Məhkəmə qərarları › İş №1(099)-514/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-514/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-514/2023 06.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi-Salyan Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzvü Qanuni nümayəndə iştirakı ilə xx xxxx 1962-ci ildə Şamaxı rayonunun Poladlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Salyan rayonunun Çadırlı kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 149.3.3 və 150.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş və cinsi əlaqədə olub təkrarən zorlamışdır. Belə ki, o, yaşadığı kənddə mütəmadi olaraq görüb tanıdığı həmkəndlisi, “Salyan Rayon Mərkəzi Xəstəxanası” X7 “Əqli gerilik, davranış pozğunluğu, debillik dərəcəsində” diaqnozu ilə qeydiyyatda olmaqla 14 yaşına çatmayan, 15 avqust 2009-cu il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs ilə söhbət zamanı zahiri görünüşü, orta məktəbin 4-cü sinifində oxuması və təvəllüdü haqqında əvvəlcədən məlumatının olması ilə əlaqədar aşkar surətdə on dörd yaşına çatmamasını və əqli inkişafdan geri qalmasını etibarlı şəkildə bilib dərk edərək, azyaşlı olduğu üçün hər hansı müqavimət göstərmək imkanı olmamasından, valideyninin lal-kar, psixi xəstə olmaqla faktiki valideyn himayəsindən məhrum olmasından, habelə özünün fiziki cəhətdən kifayət qədər üstünlüyə malik olmasından təsiretmə üsulu kimi yararlanıb, köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri edib öz cinsi ehtirasını pozğun formada təmin etmək qərarına gələrək Zərərçəkmiş şəxs 2022-ci ilin iyun-iyul aylarında dəqiq məlum olmayan günlərdə 2 (iki) dəfədən artıq olmaqla ayrı-ayrı müxtəlif vaxtlarda Salyan rayonun Qaraçala qəsəbəsi ərazisində Qaraçala-Peyk yolunun 1-ci kilometrliyində, yolun sağında, təbii relyefinə görə kənar şəxslər tərəfindən görülməsi məhdud olan su arxından aralıdakı müxtəlik kol bitkilərinin arasına aparıb dəfələrlə zəiflik vəziyyətindən istifadə etməklə pul verəcəyi ilə şirnikləşdirərək hər dəfə müxtəlif kiçik məbləğlərdə pul verərək yüngül əqli gerilik və azyaşlı olması ilə əlaqədar onunla baş vermiş hərəkətlərin xarakter və mənasını, yəni sosial-psixoloji mahiyyətini düzgün dərk etmək, öz hərəkətlərini idarə etmək, eləcə də müqavimət göstərmək imkanında olmamasından, yəni köməksiz vəziyyətindən istifadə edərək əynindəki paltarlarını soyundurub zərərçəkmiş şəxsin süd vəzilərindən əmməklə, barmağını cinsi orqanına soxmaqla, ereksiya vəziyyətində olan cinsi orqanını bədəninin müxtəlif yerlərinə və müxtəlif pozalarda cinsiyyət üzvünə sürtüb spermasını xaric etməklə cinsi ehtirasını pozgun formada təmin edərək aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib onunla təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs ilə seksual xarakterli digər zorakılıq hərəkətləri etdikdən sonra sonuncuya qarşı özündə cinsi istək formalaşdıraraq, zahiri görünüşü, orta məktəbin 4-cü sinifində oxuması və təvəllüdü haqqında əvvəlcədən məlumatının olması ilə əlaqədar aşkar surətdə on dörd yaşına çatmamasını və əqli inkişafdan geri qalmasını etibarlı şəkildə bilib dərk edərək, azyaşlı olduğu üçün hər hansı müqavimət göstərmək imkanı olmamasından, valideyninin lal-kar, psixi xəstə olmaqla faktiki valideyn himayəsindən məhrum olmasından, habelə özünün fiziki cəhətdən kifayət qədər üstünlüyə malik olmasından təsiretmə üsulu kimi yararlanıb, köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olub öz cinsi ehtirasını təmin etmək qərarına gəlib Zərərçəkmiş şəxs 2022-ci ilin avqust ayından başlayaraq 15 sentyabr 2022-ci il tarixədək olan müddətdə ayrı-ayrı günlərdə 2 (iki) dəfə gündüz saatlarında Salyan rayonun Çadırlı kəndində özünə məxsus yaşadığı evinin həyətindəki tövləyə çağırıb hər dəfə 1 (bir) manat pul verərək yüngül əqli gerilik və azyaşlı olması ilə əlaqədar onunla baş vermiş hərəkətlərin xarakter və mənasını, yəni sosial-psixoloji mahiyyətini düzgün dərk etmək, öz hərəkətlərini idarə etmək, eləcə də ona müqavimət göstərmək imkanında olmamasından, yəni köməksiz vəziyyətindən istifadə edərək azyaşlının və özünün əynindəki şalvar və tursiyini aşağı çəkib hər dəfə eyni formada sərtləşmiş cinsi orqanını Zərərçəkmiş şəxs bədəninin müxtəlif hissələrinə toxundurub, süd vəzilərini öpüb müxtəlif pozalarda cinsiyyət orqanını uşaqlıq yoluna daxil edərək təbii yolla cinsi əlaqədə olaraq spermanı xaric edib cinsi ehtirasını təmin etməklə aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib təkrarən zorlamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.3.3 və 150.3.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs və onun ata-anasını tanımış, onlar həmkəndlisi olmaqla Salyan rayonun Çadırlı kəndində yaşamış, münasibətləri normal olmuş, aralarında heç bir düşmənçilik və şəxsi ədavətləri olmamışdır. Sevincin xəstə olması hərəkətlərindən bilinmiş, Sevinc çox vaxt küçədə söyüş söyərək gəzməklə onabuna söz atmış, hara gəldi getmiş, yəni xəstə olmuşdur. Onun Sevinclə hər hansı formada münasibəti, yəni Sevinc azyaşlı uşaq olduğundan özü isə yaşlı adam olduğundan aralarında heç bir yaxın münasibətlər olmamışdır. O, verilmiş ittihamları, yəni onun azyaşlı və psixi xəstə Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməsi, onunla cinsi əlaqədə olması və onu zorlaması ilə bağlı ittihamları qəbul etmir. O, Zərərçəkmiş şəxs qarşı heç bir seksual xarakterli hərəkətlər etməmiş, onunla cinsi əlaqədə olmamış və onu zorlamamışdır. O, ittihamda göstərilən vaxtlarda və yerlərdə, yəni 2022-ci ilin iyun-iyul aylarında iki dəfə olmaqla Salyan rayonunun Qaraçala qəsəbəsi ərazisində Qaraçala-Peyk yolunun 1-ci kilometrliyində, yolun sağında, təbii relyefinə görə kənar şəxslər tərəfindən görülməsi məhdud olan su arxından aralıdakı müxtəlik kol bitkilərinin arasında Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər (zərərçəkmiş şəxsin süd vəzilərindən əmməklə, barmağını cinsi orqanına soxmaqla, ereksiya vəziyyətində olan cinsi orqanını bədəninin müxtəlif yerlərinə və müxtəlif pozalarda cinsiyyət üzvünə sürtüb spermasını xaric etməklə cinsi ehtirasını pozgun formada təmin etməklə) etməmiş və hər hansı hərəkətləri ilə bağlı ona pul verməmiş, 2022-ci ilin avqust ayından 15 sentyabr 2022-ci il tarixədək olan dövrdə iki dəfə yaşadığı evinin həyətindəki tövlədə (Salyan rayonun Çadırlı kəndində olan yaşadığı evinin həyətindəki tövlədə) azyaşlı Zərərçəkmiş şəxs zorlamamış və hər hansı hərəkətləri ilə bağlı ona pul verməmişdir. O, qeyd olunan vaxtlarda kənddə və çöllük ərazidə Sevinci görüb onunla danışsa da, ona qarşı heç bir seksual xarakterli hərəkətlər etməmiş, həmçinin Sevincin onun yaşadığı evə gəldiyi vaxt onu tövləyə aparıb orada onu zorlamamışdır. Göstərilən hallarla bağlı Zərərçəkmiş şəxs ifadəsində bildirdikləri yalandır və Zərərçəkmiş şəxs ona qarşı belə ifadə verməsinin səbəbələrii bilmir, həm də güman edir ki, Sevinc psixi xəstə olduğu üçün belə ifadə verir. Həmçinin o, uzun müddət prostat xəstəliyindən əziyyət çəkdiyindən onun cinsi fəaliyyət qabiliyyəti yoxdur və bu səbəbdən onun Zərərçəkmiş şəxs zorlaması da mümkün deyil. Onun cinsi fəaliyyəti ilə bağlı iş üzrə verilmiş tibbi rəylə razılaşmır, tibbi müayinə zamanı onun prostat xəstəsi olması nəzərə alınmadan belə bir rəy verilmişdir. İbtidai istintaq zamanı ona qarşı təzyiqləri olmuş və təzyiq altında o, ifadə vermişdir ki, guya Sevincə qarşı seksual xarakterli hərəkətlər etmiş və onu zorlamışdır, əslində isə belə hallar olmamış, Sevincə qarşı belə hərəkətləri o, yox, başqa şəxslər etmişlər. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, həmkəndlisi Zərərçəkmiş şəxs uşaq yaşlarından tanımış, münasibətləri normal olmuş, aralarında heç bir düşmənçilik və şəxsi ədavətləri olmamışdır. Sevincin hər iki valideyni lal-kar olmaqla maddi cəhətdən çox imkansız olmuşlar. Sevincin atası 2022-ci ildə dəqiq xatırlamadığı tarixdə xəstəlikdən ölmüşdür. Sevincin anasını da uşaqlıqdan tanımış, anası da onunla eyni kənddə, yəni Şamaxı rayonun Poladlı kəndində doğulmuş və onların ailəsi ilə eyni məhəllədə yaşamış, sonradan o və onlar da 90-cı illərdə Salyan rayonun Çadırlı kəndinə köçmüşlər. Sevincin kənddəki orta məktəbdə oxumasını bilmişdir. Sevincin əvvəllər ağlı yerində olsa da, son 2 ildə hansısa səbəbə görə özünü dəli kimi aparmış, tərbiyyəsizlik etmiş, söyüş söymüşdür. Sevinc böyüdükcə küçədə tez-tez gəzmiş, ona-buna söz atmış, hara gəldi baş alıb getmiş, etdiyi hərəkətlərindən psixi xəstəyə oxşamışdır. Sevinc yalnız özünün lal dayısından qorxmuş, ondan başqa heç kimdən çəkinməmişdir. O, kəndin ərazisində heyvan otardığı zaman Sevinc tez-tez onun yanına gəlmişdir. 2022-ci ilin iyun-iyul aylarında saat 16 radələrində Qaraçala qəsəbəsində “Pavilyon” adlanan restorandan Çadırlı-Düzənlik kəndlərinə gedən yolda, yolun sağ tərəfindəki açıqlıq ərazidə özünə məxsus heyvanlarını otardığı zaman Sevincin “Pavilyon” restoranı tərəfdən öz evləri istiqamətə getdiyini görüb onu çağırmış, Sevinc də onun yanına yaxınlaşmışdır. Onunla 2 dəqiqəyə yaxın söhbət edəndən sonra ona qarşı ehtiraslanaraq tamahı düşdüyü üçün döşlərini əmmək istədiyini demiş Sevinc də onunla razılaşdığı üçün yol kənarından bir az aralanıb yulğun kollarının arxasına keçmişlər. Sevinc əynində olan rəngini xatırlamadığı nazik köynəyini və onun altındakı maykasını qarın hissəsindən boğazına qədər yuxarı qaldırmış, onun köynəyinin altında büstqalteri olmamış, sonuncu köynəyini qaldırdıqdan sonra onun hər iki döşünü təxminən 4-5 dəqiqə əmmiş, yaşlı olduğu üçün dili, dodağı tez yorulmuş və işini yekunlaşdırmışdır. Onun prostat xəstəliyi olduğu üçün çox tez zamanda ereksiya olmuş və onun döşlərini əməndə də cinsi orqanı sərtləşdiyi üçün şalvarından onu çıxardıb spermasını kənara boşaltmışdır. Bundan sonra oradan uzaqlaşarkən Sevinc ona getməməsini deyib onun döşünü əmməsini bəyəndiyini və daha çox eləməsini istədiyini bildirmiş, o Sevincin əl çəkmədiyi görüb ondan getməsini tələb etmiş və Sevinc ondan uzaqlaşıb harasa çıxıb getmişdir. Bundan sonra heyvan otardığı yerdə Sevinc özü tez-tez onun yanına gəlib onun döşlərini əmməsini istəmiş, o da ilk dəfə Sevincin döşünü əməndən bir neçə gün sonra, bir neçə gündən bir, xatırlamadığı ayda və gündə gündüz saatlarında bir neçə dəfə heyvanları otardığı otlaq sahəsində, yulğun kollarının arasında Sevinci ayaqüstə, oturaq vəziyyətdə, bəzən də altına karton salıb arxasıüstə uzadaraq onun döşlərini əmmiş, onun şalvarını dizinədək aşağı çəkib öz cinsi orqanını çıxararaq onun cinsi orqanına, ayaqlarına sürtüşdürərək dəfələrlə spermasını yerə boşaltmışdır. Həmin vaxtlar cinsi orqanını onun cinsi orqanına daxil etməmiş, Sevincin bakirə olduğunu düşünmüşdür. O, hər dəfə Sevinclə seksual hərəkətlər edəndə bunun qarşılığında ona hər dəfə 1 manat, 50 qəpik məbləğində pullar vermişdir. Bundan başqa əvvəllər Sevinc məktəbə gedəndə də özü üçün bufetdən nəsə alması məqsədi ilə bir neçə dəfə 1 manat pul vermişdir. 2022-ci ilin iyul ayında küçədə qapının qarşısında tappıltı səsi gəlmiş, səs arvadının başına düşüb onu narahat etdiyi üçün qapıdan çölə çıxmış və Sevincin qapının qarşısında ayağını yerə vurduğunu görmüşdür. Onu danlayıb qapının qarşısında ayaqlarını yerə vurmasının səbəbini soruşmuş və ona həmin səsin arvadını narahat etdiyini deyib onu oradan qovmuşdur. Bundan 5-6 gün sonra həmin ərəfələrdə həyətdən çıxıb çöldəki çökək hissəyə peyin tökərkən saat 13 radələrində Sevinc əlində bir ədəd sellofan zənbillə onun yanından geçib evlərinə tərəf getmişdir. Əlindəki zənbildən onun mağazadan nəsə aldığını başa düşmüş, həmin vaxt onunla salamlaşmamış və 100 metr ondan aralandıqdan sonra Sevinc geri dönüb onun yanına qayıtmış və o, Sevincə döşlərini əmməyi təklif edəndə Sevinc onunla razılaşmış, arvadı evdə yatdığı üçün sakitlikdən istifadə edib onunla birlikdə həyətə girib Sevinci evinin yanında, həyətindəki tövləyə aparmışdır. Tövlədə olarkən Sevinc köynəyini yuxarı qaldırmış və onun hər iki döşünü əlləri ilə tutub yalayıb sovurmağa başlamış, Sevinc tez-tez ona döşünü dişləməməsini demiş, həmin vaxt o, şalvarını da dizinə qədər çəkdiyi üçün o da şalvarının sepini açıb cinsi orqanını onun ayaqlarına və cinsi orqanına sürtürmüşdür. Orada aralarında başqa heç nə olmasa da, yenidən spermasını qırağa boşaltmışdır. Onların tövlədə olmaları təxminən 10 dəqiqə çəkmiş, sonra Sevinc çıxıb getmişdir. Sevinclə intim münasibətdə olması müqabilində ona 1 manat pul vermişdir. Bundan başqa təxminən 2022-ci ilin avqust ayının ortalarında günorta saatlarında evdə olarkən yenidən qapının çölündə tappıltı səsi eşitmiş, həmin vaxtı arvadı evdə yatdığından özü səsə çölə çıxanda Sevincin qaçaraq aralıda dayandığını görmüşdür. Sevinc belə hərəkətləri tez-tez etmiş və arvadının çölə çıxa biləcəyini güman etdiyi üçün qaçmış, həmçinin Sevinc tez-tez özünün tanıdığı adamlara qarşı şit hərəkətlər edərək əli ilə işarə edib yanına gəlməsini istəmişdir. Bundan sonra o, heyvanları yemləmək üçün həyətə çıxıb dama getmiş, dama girib inəyi bağlayanda Sevinc də arxasınca dama girmişdir. O, Sevincə “gəl döşünü əmim sonra çıx get” deyə təklif etmiş, Sevinc isə razılaşmayaraq ondan yerə uzanmasını istəmiş, o da orada olan köhnə gödəkcəni yerə sərib onun üstünə uzanmışdır. Sevinc də şalvarını dizinə qədər çəkib onun üstündə oturmuş, onun cinsi orqanı sərtləşdiyi üçün Sevinc oturaraq öz cinsi orqanını onun cinsi orqanına sürtüşdürməyə başlamış, lakin sonradan alınmadığını görüb təkrar ayaqüstə qalxmışdır. Ondan bakirə olub-olmadığını soruşmuş, Sevinc də ona “narahat olma içimə keçməyə qoymayacam” demiş, sonra Sevinc ayaqüstə durmuş və arxası divara tərəf ayaqüstə dayanmış, Sevincə yaxınlaşanda Sevinc onun sərtləşmiş cinsi orqanını əli ilə aşağı basılmış vəziyyətdə saxlamasını istəmiş, o da əli ilə cinsi orqanını aşağı basılmış vəziyyətdə saxlayanda Sevinc tez-tez özünü ona tərəf irəli-geri hərəkət etmiş və onun cinsi orqanını özününkünə sürətlə sürtmüşdür. Onun cinsi orqanı yumşaldığı üçün Sevinc ona “kül qoyum sənin başına, camaatın şeyi yekədi, səninki balacadı, heç nə edə bilmirsən” demiş, sonra Sevinc özü könüllü onu yerə sərdiyi gödəkcənin üzərinə arxasıüstə uzanmış, o Sevincdən yenidən bakirə olub-olmadığını soruşanda Sevinc “açıq” qız olduğunu bildirmişdir. Ondan ilk dəfə kimin onun bakirəliyini pozduğunu soruşmuş, Sevinc isə ona barmağı ilə özünü “açdığını” demişdir. Onun bakirə olmadığına əmin olandan sonra cinsi orqanını sərtləşdirib azca onun cinsi orqanına salmış, bir az girəndən sonra ona uşağının ola biləcəyini deyib barmağı ilə onu ehtiraslandırmağını təklif etmiş, o, cinsi orqanını bir az da salanda Sevinc ona “anqıracam arvadın gələcək” dediyi üçün qorxmuş və cinsi orqanını çıxardıb sağ əlinin işarət və orta barmaqlarını ayrı-ayrı onun cinsi orqanına salmışdır. Sevinc onun biləyindən tutub əli ilə barmaqlarını içəri basmış, işləri yekunlaşandan sonra intim münasibətdə olması müqabilində ona 1 manat pul vermiş və Sevinc çıxıb getmiş və bundan sonra onu özünə yaxın buraxmamışdır. Bir-iki gün sonra Sevincin dayısı Şamonu görüb onunla söhbət edərkən Şamo Sevinci Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən internat tipli məktəbə aparacağını, canının ondan qurtaracağını bildirmişdir. Bundan 2-3 gün sonra 2022-ci ilin avqust ayının sonlarında Sevinc ona cinsi orqanını əmməyi təklif etmiş, lakin o, razılaşmamış, həmin vaxt Sevinc ona dayısının onu oxumaq üçün başqa məktəbə apardığını demişdir. Bir müddət sonra Sevincin Bakı şəhərinə aparıldığını eşitmişdir. Sevinc Bakıya, internat məktəbinə aparıldıqdan bir müddət sonra o, həmkəndlisi Abbasın Sevinclə cinsi əlaqədə olduğu üçün tutulduğunu eşitmiş, daha sonra Müşfiq və Adilin də tutulduqlarını eşidəndə çox narahat olmuş və Sevincin onun da adını verə biləcəyindən qorxmuşdur. O, heç vaxt zorla Sevinclə cinsi əlaqədə olmamışdır. Sevinclə yuxarıda qeyd etdiyi vaxtlarda 1 dəfə təbii yolla cinsi əlaqədə olmuş, digər vaxtlarda isə 4-5 dəfə cinsi orqanını onun ayaqlarına, onun cinsi orqanının girişinə sürtmüş, döşlərini öpüb, yalamışdır. Zərərçəkmiş şəxs ilə anal dəliyi vasitəsi ilə qeyri-təbii yolla intim münasibətdə olmamış və ya olmağa cəhd etməmiş, onun dodağından, üzündən öpməmiş, onun üzündə sızanaqlar olduğu üçün sifətindən iyrənmişdir. O, ancaq cinsi orqanını onun cinsi orqanına və ayaqlarına sürtmüşdür. O, özü də heç vaxt onun cinsi orqanını əlinə götürməyə və ağzına almağa cəhd etməmiş, yalnız bir dəfə ona cinsi orqanını ağzına almağı təklif etmiş, həmin vaxtı da o razılaşmamış və buna görə bu hərəkəti etməyə məcbur etməmişdir. Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olarkən o qışqırmamış, müqavimət göstərməmiş, özü könüllü onunla cinsi əlaqədə olmuşdur. Cinsi əlaqədə olarkən onun cinsi orqanından qan gəlməmiş və ona hər hansı formada xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs dəqiq neçə yaşı olduğunu bilməmiş, ancaq onun orta məktəbin aşağı sinifində oxuduğunu bilmişdir. 2022-ci ilin əvvəlində Sevincin dayısı Talehin evində təmir işləri görərkən Sevinc də ora gedib-gəlmiş, Talehin qızı Gülbəniz orada etdikləri söhbət zamanı Sevincin 1-2 il məktəbə gec getdiyini, onun 11-12 yaşı olduğunu ona danışmışdır. Həm də Gülbəniz Sevincdən yaşca böyük olsa da Sevinc boyca Gülbənizdən hündür olmuşdur. Sevincin danışığından, nitqindən, kənddə, yolda etdiyi hərəkətlərindən onun psixi xəstə olduğunu hiss etmişdir. Sevincə qarşı qeyd etdiyi hərəkətləri gizli etməyə çalışmış, ətrafda heç kim olmamış, onunla cinsi əlaqədə olduğunu heç kimə deməmişdir. Sevinclə cinsi əlaqədə olmamışdan əvvəl ona spirtli içki, narkotik vasitə, bihuşedici maddə verməmiş və ona hədə-qorxu gəlməmişdir. Sevinclə kimlərin intim münasibətdə, cinsi əlaqədə olduğunu bilməmişdir. Sevincin telefondan istifadə edib-etmədiyini bilməmiş, heç vaxt Sevinclə telefonla danışmamışdır. Salyan RPŞnin polis əməkdaşları və ya başqaları tərəfindən ifadə verməyə görə psixi və ya fiziki zor tətbiq olunmamış, təsir göstərilməmişdir. O, Sevincin razılığı ilə könüllü olaraq kolların arasında Sevincin döşlərini əmmiş, cinsi orqanını onun cinsi orqanına və bədəninə sürtmüş, özünün evinin həyətindəki tövlədə isə bir dəfə onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Psixiatrik və psixoloji ekspertizası ilə əlaqədar müayinədən keçiriləndə orada bir neçə qadın və kişi ekspertlər onu hadisə ilə bağlı sorğu-sual etmiş, o, qadınlardan utandığı üçün onlara azyaşlı Sevincə qarşı etdiklərini deməyi utandığından əməllərini boynuna almayaraq Sevincə heç nə etmədiyini bildirmişdir. Həmçinin istitntaq oraqın tərəfindən 01 mart 2023-cü il tarixdə, müdafiəçisinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs sərbəst şəkildə Salyan rayonunun Qaraçala qəsəbəsi ərazisində, Qaraçala-Peyk yolunun 1-ci kilometrliyində yolun sağında su arxından aralıda olan yulğun və müxtəlif kolları, eləcə də Çadırlı kəndindəki fərdi yaşayış evinin həyətində olan tövlənin otağını əyani olaraq göstərərək ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Habelə ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılın üzləşdirmə zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli hərəkətlər etdiyini, təbii yolla cinsi əlaqədə olduğunu onun üzünə demiş, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs dediklərinin ümumən razılaşaraq əlavə olaraq evinin həyətindəki tövlədə iki dəfə deyil, bir dəfə təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri, o cümlədən videoçəkilişlə verdiyi ifadəsi və üzləşdirmə zamanı verdiyi ifadəsi elan olunduqdan və ifadəsinin yerində yoxlanılmasına dair protokol tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməmiş, Sevinc ilə cinsi əlaqədə olmamış və onu zorlamamışdır. İbtidai istintaq zamanı polis əməkdaşların və müstəntiqin ona qarşı təzyiqləri olmuş və o, ifadələrini təzyiq altında vermişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspert rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Salyan rayonun Çadırlı kəndində valideyni ilə birlikdə yaşamış, sonradan xəstəliyi ilə bağlı Bakı şəhərində internat məktəbində təhsil alır və orada yaşayır. Əvvəllər yaşadığı Salyan rayonun Çadırlı kənd orta məktəbində 1-ci sinifdən 5-ci sinifə kimi oxumuşdur. Təqsirləndirilən şəxs tanıyır, Əlibayram da ona qarşı pis hərəkətlər (seksual xarakterli hərəkətlər) etmiş və onu zorlamışdır. Dəqiq tarixlər yadında qalmayıb bunlar keçən il (2022-ci il) yay vaxtı olmuşdur. Bir neçə dəfə kənddə Əlibayram qoyun otararkən (Çadırlı kəndində otlaq sahəsində, su arxının yanında) onu yanına çağırıb kolların arasında onun döşlərini əmib, şalvarını aşağı çəkib ayaqüstə və yerə uzadaraq cinsi orqanını çıxarıb onun cinsi orqanına sürtmüş, barmağını onun cinsi orqanına salmış, yerə uzadanda altına karton kağızları sərərək cinsi orqanını onun cinsi orqanına sürtmüşdür. Bir-iki dəfə də dəqiq xatırlamadığı gündə günorta vaxtı Əlibayram onu evinin həyətindəki tövləyə çağıraraq orada onu yerə uzadıb şalvarını, tursiyini aşağı çəkib ayaqlarını yuxarı qaldırıb cinsi orqanını çıxardıb onun cinsi orqanına, arxasına sürtmüş, cinsi orqanını onun cinsi orqanına daxil etmişdir. Ona qarşı etdiyi hərəkətlərinə görə Əlibayram ona xırda qəpiklər və 1 manat pullar vermiş, onu vurmamış, döyməmişdir. Bakı şəhərinə, internat məktəbinə getdikdən sonra o, kənddə yaşadığı vaxtlarda Əlibayramın və başqa şəxslərin ona qarşı etdikləri hərəkətlər barədə tərbiyəçi-müəlliməyə danışmışdır. Dedikləri yalan deyil və bunları deməyə ona kimsə öyrətməmişdir. O, hazırda Əlibayramın ona qarşı etdiyi hərəkətlərdən şikayətçidir. Həmçinin ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsinə uyğun ifadələr vermişdir. Eyni zamanda istitntaq oraqı tərəfindən 14 mart 2023-cü il tarixdə, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən o, sərbəst şəkildə Salyan rayonunun Qaraçala qəsəbəsi ərazisində, Qaraçala-Peyk yolun sağında, yolun kənarında su arxından aralıda olan yulğun kollarını əyani olaraq göstərib Təqsirləndirilən şəxs 2022-ci ilin yay aylarında gündüz vaxtı dəfələrlə həmin yerdə ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirib ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, habelə Salyan rayonunun Çadırlı kəndində Təqsirləndirilən şəxs yaşadığı evi göstərib həmin evin həyətində olan və bir qapısı küçəyə açılan tövlənin içərisinə, oradan da kiçik otağa daxil olub Təqsirləndirilən şəxs 2022-ci ilin yay aylarında gündüz saatlarında 2 dəfə ayrı-ayrı vaxtlarda həmin tövlənin içərisində onunla təbii yolla cinsi əlaqədə olduğunu bildirib ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə Şahid1 ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs onun bacısı Sevdanın qızıdır. Sevincin ata-anası anadangəlmə psixi xəstə və lal-kar olmuşlar. Sevinc ata-anası ilə birlikdə Salyan rayonun Çadırlı kəndində yaşamışdır. Sevincin atası Həsənağa 2022-ci ilin noyabr ayında vəfat etmişdir. Sevincin valideynləri xəstə olduğu üçün ona yaxşı baxa bilməmiş, Sevinc də baxımsızlıqdan küçələrdə böyümüş, psixi xəstəlikdən əziyyət çəkmiş, böyüdükcə xəstə olduğu hiss olunmuşdur. Buna baxmayaraq onu kəndlərindəki məktəbə qoymuşlar və Sevinc məktəbə getsə də, oxumamış, dəcəllik etmiş, şagird yoldaşları ilə tez-tez dalaşmışdır. Valideynləri danışa bilmədiyi üçün Sevinci tez-tez mağazaya və başqa yerlərə göndərmişlər. Sevincin atası Həsənağa spirtli içki alüdəçisi olmuş və o, Sevinci uşaq yaşlarından spirtli içki içilən kafeyə, restorana aparmış, yanında gəzdirmiş, ona görə də Sevinc düzgün tərbiyə olmamış, Sevincin küçədə gəzərək müxtəlif şəxslərdən pul diləndiyini eşitmişdir. Bu səbəblərdən Sevincdən məktəb rəhbərliyi, qonşular və başqaları tərəfindən tez-tez şikayətlər olduğundan onlar qərara almışlar ki, onu internat məktəbinə göndərsinlər. Sənədlər toplanandan sonra o, 15 sentyabr 2022-ci ildə Sevinci aparıb Bakı şəhərində yerləşən 1 saylı internat məktəbinə yerləşdirmişdir. 2023-cü ilin yanvar ayının əvvəlində həmin məktəbin rəhbərliyi onu məktəbə çağırmış və orada ona məlum olmuşdur ki, Sevinc Salyan rayonunda kənddə olan vaxtlarda ayrı-ayrı şəxslər ona qarşı əxlaqsız (cinsi-seksual) hərəkətlər etmişlər. Məktəb rəhbərliyi Sevincin kənddə yaşadığı dövrdə ayrı-ayrı şəxslər ona (Sevincə) qarşı əxlaqsız (cinsi-seksual) hərəkətlər etmələri barədə ətraflı danışdığını bildirib ona təklif etmişlər ki, bu barədə polisə şikayət etsin. Bundan sonra o, Sevinci götürüb birbaşa Salyan RPŞ-nə aparmış və orada ərizə yazıb Sevincin adından şikayət etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Sevinc kənddə yaşadığı vaxtlarda ayrı-ayrı şəxslər, o cümlədən həmkəndlisi Təqsirləndirilən şəxs Sevincin psixi xəstə olmasından istifadə edib ona qarşı əxlaqsız (cinsi-seksual) hərəkətlər etmişlər. O, həmin şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs Sevincə qarşı əxlaqsız (cinsi-seksual) hərəkətlər etməsini dəqiq bilmir və bu barədə kənddə eşitməmiş, yalnız Sevinc dedikdən sonra bu hadisələrlə bağlı məlumatı olmuşdur. Məhkəmədə şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə ümumən uyğun ifadələr verərək azyaşlı və psixi xəstə olan Zərərçəkmiş şəxs kənddə yaşadığı vaxtlarda ayrı-ayrı şəxslər, o cümlədən Təqsirləndirilən şəxs Sevincə qarşı əxlaqsız (cinsi-seksual) hərəkətlər etməsi barədə eşitməmişlər. İşdə olan, AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən edilir ki, Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs 15 avqust 2009-cu ildə doğulmuşdur. İşdə olan, “X4” MMC-nin 16 yanvar 2023-cü il tarixli, S/01-2023 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs psixoloji diaqnostika üçün həmin mərkəzə müraciət edib, müayinə nəticəsində xronoloji yaş 13 yaş 5 ay, zəka yaşı 9 yaş 1 ay İQ=70 səviyyəsində təyin olunmuşdur. Göstəriciləri sərhəd zəkadadır. Bərabərində özgüvən əskikliyi, stresə davamsızlığı və qorxuları mövcuddur. İşdə olan, Salyan rayonunun Çadırlı kənd ümumi orta məktəbinin 16 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs 17 sentyabr 2018-ci il tarixli əmrə əsasən həmin məktəbin birinci sinifinə daxil olub və 14 iyun 2022-ci ildə məktəbin 4-cü sinifini bitirdikdən sonra bir daha məktəbə gəlməmiş və 23 noyabr 2022-ci ildə məktəbdən xaric edilmişdir. İşdə olan, “Salyan Rayon Mərkəzi Xəstəxanası” X8 13 yanvar 2023-cü il tarixli arayışı ilə müəyyən edilir ki, ambulator tibbi kartanın surətindən görünür ki, Zərərçəkmiş şəxs 24 iyun 2022-ci ildən poliklinika şöbəsində “Əqli gerilik debillik dərəcəsində, davranış qüsurları” ilə qeydiyyatdadır. İşdə olan, məhkəmə-tibb ekspertizasının 13 yanvar 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamış, onun qızlıq pərdəsinin tamlığı pozulmuşdur, müddəti müayinədən iki həftə və artıqdır, dəqiq müddət müəyyən etmək mümkün deyildir. Qızlıq pərdəsində ağımtıl rəngli çapıqlar, uşaqlıq yolunun girəcəyinin genişlənməsi və s. bunu sübut edən əlamətlər hesab olunur. Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla (arxa keçəcək vasitəsilə) cinsi əlaqədə olma əlamətləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs tam cinsi yetkinlik mərhələsinə çatmamışdır, o, hamilə deyildir, zöhrəvi xəstəliyə və insanın immun çatışmazlığı virusuna yoluxması əlamətləri aşkar olunmamışdır. İşdə olan, kompleks məhkəmə-psixoloji və məhkəmə-psixiatrik ekspertizasının 18 yanvar 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs “Yüngül əqli gerilik, davranış pozuntuları ilə” müəyyən edilir. Zərərçəkmiş şəxs öz hərəkətlərinin mahiyyətini anlamaq, həmin hərəkətlərin faktiki xarakterini, yəni ola biləcək nəticələrini dərk etmək iqtidarında olmamışdır. Zərərçəkmiş şəxs hazırda öz hərəkətlərinin mahiyyətini anlamaq, həmin hərəkətlərin faktiki xarakterini, yəni ola biləcək nəticələrini tam dərk etmək iqtidarında deyil. Onunla istintaq hərəkətinin aparılması mümkündür. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyətli halları tam həcmdə dərk etmək qabiliyyətinə malik deyil. Zərərçəkmiş şəxs təlqinə qapıla, başqalarının təsiri altında hərəkət edə bilər. Zərərçəkmiş şəxs özündən uydurmağa meyllilik əlamətləri müşahidə edilməmişdir. Zərərçəkmiş şəxs fərdipsixi xüsusiyyətləri ilə əlaqədar ona qarşı hüquqazidd hərəkətlər edilərkən tez inana, aldana bilərdi. Zərərçəkmiş şəxs onunla baş vermiş hərəkətlərin xarakter və mənasını, yəni sosial-psixoloji mahiyyətini anlamaq qabiliyyətinə malik olmamışdır. İşdə olan, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının 07 fevral 2023-cü il tarixli, 32 nömrəli arayışı ilə müəyyən edilir ki, X5 (Zərərçəkmiş şəxs anası) həmin xəstəxanada psixiatrik tibbi müayinələrdən keçirilmiş və ona “Yüngül əqli gerilik və anadangəlmə surdomutizm (lal-karlıq)” diaqnozu qoyularaq qeydiyyata alınmışdır. İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komisiyasında sonuncu müayinəyə dair 26 yanvar 2023-cü il tarixli məlumatı və ölüm haqqında 25 noyabr 2022-ci il tarixli Azı-İİ ******* nömrəli şəhadətnamənin surəti ilə müəyyən edilir ki, X1 (Zərərçəkmiş şəxs atası) 07 fevral 1998-ci ildən ikinci dərəcəli əlil olmaqla “Ağır debillik dərəcəsində olan oliqofreniya, anadangəlmə lal-karlıq” diaqnozu ilə qeydiyyatdadır və 17 noyabr 2022-ci ildə xəstəlikdən ölmüşdür. İşdə olan, məhkəmə-tibb ekspertizasının 10 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 17 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal- hazırda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətinin aparılması mümkündür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs eqosentrizm, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, özünü psixoloji müdafiə etməyə meyillilik, öz maraqlarını üstün tutmaq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə Zərərçəkmiş şəxs və Şahid1 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrini (zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməməsi, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaması və onu zorlamaması, hər hansı hərəkətinə görə Sevincə pul verməməsi, ibtidai istintaq zamanı ona qarşı polislərin və müstəntiqin təzyiqləri olması və ifadələrini təzyiq altında verməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs ifadəsi (həmin ifadəsində o, ittihamda göstərilən halları tam olaraq təsdiq edərək Təqsirləndirilən şəxs ona (Zərərçəkmiş şəxs) qarşı təkrarən seksual xarakterli hərəkətləri etməsi və onunla (Zərərçəkmiş şəxs ilə) cinsi əlaqədə olub təkrarən zorlamasını göstərmişdir), Şahid1 fadəsi, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərilən xüsusatlar, yəni zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməməsi, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaması və onu zorlamaması, hər hansı hərəkətinə görə Sevincə pul verməməsi, ibtidai istintaq zamanı ona qarşı polislərin və müstəntiqin təzyiqləri olması və ifadələrini təzyiq altında verməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs ifadəsi (həmin ifadəsində o, ittihamda göstərilən halları tam olaraq təsdiq edərək Təqsirləndirilən şəxs ona (Zərərçəkmiş şəxs) qarşı təkrarən seksual xarakterli hərəkətləri etməsi və onunla (Zərərçəkmiş şəxs ilə) cinsi əlaqədə olub təkrarən zorlamasını göstərmişdir), Şahid1 ifadəsi (həmin ifadə zərərçəkmiş şəxsin ifadəsinə əsaslanaraq verilmişdir), ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 28 fevral, 01 mart, 27 aprel və 19 may 2023-cü il tarixli ifadələri ilə (müdafiəçinin iştirakı ilə, həm də bir ifadəsi videoçəklişlə verdiyi bu ifadələrində o, ittihamda göstərilən bütün xüsusatları ümümən təsdiq etmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olan xüsusatlara aid hissələrini sübut və obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspert rəyləri və məhkəmədə elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxs-15 avqust 2009-cu il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə onunla təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş və cinsi əlaqədə olub təkrarən zorlamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Salyan Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduğu vaxtdan-28 fevral 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Salyan rayonunun Qaraçala qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 yanvar 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Salyan rayonunun Çadırlı kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (yaşadığı ərazidə davranışı pis olmamış və ondan nümayəndəliyə şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Habelə işdə olan, Salyan rayonunun Qaraçala qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 və 26 yanvar 2023-cü il tarixli arayışlarla müəyyən olunur ki, Zərərçəkmiş şəxs 15 avqust 2009-cu ildə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Salyan rayonunun Çadırlı kəndində qeydiyyatda olmaqla yaşamış və hazırda Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbin 5-ci sinif şagirdidir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 149.3.3 və 150.3.3-cü maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 149.3.3 və 150.3.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza həddində cəzalandırılması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia verilməmiş və maddi sübutlar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.3.3 və 150.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 149.3.3-cü maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar