Məhkəmə qərarları › İş №1(080)-1/2021

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Hökm — İş №1(080)-1/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ordubad şəhəri İş № 1(080)-1/2021 06.10.2021 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin X30 Haqverdiyevin sədrliyi, X26 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Ordubad Rayon Məhkəməsinin inzibati binasında, 06 oktyabr 2021-ci il tarixdə, saat 16:00-da, Təqsirləndirilən şəxs:xx.xx.1995-ci ildə Ordubad rayonu Danağıt kəndində kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, müvəqqəti işsiz, əvvəllər məhkum olunmamış, Ordubad rayonu Dırnıs kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinnin İstintaq təcridxanasında saxlanan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs nikahları dövlət qeydiyyatına alınmasa da faktiki olaraq ərarvad münasibətində olduğu və ondan maddi və sair cəhətdən asılı olan Şəfəq Heydərovanı birgə yaşadıqları müddətdə dəfələrlə döyüb onunla amansız rəftar etmiş, dəfələrlə onu və valideynlərini nalayiq formada söyüb, təhqir etməklə ləyaqətini mütəmadi olaraq alçaltmaqla onu özünü öldürmə həddinə çatdırmış, nəticədə Şəfəq Heydərovanın 5 may 2021-ci il tarixdə yaşadığı evin damında özünü asaraq intihar etməsinə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlin törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ordubad rayonunun Anaqut kəndində atası X14 məxsus evdə yaşamış, 2020-ci ilin sentyabr ayında işləmək üçün Bakı şəhərinə getmiş, Bakı şəhəri Biləcəri qəsəbəsində bibisi Təranəgilin mənzilində yaşamaqla Bakı şəhəri Tbilisi prospektində yerləşən “Bolmart” adlı marketdə satıcı işləmiş, 2020-ci ilin oktyabr ayında Füzuli rayonunun Dədəli kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan X10 ilə tanış olmuş, 2020-ci ilin dekabr ayında Şəfəq Heydərova “WhatsApp” proqramı vasitəsilə görüntülü olaraq onun anası X6 ilə tanış olmuş, valideynləri onun Şəfəq ilə ailə həyatı qurmasına razılıq vermiş, 14 fevral 2021-ci il tarixdə atası Mübariz, anası Şəmsiyyə Bakı şəhərində yaşayan qohumlarla birlikdə Şəfəqə elçiliyə getmiş, fevral ayının 19-da Bakı şəhərində Binəqədi qəsəbəsində yerləşən “Miraj” restoranında onların nişan mərasimi keçirilmiş, iki-üç gün sonra valideynləri Bakı şəhərindən kəndə qayıtmış, mart ayının 19da atası Mübariz yenidən Bakı şəhərinə gəlmiş, martın 21-də Şəfəq üçün bayram xonçası aparılmış, 23-də atası Mübarizlə birlikdə Şəfəqi Bakı şəhərindən təyyarə ilə Naxçıvana, avtomobillə Ordubad rayonunun Anaqut kəndinə gətirmiş, mart ayının sonlarında Şəfəqə dini kəbin kəsdirmiş, bundan sonra valideynləri ilə birlikdə Mübariz Məmmədova məxsus yaşayış evində yaşamağa başlamışlar. Məhkəmə istintaqı zamanı aşağıdakı sübutlar tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2021-ci il aprel ayının 11-də Vənənd kəndində yerləşən “Xançinar” restoranında onunla Şəfəq Heydərovanın toy mərasimi olmuş, toydan sonra atası Mübariz arasında münasibətlər pozulmağa başlamış, onların hər ikisi spirtli içkilərə meyilli olduqlarından və tez-tez alkoqol qəbul etdiklərindən evdə tez-tez söz-söhbət yaranmış, ailədəki bu vəziyyəti görən Şəfəq Heydərovada Bakıya qayıtmaq fikri yaranmış, maddi imkanı olmadığı üçün onun Bakı şəhərinə qayıtmasını hər vasitə ilə ləngitmiş, Şəfəqin Bakı şəhərinə gedəcəkləri təqdirdə atası Zərərçəkmiş şəxs tərəfindən onlara maddi köməklik göstəriləcəyi barədə təklifinə rədd cavabı verdiyindən mübahisələri yarandıqda tez-tez Şəfəqi və onun atasını söyüb təhqir etmiş, Şəfəqə “Qurban olasan anama” deməklə onun ləyaqətini alçaltmış, aprel ayının 28-də sərxoş halda evə gəlib üstündə olan plastik kartları, bir ədəd 50 manatlıq pul əskinasını və siqaretlə alışqanı termonun üzərinə qoyub yatmış, oyananda kartların və pulun orada olmadığını gördüyündən onları oğurlamaqda Şəfəqdən şübhələnmiş, bununla bağlı Şəfəq ilə mübahisə etmiş, Şəfəq küsərək Maarifin əmisi Mailin evinə getmiş, ertəsi gün anası Şəmsiyyə kartları və pulu yerdən tapmasını bildirməklə ona qaytarmış, onların oğurlanmasında anası Şəmsiyyədən şübhələnmiş, Şəfəqi evə qaytarmış, aprel ayının 30-da anası və Şəfəqlə birlikdə Babək rayonunun Şəkərabad kəndində yaşayan nənəsi Şahid20 evinə getmiş, may ayının 1-də orada qalmış, mayın 2-də saat 16:30 radələrində Şəfəqlə birlikdə Anaqut kəndinə gəlmiş, may ayının 3-də Şəfəq ona hamiləlik testinin müsbət çıxdığını bildirmiş, bu zaman Şəfəqlə yenidən Bakıya getmək məsələsində mübahisə yaranmış, bu dəfə də Şəfəqin üstünə qışqıraraq onu söyüb-təhqir etmişdir. Təqsirləndirilən şəxs Şəfəq Heydərovanı 2-3 dəfə döyməsini etiraf etmiş, göstərmişdir ki, 2021-ci il may ayının 4-də günün birinci yarısında atası Mübarizlə mübahisə etmiş, bununla bağlı Şəfəq Heydərova Bakıya getmək məsələsini yenidən ortaya atmış, nəticədə onunla yenə mübahisə etdiyindən əsəbiləşərək evdən çıxmış, çay kənarına gedərək mağazadan aldığı arağı içmiş, atasının telefon zənginə əsasən evə qayıtdıqda onların arasında yenidən söz-söhbət başlamış, sərxoş halda olmaqla anası X9 kəndinə gətirmək məqsədilə axşam saat 8 radələrində əvvəl minik, sonra da yük avtomobilləri ilə Naxçıvan şəhəri istiqamətində getmiş, gecə saatlarında Şəkərabada çatdığından Anaqut kəndinə qayıtmamış və orada gecələmişdir.Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, 5 may 2021-ci il tarixdə səhər saat təxminən 8-9 arası mobil telefonla Şəfəqə zəng vurub atası Qardaşxanı söyməsini ona dediyi üçün mübahisə etmiş, onu nalayiq sözlərlə təhqir etmiş, Şəfəqdən “WhatsApp” proqramı vasitəsilə aldığı “Ölümüm qoy sənə hədiyyə olsun, gedirəm hamınızın həyatınızdan” mesajına əhəmiyyət verməmiş, bunu adi bir söz kimi qəbul etmiş, həmişəki kimi ona nalayiq ifadələrlə cavab yazaraq bir daha Şəfəqi söymüş, onun şərəf və ləyaqətini alçaltmış, bundan sonra Zərərçəkmiş şəxs zəng vurub Şəfəqlə yola gedə bilmədiyini bildirmiş, onun Ordubada gəlib Şəfəqi Bakı şəhərinə aparmasını istəmiş, lakin Şəfəqin atası gələ bilməyəcəyini bildirib, “Özün göndər, gəlsin” demiş, taksi sifariş etmiş, anası Şəmsiyyənin Şəfəqin telefonla danışarkən narahat olduğunu ona bildirmiş, evə çatdıqları zaman Şəfəqin və atası Mübarizin evin çardağında özlərini asaraq intihar etdiklərini bilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 təqsirləndirilən şəxsin təqsirini etiraf etməsinin, əməlindən səmimi peşman olmasının nəzərə alınmasını və məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Heydərova Şəfəq Qardaşxan qızı onun doğma qızıdır. Füzuli rayonunun Dədəli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayır, 2021-ci ilin fevral ayının 20-də əslən Ordubad rayonundan olan Təqsirləndirilən şəxs, onun mərhum atası Mübariz, anası Şəmsiyyə və Bakı şəhərində yaşayan bir neçə nəfər qohumları onun evinə gələrək qızı Şəfəqi Maarif üçün istəmiş, razılıq verdikdən sonra bu ailənin üzvlərinin, o cümlədən Maarifin onlara get-gəli başlamış, təxminən 3-4 gün sonra Binəqədidə yerləşən restoranların birində bu gənc ailə üçün nişan mərasimi keçirilmiş, mart ayının 21-də öz mənzilində oğlan evinin adamları üçün kiçik qonaqlıq təşkil etmiş, bir gün sonra onlar qızı Şəfəqi də özləri ilə Naxçıvana aparmış, özü və qardaşı qızı İlkanə təyyarə ilə Naxçıvana gedərək aprelin 11-də Anaqut kəndinə yaxın bir kənddə keçirilən toy mərasimində iştirak etmiş, toydan təxminən 10 gün sonra Şəfəq ona telefonla zəng edərək gəlib onu Bakıya aparmasını təkid etmiş, səbəbini soruşduqda qaynanasının və əri Maarifin yola vermədiklərini, Maarifin mütəmadi olaraq spirtli içki qəbul edib, sərxoş halda onu döyməsini, təhqir etməsini bildirmiş, Şəfəqin deməsinə görə qaynanası Şəmsiyyə ona böhtan ataraq onu başqa kişilərlə telefon yazışması aparmasında günahlandırmış, Maarif anasının bu sözlərinə inanıb Şəfəqi daima incitmiş, Mübariz və Şəmsiyyə Bakıda olarkən onlarla Şəfəqin toydan 10 gündən çox Anaqutda qalmayacağı və Bakı şəhərinə köçəcəkləri barədə razılığa gəlsələr də, buna əməl etməmişlər, hətta Şəfəqlə Maarifin nikah qeydiyyatına düşməsinə də qəsdən maneçilik törədilmişdir. Zərərçəkmiş şəxs ifadəsində telefon danışığında qızının konkret olaraq daha burada qala bilmədiyini, gəlib Bakı şəhərinə aparmasını təkid etdiyini, Maarifin əmisi Mailə zəng edib əgər yola gedə bilmirlərsə, Şəfəqi Bakıya göndərməsini xahiş etdiyini, Mailin Şəfəqin evlərindən acıq edib onlara gəldiyini və öz şəxsiyyət vəsiqəsini ona verməsini bildirdiyini, Şəfəqi təyyarə ilə Bakı şəhərinə yola salmağa hər zaman hazır olduğunu, lakin gənc ailənin belə tez bir vaxtda dağılmasını istəmədiyi üçün onların ailəsi ilə danışaraq məsələni həll edəcəyinə söz verdiyini, axşam saat 12 radələrində Mailin zəng edərək Maariflə, valideynləri ilə Şəfəqi barışdırdığını bildirdiyini, bir neçə gündən sonra Şəfəqin yenidən zəng edib Maarifin yenə də onu yola vermədiyini deməsini, bu məsələ ilə bağlı Şəfəqin qaynatası Mübarizlə də tez-tez telefonla danışdığını, Mübariz hər dəfə ümid verərək, ailənin sakit yaşaması üçün nə lazımdır edəcəyini vəd etdiyini, aprel ayının 27-də Şəfəqin növbəti zəngindən sonra yenidən Maillə danışdığını, Mailin onların ailəsi ilə söhbət edərək ailədə barışıq əldə etməsini bildirdiyini, lakin qızının hər telefon danışığında Maarifin yenə də sərxoş olub, evdə dava-dalaş saldığını, onu döyübsöydüyünü bildirməsini, toydan bir gün əvvəl, “Xınayaxdı” mərasimində Şəfəqə hədiyyə etdiyi qızıl üzüyü onun qaynanası Şəmsiyyənin öz çantasında gizlədərək guya onu Şəfəqin oğurlaması barədə böhtan atdığını, axtarılarkən üzüyün onun öz anasının çantasından çıxdığını, dəfələrlə qızının arxasınca Ordubada gəlib onu Bakıya aparmaq fikrində olduğunu qaynatası Mübarizə desə də, hər dəfə də Mübarizin yalvar-yaxar edərək yeni ailəni dağıtmamaq üçün hər şeyi yoluna qoyacağına söz verdiyini, lakin oğlu Maarifin Şəfəqə qarşı aqressiv hərəkətlərinin qarşısını ala bilmədiyini, may ayının 5-də gecə saat 00:37-də Mübarizə telefonla zəng edib Şəfəqi incitmələrinin səbəbini soruşduğunu, Mübarizin Şəfəqin heç bir günahının olmadığını, bütün günahların Maarifdə və anası Şəmsiyyədə olmasını dediyini, bundan sonra qızın Anaqut kəndində qalmasının mümkün olmadığını, gəlib onu Bakıya apacağını qəti olaraq dedikdə Mübarizin “Bu dəfə də aparma, mən gedib Şəfəqin ayaqlarından öpəcəyəm ki, bu dəfə də ona şans verim, ailə dağılmasın” dediyini, Mübarizin arvadı və oğlu tərəfindən bu dərəcədə alçaldıldığını düşünüb onun sözlərindən kövrəldiyini, gündüz saat 15:12-də Maarifin əmisi Mailin onun mobil telefonuna zəng edib Şəfəqin və Mübariziz özlərini asaraq ölmələrini bildirdiyini, Maarifin Şəfəqi özündən asılı vəziyyətdə saxladığını, son nəticədə də onun intihar etməsinə səbəb olduğunu göstərmiş, bu hərəkətlərinə görə Maarifin qanunla cəzalandırılmasını tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası X6 ifadələrində mərhum əri Mübariz Məmmədov, oğlu Təqsirləndirilən şəxs və mərhum gəlini X10 ilə birgə yaşadığını, Maarifin 2 ilə yaxın müddətdə Bakı şəhərində yaşamaqla marketdə satıcı işlədiyini, telefonla hər danışığında Maarifə evlənməsini tıklif etdiyini, 2020-ci ilin dekabr ayında Maarifin “Whatsappından” səs yazısı aldığını, həmin səs yazısının onun gələcək gəlini olacaq Şəfəq adlı qız tərəfindən göndərilməsini bildiyini, sonralar oğlu Maarifin həmin qızla mağazada tanış olmasını eşitdiyini, sonralar onların arasında münasibət yaratdığını, onlara ailə qurmağı təklif etdiyini, 2021-ci ilin fevral ayının təxminən 14-15-i Maarifə nişan qoymaq üçün əri Mübarizlə birlikdə Bakı şəhərinə getdiklərini, fevral ayının 19-da Bakı şəhərindəki qohumlarla birlikdə nişan üçün Şəfəqgilin evinə getdiklərini, həmin gün nişan mərasiminın keçirildiyini, 2021-ci ilin mart ayının 24-də Mübarizin qız toyu üçün Bakı şəhərinə getdiyini, bir gün sonra Mübarizin Maarif və Şəfəqlə birlikdə təyyarə ilə Bakıdan Naxçıvana gəldiklərini, aprel ayının 11-də Vənənd kəndində yerləşən “Xançinar” şadlıq sarayında Maarifə toy etdiklərini, toydan sonra birlikdə yaşadıqlarını, Mübarizin və oğlu Maarifin spirtli içkilər qəbul etdiklərini, onların tez-tez mübahisə etdiklərini, Mübarizin hər bir işə əsəbiləşdiyini, bu zaman həm ona, həm də Maarifə qarşı çox nalayiq söyüşlər söydüyünü, aprel ayının 30-u axşamüstü Maarif və Şəfəqlə birlikdə Babək rayonunun Şəkərabad kəndində yaşayan anası Rahiləgilə getdiklərini, gecəni onlarda qalaraq ertəsi gün əri Mübarizin də Şəkərabada gəldiyini və mədə-bağırsaq xəstəliyindən əziyyət çəkdiyi üçün həmin gün təxminən saat 09-10 radələrində anası və əri ilə birlikdə Naxçıvan MR Mərkəzi xəstəxanasına getdiklərini, həkimin müalicə təyin etdiyini, Mübarizin Anaqut kəndinə qayıtdığını, onlarınsa may ayının 2-dək Şəkərabadda qaldıqlarını, mayın 2-də Maarifin və Şəfəqin Anaqut kəndinə qayıtdıqlarını, Maarifin mayın 4-də saat 18 radələrində onun mobil telefonuna zəng vurub “Ana, gəlim səni evimizə aparım” dediyini, təxminən saat 23:00 radələrində Şəkərabada gəldiyini, lakin gec olduğundan Anaqut kəndinə qayıtmadıqlarını, oğlunun deməsinə görə onların Anaqut kəndindəki evlərində yemək təşkil etdikdən sonra Mübarizlə Maarif arasında mübahisə yarandığını, atasının Maarifi evdən qovduğunu, saat 23:55 dəqiqədə Mübarizin onun mobil telefonuna zəng vuraraq Maarifi söyüb-təhqir etdiyini, mayın 5-də səhər 08:30 radələrində yuxudan oyanıb səhər yeməyi yediklərini, bu zaman Mübarizin zəng vurub Maarifin ünvanına nalayiq sözlər dediyini, nə onun, nə də Maarifin kəndə qayıdacağı təqdirdə onları evə buraxmayacağı ilə hədələdiyini, Mübarizi sakitləşdirməyə çalışdığını, saat 11:30-dan sonra Mübarizin yenidən ona zəng edərək səhər saatlarında Şəfəqin günorta yeməyi üçün ondan ərzaq məhsulları almağı xahiş etdiyini, pomidor, kolbasa və meyvə şirəsi alaraq evə dönərkən Şəfəqin evdə olmadığını bildirdiyini, təxminən 30-35 dəqiqə sonra Mübarizin yenidən na zəng vurub Şəfəqin yaşadıqları evin damında özünü asaraq öldürməsini bildirdiyini, ərinin danışığından sərxoş olmasını hiss etdiyini, bu barədə Maarifə heç nə demədiyini, taksi ilə Anaqut kəndinə qayıtdıqlarını, yolda hərəkətdə olarkən qaynı Şahid3 ona zəng vurub həm Mübarizin, həm də Şəfəqin evin damında özlərini asaraq ölmələrini bildirdiyini, kəndə çatdıqda evin yanında xeyli camaatın toplaşdığını gördüklərini göstərmişdir. Şəmsiyyə Məmmədova ifadələrində bildirmişdir ki, sonuncu dəfə - 4 may 2021-ci il tarixdə saat 23:00 radələrində Şəfəq ona ‘WhatsApp’ vasitəsilə yazaraq bildirmişdir ki, Maarif nə üçün onu evdə tək qoyaraq Şəkərabada - nənəsigilə gəlmişdir, Maariflə onun münasibətləri artıq qurtardı, bunun müqabilində Şəfəqə təsəlli verərək gecəni yatmasını təklif etmiş, Şəfəq mayın 5-də səhər saatlarında ona ‘WhatsApp’ vasitəsilə “Hər şeyə, kasıbçılığa, xəstəliyə, aclığa dözərəm, amma bu söyüşlərə, təhqirlərə, döyülməklərə dözə bilmirəm,... “Oğlun məni intihar həddinə gətirdi, bilirdiz nələr yaşamışam, burada olanlar faciədir, dediniz döz, heç kimə demə, yaxşı olacaq...” mesajlarını yazmış və ondan halallıq istəmiş, həmin mesajları oxusa da yazılanları ciddi qəbul etməmiş, ona “Sən dinmə, özüm gəlib hər şeyi qaydasına qoyacağam”mesajını yazdığını, mobil telefonunun yaddaşı az olduğundan bütün mesajları sildiyini bildirmişdir. Şəmsiyyə Məmmədova ifadələrində Maarifin spirtli içki qəbul etdiyini, sərxoş vəziyyətdə olarkən həmişə ailədə problem yaratdığını, Maarifin aprel ayının sonlarında Şəkərabad kəndinə dayısıgilə getdiyini, aprel ayının 28-i gecə vaxtı Anaqut kəndinə evə qayıtdığını, səsini eşidib yuxudan oyandığını, onun sərxoş vəziyyətdə olduğunu, yataq otaqlarına gedib yatdığını, bir azdan Maarifin həyətə çıxaraq pulunun yoxa çıxdığını bildirməsini, pulun oğurlanmasında Şəfəqdən şübhələndiyini, buna görə onların arasında mübahisə yarandığını, Maarifin daha da qızışaraq evdə səs-küy salmağa başladığını, səsə qaynı Mailin də onların evinə gəldiyini, Şəfəqin bir daha bu evdə qalmaq istəmədiyini bildirməsini, Maillə birlikdə gecə vaxtı piyada onların evinə getdiyini, bundan sonra Maarifin “Onda pulum anamdadır” dediyini, səhər tezdən saat 5 radələrində həyətə çıxarkən yerdə daş döşəmənin üzərindən bir ədəd 50-lik pul əskinası tapdığını, onun Maarifin pulu olmasını güman etdiyini, pulu özündə saxladığını, evin salonunda da əlavə 2 ədəd plastik kart tapdığını, Maarif yuxudan duranda pulu və plastik kartları ona verdiyini, evdə başverən mübahisələr zamanı Mübarizin həmişə Şəfəqin tərəfini saxladığını, spirtli içki qəbul edərək evdə narahatlıq yaratmasına görə Maarifi həmişə günahkar hesab etdiklərini, Maarifin içkili olduqda Şəfəqi təhqir etdiyini, toylarından sonra Maarifin 2-3 dəfə Şəfəqi döyüb, yəni sillə ilə Şəfəqin üzündən vurmasının şahidi olduğunu, 2021-ci il aprel ayının 21-də Maariflə onun dostu İsrafilin savaşdıqlarını sonradan eşitdiyini, bu zaman qaynı Mailin oğlu Turqutun xəsarət aldığını, Maarifin evdə hüquqazidd hərəkətlərə yol verməsi ilə bağlı Mübarizin bir dəfə rayon polis şöbəsinin sahə müvəkkili, onun əmisinin nəvəsi Şahid23 müraciət etdiyini, Aqilin müraciətə baxılması üçün valideynlərdən birinin ərizə yazmalı olduğunu bildirdikdə Şəfəqin buna razılıq vermədiyini, belə ərizənin yazıldığı təqdirdə Maarifin tutulacağından ehtiyat etdiyini, bir dəfə də Mübarizin kəndin keçmiş sahə müvəkkili Nihada Maarifin içib evdə dava yaratmasına görə müraciət etdiyini, sahə müvəkkilinin məsələni yoluna qoymaq üçün onlar arasında barışıq yaratdığını, toydan əvvəl Şəfəqə qızıl-zinət əşyaları almaq üçün Naxçıvan şəhərinə gedərkən Şəfəqin qızıl məmulatlarının alınmasını istəmədiyini, bu pulla Maarifi müalicə etdirməyi, ona çox ucuz qiymətə gümüş materialından olan zinət əşyalarını almağı təklif etdiyini, Maariflə Şəfəqin arasında baş verən mübahisələr zamanı Maarifin onu təhqir etsə də, çox az hallarda onu vurduğunu, bu səbəbdən də Şəfəqin intihar edəcəyini gözləmədiklərini, Şəfəqin meyitinə baxış keçirərkən sol ayağında aşkar edilmiş göyərmə izlərinin onun evdə xalça yuyarkən dizini yerə çırpması nəticəsində yarandığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs əmisi Şahid3 hadisə yerinə baxış keçirilməsində iştirak etmiş, 5 may 2021-ci il tarixdə saat 12 radələrində Anaqut kəndindəki mağazada olarkən qardaşı Mübarizin onun mobil telefonuna zəng edərək gəlini Şəfəqin özünü asaraq ölməsini bildirdiyini, bundan az əvvəl isə Mübarizin onun arvadı Nəzakətin mobil telefonuna zəng edib Şəfəq Heydərovanin onlara gəlib-gəlməməsini soruşduğunu, Nəzakətlə birlikdə Mübarizgilin evinə getdikdə evdə heç kimin olmadığını gördüyünü, Mübarizi və Şəfəqi axtarmaqla evin yan tərəfində divara söykənmiş taxta nərdivanla çardağa çıxdığını, qardaşı Mübarizin şiferin stropilasından boğaz nahiyyəsindən mavi rəngli elektrik naqili vasitəsilə asılı vəziyyətdə olmasını gördüyünü, Şəfəqinsə yerdə arxası üstdə hərəkətsiz və səssiz olaraq uzandığını müşahidə etdiyini, Mübarizin çox zəif səslə xırıldamasını eşitdiyini, ağzından köpük axmasını gördüyünü, onun boynundakı naqili dərhal açmaqla qardaşının bədənini yerə endirdiyini, əlləri ilə onun ürək nahiyyəsini masaj etdiyini, nəbzini yoxladıqda Mübarizin ölməsini hiss etdiyini bildirmişdir.2021-ci ilin mart ayının sonlarında mərhum qardaşı Mübarizlə onun arvadı Şəmsiyyə oğulları Maarifi evləndirmək üçün Bakı şəhərinə elçilik və nişan mərasiminə getmiş, orada Maariflə evlənəcəyi Şəfəq Heydərovanın nişan və toy mərasimini keçirib, mart ayının sonunda Şəfəq Heydərova ilə birlikdə Anaqut kəndinə qayıtmış, aprel ayının 11-də Maariflə Şəfəqə toy ziyafəti keçirilmiş, aprel ayında Maarif sərxoş halda bir dəfə onun evinə gələrək atası Mübarizin sərxoş vəziyyətdə dava edib, gəlinin yanında açıq-saçıq nalayiq söyüşlər söyməsini demiş, həmin gün axşam Maariflə birlikdə onlara gedərək qardaşı Mübarizlə söhbət etmiş, ona belə hərəkətlər etməməsini, söyüş söyməməsini tövsiyyə etmiş, qardaşı cavabında Maarifin tez-tez spirtli içkilər içib evə sərxoş gəlməsini, sərxoş olanda ailəsi ilə normal davranmamasını bildirmiş, söhbətdə iştirak edən gəlin Şəfəq Heydərova da Maarifin psixi xəstə kimi davranmasını, onun müalicəyə ehtiyacının olmasını bildirmiş, ertəsi gün Mübariz maşın tutub Maarifi Naxçıvan şəhərində yerləşən hərbi hospitala nevropotoloq həkimin yanına aparmış, həkim Maarifə bir aylıq müddətə ambulator müalicə yazmış, həm də Maarifə onun beynində tibbi problem var deyə qəti olaraq içki içməyi qadağan etmiş, hospitaldan qayıdandan bir neçə gün fasilə versə də, sonradan Maarifin yenə də spirtli içkilər qəbul etməyə davam etmiş, Şəfəq Heydərova onların evinə gələndə belə yaşamağın mümkün olmadığını, çıxıb Bakıya – ata evinə gedəcəyini bildirmiş, məsələni araşdırmaq üçün aprel ayının 28-də, yaxud 29-da axşam Mübarizin evinə getmiş, Şəfəq psixoloji problemi olduğuna görə Maarifdən narazı olmasını, hətta onunla bir yerdə yaşamaq istəməməsini, Bakı şəhərinə təyyarə bileti almaq üçün şəxsiyyət vəsiqəsini ona vermək istədiyini bildirmiş, qardaşı Mübarizə “Getmək istəyirsə, qalması üçün çox təkid etməyin, buraxın çıxıb getsin”- deyə müraciət etmiş, bu zaman Mübarizin Şəfəqə təsəlli verərək hər şeyin yaxşı olacağını bildirmiş, Şəfəq cavabında Mübarizə “Çox şey var ki, açıb deyə bilmirəm”- demiş, nəyi açıb deyə bilməməsi bu zaman ondan sorğu edilməmiş, həmin gün Mübarizin arvadı Şəmsiyyə evdə olmamış, onun ailə daxilində yaranmış narazılığa görə evdən küsüb Babək rayonunun Şəkərabad kəndinə - atası evinə getməsini eşitmiş, çölə çıxanda Mübarizə oğlu Maarifin yanında “Gəlin getmək istəyirsə, qoyun çıxıb getsin, saxlamayın, qız deyir ki, əgər getməsəm, özümə qəsd edəcəyəm, hətta dedi ki, özümü dağdan atacam, ağacdan asacam, qoyun getsin, sonra Maariflə araları düzələr, bəlkə ondan sonra bir yerdə yaşayarlar”- deyərək onlardan ayrılmış, Mübariz “Qoymaram getsin, hələ gözləsin” cavabını vermiş, bu cavabdan sonra “Bu sizin ailə probleminizdir, daha özünüz bilərsiniz, ancaq belə getsə başınıza bəla olar, yaxşı nəticə olmaz”- deyə onlara son xəbərdarlıq etmiş, həmin gün evə qayıdandan sonra Şəfəqin Bakıda yaşayan atası Zərərçəkmiş şəxs mobil telefonla zəng edib qızının yaşadığı evdə vəziyyətin problemli olmasını, Şəfəqin Bakıya qayıtmaq istəməsini atasına bildirmiş, Qardaşxan Şəfəqin Bakıya gəlmək fikri varsa, təyyarəyə bilet pulunu poçtla göndərməyi vəd edərək onu Bakıya yola salmasını xahiş etmiş, Qardaşxana Mübarizlə danışmasının daha yaxşı olacağını ona təklif etmiş, Mübarizlə qızın atası Qardaşxan danışdıqdan sonra evdə sakitlik yaranmış, Mübariz, oğlu və gəlini ilə may ayının 3-də onlara gəlmiş, həmin müddətdə Şəfəq Bakıya getmə istəyi barədə söhbət açmamış, mayın 4-də axşamüstü Maarif onun işlətdiyi ərzaq mağazasına gəlib atası Mübariz üçün araq istəmiş, arağı alıb getdikdən sonra Mübarizlə mobil telefonla danışarkən onun araq istəməməsini, Maarifi pomidor-xiyar almaq üçün mağazaya göndərməsini bildirmiş, həmin gecə Maarifin maşın tutaraq Naxçıvana- Şəkərabad kəndinə nənəsi Rahiləgilin evinə gedərək gecəni orada qalmasını sonradan bilmiş, may ayının 5-də saat 11 radələrində mağazaya gələndə qardaşı Mübarizlə görüşmüş, Ordubad şəhərindən gətirdiyi malları mağazaya endirməyə ona kömək etmiş, qazlı içki, pomidor və xiyar alıb evinə getmiş, gedəndən təxminən bir saat sonra mağazanın qarşısında olarkən Mübariz onun mobil telefonuna zəng edərək Şəfəqin özünü asmasını bildirmiş, dərhal evinə gedib arvadı Nəzakətlə birlikdə Mübarizgilə getmiş, evə daxil olanda heç kimin orada olmadığını görmüş, evin arxa tərəfinə keçib axtarmış, evin divarına söykənmiş taxta nərdivanla çardağa qalxmış, qardaşı Mübarizi göy rəngli plastik şunurla damın tavan dirəyindən asılı vəziyyətdə, Şəfəqi yerdə hərəkətsiz vəziyyətdə uzanmış halda görmüş, Mübarizə yaxınlaşanda onun çox zəif səslə xırıldamısını eşitmiş və ağzından köpük sızdığını müşahidə etmiş, onun boynundakı şunuru açaraq yerə endirmiş, ürək nahiyəsinə əlləri ilə masaj etmiş, nəbzini yoxlamış, lakin onun artıq öldüyünü yəqin etdikdən sonra mağazanın qarşısına gedərək baş vermiş hadisə haqqında polis orqanına məlumat vermişdir. 3 il bundan əvvəl qardaşı Mübarizin sol qolunu kəsərək intihara cəhd etdiyini, lakin ona ilk tibbi yardım edilməklə xəstəxanada buna görə müalicə alaraq sağaldığını, təxminən 5-6 il əvvəl özünü asmaqla öldürmək istəməsini, lakin arvadı Şəmsiyyənin bunun qarşısını aldığını, Mübarizin və Maarifin spirtli içki içən vaxtı onların ailəsində problemlərin olduğunu, Maarifin Şəfəqi təhqir etməsinin dəfələrlə şahidi olmasını, Mübarizin Şəfəqin atası Qardaşxana ailənin problemlərini aradan qaldıracağına söz verməsinə baxmayaraq, buna əməl edə bilmədiyi üçün abırhəyasına qısılaraq özünü asmasını güman etdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs əmisi oğlu Şahid1 da cinayət işi üzrə şahid qismində dindirilmiş və ifadəsində göstərmişdir ki, atası Mail Məmədova məxsus rayonun Anaqut kəndində yerləşən ərzaq mağazasının işlədilməsində ona köməklik edir, Maariflə uşaqlıq dövrləri bir evdə keçmiş, sonradan baba evində onlar qaldığı üçün əmisi Mübariz özü üçün başqa yerdə (hadisənin baş verdiyi) ev inşa etmiş, Maarif uşaqlıqdan ailənin tək övladı olduğu üçün çox ərköyün böyümüş, o əvvəl Türkiyədə, sonra isə Bakı şəhərində yaşayaraq işləmiş, 2-3 aydan bir “WhatsApp” proqramı vasitəsilə Maariflə yazışmış, 2021-ci ilin mart ayının 11-də işləmək üçün Bakı şəhərinə getsə də, müvafiq iş tapa bilmədiyindən yenidən Anaqut kəndinə qayıtmış, Bakıda olduğu müddətdə X20 qız toyu qonaqlığı keçirilmiş, qonaqlıqdan sonra Maarifgil Ordubada qayıtmış, aprel ayının 11-də o da təyyarə ilə Bakıdan Naxçıvana uçmuş, həmin gün Ordubad rayonunun Vənənd kəndindəki “Xan Çinar” restoranında toy mərasimi keçirilmiş, bu zaman Maarifin yaxınları arasında münaqişə yaranmış, sərxoş vəziyyətdə olan şəxslər savaşmış, aprel ayının 12-də əmisi Mübarizgilin həyətinə yemək yeməyə getmiş, günorta saatlarında Maarifin evin arxası ilə harasa getdiyini görmüş, sərxoş olduğu üçün evdəkilər dava edəcəyindən ehtiyatlanıb onun arxasınca getməsini xahiş etmiş, Maarifin getdiyi istiqamətdə hərəkət edərkən onun yanında kənd sakini İsrafilin də olduğunu görmüş, bu zaman Maarif İsrafili nalayiq ifadələrlə söyüb təhqir etmiş və sillə ilə vurmağa çalışmış, Maarifə söyüş söyməməsini bildirdikdə əli ilə onu itələmiş, bu zaman Maarifin əli onun burnuna dəymiş, burnu qanamış, Mübariz əmisi gələrək onu çeşməyə aparmış, burada burnunun qanını yumuş, ertəsi gün burnu ağrıdığı üçün xəstəxanaya gedib həkim müayinəsindən keçmiş, polis sahə müvəkkili Şahid9 ona telefonla zəng vurub hadisə barədə maraqlanmış, Mübariz əmisi və Maariflə birlikdə kənd sahə məntəqəsində Şahid9 ilə görüşmüş, bu zaman Maarifdən şikayətinin olmamasını bildirmiş, özünü zərərçəkmiş şəxs hesab etməmiş, hazırda da burnunun yaralanmasında əmisinin oğlu Maarifdən şikayəti yoxdur. Şahid1 ifadəsində əmisinin ailəsində adətən münaqişələrin tez-tez baş verdiyini, Mübariz əmisi ilə oğlu Maarifin müntəzəm olaraq sözləşdiklərini, onların hər ikisinin spirtli içkilərə meyilli olduqlarını, toy mərasimindən sonra hər şeyin daha yaxşı olacağını düşündüyünü, Şəfəqin evli olduğu müddətdə 2-3 dəfə onların evinə qonaq gəldiyini, bir dəfə ailəsində baş verən problemlə bağlı onlara gəldiyini, həmin gecəni onlarda qaldıqdan sonra ertəsi gün səhər saatlarında Maarifin anası Şəmsiyyə ilə birlikdə gələrək Şəfəqi evlərinə apardıqlarını, bu zaman Şəfəqin onlarla getmək istəmədiyini, axşam Mail əmi işdən dönərkən onunla gedəcəyini bildirdiyini, Mübariz əmisinin də həmin gün səhər saatlarında onlara gələrək söhbət zamanı ailəsində baş verənlərlə bağlı artıq bezdiyini, özünü öldürmək istəməsini dediyini, Şəfəqin də həmin gün özünü öldürmək haqqında düşündüyünü bildirməsi ilə əlaqədar ona təskinlik verdiyini, bu hərəkətin yanlış olmasını ona başa salmağa çalışdığını, Şəfəqin bir-biriləri ilə savaşdıqları zaman nalayiq ifadələr işlətməyini Maarifin özündən də eşitdiyini, evləndikdən sonra yoldaşı Şəfəqlə mehriban yola getmədiklərini bilsə də, ailədaxili münaqişəsi olduğundan heç nə edə bilmədiyini, əgər bir-birini sevib evləniblərsə, yəqin ki qısa müddətdə barışıb yola gedərlər – deyə düşündüyünü, may ayının 5-də günorta saatlarında kəndin mərkəzi deyilən meydanda olduğu müddətdə dayısı Xəzərin ona tərəf sürətlə gəldiyini görmüş, Mübariz əmisinin zəng vurub gəlini Şəfəqin özünü asmasını qardaşı Mailə bildirməsini, ata-anasının Maarifgilə getməsini gördüyünü, eyni zamanda əmisi Mübarizin də özünü asaraq ölməsini müşahidə etdiklərini, hadisə yerinə polis və prokurorluq əməkdaşlarının gəldiyini və baş vermiş hadisəni araşdırdıqlarını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs əmisi Şahid3 arvadı Şahid5 şahid qismində dindirilərkən ifadəsində qaynının oğlu Maarifin içki içən insan olduğunu, onun Bakı şəhərində 2021-ci ilin fevral ayında Şəfəq adlı qızla nişanlandığını, mart ayının 21-də Şəfəqgilə bayram xonçası aparıldığını, martın 23-də Mübarizin və Maarifin Şəfəqlə birlikdə Bakı şəhərindən Anaqut kəndinə gəldiklərini, Şəfəqi ilk dəfə bu zaman gördüyünü, onun mehriban bir insan olduğunu, aprel ayının 11də Maariflə Şəfəqin toy məclisinin olduğunu, Anaquta gəldikdən sonra Şəfəqlə Maarif arasında problemlərin yaranmağa başladığını, Mübarizin dəfələrlə onun əri Mailə zəng vurub evdə söz-söhbət yarandığı üçün böyük qardaş kimi onu öz evlərinə dəvət etdiyini, Mailin əksər vaxtlarda Mübarizgilə gedib onların evində sakitlik yaratdığını, yaranan problemlərin əsas səbəbinin Maarifin içki içməsinin olduğunu, aprel ayının təxminən son günlərinin birində Şəfəqin gecə vaxtı onlara gəldiyini, Maarifin yenə içki içib evlərində dava saldığına gğrə Şəfəqin onlara gəlməsini dediyini, Şəfəqin başını stolun üstünə qoyaraq ağladığını, Maariflə yola gedə bilmədiyi üçün artıq Bakıya getməyə qərar verdiyini, bunu öz atasına deyəcəyini bildirdiyini, gecəni onlarda qalaraq saat təqribən 18:00-19:00 arası Mübarizgilin evinə qayıtdığını, may ayının 5-də saat 11 radələrində Mübarizin onların mağazasına gələrək xiyar, pomidor, kontur və meyvə şirəsi alıb öz evlərinə getdiyini. saat 11:58-də zəng vurub Şəfəqin onlara gəlib-gəlməməsini soruşduğunu, Şəfəqin evdə olmadığını dediyini, bunu əri Mailə bildirmək üçün mağazaya getdiyini, bu zaman Mailin Şəfəqin özünü asdığını dediyini, mağazanı bağlayaraq Mübarizgilin evinə getdiklərini, evin damında Mübarizin və Şəfəqin özlərini asaraq intihar etdiklərini gördüyünü, Şəfəqin Maariflə yola gedə bilmədiyi üçün intihar etməsini, Mübarizin isə Şəfəqi vaxtında Bakıya göndərmədiyinə görə Şəfəqin intihar etməsinə görə utanıb özünü asdığını düşündüyünü göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dırnıs kənd bələdiyyəsinin sədri Şahid7 ifadəsində göstərmişdir ki, Dırnıs kənd bələdiyyəsi eyni zamanda rayonun Anaqut kəndini də əhatə edir, Anaqut kənd sakini Mübariz Məmmədov və onun arvadı Şəmsiyyə 2021-ci ilin mart ayında Novruz bayramı ərəfəsində Bakıya getmiş, orada yeganə oğulları olan Maarifə nişan mərasimi və qız toyu keçirdikdən sonra Anaqut kəndinə gəlmiş, gəlinləri – Şəfəqi də kəndə gətirib aprel ayının 11-də Vənənd kəndindəki “Xançinar” şadlıq evində toy etmiş, həmin toyda iştirak edib, yeni qurulan ailəni təbrik etmiş, toydan bir neçə gün sonra, aprel ayının 23-də axşamüstü polis şöbəsinin Dırnıs kəndi üzrə sahə inspektoru Nihad adlı polis işçisi zəng edərək Mübariz Məmmədovun müraciət edərək ailələrində hansısa problemin olduğunu bildirmiş, birlikdə həmin ailəyə getmiş, Mübariz oğlu Maarifin iki gündür ki mütəmadi olaraq spirtli içki qəbul edib evdə narahatlıq yaratdığını bildirmiş, sahə inspektorundan Maarifi bu hərəkətlərinə görə cəzalandırmasını xahiş etmiş, onların hər ikisi ilə birlikdə geniş söhbət edərək tərəflər arasında barışıq əldə edilmiş, may ayının 5-də, eşidəndə ki, Mübarizin gəlini özünü asıb, Mübariz də onun arxasınca eyni qaydada intihar edib, Mübarizin el arasında rüsvay olmamaq üçün özünü öldürmək qərarına gəlməsini güman edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bağırzadə X17 sakini Mübariz Məmmədovun bu ilin aprel ayının 5-7-si arası Anaqut kəndində ona müraciət edərərk oğlu Maarifə toy etmək istədiyini, pandemiya şəraitində toy mərasimlərinin necə keçirilməsi haqqında soruşduğunu, toyun Vənənd kəndində yerləşən “Qoşa çinar” şadlıq sarayında keçirildiyini, toya dəvət edilmədiyini, toyun ertəsi günü aprel ayının 12-də Dırnıs kənd camaatından Maariflə Şəfəqin toyunda dava düşdüyünü eşitdiyini, Mübarizdən toyda baş verən davaya görə kimdənsə şikayətçi olub-olmadığını soruşduğunu, onun heç kimdən şikayəti olmadığını bildirdiyini, həmin gün axşam saatlarında kənd camaatından Maariflə dostu - Dırnıs kənd sakini İsrafil arasında dava baş verməsini eşitdiyini, bu barədə maraqlandıqda Maariflə İsrafil mübahisə edərkən əmisinin oğlu Turqutun araya keçib onları sakitləşdirmək istərkən Maarifin əlinin Turqutun burnuna dəyərək yaralandığını müəyyən etdiyini, aprel ayının 13-də səhər saatlarında Ordubad Rayon Polis Şöbəsinin növbətçi hissəsindən Turqut Məmmədovun bədən xəsarəti ilə xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olmasının bildirildiyini, məsələni qabaqcadan bildiyi üçün heç bir problem olmadığını, sadəcə Turqutun əmioğlusu Maarifin əlinin onun burnuna dəydiyini və buna görə də burnunun qanadığını növbətçi hissəyə bildirdiyini, axşam saatlarında Turqutla görüşdükdə onun sadəcə burnu ağrıdığından xəstəxanaya müraciət etməsini bildirdiyini, Maarifin onu qəsdən vurmadığından, eləcə də əmioğlu olduqlarından ondan heç bir şikayətinin və tələbinin olmadığını bildirdiyini, aprel ayının 23-də Mübarizin mobil telefonla ona zəng edərək oğlu Maariflə əlaqədar görüşmək istədiyini bildirdiyini, Maarifin harada olması haqqında maraqlandıqda onun rayonun Kələki kənd sakini olan dostu Şahid8 ilə bir yerdə olmasını yəqin etdiyini, Sümərin mobil telefonuna zəng edib Maarifi soruşduğunu, birlikdə Naxçıvandan kəndə tərəf gəldiklərini öyrəndiyini, Dırnıs bələdiyyəsinin sədri Şahid7 də zəng edərək ona Mübarizin zəngi barədə məlumat verdiyini, birlikdə Mübarizin şikayətini dinləməyi təklif etdiyini, Mübarizlə görüşdükdə oğlu Maarifin Naxçıvanda – Şəkərabadda sərxoş halda kiminləsə savaşıb, mübahisəsi olub, indi kəndə gəldiyini, gəlib burada da onunla savaşacağından qorxmasını bildirdiyini, elə bu anda Maarifin də gəlib çıxdığını və atasının onunla söhbət etməsini gördüyünü, hərəkətlərindən möhkəm sərxoş olmasını hiss etdiyini, atasına müraciət edib “Sən necə atasan ki, məni polisə vermisən?” deyə soruşduğunu, Mübarizin cavabında onu polisə vermədiyini, sadəcə onun bu hərəkətlərinin qarşısını almaq üçün onlardan kömək istəməsini bildirdiyini, Maarifin atasının sözlərindən sonra daha da qızışdığını və əsəbiləşərək əmisi Mailin evinə getdiyini, bələdiyyə sədri Şahid7 Maarifin arxasınca getdiyini, Maariflə nə mövzuda söhbət etdiklərindən onun məlumatının olmadığını, 10-15 dəqiqədən sonra Mürsəl müəllimin gələrək ata-bala arasında barışıq əldə olunmasını, Maarifin bir daha spirtli işki qəbul etməyəcəyinə və atasını narahat etməyəcəyinə söz verməsini vət etdiyini, Mübarizdən istəyirsə Maarifin sərxoş halda ictimai qaydanı pozmasını rəsmiləşdirməyi təklif etdiyini, bu halda onun məcburi müalicəyə göndərilməsinin lazım gələcəyini xatırlatdığını, Mübarizin bir ata kimi bununla razılaşmadığını, may ayının 5-də nahar fasiləsi vaxtında Ordubad rayon polis şöbəsinin Dırnıs kənd ərazisi üzrə polis sahə inspektoru Şahid31 onun mobil telefonuna zəng edib Anaqut kəndində həm Mübarizin, həm də onun gəlini, yəni Maarifin arvadının özünü asaraq ölmələrini bildirdiyini, Maarifin 2017-2018-ci illərdə Anaqut kəndində hansısa toy mərasimində sərxoş vəziyyətdə narahatlıq yaratmasını eşitdiyini, lakin barəsində heç bir şikayət daxil olmadığı üçün həmin məsələ ilə bağlı araşdırmanın aparılmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ordubad rayon icra hakimiyyəti başçısının Dırnıs kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini icra edən Şahid10 ifadəsində Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra işləmək üçün atasının yanına Türkiyə Respublikasına, daha sonra isə Bakı şəhərinə getdiyini, kənd ərazisində çox az müddətdə yaşadığını, 2021-ci ilin aprel ayında Maarifin toy mərasiminin keçirildiyini, həmin toy mərasimində iştirak etdiyini, toydan təxminən biriki həftə sonra Mübariz Məmmədovun ona zəng vurub Dırnıs kəndinin sahə müvəkkili Şahid9 əlaqə nömrəsini soruşduğunu, Nihadla birlikdə onun da Mübarizgilin evlərinə gəlmələrini istədiyini, Mübarizdən hansısa problemin olub-olmaması barədə soruşduqda Maarifin spirtli içki qəbul etməklə evdə dava-dalaş salmasını bildirdiyini, Vənənd kəndində olduğu üçün onlara gedə bilməyəcəyini, sahə müvəkkilinin mobil telefon nömrəsini Mübarizə verdiyini, ertəsi gün sahə müvəkkilinin Dırnıs kənd bələdiyyəsinin sədri Şahid7lə birlikdə Mübarizin müraciətinə yerində baxıb problemin həlli üçün tədbilər görülməsini eşitdiyini, 5 may 2021-ci il tarixdə Ordubad şəhərində İcra hakimiyyətində keçirilən iclasdan çıxıb Dırnıs kəndinə qayıdarkən Mübarizin və gəlini Şəfəqin özlərini asaraq intihar etdiklərini eşitdiyini, Mübarizin ona oğlunu nigah qeydiyyatına almaq üçün telefonla zəng edib ailə tərkibi haqqında arayış almaq almaq fikrində olduğunu, lakin sonradan bu məqsədlə icra nümayəndəliyinə gəlmədiyini, Maariflə Şəfəqin rəsmi nikah qeydiyyatından keçmədiklərini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 ifadəsində bacısı Şahid5 həmkəndlisi Şahid3 ilə ailə həyatı qurduğunu, Mailin qardaşı X5 yaxından tanımadığını, Maarifin İstanbuldan qayıtdıqdan sonra Bakı şəhərində işlədiyini, orada nişanlandıqdan sonra nişanlısı ilə birlikdə Anaqut kəndinə gəldiklərini, 2021-ci ilin aprel ayının 11-də toy etdiklərini, toydan sonra ara sıra Maarifi və Mübarizi kəndin körpüsü adlanan ərazidə görduyünü, may ayının 5-də saat 12 radələrində Mailin mağazasının qarşısında durub onunla söhbət etdikləri vaxt onun telefonuna zəng gəldiyini, telefonu açıb danışdıqdan sonra onun əsəbiləşərək telefonu yerə çırpdığını, Mübarizin gəlini Şəfəqin özünü asaraq intihar etməsini dediyini, Maarifin qonşusu Müsaməddinin evinin yaxınlığında bacısı Nəzakəti gördüyünü, ondan Mübarizin də özünü asaraq intihar etməsini eşitdiyini, Maarifin tez-tez spirtli içki qəbul etdiyini, kənd ərazisində, yolda yeridiyi zaman uzaqdanda olsa onun sərxoşluğunun aydın göründüyünü, baş vermiş hadisədən sonra kənd sakinlərinin danışığından Şəfəq Heydərovanın intihar etməsinin səbəbinin əri Maarif və qaynanası Şəmsiyyə ilə yola gedə bilməməsinin olmasını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ordubad rayon polis şöbəsinin baş polis sahə inspektoru Şahid23 şahid qismində dindirilmiş və ifadəsində Təqsirləndirilən şəxs anası Şəmsiyyə Məmmədovanın onun anası Naibənin əmisi qızı olduğunu, onlarla yaxın münasibətinin olmadığını, 2021-ci il aprel ayının əvvəllərində Şəmsiyyənin əri Mübarizlə Ordubad bazarında görüşərkən oğlu Maarifə toy edəcəyinə görə rayon polis şöbəsindən icazə almaq üçün rayona gəldiyini bildirdiyini, sonradan toy etmək üçün cəmi 40-50 nəfərə icazə aldığını, 5-10 nəfər artıq adam olarsa problem olub olmayacağı ilə maraqlandığını və onu da toya dəvət etdiyini, aprel ayının 11-də Vənənd kəndindəki restoranda toy mərasimində iştirak etdiyini, yarım saat toyda iştirak edərək restorandan erkən çıxıb evimə getdiyini, restorandan çıxandan sonra toyda olan qohumların ona zəng vurub restoranın həyətində dava olmasını dediklərini, Vənənd kəndinin sahə inspektoru Şahid31 zəng vuraraq bu barədə onu xəbərdar etdiyini, Orxanın restoranın yanında olduğunu və zərurət yaranarsa, lazımi tədbir görəcəyini bildirdiyini, aprel ayının sonlarında Mübarizin zəng edib Maarifin Şəkərabad kəndində dayısı Səxavətgilin evlərində narahatçılıq yaratmasını bildirdiyini, Maarif ona kəndə gəlib əmisini və əmisi oğlunu döyüb, söyəcəyi kimi ifadələr işlətməsini dediyini, bir qohum kimi, imkan olarsa, Babək rayonundan tanış polislərlə məsələnin həlli üçün danışmasını xahiş etmiş, 2-3 dəqiqə sonra Mübarizin yenidən zəng vurub heç kimə heç nə deməməsini, yalnız Maariflə danışmasını xahiş etdiyini, Mübarizin Maarifin “göy Niva” ilə şəhərə getməsini dediyini, həmin avtomobilin sürücüsünün kim olduğu ilə maraqlanaraq onun Kələki kənd sakini Sümər adlı şəxs olduğunu öyrəndiyini, Sümərə mobil telefon vasitəsi ilə zəng vuraraq Maariflə söhbət etmək üçün Ordubad şəhərinə gəlmələrini xahiş etdiyini, Maarifin bunu eşitdikdə uca səslə gəlməyəcəyini bildirdiyini, onun içkili olduğunu bildiyi üçün Maariflə görüşmək fikrindən daşındığını, Mübarizə zəng edərək məsələ ilə bağlı kəndin sahə inspektoru Şahid9 ilə danışmasını təklif etdiyini, eyni zamanda zəruri hesab edirsə, Maarifi X19nə göndərməyi ona xatırlatdığını, Mübarizin buna razılıq vermədiyini, sadəcə sahə inspektorunun onu qorxutmasını istədiyini, aprel ayının 29-da Naxçıvan şəhərində Maariflə qarşılaşdığı zaman Maarifin içki aludəçisi olmadığını, sadəcə evdə söz-söhbət olduğu üçün tez-tez spirtli içki qəbul etdiyini bildirdiyini, may ayının 5-də Mübarizin və gəlini Şəfəqin özlərini evin damında asaraq intihar etmələrini eşitdiyini, Maarifin uşaqlıqdan ailədə çox ərköyün böyüdüyünü, hər zaman uşaq ağlı ilə hərəkət etdiyini, əqidəsinin çox zəif olduğunu, içki aludəçisi olduğunu, son zamanlarda hər görüşündə Maarifin spirtli içki qəbul etməklə sərxoş olmasını hiss etdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 şahid qismində dindirilərkən ifadəsində mərhum Mübariz Məmmədovu kənd sakini kimi uzun zaman müddətində tanıdığını, özünə məxsus abtomobillə 2021-ci ilin aprel ayının 11-də Mübarizin oğlu Maariflə onun nişanlısı - əslən Bakı şəhərindən olan Şəfəqin toy günü səhər saatlarında gəlini Naxçıvan şəhərinə gözəllik salonuna aparmış, toydan 3-4 gün sonra Maarifin əvvəllər olduğu kimi spirtli içki qəbul etməsinin, sərxoş olarkən özünü apara bilməməsinin şahidi olmuş, aprel ayının 13-də Mübarizin xahişi ilə oğlu Maarifi Naxçıvan şəhərinə - əsəb həkiminə aparmış, hərbi hospitalda nevroloq Faiq həkim onu müayinə etmiş, ona spirtli içki içməməsi barədə məsləhətlər vermiş, “Alora” adlı sirop və adını xatırlamadığı bir tablet yazmış, həkimin yazdığı resept maşında qaldığından onu istintaq orqanına təqdim etmişdir. Şahid11 ifadəsində Maarifin ailəsində yaranmış münaqişənin həll olunmasında Mübarizin Şəfəqin atası Qardaşxana söz verdiyini, ailədə olan narazılığı aradan qaldırmasına həqiqətən də çox çalışdığını, Şəfəqin özünü yuxarıda qeyd olunan səbəblərə görə asmasının Mübarizə çox pis təsir etdiyini, onun həm el arasında rüsvay olmaması üçün, həm də gəlinin atasına verdiyi sözü tuta bilmədiyinə görə intihar etdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs əmisi Şahid13 şahid qismində dindirilmiş və ifadəsində göstərmişdir ki, 2019-cu ilin fevral ayının 19-da İstanbul şəhərinə işləməyə getmiş, həmin vaxtı qardaşı Mübariz və oğlu Maarif də İstanbul şəhərində işləmiş, 2021-ci ilin fevral ayının sonlarında telefonla arvadı Sarabəyimdən Maarifin evlənmə xəbərini eşitmiş, mart ayında Mübarizlə telefonla danışarkən toyu saxlaya bilirsə, Ramazan ayından sonraya saxlasını, onun da gəlib toyda iştirak etməsini təklif etmiş, lakin toy aprel ayının 11-nə təyin edilmiş, aprelin 10-da qardaşı Mübarizlə həyətlərində toya hazırlaşarkən “WhatsApp” proqramı vasitəsilə görüntülü danışmış, bu zaman Mübarizin gəlini Şəfəqlə və onun atası ilə də söhbət edərək onları təbrik etmiş, aprel ayının 22-də Türkiyə Respublikasından kəndə qayıtmış, bu zaman qardaşı Mail ona Mübarizin ailəsində problemlərin olduğunu bildirmiş, Maillə birlikdə onlara getmiş, gəlin Şəfəqi ilk dəfə gördüyü vaxt o buradan çıxıb Bakı şəhərinə getmək istədiyini demiş, Şəfəqə səbrli olması barədə nəsihətlər vermiş, anası Tamaranı görməyə gedərkən ona Mübarizgilin evlərində yenidən mübahisələrin olmasını demiş, Maarifin teztez arvadı ilə mübahisə edib onu nalayiq sözlərlə təhqir etməsini eşitmiş, May ayının 5-də səhər saatlarında Mübarizlə görüşmüş, söhbət zamanı ondan Maarifin dünən axşam saatlarında həyat yoldaşı Şəfəqə nalayiq ifadələr işlətdiyini, evdən çıxıb Şəkərabad kəndinə getdiyini bilmiş, saat 12:30 radələrində Mübarizin və Şəfəqin özlərini asaraq ölmələrini eşitmiş, evin dam örtüyünə çıxdıqda hər ikisinin yerdə cansız vəziyyətdə uzandığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ordubad rayonunun Dırnıs kənd sakini Şahid15 ifadəsində Təqsirləndirilən şəxs ilə sinif yoldaşı olduqlarını, məktəb vaxtından Maariflə dostluq etdiyini, Maariflə tez-tez görüşdüklərini, 2021-ci ilin aprel ayının əvvəllərində Naxçıvan şəhərində xalasıgildə olduğu zaman Anaqut kəndində olan qardaşı Maarifin kəndə gəldiyini və aprel ayının 11-də Vənənd kəndində “Xan Çinar” restoranında Maarifin toyunun olacağını bildirdiyini, dostunun toyunda iştirak etmək üçün həmin vaxt Anaqut kəndinə gəldiyini, aprel ayının 10-da günorta saatlarında və axşam Maarifgilin həyətlərində yemək süfrəsi açıldığını, bu məclislərdə iştirak etdiyini, ertəsi gün Ordubad rayonunun Vənənd kəndində “Xan Çinar” adlanan restoranında Maarif və Şəfəqin toy mərasiminin keçirildiyini, toyda sərxoş vəziyyətdə olduğundan dava-dalaş saldığını, lakin bunu xatırlamadığını, aprel ayının 12-də Maarifin zəng edərək onu evlərinin yaxınlığına çağırdığını, həyətlərindən çıxaraq onun yanına gələrkən yenə də sərxoş olmasını hiss etdiyini, toyunda dava saldığı üçün onu söyməyə başladığını, əmisi oğlu Turqutun Maarifi intizama dəvət etməsindən hiddətlənən Maarifin onu itələdiyini, bu zaman Turqutun burnunun yaralandığını, bu hadisədən 5 gün sonra Maarifin yenidən onu evlərinin yanına çağıraraq sərxoş vəziyyətdə söydüyünü, buna görə də Maariflə sağollaşıb öz evlərinə getdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ordubad rayonunun Dırnıs kənd sakini Şahid16 ifadəsində Anaqut kənd sakini Mübariz Məmmədov ilə bağ qonşusu olduğunu, münasibətlərinin yaxşı olduğunu, onun Maarif adında oğlunun əsgərlikdən gəldikdən sonra Türkiyə Respublikasına, daha sonra isə Bakı şəhərinə işləməyə getdiyini, Bakıda nişanlandığını, 2021-ci ilin mart ayında Maariflə onun nişanlısı Şəfəqin Bakı şəhərində qız toyunun olduğunu, aprel ayında Maarif və Şəfəqin keçirilən xına gecəsində və toy mərasimlərində iştirak etdiyini, Şəfəqi ilk dəfə xına gecəsində gördüyünü, Maarifin spirtli içki qəbul edən insan olmasını bildiyini, təxminən 2 il bundan əvvəl kənd toylarının birində spirtli içki qəbul edib savaşmasını eşitdiyini, atasının və arvadının intihar etdikləri gün və hadisədən təxminən 2-3 gün sonra da Maarifi gördükdə onun sərxoş olduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs bibisi Şahid4 da şahid qismində dindirilmiş, ifadəsində ailəsi ilə birlikdə Sumqayıt şəhərinin Saray qəsəbəsində yaşadığını, qardaşı X3 ailənin tək övladı olduğunu, Bakı şəhərində hansısa supermarketdə meyvə-tərəvəz bölməsində satıcı işləyərkən Şəfəq Heydərova ilə tanış olduğunu, 2021-ci il aprel ayının 11-də onların toy mərasimində iştirak etmək üçün Bakı şəhərindən Naxçıvana gəldiyini, aprel ayının 11-də Maariflə Şəfəqin toy mərasiminin keçirildiyini, ertəsi günü onlara qonaq getdikdə Şəfəqlə yaxından tanış olduğunu, onu bəyəndiyini, bir-biri ilə əlaqə saxlamaları üçün Şəfəqin mobil telefon nömrəsini aldığını, Sumqayıtda olduğu müddətdə “WhatsApp” proqramı vasitəsilə Şəfəqlə əlaqə saxladığını, may ayının 2-də Şəfəqin ona “pis olması”nı yazdığını, mesajı gec gördüyündən Şəfəqə gec cavab verdiyini, may ayının 4-də axşam saatlarında Şəfəqin “WhatsApp” proqramı vasitəsilə yazaraq Maariflə yola gedə bilmədiyini, münasibətlərin bitməsini bildirdiyini, ona nəsihət verdiyini, səbr etməsini tövsiyyə etdiyini, sonuncu səs yazısında Şəfəqin Maarifin hər gün içməyi ilə bağlı şikayətlər etdiyini, may ayının 5-də səhər saatlarında Şəfəqin necə olduğunu soruşmaq üçün “WhatsApp” proqramı vasitəsilə səs yazıları atsa da, onları dinləmədiyini, saat 12:30 radələrində Bakı şəhərində yaşayan Lalə adlı qohumundan Şəfəqin, Anaqut kəndində yaşayan qardaşı arvadı Nəzakətdən Mübarizin intihar etmələrini eşitdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs nənəsi Şahid20 və dayısı Şahid28 şahid qismində dindirilmiş, ifadələrində 2021-ci ilin aprel ayının 29-da axşam saatlarında Şəmsiyynin, Maarifin və Şəfəqin onların yaşadıqları Babək rayonunun Şəkərabad kəndinə gəldiklərini, ertəsi gün Mübarizin də onlara gələrək mədəbağırsaq xəstəliyindən əziyyət çəkən Şəmsiyyəni həkim müayinəsinə apardığını, Şəmsiyyənin onların evində qalaraq müalicə aldığını, ailəsinin digər üzvlərinin Anaqut kəndinə qayıtdıqlarını, may ayının 4-də Maarifin gecə saatlarında Şəmsiyyəyə zəng edərək Şəkərabad kəndinə gəlib onu evlərinə aparmaq fikrində olduğunu, anasının buna etiraz etdiyini, bir az keçdikdən sonra Maarifin zəng edərək yolda qalmasını bildirdiyini, Kəramət adlı qohumun şəxsi avtomobili ilə gedib yoldan Maarifi götürdüyünü, Şəfəqin Maarifin həmin gün onu tək qoyub gecə Şəkərabada gəldiyi üçün özünü asmasını güman etdiklərini, Maarifin uşaqlıqdan ailədə çox ərköyün böyüdüyünü, işləməyi sevmədiyini, ailəsinə heç bir cəhətdən xeyri dəymədiyini, hər zaman maddi problemlərində atası Mübarizin ona dayaq durduğunu bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs əmisi Şahid13 arvadı Şahid21 qaynının oğlu Maarifin tez-tez spirtli içki içməsini, bu səbəbdən Mübarizlə oğlu Maarif tez-tez mübahisə etdiklərini, Şəfəq və Maarifin xına mərasiminə bir gün qalmış, aprel ayının 9-da hazırlıq işlərinə kömək etmək üçün Mübarizgilə getdiyini, həmin vaxt Maarifin yenə də spirtli içki qəbul edərək sərxoş vəziyyətdə olduğunu, toy gününün ertəsi, yəni aprel ayının 12-də səhər saatlarında yenidən Mübarizgilə gəlini təbrik üçün getdiyini, nahar yeməyi vaxtı Maarifin sərxoş vəziyyətdə dava-dalaş salmasını görmüş, bu zaman qaynının oğlu Turqutun burnu yaralanmış, sonradan Maariflə onun dostu İsrafil adlı şəxsin mübahisə edərək savaşdıqlarını bildiyini, Maarif İsrafili vurmaq istəyərkən Turqutun araya girdiyini və Maarifin səhvən Turqutu vurub ona xəsarət yetirdiyini eşitmiş, may ayının 5-də saat 12:30 radələrində qaynının arvadı Nəzakətin baş vermiş hadisə haqqında ona məlumat verdiyini, hadisədən 15-20 gün sonra Maarifin evlərində mübahisə zəminində Şəfəqi vuraraq gözünün altını göyərtməsini eşitdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs qonşusu Şahid25 2021-ci ilin fevral ayınında Mübarizlə arvadı Şəmsiyyə Bakı şəhərinə getmiş, burada övladları Maarifə nişan qoymaqla kəndə qayıtmış, aprel ayında Maarif və Şəfəqin xına gecəsi və toy mərasimləri olmuş, Maarif mütəmadi olaraq spirtli içkilər qəbul etmiş, kənd camaatının deməsinə görə Maarif sərxoş halda evdə narazılıq yaratmış, Şəfəqi vurub və ya təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid28 X11 onun bacısı X1 yoldaşı olduğunu, Mübariz fəhləliklə məşğul olurdu.Anaqut kənd qəbirstanlığında ödənişli abadlıq işləri aparırdı. Mübariz mehriban, sakit və gözəl insan idi. Bacısı Şəmsiyyə evdar qadındır. O, sakit, mehriban insandır. X18 adında 1 oğlu var. Maarif 2 ildən artıqdır ki, Türkiyə respublikasında və Bakı şəhərində işləyirdi.Bacısıgilin ailəfdaxili məsələlərinə o qədər qarışmasa da, onların normal ailə olduqlarını bilirdi. 2021-ci ilin fevral ayı bacısı Şəmsiyyə və yoldaşı Mübariz Bakı şəhərinə getdilər. Onların Bakıya getməkdə məqsədləri Maarifin yoldaşı Şəfəqgilə elçiliyə getmək idi.Bakı şəhərində Maarifə Şəfəqin nişan mərasimi oldu. O həmin nişanda iştirak edə bilməmişdir. Nişandan sonra Mübarizlə Şəmsiyyə Bakıdan Anaqut kəndinə gəldilər. 2021-ci ilin mart ayında Mübariz Bakı şəhərinə oğlu ilə gəlini Şəfəqi gətirməyə getdi. Mart ayında Mübariz, Maarif və Şəfəq Ordubad rayonu Anaqut kəndinə gəldilər və Şəfəq bacısıgildə yaşamağa başladı. Aprel ayının 9-u o bacısı Şəmsiyyəgilə getmişdir. Aprelin 11-i Şəfəqlə Maarifin toyu olduğu üçün ayın 9-dan 11-nə dək Şəmsiyyəgildə qalmış, orada olarkən bacısıgilin ailəsində hansısa söz-söhbətin şahidi olmamışdır. Aprel n 11-i Vənənd kəndində yerləşən “Xançinar” restoranında Maarifə Şəfəqin toyu oldu, həmin toyda iştirak etmişdir.Toy gününün gecəsi o bacısıgildə qalıb, səhər Şəkərabad kəndinə öz evimə getmişdir. Bacısı müalicə almaq üçün həkimə getmək üçün 2021-ci il aprel ayının 30-u işdən evə gəldikdə bacısı Şəmsiyyə, oğlu Maarif və Şəfəqin onlarda olduqlarını görmüşdür. 2021-ci il may ayının 1-i Mübariz Şəmsiyyəni həkimə aparmaq üçün onlara gəlmiş və onlar xəstəxanaya apardıqdan sonra Mübariz Şəmsiyyəni xəstəxanaya apardıqdan sonra Anaqut kəndinə qayıdmışdır. O həmin gün evə qayıtdıqda Şəmsiyyə, Maarif və Şəfəq onlarda olmuşlar. May ayının 2-si o işdə olarkən Maariflə yoldaşı Şəfəq Anaquta öz evlərinə getmişlər, bacısı isə onlarda qalmışdır. Onlarda olarkən aralarında heç bir söz-söhbət, problem olmayıb. May ayının 4-ü gecə o işdən gələrək yatdıqda anası Şahid20 onu oyadıb Maarifin Anaqutdan şəhərə gəldiyini, "‘Quşçuluq” istiqamətində yolda qaldığını dedmişdir.O əmisi nəvəsi Kəramətə zəng edib Maarifi “Quşçuluq”un yanından götürüb evə gətirməsini xahiş etmiş, Kəramət Maarifi həmin yerdən götürüb onlara gətirmişdir. Kəramət ona zəng vurub onlara çatdıqlarını dedikdə o yatmışdır.Buna görə anası çıxıb Maarifi qarşılayıb evə gətirməsini dedmiş və yenə yatmışdır.Maarifin onlara gəlməyini görməmişdir.05 may 2021-ci il tarixdə səhər saat 07:30 radələrində o işə getmək üçün evdən çıxmış,günorta saat 12:30 radələrində anası Rahilə ilə danışarkən Mübariz və Şəfəqin özlərini asaraq intihar etdiklərini demişdir. O təxminən saat 13:00-da Kəramətə zəng edib Mübariz və Şəfəqin özlərini asaraq intihar etdiklərini, onu Anaqut kəndinə apara biləyəcəyini soruşmuş və Kəramət avtomobilin ustada olduğunu ona bildirdikdə o başqası ilə Anaquta getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ordubad rayonunun Dırnıs kənd sakini Şahid22 da cinayət işi üzrə şahid qismində dindirilmiş və ifadəsində göstərmişdir ki, Anaqut kənd sakini Mübariz Məmmədov onun bibisi oğludur, 2021-ci ilin fevral ayında Mübariz arvadı Şəmsiyyə ilə birlikdə oğlu Maarifə nişan mərasimi keçirmək üçün Bakı şəhərinə getmiş, Bakıda nişan mərasimi keçirdikdən sonra mart ayının sonlarına yaxın Mübariz Maarifi və nişanlısı Şəfəqi toy etmək üçün kəndə gətirmiş, toy mərasimi keçirilməmişdən qabaq dəfələrlə onların evlərində olmuş, lakin uşaqlıqdan ailədə çox ərköyün böyüdüyündən atasını çox incitdiyi üçün Maariflə isti münasibət qurmamış, aprel ayının 11-də Maariflə Şəfəqin toy mərasimi keçirilmiş, toy mərasimində iştirak etmiş, toydan sonra Mübariz ilə hər görüşəndə onun hər gün evdə söz-söhbət, qalmaqal yaratdığını bildirmiş, Maarifin Şəfəqi yola verməməsindən şikayətlənmiş, Mübariz Şəfəqqən həmişə razılıq etmiş, gənc ailənin dağılmaması səbəbindən onun Bakı şəhərinə ata evinə getmək istəyinin qarşısını almağa çalışmış, may ayının 5-də səhər saatlarında ailəsi ilə birlikdə qardaşına məxsus Anaqut kəndində yerləşən həyətyanı sahəsində kartof əkməyə getmiş, Mübarizə zəng edərək köməklik etməsini xahiş etdikdə onun evində vəziyyət çox pis olmasına görə gələ bilməyəcəyini demiş, işdən sonra evə qayıtdıqda Mübarizin və gəlini Şəfəqin özlərini evin damından asaraq intihar etmələrini eşitmiş, Maarif Şəfəqi yola vermədiyinə görə onun dözə bilməyib özünü asaraq intihar etməsini, Mübarizinsə gəlib Şəfəqi asılmış vəziyyətdə görüb kənd camaatı içində biabır olmamaq üçün özünü asmasını, intihar hadisəsindən sonra bütün kənd camaatının Maarifə nifrət etdiyini düşünür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ordubad rayon polis şöbəsinin baş polis sahə inspektoru Şahid31 ifadəsində Anaqut kənd sakini X15 Vənənd kənd ərazisi üzrə polis sahə inspektoru işlədiyi vaxtdan tanıdığını, Anaqut kəndinin Dırnıs kənd inzibati ərazi dairəsinin tərkibində olduğunu, onun oğlu Təqsirləndirilən şəxs isə 2021-ci il aprel ayının 11-də Vənənd kəndində olan “Xançinar” şadlıq evində toy mərasimi keçirilən zaman tanıdığını, restoranda toy iştirakçıları arasında yaranmış mübahisənin aradan qaldırılmasını təmin etdiyini, aprel ayının 29- da Ordubad rayonunun Dırnıs kənd baş polis sahə inspektoru Şahid9 xidmət yerini dəyişdiyi üçün həmin tarixdən Dırnıs kənd ərazisi də ona həvalə olunmuş, may ayının 5-də Dırnıs kəndində xidmət apararkən təxminən saat 12:30 radələrində Anaqut kənd sakini Məmmədov Mübariz və gəlini Heydərova Şəfəqin özlərini yaşadıqları evin damından asaraq intihar etmələri barədə ona məlumat daxil olduğunu, Anaqut kənd camaatının danışıqlarından Maarifin daha çox cinayətə meyilli adam olduğunu, mütəmadi olaraq spirtli içki qəbul etdiyini bildiyini, Maarifin həyat yoldaşını döyməsi, söyməsi və ya təhqir etməsi barədə məlumatının olmamasına baxmayaraq, baş vermiş intihar hadisəsindən sonra kənd camaatından Maariflə Şəfəqin ailə həyatı qurduqları müddətdən evlərində tez-tez mübahisələrin baş verməsini eşitdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid26 ifadəsində göstərmişlər ki, 2021-ci ilin fevral ayınında Mübarizlə arvadı Şəmsiyyə Bakı şəhərinə getmiş, burada övladları Maarifə nişan qoymaqla kəndə qayıtmış, aprel ayında Maarif və Şəfəqin xına gecəsi və toy mərasimləri olmuş, Maarif mütəmadi olaraq spirtli içkilər qəbul etmiş, kənd camaatının deməsinə görə Maarif sərxoş halda evdə narazılıq yaratmış, Şəfəqi vurub və ya təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ordubad Rayonun Dırnıs kənd sakini Şahid14 ifadəsində göstərmişdir ki, Anaqut kənd sakini Təqsirləndirilən şəxs həm uzaq qohum kimi, həm də qonşu kənd sakini kimi tanıyır, o Bakı şəhərində Şəfəq adlı bir qızla tanış olmuş, onunla evlənmək qərarına gəlmiş, onlar 2021-ci ilin aprel ayının 11-də Maariflə Şəfəqin toy mərasimi olmuş, həmin toyda iştirak etmiş, mərasimdə dava-dalaş düşsə də bunun qarşısı alınmış, aprel ayının 30-da, yaxud may ayının 1-də Maarif onun mobil telefonuna zəng etmiş, dayısı Səxavətgildən adamlarını kəndə gətirməsini xahiş etmiş, idarə etdiyi VAZ-2106 markalı AZ ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Maarifi Babək rayonunun Şəkərabad kəndinə aparmış, yolda Maarif sərxoş halda danışmış, əmisi Maili də söymüş, hərəkətlərindən onun ailəsində narahatlıq olmasını müşahidə etmiş, Şəkərabaddan Maarifin anası Şəmsiyyəni də maşına götürüb Anaquta gətirmiş, evlərinin yanında Maarif maşından düşmüş və sağollaşmadan evinə getmiş, mayın 4-də saat təxminən 17-18 radələrində Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng vuraraq onu yenə də Naxçıvan şəhərinə aparmasını xahiş etmiş, bu ailənin problemli ailə olmasını bildiyindən bundan imtina etmək istəmiş, Maarifin saat 20:30 radələrində “WhatsApp” proqramı vasitəsilə mesaj yazaraq onu Naxçıvana aparmasını xahiş etmiş, onu Aza kəndi yolunun üzərində yerləşən yanacaq doldurma məntəqəsinədək aparmış, Aza körpüsünün yaxınlığında 67 seriyalı nömrə nişanlı Babək qeydiyyatı olan yük maşınını saxlatmış, Maarif həmin maşına oturaraq Naxçıvan istiqamətində yola düşdükdən sonra o Ordubad şəhərinə gəlmiş, bu zaman Maarif ona zəng edərək ağlayaağlaya yük avtomaşınını sürücüsünün onu yolun yarısında saxlayıb düşürdüyünü bildirmiş, Maarifi ailəsinə bir xeyri olmayan, işləməyən, əziyyət görməyi sevməyən, hər gün spirtli içki aludəçisi kimi tanıyır, Maarifin sadəcə tez-tez atası ilə evlərində söz-söhbətinin olduğunu, ailəsində tez-tez spirtli içkilər qəbul edərək söyüş söyməsini, ailədə narahatlıq yaratmasını çoxları bilir, Şəfəqin əri Maarifin hərəkətlərindən bezdiyi üçün özünü öldürmək qərarına gəlməsi Mübarizə çox pis təsir etmiş, o həm el arasında rüsvay olmaması üçün, həm də oğlunun naqis hərəkətlərindən bezərək intihar etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılan şahidlər Şahid8 və Şahid18 ərizə göndərərək iptidai istintaqda verdikləri ifadəsini təstiq etdiyini, Şahid29, Şahid30 Ədalət oğlu, Şahid12 teleqramla məhkəməyə müraciət edərək iptidai istintaqda verdikləri ifadələrini təstiq etdiklkərini, Şahid24 teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etdiyini, Şahid17 Cələbi qızı Şahid6, Şahid27 məhkəmə iclasına gəlməmişlər. Şahidlərin gəlmədiklərini nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə şahidlərin ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və 04 iyun 2021-ci il tarixdə tarixdə Ordubad rayon məhkəməsinin qərarı ilə barəsində 3(üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Nахçıvаn MR Səhiyyə Nаzirliyi məhkəmə-tibb екspеrtizаsı və pаtоlоji аnаtоmiyа birliyi еkspеrtinin 21 may 2021-ci il tarixli 09 sаylı rəyinə əsаsən mərhum Şəfəq Heydərovanın boynunun yuxarı 1/3-dən keçməklə boynunda tipik qapanmayan stranqulyasiya şırımının olması; stranqulyasiya şırımının həyati olmaqla, morfoloji xüsusiyyətləri ekspertə təqdim olunan elektrik naqilinin xüsusiyyətlərinə uyğun olması; boyun sıxıldıqda ilgəyin mərhumun çəkisi hesabına dartılması aşağıdan-yuxarıya, qalxan-çəp istiqamətdə olması, asılmanın bədənin şaquli vəziyyətdə olanda baş verməsi; meyitin asılmış vəziyyətdə az müddət ərzində qalması; meyitin bədən səthi üzərində əlbəyaxa mübarizəyə xarakterik xəsarətin və ya xəsarət izlərinin olmadığı; Şəfəq Heydərovanın ölümünə boyun üzvlərinin sıxılması nəticəsində yaranan mexaniki asfiksiyanın səbəb olması; ölümün müddətinin meyit müayinəsindən 6-8 saat əvvələ uyğun gəldiyi; Şəfəq Heydərovanın 4-5 həftəlik hamilə olması, ölümündən əvvəl cinsi əlaqədə olmadığı; həmçinin Şəfəq Heydərovanın ölümündən əvvəl onun etil spirti, narkotik vasitə və ya digər güclü təsir edən maddələr qəbul etmədiyi nəticəsinə gəlinmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi ekspertinin 31.05.2021-ci il tarixli 135 saylı rəyi ilə mərhum Şəfəq Heydərovanın fərdi psiхi хüsusiyyətlərində onun özünü öldürməsində təzahür etmiş olan bəzi psixogen-depressiv reaksiya əlamətlərinin müşahidə olunduğu; onun özünü asaraq öldürməzdən əvvəl frustrasiya (insanın qarşılaşdığı şəraitdən asılı olaraq narazılıq səviyyəsinin dözüm-iradi səviyyəsindən üstün olması) halını keçirdiyi; həmin halın onun qarşılaşdığı şəraitlə, ailəsində baş verənlərə dözə bilmədiyi üçün Bakı şəhərinə ata evinə qayıtmaq istəməsi və əri Təqsirləndirilən şəxs onun bu istəyinə qarşılıq verməməsi, Təqsirləndirilən şəxs hər gün spirtli içki qəbul etməsi, sərxoş olduqda ona qarşı aqressiv davranması, ona fiziki güc tətbiq etməsi, özünü, atasını və mərhum anasını nalayiq sözlərlə söyərək təhqir etməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin-şəxsiyyətini alçaltması, ona qarşı kobud davranması ilə səbəbli-nəticə əlaqəsində olduğu; onun ərindən yaşca böyük olmasının onun özünü öldürməsi ilə əlaqədar keçirmiş olduğu psixiemosional hala birbaşa təsirinin olmadığı; Şəfəq Heydərovanın özünü öldürməsi zamanı keçirdiyi frutrasiya halı onun anasının erkən vəfat etməsi, atasının qısa müddətdə yenidən evlənmək niyyətində olması, əsəbiləşdiyindən evin pilləkənindən yıxılmaqla əməliyyat olunması, buna görə, eləcə də qardaşının arvadı ilə yola getməməsi səbəbindən ata evindən çıxaraq kirayədə yaşaması, nişan mərasimində qardaşlarının qəsdən iştirak etməkdən boyun qaçırmaları, yaxın adamlarının toy mərasiminə gəlməmələri ilə səbəblinəticə əlaqəsində olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Y.Budaqov adına Naxçıvan MR X19 ambulator məhkəmə-psixatrik еkspеrtizasının 9 iyul 2021-ci il tаrixli 49 sаylı rəyində Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən hər hansı bir psixi pozuntunun aşkar edilmədiyi, onun cinayət törədərkən öz hərəkətlərini dərk etmək və ya onu idarə etmək iqtidarında, yəni anlaqlı olduğu, hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olduğu, Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşən xəstəliyinin olmadığı barədə rəy alınmışdır. İş materiallarına əlavə edilmiş Y.Budaqov adına Naxçıvan MR X19 ambulator məhkəmə-psixatrik еkspеrtizasının 9 iyul 2021-ci il tаrixli 48 sаylı rəyində Təqsirləndirilən şəxsnın narkomaniya xəstəliyindən əziyyət çəkmədiyi, onda alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu ilə bağlı başlanğıc mərhələ xəstəliyindən əziyyət şəkdiyi, lakin məcburi müalicəyə ehtiyacının olmadığı barədə rəy alınmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi ekspertinin 30.07.2021-ci il tarixli 200 saylı rəyi ilə Təqsirləndirilən şəxs hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olduğu; cinаyət əməlini törədərkən affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) halında olmadığı; o fərdi psixi xüsusiyyətlərini təlqinə qapılma, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik kimi əlamətlər müşahidə olunmadığı, lakin fərdi psixi xüsusiyyətlərinə görə informasiya və məlumatları təhrif etməyə meyilli olduğu; bu və ya digər hadisəni qavramaq, yadda saxlamaq və yada salmaq imkanına malik olduğu qənaətinə gəlinmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində Ordubad rayon icra hakimiyyəti başçısının Dırnıs kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07.06.2021-ci il tarixli xasiyyətnamədə onun orta məktəbi bitirdikdən sonra Türkiyə Respublikasında işləməyə getmiş, son bir ilə yaxın müddətdə Bakı şəhərində yaşayıb orada işləmişdir. Bakı şəhərində yaşadığı müddətdə Füzuli rayonunun Dədəli kəndində qeydiyyatda olmuş X10 ilə tanış olmuş, onunla birlikdə rayonun Anaqut kəndinə gəlməklə 2021-ci il aprel ayının 11-də ailə həyatı qurduğu, Şəfəq Heydərova ilə faktiki olaraq ərarvad münasibətində olduğu halda nikah qeydiyyatına alınmadığı, toy mərasimindən bir həftə sonra Təqsirləndirilən şəxs ilə Şəfəq Heydərova arasında ailədaxili mübahisilərin yarandığı, ailə başçısı Mübariz Məmmədovun müraciəti əsasında Ordubad rayon polis şöbəsinin sahə müvəkkilinin və Dırnıs kənd bələdiyyəsinin sədrinin həmin ailədə olduğu, Təqsirləndirilən şəxs mütəmadi olaraq sərxoş vəziyyətdə olması, ailədə dava-dalaş salması müşahidə olunmaqla onunla profilaktik söhbətlərin aparıldığı, ailədə baş vermiş belə münaqişələr nəticəsində Şəfəq Heydərovanın 5 may 2021-ci il tarixdə özünü asaraq öldürməsi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Hərbi Hospitalının həkim-nevroloqu Şahid12 izahatından görünür ki, 2021-ci ilin aprel ayının 13-də səhər saatlarında tanışı Ordubad rayonunun Dırnıs kənd sakini Şahid11 mobil telefon vasitəsilə ona zəng edərək qohumunu müayinə etdirmək üçün hospitala gətirmək istəməsini bildirdiyini, saat 12:00 radələrində onları qəbul etdiyini, xəstə Təqsirləndirilən şəxs müayinə edərkən onun spirtli içki qəbul etdikdən sonra anidən əsəbiləşməsini, təzə evləndiyini və hər gün spirtli içki qəbul etməsini bildirdiyini, spirtli içkilərin qaraciyərə ziyan vurduğunu, gələcəkdə uşağının olması ehtimalını azaltdığını, əgər uşağı olarsa belə fiziki və ya əqli qüsurlu uşaq kimi doğulacağı ehtimalının böyük olduğunu qeyd edərək onu içki içməkdən çəkindirməyə çalışdığını, eyni zamanda ramazan ayında İslam dininə zidd olduğu üçün ona spirtli içki içməməsini tövsiyyə etdiyini, ona müailicə alıb sağalması üçün biri sirop olmaqla “Alora”, digəri isə tabletka şəklində “Qlisin” adlı dərman resepti yazdığını göstərmişdir. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Naxçıvan Muxtar Respublikası Daxil İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və X4 X12 məhkumluğu barədə məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Ordubad rayon polis şöbəsinin 4/1 saylı inzibati ərazi üzrə sabiq baş polis sahə inspektoru, polis kapitanı Şahid9 23 aprel 2021-ci il tarixdə axşamüstü Dırnıs kənd bələdiyyəsinin sədri Şahid7 ilə telefon əlaqəsi yaradaraq Anaqut kənd sakini X11 ailədaxili münaqişəsi barədə şikayəti əsasında araşdırma apardığını bildirmiş, bu şikayətin həll olunmasında bələdiyyə sədri kimi ona müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Şahid7 ifadəsinə əsasən o, həmin gün Şahid9 ilə birlikdə Mübariz Məmmədovun qardaşı Şahid3 yaşadığı evə getmiş, burada Mübariz Məmmədov onlara oğlu Təqsirləndirilən şəxs iki gündür ki, spirtli içki qəbul edərək sərxoş vəziyyətdə ailədə narahatlıq yaratdığını bildirmiş, bələdiyyə sədri Mübariz Məmmədovla və Təqsirləndirilən şəxs ilə qarşılıqlı şəkildə söhbət aparmış, tərəfləri bir-biri ilə barışdırmış, bundan sonra polis sahə inspektoru həmin şəxslərdən barışmaları ilə bağlı izahat və yaxud iltizam almışdır.Bununla əlaqədar olaraq polis şöbəsində toplanmış materialların cinayət işinə əlavə olunması məqsədilə rayon prokurorluğuna göndərilməsi üçün 09.06.2021-ci il tarixdə Ordubad rayon polis şöbəsinə məktub göndərilmiş, polis şöbəsindən alınmış 11.06.2021-ci il tarixli 4/715 saylı cavab məktubunda belə bir hadisənin baş verdiyi, lakin X8 ilə aparılmış profilaktik söhbətdən məmnun qalması, şikayətinin olmaması barədə şifahi müraciəti nəzərə alınaraq bununla bağlı icraat açılmamışdır. İş materiallarına əlavə edilmiş mərhum Şəfəq Heydərovaya məxsus “Redmi” markalı smartfon mobil telefonu ilə apardığı “Whatsapp” yazışmalarının mətnlərini kağız formatında Şahid17 ilə “Whatsapp” sosial şəbəkəsində apardığı yazışmalarda Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə gecə vaxtı onu evdən qovacağı ilə hədələməsi, dəfələrlə onu nalayiq sözlərlə söyüb təhqir etməsi, hətta mebelini qırması faktı öz əksini tapmışdır. Belə ki, Şəfəq Heydərova “Whatsapp” proqramı vasitəsilə Şahid17 05.05.2021ci il tarixdə saat 00:41-də “...Bir aydır döyür məni, söyür, uşağa bilirsən nə deyir, aldadırsan məni, maması deyir nə tez hamilə qalıb, məni həkimə aparmadılar...səsimi də çıxarmadım, dözə bilmirəm bu ikiüzlülərə”, saat 00:46-da “Maarifi evdən qovdu, Maarif içib gəlib qaranlıqda məni qovurdu çölə, dayı da dedi qız mənimdir, ayıbdır, sən get”, saat 01:03-də “...Hər gün stress, əsəb, bir gün də vuracaq, uşağım düşəcək...”, saat 01:20-də “...Deyir ki, içkini atmayacağam, xoşun gəlir, qal, xoşun gəlmir get,.. həkimə də apardıq, dedi ki, öz iradəsi ilə düzələr”, saat 01:23-də “...Heç kimi saymır, böyükləri deyir ki, get, bala, bundan sənə ər olmaz, dedim bilirdiniz, niyə elədiniz belə,...deyir bunun belə olduğunu bilmirdik bu qədər, bütün qohumları iki günün biri gəlirlər, aranı sakitləşdirirlər, qızım, söz veririk düzələcək” mesajlarını göndərmiş, eyni zamanda onun qaynanası Şəmsiyyə Məmmədovaya həmin gün saat 08:16-da göndərdiyi “...Dözə bilmirəm, haqqını halal elə, pis olmuşamsa, bağışla, özün də bilirsən ki, günahım yoxdur, mənim bütün arzularımı, sevincimi gözümdə qoydu, uşağı olduğunu da bildi, düzəlmədi, hər şeyə, kasıbçılığa, aclığa, xəstəliyə dözərəm, amma uje dözəmmirəm bu söyüşlərə, təhqirlərə, döyülməklərə, hər gün bu biabırçılığa, bilirdinsə belə olacaq deyərdin qızım, Maarifi at, qaç, get... məni intihar həddinə gətirdi, burada olanlar faciədir, içkiyə görə hər şeyi atdı üstümə, qurbanın olum, başa düşün, məni bu stress, bu həyəcan, bu qorxu məni məhv edəcək”yazdığı mesajları şəkil formasında Şahid17 göndərməsi Təqsirləndirilən şəxs onu döyüb onunla amansız rəftar edərək, habelə dəfələrlə onu və valideynlərini nalayiq formada söyüb, təhqir etməklə onun ləyaqətini mütəmadi olaraq alçaltması ilə yanaşı gecə vaxtı evdən qovmaqla ona hədə-qorxu gəlməsi Təqsirləndirilən şəxs onu özünü öldürmə həddinə çatdırmasına daha bir səbəb kimi qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş mərhum Şəfəq Heydərovanın qaynanası Şəmsiyyə Məmmədova ilə “Whatsapp” sosial şəbəkəsində apardığı yazışmalarda əri Təqsirləndirilən şəxs onu evdən qovacağı ilə hədələməsi, dəfələrlə onu döyərək, nalayiq sözlərlə söyüb təhqir etməsi faktı da öz əksini tapmışdır. Belə ki, Şəfəq Heydərova “Whatsapp” proqramı vasitəsilə qaynanasına 04.05.2021-ci il tarixdə saat 22:34-də “...Dərdi içməkdir, bəhanə elədi, içib gəlib qaranlıqda məni qorxutdu, dizlərim əsir, mən ana olmaq, uşaq dünyaya gətirə bilmərəm, bir şey ki başı da çatmır, paltarları ipdən alıram, hər yer qaranlıqdır, gördüm li, kimsə piş-piş eləyir, qorxdum, dedim dayı tel.lə danışırdı, dayı yanımdaydı, gördü ki, içəridən səs gəlir, pəncərəni döyürlər, girdi içəri, heç kim yoxdu, hər yana baxdıq, yoxdu, qaçdım çölə, bir də görürəm gülə-gülə gəlir, ayıbdır, vallah, bütün canım əsir, atasıynan dalaşdı, dedim uje bezmişəm səs-küydən, dedi çıx get, getməyən peysərin qızıdır, gəlib aparmasa, peysərdir, dedim indi yığıb deyərəm, məni qovurdu evdən, dayı onu qovdu, ağlı çatmır, çatsa, arvadını gecə vaxtı qovmaz küçəyə, özü bilər, qurtardı bizimki”, saat 23:07-də,...Siz bilirdiniz mən nələr yaşamışam,..”. saat 23:08-də “Mən ölüm dərəcəsindəyəm, gərək belə eləmiyəydi, orucluq ayıdır, bu ahı heç kim çiyinlərində daşıya bilməz, bir günahım varsa, allah bəlamı versin, bezdim e,...” 05.05.2021-ci il tarixdə “Məni intihar həddinə gətirdi, ...bilirsiniz nələr yaşamışam,..burda olanlar faciədir,...başa düşün məni, bu stress, bu həyəcan, bu qorxu məni məhv edəcək,...səhərə kimi ürək ağrısından ölmüşəm,...qorxudan bütün bədənim əsir, ayaqlarım tutulub, ...bu qədər də əzab olmaz, getməyimin vaxtıdır,...özün də bilirsən ki, günahım yoxdur, mənim bütün arzularımı, sevincimi gözümdə qoydu,..uşağı olduğunu da bildi, düzəlmədi,...uje dözəmmirəm bu söyüşlərə, təhqirlərə, döyülmələrə,...çox xoşbəxt idim, amma indi qan ağlayıram,...” bu kimi mesajlar göndərməsi Təqsirləndirilən şəxs onu döyüb onunla amansız rəftar edərək, dəfələrlə onu və valideynlərini nalayiq formada söyüb, təhqir etməklə onun ləyaqətini mütəmadi olaraq alçaltması ilə yanaşı gecə vaxtı evdən qovmaqla ona hədə-qorxu gəlməsi Təqsirləndirilən şəxs onu özünü öldürmə həddinə çatdırmasına daha bir səbəb kimi qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş mərhum Şəfəq Heydərovanın mobil telefonunda, telefonunun “Whatsapp” proqramının “Arxiv bölməsində” aşkar edilmiş, əri Təqsirləndirilən şəxs izahatına əlavə etdiyi “Whatsapp” sosial şəbəkəsində aparılan bütün yazışmalarda Təqsirləndirilən şəxs mütəmadi olaraq ona və digər şəxslərə qarşı nalayiq ifadələr işlətməsi, hədə-qorxu gəlməsi, Şəfəq Heydərovanın intihar etməsi xəbərdarlığına belə söyüşlə cavab yazması, habelə Smartfonun “Whatsapp” menyusunda Şəfəq Heydərovanın əlaqə yaratdığı şəxslərlə apardığı səsli Whatsapp yazışmaları bir daha özünü öldürmə həddinə çatdırma cinayətini törətməsini təsdiq edir. İş materiallarına əlavə edilmiş mərhum Şəfəq Heydərovanın özünü öldürməsindən əvvəl qaynatası Mübariz Məmmədovla aralarında getmiş söhbətin mobil telefonun yaddaşına yazdığı səs yazısını telefonda “Limon” adlandırdığı Şahid17 göndərmişdir. Həmin səs yazısında da əri Təqsirləndirilən şəxs öz cinayətkar hərəkətləri ilə onu həyatdan bezməsinə, yaşamaq istəməmsinə və sonda intihar etməsinə səbəb olması öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş “Pasportdan” görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1995-ci ildə Azərbaycanda anadan olmuşdur. Beləliklə, X12 törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələri, ekspert rəyləri, digər iş materialları ilə onun maddi cəhətdən ondan asılı olmuş zərərçəkmiş şəxslə amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma yolu ilə təkrarən özünü öldürmə həddinə çatdıraraq cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddələrinin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs X16 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X12 himayəsində yaşlı anasının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə cinayətin aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X16 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 125-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. X12 cəza çəkmə müddətinin əvvəli 04 iyun 2021-ci il tarixdən hesablanmalıdır. X12 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan mərhum Şəfəq Heydərovaya məxsus bir ədəd ortasında 1.5 sm diametrində şəfəq saçan günəşə bənzər təsvir olan qızıl medalyon bağlanmış 46 sm uzunluğunda nazik sep və “Redmi” markalı smartfon mobil telefonu, mərhum Şəfəq Heydərovanın əynində olmuş paltarlar – bir ədəd qara rəngli pambıq materialından olan, torpağa bulanmış qısaqol köynək, bir ədəd qara rəngli pambıq materialından olan, yanlarında bir cüt cibi olan şalvar, bir ədəd çəhrayı rəngli, önü naxışlı tursik, bir cüt mavi rəngli, üzərində ürək fiqurları olan corab və bir cüt qəhvəyi rəngli tapoçka zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs oğluna qaytarılmalıdır. Şəfəq Heydərovanın və Mübariz Məmmədovun özlərini asdıqları 4.38 metr uzunluğunda mavi rəngli elektrik naqili hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin anası X2 qaytarılmalıdır. İş üzrə mülki iddia olmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan mərhum Şəfəq Heydərovaya məxsus bir ədəd ortasında 1.5 sm diametrində şəfəq saçan günəşə bənzər təsvir olan qızıl medalyon bağlanmış 46 sm uzunluğunda nazik sep və “Redmi” markalı smartfon mobil telefonu, mərhum Şəfəq Heydərovanın əynində olmuş paltarlar – bir ədəd qara rəngli pambıq materialından olan, torpağa bulanmış qısaqol köynək, bir ədəd qara rəngli pambıq materialından olan, yanlarında bir cüt cibi olan şalvar, bir ədəd çəhrayı rəngli, önü naxışlı tursik, bir cüt mavi rəngli, üzərində ürək fiqurları olan corab və bir cüt qəhvəyi rəngli tapoçka hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs oğluna qaytarılsın. Şəfəq Heydərovanın və Mübariz Məmmədovun özlərini asdıqları 4.38 metr uzunluğunda mavi rəngli elektrik naqili hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin anası X2 qaytarılsın. Hökmün icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu, həbsdə saxlanılan məhkuma isə verildiyi andan 20 (iyirmi) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar