Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-32/2021 27.01.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1976-cı ildə Mİngəçevir şəhərində anadan olmuş, Azərbaycan Respubilkası vətəndaşı, evli, ortaixtisas təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Mingəçevir şəhəri Səməd Vurğun küçəsi ev 9 mənzil 1-də pasport qeydiyyatında olmaqla, faktiki olaraq Şəki rayonu Cəyirli kəndində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 yanvar 2021-ci il tarixdə saat 12:30 radələrində Şəki rayonu Cəyirli kəndində yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailəməişət münasibətləri zəminində yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs sağ gözünün alt nahiyəsindən bir dəfə yumruqla və dodaq nahiyəsindən bir dəfə yumruqla vuraraq ona sağ gözətrafı nahiyənin dərialtı hematoması, yumşaq toxumalarının əzilməsi, göz yarığının daralması, sağ göz almasının ağlı qişasına qansızma, burunun küt travması, yumşaq toxumaların əzilməsi ilə nəticələnən və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmə zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, əməlindən peşman olduğunu, hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq, iş üzrə cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını xahiş etməklə bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə hazırlıq iclasında ilkin dinləmə zamanı Zərərçəkmiş şəxs hal-hazırda Təqsirləndirilən şəxs ilə barışaraq onu bağışladığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirib, iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş edərək, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. İş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasının 03 yanvar 2021-ci il tarixli, 01 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı sağ gözətrafı nahiyənin dərialtı hematoması, yumşaq toxumalarının əzilməsi, göz yarığının daralması, sağ göz almasının ağlı qişasına qansızma, burunun küt travması, yumşaq toxumaların əzilməsi bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda qeyd edilən 02.01.2021-ci il tarixinə uyğundur, xəsarətin ayrı-ayrılıqda döyülmə zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 11.01.2021-ci il tarixli tələbnamdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə verərək göstərmişdir ki, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməkdə özünü təqsirli bilir. Törətdiyi əməldən səmimi peşmançılıq çəkməklə zərərçəkmiş şəxslə barışmışdır. Barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur və təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Bununla bağlı zərərçəkmiş şəxs də ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsə hadisə nəticəsində maddi ziyan dəyməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156,1 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs CM-nin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Belə olan halda Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını məhkəmə qanuni, ədalətli və əsaslı hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 299-300-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbayan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə zərərçəkmiş şəxsin onunla barışmasına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərar apelyasiya şikayəti və apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gündən sonra qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Mehdiyev.
Məhkəmə qərarları › İş №1(075)-32/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-32/2021
27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver