Məhkəmə qərarları › İş №1(074)-79/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-79/2022

19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-79/2022 19.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Şahid3, Şahid1, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1975-ci ildə Ağsu rayonu Hacıqədirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, Ağsu rayonu Hacıqədirli kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şikətinin təsis etdiyi "xxxx" Birgə Müəssisəsinə fəhlə vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2021-ci ilin sentyabr ayında özünə cinayətdən xəbərsiz Şahid2 vasitəsi ilə müraciət edən Şamaxı rayonu, Şirvan kənd sakinləri Şahid3 və Şahid1 Şahid2 vasitəsi ilə özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan suiistifadə edərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təsis etdiyi "xxxx" Birgə Müəssisəsində işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Şahid3 və Şahid1 övladlarını işə düzəltməsini təmin etmək imkanına malik olduğunu Şahid2 vasitəsi ilə yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 və Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni onların övladlarını müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə hər birinin maddi nemət olan 1000 (bir min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 11 sentyabr 2021-ci il tarixdə Şahid2 vasitəsi ilə Şahid3 və Şahid1 aldatmaqla bildirərək, sonuncularla Şahid2 vasitəsi ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 17 sentyabr 2021-ci il kürəkəni cinayətkar niyyətindən xəbəri olmayan Şahid4 məxsus 5103-0717-2194-2505 nömrəli "xxxx" ASC-nə aid kartına köçürülməsinə nail olub, həmin pul vəsaitini sonuncudan götürərək şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid3 məxsus 1000 (bir min) manat və Şahid1 məxsus 1000 (bir min) manat olmaqla ümumilikdə 2000 (iki min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 və Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncuları Şahid2 vasitəsi ilə təhrik etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 178.1 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli hesab edərək göstərmişdir ki, 2021-ci ilin mart ayından 2021-ci ilin oktyabr ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təsis etdiyi "xxxx" Birgə Müəssisəsində 104 nömrəli layihə üzrə Bakı şəhərində Heydər Əliyev adına Neft Emalı zavodunda fəhlə işləmişdir. Şamaxı rayon İcra hakimiyyəti başçısının Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Şahid2 uzun illərdir ki tanıyır, onunla münasibətləri yaxşıdır, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 11 sentyabr 2021-ci il tarixdə Şahid2 ***-***-**-** mobil telefon nömrəsindən istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib “SOCAR” şirkətində işləməsini eşitdiyini, imkanı olduğu təqdirdə hərbi xidmətdən qayıdan oğlunu da həmin şirkətə işə düzəlməsini xahiş etmişdir. Telefon danışığı zamanı Şahid2 "xxxx" şirkətində fəhlə işlədiyini, müdiri ilə danışıb oğlunu işə düzəltdirə biləcəyini, Şahid2 işə düzəlmək istəyən tanışları olduğu təqdirdə müdiri ilə danışıb onları da fəhlə kimi "xxxx" şirkətinə işə düzəltdirə biləcəyini, bunun üçün işə düzəlmək istəyən hər bir şəxs üçün 1500 məbləğində pul ödənilməli olduğunu, həmin məbləğdən 1000 manatı qabaqcadan, 500 manatı isə işə düzəldikdən sonra ödəniləcəyini demişdir. Onun hər hansı şəxsi işə düzəltmək kimi imkanı olmamış, sadəcə olaraq dələduzluq yolu ilə pulu ələ keçirmək niyyəti olmuşdur. Şahid2 ona işə düzəlmək istəyən şəxslərin olacağı təqdirdə onunla əlaqə saxlayacağını demişdir. 17 sentyabr 2021-ci il tarixdə Şahid2 ona zəng edərək tanıdığı iki nəfər Şamaxı rayon sakinlərinin övladlarını işlədiyi şirkətdə işə düzəltmək istədiklərini, pulu hansı qaydada ona köçürə biləcəklərini soruşmuş, o da pulu “Whatsapp” mobil tətbiqində göndərəcəyi bank kartına köçürülməsini demişdir. Həmin vaxt Yevlax rayonunda yaşayan qızıgilə qonaq getdiyindən və həmin vaxt özünün bank kartı üzərində olmadığından, qızının əri Şahid4 zəng edib onun kartına pul mədaxil olacağını, ona bank kartının şəklini çəkib “Whatsapp” mobil tətbiqində göndərməsini xahiş etmişdir. Şahid4 özünə məxsus bank kartının şəklini çəkib “Whatsapp” mobil tətbiqdə ona göndərmiş, o da kürəkəni Şahid4 adına olan 5103-0714-2194-2505 nömrəli "xxxx" ASC-nə aid olan bank kartının şəklini “Whatsapp” mobil tətbiqində Şahid2 göndərib 2000 manat pulu həmin bank kartına göndərilməsini xahiş etmişdir. Kürəkəni Şahid4 ona bank kartının məlumatlarını göndərərkən onun dələduzluq yolu ilə pulu ələ keçirmək niyyəti barədə məlumatı olmamış, sonuncuya pulu nə məqsədlə ona köçürülməsini deməmiş, yalnız adına 2000 manat məbləğində pul göndəriləcəyini, həmin pulu çıxarıb ona verilməsini xahiş etmişdir, Şahid4 onun cinayətkar niyyətindən xəbəri olmamışdır. 17 sentyabr 2021-ci il tarixdə Şahid4 özünə məxsus kartından Şahid2 ona göndərdiyi 2000 manat pulu nəğdlaşdıraraq yaşadığı Evlax rayonunda ona əlbəəl şəkildə vermiş, bundan sonra Şahid2 zəng edib köçürdüyü pul məbləğinin ona çatdığını, yaxın müddət ərzində Şahid3 və Şahid1 övladlarını işə düzəltdirəcəyini demişdir. Bundan sonra müxtəlif bəhanələr gətirərək aldığı pulu qaytara bilməmişdir. Şahid2 övladının işə düzəldilməsi müqabilində hər hansı məbləğdə pul istəməmiş və almamışdır, Şahid2 onun Şahid3 və Şahid1 qarşı dələduzluq etmək istəməsi barədə heç bir məlumatı olmamış, Şahid2 onun həqiqətən də hər hansı şəxsi işlədiyi "xxxx" şirkətində işə düzəltdirmək imkanına malik olduğunu düşünmüş, hətta öz övladını da işlədiyi şirkətə işə düzəltdirilməsini xahiş etmişdir. Övladlarını işə düzəlməsi müqabilində 2000 manat məbləğində pul aldığı Şahid3 və Şahid1 ümumiyyətlə tanımamış, sonuncuları yalnız Şamaxı rayon polis şöbəsində barəsində aparılan araşdırma zamanı tanımış, övladlarının işə düzəltməsi ilə bağlı yalnız Şahid2la əlaqə saxlamışdır. Şahid3 və Şahid1 2000 manat məbləğində pullarını ələ keçirərkən onların övladlarını işə düzəltdirmək kimi niyyəti olmamış, əvvəldən həmin şəxslərə qarşı dələduzluq edib pullarını ələ keçirmək niyyəti olmuşdur. Şahid2 işə düzəlmək istəyən hər bir şəxsə görə işlədiyi şirkətdə müdiri olan şəxsə 1000 manat məbləğində pul verməli olduğunu demiş, həmin pulun konkret hansı vəzifəli şəxsə veriləcəyini Şahid2 deməmişdir. Şahid3 və Şahid1 onun barəsində rayon polis şöbəsinə şikayət etdikdən sonra sonunculara vurduğu maddi ziyanı tam olaraq ödəmişdir. Törətmiş olduğu cinayət əməlinə görə peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, Şamaxı rayonu Şirvan kəndində qeydiyyatda olsa da, işlə bağlı hazırda ailə üzvləri ilə birlikdə Abşeron rayonu Xırdalan qəsəbəsində yaşayır. Şahid2 tanıyır, sonuncu Şamaxı rayon İcra hakimiyyəti başçısının Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır, onunla münasibətləri yaxşıdır, onu uzun illərdir ki tanıyır, ailəvi gediş-gəlişi vardır. 10 sentyabr 2021-ci il tarixdə Şahid2 istifadəsində olan ***-***-**- ** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə zəng edib Bakı şəhərində Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, sonuncunun “SOCAR” neft şirkətində sahə rəisi işlədiyini, istədiyi təqdirdə Təqsirləndirilən şəxs işsiz olan oğlu Radik Neftaliyevi “SOCAR” neft şirkətinə fəhlə kimi işə düzəltdirə biləcəyini demişdir. Həmin vaxt oğlu Radik Neftaliyev işsiz olduğundan Rövşənin təklifini qəbul etmiş, işə düzəlmək üçün nə etməli olduğunu soruşmuş, Şahid2 bunun üçün Təqsirləndirilən şəxs 1500 manat məbləğində pul verilməli olduğu, həmin pulun 1000 manatını əvvəldən, 500 manatını isə oğlu işə qəbul olduqdan sonra veriləcəyini demişdir. Şahid2 ona deməsinə görə həmin pul Təqsirləndirilən şəxs göndərilməli idi, sonuncu isə həmin pulu “hörmət” kimi müdirinə verib oğlunu işə düzəldəcəyini demişdir. Şahid2 ona zəng edərkən Şamaxı rayonu, Günəşli kəndində yerləşən fərdi yaşayış evində ailəvi dostu və iş yoldaşı olan Şahid1 ilə birlikdə təmir işləri aparmışlar. Şahid1 Şahid2la danışığını eşitmiş və ona Şahid2 təklifi barədə danışdıqdan sonra Şakəm işsiz olan öz oğlunu da “SOCAR” neft şirkətində işə düzəltmək istədiyini demiş və Şahid2la əlaqə saxlayıb onun oğlunu da “SOCAR” neft şirkətindəki tanışı vasitəsilə işə düzəldilməsini xahiş etmişdir. Bundan sonra bir neçə gün ərzində Şakəmlə bankdan borca pul götürüb hər biri 1000 manat məbləğini əldə etmiş və Şahid2la əlaqə saxlayıb Təqsirləndirilən şəxs pulu köçürməyə hazır olduğunu demişlər. Şahid2 onlara Şamaxı rayonu, Muğanlı kəndində “Muğanlı dairəsi” adlanan yerdə yerləşən “Çinarlı” adlı markətdə quraşdırılmış ödəniş terminalının olduğunu, həmin ünvana gəlmələrini demişdir. Həmin vaxt Bakı şəhərində olduğu üçün taksi ilə Şamaxı rayonu Şirvan kəndində gəlmiş və Şakəmlə görüşüb qardaşı X3 Neftliyevə məxsus “Çinarlı” adlı marketə daxil olub orada quraşdırılmış “E-manat” ödəniş terminalı vasitəsi 2000 manat məbləğini köçürtmüş və terminaldan çıxan qəbzi özündə saxlamışdır, Şahid2 dediyinə görə, 2000 manatı Təqsirləndirilən şəxs ona göndərdiyi bank kartına göndərmişdir.Pulu köçürdükdən sonra Şahid2 onlara Təqsirləndirilən şəxs yaxın müddətdə övladlarım işə düzəltdirəcəyini, lakin həmin prosesin bir qədər uzun çəkə biləcəyini demişdir. Təxminən bir ay ərzində Şahid2 xəbər çıxmadığından, sonuncu ilə əlaqə saxlayıb övladlarının işi ilə maraqlanmış, sonuncu ona Təqsirləndirilən şəxsla əlaqə saxlamasını demiş və sonuncunun mobil telefon nömrəsini vermişdir. Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlamış, sonuncu danışıq zamanı tələsməməyini, yaxın zamanda “SOCAR” neft şirkətində yeni layihə olacağını, göndərdikləri 2000 manat məbləğində pulu aldığını, artıq müdiri ilə danışdığını, işçi yeri boşalan kimi övladlarının işə qəbul olunacağını demişdir. Həmin telefon danışığından sonra da bir neçə ay ərzində Şahid2 və Şahid1 dəfələrlə Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayıb övladlarının iş məsələsinin alınmadığı təqdirdə pulu qaytarılmasını bildirmiş, lakin Təqsirləndirilən şəxs pulu qaytarılmasını uzadıb, telefon danışığı zamanı özünün də həmin pulu adını bildirmədiyi müdirinə verdiyini demişdir. Bir müddət sonra Təqsirləndirilən şəxsla əlaqə saxladıqda sonuncu övladlarının iş məsələsinin düzəlmədiyini, onlardan aldığı pulu qaytaracağını demiş, Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını anlayıb 01 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edib Əli adlı şəxs tərəfindən aldanmağı barədə məlumat vermişdir. 1000 manat məbləğində pulu Şahid2 vasitəsilə Təqsirləndirilən şəxs oğlu Radik Neftaliyevin “SOCAR” neft şirkətində fəhlə kimi işə düzəldilməsi üçün rüşvət qismində vermiş, Təqsirləndirilən şəxs əvvəllər ümumiyyətlə tanımamış, sonuncunu yalnız Şahid2 vasitəsilə tanımış, Təqsirləndirilən şəxs pulu köçürdükdən sonra onunla yalnız mobil telefonda danışmışdır. Təqsirləndirilən şəxs “SOCAR”-da işləyib-işləməməsi barədə məlumatı yoxdur, Şahid2 Təqsirləndirilən şəxs neft şirkətində işləməsini dediyinə görə onlar Təqsirləndirilən şəxs pul köçürtmüşlər. Təqsirləndirilən şəxs ondan 1000 manat və Şahid1 1000 manat olmaqla ümumilikdə 2000 manat məbləğində pul vəsaiti 17 sentyabr 2021-ci il tarixdə Şamaxı rayonu, Muğanlı kəndində yerləşən “Çinarlı” adlı marketdə quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə Şahid2 tərəfindən Təqsirləndirilən şəxs ona göndərdiyi kart hesabına köçürülmüş, pul köçürülərkən orada özündən başqa Şahid2 və Şahid1 olmuşlar. Pulu Şahid2 özü köçürmüş, onların yanlarında 2000 manatı ödəniş terminalına daxil etmiş və ödənişi təsdiq edən qəbzi götürüb özündə saxlamışdır. Məlumat əsasında aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs ondan və Şakəmdən aldığı pul məbləğini, yəni ümumilikdə 2000 manat vəsaiti tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə aldığı 1000 manat məbləğində pulu tam olaraq qaytardığı üçün ondan heç bir şikayəti və ya tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Şahid2 Şamaxı rayon İcra hakimiyyəti başçısının Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır, onunla münasibətləri yaxşıdır, onu uzun illərdir ki tanıyır. Şahid3 onun ailəvi dostu, həmçinin iş yoldaşıdır, onunla birlikdə fərdi qaydada usta işləyirlər. 10 sentyabr 2021-ci il tarixdə Şahid3lə birlikdə Şamaxı rayonu, Günəşli kəndində fərdi yaşayış evini təmir edərkən Şahid2 Şahid3 istifadəsində olan mobil telefon nömrəsinə zəng etmiş və onlar təxminən 5-10 dəqiqə ərzində söhbət etmişlər. Telefon danışığını sonlandırdıqdan sonra Şahid3 ona Şahid2 “SOCAR” neft şirkətində işləyən tanışı Təqsirləndirilən şəxs vasitəsilə oğlunu neft şirkətinə fəhlə kimi işə düzəltdirə biləcəyini, bunun üçün Təqsirləndirilən şəxs ümumilikdə 1500 manat məbləğində pul verilməli olduğunu demiş, həmin vəsaitdən 1000 manat əvvəldən, 500 manatı isə oğlu işə düzəldikdən sonra ödənilməli olduğunu bildirmişdir. Şahid2 zəng edib “SOCAR”-da işləyən tanışı vasitəsilə onun oğlu Zakir Müslümovu da işə düzəldilməsini xahiş etmiş, Telefon danışığı zamanı Şahid2 ona tanışı Təqsirləndirilən şəxs ilkin olaraq 1000 manat, daha sonra isə oğlunun ilk maaşından əlavə olaraq 500 manat pul verilməli olduğunu demişdir. Şahid2 təklifi ilə razılaşmış və bir neçə gün ərzində həmin məbləği əldə edib ona xəbər verəcəklərini demişdir. Həmin vaxt Novruzun və onun 1000 manat məbləğində vəsaiti olmadığı üçün bankdan borca pul götümək qərarına gəlmiş, o, gəlini Zenfıra Müslümovaya məxsus qızıl-zinət əşyalarını girov qoyub borca pul götürmüş, Novruz isə bankdan kredit götürmüşdür. Bir neçə gün sonra Novruz Şahid2la əlaqə saxlayıb Təqsirləndirilən şəxs pulu köçürməyə hazır olduqlarını demiş, Şahid2 onlara Şamaxı rayonu, Muğanlı kəndində “Muğanlı dairəsi” adlanan yerdə yerləşən “Çinarlı” adlı markətdə ödəmə terminalının olduğunu, həmin ünvana gəlməklərini bildirmişdir. Həmin vaxt Novruz Bakı şəhərində olduğundan taksi ilə rayona gəlmiş və onlar Şamaxı rayonu Şirvan kəndində görüşüb Şakəmin qardaşı oğlu Seyran Neftliyevə məxsus avtomobillə Şahid2 dediyi marketə gəlmiş və marketin qarşısında Şahid2la görüşüb ona 2000 manat məbləğində nəğd pul vermişlər. Şahid2 onlarla birlikdə “Çinarlı” marketinə daxil olub orada quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsi ona verdikləri 2000 manat məbləğini köçürtmüş və terminaldan çıxan qəbzi özündə saxlamışdır, Şahid2 dediyinə görə, 2000 manatı Təqsirləndirilən şəxs ona göndərdiyi bank kartına köçürmüşdür. Pulu köçürdükdən sonra Şahid2 onlara Təqsirləndirilən şəxs yaxın müddətdə övladlarını işə düzəltdirəcəyini demişdir. Təxminən bir ay ərzində Şahid2 xəbər çıxmadığından, sonuncu ilə əlaqə saxlayıb övladlarının işi ilə maraqlanmış, Şahid2 ona Təqsirləndirilən şəxsla bu barədə danışacağını demişdir. Pulu Təqsirləndirilən şəxs köçürdükdən sonra 2-3 ay ərzində oğlu Zakir Müslümov dəfələrlə Təqsirləndirilən şəxsla əlaqə saxlayıb iş məsələsi ilə maraqlanmış, lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək övladlarını işə düzəltməmiş, həm də pulu qaytarmamışdır. Bir neçə aydan sonra Novruz ona zəng edib Təqsirləndirilən şəxs tərəfindən aldadıldıqlarını, özünün artıq bu barədə polisə məlumat verdiyini demişdir. 03 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN- nin “102” xidmətinə zəng edib Əli adlı şəxsin işə düzəldilməsi adı ilə ondan 1000 manat pul alması barədə məlumat vermiş, Şamaxı rayon polis şöbəsində aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs ondan və Novruzdan aldığı pul məbləğini, yəni ümumilikdə 2000 manat vəsaiti tam olaraq ödəmişdir. 1000 manat məbləğində pulu Şahid2 vasitəsilə Təqsirləndirilən şəxs oğlu Zakir Müslümovun “SOCAR” neft şirkətində fəhlə kimi işə düzəldilməsi üçün rüşvət qismində vermiş, Təqsirləndirilən şəxs əvvəllər ümumiyyətlə tanımamış, sonuncunu yalnız Şahid2 vasitəsilə tanımış, Təqsirləndirilən şəxsla ilk dəfə Şamaxı rayon polis şöbəsində onun barəsində şikayət etdikdən sonra görüşmüşdür. Təqsirləndirilən şəxs “SOCAR”-da işləyib-işləməməsi barədə məlumatı yoxdur, Şahid2 Təqsirləndirilən şəxs neft şirkətində işləməsini dediyinə görə onlar Təqsirləndirilən şəxs 2000 manat məbləğində pul köçürtmüşlər. Ondan 1000 manat və Şahid3 1000 manat olmaqla ümumilikdə 2000 manat məbləğində pul vəsaiti 17 sentyabr 2021-ci il tarixdə Şamaxı rayonu, Muğanlı kəndində yerləşən “Çinarlı” adlı marketdə quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsilə Şahid2 tərəfindən Təqsirləndirilən şəxs göndərdiyi kart hesabına köçürülmüş, pul köçürülərkən özündən başqa Şahid2 və Şahid3 orada olmuşlar. Pulu Şahid2 özü köçürmüş, onların yanında 2000 manatı ödəniş terminalına daxil etmiş və ödənişi təsdiq edən qəbzi götürüb özündə saxlamışdır. Şamaxı rayon polis şöbəsində aparılan araşdırma zamanı həmin ödəniş qəbzini Şahid2 götürüb istintaq orqanına təqdim etmişdir. Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə aldığı 1000 manat məbləğində pulu tam olaraq qaytardığı üçün hazırda ondan heç bir şikayəti və tələbi olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu, Günəşli kəndinə ərə gəlmiş baldızları vasitəsilə yalnız qiyabi olaraq tanımış, onunla heç vaxt yaxın münasibətləri olmamışdır. 2021-ci ilin iyul ayında oğlu Elşən Şəmilov müddətli həqiqi hərbi xidmətdən təxris edilərək evə qayıtmış və onu işə düzəlməsini xahiş etmişdir. Kənd camaatından Təqsirləndirilən şəxs “SOCAR”-neft şirkətində işlədiyini öyrənib 2021-ci ilin sentyabr ayının ortalarında istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib ondan hal-əhval tutduqdan sonra hərbi xidmətdən qayıtmış oğlunun işə düzəltməsini xahiş etmişdir. Telefon danışığı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə podrat müqaviləsi əsasında qaz boruların çəkilməsi ilə məşğul olan "xxxx" adlı şirkətdə sahə rəisi işlədiyini, müdiri ilə danışıb oğlunu həmin şirkətdə ambardar vəzifəsinə işə düzələcəyini demişdir. Növbəti gün Təqsirləndirilən şəxs ona zəng edib müdiri ilə danışdığını, oğlunun iş məsələsini həll etdiyini, tanıdığı əlavə 2-3 nəfər olduğu təqdirdə müdiri ilə danışıb onları fəhlə kimi işlədiyi şirkətə işə düzələ biləcəyini bildirdi. Fəhlənin əmək haqqım soruşduqda Təqsirləndirilən şəxs ona fəhlənin aylıq 1000-1200 manat məbləğində vəzifə maaşı alacağını, işə düzəlmək istəyən olsa ona 1500 manat məbləğində pul verməli olduğunu, 1500 manatdan 1000 manatı əvvəldən, daha sonra isə ilk maaşdan 500 manat verilməli olduğunu demişdir. Təqsirləndirilən şəxs ona dediyinə görə, həmin pulu adını çəkmədiyi müdirinə işçini işə götürülməsi üçün rüşvət qismində verməli idi, Təqsirləndirilən şəxs istəyən olsa bu barədə ona məlumat verəcəyini demişdir. Elə həmin gün ailəvi dostu olan Şahid3 zəng edib “SOCAR” neft şirkətində tanışının olduğunu, oğlunu 1000-1200 manat məvacibi olan işə düzəltmək istədiyi təqdirdə ilkin olaraq 1000 manat daha sonra isə ilk maaşdan əlavə olaraq 500 manat pulu tanışına köçürməli olduğunu bildirmiş, Şahid3 ona fikirləşib cavab verəcəyini demişdir. Bir müddət sonra Şahid3 ona zəng edib pul müqabilində oğlunu işə düzəltmək istədiyini deyib təklifini qəbul etmişdir. Elə həmin gün əvvəllər tanıdığı Günəşli kənd sakini Şahid1 da ona zəng edib şirkətdə işləyən tanışı vasitəsilə onun oğlunu da işə düzəlməsini xahiş etmişdir. Şahid1 da işə düzəlməsi müqabilində Təqsirləndirilən şəxs dediyi qaydada ilkin olaraq 1000 manat, daha sonra isə əlavə olaraq 500 manat məbləğində pul verilməli olduğunu demiş, Şahid1 da təkliflə razılaşmış və yaxın günlərdə həmin məbləğdə pulu tapıb onunla əlaqə saxlayacağını demişdir. 17 sentyabr 2021-ci il tarixdə Şahid3 ona zəng edib Şahid1la hər biri 1000 manat məbləğində pulu əldə etdiklərini, övladlarının işə düzəlməsi üçün pulu tanışına köçürmək istədiklərini demişdir. Şahid3 Şamaxı rayonu, Muğanlı kəndində yerləşən “Çinarlı” adlı marketə gəlib həmin marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə pulu Əliyə köçürəcəyini demiş, həmin gün saat 15:30 radələrində Şahid3lə və Şahid1la “Çinarlı” adlı marketin yaxınlığında görüşmüş, Şahid3 və Şahid1 hər biri 1000 manat olmaqla, ümumilikdə 2000 manat məbləğində pul vermişlər. Bundan sonra o Şahid3 və Şahid1la birlikdə “Çinarlı” marketə daxil olub orada quraşdırılmış “E-manat” ödəmə terminalı vasitəsilə həmin 2000 manatı Təqsirləndirilən şəxs ona “Whatsapp” mobil tətbiqində göndərdiyi Şahid4 adına olan 5103-0714-2194-2505 nömrəli "xxxx" ASC-nə aid olan bank kartına köçürüb, pulu köçürülməsini təsdiq edən qəbzi özündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxsla əlaqə saxlayıb pulun köçürüldüyünü demiş, sonuncu da pulun hesaba mədaxil olunduğunu təsdiqləmişdir. Şahid3 və Şahid1 pulu Təqsirləndirilən şəxs dediyi kart hesabına köçürdükdən sonra bir neçə ay ərzində özü, Şahid3 və Şahid1 dəfələrlə Təqsirləndirilən şəxs zəng edib iş məsələsi ilə maraqlanmış, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək Şahid3 və Şahid1 övladlarının işə qəbul edilməsini uzatmışdır. Təqsirləndirilən şəxsla telefon əlaqəsi zamanı sonuncu 2000 manatı artıq müdirinə rüşvət qismində verdiyini, övladlarının iş məsələsinin artıq həll olunduğu bildirmişdir. Bir neçə ay sonra isə Təqsirləndirilən şəxsla danışarkən Şahid3 və Şahid1 övladlarının iş məsələsinin alınmadığını, ona köçürdükləri pul vəsaitini qaytaracağını bildirmiş, lakin həmin pulu qaytarılmasını müxtəlif bəhanələrlə uzatmışdır. Yalnız Şahid3 və Şahid1 şikayətləri əsasında Şahid3 və Şahid1 aldadıb övladlarını işə düzəltmək adı ilə sonuncuların pulunu ələ keçirmək istədiyini bilməmiş, Təqsirləndirilən şəxs onun öz övladının, eləcə də Şahid3 və Şahid1 övladlarının həqiqətən də işə düzəltdirə biləcəyini düşünmüş, özü də Təqsirləndirilən şəxs tərəfindən aldanmışdır. Təqsirləndirilən şəxs 2000 manat pulu sonuncunun adını demədiyi müdirinə rüşvət qismində Şahid3 və Şahid1 övladlarının işə götürülməsi müqabilində verilməsi üçün köçürmüş, Təqsirləndirilən şəxs oğlu Elşən Şəmilovu işlədiyi şirkətə işə düzəldəcəyi barədə vəd versə də, işə qəbul olunması müqabilində ondan hər hansı məbləğdə pul almamış və istəməmişdir, yalnız oğlu işə düzəldikdən sonra ona “şirinlik” verəcəyimi demiş, lakin konkret məbləği deməmişdir. Şahid3 və Şakəın Müslümov tanışı Təqsirləndirilən şəxs ümumiyyətlə tanımamış, sonuncunu onun vasitəsilə tanımışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs onun qayınatasıdır, onunla münasibəti yaxşıdır, aralarında ədavət və ya düşmənçilik yoxdur. 17 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng vuraraq onun kartına 2000 manat məbləğində vəsaitin mədaxil olacağını, həmin pulu çıxarıb ona verilməsini demiş, o da kartına daxil olan 2000 manat vəsaiti çıxararaq Təqsirləndirilən şəxs vermişdir. Şahid1, Şahid3 və Şahid2 ümumiyyətlə tanımır, qayınatası Təqsirləndirilən şəxs hər hansı şəxsi pul müqabilndə şirkətə işə düzəltdirilməsi barədə məlumatı yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 117708 nömrəli qəbzdən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 15:29-da Şamaxı rayonu, Muğanlı kəndində yerləşən “Çinarlı” marketdə quraşdırılmış “E-manat” ödəmə tərminalı vasitəsilə Şahid4 məxsus 5xxxx2505 nömrəli "xxxx" ASC-nə aid bank kartına 2000 manat məbləğində vəsait mədaxil edilmişdir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 18:29-da Şahid2 istifadəsində olan ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə zəng daxil olmuş və aralarında 428 saniyə müddətində telefon danışığı baş vermişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə müxtəlif mobil telefon nömrələrdən aldığı pulun qaytarılması tələbi məzmunlu SMS mesajların daxil olduğu görünür. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətindən daxil olmuş 14 may 2022-ci il tarixli **********9 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə "xxxx" Birgə Müəssisəsi ilə əmək müqaviləsini bağlamış və xx.xx.2021-ci il tarixdə həmin müqaviləyə xitam verilmişdir. İş materiallarında olan Ağsu rayon Mərkəzi Xəstəxanasının 22 fevral 2022-ci il tarixli 150 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2022-ci il tarixdən 21 fevral 2022-ci il tarixə kimi “sabit gərginlik stenokardiyası f/s İİİ-İV. Durğunluq ÜÇhipertoniya xəstəliyi İİİ dərəcə. Nevrosteniya” diaqnozu ilə stasionar müalicədə olmuşdur. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 29 mart 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 31 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Nirəddin oğlunun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 mart 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayon Məhkəməsinin 17 oktyabr 2014-cü il tarixli hökmü ilə 3000 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Ağsu rayon İcra şöbəsinin 14 sentyabr 2016-cı il tarixli qərarından görünür ki, 28 may Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Ağsu rayon məhkəməsinin 17 oktyabr 2014cü il tarixli hökmü ilə təyin edilmiş 3000 manat cərimə cəzasının ödənilməmiş 2000 manat hissəsindən azad edilmişdir. İş materiallarında olan Ağsu rayon İHB-nın Ərəbsarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 may 2022-ci il tarixli 91 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Nirəddin oğlu arvadı - 20 noyabr 1976-cı il təvəllüdlü X11, oğlanları - 22 avqust 1997-ci il təvəllüdlü X15, 20 yanvar 1999-cu il təvəllüdlü X20, 22 yanvar 202-ci il təvəllüdlü X24, gəlinləri - 15 avqust 1999-cu il təvəllüdlü X4, 19 aprel 2003-cü il təvəlüdlü X5, nəvələri - 02 oktyabr 2020-ci il təvəllüdlü X12, 01 dekabr 2021-ci il təvəllüdlü X6, 18 noyabr 2019-cu il təvəllüdlü X8, 05 oktyabr 2021-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və 05 oktyabr 2021-ci il təvəllüdlü X9 ilə Ağsu rayonu Hacıqədirli kəndində yaşayırlar. İş materiallarında olan Ağsu rayon İHB-nın Ərəbsarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına 13 may 2022-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, o, kənd sakinləri tərəfindən özünə hörmət qazanmışdır. Nizam-intizamlı, xeyir-şər məclislərində yaxından iştirak edir. Onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan AZ-İİ 934279 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 22 avqust 1997-ci ildə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X7r. İş materiallarında olan Azərbaycan Respublikası Medalının İ-581 nömrəli vəsiqənin surətindən görünür ki, X1 azad olunmasına görə medalı ilə təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Medalın İ-28267 nömrəli vəsiqəsinin surətindən görünür ki, X2 müharibəsi iştirakçısı medalı ilə təltif edilmişdir. Şamaxı rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 1(074)-79/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəsində cinayət işinin icraatına xitam verilmiş və o, həmin hissəsdə cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1 və 32,4, 312.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və tələbi olmamasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, oğlu X19 müharibəsində iştirak etməklə Ağdamın azad olunmasına görə və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 32.4, 312.1-ci maddəsi ilə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 29 mart 2022-ci il tarixdən 31 mart 2022-ci il tarixədək olan 2 gün həbsdə saxlanıldığı müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Hökmün icrası Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Ağsu rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmaldır. Azərbaycan Respublikası CM-nin 32.4, 312.-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 29 mart 2022-ci il tarixdən 31 mart 2022-ci il tarixədək olan 2 gün həbsdə saxlanıldığı müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın, onun üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Ağsu rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası CM-nin 178.1, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar