Məhkəmə qərarları › İş №1(075)-7/2021

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-7/2021

07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-7/2021 07.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs nümayəndəsi (sədri) Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1962-ci ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respubilkasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Şəki rayonu, Baş Kəldək kəndində pasport qeydiyyatında olmaqla Şəki rayonu, Aşağı Kəldək kəndində yaşayan, xx xxxxxxxx 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən kənd təsərrüfatı təyinatlı torpaq üzərində qanunla müəyyən edilmiş qaydada mülkiyyət, istifadə və icarə hüququnu pozma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Şəki rayonunun Aşağı Kəldək kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs mülkiyyətinə məxsus olan kənd təsərrüfatı təyinatlı kollu örüş torpaqlarının 0.53 ha ərazisini qanunsuz olaraq 2018-ci ilin avqust ayının əvvəllərində özbaşına kənarlarını çəpərləməklə kollardan, daşlardan təmizləyib şum işləri apararaq yonca otu və müxtəlif meyvə ağacları əkib qulluq göstərib becərməklə həmin torpaq sahəsini mülkiyyətçinin razılığı olmadan özbaşına tutmuşdur. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Uzun illər ailəsi ilə birlikdə Şəki rayonu, Baş Kəldək kəndində yaşamışdır. 2004-cü ildə işi ilə əlaqədar olaraq ailəsi ilə birgə Bakı şəhərinə köçüb orada yaşamışdır. 2006-cı ildə Şəki rayonu, Aşağı Kəldək kəndində yerləşən fərdi yaşayış evini satıb Mingəçevir şəhərində ev tikmək üçün 0.6 ha torpaq sahəsi almışdır. Lakin oğlu Söhrab Abduyev Bakı şəhərində oğurluq cinayət əməli törətdiyinə görə Mingəçevir şəhərində aldığı torpaq sahəsində ev inşa edə bilməmişdir. Bir neçə il Bakı şəhərində yaşadıqdan sonradan Şəki rayonu, Aşağı Kəldək kəndinə atası evinə qayıtmışdır. Mərhum anası Gülüzar Abduyeva və atası Camal Abduyev dünyasını dəyişdikdən sonra ata evi ona qalmışdır. Həmin vaxtdan sonra o, ailəsi ilə birlikdə Aşağı Kəldək kəndinə köçərək orada yaşamışlar. Həmçinin göstərmişdir ki, uzun müddət mövsümi olaraq işləmək üçün Rusiya Federasiyasına da gedib-gəlmişdir. Axırıncı dəfə 2019-cu ilin sentyabr ayında RF-dan Azərbaycana qayıtmışdır. Özünü ona qarşı irəli sürülən ittihamda qismən təqsirli bilərək göstərmişdir ki, qeyd edilən mübahisəli torpaq sahəsinin ətrafını çəpərləyərək zəbt etməmişdir. Göstərmişdir ki, həmin torpaq sahəsinin ətrafı çəpərlənən zaman o özü Rusiya Federasiyasında olmuşdur. Belə ki, 18.032016-ci il tarixdə RF-na getmiş və geri Azərbaycana yalnız xx.xx.2018-ci il tarixdə qayıtmışdır. Bundan başqa xx.xx.2019-cu il tarixdə də yenidən RF-na getmiş və xx.xx.2019-cu il tarixdə geri Azərbaycana qayıtmışdır. Göstərmişdir ki, həmin torpaq sahəsinin kənarları onun oğlu X17 tərəfindən çəpərlənmiş, daşdan və kol-kosdan təmizlənmiş, ağac əkilmiş və yonca səpilmişdir. Qeyd edilən örüş sahəsinin ətrafının çəpərlənməsini görmüş, bir dəfə həmin əraziyə tanışı Gərayın traktorunu saldıraraq həmin ərazini şümlatdırmış, qeyd edilən əraziyə əkilmiş 90-a yaxın ağacları vedərə ilə sulamaqla onları becərmiş, həmçinin həmin ərazinin təmizlənməsində oğluna köməklik etmişdir. Övladı Tural ona demişdir ki, qeyd edilən ərazini öz adlarına rəsmləşdirmək üçün müvafiq orqanlara müraciət etsin. Buna görə də həmin torpaq sahəsini mülkiyyətinə keçirmək məqsədi ilə Baş Kəldək bələdiyyəsinin sədri Nümayəndə yanına gedərək çəpərlənmiş torpaq sahəsini öz adına rəsmiləşdirilməsini şifahi formada ondan xahiş etmişdir. Lakin bələdiyyə sədri Nümayəndə həmin sahənin rəsmiləşdirilməsinin mümkünsüz olduğunu demişdir. Həmin vaxt o, Nümayəndə heç nə demədən yaşadığı evə qayıtmışdır. Bundan sonra Nümayəndə bələdiyyənin mühasibi Həzi Quliyev ilə birlikdə onun yaşadığı evə gələrək çəpərlədiyi topraq sahəsinin çəpərini sökməsi ilə bağlı məktub verib getmişdir. Nümayəndə çəpəri sökməsi ilə bağlı məktub verdikdən sonra o, düşünmüşdür ki, Şəki İcra Hakimiyyətinə və Kənd təsərrüfatı idarəsinə çəpərlədiyi torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi ilə bağlı ərizə yazsın və yazmışdır. Lakin bundan bir müddət sonra onu polis şöbəsinə çağırmışlar. Göstərmişdir ki, həmin vaxt başqa şəxslər də kəndin örüş sahəsini çəpərləmişlər. Lakin onlara xəbərdarlıq ediləndən sonra həmin şəxslər çəpərlənmiş örüş sahəsinin kənarlarını sökmüşlər. Lakin onlar bu günədək çəpərlənmiş ərazini sökməmişlər. Həmin ərazinin qeyri-qanuni çəpərlənməsini qəbul edir. Lakin bunun cinayət məsuliyyətinə səbəb olacağını düşünməmişdir. Həmin zəbt edilmiş torpaq sahəsində şümlama və becərmə işləri aparmaqda özünü günahkar bilir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində cəlb olunaraq dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Uzun illər ailəsi ilə birlikdə Şəki rayonu, Baş Kəldək kəndində yaşamışdır. 2004-cü ildə işi ilə əlaqədar olaraq ailəsi birgə Bakı şəhərinə köçüb orada yaşamışdır. 2006-cı ildə Şəki rayonu, Aşağı Kəldək kəndində yerləşən fərdi yaşayış evini satıb Mingəçevir şəhərində ev tikmək üçün 0.60 ha torpaq sahəsi almışdır. Lakin oğlu Söhrab Abduyev Bakı şəhərində oğurluq cinayət hadisəsi törətdiyinə görə Mingəçevir şəhərində aldığı torpaq sahəsində ev inşa edə bilməmişdir. Bir neçə il Bakı şəhərində yaşadıqdan sonra 2018-ci ildə Şəki rayonu, Aşağı Kəldək kəndinə atası evinə qayıtmışdır. Mərhum anası Gülüzar Abduyeva atası Camal Abduyev dünyasını dəyişdikdən sonra ata evin ona bağışlamışdır. Həmin vaxtdan sonra o, ailəsi ilə birlikdə Aşağı Kəldək kənddində yaşamışdır. Heç bir yerdə iş olmadığına görə yaşadığı kənddə kənd təsərrüfatı işləri ilə məşğul olmağa başlamışdır. Yaşadığı evin həyətyanı sahəsi balaca olduğuna görə 2018-ci ilin avqust ayının əvvələrində Aşağı Kəldək kəndinin girişinin sağ hissəsində "Dəmirçi Qobusu" adlanan yerdə 0.50 ha torpaq sahəsinin kənarlarını ağac parçaları və məftillə çəpərləyib kol-kosdan, daşdan təmizləyib yararlı vəziyyətə gətirmişdir. 2019-cu ilin noyabr ayının əvvəllərində onun xahişi ilə traktor sürücüsü həmkəndlisi Şahid3 traktor ilə çəpərlədiyi torpaq sahəsini şumlamışdır. Ondan sonra həmin torpaq sahəsinə əli ilə yonca toxumu səpmiş, eyni zamanda fındıq və gavalı meyvə ağacları əkmişdir. Əkdiyi meyvə ağaclarını, yonca otunu torpaq sahəsinin kənarında olan qaynama sudan mator ilə su götürüb suvarmışdır. Bütün bunlardan sonra həmin torpaq sahəsini mülkiyyətinə keçirmək məqsədi ilə Baş Kəldək bələdiyyəsinin sədri Nümayəndə yanına gedərək çəpərlədiyi torpaq sahəsini onun adına rəsmiləşdirilməsini şifahi formada xahiş etmişdir. Bələdiyyə sədri Nümayəndə onun haqqında kənd sakinləri tərəfindən şikayət olunduğunu və çəpərlədiyi torpaq sahəsinin örüş sahəsi olduğundan həmin sahənin rəsmiləşdirilməsinin mümkünsüz olduğunu və çəpəri sökməyini tələb etmişdir. O, Nümayəndə barəsində şikayət edən şəxsləri adlarını deməsini xahiş etsə də o barəsində şikayətçi olan şəxslərin adlarını deməkdən imtina etmiş və şikayətçi özü olduğunu bildirmişdir. Həmin vaxt o, Nümayəndə heç nə demədən yaşadığı evə qayıtmışdır. Bundan sonra Nümayəndə bələdiyyənin mühasibi Həzi Quliyev ilə birlikdə onun yaşadığı evə gələrək çəpərlədiyi topraq sahəsinin çəpərini sökməsi ilə bağlı məktub verib getmişdir. Nümayəndə çəpəri sökməsi ilə bağlı məktub verdikdən sonra o, Şəki İcra Hakimiyyətinə və Kənd təsərrüfatı idarəsinə çəpərlədiyi torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün ərizə yazmışdır. Lakin bu günə kimi müraciət etdiyi yerlərdən yazdığı ərizə ilə bağlı çağrılmamışdır. O, həmin topraq sahəsini kol-kosdan, daşdan təmizləyib, yonca otu və meyvə ağacları əkib zəhmət çəkdiyinə görə çəpəri sökməkdən imtina etmişdir. Həmin topraq sahəsini, kolkosdan, daşdan təmizləyib meyvə ağacları və yonca otu əkib zəhmət çəkmiş, ona görə çəkdiyi zəhmətinə heyfi gəlib çəpəri sökməmişdir. Ağacların diblərini bel ilə yumşaldıb qulluq göstərib və su matoru olmadığı halda vedrə ilə qaynama sudan su daşıyıb ağacları suvarmışdır. Torpaq sahəsini 2019-cu ilin noyabr ayının əvvələrində Şahid3 traktor ilə şumladıqdan sonra torpaq çox narın olmuş, ona görə özü tək şumlanmış torpaq sahəsinə yonca toxumunu səpib və suvarmış, torpaq narın olduğuna görə toxumu səpdikdən sonra mala vurmağa ehtiyac qalmamışdır. Şahid3 torpaq sahəsini şumlayarkən torpaq sahəsinin bələdiyyənin balansında olan torpaq sahəsinin olmasından məlumatı olmamışdır. Bir çox kənd sakinləri elə bilmiş ki, çəpərlədiyi torpaq sahəsi ona məxsusdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilən Nümayəndə ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdən Şəki rayonu, Baş Kəldək kənd bələdiyyəsinin sədri vəzifəsində işləyir. Onun bələdiyyənin sədri kimi iş funksiyam bələdiyyənin ehtiyat fond torpaqlarını, örüş torpaqların, kənd təsərrüfatı təyinatlı torpaqların təyinatı üzrə istifadəsinə nəzarət etmək və torpaq vergilərinin vaxtı-vaxtında əhalidən toplanaraq dövlətin nəfinə keçirilməsini təmin etməkdən ibarətdir. Bundan başqa əhalinin torpaqla bağlı hər hansı bir problemləri yarandığında həll etməyə çalışır. Bununla yanaşı kəndin içməli su ilə təmin olunmasına nəzarət edir. Bələdiyyədə onunla yanaşı X18 mühasib vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Şəki rayonu, Aşağı Kəldək kənd sakinlərindən ona şifahi formada daxil olmuş məlumata əsasən bələdiyyənin mühasibi Həzi Quliyev ilə sözügedən yerə gedib baxmış və Aşağı Kəldək kənd sakini X1 girişinin sağ hissəsində "Dəmirçi Qobusu" adlanan ərazidə təxminən 0.70 ha torpaq sahəsini özbaşına tutub zəbt etməsi məlum olmuşdur. Daha sonra xx.xx.2020-ci il tarixdə Şəki rayonu, Aşağı Kəldək kəndinin bir neçə sakini ilə Mayıl Abduyevin zəbt etdiyi torpaq sahəsi ilə bağlı söhbət etmiş və kənd sakinləri ilə aralarında olan söhbət əsnasında ona məlum olmuş ki, həmin kənd sakinləri də Mayıl Abduyevin çəpərlədiyi torpaq sahəsinin ətrafında çəkdiyi çəpərin sökülməsinin tərəfdarıdırlar. Lakin həmin şəxslər Təqsirləndirilən şəxs ilə həmkəndli olduqlarına görə konkret olaraq həmin şəxsin barəsində şikayət etməkdən çəkinmişlər. Təxminən 2020-ci ilin fevral ayının 20-si tarixində X10 binası yanına gələrək çəpərlədiyi torpaq sahəsini öz adına sənədləşdirmək istədiyini şifahi olaraq ona bildirmişdir. O, da Mayıl Abduyevə bildirmişdir ki, onun çəpərlədiyi torpaq sahəsi bələdiyyənin balansında olmaqla təyinatı örüş sahəsi olduğuna görə həmin torpaq sahəsi xüsusi mülkiyyətə keçirilə bilməz. Bundan sonra Mayıl Abduyevə xəbərdarlıq etmiş ki, həmin torpaq sahəsinin ətrafında olan çəpəri söksün və kənd əhalisinin ümumi istifadəsinə versin. X19 heç nə demədən bələdiyyənin binasından çıxıb getmişdir. Mayıl Abduyevə şifahi formada xəbərdarlıq etməsinə baxmayaraq həmin şəxs onun dediyi sözlərə əhəmiyyət verməyib, bu günə kimi hasarlanmış çəpəri sökməmişdir. O, da əlacsız qalıb həmin şəxsə 2020-ci ilin aprel ayının 22-də rəsmi olaraq bələdiyyənin adından tutduğu torpaq sahəsinin ətrafında olan çəpəri sökməsi üçün məktub yazmışdır. Lakin o yazdığı məktub da əhəmiyyət verməmiş, həmin vaxtdan iki həftə sonra Mayıl Abduyevin yaşadığı ünvana gedib, ona sonuncu xahişini etmiş ki, gedib çəpəri söksün. Bütün bu səylərinə baxmayaraq Mayıl Abduyevin topraq sahəsinin ətrafında çəpəri sökmədiyini görüb Şəki polis şöbəsinə müraciət etmək qərarına gəlmişdir. Bu səbəbdən xx.xx.2020-ci il tarixdə Şəki ŞRPŞ-nə Mayıl Abduyevin Baş Kəldək kənd bələdiyyəsinin balansında olan torpaq sahəsini qanunsuz olaraq zəbt etməsi barədə ərizə yazaraq məlumat vermişdir. Şəki rayonu, Aşağı Kəldək kənd bələdiyyəsi sakinlərindən Cavanşir Qəribli və X25 Kəldək kəndi ərazisində Baş Kəldək bələdiyyəsinin balansında olan topraq sahəsini zəbt etməsi barədə şifahi məlumat vermişlər. Mayıl Abduyevin zəbt etdiyi torpaq sahəsini öz adına sənədləşməsi üçün rəsmi olaraq Baş Kəldək bələdiyyəsinə müraciəti olmamışdır. Olsa da belə həmin topraq sahəsinin təyinatı örüş sahəsi olduğundan xüsusi mülkiyyətə verilməsi mümkünsüz olduğunu qeyd etmişdir. Göstərmişdir ki, Maillə hər hansı problemi yoxdur, lakin onun işi bu yerə çatdıracağını düşünməmişdir. Ondan şikayətçi deyil. Onun barəsində daha yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2017-ci ilin mart ayından Şəki rayonu, Baş Kəldək bələdiyyəsinin baş mühasibi vəzifəsinə təyin olunmuş və bu günə kimi həmin vəzifədə işləyir. Bələdiyyədə onun iş funksiyası bələdiyyənin maliyyə uçot işinin təşkili və bələdiyyənin fəailiyyəti ilə bağlı hesabatların aparılmasından ibarətdir. Bundan başqa bələdiyyədə kargüzarlıq işini də aparır. Bu səbəbdən bələdiyyəyə vətəndaşlardan daxil olan şifahi və yazılı şikayətlərdən məlumatı olur. Göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Şəki rayonu, Aşağı Kəldək kənd sakinlərindən bir neçə şəxs Aşağı Kəldək kəndində yaşayan Təqsirləndirilən şəxs kəndin giriş hissəsində sağ tərəfdə yerləşən "Dəmirçi Qobusu" adlanan sahənin bir hissəsini qanunsuz olaraq çəpərləyib əkin işləri apardığını, bu səbəbdən onların mal-qarasına otlaq sahəsi olmadığını və çəpərin sökülməsi ilə bağlı şifahi formada müraciətləri olmuşdur. Bələdiyyəyə daxil olmuş müraciət əsasında bələdiyyənin sədri Nümayəndə ilə birlikdə həmin yerə gedib baxarkən həqiqətən həmin ərazidə 0.70 ha torpaq sahəsinin ətrafını ağac parçaları ilə çəpərləyib torpaq sahəsini şumladıb yonca otu və müxəlif meyvə ağaclar əkməsinin şahidi olmuşlar. Bu səbəbdən onlar Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Onunla görüşüb torpaq sahəsini qanunsuz olaraq çəpərləyib zəbt etdiyini və çəpəri sökməsini tələb etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs çəpəri sökməyəcəyini və nə bacarırsınızsa edin demişdir. Həmçinin qeyd etmişdir ki, bələdiyyənin müxtəlif yerlərində ayrı-ayrı kənd adamları da bələdiyyə torpaqları zəbt etmişdirlər. Həmin şəxslərlə söhbət etdikdən sonra onlar zəbt etdikləri əraziləri açaraq boşaltmışlar. Lakin Mail onların sözlərinə qəti fikir verməmişdir. Buna görə də Təqsirləndirilən şəxs çəpəri sökməsi üçün onların şifahi tələblərinə məhəl qoymamasını görüb xx.xx.2020-ci il tarixdə rəsmi olaraq bələdiyyə sədrinin adından məktub yazmalı olmuşlar. Lakin Təqsirləndirilən şəxs yenə onlara məhəl qoymayıb çəpəri sökməkdən imtina etmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs həmkədlisi olmasını nəzərə alıb bir neçə dəfə onun qapısına gedib qanunsuz olaraq çəpərləyib zəbt etdiyi torpaq sahəsinin çəpərini sökməsini xaniş etmişdir. Lakin onların Təqsirləndirilən şəxs etdikləri xahişləri əhəmiyyətsiz olmuşdur. Bu səbəbdən bələdiyyənin sədri Nümayəndə əlacsız qalıb Təqsirləndirilən şəxs barəsində Şəki Şəhər- Rayon Polis Şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Hal-hazırki vəziyyətdə də Təqsirləndirilən şəxs əməlini davam etdirərək qanunsuz olaraq zəbt etdiyi torpaq sahəsinin çəpərini söküb Aşağı Kəldək kənd sakinlərinin istifadəsinə verməmişdir. Şəki rayonu, Aşağı Kəldək kənd bələdiyyəsi sakinlərindən Şahid2 və X3 Abduyevin bələdiyyənin balansında olan topraq sahəsini zəbt etməsi barədə şifahi məlumat vermişlər. Mayıl Abduyevin zəbt etdiyi torpaq sahəsini öz adına sənədləşməsi üçün rəsmi olaraq Baş Kəldək bələdiyyəsinə müraciət etməmişdir. Olsa da belə həmin topraq sahəsinin təyinatı örüş sahəsi olduğundan xüsusi mülkiyyətə verilməsi mümkünsüzdür. Bələdiyyə Təqsirləndirilən şəxs zəbt etdiyi torpaq sahəsinin çəpərini söküb Aşağı Kəldək kənd sakilərinin ümumi istifadəsinə verməsini tələb etdiyində, həmin şəxs torpaq sahəsinə ağac əkib bağ salacağını bildirmişdir. Natiq müəllim də ona “bağ salmaq istəyirsənsə, rəsmi olaraq müraciət et, başqa yerdən sənə torpaq sahəsi verək, lakin sənin zəbt etdiyin torpaq sahəsi örüş sahəsidir, həmin torpaq sahəsi xüsusi mülkiyyətə verilə bilməz” demişdir. Lakin Təqsirləndirilən şəxs onların sözünə qulaq asmamışdır. Təqdim etdiyi məktubda Təqsirləndirilən şəxs ilə yanaşı X2 və X5 adları göstərmələrinə səbəb onların barəsində vətəndaşlardan daxil olmuş şifahi məlumata əsasən Təqsirləndirilən şəxs zəbt etdiyi torpaq sahəsinin yaxınlığında torpaq çəpərləmək istəmişlər. Bu səbəbdən Təqsirləndirilən şəxs ünvanladıqları məktubda həmin şəxslərin adını qeyd etmişlər ki, həmin şəxslərin belə bir fikirləri olarsa bu yoldan çəkinsinlər. Sonradan qeyd olunan yerə baxdıqlarında Təqsirləndirilən şəxs başqa orada digər torpaq zəbt etmiş şəxsi müəyyən edilməmişdir. Göstərmişdir ki, Mailin həmin ərazinin kənarına çəpər çəkməsini şəxsən görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Müxtəlif yerlərdə fəhlə işləyib ailəsi üçün qazanc əldə edir. O, əvvələr Şəki rayonu, Baş Kəldək kəndində ailəsi ilə birlikdə yaşamış, lakin həyat yoldaşı Şəki rayonu, Aşağı Kəldək kənd orta məktəbinə müəllimə kimi təyinat aldıqdan sonra ailəsi ilə Aşağı Kəldək kəndində torpaq sahəsi alıb ev tikdirib ailəsi ilə birlikdə orada yaşamağa başlamışdır. Kənd həyatı yaşadığına görə dolanışıq əldə etmək üçün mal-qara saxlayır. Yaşadığı kəndin mal-qara saxlanıması üçün əlverişli örüş sahəsi azdır. Bununla yanaşı bir neçə kənd sakinləri mal-qara üçün örüş sahəsini çəpərləyib istifadə etmişlər. Ona görə də o, kənd mərkəzində olarkən kənd icra nümayəndəsi Cavaniş Məsimov və kənd bələdiyyəsinin sədri Nümayəndə şifahi formada çəpərlənmiş örüş sahəsinin çəpərlərini sökdürmələrini xahiş etmişdir. Həmin şəxslər də kimlər ki, kəndin örüş sahəsini çəpərləyib həmin çəpərləri sökdürəcəklərinə söz vermişlər. O, sonradan Aşağı Kəldək kəndinə köçüb yaşadığına görə bir çox kənd sakinlərini tanımır. Çəpərlənmiş örüş sahəsinin çəpərlərinin sökülməsini xahiş etdiyində həmin sahənin Təqsirləndirilən şəxs tərəfindən çəpərlənməsini bilməmişdir. Göstərmişdir ki, mövsümi fəhləlik işi ilə əlaqədar əsasən Bakı və digər şəhər-rayonlarda işlədiyindən Təqsirləndirilən şəxs və ya digər şəxslər tərəfindən kəndlərinin ərazisində hər hansı örüş sahəsinin ətrafını çəpərləməsini, oranı kol-kosdan təmizləyərək orada ağac və yonca əkməsini şəxsən görməmişdir. O, şifahi formada icra nümayəndəsi və bələdiyyəyə müraciət etdikdən sonra eşitmişdir ki, örüş sahəsini çəpərləyən şəxs Təqsirləndirilən şəxsdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 digər Şahid2 ifadəsində göstərilənlərlə təxminən oxşar olan eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Altı yaşında tütün düzərkən sağ gözünə şiş batmış, bu səbəbdən sağ gözünü itirmişdir. Hal-hazırda gözdən 3-cü qrup əlildir. Gözdən əlil olduğuna görə ali təhsil almamaqla yanaşı hərbi xidmətə getməmişdir. Bu səbəbdən kənd təsərrüfatı ilə məşğul olmuşdur. Bununla yanaşı özünə məxsus MTZ-80 markalı, 55-K-400 dövlət nömrə nişanlı traktor ilə müxtəlif kənd sakinlərinin əkin sahələrini şumlayıb ailəsi üçün qazanc əldə edir. 2019-cu ilin noyabr ayının əvvələrində əkin vaxtı, yəni kənd təsərrüfatı ilə bağlı şum işləri aparılarkən Şəki rayonu, Aşağı Kəldək kənd sakini Təqsirləndirilən şəxs məxsus torpaq sahəsinin yanından traktor ilə keçərkən həmin şəxs əl edib onu saxlatmış və Aşağı Kəldək kəndinin girişinin sağ hissəsində "Dəmirçi Qobusu" adlanan yerdə çəpərlənmiş torpaq sahəsini göstərib həmin yeri şumlatmaq istədiyini və ona məxsus torpaq sahəsini traktor ilə şumlamasını xahiş etmişdir. O, Təqsirləndirilən şəxs xahişini nəzərə alıb torpaq sahəsini traktor ilə şumlamağa razı olmuş və 15 manat müqabilində Təqsirləndirilən şəxs məxsus torpaq sahəsini şumlayıb, pulunu alıb oradan uzaqlaşmışdır. Həmin torpaq sahəsinə traktorun girməsi üçün darvaza (keçid) olmamış, Mailin göstərişinə əsasən çəpəri tapdayaraq onun üzərindən torpaq sahəsinə keçmişdir. Təqsirləndirilən şəxs Şəki rayonu, Aşağı Kəldək kəndinin "Dəmirçi Qobusu" adlanan yerində çəpərlənmiş torpaq sahəsini ona şumladarkən həmin torpaq sahəsinin konkret olaraq kimə məxsus olmasını bilməmişdir. Göstərmişdir ki, şumladığı torpaq sahəsinin sənədlərini heç vaxt tələb etməmiş və bu zamana kimi hər hansı bir şəxs başqa şəxsə məxsus olan torpaq sahəsini də ona şumlatmamışdır. Pulunu alıb işini görür. Yəni o, şumladığı torpaq sahəsinin kimə məxsus olması ilə maraqlanmır. O, həmin torpaqda şum işindən başqa hər hansı bir iş görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmaqla ailəsi üçün dolanışıq əldə edir. xx xxxxxx 2020-ci il tarixdə yaşadığı evdə olarkən bir nəfər şəxsin onu səslədiyini eşidib darvaza qapısından küçəyə çıxmış, küçəyə çıxdığında tanımadığı bir nəfər polis işçisinin onun yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs tərəfindən çəpərlənən topraq sahəsinə baxış keçirəcəklərini, onun da həmin baxışda hal şahidi kimi iştirak etməsini xahiş etmişdir. O, da tanımadığı polis əməkdaşının təklifi ilə razılaşıb yaşadığı Aşağı Kəldək kəndinin "Dəmirçi Qobusu" adlanan yerinə getmiş, orada bir neçə tanımadığı şəxslərin, kənd bələdiyyəsinin sədri Nümayəndə, həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Həmin şəxslərə yaxınlaşdıqdan sonra həmkəndlisi Şəmməd Xammadovu da hal şahidi kimi onların yanına çağırmışlar. Ondan sonra Şəki Kadasdır və X6 idarəsinin işçisi torpaq sahəsini ölçmək üçün gətirdiyi aparat ilə torpaq sahəsini ölçmüşdür. Həmin vaxt müstəntiq baxışla bağlı protokol tərtib etmiş, sonda onlar da həmin protokolu imza etmişlər. Məhkəmə iclasında ittiham tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2011-ci il tarixindən Baş Kəldək kəndinin icra nümayəndəsidir. Göstərmişdir ki, Təqsirləndirilən şəxs Baş Kəldək kənd sakini kimi tanıyır, aralarında hər hansı ədavət və düşmənçilikləri yoxdur. Mail 2,6 il olar ki, Aşağı Kəldək kəndinə köçərək orada məskunlaşmışdır. Bildirmişdir ki, təxminən 2019-cu ilin noyabr-dekabr aylarında Mail onun yanına gələrək yer bərkitmək (çəpərləmək) istədiyini ona bildirmişdir. Həmin vaxt təzə bələdiyyə sədri Nümayəndə hələ çeçilməmişdi. Bu zaman Mail ona demişdr ki, indi əvvəlki zaman deyil, hazırda bu işlər razılıqla həll edilir. Buna görə də bu məsələ ilə bağlı kənd bələdiyyəsinə müraciət etməsini demişdir. Hətta kənd sakinlərindən Şahid2 telefonla ona zəng edərək ayrı-ayrı şəxslər tərəfindən kəndin örüş ərzisinin çəpərlənməsini şikayət etdiyindən Mailə CM-nin 188-ci maddəsi ilə yarana biləcək məsuliyyəti ona izah etmişdir. Maildən başqa da əlavə iki şəxs kənd ərazisində qanunsuz çəpərləmə işləri aparmışdılar. Lakin onlarla söhbət edib izahat işləri apardıqdan sonra həmin iki nəfər kənd sakinləri çəkdikləri çəpərləri özləri sökmüş, lakin Mail çəpəri sökməmişdir. Həmçinin göstərmişdir ki, qeyd edilən hazırkı mübahisəli ərazinin Mail tərəfindən kol-kosdan təmizlənməsini, həmin yerin ətrafını çəpərləməsini, orada ağaclar və ya yonca əkməsinin şəxsən görməmiş və bu halların şahidi olmamışdır. Hal-hazırda da qeyd edilən ərazinin ətrafı çəpərlidir. Məhkəmə iclasında ittiham tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Maili bir kəndçisi kimi tanımışdır. 2019-cu ilin əvvəlindən təxminən 2019-cu ilin oktyabr ayınadək Baş Kəldək kənd bələdiyyəsində işləmişdir. Qeyd edilən ərazinin Mail tərəfindən çəpərlənməsini kənd camaatından eşitmişdir. Mail tərəfindən qeyd edilən ərazinin çəpərlənməsini, orada ağaclar əkilməsini və həmin əraziyə yonca toxumu səpməsini görməmişdir. Göstərmişdir ki, ümumiyyətlə həmin yerin kim və ya kimlər tərəfindən kol-kosdan təmizlənməsini, çəpərlənməsini, ağaclar əkilməsini və yonca səpilməsini görməmişdir. Məhkəmə iclasında ittiham tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinin tələbləri ona izah edilmişdir. Bildirmişdir ki, xx.xx.1986-cı il tarixdə Şəki rayonunun Baş Kəldək kəndində anadan olmuş, ailəlidir. Təqsirləndirilən şəxs onun atasıdır. Göstərmişdir ki, o 2006-ci il tarixdə işləmək üçün Rusiya Federasiyasına getmiş və 2018-ci ildə deportasiya olunaraq Azərbaycana gəlmişdir. Həmin dövrdə atası ölkədən xaricdə olmuşdur. Azərbaycana qayıtdıqdan sonra işsiz olmuşdur. Göstərmişdir ki, təbiəti çox sevir. 12 il sonra kəndlərinə qayıtdıqda kəndlərinin bəzi gözəl yerlərinin dağıdıldığını görmüşdür. Həmin gözəl yerlərdən biri də uşaq vaxtı “Dəmirçi Qobusu” adlanan yerdə olan çimdikləri göl olmuşdur. 2018-ci ilin yay aylarında düşünmüşdür ki, həmin gölün ətrafını kol-kosdan təmizləsin, onun ətrafını çəpərləsin və oraya müxtəlif ağaclar əksin. Elə də etmiş həmin ərazini kol-kosdan təmizləmiş, təxminən 200 metr uzunluğunda və 30-35 metr enində ərazinin ətrafını ağac dirəkləri ilə çəpərləmiş, həmin il 70 adda, bu il isə 110 adda müxtəlif ağaclar - çinar, tut, fındıq və sairə ağaclar əkmiş, həmin ağacları vedrə ilə göldən su daşıyaraq suvarmaqla onlara qulluq etmişdir. Qeyd etmişdir ki, həmin ərazidə əvvəldən də bir neçə findiq ağacları olmuşdur. Bildirmişdir ki, həmin ərazini şumlatmış, oraya əli ilə yonca səpmişdir. Həmçinin Mingəçevir şəhərindən 5 minədək xırda balıq alaraq həmin gölə buraxmışdır. Göstərmişdir ki, həmin yeri təmizləyərkən, oranı çəpərləyərkən və ağac əkərkən atası RF-da olmuşdur. Atası həmin ərazidə yalnız ağacların vedərə ilə sulanmasında ona köməklik etmişdir. Atası nənəsi vəfat edərkən RF-dan kəndə gəlmişdir. Bu hal 2018-ci ilin oktyabr ayının sonuna təsadüf etmişdir. Atası gəldikdən sonra çəpərlədiyi ərazini ona göstərmiş və həmin yerə sənəd almasını ondan xahiş etmişdir. Bunu atasından xahiş etməsinin səbəbi bir böyüyü kimi bu işi həll edə biləcəyi, həmçinin bələdiyyə sədrinin və icra nümayəndəsinin atası ilə həmyaşıd olması olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, qeyd edilən cinayət xx.xx.2020-ci il tarixdə onun icraatına daxil olmuş və müvafiq araşdırma aparmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs barəsində CM-nin 188.1-ci maddəsi ilə cinayət işi başlasa da istintaq araşdırmasından sonra onun əməlini CM-nin 188.3-cü maddəsinə tövsif etmişdir. Cinayət işinin istintaqını təxminən 3 ayadək müddətdə yekunlaşdırmış və xx.xx.2020-ci il tarixdə ittiham aktı tərtib etmişdir. Qeyd etmişdir ki, istintaq dövründə Təqsirləndirilən şəxs hazırkı əməli etiraf etmiş, həmin əməlini digər kənar şəxslər, o cümlədən oğlu tərəfindən törədilməsi barədə ona hər hansı məlumat verməmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs əvvəllər Rusiya Federasiyasına gedib-gəldiyini ona bildirmişdir. İttiham aktında törətmiş olduğu əməli 2018-ci ilin avqust ayının əvvəllərində qeyd etməsinin səbəbi onun özünün deməsinə görə yazmışdır. Hazırda qeyd edilən cinayətin onun tərəfindən törədilməsini inkar etməsini anlaya bilmir. İşdə olan Şəki Şəhər-Rayon Polis Şöbəsinin CAB-nə verilmiş əməliyyat tapşırığının xx.xx.2020-ci il tarixli cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki rayonu, Aşağı Kəldək kəndində yaşayan Təqsirləndirilən şəxs Şəki rayonu, Baş Kəldək bələdiyyəsinin balansında olan "Dəmirçi Qobusu" adlanan yerdə 0.50 ha torpaq sahəsini qanunsuz olaraq zəbt etməsindən məlumatı olan şəxs və ya şəxslərin əhatə dairəsi və şəxiyyətlərini, onun qeyd olunan cinayət əməllərindən başqa digər cinayət əməllərini törətməsi və sözügedən torpaq sahəsindən başqa digər hər hansı bir yerdrə torpaq zəbt edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Narkoloji Şöbəsinin xx.xx.2020-ci il tarixli 2139 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Psixatiriya xəstəxanasının xx.xx.2020-ci il tarixli 454 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarına əlavə olunmuş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Kəldək kənd nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 303 və 304 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu, Aşağı Kəldək kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Həmçinin Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Kəldək kənd nümayəndəliyindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2020-ci il tarixli, 1341 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Republikasının İqtisadiyyat Nazirliyi yanında X16 xidməti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, **********18 nömrəli məktubdan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsinin mülkiyyət mənsubluğunun müəyyən edilməsi məqsədi ilə mütəxəssisin ayrılmasına köməklik göstərilməsi barədə xx xxxx 2020-ci il tarixli ********* müraciətdə qeyd olunan məsələ ilə bağlı xx.xx.2020-ci il tarixində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxx” MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən Şəki ŞRPŞ-nin nümayəndəsi, Zərərçəkmiş şəxs sədri və vətəndaş M.C. Abduyevin iştirakı ilə ərazidə ölçü işləri aparılmış və koordinatlar müəyyənləşdirilmişdir. Elektron kadastr məlumat bazasına əsasən sözügedən torpaq sahəsi 0,53 ha olmaqla Baş Kəldək bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı kollu örüş ərazisində yerləşir. Məktuba xx.xx.2020-ci il tarixli akt və xx.xx.2020-ci il tarixli Şəki ŞRPŞ-nin xx.xx.2020-ci il tarixli, **********51 saylı məktubunda göstərilən 0,53 ha torpaq sahəsinin sxemi əlavə edilmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DSX Sərhəd Nəzarətinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə ölkədən çıxış etmiş və xx.xx.2015-ci ildə ölkəyə giriş etmişdir. Bundan başqa o, xx.xx.2015-ci il tarixdə ölkədən çıxış etmiş və xx.xx.2016-cı ildə ölkəyə giriş etmişdir. Həmçinin o, xx.xx.2016-cı il tarixdə ölkədən çıxış etmiş və xx.xx.2018-ci ildə ölkəyə giriş etmişdir. Həmçinin o, xx.xx.2019-cu il tarixdə ölkədən çıxış etmiş və xx.xx.2019-cu ildə ölkəyə giriş etmişdir. Qeyd edilən hallar X7 məxsus xarici posport üzrə öz əksini tapmışdır. İşdə olan Azərbaycan Republikası Kənd Təsərrüfat Nazirliyinin Şəki X29 Mərkəzinin sorğunun cavablandırılması barədə xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, aparılan baxış-müşahidə zamanı aşkar edilmişdir ki, rayonun Aşağı Kəldək kəndi ərazisində yerləşən kəndin girişinin sağ hissəsində “Dəmirçi Qobusu” adlı örüş sahəsinin 0,53 hektarı X11 tərəfindən çəpərlənmiş və həmin ərazidə 2020-ci ilin yazında yonca əkilmiş, 2019 və 2020-ci illərdə 90-a yaxın meyvə ağacları əkilmişdir. Tələb olunan aqrotexniki qulluq işləri vaxtı-vaxtında aparılmaması səbəbindən meyvə ağacları normal inkişaf etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.3cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi aşkardır. Bu iş üzrə toplanmış və tədqiq olunmuş sübutlarla, ekspertiza rəylərinin, təqsirləndirilən şəxsin özünün qismən etirafedici və şahidlərin ifadələri ilə öz təsdiqini tapır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Şəki rayonunun Aşağı Kəldək kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs mülkiyyətinə məxsus olan kənd təsərrüfatı təyinatlı kollu örüş torpaqlarının 0.53 ha ərazisini qanunsuz olaraq zəbt etməklə oranı daşlardan təmizləyib şum işləri apararaq yonca otu və müxtəlif meyvə ağacları əkib qulluq göstərib becərməklə həmin torpaq sahəsini mülkiyyətçinin razılığı olmadan özbaşına tutmuşdur. Təqsirləndirilən şəxs əməlində Аzərbаycаn Respublikаsı CM-nin 188.3-cü maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli Аzərbаycаn Respublikаsı CM-nin 188.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını ona təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, cəza çəkdiyi müddətdə onun üzərinə günün müəyyən vaxtlarında yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdiriİdiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlakların olmaması, həmçinin iş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirli bilinərək, üç il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş üç il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə müsadirə olunması təklif edilən, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmeti, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti kimi istifadə edildiyi, özgəninkiləşdiriİdiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlakların, həmçinin iş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar