Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-265/2022 27.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1978-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Tovuz şəhəri, H.Əliyev küçəsi ev 1, mənzil 14-də qeydiyyatda olmaqla, Tovuz şəhəri, E.Quliyev küçəsi, İİ dalan, ev 5də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulumuş marixuananı, tiryəki və metadonu, həmçinin külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək özü ilə daşıyıb yaşadığı evdə saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədilə qanunsuz olaraq 33,433 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, 2,652 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, 0,139 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki və 0,18 qram çəkidə 4,5 ədəd narkotik vasitə olan metadonu əldə edib yaşadığı ünvan 1 ünvanda yerləşən yaşayış evinə daşımaqla həmin evdə saxlamış, 07 avqust 2021-ci il tarixdə saat 17:25-də Tovuz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin evin yataq otağındakı kiçik ölçülü paltar dolabının (tumboçkanın) arxasında gizlədilmiş sellofana bükülmüş əl çantasının içərisindən 1 ədəd kibrit qutusunda 2,840 qram, 1 ədəd kibrit qutusunda 5,659 qram, 1 ədəd kibrit qutusunda 5,141 qram, 1 ədəd kibrit qutusunda 4,934 qram, 1 ədəd kibrit qutusunda 5,209 qram, 1 ədəd kibrit qutusunda 2,859 qram, 1 ədəd kibrit qutusunda 2,999 qram, 1 ədəd kibrit qutusunda 2,825 qram, 1 ədəd siqaret falqasına bükülmüş bükülüdə 0,464 qram, 1 ədəd siqaret falqasına bükülmüş bükülüdə 0,277 qram, 1 ədəd siqaret falqasına bükülmüş bükülüdə 0,226 qram olmaqla, cəmi 33,433 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ilə 1 ədəd sarı rəngli polietilen kəsiyində təmiz çəkisi 0,139 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, həmin evin zal otağındakı qab-qacaq dolabının üstündə 0,18 qram çəkidə üzərində “Metadone 40” yazısı həkk olunmuş 2 ədəd konvalyutdakı, hər konvalyutda 2 ədəd və bir ədəd konvalyutda 1/2 həbin hissəsi, ümumilikdə 4,5 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatı olan 4 və 1/2 həb hissəsindən ibarət təsiredici maddəsi narkotik vasitə olan metadonu, həmçinin həmin evin zirzəmisinin hava borusunun içərisinə gizlədilmiş 1 ədəd şəffaf rəngli polietilen kəsiyinə bükülmüş təmiz çəkisi 2,652 qram olan, yəni külli miqdarda, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həbs edilənə kimi ailəsi və üç az yaşlı övladları ilə birlikdə Tovuz şəhərində yaşamış və Tovuz rayon MİS-də fəhlə işləmişdir. O, birinci Qarabağ müharibəsi əlilidir, müharibədə ayağının birini itirdiyi üçün 2-ci qrup əlilliyə görə pensiya alır. O, uzun müddətdir ki, narkotik vasitə aludəçisidir, narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə qəbul edir. Onun ayağının ağrıları tutanda narkotik vasitədən istifadə edir ki, ağrılarını hiss etməsin. Onun mərhum xalası oğlu Tovuz şəhər sakini X6 narkotik aludəçisi olmuşdur, sonuncunun evində narkotik vasitələr və psixotrop maddələr olmuşdur. Xalası oğlu Elşad eyni zamanda narkotik vasitələrin satışı ilə də məşğul olmuşdur. Tanışları dəfələrlə ondan xahiş etmişlər ki, Elşaddan narkotik vasitə olan qurudulmuş marixuana alsın. O da Elşad Kərimovdan narkotik vasitə olan qurudulmuş marixuananı alıb adını bildirmək istəmədiyi tanışlarına vermişdir, həmin narkotik vasitənin pulunu da onlardan alıb aparıb Elşad Kərimovun özünə vermişdir. Əvəzində Elşad ona narkotik vasitə olan qurudulmuş marixuana vermişdir, o da özü istifadə etmişdir. O, çox vaxt marixuananı verdiyi tanışları ilə həmin marixuananı birlikdə çəkmişdir. 18 iyul 2021-ci il tarixdə xalası oğlu Elşad Kərimov ağ ciyər çatışmamazlığından öz yaşadığı evdə ölmüşdür. Elşad öləndən sonra sonuncunun evində qalmış təxminən 5-6 kibrit qutusu qurudulmuş marixuana, 5 ədəd “Metadon M-40” tabletləri və bir ədəd sellofana bükülü tiryəki götürüb öz evlərinə gətirmişdir ki, özü istifadə edər. Həmin qurudulmuş marixuananın bir hissəsini özü siqaretə doldurub çəkməklə qəbul etmişdir. Qalan narkotik vasitə və psixotrop maddələri bir ədəd sellofan torbaya büküb öz yaşadığı evdəki paltar şkafının arxasına gizlətmişdir. 07 avqust 2021-ci il tarixdə günorta saatlarında polis əməkdaşları onların evinin qarşısında küçədə ona yaxınlaşıb özlərini təqdim edərək ona polis əməkdaşları olduqlarını bildirib onun narkotik vasitələri qanunsuz olaraq üzərində, idarə etdiyi avtomobilində və yaşadığı evində saxlamaqda ondan şübhələndiklərini bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmişdir, polis əməkdaşları ilə birlikdə Tovuz RPŞ-nə getmişdir. Özünə məxsus üzərində dövlət qeydiyyat nömrə nişanı olmayan “Naz Lifan” markalı avtomobili də Tovuz RPŞ-nə aparmışdır. Tovuz RPŞ-də təhqiqatçı Şahid5 ona vəkillərin siyahısını təqdim etmişdir və onun istəyinə uyğun olaraq X8 onun müdafiəçisi qismində dəvət olunmuşdur. Bundan sonra onun üzərində baxış keçirilməsi barədə qərar onun və vəkilinin iştirakı ilə ona oxunub elan edilmişdir. Sonra ona üzərində saxlanılması, gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmaması soruşulmuşdur. O, bildirmişdir ki, üzərində saxlanılması, gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya yoxdur. Daha sonra onun üzərində baxış aparılmışdır. Baxış zamanı onun üzərində saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onun və vəkilinin iştirakı ilə ona məxsus “Naz Lifan” markalı avtomobilinə baxış aparılacağını bildirmişlər və avtomobilində saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşyanın olmadığını bildirdikdən sonra ona məxsus “Naz Lifan” markalı avtomobilinə baxış aparmışlar. Baxış zamanı avtomobilində qanunla saxlanılması və gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Sonra onun yaşadığı evdə narkotik maddə saxlamaqda və satmaqda şübhəli olduğunu, buna görə də yaşadığı evə baxış keçirmək istədiklərini bildirmişlər və yaşadığı evə baxış keçirilməsi barədə qərar onun və vəkilinin iştirakı ilə ona oxunub elan edilmişdir. O, baxış keçirilməsinə etiraz etməmişdir. Onun yaşadığı evə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmışdır. Bundan sonra ona yaşadığı evdə saxlanılması, gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmaması soruşulmuşdur. O, bildirmişdir ki, yaşadığı evdə saxlanılması, gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya yoxdur. Bundan sonra polis əməkdaşları onun öz razılığı ilə onun və vəkilinin iştirakı ilə yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı yaşadığı evin yataq otağındakı şkafın altından sellofana bükülmüş içərisindən 8 (səkkiz) ədəd kibrit qutularında kibrit qutuları ilə birlikdə ümumi çəkisi 57,84 qram olan qurudulmuş marixuanaya oxşar kütlələr, 3 ədəd siqaret falqasına bükülmüş siqaret falqaları ilə birlikdə ümumi çəkisi 1.71 qram olan qurudulmuş marixuanaya oxşar kütlə, bir ədəd sellofana bükülmüş ümumi çəkisi sellofon ilə birlikdə 0,25 qram olan tünd qəhvəyi rəngli kəskin iyili ilkin görünüşdən narkotik vasitə tiryəkə oxşar kütlə, yataq dəstinin altından isə bir ədəd qara rəngli işlək vəziyyətdə olan elektron tərəzi aşkar edilmişdir. Bundan sonra kibrit qutusunda və siqaret falqasında olan kütlələr açılaraq baxış keçirilmişdir. Həmin kibrit qutularında olan kütlələrin ilkin görünüşdən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyi müəyyən olunmuşdur. Həmin sellofana bükülü kütlənin tünd qəhvəyi rəngli kəskin iyili ilkin görünüşdən narkotik vasitə olan tiryəkə bənzədiyi müəyyən olunmuşdur. Yaşadığı evin zal otağındakı qab-qacaq şkafının üstündən 5 ədəd üzərində “Metadone 40” sözləri yazılmış psixotrop maddə, bir ədəd siqaret falqasına bükülü marixuana toxumlarına oxşar kütlə, 16 ədəd “Rızıl+” və 6 ədəd kibrit qutusu aşkar edilmişdir. Daha sonra onun yaşadığı evin zirzəmisinə baxış keçirilmişdir. Yaşayış evinin zirzəmisində hava borusunun içərisində əvvəl maskaya, sonra isə salfetkaya bükülmüş iki ədəd sellofan bükümdə olan ağ rəngli kristal halında olan sellofan bükümlər ilə birlikdə 4,41 qram kütlə, iki ədəd istifadə edilmiş şpiris və bir ədəd içərisi boş olan şüşə qab aşkar edilmişdir. Həmin iki ədəd sellofan bükülü onun və vəkilinin, baxışda iştirak edən polis əməkdaşlarının iştirakı ilə açılaraq həmin bükülülərə baxış keçirilmişdir. Baxış zamanı həmin bükülülərin içərisində ağ rəngli kristal halında olan kütlələr olduğu müəyyən edilmişdir. Həmin vaxt o, özü baxışda iştirak edən polis əməkdaşlarına bildirmişdir ki, həmin evlərindən aşkar edilərək götürülmüş kibrit qutularından 4 ədəd kibrit qutularında olan kütlələr narkotik vasitə olan qurudulmuş marixuanadır, ona məxsusdur, həmin tiryəkə bənzər maddə ona məxsus deyil, üzərində “Metadon 40” sözləri yazılmış ağrıkəsici tapletlər də ona məxsusdur, həmin tabletləri ağrıları olanda özü istifadə etmək üçün saxlayır. Həmin evlərindən aşkar edilərək götürülmüş narkotik maddələr mərhum xalası oğlu X4 məxsus olmuşdur. Elşad öləndən sonra o, həmin narkotik vasitələri özü istifadə etmək üçün götürüb gətirib öz yaşadığı evdə saxlamışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, həmin onun yaşadığı evdən və evin zirzəmisindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələr onun iştirakı ilə çəkilmiş, onun, vəkilinin və baxışda iştirak edən polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və protokola imza etmişlər. Yaşayış evinə baxış aparılan zaman videoçəkiliş də aparılmışdır. O, müxtəlif vaxtlarda adını göstərmək istəmədiyi tanışlarının xahişi ilə mərhum xalası oğlu X2 narkotik vasitə olan qurudulmuş marixuananı alıb həmin şəxslərə vermişdir, həmin marixuananın pulunu da aparıb Elşad Kərimova vermişdir, özünə heç nə götürməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, yaşadığı evdən aşkar edilmiş 4 ədəd kibrit qutularında olan qurudulmuş marixuana ona məxsus olmuşdur, tiryəkə bənzər maddə ona məxsus deyil, üzərində “Metadon 40” sözləri yazılmış ağrıkəsici tapletlər də ona məxsusdur, evlərindən aşkar edilmiş marixuana toxumları da ona məxsusdur, marixuananı özü çəkən vaxt toxumlarını götürüb saxlamışdır. Yaşayış evinin zirzəmisindəki hava borusunun içərisindən aşkar edilərək götürülmüş metamfetamin, şprislər və şüşə qab ona məxsus deyil. Aşkar edilmiş ona məxsus olan narkotik vasitələri satış məqsədi ilə deyil, özü istifadə etmək üçün yaşadığı evdə saxlamışdır. Qanunsuz olaraq narkotik vasitələri əldə edib saxladığına görə əməlindən peşmandır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Tovuz şəhəri, Eldəniz Quliyev küçəsi, İİ dalan, 5 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs bir şəhər sakini kimi çoxdandır ki, tanıyır. Təxminən 2021-ci ilin iyun ayında öz istifadəsində olan (055) ***-**-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan (050) ***-**-** nömrəsinə zəng edib özü istifadə etmək üçün qurudulmuş marixuana istəmişdir. Aradan bir neçə dəqiqə keçmiş Təqsirləndirilən şəxs ilə şəhərin mərkəzində görüşmüşlər, Samirə 10 manat məbləğində pul vermiş və əvəzində Samirdən 1 çəkimlik, yəni 1 papirosluq qurudulmuş marixuana almış, sonra da özü təkcə qəbul etmişdir. Təqsirləndirilən şəxs cəmi bir dəfə 10 manata narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, Tovuz rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməkdə, idarə etdiyi avtomobilində, üzərində, yaşadığı evində saxlamaqda və satmaqda şübhəli olması barədə məlumatlar daxil olmuşdur. Buna görədə raportla RPŞ-nin rəisinə məruzə etdikdən sonra 07.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ehtimal olunan cinayət əməllərinin ifşa olunması və qanunsuz saxladığı narkotik vasitənin dövriyyədən çıxarılması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. 07 avqust 2021-ci il tarixdə məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs öz yaşadığı evin qarşısındadır. Həmin gün saat 14 radələrində Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid4 və Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Tovuz şəhəri, Eldəniz Quliyev küçəsində öz yaşadığı evin qarşısındakı yolda müəyyən edib, onu saxlayıb özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını bildirdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində, idarə etdiyi avtomobilində və yaşadığı evində narkotik vasitə saxlamasında, narkotik vasitənin satışı ilə məşğul olmasında ondan şübhələndiklərini bildirib onlarla birlikdə Tovuz RPŞ-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Tovuz RPŞ-nə getməyə etiraz etməmiş və onu idarə etdiyi üzərində dövlət qeydiyyat nömrə nişanı olmayan “Naz Lifan” markalı avtomobili ilə birlikdə Tovuz rayon Polis şöbəsinə gətirmişlər. Tovuz RPŞ-də CABda Təqsirləndirilən şəxs üzərində, idarə etdiyi avtomobilində və yaşadığı evində qanunsuz olaraq narkotik vasitə saxlamasında, gəzdirməsində və satmasında şübhəli olması barədə raportla rəisə məruzə etmişdir. Təqsirləndirilən şəxs üzərinə, idarə etdiyi avtomobilinə və yaşadığı evinə baxış keçirilərək qanuni tədbir görülməsi RPŞ-nin təhqiqat bölməsinin təhiqiqatçısı, polis kapitanı Şahid5 həvalə olunmuş, bundan sonra təhqiqatçı Şahid5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün özünün istədiyi ilə Tovuz rayon Vəkil bürosunun vəkili X8 ilə təmin edildikdən sonra Təqsirləndirilən şəxs üzərində, idarə etdiyi avtomobilində və yaşadığı evində axtarış aparılmasına dair qərar onun və müdafiəçi Elşad Rəhimovun iştirakçı oxunub onlara elan edilmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış aparılmazdan əvvəl ona üstündə əldə edilməsi, saxlanması və daşınması qanunla qadağan olunan hər hansı bir əşyanın olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşya yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs və onun vəkili Elşad Rəhimovun yanında Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və maddə aşkar edilməmişdir. Sonra həmin gün, yəni 07 avqust 2021-ci il tarixdə saat 15:15də Tovuz RPŞ-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs idarə etdiyi üzərində dövlət qeydiyyat nömrə nişanı olmayan “Naz Lifan” markalı avtomobilə baxış keçirilmiş, baxış aparılmazdan əvvəl ona idarə etdiyi avtomobilində əldə edilməsi, saxlanması və daşınması qanunla qadağan olunan hər hansı bir əşyanın olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, onun idarə etdiyi avtomobilində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşya yoxdur. Bundan sonra vəkili Elşad Rəhimovun yanında Təqsirləndirilən şəxs üzərində dövlət qeydiyyat nömrə nişanı olmayan “Naz Lifan” markalı avtomobilinə baxış aparılmış, baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilindən əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan edilmiş hər hansı bir əşya və maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirləndən sonra 07 avqust 2021-ci il tarixdə saat 16:15-də Təqsirləndirilən şəxs yaşdığı evə baxış aparılması məqsədilə onun yaşadığı ünvan 2 ünvanına vəkili Elşad Rəhimovun və CAB-nin əməkdaşları Şahid4, Şahid3 və onun iştirakı ilə baxış aparılmış, onun yaşadığı evə baxış aparılmazdan əvvəl yaşadığı evinə baxış aparılmasına dair qərar Samir İbrahmovun və müdafiəçisi X5 iştirakı ilə oxunub onlara elan edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evinə baxış aparılmazdan əvvəl ona yaşdığı evində əldə edilməsi, saxlanması və daşınması qanunla qadağan olunan hər hansı bir əşyanın olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs onun yaşadığı evində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə Təqsirləndirilən şəxs, vəkili Elşad Rəhimovun və baxışda iştirak edən polis əməkdaşlarının iştirakı ilə baxış aparılmış, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 2-də yerləşən yaşayış evinin yataq otağından yataq dəstinin sağ tərəfində olan şkafın altından selafona bükülmüş əl çantasının içərisindən 8 ədəd kibrit qutusunda kibrit qutuları ilə birlikdə ümumi çəkisi 57,84 qram olan qurudulmuş marixuanaya oxşar kütlə, 3 ədəd siqaret falqasına bükülmüş, siqaret falqaları ilə birlikdə ümumi çəkisi 1,71 qram olan qurudulmuş marixuanaya oxşar kütlə, bir ədəd sellofana bükülmüş, ümumi çəkisi sellofon ilə birlikdə 0,25 qram olan tiryəkə oxşar kütlə, yataq dəstinin altından bir ədəd qara rəngli işlək vəziyyətdə olan elektron tərəzi aşkar edilmişdir. Bundan sonra, kibrit qutusunda və siqaret falqalarında olan kütlələrə baxış keçirilmiş, baxış zamanı həmin kibrit qutusunda və siqaret falqalarında olan kütlələrin yaşıl rəngli kəskin iyili, ilkin görünüşdən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyi müəyyən olunmuşdur. Həmin sellofanda olan tünd qəhvəyi rəngli, kəskin iyili, ilkin görünüşdən narkotik vasitə olan tiryəkə bənzədiyi müəyyən olunmuşdur. Daha sonra yaşayış evinin zalına baxış keçirilmiş, yaşayış evinin zalında baş tərəfdə qab-qacaq yığılan şkafın üstündə içərisində 5 ədəd həblər (tabletka) olan üzərində Metadon-40 sözləri yazılmış psixotrop maddə, bir ədəd siqaret falqalarına bükülmüş marixuananın toxumlarına oxşar kütlə, 16 ədəd “Rızıl+” və 6 ədəd kibrit qutusu aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisinə baxış aparılmış, baxış zamanı zirzəminin girişindən sol tərəfdə yerləşən hava borusunun içərisindən əvvəl maskaya, sonra isə salfetkaya bükülmüş iki ədəd sellafan bükümdə ağ rəngli kristal halında olan, sellofan bükümlə birlikdə 4,14 qram kütlə, iki ədəd istifadə edilmiş şpiris və bir ədəd içərisi boş olan şüşə qab aşkar edilmişdir. Həmin aşkar edilmiş iki ədəd sellofan bükümlər açılaraq baxış keçirilmiş, baxış zamanı həmin bükümlərdə olan kütlənin ağ rəngli kristal halında olması müəyyən edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, birinci otaqdan aşkar edilərək götürülmüş 4 ədəd kibrit qutularında olan kütlələr ona məxsusdur, həmin kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır, qalan 4 ədəd kibrit qutusunda və siqaret falqalarında olan kütlələrin ona məxsus olmadığını, zaldan aşkar edilmiş üzərində metadon 40 sözləri yazılmış psixotrop həblərin (tabletkaların) və siqaret falqalarına bükülmüş marixuana toxumlarının ona məxsus olduğunu, həmin toxumun və üzərində metadon sözləri yazılmış psixotrop maddə olan həblərin (tabletkaların) ölmüş xalası oğlu X2 qaldığını, ağrısı olan zaman özünün istifadə etdiyini bildirmişdir. Yaşayış evinin zirzəmisindəki hava borusunun içərisindən aşkar edilmiş 2 ədəd sellofan bükümdə olan ağ rəngli kristal halında olan kütlənin və 2 ədəd şpirisin və boş halda olan şüşənin ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş kibrit qutusularında, siqaret falqalarında, sellofan bükümdə olan kütlələr, iki ədəd şpris, bir ədəd şüşə qabı, Rızıl+, kibrit qutuları zərfə qoyulub Təqsirləndirilən şəxs və vəkilinin iştirakı ilə qablaşdırılmış, zərfin üstü möhürlənmiş və Təqsirləndirilən şəxs, vəkili Elşad Rəhimovun, polis əməkdaşı Şahid4, Şahid3 və onun tərəfindən imzalanmışdır. Sonra kütlələr təhqiqatçı Şahid5 tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən videoçəkiliş aparılmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Tovuz rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı vəzifəsində işləyir. 07 avqust 2021-ci il tarixdə saat 14 radələrində Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 Tovuz şəhər sakini Təqsirləndirilən şəxs üzərində, idarə etdiyi avtomobilində və yaşadığı evində qanunsuz olaraq narkotik vasitələr saxlaması və narkotik vasitə satmasında şübhəli olması barədə raportla rəisə məruzə etmişdir. Təqsirləndirilən şəxs üzərinə, idarə etdiyi avtomobilinə və yaşadığı evinə baxış keçirilərək qanuni tədbir görülməsi RPŞ-nin rəisi tərəfindən ona həvalə olunduğu üçün həmin raport və Təqsirləndirilən şəxs üzərində, idarə etdiyi avtomobilində və yaşadığı evində narkotik vasitələr saxlaması barədə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar icraatına qəbul edilərək araşdırma aparılmışdır. Tərəfindən müvafiq sənədləşdirmə aparılaraq Təqsirləndirilən şəxs öz istədiyi müdafiəçi X8 ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs Tovuz RPŞ-nin inzibati binasında xidməti otağında onun üzərində, idarə etdiyi avtomobilində və yaşadığı evində axtarış aparılmasına dair qərar onun və müdafiəçi Elşad Rəhimovun iştirakı ilə oxunub onlara elan edilmişdir. Təqsirləndirilən şəxs üzərində baxış aparılmazdan əvvəl ona üstündə əldə edilməsi, saxlanması və daşınması qanunla qadağan olunan hər hansı bir əşyanın olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra vəkili Elşad Rəhimovun yanında Təqsirləndirilən şəxs üzərinə baxış aparılmış, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan edilmiş hər hansı bir əşya və maddə aşkar edilməmişdir. Sonra 07 avqust 2021ci il tarixdə saat 15:15-də Tovuz RPŞ-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs idarə etdiyi üzərində dövlət qeydiyyat nömrə nişanı olmayan “Naz Lifan” markalı avtomobilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış aparılmazdan əvvəl ona idarə etdiyi avtomobilində əldə edilməsi, saxlanması və daşınması qanunla qadağan olunan hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs onun idarə etdiyi avtomobilində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Sonra vəkili Elşad Rəhimovun yanında Təqsirləndirilən şəxs üzərində dövlət qeydiyyat nömrə nişanı olmayan “Naz Lifan” markalı avtomobilinə baxış aparılmış, baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilindən əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan edilmiş hər hansı bir əşya və maddə aşkar edilməmişdir. Daha sonra 07 avqust 2021-ci il tarixdə saat 16:15-də Təqsirləndirilən şəxs yaşdığı evə baxış aparılması məqsədilə onun yaşadığı ünvan 2 ünvanına vəkili Elşad Rəhimovun və CAB-nin əməkdaşları Şahid2, Şahid3, Şahid4 iştirakı ilə tərəfindən baxış aparılmış, baxış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı evinə baxış aparılmasına dair qərar onun və müdafiəçi Elşad Rəhimovun iştirakı ilə oxuyub elan edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evinə baxış aparılmazdan əvvəl ona yaşdığı evində əldə edilməsi, saxlanması və daşınması qanunla qadağan olunan hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs onun yaşadığı evində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 2-də yerləşən yaşayış evinin yataq otağından yataq dəstinin sağ tərəfində olan şkafın altından sellofana bükülmüş əl çantasının içərisindən 8 ədəd kibrit qutusunda kibrit qutuları ilə birlikdə ümumi çəkisi 57,84 qram olan qurudulmuş marixuanaya oxşar kütlə, 3 ədəd siqaret falqasına bükülmüş, siqaret falqaları ilə birlikdə ümumi çəkisi 1,71 qram olan qurudulmuş marixuanaya oxşar kütlə, bir ədəd sellofana bükülmüş, ümumi çəkisi sellofon ilə birlikdə 0,25 qram olan tiryəkə oxşar kütlə, yataq dəstinin altından bir ədəd qara rəngli işlək vəziyyətdə olan elektron tərəzi aşkar edilmişdir. Sonra kibrit qutusunda və siqaret falqalarında olan kütlələrə baxış keçirilmiş, baxış zamanı həmin kibrit qutusunda və siqaret falqalarında olan kütlələrin yaşıl rəngli kəskin iyili ilkin görünüşdən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzədiyi müəyyən olunmuşdur. Digər sellofanda olan tünd qəhvəyi rəngli, kəskin iyili ilkin görünüşdən narkotik vasitə olan tiryəkə bənzədiyi müəyyən olunmuşdur. Daha sonra yaşayış evinin zalına baxış keçirilmiş, yaşayış evinin zalında baş tərəfdə qabqacaq yığılan şkafın üstündə içərisində 5 ədəd həblər (tabletka) olan üzərində Metadon- 40 sözləri yazılmış psixotrop maddə, bir ədəd siqaret falqalarına bükülmüş marixuananın toxumlarına oxşar kütlə, 16 ədəd “Rızıl+” və 6 ədəd kibrit qutusu aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs, vəkili və polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisinə baxış aparılmış, baxış zamanı zirzəminin girişindən sol tərəfdə olan hava borusunun içərisindən əvvəl maskaya, sonra isə salfetkaya bükülmüş iki ədəd sellofan bükümdə ağ rəngli kristal halında olan, sellofan bükümlə birlikdə 4,14 qram kütlə, iki ədəd istifadə edilmiş şpris və bir ədəd içərisi boş olan şüşə qab aşkar edilmişdir. Həmin aşkar edilmiş iki ədəd sellofan bükümlər açılaraq baxış keçirilmiş, baxış zamanı həmin bükümlərdə olan kütlənin ağ rəngli kristal halında olması müəyyən edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, birinci otaqdan aşkar edilərək götürülmüş 4 ədəd kibrit qutularında olan kütlələr ona məxsusdur, həmin kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır, qalan 4 ədəd kibrit qutusunda və siqaret falqalarında olan kütlələrin ona məxsus olmadığını, zaldan aşkar edilmiş üzərində metadon 40 sözləri yazılmış psixotrop həblərin (tabletkaların) və siqaret falqalarına bükülmüş marixuana toxumlarının ona məxsus olduğunu, həmin toxumun və üzərində metadon sözləri yazılmış psixotrop maddə olan həblərin (tabletkaların) ölmüş xalası oğlu X2 qaldığını, bədənində ağrısı olan zaman özünün istifadə etdiyini bildirmişdir. Yaşayış evinin zirzəmisindəki hava borusunun içərisindən aşkar edilərək götürülmüş 2 ədəd sellofan bükümdə olan ağ rəngli kristal halında olan kütlənin, 2 ədəd şprisin və boş halda olan şüşənin ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş kibrit qutusularında, siqaret falqalarında, sellofan bükümdə olan kütlələr, iki ədəd şpris, bir ədəd şüşə qabı, Rızıl, kibrit qutuları Təqsirləndirilən şəxs və vəkili Elşad Rəhimovun iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və zərfin üstü Təqsirləndirilən şəxs və vəkili Elşad Rəhimovun iştirakı ilə möhürlənmiş və Təqsirləndirilən şəxs, vəkili Elşad Rəhimov, polis əməkdaşı Şahid2, Şahid3 və Şahid4 tərəfindən imzalandıqdan sonra ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. O, Samirlə qonşuluqda yaşayır. 07 avqust 2021-ci il tarixdə günorta saatlarında eşitmişdir ki, bacısı oğlu Təqsirləndirilən şəxs yaşadığı evə polis əməkdaşları baxış keçirmişlər. Onların evinin qarşısına gedəndə görmüşdür ki, polis əməkdaşları həyət darvazasının çölündə dayanıb içəri heç kimi buraxmırlar. Polislərə bildirmişdir ki, Samirin dayısıdır, ona həyətə girməyə icazə vermişlər. Samirin yaşadığı evin həyətinə girmiş və görmüşdür ki, polis əməkdaşları və Samirin anası, bibisi Rahilə İbrahimova həyətdə dayanmışlar. O, polis əməkdaşları ilə birlikdə Samir və vəkili evə gələnə kimi evin həyətində gözləmişdir. Aradan bir az keçəndən sonra Təqsirləndirilən şəxs, vəkili və polis əməkdaşları gəlib evə girib evə baxış keçirmişlər. Evə baxış keçiriləndən sonra onlar Təqsirləndirilən şəxs da aparıb çıxıb getmişlər. Sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları Samirin və vəkilinin iştirakı ilə evə baxış keçirəndə evdən narkotik vasitələr tapmışlar. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Şahid9 onun doğma atasıdır, onlar bir yerdə yaşayırlar. Atası Şahid9 oğlunun adına olan ***-***-**-** nömrəli mobil telefon nömrəsi ona məxsus olmuşdur. O, əvvəllər narkotik vasitə aludəçisi olmuşdur, sonradan narkotik vasitə istifadə etməkdən imtina etmişdir. O, narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə istifadə etmişdir. Təqsirləndirilən şəxs onun doğma bibisi oğludur. Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olmuşdur, eyni zamanda o, bilirdi ki, Samir narkorik vasitənin satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs kimlərə narkotik vasitə satmasını bilmir. 24.06.2021-ci il tarixdə saat 21:59-da ***-***-**-** nömrəli mobil telefonla Təqsirləndirilən şəxs ***-***-**-** nömrəli mobil telefonuna o, zəng edib Samirlə telefonla danışmışdır. Həmin telefon danışığında “Samir evdən çıxır, sayğacın üstünə qoydum siqaret qutusunun içərisinə” dedikdə yəqin ki, narkotik vasitə olan qurudulmuş marixuana, ya da ağrıkəsici nəzərdə tutur. O, Samirin sayğacın içərisinə qoyduğu iki ədəd siqaret falqasına bükülünü sayğacın üstündən həmin vaxt götürmüşdür, sonradan həmin günü gecə Tovuz şəhərində yerləşən çayxanada qaytarıb Samir həmin bükülüləri ondan almışdır. O, həmin bükülülərin içərisinə açıb baxmamışdır. Sonradan həmin günü Samir onları ondan geri almışdır. Samir həmin bükülüləri harasa getdiyi üçün ona vermişdir ki, üstündə saxlamasın, sonra da qayıdıb gələndə onları ondan götürmüşdür. Həmin telefon danışığında Təqsirləndirilən şəxs “daş iki dənə şeydir” deməklə nəyi nəzərdə tutmasını xatırlamır. Ancaq Samirin sayğacın üstünə qoyub ona “oradan götürərsən” dediyi ola bilsin ki, ağrı kəsici dərman, ya da bərk halda olan qurudulmuş marixuana olmuşdur. Samirlə bir yerdə qurudulmuş marixuananı siqaretə doldurub çəkmişlər. Həmin sayğacın üstündən götürdüyü bükülünü o, qaytarıb Samirin özünə vermişdir. Ümumiyyətlə, o, həmin vaxtlar narkotik vasitələrin təsiri altında olduğundan çox şeyləri dəqiq xatırlaya bilmir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Tovuz şəhər sakini kimi tanıyır. O, əvvəllər narkotik vasitə aludəçisi olmuşdur. Narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə qəbul etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilirdi. O, dəfələrlə Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı bir dəfə çəkimliyini 10 manata almışdır. Elə vaxtlar olmuşdur ki, o, pulu olanda Təqsirləndirilən şəxs iki dəfə çəkmək üçün narkotik vasitə olan qurudulmuş marixuana almışdır və ona 20 manat pul vermişdir. Bütün Tovuz rayonunda narkotik aludəçilərinin hamısı bilirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə satır. O, Təqsirləndirilən şəxs ancaq narkotik vasitə olan qurudulmuş marixuana almışdır, qurudulmuş marixuanadan başqa Təqsirləndirilən şəxs digər narkotik vasitələr almamışdır. Onun başqa hansı narkotik vasitələri satmasını bilmir. Çünki o, ancaq qurudulmuş marixuana istifadə etmiş, Samirdən də buna görə ancaq narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, üzürlü səbəblərlə əlaqədar məhkəmədə iştirak edə bilməməsi və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsinə dair məhkəməyə teleqram ünvanlamış məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid6 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Tovuz şəhəri, Həzi Aslanov küçəsi, 95 nömrəli evdə yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, lakin ailəsini dolandırmaq məqsədilə bazarda paltar satır. Tovuz şəhəri, Eldəniz Quliyev küçəsi, İİ dalan, 5 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs bir şəhər sakini kimi çoxdandır ki, tanıyır. Sonuncu ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. O, bilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olur. Ona görə də təxminən 2021-ci ilin iyun ayının ortalarında öz istifadəsində olan (050) ***-**-** nömrədən, Təqsirləndirilən şəxs istifadəsində olan (050) ***-**-** nömrəsinə zəng edib özü istifadə etmək üçün qurudulmuş marixuana istəmişdir. Təqsirləndirilən şəxs demişdir ki, gəlsin evlərinə versin. O, Təqsirləndirilən şəxs yaşadığı evə getmiş və elə orada darvazanın giriş hissəsində 90 manat məbləğində nəğd pulu Təqsirləndirilən şəxs verib ondan 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana almış, sonradan onun hamısını hissə-hissə özü təkcə qəbul etmişdir. Təqsirləndirilən şəxs cəmi bir dəfə 90 manata narkotik vasitə olan qurudulmuş marixuana almışdır (iş vərəqə: cild İ, səh. 60). Bundan başqa, məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, üzürlü səbəblərlə əlaqədar məhkəmədə iştirak edə bilməməsi və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsinə dair məhkəməyə teleqram ünvanlamış məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid8 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Tovuz şəhəri, F.Ələkbərov küçəsi, ev 36-da yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Tovuz şəhər sakini Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Samirin atası ilə onun atası yaxın dost olduqları üçün bir-birilərinə əmioğlu deyə müraciət edirlər. O, narkotik maddə olan qurudulmuş marixuananı siqaretə doldurub çəkməklə qəbul etmişdir. O, xərçəng xəstəsidir və xəstəliyi şiddətlənəndə narkotik maddə olan qurudulmuş marixuana çəkir. Təxminən 2 ay əvvəl Təqsirləndirilən şəxs yaşadığı evinin damını dəyişmiş, orada Samir bir dəfə ona təmənnasız qurudulmuş marixuana vermiş, həmin marixuananı orada çəkmişdir. Bundan təxminən 15-20 gün sonra ağrıları şiddətlənmiş, marixuana çəkmək istəmişdir. O, bilmişdir ki, Samir narkotik maddələr satmaqla məşğul olur, ona görə də Samirin yaşadığı evə gedib ondan marixuana istəmiş, Samir də demişdir ki, bir çəkimlik marixuananı 10 manata satır. O da Samirin öz yaşadığı evdə ona 10 manat pul verib Samirdən bir çəkimlik narkotik maddə olan qurudulmuş marixuana almış, həmin marixuananı aparıb öz yaşadığı evdə özü təkcə çəkmişdir. Samir bir dəfə narkotik maddə olan qurudulmuş marixuananı təmənnasız pay vermiş, bir dəfə də bir çəkimliyini 10 manata Samirdən almışdır. Bundan başqa Samirdən narkotik maddə almamışdır. Tovuz rayonunda hamı bilir ki, Samir narkotik maddələrin satışı ilə məşğul olur, ancaq onun konkret olaraq kimlərə narkotik maddələr satmasını bilmir, yalnız özü ondan bir dəfə narkotik maddə almışdır (iş vərəqə: cild İ, səh. 112). Həmçinin, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş şahid X3 barəsində Tovuz Rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin iş materiallarına əlavə edilmiş arayışına əsasən X7 hal-hazırda Rusiya Federasiyasında yaşadığından məhkəmədə iştirakının təmin edilməsi mümkün olmamış və məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş X3 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, şahid X7 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olmağına baxmayaraq, faktiki 20 ilə yaxındır ki, Almaniyanın Nyurnberq şəhərində yaşamışdır. Təxminən 2020-ci ilin mart ayından Covid-19 pandemiyası ilə bağlı, həmçinin valideyinlərinin yaşlı olmaları səbəbindən Almaniyaya gedə bilməmişdir. Özü rəsmi olaraq heç bir yerdə işləmir. Tovuz şəhəri, Eldəniz Quliyev küçəsi, İİ dalan, 5 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs şəhər sakini kimi bir məktəbdə təhsil alan şəxs kimi çoxdandır ki, tanımış, onunla münasibəti yaxşı olmuş, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs ilə söhbət düşəndə narkotik vasitə qəbul etməyini demiş, çünki Almaniyada narkotik vasitə qəbul etmək qadağan deyil. Təxminən 2021-ci ilin iyuniyul ayı olardı, Təqsirləndirilən şəxs öz istifadəsində olan (050) ***-**-** nömrəsindən onun istifadəsində olan (050) ***-**-** nömrəsinə zəng edib, 110 manata qurudulmuş marixuana almağı təklif etmişdir. O da cavabında demişdir ki, qoy fikirləşsin, əlaqə saxlayacaq. Bundan sonra onunla əlaqə saxlamamışdır. O, heç bir vaxt Təqsirləndirilən şəxs nə narkotik vasitə, nə də ki, psixotrop maddə almamışdır (iş vərəqə: cild İ, səh. 61). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 07 avqust 2021-ci il tarixli baxış və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 2-də yerləşən yaşayış evinin yataq otağından yataq dəstinin sağ tərəfində olan şkafın altından selafona bükülmüş əl çantasının içərisindən 8 ədəd kibrit qutusunda kibrit qutuları ilə birlikdə ümumi çəkisi 57,84 qram olan qurudulmuş marixuanaya oxşar kütlə, 3 ədəd siqaret falqasına bükülmüş, siqaret falqaları ilə birlikdə ümumi çəkisi 1,71 qram olan qurudulmuş marixuanaya oxşar kütlə, bir ədəd sellafona bükülmüş, ümumi çəkisi selafon ilə birlikdə 0,25 qram olan tiryəkə oxşar kütlə, yataq dəstinin altından bir ədəd qara rəngli işlək vəziyyətdə olan elektron tərəzi aşkar edilmişdir. Daha sonra yaşayış evinin zalına baxış keçirilmiş və qab-qacaq yığılan şkafın üstündə içərisində 5 ədəd həblər (tabletka) olan üzərində Metadon-40 sözləri yazılmış psixotrop maddə, bir ədəd siqaret falqalarına bükülmüş marixuananın toxumlarına oxşar kütlə, 16 ədəd “Rızıl+” və 6 ədəd kibrit qutusu aşkar edilmiş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisinə baxış aparılmış, baxış zamanı zirzəminin girişindən sol tərəfdə yerləşən hava borusunun içərisindən əvvəl maskaya, sonra isə salfetkaya bükülmüş iki ədəd sellofan bükümdə ağ rəngli kristal halında olan, sellofan bükümlə birlikdə 4,14 qram olan kütlə, iki ədəd istifadə edilmiş şiris və bir ədəd içərisi boş olan şüşə qab aşkar edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən videoçəkiliş aparılmışdır (iş vərəqə: cild İ, səh.27-29). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 16.10.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı onun yaşadığı evə baxış keçirilərkən yaşadığı evdən narkotik vasitə qurudulmuş marixuana, tiryək, psixotorp maddə metamfetamin və metadon həbləri aşkar olunaraq götürüldüyünü demişdir. (iş vərəqə: cild İ, səh. 165-168). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 01.12.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid4 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı onun yaşadığı evə baxış keçirilərkən yaşadığı evdən narkotik vasitə qurudulmuş marixuana, tiryək, psixotrop maddə metamfetamin və metadon həbləri aşkar olunaraq götürüldüyünü demişdir (iş vərəqə: cild İ, səh. 203-205). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 16.03.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid5 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı onun yaşadığı evə baxış keçirilərkən yaşadığı evdən narkotik vasitə qurudulmuş marixuana, tiryək, psixotrop maddə metamfetamin və metadon həbləri aşkar olunaraq götürüldüyünü demişdir (iş vərəqə: cild 2, səh. 22-24). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 08.04.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid11 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı ondan dəfələrlə bir çəkimliyi 10 manata narkotik vasitə olan qurudulmuş marixuana aldığını demişdir (iş vərəqə: cild 2, səh. 48- 49). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan materialların məhkəmə ekspertizası və məhkəmə-bioloji ekspertizasının 08 avqust 2021-ci il tarixli, 16/817 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş” sözləri və imzalar olan kağız paketdəki 8 (səkkiz) ədəd kibrit qutularında 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə və 2 ədəd qara rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,840 qram, 5, 659 qram, 5, 141 qram, 4, 934 qram, 5,209 qram, 2, 859 qram, 2, 999 qram, 2, 825 qram, 0,464 qram, 0,277 qram, 0,226 qram, ümumi təmiz çəkisi 33,433 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyində təmiz çəkisi 2,652 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə matemfetamindir. 1 (bir) ədəd sarı rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,139 qram maddə, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,726 qram bitki toxumları narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olub, tərkibində narkotik aktivliyinə malik komponentlər yoxdur. 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyində təmiz çəkisi 0,165 qram ağ rəngli kiristal maddə qida məhsulu olan limon duzudur. 2 (iki) ədəd 1 ml-lik şprislərin və 1 (bir) ədəd şüşə flakonun içərisində tiryək izi vardır, tiryək iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmadı. Məhkəmə ekspertiza mərkəzinin X9nin labaratoriyasında texniki avadanlıq olmadığından, təqdim olunan həblərin (“Methadone 40”..) tədqiqatını aparmaq mümkün olmamışdır. Tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kibrit qutuları və Rızla qabları..” sözləri və imzalar olan kağız paketdəki, 15 (on beş) ədəd kibrit qutularının və 16 (on altı) ədəd tamlığı pozulmamış kağız qutuların içərisində narkotik vasitələrə və psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Metamfetamin, tiryək və limon duzu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Limon duzu isə bu göstərilən siyahılara daxil deyildir (iş vərəqə: cild İ, səh. 37-41). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 27 sentyabr 2021-ci il tarixli, 6/4031 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 N 1” ştamp əksi ilə möhürlənmiş bir ədəd paketdə üzərində “Methadone 40” yazısı olan 2 ədəd konvalyutdakı, hər konvalyutda 2 ədəd və bir ədəd konvalyutda ½ həbin hissəsi, ümumilikdə 4, 5 ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 4 və ½ həb hissəsindən ibarət təsiredici maddəsi metadonun ümumi miqdarı 0,18 qram təşkil edir. (konvalyutun üzərindəki göstəricisinə əsasən bir həbdə 0,04 qram, ½ həb hissədə isə 0,02 qr metadon olmaqla) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş metadon tərkibli dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına daxildir (iş vərəqə: cild İ, səh. 145-151). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 04 oktyabr 2021-ci il tarixli, 1191 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür (iş vərəqə: cild İ, səh. 152). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının 12 oktyabr 2021-ci il tarixli, 609 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmiş, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır (iş vərəqə: cild İ, səh. 153-155).. Cinayət işinin materiallarına əlavə edilmiş 07.04.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 33,213 qram narkotik vasitə qurudulmuş marixuana, 2,552 qram psixotorp maddə metamfetamin, 0, 119 qram narkotik vasitə tiryək, 2,5 ədəd metadon həbləri cinayət işi üzrə maddi sübut kimi tanınmış və Tovuz Rayon Polis Şöbəsində məsul saxlanca verilmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərinə, idarə etdiyi avtomobilə və yaşadığı evə baxış keçirilən zaman istifadə edilmiş video çəkilişin köçürüldüyü 3 ədəd “DVD” disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild 2, səh. 33-47). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 07.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.8). Cinayət işinin materiallarına əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 07.08.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.85). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17.08.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (iş vərəqə: cild İ, səh. 114). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqına şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 03 (üç) nəfər yetkinlik yaşına çatmayan uşaqları var (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs 31.08.1998-ci ildən 10.09.1999-cu ilədək döyüş bölgəsində yerləşən Ağdam rayonu ərazisində hərbi hissədə xidmət etmişdir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 30.09.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ikinci qrup əlilliyə görə müavinət və Prezident təqaüdü almışdır (iş vərəqə: cild İ, səh. 100). Cinayət işinin materiallarına əlavə edilmiş 258748 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ikinci qrup əlildir (cinayət işinin materialları). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «qurudulmuş marixuana» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmiş, “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmiş, «metadon»un şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 1,6 qram müəyyən edilmiş, «tiryək» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 50 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş metamfetamin psixotrop maddəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən edilmiş metamfetamin psixotrop maddəsnini külli miqdar həddindən artıq miqdarda olmuş, həmçinin metadonun miqdarı şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulumuş marixuananı, tiryəki və metadonu, həmçinin külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək özü ilə daşıyıb yaşadığı evdə saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş narkotik vasitələrin bir hissəsinin və psixotrop maddənin ona məxsus olmaması, həmçinin həmin maddələri heç kimə satmaq məqsədinin olmamasına dair vermiş olduğu ifadəsində göstərdikləri şahid ifadələri, ekspert rəyləri, maddi sübut, istintaq hərəkəti protokolları və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin digər materialları ilə tam olaraq təkzib edilir. Məhkəmə həmin ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi qənaətinə gələrkən onun üzərindən aşkar edilmiş həmin maddələrin müxtəlif növlərdə olmasını, miqdarını və cinayət işinin Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən yuxarıda göstərilmiş tədqiq edilən bütün digər hallarını da nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 03 (üç) yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, onun Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlər zamanı döyüş bölgəsində xidmət etməsini və ikinci qrup əlil olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə, eyni zamanda barəsində olan cəzasını yüngülləşdirən halları nəzərə almaqla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 07 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 07.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Tovuz Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 07 avqust 2021-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 04 oktyabr 2021-ci il tarixli, 1191 nömrəli rəyi əsas götürülməli və Təqsirləndirilən şəxs 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməməli, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Tovuz Rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 33,213 qram narkotik vasitə qurudulmuş marixuana, 2,552 qram psixotorp maddə metamfetamin, 0,119 qram narkotik vasitə tiryək, 2,5 ədəd metadon həbləri məhv edilməli, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş 3 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 178,80 (yüz yetmiş səkkiz manat səksən qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 07 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Tovuz Rayon Polis Şöbəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 33,213 qram narkotik vasitə qurudulmuş marixuana, 2,552 qram psixotorp maddə metamfetamin, 0,119 qram narkotik vasitə tiryək, 2,5 ədəd metadon həbləri məhv edilsin, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş 3 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 178,80 (yüz yetmiş səkkiz manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev
Məhkəmə qərarları › İş №1(100)-265/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-265/2022
27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver