Məhkəmə qərarları › İş №1(100)-403/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-403/2025

08.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-403/2025 08.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – Məmmədova Təhminə Cahid qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1986-cı ildə Qazaxıstan Respublikasının Semipalatinsk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada ticarətlə məşğul olan, Gəncə şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində 11 may 2024-cü il tarixdə Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 və 218.2-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış cinayətkar birlikdə (təşkilatda) iştirak etmiş, həmin cinayətkar birliyin tərkibində əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaitlərinin tamamilə və yaxud qismən bilavasitə və dolayısı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü maddəsində nəzərdə tutulmuş əməllərin, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlərin (terror aktlarının) terrorçu qrup (dəstə, təşkilat) tərəfindən hazırlanması, təşkil olunması və ya törədilməsi müqabilində həmin qrupun üzvlərinin maliyyələşdirilməsi üçün istifadə olunduğunu bilərək həmin pul vəsaitlərini qəsdən toplayıb verməklə terrorçuluğu maliyyələşdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2019-cu ilin fevral ayının ortalarında Türkiyə Respublikasının İstanbul şəhərində olarkən iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş Azərbaycan Respublikasının vətəndaşı X11 digər şəxslərlə birgə ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə, o cümlədən onun rəhbərliyi və nəzarəti altında müxtəlif ölkələrdə terrorçuluq cinayətlərinin törədilməsində istifadə etmək niyyətilə yaratdığı «Hüseyniyyun» adlı cinayətkar birliyə (təşkilata) üzv olaraq həmin cinayətkar birliyin dayanıqlı fəaliyyətinin təmin edilməsində və fəaliyyətlərində iştirak etmiş, o cümlədən iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində beynəlxalq axtarış elan edilmiş cinayətkar birliyin digər üzvü «Davud» ləqəbli X14 tapşırığı əsasında iş üzrə barələrində axtarış elan edilmiş «Musa» ləqəbli X65, «Hürr» ləqəbli X66 və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında müxtəlif şəxslərdən birbaşa və dolayısı ilə qəsdən pul vəsaitləri toplayaraq, həmin pul vəsaitlərini 2019-cu ilin fevral ayının sonundan 2024-cü ilin aprel ayının 24-dək olan müddət ərzində Azərbaycan Respublikası və Suriya Ərəb Respublikası ərazisində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü maddəsində nəzərdə tutulmuş əməllərin, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlərin (terror aktlarının) terrorçu qrup (dəstə, təşkilat) tərəfindən hazırlanması, təşkil olunması və ya törədilməsi müqabilində bu əməlləri törətməyə görə Azərbaycan Respublikasında məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşları X90, X27, X67, X33, X28, Şahid7 Etibar oğlu, X78, X57, X34, Hüseyn-zadə Oktay Nazim oğlu, X45 ailə üzvləri vasitəsi ilə maliyyələşdirilməsi üçün istifadə olunduğunu bilərək ümumilikdə 69,405 (altmış doqquz min dörd yüz beş) manat məbləğində pul vəsaitini həmin şəxslərə qəsdən göndərilməsi üçün ayrı-ayrı vaxtlarda və müxtəlif yollarla, o cümlədən X68 tərəfindən "xxxx" ASC-də Şahid14 adına ********************, X5 adına ******************** və ********************, X6 adına ******************** və ******************** və Şahid17 adına ******************** nömrəli bank hesablarının açılması təmin edilərək həmin bank hesabları, habelə «MilliöN» ödəniş sistemi vasitəsilə hər birinə aylıq olaraq 140-210 manat məbləğində olmaqla mütəmadi surətdə əvvəlcədən ona təqdim edilmiş bank kartı hesablarına köçürərək terrorçuluğu maliyyələşdirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 və 218.2-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ailələrə kömək edirmiş və həmin şəxslərin hansı işlə məşğul olduqlarını bilirmiş. O, terrorizmin maliyyələşdirilməsi ilə məşğul olmadığını söyləmiş. Onun dediyinə görə, Türkiyədə onu qanunsuz olaraq saxlamışlar. Düşərgədə olarkən ona “sən nəzarət altındasan, səni buraxa bilmərik” demişlər. Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək bildirmiş ki, Qazaxıstanda yaşayırmış, məktəbi isə Azərbaycanda bitirirmiş. O, ibadətlə məşğul olurmuş və ümumilikdə 10 ölkədə ziyarət və iş məqsədilə olmuşmuş. İran və İraqda da ziyarətdə olmuşmuş. Həmin təşkilatla bağlı məlumatının olmadığını deyirmiş. İstanbulda qızıl alveri ilə məşğul olurmuş və qazandığı pulları ailələrə göndərirmiş. Yardım etdiyi şəxslərin namaz qılıb-qılmadığını bilmirmiş, imkanına görə 100–150 dollar və s. məbləğdə kömək edirmiş. O, Elnurla bağlı ona heç kimin göstəriş vermədiyini bildirmiş. İstintaq zamanı ona təzyiq və təsir göstərilmişmiş. Rövşən Əsədov və Hikmət Əliyevi tanıdığını, lakin həmin şəxslərlə xaricdə görüşmədiyini deyirmiş. Yardım etdiyi şəxsləri tanımadığını və yardımı onların uşaqlarına dəstək olmaq üçün etdiyini bildiribmiş. İttihamda göstərilən şəxslərə də yardım etdiyini təsdiq etmişmiş. Təqsirləndirilən şəxs izahatları oxumadığını, ona hədə-qorxu gələrək imza atdırdıqlarını deyirmiş. Onun aylıq qazancının təxminən 10.000 ABŞ dollarına yaxın olduğunu bildirmiş. Ətrafdakı insanlardan həmin ailələrin yardıma ehtiyacı olduğunu eşidirmiş. O, 2012-ci ildə Fəxrini azadlığa buraxılanda qarşıladığını, X29rkən tanıdığını, cəmiyyəti isə özünün yaratdığını söyləmişmiş. Raufu məsciddə tanıdığını deyirmiş. Elnur və Raufun tanışlığından xəbərdar olmadığını bildirmiş. Həmçinin, o cür ifadə vermədiyini də qeyd etmişmiş. Azərbaycan Respublikası CPM-nin 327-ci maddəsinə əsasən məhkəmədə elan olunmuş Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrində göstərmişdir ki, xx xxxxxx 1986-cı ildə Qazaxıstan Respublikası, Semipalatinsk şəhərində anadan olub. Atası Şahid13 1961-ci il təvəllüdlüdür, əvvəllər Qazaxıstan Respublikasının Semipalatinsk şəhərində polis orqanlarında işləyib. 1993-cü ildə Azərbaycana qayıtdıqdan sonra da daxili işlər orqanında, konkret olaraq Gəncə şəhər polis idarəsində polis nəfəri kimi xidmətdə olub. 1998-ci ildən daxili işlər orqanlarından təqaüdə çıxıb. Ataıs təxminən 5-6 il olar ki, Gəncə şəhər Yaşıllaşdırma idarəsində işləyir, dəqiq vəzifəsini bilmir, bildiyi odur ki, hansısa sahəyə baxır. X4 1959-cu il təvəllüdlü olub, Gəncə Tibb texnikumunu bitirmişdir. Qazaxıstan Respublikasının Semipalatinsk şəhərində bağçada işləmiş, Azərbaycana qayıtdıqdan sonra isə Gəncə şəhərində idman dispanserində tibb bacısı işləmiş, 2019-cu ilin avqust ayının 19-da vəfat edib. Ailədə iki uşaq olublar, özündn başqa 1984-cü il təvəllüdlü Fazilə adlı bacısı vardır. Fazilə ali təhsillidir, Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universitetində tarix və fəlsəfə müəlliməsi işləyir. Həyat yoldaşı X111 şəhər işıq idarəsində sıravi vəzifələrin birində işləyir, iki uşaqları vardır, Gəncə şəhərində yaşayırlar. O, 2004-cü ildə Gəncə şəhərində İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbi bitirmiş, 2004-2006-cı illərdə Naxçıvan Muxtar Respublikasında «N» saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuş, 2006-2012-ci illərdə isə Gəncə şəhərində yerləşən Univermaqda valyuta dəyişmə məntəqəsində işləmişdir. 2009-cu ildən islam dininin “əhli-şiə” məzhəbi üzrə ibadət etməyə başlamışdır. İbadətlərini adətən Gəncə şəhərinin mərkəzində yerləşən univermağın yaxınlığında yerləşən “Şah Abbas” məscidində edirmiş. İbadətə başladıqdan və “Şah Abbas” məscidinə gedib-gəldiyi vaxtdan sonra çoxsaylı şiə məzhəbi üzrə ibadət edən və dindar həyat tərzi keçirən şəxslərlə tanış olmuş, onlarla yaxın münasibətləri yaranmışdır. Arabir Gəncə şəhərinin Sabir küçəsində yerləşən “Kəpəz” adlı yataqxananın yerləşdiyi binanın altındakı çay evində görüşüb çay süfrəsi arxasında dini və ümumi məişət mövzularında söhbətlər edirmişlr. 2012-ci ildə həmin çayxanada olarkən adını xatırlamadığı şiə dostlarının birindən eşitmişdir ki, dini baxışlarına görə həbs olunmuş əvvəllər İran İslam Respublikasının Qum şəhərində təhsil almış Hacı Fəxri və Hacı Azər adlı şiə dindar şəxslər azadlığa buraxılacaq, sonuncuları qarşılamaq üçün bir qism şəxs Bakı şəhərinə gedəcəklər. Hətta elə bir fikir də səslənib ki, kim istəyirsə həmin şəxsləri qarşılamaq üçün Bakı şəhərinə gedə bilər. O və adlarını xatırlamadığı şəxslər qərara gəliblər ki, Bakı şəhərinə gedib həmin şəxsləri qarşılasınlar. Səhəri gün onlar Bakı şəhərinə gəlmiş, digər dindar şəxslərlə birlikdə Hacı Fəxri və Hacı Azər adlı şəxsləri qarşılamışlar. Sonuncularla da orada onun ilk tanışlığı olmuş və sonrakı vaxtlarda həmin şəxslərlə onun münasibəti yaranmışdır. 2013-cü ilin yay aylarında o dostları Rauf Həsənov və Samir Həsənovla birlikdə Biləsuvar sərhədindən keçməklə İran yolu ilə Kərbəla şəhərinə ziyarətə getmişlər. Həmin ziyarətdən qayıtdıqdan sonra Hacı Fəxri və Hacı Azər adlı həmin şiə dindar şəxslərin dəvəti ilə Gəncə şəhərindən hava yolu ilə Moskva şəhərinə işləmək məqsədilə getmişdir. Orada “detdom” ləqəbli Elnur Mehdiyev onu qarşılamış və yerləşdirmişdir. Elnur Mehdiyevi bir də sonralar İstanbulda olarkən görmüşdür. O təxminən 7 ay Rusiyanın Moskva şəhərində qalmış, yaxınlıqdakı “Mtışi” qəsəbəsində satıcı işləməyə başlamışdır. Orada işlədiyi dükanı sahibi əvvəllər İran İslam Respublikasının Qum şəhərində dini təhsil almış Ceyhun Məmmədovla tanış olmuşdur. 2014-cü ilin martında ailə üzvləri ilə görüşmək məqsədilə Gəncə şəhərinə qayıdaraq təxminən bir ay orada qalmış və həmin müddətdə Ceyhun Məmmədovanın arvadı Ayşənin bacısı Şahid15 qızı ilə nişanlanmışdr. 2014-cü ilin aprel ayında yenidən Rusiya Federasiyasına qayıtmış və Hacı Fəxrinin qardaşı Vüqarla birlikdə Mtışidə ev tutub yaşamağa başlamışlar. Bundan bir neçə ay sonra sənədləri qaydasında olmadığı üçün həmin ilin “Ramazan” ayında Rusiyadan deportasiya olunmuşdur. Azərbaycana yol vərəqəsi əsasında qayıtdıqdan sonra işsiz olmasına baxmayaraq 2014-cü ilin oktyabr ayında Aysel Həsənova (Kazımova) ilə rəsmi nikaha daxil olmuşdur. 2015-ci ilin aprel ayında Gürcüstan Respublikası üzərindən quru yolu ilə Rusiyaya keçməyə cəhd etsə də, həmin ölkənin ərazisinə onu buraxmamışlar. 2015-cü ilin yay aylarında sinif yoldaşı Ruslan İbrahimovın vasitəsilə Gəncə şəhərində “Məxrəsə” bağında “Fərhad lnşaat”da fəhlə qismində işə düzəlmiş və orada təxminən bir il işləmişdir. Təqsirləndirilən şəxs etiraf ifadələrini davam etdirərək daha sonra bildirmişdir ki, 2017-ci ilin yay aylarında dostu Samir Həsənovun (Samirin oğlu Əbəlfəzlin kirvəsi imiş) təklifi ilə sonuncu ilə birlikdə Gürcüstandan keçməklə Türkiyənin İstanbul şəhərinə getmişlər. Samir Həsənovun vasitəsilə X43 kirayə ev və İmdad Atabey adlı türkə məxsus olan tekstil şirkətlərinin birində iş tapmışdır. Təxminən bir neçə ay sonra arvadı Aysel Həsənova və 2015-ci il təvllüdlü oğlu Əliməhdini yanına gətirmişdir. 2019-cu ilin əvvələrində “TekstiFdə işdən çıxmış və işsiz imiş. X61 ərazisində əhalisi şiə müsəlmanlardan ibarət “Zeynebiyye” küçəsində (caddesinde) yaşayırmış. 2018-ci ilin yaz aylarında Türkiyənin İstanbul şəhərinin X52 Halkalı Merkez məhəlləsi Zeynebiyye caddesində (prospektində) əvvəllər Rusiya Federasiyasının Moskva şəhərindən tanıdığı “Detdom” ləqəbli Elnur Mehdiyevlə rastlaşmışdır. X53 caddesində müvəqqəti yaşadığını, şiə yönümlü dindar şəxslərə pul yardımı etmək məqsədilə orada “cəmiyyət” qurmaq üçün gəldiyini ona bildirmişdir. O da həmin ərazidə yaşadığını Elnur Mehdieyvə söyləmiş, bir-birilərinin mobil telefon nömrələrini götürmüşlər. Ondan sonra Elnur Mehdiyevlə onun yaxın münasibətləri yaranmış, bir-biriləri ilə telefonla əlaqə saxlayırmışlar. Növbəti görüşlərində Elnur Mehdiyev maliyyə yardımı etmək üçün cəmiyyət yaratdığını, həmin cəmiyyətin fəaliyyətində iştirak etməyi təklif etmiş və o da həmin təklifə razılığını bildirmişdir. Məndən başqa həmin cəmiyyətin fəaliyyətində iştirak edən şəxs əslən Gəncə şəhərindən olan Rauf adlı şəxs imiş. Rauf sonradan adını Mürtəza adına dəyişmiş, səbəbini bilməmişdir. Raufu həmin ərəfələrdə İstanbulda tanımış, onunla tanışlığı İstanbuldakı «Zeynəbiyyə» məscidindən çıxarkən olmuşdur. Sonradan bilib ki, X92 əvvəllər bir-birini tanıyırmışlar. Qeyd edir ki, Raufun sözlərindən bilib ki, o, əslən Gəncə şəhərindəndir, Gəncə şəhərində 3 nömrəli xəstəxananın yaxınlığında yaşayırmış. O və Rauf İstanbulda maddi cəhətdən yaxşı imkanları olan türk vətəndaşları olan tanışlarından imkansız ailələrə maliyyə yardımı edəcəkləri adı altında müxtəlif məbləğlərdə pul vəsaitini toplayırmışlar. Elnur Mehdiyevin özü də eyni formada və tərzdə pul vəsaitlərinin toplanmasını həyata keçirirmiş. Pulu toplayıb Elnur Mehdiyevə təqdim edirmişlər. Elnur Mehdiyev də özü müəyyən edirmişi ki, hansı ailəyə maliyyə yardımı göstərilsin. Elə olurmuş ki, imkansız ailələrə pul vəsaiti verirmişlər, elə də olurmuş ki, ərzaq məhsullarını alıb aparıb həmin ailələrə çatdırırmışlar. 2019-cu ilin əvvələrində Zeynebiyye caddesində görüşlərinin birində Elnur Mehdiyev əslən Lənkəran rayonundan olan X44 ərazisində azərbaycanlılardan ibarət “Hüseyniyyun” təşkilatının yaradıldığını, özünün də həmin təşkilatın üzvü olduğunu ona bildirmişdir. Elnur Mehdiyev «Hüseyniyun» təşkilatının “Azərbaycan İslam Müqavimət Hərəkatı” olduğunu ona demişdir. Elnur Mehdiyev ona işsiz olmağını xatırladaraq «Hüseyniyun» təşkilatına qoşulmağı və ona pul da verəcəyini bildirmişdir. O Elnur Mehdiyevin təklifini qəbul etmiş və “Hüseyniyyun” təşkilatına üzv olaraq həmin təşkilata qoşulmuşdur. Elnur Mehdiyev “Hüseyniyyun” təşkilatı və onun məqsədləri barədə geniş məlumat verərək ona bildirmişdir ki, təşkilat İran ərazisində yaradılıb, üzvləri azərbaycanlılardır, təşkilatın üzvləri olaraq da həmin azərbaycanlılar Suriya ərazisində «Xanım Zeynəb» və «Xanuım Rüqəyya»nın ziyarətgahlarını qorumaq üçün Suriya dövləti ərazisində hərbi təlim keçirlər. Hər bir azərbaycanlıya da hərbi təlimdə iştirak etdikləri üçün də pul verilir. «Hüseyniyun» təşkilatının məqsədi Azərbaycanda “İran” modeli əsasında şiə yönümlü dini dövlət qurmaq, şəriət dövlətinə xas olan qayda-qanunlarla idarə üsullarını tətbiq etməkdən ibarətdir. Elnur Mehdiyev həmçinin əlavə edib ki, «Hüseyniyun» təşkilatının əsas vəzifə və məqsədlərindən biri də həmin yolda həbs olunmuş Azərbaycandakı müsəlman məhbusların ailələrinə yardım etməkdir. Raufla tanış olub münasibət saxladıqdan sonra bilib ki, Rauf «Hüseyniyun» təşkilatının üzvü olaraq 2020-ci ildə “X96”inin müdafiəsi məqsədilə Suriyaya getmiş və orada hərbi təlimlərdə iştirak etmişdir. Yadına düşdüyü üçün bir məqamı da bildirir ki, İstanbulun Zeynebiyye caddesində telefon ustası kimi Raufla birlikdə işləyən əslən Gəncə şəhərindən olan Röyal adlı şəxsi də tanıyırmış. Bir-biriləri ilə dost olan Rauf və Röyal hər ikisi telefon ustası imiş. O da Raufla yanaşı Royalla da tanış olub münasibətləri yaranmışdır. Royalın deməsinə görə o əvvəllər Gəncə şəhərində “Krasnı Selo” kimi tanınan ərazidə yaşayırmış. Royalın da deməsindən bilib ki, sonuncu 2019-cu ilin sonlarında “X96”inin müdafiəsi məqsədilə Raufla birlikdə «Hüseyniyun» təşkilatının tərkibində Suriyada hərbi təlimlərdə iştirak edib. Özünün tutulduğu vaxta olan məlumatına görə Rauf və Röyal hər ikisi İranın Təbriz şəhərinin şimal hissəsindəki yaşayış məntəqəsində yaşayırlar. Təqsirləndirilən şəxs səmimi və etiraf ifadələrinin davamında daha sonra bildirmişdir ki, 2019-cu ilin fevral ayının ortalarında, bəlkə də ikinci ongünlüyünün ilk günlərində «Hüseyniyun» təşkilatına üzv olduqdan sonra Elnur Mehdiyev təşkilatın üzvü olaraq ona ilk tapşırığını vermişdir. Həmin tapşırığın mahiyyəti ondan ibarət olmuşdur ki, o təyyarə ilə İrana getməli, orada «Hüseyniyun» təşkilatının rəhbər şəxslərindən biri olan, əslən Gəncə şəhərindən olan «Musa» ləqəbli Rövşən Əsədovla görüşüb sonuncunun verəcəyi içərisində 15 min dollar pul olan bağlamanı ona gətirib təhvil verməli imiş. O həmin tapşırığı yerinə yetirəcəyini Elnur Mehdiyevə bildirmişdir. Sonuncu onun maddi vəziyyətinə bələd imiş və ona görə də Tehrana gedib-gəlmək üçün avia biletlərinin «Hüseyniyyun» təşkilatı tərəfindən alınmasını təşkil etmək üçün pasportunun şəklini çəkib Elnur Mehdiyevə göndərmişdir. Elnur Mehdiyev də həmin pasportunun əsasında biletləri almışdır. O, 2019-cu ilin fevral ayının 26-da İstanbul şəhərinin «Atatürk» hava limanından İranın Tehran şəhərinə uçmuş, şəhərin «Xomeyni» adına hava limanında onu orada ilk dəfə gördüyü “Hürr” dini ləqəbli Hikmət adlı şəxs qarşılamışdır. Sonuncunun deməsindən bilib ki, Hikmət də əslən Gəncə şəhərindəndir. Hikmət onu Qum şəhərinin Pərdestan qəsəbəsində adını xatırlamadığı tanışlarından birinin evinə qonaq aparmışdır. Səhəri gün o Hikmətlə birlikdə sonuncunun idarə etdiyi ağ rəngli dövlət qeydiyyat nişanını xatırlamıdığı balaca avtomaşınla Qum şəhərindən yenidən Tehranın «Xomeyni» adına hava limanı istiqamətində yola çıxmışlar. Hikmət bildirib ki, hava limanına qədər «Musa» ilə görüşəcəklər. Qum şəhəri ərazisində “Musa” dini ləqəbli Rövşən Əsədov da onların olduqları avtomobilə əyləşmişdir. Hikmət avtomaşını idarə edirmiş, o avtomaşının qabaq oturacağında oturubmuş. «Musa»nın yanında avtomaşını saxladıqda o avtomaşından düşmüş, «Musa» qabaq oturacağa, o isə arxa oturacağa əyləşmişdir. «Musa» onu dərhal tanımış və bir az söhbətləşdikdən sonra ümumilikdə üç bağlamada olan 15,000 (on beş min) ABŞ dolları məbləğində pul vəsaitini ona verərək həmin pul vəsaitlərini Elnur Mehdiyevə çatdırmasını tapşırmışdır. Ona verilmiş ABŞ dollarlarının hamısı 50-lik əskinazlardan ibarət olmuşdur. Hər bir bağlamada 5 min ABŞ dolları var imiş, iki bağlamanı sol cibinə, bir bağlamanı isə sağ cibinə qoymuşdur. Qeyd edir ki, «Musa» dini ləqəbli Rövşənlə ilk dəfə Gəncə şəhərində 2014-cü ildə dindar dostlarından birinin evində görüşüb tanış olmuş, sonrakı vaxtlarda dini məclislərdə onunla əvvəllər çox görüşmüş və aralarında səmimi münasibətlər yaranmışdır. Onlar avtomobillə “Xomeyni” adına hava limanına çatdmış, orada yoxlanış zamanı gömrük əməkdaşı onu saxlayıb üzərində 15.000 (on beş min) dollar məbləğində pul vəsaitini aparmağın qadağan olduğunu ona bildirmişdir. Həmin an Rövşən həmin gömrük əməkdaşına yaxınlaşaraq əməkdaşa farsca nəsə demiş, eləcə də gömrük əməkdaşına əli ilə onu göstərərək özünün adamı olduğu işarəsini bildirmişdir. Gömrük əməkdaşı Rövşənlə birlikdə olduğunu başa düşüb onu sərbəst buraxışdır. O, 27 fevral 2019-cu il tarixdə təyyarə ilə İstanbul şəhərinə gəlmiş, Elnur Mehdiyevin yaşadığı evə gedərək 15.000 ABŞ dolları olan həmin pul vəsaitini orada ona vermişdir. 27 fevral 2019-cu il tarixi həm də xanım Zeynəbin mövludu günü imiş. Həmin tarixlər ona görə yadındadır ki, həmin tarix onun ad günü olan gündür. Ona görə də İrana gedib-gəldiyi tarix dəqiq yadındadır. Elnur Mehdiyev verdiyi tapşırığı icra etdiyi üçün zəhmət haqqı olaraq həmin pul vəsaitinin üzərindən 200 (iki yüz) dollar məbləğində pulu götürüb ona vermişdir. O da həmin pulu götürmüşdür. 2019-cu ilin təxminən avqust ayında anası Ədalət Həsənovanın səhhəti pisləşmiş və Gürcüstanın Tbilisi şəhərinə aparılmışdır. Məhz o səbəəbə görə özü də Gürcüstana getmişdir. Orada anasının vəziyyətinin çox pis olduğunu görmüş və onun tezliklə vəfat edəcəyini anlayıb Azərbaycana qayıtmışlar. 2019-cu ilin avqust ayının 19-da Azərbaycana keçdikdən sonra Qazax rayonu ərazisində avtomaşında olarkən anası vəfat etmişdir. Gəncə şəhərində dəfn etmişlər, 3 mərasimini verdikdən sonra o 2019-cu ilin avqust ayının 24-də «Qırmızı Körpü» sərhəd-buraxılış məntəqəsindən keçməklə Gürcüstana, oradan isə Türkiyənin İstanbul şəhərinə getmişdir. Qayıtdıqdan qısa müddət sonra X62 həmişəlik tərk edərək İranın Qum şəhərinə qayıtmış və orada yaşamağa davam etmişdir. İrana getdikdən bir neçə gün sonra Elnur Mehdiyev ona zəng edərək pulların yığılması vəziyyəti ilə maraqlanmışdır. O isə pulların məbləğinin az olduğunu insanların maddi vəziyyətinin yaxşı olmadığını ona demişdir. O, 2020-ci ilin iyul ayında mərhum general Polad Həşimov şəhid olduqdan sonra Azərbaycana qayıtmış və könüllü olaraq Səfərbərlik Xidmətinin Gəncə şəhəri Nizami rayonundakı şöbəsinə müraciət etmiş, oradan ona kifayət qədər hərbi qulluqçunun olduğunu və onun iştirakına zərurət olmadığını bildirmişlr. 2020-ci ilin yay aylarında “Hüseyniyyun”un üzvü ifadəsinin əvvəlində barəsində bildirdiyi Rauf ona zəng edərək Gəncə şəhərində olduğunu, Elnur Mehdiyevin ona pul verdiyini və həmin pulu paylamaqda onun da ona köməklik etməli olduğunu demişdir. O barədə Elnur Mehdiyevlə əlaqə saxlayaraq onun elə bir tapşırıq verib-vermədiyini dəqiqləşdirmişdir. Elnur Mehdiyev də təsdiq edərək Azərbaycanda məhkum olunmuş bir sıra şəxslərin ailələrinə yardım edilməsini tapşırmışdır. O həmin tapşırıq üzrə iki ay, yəni 2020-ci ilin oktyabr və noyabr aylarında Raufla birlikdə Yunis Səfərovun işi üzrə həbs olunmuş - X46, X23, X57, X27, X67, X35, X28, X34, X79, “Hüseyniyyun” təşkilatının hazırda həbsdə olan üzvü X69 və digərlərinin ailələrinə yardım etmişdir. Yardım etdiyi ailələrin sayı çox olmuş, sadəcə yadında qalanlar onlar imiş. Digərləri də yadına düşdükcə onları səmimi və könüllü olaraq istintaqa bildirəcək. 2020-ci ilin sonunda Raufla növbəti dəfə Gəncə şəhərində görüşmüşlər və Rauf ona İrana köçəcəyini deyib təxminən 8.000 manat məbləğində pulu ona verib ki, həmin pulu həbsdə olan şəxslərin yaxınlarına paylasın. Onlar həmin şəxslərdən əvvəlcə subay olanların hər birinə 140 manat, evli olanlara isə 190 manat, sonradan isə subay olanlara 160 manat, evli olanlara isə 210 manat məbləğində pul vəsaitlərini onların bank hesablarına köçürürmüşlər. Pulun çatmalı olduğu şəxslərin bank hesablarının şəkillərini onlara Elnur Mehdiyev özü “WhatsApp” mobil tətbiqi ilə göndərirmiş. 2021-ci ilin fevral ayının 11-də yenidən Türkiyənin İstanbul şəhərinə getmişdir. 2021-ci ilin aprel ayında Elnur Mehdiyev işləmək məqsədilə onu İranın Qum şəhərinə dəvət etmişdir. 2021-ci ilin aprel ayından 2021-ci ilin sentyabr ayına qədər “Hüseyniyyun” təşkilatının üzvləri ona işləmək üçün şərait yaradıblar və o əsasən Qum, Urmiya, Xoy və Bəlucistan ərazilərində Elnur Mehdiyevlə birlikdə meyvə-tərəvəz ticarəti ilə məşğul olmuşlar. Lakin ticarətləri uğurlu olmamış, xeyir götürə bilməmişlər. Daha sonra 2021-ci ilin avqust ayında o Qum şəhərində olarkən korona xəstəliyinə tutulmuşdur. Müalicə edildikdən sonra 2021-ci ilin sentyabr ayının əvvəllərində İranı tərk etmək qərarına gəldiyini Elnur Mehdiyevə bildirmişdir. Sonuncu da ona Hikmətlə əlaqə saxlamağı, pasportuna çıxış möhürünü vurmaqda kömək etməsini ona söyləməli olduğunu emişdir. O da Hikmətlə əlaqə saxlamış, görüşmüş və ona pasportunu verb ki, çıxış möhürü vurdursun. Hikmət onun pasportunu götürdükdən sonra ona «Hüseyniyun» təşkilatının digər üzvləri ilə birlikdə Suriyada hərbi təlimə getməyi təklif etmişdir. O isə Hikmətin həmin təklifini rədd etmiş, təlimdə və silahlı münaqişədə iştirak etmək istəmədiyini ona bildirmişdir. Həmin görüşdən təxminən 20 gün sonra Hikmət ona çıxış möhürü vurulmuş pasportunu qaytarmışdır. Pasportunu gec qaytardığı üçün o Hikmətə bir neçə dəfə zəng edərək ona etirazını bildirmişdir. Hər dəfə də Hikmət «Aslan hələ hazır deyil, hazır olan kimi mən sənə bildirəcəm» ifadələrini ona deyirmiş. İranda olduğu müddətdə Elnur Mehdiyev ona «Hüseyniyun» təşkilatının Suriyaya göndərilən üzvlərinə hərbi təlimlərdə iştirak etdikləri üçün adambaşı 500 ABŞ dolları məbləğində pul vəsaiti verildiyini və qayıtdıqdan sonra onlardan adambaşı 50 dollar aldıqlarını və həmin puldan yığılan vəsaiti ticarətə yönəldiklərini ona bildirirmiş. 2021-ci ilin sentyabr ayının sonunda İranı tərk etdikdən sonra İstanbulda məskunlaşmışdır. Təqsirləndirilən şəxs etiraf ifadələrinin davamında bildirmişdir ki, 2022-ci ilin əvvələrində Elnur Mehdiyev ona zəng edərək Gəncə şəhərində Yunis Səfərovun işi ilə bağlı məhkum olunanların ailələrinin bank hesablarına pul köçürülməsində ona köməklik etməyi tapşırmşdır. Elnur Mehdiyev ona bank hesablarının rekvizitlərinin fotoşəkillərini göndərir, o da həmin məlumatları Elnur Mehdiyevin tapşırığı əsasında Rusiyanın Moskva şəhərində yaşayan əslən Gəncə şəhərindən olduğunu bildiyi Elvin adlı şəxsə göndərirmiş. Elvinlə o telefon vasitəsilə tanış olmuşdur. Elvinin telefonunu ona Elnur Mehdiyev verbmiş. Elvinin telefon nömrəsi Rusiya mobil rabitə operatoruna məxsus nömrə imiş, sadəcə həmin nömrəni xatırlamır. Elvinin danışıq ləhcəsi gəncəlilərin ləhcəsinə aid olduğu hiss olunurmuş. Elvinin deməsinə görə o Rusiya vətəndaşıdır, çünki bir dəfə pulların köçürülməsindən problem yaranıbmış, onun səbəbini Elvindən soruşduqda sonuncu «bir az problem var, məni voyenkomatdan axtarırlar» ifadəsini ona bildirmişdir. O da Elvinə «sən hara vətəndaşısan» sualını verdikdə, Elvin Rusiya vətəndaşı olduğunu ona deyib. Elvin də bank hesablarının rekvizitləri əsasında həmin hesablara pulları köçürürmüş. Elvinə həmin pul məbləğlərinin necə çatdırılması barədə məlumatsızam. Beləliklə də 2022-ci ilin əvvələrindən 2024-cü ilin aprel ayına qədər olan müddət ərzində Elnur Mehdiyevin tapşırığı əsasında sonuncunun qurduğu sxem üzrə ona göndərdiyi həmin bank hesab məlumatlarını Elvinə göndərirmiş. Elvin də hansı yolla göndərildiyini xatırlamadığı həmin pul vəsaitlərini ona göndərdiyi hesab məlumatlarında qeyd olunan bank hesablarına yüklədikdən sonra Elvin qəbzlərin fotoşəkillərini çəkib ona göndərirmiş. O da özündə olan hesab məlumatları ilə tutuşdurduqdan sonra hər şeyin qaydasında olması, yəni ödənişlərin tam həcmdə müvafiq hesablara göndərildiyindən əmin olduqdan sonra o barədə hesabat xarakterli məlumatları Elnur Mehdiyevə bildirirmiş. O ailələrə ayrılan maliyyə vəsaitləri barədə hesabatları dəqiqliklə aparırmış ki, hər hansı uyğunsuzluq olmasın. X70 çox inanırmış. O da elə işləyirmiş ki, işində nöqsanı olmasın. Loru dillə desə özünü sanki «Hüseyniyun» təşkilatının mühasibi rolunda hesab edirmiş. Təqsirləndirilən şəxs səmimi və etiraf ifadələrini davam etdirərək daha sonra bildirmişdir ki, o, 2021-ci ilin sentyabr ayında İrandan Türkiyəyə getdikdən bir neçə ay sonra daha dəqiq 2022-ci ilin yanvar ayında Elnur Mehdiyev ona zəng etmiş və əsasən Yunis Səfərovla bağlı cinayət əməllərinə görə təqsirləndirilən və məhkum olunan şəxslərin yaxınlarına pul vəsaitlərinin çatdırılmasının yeni sxeminin hazırlandığını və həmin sxemin “Hüseyniyyun” təşkilatının rəhbər şəxsləri ilə razılaşdırıldığını bildirmişdir. Yeni sxemə əsasən pul vəsaitləri və həmin pul vəsaitlərinin Azərbaycanda köçürülməli olduğu bank hesablarının fotoşəkilləri əvvəlcə üçüncü ölkədə yəni Rusiyanın Moskva şəhərində olan əslən Gəncəli Elvin adlı şəxsə çatdırılır. Yeni sxemə əsasən Elvin həmin pulları özünə əvvəlcədən verilmiş bank hesablarına yüklədikdən sonra hər bir yükləməni təsdiq edən qəbzlərin şəkillərini İstanbuldakı “Hüseyniyyun”un digər üzvünə, yəni ona göndərməsi nəzərdə tutulmuşdur. Həmin sxemdə ona düşən vəzifə isə Elnur Mehdiyev tərəfindən qabaqcadan ona göndərilən hər bir şəxsin hesabına yüklənməli olan pul vəsaitlərinin miqdarını və bank hesablarını təhlil edərək Elvin tərəfindən müvafiq bank hesablarına düzgün miqdarda pul yükləmələrinin aparıldığını yoxlamaq və nəticələri barədə Elnur Mehdiyevə məlumat vermək olmuşdur. 2022-ci ilin əvvələrində Azərbaycanda terrorçuluq cinayətlərinə görə təqsirləndirilən və məhkum olunan şəxslərin yaxınlarına ödənilən məbləğlər artıq qaldırılmışdır. Subay olanların yaxınlarına aylıq 140 deyil 160 manat, evli olanların isə 190 deyil 210 manat pul vəsaitinin yüklənilməsi qərarlaşdırılmışdır. Elnur Mehdiyev ona bu məqsədlə Moskvadakı Elvin adlı şəxsin mobil nömrəsini göndərib onları bir-birilə tanış etmişdir. Elvin adlı həmin şəxsin əslən Gəncədən olması ona məlum olsa da, Elnur Mehdiyevin tapşırıqlarından kənar onunla danışmamışdır. 2022-ci ilin yanvar ayından Elnur Mehdiyevin tapşırığı ilə həmin vaxt Rusiyanın Moskva şəhərində yaşayan Elvin digərləri ilə yanaşı X8, əslən Samux rayonundan olan Fuad adlı şəxsin, Sadiq Həsənovun, X36, Gəncə şəhərində mərsiyə deməklə məşğul olan Nəriman adlı şəxsin, evi Gəncədə “Dəyirman” dairəsinin yaxınlığında olan «Tatana» ləqəbli şəxsin ailə üzvlərinin bank hesablarına həmin şəxslərin ailə vəziyyətindən asılı olaraq pulların yüklənməsinə başlanmışdır. Elvin Əhmədov ödənişləri hər dəfə etdikdən sonra ona qəbzin fotoşəkilini göndərmişdir. O, 2022-ci ilin əvvələrindən 2024-cü ilin aprel ayına qədər “Hüseniyyun” təşkilatının “mühasib”i kimi fəaliyyət göstərmişdir. Ona məvacib olaraq aylıq pul vəsaiti verilməsə də, onun Elnur Mehdiyevə ümumilikdə 1300 (min üç yüz) dollar məbləğində borcu olmuşdur. Belə ki, o, 2021-ci ilin aprel ayından həmin ilin sentyabr ayına qədər olan müddətdə həmin vaxt ondan ayrı Gəncə şəhərində yaşayan arvadı Aysel və iki uşağı üçün aylıq 200 (iki yüz) dollar olmaqla ümumilikdə 800 (səkkiz yüz dollar) pul vəsaitini nağd formada Elnur Mehdiyevdən borc almışdır. O, bundan başqa da şəxsi ehtiyacları üçün həmin dövrdə Elnur Mehdiyevdən ümumilikdə 500 (beş yüz) dollar pul vəsaitini nağd formada almışdır. Buna görə də onun Elnur Mehdiyevin timsalında “Hüseyniyyun” təşkilatına ümumilikdə 1300 (min üç yüz) dollar məbləğində borcu yaranmışdır. X77 şəxsən tanışlıq münasibətləri olmamışdır. Hazırda adı Mürtəza olaraq ona məlum olan “Hüseyniyyun” təşkilatının üzvü Raufla birlikdə o, 2020-ci ilin sonlarında Elnur Mehdiyevin tapşırığını icra edərkən həmin şəxsi tanımışdır. Belə ki, həmin vaxt Rasim Mustafayev həbsdə olmuşdur. O, 2020-ci ilin təxminən oktyabr və noyabr aylarında Raufla birlikdə iki dəfə, Rauf getdikdən sonra isə dekabr ayında bir dəfə Rasimin atası Hafiz Mustafayevin adına olan "xxxx"dakı hesabına aylıq 190 (yüz doxsan) manat məbləğində pulu Gəncə şəhəri, Sabir küçəsində yerləşən “MilliöN” ödəniş aparatından yükləmişdir. 2022-ci ilin əvvələrindən 2024-cü ilin aprel ayına qədər isə Hafiz Mustafayevin adına olan bank hesabına Moskva şəhərində olan Elvin tərəfindən hər ay 210 (iki yüz on) manat yüklənmişdir. X113 şəxsən tanışlıq münasibətləri olmuşdur. O, təxminən 2014-cü ilin əvvələrində Moskvada tək yaşadığı zaman Cəfər Zalovu onu işə götürmüş Hacı Fəxri adlı şəxs qaldığı evə gətirmiş və Cəfər bir gecə onunla birlikdə qalmışdır. O, gecə Cəfərə yemək təklif etsə də, sonuncu ona ac olmadığını bir gecə qalıb gedəcəyini demişdir. Səhəri gün isə o, Azərbaycana qayıtmışdır. Onun Cəfərlə ilk tanışlığı elə baş tutmuşdur. O, Cəfərlə bundan sonra 2014-cü ilin yay aylarında Gəncə Univermağının yaxınlığında təsadüfən rastlaşmış, həmin vaxt salamlaşaraq yoluna davam etmişdir. O, 2020-ci ilin təxminən oktyabr və noyabr aylarında Raufla birlikdə iki dəfə, Rauf getdikdən sonra isə dekabr ayında bir dəfə Cəfərin arvadı Günay adlı qadının adına olan bank hesabına aylıq 190 (yüz doxsan) manat məbləğində pulu Gəncə şəhəri, Sabir küçəsində yerləşən “MilliÖN” ödəniş aparatından yükləmişdir. 2022-ci ilin əvvələrindən isə 2024-cü ilin aprel ayına qədər isə Cəfərin arvadı Günayın adına olan bank hesabına Moskvada olan Elvin tərəfindən hər ay 210 (iki yüz on) manat yüklənmişdir. O, Firuddin Zeynalovu təxminən 2014-cü ildən şəxsən tanımışdır. Firuddin həmin ərəfələrdə Gəncədə “Xan bağf’nın yaxınlığında çay evi işlətmişdir. O, «Şah Abbas» məscidinə namaz qılmaq üçün gedərkən, Firuddinin də orada ibadət etdiyini görmüş və aralarında səmimi münasibətlər yaranmışdır. 2022-ci ilin əvvələrindən 2024-cü ilin aprel ayına qədər isə Firuddinin arvadının adını xatırlamadığı qardaşının adına olan bank hesabına Moskvada olan Elvin tərəfindən hər ay 210 (iki yüz on) manat yüklənmişdir. O, “Ataş ləqəbli şəxsi indiyədək cəmi bir dəfə görmüşdür. O, 2015-ci ildə Gəncə şəhərində “Komsomol” kimi tanınan ərazidə şiə məzhəbi üzrə dindar həyat tərzi keçirən yoldaşımları ilə gedərkən yanındakı tanışlarımdan biri uzaqda olan bir nəfəri göstərib ona “Komsomol” adlı ərazidə yaşadığını və adının Ataş olduğunu bildirmişdir. O isə həmin vaxta qədər onu görməmişdir. O, təxminən 2018-2019-cu illərdə Türkiyədə olarkən Ataş ləqəbli həmin şəxsin həbs olunduğunu öyrənmişdir. 2020-ci ilin təxminən oktyabr və noyabr aylarında Raufla birlikdə iki dəfə, Rauf getdikdən sonra isə dekabr ayında bir dəfə Ataşın anası Zemfira adlı qadının adına olan bank hesabına aylıq 190 (yüz doxsan) manat məbləğində pulu Gəncə şəhəri, Sabir küçəsində yerləşən “MilliöN” ödəniş aparatından yükləmişdir. 2022-ci ilin əvvələrindən isə 2024-cü ilin aprel ayına qədər isə Ataşın anası Zemfira adlı qadının adına olan bank hesabına Moskvada olan Elvin tərəfindən hər ay 210 (iki yüz on) manat yüklənmişdir. O, Vüqar Məmmədovu şəxsən tanımasa da, Yunis Səfərovla əlaqədar Gəncədə baş verən hadisələrlə bağlı terrorçuluq və digər cinayətlərinə görə məhkum olunduğu ona məlumdur. 2020-ci ilin təxminən oktyabr və noyabr aylarında Raufla birlikdə iki dəfə, Rauf getdikdən sonra isə dekabr ayında bir dəfə Vüqarın adını xatırlamadığı ailə üzvünün adına olan bank hesabına aylıq 190 (yüz doxsan) manat məbləğində pulu Gəncə şəhəri, Sabir küçəsində yerləşən “MilliöN” ödəniş aparatından yükləmişdir. 2022-ci ilin əvvələrindən isə 2024-cü ilin aprel ayına qədər isə Vüqarın həmin ailə üzvünün adına olan bank hesabına Moskvada olan Elvin tərəfindən hər ay 210 (iki yüz on) manat yüklənmişdir. 0, Ceyhun Salahovu şəxsən tanımasa da, sonuncunun Yunis Səfərovla əlaqədar Gəncədə baş verən hadisələrlə bağlı terrorçuluq və digər cinayətlərinə görə məhkum olunduğu ona məlumdur. O, 2020-ci ilin təxminən oktyabr və noyabr aylarında Raufla birlikdə iki dəfə, Rauf getdikdən sonra isə dekabr ayında bir dəfə Ceyhunun hazırda adını xatırlamadığı ailə üzvünün adına olan bank hesabına aylıq 190 (yüz doxsan) manat məbləğində pulu Gəncə şəhəri, Sabir küçəsində yerləşən “MilliöN” ödəniş aparatından yükləmişdir. 2022-ci ilin əvvələrindən 2024-cü ilin aprel ayına qədər isə Ceyhunun həmin ailə üzvünün adına olan bank hesabına Moskvada olan Elvin tərəfindən hər ay 210 (iki yüz on) manat yüklənmişdir. Ceyhun Qurbanovla tanışlıq münasibətləri olmuş, onunla ilk dəfə 2014-cü ildə “Şah Abbas” məscidində ibadət əsnasında tanış olmuşdur. Ceyhun Qurbanovun sonralar Yunis Səfərovla əlaqədar Gəncədə baş verən hadisələrlə bağlı terrorçuluq və digər cinayətlərinə görə məhkum olunduğu ona məlumdur. O, 2020-ci ilin təxminən oktyabr və noyabr aylarında Raufla birlikdə iki dəfə, Rauf getdikdən sonra isə dekabr ayında bir dəfə Ceyhunun hazırda adını xatırlamadığı ailə üzvünün adına olan bank hesabına aylıq 190 (yüz doxsan) manat məbləğində pulu Gəncə şəhəri, Sabir küçəsində yerləşən “MilliöN” ödəniş aparatından yükləmişdir. 2022-ci ilin əvvələrindən isə 2024-cü ilin aprel ayına qədər isə Ceyhunun həmin ailə üzvünün adına olan bank hesabına Moskvada olan Elvin tərəfindən hər ay 210 (iki yüz on) manat yüklənmişdir. O, Akif Vəliyevi şəxsən tanımasa da, Yunis Səfərovla əlaqədar Gəncədə baş verən hadisələrlə bağlı terrorçuluq cinayətinə görə məhkum olunduğu ona məlumdur. O, 2020-ci ilin təxminən oktyabr və noyabr aylarında Raufla birlikdə iki dəfə, Rauf getdikdən sonra isə dekabr ayında bir dəfə Ceyhunun hazırda adını xatırlamadığı ailə üzvünün adına olan bank hesabına aylıq 190 (yüz doxsan) manat məbləğində pulu Gəncə şəhəri, Sabir küçəsində yerləşən “MilliöN” ödəniş aparatından yükləmişdir. 2022-ci ilin əvvələrindən 2024-cü ilin aprel ayına qədər isə Akifin həmin ailə üzvünün adına olan bank hesabına Moskvada olan Elvin tərəfindən hər ay 210 (iki yüz on) manat köçürülmüşdür. O, Eşqin adlı şəxsi şəxsən tanımasa da, sonuncunun evinin Gəncə şəhərində Atatürk prospektindəki “Sportşkola” kimi tanınan Gəncə Təhsil İdman Mərkəzinin yaxınlığında olması ona məlum olmuşdur. O, Raufla birlikdə sonuncunun bələdçiliyi ilə 2020-ci ilin təxminən oktyabr ayında Eşqinin evinə getdikdə anasının yataq xəstəsi olduğunu, lakin ərinin yəni Eşqinin atasının içkili vəziyyətdə olduğunu görmüşdür. Eşqin isə həmin vaxt artıq vəfat etmişdir. Onlar özlərini Eşqinin dostu kimi təqdim edərək Eşqin subay olduğu üçün sonuncunun atasından gizli anasına 140 manat məbləğində pul vəsaiti vermişlər. O, sonradan Raufla birlikdə 2020-ci ilin noyabr ayında, Rauf getdikdən sonra isə həmin ilin dekabr ayında Eşqinin evinə gedərək sonuncunun anasına eyni məbləğdə pulu əlbəl çatdırmışdır. 2022-ci ilin əvvələrindən isə 2024-cü ilin aprel ayına qədər isə Eşqinin anasının adına olan bank hesabına Moskvada olan Elvin tərəfindən hər ay 160 (yüz altmış) manat köçürülmüşdür. O, X15 şəxsən tanımasa da, sonuncunun Gəncədə baş verən hadisələrlə bağlı terrorçuluq cinayətinə görə məhkum olunduğu ona məlumdur. 2020-ci ilin təxminən oktyabr və noyabr aylarında Raufla birlikdə iki dəfə, Rauf getdikdən sonra isə dekabr ayında bir dəfə Hamletin adını xatırlamadığı ailə üzvünün adına olan bank hesabına aylıq 190 (yüz doxsan) manat məbləğində pulu Gəncə şəhəri, Sabir küçəsində yerləşən “MilliöN” ödəniş aparatından yükləmişdir. 2022-ci ilin əvvələrindən isə 2024-cü ilin aprel ayına qədər isə Hamletin həmin ailə üzvünün adına olan bank hesabına Moskvada olan Elvin tərəfindən hər ay 210 (iki yüz on) manat köçürülmüşdür. 0, Mahir Əzizovu şəxsən tanımasa da, 2020-ci ilin təxminən oktyabr və noyabr aylarında Raufla birlikdə iki dəfə, Rauf getdikdən sonra isə dekabr ayında bir dəfə Mahirin adını xatırlamadığı ailə üzvünün adına olan bank hesabına aylıq 190 (yüz doxsan) manat məbləğində pulu Gəncə şəhəri, Sabir küçəsində yerləşən “MilliöN” ödəniş aparatından yükləmişdir. 2022-ci ilin əvvələrindən 2024-cü ilin aprel ayına qədər isə həmin şəxslərin hazırda adlarını xatırlamadığım ailə üzvlərinin adına olan bank hesablarına Elvin tərəfindən hər ay 210 (iki yüz on) manat köçürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X47 ifadəsində göstərmişdir ki, keçən yay ifadə verməyə getmişdir və orada da Aslanı tanımadığını demişdir. Onun sözlərinə görə, oğlu məhkum olunduğu üçün ona 210 manat pul göndərilmişdir. Şahid ifadəsinə əlavə edərək bildirmişdir ki, pul 1 dəfə göndərilmişdir. Oğluna əvvəlcə 3 il cəza verilmiş, daha sonra cəzası artırılmışdır. Pul oğlunun həyat yoldaşının kartına köçürülmüşdür və həmin məbləğ türmənin kartına keçirilmişdir. Təqsirləndirilən şəxsi tanımadığını demişdir. İstintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, kartlarını çox yerdə paylaşdıqları üçün kiminsə ürəyindən nə keçsə, karta pul göndərirmiş. Kömək edənlərin kim olduğunu bilməmişlər. Pul bəzən gəlirmiş, bəzən isə gəlmirmiş. O, univermaqda işlədiyini və kartını ətrafındakı insanların tanıdığını demişdir. İstintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, X67 onun qardaşıdır və qardaşı tutulduqdan sonra onu çağırmışlar. O, Bakıda DTX-yə çağırılmışdır. Qardaşı Gəncə hadisələri zamanı tutulmuş və ona 20 il cəza verilmişdir. Şahid ora gedəndə ona karta pul gəlib-gəlmədiyini soruşmuşlar. Akifin yanına gedən valideynlərə yaşlı olduqları üçün “kart verin, sizə də yardım göndərilsin” deyilmiş və anası şahidin kartını vermişdir. Şahid ifadəsinə əlavə edərək bildirmişdir ki, kartına hər ay 100–200 manat pul köçürülürdü və yardım təxminən 4–5 il davam etmişdir. Pulun kim tərəfindən göndərildiyini bilməmişlər. Karta gələn pulu anası götürürmüş və həmin məbləğ Akif üçün xərclənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, kartını sinif yoldaşına vermişdir. Təxminən bir il keçdikdən sonra onu çağıraraq izahat almışlar. O bildirmişdir ki, dostu əvvəllər namaz qılırmış. İçərisində kart olan telefonu dostuna vermiş, dostu isə ona başqa telefon vermişdir. Hadisədən sonra şahid həmin dostu ilə əlaqəsini kəsmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onu Bakıda DTX-yə çağıraraq şəkil göstərmişlər və o, həmin şəxsi tanımadığını demişdir. Həyat yoldaşının 19 il müddətinə həbs edildiyini soruşmuşlar. Şahid qeyd etmişdir ki, həyat yoldaşı tutulduqdan sonra onlara yardım olunmuşdur. Bəzən 160– 190 manat məbləğində pul göndərilmişdir. Pulun kim tərəfindən göndərildiyini bilmədiyini bildirmişdir. İstintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, ona zəng edərək oğlunun Türkiyədə saxlanıldığını demişlər. O qeyd etmişdir ki, oğlu həbsdə olan şəxslərin ailələrinə yardım etmişdir. Oğlunun yardım etdiyi ailələri tanımadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, bacısının həyat yoldaşı hazırda həbsdədir. Bir gün bacısı ona “Leo Bank” kartı almaq istədiyini demiş, o isə öz kartını bacısına vermişdir. Bacısının həyat yoldaşı ondan kart istəmiş və ona yardım göndəriləcəyini bildirmişdir. Bacısı da şahidin kartını göndərmişdir. Şahid nə qədər pul köçürüldüyünü bilmədiyini demişdir. Təxminən bir il müddətində həmin karta aylıq 200 manat məbləğində pul göndərilmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, bu məsələ ilə bağlı əvvəllər də ifadə vermişdir. O, dayıoğluna "xxxx" kartını vermişdir. Dayıoğlu Rusiyada yaşadığı üçün kart istəmiş, o da kartı ona vermişdir. Həmin vaxt dayıoğlu kartı ailələrə yardım məqsədilə istəmişdir. Onun adı Elvin Əhmədovdur. Hadisə təxminən 2023-cü ildə baş vermişdir. Şahid kartın özündə olmadığını demişdir. Pulların müxtəlif kartlara göndərildiyini bildirmişdir. İstintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DTX-də Kənan adlı şəxs tərəfindən dindirilmişdir. İlk olaraq gəlinini çağırmışlar. O demişdir ki, oğlu — Məmmədov Vüqar — Gəncə hadisələri zamanı saxlanılmışdır. Bakıya gedən zaman ondan izahat almışlar. Daha sonra ona 190 manat yardım göndərildiyini bildirmişlər. Şahid pulu kimin göndərdiyini bilmədiyini demişdir. Karta aylıq 190 manat pul köçürülürmüş, pulun nə qədər müddət göndərildiyini isə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs tanımır. Onun oğlu Hüseyn-Zadə Oktay 10 iyul tarixində həbs olunub. Onun kartına oğlunun uşaqları üçün pul atılırdı. İlk başda 190 manat, sonra isə 210 manat pul atılıb. Təxminən 10 ay müddətində pul atılıb. Günay Zeynalova ona pul atılması üçün kart istəyib. İstintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X37 ifadəsində göstərmişdir ki, o bankdan kart alaraq gəlininə, Xəyaləyə verib. Gəlininin kartı nə üçün istifadə etdiyini bilmir. Karta hər ay 100 manat məbləğində pul vəsaiti atılırdı. Pulu kimin atdığını və neçə müddət davam etdiyini bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, müstəntiq onu çağıraraq Aslanı tanıyıb-tanımadığını soruşub, o da şəhər sakini kimi tanıdığını bildirib. Kart məsələsini də xatırlamır. 2021–2022-ci illərdə tanımadığı bir şəxs dostlarından maraqlanıb, çətinlik olsa deyə biləcəyini bildirib. O da 1–2 dəfə kart nömrəsi deyib və hər dəfə 200 manat məbləğində pul göndərilib. Aslanı yaxından tanımayıb. Bir neçə dəfə 200 manat atılıb. Əvvəl verdiyi ifadənin düzgünlüyünü təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxsı tanımır, həyat yoldaşı yeni tutulan vaxt ona kömək edilməsini xahiş edib. Gəncədə xeyriyyə işləri ilə məşğul olan yerə müraciət edib və hər ay kartına 210 manat atılıb. Təxminən 1 il müddətində pul gəlib. O “varındı ver, yoxundu götür” adlı xeyriyyə cəmiyyətinə müraciət edib, daha sonra kart nömrəsi verib və kartına ilk başda aylıq 190 manat, daha sonra isə 210 manat pul köçürülüb. İstintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid15 qızı ifadəsində göstərmişdir ki, onlar 2014-cü ildə ailə qurub. Bir müddət Azərbaycanda yaşadıqdan sonra işlə bağlı Türkiyəyə gediblər. Həmin müddət ərzində Aslanın işləri qarışıq olub. O, İran vətəndaşları ilə yazışıb görüşür və qrup halında kimin nə qədər pul verdiyini müəyyən edirdilər. Yoxsul insanlara yardım etdiyini bildirirdi. Aslanın Elmar adında dostu olub, pul həmişə Elmardan yığılırdı. Qrupda Azərbaycan vətəndaşı olanlar da var idi. Onlar evə gəlib söhbət edən zaman onu otağa girməyə qoymurdular. Aslan iş axtardığını, lakin tapa bilmədiyini deyib. Elnur onlara gəlib-gedirmiş və bir müddət sonra tutulmuşdu. Aslan İrana gedib, ziyarətə getdiyini bildirib. İrandan qayıdandan sonra Suriyaya gedib orada yaşamaq istədiyini deyib, lakin o, istəməyib. Aslan oraya döyüşmək üçün getmək niyyətində olduğunu bildirib. Uşaqlara aliment ödəyirdi. Aslanın çantasında həm kartlar, həm də pul olurdu. Pullar dollar və türk lirəsi idi, həmçinin kartlar da var idi. Pulun haradan gəldiyini bilmir. Aslan işləmədiyi halda bu qədər pulun gəlib-getməsi onu narahat edirdi. Elnur da həyat yoldaşına Suriyaya niyə getmək istədiyini deməmişdi. Türkiyədə də ailə rifahları yaxşı olmayıb. İstintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq edir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş fotoşəkil üzrə tanınma haqqında 23 may 2025-ci il tarixli Protokolla müəyyən edilmişdir ki, tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim edilmiş fotocədvəldə «2» nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanımış, həmin şəxsin əslən Gəncə şəhərindən olan «Hüseyniyun» qanunsuz silahlı birləşmənin üzvü «Hürr» ləqəbli, Hikmət adlı şəxs olduğunu, sonuncu ilə ilk dəfə Elnur Mehdiyevin tapşırığı ilə 2019-cu ilin fevral ayında İran İslam Respublikasına getdikdə onu qarşılayarkən tanış olduğunu bildirmişdir. Sözügedən, yəni fotocədvəldəki 2 rəqəmi ilə işarələnərək istifadə edilmiş fotoşəkil xx.xx.1990-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş X38 fotoşəkilidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş fotoşəkil üzrə tanınma haqqında 23 may 2025-ci il tarixli Protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş fotocədvəldə «2» nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanımış, həmin şəxsin əslən Gəncə şəhərindən olan «Hüseyniyun» qanunsuz silahlı birləşmənin üzvü Elnur Mehdiyev olduğunu və «Hüseyniyyun» təşkilatının “mühasib”i olaraq Elnur Mehdiyevin tapşırıqlarını icra etdiyini bildirmişdir. Sözügedən, yəni fotocədvəldəki 2 rəqəmi ilə işarələnərək istifadə edilmiş fotoşəkil xx.xx.1980-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş X14 fotoşəkilidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş fotoşəkil üzrə tanınma haqqında 23 may 2025-ci il tarixli Protokolla müəyyən edilmişdir ki, tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim edilmiş fotocədvəldə «4» nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanımış, həmin şəxsin barəsində ifadələrində göstərdiyi əslən Gəncə şəhərindən olan «Hüseyniyun» qanunsuz silahlı birləşmənin üzvü «Musa» ləqəbli Rövşən adlı şəxs olduğunu, sonuncunun barəsində istintaqa verdiyi ifadələrini təsdiq etdiyini bildirmişdir. Fotocədvəldəki 4 rəqəmi ilə işarələnərək istifadə edilmiş fotoşəkil 22 iyul 1982-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş X1 fotoşəkilidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş fotoşəkil üzrə tanınma haqqında 23 may 2025-ci il tarixli Protokolla müəyyən edilmişdir ki, tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim edilmiş fotocədvəldə «4» nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanımış, həmin şəxsin ifadəsində bildirdiyi “Hüseyniyyun” təşkilatının üzvü əslən Gəncə şəhərindən olan Rauf adlı sonrakı vaxtlarda adını Mürtəza olaraq dəyişmiş bir şəxs olduğunu bildirmişdir. Fotocədvəldəki 4 rəqəmi ilə işarələnərək istifadə edilmiş fotoşəkil 14 fevral 1987-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş X7 fotoşəkilidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətindən 17 avqust 2018-ci il tarixdə daxil olmuş “Məxfi” qrifli, 4/2698 nömrəli məktubun məzmunundan görünür ki, Suriyada hərbi təlimlərdə iştirak etmiş “Hürr” ləqəbli Hikmət adlı Gəncə şəhər sakinin şəxsiyyəti dəqiqləşdirilmiş, onun xx.xx.1990-cı il təvəllüdlü Gəncə şəhəri, Kəpəz rayonu, ünvan 3 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşı X66 olması müəyyən edilmişdir. X66 barəsində daxil olmuş əməliyyat əhəmiyyətli məlumatda onun 2012- 2017-ci illər ərzində 7 dəfə İran İslam Respublikasında səfərdə olması, sonuncu dəfə isə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasını tərk edərək İran İslam Respublikasına getməsi və geri qayıtmaması, eləcə də onun 2016-cı ildə “Hüseyniyyun” təşkilatının tərkibində Suriya Ərəb Respublikası ərazisində hərbi təlimlərdə iştirak etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş fotoşəkil üzrə tanınma haqqında 30 sentyabr 2025-ci il tarixli Protokolla müəyyən edilmişdir ki, iş üzrə şahid qismində dindirilmiş, terrorçuluq və digər cinayət əməllərinə görə məhkum edilmiş Şahid7 ona təqdim edilmiş fotocədvəldə «3» nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıdığını, həmin şəxsin ifadəsində bildirdiyi və hazırda İran ərazisində olan Elnur Mehdiyev olduğunu bildirmişdir. Fotocədvəldəki 3 rəqəmi ilə işarələnərək istifadə edilmiş fotoşəkil xx.xx.1980-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş X14 fotoşəkilidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmək və təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında 14 sentyabr 2018-ci il tarixli Qərarlara əsasən müəyyən edilmişdir ki, xx.xx.1990-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X10 Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin icraatında olmuş ********* №-li cinayət işi üzrə Azəbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1,279.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilindiyi üçün 14 sentyabr 2018-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ölkə hüdudlarından kənarda olduğu üçün barəsində axtarış elan edilmişdir. 19 sentyabr 2018-ci il tarixdə Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarı ilə Hikmət Əliyevin barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş fotoşəkil üzrə tanınma haqqında 30 sentyabr 2025-ci il tarixli Protokola əsasən müəyyən edilmişdir ki, iş üzrə şahid qismində dindirilmiş, terrorçuluq və digər cinayət əməllərinə görə məhkum edilmiş Şahid7 ona təqdim edilmiş fotocədvəldə «2» nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanımış, həmin şəxsin ifadəsində bildirdiyi Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona məlumdur ki, Təqsirləndirilən şəxs Türkiyədədir və Yunis Səfərovun işində həbs olunmuş şəxslərin ailələrinə, o cümlədən onun ailəsinə maddi yardımların göstərilməsini təşkil edir. Fotocədvəldəki 2 rəqəmi ilə işarələnərək istifadə edilmiş fotoşəkil xx xxxxxx 1986-cı ildə Qazaxıstan Respublikasının Semipalatinsk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və hazırda həbsdə olan Təqsirləndirilən şəxs fotoşəkilidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 fevral 2025-ci il tarixli fotoşəkil üzrə tanınma protokoluna əsasən müəyyən edilmişdir ki, tanınma zamanı iş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin icraatında olan ********* №-li cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid18 ona təqdim edilmiş fotocədvəldə «2» nömrəli fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən tanıdığını, həmin şəxsin barəsində ifadəsində adını çəkdiyi “Hüseyniyyun” təşkilatının üzvü olan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir.Fotocədvəldəki 2 rəqəmi ilə işarələnərək istifadə edilmiş fotoşəkil xx xxxxxx 1986-cı ildə Qazaxıstan Respublikasının Semipalatinsk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və hazırda həbsdə olan Təqsirləndirilən şəxs fotoşəkilidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında və təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında 14 sentyabr 2018-ci il tarixli Qərarlar ilə müəyyən edilmişdir ki, xx.xx.1990-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X10 Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin icraatında olmuş ********* №-li cinayət işi üzrə Azəbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1,279.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilindiyi üçün 14 sentyabr 2018-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ölkə hüdudlarından kənarda olduğu üçün barəsində axtarış elan edilmişdir. 19 sentyabr 2018-ci il tarixdə Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarı ilə Hikmət Əliyevin barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsi tərəfindən istintaqa təqdim edilmiş 10 dekabr 2018-ci il tarixli 7-3582 №-li məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əslən Gəncə şəhərindən olan, Davud ləqəbli şəxs, Gəncə şəhərində «Detdom» ləqəbi ilə tanınan şəxs 22 may 1980-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azrbaycan Respublikasının vətəndaşı, ünvan 4 ünvanında qeydiyyatda olan X25r. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında və təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında 26 dekabr 2018-ci il tarixli qərarlar ilə müəyyən edilmişdir ki, xx.xx.1980-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı X3 Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin icraatında olmuş ********* №-li cinayət işi üzrə Azəbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1,279.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilindiyi üçün 26 dekabr 2018-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ölkə hüdudlarından kənarda olduğu üçün barəsində axtarış elan edilmiş, həmin gün barəsində Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsi tərəfindn istintaqa təqdim edilmiş 10 may 2024-cü il tarixli 9-1425 №-li məktubdan görünür ki, İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən həmin ölkədə yaradılmış, üzvləri Azərbaycan Respublikasının vətəndaşlarından ibarət olan «Hüseyniyyun» adlı qanunsuz silahlı qruplaşmanın digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində keçirilmiş əməəliyyat- axtarış tədbirləri zamanı xx.xx.1986-cı ilddə Qazaxıstan Respublikasında doğulmuş, ünvan 5 ünvanınıdda aqeqydiyyaatda olan Təqsirləndirilən şəxs saxlanılaraq Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinə təhvil verilmişdir. Keçirilmiş əmliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs İranda yaradılmış «Hüseyniyyun» qanunsuz silahlı qruplaşmasının üzvü olmasına dair məlumatlar əldə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında 10 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “İphone 12 Pro” markalı, İMEİ ünvanı **********99854, seriya nömrəsi isə F17DX1640D92-dir, yaddaş həcmi 256 gb-dir. Mobil telefonun kontaktlar bölməsinə daxil olduqda +**********78 mobil nömrəsinin X106 adı ilə qeyd edildiyi aşkar edilmişdir. “Whatsapp” tətbiqinə daxil olduqda həmin tətbiqdə +**********3 mobil nömrəsinin “Aslan Hasan" adı ilə quraşdırıldığı müəyyən edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, “Whatsapp” tətbiqində Təqsirləndirilən şəxsla X106 adlı abunəçi arasında 23 mart -29 aprel 2024-cü il tarixlərində yazışma aparılmışdır.Baxış zamanı Təqsirləndirilən şəxsla X106 adlı istifadəçi arasında aparılmış aşağıdakı məzmunda yazışmanın mətni aşkarlanıb: 23 mart 2024-cü il tarixdəki yazışmalar X106: Salam Kərbəlayi, Təqsirləndirilən şəxs: X107 X106: Üzrlü sayın narahat edirəm, Mesaj yazmışam vaxtınız olanda baxarsız da Təqsirləndirilən şəxs: Bacım, Siz Bura yazın zehmet olmasa men başka ölkedeyem X106: Müşfiqgili soruşacaqdım Kərbəlayi xala yazmışdı səhər Təqsirləndirilən şəxs: Bacım söylüyün yoxlasınlar olmadı, Eger olmasa 3-4 güne baxıb deyaram Bacım, Size de eziyyet veririk, Allah Sizleri qorusun X106: Allah sizi əziz etsin. Dünən yoxlayıb dedi yoxdu. Başqasınındı ona görə Təqsirləndirilən şəxs: Yaxşı İNŞAALLAH həll ederik 3-4 güne, bahem Bacım 20 aprel 2024-cü il tarixdəki yazışmalar Təqsirləndirilən şəxs: Salam bacım X106: Salam Kərbəlayi necəsiz, Çöldəydim internet olmuyub Təqsirləndirilən şəxs: Şükür Allaha X106: Şükür yaxşı olun Təqsirləndirilən şəxs: Müşvikgilin bunnan önce atdığımız karta atdık, Ailesine söylersiniz bacım zehmet olmasa X106: Baş üstə Kərbəlayi, Allah razı olsun, Əziz olasız Təqsirləndirilən şəxs: Allah Sizden razı olsun bacım X106: Bu biri ay göndərmiyəsiz, Kartları var, İndi deyərəm bunu həl edərlər Təqsirləndirilən şəxs: Kartı atarsınız bacım yeni kartı X106: Baş üstə, (**********225914 saylı bank kartının foto şəkili göndərilir) Təqsirləndirilən şəxs: Müşvik? Allah razı olsun Bacım X106: Bəli, Cümləmizdən. Allah etdiklərizi ali dərəcədə qəbul etsin Təqsirləndirilən şəxs: Bahem Bacım 29 aprel 2024-cü il tarixdəki yazışmalar X106: Salam Kərbəlayi, Necəsiz İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 yanvar 2025-ci il tarixli baxış protokoluna əsasən müəyyən edilmişdir ki, baxışın predmeti "xxxx" ASC-dən 15 yanvar 2025-ci il tarixli 3-39-9/1-143/25 saylı məktubla daxil olmuş 01 ədəd CD diskdəki məlumatlardır. Belə ki, "xxxx" ASC-də açılmış Şahid14 adına ******************** saylı, X5 adına ******************** və ******************** saylı, X6 adına ******************** və ******************** saylı və Şahid17 adına ******************** saylı bank hesabları vasitəsilə 23 noyabr 2022-ci il tarixdən 22 aprel 2024-cü il tarixədək olan müddət ərzində ümumilikdə 126 əməliyyat üzrə 23,752 (iyirmi üç min yeddi yüz əlli iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü maddəsi, yəni terrorçuluq cinayətlərinə görə məhkum edilmiş şəxslərdən X40 bacısı Şahid10, X17 atası X18, X31 anası X9, X46 həyat yoldaşı Şahid9 qızının, X58 anası Şahid12, X12 həyat yoldaşı X2, X19 həyat yoldaşı Şahid2 adlarına olan bank hesablarına aylıq olaraq köçürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" ASC-dən daxil olmuş 15 yanvar 2025-ci il tarixli məktub və qoşmasına keçirilmiş 16 yanvar 2025-ci il tarixli baxış protokolu ilə müəyyən edilmişdir ki, 2020-ci ilin iyun ayından 2024-cü ilin aprel ayınadək olan müddət ərzində məhkum X46 həyat yoldaşı Şahid9 qızının adına 7,560 (yeddi min beş yüz altmış) manat, məhkum X31 anası X9 adına 10,875 (on min səkkiz yüz yetmiş beş) manat, məhkum X12 həyat yoldaşı X2 adına 9,200 (doqquz min iki yüz) manat, məhkum X17 atası X18 adına 8,630 (səkkiz min altı yüz otuz) manat, məhkum X26 həyat yoldaşı Şahid2 adına 5,870 (beş min səkkiz yüz yetmiş) manat, məhkum X40 bacısı Şahid10 adına 3,550 (üç min beş yüz əlli) manat və məhkum X58 anası Şahid12 adına 6,270 (altı min iki yüz yetmiş) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 dekabr 2024-cü il tarixli baxış protokoluna əsasən, "xxxx" ASC-dən daxil olmuş 26 dekabr 2024-cü il tarixli 3- 39-9/1-3941/24 nömrəli məktub və qoşmasında 2020-ci ilin iyun ayından 2024-cü ilin aprel ayına qədər olan müddət ərzində X13 qardaşı Şahid4 adına olan bank hesabına 3,150 (üç min yüz əlli) manat, Şahid7 Etibar oğlunun həyat yoldaşının qardaşı Şahid8 adına olan bank hesabına 4,790 (dörd min yeddi yüz doxsan) manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 yanvar 2025-cil tarixli baxış protokoluna əsasən "xxxx" ASC-dən daxil olmuş 06 yanvar 2025-ci il tarixli 3- 39-9/1-23/25 nömrəli məktub və qoşmasına keçirilmiş baxışla müəyyən edilmişdir ki, 2020-ci ilin iyun ayından 2024-cü ilin aprel ayına qədər olan müddət ərzində məhkum X41 anası X20 adına olan bank hesabına 5,410 (beş min dörd yüz on) manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 fevral 2025-ci il tarixli baxış protokoluna əsasən "xxxx" ASC-dən 19 fevral 2024-cü il tarixdə daxil olmuş 3- 39-9/1-581/25 nömrəli məktub və qoşmasında müəyyən edilmişdir ki, 2021-ci ilin dekabr ayından 2024-cü ilin aprel ayınadək olan müddət ərzində məhkum X21 anası Şahid16 Həsirət qızının adına olan bank hesabına 4,100 (dörd min yüz) manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsi tərəfindən istintaqa təqdim edilmiş 03 oktyabr 2024cü il tarixli 9-2916 №-li məktubundan görünür ki, əslən Gəncə şəhərindən olan və hazırda Rusiyada yaşayan Elvin adlı şəxs - xx.xx.1990-cı ildə ünvan 6 ünvanında qeydiyyatda olan, hazırda Rusiyada yaşayan, qatı iranyönümlü dindar kimi sosial şəbəkələrdə Azərbapycan Respublikası əleyhinə radikal fikirlər səsləndirən X48r. Əməliyyat-axtarış tədbirləri zamanı əldə edilmiş məlumatlara əsasən, X108 şəhərində orta məktəbdə təhsil aldığı müddətdə onunla birlikdə təhsil almış - xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 7 ünvanında qeydiyyatda olan Şahid14 adına sənədləşdirilmiş **********075955 saylı bank kartı vasitəsilə Azərbaycan-İran, Azərbaycan-Rusiya və əks istiqamətlərdə mütəmadi olaraq pul köçürmələrini həyata keçirmişdir. Elvin Əhmədovun Azərbaycan Respublikasında dini tolerantlıq və multikultural mühitə dini dözümsüzlük nümayiş etdirən, habelə dini nifrət və düşmənçiliyin salınmasına yönəlmiş təbliğat aparan şəxs olması müəyyən edilmişdir. Eyni zamanda Elvin Əhmədovun radikal «X56» adlı dini birliyin tərəfdarı olmasına dair məlumatlar daxil olmuşdur. Bununla yanaşı Elvin Əhmədovun, «Hüseyniyyun» silahlı qruplaşmasının əsas fəallarından biri, axtarışda olan və hazırda İranda gizlənən «Musa Əsədzadə» ləqəbli xx.xx.1982-ci il təvəllüdlü X65, Azərbaycan Respublikasına qarşı radikal dini təbliğatla məşğul olan və hazırda İranda yaşayan xx.xx.1979-cu il təvəllüdlü X73 ilə sıx əlaqəli olması, onların təsiri altında Azərbaycan əleyhinə radikal fikirlər səsləndirməsi müəyyən olunmuşdur. Məlum olmuşdur ki, Elvin Əhmədov xx.xx.2015-ci ildə Gəncə şəhərində «Məhərrəmlik ayı»ında radikal dindarlar tərəfindən keçirilmiş etiraz aksiyasının fəal iştirakçılarından biri olmuş, icazəsiz aksiyada iştirak edərək ictimai asayişin pozulmasına yönələn hərəkətlər etdiyinə görə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə cərimə edilmişdir. Araşdırmalar zamanı Elvin Əhmədovun xx.xx.2019-cu il tarixdə ölkəni Rusiya istiqamətində tərk etdiyi məlum olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, Elvin Əhmədovun 2020-ci ildən etibarən qanunsuz «Hüseyniyyun» qruplaşması üzvü olması, 2024-cü ilin may ayında həbs olunmuş həmin qruplaşmanın digər üzvü - Gəncə şəhər sakini Təqsirləndirilən şəxs ilə birlikdə qanunsuz birləşmənin fəaliyyətində, əsasən həbsdə olan dindarların ailələrinə göndərilən maddi yardımların çatdırılmasında vasitəçi kimi yaxından iştirak etməsi məlum olmuşdur. İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə əlaqəli şəkildə Azərbaycan Respublikasına qarşı apardıqları pozuculuq fəaliyyətlərinə görə azadlıqdan məhrum edilmiş Azərbaycan Respublikasının vətəndaşlarına və onların ailə üzvlərinə (ailəli məhbuslar üçün 210 AZN, subay məhbuslar üçün 160 AZN) İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə əlaqəli şəxslər tərəfindən göndərilən aylıq pul vəsaitlərinin çatdırılmasında, həmin vəsaitlərin cəmlənməsi, bölüşdürülməsi və bu istiqamətdə maliyyə hesabatlarının hazırlanmasında yaxından iştirak etmişdir. Həmin pul vəsaitlərinin Rusiyadan Azərbaycana qanunsuz yollarla köçürülməsi birbaşa Elvin Əhmədov tərəfindən həyata keçirilmişdir. Əldə olunmuş məlumatlara görə, Elvin Əhmədov hazırda qanunsuz “Hüseyniyyun” silahlı qruplaşmasının maliyyə kanalında fəaliyyətini davam etdirir. Əməliyyat-axtarış tədbirləri zamanı X98 İslam Respublikasının xüsusi xidmət orqanları ilə əlaqəli şəxslərin tapşırığı ilə Azərbaycan Respublikasına qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətləri həyata keçirən şəxslərin maliyyələşməsinə, eləcə də terror-təxribat fəaliyyətlərinə görə Azərbaycanda həbsdə olan radikal şəxslərin ailə üzvlərinə pul köçürülməsinə təşkilatçılıq etməsinə dair əməliyyat məlumatları daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə 29 may 2024-cü il tarixli tələbnaməsi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 13 mart 2012-ci il tarixdən 10 may 2024-cü il tarixədək olan müddət ərzində Gürcüstan Respublikasına, Rusiya Federasiyasına, İran İslam Respublikasına və Türkiyə Respublikasına çoxsaylı səfərləri olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X114 tərəfindən verilmiş 21 may 2024-cü il tarixli 1477 №-li rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, onda hal-hazıradək olan dövr ərzində xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir, onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ona istinad edilən əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimayi təhlükəliliyini tam dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs terrorçuluğu maliyyələşdirmə və . cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə cinayətlərini törətmiş olduğu sübutların qarşılıqlı və müqayisəli tədqiqi nəticəsində sübut olunur. Belə ki, Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kim qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi toplanmış sübutları hərtərəfli və müqayisəli tədqiq edərək, eləcə də araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 və 218.2-ci maddələri ilə düzgün tövsif olunmalıdır. Belə ki, terrorçuluğu maliyyələşdirmə cinayət tərkibi «Terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə haqqında» 9 dekabr 1999-cu il tarixli BMT-nin Konvensiyasının müddəalarının icra edilməsi üzrə Azərbaycan Respublikasının öz üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi istiqamətində görülən tədbir olaraq CM-ə daxil edilmişdir. Terrorçuluğu maliyyələşdirmə cinayətinin ictimai təhlükəliliyi adamların həlak olması, əhəmiyyətli əmlak ziyanının vurulması, başqa ağır nəticələrin baş verməsi təhlükəsi törədən partlayışların, yanğınların və ya digər hərəkətlə rin edilməsi, habelə bu hərəkətlərin edilməsi hədəsinin həyata keçirilməsində ehtiva edir, məhz Təqsirləndirilən şəxs da üzvü olduğu cinayətkar birliyin əsas amalı terrorçuluq və digər dövlət əleyhinə olan cinayətlərə görə həbsdə olan şəxslərə gələcəkdə də öz əməllərinin davam etdirilməsi üçün əlverişli şəraitin yaradılması, eləcə də ayrı-ayrı şəxslər tərəfindən sözügedən qəbildən olan cinayətlərin törədilməsinə zəmin yaradılmasında ehtiva olunur. Eləcə də, Cinayət Məcəlləsinin 214-1-ci maddəsində nəzərdə tutulan və Təqsirləndirilən şəxs tərəfindən törədilmiş terrorçuluğu maliyyələşdirmə cinayətində predmet qismində məhz pul vəsaitləri iştirak etmiş, sözügedən şəxslərə məxsus olan bank kartlarına köçürülmüşdür. Lakin, pulların haradan və necə əldə olunması barədə təqsirləndirilən şəxs tərəfindən heç bir əsaslı sübut irəli sürülməmişdir. İran İslam Respublikasında yaranmış qeyri-qanuni birləşmə olan və əsas məqsədi Azərbaycanda sabitliyə və dövlətçiliyə ziyan vurmağa hədəflənmiş, hakimiyyətin zorla ələ keçirilməsini qarşısına əsas məqsəd qoyan “Hüseyniyyun” cinayətkar təşkilatının bu pulları haradan və necə əldə olunması öz təsdiqini tapmır. Belə ki, Cinayət Məcəlləsinin 214-1-ci maddəsində terrorçuluğu maliyyələşdirmə dedikdə yalnız terror hadisənin törədilməsini özündə ehtiva etmir, eləcə də bu qəbildən olan, yəni CM-in 102, 214, 214-2, 214-3, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində öz əksini tapan əməllərin maliyyələşdirilməsini də ehtiva edir. Eləcə də, sözügedən 214-1-ci maddənin “Qeyd” hissəsi aşkar şəkildə bildirir ki, terrorçuluğun maliyyələşdirilməsi əməlinə görə cinayət məsuliyyətinin terrorçuluğun maliyyələşdirilməsi məqsədilə toplanılan və ya verilən pul vəsaitlərinin və ya digər əmlakın terror aktlarının törədilməsində və ya törədilməsinə cəhddə faktiki istifadə olunmaması eləcə də terrorçuluğun maliyyələşdirilməsi məqsədilə toplanılan və ya verilən pul vəsaitlərinin və ya digər əmlakın konkret terror aktı ilə əlaqədar olmaması sözügedən maddə üzrə cinayət məsuliyyətini istisna etmir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlindən aşkar surətdə görünür ki, pul vəsaitləri və ya digər əmlak CM-in 102, 214, 214-2, 214-3, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 279, 280, 282 və 283-1-maddələrində nəzərdə tutulmuş əməllərin hazırlanmasının, təşkil olunması və ya törədilməsinin, yaxud terrorçunun va ya terrorçu qrupun maliyyələşdirilməsi məqsədilə toplanılsın və ya verilsin. Cinayət Məcəlləsinin 218.2-ci maddəsində nəzərdə tutulan cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə dedikdə, bu birliyin üzvlüyünə daxil olma, cinayətkar fəaliyyətində iştiraka razılıq, cinayətkar fəaliyyət hazırlanması, xarakteri ilə bağlı iclas və müşavirələrdə iştirak, cinayətkar təşkilatın rəhbərlərinin tapşırıqlarını yerinə yetirmə başa düşülür. Birliyin iştirakçılarına həm cinayət əməllərinin bilavasitə icraçıları, həm də cinayətin törədilməsində köməkçi funksiyaları yerinə yetirən şəxslər aid edilir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən məhkəmə istintaqı zamanı verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı şübhəli şəxsin dindirilməsi protokolu, təqsirləndirilən şəxsin dindirilməsi protokolu əsas tutur. Eləcə də, məhkəmə iclası zamanı elan olunmuş ifadələrə öz münasibətini bildirən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı daha əvvəl ifadə verərkən bəzi xüsusatların səbəbini izah etmədən unutmasını bildirmiş, ibtidai istintaq zamanı verdiyi ifadələrin bir hissəsini təsdiq etmişdir. Həmçinin də, həmin ifadəni məcburi imzalamasını bildirsə də, səbəbləri barədə heç nə bildirməmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 və 218.2-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 və 218.2-cü maddələri ilə təqsirli bilinərək, ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, yəni xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 640 (altı yüz qırx) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs istifadəsində olmuş «lphone 12 Pro» markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 və 218.2-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2-ci maddəsi ilə 10 (on) il 6 (altı) ay, 218.2-ci maddəsi ilə ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından müdafiəçi X42 üçün 640 (altı yüz qırx) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs istifadəsində olmuş «lphone 12 Pro» markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar