Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-7/2022 10.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X26 və X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, ölmüş Təqsirləndirilən şəxs1 hüquqi varisi X3, müdafiəçilər – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi4, təqsirləndirilən Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə (Xanlar) Göygöl rayonu, Toğana kəndində anadan olmuş, evli, orta təhsilli, məhkumluğu olmayan, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Mingəçevir şəhəri, Naxçıvan küçəsi 31, mənzil 138-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və 30 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında vəfat etmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 28, 214.2.1, 28, 214.2.3, 28, 214.2.6, 214.2.1, 214.2.3, 214.2.6, 228.3, 28, 277, 277 və 279.1-1-ci maddələri ilə, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 45a, mənzil 8-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Namiq oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 28, 214.2.1, 28, 214.2.3, 28, 214.2.6, 214.2.1, 214.2.3, 214.2.6, 228.3, 28, 277, 277 və 279.1-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 28, 214.2.1, 28, 214.2.3, 28, 214.2.6, 214.2.1, 214.2.3, 214.2.6, 228.3, 28, 277, 277 və 279.1-1-ci maddələri ilə ittiham verilmişdir ona görə ki, o, tanışı Şahid1 ilə birlikdə sonuncunun yaşadığı Rusiya Federasiyası, mütəmadi səfərlər etdiyi Azərbaycan Respublikası və İran İslam Respublikası ərazilərində 2007-ci ildən etibarən İslam dininin müddəalarını, Azərbaycan Respublikasında cinayətkarlıqla mübarizə sahəsində görülən qanuni cinayət təqibi tədbirlərini qəsdən yanlış ifadə edərək sivil müstəvidə radikal istiqamətə yönəldib Azərbaycan Respublikası Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin dini radikalizm zəminində zorla dəyişdirilməsinə, Azərbaycan Respublikasında şəriət qanunları ilə idarə olunan dövlətin yaradılmasına yönələn hərəkətlərin reallaşdırılmasına nail olmaq üçün təbliğat xarakterli fəaliyyət göstərərək, Rusiya Federasiyasının Moskva şəhərində əvvəllər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi X32 xidmətdə olmaqla, cinayətlərinə görə məhkum olunmuş X52, tanışları Şahid2, Şahid3, X80, X27, X43, Azərbaycan Respublikasında Şahid4, X63, X64, Şahid8, X21, Şahid9, Şahid6, Şahid5, Şahid10 İsrayıl oğlu, X44, Təqsirləndirilən şəxs2, İran İslam Respublikasının Qum şəhərində X45 və özü ilə eyni əqidəni bölüşən qeyriləri ilə mütəşəkkil dəstədə birləşib davamlı olaraq şəxsi görüşlər, söhbətlər, internet məkanının Eldar Orucovun admini olduğu “Azdiaspora Forumu” və digər sosial şəbəkələrində yazışmalar həyata keçirərək həmin şəxslərlə Azərbaycan Respublikasında hakimiyyətin zorla devrilməsinin yollarını müzakirə edib, qanuni hakimiyyət səlahiyyətlərini həyata keçirən şəxslərin fiziki cəhətdən aradan götürülməsi taktikasını seçərək, bu məqsədlə Azərbaycan Respublikasının dövlət hakimiyyət strukturlarına qarşı silahlı partizan mübarizəsi və terrorçuluq həyata keçirməyin yollarını öyrənməyi qərara alıb fəaliyyətlərinin koordinasiyası üçün Şahid2 12.05.2010-cu il tarixdə Gəncə şəhərindən dəstə üzvü kimi Moskva şəhərinə gedərək Şahid1, Eldar Orucov və digərləri ilə birlikdə görüşlər keçirib məqsədlərinə nail olmaqdan ötrü Eldar Orucovun saxta sənədlər əsasında Azərbaycan Respublikasına gələcəyi, dəstə üzvlərinin canlı hədəfi məhv etmək funksiyasına malik odlu silah, döyüş sursatı, partlayıcı maddələrlə təchiz olunmaları, bu silah və sursatlardan istifadə vərdişlərinin öyrənilməsi barədə təlimatlandırılmış, Şahid1 2012-ci ilin qış aylarında Eldar Orucov, Şahid3, Azər Əliyevlə birlikdə Rusiya Federasiyasının Smolensk vilayətində meşə şəraitində yaşamaq və fəaliyyət göstərmək üçün lazımi vərdişlərə, topoqrafik xəritələrdən istifadə qaydalarına yiyələnmək üzrə təlimlər keçməsindən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı qrupun yaradılmasına yönəlmiş hərəkətlərə başlamasında, bu niyyətlə ətraflarına adamlar toplamaq, onları odlu silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz etməkdən ötrü Şahid1 2012-ci ilin may ayından etibarən Bakı və Gəncə şəhərlərində ətraflarına toplamaq üçün əlavə şəxslərin, odlu silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika, əsgəri ləvazimat, rabitə qurğuları axtarılmasını təşkil etməsi ilə əlaqədar göstərişləri əsasında Gəncə şəhərində dəstə üzvləri Şahid2 və Anar Bağırovla birlikdə həmin ərəfədə 1.200 manat müqabilində Şahid40 və qeyrilərindən satın alınmaqla qanunsuz əldə edib saxladıqları, daşıdıqları və gəzdirdikləri 1 ədəd “Kalaşnikov” konstruksiyalı, AKM modelli, PT 4734 nömrəli 7,62 mm kalibrli avtomatdan, 1 ədəd “Makarov” markalı, 9 mm kalibrli, 1581 nömrəli və 1 ədəd “Marqolin” markalı tapançalardan ibarət istifadəyə yararlı yivli odlu silah, 508 ədəd avtomat və tapança patronlarından ibarət istifadəyə yararlı döyüş sursatı, eləcə də odlu silahlar üçün 9 ədəd sandıqça, 1 ədəd sink materialdan patron qutusu və 1 ədəd əleyhqazdan ibarət silahsursatdan 56 ədəd 7,62 mm kalibrli patronu ilə birlikdə “Kalaşnikov” markalı avtomatı və 8 ədəd 9 mm kalibrli patronu ilə “Makarov” markalı tapançanı Gəncə şəhərində Şahid1 təqdim edərək sonuncunun həmin silah-sursatı onlardan qəbul edib Bakı şəhərinə, anası X1 məxsus olmaqla dəstə üzvləri Eldar Orucov, Azər Əliyev və Şahid3 qaldıqları Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsində yerləşən mənzilinə aparmasını təmin etmiş, Şahid1 Eldar Orucovla birlikdə dəstəyə əlavə şəxslərin cəlb olunması üçün Bakı şəhərində çoxsaylı görüşlər keçirməsi ilə yanaşı, həmçinin gələcəkdə istifadə məqsədilə Azər Əliyev vasitəsilə Moskva şəhərindən Azərbaycan Respubilkasına göndərdiyi meşə şəraitində yaşayarkən istifadə olunması üçün su qabları, balıq tutmaq üçün qarmaqlar, çadır, hərbi çanta, hərbi geyim, telefonlara qulaq asmaq üçün xüsusi cihaz və sair ləvazimatları dəstə üzvləri Şahid2, Anar Bağırov və digərləri ilə birlikdə saxlanılmasından ötrü Şahid5 vermiş, istintaqa məlum olmayan mənbədən əldə olunmuş 2 ədəd əl qumbarasının Daşkəsən rayonunun Bayan kəndində gizlədilməsini, eyni zamanda həmin kənddə yerləşən meşəlik ərazidə partlayıcı maddələrin hazırlanaraq odlu silahlarla birlikdə sınaqdan keçirilməsini, bu prosesin videogörüntülərinin digər şəxslərə də nümayiş etdirilərək qətiyyət və əminlik yaradılması üçün mobil telefonla çəkilib Şahid1 çatdırılmasını təmin etməklə mütəşəkkil dəstə tərkibində qanunsuz əldə olunaraq saxlanılan və hazırlanan odlu silah, döyüş sursatları, partlayıcı maddələrdən istifadə edilməklə hakimiyyətin zorla ələ keçirilməsinə, dini radikalizm zəminində odlu silahdan istifadə olunmaqla terrorçuluğa, terror aktına hazırlıq əməllərini törətmiş, Şahid1 2016-cı ilin əvvəllərində Moskva şəhərində olarkən mütəşəkkil dəstənin digər üzvlərinin, o cümlədən X10 bilavasitə məlumatı və maddi dəstəyi, cinayətlərinə görə həbsli axtarışda olan X16 dəvəti ilə İran İslam Respublikasına gedərək orada Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti ilə seçilən radikal dini dairələrdə fəallıq göstərən Azərbaycan Respublikası vətəndaşlarından X22 və X2 müxtəlif ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında terrorçuluq və digər cinayətlərin törədilməsi niyyətilə yaratdıqları “Hüseyniyyun” adlandırılan sabit silahlı qrupun-cinayətkar birliyin (təşkilatın) tərkibinə daxil olmasından, həmin cinayətkar birliyinsabit qrupun tərkibində Azərbaycan Respublikasının vətəndaşları X34, “Musa” ləqəbli X53, əslən Daşkəsən rayonundan olan Rusiya Federasiyası vətəndaşı X71, istintaqla şəxsiyyətləri müəyyənləşdirilən azərbaycanlılar və qeyrilərindən ibarət dəstədə “Müslim” kod adı altında 2016-cı ilin fevral ayından iyul ayının sonunadək olan müddət ərzində qəsdən dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda, Suriya Ərəb Respublikasının Dəməşq, Hələb, Palmera və digər yaşayış məntəqələrində aparılan döyüş təlimlərində və silahlı münaqişələrdə qanunsuz iştirak edib, terrorçuluq, dövlət xadimlərinin və ictimai xadimlərin həyatına sui-qəsd (terror aktı) cinayətlərinin törədilməsi üsulları, odlu silahlardan, qumbaraatanlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim keçməsindən, həmçinin Moskva və Gəncə şəhərlərində yaratdıqları mütəşəkkil dəstəyə rəhbərliyi ələ alan X22 və X2 dəstəyə daxil etdikləri Rövşən Əhmədzadə, Raqif Mayılov, Orxan Məmmədov, Rövşən Əsədov və qeyriləri ilə birlikdə apardıqları vəzifə bölgüsü, verdikləri göstəriş və tapşırıqlarına əsasən 07.12.2016-cı il tarixdə İran İslam Respublikasından qayıdan Şahid1 Gəncə şəhərində gizli yaşaması üçün mütəşəkkil dəstənin üzvləri Şahid2, Anar Bağırov, Şahid9, Sənan Əsgərov, Şahid10 köməyi ilə Gəncə şəhəri, Bayan küçəsi, ev 117-a və ünvan 1 ünvanların kirayə edilməsini, eləcə də dəstə üzvlərinə məxsus evlərdə yaşamasını təmin etmiş, Şahid10 verdiyi mobil telefon nömrəsindən istifadə edən Şahid1 açıqladığı, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsini, dini radikalizm zəminində dövlətin konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsini, bu niyyətlə mütəşəkkil dəstədə odlu silahdan və silah qismində istifadə edilən predmetlərdən istifadə olunmaqla ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə dini radikalizm zəminində insanların həlak olması, onların sağlamlığına zərər, habelə əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətlər (terror aktı) törətməyi nəzərdə tutan plana uyğun olaraq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Zərərçəkmiş şəxs1, Azərbaycan Respublikası Milli Məclisinin üzvü X17, Gəncə şəhər Baş Polis idarəsinin Xüsusi təyinatlı bölüyünün komandir müavini, polis polkovnikleytenantı X23 və qeyrilərini xidməti və siyasi fəaliyyətlərinə son qoymaq məqsədilə dövlət xadimləri kimi qətlə yetirməklə terror aktları törətmək barədə Şahid1 açıq mətnlə və telefonla etdiyi söhbətlərdə mütəşəkkil dəstənin üzvləri ilə birlikdə iştirak etmiş, eyni zamanda mütəşəkkil dəstəyə rəhbərik edən Tohid İbrahimbəyli, İsgəndər Hüseynov və qeyrilərindən alınmış tapşırıqlara müvafiq olaraq hakimiyyətin zorla ələ keçirilməsi, dövlətin konstitusiya quruşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsi kimi ağır nəticələrə səbəb olması nəzərdə tutulan terrorçuluq, qəsdən adam öldürmə, terror aktları və digər ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqla əlaqədar internet şəbəkələrində gizli yazışmalar yolu ilə dəstə üzvlərinin fəaliyyətini əlaqələndirən, Bakı və Gəncə şəhərlərində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan sabit silahlı qrupun formalaşdırılmasını başa çatdırmaq istiqamətində fəaliyyətini davam etdirən Şahid1 təşkilatçılığı ilə Şahid2 1 ədəd 7,62 mm kalibrli “AKM” markalı qundaqsız avtomat, 56 ədəd 7,62 mm kalibrli patron, 1 ədəd 9 mm kalibrli “Makarov” markalı nömrəsi silinmiş tapança, 8 ədəd eyni kalibrli patron, UZRQM tipli alışdırıcısı ilə birlikdə 1 ədəd RQD-5 tipli əl qumbarası, Şahid3 alışdırıcıları ilə birlikdə 2 ədəd “F-1” tipli əl qumbarası, Şahid8 1 ədəd AE-3480K nömrəli 9 mm kalibrli “Makarov” markalı tapança, 9 mm kalibrli 8 ədəd patron, 1 ədəd bircərgəli patron sandığı, alışdırıcıları ilə birlikdə 2 ədəd “F-1” tipli əl qumbarası, 1 ədəd trotil şaşkası, “PSM” markalı tapançalarda istifadə edilməsi üçün nəzərdə tutulmuş 6 ədəd patron, Şahid5 8 ədəd patronu ilə birlikdə “Makarov” markalı 9 mm kalibrli tapança, eləcə də 2018-ci ilin iyul ayının sonlarında tutulması üçün müvafiq əməliyyat tədbirlərinin gedişində silahlı müqavimət göstərdiklərinə görə zərərsizləşdirilmiş Anar Bağırovun 1 ədəd “Marqolin” markalı 5,6 mm kalibrli tapança, 47 ədəd 5,6 mm kalibrli patron, 9 mm kalibrli yivli odlu silahlara uyğunlaşdırılmış və səsboğucu ilə təchiz edilmiş MP-371 modelli nömrəsiz siqnal tapançası və 14 ədəd 9 mm kalibrli patron, AKM tipli avtomatlara aid 8 ədəd sandıqça, 377 ədəd 5,45 mm kalibrli patron, 6 ədəd 7,62 mm kalibrli patron, 1 ədəd sink materialdan olan patron qutusu, 1 ədəd öz torbasında əleyhqaz komplekti, 21 ədəd 3,2 sm və 1 ədəd 3,8 sm uzunluqda patron, Ağa Sərxaninin “Makarov” markalı AK-2522 saylı 9 mm kalibrli tapança, 19 ədəd eyni kalibrli patron və alışdırıcıları ilə birlikdə 2 ədəd “F-1” tipli əl qumbarasından ibarət qanunsuz əldə edilib gəzdirilən, daşınan və saxlanılan istifadəyə yararlı yivli odlu silahlar, döyüş sursatı, partlayıcı maddə, hərbi avadanlıq və əsgəri ləvazimatla təchiz olunmasında iştirak etmiş və mütəşəkkil dəstədə nəzərdə tutulan cinayətlərdə iştirakının olmadığı görünüşünü yaratmaq məqsədilə 16.02.2017-ci il tarixdə Rusiya Federasiyasına getmiş, Şahid1 mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Zərərçəkmiş şəxs1 qanunauyğun xidməti fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq üçün dövlət xadimi kimi öldürməklə terror aktı törətməkdə ifadə olunan mərhələsini başa çatdırmaq üçün Zərərçəkmiş şəxs1 özü şəxsən davamlı izləyib onun hərəkət marşrutunu, işdən çıxma vaxtını və hər axşam işdən sonra Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı parkda gəzişdiyini müəyyənləşdirərək, mütəşəkkil dəstədə Zərərçəkmiş şəxs1 qətlə yetirdikdən sonra hadisə yerindən qaçıb gizlənməsinin təmin ediləcəyi barədə verilmiş vədə görə əvvəlcədən əldə etdiyi konspirasiya vasitələrini və ərzaq ehtiyatını Gəncə şəhəri, 2 saylı orta məktəbin yaxınlığındakı dərədə gizlətməklə hazırlıq tədbirləri gördükdən sonra 03.07.2018-ci il tarixdə saat 20:30 radələrində Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı parkın meydançasında çoxsaylı insanların əhatəsində olan Zərərçəkmiş şəxs1 həyatdan qəsdən məhrum etmək üçün mütəşəkkil dəstədə qanunsuz olaraq əldə edib saxladığı və çantasında gəzdirdiyi 9 mm kalibrli “Makarov” markalı PB-1954 nömrəli odlu silahının qoruyucusunu açaraq, pillələr ilə qalxmaqla sürətlə yaxınlaşıb Zərərçəkmiş şəxs1 və bu zaman onun təhlükəsizliyini təmin edən mühafizəçisi Zərərçəkmiş şəxs2 kənar şəxslərin həyatı üçün real təhlukə törətməklə iki dəfə atəş açaraq Zərərçəkmiş şəxs2 mühafizədə müqavimətini qırıb uzaqlaşdırmaqla Zərərçəkmiş şəxs1 növbəti atəşləri açarkən silahın çaxmaq mexanizminin kilidlənməsinə baxmayaraq, cinayətkar əməlini qətiyyətlə davam etdirib onun baş nahiyəsinə tapançanın metal dəstəyi ilə zərbələr endirərək daş pillələr üzərindən aşıb yıxılmasına nail olub Zərərçəkmiş şəxs1 qəsdən açıq kəllə-beyin travması, sol təpə sümüyünün sınması, epidural, subdural, subaraxnoidal qansızma ilə müşaiyət olunan sol təpə nahiyəsinin əzilmiş yarası, sol təpə, gicgah və ənsə nahiyələrinin hematoması və şişkinliyi ilə müşayiət olunan və həyat üçün təhlükəli olub sağlamlığa ağır zərərvurmaya aid, Zərərçəkmiş şəxs2 isə qəsdən sol əng-alın nahiyələrinin baş-beyinə qansızma, sol əng, sol almacıq və sol alın sümüklərinin qəlpəli sınıqları ilə müşaiyət olunan iki ədəd dəlib-çıxan odlu silah yaralarından ibarət həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməsi, lakin ətrafda olan polis əməkdaşları tərəfindən tərksilah edilərək tutulduğundan, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vaxtında xəstəxanaya çatdırılaraq tibbi yardım göstərilməklə həyatları xilas edildiyindən, mütəşəkkil dəstənin onları terrorçuluqla əlaqədar xidməti vəzifələrini yerinə yetirmələri ilə bağlı ümumi təhlükəli üsulla həyatdan qəsdən məhrum etməkdən ibarət cinayətkar niyyətini özlərinin iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib iki şəxsi ağırlaşdırıcı hallarda qəsdən öldürməyə cəhd etməsi ilə mütəşəkkil dəstə tərkibində Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsi, dini radikalizm zəminində dövlətin konstitusiya quruşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsi niyyəti ilə odlu silahdan istifadə olunmaqla ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər, habelə əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri ilə terrorçuluq və dövlət xadiminin həyatına sui-qəsd etməklə terror aktı əməllərini törətməsi ilə mütəşəkkil dəstənin Naqif Həmzəyev və Rasim Qurbanovun siyasi və xidməti fəaliyyfətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə onların həyatına sui-qəsd edilməsində (terror aktlarında) ifadə olunan ümumi cinayətkar niyyəti hazırlıq mərhələsində qalmış, bununla da yuxarıda qeyd olunan müxtəlif illərdə mütəşəkkil dəstədə Şahid1 və qeyriləri ilə birlikdə törətdikləri cinayət əməllərinin niyyəti və məqsədi ilə Gəncə şəhərində 10.07.2018-ci il tarixli xüsusilə ağır cinayətləri ilə müşayiət olunan kütləvi iğtişaşa səbəb olmaqla, sabit transmilli mütəşəkkil cinayətkar qrupun ümumi niyyətini həyata keçirmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs2 Namiq oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 28, 214.2.1, 28, 214.2.3, 28, 214.2.6, 214.2.1, 214.2.3, 214.2.6, 228.3, 28, 277, 277 və 279.1-1-ci maddələri ilə ittiham verilmişdir ona görə ki, o, tanışı Şahid1 ilə birlikdə sonuncunun yaşadığı Rusiya Federasiyası, mütəmadi səfərlər etdiyi Azərbaycan Respublikası və İran İslam Respublikası ərazilərində 2007-2008-ci illərdən etibarən İslam dininin müddəalarını, Azərbaycan Respublikasında cinayətkarlıqla mübarizə sahəsində görülən qanuni cinayət təqibi tədbirlərini qəsdən yanlış ifadə edərək sivil müstəvidə radikal istiqamətə yönəldib Azərbaycan Respublikası Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin dini radikalizm zəminində zorla dəyişdirilməsinə, Azərbaycan Respublikasında şəriət qanunları ilə idarə olunan dövlətin yaradılmasına yönələn hərəkətlərin reallaşdırılmasına nail olmaq üçün təbliğat xarakterli fəaliyyət göstərərək, Rusiya Federasiyasının Moskva şəhərində əvvəllər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi X32 xidmətdə olmaqla, cinayətlərinə görə məhkum olunmuş X52, tanışları Şahid3, X80, X27, X43, Azərbaycan Respublikasında Şahid2, Şahid4, X63, X64, Şahid8, X21, Şahid9, Şahid6, Şahid5, Şahid10 İsrayıl oğlu, X44, Təqsirləndirilən şəxs1, İran İslam Respublikasının Qum şəhərində X45 və özü ilə eyni əqidəni bölüşən qeyriləri ilə mütəşəkkil dəstədə birləşib davamlı olaraq şəxsi görüşlər, söhbətlər, internet məkanının Eldar Orucovun admini olduğu “Azdiaspora Forumu” və digər sosial şəbəkələrində yazışmalar həyata keçirərək həmin şəxslərlə Azərbaycan Respublikasında hakimiyyətin zorla devrilməsinin yollarını müzakirə edib, qanuni hakimiyyət səlahiyyətlərini həyata keçirən şəxslərin fiziki cəhətdən aradan götürülməsi taktikasını seçərək, bu məqsədlə Azərbaycan Respublikasının dövlət hakimiyyət strukturlarına qarşı silahlı partizan mübarizəsi və terrorçuluq həyata keçirməyin yollarını öyrənməyi qərara alıb fəaliyyətlərinin koordinasiyası üçün Şahid2 12.05.2010-cu il tarixdə Gəncə şəhərindən dəstə üzvü kimi Moskva şəhərinə gedərək Şahid1, Eldar Orucov və digərləri ilə birlikdə görüşlər keçirib məqsədlərinə nail olmaqdan ötrü Eldar Orucovun saxta sənədlər əsasında Azərbaycan Respublikasına gələcəyi, dəstə üzvlərinin canlı hədəfi məhv etmək funksiyasına malik odlu silah, döyüş sursatı, partlayıcı maddələrlə təchiz olunmaları, bu silah və sursatlardan istifadə vərdişlərinin öyrənilməsi barədə təlimatlandırılmış, Şahid1 2012-ci ilin qış aylarında Eldar Orucov, Şahid3, Azər Əliyevlə birlikdə Rusiya Federasiyasının Smolensk vilayətində meşə şəraitində yaşamaq və fəaliyyət göstərmək üçün lazımi vərdişlərə, topoqrafik xəritələrdən istifadə qaydalarına yiyələnmək üzrə təlimlər keçməsindən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı qrupun yaradılmasına yönəlmiş hərəkətlərə başlamaq, bu niyyətlə odlu silah, döyüş sursatı, partlayıcı maddələr və digər zəruri ləvazimat əldə etməkdən ötrü Şahid1 2016-cı ilin əvvəllərində Moskva şəhərində olarkən mütəşəkkil dəstənin digər üzvlərinin, o cümlədən X10 bilavasitə məlumatı və maddi dəstəyi, cinayətlərinə görə həbsli axtarışda olan X16 dəvəti ilə İran İslam Respublikasına gedərək orada Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti ilə seçilən radikal dini dairələrdə fəallıq göstərən Azərbaycan Respublikası vətəndaşlarından X22 və X2 müxtəlif ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında terrorçuluq və digər cinayətlərin törədilməsi niyyətilə yaratdıqları “Hüseyniyyun” adlandırılan sabit silahlı qrupun-cinayətkar birliyin (təşkilatın) tərkibinə daxil olmasından, həmin cinayətkar birliyin–sabit qrupun tərkibində Azərbaycan Respublikasının vətəndaşları X34, “Musa” ləqəbli X53, əslən Daşkəsən rayonundan olan Rusiya Federasiyası vətəndaşı X71, istintaqla şəxsiyyətləri müəyyənləşdirilən azərbaycanlılar və qeyrilərindən ibarət dəstədə “Müslim” kod adı altında 2016-cı ilin fevral ayından iyul ayının sonunadək olan müddət ərzində qəsdən dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda, Suriya Ərəb Respublikasının Dəməşq, Hələb, Palmera və digər yaşayış məntəqələrində aparılan döyüş təlimlərində və silahlı münaqişələrdə qanunsuz iştirak edib, terrorçuluq, dövlət xadimlərinin və ictimai xadimlərin həyatına sui-qəsd (terror aktı) cinayətlərinin törədilməsi üsulları, odlu silahlardan, qumbaraatanlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim keçməsindən sonra, habelə Moskva və Gəncə şəhərlərində yaratdıqları mütəşəkkil dəstəyə rəhbərliyi ələ alan X22 və X2 dəstəyə daxil etdikləri Rövşən Əhmədzadə, Raqif Mayılov, Orxan Məmmədov, Rövşən Əsədov və qeyriləri ilə birlikdə apardıqları vəzifə bölgüsü, verdikləri göstəriş və tapşırıqlarına əsasən 07.12.2016-cı il tarixdə İran İslam Respublikasından qayıdaraq Gəncə şəhərində gizli yaşaması üçün mütəşəkkil dəstənin üzvləri Şahid2, Anar Bağırov, Şahid9, Sənan Əsgərov, Şahid10, Təqsirləndirilən şəxs1 köməyi ilə Gəncə şəhəri, Bayan küçəsi, ev 117-a və ünvan 1 ünvanların kirayə edilməsini, eləcə də dəstə üzvlərinə məxsus evlərdə yaşaması təmin edilən, Şahid10 verdiyi mobil telefon nömrəsindən istifadə edən Şahid1 açıqladığı, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsini, dini radikalizm zəminində dövlətin konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsini, bu niyyətlə mütəşəkkil dəstədə odlu silahdan və silah qismində istifadə edilən predmetlərdən istifadə olunmaqla ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə dini radikalizm zəminində insanların həlak olması, onların sağlamlığına zərər, habelə əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətlər (terror aktı) törətməyi nəzərdə tutan plana uyğun olaraq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Zərərçəkmiş şəxs1, Azərbaycan Respublikası Milli Məclisinin üzvü X17, Gəncə şəhər Baş Polis idarəsinin Xüsusi təyinatlı bölüyünün komandir müavini, polis polkovnik-leytenantı X23 və qeyrilərini xidməti və siyasi fəaliyyətlərinə son qoymaq məqsədilə dövlət xadimləri kimi qətlə yetirməklə terror aktları törətmək barədə Şahid1 açıq mətnlə və telefonla etdiyi söhbətlərdə mütəşəkkil dəstənin üzvləri ilə birlikdə iştirak etmiş, aldığı tapşırıq əsasında əvvəllər eyni sinifdə oxuduğu X11 ev ünvanı, tez-tez getdiyi məkanlar, görüşdüyü şəxslər və digər hallar barədə zəruri məlumatları dəqiqləşdirib Şahid1 çatdırmaqla dəstə üzvü kimi vəzifələrini yerinə yetirərək mütəşəkkil dəstə tərkibində qanunsuz əldə olunaraq saxlanılmalı odlu silah, döyüş sursatları, partlayıcı maddələrdən istifadə edilməklə hakimiyyətin zorla ələ keçirilməsinə, mütəşəkkil dəstədə dini radikalizm zəminində odlu silahdan istifadə olunmaqla terrorçuluğa, terror aktına hazırlıq əməllərini törətmiş, eyni zamanda mütəşəkkil dəstəyə rəhbərik edən Tohid İbrahimbəyli, İsgəndər Hüseynov və qeyrilərindən alınmış tapşırıqlara müvafiq olaraq hakimiyyətin zorla ələ keçirilməsi, dövlətin konstitusiya quruşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsi kimi ağır nəticələrə səbəb olması nəzərdə tutulan terrorçuluq, qəsdən adam öldürmə, terror aktları və digər ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqla əlaqədar internet şəbəkələrində gizli yazışmalar yolu ilə dəstə üzvlərinin fəaliyyətini əlaqələndirən, Bakı və Gəncə şəhərlərində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan sabit silahlı qrupun formalaşdırılmasını başa çatdırmaq istiqamətində fəaliyyətini davam etdirən Şahid1 təşkilatçılığı ilə odlu silah və döyüş susratı axtararaq Şahid2 1 ədəd 7,62 mm kalibrli “AKM” markalı qundaqsız avtomat, 56 ədəd 7,62 mm kalibrli patron, 1 ədəd 9 mm kalibrli “Makarov” markalı nömrəsi silinmiş tapança, 8 ədəd eyni kalibrli patron, UZRQM tipli alışdırıcısı ilə birlikdə 1 ədəd RQD-5 tipli əl qumbarası, Şahid3 alışdırıcıları ilə birlikdə 2 ədəd “F-1” tipli əl qumbarası,Şahid8 1 ədəd AE-3480K nömrəli 9 mm kalibrli “Makarov” markalı tapança, 9 mm kalibrli 8 ədəd patron, 1 ədəd bircərgəli patron sandığı, alışdırıcıları ilə birlikdə 2 ədəd “F-1” tipli əl qumbarası, 1 ədəd trotil şaşkası, “PSM” markalı tapançalarda istifadə edilməsi üçün nəzərdə tutulmuş 6 ədəd patron, Şahid5 8 ədəd patronu ilə birlikdə “Makarov” markalı 9 mm kalibrli tapança, eləcə də 2018-ci ilin iyul ayının sonlarında tutulması üçün müvafiq əməliyyat tədbirlərinin gedişində silahlı müqavimət göstərdiklərinə görə zərərsizləşdirilmiş Anar Bağırovun 1 ədəd “Marqolin” markalı 5,6 mm kalibrli tapança, 47 ədəd 5,6 mm kalibrli patron, 9 mm kalibrli yivli odlu silahlara uyğunlaşdırılmış və səsboğucu ilə təchiz edilmiş MP-371 modelli nömrəsiz siqnal tapançası və 14 ədəd 9 mm kalibrli patron, AKM tipli avtomatlara aid 8 ədəd sandıqça, 377 ədəd 5,45 mm kalibrli patron, 6 ədəd 7,62 mm kalibrli patron, 1 ədəd sink materialdan olan patron qutusu, 1 ədəd öz torbasında əleyhqaz komplekti, 21 ədəd 3,2 sm və 1 ədəd 3,8 sm uzunluqda patron, Ağa Sərxaninin “Makarov” markalı AK-2522 saylı 9 mm kalibrli tapança, 19 ədəd eyni kalibrli patron və alışdırıcıları ilə birlikdə 2 ədəd “F-1” tipli əl qumbarasından ibarət qanunsuz əldə edilib gəzdirilən, daşınan və saxlanılan istifadəyə yararlı yivli odlu silahlar, döyüş sursatı, partlayıcı maddə, hərbi avadanlıq və əsgəri ləvazimatla təchiz olunmasında iştirak etmiş, mütəşəkkil dəstədə nəzərdə tutulan cinayətlərdə iştirakının olmadığı görünüşünü yaratmaq məqsədilə 26.02.2018-ci il tarixdə Rusiya Federasiyasına getmiş, Şahid1 mütəşəkkil dəstənin ümumi cinayətkar niyyətinin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Zərərçəkmiş şəxs1 qanunauyğun xidməti fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq üçün dövlət xadimi kimi öldürməklə terror aktı törətməkdə ifadə olunan mərhələsini başa çatdırmaq üçün Zərərçəkmiş şəxs1 özü şəxsən davamlı izləyib onun hərəkət marşrutunu, işdən çıxma vaxtını və hər axşam işdən sonra Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı parkda gəzişdiyini müəyyənləşdirərək, mütəşəkkil dəstədə Zərərçəkmiş şəxs1 qətlə yetirdikdən sonra hadisə yerindən qaçıb gizlənməsinin təmin ediləcəyi barədə verilmiş vədə görə əvvəlcədən əldə etdiyi konspirasiya vasitələrini və ərzaq ehtiyatını Gəncə şəhəri, 2 saylı orta məktəbin yaxınlığındakı dərədə gizlətməklə hazırlıq tədbirləri gördükdən sonra 03.07.2018-ci il tarixdə saat 20:30 radələrində Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı parkın meydançasında çoxsaylı insanların əhatəsində olan Zərərçəkmiş şəxs1 həyatdan qəsdən məhrum etmək üçün mütəşəkkil dəstədə qanunsuz olaraq əldə edib saxladığı və çantasında gəzdirdiyi 9 mm kalibrli “Makarov” markalı PB-1954 nömrəli odlu silahının qoruyucusunu açaraq, pillələr ilə qalxmaqla sürətlə yaxınlaşıb Zərərçəkmiş şəxs1 və bu zaman onun təhlükəsizliyini təmin edən mühafizəçisi Zərərçəkmiş şəxs2 kənar şəxslərin həyatı üçün real təhlukə törətməklə iki dəfə atəş açaraq Zərərçəkmiş şəxs2 mühafizədə müqavimətini qırıb uzaqlaşdırmaqla Zərərçəkmiş şəxs1 növbəti atəşləri açarkən silahın çaxmaq mexanizminin kilidlənməsinə baxmayaraq, cinayətkar əməlini qətiyyətlə davam etdirib onun baş nahiyəsinə tapançanın metal dəstəyi ilə zərbələr endirərək daş pillələr üzərindən aşıb yıxılmasına nail olub Zərərçəkmiş şəxs1 qəsdən açıq kəllə-beyin travması, sol təpə sümüyünün sınması, epidural, subdural, subaraxnoidal qansızma ilə müşaiyət olunan sol təpə nahiyəsinin əzilmiş yarası, sol təpə, gicgah və ənsə nahiyələrinin hematoması və şişkinliyi ilə müşayiət olunan və həyat üçün təhlükəli olub sağlamlığa ağır zərərvurmaya aid, Zərərçəkmiş şəxs2 isə qəsdən sol əng-alın nahiyələrinin baş-beyinə qansızma, sol əng, sol almacıq və sol alın sümüklərinin qəlpəli sınıqları ilə müşaiyət olunan iki ədəd dəlib-çıxan odlu silah yaralarından ibarət həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməsi, lakin ətrafda olan polis əməkdaşları tərəfindən tərksilah edilərək tutulduğundan, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vaxtında xəstəxanaya çatdırılaraq tibbi yardım göstərilməklə həyatları xilas edildiyindən, mütəşəkkil dəstənin onları terrorçuluqla əlaqədar xidməti vəzifələrini yerinə yetirmələri ilə bağlı ümumi təhlükəli üsulla həyatdan qəsdən məhrum etməkdən ibarət cinayətkar niyyətini özlərinin iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib iki şəxsi ağırlaşdırıcı hallarda qəsdən öldürməyə cəhd etməsi ilə mütəşəkkil dəstə tərkibində Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsi, dini radikalizm zəminində dövlətin konstitusiya quruşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsi niyyəti ilə odlu silahdan istifadə olunmaqla ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər, habelə əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri ilə terrorçuluq və dövlət xadiminin həyatına sui-qəsd etməklə terror aktı əməllərini törətməsi ilə mütəşəkkil dəstənin Naqif Həmzəyev və Rasim Qurbanovun siyasi və xidməti fəaliyyfətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə onların həyatına sui-qəsd edilməsində (terror aktlarında) ifadə olunan ümumi cinayətkar niyyəti hazırlıq mərhələsində qalmış, bununla da yuxarıda qeyd olunan müxtəlif illərdə mütəşəkkil dəstədə Şahid1 və qeyriləri ilə birlikdə törətdikləri cinayət əməllərinin niyyəti və məqsədi ilə Gəncə şəhərində 10.07.2018-ci il tarixli xüsusilə ağır cinayətləri ilə müşayiət olunan kütləvi iğtişaşa səbəb olmaqla, sabit transmilli mütəşəkkil cinayətkar qrupun ümumi niyyətini həyata keçirmişdir. Təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməllərini törətmələri iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, istintaq zamanı özlərinin verdikləri ifadələr,habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada qismən sübuta yetirilmişdir. Belə ki, ölmüş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, ona Azərbaycan Respublikasının CM-nin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 28, 214.2.1, 28, 214.2.3, 28, 214.2.6, 214.2.1, 214.2.3, 214.2.6, 228.3, 28, 277, 277 və 279.1-1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 24.10.2018-ci il tarixdə Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmış, orada ona bildirmişlər ki, Azərbaycan Respublikasında cinayət işinin istintaqı ilə bağlı barəsində axtarış elan edilib, uzun müddət həbsdə saxlanıldıqdan sonra 15.01.2020-ci il tarixdə Azərbaycan Respublikasına ekstradisiya edilmişdir. O, 15-16 yaşından epilepsiya xəstəliyindən əziyyət çəkir və bu xəstəliklə bağlı Göygöl rayonunda, Gəncə, Mingəçevir və Bakı şəhərlərində daim həkim nəzarətində olmuş, xəstəliyi ilə əlaqədar heç bir yerdə işləyə bilmədiyindən anasının yanında olmuşdur. 2017-ci il tarixdən 15.01.2020-ci il tarixinədək Azərbacaycan Respublikasında yaşayan şəxslərlə hər hansı bir əlaqəsi olmamışdır. Ona qarşı irəli sürülmüş ittihamda adları qeyd edilən Şahid1, X52, Şahid2, Şahid3, X80, X27, X43, Şahid4, X63, X64, Şahid8, X21, Şahid9, Şahid6, Şahid5, Şahid10 İsrayıl oğlu, X44, Təqsirləndirilən şəxs2, X45 və digər şəxslər ilə hər hansı bir şəxsi tanışlığı olmayıb və həmin şəxsləri tanımır. Yalnız Şahid1 adını Rusiyada olduğu müddətdə xəbər saytlarında görmüş, adları qeyd edilən şəxslərlə hər hansı bir telefon danışığı da olmamışdır. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Zərərçəkmiş şəxs1, Azərbaycan Respublikası Milli Məclisinin üzvü X28, Gəncə şəhər Baş Polis idarəsinin Xüsusi təyinatlı bölüyünün komandir müavini, polis polkovnik-leytenantı X35 ilə heç bir ədavət, düşmənçiliyi olmamışdır. Adları qeyd edilən şəxsləri tanımır. O, Gəncə şəhəri, Bayan küçəsi, ev 117-a və Gəncə şəhəri, Bağmanlar qəsəbəsi, Fuad Bayramov küçəsi, ev 76-a, Daşkəsən rayonu, Bayan kəndi və ittihamda qeyd edilən digər ərazilərdə olmamış, həmin ərazilərə və ünvanlara getməmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs2 Namiq oğlu ona Azərbaycan Respublikasının CM-nin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 28, 214.2.1, 28, 214.2.3, 28, 214.2.6, 214.2.1, 214.2.3, 214.2.6, 228.3, 28, 277, 277 və 279.1-1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 11.10.2018-ci il tarixdə yaşadığı evin qarşısında Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olduğunu bildirərək onu Moskva şəhərində yerləşən polis şöbəsinə aparıb orda saxlamışlar. O, 21.01.2020-ci il tarixdə Azərbaycana ekstradisiya edilmişdir. Şahid1 2004-cü il tarixdən etibarən tanımış, belə ki, Şahid1 2004-cü il tarixdə onun yaşadığı ünvan 2 ünvanının yaxınlığında kirayə ev tutaraq orada yaşamağa başlamışdır. Həmin vaxtdan münasibətiləri formalaşmış və birlikdə Gəncə şəhəri, Bağbanlar qəsəbəsində yerləşən “Qazaxlar” məscidinə gedib, ibadətlə məşğul olmuşlar. Təxminən 2005-ci ildə Şahid1 ailəsi ilə birlikdə Rusiya Federasiyasına köçmüşdür. Həmin vaxtdan 2017-ci ilədək onun Yunislə heç bir əlaqəsi olmamışdır. 2017-ci ilin aprel ayında Şahid1 ona zəng edərək, görüşmək istədiyini bildirmiş və onlar Gəncə şəhəri ərazisində yerləşən “Kitab kafesin”-də görüşmüşlər. Həmin vaxt Yunis cibindən kağız çıxardaraq masanın üzərinə qoyub, ondan kağızda yazılanları oxumasını istəmış, o da həmin kağızda yazılanları oxumuş, kağızda “X49 ünvanı lazımdır” sözləri yazılmışdır. O, X57 ünvanını bilmədiyini deyib oradan ayrılmışdır. Sonradan bir dəfə Yunis ona zəng edərək millət vəkili Naqif Həmzəyevin ünvanını öyrəniböyrənmədiyini soruşmuş, o da bilmədiyini demiş və Yunisə sms yazaraq bir də onu bu işlərə görə narahat etməməsini xahiş etmişdir. Həmin vaxtdan sonra onun Yunislə heç bir əlaqəsi olmamışdır. Şahid2, X46, Şahid8, X12, Şahid5, Şahid9 Gəncə şəhər sakinləri kimi tanımış və onlarla birlikdə məsciddə ibadət vaxtı ünsiyyəti olmuşdur. X4 ilə sıx münasibəti olmasa da Lənkəran şəhərindən Gəncə şəhərinə gəlib məscidlərdə etdiyi dini söhbətlərə qulaq asmışdır. O, ittihamda adları qeyd edilən digər şəxsləri isə ümumiyyətlə tanımadığını qeyd etmişdir. Onu Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Zərərçəkmiş şəxs1, Azərbaycan Respublikası Milli Məclisinin üzvü X28, Gəncə şəhər Baş Polis idarəsinin Xüsusi təyinatlı bölüyünün komandir müavini, polis polkovnik-leytenantı X35 ilə heç bir ədavəti, düşmənçiliyi olmayıb. X28 ilə birlikdə Gəncə şəhəri, “Yeni Gəncə” qəsəbəsində yerləşən Əhməd Cavad adına 2 saylı tam orta məktəbdə təhsil almış, sonuncu ilə məktəb vaxtı münasibəti olsa da, sonradan münasibəti olmamışdır. O, Gəncə şəhəri, Bayan küçəsi, ev 117-a və Gəncə şəhəri, Bağmanlar qəsəbəsi, Fuad Bayramov küçəsi, ev 76-a ünvanlarında, eləcə də Daşkəsən rayonu, Bayan kəndində olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 03.07.2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 ölkə ərazisində elektrik təchizatında baş vermiş problemlərin aradan qaldırılması ilə bağlı İcra Hakimiyyətinin məsul şəxslərinin iştirakı ilə toplantı keçirmişdir. Tədbirin inzibati binada keçirilməsi nəzərdə tutulsa da, işıqların sönməsi ilə əlaqədar toplantı inzibati binanın qarşısında, İcra Hakimiyyəti ilə üzbəüz dayandıqda binanın sağ giriş qapısının qarşısında saat 20 radələrində ayaq üstdə keçirilmişdir. İclas zamanı heç bir şübhəli hadisə olmamışdır. İcra Hakimiyyətinin işçiləri dağıldıqda o, inzibati binanın giriş qapısından təxminən 5-6 metr qarşıda dayanarkən postun digər polis əməkdaşı Şahid11 uca səslə kiməsə “hara gedirsən”-deməsini eşidib dərhal arxa tərəfə dönüb pilləkənlərə tərəf bir neçə addım atmışdır. Bu zaman pilləkənlərdən bir nəfər hər iki əli ilə tutduğu tapançanı ona tuşlayıb atəş açmışdır. O, bədəninin sol nahiyəsində sızıntılar hiss etmişdir. Bu zaman həmin şəxs ikinci dəfə onun qarın nahiyəsindən atəş açmış və nəticədə yerə yıxılıb huşunu itirmişdir. Bir neçə dəqiqədən sonra ətrafdakıların köməkliyi ilə o, Gəncə şəhər Beynəlxalq xəstəxanasına aparılmışdır. Hadisə vaxtı əynində ağ rəngli zəncirbəndli köynək, açıq göy rəngli cins şalvar və sadə qara ayaqqabı olmuşdur. Zərərçəkmiş şəxs1 şəxsi mühafizəsini təşkil etdiyi illər ərzində onun həyatına sui-qəsd ola biləcəyi barədə kimsə tərəfindən xəbərdar edilməmişdir. Bundan başqa o, ona atəş açanın Şahid1 olduğunu və onun axtarışda olan cinayətkar olduğunu bildiyini qeyd etmişdir. Bu iş üzrə olan təqsirləndirilən şəxslər bəlkədə hadisə zamanı orada olmuşlar, lakin onun diqqəti Yunisdə olduğu üçün yadında o qalmış, Müşfiq və Yusifi tanımamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 03.07.2018-ci il tarixdə Gəncə şəhər İcra hakimiyyətinin başçısı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasında enerji ehtiyatı ilə bağlı yaranmış problemlə əlaqədar saat 20:00-da İcra Hakimiyyəti binasının qarşısında sol tərəfdə avtodayanacaq istiqamətində pilləkənlərın üst tərəfində təxminən 15 dəqiqə iclas keçirmiş, iclas bitdikdən sonra iştirakçılar dağılmışdır. Zərərçəkmiş şəxs1 oturacaqda əyləşmiş, mühafizəçisi Zərərçəkmiş şəxs2 isə ayaq üstə dayanaraq onunla söhbət etmişdir. Bu vaxt başçının arxa tərəfindən başında qara kepka, əynində zoğalı rəngli kofta olan bir nəfər şəxs İcra Hakimiyyətinin giriş pilləkənlərinə tərəf gəldikdə o, həmin şəxsi səsləyib geri qayıtmasını tələb etsə də, həmin şəxs ona məhəl qoymamışdır. O, Zərərçəkmiş şəxs1 yanında mühafizəçisi olduğunu, hər hansı hadisə olacağı təqdirdə mühafizəçisi tərəfindən qarşısının alınacağına arxayın olmuşdur. Həmin şəxs, yəni Şahid1 Zərərçəkmiş şəxs1 yaxınlaşdıqdan sonra qarşısında dayanaraq Zərərçəkmiş şəxs2 atəş açmış, o, dərhal özünü Şahid1 üzərinə atmış və onu tutarkən qarşılıqlı münaqişə zamanı hər ikisi pilləkənlərlə yerə yıxılmışlar. Nəticədə Şahid1 əlindəki tapança yerə düşmüş və Şahid13 Şahid1 tutub saxlamağından istifadə edərək onun sol qolunu burmuşdur. O, Şahid1 çiyninə keçirdiyi qara rəngli çantanı çıxarıb digər polis əməkdaşına vermiş və polis əməkdaşlarının köməkliyi ilə Şahid1 saxlanılıb Nizami rayon Polis idarəsinə aparılmışdır. O, sol bud nahiyəsindən əzik xəsarəti alsa da hər hansı tibb müəssisəsinə müraciət etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 03.07.2018-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyəti başçısı Zərərçəkmiş şəxs1 keçirdiyi iclas qurtardıqdan bir qədər sonra o, kənarda dayanmış və bu vaxt tanımadığı, adının və soyadının sonradan Şahid1 olduğunu bildiyi şəxs yanından keçərək skamyada oturan Zərərçəkmiş şəxs1 tərəf getmişdir. O, Şahid1 hər hansı vətəndaş olduğunu düşünmüş, lakin Şahid1 Zərərçəkmiş şəxs1 yaxınlaşarkən Zərərçəkmiş şəxs2 Şahid1 qarşısına çıxmış və Şahid1 Zərərçəkmiş şəxs2 iki dəfə atəş açmış, nəticədə Qasım yerə yıxılmışdır. O, dərhal digər polis əməkdaşları ilə birlikdə Şahid1 tutub tərksilah etmiş və onu Nizami RPİ-nə aparmışlar. Yolda olarkən Şahid1 həmin hadisənin hələ son olmadığını, hamısını məhv edəcəyini deyərək qışqırıb onun və digər polis əməkdaşlarının ünvanına nalayiq sözlər işlətmişdir. Bundan başqa o, ifadəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımadığını, həmin vaxt onların orada olub-olmadığını xatırlmadığnı bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid21 Hökmulla oğlu ifadəsində göstərmişdir ki, o, əslən İran İslam Respublikasının Ərdəbil şəhərindəndir və İslam dininin şiə təriqəti üzrə ibadətlə məşğul olur. Şahid1 2006-2007-ci ildə qızı Şərafət Səfərovanı qaçırıb onunla evlənmiş, buna görə də qızı ilə münasibətləri soyumuşdur. 2009-2010-cu illərdə Şahid1 anası Leyla xanım Bakı şəhəri, Xətai rayonunda Şahid1 dostu Şahid10 adına 18000 manat dəyərində ev almış və həmin evin təmirində o, şəxsən iştirak etmişdir. Evin hansı səbəbdən Şahid10 adına rəsmiləşdirildiyini və evin sənədlərinin kimdə olduğunu bilməmişdir. Evin təmiri hazır olduqdan sonra Şahid1 ailəsi ilə birlikdə Bakı şəhərinə gəlib həmin evdə təxminən bir il yaşamışdır. Yunis iş tapa bilmədiyindən yenidən ailəsi ilə birlikdə Moskva şəhərinə qayıtmış və orada taksi sürücüsü işləmişdir. Təxminən beş-altı il əvvəl Yunis Azərbaycana gələrək Şəmkir rayonunun Könüllü kənd sakini, bacısı Sahilə Hümbətovanın evində bir müddət qalmış, 2-3 ay sonra ailəsi ilə birlikdə yenidən Moskva şəhərinə köçmüşdür. 2016-cı ildə Yunis dini təhsil almaq üçün ailəsi ilə birlikdə İran İslam Respublikasına getmiş, lakin təhsil alması alınmadığına görə 3-4 ay qaldıqdan sonra Astara sərhəd məntəqəsindən ailəsi ilə birlikdə Azərbaycana gəlmişdir. Sərhəd keçidində Yunisi onun oğlu Şahid22 qarşılayıb yaşadığı evə aparmışdır. 10-15 gün Azərbaycanda qaldıqdan sonra uşaqları ilə birlikdə Şərafət Səfərova, təxminən 5 gün sonra isə Yunis Moskva şəhərinə getmişdir. X81rkən qohumlardan kiminləsə görüşübgörüşməməsi barədə məlumatı olmamışdır. 2017-ci ildə Gəncədə oğlu Şahid22 toy məclisində qızı Şərafət Səfərova iştirak etsə də Şahid1 gəlməmiş və toydan 2-3 gün sonra qızı Moskvaya qayıtmışdır. 2017-ci ilin iyun ayında Gəncə şəhərində Xanbağı adlanan parkda Şahid2lə görüşərkən Hpamlet ona Şahid1 bir aydan çox bir müddətdə Gəncə şəhərində olduğunu, zalımlardan qisas almağı planlaşdırdığını və buna görə silah axtardığını demiş və Yunisin hər hansı cinayət törətməsinin qarşısını almasını xahiş etmişdir. O, Şahid1 ibadətlə məşğul olduğunu bildiyindən birinci əhyə gecəsində məsciddə olacağını bilib, saat 23 radələrində Qazaxlar məscidinə getmiş və orada Yunisi görüb onu tənbeh edərək törədəcəyi hər hansı əməldən əl çəkməsini tələb etmişdir. Yunis ona zalımları vuracağını demiş, o, zalımın kim olduğunu soruşanda icra başçısı olduğunu demişdir. İki gün sonra Gəncə şəhərində mühafizə polisinin xəsarət alaraq silahının oğurlandığını eşidəndə mühafizə kameralarına düşən şəxsi Şahid1 bənzətmiş və bu barədə Gəncə şəhər prokurorluğunda mühafizəçi işləyən kürəkəni Şahid23 bildirmişdir. Fərman da bu barədə rayon prokuroruna məlumat vermiş və nəticədə həmin hadisənin Şahid1 tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmin hadisədən sonra o, Yunislə əlaqə saxlamamış və onu görməmişdir. 03.07.2018-ci il tarixdə qızı Şərafət ona zəng edərək Gəncə şəhərində qarışıqlıq olduğunu deyib evdən kənara çıxmamasınıı xahiş etmiş, bir qədər sonra oğlu Şahid22 isə Gəncə şəhərində, bir ildir axtarışda olan Yunis adlı şəxsin Gəncə şəhər İcra Hakimiyyəti başçısını və mühafizəçisini silahla vurduğuna görə tutulduğunu demişdir. O, Yunisin Zərərçəkmiş şəxs1 hansı səbəbdən vurduğunu bilməmişdir. Şahid1 haralarda gizlənməsi, ailəsi ilə birlikdə İran İslam Respublikasının Qum şəhərinə kimin təklifi ilə getməsi, onların Suriya Ərəb Respublikasına gedibgetməmələri barədə onun hər hansı məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərmişdir ki, 2006- 2007-ci ilər ərzində bacısı Şahid1la ailə həyatı qurub RF-da yaşadıqdan 3-4 ildən sonra onun və ailəsinin bacısının ailəsi ilə əlaqəsi yaranmışdır. Xatırlamadığı tarixdə Yunis onun yaşadığı evə gəlib sarı rəngli, “VAZ-2106” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobilinin müvəqqəti ona lazım olduğunu bildirmiş və o, Gəncə şəhərindəki notariuslardan birində avtomobilinin idarə edilməsi ilə əlaqədar Şahid1 etibarnamə vermişdir. Yunisin avtomobilə etibarnaməni nə üçün istədiyini soruşub maraqlanmamış, Yunis də ona bu barədə heç nə deməmişdir. Bundan sonra Yunislə birlikdə həmin avtomobillə Bakı şəhərinə getmişlər. Yunis onu bibisi Siyasət Nəcəfinin evinə aparmış və bundan sonra Yunislə əlaqə saxlamamışdır. Yunisin həmin ərəfədə avtomobillə Eldar Orucov və digərlərini qarşılamaq üçün Xaçmaz rayonuna getməsi barədə bilməmişdir. O, Yunisin terror aktı cinayətini törətmək məqsədilə silah axtararkən mühafizə polisi Şahid9 müraciət etməsi barədə hər hansı məlumatı olmamış və Şahid9 ümumiyyətlə tanımamışdır. Bundan başqa o, ifadəsində evində aşkar edilərək götürülmüş bıçağın ona qaynatası Asəf Xəlilov tərəfində hədiyyə edildiyini, həmin bıçağı evdə suvenir kimi saxladığını və soyuq silah olması barədə məlumatının olmadığını, eyni zamanda axtarış zamanı evindən götürülmüş diskdə olan videogörüntüdə hərbi formada sinə vuraraq irəliləyən qara kepkalı şəxsin Şahid1 olmadığını hesab etdiyini, dini məzmunlu disklər barəsində hər hansı məlumatının olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, 2003–ü ildən İslam dininin şiə təriqətinə mənsub ibadətlə məşğul olur, müştehid kimi heç kəsi qəbul etmir. Təxminən 2018–ci ilin may ayında Şahid1 adını 8 ildir tanıdığı tanışı Cəfərdən eşitmişdir. Cəfər ilə təxminən 8 il əvvəl bibisinin nəvəsi X75 şəhərində müddətli həqiqi hərbi xidmətdə olarkən andiçmə mərasimində iştirak etmək üçün xidmət etdiyi hərbi hissəyə gedəndə orada olmuşdur. Həmin vaxt Cəfər Gəncədə yaşadığı üçün ümumiyyətlə görüşməmişlər. Cəfər ev təmiri işləri ilə məşğul olmaq üçün təxminən 1 il olarki Bakı şəhərinə köçmüş və işdən vaxt olduqca Cəfərlə yaşadığı evin yaxınlığında, yəni Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən çayxanada görüşmüşlər. Sonuncu dəfə Cəfərlə 2018–ci ilin may ayında həmin çayxanada görüşərək söhbət etmişlər, həmin görüş zamanı isə Cəfər onaYunislə bağlı heçnə deməmişdir. O, Gəncə şəhər İcra başçısına sui-qəsd edildiyini mətubatdan eşitmiş, hadisədən sonra Cəfər ona “Whatsapp”da Gəncədə baş verən hadisə ilə bağlı məlumatının olub-olmadığını soruşmuş, o da məlumatının olduğunu bildirmişdir. O, Cəfərin Gəncəli olduğuna görə ona bu barədə yazdığını hesab etdiyini bildirmişdir. Cəfərin ona yazdığı mesaja görə onu polis idarəsinə aparmış, 2 gün sonra polislər onu məhkəməyə aparmışlar və barəsində sanksiya seçilmişdir. O, Cəfəri usta kimi tanıdığını Şahid1 tanımadığını, onunla heç bir əlaqəsinin və münasibətinin olmadığını və Gəncədə baş verən hadisə ilə bağlı heç bir məlumatının olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, hazırki iş üzrə təqsirləndirilən şəxsləri tanımır, onların barəsində heç nə bilmir, Müşfiq və Yusifin adlarını birinci dəfə eşidir. Onlarla heç bir əlaqəsi olmamış və onları heç yerdə görməmişdir. 2012-ci il də qardaşı oğlu Azər işi olduğunu deyərək onu Moskvaya çağırmış, o, Moskvaya Azərin evinə getmiş, sonra 2-3 nəfər də evə gəlmişdir. Azərə onu niyə çağırdığını demiş, həmin vaxt Eldar Orucov da orada olmuş və axtarışda olduğunu, Azərbaycana getmək istədiyini demişdir. Azər onun sənədindən istifadə edərək Eldar Orucova sürücülük vəsiqəsi düzəltmək istədiklərini demiş və konsulluğa gedib imza çəkməsini istəmişdir. O da razı olmamış, pasportunu ona bilet almasını üçün Azərə vermiş və pasportu onda qalmışdır. Həmin vaxt Şahid1 da həmin evə gələrək namaz qılmış və yemey yeyib getmişdir. Şahid1 ikinci dəfə 2017-ci ildə Ramazan ayında görmüşdür. O, Azərin evində olarkən Yunis, Yusif və Müşfiq, eləcə də onların iş birlikləri barədə ona heç nə deməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 namaz qılan şəxs kimi tanımış, lakin tutulmasından xəbəri olmamışdır. Müşfiq adını cinayət işində görmüş, amma həmin adam olduğunu bilməmiş, onun bu işlə əlaqəsinin olmasını ağlına gətirməmişdir. Son 5-6 ayda həmin Təqsirləndirilən şəxs1 o, tanıdığı Müşfiq olduğunu bilmişdir. O, Təqsirləndirilən şəxs2 da tanıdığını, onunla dostluğunun olduğunu bildirmişdir. Bir dəfə təsadüfən Yusiflə görüşəndə Yusif Şahid1 ona zəng etdiyini, onu tanımadığını, onunla nə işinin olduğunu demiş, o da zəng eləsə telefonu götürməməsini, ondan uzaq olmasını demişdir. Onların hansı məzmunda danışmaları barədə söhbətləri olmamışdır. Bundan başqa o, Yusifin Yunislə görüşmədiyini və Yusifin bu işlə əlaqəsinin olmadığından əmin olduğunu demişdir. O, Moskvada olarkən Yunis yanında söhbət etmiş, o da imtina etmişdir. O, Yunislə birliyinin olmadığını, əgər olsaydı silah götürməmişdən qabaq Yunisin qarşısını almaz, qayınatasına bu məsələni deməz, mühafizəçini vurub silahı aparanda onun ifşa edilməsində iştirak etməz və onun qarşısını almazdı. Yunisin qaldığı evdə evli olanda o da kirayədə qalmışdır. Axtarışda olan zaman Yunisin orada ola biləcəyini ehtimal etmiş və bu barədə polislərə məlumat vermişdir. Onun Yunislə başqa əlaqəsi olmamış, ona ev tapmamış və yeməklə təmin edilməsindən məlumatı olmamışdır. Yunisin və ətrafındakı şəxslərin Daşkəsən rayonunun Bayan kəndində qalmasının yalan olduğunu, onların oraya piknik etmək üçün getdiklərini bildirmişdir. Yunis Müşfiq və Yusiflə bağlı ona heç nə deməmiş, Yunislə Müşfiq ümumiyyətlə bir birni tanımamışlar. Məhkəmədə şahid qismində dindirlimiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ümumiyyətlə tanımır, onların bu işi ilə bağlı heç nə bilmir. Yunis, Yusif və Müşfiq barədə ona heç nə danışmamış, ondan heç nə eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilimiş X21 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 və Şahid1 ümumiyyətlə tanımır, bu işlər üzrə iki nəfərdən başqa heç kimi tanımır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 da şəkildə görəndə onu ümumi tanıdığını bildirmişdir. Verilmiş ittihamlarla bağlı Yusiflə aralarında heç bir razılaşmaları olmamış, Yusifin Yunisə kömək etməsi barədə məlumatım olmamışdır. Yusif ona Şahid1 barəsində heç nə deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 Gəncə sakini kimi tanımış, lakin onunla münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs1 isə tanımamışdır. Bundan baqşa o, bu işdə mütəşəkkil dəstənin olmadığını, ibtidai istintaq zamanı heç kimlə üzləşdirilmədiyini, hazırda həbsdə olması, eləcə də mütəşəkkil dəstənin tərkibində olması ilə bağlı heç bir əsas, sübut olmadığını bildirmişdir. Şahid1 da 5-10 ildir ki, tanıyır, onun bacanağı ilə birlikdə işləmişlər. 2017-ci ilin aprel ayında Yunis kirayə ev axtaranda ona köməklik etmiş, sonra ondan xəbəri olmamışdır. Şahid1 Gəncədə olanda onun qaldığı yeri polisə o demiş, Yunis mühafizəçini vurub silahını götürəndə kameradan onu tanıyıb Yunis olduğunu demişdir. Onun Yunis və Yusiflə birlikdə görüşü olmayıb, Yunis Yusif və Müşfiq barədə ona heç nə deməmişdir. Məhkəmədə şahid qismində dirdirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 tanıyır, Təqsirləndirilən şəxs1 isə tanımır. Belə ki, o, usta olduğundan Yusifə mebel düzəltmiş, Yusifi də ordan tanımışdır, onunla ədavət və düşmənçiliyi olmayıb. Bu ittihamla bağlı isə heç nə bilmir. Bundan başqa o, Şahid1 Yusif və Müşfiqlə əlaqəsinin olub-olmamasını bilmədiyini, Yunisin Yusif və Müşfiqlə iş birliyinin olması, onlara tapşırıqlar verməsi barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dirdirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 ingilis dili müəllimi kimi uzaqdan tanıyır, Təqsirləndirilən şəxs1 isə tanımır və ittihamla bağlı da heç nə bilmir. Bundan başqa o, Şahid7 işlə bağlı tanıdığını, Firuddinin Yunislə tanışlığının oluduğunu bilmədiyini və Yunis və Firuddinlə birlikdə görüşlərinin olmadığını bildirmişdir. Şahid1 onun yanına gəlmiş o da Yunisə ev tapmışdır. Şahid1ıla Təqsirləndirilən şəxs2 əlbirliyinin olub-olmamısından xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dirdirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 15-20 il olar ki Yeni Gəncədə yaşadığından Təqsirləndirilən şəxs2 tanıyır, lakin Gəncədə “Cafebook” adlı kafedə kitabsevərlər klubunun olduğunu və tədbir olacağını bilərək tədbirdə iştirak etmiş və Yusifi savadlı şəxs kimi tanıdığından onun da həmin yerlə tanış olmasını istəmişdir. Həmin kafedə Yusiflə söhbət etmiş və ondan Gəncədən olan millət vəkili Naqif haqqında maraqlanmış, onun yaşadığı ünvanının lazım olduğunu demişdir. X85 yaşadığını bildiyindən onun ünvanını Yusifin biləcəyini düşünmüşdür. Naqiflə görüşüb, niyə Gəncədə çayxana, qumarxana, avaraların toplaşacağı çoxlu yerlərin olduğunu, lakin savadlı insanların toplaşacağı yerin, kitab mağazasının olmadığını soruşmaq istəmişdir. Lakin Yusif ona Naqif haqqında heç bir məlumat verməmiş, Naqifin ünvanını bilmədiyini demişdir. Onun Yusiflə görüşməkdə əsas məqsədi onu kitabsevərlər klubu ilə tanış etmək və təəsüratlarını bölüşmək olmuşdur. O, Yusifə Naqiflə görüşmək istəməsinin səbəbini deməmiş Yusif də bu barədə maraqlanmamışdır. Həmin vaxtdan sonra Yusiflə görüşməmişdir. X59 nömrəsini alaraq Yusifə Naqifin ünvanını öyrənə bilməsi barədə sms yazmış, o da onu bu işlərə qatmamasını demişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs1 tanımadığını, Gəncədə Müşfiq adlı şəxsin evində kirayədə qaldığını və iş üzrə təqsirləndirilən şəxsin həmin şəxs olmadığını bildirmişdir. O, ibtidai istintaq zamanı Bayan kənidində olan təlimlərlə bağlı ifadə verməmiş, oraya istirahət üçün getdiklərini bildirmişdir. Məhkəmədə şahid qismində dirdirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 şəhər sakini kimi tanıyır, Təqsirləndirilən şəxs1 isə xatırlamır. Şahid1 isə onun qohumudur, lakin 1994-1996-cı ildən onlar Rusiyaya yaşamağa getdiklərindən onu görməmiş, 2017-ci ildə Yunislə təsadüfən görmüşmüşlər. Yunis işinin olduğunu, onunla bağlı gəldiyini demiş, lakin o, nə işinin olduğunu soruşmamışdır. Bundan sonra Yunislə bir-iki dəfə görüşmüşlər. O, Bakıda olanda Yunisin mühafizəçini vurduğunu və polisin onu axtardığını eşitmişdir. Polis bölməsinə gedəndə əməliyyatçı baxış keçirmək üçün telefonunu istəmiş, o da vermişdir. Baxış zamanı qaralamada çernovikdə (qaralamada) rus dilində yazılan iki mesaj çıxmış, o da rus dilini və çernovikin nə olduğunu bilmədiyini, bu mesajlardan xəbərinin olmadığını demiş, sonra onu xəstəliyi ilə əlaqədar olaraq buraxmışlar. Sonra evinə və iş yerinə baxış keçirmişlər, Yunisin adam vurması ilə bağlı heç nə bilmədiyini, onunla qohum kimi görüşdüyünü və aralarında razılıq olmadığını demişdir. Bundan başqa o, Yunis və Yusiflə birlikdə görüşlərinin olmadığını, Yusiflə sıx münasibətinin olmmadığını, onunla sadəcə məsciddə görüşdüyünü bilirmişdir. Məhkəmədə şahid qismində dirdirilmiş Şahid40 ifadəsində göstərmişdir ki, o, Yusifi və Müşfiqi ümumiyyətlə tanımır, hazırki iş üzrə, yəni Yusif və Müşfiqə verilmiş ittihamla bağlı heç nə bilmir. O, bu işlər üzrə yalnız Hamleti və Yunisi tanıdığını bildirmişdir. X47rladığı bir ədəd “Makarov” tipli tapançanı, bir ədəd AKM tipli avtomatı, bir ədəd PSM tipli tapançanı Şahid2 satarkən onun yanında olmuşdur. Bundan sonra Hamletlə görüşərək ona 200 manat verib sellofana bükülmüş vəziyyətdə olan “Makarov” tipli tapançanı ondan alaraq tanışı Edqara vermişdir. O, Anar Bağırov və Şahid2 silahla bağlı tanımış, Hamlet ona Müşfiq və Yusiflə bağlı heç nə deməmiş, Müşfiq və Yusiflə birlikdə Hamlet və ya Yunislə görüşməmişdir. Anar və Yunislə də Yusif və Müşfiq barəsində danışmamışlar. Məhkəmədə şahid qismində dirdirilmiş Şahid59 ifadəsində göstərmişdir ki, 09.07.2018-ci il tarixdə Şahid5 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 7 ünvanında odlu silah saxlaması barədə məlumat daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Şahid5 evinə getmiş və Şahid5lə profilaktiki söhbət zamanı o, özünə məxsus “Makarov” tipli tapançanın kirayədə yaşadığı mənzildə olduğunu bildirmişdir. Şahid5 öz razılığı əsasında həmin ünvana baxış keçirilmiş və baxış zamanı yataq otağında olan dolabda paltarın cibindən sandıqçasında 8 ədəd patronu olan “Makarov” tipli tapança, həmçinin “HP” markalı “notebook” və “Olimpus” markalı fotoaparat aşkar edilərək götürülmüşdür. Şahid5 bundan başqa hansısa cinayət əməlindən məlumatının yoxdur. Məhkəmədə şahid qismində dirdirilmiş Şahid60, Şahid58, Şahid61 və Şahid57 Şahid59 il eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə tədqiq edilən 03 iyul 2018-ci il tarixli hadisə yerinin baxışının aparılması haqqında protokoldan, ona əlavə olunmuş fotoşəkillərdən və hadisə yerinin “3D” formatında ümumi görünüşündən görünür ki, hadisə yeri Gəncə şəhəri, Şahid18 prospekti, 432 ünvanında yerləşən Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının rəhbər işçilərin girişi üçün nəzərdə tutulmuş şimal qapısının çıxışının qarşısındakı ərazini əhatə etməklə, inzibati binanın qarşısında fəvvarə, musiqi səhnəsi, televiziya verlişlərinin nümayişi üçün nəzərdə tutulmuş iri ölçülü monitor və abidə olan geniş meydanın qərb kənarında yerləşir. İnzibati binanın şimal-şərq qapısı 4,45x13 m ölçülü düzbucaqlı formalı meydançaya açılır, giriş qapısından meydançaya beş ədəd, meydançadan əsas meydana doqquz ədəd 14x33 sm ölçülü pillə vardır. İnzibati binanın giriş qapısındakı pilləkənin ümumi eni 3,9 m-dir. Giriş qapısının qarşısında üzü şərq istiqamətində dayandıqda meydana enən pilləkənlər olan tərəfinin sağ və sol küncündə 105x105 sm ölçülü kvadrat formalı kaptel əsaslı mərmər və aqlaydan hazırlanmış fənər dirəkləri yerləşir. Meydançaya 60x60 sm ölçülü böz rəngli yandırılmış mərmər döşənmişdir. Giriş qapısından inzibati binanın sol küncünə qədər məsafə 3 m-dir, binanın həmin küncünün qurtaracağında divarları şüşə materialdan olan 1,62 m x 1,62 m ölçülü mühafizəçi postu quraşdırılmışdır. Həmin mühafizəçi postunun qarşısından inzibati binanın yanındakı xidməti avtomobillərin saxlanıldığı sahəyə enmək üçün pilləkənlərin baş tərəfinə qədər 3 m məsafə vardır. İnzibati binanın çıxışından sol tərəfdə 209-a saylı bina yerləşir. Həmin bina ilə İcra Hakimiyyətinin inzibiati binası arasında 37 m məsafə vardır. Hadisə yeri ilə həmin yaşayış binasının arasında mövcud olan şam ağacları görüntünü təxminən 20% məhdudlaşdırır. Meydançanın sol qurtaracağından 209-a saylı bina istiqamətində hərəkət etdikdə altı ədəd pillədən ibarət birinci pilləkənin ümumi eni 147 sm, uzunluğu 6 metrdir, birinci pilləkən 6 m x 2,70 m ölçülü meydançaya enir, meydançadan da beş ədəd pillə 10 m diametrli dairəvi meydançaya enir, meydançalara və pillələrə mərmər döşənmişdir. Giriş qapısının qarşısındakı meydança şərti olaraq 1, iki pilləkən arasında meydança şərti olaraq 2, ovalvari meydança isə şərti olaraq 3 rəqəmi ilə nömrələnmişdir. Giriş qapısının qarşısında dayandıqda 1 nömrəli meydançanın sol küncündə yerləşən işıq dirəyindən 3 m sol tərəfdə 2 m uzunluğu olan taxta skamya, onun sol tərəfində dördbucaqlı, taxta materialdan hazırlanmış dibçək, arxasındakı otluq sahədə təxminən 12 m hündürlüyü olan şam ağacı yerləşir. Həmin işıq dirəyindən 136 sm, inzibati binanın şimal-şərq qapısından 1 nömrəli meydançaya enən pilləkənlərin küncündən 140 sm məsafədə yer səthində bir ədəd giliz aşkar edilib 1 rəqəmi ilə işarələnərək fotoşəkli çəkilmişdir. Həmin işıq dirəyindən 335 sm, inzibati binanın şimal-şərq qapısından 1 nömrəli meydançaya enən pilləkənlərin küncündən 75 sm, inzibati binanın divarından 430 sm və 209-a saylı bina istiqamətində 660 sm məsafədə yer səthində təxminən 70 sm uzunluqda və 40 sm enində qanabənzər gölməçə aşkar edilib 2 rəqəmi ilə işarələnərək fotoşəkli çəkilmiş, bu gölməçədən 209-a saylı binaya doğru düz istiqamətdə 240 sm məsafədə yer səthində dairəvi formalı 1 sm diametrli qanabənzər ləkələr müşahidə edilmişdir. Həmin küncdən 125 sm, yan divardan 105 sm məsafədə 2 nömrəli meydançada, qanabənzər gölməçədən 1080 sm məsafədə yer səthində sol tərəfi yerdə və lüləsi şimala doğru olmaqla bir ədəd “Makarov” tipli, gövdəsinin səthində “PB-1954” və “1975” yazıları həkk edilmiş, qoruyucusu açıq, lülə qutusu geriyə dartılıb qalmış vəziyyətdə, sandıqçası dəstəyinin içərisində olan tapanca aşkar edilib 3 rəqəmi ilə işarələnməklə fotoşəkli çəkilmişdir. Təhlükəsizlik məqsədilə əvvəlcə tapancanın sandıqçası çıxarılmış və sandıqçada üç ədəd patron aşkar edilmiş, bundan sonra tapancanın lülə qutusu əllə tamamilə geriyə çəkilib dartılmış, lülə qutusunun kəsiyindən içəri baxıldıqda orada bir ədəd patronun ilişib qaldığı müəyyən edilmişdir. 2 nömrəli meydançaya endikdə sonuncu pilləkənin 2 nömrəli meydança ilə sol tərəfdə əmələ gətirdiyi küncdən 108 sm, yan divardan 1 m məsafədə yer səthində bir ədəd giliz aşkar edilib 4 rəqəmi ilə işarələnərək fotoşəkli çəkilmiş, 2 saylı meydançanın yer səthində en tərəflərindən 265 sm və 5 sm, uzunluq tərəflərindən 190 sm və 410 sm məsafədə biribirindən 15 sm aralıda yerləşən 0,8 sm diametr ölçüdə kənarları çıxıntılı dairəvi formalı iki ədəd qanabənzər damcı, 2 və 3 saylı meydançaları birləşdirən birinci pilləkənin səthində, tapançadan 285 sm məsafədə üzərində “Labatt İCE” yazısı olan bir ədəd qara rəngli kepka, bundan 10 sm sol tərəfdə kənarları çıxıntılı dairəvi formalı 1 sm diametrli qanabənzər damcı aşkar edilib 5 rəqəmi ilə işarələnərək fotoşəkli çəkilmiş, 2 və 3 saylı meydançaları birləşdirən ikinci pilləkənin səthində birinci pilləkəndə aşkar edilmiş qanabənzər ləkə ilə təxminən eyni düz xətt üzərində yerləşən oxşar qanabənzər damcı aşkar edilmiş, 3 saylı meydançada yer səthində pilləkən olan tərəfdən 80 sm, yan tərəflərdən 3,85 m və 1,85 m, kepkadan 1,95 m məsafədə 40 sm diametr ölçüdə yayılmış damcı və axıntıdan ibarət qanabənzər ləkə aşkar edilib 6 rəqəmi ilə işarələnərək fotoşəkli çəkilmişdir. Həmin ləkənin yanında bir ədəd qara rəngli qulaqlıq aşkar edilib 7 rəqəmi ilə işarələnərək fotoşəkli çəkilmiş, 3 saylı meydançada yer səthində pilləkən olan tərəfdən 180 sm, sağ yan tərəfdən 155 sm, sonuncu qanabənzər ləkədən 190 sm məsafədə 80 sm diametr ölçüdə yayılmış qanabənzər yaxıntı aşkar edilib 8 rəqəmi ilə işarələnərək fotoşəkli çəkilmiş, 3 saylı meydançada yer səthində pilləkən olan tərəfdən 155 sm, sağ yan tərəfdən 125 sm, sonuncu qanabənzər ləkədən 25 sm məsafədə bir ədəd üzərinə “Lock” yazısı həkk edilmiş, gümüşü rəngli metal halqaya taxılmış açar və 10 qəpiklik pul sikkəsi, 8 rəqəmi ilə işarələnmiş qanabənzər yaxıntıdan 209-a saylı bina istiqamətində 20 sm aralıda iki ədəd əlli və iki ədəd iyirmi qəpiklik pul sikkələri aşkar edilmiş, 209-a saylı bina istiqamətində 4,8 m aralıda, 3 saylı meydançanın sağ tərəfindən 1,5 m məsafədə 30 sm diametr ölçüdə yayılmış qanabənzər damcı və yaxıntılar aşkar edilərək 11 rəqəmi ilə işarələnib fotoşəkili çəkilmişdir. İnzibati binanın şimal-şərq qapısının üstündə, birbaşa hadisə yerini qeydə alan kamera qurğusunun quraşdırıldığı aşkar edilsə də işıq təchizatının olmaması səbəbindən kamera qurğusunun hadisə vaxtı işləmədiyi və özündə qeydiyyat aparmadığı müəyyən edilmiş, sandıqçası ilə birlikdə “Makarov” tipli tapança, 4 ədəd patron, 2 ədəd giliz, 1 ədəd kepka, 1 ədəd qulaqcıq, 1 ədəd açar, 1 ədəd 10 qəpiklik, 2 ədəd iyirmi qəpiklik və 2 ədəd əlli qəpiklik pul sikkələri, 2 nömrəli qanabənzər gölməçədən, 6, 8 və 11 nömrəli qanabənzər ləkələrdən pambıq tampona sürtmə üsulu ilə tədqiqat üçün nümunələr prosessual qaydaların tələblərinə riayət olunmaqla qablaşdırılaraq möhürlənib götürülmüşdür. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idrəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 26 aprel 2019-cu il tarixli məxfi məktubların çıxarışlarından görünür ki, 14.06.1975-ci il təvəllüdlü, ünvan 10 ünvanında yaşayan X65 və xx.xx.1978-ci il təvəllüdlü, ünvan 11 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 Şahid2lə birlikdə Daşkəsən rayonu Bayan kəndindəki meşədə 1500 manat müqabilində aldıqları 1 ədəd avtomat, 1 ədəd tapançanı gizlətmiş, partlayıcı maddə hazırlamış və sinaqdan keçirmişlər. Meşədə silahın və partlayıcı maddəsinin sınaqdan keçirilməsi mobil telefonla çəkilmiş və sonra Şahid1 nümayiş etdirilmişdir. Şahid1 həmin video görüntüləri Rusiyaya aparacığını bildirmişdir. Bundan sonra Şahid5 dəstəyə məxsus avtomat silahı, həmçinin “beşaçılan” ov tüfəngi və telefona qulaq asmaq üçün xüsusi cihazı özündə saxlamışdır. xx.xx.1984-cü il təvəllüdlü, ünvan 12 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 Şahid1 və Şahid2lə yaxın yaxın münasibətləri olmuş, Təqsirləndirilən şəxs2 Şahid1la görüşü zamanı sonuncu Gəncə şəhərindən millət vəkili seçilmiş X28 haqqında maraqlanmışdır. Məhkəmədə tədqiq edilən Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya X9 20 oktyabr 2018-ci il tarixli, 1524 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - açıq kəllə-beyin travması, sol təpə sümüyünün sınması, epidural, subdural, subaraxnoidal qansızma ilə müşaiyət olunan sol təpə nahiyəsinin əzilmiş yarası, sol təpə, gicgah və ənsə nahiyələrinin hematoması və şişkinliyi bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 03.07.2018-ci il tarixdə əmələ gələ bilərdi və ümumilikdə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərərvurmaya aiddirlər. Məhkəmədə tədqiq edilən Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya X9 04 avqust 2018-ci il tarixli, 871 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində patronu mərmi ilə doldurulmuş odlu silahdan (silahlardan) atılan atəşin təsiri nəticəsində əmələ gəlmiş iki ədəd dəlib-çıxan odlu silah yaraları aşkar edilmişdir. Bu yaralardan biri sol əng-alın nahiyələrində yerləşməklə, baş-beyinə qansızma, sol əng, sol almacıq və sol alın sümüklərinin qəlpəli sınıqları ilə müşayiət olunan yaranın giriş dəliyi sol əng nahiyəsi, çıxış dəliyi isə sol alın nahiyəsidir, yara kanalının istiqaməti öndən-arxaya olmaqla, aşağıdan yuxarıya, sağdan sola doğrudur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İkinci odlu silah yarası daxilə nüfuz etməyən yara olub, sağ bel nahiyyəsində yerləşmişdir, yaranın giriş dəliyi sağ bel, çıxış dəliyi isə sağ qabırğaaltı nahiyədədir, yara kanalının istiqaməti üfüqi xətt üzrə arxadan önə, soldan sağa doğrudur, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlərin əmələ gəlmə müddətləri 03.07.2018-ci il tarixə uyğun gəlir. Məhkəmədə tədqiq edilən təqsirləndirlən şəxsin barəsində axtarış elan etmək haqqında 15 iyul 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqdan qaçıb Rusiya Federasiyasının ərazisində gizlənməsi müəyyən edilərək barəsində axtarış elan edilmişdir. Məhkəmədə tədqiq edilən Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 4(006)- 335/2018 nömrəli, 15 iyul 2018-ci il tarixli qərarında görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduğu vaxtdan hesablanmışdır. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Psixo-Nevroloji Dispanserinin 09 avqust 2018-ci il tarixli məktubundan və arayışından görünür ki, Təqsirləndirilən şəxs1 08.11.2012-ci il tarixindən RƏD-də “Davranış pozuntuları, psixopatabənzər davranış” diaqnozu ilə qeydiyyatdadır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.10.1994-cü il tarixli hökmünün və Göygöl Rayon Məhkəməsinin 07.11.2012-ci il tarixli hökmünün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.10.1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Suraxanı Rayon Xalq Məhkəməsinin 10.03.1995-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad olunmuş, Göygöl Rayon Məhkəməsinin 07.11.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 03 ay 09 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 29.07.2012-ci il tarixdən həbsdə olması nəzərə alınaraq cəzasını çəkmiş bilinərək cəzadan azad olunmuşdur. Məhkəmədə tədqiq edilən Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı Kombinatının 03 fevral 2020-ci il tarixli 47 nömrəli arayışından və həmin tarixli xasiyyətnaməsindən görünür ki, Qurbanov X15 şəhəri, Naxçıvan küçəsi ev 31, mənzil 138 ünvanda qeydiyyatda olmaqla yaşamış, nümayəndəliyə barəsində ərizə və şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq edilən Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 31 yanvar 2020-ci il tarixli 194 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunmuşdur. Aşkar edilən pozuntu törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmiş, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Baş Prokurorluğunun xidməti məktublarında görünür ki, Rusiya Federasiyasının səlahiyyətli dövlət orqanlarına Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasına ekstradisiya olunması ilə əlaqədar vəsatət ünvanlanmış, vəsatətin icrası çərcivəsində Təqsirləndirilən şəxs1 Rusiya Federasiyasının Moskva şəhərində 24.10.2018-ci il tarixdə tutulmuş və 15.01.2020-ci il tarixdə Azərbaycan Respublikasına ekstradisiya olunmuşdur. Məhkəmədə tədqiq edilən təqsirləndirlən şəxsin barəsində axtarış elan etmək haqqında 15 iyul 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqdan qaçıb Rusiya Federasiyasının ərazisində gizlənməsi müəyyən edilərək barəsində axtarış elan edilmişdir. Məhkəmədə tədqiq edilən Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 4(006)- 334/2018 nömrəli, 15 iyul 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduğu vaxtdan hesablanmışdır. Məhkəmədə tədqiq edilən Gəncə şəhər, Nizami rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinin 08 oktyabr 2018-ci il tarixli 3528 nömrəli arayışından və həmin tarixli 3530 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 14 ünvanda qeydiyyatdadır, nümayəndəliyə barəsində ərizə və şikayət daxil olmamışdır. Eləcə də “Evlər üçlüyünün” xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət karakterizə olunur. Məhkəmədə tədqiq edilən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan, çıxan zənglər və danışıqlar aparılan zaman mobil nömrənin qeydə alındığı antena dairələrin əks olunduğu diskə baxış keçirilməsi haqqında 26 oktyabr 2018-ci il tarixli protokoldan görünür ki, Sadıxov X48 Yunis Rafiq oğlu ilə 2017-ci ilin aprel, Şahid2 ilə 2016-cı ilin dekabr, 2017-ci ilin yanvar-sentyabr, Şahid5 ilə 2016-cı ilin dekabr və 2017-ci ilin may aylarında mütəmadi telefon danışıqları aparmış, qeyd olunan danışıqlar aparılan zaman Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil nömrə Gəncə, Sumqayıt şəhərləri, Göygöl və Samux rayonlarında quraşdırılmış antena əhatə dairələrində qeydə alınmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məkəmədə tədqiq edilən Gəncə şəhər X61 30 yanvar 2020-ci il tarixli 449 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 dispanserdə qeydiyyatdan durmur. Məhkəmədə tədqiq edilən Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 31 yanvar 2020-ci il tarixli 196 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və saitr psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 törətdiyi əməllər dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Baş Prokurorluğunun xidməti məktublarından görünür ki, Rusiya Federasiyasının səlahiyyətli dövlət orqanlarına Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasına ekstradisiya olunması ilə əlaqədar vəsatət ünvanlanmış, vəsatətin icrası çərcivəsində Təqsirləndirilən şəxs2 Rusiya Federasiyasının Moskva şəhərində 11.10.2018-ci il tarixdə tutulmuş və 22.01.2020-ci il tarixdə Azərbaycan Respublikasına ekstradisiya olunmuşdur. Məhkəmə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq təcirdxanasının 30 noyabr 2020-ci il tarixli, 17/389053 saylı məktubundan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 həmin tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, hesab edir ki, istintaq orqanı tərəfindən ölmüş Təqsirləndirilən şəxs1 və təqsirləndirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 28, 214.2.1, 28, 214.2.3, 28, 214.2.6, 214.2.1, 214.2.3, 214.2.6, 228.3, 28, 277, 277 və 279.1-1-ci maddələri ilə ittiham verilsə də, məhkəmə istintaqı zamanı onların əməllərində aşağıdakı cinayət əməllərinin mövcudluğu müəyyən edilmişdir. Məhkəmə, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamların hər birinə ayrı-ayrılıqda qiymət verməyi məqsədəmüvafiq hesab edir. İbtidai istintaq orqanı tərəfindən ölmüş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 28,214.2.1, 28,214.2.3, 28,214.2.6, 214.2.1, 214.2.3, 214.2.6, 228.3, 28,277, 277, 279.1-1-ci maddələri ilə ittiham verilmiş, lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 elan olunmuş həmin Məcəllənin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 28, 277, 277-ci maddələri ilə ittiham aşağıdakı səbəblərə görə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddələri ilə ittiham elan olunarkən əsassız olaraq sonuncunun mütəşəkkil dəstənin üzvü kimi həmin cinayət əməllərinin törədilməsində iştirak etməsi qənaətinə gəlinmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmadan və müvafiq hüquqi qiymət verilmədən formal olaraq ona Azərbaycan Respublikasının Cinayət Məcəllənin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 28, 277, 277-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəllənin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 28, 277, 277-ci maddələri ilə ittiham olunması ilə bağlı cinayət əməllərini mütəşəkkil dəstənin üzvi kimi törətməsi nə məhkəmə istintaqı zamanı, nə də ibtidai istintaq zamanı heç bir mötəbər sübutla sübuta yetirilməmiş, həmçinin məhkəmə istintaqı zamanı dindirilən bilavasitə sübut hesab edilən şahidlərin ifadələri ilə də həmin xüsusatlar sübuta yetirilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 özü də ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 mütəşəkkil dəstənin üzvü kimi Azərbaycan Respublikasının Cinayət Məcəllənin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 28, 277, 277-ci maddələri ona elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, əksinə məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən digər təqsirləndirilən Təqsirləndirilən şəxs2 Namiq oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 28, 214.2.1, 28, 214.2.3, 28, 214.2.6, 214.2.1, 214.2.3, 214.2.6, 228.3, 28, 277, 277 və 279.1-1-ci maddələri ilə ittiham verilmiş, lakin məhkəmə istintaqı zamanı ona elan olunmuş həmin Məcəllənin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 228.3, 277 və 279.1-1-ci maddələri ilə ittihamlar isə öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 Namiq oğlunun da mütəşəkkil dəstənin üzvü kimi qeyd edilən həmin ittihamlar olunan cinayət əməllərini törətməsi nə məhkəmə istintaqı, nə də ibtidai istintaq zamanı toplanmış sübutlarla sübuta yetirilməmiş, ümumiyyətlə ibtidai istintaq orqanı həmin nəticəyə gələrkən mötəbər və real sübutlara əsaslanmamışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin, onun özünün ifadələri ilə yanaşı toplanmış sübutların cəmi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 qeyd olunan ittihamlar üzrə təqsirliliyi birmənalı olaraq sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının CPM-in 145.3 maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının CPM-in 28.5 maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinin tələbinə görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1 və 350.2-ci maddələrində göstərilmişdir ki, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının CPM-in 42 və 350-ci maddələrini rəhbər tutaraq məhkəmə belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəllənin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 28, 277, 277-ci maddələri ilə, digər təqsirləndirilən Təqsirləndirilən şəxs2 Namiq oğluna isə həmin Məcəllənin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 228.3, 277 və 279.1-1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə təqsirlilikləri sübuta yetirilmədiyinə görə onlara həmin maddələrlə bəraət verilməlidir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 ittiham verilmişdir ona görə ki, o, gələcəkdə istifadə məqsədilə Azər Əliyev vasitəsilə Moskva şəhərindən Azərbaycan Respubilkasına göndərdiyi meşə şəraitində yaşayarkən istifadə olunması üçün su qabları, balıq tutmaq üçün qarmaqlar, çadır, hərbi çanta, hərbi geyim, telefonlara qulaq asmaq üçün xüsusi cihaz və sair ləvazimatları dəstə üzvləri Şahid2, Anar Bağırov və digərləri ilə birlikdə saxlanılmasından ötrü Şahid5 vermiş, istintaqa məlum olmayan mənbədən əldə olunmuş 2 ədəd əl qumbarasının Daşkəsən rayonunun Bayan kəndində gizlədilməsini, eyni zamanda həmin kənddə yerləşən meşəlik ərazidə partlayıcı maddələrin hazırlanaraq odlu silahlarla birlikdə sınaqdan keçirilməsini, bu prosesin videogörüntülərinin digər şəxslərə də nümayiş etdirilərək qətiyyət və əminlik yaradılması üçün mobil telefonla çəkilib Şahid1 çatdırılmasını təmin etməklə mütəşəkkil dəstə tərkibində qanunsuz əldə olunaraq saxlanılan və hazırlanan odlu silah, döyüş sursatları, partlayıcı maddələrdən istifadə edilməklə hakimiyyətin zorla ələ keçirilməsinə, dini radikalizm zəminində odlu silahdan istifadə olunmaqla terrorçuluğa, terror aktına hazırlıq əməllərini törətmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ona elan edilmiş həmin ittihamlar üzrə də özünü təqsirli bilməmiş, ibtidai istintaq zamanı da ifadəsində Daşkəsən rayonu, Bayan kəndində olmadığını, ittihamda adları qeyd olunan şəxsləri tanımadığını bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsinə tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir. Məhkəmədə tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolu, məxfi məktublardan çıxarışlardan, həmçinin işdə olan digər sübutlarla, ölmüş təqsirləndirilən şəxsin ifadəsi təkzib edildiyindən, məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini həmin hissədə inandırıcı hesab etmir. Belə ki, məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idrəsində ibtifdai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 26 aprel 2019-cu il tarixli məxfi məktubların çıxarışlarından görünür ki, 14.06.1975-ci il təvəllüdlü, ünvan 10 ünvanında yaşayan X65 və xx.xx.1978-ci il təvəllüdlü, ünvan 11 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 Şahid2lə birlikdə Daşkəsən rayonu Bayan kəndindəki meşədə 1500 manat müqabilində aldıqları 1 ədəd avtomat, 1 ədəd tapançanı gizlətmiş, partlayıcı maddə hazırlamış və sinaqdan keçirmişlər. Meşədə silahın və partlayıcı maddəsinin sınaqdan keçirilməsi mobil telefonla çəkilmiş və sonra Şahid1 nümayiş etdirilmişdir. Şahid1 həmin video görüntüləri Rusiyaya aparacağını bildirmişdir. Bundan sonra Şahid5 dəstəyə məxsus avtomat silahı, həmçinin “beşaçılan” ov tüfəngi və telefona qulaq asmaq üçün xüsusi cihazı özündə saxlamışdır. Qeyd olunan məxfi məktublardan çıxarışlarda göstərilən xüsusatlar daha real olduğundan və işin faktiki halları ilə uyğun gəldiyindən, məhkəmə hesab edir ki, həmin məktublar sübut kimi qəbul edilməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin həmin hissələrinə də tənqidi yanaşaraq, onun öz hüquqlarından istifadə edərək qeyri-səmimi ifadə verməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 törətmiş olduğu yuxarıda qeyd olunan cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 28, 214.2.6, 228.3 və 279.1-1-ci maddələri ilə tövsif edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutlarla, həmçinin araşdırılmış işin faktiki halları ilə sübuta yetirilmiş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq təcirdxanasının 30 noyabr 2020-ci il tarixli, 17/389053 saylı məktubundan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 həmin tarixdə vəfat etmişdir.Həmin Məcəllənin 44.1 və 44.2.1-1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda ölmüş təqsirləndirilən (şübhəli) şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 yaxın qohumlarına həmin şəxslərin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərilmiş və X14 onun hüquqi varisi qismində tanınmış, lakin cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında onun və müdafiəçilərinin razılığı olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 CM-nin 28, 214.2.1, 28, 214.2.3, 28, 214.2.6, 228.3 və 279.1-1-ci maddələri ilə təqsirli bilinməli, CPMnin 44.2.1-1-ci maddəsinin tələbinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən ona təqsirli bilindiyi maddələrlə cəza təyin edilməməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Namiq oğluna ittiham verilmişdir ona görə ki, onun əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri ilə terrorçuluq və dövlət xadiminin həyatına sui-qəsd etməklə terror aktı əməllərini törətməsi ilə mütəşəkkil dəstənin Naqif Həmzəyev və Rasim Qurbanovun siyasi və xidməti fəaliyyfətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə onların həyatına sui-qəsd edilməsində (terror aktlarında) ifadə olunan ümumi cinayətkar niyyəti hazırlıq mərhələsində qalmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona elan edilmiş həmin ittihamlar üzrə də özünü təqsirli bilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi yuxarıda qeyd olunan ittihamla əlaqəli hissəsinə də tənqidi yanaşaraq, ifadənin həmin hissəsinin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər və əsaslı sübutların cəmi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 ifadəsinin həmin hissəsi təkzib edildiyindən, məhkəmə, onun ifadəsinin həmin hissəsini inandırıcı hesab etmir. Belə ki, məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idrəsində ibtifdai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 26 aprel 2019-cu il tarixli məxfi məktubların çıxarışlarından görünür ki, xx.xx.1984-cü il təvəllüdlü, ünvan 12 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 Şahid1 və Şahid2lə yaxın yaxın münasibətləri olmuş, Təqsirləndirilən şəxs2 Şahid1la görüşü zamanı sonuncu Gəncə şəhərindən millət vəkili seçilmiş X28 haqqında maraqlanmışdır. Şahid1 Təqsirləndirilən şəxs2la Gəncə şəhərində görüşməsi, birincinin sonuncudan Gəncə şəhərindən millət vəkili seçilmiş X28 haqqında maraqlanması onların özlərinin ifadələri ilə də öz təsdiqini tapmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 Naqif Həmzəyev barəsində Şahid1 ondan maraqlanmasını göstərsə də, sonuncunun Naqif Həmzəyevin və Rasim Qurbanovun siyasi və xidməti fəaliyyfətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə onların həyatına sui-qəsd edilməsindən məlumatının olmadığını, həmin cinayət əməlinin törədilməsinə hazırlıqda mütəşəkkil dəstənin üzvi kimi iştirak etmədiyini, ümumiyyətlə nə Şahid1la, nə də hər hansı digər şəxslə cinayət əməlinin törədilməsində və ya törədilməsinə hazırlıqda əlbirliyinin olmamasını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusundan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 Şahid1 törətməyə hazırlaşdığı cinayət əməlindən məlumatı olmuş, lakin ona heç bir vəd vermədən xüsusilə ağır cinayətin törədilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Azərbaycan Respublikasının CM-nin 15-ci maddəsindən və həmin məcəllənin 214.2-ci maddəsinin sanksiyasından görünür ki, tövsifedici hallarda terrorçuluq xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 Namiq oğlunun törətmiş olduğu yuxarıda qeyd olunan cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 28, 214.2.6 və 28, 277-ci maddələrindən həmin Məcəllənin 307.3-cü maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutlarla, həmçinin araşdırılmış işin faktiki halları ilə tamamilə sübuta yetirilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 Namiq oğlunun himayəsində azyaşlı övladının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs2 Namiq oğlunun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs2 Namiq oğlunun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 307.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Namiq oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Rusiya Federasiyasının səlahiyyətli dövlət orqanlarına Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasına ekstradisiya olunması ilə əlaqədar vəsatət ünvanlanmış, vəsatətin icrası çərcivəsində Təqsirləndirilən şəxs2 Rusiya Federasiyasının Moskva şəhərində 11.10.2018-ci il tarixdə tutulmuş və 22.01.2020-ci il tarixdə Azərbaycan Respublikasına ekstradisiya olunmuşdur. Buna görə də təqsirləndirilən Təqsirləndirilən şəxs2 Namiq oğlunun cəza çəkmə müddətinin əvvəli tutulduğu 11 oktyabr 2018-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut olan 21.06.2017-ci il tarixdə Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, 212-216 saylı binaların kəsişməsində hadisə yerindən götürülmüş yük maşınlarının tərəzilərinin boltunu açmaq üçün istifadə edilən açar, üzərində “Adidas” yazısı olan qara rəngli bel çantası və içərisində üzü safari, içliyi yaşıl rəngli uzunqol gödəkçə, qanabənzər ləkə nümunələri, 20.01.2018-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 9 mərtəbəli 4 nömrəli yaşayış binanın 2-ci blokunun qarşısında hadisə yerindən götürülmüş “050 08 9x18” yazısı olan 1 ədəd giliz, 03.07.2018-ci il tarixldə Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında hadisə yerində aşkar edilib götürülmüş 1 ədəd kepka, 1 ədəd qulaqcıq, 1 ədəd açar, 1 ədəd 10 qəpiklik, 2 ədəd iyirmi qəpiklik və 2 ədəd əlli qəpiklik pul sikkələri, qanabənzər ləkə nümunələri, 04.07.2018-ci il tarixdə hadisə yerinə əlavə baxış zamanı "xxxx" ASC Gəncə filialının binasından götürülmüş pəncərə şüşə qırıntıları, hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş qara şalvar və ağ köynək, Zərərçəkmiş şəxs2 olmuş tünd göy rəngli cins şalvar, mayka və kofta, Şahid13 əynində olmuş tünd rəngli, qısa qollu, “Gucci” etiketli köynək, “Pierre Cardin” markalı şalvar, 03.07.2018-ci il tarixdə hadisə vaxtı Şahid1 üzərində olmuş qara rəngli əl çantasında aşkar edilib götürülmüş X6 məxsus AZE15323423, X36 məxsus AZE16520683, Şahid32 məxsus AZE14634500, X24 məxsus AZE15365869 saylı şəxsiyyət vəsiqələrinin kserosurətləri, Şahid1 bığlı və saqqalı formada fotoşəklinin 5 ədəd kserosurəti, Şahid1 əlyazma kağızları, 1 ədəd narıncı rəngli şəffaf alışqan, 1 ədəd qara çərçivəli şəffaf eynək, 1 ədəd diyircəkli qələm, 1 ədəd “Gilette” markalı birdəfəlik ülgüc, 1 ədəd “Akriderm” markalı krem, 2 ədəd “Gofem” markalı dərman həbi, 1 ədəd kiçik ölçülü qabda qramlıq ətir, 1 ədəd “Papia” markalı kağız dəsmal qabı, kənarları cırımış boş vərəq, 1 ədəd kiçik ölçülü metal qayçı, əməliyyat axtarış tədbirləri ilə Şahid1 aşkar edilmiş qara rəngli çanta və bir ədəd qara rəngli sellofan torbada olan 3 ədəd marker, bir ədəd kəlbətin, elastik materialdan bir dəst kəndir, “Rasskazı”, “Jivıe i mertvıe” və “Osnovı islamskoqo verouçenie” adlı 3 ədəd kitab, 1 ədəd qara rəngli gödəkçə, 1 ədəd papaqlı gödəkçə, yaşıl rəngli şalvar, 1 ədəd mavi rəngli qısaqol və 1 ədəd yaşıl rəngli uzunqol kofta, 1 ədəd əl-üz dəsmalı, 1 ədəd "Elidor" markalı şampun, "Novagold" markalı saç lakı, "Gillet" markalı üz köpüyü, "Gillet" markalı üzqırxan, 1 ədəd ağ rəngli boşqab, 1 ədəd çəngəl, 1 ədəd çay qaşığı, 1 ədəd xörək qaşığı, Şahid1 kirayədə yaşadığı ünvan 15 ünvanında 04.07.2018-ci il tarixdə axtarış aparılaraq götürülmüş üzərində məscid şəkli, içərisində ərəb və fars əlifbası ilə dini ayələr və sair yazılmış “Təqvim 2018 1439-1440” adlı 1 ədəd kitabça, aşağı hissəsi zədələnmiş 1 ədəd dairəvi namaz möhürü, 57x90 sm ölçülü canamaz, Şahid1 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsi, 4-cü binanın çardağında aşkar edilərək götürülmüş çantasında və sellofan paketdə olan qara rəngli rüqzaq tipli çanta, “X33 X98” markalı qadın gecə tonu kremi, 2 ədəd göy rəngli əzilmiş ağızlıq, 1 ədəd cırılmış vəziyyətdə olan quru kağız dəsmal, 1 ədəd “Gilette” markalı üzqırxan, 2 ədəd birdəfəlik üzqırxan, 1 ədəd 240 vattlıq adapter, 1 ədəd üz pudrası üçün fırça, 1 ədəd “Colgate” markalı diş fırçası, 1 ədəd “Gaumoll Sensitive” markalı diş pastası, 1 ədəd diyircəkli qələm, 2 ədəd kağız dəsmal, 1 ədəd 12 vərəqli dəftər, 1 ədəd əl-üz sabunu, 9 ədəd kağız dəsmal, 16 ədəd kiçik ölçülü “Snickers” markalı şokolad, 1 ədəd “Tianbar” markalı enerji batareyası, 1 ədəd “Panther Black” markalı qara rəngli ayaqqabı kremi, 1 ədəd zəngli saat, 1 ədəd kirli qadın gödəkçəsi, 1 ədəd qəhvəyi rəngli uzunqol qadın geyimi, 1 ədəd göy rəngli qadın şalvarı, 1 ədəd qadın çantası, 1 ədəd qara rəngli parik, 1 cüt corab, 1 ədəd qara rəngli büstqalter, 2 ədəd qadınlar üçün üz pudrası, 1 ədəd qırmızı rəngli dırnaq lakı, 1 ədəd dırnaq yapışdırıcısı, 1 cüt süni kiprik, 1 ədəd kiprik fırçası, 1 ədəd qara rəngli göz qapağı karandaşı, 1 ədəd kosmetik fırça-qələm, içərisində göz fırçası və kölgə tozları olan 1 ədəd kiçik ölçülü qara rəngli qab, 1 ədəd qırmızı rəngli dodaq boyası, 1 ədəd krem, 1 ədəd qoltuqaltı gel, “Kylie Spf 25” markalı krem, 1 ədəd güzgü, 1 ədəd metal qayçı, 2 ədəd qara rəngli alışqan, kiçik həcmli şüşə konfetlər, 1 ədəd zolaqlı şərf, 1 ədəd alt tumanı, 1 cüt qara rəngli yun əlcək, 1 ədəd ağ rəngli, çirkli hamam dəsmalı, 1 ədəd çirkli jilet və yiletin yan cibində bir ədəd saat, 1 ədəd qalın toxunuşlu qadın papağı, 1 cüt parıltılı naxışları olan əlcək, 1 ədəd ağ-qırmızı zolaqlı qadın şərfi, 1 ədəd şəffaf qadın eynəyi, 1 ədəd üzərində “BMW” yazılı boz rəngli kişi papağı, 1 ədəd vintaçan, 1 ədəd kibrit qutusu, 1 ədəd sarı rəngli partlayıcı qurğu, 20 ədəd kiçik tullantı torbası, “Xozyaskaya 20şt” yazısına malik qab, 1 ədəd metal çay qaşığı, 4 ədəd qulaq təmizləyən çöp, 2 qutu nəm salfet, 5 ədəd super yapışdırıcı, 2 qutu cib salfeti, 1 ədəd qara rəngli flomaster, 1 ədəd kompas, 2 ədəd kibrit qutusu, üzərində “BMW” markalı avtomaşın şəkli olan iri həcmli sellofan paketin içərisində yaşıl rəngli plstik ip, 1 dəst tikiş iynəsi, 1 dolaq qara rəngli sap, 2 ədəd izolyasiya lenti, 1 ədəd dırnaq tutan, göy, yaşıl və qara rəngli qələmlər, 1 ədəd “Akriderm” markalı krem, 1 ədəd elektrik su qızdırıcısı, 1 ədəd yapışdırıcı, bir ədəd möhür, Şahid1 üzərinə 03.07.2018-ci il tarixli baxış zamanı götürülmüş 3 ədəd fləş kart, şer və müxtəlif sözlər yazılmış vərəq, 1 ədəd “Samsung A3” markalı mobil telefon və ağ rəngli qulaqcıq, 1 ədəd mobil telefon üçün enerji daşıyıcısı, 1 ədəd korpuslu eynək, 1 ədəd birdəfəlik üzqırxan, 1 ədəd alışqan, 1 ədəd qayçı, 1 ədəd diyircəkli qələm, 1 ədəd “Akriderm” kremi, 1 ədəd “Gofen 400 mq” həb, kiçik həcmli 1 qutu salfet kağızı, qulaq təmizləyən çöplər, özünün 4x6 sm ölçülü 6 ədəd fotoşəkli, hadisə zamanı Şahid1 əynində olmuş bir ədəd tünd göy rəngli, düymə əvəzinə qırmızı iplə və qara rəngli kəmərlə bağlanan, sol ayaq nahiyəsində dizindən yuxarı, ön tərəfdə 08x09 sm ölçüdə, diz hissəninin sol tərəfində isə 7,5 sm ölçüdə, sağ ayaq nahiyəsinin ön diz tərəfində iri həcmli nöqtəvari qanabənzər ləkələr olan, arxa oturacaq hissəsi 15 sm uzunluqda cırıq, sol arxa cibinin üstündə isə 2 sm ölçüdə cırıq, cibində B51838982 seriyalı 5 manatlıq əskinas olan köhnə şalvar, yaxalıq hissəsində “X96 Style” yazısı, iç tərəfdə arxa-sol ətək hissəsində iri həcmli cırıq, arxa sağ qoltuğunda iri həcmli qanabənzər ləkə olan solğun qırmızı rəngli köynək, üzərində “X86” yazısı olan qara rəngli, iplə bağlanan idman ayaqqabısı, qolunda olmuş “Bei Tai” markalı qara rəngli saat, X18 təqdim etdiyi və Şahid1 məxsus “Men Hocb” markalı bir ədəd qara rəngli qış jaketi, Şahid1 gecələdiyi Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2 nömrəli orta məktəbdə 07.07.2018-ci il tarixdə axtarış zamanı götürülmüş 1 ədəd “Kumtel” markalı qızdırıcının qabı, Şahid21 Hökmulla oğlunun yaşadığı ünvan 16 ünvanından 07.07.2018-ci il tarixdə axtarış zamanı götürülmüş 1 ədəd “X51” adlı dini kitab, 1 ədəd “Babək və Hürrəmilik (yalanlar və gerçəklər)” adlı kitab, 1 ədəd “İslamda məzhəblər və təriqətlər” adlı kitab, 1 ədəd “Samsung” markalı tünd boz rəngli planşet, 1 ədəd “HP” markalı tünd boz rəngli noutbuk tipli kompyuter, içərisində telefon nömrələri yazılmış 1 ədəd qara rəngli kiçik qeyd dəftərçəsi, içərisində müxtəlif anlaşılmaz yazılar olan 1 ədəd qırmızı rəngli kiçik qeyd dəftərçəsi, 1 ədəd fotoşəkli, arxa hissəsində “+**********2 Əbili” yazılmış 1 ədəd kağız, 2 ədəd qəhvəyi rəngli süni materialdan olan ip, “Samsung Duas” markalı tünd göy rəngli 1 ədəd smartfon mobil telefon, “Nokia” markalı qırmızı rəngli 1 ədəd və qara rəngli 1 ədəd mobil telefon, ön hissəsinə“Ayşən bala məktəbə ilk qədəmlərin mübarək” adlı 1 ədəd videokaset, “Panasonic” markalı 1 ədəd qara rəngli mini kaset, 64 ədəd optik disk, tünd sarı rəngli dəri qabda tiyəsi üzərində K8082 yazısı olan 1 ədəd qara dəstəkli bıçaq, X7 yaşadığı Şəmkir rayonu, Yuxarı Könüllü kəndində yerləşən evində 07.07.2018-ci il tarixdə keçirilmiş axtarış götürülmüş dini məzmunlu A4 formatlı 23 vərəq, içərisində telefon nömrələri yazılmış 1 ədəd açıq yaşıl üzlüklü dəftər, “İslamda qadının rolu” elmi konfransına dəvətnamə, məscid təsviri və ərəb əlifbası ilə yazılar olan yaşıl və qızılı rəngli 1 ədəd parça, “Əsirlər Kapvanı” adlı 1 ədəd, “Məhəmmədin əxlaqından səhifələr” adlı 1 ədəd, “Kərbəla hadisələrinin mahiyyəti və səbəbləri” adlı 1 ədəd, “İmam Hüseyn” adlı 1 ədəd, “İslam Fəlsəfəsi ilə tanışlıq” adlı 1 ədəd kitab, “Namazın sirri” adlı 1 ədəd, “Şəri vaxt ölçüsü” adlı 1 ədəd, “Kuran dili” adlı 1 ədəd kitab, “Həzrət əlinin kəlamları” adlı 1 ədəd kitabça, “Fitrət” adlı 2 ədəd jurnal, “Təqvim 2009” yazılı 1 ədəd dəftərçə, içərisində dini yazılar olan 1 ədəd dəftər, “Dualar və zikrələr” adlı 1 ədəd A4 formatlı vərəq,Şahid1 və istintaqa şəxsiyyətləri məlum olmayan digər şəxslərin təsvir olunduqları 7 ədəd foto şəkillər, namaz qılmaq üçün 5 ədəd möhür, 1 ədəd canamaz və 8 ədəd disk, 05.07.2018-ci il tarixdə Şahid3 üzərindən götürülmüş “HTC M*” markalı mobil telefon, yaşadığı ünvan 17 ünvanına baxış keçirilməklə götürülmüş 2 ədəd “F-1” markalı əl qumbarası, 1 ədəd alışdırıcı, 10 ədəd disk və 15 ədəd “Ya Hüseyni-Məzlum” adlı broşüra, 05.07.2018-ci il tarixdə Şahid8 üzərindən götürülmüş “Ya Hüseyni-məzlum” və “Şəhadətə qədər savaş” yazılı 14 ədəd vərəq və 18 ədəd disk, 08.08.2018-ci il tarixdə X37 yaşamış olduğu ünvan 18 ünvanında axtarış zamanı götürülmüş 15 ədəd dini, 4 ədəd kriminal və siyasi, 17 ədəd sair məzmunlu optik disk, 6 ədəd fotoşəkil, Şahid1 videomüraciətlərinin yazılmış olduğu USB formatlı yaddaş kartı, istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinə daxil olan, çıxan zənglər və danışıqlara dair məlumatların yazıldığı 2 ədəd disk, “Təhlükəsiz şəhər” sistemindən daxil olmuş DVD formatlı 1 ədəd disk, “YouTube” internet kanalının “Hüseyniyyun” səhifəsində X8 çıxışının görüntülərinin yazıldığı 1 ədəd DVD formatlı disk, eləcə də istintaq hərəkətlərinin gedişinin videogörüntülərinin yazıldığı 9 ədəd optik disk və ayrı-ayrı şəxslərin əks etdirildiyi 53 ədəd fotoşəkil Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində, Şahid15 Camal oğlunun bədənindən çıxarılmış 1 ədəd güllə, 03.07.2018-ci il tarixldə Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında hadisə yerində aşkar edilib götürülmüş sandıqçası ilə birlikdə PB-1954 “Makarov” tipli tapança, 4 ədəd patron, 2 ədəd giliz, Şahid8 üzərindən götürülmüş 1 ədəd AE-3480K nömrəli, 9 mm kalibrli “Makarov” markalı tapança, 9x18 mm kalibrli 8 ədəd patron, yaşadığı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 6, mənzil 44-dən götürülmüş 1 ədəd bircərgəli patron sandığı, 2 ədəd F-1 tipli əl qumbarası, 2 ədəd “UZRQM” tipli alışdırıcı, 1 ədəd trotil şaşkası, Şahid2 yaşadığı ünvan 19 ünvanından götürülmüş 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 8 ədəd patron, 1 ədəd RQD-5 tipli əl qumbarası və UZRQM markalı alışdırıcı, 30.07.2018-ci il tarixdə X19 yaşadığı ünvan 20 ünvanında aşkar edilib götürülmüş 1 ədəd 7,62 mm kalibrli “AKM” markalı PT 4734 nömrəli qundaqsız avtomat, 56 ədəd 7,62 mm kalibrli patron, 1 ədəd santıqça, 08.08.2018-ci il tarixdə X37 yaşamış olduğu ünvan 21 ünvanında yerləşən 5 mərtəbəli, 8 girişli yaşayış binasının zirzəmi qatında aşkar edilmiş 2 ədəd 5.45 mm kalibrli içi boş avtomat darağı, 7 ədəd 5.45 mm kalibrli patron, 6 ədəd 7.62 mm kalibrli patron, 1 ədəd sink materialdan olan içi boş patron qutusu, 1 ədəd öz torbasında əleyhqaz komplekti, 16.08.2018-ci il tarixdə həmin zirzəmiyə keçirilmiş baxış zamanı götürülmüş “Final” markalı yağın metal qutusunun içərisində 1 ədəd “Marqolin” markalı KP 517 nömrəli tapança, 47 ədəd 5,6 mm kalibrli patron, 251 ədəd 5,45 mm kalibrli patron, AKM tipli avtomatlara aid 6 ədəd sandıqça, 4 ədəd sandıqçanın içərisində 119 ədəd 5,45 mm kalibrli patron, 21 ədəd 3,2 sm və 1 ədəd 3,8 sm uzunluqda patron Daxili İşlər Nazirliyinin Maddi-texniki Təminat Baş idarəsində, zərərsizləşdirildikdən sonra X29 götürülmüş içərisində 7 ədəd patronu olan 1 ədəd seriya nömrəsi silinmiş MP-371 modelli tapança, 1 ədəd səsboğucu, 6 ədəd patron, 5 ədəd giliz və 4 ədəd güllə, mərhuma məxsus paltarlar, X30 götürülmüş içərisində 3 ədəd patronu olan “Makarov” markalı AK-2522 saylı tapança, 13 ədəd patron, 2 ədəd F- 1 tipli əl qumbarası, 2 ədəd alışdırıcı, 1 ədəd açılıb-qatlanan bıçaq 6 ədəd giliz, 5 ədəd güllə, mərhumun geyim əşyaları Bakı şəhəri, Binəqədi rayon Polis idarəsində saxlanılır, Şahid1 üzərinə 03.07.2018-ci il tarixli baxış zamanı B03223948 və C70449483 nömrəli 2 ədəd yüz manatlıq əskinas Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsi vasitəsilə bank depozitinə təhvil verilmişdir. Sadalanan predmetlərin Baş Prokurorluğun İstintaq idarəsində istintaqı davam etdirilən ********* nömrəli cinayət işi üzrə də maddi sübutlar olması nəzərə alınmalıdır. Eləcə də, iş üzrə məhkəmə məsrəfi olan 3472,20 manat məbləğində ekspertiza xərcinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.08.2021-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxslərdən tutulması barədə qərarın qəbul edilməsi nəzərə alınmalıdır. Həmçinin cinayət işinə əlavə edilmiş hesabatlardan görünür ki, Bakı 14 saylı Vəkil Bürosunun vəkilləri X31 və X38 hər biri təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı hüquqlarının müdafiəsini 25 iş saatı həcmində dövlət hesabına həyata keçirmişlər. İbtidai istintaq zamanı dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçilər X31 və X38 vəkil işlədikləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına hər bir vəkil üçün ayrı-ayrılıqda 150 manat məbləğində pul köçürülməlidir. Bundan başqa, cinayət işinə əlavə edilmiş hesabatlardan görünür ki, Bakı 7 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi4 hər biri təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı hüquqlarının müdafiəsini 75 iş saatı həcmində dövlət hesabına həyata keçirmişlər. Məhkəmə istintaqı zamanı dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi4 vəkil işlədikləri Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına hər bir vəkil üçün ayrı-ayrılıqda 450 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42, 318.1, 344-347, 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:
1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 28, 277, 277-ci maddələri ilə Təqsirləndirilən şəxs1 verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddələrlə ona bəraət verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 28, 214.2.6, 228.3 və 279.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının CPM-nin 44.2.1-1-ci maddəsinin tələbinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölmüş Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 28, 214.2.6, 228.3 və 279.1-1-ci maddələri ilə cəza təyin edilməsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin.
2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7, 29, 120.2.11, 214.2.1, 214.2.3, 214.2.6, 228.3, 277 və 279.1-1-ci maddələri ilə Təqsirləndirilən şəxs2 Namiq oğluna verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən həmin maddələrlə ona bəraət verilsin. Təqsirləndirilən şəxs2 Namiq oğlunun əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 28, 214.2.6 və 28, 277-ci maddələrindən həmin Məcəllənin 307.3-cü maddəsinə tövsif edilsin və o, həmin maddə ilə təqsirli bilinib, ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Namiq oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli tutulduğu gündən, yəni 11 oktyabr 2018-ci il tarixdən hesab edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə olan maddi sübutların ********* nömrəli cinayət işi üzrə də maddi sübutlar olmaları nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 3472,20 manat məbləğində ekspertiza xərcinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.08.2021-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxslərdən tutulması barədə qərarın qəbul edilməsi nəzərə alınsın. İbtidai istintaq zamanı dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçilər X31 və X38 vəkil işlədikləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına hər bir vəkil üçün ayrı-ayrılıqda 150 manat məbləğində pul köçürülsün. Məhkəmə istintaqı zamanı dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi4 vəkil işlədikləri Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına hər bir vəkil üçün ayrı-ayrılıqda 450 manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs2 Namiq oğlu isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
H