Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-50/2022 14.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun, zərər çəkmiş şəxsin hüquqi varisi X10, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə 15 avqust 1986-cı ildə Samux rayonunda, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Samux rayon Qaraağaclı (Qırmızı Samux) kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 04 oktyabr 2019-cu il tarixdə saat 22 radələrində, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələbinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, Qanunun bu tələbini pozaraq sürücülük vəsiqəsi olmadan baş etibarnamə əsasında idarə etdiyi və faktiki olaraq ona məxsus olan “VAZ 21061” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib Samux rayonu Qaraağaclı-Yenikənd kənd avtomobil yolu ilə Samux rayonu Yenikənd kəndi istiqamətində 60 kilometr saat sürətlə hərəkətdə olan zaman həmin yolun 1-ci kilometrliyində, Samux rayonu Qaraağaclı kəndi ərazisindən keçən hissəsində ondan qabaqda onunla eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitəsini ötüb keçərkən «Yol hərəkəti haqqında» Azərbayan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən ötməyə başlamazdan əvvəl qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boş olmalı və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verməli, habelə həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinə əsasən maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 50 km\saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60 km\saat sürətlə idarə etməklə hərəkət sürətini aşmaqla göstərilən maddələrin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qeyd olunan maddələrin tələblərinə əməl etməməsi səbəbindən ondan qabaqda onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs4 idarə etdiyi “VAZ 21061” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ötüb keçmək üçün idarə etdiyi avtomobil ilə əks istiqamətli hərəkət yoluna çıxmış və bu zaman idarə etdiyi avtomobil onun hərəkət istiqamətinə əks istiqamətdə qarşıdan gələn X4 idarə etdiyi “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşmadan sonra idarə etdiyi avtomobil arxada onunla eyni istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs4 idarə etdiyi “VAZ 21061” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş və hər iki avtomobil yolun sağ tərəf kənarında yerləşən çuxura düşmüş, “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil isə hərəkət yolunda yanıüstə aşmış, nəticədə “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü zərərçəkmiş X4 ehtiyatsızlıqdan döş sümüyünün İİİ qabırğa səviyyəsində sınmasından, döş qəfəsinin sağ tərəfində İİİ,İV,V,Vİ qabırğaların orta körpücük xətt üzrə, döş qəfəsinin sol tərəfində Vİİİ,İX,X qabırğaların ön qoltuqaltı xətt üzrə sınmasından, sınıq ətrafı yumşaq toxumalara qansızmanın olmasından, mədənin və yoğun bağırsağın selikli qişalarının cırılmasından, bağırsaq müsariqələrinə ocaqlı qansızmalardan, sol bazu nahiyəsinin, döş qəfəsinin ön səthinin və qarının sol yan səthinin böyük ölçülü qançırlarından, hematomalarından, sol bazu sümüyün qapalı sınığından, sağ əlin iç səthinin, hər iki baldır nahiyələrinin qançırlarından, hər iki diz nahiyələrinin sıyrıqlarından və ölümünə səbəb olan qarının qapalı küt travması nəticəsində mədənin və yoğun bağırsağın selikli qişasının cırılmasından əmələ gələn kəskin daxili qanitirməsindən ibarət sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirilməsi, “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olmuş Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan döş qəfəsinin əzilməsindən ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət, “VAZ 21061” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olmuş Zərərçəkmiş şəxs2 sol dirsək nahiyəsinin və sol pəncənin sıyrıqlarından ibarət dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin olunmayan xəsarətlər yetirilməsi, habelə zərərçəkmiş X2 idarə etdiyi “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4806 manat miqdarında və Zərərçəkmiş şəxs4 idarə etdiyi “VAZ 21061” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 300 manat miqdarında maddi ziyan vurulması ilə nəticələnən və ehtiyatsızlıqdan X4 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədib yol hərəkəti qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkimiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. 2014-cü il tarixdə o, Tərtər rayonundan olan X8 ona məxsus “VAZ 21061” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobili o, baş etibarnamə ilə idarə etmişdir. Onun sürücülük vəsiqəsi yoxdur. 04 oktyabr 2019-cu il tarixdə saat təxminən 21:30 radələrində o, yaşadığı Samux rayon Qaraağaclı kəndində mərkəzdə olan zaman, Zərərçəkmiş şəxs2la rastlaşmışdır. Onunla söhbət edən zaman qərara gəlmişdirlər ki, Kür çayının sahilində kafelərin birində balıq yesinlər. Rafiq də onunla razılaşdıqdan sonra o, idarə etdiyi “VAZ 21061” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola düşmüşdür. Balıq yeməyə əlavə olaraq onlarla kəndçiləri Şahid2 və Şahid3 da gəlmişlər. Rafiq idarə etdiyi avtomobilin arxa sol tərəfində, Müşfiq onun sağ tərəfində, qabaq sağda isə Akif oturmuşdur. O, idarə etdiyi “VAZ 21061” markalı avtomobillə Samux rayon Qaraağaclı-Yenikənd kənd avtomobil yolu ilə 60 km\saat sürətlə hərəkətdə olan zaman Samux rayon Qaraağaclı kəndi ərazisində sonradan bildiyi Zərərçəkmiş şəxs4 idarə etdiyi “VAZ 21061” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaqda ondan təxminən 60 metr məsafədə üzü Samux rayon Yenikənd kəndi istiqamətində hərəkət etdiyini görmüdür. O, Zərərçəkmiş şəxs4 idarə etdiyi “VAZ 21061” markalı avtomobilə 10 metr qalmış onu ötüb keçmək istəmişdir. Bunun üçün də o, idarə etdiyi avtomobilin sola dönmə işıq siqnalını qoşub ötmə əməliyyatını yerinə yetirmək üçün əks istiqamətli hərəkət yoluna çıxmışdır. Zərərçəkmiş şəxs4 idarə etdiyi “VAZ 21061” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ötüb 10 metr qabağa sürmüşdür ki, qarşı əks istiqamətli hərəkət yolunda təxminən 20 metr məsafədən sonradan bildiyi əmisi X4 idarə etdiyi “VAZ 21074” markalı avtomobilin gəldiyini gördmüşdür. Ağamirzə Mustafayev uzaq işıqlarla gəldiyi üçün o, ona öz avtomobilinin yaxın-uzaq işıqlarını yandırıb keçirtməklə işarə etmişdir ki, Ağamirzə Mustafayev öz avtomobilinin uzaq işıqlarını keçirtsin. X17 idarə etdiyi avtomobilin uzaq işıqlarını keçirtmədiyi üçün və onun avtomobilinin işıqları onun gözünə düşdüyündən onun gözü həmin an 4-5 saniyə qamaşmış və bir də görmüşdür ki, Ağamirzə Mustafayevin idarə etdiyi avtomobillə toqquşacaq deyə o, idarə etdiyi avtomobili bir qədər sağ tərəfə çəkmişdir ki, Ağamirzə Mustafayevin idarə etdiyi avtomobillə toqquşmasın. Həmin vaxt Zərərçəkmiş şəxs4 idarə etdiyi avtomobillə onun sağ tərəfindən onun idarə etdiyi avtomobilə çatdığından o, qəzadan yayına bilməmiş və idarə etdiyi avtomobilin qabaq sol tərəfi Ağamirzə Mustafayevin idarə etmiş olduğu “VAZ 21074” markalı avtomobilin qabaq sol tərəfinə dəyərək toqquşmuş və toqquşduqdan sonra idarə etdiyi “VAZ 21061” markalı avtomobil həmin yolda onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs4 idarə etdiyi “VAZ 21061” markalı **-BA-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yolun kənarında olan çuxura düşmüşdür. O, ilkin olaraq Ağamirzə Mustafayevin idarə etmiş olduğu “VAZ 21074” markalı avtomobili yük avtomobilinə oxşatmış, buna görə də o, hadisə vaxtı əyləc pedalını basmamış, fikirləşmişdir ki, əgər əyləc pedalını bassa, idarə etdiyi avtomobilin təkərləri sürüşər və avtomobil həmin yük avtomobilinin qarşı tərəfinə çıxar. Məsafə getdikcə azaldığından həmin avtomobilin yük avtomobili yox, Ağamirzə Mustafayevin idarə etmiş olduğu “VAZ 21074” markalı avtomobilin olduğunu bilmişdir. Toqquşmadan sonra o, heç nə xatırlamamış, birdə ayılmışdır ki, idarə etdiyi avtomobil yolun sağ tərəfinə çuxura aşmışdır. Onun üçün təhlükə 20 metr məsafədən yaranmışdır. Sonradan hadisə yerinə kənd camaatı toplaşmış və onu avtomobildən çıxardıb xəstəxanaya yola salmışlar. Qəzanın baş verməsinə səbəb Ağamirzə Mustafayevin idarə etdiyi avtomobillə ona şərait yaratmaması olmuş, belə ki, o, ötmə əməliyyatını tam başa çatdıra bilməmiş, idarə etdiyi avtomobildə ondan başqa dostları Rafiq Qsımov, Şahid2 və Şahid3 olmuşdur. Avtomobili 60 km\saat sürətlə idarə etmişdir. Hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışmışdır. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, X5 onun əridir. Ağamirzə Mustafayev uzun müddət sürücü işləmişdir. Ağamirzə Mustafayevin əvvəllər özünə məxsus avtomobili olmuşdur, sonradan yenisini almaq üçün avtomobili satmışdır. Bir müddət avtomobilsiz qalmışdır. Onun qardaşı oğlu Zərərçəkmiş şəxs3 məxsus “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır və Ağamirzə Mustafayev bəzi işləri görmək üçün ondan avtomobili idarə etmək üçün etibarnamə almışdır. 04.10.2019-cu il tarixdə saat 08 radələrində əri Ağamirzə Mustafayev qardaşı Əhmədiyyə ilə birlikdə Gədəbəy rayonuna getmişlər. Axşam saat 23 radələrində qohumları ona zəng etmişlər ki, əri Ağamirzə Köbər kəndində evə gələn zaman qəzaya düşmüş, ancaq elə bir ciddi xəsarət almamış, hal-hazırda xəstəxanadadır. O da qohumlarıyla birlikdə Gəncə şəhər Beynəlxalq xəstəxanasına getmişdir. Xəstəxanada ona demişdirlər ki, həmin gün, yəni 04.10.2019-cu il tarixdə saat 22 radələrində qaynıoğlu Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21061 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobillə Samux rayonu Qaraağaclı kənd avtomobil yolunun 1-ci kilometrliyində Samux rayonu Yenikənd kəndi istiqamətində hərəkətdə olarkən əri X4 idarə etdiyi VAZ 21074 markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və toqquşduqdan sonra Təqsirləndirilən şəxs idarə etmiş olduğu VAZ 21061 markalı avtomobil həmin yolda Samux rayonu Qaraağaclı kənd sakini Zərərçəkmiş şəxs4 idarə etdiyi VAZ 21061 markalı **-BA-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin qəza zamanı əri Ağamirzə Mustafayevin bir neçə qabırğası sınmış və müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. 08-09 oktyabr 2019-cu il tarixdə isə əri Ağamirzə Mustafayev xəstəxanada qala bilmədiyi üçün evə gətirmişlər. 12 oktyabr 2019-cu il tarixdə əri Ağamirzə Mustafayev özünü pis hiss etdiyi üçün onlar ona təcili tibbi yardım avtomobili çağırmışlar. Ancaq həmin günü əri Ağamirzə Mustafayev dünyasını dəyişmişdir. Hadisənin ehtiyyatsızlıqdan baş verməsini nəzərə alıb, Təqsirləndirilən şəxs ərinin qardaşı oğlu olmaqla onun qohumu olduğunu, ona qarşı hər hansı şikayət və tələbi olmadığını, onunla barışdığını, hazırda da şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, X5 onun yeznəsidir. Təqsirləndirilən şəxs Ağamirzə Mustafayevin qardaşı oğludur, həm də onunla qohumdur, Zərərçəkmiş şəxs4 isə onun kəndçisidir. Oğlu Zərərçəkmiş şəxs3 adına “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, həmin avtomobili onlar 03.10.2019-cu il tarixdə etibarnamə ilə Ağamirzə Mustafayevə vermişlər ki, müvəqqəti olaraq öz işləri üçün idarə etsin. 04.10.2019-cu il tarixdə saat 08 radələrində o, Ağamirzə Mustafayevin idarə etdiyi “VAZ 21074” markalı avtomobillə Gədəbəy rayonundan kartof almağa getmişdir. Axşam saat 21:30 radələrində, Ağamirzə Mustafayev idarə etdiyi “VAZ 21074” markalı avtomobillə Samux rayon Yenikənd-Qaraağaclı kənd avtomobil yolu ilə 50 km\saat sürətlə hərəkətdə olan zaman onlardan təxminən 50-60 metr qabaqda əks istiqamətli hərəkət yolunda sonradan bildiyi Zərərçəkmiş şəxs4 idarə etdiyi “VAZ 21061” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin, onun arxası ilə isə sonradan bildiyi qohumu Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21061” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin uzaq işıqları ilə gəldiyini görmüşlər. Bu zaman Ağamirzə Mustafayev idarə etdiyi avtomobilin yaxın-uzaq işıqlarını keçirdib yandırmaqla Təqsirləndirilən şəxs işarə etmişdir ki, idarə etmiş olduğu avtomobilin uzaq işıqlarını keçirtsin. O, Ağamirzə Mustafayevin idarə etdiyi “VAZ 21074” markalı avtomobilin qabaq sağ tərəfində oturmuşdur. Ağamirzə Mustafayev idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs4 idarə etmiş olduğu avtomobilə təxminən 10 metr qalmış Təqsirləndirilən şəxs qəflətən idarə etdiyi “VAZ 21061” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili əks istiqamətli hərəkət yoluna, onların gəldikləri istiqamətə çıxararaq Zərərçəkmiş şəxs4 idarə etdiyi “VAZ 21061” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ötmə əməliyyatnı yerinıə yetirməyə başlamışdır. Onlar üçün təhlükə həmin andan başlamışdır. Ağamirzə Mustafayev görmüşdür ki, onların avtomobili ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil toqquşacaq deyə idarə etdiyi “VAZ 21074” markalı avtomobili yolun sağ tərəfinə çəkmiş, Rüstəm Mustafev də idarə etdiyi “VAZ 21061” markalı avtomobili yolun sağ tərəfinə, öz hərəkət istiqamətinə çəkmiş, ancaq aralarında məsafə az olduğundan Ağamirzə Mustafayevin və Təqsirləndirilən şəxs idarə etdikləri avtomobillərin sol tərəfləri bir-birinə dəyərək toqquşmuşdur. Zərbənin təsirindən Ağamirzə Mustafayevin idarə etdiyi avtomobil yolun hərəkət hissəsində fırlanaraq onun oturduğu səmtə yanıüstə aşmışdır. Bundan sonra o, avtomobildə Ağamirzə Mustafayevi səsləmiş, o da ona demişdir ki, “salamatçılıqdır, çalışaq avtomobildən çıxaq”. O da sürünərək avtomobildən çıxıb kömək çağırmışdır. Ağamirzə Mustafayevin ayağı oturacağa ilişdiyindən o, avtomobildən özü çıxa bilməmiş və sonra onlar kənd camaatı ilə ona köməklik edərək onu avtomobildən çıxartmışlar. Qəzanın baş verməsinə səbəb Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21061” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin onların hərəkət yoluna çıxaraq ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olmuşdur. Ağamirzə Mustafayevin idarə etdiyi avtomobildə ondan başqa heç kim olmamışdur. Yol-nəqliyyat hadisəsi zamanı bədəninin sol tərəfindən xəsarət almışdır. Təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, X5 qonşusudur, Təqsirləndirilən şəxs kəndçisidir. X6rdaşı oğludur. Zərərçəkmiş şəxs4 isə qonşu kənddə yaşayır. Təqsirləndirilən şəxs onun dostudur, onun “VAZ 21061” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 04 oktyabr 2019cu il tarixdə saat 21 radələrində kəndçisi Şahid2 ona zəng edərək onu balıq yeməyə dəvət etdmişdir. Bir qədər keçmiş Akif və dostu Şahid3 Rüstəmin idarə etdiyi “VAZ 21061” markalı avtomobillə onun yaşadığı evə gəlmişlər. O, onlarla görüşdükdən sonra onlar Samux rayon Yenikənd kəndinə getmişlər. O, Rüstəmin idarə etdiyi avtomobilin arxa sol tərəfində, Müşfiq onun sağ tərəfində, qabaq sağda isə Akif oturmuşdur. Rüstəmin idarə etdiyi “VAZ 21061” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Samux rayon Qaraağaclı-Yenikənd kənd avtomobil yolu ilə 60 km\saat sürətlə hərəkətdə olan zaman onlardan təxminən 100 metr qabaqda onlarla eyni istiqamətdə sonradan bildiyi Zərərçəkmiş şəxs4 idarə etdiyi “VAZ 21061” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin getdiyini görmüşdür. Rüstəm idarə etdiyi “VAZ 21061” markalı avtomobillə Etibarın idarə etdiyi “VAZ 21061” markalı avtomobilə təxminən 10 metr qalmış çatan zaman istəmişdir ki, onu ötüb keçsin. Bunun üçün də Rüstəm idarə etdiyi avtomobilin sol yan siqnalını qoşub üç dəfə də Etibara avtomobilin uzaq-yaxın işıqlarını keçirdib yandırmaqla işarə etmişdir ki, onu ötüb keçmək istəyirmiş. Bunu görən Etibar idarə etdiyi avtomobili bir qədər sağa doğru çəkmiş və bu zaman da Rüstəm idarə etdiyi avtomobillə əks istiqamətli hərəkət yoluna çıxmışdır. Bu an onlardan təxminən 20 metr qabaqda əks istiqamətli hərəkət hissəsində sonradan bildiyi X4 idarə etmiş olduğu “VAZ 21074” markalı avtomobillə gəldiyini görmüşdür. Rüstəm idarə etdiyi avtomobillə Etibarın idarə etmiş olduğu avtomobili ötərək təxminən 10 metr qabağa keçmişdir. Bundan sonra Rüstəm idarə etdiyi avtomobili əks istiqamətli hərəkət yolundan öz hərəkəti istiqamətinə bir qədər çəkərək yolun ortasında olan xəttin üzəri ilə hərəkətini davam etdirən zaman arxadan onların sağ tərəfindən Etibarın avtomobillə gəldiyini görüb Rüstəm öz hərəkət yoluna bütünlüklə qayıda bilməmiş, elə bu an da Ağamirzə Mustafayev idarə etdiyi “VAZ 21074” markalı avtomobillə onlara yaxınlaşmış, o da avtomobillərin toqquşacağını görüb Rüstəmə demişdir ki, idarə etdiyi avtomobili yolun sağ tərəfinə çəksin, ancaq yolun sağ tərəfindən arxadan Zərərçəkmiş şəxs4 gəldiyi üçün o, idarə etdiyi avtomobili tam şəkildə yolun sağ hərəkət hissəsinə çəkə bilməmiş, buna görə də Rüstəmin idarə etdiyi avtomobillə Ağamirzənin idarə etdiyi avtomobillərin sol tərəfləri bir-birinə dəyərək toqquşmuşdur. Zərbənin təsirindən onların avtomobili yerində fırlanaraq arxadan gələn Etibarın idarə etdiyi avtomobilin qabaq tərəfinə keçmiş, Etibar da onlarla toqquşmamaq üçün tormoz vermiş, ancaq buna baxmayaraq Rüstəmin idarə etdiyi “VAZ 21061” markalı avtomobillə Etibarın idarə etdiyi avtomobil toqquşmuş və zərbənin təsirindən onların avtomobili yolun kənarında olan çuxura aşaraq dayanmışdır. Hadisədən sonra Akif, Müşfiq və o, avtomobildən düşmüşdür. Bundan sonra hadisə yerinə kənd camaatı yığılmış və avtomobildə qalan Rüstəmi, daha sonra isə Ağamirzə və Əhmədiyyəni çıxarmışlar. 04.10.2019-cu il tarixdə qəzanın baş verməsinə səbəb Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21061” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə ötmə əməliyyatını düzgün yerinə yetirməməsi və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ötmə əməliyyatını başa çatdırmağa imkan verməməsi olmuşdur. Təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, anası Şahid1 adına “VAZ 21061” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili baş etibarnamə ilə AC 639238 seriyalı “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. 04 oktyabr 2019-cu il tarixdə saat təxminən 21:30 radələrində o, yaşadığı Samux rayon Qaraağaclı kəndindən idarə etdiyi “VAZ 21061” markalı avtomobillə Samux rayon Yenikənd kəndində yaşayan qohumu Sonanın evinə getmək üçün yola çıxmışlar. Həmin vaxt anası Alagöz onunla getmiş və o, onun idarə etdiyi avtomobilin arxa sol tərəfdə oturmuşdur. O, idarə etdiyi “VAZ 21061” markalı avtomobillə 50 km\saat sürətlə Samux rayon Qaraağaclı-Yenikənd kənd avtomobil yolunda hərəkətdə olan zaman Samux rayon Qaraağaclı kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21061” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin uzaq işıqları ilə ondan təxminən 30 metr məsafədə arxa tərəfindən, həmçinin ondan təxminən 50 metr məsafədə qabaqda yolun əks istiqamətli hərəkət hissəsindən Samux rayon Qaraağaclı kənd sakini X4 idarə etdiyi “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəldiyini görmüşdür. Arxa tərəfdən gələn Təqsirləndirilən şəxs avtomobili uzaq işıqları ilə idarə etdiyi üçün o, öz avtomobilinin qəza siqnalını bir neçə dəfə qoşmuşdur ki, uzaq işıqları keçirtsin. Ancaq Rüstəm işıqları gah keçirtmiş, gah da yandırmışdır. İdarə etdiyi avtomobili yolun bir qədər sağ tərəfinə çəkmişdir ki, Rüstəm yanından ötüb keçsin. Rüstəm arxa tərəfdən ona yaxınlaşaraq birbaşa yolun əks istiqamətli hərəkət hissəsi ilə hərəkət edərək idarə etdiyi avtomobillə onun idarə etdiyi avtomobili ötüb keçsin, o, ötüb keçdikdən sonra yenə yolun sol tərəfi ilə əks istiqamətli hərəkət hissəsində hərəkətini davam etdirmişdir. Bu zaman qarşıdan Ağamirzənin idarə etdiyi “VAZ 21074” markalı avtomobilin də artıq Rüstəmin idarə etdiyi avtomobilə çatdığını görmüşdür. Ondan təxminən 15 metr məsafədə qabaqda Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21061” markalı avtomobillə Ağamirzə Mustafayevin idarə etdiyi “VAZ 21074” markalı avtomobil yolun hərəkət hissəsində toqquşmuşdur. O da həmin avtomobillərin qarşı tərəfdə toqquşduğunu və onun da onlarla toqquşacağını görüb idarə etdiyi avtomobili yolun sağ tərəfinə çəkərək əyləc pedalını basmışdır. Ancaq Rüstəmin idarə etdiyi “VAZ 21061” markalı avtomobillə Ağamirzənin idarə etdiyi “VAZ 21074” markalı avtomobil toqquşduqdan sonra Rüstəmin idarə etdiyi “VAZ 21061” markalı avtomobil onun hərəkət istiqamətinə çəpəki olaraq gəldiyindən onun idarə etdiyi avtomobilin qabaq sağ tərəfi Rüstəmin idarə etdiyi “VAZ 21061” markalı avtomobilə dəymiş və onlar yolun kənarında olan çuxura düşmüşlər və çuxura düşən zaman Rüstəmin idarə etdiyi “VAZ 2106” markalı avtomobil aşılı vəziyyətdə qalmışdır. Bundan sonra o və anası avtomobildən düşmüş və düşən zaman o, görmüdşür ki, Ağamirzə Mustafayevin idarə etdiyi “VAZ 21074” markalı avtomobil onlardan təxminən 20 metr məsafədə yolun əks istiqamətli hərəkət hissəsində yanıüstə üzü Gəncə şəhəri istiqamətində dayanmışdır. Sonaradan hadisə yerinə kənd camaatı toplaşmış və onlar Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21061” markalı avtomobildə, həmçinin Ağamirzə Mustafayevin idarə etdiyi “VAZ 21074” markalı avtomobildə olan adamları çıxartmışlar. Həmin avtomobildə Ağamirzə Mustafayevdən başqa Zərərçəkmiş şəxs1 da olmuşdur. Rüstəmin idarə etdiyi “VAZ 21061” markalı avtomobildə isə ondan başqa Zərərçəkmiş şəxs2 və daha iki nəfər şəxs də olmuşdur. Qəza zamanı nə o, nə də anası Alagöz xəsarət almamışdır. 04.10.2019-cu il tarixdə qəzanın baş verməsinə səbəb Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21061” markalı **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olmuş, belə ki, o, ötməni tam başa çatdıra bilməmişdir. Onun avtomobilinə 300 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, X10 bibisidir. Bibisinin əri Ağamirzə Mustafayev əvvəllər uzun müddət sürücü işləmişdir. Ağamirzə Mustafayevin əvvəllər özünə məxsus avtomobili olmuşdur, sonradan yenisini almaq üçün avtomobili satmışdır. Bir müddət avtomobilsiz qalmışdır. Onun adına “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır və Ağamirzə Mustafayev bəzi işləri görmək üçün ondan avtomobili idarə etmək üçün etibarnamə almışdır. Ağamirzə Mustafayev etibarnaməni 03.10.2019-cu il tarixdə almışdır. 03 oktyabr 2019-cu il tarixdə Ağamirzə Mustafayev ona demişdir ki, sabah, yəni 04 oktyabr 2019-cu il tarixdə atası Əhmədiyyə ilə birlikdə Gədəbəy rayonuna gedəcək. 04 oktyabr 2019-cu il tarixdə saat 08 radələrində Ağamirzə Mustafayev atası Əhmədiyyə ilə birlikdə Gədəbəy rayonuna getmişlər. Axşam saat 23 radələrində qohumları ona zəng etmişlər ki, Ağamirzə Qaraağaclı kəndində evə gələn zaman qəzaya düşmüş və halhazırda Ağamirzə xəstəxanadadır. O da qohumlarıyla birlikdə Gəncə şəhərində yerləşən xəstəxanaya getmişdir. Xəstəxanada bilmişdir ki, həmin gün, yəni 04 oktyabr 2019-cu il tarixdə saat 22 radələrində qohumu Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21061” markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobillə Samux rayonu Qaraağaclı kənd avtomobil yolunun 1-ci kilometrliyində Samux rayonu Yenikənd kəndi istiqamətində hərəkətdə olan zaman X4 idarə etdiyi “VAZ 21074” markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, sonra Təqsirləndirilən şəxs idarə etmiş olduğu “VAZ 21061” markalı avtomobil həmin yolda Samux rayonu Qaraağaclı kənd sakini Zərərçəkmiş şəxs4 idarə etdiyi “VAZ 21061” markalı **-BA-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin qəza zamanı Ağamirzə Mustafayevin bir neçə qabırğası sınmış və müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. 08-09 oktyabr 2019-cu il tarixdə isə Ağamirzə Mustafayev xəstəxanada qala bilmədiyi üçün evə gətirmişlər. 12 oktyabr 2019-cu il tarixdə Ağamirzə Mustafayev özünü pis hiss etdiyi üçün onlar ona təcili tibbi yardım avtomobili çağırmış, ancaq həmin günü Ağamirzə Mustafayev dünyasını dəyişmişdir. Ağamirzə Mustafayevin idarə etdiyi “VAZ 21074” markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçi odur və qəza zamanı onun avtomobilinə 4806 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, adına “VAZ 21061” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili oğlu etibarnamə ilə sürücülük vəsiqəsi əsasında idarə edir. 04 oktyabr 2019-cu il tarixdə saat təxminən 21:30 radələrində o, oğlu Etibarla yaşadığı Samux rayon Qaraağaclı kəndindən oğlunun idarə etdiyi “VAZ 21061” markalı avtomobillə Samux rayon Yenikənd kəndində yaşayan qohumu Sonanın evinə getmək üçün yola çıxmışlar. O, Etibarın idarə etdiyi avtomobilin arxa sol tərəfində oturmuşdur. Samux rayon Qaraağaclı-Köbər kənd avtomobil yolunda hərəkətdə olan zaman sonradan bildiyi Samux rayon Qaraağaclı kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21061” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin uzaq işıqları ilə onlardan təxminən 30 metr məsafədə arxa tərəfindən, həmçinin onlardan təxminən 50 metr məsafədə qabaqda yolun əks istiqamətli hərəkət hissəsindən Samux rayon Qaraağaclı kənd sakini X4 idarə etdiyi “VAZ 21074” markalı **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəldiyini görmüşdür. Təqsirləndirilən şəxs avtomobili təhlükəli sürdüyü üçün oğlu Etibar idarə etdiyi avtomobili yolun bir qədər sağ tərəfinə çəkmişdir ki, yanından ötüb keçsin. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə onların avtomobilini ötüb keçmiş, o, ötüb keçdikdən sonra yenə yolun sol tərəfi ilə əks istiqamətli hərəkət hissəsində hərəkətini davam etdirmişdir. Bu zaman qarşıdan Ağamirzə Mustafayevin idarə etdiyi “VAZ 21074” markalı avtomobilin də artıq Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə çatdığını görmüşdür. Ondan təxminən 15 metr məsafədə qabaqda Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21061” markalı avtomobillə Ağamirzə Mustafayevin idarə etdiyi “VAZ 21074” markalı avtomobil yolun hərəkət hissəsində toqquşmuş,oğlu da həmin avtomobillərin qarşı tərəfdə toqquşduğunu və onların da onlarla toqquşacağını görüb idarə etdiyi avtomobili yolun sağ tərəfinə çəkərək əyləc pedalını basmış, ancaq Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21061” markalı avtomobillə Ağamirzə Mustafayevin idarə etdiyi “VAZ 21074” markalı avtomobil toqquşduqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21061” markalı avtomobil onların istiqamətinə çəpəki olaraq gəldiyindən onların avtomobilin qabaq tərəfi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21061” markalı avtomobilə dəymiş və onlar birlikdə yolun kənarında olan çuxura düşmüşlər. Bundan sonra o və oğlu avtomobildən düşmüşlər. Avtomobildə oğlundan başqa o olmuş, başqa heç kim olmamışdır. Yol-nəqliyyat hadisəsi zamanı nə o, nə oğlu xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X1. Təqsirləndirilən şəxs qohumudur, həm də kəndçisidir. Rüstəm mərhum Ağamirzə Mustafayevin qardaşı oğludur. Zərərçəkmiş şəxs4 isə qonşu kənddə yaşayır. Təqsirləndirilən şəxs “VAZ 21061” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 04 oktyabr 2019-cu il tarixdə saat 21 radələrində kəndçimsi Zərərçəkmiş şəxs2la o, kənddə görüşüb söhbət edən zaman qərara gəlmişlər ki, Kür çayının sahilində yerləşən kafelərin birində balıq yeməyə getsinlər. Bu zaman onların yanına dayısıoğlu Şahid3 da gəlmişdir. Onlar üçü bir yerdə olan zaman avtomobil olmadığı üçün o, Rüstəmə zəng etmişdir ki, onlarla bərabər balıq yeməyə getsin, həm də onları aparsın. Bundan sonra o, Rafiq və dayısıoğlu Müşfiq ilə Rüstəmin avtomobili ilə Samux rayon Yenikənd kəndinə getmişlər. O, Rüstəmin idarə etdiyi avtomobilin qabaq sağ tərəfində, Müşfiq arxa sağ tərəfdə, sol tərəfdə isə Rafiq oturmuşdur. Rüstəmin idarə etdiyi “VAZ 21061” markalı **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Samux rayon Qaraağaclı-Yenikənd kənd avtomobil yolu ilə hərəkətdə olan zaman onlardan təxminən 100 metr qabaqda onlarla eyni istiqamətdə sonradan bildiyi Zərərçəkmiş şəxs4 idarə etdiyi “VAZ 21061” markalı **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin getdiyini görmüşdür. Rüstəm idarə etdiyi “VAZ 21061” markalı avtomobillə Etibarın idarə etdiyi “VAZ 21061” markalı avtomobilə təxminən 10 metr qalmış çatan zaman istəmişdir ki, onu ötüb keçsin. Bunun üçün də Rüstəm idarə etdiyi avtomobilin sol yan siqnalını qoşub üç dəfə də Etibara avtomobilin uzaq-yaxın işıqlarını keçirdib yandırmaqla işarə etmişdir ki, onu ötüb keçmək istəyir. Bunu görən Etibar idarə etdiyi avtomobili bir qədər sağa doğru çəkmiş və bu zaman da Rüstəm idarə etdiyi avtomobillə əks istiqamətli hərəkət yoluna çıxmışdır. Bu an o, onlardan təxminən 30 metr qabaqda əks istiqamətli hərəkət hissəsində sonradan bildiyi X4 idarə etmiş olduğu “VAZ 21074” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəldiyini görmüşdür. Rüstəm idarə etdiyi avtomobillə Etibarın idarə etmiş olduğu avtomobili ötərək təxminən 10 metr qabağa keçmişdir. Bundan sonra Rüstəm idarə etdiyi avtomobili əks istiqamətli hərəkət yolundan öz hərəkəti istiqamətinə bir qədər çəkərək yolun ortasında olan xəttin üzəri ilə hərəkətini davam etdirən zaman arxadan onların sağ tərəfindən Etibarın avtomobillə gəldiyini görüb Rüstəm öz hərəkət yoluna bütünlüklə qayıda bilməmiş, elə bu anda da Ağamirzə Mustafayev idarə etdiyi “VAZ 21074” markalı avtomobillə onlara yaxınlaşmış, o da avtomobillərin toqquşacağını görüb Rafiqlə o, Rüstəmə demişdir ki, idarə etdiyi avtomobili yolun sağ tərəfinə çəksin, ancaq yolun sağ tərəfində Etibar olduğu üçün o, idarə etdiyi avtomobili tam şəkildə yolun sağ hərəkət hissəsinə çəkə bilməmiş, buna görə də Rüstəmin idarə etdiyi avtomobillə Ağamirzənin idarə etdiyi avtomobillərin sol tərəfləri bir-birinə dəyərək toqquşmuşdur. Zərbənin təsirindən onların avtomobili yerində fırlanaraq arxadan gələn Etibarın idarə etdiyi avtomobilin qabaq tərəfinə keçmiş, Etibar da toqquşmamaq üçün tormoz vermiş, ancaq buna baxmayaraq Rüstəmin idarə etdiyi “VAZ 21061” markalı avtomobillə Etibarın idarə etdiyi avtomobil toqquşmuş və zərbənin təsirindən onların olduğu avtomobil yolun kənarında olan çuxura düşərək dayanmışdır. Hadisədən sonra o, Müşfiq və Rafiq avtomobildən düşmüşlər. Bundan sonra hadisə yerinə kənd camaatı yığılmış və avtomobildə qalan Rüstəmi, daha sonra isə Ağamirzə və Əhmədiyyəni çıxartmışlar. 04.10.2019-cu il tarixdə qəzanın baş verməsinə səbəb Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ötmə əməliyyatını başa çatdırmağa imkan verməməsi olmuşdur. Yolnəqliyyat hadisəsi zamanı nə o, nə də Müşfiq xəsarət almamışdır, ancaq Rüstəm və Rafiq müxtəlif bədən xəsarətləri almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 şahid Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 04.10.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Samux rayonu Qaraağaclı kənd avtomobil yolunun 1-ci kilometrliyində baş vermişdir. AA № 267203 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “VAZ 21061” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil X11 məxsusdur. 14.06.2020-ci il tarixli ƏN-Vİ № 780500 nömrəli Etibarnamənin surətindən görünür ki, “VAZ 21061” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil Tərtər rayonu, Kəbirli kəndində yaşayan X20 oğlu tərəfindən bir il müddətinə Təqsirləndirilən şəxs sürücülük hüququ olduğu halda idarə etmək və digər hərəkətlər etmək üçün etibar edilmişdir. 20.11.2019-cu il tarixli avtomobilə dəymiş zərərin hesablanmasında dair aktdan görünür ki, VAZ 21074 markalı, 99BC814 dövlət qeydiyyat nişanlı avtomobilə 4806 manat ziyan dəymişdir. Samux Rayon Polsi Şöbəsinin DYPB-nin 01.06.2021-ci il tarixli, məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi aşkar olunmadı. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 27.02.2020-ci il tarixli 2126 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ 21061 markalı, 59BB530 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 51ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50km\saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60km\saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə;-hərəkət üçün təhlükə yaranan anda VAZ 21074 markalı, 99DC814 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 34,7 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü X4 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır.hərəkət üçün təhlükə yaranan anda VAZ 21074 markalı, 99BC814 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 34,7 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü X4 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə;-hərəkət üçün təhlükə yaranan anda VAZ 21061 markalı, 51BA098 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 26,3 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs4 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır.-hərəkət üçün təhlükə yaranan anda VAZ 21061 markalı, 51BA098 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 26,3 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs4 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 26.10.2019-cu il tarixli 1699 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin əzilməsi - bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən 04.10.2019-cu il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir. Məhkəmə-tibbi ekspertizasının 01.11.2019-cu il tarixli 1712 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol dirsək nahiyəsinin və sol pəncənin sıyrıqları - bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən 04.10.2019-cu il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətə aid olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 05.12.2019-cu il tarixli 89 nömrəli rəyindən görünür ki X4 bədənində aşağıdakı xəsarətlər müəyyən edilmişdir – döş sümüyünün İİİ qabırğa səviyyəsində sınması, döş qəfəsinin sağ tərəfində İİİ, İV, V, Vİ qabırğaların orta körpücük xətt üzrə, döş qəfəsinin sol tərəfində Vİİİ, İX, X qabırğaların ön qoltuqaltı xətt üzrə sınması, sınıq ətrafı yumşaq toxumalara qansızmanın olması, mədənin və yoğun bağırsağın selikli qişalarının cırılması, bağırsaq müsariqələrinə ocaqlı qansızmalar, sol bazu nahiyəsinin, döş qəfəsinin ön səthinin və qarının sol yan səthinin böyük ölçülü qançırları, hematomaların, sol bazu sümüyün qapalı sınığı, sağ əlin iç səthinin, hər iki baldır nahiyələrinin qançırları, hər iki diz nahiyələrinin sıyrıqlarıBu xəsarətlər həyatidir, bərk KÜT əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 04.10.2019-cu il tarixə uyğun gəlir və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir.X2 ölümünə səbəb qarının qapalı küt travması nəticəsində mədənin və yoğun bağırsağın selikli qişasının cırılmasından əmələ gələn kəskin daxili qanitirmə olmuşdur.X2 bədənində müəyyən edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə avtomobil qəzası nəticəsində əmələ gələ bilər. Məhkəmə-tibbi ekspertizasının 03.03.2020-ci il tarixli 218 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – qarnın küt travması, dalağın və diafraqmanın cırılması, sol dirsək və sol bud sümüyünün yuxarı 1\3nin sınığı, travmatik şok - bərk küt əşyanın təsirindən qərarda göstərilən tarixdə əmələ gələ bilərdi, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir. M.R.Əsgər oğlunun bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. 05.10.2020-ci il tarixli 3606/2019 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. AZ-İİ № 048840 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 11.10.2019-cu il tarixdə vəfat etmişdir. Samux rayon Qaraağaclı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01.06.2021-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Samux rayon Qaraağaclı kəndində yaşayır və yaşayış yerindən müsbət xarakterizə olunur. “Başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilməsi haqqında 08 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 istintaq orqanına ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərər çəkmiş şəxsin hüquqi varisi X7 istintaq orqanına ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərər çəkmiş şəxsin hüquqi varisi X7 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərər çəkmiş şəxsin hüquqi varisi və zərər çəkmiş şəxslərin qohumu olmaqla barışmalarını və ondan heç bir şikayət və tələblərinin olmamalarını, hadisə nəticəsində özünün də sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2004-cü il və 17.03.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» özünün 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 17-ci bəndində məhkəmələrə tövsiyyə etmişdir ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu madələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına fiziki, əmlaklarına isə maddi zərər vurulmuş bütün şəxslər zərər çəkmiş şəxs qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87-ci maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, səhhətini, ailə və sosial vəziyyətini eyni zamanda CMin 60-cı maddəsinin tələblərini nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzası ilə yanaşı əlavə cəza olan nəqliyyat vasitələrinin idarəetmə hüququndan məhrum etmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-in 45-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi subut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtarmasından sonra hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı və qeydiyyatda olduğu yer üzrə Samux Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-50/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-50/2022
14.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver