaşının ödənilməsi İƏD üzrə nümayəndəliklərin hər ayın əvvəlində Regional Xəzinədarlıq İdarəsinin Yerli xərclərin maliyyələşdirilməsi sektoruna “kassa limiti sənədlərin maliyyəşdirilməsi formasının” (M1 forması) təqdim edilməsi ilə başlanır. Sektora təqdim edilmiş həmin formaya və İƏD üzrə nümayəndəliyin təsdiq olunmuş xərclər smetasına uyğun olaraq maliyyələşmə təsdiq edilərək açılır. Maliyyələşdirmə açıldıqdan sonra yerli icra nümayəndəliyi tərəfindən Regional Xəzinədarlıq İdarəsinin Maliyyə əməliyyatları sektoruna xərclərə müvafiq olaraq öhdəlik təqdim edir. Maliyyə əməliyyatı sektorunda İƏD üzrə nümayəndəlikdən təqdim edilmiş hər bir xərc üzrə təqdim edilən ilkin sənədlər (o cümlədən əmək haqqının hesablanması arayışı və ya cədvəllərə müvafiq olaraq) xərclər maliyyə əməliyyatları sektoru tərəfindən öhdəlik kimi qəbul edilir. Daha sonra İƏD üzrə nümayəndəlikləri Xəzinədarlıq idarəsinin Maliyyə əməliyyatlarının uçotu sektoruna “Mal alışı sənədləri” təqdim edilir və həmin sektor nümayəndəliklərdən daxil olmuş “mal alışı sənədlərini” qəbul edib və Xəzinədarlıq idarəsinin rəisinin təsdiqindən sonra həmin sənədlər əməliyyatların aparılması üçün müvafiq banklara ötürülür. Bununla da rayon İcra hakimiyyəti başçısının İƏD üzrə nümayəndəlikdən daxil olmuş əmək haqqının hesablanması cədvəllərinə uyğun olaraq işçilərə müvafiq banklarda əmək haqlarının ödənilməsi təmin edilir. Regional Xəzinədarlıq İdarəsinin rayon icra hakimiyyəti başçısının İƏD üzrə nümayəndəliklərdən daxil olmuş əmək haqqının hesablanması cədvəllərinə və ya arayışlarda qeyd edilən məlumatların faktiki yerində düzgünlüyünü yoxlamaq və dəqiqləşdirmək kimi səlahiyyəti yoxdur, işçilərə əmək haqqının hesablanması inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən aparılır, Xəzinədarlıq idarəsi isə yalnız təqdim edilmiş sənədlər əsasında müvafiq əməliyyatları həyata keçirir. Hazırda vurulmuş ziyanın tam ödənilməsini və təqsirləndirlən şəxslə barışmasını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verib göstərdi ki, işsiz olması səbəbindən 2021-ci ilin iyun ayında Vətən müharibəsinin iştirakçısı kimi Şamaxı rayon İcra hakimiyyəti başçısının Meysəri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid6 müraciət edib onu işlə təmin etməsini xahiş etmiş, Şahid6 müharibədə iştirakını nəzərə alıb Şamaxı rayonu Meysəri kənd körpələr evi-uşaq bağçasında gözətçisi vəzifəsi vakant olduğunu, istədiyi halda həmin vəzifədə işləyə biləcəyini bildirmişdir. Meysəri kənd körpələr evi-uşaq bağçasının müdiri Təqsirləndirilən şəxs qəbuluna gəlib bağçada gözətçi işləmək istədiyini demiş, Təqsirləndirilən şəxs ona zəruri sənədləri toplamağı tapşırmış, həmin sənədləri toplayıb onları Təqsirləndirilən şəxs təqdim etmiş və 12 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs əmri ilə onu bağçanın gündüz gözətçisi vəzifəsinə təyin etmişdir. İş vaxtı səhər saat 08-də başlayırdı və axşam saat 20-də qurtarırdı, Təqsirləndirilən şəxs deməsinə görə ona aylıq 250 manat məbləğində vəzifə maaşı verilməli idi. Bağçada bir neçə gün ərzində işlədikdən sonra iş rejimi və maaşı onu qane etmədiyindən Təqsirləndirilən şəxs müraciət edib işdən çıxmağını demiş və heç bir sənədlərə imza çəkmədən və müvafiq rəsmiləşdirmə aparılmadan həmin gündən sonra bir daha uşaq bağçasına işə gəlməyib fərdi qaydada ayrı-ayrı yerlərdə fəhləliklə məşğul olmağa başlamışdır. 07 oktyabr 2021-ci il tarixdə axşam saatlarında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs əri Şahid7 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib növbəti gün, yəni 08 oktyabr 2021-ci il tarixdə Şamaxı şəhərində yerləşən evində işinin olduğunu deyib səhər saatlarında Meysəri uşaq bağçasının qarşısına gəlməyini demiş, 08 oktyabr 2021-ci il tarixdə səhər saat 09 radələrində Şahid7 idarə etdiyi “Mercedes E klass” markalı avtomobili ilə onu Meysəri kənd uşaq bağçasının yanında götürüb avtomobilini Şamaxı şəhəri istiqamətinə sürmüşdür. Şahid7 ona evlərində işlərinin olmasını bildirsə də, Şamaxı şəhərinə çatdıqda onu "xxxx" ASC-nin Şamaxı rayon filialının qarşısına gətirmiş, filialının qarşısında Şahid7 bank kartının koda düşdüyünü deyib, ona plastik kartı vermiş, həmin bank kartının üzərində onun adı və soyadı yazılmışdır. Şahid7 bunu izah etməyi tələb etmiş, sonuncu isə bağçada işləyən müəllimləri aparıb gətirdiyini və qeyri-rəsmi şəkildə sürücü işlədiyini, maaşını onun adına olan kart vasitəsilə aldığını demişdir. Eldar kartının koda düşdüyünü, həmin kart onun adına olduğu üçün şəxsiyyət vəsiqəsi ilə bank işçisinə yaxınlaşıb kartın pin kodunu dəyişməsini xahiş etmiş, ilk öncə etiraz etsə də, Şahid7 xahişlərindən sonra kartı götürüb "xxxx" ASC-nin Şamaxı rayon filialına daxil olmuş və şəxsiyyət vəsiqəsini bank işçisinə təqdim edib adına olan bank kartının koda düşdüyünü bildirmişdir Bank işçisi kartın ona məxsus olduğunu yoxladıqdan sonra ona “pos-terminal” təqdim etmiş və o həmin tərminal vasitəsilə təvəllüdü olan “1991” rəqəmlərini yeni pin kodu kimi daxil etmişdir. Daha sonra Şahid7la birlikdə bankın inzibati binasından çıxıb binanın qarşısında olan bankomata yaxınlaşmış, Şahid7 adına olan bank kartını bankomata daxil edib və o yeni təyin etdiyi “1991” pin kodunu daxil etmişdir. Pulu çıxararkən hesabında konkret hansı məbləğdə vəsaitin olmasını xatırlamır, həmin vaxt hesabında olan bütün məbləği çıxarmış və Şahid7 bankomatdan həmin pul vəsaitini götürüb cibinə qoymuşdur. Daha sonra adına olan bank kartını Şahid7 vermiş və Şahid7 sonuncu dəfə adına olan kartdan pul çıxartdığını, sonrakı aylardan kartı öz adına keçirəcəyini, arvadı Təqsirləndirilən şəxs adını bağçanın işçiləri siyahısından çıxaracağını demiş və bundan sonra Şahid7 onu öz avtomobili ilə Meysəri kəndində gətirmişdir. Adına əsassız olaraq maaş yazıldığını bildikdən sonra Şamaxı RİH başçısının Meysəri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid6 və nümayəndəliyin mühasibi Şahid8 müraciət edib onlara bu barədə məlumat vermiş, Şahid8 sənədlərə baxdıqdan sonra bağçanın gündüz gözətçisi kimi adına 3 ay ərzində vəzifə maaşı yazıldığını bildirmişdir. O, həmin bağçada ümumiyyətlə işləmədiyini, yalnız iyul ayında bir neçə gün ərzində bağçaya gəldiyini, daha sonra isə işdən çıxdığını demiş, mühasib və icra nümayəndəsi isə bundan xəbərləri olmadıqları, Təqsirləndirilən şəxs onlara da bu barədə bir söz demədiyi bildirmişlər. Bununla da Təqsirləndirilən şəxs bağçada faktiki işləmədiyi təqdirdə qanunsuz olaraq adına olan bank kartından üç ay ərzində bankomatdan pulu çıxarıb mənimsəməsini öyrənmiş və bu barədə rayon prokurorluğuna şikayət etmişdir. Şamaxı rayonu, Meysəri kənd körpələr evi-uşaq bağçasına gündüz gözətçisi vəzifəsinə təyin edildikdən sonra vəzifə maaşının alınması üçün ona heç bir kart verilməmiş, adına olan bank hesabının və bank kartının mövcudluğu barədə məlumatı olmamış, bu barədə yalnız 08 oktyabr 2021-ci il tarixdə Şahid7 adına olan kartı ona verəndə öyrənmişdir. Meysəri kənd körpələr evi-uşaq bağçasından işdən çaxmağı barədə ərizə verməmiş, yalnız şifahi şəkildə işdən çıxmağı barədə bağçanın müdiri Təqsirləndirilən şəxs məlumat verib bir daha bağçaya işə çıxmamışdır. Heç vaxt Meysəri kənd körpələr evi-uşaq bağçasının işə davamiyyət kitabına imza çəkməmiş, heç vaxt intizamsızlığa yol verməmişdir. "xxxx" ASC-nin Şamaxı rayon filialının qarşısında quraşdırılmış bankomatın müşahidə kamerası vasitəsilə 08 oktyabr 2021-ci il tarixdə saat 09:51-dən-09:54-dək qeydə alınmış videogörüntüdə qara rəngli kurtka və qara rəngli şalvar geyinmiş, üzündə qara rəngli maska olan və bankomata yaxınlaşıb pin kodu daxil edən şəxs özüdür, onun solunda isə başında kepka tipli papaq olan, əlində göy rəngli bank kartını saxlayan və bankomatdan çıxan pulu götürən şəxs Təqsirləndirilən şəxs əri Şahid7dur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verib göstərdi ki, 2014-cü ildən 2020-ci ilədək Şamaxı RİH başçısının Muğanlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi, 2020ci ilin oktyabr ayından hazırki vaxtadək Şamaxı RİHB-nın Meysəri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. 2018-ci ildə Meysəri kəndində yerləşən tam orta məktəbin inzibati binası təmir olunmuş və 2020-ci ildə Meysəri kənd körpələr evi-uşaq bağçası kimi fəaliyyətə başlamışdır. Meysəri kənd körpələr evi-uşaq bağçası Şamaxı RİHB-nın Meysəri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin balansında olduğundan uşaq bağçasının maliyyə işlərinin aparılması, işçilərin davamiyyətinə nəzarəti həyata keçirilməsi icra nümayəndəliyinə həvalə edilmişdir. Meysəri kənd körpələr evi-uşaq bağçasında hər hansı vəzifəyə işçi təyin edildikdə bu barədə bağça müdiri tərəfindən işə qəbul olunması barədə müvafiq əmr çıxarılır və həmin əmrin surəti icra nümayəndəliyinə təqdim edilir. Daha sonra İƏD üzrə nümayəndəliyin baş mühasibi işçinin vəzifəyə təyin olunması barədə əmri və müvafiq bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edir və işçinin işə qəbul olunması barədə əmrin surətini işçiyə vəzifə maaşının hesablanması üçün Şamaxı şəhərində yerləşən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Regional Maliyyə və Xəzinədarlıq İdarəsinə təqdim edir. Bununla yanaşı baş mühasib həmçinin aylıq vəzifə maaşının alınması üçün hər işçinin adına "xxxx" ASC-nin Şamaxı rayon filialından plastik kart sifariş verir. Təqsirləndirilən şəxs Şamaxı rayon icra hakimiyyəti başçısının 09 iyul 2021-ci il tarixli 112 nömrəli əmri ilə Şamaxı rayonu Meysəri kənd körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilmişdir. 2021-ci ilin iyul ayının müxtəlif tarixlərində Təqsirləndirilən şəxs bağçanın müdiri kimi öz əmri ilə Şamaxı rayon icra hakimiyyətinin müəyyən etdiyi ştat cədvəlinə uyğun olaraq ümumilikdə 10 nəfər işçini müxtəlif vəzifələrə təyin etmiş, həmin işçilərin vəzifəyə təyin olunmaları barədə əmrlərin surətləri Təqsirləndirilən şəxs tərəfindən icra nümayəndəliyinə təqdim edilmiş, işə götürülmələri barədə bildirişləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə daxil etmiş və həmin tarixdən onlara vəzifə maaşı hesablanmağa başlamışdır. Şamaxı rayonu, Meysəri kənd sakini Şahid5 Vətən müharibəsinin iştirakçısı olduğunu nəzərə alıb rayon icra hakimiyyətinin tapşırığına əsasən onu işlə təmin edilməsi qərara alınmış, həmin vaxt Meysəri kənd körpələr evi-uşaq bağçasında gündüz gözətçisi vəzifəsi vakant olduğundan ona həmin vəzifə təklif edilmiş, Şahid5 həmin vəzifəyə razılaşmış və bağça müdiri Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixli 07 nömrəli əmri ilə Şahid5 Şamaxı rayonu Meysəri kənd körpələr evi-uşaq bağçasına 01 ştat vahidi üzrə gündüz gözətçisi vəzifəsinə təyin edilmişdir. Şahid5 vəzifəyə təyin edilməsi barədə əmri Təqsirləndirilən şəxs tərəfindən İƏD üzrə nümayəndəliyinə göndərilmiş, onun işə qəbul edilməsi barədə bildiriş elektron sistemə daxil edilmiş və Şamaxı rayon icra hakimiyyəti başçısının müəyyən etdiyi tarifikasiya cədvəlinə uyğun olaraq Şahid5a aylıq 260 manat məbləğində vəzifə maaşı müəyyən edilmişdir. Şahid5 bağçada işə qəbul edilmiş digər işçilərə olduğu kimi "xxxx"- dan plastik kart sifariş verilmiş, 13 avqust 2021-ci il tarixdə Şahid8 "xxxx" ASC-nin Şamaxı rayon filialına gedib Meysəri kənd uşaq bağçasının 11 işçinin maaş kartlarını təhvil almış, işçilərin plastik kartlarını təhvil alarkən Şahid8la bankın səlahiyyətli əməkdaşı arasında təhvil-təslim aktı tərtib edilmişdir. Meysəri kənd körpələr evi-uşaq bağçasının müdiri Təqsirləndirilən şəxs bağçada gündüz gözətçisi vəzifəsində işləyən Şahid5 adına açılmış maaş kartı vasitəsilə vəsaitin mənimsənilməsi barədə heç bir məlumatı olmamışdır. Şahid5 təyin olunduğu vaxt əmək məzuniyyətində olduğundan sonuncunun faktiki olaraq öz vəzifəsini icra edib-etməməsi barədə məlumatı olmamış, əmək məzuniyyətindən qayıtdıqdan sonra isə “Covid-19” pandemiyası ilə əlaqədar nümayəndəliyin iş yükü dəfələrlə artdığından gündəlik olaraq uşaq bağçasına gedib işçilərin davamiyyətini yoxlamaq imkanı olmamış, lakin mütəmadi olaraq bağçanın işçilərinin işə davamiyyəti kitabını yoxlamış və bağça müdiri Təqsirləndirilən şəxs işçilərin işə davamiyyətini soruşmuşdur. Həmin vaxt Şahid5 görmədiyi üçün Təqsirləndirilən şəxs onun barəsində suruşduqda, sonuncu ona Şahid5 maddi vəziyyətini, müharibə işçtirakçısı olmasını nəzərə alıb ona Meysəri kəndi daxilində fərdi qaydada “çörək pulu” qazanmaq üçün bəzən işə gəlməməyə imkan yaratdığını göstərmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə əmək məzuniyyətində olmuş, həmin vaxt xidməti vəzifələrini İƏD üzrə nümayəndənin müavini Şahid3 tərəfindən icra edilmişdir. Şahid5 işə faktiki davamiyyətini yoxlamamış, Təqsirləndirilən şəxs dediklərinə və sonuncunun davamiyyət kitabındakı qeydlərinə inanmışdır. Gündəlik olaraq Şahid5 işə davamiyyətini yoxlamamış, sadəcə olaraq Meysəri kənd körpələr evi-uşaq bağçasının işçilərinin davamiyyət kitabını yoxlayıb bağça müdiri Təqsirləndirilən şəxs təqdim etdiyi “iş vaxtının uçot tabeli” təsdiq etmişdir. İş vaxtının uçotu cədvəllərin formasını Şahid8 bağça müdiri Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs onu doldurdub öz imzası və Meysəri kənd körpələr evi-uşaq bağçasının möhürü ilə təsdiq etdikdən sonra onu İƏD üzrə nümayəndəliyə təqdim etmiş, daha sonra Şahid8 baş mühasib kimi, özü isə İƏD- üzrə nümayəndə kimi həmin cədvəlləri imzaları ilə təsdiq etmiş və İƏD üzrə nümayəndəliyin qerbli möhürünü vurmuşdur. Təqsirləndirilən şəxs bağça müdiri vəzifəsinə yeni təyin edildiyi üçün ona inanmış və işçilərin davamiyyəti barədə cədvəllərdəki məlumatların həqiqiliyini və düzgünlüyü yoxlamadan onu təsdiq etmişdir. 2021-ci ilin avqust-sentyabr tarixlərində Meysəri kənd körpələr eviuşaq bağçasının işçilərin davamiyyətini yoxlayarkən gündüz gözətçisi vəzifəsində işləyən Şahid5 işçilər arasında görməmiş, Təqsirləndirilən şəxs bağçanın müdiri kimi özü ona hər hansı işçinin işə gəlməməsi barədə məlumat vermədiyindən, öz təşəbbüsü ilə Şahid5 işə gəlməməsi barədə hər hansı sənədləşmə aparmamışdır. Meysəri kənd körpələr evi-uşaq bağçası İƏD üzrə nümayəndəliyin balansında olduğundan uşaq bağçasının işçilərinin işə davamiyyətini yoxlamaq vəzifəsi vardır, yoxlama gündəlik olaraq aparılmamış, vaxtaşırı özü, müavini Şahid3 və ya nümayəndəliyin baş mühasibi Şahid8 bağçaya gəlib işə davamiyyət kitabını və işçilərin işə faktiki gəlmələrini yoxlamış, həmin yoxlamanı hər hansı qaydada sənədləşdirməmiş, belə bir qayda yoxdur. Şahid5 faktiki olaraq işə gəlməməsini bilməmiş, əks halda sonuncunun işdən azad edilməsini tələb edərdi, bağçada yoxlamalar apararkən davamiyyət kitabında Şahid5 adı qarşısında imzanı görüb onun işə gəldiyini düşünmüşdür. 2021-ci ilin avqust ayında məzuniyyətdən qayıtdıqdan sonra bir neçə dəfə Təqsirləndirilən şəxs işçilər barədə maraqlanmış, sonuncu isə ona Şahid5 yaxşı, tərbiyəli işçi olduğunu deyib onu tərifləmiş, Şahid5 faktiki olaraq işə gəlməməsini bilməmişdir. Heç vaxt Meysəri kənd körpələr evi-uşaq bağçasının işçilərinin işə davamiyyət kitabını götürməmiş, həmin kitabın ona heç bir aidiyyəti yoxdur, yalnız bağçada yoxlamalar aparan zamanı davamiyyət kitabına baxmış, həmin kitabda Şahid5 adı qarşısında onun gündəlik olaraq işə gəlməsi barədə imzalar icra edilmiş və o Təqsirləndirilən şəxs inanıb Şahid5 faktiki olaraq işə gəlibgəlmədiyini yoxlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RİH başçısının Meysəri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Şahid3 Şahid6 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadə verib göstərdi ki, 2021-ci aprel ayından Şamaxı RİH başçısının Meysəri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi-baş mühasib vəzifəsində işləyir. Xidməti vəzifələrinə nümayəndəliyin və onun balansında olan Meysəri kənd körpələr evi-uşaq bağçasının mühasibatlığının və maliyyə-uçot işlərinin aparılması aiddir. Meysəri kənd körpələr evi-uşaq bağçasında hər hansı vəzifəyə işçi təyin edildikdə bu barədə bağça müdiri tərəfindən işə qəbul olunması barədə müvafiq əmr çıxarılır və həmin əmrin surəti İƏD üzrə nümayəndəliyinə göndərilir. İşçinin işə qəbul olunması barədə əmrin surətini ona vəzifə maaşının hesablanması üçün Şamaxı şəhərində yerləşən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Regional Xəzinədarlıq İdarəsinə təqdim edir və bununla yanaşı həmçinin aylıq vəzifə maaşının alınması üçün işçinin adına "xxxx" ASC-nin Şamaxı rayon filialından plastik kart sifariş verilir. Təqsirləndirilən şəxs Şamaxı rayon İcra hakimiyyəti başçısının 09 iyul 2021-ci il tarixli 112 nömrəli əmri ilə Şamaxı rayonu Meysəri kənd körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilmiş, vəzifəyə təyin edildikdən sonra 2021-ci ilin iyul ayında müxtəlif tarixlərdə Təqsirləndirilən şəxs bağçanın müdiri kimi öz əmrləri ilə Şamaxı rayon icra hakimiyyətinin müəyyən etdiyi ştat cədvəlinə uyğun olaraq ümumilikdə 10 nəfər işçini bağçaya müxtəlif vəzifələrə təyin etmişdir. Həmin işçilərin vəzifəyə təyin olunmaları barədə əmrlərin surətləri Təqsirləndirilən şəxs tərəfindən icra nümayəndəliyinə təqdim edilmiş və həmin tarixdən onlara vəzifə maaşı hesablanmağa başlamışdır. Şamaxı rayonu, Meysəri kənd sakini Şahid5 2021-ci ilin yay aylarında Vətən müharibəsinin iştirakçısı kimi icra nümayəndəliyinə müraciət edib onun işlə təmin edilməsini xahiş etmiş, həmin vaxt Meysəri kənd körpələr evi-uşaq bağçasında gündüz gözətçisi vəzifəsi vakant olduğu üçün ona həmin vəzifə təklif edilmiş, Şahid5 həmin vəzifəyə razışmış və Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixli 07 nömrəli əmri ilə Şahid5 Şamaxı rayonu Meysəri kənd körpələr evi-uşaq bağçasına 01 ştat vahidi üzrə gündüz gözətçisi vəzifəsinə təyin edilmişdir. Şahid5 vəzifəyə təyin olunması barədə əmr Təqsirləndirilən şəxs tərəfindən icra nümayəndəliyinə göndərilmiş və Şamaxı rayon icra hakimiyyəti başçısının müəyyən etdiyi tarifikasiya cədvəlinə uyğun olaraq Şahid5a aylıq 260 manat məbləğində vəzifə maaşı müəyyən edilmişdir. Şahid5 və bağçada işə qəbul edilmiş digər işçilərə "xxxx" ASC-dən plastik kart sifariş vermiş, 13 avqust 2021ci il tarixdə "xxxx" ASC-nin Şamaxı rayon filialına gedib təhvil-təslim aktı tərtib edilməklə Meysəri kənd uşaq bağçasının 11 işçinin maaş kartlarını təhvil almış, təhvil aldığı maaş kartlarının arasında həmçinin Şahid5 adına sifariş verilmiş kart da olmuşdur. Həmin vaxt Şamaxı rayon icra hakimiyyəti rəhbərliyinin göstərişi ilə Şamaxı şəhəri ərazisində aparılan “Covid-19” əleyhinə peyvəndlənmə prosesinə cəlb olunduğu və bu səbəbdən günün çox vaxtı Şamaxı şəhərində olduğu üçün, Meysəri kəndinə qayıdıb maaş kartlarını əlbəəl sahiblərinə təhvil verə bilməmiş və bağçanın müdiri Təqsirləndirilən şəxs zəng edib bağçanın işçilərinin maaş kartlarının onda olduğunu demişdir. Təqsirləndirilən şəxs ona həmin kartları Şamaxı şəhərində yerləşən “Azercell Telecom”-da işləyən tanışı Xalid adlı şəxsə təhvil verməsini, özü isə həmin kartları ondan götürəcəyini bildirmişdir. Həmin vaxt kartları şəxsən işçilərə təhvil vermək imkanı olmadığından Təqsirləndirilən şəxs dediyi kimi həmin kartları “Azercell Telecom”-da işləyən tanışı Xalid adlı şəxsə təhvil vermiş, kartların işçilərə çatıb-çatmaması barədə heç bir məlumatı yoxdur, Şahid5 faktiki olaraq işə gəlməyib adına vəzifə maaşının hesablanması və sonuncuya məxsus maaş kartından bağça müdiri Təqsirləndirilən şəxs tərəfindən pul vəsaitlərin çıxararaq mənimsəməsi barədə məlumatı olmamışdır. Meysəri kənd körpələr evi-uşaq bağçası icra nümayəndəliyinin balansında olduğundan işçilərin işə davamiyyətinə nəzarəti ozü, icra nümayəndəsi və nümayəndənin müavini etməlidir. Bağçaya gəlib işçilərin işə davamiyyətini yoxlayarkən Şahid5 işçilər arasında görməmiş, bu barədə bağçanın müdiri Sevil Hümbətovdan soruşduqda, sonuncu ona Şahid5 gecə növbəsinə gözətçi təyin etdiyini bildirmişdir. Meysəri kənd körpələr evi-uşaq bağçasında 2021-ci ilin iyul, avqust və sentyabr ayları üçün tərtib edilmiş iş vaxtının uçotu cədvəllərində Şahid5 işə davamiyyətini yoxlamamış, Təqsirləndirilən şəxs təqdim etdiyi davamiyyət cədvəlini öz imzası ilə təsdiq etmişdir. Bağça müdiri Təqsirləndirilən şəxs hər ay Meysəri kənd körpələr evi-uşaq bağçasının işçilərinin iş vaxtının uçotu tabellərini doldurub öz imzası və Meysəri kənd körpələr evi uşaq bağçasının dairəvi möhürü ilə təsdiq etdikdən sonra onu nümayəndəliyə təqdim etmiş, daha sonra icra nümayəndəsi Şahid6 və özü həmin tabeli imzaları ilə təsdiq etmiş və Şahid6 həmin tabellərə İƏD üzrə nümayəndəliyinin gerbli möhürünü vurmuşdur. Təqsirləndirilən şəxs tabeli öz imzası və Meysəri kənd körpələr evi-uşaq bağçasının möhürü ilə təsdiq etdikdən sonra Təqsirləndirilən şəxs inandığından cədvəldəki məlumatların həqiqiliyini yoxlamadan onu təsdiq etmiş, Şahid5 faktiki olaraq işə gəlmədiyini bilməmişdir. Uşaq bağçasına gedib işçilərin davamiyyətini yoxlayarkən Şahid5 işçilər arasında görməmiş, Təqsirləndirilən şəxs Şahid5 gecə növbəsində gözətçi çıxardığını demiş, buna inanıb Şahid5 gəcə növbəsində yoxlamamış və sonuncunun iş yerində olmamasını sənədləşdirməmişdir. Rayon icra hakimiyyəti rəhbərliyinin göstərişi əsasında peyvəndlənmə prosesinə cəlb olunduğundan işçilərin davamiyyətinin, o cümlədən Şahid5 işə davamiyyətini yoxlaya bilməmiş, özündən başqa icra nümayəndəsi Şahid6 və müavini Şahid3 da gündüz vaxtı gəlib bağçada işçilərin davamiyyətini yoxlamışlar. Şahid5 faktiki olaraq işə gəlməməsini bilməmiş, əks halda sonuncuya vəzifə maaşının hesablanması ilə bağlı sənədlərə imza çəkməzdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verib göstərdi ki, arvadı Təqsirləndirilən şəxs 09 iyul 2021-ci il tarixdə Şamaxı rayonu, Meysəri kənd körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilmişdir. Nuriyev X1 rayonunda baş vermiş zəlzələdən sonra qayınatası Məhəmməd Məmmədova məxsus evdə usta kimi işləmiş, sonuncu ilə münasibətləri normal olmuş, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Şamaxı rayonunda fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur, arvadı Təqsirləndirilən şəxs müdiri olduğu uşaq bağçasının tərbiyəçilərini gündəlik olaraq işə gətirir və işdən sonra onları Şamaxı şəhərinə apardığından, bağçada baş verənlərdən xəbərdar olmuşdur. 12 iyul 2021-ci il tarixdə Şahid5 Meysəri kənd uşaq bağçasının gözətçisi vəzifəsinə təyin edilmiş, Şahid5 bir neçə gün ərzində bağçaya işə çıxdığını görsə də, sonradan onu ümumiyyətlə görməmiş, sonuncu bağçaya işə çıxmamışdır. Arvadı Təqsirləndirilən şəxs bir neçə dəfə Şahid5 iyul ayında bir neçə gün ərzində işə gəldiyini, sonradan isə ümumiyyətlə işə gəlməməsini demişdir, lakin arvadının işlərinə qarışmadığı üçün Şahid5 nə səbəbdən işdən çıxarılmamasını soruşmamışdır. Şahid5 maaş kartından hər hansı məbləğdə pul çıxarmamış, Şahid5 ifadəsində göstərdikləri həqiqətə uyğun deyildir. 08 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Sevili Şamaxı şəhərindən Meysəri kəndində gətirən zaman Şahid5 bağçanın yanında olduğunu görmüş, Şahid5 ona yaxınlaşıb maaş kartından pul çıxarmaq üçün Şamaxı şəhərində yerləşən "xxxx" ASC-nin Şamaxı rayon filialına getmək istədiyini demiş, həmin vaxt Şamaxı şəhərinə qayıtmalı olduğu üçün Şahid5 onu "xxxx"a aparmağını təklif etmişdir. Şahid5 təklifi ilə razılaşmış və ona məxsus “Mercedes E klass” markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı şəhərində yerləşən "xxxx" ASC-nin Şamaxı rayon filialına gəlmişlər. Şahid5lə yol boyu adi söhbət etmiş, aralarında narazılıq və ya mübahisələri olmamışdır. Banka çatdıqda Şahid5lə birlikdə avtomobildən düşərək banka daxil olmuş, lakin uzun müddət keçdiyindən məhz Şahid5lə birlikdə nə səbəbə banka daxil olmasını xatırlamır. 5-10 dəqiqədən sonra Şahid5lə bankdan çıxmış və sonuncu filialın qarşısında quraşdırılmış bankomata yaxınlaşıb özü ilə gətirdiyi özünə məxsus bank kartını bankomata yerləşdirib pin kodunu daxil etmiş və öz maaşını çıxarmışdır. Maaşını çıxardıqdan sonra Şahid5 pulu bankomatdan götürmüş, həmin vaxt Şahid5 məhz hansı məbləğdə pul vəsaitini çıxartdığını bilmir. Şahid5 bankdan pul çıxararkən ondan aralıda, avtomobilinin yanında dayanmış, onunla söhbət etməmişdir. Şahid5 bankomatdan pulu çıxardıqdan sonra avtomobilinə əyləşmiş və onlar birlikdə filialın qarşısından uzaqlaşmışlar. 08 oktyabr 2021-ci il tarixdə Şahid5 öz maaş kartından pulu özü çıxarmış, o sadəcə olaraq Şahid5 bankın filialına kimi gətirib onu gözləmişdir. Arvadı Təqsirləndirilən şəxs heç vaxt ona Şahid5 adına olan bank kartını verməmiş, ümumiyyətlə sonuncuya məxsus bank kartını görməmişdir. Şahid7 göstərdi ki, "xxxx" ASC-nin Şamaxı rayon filialında quraşdırılmış bankomatın qarşısında 08 oktyabr 2021-ci il tarixdə saat 09:51-dən 09:54-dək olan müddət ərzində videogörüntüdə əynində qara rəngli kurtka və kepka tipli papaq olan, əlində göy rəngli plastik kart olan şəxs özüdür, ondan sağ tərəfdə qara rəngli kurtka və qara rəngli şalvar geyinmiş, üzündə qara rəngli maska olan şəxs Şahid5dur, onlardan öncə bankomatın qarşısında dayanıb bankomatda əməliyyat aparan əynində bej rəngli qolsuz gödəkçə olan kişini tanımır. Videogörüntüdə bankomatın yanında durarkən əlində saxladığı göy rəngli "xxxx" ASC-nə aid kart Şahid5 məxsus maaş kartıdır, "xxxx"-dan çıxarkən Şahid5 həmin kartı özü ona vermiş, lakin uzun müddət keçdiyindən sonuncunun bankomata yaxınlaşarkən özünə məxsus maaş kartını nə səbəbdən ona verdiyini xatırlamır. Şahid5 məxsus bank kartını nə səbəbdən bankomata daxil etdiyini xatırlamır, Şahid5 özünün ondan bunu xahiş etdiyini hesab edir, videogörüntüdən də görünür ki, o bankomata kartı saldıqdan sonra bir qədər kənara çəkilmiş və Şahid5 özü bankomata yaxınlaşıb pin kodu daxil etmişdir. Bankomatdan çıxan pulu Şahid5 özü ondan götürməsini xahiş etmiş həmin pulu götürüb pul qabına qoymuşdur. Həmin vaxt Şahid5 ona 150 manat məbləğində borcu olduğu üçün, Şahid5lə avtomobilə əyləşdikdən sonra çıxarılan məbləğin 150 manatını özündə saxlamış, qalan məbləği isə özünə qaytarmışdır. 2021-ci ilin sentyabr ayında Şahid5 maddi cəhətdən imkansız olduğundan onun özünün xahişi ilə özü və övladı üçün bir sumka paltar vermiş, Şahid5 növbəti maaşından 150 manat verəcəyini vəd etmiş, bununla da Şahid5 ona 150 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 12 iyul 2021-ci il tarixdə Şamaxı rayonu, Meysəri kənd körpələr evi-uşaq bağçasının müdiri Təqsirləndirilən şəxs əmri ilə Meysəri kənd körpələr evi-uşaq bağçasında 01 ştat vahidi üzrə gecə növbətçisi vəzifəsinə təyin edilmiş, ona 260 manat məbləğində vəzifə maaşı müəyyən edilmiş, xidməti vəzifəsi axşam saat 20-dan səhər saat 08-dək bağçanın mühafizəsini təşkil etməkdən ibarətdir. Şahid5 Meysəri kənd sakini kimi, həmçinin iş yoldaşı kimi tanımış, Şahid5 12 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs əmri ilə gündüz növbətçisi vəzifəsinə təyin edilmiş, sonuncu ilə birlikdə növbəli şəkildə bağçanın mühafizəsini təşkil etmişlər. Şahid5 bir neçə gün bağçaya işə çıxdıqdan sonra iş rejiminin və əmək haqqının onu qane etmədiyini bildirib Təqsirləndirilən şəxs müraciət edərək işdən çıxdığını demişdir. Bu barədə bildikdə Niyaməddinlə dəfələrlə söhbət edib işdən çıxmamağını, əmək haqqı aşağı olsa da, “dövlət işi” olduğunu, işləri olduğu təqdirdə bağçanın müdiri Təqsirləndirilən şəxs icazə ala biləcəyini demiş, lakin Niyaməddin gözətçi işi ona sərf etmədiyini deyib sözlərinə məhəl qoymamış bir neçə gün işlədikdən sonra bir daha bağçaya işə çıxmamışdır. Şahid5 faktiki olaraq işə gəlməsə də, təxminən 2 ay ərzində sonuncunun adı işçilərin siyahısında olmuş, Meysəri kənd uşaq bağçasının müdiri Təqsirləndirilən şəxs Şahid5 məxsus bank kartından istifadə etməklə sonuncunun adına hesablanan əmək haqqının mənimsənilməsi barədə heç bir məlumatı yoxdur. Ona təqdim edilmiş Meysəri kənd körpələr evi-uşaq bağçasının işçilərinin 12 iyul 2021-ci il tarixdən işə davamiyyət jurnalında Şahid1 adı qarşısında qeyd edilən imzalar onun tərəfindən icra edilmiş, gündəlik olaraq işə gələrkən və işdən çıxarkən həmin jurnala imza çəkmiş, gündəlik olaraq işə davamiyyət jurnalına imza çəkərkən Şahid5 adı qarşısında da imzalar olmuş, lakin həmin imzaların Şahid5 məxsus olub-olmaması barədə məlumatı yoxdur. Niyaməddin yalnız bir neçə gün gündüz növbətçisi kimi işə çıxdıqdan sonra bir daha işə gəlməmiş, Şahid5 heç vaxt onun əvəzinə gecə növbəsinə çıxmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, 12 iyul 2021-ci il tarixdə Şamaxı rayonu, Meysəri kənd körpələr evi-uşaq bağçasının müdiri Təqsirləndirilən şəxs əmri ilə Meysəri kənd körpələr evi-uşaq bağçasında 01 ştat vahidi üzrə tərbiyəçi vəzifəsinə təyin edilmiş, xidməti vəzifələrinə bağçaya gələn uşaqlara dərslər keçmək aiddir, aylıq ona 290 manat məbləğində vəzifə maaşı təyin edilmişdir. Şamaxı rayon Meysəri kənd körpələr evi-uşaq bağçasının müdiri Təqsirləndirilən şəxs vəzifəsindən kənarlaşdırıldığı üçün Şamaxı rayon təhsil şöbəsinin müdirinin əmri ilə ona müvəqqəti olaraq bağça müdiri vəzifəsi həvalə edilmişdir. Şahid5 Meysəri kənd sakini kimi, həmçinin iş yoldaşı kimi tanımış, həmçinin Şahid5 övladı Tuncay tərbiyəçi olduğu qrupda təhsil alır, onunla münasibətləri normaldır, aralarında ədavət və ya düşmənçilik yoxdur. 12 iyul 2021-ci il tarixdə Şahid5 bağça müdiri Təqsirləndirilən şəxs əmri ilə gündüz gözətçisi vəzifəsinə təyin edilsə də, bir neçə gün işə çıxmış, bundan sonra onu bir daha bağçada görməmiş, o işə çıxmamışdır. Şahid5 faktiki olaraq işə gəlməsə də, sonuncunun adı 3 ay ərzində körpələr evi-uşaq bağçasının işçilərin siyahısında olmuş, Təqsirləndirilən şəxs Şahid5 barəsində soruşduqda, o Şahid5 gecə növbəsinə keçirildiyi üçün onu görmədiklərini demişdir. Təqsirləndirilən şəxs Şahid5 məxsus bank kartından istifadə etməklə sonuncunun adına hesablanan əmək haqqının mənimsənilməsi barədə məlumatı yoxdur. Meysəri kənd körpələr evi-uşaq bağçasının işçilərinin 12 iyul 2021-ci il tarixdən işə davamiyyət jurnalında Şahid4 adı qarşısında qeyd edilən imzalar onun tərəfindən icra edilmiş, gündəlik olaraq işə gələrkən və işdən çıxarkən həmin jurnala imza çəkmişdir. Gündəlik olaraq işə davamiyyət jurnalına imza çəkərkən Şahid5 adı qarşısında imzalar olub-olmamasına fikir verməmişdir. Meysəri kənd körpələr evi uşaq bağçasının işçilərindən yalnız gündüz gözətçisi Şahid5 işə gəlməmiş, bütün digər işçilər gündəlik işə gəlib vəzifələrini icra etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, 01 avqust 2021ci il tarixdə Şamaxı rayonu, Meysəri kənd körpələr evi-uşaq bağçasının müdiri Təqsirləndirilən şəxs əmri ilə Meysəri kənd körpələr evi-uşaq bağçasında 0,5 ştat vahidi üzrə aşbaz köməkçisi vəzifəsinə təyin edilmiş, vəzifələrinə qab-qaşıq yumaq, hazırlanacaq ərzaqları yuyub doğramaq və aşbaza başqa köməklik göstərməkdən ibarətdir, ona aylıq 150 manat məbləğində vəzifə maaşı təyin edilmişdir. Şahid5 Meysəri kənd sakini kimi, həmçinin iş yoldaşı kimi tanımış, onunla münasibətləri normaldır, aralarında ədavət və ya düşmənçilik yoxdur. 12 iyul 2021-ci il tarixdə Şahid5 bağça müdiri Təqsirləndirilən şəxs əmri ilə gündüz gözətçisi vəzifəsinə təyin edilsə də, onu ümumiyyətlə bağçada iş yerində görməmiş, sonuncu faktiki olaraq işə çıxmamış, lakin sonuncunun adı təxminən 3 ay ərzində körpələr evi-uşaq bağçasının işçilərin siyahısında olmuşdur. Hər bir işçi işə gələrkən və işdən gedərkən bağçada aparılan işçilərin işə davamiyyəti jurnalına imza çəkmiş, Meysəri kənd uşaq bağçasının müdiri Təqsirləndirilən şəxs Şahid5 məxsus bank kartından istifadə etməklə sonuncunun adına hesablanan əmək haqqının mənimsəməsi barədə heç bir məlumatı yoxdur. Meysəri kənd körpələr evi-uşaq bağçasının işçilərinin 12 iyul 2021-ci il tarixdən işə davamiyyət jurnalında Şahid2 adı qarşısında qeyd edilən imzalar onun tərəfindən icra edilmiş, jurnalda gündəlik olaraq imzalar icra edilərkən Şahid5 adı qarşısında imzalar olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icrata qəbul edilməsi haqqqında“ 31 yanvar 2022-ci il tarixli qərardan görünür ki, 90C-21 nömrəli material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 179.2.3 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Baxış keçirilməsi haqqında” 10 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Meysəri kənd körpələr evi uşaq bağçasının işə davamiyyət jurnalının 2-23 səhifələri cədvəl şəkilində qrafalanmış, həmin cədvəldə bağçanın işçilərinin ad və soyadları, vəzifəsi, ştat vahidləri və hər bir işçisnin adı və soyadının qarşısında tarixlər üzrə gündəlik işə gəlmələrini və işdən getmələrini təsdiq edən imzalar vardır. Həmin cədvəldəki işçilər sırasında 7 nömrəsi ilə 1 ştat vahidi üzrə gözətçi olan Şahid5 qeyd olunub, cədvəllərdə Şahid5 adı qarşısında sonuncunun 12 iyul 2021-ci il tarixdən 19 sentyabr 2021ci il tarixədək gündəlik olaraq işə gəlməsi və işdən getməsi barədə imzaları vardır. Məhkəmə-xətşünaslıq ekspertizasının 27 dekabr 2021-ci il tarixli 4/1668 nömrəli rəyindən görünür ki, Şamaxı rayonu, Meysəri kənd körpələr evi-uşaq bağçasının işçilərinin 12 iyul 2021-ci il tarixdən işə davamiyyət jurnalında Şahid5 adının qarşısında xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan imzalar – Şahid5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 112 manatdır. “Baxış keçirilməsi haqqında” 10 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Meysəri kənd körpələr evi-uşaq bağçasının əmrlər kitabının ikinci səhifəsində Şahid5 Xanəhəməd oğlunun bağçanın müdirinin 12 iyul 2021-ci il tarixli 07 nömrəli əmri ilə Şamaxı rayon Meysəri kənd körpələr evi-uşaq bağçasına 12 iyul 2021-ci il tarixdən 1.0 ştat vahidi üzrə gündüz gözətçisi vəzifəsinə təyin edilməsi, kitabın 3-cü səhifəsində isə bağça müdirinin 01 oktyabr 2021-ci il tarixli 13 nömrəli əmri ilə Şahid5 işinə məsuliyyətsiz yanaşdığı üçün vəzifəsindən azad olunduğu göstərilmişdir. "xxxx" ASC-dən daxil olmuş 09 dekabr 2021-ci il tarixli 157000/2-6603 nömrəli məktuba əlavə edilmiş Şahid5 adına olan hesabdan çıxarışdan görünür ki, sonuncunun hesabından xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ATM-dən 386.00 manat, xx.xx.2021-ci il tarixdə isə ünvan 1 ünvanında yerləşən ATM-dən 232.00 manat məxaric edilmişdir. "xxxx" ASC-dən daxil olmuş 09 dekabr 2021-ci il tarixli 157000/2-6603 nömrəli məktuba əlavə edilmiş diskdə olan fotoşəkillərə və videogörüntülərə baxış zamanı 26 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin qarşısında quraşdırılmış bankomata Şahid5 adına açılmış bank kartı vasitəsilə sonuncunun hesabından vəsait çıxardığı, xx.xx.2021-ci il tarixdə isə təqsirləndirilən şəxsin əri Şahid7 Şahid5lə həmin ünvanda yerləşən bankomata yaxınlaşıb sonuncunun hesabından vəsaiti nağdlaşdıraraq ələ keçirildiyi müəyyən edilmişdir. Şamaxı rayon İHB-nın müavini-ictimai-siyası və humanitar məsələlər şöbəsinin 24 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Məməd qızının adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, 09 iyul 2021-ci il tarixdən Şamaxı rayon Meysəri kənd körpələr evi-uşaq baxçasının müdiri vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs məsuliyyətli, intizamlı və verilən tapşırıqları vaxtında yerinə yetirməklə müsbət xarakterizə olunur. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 09 iyul 2021-ci il tarixli 112 saylı əmri ilə Təqsirləndirilən şəxs Şamaxı rayon Meysəri kənd körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 07 fevral 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07 fevral 2022-ci il tarixli 410 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs əri xx xxx 1973-cü il təvəllüdlü Şahid7, oğlu 25 may 2016-cı il təvəllüdlü X4 və qızı 10 aprel 2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Eldar qızı ilə Şamaxı şəhəri, İmamlı küçəsi, 45 saylı evdə yaşayır. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 07 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında 08 fevral 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin 14 saylı Regional Xəzinədarlıq İdarəsinin Yerli xərclərin maliyyələşdirilməsi sektorunun müdiri Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi qismində tanınmışdır. Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsin 01 fevral 2022-ci il tarixli 1148 saylı məktubunda göstərilir ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə göstərilən xəstəxanada müalicə olunmayıb. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 09 fevral 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair 02 mart 2022ci il tarixli qərardan görünür ki, təqsirləndiriıən şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Şamaxı rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 4(074)-29/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri seçilmişdir. Kompleks məhkəmə-xətşünaslıq və məhkəmə sənədlərin texniki ekspertizasının 05 aprel 2022-ci il tarixli 5/372-4/465 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iyul ayı 2021-ci il, avqust ayı 2021-ci il və sentyabr ayı 2021-ci il tarixli iş vaxtının uçotu tabellərinin üzərində olan “Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti” Meysəri kənd körpələr evi-uşaq bağçası” məzmunlu möhür əksləri sənədlərin üzərində birbaşa vurulmuşdurlar. Tədqiqata təqdim edilmiş iyul ayı 2021-ci il, avqust ayı 2021-ci il və sentyabr ayı 2021-ci il tarixli iş vaxtının uçotu tabellərinin üzərində olan “Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti” Meysəri kənd körpələr evi-uşaq bağçası” məzmunlu möhür əksləri eyni məzmunlu ekperimental əks nümunələri ilə eynilik təşkil edirlər. Şamaxı rayonu, Meysəri kənd körpələr evi uşaq bağçasının 2021-ci ilin iyul, avqust və sentyabr ayları üçün tərtib edilmiş iş vaxtının uçotu tabellərində “Təqsirləndirilən şəxs” yazıları qarşısındakı imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Aparılmış təqdiatın dəyəri 200 manatdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonunda anadan olmuşdur. Atası Şahid7, anası Təqsirləndirilən şəxsdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında 21 aprel 2022-ci il tarixli qərardan görüünr ki, Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 179.2.3 və 313-cü maddələri ilə elan edilmiş itthamın məzmununa dəyişikliklər edilərək, ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və ya şifahi məlumat daxil olmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadələri və zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talaması, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 313-cü maddələri ilə tövsif edilmişdir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışmasını və ona qarşı şikayət və tələbin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür. Cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddələrin sanksiyasında daha yüngül cəza növlərinə alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Şamaxı rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 1(074)-56/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işinin icraatına xitam verilmiş və o, həmin hissədə cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən hallar və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri və vəzifədən kənarlaşdırılma əlavə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübutlar - Şamaxı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Şamaxı rayonu, Meysəri kənd körpələr evi-uşaq bağçasının işçilərinin 12 iyul 2021-ci il tarixli işə davamiyyət jurnalı və Şamaxı rayonu, Meysəri kənd körpələr-evi uşaq bağçasının 2021-ci ilin iyul, avqust və sentyabr aylarına aid iş vaxtının uçotu tabelləri cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 312,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** büdcə təsnifatıbı kodu 142593, büdcə səviyyətinin kodu 3 hesaba köçürülməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1500(bir min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri və Şamaxı rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 4(074)-29/2022 saylı qərarı ilə seçilmiş vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri – 312,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X3 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** büdcə təsnifatıbı kodu 142593, büdcə səviyyətinin kodu 3 hesaba köçürülsün. İş üzrə maddi sübutlar - Şamaxı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Şamaxı rayonu, Meysəri kənd körpələr evi-uşaq bağçasının işçilərinin 12 iyul 2021-ci il tarixli işə davamiyyət jurnalı və Şamaxı rayonu, Meysəri kənd körpələr-evi uşaq bağçasının 2021-ci ilin iyul, avqust və sentyabr aylarına aid iş vaxtının uçotu tabelləri cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-56/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-56/2022
10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver