Məhkəmə qərarları › İş №1(080)-2/2020

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Hökm — İş №1(080)-2/2020

08.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ordubad şəhəri İş № 1(080)-2/2020 08.12.2020 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin sədri Tural Ziyad oğlu Haqverdiyevin sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1980-cı ildə Ordubad şəhərində anadan olmuş, ailəli, 1 uşaq atası, natamam orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı Azərbaycanlı, əvvəllər məhkum olunmamış, sürücü, Ordubad şəhəri U.Haşım küçəsi, ev 10-da qeydiyyatda olan və Ordubad şəhəri, Üçtürləngə küçəsi ev 2-də kirayə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 6,096 qram marixuana narkotik vasitəni əldə edib əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibin içərisindəki əlavə balaca cibin içərisinə qoyaraq evdən çıxmış, Ordubad rayon İcra Hakimiyyətinin binasının yanında özünə məxsus avtobusa minərkən xx xxxxxx 2020ci il tarixdə saat 11:50-də üzdən tanıdığı Ordubad rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşmış və onların təklifi ilə, Ordubad rayon Polis Şöbəsinə gətirilərək şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibin içərisindəki əlavə balaca cibindən bir ədəd ağ rəngli salfetkaya bükülmüş təmiz çəkisi 6,096 qram narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş ittihamda özünü tam təqsirli bilərək bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır və müvəqqəti olaraq ünvan 2 ünvanında kirayə yaşayır. 15-20 ilə yaxın ailəsi ilə birlikdə Bakı şəhərində Xutor qəsəbəsində kirayə yaşamış, ailəlidir, 12 yaşında 1 qız övladı var. 2014-cu ildən marixuana narkotik vasitəsi istifadə edir, amma müdəmadi olaraq istifadə etmir, nə vaxt əldə edə bilsə o vaxt istifadə edir, istifadə etməyəndə heç bir narahatçılıq hiss etmir. 2015ci ilin may ayında iş tapmaq məqsədilə özü tək Ordubad şəhərinə gəlmiş, ilk olaraq atası İbniyaminə məxsus “Ford” markalı mikroavtobusla Ordubad-Naxçıvan marşurutu üzrə sərnişin daşımaqla məşğul olmağa başlamış, həmin avtomobilin mühərriki xarab olduğundan, tanışlarından borc pul alıb və 2020-ci ilin mart ayında “Hyundai” markalı mikroavtobus almışdır. Hazırda həmin avtobusla Ordubad-Naxçıvan arasında sərnişin daşımaqla məşğuldur. Marixuana narkotik vasitəsini əldə etməsi təsadüfü halla bağlıdır.Belə ki, günü dəqiq yadında deyil, təqribən bu ilin iyul ayının sonu, avqust ayının ilk günlərində Ordubad rayonunun Anaqut kəndinə müştəri aparmış, müştəriləri geri qaytarmaq üçün 6-7 saat gözləmiş və boş vaxtı olduğundan Anaqut kəndində çayın kənarında gəzərkən orada yabanı şəkildə bir ədəd, 50-60 sm hündürlüyündə, üzərində 3-4 qanadı olan çətənə kolunu görmüş, kolu yerdən gövdəsi ilə birlikdə dartıb çıxarmış, çoxda budaqlı olmayan, toxumlamamış və yetişməmiş halda olan bitkinin qanadlarını qoparıb yarpaqlarını əli ilə sivirərək bir ovuc yığmış, budaqlarını isə çaya tullamış, sonra isə avtobusun yük yerindəki vedrənin içərisində gizlədərək kirayə yaşadığı evə aparmışdır. Çətənə kolunun yarpaqlarını qoparıb tək yaşadığı həmin evin açıq eyvanında qəzetin üzərində təxminən 3-4 günə qurutmuş, sonra ovub əzərək evində selefonun içərisində saxlamış, 3 dəfə siqaretə doldurub istifadə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində marixuananı əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibin içərisindəki əlavə balaca cibin içərisinə qoyaraq evdən çıxmış, biraz şəhəri gəzib, Ordubad rayon İcra Hakimiyyətinin binasının yanında özünə məxsus avtobusa mindikdə üzdən tanıdığı Ordubad rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 və yanında bir nəfər mülki geyimli şəxslə Təqsirləndirilən şəxs yaxınlaşmış, onların təklifi ilə Ordubad rayon Polis Şöbəsinə getmiş, həmin vaxtı polis əməkdaşları 2 nəfər hal şahidi çağırıb, hal şahidlərinin iştirakı ilə ona bildirmişlər ki, “sən çətənədən istifadə edirsən. Təqsirləndirilən şəxs polis əməkdaşlarına səmimi olaraq işdə olmadığı vaxtlarda 2-3 dəfə çəkdiyini bildirmişdir.Təqsirləndirilən şəxs üzərində narkotik olub-olmadığını polis əməkdaşları soruşduqda Təqsirləndirilən şəxs polis əməkdaşlarına cibində narkotik olduğunu etiraf edərək cibindəki siqaret sellofonunda olan çətənəni çıxarıb onlara təqdim etmiş, polislər narkotik yığdığı selefonu tərəzidə onun yanında çəkdikdə, həmin narkotik vasitənin çəkisinin 6,273 qram olmuş, bu formada foto şəkilləri çəkilmiş, sonra isə çətənə olan selefonu kağız zərfə qoyaraq möhürləyərək ekspertə göndəriləcəyini Təqsirləndirilən şəxs bildirilmişlər, bu barədə protokol tərtib olunmuş, protokolu və zərfin üzərini imzalamışdır.Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq bildirmişdir ki, marixuana narkotik vasitəsini tək özü istifadə etmiş, başqa şəxslərə narkotik vasitə verməmiş, kiminləsə birlikdə istifadə etməmiş, kiməsə satmamış və ümumiyyətlə heç vaxt narkotik satmaq fikrində olmamışdır. Polislərin onu saxladığı gün narkotik vasitədən istifadə etməyi fikirləşmiş, ona görə də narkotiki həmin gün üzərində gəzdirirmiş, amma polis əməkdaşları tərəfindən saxlanıldığı üçün istifadə edə bilməmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, səmimi etirafını, yetkinlik yaşına çatmaqda olan bir qız övladının olduğunu, ailəsinin dağılmamasının, ilk məhkumluğunu nəzərə alaraq ona yüngül cəza olaraq azadlığının məhdudlaşdırılması cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Naxçıvan MR DİN-nin Ordubad Rayon Polis şöbəsinin cinayət axtarışının rəisi vəzifəsində xidmət edir. Ordubad şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və istifadə etməsi barədə onlara daxil olan əməliyyat məlumatı üzrə həyata keçirilən əməliyyat tədbirləri ilə Vüsalın narkotik vasitə qəbul etdiyi müəyyənləşdirilmiş və bu zaman aydın olmuş ki, Təqsirləndirilən şəxs mütamadi olaraq marixuana, yəni narkotik vasitə istifadə edir və üzərində narkotik vasitə gəzdirir.Bu məlumatlar öz təsdiqini tapdığından və barəsində həyata keçirdikləri əməliyyat tədbirlərinin tərkib hissəsi kimi onun saxlanılması zərurəti yaranmış və xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs Ordubad şəhərində saxlanılaraq Ordubad rayon Polis Şöbəsinə dəvət etmişlər. Vüsalın üzərində səxsi axtarış aparılmasını həyata keçirmək üçün iki nəfər hal şahidi qismində Ordubad şəhər sakini dəvət etmişlər, hal şahidlərinin Təqsirləndirilən şəxsla hər hansı bir münasibətinin, ədavət və düşmənçiliklərinin olmadığını aydınlaşdırdıqdan sonra Vüsala üzərində narkotik vasitə və ya dövriyyəsi qadağan edilən hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsini təklif edilmiş, Təqsirləndirilən şəxs özü bildirmiş ki, üzərində çətənə, yəni marixuana narkotik vasitəsi var. Vüsal əynindəki cins şalvarın sağ yan cibinin içində olan balaca cıbindən ağ rəngli salfetka kağızında olan büküm çıxarıb onlara təqdim etmişdir. Bükümü açdıqlarında içərisində siqaret selofonuna yığılmış yaşıl rəngdə olan və xüsusi iyə malik bitki kütləsinin olduğunu aşkar etmişlər. Vüsal özü təsdiq etmiş ki, təqdim etdiyi çətənə bitkisinin qurusudur, onu təqribən bir ay əvvəl Anaqut kəndindəki çayın kənarında gördüyü çətənə bitkisini qopardaraq yarpaqlarını yığıb aparıb kirayə yaşadığı evdə qurutmaqla əldə etmişdir. Sonra həmin bitki kütləsini hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə onların gözü qarşısında bükümlə birlikdə elektron tərəzidə çəkmiş və çəkisi 6,273 (altı tam mində iki yüz yetmiş üç) qram olmuşdur. Həmin bitki kütləsinin narkotik xassəli olubolmadığının müəyyən edilməsin üçün kağız zərfə yerləşdirmiş və zərfi möhürləmiş, bununla bağlı şəxsi axtarış protokolu tərtib etmişdir. Protokolu sonda uca səslə oxumuş, protokola əlavə və düzəlişlər daxil olmamış, iştirakçılar protokolun düzgünlüyünü öz imzaları ilə təsdiq etmişlər. Bitki kütləsini məktubla Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat Şöbəsinin Kriminalistik Tədqiqatlar Bölməsinə təqdim etmiş, tədqiqatla bağlı verilən arayışdan aydın olmuşdur ki, Təqsirləndirilən şəxs aşkar edib tədqiqata təqdim edilmiş bitki kütləsi 6,096 qram çəkidə olan marixuna narkotik vasitəsidir. Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə edərək, teztez narkotik vasitə qəbul etdiyinə dair onlarda əməliyyat məlumatı olsada, onun narkotik təkibli çətənə bitkisini özünün əkib-becərdiyinə, narkotik vasitələrin satışı ilə məşğul olduğuna dair, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əlaqələrinə malik olması barədə əməliyyat xidmətində tutarlı məlumat olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2015ci ilin may ayının 15-dən Ordubad rayon Polis Şöbəsinin Biləv Polis Bölməsində sahə inspektoru kimi işə qəbul olunmuş, hazırda Biləv Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsindədir, rütbəsi polis kapitanıdır. 2020-ci ilin avqust ayında Ordubad rayon Polis Şöbəsinə Ordubad şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib istifadə etdiyinə dair əməliyyat məlumatı daxil olmuş, bundan sonra həyata keçirdikləri tədbirlərlə Vüsalın həqiqətən narkotik vasitə əldə etdiyini təsdiq edən məlumatlar əldə etmişlər. Təqsirləndirilən şəxs əməllərini aşkara çıxarmaqdan ötrü əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş, o şöbənin əməliyyat müvəkkili kimi tədbirə cəlb edilmiş və əldə edilən əməliyyat məlumatlarından aydın olmuşdur ki, Ordubad şəhər sakini Təqsirləndirilən şəxs mütamadi olaraq üzərində narkotik vasitə gəzdirir və istifadəsi ilə məşğuldur. Təqsirləndirilən şəxs ünvan 4 ünvanında kirayə yaşadığını müəyyənləşdirdikdən sonra həyata keçirdikləri əməliyyat tədbirlərinin tərkib hissəsi kimi xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs Ordubad şəhərində İcra Hakimiyyətinin binasının yanında idarə etdiyi mikroavtobusa minərkən saxlamışlar və Ordubad rayon Polis Şöbəsinə dəvət etmişlər. Vüsalın üzərində səxsi axtarış aparılmasını həyata keçirmək üçün iki nəfər hal şahidi dəvət etmişlər, Ordubad Rayon Polis Şöbəsinin CAB-in rəisi Şahid1 hal şahidlərinə hüquq və vəzifələrini izah etmiş və hal şahidlərinin yanında Vüsaldan üzərində narkotik vasitə və ya dövriyyəsi qadağan edilən hər hansı bir əşya olub-olmadığını soruşub təklif etmiş ki, varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs üzərində çətənə, yəni marixuana narkotik vasitəsi olduğunu etiraf etmiş və əynindəki cins şalvarın sağ yan cibinin içində olan balaca cibindən ağ rəngli salfetka kağızıda olan bükümü çıxarıb təqdim etmişdir. Bükümü açılmışlar və içərisində siqaret selofonuna yığılmış yaşıl rəngdə olan və xüsusi iyə malik bitki kütləsi aşkar edilmişdir. Bu zaman Vüsal bildirmiş ki, "təqdim etdiyi çətənə bitkisinin qurudulmuşudur və narkotikdir, onu özü istifadə edir". Vüsaldan çətənə qurusunu haradan, kimdən aldığını soruşduqlarında, Vüsal təqribən bir ay əvvəl Anaqut kəndində çayın kənarında gəzərkən yabanı halda bitən çətənə bitkisi qopardıb, yarpaqlarını və bütün yaşıl hissələrini yığdığını və gətirib kirayə qaldığı evdə qurutduğunu, ondan sonra bir neçə dəfə bundan istifadə etdiyini, qaldığı ev öz evi olmadığından üstündə saxladığını bildirmişdir. Həmin bitki kütləsini bükümlə birlikdə hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə elektron tərəzidə çəkmiş və çəkisi 6,273 (altı tam mində iki yüz yetmiş üç) qram olmuşdur. Həmin bükümü kağız zərfə qoyub, zərfi möhürləmişlər. O, hal şahidləri və Vüsalın özü zərfin üzərini imzalamış, həmçinin Tural müəllim şəxsi axtarış protokolu tərtib etmiş, bütün iştirakçılar protokolun düzgünlüyünü öz imzaları ilə təsdiq etmişlər. Proses iştirakçılarına izah edilmiş ki, aşkar edilən kütlə ekspert tədqiqatına təqdim ediləcək və narkotik vasitə olub-olmadığı aydınlaşdırılacaqdır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat Şöbəsinin Kriminalistik Tədqiqatlar Bölməsindən verilən arayışdan Təqsirləndirilən şəxs aşkar edərək tədqiqata təqdim etdilən bitki kütləsi 6,096 qram çəkidə olan marixuna narkotik vasitəsitə olduğu aydın olmuşdur. Həmçinin ifadəsində qeyd etmişdir ki, əldə etdikləri əməliyyat məlumatları Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və istifadə etməsi səpgidə olmuş, narkotik vasitələrin satışı ilə və narkotik tərkibli çətənə bitkisinin əkib-becərməsi ilə məşğul olduğuna dair əməliyyat məlumatlarına malik olmamışlar.Təqsirləndirilən şəxs dediyinə əsasən o, narkotik vasitəni Anaqut kəndindəki çayın kənarında yabanı halda bitmiş çətənə bitkisindən toplayıb, qurudub əldə etmişdir.Həmin çayın axarı boyu yabanı şəkildə bitən çətənə bitkisinə tez-tez rast gəlinirmiş, yabanı halda bitmiş çətənə bitkilərinin toplanıb məhv edilməsi ilə bağlı keçirilən tədbirlər zamanı həmin çayın axar hissələrində yabanı halda bitmiş çətə bitkiləri aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X3 öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. 2003-cü ildən Ordubad-Naxçıvan arası marşrut xəttində öz avtomobili ilə sərnişin daşımış, 2014-cü ildə 67 yaşı tamam olduğundan təqaüdə çıxmış və buna görə də, ona Naxçıvan Nəqliyyat Nazirliyindən təqaüddə olduğundan daha işləyə bilməyəcəyini bildirmişlər. Ona görə də Bakıda yaşayan oğlu Vüsalla danışmış və öz yerinə onun Ordubad-Naxçıvan arası marşrut xəttində gəlib işləməsini təklif etmiş və Vüsal onun təklifi ilə razı olub Naxçıvana qayıtmış və 2015-ci ildən bu xətt üzrə onun "Ford" markalı mikro avtobusu ilə marşrut xəttində işləməyə başlamışdır. Vüsal Bakıdan qayıtdığında bir müddət onlarla birlikdə yaşamış, lakin ailəsi tez-tez Bakıdan Vüsalın yanına gəldiyindən, Ordubad şəhərində kirəyə ev tutub ayrı yaşamağa başlamışdır. "Ford" markalı mikro avtobusun mühərriki xarab olduğundan, bu ilin mart ayında borc edərək "Hyundai" markalı başqa mikro avtobus almışlar və Vüsal həmin avtomobillə sərinişin daşımağa davam etmişdir. 4-5 ildir ki, Vüsal Ordubad- Naxçıvan arasında sərnişin daşıma ilə məşğuldur, bu müddət ərzində kimsədən Vüsal barəsində pis fikir deyildiyini eşitməmiş, sərnişinlərə qarşı nəzakətli olduğunu, qaydaqanunlara uyğun hərəkət etdiyini, pulu olmayan şəxsləri yolda qoymadığını, mənzil başına çatdırdığını tez-tez eşidirmiş. Vüsal bir övlad kimi onun özünə də, həmişə hörmətlə yanaşmışdır. Vüsal polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra, Ordubad rayon Polis Şöbəsinə getdiyində oğlu Vüsalın üzərindən narkotik vasitəsi aşkar olunaraq götürülməsi barədə ona məlumat verilmiş və Vüsalın narkotik istifadə etdiyini bilməmiş, onun narkotik əldə etdiyindən xəbəri olmamışdır. Vüsalın Bakı şəhərindən qayıtdıqdan sonra bir müddət onunla birlikdə yaşamasına baxmayaraq, həmin müddət ərzində Vüsalın çətənə bitkisinin yarpaqlarını qurutması və ya buna bənzər hərəkətlərinin şahidi olmamış, həmçinin onun narkotik vasitə istifadə edən dostunun, tanışının olması barədə heç nə eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən hal şahidi X4 ifadəsində bildirmişdir ki, ünvan 5 1 ünvanında qeydiyyatdadır və orada yaşayır, daimi iş yeri yoxdur, gündəlik fəhləlilik edərək ailəsini saxlayır. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 12:00 radələrində Ordubad şəhərində yerləşən bazardan yaşadığı evə tərəf getdikdə Ordubad Rayon Polis Şöbəsinin qarşısından keçərkən bir nəfər polis əməkdaşı ona yaxınlaşıb "polis şöbəsinə bir nəfər şəxs dəvət olunub, onun üzərində narkotik vasitə olduğuna dair şübhələr var və onun üzərində şəxsi axtarış aparılacaq, sizi hal şahidi kimi iştirak etməyiniz lazımdır", deyərək xahiş etmiş, o polis əməkdaşının xahişini qəbul edib polis şöbəsinə getdiyində, şəhər sakini kimi tanıdığı Sadiqdə hal şahidi kimi oraya çağırılmış, həm avtobus sürücüsü və bir Ordubadlı kimi tanıdığı, münasibətdə olmadığı Ordubad şəhər sakini Təqsirləndirilən şəxs üzərində axtarış aparılacağını polislər onlara bildirmişlər və sonra polis əməkdaşı həmin şəxsdən üzərində narkotik olub-olmadığını soruşmuş, Vüsal üzərində marixuana olduğunu bildirmiş və əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibinin içərisindəki balaca cibdən ağ rəngli salfetkaya bükülmüş büküm çıxarıb, təqdim etmişdir. Polis əməkdaşı bükümü açmış, içərisində siqaret selefonuna bükülmüş yaşıl rəngli bitki qurusunun olduğunu görünmü, Vüsal özü ondan görütülənin çətənə qurusu olduğunu və onu Anaqut kəndinin yaxınlığından, çayın kənarından yığıb qurutduğunu, siqaretə dolduraraq bir neçə dəfə çəkdiyini bildirmişdir. Polis əməkdaşının bundan sonra bitki qurusunu bükümlə birlikdə qızıl tərəzisində çəkdiyini, çəkisinin 6.273 qram olduğunu, foto şəkillərini çəkdiyini, sonra kağız zərfə qoyaraq möhürlədiyini görmüş və bu barədə polis tərfindən protokol yazılmış, protokolu və zərfin üzərini imzalamışdır. O, Ordubad şəhər sakini Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan marixuanın götürülməsi zamanı orada hal şahidi kimi iştirak edərkən qanunsuz hər hansı bir halın şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən hal şahidi X5 öz ifadəsində bildirmişdir ki, Ordubad şəhər H.Əliyev PP. 72\2. ünvanında qeydiyyatdadır və Ordubad şəhəri Mingis küçəsində kommunal evdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 12:05-də pul götürmək məqsədilə bankomata getdikdə Ordubad Rayon Polis Şöbəsinin qarşısından keçərkən bir nəfər polis əməkdaşı ona yaxınlaşıb bildirmiş ki, polis şöbəsinə bir nəfər şəxs dəvət olunub, onun üzərində narkotik olduğuna dair şübhələr vardır və onun üzərində şəxsi axtarış aparılan zaman hal şahidi kimi iştirak etməyini xahiş etmişdir. O, polis əməkdaşının xahişini qəbul edib polis şöbəsinə getmiş, həmin vaxt Ordubad şəhər sakini kimi tanıdığı Samir adlı şəxsi orada görmüş və onun da hal şahidi kimi dəvət edildiyini bilmiş, sonra polis əməkdaşı avtobus sürücüsü kimi tanıdığı, amma adını bilmədiyi bir nəfər şəxsi onlara təqdim edərək Ordubad şəhər sakini Təqsirləndirilən şəxs olduğunu və onun üzərində axtarış aparılacağını bildirmişlər. Bundan sonra polis əməkdaşı həmin şəxsdən üzərində narkotik olub-olmadığını soruşmuş, Vüsal isə bu zaman üzərində marixuana olduğunu bildirərək əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibinin içərisində olan balaca cibindən ağ rəngli salfetkaya bükülmüş büküm çıxarıb polisə təqdim etmişdir. Polis əməkdaşı bükümü açdığında içərisində siqaret sellefonuna bükülmüş yaşıl rəngli bitki kütləsi olduğu görünmüşdür. Vüsal bildirmiş ki, ondan görütülən çətənə kolunun qurusudur və onu Anaqut kəndinin yaxınlığından, çayın kənarından yığıb, qurutmuşdur və siqaretə dolduraraq bir neçə dəfə istifadə etmişdir. Onların yanında həmin kütlə bükümlə birlikdə qızıl tərəzisində çəkilmiş, çəkisi 6.273 qram olmuş, həmin bitki kütləsinin foto şəkilləri çəkilmiş, sonra kağız zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol yazılmış və imzalamış və həmin vaxtı qanunsuz hər hansı bir halın şahidi olmamışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ cibindən selofana bükülmüş 1 ədəd bükülünü könüllü çıxardıb təqdim edərək bildirdi ki, həmin əşya narkotik vasitə “çətənədir”. Həmin bükülü açılaraq içərisində yaşıl rəngdə olan və xüsusi iyə malik bitki kütləsinin hesab olunan marixuana götürülmüşdür. Axtarış şəkilləri çəkilmiş və iş materiallarına sübut kimi əlavə edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 149/20 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01ədəd bükümdə olan yaşıl bitki kütləsi ” sözləri və imzalar olan bir ədədkağız paketin içərisindəki,üzəri salfetka kağızı ilə bükülmüş polietilen torbada,təmiz şəkisi 6,091 qram olan bitki mənşəli kütlə,tərkibində narkotik maddələr olan çətənə (kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 xx.xx.2020-ci il tarixli, 39 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs konnobinoid qrupu narkomaniyası aşkar olunur, hazırda abstinentsiya sindromu müşahidə olunmur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Narkotik vasitənin cinayət işi üzrə maddi sübut növü kimi qiymətləndirilməsi və saxlanca təhvil verilməsi barədə qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 6,096 qram narkotik vasitə mariuxana maddi sübut kimi tanınmış və təhqiqata sərf edildikdən sonra təmiz çəkisi 6,071 qram marixuana Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancına saxlanılması üçün təhvil verilmişdir. İş materiallarında olan 2020-ci il tarixli maddi sübut kimi tanima haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman bir büküm marixuana üzərindən aşkar edilərək götürülməsi aid 9 ədəd fotoşəkilləri maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-in Tİİ-in ƏSİB tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun səmimi etirafını, əməlindən peşman olduğunu, himayəsində azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin saxlancına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,071 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 200990004 saylı ittiham aktı köçürülmüş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 341-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində saxlancında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,071 qram qurudulmuş marixuana narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 200990004 saylı ittiham aktı köçürülmüş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu, həbsdə saxlanılan məhkuma isə verildiyi andan 20 (iyirmi) gün müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar