Məhkəmə qərarları › İş №1(099)-503/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-503/2025

25.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-503/2025 25.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Salyan rayonu Xalac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmayan, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi nömrəsiz evdə kirayədə yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası CM-nin (Bundan sonra CM-nin) 177.2.2, 180.2.2, 182.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X10 hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 17 yanvar 2025-ci il tarixdə Bakı-Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonu, Navahı qəsəbəsi ərazisindən keçən hissəsində yolun kənarında dayanıb həmin avtomobil yolu ilə Zərərçəkmiş şəxs2 Bakı şəhəri istiqamətində etibarnamə əsasında idarə etdiyi "Ford transit mikroavtobus" markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman saxla işarəsi vermiş, avtomobilin ön sərnişin oturacağında əyləşdikdən sonra Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində Zərərçəkmiş şəxs2 intim münasibətdə olmasını təklif etmiş, sonuncu bundan imtina etdikdən sonra onun sağ çiyin və sinə nahiyəsinə yumruqla vurmaqla zor tətbiq edib onun barəsində rüsvayedici məlumatları, yəni onunla intim münasibətdə olması, guya onu zorlaması barədə məlumatları yaymaqla onu rüsvay edəcəyi və onun barəsində hüquq-mühafizə orqanlarına zorlaması barədə şikayət edəcəyi ilə bağlı hədə-qorxu gələrək ondan 1000 manat pul vəsaitini tələb etmiş, Zərərçəkmiş şəxs2 həqiqəti əks etdirmədiyinə baxmayaraq həmin məlumatların yayılmasının onu rüsvayedəcəyi qənaətinə gəlib, xanım olmasına baxmayaraq yolda səsküy salması səbəbindən hədəni real və həyata keçirilə bilən kimi qəbul edərək üzərində olan 215 manat pul vəsaitini təklif etmiş, lakin o, bununla razılaşmadığından Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən işlədiyi yerin yaxınlığında tanışı Şahid1 50 manat borc pul alaraq ümumilikdə 265 manat pul vəsaitinin ona verilməsinə nail olmuş, bununla da o, zərərçəkmiş şəxsə məxsus 1000 manat pul vəsaitini zor tətbiq edib barəsində rüsvayedici məlumatları, yəni onunla intim münasibətdə olması, guya onu zorlaması barədə məlumatları yaymaqla onu rüsvay edəcəyi və onun barəsində hüquq-mühafizə orqanlarına zorlaması barədə şikayət edəcəyi ilə bağlı hədəqorxu ilə tələb etməklə 265 manat pulu ələ keçirmişdir. Bundan başqa o, təkrarən özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq soyğunçuluq yolu ilə əldə etmək, yəni açıq olaraq talamaq məqsədilə 03 mart 2025-ci il tarixdə, saat 15 radələrində Bakı-Ələt-Qazax avtomobil yolunun Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsindən keçən hissəsində yolun kənarında dayanıb həmin avtomobil yolu ilə Zərərçəkmiş şəxs3 Şəki rayonu istiqamətində etibarnamə əsasında idarə etdiyi "VAZ 21074" markalı, **-SG-*** dövlət qeydiyyat nişanı avtomobillə hərəkətdə olan zaman saxla işarəsi vermiş, avtomobilin ön sərnişin oturacağında əyləşdikdən sonra həmin avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində olan "Bayraq Meydanı" adlanan yerin yaxınlığında avtomobilin saxlanmasını tələb etmiş, sonuncu avtomobili saxladıqdan sonra ona müəyyən məbləğdə pul vəsaitinin verilməsini təklif etmiş, Zərərçəkmiş şəxs3 bundan imtina etdikdən sonra avtomobilin salonunda yerləşən surətlər qutusunun yanında sellofan paketə qoyulmuş bir ədəd 1300 manat dəyərində üzəri 8 ədəd xırda brilliant qaşlarla bəzədilmiş 750 əyyarlı İtaliya Respublikasında istehsal olunmuş 7,6 qram çəkidə qadın üzüyü, bir cüt 1200 manat dəyərində üzəri xırda brilliant qaşlarla bəzədilmiş 750 əyyarlı İtaliya Respublikasında istehsal olnmuş 7.5 qram çəkidə sırğaları, daha sonra Zərərçəkmiş şəxs3 həyəcanlı vəziyyətindən istifadə edib əynində olan gödəkcəsinin sağ yan cibindən 10 nominallı pul əskinasını götürüb oradan uzaqlaşmaqla, Zərərçəkmiş şəxs3 məxsus camı 2510 manat dəyərində əmlakları təkrar soyğunçuluq edərək əldə etmiş, yəni açıq yolla talamışdır. Bundan başqa o, təkrarən 25 may 2025-ci il tarixdə saat 17:25 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədilə Qaradağ rayonu ələt qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs1 idarə etdiyi "Mercedes Atego" markalı **-DM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə sərnişin qismində minərək yük avtomobilinin yuxarı rəfində qeyd dəftərinin içərisində olan 3439 (üç min dörd yüz otuz doqquz) manat puldan 1220 (bir min iki yüz iyirmi) manat pulu gizli yolla talamaqla oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən X10 ona Azərbaycan Respublikası CM-in 177.2.2, 180.2.2 və 182.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ona ittiham verilmiş cinayətləri törətmişdir. Həmin cinayətləri maddi ehtiyac üzündən, nəvələrinin xəstəliyi ilə əlaqədar olaraq törətmişdir. Belə ki, 2025-ci ilin yanvar ayının əvvəllərində dəqiq xatırlamadığı zaman saat 15 radələrində Hacıqabul rayonu Navahi qəsəbəsində dayanıb avtomobillərə əl etmişdir ki, kimsə saxlasa, avtomobilə əyləşsin və yolda həmin sürücü ilə cinsi əlaqədə olub sonradan ondan hədə-qorxu ilə pul tələb etsin. Bu zaman “Ford Transit” markalı, **-OD-*** dövlət nömrə nişanlı mikroavtobus görüb ona əl etmişdir. Sürücü saxladıqda həmin avtomobilə yaxınlaşmış, sürücü ona hara getdiyini soruşmuş, o da Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsinə getmək istədiyini demiş, o da razılaşmış və avtomobilin ön sərnişin oturacağına əyləşmişdir. Həmin vaxt o, sürücü ilə müxtəlif mövzularda söhbətlər etmiş, Hacıqabul rayonu, Atbulaq kənd ərazisində həmin sürücüyə intim münasibətdə olmağı təklif etmişdir. Sürücü isə razı olmamış və ayıb olduğunu demişdir. Bu zaman o, aqressivləşmiş və onun ünvanına nalayiq ifadələr işlədərək onu qıcıqlandırmışdır. Bu zaman sürücü onu Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsinə aparmaq istəmədiyini demiş və avtomobili saxlayıb düşməyini xahiş etmişdir. O, daha da əsəbiləşmiş və əli ilə yumruqla onun sağ çiyin nahiyyəsindən yumruq vurub paltarından tutaraq onun başına oyun açacağını, guya onu zorlamağı barədə polis şöbəsinə, həmçinin onun ailə üzvlərini tapıb onlara bildirəcəyini və onu rüsvay edəcəyini deyib onun sinəsinə yumruq vuraraq 1000 manat pul verməyini tələb etmişdir. Həmin pulu verməyəcəyi təqdirdə dediyi hədələri həyata keçirəcəyini onu əmin etmişdir. Həmin vaxt onu inandırmaq üçün idarə etdiyi avtomobilin dövlət nömrə nişanının şəklini çəkib polis şöbəsinə onu zorladığını və ona qarşı əxlaqsız hərəkətlər etdiyini deyəcəyini bildirmişdir. Sürücü ona 1000 manat pulu olmadığını demişdir. Lakin ona inanmamış və qiyməti aşağı salaraq əvvəlcə 600 manat, sonra isə 300 manat pul tələb etməyə başlamışdır. Həmin vaxt sürücü cibində olan 215 manat pulu çıxarıb ona vermiş və olan pulunun bu qədər olduğunu, başqa pulu olmadığını demişdir. O, 215 manat pulu sürücüdən aldıqdan sonra razılaşmamış və qalan 85 manat pulu verməsini ondan tələb etmişdir. Həmin vaxt avtomobilin sandıqça hissəsini açıb oranı axtarsa da, dəyərli nəsə əşya və ya pul tapa bilməmişdir. Bir qədər sonra kimsə sürücüyə zəng edərək iş yerinə dəvət etmişdir. O, sürücü ilə birlikdə həmin yerə getmiş və sürücü hansısa bir oğlandan 50 manat da əlavə pul alıb ona verərək artıq pulu olmadığını demişdir. O da həmin 50 manatı da sürücüdən almış və kiməsə bu barədə deyəcəyi təqdirdə onun başına oyun açacağını bir daha təkrarlayaraq avtomobildən düşüb çıxıb getmişdir. Bundan sonra, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində yaşadığı evdən çıxıb Şirvan şəhərində yaşayan qohumu Fərhadın yaşadığı evə qonaq getmək üçün Bakı-Ələt-Qazax magistral yolunun Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsindən keçən hissəsində yolun kənarında dayanıb bir qədər Şirvan şəhəri istiqamətində gedən mikroavtobus gözləmişdir. O, mikroavtobusun gəlmədiyni görüb yoldan keçən avtomobillərə onu aparmaları üçün əli ilə işarə verməyə başlamışdır. O, orada dayandıqdan bir qədər sonra “VAZ 21074” markalı, **-SG-*** dövlət nömrə nişanlı minik avtomobili oradan keçərkən avtomobili saxlaması üçün əli ilə sürücüyə işarə vermiş və həmin avtomobilin sürücüsü ondan bir qədər irəlidə avtomobili saxlamışdır. Avtomobil dayanandan sonra sürücü avtomobili arxa-arxaya hərəkət etdirib onun yanında dayanmışdır. O, avtomobilin ön sərnişin qapısını açmışdır. Avtomobilin sürücüsü ondan hara getdiyini soruşmuşdur. Həmin avtomobilin adını sonradan bildiyi sürücüsü Zərərçəkmiş şəxs3 Şirvan şəhərinə getdiyini bildirəndə Zərərçəkmiş şəxs3 ona avtomobilə əyləşməyini və onu Şirvan şəhərinə yaxın yerə, yəni Hacıqabul rayonu ərazisində yerləşən körpüyə aparacağını demişdir. O, avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. O, avtomobilə əyləşəndən sonra Zərərçəkmiş şəxs3 avtomobili Şirvan şəhəri istiqamətində hərəkət etdirməyə başlamışdır. Yolda o, Zərərçəkmiş şəxs3la müxtəlif mövzularda söhbət etməyə başlamışdır. Onlar Hacıqabul rayonu, Qızılburun kənd ərazisinə çatdıqda Zərərçəkmiş şəxs3 onun ayağının üstünə əlini qoyub ondan xoşu gəldiyini və onunla yaxın münasibət qurub yaxınlıq etmək istədiyini demişdir. O, əvvəlcə razı olmamış, lakin Vüqar ona narahat olmamağını bildirib onun sinəsinə əlini vurub onunla cinsi münasibətdə olmaq istədiyini demişdir. Zərərçəkmiş şəxs3 ona cibində 50 manat pul olduğunu, lakin yol getdiyi üçün pulun ona lazım olduğunu bildirib onunla cinsi əlaqədə olmağının müqabilində ona qızıl üzük və qızıl sırğa verəcəyini bildirmişdir. Onun maddi problemləri olduğundan Zərərçəkmiş şəxs3la cinsi münasibətdə olacağına razılıq vermişdir. O, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra sürücü idarə etdiyi “VAZ 21074” markalı, **-SG-*** dövlət nömrə nişanlı minik avtomobilini Hacıqabul rayonu, Atbulaq kənd ərazisində yolun kənarında saxlamışdır. Zərərçəkmiş şəxs3 avtomobili saxladıqdan sonra avtomobildən düşüb avtomobilin ön sərnişin qapısını açıb ona yaxınlaşmışdır. O, əynində olan üst geyimlərini çxıartmış və əli ilə onun cinsi ehtirasını təmin etmişdir. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs3 cinsi aktını yekunlaşdırmışdır. Zərərçəkmiş şəxs3 üst başını düzəldib sərnişin qapısını bağlayıb sükan arxasına keçmişdir. Zərərçəkmiş şəxs3 avtomobilin mühərrikini işə salıb Şirvan şəhəri istiqamətində hərəkətinə davam etmişdir. Bir qədər getdikdən sonra Zərərçəkmiş şəxs3 Bakı-Ələt-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində “Bayraq meydanının yaxınlığında avtomobilini saxlamışdır. O, Zərərçəkmiş şəxs3 onunla cinsi münasibətdə olması müqabilində ona qızıl üzük və qızıl sırğa verəcəyi barədə razılaşdığını bildirmişdir. Lakin Vüqar bundan imtina etmiş və pulunun olmadığını demişdir. Bu zaman o, əsəbiləşmiş və avtomobilin ön sərnişin oturacağının qarşısında olan saxlanc yerinin açıq olan qapısından əlini salıb ağ rəngli sellofanın içərisində olan bir cüt qızıl sırğa və bir ədəd qızıl sırğanı götürmüşdür. Vüqar da bunun şahidi olmuşdur. O, qızılları götürən zamna Vüqar qızılları götürməməyini, 50 manat verəcəyini demişdir. O isə Vüqarla əvvəlcədən razılaşdığını və söz verdiyi kimi cinsi əlaqə faktından sonra həmin qızılların onun haqqı olduğunu bildirmişdir. Vüqar qızılları geri istədiyi üçün o, bu hərəkət barədə ailə üzvlərinə və polis əməkdaşlarına məlumat verəcəyini demişdir. Bundan sonra isə avtomobildən düşüb getmişdir. O, paltarlarının bulaşıq olduğunu görüb yaşadığı evə qayıtmaq qərarına gəlmişdir. Yolun kənarında Bakı şəhəri istiqamətində dayanıb avtomobil gözləməyə başlamışdır. Bir neçə dəqiqə sonra bir yük avtomobili saxlamış və o, həmin yük avtomobilinə minib yaşadığı evə qayıtmışdır. Yaşadığı evə qayıdanda Zərərçəkmiş şəxs3 məxsus olan və özünün Vüraın gözləri qarşısında götürdüyü bir ədəd qızıl üzüyü və bir cüt qızıl sırğanı satmaq qərarına gəlmiş və bu məqsədi üçün Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Altun zərgərlik” adlanan qızıb satışı mağazasına getmişdir. Orada işləyən şəxsə bir ədəd qızıl üzük və bir cüt qızıl sırğa satmaq istədiyini demişdir. Qızıl mağazasında işləyən şəxs ona şəxsiyyətini təsdiq edən sənəd təqdim etməyini bildirmişdir. O, şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirəndə qızıl mağazasında işləyən şəxs ona satmaq istədiyi qızıl üzüyü və bir cüt qızıl sırğanı ondan almayacağını demişdir. Bundan sonra o, tanışı Şahid4 zəng edib ona qızıl satmaq istədiyini, lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün qızılları sata bilmədiyini deyərək bu məsələdə ona köməklik etməsini və şəxsiyyət vəsiqəsini götürüb “Altun zərgərlik” adlanan qızıl satışı mağazasına gəlməsini xahiş etmişdir. O, Şahid4 təxminən 8 aya yaxındır ki, tanımışdır. Zəfərlə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Xəzri” adlanan restoranda tanış olmuşdur. Şahid4 həmin restoranda ofsiant işləmişdir. Həmin vaxtdan onların dost münasibəti yaranmışdır. O, Şahid4 zəng edəndən bir qədər sonra o, “Altun zərgərlik" adlanan qızıl satışı mağazasına gəlmişdir. O, Şahid4 maddi problemləri olduğu üçün ailəsinə məxsus bir ədəd qızıl üzüyü və bir cüt qızıl sırğanı satmaq istədiyini bildirib ona şəxsiyyət vəsiqənin üzərində olmadığından şəxsiyyət vəsiqəsini qızıl mağazasında işləyən şəxsə verməsini xahiş etmişdir. Şahid4 onun xahişini yerinə yetirib şəxsiyyət vəsiqəsini mağazada işləyən şəxsə təqdim etmişdir. Qızıl mağazasında işləyən şəxs onun satmaq istədiyi bir ədəd qızıl üzüyü və bir cüt qızıl sırğanı tərəzidə çəkmiş və həmin qızılların çəkisinin 15.18 qram olduğu müəyyən olunmuşdur. Mağazada işləyən adını bilmədiyi şəxs qızılın hər qramı üçün ona 83 manat pul verəcəyini demişdir. O, mağazada işləyən şəxslə razılaşandan sonra Şahid4 adına elektron alış aktı tərtib olunmuşdur. Sonra qızıl mağazasında işləyən şəxs 1259 manat 94 qəpik (min iki yüz manat əlli doqquz manat doxsan dörd qəpik) pul götürüb Şahid4 vermişdir. Bundan sonra Şahid4 həmin pulu ona vermiş və onlar birlikdə qızıl mağazasını tərk edib getmişlər. Bundan sonra o, Şahid4la sağollaşıb yaşadığı evə getmişdir. O, həmin qızılların satışından əldə etdiyi pulu yaşadığı mənzilin kirayə puluna, kommunal xidmətlərinə və ərzağa xərcləmişdir. xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı evə gəlib onun qızıl üzük və qızıl sırğaları oğurladığını bildirib məsələyə aydınlıq gətirmək üçün Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Orada onun barəsində cinayət işi açılaraq istintaq aparılmışdır. Həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəmdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Sonuncu dəfə isə, 25 may 2025ci il tarixdə saat 17 radələrində Qobustan qəsəbəsində Şəmsiyyə adlı rəfiqəmgildən Sahil qəsəbəsinə yaşadığı evə qayıdarkən əsas yolun kənarında dayanaraq şəhər istiqamətinə gedən maşınlardan saxlatdırıb evə getmək niyyəti olmuşdur. Bu zaman əl etdiyi avtomobillərdən biri olan yük maşını saxlamış və həmin avtomobilə yaxınlaşaraq Sahil qəsəbəsinə gedəcəyini demiş, sürücüdən onu Sahil qəsəbəsinə aparmasını xahiş etmişdir. Sürücü də razılaşmışdır. Bundan sonra o, həmin yük avtomobilinə əyləşmişdir. Bir qədər getdikdən sonra avtomobilin içinə fikir verdikdə ön partpresin üst hissəsində saxlanc yeri kimi istifadə olunan hissədə dəftər olduğunu və onun içində hansısa miqdarda pul qoyulduğunu görmüşdür. Bu zaman həmin puldan bir hissəsini oğurlamaq qərarına gəlmişdir. Bu niyyətlə də yalandan sürücüyə ac olduğunu deyərək düşüb mağazadan yemək üçün nəsə almasını xahiş etmişdir. Sürücü də ona inanmış və biraz irəlidə avtomobili saxlayıb düşərək mağazaya girmişdir. O, bu fürsətdən istifadə edərək əlini atıb həmin dəftərin içərisində olan puldan bir qədər götürmüşdür. Lakin onun miqdarına baxmamış və əl çantasına qoymuşdur. Dəftəri isə öz yerinə qoymuşdur. Bir neçə dəqiqə sonra sürücü gəlib avtomobilə əyləşmiş və ona yeməyi üçün bir ədəd su və qoğal vermişdir. Onu yedikdən sonra Ümid qəsəbəsində düşmək istədiyini demişdir. Sürücü avtomobili saxlamışdır. O, bu zaman həmin sürücüyə şər atıb dəftərin içində olan puldan biraz da ələ keçirmək qərarına gəlmişdir. Bu niyyətlə də, sürücüyə ona 400 manat pul verməsini, verməyəcəyi halda guya onu zorlaması barədə şər atacağını və polisə, eləcə də onun ailə üzvlərinə bu barədə məlumat verəcəyini demişdir. Sürücü əvvəlcə buna əhəmiyyət verməsə də, o, avtomobildən düşməyərək ona hədə-qorxu gəlməyə başlamışdır. Sürücü pulunun olmadığını dedikdə isə o, kitabın içində pul gördüyünü, həmin puldan ona 400 manat verməsini tələb etmişdir. Sürücü imtina etdikdə isə kitabın içində olan pulun hamısını götürüb cırsa belə ona heç nə edə bilməyəcəyini demişdir. Bu zaman sürücü uşağının xəstə olmasını demiş və o, həmin kitabın içində olan puldan 400 manat götürüb qalan pulu ona qaytarmışdır. Sonra sürücü uşağının xəstə olduğunu dediyi üçün ona hissə-hissə 400 manat pulu qaytarmışdır. Çünki onsuz da sürücünün xəbəri olmadan həmin kitabın içindən hansıa miqdarda pul oğurlamışdır. Bu zaman sürücü ondan onu şərləməməyi üçün əlaqə nömrəni istəmiş, o da işlətmədiyi bir mobil nömrə ona vermişdir ki, onu tapa bilməsin. Bundan sonra o, həmin avtomobildən düşüb getmişdir. Sonradan oğurladığı pulu saymış və 1220 manat olduğunu müəyyən etmişdir. Həmin pulu öz ehtiyacları, xəstə qızı və nəvəli üçün xərcləmişdir. Tutduğu əməlimdən peşmandır, bu qanunsuz əməlləri nəticəsində vurduğu ziyanı tam olaraq zərərçəkmiş şəxslərə ödəmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 25 may 2025-ci il tarixdə idarə etdiyi **-DM-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Atego” markalı avtomobil ilə “Dərnəgül bazarı” adlanan yerdən tikinti materialları götürərək sifariş əsasında Şirvan şəhərinə aparmışdır. Təyinat üzrə sifarişi çatdırdıqdan sonra orada ona 3439 manat pul verilmiş və o, pulu qeydiyyat apardığı dəftərin içərisinə qoyaraq həmin dəftəri də idarə etdiyi maşının kabinində yuxarı hissədə olan rəfdə saxlamışdır. Həmin gün saat 17:25 radələrində Şirvan şəhərindən Bakıya qayıdarkən Ələt qəsəbəsi ərazisində yolun kənarında tanımadığı bir nəfər orta yaşlı bir qadın saxla işarəsi vermiş, o da kömək etmək məqsədi ilə saxlamış və həmin qadından haraya getdiyini maraqlanmışdır. Həmin qadın Sahil qəsəbəsinə gedəcəyini deyərək Bakıya gedirsə onu da Sahil qəsəbəsinə qədər aparmağını xahiş etmişdir. O da razılaşaraq maşına minməyinə icazə vermişdir. Yolda olarkən həmin qadın özünü Günel adı ilə təqdim etmiş və ac-susuz olduğunu demişdir. O da yaxınlıqda olan ərzaq mağazasının qarşısında saxlayaraq mağazadan qadın üçün bir butulka su və bir ədəd qoğal almışdır. O, maşından düşərkən pullar maşında olmuşdur. Maşına qayıtdıqdan sonra dəftərin yerinin dəyişdiyini görərək içərisindəki pulları yoxlamaq istəmişdir. Dəftəri götürüb baxdıqda orada saymasa da pullar olduğunu görmüş və dəftəri yerinə qoymuşdur. Yolda olarkən Günel adlı qadın Ümid qəsəbəsi ərazisində düşəcəyini bildirmiş, o da maşını yolun sağ kənarında saxlamışdır. Bundan sonra Günel adlı şəxs onu təhdid edərək guya onu zorladığı barədə şər atacağını deyib pul istəmiş, o isə pulunun olmadığını bildirdikdə əlini maşında saxladığı dəftərə ataraq arasından pulu götürərək orada pulu olmağını demişdir. Hətta Günel pulun hamısını götürüb cırarsa ona neyniyə biləcəyini, maşınının şüşələrini qıracağını demişdir. O, bu şəxsin problemli olduğunu görüb uşağının xəstə olduğunu deyərək həmin pulu əməliyyat xərcləri üçün yığdığını söyləmişdir. Günel adlı şəxs həmin pulun içərisindən 400 manat götürərək qalan məbləği ona qaytarmışdır. Sonradan ona 200 manatını qaytarmağı xahiş etmiş, Günel də 200 manat qaytarmışdır. Daha sonra onda olan 200 manat pulun da qaytarmasını, əvəzində ona 50 manat verəcəyini vəd etmiş, sonra ona 20 manat uzatdıqda əlində olan 200 manatı da qaytararaq xəstə uşağına görə ona keçəcək etdiyini demişdir. Həmin vaxt Günel ondan pul almamışdır. O da Günelin pul istəmədiyinə görə mobil nömrəsini istəmiş və onu şərləmədiyinə görə onunla çay içəcəyini vəd vermişdir. Lakin Günel adlı şəxs ona işləməyən bir xatırlamadığı mobil nömrə verərək uzaqlaşmışdır. O, idarə etdiyi maşınla şəhərə doğru hərəkətə davam etmiş və bu zaman maşınında olan pulu saymağa başlamışdır. O, pulu 3-4 dəfə saydıqdan sonra 1220 manat pulun əskik olduğunu başa düşmüşdür. Sonra o, müdirinə və DİN-nin 102 Məlumat Mərkəzinə maşınından pul oğurlandığı barədə məlumat vermişdir. Günel adlı qadın pulu o, Ələt qəsəbəsi ərazisində ərzaq mağazasına getdikdə oğurlamışdır. Oğurluq hadisəsinin törədilməsində Günel adlı qadından şübhələnmişdir. Hadisə nəticəsində ona 1220 (bir min iki yüz iyirmi) manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 5 ilə yaxındır ki, 2 Saylı Bakı şəhəri Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən 2 saylı Azəravtoyol idarəsində servis sürücüsü işləyir. Azəravtoyol idarəsinə məxsus etibarnamə ilə idarə etdiyi Ford Transit markalı, **-OD-*** dövlət nömrə nişanlı mikroavtobusu idarə edir. 2025-ci ilin yanvar ayının əvvəllərində (dəqiq vaxt yadında deyil) saat 15 radələrində o, Azəravtoyol idarəsinə məxsus etibarnamə ilə idarə etdiyi Ford Transit markalı, **-OD-*** dövlət nömrə nişanlı mikroavtobusla Hacıqabul şəhərindən işlədiyi Bakı şəhəri Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən 2 saylı Azəravtoyol idarəsinə yola düşmüşdür. Bakı-Ələt-Qazax magistral yolunun Hacıqabul rayon ərazisindən keçən hissəsində “Qədirxum” restoranının yaxınlığında bir nəfər şəxsin yolun kənarında dayanıb avtomobillərə onu aparmaları üçün əli ilə işarə verdiyini görmüşdür. O, həmin şəxsi insanlıq naminə götürüb aparmaq qərarına gəlmişdir. Həmin şəxsin yanında avtomobilini saxlamış və hara getdiyini soruşmuş, həmin şəxs ona Hacıqabul rayonu Pirsaat qəsəbəsinə getdiyini bildirmiş və onu aparmağa razı olmuşdur. Həmin şəxs avtomobilə əyləşmiş və o, yoluna davam etmişdir. Hacıqabul rayonu Pirsaat qəsəbəsində həmin şəxs ona avtomobili saxlamağını demiş və o, avtomobili saxlayandan sonra həmin şəxs sağol deyib avtomobildən düşüb getmişdir. Həmin şəxs düşüb gedəndən sonra o, yoluna davam etmişdir. Hacıqabul rayonu, Navahi qəsəbəsində yolun kənarında bir nəfər adını sonradan bildiyi X4 dayandığını görmüşdür. O, yenə də insanlıq edib qadının yolun kənarında dayanmasını istəməyib Solmaz Quliyevanı aparmaq istəmişdir. X2 yanında saxlamış, Solmaz Quliyeva onun idarə etdiyi avtomobilin ön sərnişin qapsını açmış və ondan hara getdiyini soruşmuşdur. O, Solmaz Quliyevaya Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsinə getdiyini demişdir. Solmaz Quliyeva isə onu Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsinə qədər aparmağını xahiş etmişdir. O, Solmaz Quliyevanı təmənnasız insanlıq xatirinə aparmaq qərarına gəlmiş və Solmaz Quliyevaya avtomobilə əyləşməsini demişdir. Həmin vaxt Solmaz Quliyeva ona avtomobilin ön oturacağında əyləşə bilib-bilməyəcəyi barədə icazə almışdır. O, Solmaz Quliyevaya harada istəyirsə əyləşə biləcəyini demişdir. Solmaz Quliyeva onun idarə etdiyi “Ford Transit” markalı, **-OD-*** dövlət nömrə nişanlı mikroavtobusun ön sərnişin oturacağında əyləşmişdir. Bundan sonra o, yoluna davam etmişdir. Yol boyunca Solmaz Quliyeva onunla müxtəlif mövzularda söhbətlər etmişdir. Hacıqabul rayonu, Atbulaq kənd ərazisində Solmaz Quliyeva onunla intim münasibətdə olmağı təklif etmiş, o isə Solmaz Quliyevaya o yaşda olmadığını, bu cür söhbətlərin ona aidiyyəti olmadığını və ailəli olduğunu bildirib onunla intim münasibətdə olmaqdan imtina etmişdir. O, bunu Solmaz Quliyevaya bildirəndən sonra Solmaz Quliyeva aqressivləşmiş və ona kobud sözlər demişdir. O, Solmaz Quliyevaya artıq onu Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsinə aparmaq istəmədiyini bildirib avtomobili saxladıqdan sonra ondan düşməsini xahiş etmişdir. Solmaz Quliyeva onun bu sözlərindən sonra onun sağ çiyin nahiyyəsindən yumruq vurub paltarından tutaraq başına oyun açacağını, onu zorlamağı barədə polis şöbəsinə, həmçinin onun ailə üzvlərinə bildirəcəyini və onu rüsvay edəcəyini bildirib yenə də onun sinə nahiyyəsinə yumruq vurmuşdur. Solmaz Quliyeva ona 1000 manat pul vermədiyi təqdirdə idarə etdiyi avtomobilin dövlət nömrə nişanının şəklini çəkib polis şöbəsinə onu zorlaması və ona qarşı əxlaqsız hərəkətlər etməsini bildirəcəyini demişdir. O, Solmaz Quliyevaya 1000 manat pulunun olmadığını bildirəndə həmin qadın əvvəlcə razı olmamış, lakin sonradan həmin məbləği əvvəlcə 600 manat, sonra isə 300 manata endirmişdir. O, Solmaz Quliyevanın onu şərləyəcəyindən, ailəsinin qarşısında biyabır olacağından və işdən çıxarılacağından qorxub həmin vaxt cibində olan 215 manat pulu Solmaz Quliyevaya vermişdir. Solmaz Quliyeva bu pulun az olduğunu və ondan əl çəkmiyəcəyini bildirəndə o, artıq Solmaz Quliyevanın hərəkətlərindən qorxmuşdur. Pulu olmadığından iş yoldaşı Samir adlı şəxsə zəng edib onu işlədiyi idarənin yaxınlığında qarşılamasını və onun üçün pul gətirməsini xahiş etmişdir. O, mobil telefonla danışan zaman Solmaz Quliyeva onun avtomobilinin sandıqçalarını açaraq içərisinə baxıb nəsə axtarmışdır. Bir qədər sonra iş yoldaşı ona zəng edərək işlədiyi idarənin yaxınlığında onu gözlədiyini demişdir. Bu söhbətdən bir neçə dəqiqə sonra o, Solmaz Quliyeva ilə birlikdə işlədiyi idarənin yaxınlığına çatmışdır. Avtomobili saxlayıb avtomobildən düşüb iş yoldaşı Samir adlı şəxslə görüşmüşdür. O, Samir adlı şəxsə başına gələnləri danışıb Solmaz Quliyevanın ondan pul tələb etdiyini, pulu vermədiyi təqdirdə onu zorlamağı barədə şərləyəcəyini danışmışdır. Samir adlı iş yoldaşı ona qulaq asandan sonra ona 50 manat pul verərək ona “apar Solmaz Quliyevaya ver və yola sal çıxıb getsin, o, şər-xətadı” ifadəsini işlətmişdir. O, Samir adlı iş yoldaşından pulu alıb avtomobilinə əyləşmiş və pulu Solmaz Quliyevaya vermişdir. O, Solmaz Quliyevaya başqa pulu olmadığını bildirib ondan əl çəkməsini xahiş etmiş, Solmaz Quliyeva pulu ondan götürəndən sonra avtomobildən düşüb getmiş və kiməsə bu barədə dediyi təqdirdə onun başına oyun açacağını bildirmişdir. Solmaz Quliyeva avtomobili tərk edib gedəndən sonra o, öz işləri ilə əlaqədar olaraq getmişdir. Solmaz Quliyevanın onun barəsində şikayət edəcəyindən qorxub onun hərəkəti barədə şikayət etməmişdir. Sonradan ona məlum olmuşdur ki, Hacıqabul rayon polis şöbəsinin əməkdaşları Solmaz Quliyevanı saxlamışlar və o da artıq Solmaz Quliyevanın ona qarşı bu hərəkəti barədə şikayət etmək qərarına gəlmişdir. Hacıqabul rayon polis şöbəsinə gəlib rəsmi qaydada bu barədə şikayət etmişdir. Qeyd etmişdir ki, 2025-ci ilin yanvar ayının əvvəllərində (dəqiq vaxt yadında deyil) X10 onu zorlamaqla şərləyəcəyi və rüsvay edəcəyi ilə hədələyib ondan ümumilikdə 265 manat pul almışdır. Solmaz Quliyeva onunla intim əlaqədə olmaq üçün təklifi Hacıqabul rayonu, Atbulaq kəndində təklif etmişdir. Onunla intim münasibətdə olmaq istəmədiyini bildirəndə Hacıqabul rayonu, Atbulaq kənd ərazisində Solmaz Quliyeva onu şərləyəcəyi barədə hədə-qorxu gəlib pul tələb etməyə başlamış və orada ona 215 manat pul vermişdir. Yerdə qalan pulu isə Solmaz Quliyevaya Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində tanışı Samir adlı şəxsdən borc alıb vermişdir. Solmaz Quliyeva onun sinəsinə və sağ çiyninə yumruq vurmuşdur. O, Solmaz Quliyevaya zor tətbiq etməmişdir. Solmaz Quliyeva onun sağ çiyin nahiyyəsindən yumruq vurub paltarından tutaraq onun başına oyun açacağını, onu zorlamağı barədə polis şöbəsinə, həmçinin onun ailə üzvlərinə bildirərək onu rüsvay edəcəyini, idarə etdiyi avtomobilin dövlət nömrə nişanının şəklini çəkib polis şöbəsinə onu zorladığını və ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirəcəyini demişdir. O isə Solmaz Quliyevanın onu şərləyəcəyindən, ailəsinin qarşısında biyabr olacağından və işdən çıxarılacağından qorxub ona 265 manat pulu vermişdir. İbtidai istintaq zamanı ona dəymiş maddi ziyanın Solmaz Quliyeva tərəfindən ödənilməsi barədə ərizə versə də, ona dəymiş ziyan ödənilməmişdir. Solmaz Quliyevadan ondan ələ keçirmiş olduğu 265 manat pulun ödənilməsini tələb edir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, etibarnamə ilə idarə etdiyi “VAZ 21074” markalı, **-SG-*** dövlət nömrə nişanlı minik avtomobili vardır. O, həmin avtomobil ilə sərnişin daşınması ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə axşam saatlarında qardaşı Rza İbrahimov ona həyat yoldaşı X3 Bakı şəhərində yerləşən xəstəxanada əməliyyat olunacağını bildirib ondan Arifə İbrahimovanı xəstəxanaya aparmağı xahiş etmişdir. O, qardaşı Rza İbrahimovun xahişini yerinə yetirib onu və həyat yoldaşı Arifə İbrahimovanı Bakı şəhərinə aparmağa razılıq vermişdir. xx.xx.2025-ci il tarixdə səhər saat 06 radələrində yaşadığı evdən çıxıb qardaşı Rza İbrahimov və sonuncunun həyat yoldaşı Arifə İbrahimova ilə birlikdə idarə etdiyim “VAZ 21074” markalı, **-SG-*** dövlət nömrə nişanlı minik avtomobili ilə Şəki şəhərindən Bakı şəhərinə yola düşmüşdür. X12 həyat yoldaşı Arifə İbrahimovanın müalicəsinə pul lazım ola biləcəyini düşünüb yaşadığı evdən özünə məxsus bir ədəd qızıl üzüyü və bir cüt qızıl sırğanı götürmüşdür. Həmin qızıl zinyət əşyalarını götürmüşdür ki, X12 pul lazım olduğu təqdirdə onları satıb Arifə İbrahimovanın mualicəsi üçün qardaşına versin. Həmin bir ədəd qızıl üzüyü və bir cüt sırğanı balaca politelen paketə qoyub idarə etdiyi “VAZ 21074” markalı, **-SG-*** dövlət nömrə nişanlı minik avtomobilin sürətlər qutusunun yanına qoymuşdur. Bir neçə saat sonra o, qardaşı Rza İbrahimov və həyat yoldaşı Arifə İbrahimova ilə birlikdə Bakı şəhərinə çatmışlar. O, qardaşı Rza İbrahimovu və həyat yoldaşı Arifə İbrahimovanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metro stansiyasının yaxınlığında yerləşən xəstəxanaya aparmışdır. Rza İbrahimovu və həyat yoldaşı Arifə İbrahimovanı xəstəxanaya düşürtdükdən sonra Bakı şəhərindən Şəki şəhərinə yola düşmüşdür. Həmin günü saat 15 radələrində Bakı şəhərindən Şəki şəhərinə gedən zaman Bakı-Ələt-Qazax magistral yolunun Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsindən keçən hissəsində yolun kənarında bir nəfər adını sonradan bildiyi X4 dayanıb ona avtomobilini saxlamağı üçün əli ilə işarə verdiyini görmüşdür. O, idarə etdiyi “VAZ 21074” markalı, **-SG-*** dövlət nömrə nişanlı minik avtomobilini Solmaz Quliyevadan bir qədər irəlidə saxlayıb avtomobili arxa-arxaya hərəkət etdirib Solmaz Quliyevanın yanında saxlamışdır. Solmaz Quliyeva onun idarə etdiyi avtomobilin sərnişin üçün nəzərdə tutulmuş ön qapısını açmış, ondan hara getdiyini, onu Şirvan şəhərinə yaxın bir yerə apara bilib-bilməyəcəyini soruşmuşdur. O, Şəki şəhərinə getdiyini bildirəndə Solmaz Quliyeva ondan onu Hacıqabul rayonunda körpünün üstündə aparıb düşürtməyi xahiş etmişdir. O, qadın olduğu üçün Solmaz Quliyevaya etiraz etməmiş və onu dediyi yerə apara biləcəyini demişdir. Bunu deyəndən sonra Solmaz Quliyeva idarə etdiyi avtomobilin ön sərnişin oturacağında əyləşmiş və o, yoluna davam etmişdir. Yol boyunca Solmaz Quliyeva onunla müxtəlif mövzuda söhbətlər etməyə başlamış və onu intim münasibətə sövq etməyə başlamışdır. O, Solmaz Quliyevanın bu hərəkətlərindən narahat olmağa başlamışdır. Saat təxminən 16 radələrində artıq Bakı-Ələt-Qazax magistral yolunun Hacıqabul rayon ərazisindən keçən hissəsində “Bayraq meydanı”nın yaxınlığında çatmışlar. Solmaz Quliyeva ona düşmək istədiyini bildirib avtomobili saxlamağı demişdir. O, avtomobili yolun kənarında saxladıqdan sonra Solmaz Quliyeva ona pul verməyini demiş, o, pulu olmadığını bildirəndə isə həmin qadın qəfildən avtomobilin sürət qutusunun yanına qoyduğu polietilen paketdə olan bir ədəd qızıl üzüyü və bir cüt sırğanı götürmüşdür. O, Solmaz Quliyevaya həmin qızıl zinyət əşyalarını qaytarmasını bildirəndə onun başına oyun açacağını, onu zorladığı barədə polis əməkdaşlarına və ailə üzvlərinə bildirəcəyini və onu rüsvay edəcəyini bildirib qızıl üzüyü politelen paketdən çıxarıb barmağına taxmışdır. O, Solmaz Quliyevanın sözlərinə məhəl qoymayıb yenə də qızıl zinyət əşyalarını qaytarmasını bildirəndə Solmaz Quliyeva ona nalayiq sözlər deyib başına oyun açacığını demişdir. Solmaz Quliyevanın onu bu cür şərləyəcəyindən qorxub ona heç bir zor göstərməmiş, yalnız sakit qaydada qızıl zinyət əşyalarımı qaytarmasını bildirib avtomobilin sürət qutusunun yanına qoyduğu mobil telefonunu götürmək istəmişdir. Bu zaman Solmaz Quliyeva mobil telefonu götürüb avtomobilin ön sərnişin qapısının yarım açıq pəncərəsindən çölə atmaq istəmişdir. Solmaz bu hərəkəti onun heç kimə zəng etməməyi üçün etmək istəmişdir. O, Solmaz Quliyevanın mobil telefonu çölə atmaması üçün qolundan tutmuş və həmin vaxt mobil telefon Solmaz Quliyevanın əyləşdiyi oturacağın ayaq altına düşmüşdür. Bundan sonra Solmaz Quliyeva əlini onun gödəkçəsinin sağ cibinə salıb orada olan bir ədəd beş manatlıq əskinazı və beş ədəd bir manatlıq əskinazı, ümumilikdə 10 manat pulunu götürüb avtomobildən düşmüşdür. Solmaz Quliyeva dərhal yolu keçərək **-JM-*** dövlət nömrə nişanlı yük avtomobilinə əli ilə işarə verib onu saxlatdırmış və həmin yük avtomoblinə əyləşib həmin yeri tərk edib getmişdir. Solmaz Quliyeva avtomobildən düşəndən sonra o, Solmaz Quliyevanın bu hərəkətləri barədə DİN-nin 102 zəng xidmətinə, sonra isə Hacıqabul rayon polis şöbəsinə gəlib bu barədə rəsmi ərizə ilə müraciət etmişdir. Qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə X10 ona məxsus bir ədəd qızıl üzüyü, bir cüt qızıl sırğanı və 10 manat pulumu götürərək ona ümumilikdə 2510 (iki min beş yüz on) manat ziyan vurmuşdur. Belə ki, bir ədəd üzərində 8 dənə xırda brilliyant qaşıları olan 750 əyarında italiya qızılı olan qadın üzüyünün qiyməti 1200 manat dəyərində, bir cüt üzərlərində briliant qaşları olan 750 əyarında italiya qızılı olan sırğanın dəyəri isə 1300 manat dəyərində olmuşdur. Bir ədəd üzərində 8 dənə xırda brilliyant qaşıları olan 750 əyarında italiya qızılından hazırlanmış 7.6 qram çəkidə olan qadın üzüyünün qiyməti 1200 manat, bir cüt üzərlərində briliant qaşları olan 750 əyarında italiya qızılından hazırlanmış 7.5 qram çəkidə olan sırğanın dəyəri isə 1300 manat dəyərində olmuşdur. Solmaz Quliyevanın götürdüyü bir ədəd qızıl üzük və bir cüt qızıl sırğa onun özünə məxsus olmuşdur. O, həmin qızıl zinyət əşyalarını ailəsi üçün almış, sadəcə olaraq qardaşı Rza İbrahimovun həyat yoldaşı Arifə İbrahimovanın mualicəsi üçün pul lazım olduğundan satmaq məqsədi ilə yaşadığı evdən götürmüşdür. O, Solmaz Quliyevanın Bakı-Ələt-Qazax magistral yolunun Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsindən keçən hissəsində yolun kənarında dayanıb ona avtomobilini saxlamağı barədə işarə verdiyini görəndə Solmaz Quliyevanın qadın olduğunu nəzərə alıb kömək məqsədi ilə onu Hacıqabul rayonunda körpünün üstünədək aparacağını bildirmiş, onun başqa bir niyyəti olmamışdır. O, Solmaz Quliyeva ilə cinsi əlaqədə olmamışdır. Hadisə zamanı o, ilk növbədə Solmaz Quliyevanın ona zor tətbiq edib ona məxsus qızıl zinyət əşyalarını almaq istədiyi təqdirdə Solmaz Quliyevanın onu şərləyəcəyindən qorxmuşdur. X5 məxsus qızıl zinyət əşyalarını və 10 manat pulu götürdükdən dərhal sonra onun avtomobilini tərk edib **-JM-*** dövlət nömrə nişanlı yük avtomobilinə əyləşib həmin yerdən uzaqlaşıb getdiyi üçün o, özünə məxsus qızıl zinyət əşyalarını qaytara bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, qardaşı Şahid3 ünvan 1 ünvanında ”Altun zərgərlik” adlanan qızıl satışı mağazası vardır. Şahid3 özü həmin mağazada işləyir. xx.xx.2025-cü il il tarixdə saat 20 radələrində qardaşına məxsus “Altun zərgərlik” adlanan qızıl satışı mağazasında olan zaman adını sonradan bildiyi X10 gəlmiş, qardaşı Şahid3 bir ədəd qızıl üzüyü və bir cüt qızıl sırğanı satmaq istədiyini bildirib qardaşından onu almasını xahiş etmişdir. Qardaşı Şahid3 ondan işinin olduğunu bildirib həmin qızıllara baxmağını xahiş etmişdir. O, Solmaz Quliyevayanın satmaq istədiyi qızıl üzüyə və bir cüt sırğaya baxmış və Solmaz Quliyevadan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmişdir. Solmaz Quliyeva sənədinin olmadığını bildirəndə onun satmaq istədiyi qızıl üzüyü və sırğanı ala bilməyəcəyini demişdir. Bundan sonra Solmaz Quliyeva ona oğlunu çağıracağını bildirib mobil telefon vasitəsi ilə kiməsə zəng etməyə başlamışdır. Bir qədər sonra adını sonradan bildiyi Şahid4 “Altun zərgərlik” adlanan qızıl satışı mağazasına gəlmişdir. Şahid4 gələndən sonra heç bir söz demədən özünə məxsus şəxsiyyət vəsiqəsini ona vermişdir. Bundan sonra o, Solmaz Quliyevanın satmaq istədiyi bir ədəd qızıl üzüyü və bir cüt qızıl sırqaları götürüb tərəzidə çəkmişdir. Solmaz Quliyevanın satmaq istədiyi bir ədəd üzüyün və bir cüt sırqanın ümümi çəkisinin 15.18 qram olduğu müəyyən olunmuşdur. Qardaşı Şahid3 qızılın hər qıramı üçün Solmaz Quliyevaya 83 manat pul verəcəyini demişdir. Solmaz Quliyeva qardaşı Şahid3 ilə razılaşmış və qardaşı elektron alış aktı tərtib edib Şahid4 1259 manat 94 qəpik (min iki yüz manat əlli doqquz manat doxsan dörd qəpik) pulu kassadan götürüb ona vermişdir ki, o, həmin pulu Şahid4 versin. O da qardaşı Şahid3n ona verdiyi 1259 manat 94 qəpik (min iki yüz manat əlli doqquz manat doxsan dörd qəpik) pulu Şahid4 vermişdir. Bundan sonra Solmaz Quliyeva və Şahid4 qardaşı Şahid3yə məxsus mağazanı tərk edib getmişlər. xx.xx.2024-cü il tarixdə ona məlum olmuşdur ki, Solmaz Quliyeva onun qardaşı Şahid3yə satdığı bir ədəd qızıl üzük və bir cüt qızıl sırğanı cinayət yolu ilə əldə etmiş və həmin qızıl üzük və qızıl sırğa ona məxsus olmamışdır. Onun və qardaşı Şahid3 bu barədə məlumatı olmamışdır. Bu barədə məlumatları olduğu təqdirdə, həmin qızıl üzüyü və bir cüt sırğanı almazlarmış. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində X10 qardaşı Şahid3 sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən “Altun zərgərlik” adlanan qızıl satışı mağazasında bir ədəd qızıl üzük və bir cüt qızıl sırğanı 1259 manat 94 qəpik (min iki yüz manat əlli doqquz manat doxsan dörd qəpik) pul müqabilində satmışdır. Solmaz Quliyeva qızıl üzüyü və qızıl sırğanı mağazaya satmağa əvvəlcə tək gəlmiş, sonradan isə Solmaz Quliyeva zəng edəndən sonra mağazaya Şahid4 da gəlmişdir. Həmin qızıl üzüyü və bir cüt qızıl sırğanı Solmaz Quliyeva təqdim etsə də, o, pulu Şahid4 vermişdir. Onun və qardaşı Şahid3 Solmaz Quliyevanın satmaq istədiyi qızıl üzüyü və bir cüt sırğanı cinayət yolu ilə əldə etməsi barədə məlumatı olmamış, Solmaz Quliyeva qızıl üzüyün və bir cüt qızıl sırğanın özünə məxsus olduğunu bildirmişdir. O, qardaşı Şahid3 məxsus mağazada işləməmişdir. Həmin günü o, qardaşının yanına gəlmiş, sadəcə olaraq qardaşı iş gördüyü üçün ondan Solmaz Quliyevanın təqdim etdiyi bir ədəd qızıl üzüyə və bir cüt qızıl sırğaya baxmağını və Şahid3n ona verdiy 1259 manat 94 qəpik (min iki yüz manat əlli doqquz manat doxsan dörd qəpik) pulu Şahid4 verməyini demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 Şahid2 ifadəsində göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İstintaq zamanı şübhəli şəxs X10 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş, zərərçəkmiş şəxslər hər biri təqdim olunan şəxslərin sırasında dayanmış Solmaz Quliyevanı tanıyaraq Zərərçəkmiş şəxs2adan hədəd- qorxu ilə tələb etməklə 265 manat pulunu ələ keçirən, Zərərçəkmiş şəxs3 məxsus 2510 manat dəyərində qızıl-ziynət əşyalarını və pulunu soyğunçuluqla ələ keçirən və Zərərçəkmiş şəxs1 məxsus avtomobildən 1220 manat pulu gizli talayan şəxsin həmin qadın olduğunu təsdiq etmişlər. İstintaq zamanı Şahid3 təqdim etdiyi videogörüntülərin olduğu 01 ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı 03 mart 2025-ci il tarixdə saat 20 radələrində Şahid3 məxsus, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən “Altun zərgərlik” adlanan mağazaya X4 daxil olması, bir ədəd qızıl üzüyü və bir cüt qızıl sırğanı satmaq istədiyini, Şahid3 Solmaz Quliyevadan həmin əşyaları almadığını, sonra mağazaya Solmaz Quliyevanın yanına bir nəfər cavan oğlanın gəldiyini və həmin cavan oğlanın şəxsiyyəti təsdiq edən sənədi təqdim etdikdən sonra Solmaz Quliyevanın satmaq istədiyi bir əddə üzüyü və bir cüt sırğanı Şahid3 alması müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 13 mart 2025-ci il tarixli, 87 nömrəli rəyindən görünür ki, müayinə olunan Zərərçəkmiş şəxs2 bədəni üzərində həmin hadisə gününə uyğun hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmadı. Məhkəmə-tibbi ekspertinin 13 mart 2025-ci il tarixli, 88 nömrəli rəyindən görünür ki, Solmaz Quliyevanın bədəni üzərində müayinə zamanı hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmamışdır. Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 08 may 2025-ci il tarixli, 1507 nömrəli rəyindən görünür ki, Solmaz Quliyevada hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İstintaq zamanı Şahid3 təqdim etdiyi videogörüntülərin olduğu 01 ədəd DVD diski və 01 ədəd elektron alış aktı iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. İstintaq zamanı Zərərçəkmiş şəxs3 ərizə ilə müraciət edərək, hadisədən sonra Solmaz Quliyeva tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini, onunla barışdığını, Solmaz Quliyevaya qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs3 Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərdiyi xx.xx.2025ci il tarixli teleqramında göstərmişdir ki, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Təqsirləndirilən şəxs Solmaz Quliyeva ona dəymiş ziyanı tam ödəmişdir. Solmaz Quliyevadan heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Solmaz Quliyeva ilə barışmışdır. İbtidai istintaqda verdiyi ifadəsini tam təsdiq edir və heç bir əlavəsi yoxdur. Məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş edir. İstintaq zamanı Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək, hadisədən sonra X10 tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini, Solmaz Quliyevaya qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs Mehdiyev X8 Ağır Cinayətlər Məhkəməsinə göndərdiyi teleqramda zərərçəkmiş şəxs Solmaz Quliyevadan heç bir şikayət və tələbinin olmadığını, səhhəti ilə bağlı olaraq məhkəməyə gələ bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs2 ərizə ilə müraciət edərək, hadisədən sonra X10 tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini, onunla barışdığını, Solmaz Quliyevaya qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Misir Baxşiyev ifadəsində ona dəymiş 265 manat maddi ziyanın Solmaz Quliyeva tərəfindən faktiki olaraq ödənilmədiyini göstərsə də, sonradan məhkəmə ilə telefon əlaqəsi saxlamaqla ona dəymiş maddi ziyanın tam ödənildiyini, Solmaz Quliyevadan şikayət və tələbinin olmadığını və məhkəməyə bu barədə teleqramm göndərdiyini bildirmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Solmaz Quliyeva əvvəllər məhkum edilməmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 Salman oğlu və Zərərçəkmiş şəxs2 ərizələri əsasında Hacıqabul Rayon Polis Şöbəsinin İstintaq bölməsi tərəfindən 07 mart 2025-ci il tarixli qərarla CM-nin 180.2.2 və 182.2.3-cü maddələri ilə cinayət işi başlanılmışdır. Həmin cinayət işi üzrə Solmaz Quliyeva 08 mart 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində xx.xx.2025-ci il tarixdən hsablanmaqla 03 ay 27 gün müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış material üzrə Qaradağ Rayon Polis Şöbəsinin İstintaq şöbəsi təçrəfindən 12 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmış, cinayət işi üzrə 13 iyun 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 15 iyun 2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. (Bu müddətdə barəsində ev dustaqlığı qətimkan tədbiri qüvvədə olmuşdur). Solmaz Quliyevanın barəsində ev dustaqlığı qətimkan tədbiri xx.xx.2025-ci il tarixədək davam etmiş, müstəntiqin xx.xx.2025-ci il tarixli qərarı ilə Solmaz Quliyevanın barəsində yenidən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, Solmaz Quliyevanın barəsində xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddətdə 08-10 mart 2025-ci il tarixdə və 13-15 iyun 2025-ci i l tarixdə şübhəli şəxs kimi tutulmaqla həbsdə saxlanılmış və xx.xx.2025-ci il tarixədək, yəni 03 ay 26 gün barəsində ev dustaqlığı qətimkan tədbiri qüvvədə olmuşdur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Solmaz Quliyevanın 17 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs2 hədə qorxu ilə 1000 manat məbləğində pul vəsaitini zor tədbiq edib barəsində rüsvayedici məlumatları, yəni onunla intim münasibətdə olması, guya onu zorlaması barədə məlumatları yaymaqla onu rüsvay edəcəyi və barəsində hüquq mühafizə orqanlarına zorlaması barədə şikayət edəcəyi ilə bağlı hədə-qorxu ilə tələb etməklə 265 manat pulunu ələ keçirməsi, bundan sonra 03 mart 2025-ci il tarixdə Zərərçəkmiş şəxs3 2510 manat dəyərində əmlakını təkrar soyğunçuluq yolu ilə ələ keçirib talamasını, bundan başqa təkrarən 25 may 2025-ci il tarixdə Zərərçəkmiş şəxs1 1220 manat məbləğində pulunu gizli yolla talayaraq oğurluq etməsi, əməlində cinayət tərkibinin və cinayət hadisəsinin olması, təqsirliliyi kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Solmaz Quliyevanın əməli CM-in 177.2.2, 180.2.2 və 182.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Solmaz Quliyevanın zərərçəkmiş şəxslərə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini isə CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Solmaz Quliyevaya CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan əlavə məhkəmə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən humanizm prinsiplərini əsas tutaraq, Solmaz Quliyevanın şəxsiyyətini, yəni ilk məhkumluğunu, cinayətin törədilməsindən sonrakı davranışını, yəni əməlindən səmimi peşimançılıq keçirməsini, zərərçəkmiş şəxslərin hər birinə cinayət əməli nəticəsində dəymiş maddi ziyanı könüllü olaraq tamamilə ödəməklə cinayətin ictimai təhlükəliliyini azaltmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, xəstə qızı və nəvələri ilə birlikdə yaşamaqla onların yeganə qazancgətirəni olmasını, onun azadlıqdan məhrum edilməsinin qızının və nəvələrinin həyat şəraitinə mənfi təsir göstərə biləcəyini, cinayəti ağır həyat şəraitində törətməsini, qadın olmasını nəzərə alaraq, həmçinin cəmiyyətdən təcrid edilmədən islah oluna biləcəyini mümkün sayaraq hesab edir ki, ona CM-nin 180.2.2 və 182.2.3-cü maddələrində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Solmaz Quliyevanın xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə və ev tustaqlığında saxlanıldığı 03 ay 26 gün azadlıqdan məhrum etmə müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 07 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmalıdır. Təyin edilmiş cəza müddəti ərzində Solmaz Quliyevanın üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərketməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənini şləkvəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun inzibati ərazisinin hüdludlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştiraketməməkvəzifələri qoyulmalıdır. Solmaz Quliyevanın cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın. Ona təyin edilən cəzanın icrası Salyan Rayon İcra və ProbasiyaŞöbəsinə həvalə olunmalıdır. Solmaz Quliyevanın barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Şahid3 təqdim etdiyi videogörüntülərin olduğu 01 ədəd DVD disk və 01 ədəd elektron alış aktı cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 3995 (üç min doqquz yüz doxsan beş) manat miqdarda maddi ziyanın tam şəkildə zərərçəkmiş şəxslərə önəilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: X10 Azərbaycan Respublikası CM-nin 177.2.2, 180.2.2 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 177.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 180.2.2-ci maddəsi ilə CM-nin 62-ci maddəsi tədbiq edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 182.2.3-cü maddəsi ilə CM-nin 62-ci maddəsi tədbiq edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X6 cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X7 08 mart 2025-ci il tarixdən 04 iyul 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 26 (iyirmi altı) günün bir günü azadlığın məhdudlaşdırılması növündə cəzasının müddətinə iki gün hesabı ilə hesablanmaqla 7 (yeddi) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin və təyin edilən cəzadan çıxılmaqla üzərində 2 (iki) il 10 (on) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində X4 üzərinə yaşayış yerini hər gün saat 22.00dan növbəti gün saat 07.00-dək tərketməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun inzibati ərazisinin hüdludlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işyerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. X4 cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın. Ona təyin edilən cəzanın icrası Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə olusun. X4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Şahid3 təqdim etdiyi videogörüntülərin olduğu 01 ədəd DVD disk və 01 ədəd elektron alış aktı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 3995 (üç min doqquz yüz doxsan beş) manat miqdarda maddi ziyanın tam şəkildə zərərçəkmiş şəxslərə ödəilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar