Məhkəmə qərarları › İş №1(100)-384/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-384/2022

19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-384/2022 19.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X2 ibarət tərkibdə, X9 və X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-cü il tarixdə Ağdam rayonu Kəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı övladı olan, məhkum olunmayan, işləməyən, Ağdam rayonu Kəngərli kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu Baharlı kəndində yaşamış, barəsində Ağdam rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq döyüş sursatı əldə etmə, daşıma, saxlama və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, o, 2021-ci ilin avqust ayında məlum olmayan gün və vaxtda istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə (kannabis) bitkilərinin toxumlarını qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onların hissələrini toplama) məqsədilə 2022-ci ilin mart ayında istintaqla dəqiq müəyyən edilməyən gündə və vaxtda qardaşı Şahid7 müvəqqəti məskunlaşıb yaşadığı Ağdam rayonu, Baharlı kəndində yerləşən rayonun Xındırıstan kənd kolxozuna məxsus olmuş yardımçı binanın həyətyanı sahəsində əkərək həmin toxumlardan bitmiş ümumi təmiz çəkisi 600 qram olan 75 (yetmiş beş) ədəd və ümumi təmiz çəkisi 1900 qram olan 299 (iki yüz doxsan doqquz) ədəd, həmçinin özünün Ağdam rayonu, Baharlı kəndində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində əkdiyi toxumlardan bitmiş ümumi təmiz çəkisi 65 qram olan 111 (yüz on bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kollarına 28 aprel 2022-ci il tarixədək xüsusi aqrotexniki qaydada qulluq göstərib suvarmaqla diblərini belləyərək alaq otlarından təmizləyib həmin bitkiləri külli miqdarda kultivasiya etmiş, 28 aprel 2022-ci il tarixdə saat 07:45 radələrində Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı qardaşı Şahid7 müvəqqəti məskunlaşıb yaşadığı yardımçı binanın həyətyanı sahəsindən əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan ümumi təmiz çəkisi 600 qram olmaqla 75 (yetmiş beş) ədəd və ümumi təmiz çəkisi 1900 qram olmaqla 299 (iki yüz doxsan doqquz) ədəd və həmin gün 09:09 radələrində yaşadığı evin həyətindən əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan ümumi təmiz çəkisi 65 qram olmaqla 111 (yüz on bir) ədəd külli miqdarda çətənə (kannabis) bitkisi aşkar edilib götürülənədək tərkibində narkotik maddələr olan həmin bitkiləri külli miqdarda kultivasiya etmişdir. Bundan başqa o, qanunsuz olaraq 01(bir) ədəd 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “AKM”, “AKMS”, “AK-47” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən, istifadəyə yararlı patronu 1993-cü ildə istintaqa dəqiq məlum olmayan ayda və gündə qanunsuz əldə etməklə, daşıyaraq məskunlaşıb yaşadığı Ağdam rayonu, Baharlı kəndində yerləşən evə gətirərək saxlamış, xx.xx.2022-ci il tarixdə saat 09:09 radələrində Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı evin qonaq otağında yerləşən şkafın rəfində aşkar edilib götürülənədək saxlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Аzərbаycаn Rеspublikаsı CM-in 228.1 və 237.2.3-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin avqust ayında Ağdam rayonu, Bəybabalar kəndi yaxınlığında özünün əkin sahəsindən Ağdam rayonu Baharlı kəndi ərazisində yerləşən evinə qayıdarkən Ağdam rayonu, Bəybabalar kəndindən Ağdam rayonu, Ayaqqərvənd kəndi ərazisinə gedən yolun kənarında Ayaqqərvənd kəndi ərazisində yerləşən ətrafına zibil tökülmüş yerdən keçərkən orada sellofan torbada toxumlar olduğunu görüb götürmüş, sonradan həmin toxumların narlotik tərkibli çətənə kollarının toxumu olduğunu bilmiş və həmin toxumları əkmək üçün özündə saxlamışdır. O, 2022-ci ilin mart ayının ortalarında dəqiq xatırlamadığı gündə və vaxtda yaşadığı evin həyətyanı sahəsində 111 ədəd narkotik vasitə hesab olunan bitki toxumu əkdikdən sonra, həmin gün anası Nuridə Ağayevayla qardaşı Şahid7 birlikdə yaşadığı Ağdam rayonu, Baharlı kəndində yerləşən evin həyətyanı sahəsində atası mərhum Asif Ağayevin vaxtilə ətrafını hasarladığı ərazidə evdən sol tərəfdə 75 ədəd narkotik vasitə hesab olunan bitki toxumu, evdən ön tərəfdəki ətrafı hasarlanmış sahədə isə 299 ədəd narkotik vasitə hesab olunan bitki toxumlarını əkmişdir. O, həmin yerdə əvvəllər müxtəlif vaxtlarda tərəvəz bitkiləri əkdiyi üçün anası Nuridə Ağayeva və qardaşı Şahid7 onun orada başqa nə isə əkməyindən şübhələnməmişlər. O, həmin toxumlardan bitən narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qulluq etməyə başlamışdır. Həmin toxumları əkib-becərməyindən anası Nuridə Ağayevayla qardaşı Şahid7, həmçinin öz həyətində əkdiyi narkotik tərkibli bitkilərdən ailə üzvlərinin məlumatı olmamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 07:45 radələrində yaşadığı evdə olan zaman Ağdam rayon polis şöbəsinin əməkdaşlarının qardaşı Vüsalın yaşadığı evə gəldiklərini görərək o da oraya getmişdir. Polis əməkdaşları özlərini təqdim etməklə qardaşı Vüsalın və onun evinin həyətyani sahəsində və evlərində baxış keçirəcəklərini və bu baxışın video çəkiliş vasitəsilə aparılacağını bildirmişlər. Onlar da, yaşadıqları evin həyətinə və evə video çəkiliş vasitəsilə baxış keçirilməsinə heç bir etiraz etməmişlər. Polis əməkdaşları öncə qardaşından yaşadığı evdə və evin həyətində qanunsuz əşya və ya predmdetin olub-olmamasını soruşarkən o, qardaşı Vüsalın yaşadığı evin sol və qarşı tərəfində yerləşən həyətyanı sahədə narkotik vasitə tərkibli kol əkdiyini bildirmiş və könüllü olaraq həmin kolların yerləşdiyi yeri göstərmişdir. Baxış zamanı evin sol tərəfindəki həyətyanı sahədə 75 ədəd narkotik vasitə hesab olunan hər birinin müvafiq olaraq uzunluğu 3 sm - 35 sm olan narkotik tərkibli bitkiyə bənzər kol və evin qarşısında yerləşən həyətyani sahədə isə 299 ədəd narkotik vasitə hesab olunan uzunluğu 5 sm – 25 sm olan narkotik tərkibli bitkiyə bənzər kol aşkar edilmişdir. Baxış zaman mütəxəssis qismində dəvət olunmuş Şahid6 həmin bitkilərə həqiqətən də aqrotexniki qulluq olunmasını təsdiq etmişdir. Həmin kollar yerindən çıxarılaraq qablaşdırılmış, imzalarla təsdiq edilmiş, sonra evdə və evin həyətində yerləşən tövləyə, hamama və yardımçı tikiliyə baxış zamanı heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra saat təxminən 09:09 radələrində polis əməkdaşları ilə birlikdə onun yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün yaşadığı ünvana getmişlər. Baxış keçirilməzdən öncə polis əməkdaşları yaşadığı evdə qanunsuz əşya və predmet olub-olmadığı ilə bağlı ona sual verdikdə o, polislərə yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməyi barədə məlumat vermişdir. Onlar birlikdə polis əməkdaşları ilə yaşadığı evin arxa hissəsində həyətyanı sahədə əkdiyi 111 ədəd narkotik vasitə hesab olunan uzunluğu 6-60 sm narkotik tərkibli bitkilərə baxış keçirmişlər. Baxış zamanı mütəxəssis qismində dəvət olunmuş Şahid6 həmin bitkilərə həqiqətən də aqrotexniki qulluq olunmasını təsdiq etmişdir. Həmin kollar yerindən çıxarılaraq qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. Bundan sonra yaşadığı evə baxış keçirilərkən qonaq otağında olan şkafın rəfindən bir ədəd avtomat gülləsi və narkotik tərkibi çətənə bitkisinin toxumları polis əməkdaşları tərəfindən aşkarlanaraq götürülmüş. O, aşkar olunmuş bitkiləri istifadə etmək üçün 2022-ci ilin mart ayının ortalarında dəqiq xatırlamadığı gündə və vaxtda əkmiş, qardaşının həyətində olan narkotik tərkibli kolları da, o, əkmiş, həmin bitkilərin əkilib becərilməsində qardaşı Vüsalın hər hansı bir fəaliyyəti olmamışdır. O, polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilərkən yaşadığı evdə yerləşən şkafın rəfində aşkar olunub götürülmüş 01(bir) ədəd 7,62 mm kalibrli patronu 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonu, Kəngərli kəndi ərazisindən tapmış, 1993-cü ilin iyul ayında yaşadığı Ağdam rayonu, Kəngərli kəndinə erməni silahlı birləşmələri hücum edərkən həmin patron da üzərində olmaqla özüylə gətirmiş və həmin patronu suvenir kimi özündə saxlamışdır. O, törətdiyi əməldən peşmandır, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ağdam rayon X12 rayonu, Kəngərli kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu, Bəybabalar kəndində yaşayan Şahid7 yaşadığı evin həyətyani sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Onlar orada evə və həyətyani sahəyə baxış keçirmək üçün mütəxəssis dəvət etmiş və dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Şahid7 yaşadığı Ağdam rayonu, Bəybabalar kəndinə getmişlər. Bundan sonra Şahid7 yaşadığı evin qarşısına gəlmiş və qapını döyərək Şahid7 evində və həyətyani sahəsində videogörüntü vasitəsilə qeydə alınmaqla axtarış aparılacağı barədə məlumat vermiş, sonuncu isə öz növbəsində etiraz etmədiyini bildirmişdir. Baxış zamanı Şahid7 yaşadığı evin sol tərəfindəki həyətanı sahədə 75 ədəd narkotik vasitə hesab olunan hər birinin uzunluğu müvafiq olaraq 3 sm - 35 sm olan narkotik tərkibli bitkiyə bənzər kol və evin qarşısında yerləşən həyətani sahədə isə 299 ədəd narkotik vasitə hesab olunan uzunluğu müvafiq olaraq 5 sm – 25 sm olan narkotik tərkibli bitkiyə bənzər kol aşkar edilmişdir. Baxış zamanı mütəxəssis qismində dəvət olunmuş Şahid6 həmin bitkilərə həqiqətən də aqrotexniki qulluq olunmasını təsdiq etmişdir. Həmin kollar yerindən çıxarılaraq qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Bundan sonra Şahid7 yaşadığı evə, evin həyətində yerləşən tövləyə, hamama və yardımçı tikiliyə baxış zamanı heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, protkolun tərtibi ilə əlaqədar heç bir qeyd daxil olmamış və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ağdam rayon X12 rayonu, Kəngərli kəndində qeydiyyatda olmaqla, Ağdam rayonu, Bəybabalar kəndində yaşayan Şahid7 və Təqsirləndirilən şəxs yaşadıqları evin həyətyani sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Onlar orada evə və həyətyani sahəyə baxış keçirmək üçün mütəxəssis dəvət etmiş və məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Ağdam rayonu, Bəybalar kəndinə getmişlər. Orada əvvəlcə digər polis əməkdaşlarının və mütəxəssisin iştirakı ilə Şahid7 yaşadığı evə və həmin evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Bundan sonra saat təxminən 09:09 radələrində o, digər polis əməkdaşları və mütəxəssislə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə və həmin evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs Ağdam rayonu, Bəybabalar kəndində yaşadığı ünvana getmişlər. Baxış keçirilməzdən öncə Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz əşya və predmet olubolmadığı ilə bağlı sual verdikdə sonuncu onlara yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat vermişdir. Onlar digər iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin arxa hissəsində həyətyanı sahədə əkdiyi 111 ədəd narkotik vasitə hesab olunan uzunluğu 6-60 sm narkotik tərkibli bitkilərə baxış keçirmişlər. Baxış zamanı mütəxəssis qismində dəvət olunmuş Şahid6 həmin bitkilərə həqiqətən də aqrotexniki qulluq olunmasını təsdiq etmişdir. Həmin kollar yerindən çıxarılaraq qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən qonaq otağında olan şkafın rəfindən bir ədəd avtomat gülləsi və narkotik tərkibli çətənə bitkisinin toxumları polis əməkdaşları tərəfindən aşkarlanaraq götürülmüş, qablaşdırıldıqdan sonra möhürlənərək imzalarla təsdiqlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 07 radələrində şöbə rəhbərliyi tərəfindən ona əvvəllər tanımadığı, lakin sonradan adlarını bildiyi Ağdam rayonu, Bəybabalar kənd sakinləri Şahid7 və Təqsirləndirilən şəxs məxsus evlərin həyətyani sahəsinə və evə baxış zamanı həmin baxışı, həmçinin üzərlərinə şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətini videogörüntü ilə qeydə almaq həvalə olunmuşdur. O, polis əməkdaşları və mütəxəssislə birlikdə əvvəlcə Ağdam rayonu, Bəybabalar kəndində Şahid7 məxsus evə və həmin evin həyətyani sahəsinə baxış keçirilməsini videoçəkilişlə qeydə almışdır. Baxış zamanı Şahid7 yaşadığı evin sol tərəfindəki həyətanı sahədə 75 ədəd narkotik vasitə hesab olunan hər birinin uzunluğu müvafiq olaraq 3 sm - 35 sm olan narkotik tərkibli bitkiyə bənzər kol və evin qarşısında yerləşən həyətani sahədə isə 299 ədəd narkotik vasitə hesab olunan uzunluğu müvafiq olaraq 5 sm – 25 sm olan narkotik tərkibli bitkiyə bənzər kol aşkar edilmişdir. Baxış zamanı mütəxəssis həmin bitkilərə həqiqətən də aqrotexniki qulluq olunmasını bildirmişdir. Həmin kollar yerindən çıxarılaraq qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Bundan sonra onlar baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs Ağdam rayonu, Bəybabalar kəndində yaşadığı ünvana getmişlər. Baxış keçirilməzdən öncə polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz əşya və predmet olub-olmadığı ilə bağlı sual verdikdə o, yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməyi barədə məlumat vermişdir. O, digər iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin arxa hissəsində həyətyanı sahədə əkdiyi 111 ədəd narkotik vasitə hesab olunan uzunluğu 6-60 sm narkotik tərkibli bitkilərə videoçəkilişdən istifadə edilməklə baxış keçirmişlər. Baxış zamanı mütəxəssis həmin bitkilərə həqiqətən də aqrotexniki qulluq olunmasını bildirmişdir. Həmin kollar yerindən çıxarılaraq qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən qonaq otağında olan şkafın rəfindən bir ədəd avtomat gülləsi və narkotik tərkibli çətənə bitkisinin toxumları polis əməkdaşları tərəfindən aşkarlanaraq götürülmüş, qablaşdırıldıqdan sonra möhürlənərək imzalarla təsdiqlənmişdir. Bundan sonra Ağdam rayon polis şöbəsinin inzibati binasında Şahid7 və Təqsirləndirilən şəxs üzərlərinə müdafiəçilərinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətini videoçəkilişlə qeydə almışdır. Hər iki şəxsin üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərlərində hər hansı bir qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Çəkilmiş videogörüntülər tərtib olunmuş protokollara əlavə edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı Əyyub 2022-ci ilin mart ayının ortlarında yaşadığı evə gələrək ona narkotik tərkibli bitki toxumlarını 2021-ci ildə qaynatası Hadının yaşadığı evin həyətindən götürdüyünü və həmin toxumları onun yaşadığı evin həyətində əkib-becərmək istədiyini bildirmişdir. O da, Əyyuba bu barədə polislərin biləcəklərini dedikdə, Əyyub ona əgər polislərin bundan xəbəri olsa, məsuliyyəti öz üzərinə götürəcəyini bildirmişdir. O, qardaşı Təqsirləndirilən şəxs bununla bağlı etirazını bildirmiş və bundan sonra aralarında bu mövzuda hər hansı bir söhbət olmamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 07:45 radələrində yaşadığı evdə olan zaman Ağdam rayon polis şöbəsinin əməkdaşları yaşadığı evə gələrək özlərini təqdim etməklə evin həyətyanı sahəsinə və evə baxış keçirəcəklərini və bu baxışın video çəkiliş vasitəsilə aparılacağını bildirmişlər. O da yaşadığı evin həyətinə və evə videoçəkiliş vasitəsilə baxış keçirilməsinə heç bir etiraz etməmiş və ərizə ilə müraciət edərək razılığını bildirmişdir. Həmin vaxt qonşuluqda yaşayan qardaşı Təqsirləndirilən şəxs də onun yaşadığı evə gələrək polis əməkdaşlarının yaşadığı evə və həmin evin həyətyanı sahəsinə baxış keçirəcəyindən xəbər tutmuşdur. O, polis əməkdaşları və digər baxış iştirakçıları ilə birlikdə yaşadığı evin sol tərəfindəki həyətanı sahəyə keçib oraya baxış keçirən zaman 75 ədəd narkotik vasitə hesab olunan hər birinin müvafiq olaraq uzunluğu 3 sm - 35 sm olan narkotik tərkibli bitkiyə bənzər kol və evin qarşısında yerləşən həyətani sahədə isə 299 ədəd narkotik vasitə hesab olunan uzunluğu 5 sm – 25 sm olan narkotik tərkibli bitkiyə bənzər kol aşkar edilmişdir. Həmin kollar yerindən çıxarılaraq qablaşdırılmış, imzalarla təsdiq edilmiş, sonra yaşadığı evə, evin həyətində yerləşən tövləyə, hamama və əl damına baxış zamanı heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş, protkolun tərtibi ilə əlaqədar heç bir qeyd daxil olmamış və protokolu imzasıyla təsdiq etmişdir. Yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 374 ədəd kol narkotik tərkibli bitkilər olmuşdur. Baxış zamanı qardaşı Təqsirləndirilən şəxs həmin bitkiləri özünün əkibbecərməsini bildirmişdir. 28 aprel 2022-ci il tarixdə Ağdam rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış-götürmə istintaq hərəkəti videoçəkilişlə keçirilmiş və üzərindən heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Onun qardaşı Təqsirləndirilən şəxs narkotik maddələr satışıyla məşğul olmasına dair məlumatı olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 28 aprel 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Ağdam rayon məhkəməsinin 29 aprel 2022-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 28 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin məhkəmə-bioloji ekspertizasının 28 aprel 2022-ci il tarixli, 16/496 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu Bəybabalar kəndi ərazisində yerləşən evin həyətyanı sahəsindən aşkar edilmiş 111 ədəd narkotik tərkibli kollar” yazılar və imzalar olan qara rəngli polietilen torbadakı, ümumi sayı 111 (yüz on bir) ədəd ümumi təmiz çəkisi 65 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin məhkəmə-bioloji ekspertizasının 28 aprel 2022-ci il tarixli, 16/497 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Şahid7 yaşadığı Ağdam rayonu Bəybabalar kəndi ərazisində yerləşən evinin həyətyanı sahəsindən aşkarlanaraq götürülmüş 75 ədəd narkotik vasitəyə bənzər bitki kolu” yazı və imzalar olan polietilen paketdə ümumi sayı 75 (yetmiş beş)ədəd, ümumi təmiz çəkisi 600 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərində “Şahid7 yaşadığı Ağdam rayonu Bəybabalar kəndi ərazisində yerləşən evinin həyətyanı sahəsindən aşkar olunmuş 299 ədəd narkotik vasitəyə bənzər bitki” yazı və imzalar olan polietilen paketdə ümumi sayı 299 (iki yüz doxsan doqquz) ədəd, ümumi təmiz çəkisi 1900 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməballistik ekspertizasının 22 iyun 2022-ci il tarixli 3/731 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01(bir) ədəd patron 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “AKM”, “AKMS”, “AK-47” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən patrondur, istifadəyə yararlıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Məhkəmənarkoloji ekspertizasının 20 iyun 2022-ci il tarixli, 880 nömrəli görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizasının 09 iyun 2022-ci il tarixli, 372 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 29 aprel 2022ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid7 məskunlaşıb yaşadığı Ağdam rayonu Baharlı kəndində yerləşən rayonun Xındırıstan kənd kolxozuna məxsus olmuş yardımçı binaya və həmin binanın həyətyanı sahəsinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman həmin yardımçı binanın sol tərəfindəki həyətyanı sahədən 75 ədəd narkotik tərkibli çətənə bitkisi, eləcə də qeyd edilən binanın qarşısında yerləşən həyətyanı sahədən 299 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən digər hal aşkar edilməmişdir. İstintaq hərəkətinin görüntüləri 02 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 29 aprel 2022ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu Baharlı kəndində fərdi yaşayış evinə və həmin evin həyətyanı sahəsinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfindəki həyətyanı sahədən 111 ədəd narkotik tərkibli çətənə bitkisi, həmin evin qonaq otağında yerləşən şkafın rəfindən 01 ədəd patron aşkar olunaraq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edən digər hal aşkar edilməmişdir. İstintaq hərəkətinin görüntüləri 02 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, həmin istintaq hərəkətinin videogörüntüləri 01 ədəd DVD diskə qeydə alınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş təqsirləndirilən şəxsin təqsirini etiraf etməsinə dair ifadəsi, şаhidlərin ifаdələri, baxış protokolları, üzləşdirmə istintaq hərəkətlərinin protokolları, istintaq hərəkəti protokollarına əlavələr, ekspert rəyləri və digər istintаq sənədləri işin obyektiv hallarına uyğun olduğu üçün sübut kimi tanınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Ağdam rayon İcra Hakimiyyəti başçısının Xındırıstan kənd inzibati dairə üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 may 2022-ci il tarixli 400 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Baharlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 237.2.3-cü maddələrində nəzərədə tutulan cinayətin tərkibi vadır. Təqsirləndirilən şəxs özünə məxsus evin həyətyanı səhəsində narkotik tərkibli çətənə kollarının qanunsuz olaraq əkib-becərməklə kultivasiya etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərəkən yuxarıda göstərilən sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanununun tələblərini qeyd edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti, qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə, əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbi qaydasında təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduqu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. . Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Ağdam rayon Polis şöbəsində saxlanılan, 374 (üç yüz yetmiş dörd) ədəd, ümumi təmiz çəkisi 2500 qram bitki nümunələri əkilib–becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin tədqiqata 74,8 qram istifadə olunduqdan sonra qalıq 2425,2 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 111 (yüz on bir) ədəd, ümumi təmiz çəkisi 65 qram narkotik tərkibli çətənə (kannabis) bitkilərinin tədqiqata 1,11 qram istifadə olunduqdan sonra qalıq 63,89 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri, ağ rəngli kütlə olan 01 ədəd polietilen paket, içərisində toxumlar olan polietilen paket, 02 ədəd bel, 02 ədəd ketman, 01 ədəd dırmıq, 01 ədəd su qabı, 02 ədəd vedrə, 01 ədəd banka, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Ağdam rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Şahid7 və Təqsirləndirilən şəxs yaşadıqları evə və həmin evin həyətyanı sahəsinə baxış keçirilməsi istintaq hərəkətinin videoçəkilişini özündə əks etdirən 04 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilməldir. İş üzrə Ağdam rayon Polis Şöbəsinə saxlanılan maddi sübut- 01 ədəd patron alışdırıcıları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən məcburi qayadada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 157.20 (yüz əlli yeddi manat əlli qəpik) Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməldir. İş üzrə mülki iddia , xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Ağdam rayon Polis şöbəsində saxlanılan, 374 (üç yüz yetmiş dörd) ədəd, ümumi təmiz çəkisi 2500 qram bitki nümunələri əkilib–becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin tədqiqata 74,8 qram istifadə olunduqdan sonra qalıq 2425,2 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 111 (yüz on bir) ədəd, ümumi təmiz çəkisi 65 qram narkotik tərkibli çətənə (kannabis) bitkilərinin tədqiqata 1,11 qram istifadə olunduqdan sonra qalıq 63,89 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri, ağ rəngli kütlə olan 01 ədəd polietilen paket, içərisində toxumlar olan polietilen paket, 02 ədəd bel, 02 ədəd ketman, 01 ədəd dırmıq, 01 ədəd su qabı, 02 ədəd vedrə, 01 ədəd banka, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Ağdam rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Şahid7 və Təqsirləndirilən şəxs yaşadıqları evə və həmin evin həyətyanı sahəsinə baxış keçirilməsi istintaq hərəkətinin videoçəkilişini özündə əks etdirən 04 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilsin. İş üzrə Ağdam rayon Polis Şöbəsinə saxlanılan maddi sübut- 01 ədəd patron alışdırıcıları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən məcburi qayadada və əvəzsiz olaraq dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah sursat anbarına təhvil verilsin. İş üzrə 157.20 (yüz əlli yeddi manat əlli qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar