Məhkəmə qərarları › İş №1(100)-151/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-151/2020

07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-151/2020 07.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X52 Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X26 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X6, X27, Zərərçəkmiş şəxs3 Nurəddin oğlunun, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, X17, Zərərçəkmiş şəxs8 və X18, cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə X52 Məhkəməsinin inzibati binasında xx xxxx 1956-cı il tarixdə Gədəbəy rayonu, Arısu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Gədəbəy rayonu, Arısu kəndində qeydiyyatda olmaqla, Şəmkir şəhəri, M.Əliyev küçəsi ev 45 yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.5, 29, 120.2.7, 29, 120.2.9, 134 və 186.2.2-ci maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyindən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Cinayət əməlini törədərkən və hal-hazırda "Üzvi mənşəli şəxsiyyət pozuntusu" dekompensasiya vəziyyətində olmuş Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 12 radələrində tamah məqsədilə Gədəbəy rayon Xalq Məhkəməsinin xx xxxxxx 1987-ci il tarixli 2-274/1987 nömrəli qətnaməsi ilə yaşamaq hüquqları tanınmış Zərərçəkmiş şəxs4, X9, X36, xx.xx.2013-cü il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs3 Nurəddin oğlunu, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, X19 öldürüb sonuncuların yaşadıqları rayonun Arısu kəndində yerləşən fərdi yaşayış evinə sahiblənmək kimi maddi mənfəət əldə etməklə əlaqədar həmin yaşayış evinin yanına gələrək 10 gün əvvəl evdə yaşayan şəxslərin xəbəri olmadan, evin damına gizlətdiyi zavod üsulu ilə 1949-cu ildə keçmiş SSSR-nin İjevsk mexaniki zavodunda istehsal edilmiş 16 kalibirli "3K" modelli patronluğunun uzunluğu 70 mm olan "63940" №-li xarici çaxmaqlı təklüləli yivsiz odlu ov tüfənginin qundağını götürərək özü ilə gətirdiyi həmin tüfəngin lüləsi ilə birləşdirmiş, yağış şiddətləndiyindən evin sağ tərəfində olan qoz ağacının altında çadır qurub altında oturmuş, tüfənginin patronluğuna 16 kalibrli patron qoyaraq gözləmiş, ilk öncə evin giriş qapısının bayır tərəfdən qarşısında olan X9 öldürmək məqsədi ilə ona atəş açaraq sonuncuya sağ baldırın dəlib keçən, sağ bazunun kor qırma yaralarından ibarət ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül xəsarət yetirərək yaralamış, sonuncu evə daxil olduqdan sonra onun arxasınca oğlu Aqşin Əliyev də tez evə girmiş, sonra o, tüfənginə 16 kalibrli yeni patron qoyub evin giriş qapısına tərəf getmiş, bu vaxt digər otaqda olan Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Hüsniyə Əliyeva ilə birlkdə atəş səsinə qonşu otaqdan bayıra çıxıb Ruxsarə Vəliyevanın keçdiyi otağa daxil olmuş, həmin otaqda olan Zərərçəkmiş şəxs4 giriş qapısını içəridən bağlamış, evə yaxınlaşdıqda digər otaqdan çıxan Zərərçəkmiş şəxs8 və aşkar surətdə köməksiz vəziyyətdə olan xx.xx.2013-cü il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs3 Nurəddin oğlu ilə qarşılaşmış, sonuncunu tanımadığı səbəbindən onu öldürmədən, yəni öz iradəsindən asılı olmayan səbəblərdən onu qəsdən həyatdan mərhum etmə niyyətini başa çatdıra bilməyərək, əlindəki tüfəngi onlara tərəf yönəldib icra ediləcəyi real olan "yaxınlaşmayın, yoxsa sizləri öldürəcəm" sözlərini deyərək hədələmiş, həmin sözlərdən sonra sonuncular qaçıb getmiş, evin qapısının bağlı olmasını görüb içəridəki X20, Zərərçəkmiş şəxs1, X36, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və X19 qəsdən öldürmə niyyətini həyata keçirmək məqsədi ilə onların bayıra çıxaraq qaçmalarının qarşısını almaq üçün evin giriş qapısının bayır tərəfdən cəftəsini taxaraq qapını çöldən bağlamış, daha sonra qapının sağ tərəfində yerləşən pəncərəni qırıb tüfənglə evin içərisində olan Vüqar Əliyevi öldürmək məqsədi ilə ona qəsdən atəş acıb qarnının sol aşağı yan hissəsinin 1 ədəd dəlib-keçən, 3 ədəd kor, sol sağrı nahiyəsinin bir ədəd sıyrıb keçən qırma yaralarından ibarət ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarətlər yetirərək yaralamış, evdə olan şəxslərin otağın pəncərədən görünməyən içəri tərəfdən qapının qarşısındakı sahəyə yığıldıqlarını görüb onları xüsusi amansızlıqla diri-diri, sonuncuların yaxın qohum olmaqla bir-birinin gözləri qarşısında onlara xüsusi əzab və istirab verməsini başa düşərək, başqalarının həyatı üçün təhlükəli olan ümumi təhlükəli üsul olan yandırmaqla öldürmək məqsədilə özü ilə gətirdiyi içərisində benzin olan konistri götürüb evin ikinci mərtəbəsinin balkonuna çıxmış, balkonun döşməsinin taxtasını, yəni Zərərçəkmiş şəxs4 uşaqları və nəvələri ilə birlikdə olduqları otağın bayır qapısı istiqamətindən tavanını söküb həmin otağa benzin tökmüş, sonra konistrdə qalan benzini konistrlə birlikdə ikinci mərtəbədə olan otağın içərisinə ataraq fərdi yaşayış evini kibritlə yandırmış, lakin o, evin ikinci mərtəbəsində olarkən Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Hüsniyə Əliyevanın, Ruxsarə Vəliyevanın və Aqşin Əliyevin qapını dartıb açaraq qaçıb özlərini qurtardıqlarından, eləcə də evdən təxminən 1 kilometr uzaqlaşdıqdan sonra çağırış üzrə hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadası tərəfindən Ruxsarə Vəliyevanın və X46 rayon mərkəzi xəstəxanasına gətirilərək əməliyyat olunub tibbi yardım göstərilməklə həyat təhlükələri aradan qaldırıldığından, öz iradəsindən asılı olmayan səbəblərdən həmin şəxslərin öldürülmələrinə yönəlmiş əməlini başa çatdıra bilməyərək, onları qəsdən öldürməyə cəhd etmiş, bundan başqa fərdi yaşayış evinin yanması nəticəsində yaranmış qüsurların aradan qaldırlması üçün aparılmalı təmir-tikinti işləri ilə bağlı Zərərçəkmiş şəxs4, Ruxsarə Vəliyevaya və Zərərçəkmiş şəxs5 birlikdə cəmi 6804,0 manat, həmçinin ayrı-ayrılıqda Zərərçəkmiş şəxs4 məxsus 10 adda əşyaların, yəni 1 ədəd dəri kurtkanın, 1 ədəd dəri yaz qurtkanın, 4 ədəd yupkanın, 5 ədəd qış koftanın, 6 ədəd yay koftasının, 4 ədəd yaylığın, 2 cüt dəri sabaşkinin, 3 cüt dəri ayaqqabının, 6 cüt corabın, 1 ədəd 583 əyarlıq, 10 qramlıq qızıl üzüyün yanması nəticəsində cəmi 1245,0 manat, Ruxsarə Vəliyevaya məxsus 22 adda əşyaların, yəni 1 cüt 4 qramlıq, 583 əyarlıq, qızıl sırğanın, 1 ədəd 5 qramlıq, 583 əyarlıq qızıl bilərziyin, 1 ədəd 5 qramlıq, 583 əyarlıq, qızıl üzüyün, 1 ədəd 6 qramlıq, 583 əyarlıq qızıl sepin, 1 ədəd cins jiletin, 1 ədəd ipək jiletin, 1 ədəd yun jiletin, 1 ədəd pambıq jiletin, 2 ədəd dəri kurtkanın, 2 cüt dəri sabaşkinin, 2 cüt idman krasovkasının, 4 ədəd cins şalvarın, 5 ədəd idman şalvarının, 20 ədəd uzunqol qış koftasının, 15 ədəd qısaqol yay koftasının, 5 ədəd tumanın, 4 ədəd lifcikin, 3 ədəd boğaz şərfinin, 20 cüt corabın, 3 ədəd şərfin, 3 ədəd papağın, 3 ədəd sumkanın, 2 ədəd qol saatının, 3 ədəd ətirin, 1 dəst komplekt pudranın yanması nəticəsində cəmi 2494,0 manat, X21 məxsus 10 adda əşyaların, yəni 2 ədəd dəri qurtkanın, 1 cüt dəri sabaşkinin, 1 cüt dəri ayaqqabının, 3 ədəd yun uzunqol koftanın, 3 ədəd rubaşkanın, 2 ədəd qış jiletinin, 2 ədəd tumanın, 2 ədəd maykanın, 5 cüt cins şalvarın yanması nəticəsində cəmi 585,0 manat, Zərərçəkmiş şəxs3 məxsus 16 adda əşyaların, yəni 10 ədəd uzunqol qış köynəyinin, 15 ədəd uzunqol rubaşkanın, 8 ədəd qısaqol rubaşkanın, 5 ədəd maykanın, 5 ədəd trusikin, 2 ədəd qış kurtkasının, 2 ədəd yaz qurtkasının, 8 ədəd cins şalvarın, 1 dəst məktəbə geyinmək üçün 1 ədəd rubaşkanın, 1 ədəd pencəyin, 1 ədəd şalvarın, 3 cüt dəri əyaqqabının, 2 cüt dəri sabaşkinin, 5 ədəd papağın, 3 ədəd kepkanın, 10 cüt corabın, 1 ədəd məktəb sumkasının, 2 ədəd jiletin yanması nəticəsində cəmi 875,0 manat, Aqşin Əliyevə məxsus 16 adda əşyaların, yəni 2 ədəd dəri qış qurtkasının, 2 ədəd dəri yaz qurtkasının, 6 ədəd cins şalvarın, 5 ədəd qısaqol köynəyin, 7 ədəd uzunqol koftanın, 2 cüt dəri sabaşkinin, 1 cüt krasovkanın, 2 cüt dəri ayaqqabının, 5 ədəd maykanın, 5 ədəd papağın, 5 cüt corabın, 3 ədəd tumanın, 3 ədəd maykanın, 2 ədəd qol saatının, 1 ədəd "Samsung J5" markalı mobil telefonunun, 2 ədəd 4 qramlıq, 583 əyarlıq sepin yanması nəticəsində cəmi 918,0 manat, Zərərçəkmiş şəxs5 məxsus 11 adda əşyaların, yəni 5 ədəd qolsuz koftanın, 6 ədəd qış koftasının, 5 ədəd cins şalvarın, 1 ədəd yay qurtkasının, 1 ədəd dəri qış kurtkasının, 4 ədəd yubkanın, 1 ədəd dəri sabaşkinin, 2 cüt dəri ayaqqabının, 5 cüt corabın, 4 ədəd maykanın, 1 ədəd 5 qramlıq, 583 əyarlıq qızıl üzüyün yanması nəticəsində cəmi 983,0 manat, Zərərçəkmiş şəxs6 məxsus 10 adda əşyaların, yəni 5 ədəd qısaqol rubaşkanın, 4 ədəd uzunqol koftanın, 3 ədəd şalvarın, 1 ədəd yay kurtkasının, 1 ədəd qış qurtkasının, 1 ədəd dəri sabaşkinin, 2 ədəd dəri ayaqqabının, 6 cüt corabın, 4 ədəd maykanın, 1 ədəd 2 qramlıq 583 əyarlıq qızıl bilərziyin yanması nəticəsində cəmi 568,0 manat, Hüsniyə Əliyevaya məxsus 10 adda əşyaların, yəni 5 ədəd qısaqol koftanın, 6 ədəd uzunqol qış koftasının, 7 ədəd cins şalvarın, 1 ədəd yay kurtkasının, 1 ədəd dəri qış kurtkasının, 2 cüt dəri sabaşkinin, 3 cüt dəri ayaqqabının, 7 cüt corabın, 5 ədəd maykanın, 1 ədəd 4 qramlıq 583 əyarlıq qızıl sepin yanması nəticəsində cəmi 817,0 manat, ümumi istifadədə olan 31 adda əşyaların, yəni 1 ədəd "LG" markalı televizorun, 1 ədəd krosnu antenanın, 1 ədəd "Samsung" markalı paltaryuyanın, 1 ədəd "Samsung" markalı soyuducunun, 1 ədəd şkafın, 1 ədəd iki nəfərlik çarpayının, 1 ədəd tumbuçka və güzgünün, 1 ədəd stolun, 6 ədəd stulun, 2 ədəd sandığın, 2 ədəd taxta çarpayının, 100 ədəd tarelkanın, 150 ədəd boşqabın, 100 ədəd xrustal stəkanın, 50 ədəd nəlbəkinin, 5 ədəd çaynikin, 5 ədəd qazanın, 150 ədəd xörək qaşığının, 50 ədəd çay qaşığının, 60 ədəd çəngəlin, 6 ədəd xrustal meyvə qablarının, 7 ədəd xrustal ləpə qabının, 30 ədəd xrustal mürəbbə qabının, 25 ədəd kasanın, 5 ədəd sininin, 10 ədəd xrustal qrafinkanın, 10 ədəd yun döşəyin, 10 ədəd yun yorğanın, 15 ədəd yastığın, 30 ədəd yun döşəyin, 4 ədəd gəvənin yanması nəticəsində Zərərçəkmiş şəxs4, Ruxsarə Vəliyevaya və Zərərçəkmiş şəxs5 cəmi 4011,0 manat maddi ziyan, Ruxsarə Vəliyeva ilə Zərərçəkmiş şəxs5 məxsus pulların yanması nəticəsində sonunculara 3600 manat - cəmi Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Xəyalə Əlyevaya, Nurəddin Vəliyevə, Hüsniyə Əliyevaya, Zərərçəkmiş şəxs3, Aqşin Əliyevə və Zərərçəkmiş şəxs6 birlikdə 22900 manat məbləğində ziyan vurulması ilə nəticələnən tamah məqsədi ilə, xüsusi amansızlıqla, ümumi təhlükəli üsulla, iki və ya daha çox, onlardan birinin aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən həyatdan məhrum etməyə yönəlmiş, lakin öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək qəsdən adam öldürməyə cəhd etmiş, eyni zamanda zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurub özgənin əmlakını ümumi təhlükəli üsul olan yandırmaqla qəsdən məhv etmiş və zədələmiş, həmçinin hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla şəxsi öldürməklə hədələmişdir. Məhkəmə iclasınada hadisəni xatırlamadığını bildirməklə ifadə verməkdən imtina etdiyi üçün məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “xx xxxx 1956-cı il tarixdə Gədəbəy rayonu, Arısu kəndində anadan olmuş, 1973-cü ildə X37 ilə ailə həyatı qurmuş və onların birgə evlilikdən 5 övladları olmuşdur. Onların adları Qanuni nümayəndə, Xatirə Həsənova, Pərvanə Həsənova, Naidə Həsənova və Mətanət Həsənovadır. Ailə qurduqdan sonra arvadı və uşaqları ilə birlikdə Gədəbəy rayonu Arısu kəndində yaşamışdır. Təxminən 2006cı ildə arvadı Bəsti Həsənova ilə birlikdə Şəmkir şəhərinə köçmüş, ilk əvvəl orada kirayəçi kimi yaşamış, sonra Gədəbəy rayonu Arısu kəndində yerləşən özünə məxsus fərdi yaşayış evini satıb puluna ünvan 1 ünvanında torpaq alıb ev tikmişdir. X40 əri həbs edildikdən sonra sonuncu uşaqları ilə birlikdə yaşadığı ünvan 2 ünvanına gəlib həmin ünvana qeydiyyata düşmüşlər. Mətanət Həsənova uşaqları ilə birlikdə yaşadığı evdə qeydiyyata düşmələrinə baxmayaraq Bakı şəhərində yaşayırlar. Gədəbəy rayonu, Arısu kəndində mərhum qaynatası İmran Əliyevdən qalma fərdi yayış evi vardır. Həmin ev 25 sotluq torpaq sahəsində yerləşir. İmran Əliyev 1983-cü ildə vəfat etmişdir. Vəfat etdikdən sonra həmin ev qaynanası Zibər Əliyevanın adına rəsimləşdirilmişdir. 2001-ci ildə Zibər Əliyeva vəfat etmişdir. Zibər Əliyeva vəfat etməmişdən qabaq etibarnamə vermişdir ki, həmin ev qızı Yasəmən Əliyevanın adına sənədləşdirilsin. Yasəmən Əliyeva həmin etibarnamə ilə evi adına keçirmək istidikdə o və arvadı Bəsti Həsənova ona etirazlarını bildirib qoymamışlar. Çünki, Səyyarə Əliyevanın 3 uşağı həmin evdə böyümüşdür. Yasəmən Əliyevanın isə uşaqları yox idi. O və arvadı Yasəmən Əliyevaya təkilif etmişlər ki, ev Səyyarə Əliyevanın adına sənədləşdirilsin. Yasəmən Əliyeva onların sözləri ilə razılaşmış və evin Səyyarə Əliyevanın adına sənədləşdirilməsinə razılıq vermişdir. Həmin ərəfələrdə evin yerləşdiyi 25 sotluq torpaq sahəsi Səyyarə Əliyevanın adına kənd icra nümayəndəliyində sənədləşdirilmiş, lakin evin özü Səyyarə Əliyevanın adına sənədləşdirilməmişdir. 2005-ci ildə Yasəmən Əliyeva xəstəlikdən vəfat etmişdir. Bundan sonra həmin evdə Səyyarə Əliyeva, əri Vahid İsmayılov və sonuncuların 3 uşağı yaşamışlar. Onların uşaqlarının adları Cavid, Türkan və Dımbılı deyə çağırdığımız şəxsdir. Vahid İsmayılovun atası rəhmətə gedəndən sonra onun anası evdə tək olduğundan Səyyarə Əliyeva, Vahid İsmayılov və onların 3 uşağı Gədəbəy rayonu, Qaradağ kəndində yerləşən Vahid İsmayılovun atası evinə getmişlər. Səyyarə Əliyeva isə bacısı Tamaşa Əliyevaya "get mənim evimdə qal" sözlərini demişdir. Tamaşa Əliyeva da onun sözləri ilə razılaşıb uşaqları ilə birlikdə həmin evə köçmüşdür. Tamaşa Əliyeva həmin evdə yaşayarkən İmran Əliyevin mərhum oğlu Məhəmməd Əliyevin arvadı Zərərçəkmiş şəxs4 öz uşaqları ilə birlikdə zor gücünə qanunsuz olaraq Zibər Əliyevanın evinə köçmüşlər. Zərərçəkmiş şəxs4 evə köçdükdən sonra İltifat Əliyevə "evdən çıxmasanız sizləri şərliyib tutduracam" sözlərini demiş, həmin məsələdən sonra Tamaşa Əliyeva əri İltifat Əliyev və uşaqları ilə birlikdə həmin evdən çıxıb Arısu kəndindəki öz evlərinə köçmüşlər. Bundan sonra İmran Əliyevdən və Zibər Əliyevadan qalma evdə Zərərçəkmiş şəxs4 2 qızı və həmin qızlarının 4 uşağı ilə birlikdə yaşamağa başlamışdır. O və arvadı X47 Əliyevanın yanına getmiş və Bəsti Əliyeva bacısı Səyyarə Əliyevaya "həmin ev sənə məxsusdur, gəl gedək şikayət elə" sözlərini demiş, X56 Əliyevaya "mən qorxuram, qoy uşaqlarım yekəlsin gedib şikayət edəcəm" sözlərini demişdir. Həmin söhbətlərdən sonra Səyyarə Əliyeva infarkt xəstəliyindən rəhmətə getmişdir. Səyyarə Əliyevanın böyük oğlu Cavid və əri X48 şəhərində notarial qaydada Gədəbəy rayonu, Arısu kəndində olan fərdi yaşayış evinin və pay torpağının Bəsti Həsənovaya verilməsi ilə bağlı ərizə yazmışlar. O və arvadı X49 rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib Zərərçəkmiş şəxs4 və onun uşaqları ilə nəvələrinin Səyyarə Əliyevaya məxsus 25 sotluq torpaqdan köçürülməsi ilə bağlı məsələni qaldırmışlar. Məhkəmə 25 sotun 2 sotunu Zərərçəkmiş şəxs4 adına sənədləşdirilməsı ilə bağlı qətnamə qəbul etmiş, bunu edərkən qətnaməsində qeyd etmişdir ki, Nazxanım Əliyeva özünə düşən 2 sotluq torpaq sahəsini Zərərçəkmiş şəxs4 bağışlamışdır. Bundan sonra o, Nazxanım Əliyevanı götürüb özü ilə notariusa aparmış və Nazxanım Əliyeva notarial qaydada ərizə yazaraq bildirmişdir ki, özünə düşən payını Zərərçəkmiş şəxs4 verməyib və özünə düşən payın hamısını ona verir. Həmin ərizə əsasında Gədəbəy rayon Məhkəməsinin qətnaməsindən Gəncə Apellyasiya məhkəməsinə şikayət etmiş və məhkəmə onun xeyrinə qərar qəbul edərək 0,25 hektarlıq torpaq sahəsinin ona verilməsi barədə qətnamə qəbul etmişdir. Gəncə Apellyasiya Məhkəməsi həmin qətnaməni 2016-cı ildə qəbul etmişdir. Sonradan həmin qətnamə məhkəmə icraçıları tərəfindən saxta şəkildə icra edilərək saxta akt tərtib edilmişdir. Həmin aktıda o imza etməkdən imtina edərək bir nüsxəsini özünə götürmüşdür. Saxta aktı tərtib edildiyi gün istifadəsində olan mobil telefona icra məmuru Məhərrəm zəng etmiş, Məhərrəm ona "hardasan" sözlərini demiş, o, Məhərrəmə "artıq Şəmkir şəhərinə gedirəm" sözlərini demiş, Məhərrəm isə ona "sənin ağzını s...... edim" sözlərini demişdir. Məhərrəmin təhqiramiz sözlərinə mobil telefonda cavab verməmişdir. Bundan sonra Məhərrəm telefonu sonlandırmışdır. Sonradan icra işi üzrə icraata xitam verildiyindən həmin qərardan polisə və məhkəmə orqanlarına şikayət etmişdir. X60-İqtisad məhkəməsi icra işi üzrə icraata xitam verilməsi haqqında qərarı ləğv etməmiş, bundan sonra 2019-cu ilin iyun ayında İcra qrupunun yeni rəisi Elxan müəllimə müraciət edib sənədlərini göstərmiş, Elxan müəllim ona "sənin sənədlərin qanunidir, get sabah gəl, şirinlik verərsən" sözlərini demişdir. O, da səhəri gün Elxan müəllimin yanına gəlmiş, Elxan müəllimin xidməti otağında ona 300 manat şirinlik vermiş, Elxan müəllim də ona "narahat olma icra işini davam etdirib Zərərçəkmiş şəxs4 və uşaqlarını evdən çıxartdıracam" sözlərini demişdir. Səhərisi gün Elxan müəllim onu bir də yanına çağırmış və xidməti otağında təkbətək ona "gəl İradəni və uşaqlarını evdən çıxardacam, amma onların paltarları qalsın" sözlərini demişdir. O, Elxan müəllimə "əgər onların paltarları qalsa sabah yenə həmin evdə yaşayacaqlar, mən sənin təklifindən narazıyam" sözlərini demişdir. Bundan sonra Elxana razılıq verməyib onun otağından çıxmış, bu vaxt dəhlizdə oturub gözləyərkən Elxan müəllimə zəng gəlmiş, Elxan müəllim mobil telefonda danışdıqdan sonra verdiyi 300 manatı ona geri qaytarıb "apar iş görərəm sonra pulu verərsən" sözlərini demişdir. O, da onun sözləri ilə razılaşıb pulu götürmüşdür. Həmin söhbətdən təxminən 5-6 gün keçmişdir ki, Elxan müəllim ona zəng edib "gəl qətnaməni icra edək" sözlərini demiş, onun bu sözlərindən sonra həmin gün Elxan müəllimin yanına gəlmiş, Elxan müəllim ona "sən get Arısu kəndinə, bizim öz işimiz var saat 3-ə sən orada ol" sözlərini demiş, Elxan müəllimin sözləri ilə razılaşıb Arısu kəndinə getmiş, Arısu kəndində olarkən İradənin adını bilmədiyi qızı evə su aparırmış, həmin qız onu görən kimi evə girmiş və sonra uşaqları ilə birlikdə bayıra çıxmışdır. Onların hamısının əlində ağac olmuş, bu vaxt bərk yağış yağmış və o, qonşusugilin evinə getmişdir. Saat 16 radələrində Elxan müəllim Tural adlı işçisi ilə həmin yerə gəlmiş, Elxan müəllim yerquruluşu işçisi ilə gəlmədiyindən ona "sən bu torpağı necə mənə göstərəcəksən" sözlərini demiş, Elxan müəllim ona "sən göstər mən sənə deyəcəm" sözlərini demişdir. O, da torpağın sərhədini ona göstərmiş, Elxan müəllim də həmin sərhəd üzrə addımlayıb ona "İradə və uşaqları əkin sahəsindən çıxdılar" sözlərini demişdir. O, Elxan müəllimə "sən mənə 0.25 hektarı göstər, mən akta qol çəkəcəm" sözlərini demiş, lakin Elxan müəllim göstərə bilməmiş və İradə ilə uşaqlarını tam olaraq torpaq sahəsindən çıxartmamışdır. Elxan müəllimə "bilki, 0.25 hektarın ərazisində daşda, evdə mənə məxsusdur" sözlərini demiş, Elxan müllim isə ona "cavabdeh əkin sahəsindən çıxarıldı" sözlərini demişdir. Sonra akt tərtib edilmiş icra nümayəndəsinin müavini Elmixan və digər şəxslər aktı imzalamışlar, lakin o, imzalamamışdır. Sonra icra qrupu ona məktub göndərmişdir ki, icra işi icra edilmişdir. O, da dərhal Ədliyyə Nazirliyinə və Gəncə İnzibati məkəməsinə, Gədəbəy rayon məhkəməsinə şikayət etmişdir ki, onun xeyrinə çıxarılmış qətnamə düzgün icra edilməmişdir. Lakin şikayətlərinə heç kim baxmamışdır. Təxminən bir 10-15 gün bundan qabaq Gədəbəy rayon məhkəməsinə gəlmiş, məhkəmə sədri Marif müəllim və Elxan müəllim onu birlikdə qəbul etmişlər. Onlar ona "əkin sahəsindən cavabdehlər çıxarılıbdır" sözlərini demiş, o, onlara "0.25 hektarın içərisində ev var, onları siz çıxartmalısınız, evin üstündə gül səpəcəm, xoşuma gəlməsə söküb başqa qaydada tikəcəm, nə sənədi varsa götürsün çıxsın" sözlərini demiş, Marif müəllim ona "İradənin və uşaqlarının yaşamaq hüququ barədə aktları var" sözlərini demiş, o. da "onda aktın əsasında İradə versin məhkəməyə qoy aydınlaşdırsınlar" sözlərini demiş, Marif müəllim isə ona "sən ver" sözlərini demişdir. Marif müəllimə "4 dənə təkər almışam, əlavə 3 də alacam aparaıb yolda yandıracam" sözlərini demiş, Marif müəllim ona "hədə-qorxu gəlmə səni tutacaqlar" sözlərini demiş, sonra onların otağından çıxıb evinə getmişdir. Xeyrinə çıxarılan qətnamə icra edilmədiyindən, məhkəmələr və icra məmurları düzgün işləmədiyinə görə Zərərçəkmiş şəxs4 və onun uşaqlarını öldürmək qərarına gəlmişdir. Bu məqsədlə 10 gün qabaq özünə məxsus tüfəngin lüləsini Gədəbəy rayonu, Arısu kəndində yerləşən Zərərçəkmiş şəxs4 yaşadığı evin damına gətirib qoymuşdur. xx xxxxxx 2019-cu il tarixdə, saat 08 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evlərindən 9-10 ədəd patron olan tüfəngin remenli darağını, tüfəngin qundağını, bir ədəd odealı, bir ədəd baltanı, bir ədəd jaketi, göy rəngli sellofanı və iki ədəd boş konisteri götürmüş, odealı, baltanı, jaketi, göy sellofanı, tüfəngin qundağını və patronları idman sumkasına qoymuş, iki ədəd konisteri isə sellofan torbaya qoymuşdur. Sonra Şəmkir şəhərindən Gədəbəy rayonuna işləyən taksiyə minmiş, həmin taksinin markasını və dövlət qeydiyyat nişanını xatırlamır. Həmin taksi saat 10:30 radələrində onu Gədəbəy şəhərinə gətirmiş, Gədəbəy şəhərində yerləşən yanacaqdoldurma məntəqəsindən salyarka və benzin almışdır ki, Zərərçəkmiş şəxs4 yaşadığı evi yandırsın və evdə olan bütün şəxslər yanıb ölsünlər. Salyarkanı özü ilə gətirdiyi 10 litirlik konisterə, benzini isə özü ilə gətridiyi 20 litirlik konisterə doldurmuş, yəni 10 litr salyarka, 20 litirlik benzin almışdır. Bundan başqa Gədəbəy şəhərində araq, kolbasa və çörək almışdır. Sonra Gədəbəy şəhərində markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksiyə minib Gədəbəy rayonu, Arısu kəndindəki Zərərçəkmiş şəxs4 yaşadığı evə gəlmişdir. Saat 11-12 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı evin qarşında taksidən düşüb özü ilə gətirdiyi əşyaları taksidən yerə düşürmüş, salyarka olan konisteri və idman sumkasını özü ilə birlikdə götürüb Zərərçəkmiş şəxs4 yaşadığı evin ön tərəfdən sağdakı qoz ağacının yanına getmiş, benzin olan konisteri isə yolun qırağında qoymuşdur. Yağış yağdığından göy sellofandan özünə çadır qurmuş və gətirdiyi əşyaları orada yerləşdirmişdir. O, ora gələndə Zərərçəkmiş şəxs4 və uşaqları onu görmüşlər. Zərərçəkmiş şəxs4 və onun uşaqları evə girdikdən sonra tüfəngin lüləsini evin damından götürüb gətirmiş və onu tüfəngin qundağı ilə birləşdirmişdir. Sonra tüfəngin lüləsinə patron qoymuş və tüfəngi atışa hazır vəziyyətə gətirmişdir ki, kim bayıra çıxsa onu vursun. Bu vaxt bayıra bir nəfər qırmızı donlu, adını bilmədiyi İradənin qızı çıxmış, dərhal tüfənglə təxminən 25 metrlik məsafədən həmin qadına atəş açmış, qadın yaralanmış və qaçıb evə girmişdir. Bu vaxt adını bilmədiyi 14-15 yaşlarında olan uşaq onun arxası ilə evə girmiş, atəş açdığı patronun gilizini tüfəngdən çıxarıb pencəyinin sağ cibinə qoymuş və tüfəngə yeni patron yerləşdirmişdir. Tüfəngi atəşə hazır vəziyyətə gətirmiş, sonra evin qapısının qarşısına gəlmişdir. Evin birinci mərtəbəsinin bayır qapısını bağlamış və cəftəsini taxmışdır. Bu vaxt bir nəfər balaca uşaq evə tərəf gələndə ona "çıx get yoxsa səni öldürəcəm" sözlərini demiş, uşaq çıxıb getmişdir. Həmin vaxt bayır qapısının sağında olan pəncərəni tüfəngin lüləsi ilə qırıb içəridə olan 14- 15 yaşlarında olan uşağı öldürmək məqsədi ilə ona atəş açmış və o, yaralanıb yerə oturmuşdur. Atəş açdığı patronun gilizini tüfəngin lüləsindən çıxarıb pencəyinin sağ cibinə qoymuş, sonra yolun qırağında olan bir konister benzini götürüb, evin ikinci mərtəbəsinin balkonuna çıxıb evin birinci mərtəbəsinə benzin tökmüşdür. Sonra ikinci mərtəbənin otağının birinin pəncərəsini qırıb benzin olan konisteri içində benzin ola-ola ora atmış, bundan sonra isə kibritlə benzini yandırıb təzədən evin qarşısına getmişdir. Ev yanmağa başlamış, geri evin qarşısına gəldikdə görmüşdür ki, evin qapısı açılıb və hamı evdən qaçıb gedibdir. Həmin vaxt çox peşman olmuşdur ki, gərək evin qapısını məftil və ya ağacla bağlayardı ki, evdə olanların heç biri bayıra çıxmasınlar və ev yanarkən hamısı ölsün. Qoz ağacının yanına gəlib salyarka olan konisteri götürüb evi ön tərəfdən də yandırmaq istəmiş, lakin taqətdən düşdüyündən imkan edə bilməmişdir. Bundan sonra qoz ağacının yanında oturub yanğın söndürənlərə zəng etmək istəmişdir ki, desin ki, gəlməsinlər, yoxsa onları da tüfənglə vuracaq. Lakin yanğın söndürənlərin nömrəsini tapa bilmədiyindən zəng edə bilməmişdir. Sonra Azərbaycan Respublikası 102 xidmətinə zəng edib məlumat vermişdir. Özü ilə gətirdiyi arağın ağzını açıb içmək istəmişdir ki, şəkəri qalxsın və ölsün. Lakin arağın ağzı şarikli olduğundan içə bilməmişdir. Təxminən 40 dəqiqə sonra rayon polis şöbəsinin əməkdaşları gəlib onu tərki silah etmişlər. Törətdiyi əməldən peşmançılıq hissi çəkməsini, Zərərçəkmiş şəxs4 yaşadığı fərdi yaşayış evinə getməkdə məqsədinin Zərərçəkmiş şəxs4 özünü qızları və nəvələri ilə birlikdə evdə olarkən özü ilə gətirdiyi benzini və salyarkanı evə töküb yandırıb və onların hamısını öldürmək olmasını, tüfəngi də gətirməkdə məqsədinin evdə olan şəxslərin ona yaxınlaşmamaları üçün qorxutmaq olmasını, lakin sonradan tüfənglə bir nəfər qadını və uşağı öldürmək məqsədi ilə atəş açıb vurmasını, sonra evdə adamlar ola-ola evin qarşısına keçib evin qapısını bağlamasını və cəftəsini taxmasını, yolun qırağında olan bir konister benzini götürüb evin ikinci mərtəbəsinin balkonuna çıxıb evin birinci mərtəbəsinə benzin tökməsini, ikinci mərtəbənin otağının birinin pəncərəsini qırıb benzin olan konisteri içində benzin ola-ola ora atmasını, bundan sonra isə kibritlə benzini yandırıb təzədən evin qarşısına getməsini, evin yanmağa başlamasını, geri evin qarşısına gəldikdə evin qapısının açılmasını və hamının evdən qaçıb getməsini gördüyünü, həmin vaxt evdə olanların heç birinin bayıra çıxmaması və ev yanarkən hamısının ölməsi üçün evin qapısını məftil və ya ağacla bağlamamasına təəssüf etməsini bildirmişdir”. Məhkəmə iclasında cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun doğma atasıdır. Təqsirləndirilən şəxs əvvəllər Gədəbəy rayonu, Arısu kəndində yaşamışdır. Lakin sonradan Təqsirləndirilən şəxs bacısı Pərvanə Həsənovaya köməklik göstərərək onunla birlikdə ünvan 2 ünvanında Pərvanə Həsənovaya ev tikdirib həmin evdə yaşamağa başlamışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs Gədəbəy rayonu, Arısu kəndində qeydiyyatdadır. Təqsirləndirilən şəxs adına Gədəbəy rayonu, Arısu kəndində 0.25 hektarlıq torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin daxilində 2 mərtəbəli ev vardır. Həmin evdə mərhum dayısı arvadı Zərərçəkmiş şəxs4 öz uşaqları və nəvələri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs dəfələrcə Zərərçəkmiş şəxs4 və onun uşaqlarının həmin evdən çıxarılması ilə bağlı məhkəməyə müraciət etmiş, lakin həmin şəxslər həmin evdən çıxarılmamışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs cinayət törətmişdir. Bundan başqa bildirmişdir ki, atası Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkir və həmin xəstəliyi ilə bağlı 2-ci qrup əlildir. Təqsirləndirilən şəxs bu cür xəstəlik 1992-ci ildə mərhum əmisi Allahverdi Həsənovun qar uçqunununa düşməsindən sonra baş vermişdir. Belə ki, Allahverdi Həsənovun meyitinin çıxarılmasında Təqsirləndirilən şəxs da iştirak etmişdir. Həmin hadisə Təqsirləndirilən şəxs psixi problemlər yaratmışdır. Təqsirləndirilən şəxs tez-tez sayaxlayırdı, özünə qapanmışdır və ona nəsə deyəndə özünü aqressiv aparırdı. Təqsirləndirilən şəxs yaxınları kimi onlar müraciət edəndə onlara "siz məni öldürməyə gəlmisiniz, deyəsən siz məni zəhərləyəcəksiniz" sözlərini deyirdi. Bu səbədən mərhum anası X41 Həsənovu həkimə aparmış və sonuncu müəyyən müddət müalicə götürmüşdür. Lakin Təqsirləndirilən şəxs götürdüyü müalicələr yaxşı effekt verməmişdir. Bəzən olurdu ki, Təqsirləndirilən şəxs həkim tərəfindən yazılmış dərmanları qəbul etmirdi. Onda anası və bibiləri qonşudan kimisə çağırıb ona xələt geyindirirdilər və həmin şəxs Təqsirləndirilən şəxs "mən həkiməm dərmanları iç" sözlərini deyəndə, onda Təqsirləndirilən şəxs dərmanlarını qəbul edirdi. Təqsirləndirilən şəxs psixi problemləri ilə bağlı müalicələri hər il aparılırdı. Lakin Təqsirləndirilən şəxs psixi durumu düzəlmirdi. Bir dəfə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində xəndək qazıb orda oturmuş və ondan bunun səbəbi soruşulanda Təqsirləndirilən şəxs "düşmən gəlir, sizdə gizlənin, güllə dəyməsin" sözlərini demişdir. X61 rəhmətə gedəndən sonra Təqsirləndirilən şəxs psixi problemləri daha da güclənmişdir. Təqsirləndirilən şəxs son vaxtlar onun mülkinə və ya əmlakına kimsə toxunanda həmin şəxslərə qarşı aqressivləşirdi. Həmin şəxslərlə dalaşırdı. Təxminən 2014-cü ildən bacısı Şahid4 uşaqları ilə birlikdə atası Təqsirləndirilən şəxsla birlikdə yaşamağa başlamış, Təqsirləndirilən şəxs onun uşaqlarına qarşı çox aqressiv davrandığından Şahid4 sonradan onun yaşadığı evdən çıxıb kirəyə qalmağa başlamışdır. Lakin Şahid4 tez-tez atası Təqsirləndirilən şəxs yanına gedirdi. Onun nə problemləri olurdusa köməklik edirdi. Təqsirləndirilən şəxs psixi xəstəliyi ilə bağlı hər hansı tibb müəssisəsində müalicə alması və ona hansı dərman preparatları yazılması barədə dəqiq məlumatının olmamasını, lakin Təqsirləndirilən şəxs əksər hallarda yuxu dərmanları qəbul etməsini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, övladlarının adları Aqşin Əliyev və Zərərçəkmiş şəxs3dir. X62 Bakı şəhərində işləyib yaşayır. Nurəddin Vəliyev ara-sıra Gədəbəy rayonu, Arısu kəndinə gəlir. O, uşaqları ilə birlikdə Gədəbəy rayonu, Arısu kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evdə o və uşaqarından başqa anası Zərərçəkmiş şəxs4, bacısı Zərərçəkmiş şəxs5 və Xəyalənin uşaqları Hüsniyə Əliyeva və Zərərçəkmiş şəxs6 yaşayırlar. Təqsirləndirilən şəxs mərhum bibisi Bəsti Əliyevanın əridir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, onları yaşadıqları evdən çıxartmaq istəyir və bununla bağlı onu, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 məhkəməyə vermişdir. Lakin məhkəmə tərəfindən ona, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 həmin evdə yaşamaq hüququ verilmişdir. Onlarda öz uşaqları ilə birlikdə həmin evdə yaşamışlar. Məhkəmənin onlara yaşamaq hüququ verməsinə baxmayaraq Təqsirləndirilən şəxs dəfələrlə onları əgər evdən çıxmasalar evi yandıracağı, onları evdə öldürəcəyi ilə hədələmişdir. Lakin onlar Təqsirləndirilən şəxs bu sözlərinə əhəmiyyət verməyib həmin evdə adi qaydada yaşamışlar. Bundan başqa Təqsirləndirilən şəxs onları öldürməklə hədələməsi barədə hüquq mühafizə orqanlarına da məlumat verməmişlər. xx xxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində yaşadıqları evin həyətində o, bibisi oğlu Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Ozal Əliyev, Zərərçəkmiş şəxs6 və Hüsniyə Əliyeva gəzişirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs ağ rəngli "Niva" markalı, avtomobillə gəlməsini görmüş, Təqsirləndirilən şəxs avtomobildən düşüb bir ədəd qara rəngli sellofan sumkasını yolun qırağında qoymuş, digər iki sumkasını isə əlində götürüb, onların yanlarından keçib evin ön sağ tərəfində olan qoz ağacının yanına getmişdir. Onun əlində olan sumkalardan biri idman sumkası olmuş, digəri isə qara rəngli sellofan torba olmuşdur. Təqsirləndirilən şəxs qoz ağacının altında göy rəngli sellofanla çadır qurub altında əyləşmiş, bundan sonra Təqsirləndirilən şəxs davranışlarına fikir verməmiş və evə keçib öz işləri ilə məşğul olmağa başlamışdır. Lakin həmin vaxt yağış şiddətləndiyindən bayırda olan uşaqlar və Zərərçəkmiş şəxs4 ilə Zərərçəkmiş şəxs5 da evə keçmişlər. Zərərçəkmiş şəxs4 və o birinci mərtəbənin bir otağına, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Hüsniyə Əliyeva, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs8 isə birinci mərtəbənin digər otağına keçmişlər. X64 yuxudan durub, bayıra çıxıb ayaqyoluna getmiş, o, Aqşin Əliyevdən təxminən 2-3 dəqiqə sonra evdən bayıra qapının qarşısında əlini yumaq üçün çıxmışdır. Bayıra çıxıb, üzü həyətə doğru, qapının qarşısında aftafa ilə əlinə su töküb yuyurmuş ki, birdən bərk atəş səsi eşitmiş və sağ qolunda və sağ qıçında bərk ağrı hiss etmişdir. Dərhal evə girib sağ qolu ilə sağ qıçının qanamasını görmüş, anası Zərərçəkmiş şəxs4 "ay ana məni qan apardı" sözlərini demiş, bu sözləri deyib yerə oturmuş, bu vaxt Aqşin Əliyev otağa daxil olmuş, sonra Zərərçəkmiş şəxs5 və uşaqları Hüsniyə Əliyeva ilə Zərərçəkmiş şəxs6 də o biri otaqdan çıxıb onlar olduqları otağa gəlmişlər. Zərərçəkmiş şəxs4 qoluna, ayağına baxıb "səni Əmiraslan tüfənglə vurubdur" sözlərini demiş, dərhal Zərərçəkmiş şəxs4 olduqları otağın qapısını içəridən bağlamış, birdən Təqsirləndirilən şəxs qapını dartıb açmaq istəməsini görmüşlər. Lakin Təqsirləndirilən şəxs qapını aça bilməmiş və bayırdan qapının cəftəsini taxmışdır ki, qapı açılmasın. Onlar qapının içəri tərəfdən qabağına yığışmışlar ki, Təqsirləndirilən şəxs pəncərədən onları vurmasın. Lakin evin bayır qapısının çöl tərəfdən sağında yerləşən pəncərəni Təqsirləndirilən şəxs tüfəngin lüləsi ilə qırmış və oğlu Aqşin Əliyev həyacandan televizora tərəf gedəndə Təqsirləndirilən şəxs ona atəş açıb yaralamışdır. Aqşin Əliyev sol böyrünü tutub "ay ana məni də vurdu" sözlərini demiş və yerə yıxılmışdır. Aqşin Əliyevin ağlamasına Zərərçəkmiş şəxs4 tez onun yanına getmiş, Zərərçəkmiş şəxs4 onun paltarını qaldırıb Aqşin Əliyevin sol böyründən yaralanmasını görmüş, bundan sonra onlar qapının arxasına toplaşıb qapıya dirənmişlər ki, Təqsirləndirilən şəxs qapını açmasın və pəncərədən onları vura bilməsin. Təxminən 1-2 dəqiqə sonra Təqsirləndirilən şəxs evin ikinci mərtəbəsinə qalxıb birinci mərtəbənin onlar olduqları otağın tavanının taxtasını bayır qapısı tərəfdən sökməsini eşitmişlər. Onlar başa düşmüşlər ki, Təqsirləndirilən şəxs tavanın taxtasını söküb onları əlindəki tüfənglə öldürəcək. Ona görə də içəridən bayır qapısını bərk gücləri ilə dartmağa başlamışlar ki, qapı açılsın və onlar qaçıb getsinlər. Bir neçə dəfə qapını bərk dartdıqdan sonra qapı açılmış, qapı açılan kimi onlar yola tərəf qaçmağa başlamışlar. Evdən uzaqlaşarkən yolda Zərərçəkmiş şəxs5 təcili tibbi yardıma və polisə zəng edib məlumat vermişdir. Bundan başqa yolda gedərkən Zərərçəkmiş şəxs3 də görüb onu da özləri ilə aparmışlar. Yolda taqəddən düşdüyündən Zərərçəkmiş şəxs5 onu kürəyinə alıb aparırmışdır. Yolda gedərkən evlərinin yanmasını görmüşdür. Evdən təxminən 30 dəqiqə sonra təcili tibbi yardım briqadası gəlib onları Gədəbəy rayon Mərkəzi Xəstəxanasına gətirmiş, xəstəxanada o və oğlu Aqşin Əliyev əməliyyat olunmuşlar və yaralarından qırmalar çıxarılmışdır. Zərərçəkmiş şəxs Ruxsarə Vəliyeva əlavə ifadəsində bildirdi ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 12 radələrində yaşadığı Gədəbəy rayonu, Arısu kəndində yerləşən evlərinin Təqsirləndirilən şəxs tərəfindən yandırlıması nəticəsində ona və onunla birlikdə yaşayan ailə üzvlərinə ittiham aktında göstərildiyi kimi xeyli miqdarda maddi ziyan dəymişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan X45 ifadəsində bildirdi ki, anasının adı Ruxsarə Vəliyevadır. Atasının adı Vüqar Tağıyevdir. X50 Vüqar Tağıyevdən boşanıb ögey atası Nurəddin Vəliyevlə ailə həyatı qurmuşdur. Qardaşının adı Zərərçəkmiş şəxs3dir. Ozal X7r. Ögey atası Nurəddin Vəliyev Bakı şəhərində işləyib yaşayır. Nurəddin Vəliyev ara-sıra Gədəbəy rayonu Arısu kəndinə gəlir. O, X50 və qardaşı Zərərçəkmiş şəxs3lə birlikdə Gədəbəy rayonu Arısu kəndində yerləşən fərdi yaşayış evində yaşayırlar. Həmin evdə o, Ruxsarə Vəliyevə və Zərərçəkmiş şəxs3 başqa ana nənəsi Zərərçəkmiş şəxs4, xalası Zərərçəkmiş şəxs5 və Xəyalənin uşaqları Hüsniyə Əliyeva və Zərərçəkmiş şəxs6 yaşayırlar. Təqsirləndirilən şəxs anasının mərhum bibisi Bəsti Əliyevanın əridir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, onları yaşadıqları evdən çıxartmaq istəyir və bununla bağlı X50nı, xalası Zərərçəkmiş şəxs5 və nənəsi Zərərçəkmiş şəxs4 məhkəməyə vermişdir. Lakin məhkəmə tərəfindən Ruxsarə Vəliyevaya, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 həmin evdə yaşamaq hüququ verilmişdir. Onlar da öz uşaqları ilə birlikdə həmin evdə yaşamışlar. Məhkəmənin onlara yaşamaq hüququ verməsinə baxmayaraq Təqsirləndirilən şəxs dəfələrlə onları əgər evdən "çıxmasanız evi yandırıb, sizləri evdə öldürəcəm" sözləri hədələmişdir. Lakin onlar Təqsirləndirilən şəxs bu sözlərinə əhəmiyyət verməyib həmin evdə adi qaydada yaşayırdılar. Bundan başqa Təqsirləndirilən şəxs onları öldürməklə hədələməsi barədə hüquq mühafizə orqanlarına məlumat verilməmişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində yaşadıqları evdə səhər yuxusundan durmuş, yuxudan durduqda Ruxsarə Vəliyeva və Zərərçəkmiş şəxs4 evdə olmasını görmüş, lakin Zərərçəkmiş şəxs3 evdə görməmişdir. Yuxudan durub bayıra çıxmışdır ki, ayaqyoluna getsin. Bayıra çıxarkən nənəsi Zərərçəkmiş şəxs4 ona "Təqsirləndirilən şəxs gəlib, yuxarıdakı qoz ağacının yanındadır ora getmə" sözlərini demişdir. Ayaqyolu evin bayır qapısından təxminən 10 metr məsafədə, bayır qapısı ilə üzbəüz, ağacların arasında yerləşir. Ayaqyoluna gedib geri qayıdarkən X50nın qapının ağzında cömbəlib əlini yumasını görmüşdür. X42 təxminən 2 metr yaxınlaşmışdır ki, birdən evin sağ ön tərəfində yerləşən qoz ağacı tərəfdən bərk atəş səsi eşitmiş və ora baxanda tüstü çıxmasını görmüşdür. Tez X42 yaxınlaşıb onunla birlikdə evə girmiş, evə girdikdə X50nın sağ qolundan və sağ qıçından qan gəlməsini görmüş, X50 nənəsi Zərərçəkmiş şəxs4 "ay ana məni qan apardı" sözlərini demiş, bu sözləri deyib Ruxsarə Vəliyevə yerə oturmuş, xalası Zərərçəkmiş şəxs5, Hüsniyə Əliyeva və Zərərçəkmiş şəxs6 o biri otaqdan çıxıb onlar olduqları otağa gəlmişlər. Zərərçəkmiş şəxs4 Ruxsarə Vəliyevanın qoluna, ayağına baxıb "səni Əmiraslan tüfənglə vurubdur" sözlərini demiş, dərhal Zərərçəkmiş şəxs4 olduqları otağın qapısını içəridən bağlamış, birdən Təqsirləndirilən şəxs qapını dartıb açmaq istəməsini görmüş, lakin Təqsirləndirilən şəxs qapını aça bilməmiş və bayırdan qapının cəftəsini taxmışdır ki, qapı açılmasın. Onlar qapının içəri tərəfdən qabağına yığışmışlar ki, Təqsirləndirilən şəxs pəncərədən onları vurmasın. Lakin evin bayır qapısının çöl tərəfdən sağında yerləşən pəncərəni Təqsirləndirilən şəxs tüfəngin lüləsi ilə qırmış və o, həyacandan televizora tərəf gedəndə Təqsirləndirilən şəxs ona atəş açıb sol böyrünü yaralamışdır. Sol böyrünü tutub "ay ana məni də vurdu" sözlərini demiş və yerə yıxılmışdır. O, ağlamış və Zərərçəkmiş şəxs4 tez yanına gəlmişdir. Zərərçəkmiş şəxs4 paltarını qaldırdıqda sol böyründən yaralanmasını görmüş, bundan sonra onlar qapının arxasına toplaşıb qapıya dirənmişlər ki, Təqsirləndirilən şəxs qapını açmasın. Təxminən 1-2 dəqiqə sonra eşitmişlər ki, Təqsirləndirilən şəxs evin ikinci mərtəbəsinə qalxıb birinci mərtəbənin tavanının taxtasını bayır qapısı tərəfdən sökür. Onlar başa düşmüşlər ki, Təqsirləndirilən şəxs tavanın taxtasını söküb onları əlindəki tüfənglə öldürəcək. Ona görə də içəridən bayır qapını bərk gücləri dartmağa başlamışlar ki, qapı açılsın və onlar qaçıb getsinlər. Bir neçə dəfə qapını bərk dartdıqdan sonra qapı açılmışdır. Qapı açılan kimi onlar yola tərəfə qaçmağa başlamışlar. Evdən uzaqlaşarkən yolda Zərərçəkmiş şəxs5 təcili tibbi yardıma və polisə zəng edib məlumat vermişdir. Bundan başqa yolda gedərkən Zərərçəkmiş şəxs3 də görmüşlər, onu da özü ilə aparmışdır. Yolda anası Ruxsarə Vəliyevə taqətdən düşdüyündən Zərərçəkmiş şəxs5 onu kürəyinə alıb aparmışdır. Yolda gedərkən evlərinin yanmasını görmüşdür. Evdən təxminən 1 kilometr uzaqlaşdıqdan sonra təcili tibbi yardım briqadası gəlib onları Gədəbəy rayon Mərkəzi Xəstəxanasına gətirmiş, xəstəxanada o və X50 əməliyyat olunmuşlar və yaralarından qırmalar çıxarılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, 1982-ci ildə mərhum əri Məhəmməd Əliyevlə ailə həyatı qurmuş və onların birgə evlilikdən 2 övladları olmuşdur. Onların adları Ruxsarə Vəliyeva və Zərərçəkmiş şəxs5dır. Ruxsarə Vəliyevanın birinci evliliyindən 1 övladı olmuşdur. Ruxsarə Vəliyevanın həmin övladının adı Aqşin Əliyevdir. X31 boşanaraq Nurəddin Vəliyevlə ailə həyatı qurmuş və onların birgə evlilikdən Zərərçəkmiş şəxs3 adlı oğlan övladları olmuşdur. Zərərçəkmiş şəxs5 da ailə həyatı qurmuş və onun evliliyindən Hüsniyə Əliyeva və Zərərçəkmiş şəxs6 adlı övladları olmuşdur. Sonradan Zərərçəkmiş şəxs5 da boşanmışdır. O, Ruxsarə Vəliyeva və Zərərçəkmiş şəxs5 Gədəbəy rayonu Arısu kəndində yerləşən fərdi yaşayış evində yaşayırlar. Həmin evdə Ruxsarə Vəliyeva ilə Zərərçəkmiş şəxs5 uşaqları da yaşayırlar. Ruxsarə Vəliyevanın X62 Bakı şəhərində işləyib yaşayır. Nurəddin Vəliyev arasıra Gədəbəy rayonu Arısu kəndinə gəlir. Təqsirləndirilən şəxs mərhum baldızı Bəsti Əliyevanın əridir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, onları yaşadıqları evdən çıxartmaq istəyir və bununla bağlı onu, Zərərçəkmiş şəxs5 və Ruxsarə Vəliyevanı məhkəməyə vermişdir. Lakin məhkəmə tərəfindən ona, Zərərçəkmiş şəxs5 və Ruxsarə Vəliyevaya həmin evdə yaşamaq hüququ verilmişdir. Məhkəmənin onlara yaşamaq hüququ verməsinə baxmayaraq Təqsirləndirilən şəxs dəfələrlə onları hədələmişdir ki, əgər evdən çıxmasalar evi yandırıb, onları evdə öldürəcək, həyatından bezibdir. Lakin onlar Təqsirləndirilən şəxs bu sözlərinə əhəmiyyət verməyib həmin evdə adi qaydada yaşamışlar. Bundan başqa Təqsirləndirilən şəxs onları öldürməklə hədələməsi barədə hüquq mühafizə orqanlarına məlumat verməmişlər. xx xxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində yaşadıqları evin həyətində o, Ruxsarə Vəliyeva, Zərərçəkmiş şəxs5, Ozal Əliyev, Zərərçəkmiş şəxs6, Hüsniyə Əliyeva və Zərərçəkmiş şəxs8 gəzişirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs ağ rəngli "Niva" markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillə gəlməsini görmüşlər. Təqsirləndirilən şəxs avtomobildən düşüb bir ədəd qara rəngli sellofan sumkasını yolun qırağında qoymuş, digər iki sumkasını isə əlində götürüb, onların yanlarından keçib evin ön sağ tərəfində olan qoz ağacının yanına getmişdir. Onun əlində olan sumkalardan biri idman sumkası olmuş, digəri isə qara rəngli sellofan torba olmuşdur. Təqsirləndirilən şəxs qoz ağacının altında göy rəngli sellofanla çadır qurub altında əyləşmiş, bu vaxt Ruxsarə Vəliyeva evə keçmiş, birdən yağış şiddətləndiyindən bayırda olan uşaqlar və Zərərçəkmiş şəxs5 ilə o da evə keçmişlər. O, Ruxsarə Vəliyevanın keçdiyi birinci mərtəbədəki otağa keçmiş, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Hüsniyə Əliyeva və Zərərçəkmiş şəxs6 birinci mərtəbənin digər otağına keçmişlər. X64 yuxudan durub, bayıra çıxıb ayaqyoluna getmiş, Aqşin Əliyevdən təxminən 2-3 dəqiqə sonra Ruxsarə Vəliyeva evdən bayıra çıxmışdır ki, qapının qarşısında əlini yusun, çünki Ruxsarə Vəliyeva evə çibin dərmanının spreyini vurmuşdur. Ruxsarə Vəliyeva qapının qarşısında çömbəlib əlinə su töküb yuyarkən evdə kartof soyurmuş, birdən bayırdan bərk atəş səsi eşitmiş, bu vaxt Ruxsarə Vəliyevanın evə girməsini və "ay ana məni qan apardı" sözlərini deməsini görmüş, Ruxsarə Vəliyevanın sağ qoluna və sağ qıçına baxdıqda Ruxsarə Vəliyevanın sağ qolu ilə sağ qıçının qanamasını görmüş, bu vaxt Aqşin Əliyev də otağa daxil olmuş, Ruxsarə Vəliyevaya "səni Əmiraslan tüfənglə vurubdur" sözlərini demiş, sonra Zərərçəkmiş şəxs5 və uşaqları Hüsniyə Əliyeva ilə Zərərçəkmiş şəxs6 də o biri otaqdan çıxıb onlar olduqları otağa gəlmişlər. Dərhal olduqları otağın qapısını içəridən bağlamış, birdən Təqsirləndirilən şəxs qapını dartıb açmaq istəməsini görmüş, lakin Təqsirləndirilən şəxs qapını aça bilməmiş və bayırdan qapının cəftəsini taxmışdır ki, qapı açılmasın. Onlar qapının içəri tərəfdən qabağına yığışmışlar ki, Təqsirləndirilən şəxs pəncərədən onları vurmasın. Lakin evin bayır qapısının çöl tərəfdən sağında yerləşən pəncərəni Təqsirləndirilən şəxs tüfəngin lüləsi ilə qırmış və Aqşin Əliyev həyəcandan televizora tərəf gedəndə Təqsirləndirilən şəxs ona atəş açıb yaralamışdır. Aqşin Əliyev sol böyrünü tutub "ay ana məni də vurdu" sözlərini demiş və yerə yıxılmışdır. Aqşin Əliyevin ağlamasına o tez onun yanına getmiş, Aqşin Əliyevin paltarını qaldırıb onun sol böyründən yaralanmasını görmüş, bundan sonra onların hamısı qapının arxasına toplaşıb qapıya dirənmişlər ki, Təqsirləndirilən şəxs qapını açmasın və pəncərədən onları vura bilməsin. Təxminən 1-2 dəqiqə sonra Təqsirləndirilən şəxs evin ikinci mərtəbəsinə qalxıb birinci mərtəbənin onlar olduqları otağın tavanının taxtasını bayır qapısı tərəfdən sökməsini eşitmişlər. Onlar Təqsirləndirilən şəxs tavanın taxtasını söküb onları əlindəki tüfənglə öldürəcəyini başa düşmüşlər. Ona görə də içəridən qapını bərk gücləri ilə dartmağa başlamışlar ki, qapı açılsın onlar qaçıb getsinlər. Bir neçə dəfə qapını bərk dartdıqdan sonra qapı açılmış, qapı açılan kimi onların hamısı yola tərəf qaçmağa başlamışlar. Evdən uzaqlaşarkən yolda Zərərçəkmiş şəxs5 təcili tibbi yardıma və polisə zəng edib məlumat vermiş, bundan başqa yolda gedərkən Zərərçəkmiş şəxs3 də görüb özləri ilə aparmışlar. X51 taqəddən düşdüyündən Zərərçəkmiş şəxs5 onu kürəyinə alıb aparırmışdır. Yolda gedərkən evlərinin yanmasını görmüş, evdən təxminən 1 kilometr uzaqlaşa bilmişlər. 30 dəqiqə sonra təcili tibbi yardım briqadası gəlib onları Gədəbəy rayon Mərkəzi Xəstəxanasına gətirmiş, xəstəxanada Ruxsarə Vəliyeva və Aqşin Əliyev əməliyyat olunmuşlar və yaralarından qırmalar çıxarılmışdır. Zərərçəkmiş şəxs4 əlavə ifadəsində bildirdi ki, onlar Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin olmasına inanmırlar, Təqsirləndirilən şəxs tam sağlam adamdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5, qanuni nümayəndələrinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs6 və X5 İradə Məhərrəm qızının ifadəsinə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirlmiş Zərərçəkmiş şəxs8 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs mərhum xalasının əridir. Təqsirləndirilən şəxs Gədəbəy rayonu Arısu kəndində qeydiyyatda olmasına baxmayaraq Şəmkir şəhərində yaşayır. Təqsirləndirilən şəxs Arısu kəndində 25 sotluq torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin daxilində 2 mərtəbəli ev vardır. Həmin evdə Təqsirləndirilən şəxs qaynı arvadı Zərərçəkmiş şəxs4 qızları Ruxsarə Vəliyeva və Zərərçəkmiş şəxs5 ilə birlikdə yaşayırlar. Bunlardan başqa həmin evdə Zərərçəkmiş şəxs4 nəvələri Zərərçəkmiş şəxs6, Hüsniyə Əliyeva, Zərərçəkmiş şəxs3 və Aqşin Əliyev də yaşayırlar. Həmin şəxslərin evdə yaşamaları üçün məhkəmə qətnaməsi vardır. Buna baxmayaraq Təqsirləndirilən şəxs uzun müddətdir ki, həmin şəxsləri evdən çıxartmaq istəyir. O, ailə üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs4 yaşadığı evin qonşuluğunda yaşayır. Zərərçəkmiş şəxs4 mərhum dayısının arvadıdır. xx xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı evə gəlmiş, həmin vaxt Zərərçəkmiş şəxs4, Ruxsarə Vəliyeva, Zərərçəkmiş şəxs5, Hüsniyə Əliyeva, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3 evin həyətində olmuşlar. Aqşin Əliyev isə evdə yatmışdır. Bu vaxt ağ rəngli "Niva" markalı avtomobil gəlmiş, avtomobildən Təqsirləndirilən şəxs düşmüş və özü ilə gətirdiyi üç sumkanı yerə düşürmüşdür. Bundan sonra avtomobil çıxıb getmişdir. Təqsirləndirilən şəxs qara rəngli sellofan sumkasını yolun qırağında qoymuşdur. Digər idman sumkasını və qara rəngli sellofan sumkasını əlinə götürüb onların yanından keçib qoz ağacı tərəfə getmişdir. Təqsirləndirilən şəxs evin ön sağ küncü tərəfdə olan qoz ağacının altında özünə göy sellofandan çadır qurmuş və altında əyləşmişdir. Bu vaxt yağış şiddətlənməyə başlamış, bu səbəbdən o, Zərərçəkmiş şəxs5 və onun uşaqları ilə birlikdə evin birinci mərtəbəsində olan bir otağa yığışmışlar. Zərərçəkmiş şəxs4 və Ruxsarə Vəliyeva isə onlar olduqları otağın sağında yerləşən otağa yığışmışlar. Zərərçəkmiş şəxs3 də o, olduğu otaqda olmuşdur. Təxminən 5-10 dəqiqə sonra bayırdan bərk partlayış səsi eşitmiş, Zərərçəkmiş şəxs5 səsin nə olmasını soruşmuş, Zərərçəkmiş şəxs5 ona "bilmirəm, qoy çıxım baxım" sözlərini demişdir. Həmin vaxt o televizora baxmış, Zərərçəkmiş şəxs5 arxası sıra Hüsniyə Əliyeva və Zərərçəkmiş şəxs6 də bayıra çıxmışlar. Sonra Zərərçəkmiş şəxs3 bayıra çıxıb geri evə qayıtmış və ona "Əmiraslanın əlində tüfəng var, bizi öldürəcək" sözlərini demişdir. O, da Zərərçəkmiş şəxs3lə birlikdə bayıra çıxmış, Təqsirləndirilən şəxs evin qarşısında görmüş, Təqsirləndirilən şəxs əlində tüfəng olmuşdur. Təqsirləndirilən şəxs tüfəngi ona tərəf yönəldib "yaxınlaşmayın, yoxsa sizi öldürəcəm" sözlərini demiş, o, da Zərərçəkmiş şəxs3lə birlikdə tez həmin yerdən uzaqlaşmışlar. Lakin Zərərçəkmiş şəxs4, Ruxsarə Vəliyeva, Zərərçəkmiş şəxs6, Hüsniyə Əliyeva və Aqşin Əliyev o, çıxdığı otağın sağında yerləşən otaqda qalmışlar. Zərərçəkmiş şəxs3 ağlayaraq onunla birlikdə evdən uzaqlaşmışdır. O, kəndin mərkəzinə gəlmiş, təxminən 30 dəqiqə sonra Zərərçəkmiş şəxs4, Ruxsarə Vəliyeva, Zərərçəkmiş şəxs5, Aqşin Əliyev, Zərərçəkmiş şəxs6, Hüsniyə Əliyeva və Zərərçəkmiş şəxs3 qaçaraq getdiklərini görmüşdür. Ruxsarə Vəliyeva və Aqşin Əliyev yaralı vəziyyətdə olmuşlar. Zərərçəkmiş şəxs5 qışqıraraq "qoymuyun Əmiraslan bizi tüfənglə öldürəcək" sözlərini demiş, birdən Ruxsarə Vəliyeva taqəddən düşmüş və yerdə oturmuşdur. Dərhal o, su gətirib Ruxsarə Vəliyevaya vermişdir. Sonra Zərərçəkmiş şəxs5 Ruxsarə Vəliyevanı dalına alıb aparmışdır. O, isə həmin yerdə qalmışdır. Birdən Zərərçəkmiş şəxs4 yaşadığı evin yanmasını görmüşdür. Dərhal evin yanına getmiş, sonra isə polis əməkdaşları hadisə yerinə gəlmişlər. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Vəliyev X39 Əliyevin ifadəsinə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirlmiş X29 ifadəsində bildirdi ki, əvvəllər başqa şəxsə ailə həyatı qurub sonra boşanmış və Ruxsarə Vəliyeva ilə ailə həyatı qurmuşdur. Ruxsarə Vəliyeva ilə birgə evlilikdən bir övladı var. Oğlunun adı Zərərçəkmiş şəxs3dir. O, Bakı şəhərində işləyib yaşayır və ara-sıra Gədəbəy rayonu Arısu kəndinə gəlir. X43 isə oğlu Zərərçəkmiş şəxs3lə birlikdə Gədəbəy rayonu Arısu kəndində yerləşən fərdi yaşayış evində yaşayırlar. Həmin evdə onlardan başqa qaynanası Zərərçəkmiş şəxs4, baldızı Zərərçəkmiş şəxs5 və Xəyalənin uşaqları Hüsniyə Əliyeva və Zərərçəkmiş şəxs6 də yaşayırlar. Təqsirləndirilən şəxs arvadının bibisinin əridir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, qaynı arvadını uşaqları ilə birlikdə yaşadıqları evdən çıxartmaq istəyir və bununla bağlı Ruxsarə Vəliyevanı, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 məhkəməyə vermişdir. Lakin məhkəmə tərəfindən Ruxsarə Vəliyevaya, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 həmin evdə yaşamaq hüququ verilmişdir. Onlar da öz uşaqları ilə birlikdə həmin evdə yaşayırlar. Məhkəmənin onlara yaşamaq hüququ verməsinə baxmayaraq Təqsirləndirilən şəxs dəfələrlə onları "əgər evdən çıxmasanız evi yandırıb, sizləri evdə öldürəcəm, mən həyatımdan bezmişəm" sözləri ilə hədələmişdir. Bu barədə X43 danışmışdır. O, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərində olmuş və həmin gün ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs tüfənglə Ruxsarə Vəliyevanı və Aqşin Əliyevi öldürmək məqsədi ilə yaralamış və bundan başqa Zərərçəkmiş şəxs4 qızları və nəvələri ilə birlikdə evə doldurub evi yandırmışdır ki, onlar ölsünlər. xx xxxxxx 2019-cu il tarixdə, saat 12 radələrində Gədəbəy rayonu, Arısu kəndində yerləşən Ruxsarə Vəliyevanın yaşadığı evin Təqsirləndirilən şəxs tərəfindən yandırılması nəticəsində ona məxsus 2 ədəd 200 manat dəyərində, Türkiyə istehsalı, 2 ildir istifadə etdiyi dəri qurtqası, 1 cüt 100 manat dəyərində, Çin istehsalı, 1 ildir istifadə etdiyi dəri sabaşkisi, 1 cüt 100 manat dəyərində, Çin istehsalı, 6 aydır istifadə etdiyi dəri əyaqqabısı, 3 ədəd 100 manat dəyərində, Türkiyə istehsalı, 1 ildir istifadə etdiyi yun uzunqol koftası, 3 ədəd 90 manat dəyərində, Çin istehsalı, 1 ildir istifadə etdiyi rubaşkası, 2 ədəd 50 manat dəyərində, Çin istehsalı, 1 ildir istifadə etdiyi içi tüklü qış jileti, 2 ədəd 60 manat dəyərində, Çin istehsalı, 1 ildir istifadə etdiyi tumanı, 2 ədəd 20 manat dəyərində, Çin istehsalı, 1 ildir istifadə etdiyi maykası, 5 cüt 25 manat dəyərində, Azərbaycan istehsalı, 1 ildir istifadə etdiyi corabı, 3 ədəd 90 manat dəyərində, Çin istehsalı, 1 ildir istifadə etdiyi cins şalvarı yanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, xx xxxxxx 2018-ci il tarixdən hal-hazıradək Gədəbəy rayonu, Əlinağılar kənd İƏDÜ nümayəndəsi vəzifəsində işləyir. Həsənov X15 rayonu, Arısu kəndində qeydiyyatda olmasına baxamayaraq Şəmkir şəhərində yaşayır. Təqsirləndirilən şəxs Arısu kəndində 25 sotluq torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin daxilində 2 mərtəbəli ev vardır. Həmin evdə Təqsirləndirilən şəxs qaynı arvadı Zərərçəkmiş şəxs4 qızları Ruxsarə Vəliyeva və Zərərçəkmiş şəxs5 ilə birlikdə yaşayırlar. Bunlardan başqa həmin evdə Zərərçəkmiş şəxs4 nəvələri Zərərçəkmiş şəxs6, Hüsniyə Əliyeva, Zərərçəkmiş şəxs3 və Aqşin Əliyev də yaşayırlar. Həmin şəxslərin evdə yaşamaları üçün məhkəmə qətnaməsi vardır. Buna baxmayaraq Təqsirləndirilən şəxs uzun müddətdir ki, həmin şəxsləri evdən çıxartmaq istəyir. Həmin məsələ ilə bağlı Təqsirləndirilən şəxs dəfələrlə icra nümayəndəliyinə şikayət etmişdir ki, Zərərçəkmiş şəxs4 qızları və nəvələri ilə birlikdə ona məxsus 25 sotluq torpaq sahəsinin daxilində olan evdən çıxarılsın. Tərəfindən Təqsirləndirilən şəxs dəfələrlə izah edilmişdir ki, həmin məsələ onların səlahiyyətlərinə aid deyil, məhkəmənin səlahiyyətinə aiddir. xx xxxxxx 2019-cu il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 qızı Ruxsarə Vəliyevanı və sonuncunun oğlu Aqşin Əliyevi tüfənglə yaralayıb evdə yaşayan şəxsləri öldürmək məqsədi ilə həmin evi yandırmışdır. Şahid1 ifadəsində əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs onunla söhbətlər zamanı Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu hiss etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirlimiş Şahid4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun doğma atasıdır. Təqsirləndirilən şəxs əvvəllər Gədəbəy rayonu, Arısu kəndində yaşamışdır. Lakin sonradan Təqsirləndirilən şəxs bacısı Pərvanə Həsənovaya köməklik göstərərək onunla birlikdə ünvan 2 ünvanında bacısı Pərvanə Həsənovaya ev tikdirib həmin evdə yaşamağa başlamışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs Gədəbəy rayonu, Arısu kəndində qeydiyyatdadır. Təqsirləndirilən şəxs adına Gədəbəy rayonu, Arısu kəndində 0.25 hektarlıq torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin daxilində 2 mərtəbəli ev vardır. Həmin evdə mərhum dayısı arvadı Zərərçəkmiş şəxs4 öz uşaqları və nəvələri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs dəfələrlə Zərərçəkmiş şəxs4 və onun uşaqlarının həmin evdən çıxarılması ilə bağlı məhkəməyə müraciət etmiş, lakin həmin şəxslər həmin evdən çıxarılmamışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs cinayət törətmişdir. Bundan başqa bildirdi ki, atası Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkir və həmin xəstəliyi ilə bağlı 2-ci qrup əlildir. Təqsirləndirilən şəxs bu cür xəstəlik 1992-ci ildə mərhum əmisi Allahverdi Həsənovun qar uçqunununa düşməsindən sonra baş vermişdir. Belə ki, Allahverdi Həsənovun meyitinin çıxarılmasında Təqsirləndirilən şəxs da iştirak etmişdir. Həmin hadisə Təqsirləndirilən şəxs psixi problemlər yaratmışdır. Təqsirləndirilən şəxs tez-tez sayaxlayırdı, özünə qapanmışdır və ona nəsə deyəndə özünü aqressiv aparırdı. Təqsirləndirilən şəxs yaxınları kimi onlar müraciət edəndə onlar "siz məni öldürməyə gəlmisiniz, deyəsən siz məni zəhərləyəcəksiniz" sözlərini demişdir. Bu səbədən mərhum anası X41 Həsənovu həkimə aparmış və o müəyyən müddət müalicə götürmüşdür. Lakin Təqsirləndirilən şəxs götürdüyü müalicələr yaxşı effekt verməmişdir. Bəzən olurdu ki, Təqsirləndirilən şəxs həkim tərəfindən yazılmış dərmanları qəbul etmirdi. Onda anası və bibiləri qonşudan kimisə çağırıb ona xələt geyindirirdilər və həmin şəxs Təqsirləndirilən şəxs "mən həkiməm dərmanları iç" sözlərini deyəndə Təqsirləndirilən şəxs dərmanlarını qəbul edirdi. Təqsirləndirilən şəxs psixi problemləri ilə bağlı müalicələri hər il aparılırdı. X32 psixi drumu düzəlmirdi. Bir dəfə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində xəndək qazıb orda oturmuşdu və ondan bunun səbəbi soruşulanda Təqsirləndirilən şəxs "düşmən gəlir, sizdə gizlənin, güllə dəyməsin" sözlərini demişdir. X61 rəhmətə gedəndən sonra Təqsirləndirilən şəxs psixi problemləri daha da güclənmişdir. Təqsirləndirilən şəxs son vaxtlar onun mülkinə və ya əmlakına kimsə toxunanda həmin şəxslərə qarşı aqressivləşirdi. Həmin şəxslərnən dalaşırdı. Təxminən 2014-cü ildən o, uşaqları ilə birlikdə atası Təqsirləndirilən şəxsla birlikdə yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs onun uşaqlarına qarşı çox aqressiv davrandığından sonradan onun yaşadığı evdən çıxıb kirəyə qalmağa başlamışdır. Lakin tez-tez atası Təqsirləndirilən şəxs yanına getmiş və onun nə problemləri olmuşsa köməklik etmişdir. Təqsirləndirilən şəxs psixi xəstəliyi ilə bağlı hər hansı tibb müəssisəsində müalicə alması və ona hansı dərman preparatları yazılması barədə dəqiq məlumatının olmamasını, lakin Təqsirləndirilən şəxs əksər hallarda yuxu dərmanları qəbul etməsini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı şahid qismində dindirlmiş Cəfərova X25 İsmayılovanın ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış hadisə yerinə baxış keçirlməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan və protokola əlavə edilmiş şəkillərdən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 12:15-də Gədəbəy rayon polis şöbəsinin növbətçi hissəsindən Gədəbəy rayon prokurorluğuna Gədəbəy rayonu Arısu kəndində yerləşən fərdi yaşayış evinin Təqsirləndirilən şəxs tərəfindən yandırlıması ilə bağlı daxil olmuş məlumat əsasında hadisə baş vermiş Arısu kəndinə gedilmişdir. Hadisə yerinə gəldikdə fərdi yaşayış evinin yanması və Təqsirləndirilən şəxs evin ön sağ küncündən 4 metr məsafədə olan qoz ağacının altında odealın üstündə oturması göründü. Fərdi yaşayış evi 2 mərtəbəli olmaqla üstü şiferlə örtülmüşdür. Fərdi yaşayış evinin yanması evin ikinci mərtəbəsindən birinci mərtəbəsinə doğru davam edir. Evin sol hissəsi tamamilə yanmış və yanmaqda davam edir. Yanan evin ön sağ tərəfindən 4 metr yuxarda bir ədəd qoz ağacı vardır. Qoz ağacının altında göy sellofandan qurulmuş çadır vardır. Qoz ağacının gövdəsindən evə doğru 2 metr məsafədə bir ədəd ov tüfəngi, üzərində patronlar və gilizlər olan bel remeni, bir ədəd qara sellofan torbada olan konister, ağ rəngli sellofanın içərisində isə bir ədəd balta vardır. Remenin üzərində 7 ədəd patron və 14 ədəd giliz vardır. Qara sellofan torbadakı konisterin içərisində salyarka yanacağı vardır. Qoz ağacının altındakı çadırın altında isə bir ədəd qara rəngli idman sumkası, bir ədəd açıq qəhvəyi rəngli odeal, bir ədəd üzərində 0.7, "Xan Kristal" markalı araq butulkası vardır. Təqsirləndirilən şəxs deməsinə görə xx xxxxxx 2019-cu il tarixdə, saat 11-12 radələrində yaşadığı Şəmkir şəhərindən Gədəbəy rayonu Arısu kəndinə gəlmiş, gələrkən özü ilə bir konister salyarka, bir konister benzin, ov tüfənginin qundaq hissəsini, tüfəng üçün bel remenində olan patron və gilizləri, bir ədəd qara sumkada olan kolbasanı, bir butulka araq, iki ədəd çörək, bir ədəd odeyal və bir ədəd göy rəngli sellofan gətirmişdir. Ov tüfəginin lülə hissəsini isə təxminən 10 gün əvvəl gətirib yanan evin damında gizlətmişdir. Qeyd etdiyi əşyalarla Arısu kəndinə gəldikdən sonra yağış yağdığı üçün qoz ağacının altında göy rəngli sellofanla çadır qurmuş, sonra tüfənginin lüləsini gizlətdiyi yerdən götürüb gətirmiş və tüfəngin qundağı ilə birləşdirmişdir. Odealı çadırın altına sərmiş və orada oturub gözləmişdir. Özü ilə gətirdiyi benzin konisterini taksidən düşdükdən sonra yolun qrağında qoymuş, salyarka olan konisteri isə qoz ağacının altına gətirmişdir. Sonra yaşayış evinin qarşısında gördüyü qırmızı donlu qadını öldürmək məqsədi ilə ona atəş açmış, bundan sonra tüfəngdəki gilizi çıxarıb pencəyinin sağ yan cibinə qoymuşdur. Tüfəngi yenidən patronla doldurmuş və kişi cinsli uşağı öldürmək məqsədi ilə ona atəş açmışdır. Atəş açdıqdan sonra hər iki yaralılar evə girmiş, o, isə evin giriş qapısını bayırdan bağlayıb evdəkiləri öldürmək məqsədi ilə özü ilə gətirdiyi benzin konisterini götürüb ikinci mərtəbəyə qalxmış, benzini ikinci mərtəbəyə töküb evi yandırmış və evdəkilər qaçıb getmişdir. Bundan çox peşman olmasını, gərək evin giriş qapısını çöldən məftillə və ya ağacla bağlamalı olmasını, evdəkilərin çıxıb bayıra qaça bilməyəcəklərini bildirmişdir. Bunları etməkdə məqsədi Zərərçəkmiş şəxs4, onun qızları və nəvələri ilə birlikdə öldürmək olmuşdur. Bundan sonra hadisə yerinə gəlmiş yanğın söndürənlər yanan evi söndürmüşlər. Təqsirləndirilən şəxs atəş açdığı patronların gilizlərini rayon prokurorluğuna təqdim etdi. Həmin gilizlər onun pencəyinin sağ yan cibində idi. Baxış zamanı tüfəng, idman sumkası, balta, odeyal, araq butulkası, iki ədəd atəş açılmış giliz, patron və giliz olan remen, bir konister salyarka iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış ov tüfənginə və patronlara baxış keçirlməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, tüfəng, üzərində 07 ədəd patron və 14 ədəd giliz olan remen və iki ədəd giliz Gədədbəy rayon prokurorluğunun inzibati binasında xidməti otaqda stolun səthi üzərinə qoyularaq müfəssəl baxışı aparılmışdır. Tüfəngin səthinə müxtəlif bucaq altında təbii və süni işıqda vizual baxdıqda gözlə görünə bilən hər hansı bir iz müşahidə edilmədi. Tüfəngin ümumi uzunluğu 120 sm, lüləsinin uzunluğu 78 sm, qundağ hissəsinin uzunluğu isə 42 sm-dir. Tüfəngin lüləsinin alt hissəsində, lüləlinin uc hissəsindən 35 sm məsafədə və qundağın ucundan 12 sm məsafədə qayış keçirtmək üçün dəmirdən keçəcəklər vardır. Tüfəngin qundağının alt hissəsində lüləni açmaq üçün qoruyucu vardır. Həmin qoruyucunun üzərinə "3940" rəqəmləri həkk edilmişdir. Tüfəngin qundağının qoruyucuya yaxın hissəsi skoca bürünmüşdür. Tüfəngin lüləsinin altında sarı rəngli, taxtadan lüləaltı qapaq vardır. Həmin lüləaltı qapağı açdıqda iç tərəfində “3940” rəqəmləri həkk olunmuşdur. Bundan sonra tüfəngin lüləsi açılaraq lülə yuvasına baxıldı və orada hər hansı bir əşya aşkar edilmədi. Remenin üzərində 07 ədəd patron və 14 ədəd giliz vardır. Patronlar silindrik formalı olub dib hissələrinin səthi üzərində 16 rəqəmləri, gövdələrinin səthi üzərində isə "ZUBER", “70 mm”, "4,25 mm" və “28 gr” sözləri, həmçinin dağ keçisinin şəkli həkk olunmuşdur. İki ədəd giliz silindrik formalı olub dib hissələrinin səthi üzərində 16 rəqəmləri, gövdələrinin səthi üzərində isə hər hansı bir söz və rəqəm həkk edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin məhkəmət-ibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 626 nömrəli rəyindən görünür ki, X4 bədən səthində beş ədəd odlu silah yarası - qarının sol aşağı hissəsinin 1 ədəd dəlib-keçən, 3 ədəd kor, sol sağrı nahiyəsinin bir ədəd sıyrıb keçən qırma yaraları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. X4 bədən səthində aşkar olunmuş xəsarətlər patronu qırma ilə doldurulmuş odlu silahdan bir dəfə atəş açmaqla yetirilmiş, atəşin əlavə faktorlarının (barıt, hiss və s.) təsir etmədiyi uzaq məsafədən açılmışdır. Yara nahiyəsində giriş və çıxış dəlikləri qarının sol aşağı yan hissəində və sol sarğı nahiyəsində yerləşməklə, yara kanallarının istiqaməti sağdan sola qismən arxadan önədir. X4 bədən səthində aşkar edilmiş odlu silah yaraları ayrı-ayrı qırmaların təsirindən yaranmışdır. X11 xəsarət aldıqdan sonra sərbəst və məqsədyönlü hərəkət edə bilərdi. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 625 nömrəli rəyindən görünür ki, vətəndaş X8 bədən səthində iki ədəd odlu silah yarası - sağ baldırın dəlib keçən, sağ bazunun kor qırma yaraları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. X1 bədən səthində aşkar olunmuş xəsarətlər patronu qırma ilə doldurulmuş odlu silahdan bir dəfə atəş açmaqla yetirilmiş, atəşin əlavə faktorlarının (barıt. hiss və s.) təsir etmədiyi uzaq məsafədən açılmışdır. Sağ bazuda yara kanalının giriş dəliyi sağ bazunun orta üçdə birinin arxa səthində yerləşməklə kor şəkildə yumşaq toxumalar arasında qurtarır. Sağ baldırda yara kanalının giriş dəliyin, sağ baldırın orta üçdə birinin arxa səthində yerləşməklə kor şəklində yumşaq toxumalar arasında qurtarır. Sağ baldırda yara kanalının giriş dəliyin, sağ baldırın orta üçdə arxa səthində yerləməklə yara kanallarının istiqaməti arxadan önə, bir qədər sağdan soladır. X1 bədən səthində aşkar edilmiş odlu silah yaraları ayrı-ayrı qırmaların təsrindən yaranmışdır. X2 xəsarət aldıqdan sonra sərbəst, məqsədyönlü hərəkət edə bilərdi. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 603 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs5 bədən səthində aşkar edilmiş xəsarət - sol bazunun qançırı küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2019-cu ilə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 604 nömrəli rəyindən görünür ki, vətəndaş X17 bədən səthində aşkar edilmiş xəsarət - sağ əlin 2-ci barmağının əzilmiş səthi yarası küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2019-cu ilə uyğun gəlir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 605 və 606 nömrəli rəylərindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 bədən səthində hər hansı bir xəsarət aşkar edilmədi. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 24386 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində X38 və X10 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş X38 və X10 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində Təqsirləndirilən şəxs məxsus qeyd edilən geyim əşyalarının tərkib ifləri yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019cu il tarixli, 2001 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi statusu və onun 2014-cü ildən Gədəbəy RMX-nın psixiatrik kabinetində "Uzun sürən və təkrarlanan dayanıqlı kəskin ifadə olunmuş ruhi pozulmalar depressiv ipoxondrik şəxsiyyət dəyişkənliyi" diaqnozu ilə qeydiyyatda olmasını, nəzərə alaraq, həmçinin fərdi-psixi xüsusiyyətlərini, psixi-emosional vəziyyətini, fizioloji affekt halında olub-olmamasını və digər halları müəyyənləşdirmək, ekspertlər qarşısında qoyulmuş sualları cavablandırmaq üçün daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və pataloji Anatomiya ETT Birliyinin məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 592 nömrəli rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət aşkar edilmədi. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmətrasoloji və məhkəmə-ballistik ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 24386/24387/24388 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah zavod üsulu ilə keçmiş SSRİ-da 1949-cu ildə İjevsk mexaniki zavodunda istehsal edilmiş, 16 kalibrli, “3K” modelli, patronluğunun uzunluğu 70 mm olan, “63940” №-li, xarici çaxmaqlı, təklüləli tüfəngdir - yivsiz odlu ov silahıdır, üzərindəki zavod işarələrində pozuntu, dəyişiklik və detallarında təyinatını dəyişdirən heç-bir əlavə və dəyişikliklər edilməmişdir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır, döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır. Həmin modeldən olan, ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 16 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, 5 mm diametrli qırmalar 500 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə və təxminən 100 metr məsfədəki hədəfdə (o cümlədən canlı hədəfdə) zədə yetirmə qabiliyyətinə malikdirlər. Tədqiqata təqdim edilən “1”,“2”,“3",“4”,“5”,“6”,“7” rəqəmlərlə şərt olaraq işarələnmiş 7 (yeddi) ədəd patronlar zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardırlar, atəşə yararlıdırlar. Təyinatına və kalibrinə uyğun olaraq tədqiqata təqdim edilmiş 16 kalibrli, “3K” modelli, 63940 №-li ov tüfəngindədə istifadə oluna bilər. Tədqiqata təqdim edilən və şərti olaraq “8”,“9”,“10”,“11”,“12” rəqəmlərlə işarələnmiş 5 (beş) ədəd patron 16 kalibrli olmaqla, həmin kalibrli, yivsiz, odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə olunmaq üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış gilizə malik, lakin kustar üsulla doldurulmuş patronlardır və atəşə yararlıdırlar. Təyinatına və kalibrinə uyğun olaraq, həmin patronlar həmçinin tədqiqata təqdim edilmiş 16 kalibrli, “3K” modelli, 63940 Ne-li ov tüfəngində də istifadə oluna bilər. Həmin 16 kalibirli patronlar təyinatı üzrə nəzərdə tutulan ov tüfənglərində istifadə edildikdə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, 5 mm diametrli qırmalar 500 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə və təxminən 100 metr məsfədəki hədəfdə (o cümlədən canlı hədəfdə) zədə yetirmə qabiliyyətinə malikdirlər. Tədqiqata təqdim edilən 2 (iki) ədəd gilizlər zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronların atəşlə ayrılmış hissələridir - gilizləridir, tədqiqata təqdim edilmiş 16 kalibirli “3K” modelli, 63940 №-li ov tüfəngindən atılmışlar. Həmin 2 (iki) ədəd gilizlər (qərarda “Təqsirləndirilən şəxs atəş açıldıqdan sonra pencəyinin yan cibinə qoyduğu 02 ədəd gilizlər” qeyd edilmiş gilizlər) formasına, ölçülərinə və konstruktiv əlamətlərinə əsasən tədqiqata təqdim edilmiş və şərti olaraq “1”,“2”,“3”,“4”,“5”,“6”,“7” rəqəmlərlə işarələnmiş patronların gilizləri ilə eynilik təşkil edilməsi istisna edilmir. Tədqiqata təqdim edilən və şərti olaraq şərti olaraq “A”, “B”, “C”, “Ç”, “D”, “E”, “Ə”, “F”, “G” hərflərlə işarələnmiş 9 (doqquz) ədəd giliz zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissələridir - gilizləridirlər. “Ə”,“F",“G” hərflə işarələnmiş gilizlərin pistonları üzərində silahın vurucusunun izi və qəlibinin ön kəsiyindən qalan izlər aşkar edilmədi bu səbəbdən və eyniləşmə tədqiqatı üçün yararsızdılar və onların tədqiqata təqdim edilmiş 16 kalibirli “3K” modelli, 63940 №-li ov tüfəngindən atılıb - atılmamasını müəyyən etmək mümükün deyildir. Tədqiqata təqdim edilmiş və şərti olaraq “A”,“B",“C",“Ç",“D",“E” hərflə işarələnmiş 6 (altı) ədəd 16 kalibrli gilizlər, təqdim edilmiş 16 kalibirli “3K” modelli, 63940 №-li ov tüfəngindən atılmışdır. Tədqiqata tqdim edilən 3 (üç) ədəd metal predmetlər müxtəlif kalibirli, yivsiz, odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurlması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmı hissəsidir - karteçdir, təqdim edilmiş 16 kalibirli, "3K" modelli, 63940 №-li ov tüfəngində, habelə başqa hansısa konkret bir silahdan atılıbatlmamadığını müəyyən etmək mümkün deyildir. Təqiqata təqdim edilən 1 (bir) ədəd predmet kustar üsulla hazırlanmış, ov patronlarının saxlanılması üçün nəzərdə tutulmuş patrondaşıdır. Tədqiqata təqdim edilmiş bir ədəd 16 kalibrli, “3K” modelli, 63940 №-li lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəçiklərinin aşkar edilməsinə əsasən, ondan atəş (atəşlər) açılmışdır. Lakin müvafiq elmi metodika olmadığından atəşin açılma vaxtını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Ruxsarə Vəliyevaya məxsus bir ədəd qırmızı rəngli don, bir ədəd qara rəngli idman şalvarının üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəçiklərinin və qurğuşun metal izinin aşkar edilməməsinə əsasən, bir ədəd qırmızı rəngli donun sağ qolluğu üzərində, bir ədəd qara rəngli idman şalvarının arxa hissəsində olan zədələr giriş və bir ədəd qara rəngli idman şalvarının ön hissəsində olan zədələr isı çıxış zədələri olmaqla hamarlüləli (yivsiz) odlu ov tüfəngindən açılan atəş (atəşlər) nəticəsində 2 metrdən yuxarı məsafədən arxadan önə, nisbətən sağdan-sola doğru istiqamətdə yetirilməyə xarakterikdir. Lakin həmin zədələrə əsasən atəşin vaxtını təyin etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Aqşin Əliyevə məxsus bir ədəd tünd cins şalvar, bir ədəd boz rəngli, üzərində qara-göy zolaqları olan alt tumanı, bir ədəd qara-açıq qəhvəyi rəngli, üzərində ağ zolaqları olan qısaqol idman köynəyi, bir ədəd qolsuz maykanın üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələr formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktorun tam yanmamış tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməsinə əsasən, paltarlar üzərində olan zədələr giriş-çıxış zədələri olmaqla hamarlüləli(yivsiz) odlu ov tüfəngindən açılan atəş(atəşlər) nəticəsində 2 metrdən yuxarı məsafədən arxadan-önə doğru istiqamətdə yetirilməyə xarakterikdir. Lakin həmin zədələrə əsasən atəşin vaxtını təyin etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyaları üzərində silahdan atəş nəticəsində qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Əmiraslan Həsəova məxsus geyim əşyaları üzərində odlu silahdan açılan atəş nəticəsində qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthində atəşin əlavə faktoru olan tam yaranmış barıt hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Ruxsarə Vəliyevaya, Aqşin Əliyevə və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarına baxış keçirldi və onların üzərində qarşılıqla mübarizə zamanı əlbəyaxa olmağa xarakterik zədə(lər) aşkar edilmədi. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yanacaq sürtkü materiallarının kriminalistik ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 24385 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş yarıyanmış qalıqların - yarıyanmış parça qalıqlarının, yarıyanmış oduncaq hissələrinin və kömür nümunələrinin üzərilərində eyni qrup mənsubiyyətinə malik şəklini dəyişmiş tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır. Yüksək temperatur və ya buxarlanma şəraitində neft məhsullarının tərkiblərində əsaslı dəyişikliklər baş verdiyi üçün yarıyanmış parça qalıqlarının, yarıyanmış oduncaq hissələrinin və kömür nümunələrinin üzərilərində olan şəklini dəyişmiş izlərin hansı yanacaq məhsulu növünə aid olduğunu müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim olunmuş sarı rəngli neft məhsulu dizel yanacağıdır (62.9; (-)1.2; "lettnee markalı). Təqdim olunan neft məhsulunun qablaşması zədələndiyindən neft məhsulu axırdı, ona görə də onun həcmini təyin etmək mümkün olmadı. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-tikinti texniki ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 24370 nömrəli rəyindən görünür ki, Gədəbəy rayonu Arısu kəndində yerləşən yaşayış evində yanğın zamanı yaranmış qüsurların aradan qaldırlması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 6804.0 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və pataloji Anatomiya ETT Birliyinin xx xxxxxxx 2019-cu il tarixli, 24369 nömrəli rəyindən görünür ki, Gədəbəy rayonu Arısu kəndində yerləşən fərdi yaşayış evinin konstruktiv elementləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə görə yanğının mənbəyi - yaşayış evinin birinci mərtəbəsində orta hissədə və evin ikinci mərtəbəsinə qalxdıqda üzbəüz tərəfdə yerləşən otaqların daxilində olmuşdur. Yaşayış evinin birinci mərtəbəsində orta hissədə yerləşən otaqda baş vermiş yanğın tavan səviyyəsində inkişaf etsədə genişlənməmişdir. Yaşayış evinin ikinci mərtəbəsində yerləşən otaqda baş vermiş yanğın yüksələn xətt üzrə inkişaf edərək tavan səviyyəsinə genişlənmişdir. Yanğının birbirindən müstəqil-əlaqəsiz zonalarda yaranmasını və yanğından sonrakı qalıqların üzərində neft məhsullarının izlərinin aşkar edilməsinə əsaslanaraq yanğın - neft məhsulundan odlama vasitəsi kimi istifadə edilərək, kənardan gətirilmiş alışdırma vasitəsinin təsirindən baş vermişdir. Cinayət işi materiallarına əlavə edilmış və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 26578 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mağazalarda və və digər avadanlıqraının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən tədqiq edilən ekspertizaya təqdim edilməyən 136 adda tədiqiqat obyektlərinin, xx xxxxxx 2019-cu il tarixə, qərarın təsviri hissəsində olan məlumatlara əsasən, respublika daxili orta bazar satış ümumi qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq 12496,00 manat müəyyən edilir. O cümlədən: Zərərçəkmiş şəxs4 məxsus 10 adda əmlak üzrə 1245,00 manat; Ruxsarə Vəliyevaya məxsus 22 adda əmlak üzrə 2494,00 manat; Nurəddin Vəliyevə məxsus 10 adda əmlak üzrə 585,00 manat; Zərərçəkmiş şəxs3 məxsus 16 adda əmlak üzrə 875,00 manat; Aqşin Əliyevə məxsus 16 adda əmlak üzrə 918,00 manat; Zərərçəkmiş şəxs5 məxsus 11 adda əmlak üzrə 983,00 manat; Zərərçəkmiş şəxs6 məxsus 10 adda əmlak üzrə 568,00 manat; Hüsniyə Əliyevaya məxsus 10 adda əmlak üzrə 817,00 manat; ümumi istifadədə olan 31 adda əmlak üzrə 4011,00 manat. Həmin tədqiq edilən tədqiqat obyektlərinin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Cinayət işi materiallarına əlavə edilmış və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Məhkəmə-tibbi ekspertiza və X16 xx xxxxxx 2019-cu il tarixli, 44 saylı rəyindən görünür ki, X27 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) betadır. X6 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə AB (İV)-dir. X38 məxsus bir ədəd mayka, bir ədəd köynək, bir ədəd trusik üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan onun özünə məxsus ola bilər. Ona məxsus bir ədəd cins şalvar üzərində qanabənzər ləkə aşkar olunmadığından müayinə edilmədi. X10 məxsus bir ədəd şalvar, bir ədəd qırmızı rəngli don üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi AB (İV) olduğundan onun özünə məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək, bir ədəd şalvar, bir ədəd kostyum üzərində qanaoxşar ləkə aşkar olunmadığından müayinə edilmədi. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 136 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi durumunda və davranışında aydın ifadə olunmuş şəkildə bir sıra pozuntuların meydana çıxması onun əziyyət çəkdiyi «Üzvi mənşəli şəxsiyyət pozuntusu» kimi psixi patologiyanın gedişində dekompensasiya vəziyyəti olduğuna dəlalət edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən vaxt öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxsin istər şöbədə ekspertiza keçirilən müddət ərzində, istərsə də ekspertlər komissiyasının yığıncağında aparılan müayinə gedişində psixi vəziyyətinin qənaət bəxş səviyyədə olmaması hal-hazırda dekompensasiya vəziyyətinin davam etdiyini göstərir. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs mübtəla olduğu xroniki psixi pozuntu çərçivəsində təzahür edən əlamətlərin hal-hazırda davam etməsinə görə onun ixtisaslaşdırılmış psixiatriya stasionarı şəraitində müalicəyə ehtiyacı olduğu, bununla bərabər intensiv müşahidə tələb etmədiyi və kifayət qədər ciddi somatik patologiyalarının olduğu müəyyənləşir. Buna görə ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq və təsvir etmək, etdiyi hərəkətlərin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, törətdiyi hadisələr barəsində istintaqa düzgün ifadə vermək və digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. Aparılmış eksperimental-psixoloji müayinə zamanı Təqsirləndirilən şəxs idrak prosseslərinin tədqiqi zamanı ixtiyari yaddasaxlamasının bir aşağı olması, assosiativ yaddaşın kifayət qədər aktiv olmadığı, diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), abstrakt anlayışların dərk edilməsinin zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi, proqnozlaşdırma qabiliyyətinin zəifliyi müəyyən edilir. Emosiolnal-iradi sferasında qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, emosional reaksiyalara meyllilik, impulsivlik aşkar olunur. Belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs törətdiyi hadisə zamanı psixi-emosional vəziyyətində impulsivlik, qəzəblilik, aqressivlik yaranmış, həmin halın yaranması onda psixiatrik müayinə zamanı müəyyən edilmiş «Üzvü mənşəli şəxsiyyət pozuntusu» formasında xroniki psixi patologiya, dekompensasiya vəziyyəti ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından, həmçinin intellektualmnestik imkanlarında əmələ gəlmiş dəyişikliklərlə əlaqədar öz hərəkətlərinin mahiyyətini dərk etmək, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin təkrar kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 04 saylı rəyindən görünür ki, Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alan ekspert komissiyası belə nəticəyə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs «ÜZVİ MƏNŞƏLİ ŞƏXSİYYƏT POZUNTUSU» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 07.0) formasında xroniki psixi xəstəlik müəyyən edilir. Bunu cinayət işi materialları, olan tibbi sənədlər (1992-ci ildə keçirdiyi sarsıntıdan 1-2 ay sonra psixikasının pozulması, özünü qeyri-adekvat aparması, ətrafında olanlarla ünsiyyət yaratmaması, saatlarla öz-özünə danışıb gülməsi, qida qəbulundan imtina etməsi, şübhəli olması, ambulator qaydada müalicə olunması, 4 il bundan əvvəl arvadı vəfat etdikdən sonra təkrar psixi vəziyyətinin pozulması, 2012-ci ildə «Uzun sürən və təkrarlanan dayanıqlı kəskin ifadə olunmuş ruhi pozulmalar depressiv-ipoxondrik sindrom, şəxsiyyət dəyişkənliyi» diaqnozu ilə AR SN Gədəbəy RMX-nın poliklinika şöbəsində qeydiyyatda olması, Gəncə şəhəri X3 xx.xx.2015-xx.xx.2015-ci il tarixlərdə «Üzvi mənşəli şəxsiyyət pozuntusu, Uzun sürən və təkrarlanan dayanıqlı kəskin ifadə olunmuş ruhi pozulmalarla» diaqnozu ilə müalicədə olması, İİ qrup əlil olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən səliqəsiz, qaş qabaqlı olması, produktiv ünsiyyətin yaradılmasında çətinlik yaranması, təfəkkürünün tempinə görə ləng, az məhsuldar olması, baxışını bir nöqtəyə zilləyərək süst vəziyyətdə qalması, əhval-ruhiyyəsinin enməsi, davranışında qeyri-adekvatlığın nəzərə çarpması, öz vəziyyətinə və yaranmış situasiyaya qarşı tənqidi münasibətin olmaması və s.) sübut edir. İİ. Yekun hissəsi. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, anamnestik məlumatların, həmçinin stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs «Üzvi mənşəli şəxsiyyət pozuntusu» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 07.0) formasında xroniki psixi xəstəlik müəyyən edilir. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs müəyyən edilən “Üzvi mənşəli şəxsiyyət pozuntusu” dekompensasiya vəziyyətində olmuş və o, həmin dövrdə öz əməlinin farktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmamışıdır. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqsız hesab olunmalıdır. Hazırda da Təqsirləndirilən şəxs dekompensasiya vəziyyəti davam edir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı vardır. Buna görə ona qarşı AR CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Qeyd olunmalıdır ki, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində ştat üzrə yalnız bir ekspertpsixoloq fəaliyyət göstərdiyindən və həmin ekspert-psixoloq artıq bir dəfə bu iş üzrə Təqsirləndirilən şəxs ekspertizasında iştirak etdiyi üçün onun tərəfindən təkrar məhkəmə psixoloji ekspertizasının aparılması mümkün olmamışdır. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən təyin edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxs tərəfindən verilmiş xx xxxxxxxx 2010-ci il tarixli 80 nömrəli təkrar kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspert rəyindən görünür ki, yoxlanılmış şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdən onda qeyd olunan “Üzvi mənşəli şəxsiyyət pozunusu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan “Üzvi mənşəli şəxsiyyət pozunusu” törətdiyi əməl dövründə dekompensasiya vəziyyəti olduğundan yoxlanılan şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməli barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda da onda qeyd olunan üzvi şəxsiyyət pozuntusunun dekompensasiya vəziyyətindədir. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs qeyd olunan xroniki psixi pozuntu çərçivəsində təzahür edən əlamətlərin hal-hazırda davam etməsinə görə onun ixtisaslaşdırılmış psixiatriya stasionarı şəraitində müalicəyə ehtiyacı olduğu müəyyənləşir. Buna görə Təqsirləndirilən şəxs Məsta oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs emosional reaksiyalara meyllik, qıcığa qarşı həssaslıq, laqeydlik, inadkarlıq, tez özündən çıxmaq, başqalarının hiss və yaşantılara qarşı biganəlik, impulsvlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs müəyyən edilmiş psixi pozuntu, onun əqli imkanlarının zəifləməsinə dəlalət etmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən intellektual-mnestik imkanlarında dəyişikliklər əmələ gəlməsi ( ixtiyari yadda saxlamasının bir qədər aşağı olması, assosiativ yaddaşının kifayət qədər aktiv olmaması), diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), abstrakt anlayışların dərk edilməsinin zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi, proqnozlaşdırma qabiliyyətinin zəifləməsi ilə əlaqədar olaraq öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi hadisə zamanı psixiemosional vəziyyətində impulsivlik, qəzəblilik, aqressivlik yaranmış, həmin halın yaranması onda psixiatrik müayinə zaman müəyyən edilmiş “Üzvi mənşəli şəxsiyyət pozuntusu” formasında xroniki psixi patologiyanın dekompensasiya vəziyyəti ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gədəbəy rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(042)-5/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020ci il tarixli “cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş şəxsin qanuni nümayəndəsi təyin etmək haqqında” qərardan görünür ki, Qanuni nümayəndə cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs qanuni nümayəndəsi təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhər X44 Əsəb Dispanserindən alınmış xx xxxxxx 2019-cu il tarixli, 1064 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2012-ci il tarixdən X65 dispanserində uzun sürən və təkrarlanan dayanıqlı kəskin ifadə olunmuş ruhi pozulmalar, depressiv-ipoxondrik sindrom diaqnozu ilə qeydiyyatdadır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya xəstəxanasının xx xxxxxxx 2019-cu il tarixli 7059 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1 nömrəli Respublika Psixiatriya xəstəxanasında müalicədə olmayıb. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər X58 şəhər Psixiatriya xəstaxanasının xx xxxxxxx 2019-cu il tarixli 189 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixiatriya xəstəxanasında müalicədə olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gədəbəy rayon polis şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, 198-18746-1219 nömrəli məktubundan görünür ki, tərəflər xx xxxxx 2016-ci il tarixdən rayon polis şöbəsində münaqişəli tərəflər kimi profilaktiki qeydiyyata götürülmüşlər. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gədəbəy rayon Mərkəzi Xəstəxanasından daxil olmuş xx xxxxxxx 2019-cu il tarixli, 628 nömrəli və 74 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2014-cü il tarixdən xəstəxanada "Uzun sürən və təkrarlanan dayanıqlı kəskin ifadə olunmuş ruhi pozulmalar, depressiv-ipoxondrik sindrom. Şəxsiyyət dəyişkənliyi" diaqnozu ilə qeydiyyatdadır və şəkərli diabetdən əziyyət çəkir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti nəzərə alınaraq onun barəsindəç AR CMnin 95.0.3 maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya xəstəxzanasında tibbi xarakterli müalicə tədbirinin tətbiq edilməsi məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Əlinağılar kənd İƏD-üzrə nümayəndəliyindən daxil olmuş xx xxxxxxx 2019-cu il tarixli, 270 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nümayəndəliyin 06 nömrəli təsərrüfat başına kitabın 04-cü səhifəsində Arısu kəndində qeydiyyatdadır və onun barəsində kənd üzrə Zərərçəkmiş şəxs4 tərəfindən icra nümayəndəliyinə şikayət daxil olmuşdur. Başqa kənd sakinləri tərəfindən şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gədəbəy rayon İcra Hakimiyyəti başçısının Əlinağılar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli 271 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs4 ailə üzvləri, qızları Zərərçəkmiş şəxs5, X14, nəvələri X28, Zərərçəkmiş şəxs6, X45 və Zərərçəkmiş şəxs3 ilə birlikdə nümayəndəliyin 05 nömrəli təsərrüfat başına kitabın 42-ci səhifəsində qeydiyyatdadırlar. Cinayət işi materiallarına əlavə edilmış və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx xxxxxxx 2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmış və məhkəmədə araşdırılmış xx xxxxxx 2019-cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokol və xx xxxxxxxx 2019-cu il tarixli Gədəbəy rayon Məhkəməsinin qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cənayətin əlamətlərinin, Təqsirləndirilən şəxs cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərətərəli və obyektiv yoxlama aparıb toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.5, 29, 120.2.7, 29, 120.2.9, 134 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Təqsirləndirilən şəxs qeyd edilən cinayəti törətdiyi vaxt əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Odur ki, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən və öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyi dərk etmək və onları idarə etmək iqtidarında olmadığından ona hazırda cəza təyin edilməsini və cəzanın icrasını istisna edir. Azərbaycan Respublikası CPM-nin 477.3-cü maddəsinin tələbinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edildikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. İş üzrə verilmiş və yuxarıda şərh olunan kompleks və təkrar kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizalarının rəylərindən göründüyü kimi, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqsız hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Həmin Məcəllənin 93.1-1.1-ci maddəsinə görə isə, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.2-ci maddəsinin tələbinə görə 93.1- 1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin tələbinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsininin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 97.3-cü maddəsinə əsasən öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti nəzərə alınaraq ona ixtisaslaşmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməyərək o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməlidir. Gədəbəy rayon Prokurorluğunda saxlanılan maddi sübut1 ədəd tüfəng, üzərində 7 ədəd patron və 14 ədəd giliz olan remen Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-cimaddəsinəəsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilməli, 2 ədəd atəş açılmış giliz, 3 ədəd kartec, kül nümunəsi, Təqsirləndirilən şəxs, Ruxsarə Vəliyevaya və Aqşin Əliyevə məxsus geyim əşyaları məhv edilməlidir. Cinayət əməlini analaqsız vəziyyətdə törətdiyindən Təqsirləndirilən şəxs iş üzrə olan ekspertiza xərcini ödəməkdən azad edilməli, 645,16 (altı yüz qırx beş manat on altı qəpik) manat ekspertiza xərci dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş şəxsin hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş şəxsə vəkil Müdafiəçi 20 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 120 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321,344-348, 356 və 468 - 477 -ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 29, 120.2.5, 29, 120.2.7, 29, 120.2.9, 134 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməlləri törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq olunaraq ona ixtisaslaşmış psixiatriya stasionarında məcburi müalicə təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməsin. Gədəbəy rayon Prokurorluğunda saxlanılan maddi sübut 1 ədəd tüfəng, üzərində 7 ədəd patron və 14 ədəd giliz olan remen Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-cimaddəsinəəsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilsin, 2 ədəd atəş açılmış giliz, 3 ədəd kartec, kül nümunəsi, Təqsirləndirilən şəxs, Ruxsarə Vəliyevaya və Aqşin Əliyevə məxsus geyim əşyaları məhv edilsin. Cinayət əməlini analaqsız vəziyyətdə törətdiyindən Təqsirləndirilən şəxs iş üzrə olan ekspertiza xərcini ödəməkdən azad edilsin, 645,16 (altı yüz qırx beş manat on altı qəpik) manat ekspertiza xərci dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından 120 (bir yüz iyirmi) manat pul Müdafiəçi fəaliyyət göstərdiyi Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu (qərarın surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətdə X52 Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və (və ya) apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar