Məhkəmə qərarları › İş №1(101)-101/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-101/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-101/2021 02.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibləri- X28 və X12, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər kollegiyası fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi3, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X31 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə xx xxxx 1979-cu il tarixdə Saatlı rayonunun Afan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, Sabirabad rayonunun Zəngərə kəndində qeydiyyatda olan, ünvan 1 mənzil 40 ünvanda yaşamış, əvvəllər məhkum olunmamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxxxx 1991-ci il tarixd Füzuli rayonunun Aybasanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işsiz, Füzuli rayonunun Aybasanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində məskunlaşmış məcburi köçkün, əvvəllər məhkum olunmamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə və xx xxxx 1981-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işsiz, ünvan 2 mənzil 24 ünvanında qeydiyyatda olan və yaşayan, məhkumluğu olmayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qəsdən şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş «Sabir» adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli bəyan etməməklə, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, öz növbəsində Təqsirləndirilən şəxs2 və həmçinin öz növbəsində Təqsirləndirilən şəxs3 da ayrı-ayrılıqda, qəsdən şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş həmin «Sabir» adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli bəyan etməməklə, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmişlər. Aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 İran İslam Respublikasında həmin külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni qanunsuz olaraq satış məqsədilə əldə edib, saxlayaraq daşımaqla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli bəyan etməməklə qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirmiş, öz növbəsində Təqsirləndirilən şəxs2 qəsdən, şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş həmin «Sabir» adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması, daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi və bir bükümdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 101,152 (yüz bir tam, mində yüz əlli iki) qram heroinin ona təhvil verilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, həmçinin öz növbəsində Təqsirləndirilən şəxs3 da qəsdən, şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş həmin «Sabir» adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması, daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi və bir bükümdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 181,046 (yüz səksən bir tam, mində qırx altı) qram heroinin ona təhvil verilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 İran İslam Respublikasında olarkən şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş «Sabir» adlı İran İslam Respublikası vətəndaşından qəsdən qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, saxladığı və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirdiyi külli miqdarda narkotik vasitətə olan heroindən qeyd edilən miqdarlarda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qəsdən qanunsuz olaraq satış məqsədilə Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda əldə edib, saxlayıb, daşımışlar. Belə ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2019-cu il tarixdə saat 10:04 radələrində qanunla müəyyən edilmiş qaydada Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Biləsuvar rayonunda yerləşən «Biləsuvar» sərhəd nəzarəti məntəqəsindən keçməklə Azərbaycan Respublikasından İran İslam Respublikasına gedib orada olarkən, həmin tarixdə qəsdən şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş «Sabir» adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması, daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi, bundan sonra isə şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş həmin «Sabir» adlı şəxsin göstərişi ilə cinayətkar qrupun ayrı-ayrı üzvlərinə təhvil verilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmişdir. Əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 xx xxxx 2019-cu il tarixdə İran İslam Respublikasında qəsdən qanunsuz olaraq yeddi bükümdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 646,678 (altı yüz qırx altı tam, mində altı yüz yetmiş səkkiz) qram olan heroini və küli miqdarda psixotrop maddə təmiz halda çəkisi 87,406 (səksən yeddi tam, mində dörd yüz altı) qram olan metafetamini satış məqsədi ilə əldə edib, saxlayaraq, həmin bükümləri aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə bir bükümdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 101,152 (üz bir tam, mində yüz əlli iki) qram heroini qadın cinsiyyət orqanında, iki bükümdə külli miqdarda psixotrop maddə təmiz halda çəkiləri 44,240 (qırx dörd tam, mində iki yüz qırx) qram və 43,166 (qırx üç tam, mində yüz altmış altı) qram metafetamini düz bağırsağında, dörd bükümdə külli miqdarda narkotik vasitə təmiz halda çəkiləri 181,046 (yüz səksən bir tam, mində qırx altı) qram, 185,395 (yüz səksən beş tam, mində üç yüz doxsan beş) qram, 98,230 (doxsan səkkiz tam, mində iki yüz otuz) qram, 80,855 (səksən tam, mində səkkiz yüz əlli beş) qram heroini ayağına geyindiyi ayaqqabılarının içərisində gizlətmiş, həmin tarixdə daşıyaraq Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Biləsuvar rayonunda yerləşən «Biləsuvar» sərhəd nəzarəti məntəqəsindən keçməklə saat 16-40 radələrində X14 Azərbaycan Respublikası istiqamətində qanunla müəyyən edilmiş qaydada gələrkən cinsiyyət orqanında və ayağına geyindiyi ayaqqabılarının içərisində gizlətdiyi qeyd olunan külli miqdarda narkotik vasitəni, düz bağırsağında gizlətdiyi külli miqdarda həmin psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirdikdən sonra, Dövlət Sərhəd Xidmətinin və Biləsuvar Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, üzərinə baxış keçirilməsi üçün təkrarən müayinə otağına dəvət olunmuş, yeddi ədəd bükümdə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə onun düz bağırsağından, cinsiyyət orqanından və ayağına geyindiyi ayaqqabılarının içərisindən çıxarılaraq müvafiq qaydada götürülmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs1 cinayətin açılmasına və onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsi ilə bağlı onun iştirakı ilə keçirilmiş əməliyyat tədbiri nəticəsində xx xxxx 2019-cu il tarixdə saat 17-30 radələrində cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 əldə edilmiş cinayətkar razılaşmaya əsasən ona çatmalı olan bir bükümdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 101,152 (yüz bir tam, mində yüz əlli iki) qram heroini Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Səbail rayonu, Dəniz Vağzalı adlanan ərazidə qəsdən qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmış, həmin bir ədəd bükümdə külli miqdarda narkotik vasitə heroin ondan aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Daha sonra, Təqsirləndirilən şəxs1 cinayətin açılmasına və onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsi ilə bağlı onun iştirakı ilə keçirilmiş əməliyyat tədbiri nəticəsində xx xxxxx 2019-cu il tarixdə saat 14 radələrində cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs3 əldə edilmiş cinayətkar razılaşmaya əsasən ona çatmalı olan bir bükümdə külli miqdarda narkotik vasitə təmiz halda çəkisi 181,046 (yüz səksən bir tam, mində qırx altı) qram heroini Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, Yeni Avtovağzal dairəsi yaxınlığındakı ərazidə qəsdən qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmış, həmin bir ədəd bükümdə külli miqdarda narkotik vasitə heroin ondan aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, Saatlı rayonunun Afan kəndində anadan olmuş və Sabirabad rayonunun Zəngərə kəndində daimi qeydiyyatdadır. Lakin, təxminən on beş il əvvəl Bakı şəhərinə köçərək müxtəlif ünvanlarda kirayədə yaşamış, həmin iş üzrə həbs edilməzdən əvvəl öz azyaşlı uşaqları ilə birlikdə ünvan 1 mənzil 40 ünvanda yaşamışdır. İş üzrə digər təqsirləndirilən şəxslər, yəni Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər tanımamış və onları ilk dəfə hadisə vaxtı, yəni həmin şəxslər polis əməkdaşları tərəfindən onun iştirakı ilə yaxalanan vaxt görmüşdür. Onu da bildirmək istəyir ki, onun özü əvvəllər hər-hansı bir narkotik maddənin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs2 və yaxud Təqsirləndirilən şəxs3 İrandan narkotik maddə gətirəcəyini qabaqcadan söz verməmişdir. Onu bu işə Samirə adlı tanışı və sonuncunun tanışı olan Yusif adlı şəxs cəlb etmişlər. Bununla bağlı bildirmək istəyir ki, onun özü Bakı şəhəri «20 Yanvar» adlanan ərazidə yerləşən «Çinarlı» otelində xadimə işləmişdir. Orada onunla birlikdə Samirə adlı qadın da işləmişdir. Təxminən 2018-ci ilin avqust ayının əvvəllərində Samirə ona demişdir ki, onun bir tərəfi İranlıdır və ona təklif etmişdir ki, birlikdə İrana gedib oradan gül yağı alıb Azərbaycana gətirsinlər və daha sonra isə həmin yağı Çinə göndərməsi üçün baha qiymətə onun tanışına versinlər. Onun maddi çətinlikləri olduğuna görə o, Samirənin həmin təklifi ilə razılaşmışdır. Daha sonra isə Samirə özü İrana gedə bilməyəcəyini bildirərək, ona təklif etmişdir ki, onun özü tək İrana getsin və onun tanışlarından gül yağlarını götürüb Bakı şəhərinə gətirsin və onun özünə versin. Bu işin müqabilində Samirə ona dörd yüz manat pul verəcəyini bildirmişdir. Onu da bildirmək istəyir ki, onun özünün pasportu olmadığına gərə, o zaman Samirə ona 100 manat pul vermiş və o, qeydiyyatda olduğu Sabirabad rayonuna gedərək özünə xarici pasport alıb Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərinə qayıtdıqdan sonra o, bu barədə Samirəyə bildirmişdir. Samirə isə ona bir nəfər tanışının da onunla birlikdə İrana gedəcəyini və orada ona köməklik edəcəyini, həmin adamı «20 Yanvar» adlanan ərazidə gözləməsini tapşırmışdır. Həmçinin Samirə onun mobil telefon nömrəsini həmin şəxsə verdiyini və həmin adamın özü ona zəng edib onu tapacağını bildirmişdir. Razılaşdıqları tarixdə, yəni 2018-ci ilin avqust ayının təxminən 14-də o, Bakı şəhəri «20 Yanvar» dairəsi adlanan yerdə həmin şəxsi gözləmiş və əvvəllər tanımadığı həmin Yusif adlı şəxs ona zəng edərək onu tapıb həmin yerdə onunla görüşmüşdür. Sonra isə həmin Yusif adlı şəxs özü idarə etdiyi taksi avtomaşınında onu Biləsuvar rayonuna aparmış və orada sərhəd buraxılış məntəqəsindən keçib İranın Aslandüz şəhərinin hansısa bir kəndinə getmişlər. Orada onlar İran vətəndaşı olmaqla özünü «Sabir» adı ilə təqdim edən bir şəxslə görüşmüşlər. Bundan sonra Yusif özü Azərbaycana qayıtmış, onun özü isə iki gün İranda həmin «Sabir» adlı şəxsin evində qalmışdır. Sonra isə Sabir ona bir ədəd kiçk büküm verərək həmin bükümü Azərbaycana gətirməsini və sonra isə özü onunla telefon əlaqəsi saxlayıb bükümü kimə çatdırmalı olduğunu ona deyəcəyini bildirmişdir. O, bükümə baxdıqda onun içərisində yağ deyil, nə isə qanunsuz bir maddə olduğunu başa düşmüşdür. Bu barədə Sabirdən soruşduqda sonuncu ona bükümün içərisində narkotik vasitə olmasını və qadın olduğuna görə ondan heç kəsin şübhələnməyəcəyini bildirmişdir. O, əvvəlcə razılaşmaq istəməmiş, lakin maddi vəziyyəti ağır olduğu və bunun müqabilində ona pul veriləcəyinə görə onun təklifi ilə razılaşmışdır. Sabirin təklifi ilə o, həmin bükümü Sabirin evində düz bağırsağına yerləşdirmiş, sonra isə Sabir onu Biləsuvar buraxılış məntəqəsinə qədər gətirib yola salmışdır. Elə həmin gün, yəni xx xxxxxx 2018-ci il tarixdə o, həmin sərhəd buraxılış məntəqəsindən keçməklə Azərbaycana qayıtmışdır. Gömrük yoxlamasından keçən zaman heç kəs ondan şübhələnməmiş və o, sərbəst qaydada sərhədi keçib Bakı şəhərinə gəlmiş, yolda ayaqyoluna gedən zaman həmin bükümü düz bağırsağından çıxarıb əl çantasında saxlamışdır. Bakı şəhərinə gəldikdən sonra Sabir onun mobil telefon nömrəsinə zəng edərək ona bir telefon nömrəsi demiş, həmin şəxsin adının Pərviz olduğunu, «20 Yanvar» dairəsi adlanan yerdə həmin şəxslə görüşüb bükümü ona verməsini və həmin şəxsin ona dörd yüz manat pul verəcəyini bildirmişdir. O, hal-hazırda xatırlamadığı həmin telefon nömrəsinə zəng etmiş və öz adının Pərviz olduğu bildirən həmin şəxs onunla «20 Yanvar» adlanan ərazidə onunla görüşərək həmin bükümü ondan götürmüş və ona 400 manat pul vermişdir. Bundan bir neçə gün sonra həmin «Sabir» adlı şəxs yenə ona zəng edərək İrana gəlməsini demiş və o, xx xxxxxx 2018-ci il tarixdə yenidən İrana getmişdir. Orada Sabirin ona verdiyi dörd ədəd bükümü yenə də düz bağırsağında gizlədib onun xahişi ilə xx xxxxxx 2018-ci il tarixdə Azərbaycana gətirmişdir. Sabir ona həmin bükümlərdə narkotik olmasını ona demiş və və onun deyəcəyi şəxsə verməsini və narkotiki təhvil alan şəxsin ona 500 manat pul verəcəyini bildirmişdir. Buna görə də o, xx xxxxxx 2018-ci il tarixdə Masazır qəsəbəsində İdman kompleksinin yanında Sabirin ona verdiyi nömrəyə zəng edərək həmin bükümü əvvəllər tanımadığı Hüseyn adlı şəxsə vermiş və həmin şəxs ona beş yüz manat pul vermişdir. Bundan sonrakı dövrdə də o, bir neçə dəfə İrana gedib Sabirdən narkotik vasitə götürüb Azərbaycana gətirib həmin Hüseyn və Pərviz adlı şəxslərə, həmçinin adlarını və telefon nömrələrini xatırlamadığı digər şəxslərə vermiş və hər dəfə həmin şəxslər bunun müqabilində ona beş yüz manat pul verilmişlər. Sonuncu dəfə yenə də həmin Sabir adlı şəxsin xahişi ilə o, xx xxxx 2019-cu il tarixdə Biləsuvar buraxılış məntəqəsindən keçməklə İrana getmiş və orada Sabirlə görüşüb ondan narkotik vasitələr götürmüşdür. Bu dəfə Sabir ona içərisində narkotik vasitələr gizlədilmiş ayaqqabı verərək həmin ayaqqabını ayağına geyinməsini demişdir. Həmçinin əlavə olaraq üç ədəd bükümdə olan narkotik maddəni ona vermişdir ki, onları düz bağırsağında və öz cinsiyyət orqanına gizləsin. Sabir ona həmin narkotik maddələrin iki növdə olmasını, Bakı şəhərində olarkən ona zəng etməsini və ona deyəcəyi telefon nömrələrinə zəng edib həmin narkotik maddələri verməli olduğu şəxslərin adlarını və telefon nömrələrini ona deyəcəyini bildirmişdir. O, Sabirin ona verdiyi ayaqqabını öz ayağını geyinmiş, içərisində narkotik olan bükümlərdən ikisini düz bağırsağında, bir bükümü isə qadın cinsiyyət orqanına yerləşdirib gizlətmişdir. xx xxxx 2019-cu il tarixdə Sabir onu öz maşını ilə Biləsuvar buraxılış məntqəsinin yanına gətirmiş və onu İran tərəfdə maşından düşürüb Azərbaycana keçməsini demişdir. O isə həmişəki kimi İran buraxılış məntəqəsindən sərbəst keçmişdir. Lakin, Azərbaycan sərhəd buraxılış məntəqəsində onun əl çantası yoxladıqdan sonra, orada olan sərhəd və gömrük işçiləri ondan şübhələnərək onu sorğu-sual etməyə başlamışlar. O isə həbs olunacağından çəkindiyinə görə üzərində qadağan olunmuş heç bir əşya olmadığını yalandan demişdir. Bundan sonra gömrük işçiləri dəvət etdikləri şahidlərinin iştirakı ilə onun üzərinə və daxili orqanlarına baxış keçiriləcəyini bildirmişlər. O, etiraz etməmiş və bundan sonra üzərinə, ayağına geyindiyi ayaqqabılarına baxış keçirilmişdir. Baxış zamanı hər iki ayaqqabılarının altlıq hissəsindən içərisində narkotik vasitələr olan bükümlər aşkar olunaraq götürülmüşdür. Bundan sonra onu xəstəxanaya apararaq onun daxili orqanlarının müayinəsinə başlanmışdır. Müayinə zamanı o, daxili orqanlarında narkotik vasitələr olduğunu etiraf etmiş və daxili orqanlarında gizlətdiyi üç ədəd bükümdə olan narkotik maddələri qadın hal şahidlərinin iştirakı ilə çıxarıb sərhədçilərə təqdim etmişdir. Həmçinin o, aşkar edilmiş həmin narkotik maddələri hansı şəraitdə əldə etdiyini və İranlı Sabir adlı şəxsin göstərişinə əsasən tanımadığı adamlara çatdırmalı olduğunu bildirmişdir. Bununla bağlı sərhəd xidməti və gömrük işçiləri onlara həmin şəxslərin ifşa olunmasında onlara köməklik etməsini xahiş etmiş və o, buna razılıq vermişdir. Bundan sonra onlar birlikdə Bakı şəhərinə gəlmişlər. xx xxxx 2019-cu il tarixdə o, Dövlət Sərhəd Xidmətinin istintaq idarəsində olarkən Sabir onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edib bildirmişdir ki, cinsiyyət orqanında gizlədib İrandan Azərbaycana keçirdiyi həmin bir ədəd bükümü ona zəng etməli olan Güloğlan adlı şəxsə versin, digər bükümləri ilə sonra ona nə etməli olduğunu ona deyəcəkdir. Bundan bir neçə dəqiqə sonra onun mobil telefonuna ***-***-**-** nömrədən zəng gəlmiş və həmin şəxs demişdir ki, Sabirin dediyi narkotik vasitəni ondan götürməlidir. Həmçinin həmin şəxs Masazır qəsəbəsinə Qurtuluş massivinə getdiyini və orada narkotiki ondan götürə biləcəyini demişdir. O, isə həmin şəxsə Bakı şəhərində olduğunu və narkotiki şəhərə gəlib ondan götürə bilcəyini demişdir. Həmin Güloğlan adlı şəxs isə şəhərə çatan kimi ona deyəcəyini bildtirmişdir. Bir müddət sonra Güloğlan onun mobil telefonuna sms yazaraq artıq Bakı şəhərində olduğunu və Dəniz vağzalının yanında dayanacaqda onu gözlədiyini bildirmişdir. Bundan sonra o, sərhəd xidmətinin işçiləri və həmçinin polis əməkdaşları ilə birlikdə Dəniz vağzalının yanına getmişlər. Orada o, əvvəllər tanımadığı həmin şəxslə, yəni hal-hazırda tqsirləndirilən şəxs kürsüsündə oturmuş Güloğlan ilə tək görüşərək içərisində narkotik maddə olan bir bükümü ona vermişdir. Bundan sonra o, Güloğlandan bir qədər aralanmış və həmin vaxt bir qədər kənarda dayanıb müşahidə aparan polis əməkdaşları və sərhəd xidmətinin işçiləri Güloğlana yaxınlaşaraq həmin yerdə onu saxlamışlar. Növbəti gün, yəni xx xxxxx 2019-cu il tarixdə günorta saatlarında bir nəfər şəxs onun mobil telefon nömrəsinə zəng vuraraq İrandan ona bir büküm narkotik maddə göndərildiyini demiş və onunla görüşüb həmin bükümü götürmək istədiyini bildirmişdir. Həmin şəxs Yeni Avtovağzalda orada olan hündürmərtəbəli binanın altında olan aptekin qarşısında onu gözlədiyini bildirmişdir. Buna görə də o, sərhəd xidmətinin işçiləri və polis əməkdaşları ilə birlikdə həmin yerə getmişlər. Orada o, əvvəllər tanımadığı həmin şəxslə, yəni hal-hazırda tqsirləndirilən şəxs kürsüsündə oturmuş Zaur adlı şəxslə də tək görüşərək içərisində narkotik maddə olan bir bükümü ona vermişdir. Bundan sonra polis əməkdaşları və sərhəd xidmətinin işçiləri Zauru da həmin yerdə yaxalamışlar. Beləliklə, hadisə günü onun üzərində İrandan qanunsuz gətirdiyi narkotik maddələr aşkar olunduqdan sonra o, hər şeyi etiraf edərək polis əməkdaşları və sərhəd xidmətinin işçilərinə bacardığı qədər köməklik etmişdir. Törətdiyi əmələ görə peşmandır. İfadəsində göstərdiyi kimi onun özü İranlı Sabir adlı şəxsi əvvəllər tanımamışdır. Həmin şəxslə öz tanışı olan Samirə və sonuncunun tanışı olan Yusif adlı şəxsin vasitəsi ilə 2018-ci ilin avqust ayında tanış olmuşdur. Samirə ilə iki ay birlikdə «20 Yanvar» adlanan ərazidə yerləşən «Çinarlı» otelində işləmişdir. Yusiflə onu Samirə tanış edib, Sabirlə isə Yusif tanış etmişdir. Belə ki, o zaman Yusif özü onu İrana aparıb həmin Sabir adlı şəxslə tanış etmişdir. Həmin Samirə və Yusif adlı şəxslərin soyadlarını və ünvanlarını bilmir. Lakin, həmin dövrdə həmin şəxslər onunla mütəmadi olaraq telefon əlaqəsi saxlamışlar. Əvvəllər Sabir adlı şəxsdən qəbul edərək Azərbaycana gətirib narkotik vasitələr verdiyi Hüseyn və Pərviz adlı şəxslərin soyadlarını bilmir və halhazırda onların telefon nömrələrini xatırlamır. Azərbaycana gətirdiyi bükümlərin içində narkotik maddə olduğunu bilmişdir. Lakin, Samirə və Yusif onu o zaman aldadaraq İrandan gül yağı gətirəcəyini demişlər. Xarici pasportunu düzəltdirmək üçün yüz manat pulu və həmçinin İrana getməsi üçün yol pulunu o zaman Samirə ona vermişdir. X32 şəhərinin yapxınlığında yerləşən adını bilmədiyi bir kənddə yaşayır. Sabirin təxminən 30 yaşı olar və onunla azərbaycan dilində danışmışlar. Sonuncu dəfə o, İranda həmin Sabir adlı şəxsin yanında iki gün qalmışdır. Sonuncu dəfə Sabir ona içərisində narkotik maddələr olan cəmi yeddi ədəd büküm vermişdir. Göstərdiyi kimi xx xxxx 2019-cu il tarixdə o, İrandan Azərbaycana gələn zaman Sabirin göstərişinə əsasən sonuncunun ona verdiyi bükümlərdən birini öz cinsiyyət orqanında, iki bükümünü düz bağırsağında, dörd bükümü isə Sabir özü ona verdiyi ayaqqabılarının içərisində gizlətmişdir. Etdiyi əmələ görə çox peşmandır. Bu yola maddi imkansızlığı ucbatından düşmüşdür. Onun özü narkotik vasitələrdən istifadə etmir. Onun azyaşlı uşaqları vardır və onlara baxan yoxdur. Təqsirləndirilən şəxs3 əvvəllər tanımamış və onu ilk dəfə hadisə vaxtı görmüşdür. Zaur özü onunla telefon əlaqəsi saxlamışdır. Sonra isə Yeni avtovağzalda olmasını bildirmişdir. Telefon söhbəti zamanı narkotik barədə Zaura heç nə deməmişdir. Avtovağzalda Zaurla görüşən zaman bir ədəd salefon bükümü ona vermişdir. Bundan sonra polis əməkdaşları Zauru dərhal saxladılar. Zaura verdiyi sellofan bükümün içərisində narkotik maddə olmasını bilmiş, lakin onun içərisində hansı növ narkotik vasitə olduğundan xəbəri olmamışdır. İrana getməsini Samirə özü ona təklif etmişdir. Samirəni iş yerindən tanımışdır. Samirə «Çinar» oteldə paltaryuyan işləmişdir. 2018-2019-cu illər ərzində onun özünün istifadəsində ***-***-**-** nömrəli mobil telefon nömrəsi olmuşdur. İranda yaşayan “Sabir” adlı şəxsin istifadəsində hazırda xatırlamadğı İran telefon nömrəsi və həmçinin ***- ***-**-** və ***-***-**-** mobil telefon nömrələri olmuşdur. Hər dəfə Sabir onunla telefon əlaqəsi saxlayaraq narkotiki kimə çatdırmalı olmasını demiş və o, narkotik maddələri Sabirin dediyi şəxslərə çatdırmışdır. Son olaraq göstərdi ki, törətdiyi əməldən peşmandır. Onun himayəsində iki azyaşlı uşağının olmasını və hazırda uşaqlarının Cəlilabad şəhərində yaşamaqa həbsdə olması səbəbindən anasının himayəsində olmasını, kiçik qızı və onun özünün xəstə olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməklə himayəsində olan uşaqları 14 yaşına çatanadək cəzasının çəkilməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinə əsasən təxirə salınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Füzuli rayonunda anadan olmuşdur və Füzuli rayonunun Aybasanlı kəndində qeydiyyatdadır. Lakin, məlum hadisələr ilə bağlı o zaman ailəvi olaraq Fizuli rayonundan köçərək məcburi köçkün kimi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində məskunlaşmışlar. İş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər tanımamış və onlarla heç bir münasibəti olmamışdır. Cəmilə Razayevanı ilk dəfə hadisə günü, yəni sonuncudan narkotik maddə olan heroini götürən zaman görmüşdür. Təqsirləndirilən şəxs3 isə istintaq zamanı tanımış və onun da Təqsirləndirilən şəxs1 narkotik maddə əldə etdiyini bilmişdir. Hadisə ilə bağlı bildirmək istəyir ki, iş üzrə həbs olunmazdan bir neçə il əvvəl o, müxtəlif narkotik maddələrdən və o cümlədən heroindən də istifadə etmişdir. Lakin, onun özü heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Dəqiq tarix yadında deyil, lakin həmin iş üzrə həbs olunmazdan təxminən bir ay əvvəl İranda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan Sabir adlı şəxslə telefonla tanış olmuşdur. Həmin şəxslə telefon söhbəti zamanı narkotik vasitə istifadəçisi olduğu üçün ondan narkotik vasitə göndərməsini xahiş etmişdir. Sabir də ona harada olduğunu soruşmuş və o, Sabunçu qəsəbəsində yaşadığını bildirmişdir. Bundan sonra Sabir onun olduğu yerə onun özü tanımadığı bir nəfər şəxsi göndərmiş və həmin şəxsə 1500 manat pul verməsini demiş və bunun əvəzində ona narkotik vasitə “kokos” deyilən heroin göndərəcəyini bildirmişdir. O, adını xatırlmadığı həmin şəxsin vasitəsi ilə həmin məbləğdə pulu Sabirə göndərdikdən təxminən iki gün sonra Sabir ona həmin narkotik maddəni göndərmişdir. Narkotik vasitəni gətirən tanımadığı şəxs həmin narkotiki Masazırda Qurtuluş qəsəbəsi adlanan yerdə şam ağacının altına qomuş, Sabir ona zəng edərək bu barədə ona bildirmiş və o, həmin yerə gedərək təxminən əlli qram çəkidə olan heroini oradan götürmüşdür. Daha sonra isə o, həmin narkotik maddəni xırda-xırda özü istifadə etmişdir. Həmin narkotik maddə qurtardıqdan sonra, yəni 2019-cu ilin sonlarında o, öz istifadəsində olan ***-***-**-** mobil nömrəsindən yenidən Sabirə zəng edərək ona narkotik vasitə göndərməsini xahiş etmişdir. Sabirlə sonuncu dəfə danışan zaman, yəni hadisədən təxminən iki gün əvvəl Sabir ona bir nəfərlə ona yenə də narkotik vasitə “kokos” göndərəcəyini demiş və bunun müqabilində onun Bakı şəhərində yaşayan adamına iki min manat pul verməsini bildirmişdir. Bundan sonra həmin tanımadığı adam özü onunla telefon əlaqəsi saxlayaraq onunla «20 Yanvar» metrosunun yanında görüşmüş və o, həmin şəxsə 2000 manat pul vermişdir. Bundan təxminən iki gün sonra, yəni xx xxxx 2019-cu il tarixdə Sabir özü ona zəng edərək bir nəfər qadınla ona narkotik vasitə göndərdiyini və həmin qadın sərhədi keçib Bakı şəhərinə çatdıqdan sonra ona məlumat verəcəyini, sonra isə həmin şəxsdən narkotik maddəni götürməsini demişdir. Hadisə günü, yəni xx xxxx 2019cu il tarixdə günorta vaxtı Sabir ona zəng edərək həmin qadının istifadəsində ***-***-**-** mobil telefon nömrəsi olmasını demiş və həmin qadınla Masazır qəsəbəsində Qurtuluş adlanan ərazidə görüşməsini və bir ədəd bükümdə narkotiki ondan götürməsini bildirmişdir. O, da həmin qadına zəng edərək Sabirin göstərişinə əsasən Qurtuluş qəsəbəsində olmasını və onu gözlədiyini bildirmişdir. Həmin qadın isə onunla Bakı şəhərində “Bulvar” tərəfdə görüşə biləcəyini demişdir. Buna görə də o, yol maşını ilə günortadan sonra Bakı şəhəri Dəniz vağzalının dayanacağına getmiş və həmin qadını orada gözləmişdir. Oraya çatdıqda ona sms yazmışdır ki, onu dəniz vağzalının yanındakı dayanacaqda gözləyir. Bir neçə vaxt sonra həmin qadın onunla telefonla danışaraq onun gözlədiyi yerə gəlmiş və həmin qadın, yəni əvvəllər tanımadğı, hal-hazırda təqsirləndirilən şəxs kürsüsündə oturmuş Təqsirləndirilən şəxs1 ona bir ədəd kiçik büküm vermiş və Sabirin göndərdiyini demişdir. Həmin vaxt tanımadığı mülki geyimli bir neçə şəxs ona yaxınlaşaraq sərhəd xidmətinin işçiləri və polis əməkdaşları olduqlarını bildirərək onu saxlamışlar. Sonra isə onu istintaq orqanına aparmışlar və orada hal şahidlərinin iştirakı ilə həmin qadından götürdüyü, içərisində təxminən yüz qram çəkidə heroin olan həmin büküm protokol tərtib olunaraq ondan götürülmüşdür. O, hər şeyi etiraf edərək həmin narkotiki öz istifadəsi üçün Sabir adlı İran vətəndaşına sifariş etdiyini bildirmişdir. Həmin əmələ görə peşmandır. Lakin, o, özünü qaçaqmalçılıq etməkdə təqsirli hesab etmir. Həmçinin o, özünü Cinayət Məcəlləsinin 234.4-3-cü maddəsi ilə də təqsirli hesab etmir. Həmin narkotik maddəni yalnız öz istifadəsi üçün əldə etmişdir. Bir daha bildirir ki, Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış və hadisə vaxtı onu ilk dəfə görmüşdür. Təqsirləndirilən şəxs1 həmin Sabir adlı şəxslə və digər şəxslərlə nə kimi münasibətdə oldğu barədə onun özünün heç bir məlumatı yoxdur. Yuxarıda qeyd etdiyi kimi, hadisədən bir neçə gün əvvəl onun özü İran vətəndaşı olan Sabir adlı şəxslə telefon əlaqəsi saxlayaraq ona “kokos”, yəni narkotik vasitə heroin sifariş etmiş və bunun üçün tanımadığı bir şəxsin vasitəsi ilə ona 2000 manat pul göndərmişdir. Hadisədən bir gün əvvəl, yəni xx xxxx 2019-cu il tarixdə Sabir özü ona zəng edərək bir nəfər qadınla ona narkotik vasitə göndərdiyini demişdir. Bunun səhərisi gün, yəni xx xxxx 2019-cu il tarixdə Sabir özü ona zəng edərək həmin qadının mobil telefon nömrəsini demiş və bundan sonra o, həmin qadınla, yəni Cəmilə ilə telefon əlaqəsi saxlayaraq onunla Bakı şəhərində Dəniz vağzalının yanında görüşmüşdür. Lakin, sifariş etdiyi, yəni içərisində heroin olan bükümü ondan qəbul etdikdən dərhal sonra sərhəd xidmətinin işçiləri və polis əməkdaşları tərəfindən saxlanılmışdır. Qeyd etdiyi kimi, Təqsirləndirilən şəxs3la onun heç bir münasibəti olmamışdır. Sabir adlı şəxslə telefon əlaqəsi saxlayan zaman Sabir adlı şəxs İranda yaşadığını və sifariş etdiyi kokosu, yəni heroini İrandan Azçərbaycana özü göndərəcəyini bildirmişdir. Hadisədən bir gün qabaq Sabir onunla telefon əlaqəsi saxlayaraq sifariş etdiyi narkotiki bir qadınla ona göndərdiyini və həmin qadın sərhədi keçib Bakı şəhərinə çatdıqdan sonra ona əlavə məlumat verəcəyini və həmin qadınla görüşməli olmasını demişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik maddəni dövlət sərhədindən hansı yolla keçirdiyi barədə onun özünün heç bir məlumatı olmamışdır. Onun həmin narkotik maddənin dövlət sərhədindən gizlin olaraq keçirilməsində heç bir iştirakı olmamışdır. Qeyd etdiyi kimi, o, sifariş etdiyi narkotik maddəni Bakı şəhərində Təqsirləndirilən şəxs1 qəbul etmiş və bundan dərhal sonra isə orada yaxalanmışdır. Onun özünün istifadəsində ***-***-**-** nömrəli, Sabir adlı şəxsin istifadəsində isə +**********64 İran telefon nömrəsi olmuşdur. İş üzrə ibtidai istintaq zamanı onun istifadəsində olmuş ***- ***-**-** mobil telefon nömrəsi üzrə 2018-ci ilin avqust ayından 2019-cu ilin aprel ayını qədər olan dövr üzrə qarşılıqlı telefon ələqələri və sms yazışmaları bərədə məlumatların əldə olunduğu ona məlumdur. İş üzrə ibtidai istintaq zamanı həmin telefon məlumatları və sms yazışmalarından çıxarışlarla tanış edilmişdir. İstifadəsində olmuş mobil telefon nömrələrindən istifadə etməklə narkotik maddələrin əldə olunması ilə bağlı tanımadığı İran vətəndaşı, həmçinin hadisə günü Təqsirləndirilən şəxs1 ilə da telefon əlapqəsi saxlamasını inkar etmir. Son olaraq göstərdi ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilmir. Belə ki, narkotik maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsində iştirak etməmişdir. Həmçinin o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə də təqsirli bilmir və heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Həmin narkotik maddəni yalnız öz istifadəsi üçün əldə etmişdir. Buna görə də özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Qanunsuz yolla narkotik vasitə əldə etdiyinə görə peşmandır. Himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Yevlax rayonunda anadan olmuşdur və orada qeydiyyatdadır. İş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış və onlarla heç bir münasibəti olmamışdır. Cəmilə Razayevanı ilk dəfə hadisə günü, yəni Cəmilədən narkotik maddə götürən zaman görmüşdür. Təqsirləndirilən şəxs2 isə istintaq zamanı tanımışdır. Hadisə ilə bağlı bildirmək istəyir ki, onun özü iş üzrə həbs olunmazdan təxminən üç il əvvəldən narkotik vasitələrdən istifadə etmişdir. Həmin narkotik madələri tanımadığı adamlardan öz istifadəsi üçün əldə etmişdir. Lakin, onun özü heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamışdır. 2019-cu ilin yaz aylarında yaşadığı Yevlax rayonunda öz tanışları vasitəsi ilə bir nəfər İran vətəndaşı olmasını və həmin adamdan “kokos” deyilən, yəni narkotik maddə olan heroini daha ucuz qiymətə almaq olduğunu öyrənib bilmişdir. Buna görə də o, həmin adamın telefon nömrəsini öyrənmiş, hadisədən təxminən on beş gün əvvəl o, öz istifadəsində olan ***-***-**-** nömrəsindən həmin İran vətəndaşının +**********0 nömrəsinə zəng edib onda narkotik vasitə olub-olmadığını soruşmuş, həmin şəxs isə 1000 manat müqabilində ona İrandan 70-80 qram narkotik vasitə kokos göndərə biləcəyini demişdir. Hadisədən təxminən on gün əvvəl həmin iranlı onun mobil telefon nömrəsinə zəng edərək narkotikə görə pulu onun göndərəcəyi adama verməsini tapşırmış və bundan sonra ona narkotik vasitə göndərəcəyini bildirmişdir. Həmçinin həmin şəxs dediyi adam Yevlax rayonuna gələrkən ona əlavə məlumat verəcəyini və pulu həmin şəxsə verməli olduğunu bildirmişdir. Buna görə də o, öz tanışlarından borca pul götürərək cəmi min manat pul toplamışdır. Bundan təxminən bir-iki gün sonra həmin iranlı ona zəng edərək Yevlax şəhərinin girəcəyində dairəvi yolunun kənarında onu bir nəfər adamın gözlədiyini və pulu ona verməsini demişdir. O, həmin yerə gedərək iranlının xarici görkəmini ona təsvir etdiyi tanımadığı adama yaxınlaşaraq özünü təqdim etmiş və həmin 1000 manat pulu ona vermişdir ki, İran vətəndaşına çatdırsın. Bundan sonra onun özü həmin İran vətəndaşı ilə telefonda danışmış və pulu dediyi adama verdiyini bildirmişdir. İranlı isə ona narkotik vasitə hazır olduqda ona bildirəcəyini demişdir. Hadisə günü, yəni x xxxxx 2019-cu il tarixdə günorta vaxtı həmin İran vətəndaşı onun telefonuna WhatsAppla zəng edərək İrandan ona bir nəfər qadının vasitəsi ilə bir bükülüdə narkotik vasitə heroin göndərdiyini demiş və ona bir telefon nömrəsi, yəni ***-***-**-** nömrəsini verib demişdir ki, həmin nömrəyə zəng edib həmin qadınla Bakı şəhərində görüşüb narkotik vasitəni ondan götürsün. Buna görə də o, həmin nömrəyə zəng edib bir qadınla telefonla danışmış və ona Bakı şəhəri Yeni Avtovağzalın yanında oradakı 16 mərtəbəli binanın altında olan «Şəfa» aptekin qarşısında onu gözlədiyini bildirmişdir. Sonra həmin qadın onunla həmin yerdə görüşə biləcəyini bildirmiş və saat təxminən 14 radələrində həmin qadın ona zəng edərək Yeni Avtovağzalın ərazisində, yəni «Şəfa» aptekin yanında olmasını bildirmişdir. Onlar telefonla danışaraq yerlərini dəqiqləşdirmiş və həmin qadın, yəni sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 ona yaxınlaşıb əlində olan bir ədəd sellofan torbanı ona verdikdən bir qədər sonra əvvəllər tanımadığı bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərinin Sərhəd xidmətinin və polis işçiləri olmalarını ona bildirmiş və narkotiklə bağlı şübhəli olmasını ona demişlər. O isə onlara hər şeyi etiraf edərək içərisində narkotik maddə heroin olan həmin bükümü bir nəfər iranlının vasitəçiliyi ilə həmin qadından götürdüyünü və həmin qadını əvvəllər tanımadığını bildirmişdir. Sonra isə həmin əməkdaşlar dəvət etdikləri şal şahidlərinin iştirakı ilə həmin bükümü ondan götürmüş və bu barədə protokol tərtib etmişlər. Törətdiyi həmin əmələ görə peşmandır. Həmin narkotik maddənin ona İrandan göndərələcəyini qabaqcadan bilmişdir. Telefon əlaqəsi saxladığı həmin İran vətəndaşı onun sifariş etdiyi heroinin dövlət sərhədindən Azərbaycana hansı yolla keçiriləcəyi barədə bir söz deməmişdir. Həmin narkotik vasitənin İrandan qanunsuz yolla Azərbaycana gətiriləcəyini bilmişdir. Səhv etmirsə narkotik maddə sifariş etdiyi iranlı öz adının Sabir olmasını ona demişdir. Həmin şəxsin kimliyi və ünvanı barədə onun heç bir məlumatı yoxdur. Həmin həmin İran vətəndaşı ona +**********0 mobil telefon nömrəsindən zəng edərək telefon əlaqəsi saxlamışdır. Həmin şəxs narkotik maddənin ona İrandan göndəriləcəyini qabaqcadan bildirmişdir. Həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etmişdir və onu kiməsə satmaq məqsədi olmayıb. Etdiyi həmin əməldən peşmandır. Hadisə günü o, Yevlax şəhərindən Bakı şəhərinə qonaq kimi gəlmişdir. İranlı ona narkotiki bir qadından Bakı şəhərində götürə biləcəyini dediyinə görə qərara almışdır ki, həmin qadınla görüşüb narkotiki götürəndən sonra öz tanışlarına qonaq kimi baş çəksin. 2019-cu ilin mart ayında onun özünün istifadəsində ***-***-**-** nömrəli, həmçinin ***-***-**-** və ***-***-**-** mobil nömrələr olmuşdur. Hadisə vaxtı və ondan əvvəlki günlər o, əsasən ***- ***-**-** telefon nömrəsindən istifadə etmişdir. Onun istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi üzrə 2018-ci ilin avqust ayından 2019-cu ilin aprel ayına qədər olan dövr üzrə qarşılıqlı telefon ələqələri və sms yazışmaları bərədə məlumatlarla o, istintaq zamanı tanış edilmişdir. Hadisədən əvvəlki dövrdə və həmçinin hadisə günü tanımadığı iranlı ilə və həmçinin hadisə günü, yəni x xxxxx 2019-cu il tarixdə həmin telefon nömrəsindən istifadə etməklə həmin narkotik vasitəni ona çatdıran Təqsirləndirilən şəxs1 ilə qarşılıqlı telefon əlaqəsi saxladığını təsdiq edir. Son olaraq göstərdi ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilmir. Çünki, narkotik maddələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsində heç bir iştirakı olmamışdır. Həmçinin o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə də təqsirli bilmir. Həmin narkotik maddəni yalnız öz istifadəsi üçün əldə etmişdir. Buna görə də özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Qanunsuz yolla narkotik vasitə əldə etdiyinə görə peşmandır. Himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları, onların hadisələrin baş vermə mexanizmi, ardıcıllığı, yeri və vaxtı ilə bağlı verilmiş ittihamla uzlaşan və işin faktiki hallarına uyğun olan qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DSX Sərhəd Nəzarəti, Biləsuvar SNM-nin baş nəzarətçisi kapitan Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxx 2018-ci il tarixdə Biləsuvar SNM-də baş nəzarətçi vəzifəsinə təyin edilməklə hazırda həmin vəzifədə xidmət edir. xx xxxx 2019-cu il tarixdə saat 09:00-dan 20:00-dən Biləsuvar SNM-də növbə rəisi sərhəd naryadı xidmətində olduğu zaman, saat təxminən 16:40 radələrində ikinci nəzarət operatoru xidmətində olan gizir Ariz Süleymanov ona məruzə edərək bildirmişdir ki, Dövlət Sərhəd Xidməti tərəfindən «11C» kommentariyasına əsasən «Saxla» statusu ilə əməliyyat nəzarətinə qoyulmuş AR vətəndaşı Təqsirləndirilən şəxs1 Əlicvan qızının İrandan Azərbaycan Respublikasına hərəkəti qeydə alınmışdır. O, bu barədə bölmə rəisi baş leytenant Amil Mirzəyevə məruzə etmiş və piyadalar xəttinə gedib vətəndaşı ona məxsus əl yükləri ilə birlikdə əsaslı yoxlanılması üçün gömrük nəzarəti həyata keçirilən zala aparmışdır. Orada vətəndaş Təqsirləndirilən şəxs1 sorğu-sual edilmiş, sonuncu üzərində, həmçinin daxili orqanlarında heç bir qanunsuz və qadağan edilmiş əşyanın olmadığını bildirmişdir. «11C» kommentariyasının tələblərinə uyğun olaraq, vətəndaşın üzərinə ətraflı baxış keçirilməsi üçün həmin yerə gömrük əməkdaşı və hal şahidləri dəvət olunmuş, baxış keçirilən zaman vətəndaş Təqsirləndirilən şəxs1 əl yükündə qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Onun üzərinə baxış keçirilərkən ayağına geyinmiş olduğu hər iki ayaqqabısının içliyinin altında gizlədilmiş halda, ayaqqabının hər tayında 2 büküm olmaqla, cəmi 4 ədəd içərisində narkotik vasitə heroinə oxşar maddələr olması ehtimal edilən bükümlər aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 daxili orqanlarının müayinəsinin keçirilməsi üçün xəstəxanaya aparılacağını eşitdikdə bildirmişdir ki, onun cinsiyyət orqanında 1 ədəd, düz bağırsağında isə 2 ədəd nakotik vasitələr olan bükümlər vardır. Bundan sonra Təqsirləndirilən şəxs1 şərait yaradılmış və o, düz bağırsağından 2 bükümdə, cinsiyyət orqanından isə 1 bükümdə narkotik vasitələr çıxarmış, həmin bükümlər ondan götürülmüşdür. Təqsirləndirilən şəxs1 ayaqqabılarından və onun daxili orqanlarından aşkar edilmiş cəmi 7 ədəd bükümə baxış keçirilərkən müəyyən edilmişdir ki, bükümlərin 5 ədədində narkotik vasitə heroin, 2 ədədində isə psixotrop maddə metafetamin olmuşdur. Daha sonra hal şahidlərinin iştirakları ilə həmin bükümlər elektron tərəzidə qablaşdırmaları ilə birlikdə çəkilmiş, heroinə oxşar maddələrin ümumi təxmini çəkisinin 681 qram, metafetaminə oxşar maddələrin isə ümumi təxmini çəkisinin 106 qram olması müəyyən edilmiş, daha sonra həmin maddələr qablaşdırılaraq möhürlənmişdir. Tərəflərindən sorğusual edilərkən Təqsirləndirilən şəxs1, İran İslam Respublikasında həmin narkotik vasitələri ona “Sabir” adlı şəxsin gələcəkdə Azərbaycanda onun deyəcəyi müxtəlif şəxslərə çatdırması məqsədi ilə verdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrlə birlikdə aidiyyəti üzrə təhvil verilmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 İrandan Azərbaycan Respublikasına gələrkən İkinci nəzarət operatoru ona məruzə edərək, həmin şəxsin Dövlət Sərhəd Xidməti tərəfindən «Saxla» statusu ilə əməliyyat nəzarətində olduğu barədə bildirmişdir. Tərəfimizdən Təqsirləndirilən şəxs1 saxlanılarkən ilkin sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 üzərində və daxili orqanlarında qanunsuz əşyanın, o cümlədən narkotik vasitə və psixotrop maddənin olması barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs1 saxlandıqdan sonra sonucudan aşkar edilən bükümləri onlar maddələri elektron tərəzidə bükümlərlə birlikdə çəkərən təxmini çəkisini göstərmişlər. Təqsirləndirilən şəxs1 saxlanılan zaman onunla birlikdə dövlət sərhədindən keçən başqa şübhəli şəxslər müşahidə etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Biləsuvar Gömrük postu, X5 kiçik mühafizəçisi gömrük xidməti giziri Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə Biləsuvar Gömrük İdarəsinin gömrük postu, X6 mühafizəçi xidmətində olmuşdur. Həmin tarixdə, saat təxminən 16:40 radələrində Dövlət Sərhəd Xidmətindən ona bildirilmişdir ki, bir nəfər İrandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Təqsirləndirilən şəxs1 adlı şəxsin şəxsi yoxlaması aparılmalıdır və həmin şəxsi əl yükləri ilə birlikdə gömrük İdarəsinin yoxlama otağına aparıblar. O, bu barədə aidiyyəti üzrə məruzə etmiş və müvafiq qərar qəbul edildikdən sonra vətəndaşın üzərinə və əl yüklərinə hal şahidlərinin iştirakları ilə baxış keçirilməyə başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs1 sorğu-sual edilmiş, üzərində, əl yükündə, həmçinin daxili orqanlarında qanunla qadağan edilmiş əşyaların olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs1 isə üzərində, əl yükündə və daxili orqanlarında qanunsuz heç bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra onun əl yükünə baxış keçirilmiş, qanunsuz heç bir əşya və predmet aşkar olunmamışdır. Daha sonra onun əyninə geyindiyi paltarlara və ayağına geyindiyi ayaqqabılarına baxış keçirilmişdir. Bu vaxt ayağında olan ayaqqabıların hər iki tayında, hər birində 2 ədəd büküm olmaqla, cəmi 4 ədəd içərisində narkotik vasitələrin olması ehtimal edilən bükümlər aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 daxili orqanlarının müayinəsinin keçirilməsi üçün xəstəxanaya aparılacağı barədə xəbərdar edildiyi zaman, sonuncu cinsiyyət orqanında 1 ədəd, düz bağırsağında isə 2 ədəd nakotik vasitələr olan bükümlərin olduğunu etiraf etmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 şərait yaradılmış və o, düz bağırsağından 2 bükümdə, cinsiyyət orqanından isə 1 bükümdə narkotik vasitələri çıxarmış və həmin bükümlər onlar tərəfindən müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs1 ayaqqabılarından və onun daxili orqanlarından aşkar edilmiş cəmi 7 ədəd bükümlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, bükümlərin 5 ədədində narkotik vasitə heroin, 2 ədədində isə psixotrop maddə metafetamin olmuşdur. Daha sonra hal şahidlərinin iştirakları ilə həmin bükümlər elektron tərəzidə qablaşdırmaları ilə birlikdə çəkilmiş, heroinə oxşar maddələrin ümumi təxmini çəkisinin 681 qram, metafetaminə oxşar maddələrin isə ümumi təxmini çəkisinin 106 qram olması müəyyən edilmiş, daha sonra həmin maddələr qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra vətəndaş aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrlə birlikdə aidiyyəti üzrə təhvil verilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona Təqsirləndirilən şəxs1 artıq saxlanaraq əl yükləri ilə birlikdə gömrük İdarəsinin yoxlama otağına aparılması barədə məlumat xx xxxx 2019-cu il tarixdə, təxminən saat 16:40 radələrində məlumat verilmişdir. Təqsirləndirilən şəxs1 saxlanılarkən ilkin sorğu-sualında iştirak etmiş, bu zaman sonuncu üzərində və daxili orqanlarında qanunsuz əşyanın, o cümlədən narkotik vasitə və psixotrop maddənin olması barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs1 gömrük yoxlanışından keçərkən üzərində və daxili orqanında olan narkotik vasitə və psixotrop maddəni bəyan etməmişdi. Təqsirləndirilən şəxs1 üzərinə və əl yükünə baxış keçirilən zaman heç bir etiraz etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DSX Sərhəd Nəzarəti, ƏAŞ-nin baş əməliyyat müvəkkili Şahid6 Fikrət oğlu ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən, AR vətəndaşı Rzayeva X4 SNM-dən keçməklə İrandan Azərbaycan Respublikasına gələrkən saxlanılmış və onun üzərinə baxış keçirilərkən ayağında olan ayaqqabılarında və daxili orqanlarında külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 xx xxxx 2019-cu il tarixdə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində olarkən onunla aparılan filtrasiya tədbiri zamanı o, həmin narkotik vasitənin və psixotrop maddənin ona “Sabir” adlı İran vətəndaşının verdiyini bildirmiş, qeyd olunan narkotik vasitələri ondan gəlib kimlərinsə təhvil alacağını demişdir. Əməliyyat tədbirinin davamı zamanı xx xxxx 2019-cu il tarixdə “Sabir” adlı İran vətəndaşı Təqsirləndirilən şəxs1 mobil telefonuna zəng edərək ona bir nəfər “Güloğlan” adlı şəxsin zəng edəcəyini və bir ədəd kiçik heroin bükümünün “Qurtuluş” adlanan ərazidə həmin şəxsə təhvil verməsini bildirmişdir. Bundan sonra Güloğlan adlı şəxs Təqsirləndirilən şəxs1 mobil telefonuna zəng edərək “Qurtuluş” adlanan əraziyə getdiyini və orada ondan narkotik vasitəni götürəcəyini bildirmiş, bu vaxt Təqsirləndirilən şəxs1 Bakı şəhərində dənizkənarı bulvara getdiyini demiş və Güloğlanla orada görüşmək istədiyini demişdir. Bu barədə aidiyyəti üzrə məruzə olunmuş və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə əməliyyat tədbirinin keçirilməsi planlaşdırılmışdır. Bundan sonra Güloğlan Cəmiləyə bulvara getdiyini demiş və bir neçə vaxt sonra Cəmiləyə SMS yazaraq onu dəniz vağzalı ərazisində gözlədiyini bildirmişdir. Məlumat dəqiqləşdirildikdən sonra ekspertiza mərkəzindən daxil olmuş möhürlü paket hal şahidlərinin iştirakı ilə açılmış və əməliyyat tədbiri zamanı istifadə olunmalı bir ədəd xırda büküm oradan götürülmüşdür. Bundan sonra həmin tarixdə saat 17:30 radələrində Bakı şəhərində dəniz vağzalı adlanan ərazidə əməliyyat tədbiri keçirilmiş və vətəndaş Təqsirləndirilən şəxs2 bir ədəd bükümdə olan narkotik vasitə heroini Təqsirləndirilən şəxs1 təhvil aldıqdan sonra Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmış, həmin bir ədəd bükümdə narkotik vasitə heroin Təqsirləndirilən şəxs2 götürülmüşdür. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmiş və Təqsirləndirilən şəxs1 narkotik vasitə götürmək üçün həmin əraziyə gəldiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 götürülmüş narkotik vasitə ilə birlikdə istintaq orqanına təhvil verilmişdir. Bundan sonra əməliyyat tədbirinin davamı olaraq, xx xxxxx 2019-cu il tarixdə vətəndaş Təqsirləndirilən şəxs1 ilə filtrasiya işləri aparılan zaman “Sabir” adlı İran vətəndaşı onun mobil telefonuna zəng edərək ayaqqabısının içərisində İrandan Azərbaycana keçirdiyi pəncə hissəsinə yerləşdirdiyi narkotik vasitə heroinin bir ədəd bükümünü Yevlax şəhər sakininin gəlib götürəcəyini bildirmiş və həmin şəxslə avtovağzal kompleksi yaxınlığında aptekin qarşısında görüşməsini, narkotik vasitəni orada ona verməsini, şübhəli olmasın deyə bir ədəd narkotik bükümünü sellofan torbaya qoyaraq həmin torbanın içərisinə ya meyvə, ya da ki, şirniyyat yığması barədə göstəriş vermişdir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs1 mobil telefonuna bir nəfər zəng edərək Yevlax şəhərindən gəldiyini və ondan Sabirin dediyi malı götürməli olduğunu bildirmiş və Avtovağzal Kompleksinin yaxınlığında olan Şəfa aptekin yanında onu gözlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ona şəhərin mərkəzinə gəlməsini dedikdə, həmin şəxs ona şəhərin mərkəzini tanımadığı üçün gələ bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 bundan sonra həmin şəxsə bir müddət sonra onun dediyi yerə, yəni avtovağzal kompleksinin yanına gələcəyini bildirmişdir. Bundan sonra əməliyyat tədbirində istifadə edilməsi üçün məhkəmə ekspertiza mərkəzindən daxil olmuş möhürlü paket açılaraq oradan ayaqqabının pəncə hissəsindən götürülmüş bir ədəd heroin bükümü götürülmüşdür. Daxili İşlər Nazirliyinin əməkdaşları məlumatlandırıldıqdan sonra onlarla birlikdə xx xxxxx 2019-cu il tarixdə, saat 14 radələrində Bakı şəhərində avtovağzal kompleksinin yaxınlığında 16 mərtəbəli yaşayış binasının yanında, dayanacağa yaxın yerdə, taksilərin dayandığı ərazidə və bir neçə istiqamətdə əməliyyat tədbiri təşkil olunmuşdur. Bir neçə dəqiqə sonra bir nəfər şəxs Təqsirləndirilən şəxs1 mobil telefonuna zəng edərək onu dayanacaqda gözlədiyini və oraya gəlib malı verməsini bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin şəxsə yaxınlaşıb içərisində narkotik vasitə və Sabirin dediyi kimi şirniyyat olan kiçik sellofan paketi həmin şəxsə verdikdən sonra narkotiki təhvil alan şəxs saxlanılmışdır. İlk öncə saxlanılan şəxs qaçmağa cəhd göstərsə də, onlar özlərini həmin şəxsə təqdim etmiş və onu saxlamış, içərisində narkotik vasitə olan sellofan paket ondan götürülmüşdür. Saxlanılan şəxs özünü Yevlax şəhər sakini Təqsirləndirilən şəxs3 kimi təqdim etmiş və hadisə baş verdiyi əraziyə Cəmilədən narkotik vasitə götürməyə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 daha sonra götürülmüş narkotik vasitə ilə birlikdə İstintaq orqanına təhvil verilmişdir. Həmin gün Sabir adlı İran vətəndaşı Cəmilənin mobil telefonuna “WhatsApp” ani mesajlaşma proqramında zəng edərək və yazaraq Cəmilədən şübhələndiyini bildirmiş və narkotik vasitənin, həmçinin pixotrop maddənin qalan hissəsinin kimə çatmalı olduğunu deməmiş və telefonunu bağlamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Cəmilə gömrükdən keçdikdən sonra Sabir onun mobil telefon nömrəsinə zəng edərək, narkotik vasitəni kimə çatdırmalı olduğunu bildirmişdir. 31 mart və xx xxxxx 2019-cu il tarixlərdə Sabir adlı şəxs WhatsApp-la Cəmilənin telefonuna zəng edərək ona Güloğlan və Zaur adlı şəxslərin zəng edəcəyini bildirmiş və zəng edən şəxslərə narkotik vasitəni verməsini göstəriş vermişdir. Sabir Cəmiləyə daxili orqanında İrandan Azərbaycana keçirdiyi xırda bükümdəki heroini Güloğlana verməsini tapşırmışdır. Sabir Cəmiləyə ayaqqabısının bir tayındakı pəncə hissəsindəki heroini Zaura çatdırmasını bildirmişdir. Təqsirləndirilən şəxs2 özü Təqsirləndirilən şəxs1 mobil telefonuna zəng etmişdir. Onların əməliyayat tədbirini planlaşdırmalarına uyğun olaraq Təqsirləndirilən şəxs1 Güloğlan X15 yanına gəlməsini demişdir. Əməliyyat tədbiri zamanı onlar Təqsirləndirilən şəxs1 uzaqdan müşahidə etmişlər və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 yaxınlaşıb, narkotik vasitəni götürdüyü zaman onlar hərəkətə keçərək Təqsirləndirilən şəxs2 saxlamış və həmin bir ədəd bükümdə narkotik vasitə heroini sonuncudan götürmüşlər. Bundan sonra Sabir adlı şəxs Təqsirləndirilən şəxs1 zəng edərək ona Zaur adlı şəxsdən zəng gələcəyini və həmin şəxsin Yevlaxdan gələcəyini bildirmişdir. Cəmilə Zaur ilə danışmış və Avtovağzalda görüşmək qərarına gəlmişlər. Zaura veriləcək sellofan torbanın içərisinə narkotik vasitədən əlavə Sabirin dediyi kimi bir qədər şirniyyat və s. də əlavə edilmişdi. Keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitəni Təqsirləndirilən şəxs1 götürdükdən sonra onlar sonunculara cəld yaxınlaşdıqda onlar ilk öncə yayınmaq üçün qaçmaq istəsələr də, lakin onlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərini təqdim etdikdə, sonuncular dayanaraq təslim olmuş və əldə etdikləri narkotik vasitələr onlardan götürülmüşdür. Saxlanılan şəxslər onlara heç bir müqavimət göstərməmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanıldığı ərazidə çoxlu sayda nəqliyyat vasitələri və şəxslər olması nəzərə alınaraq tərəflərindən bir neçə istiqamətdə xidmətlər təyin edilməklə müşahid aparılmış, lakin əməliyyat tədbirlərinin keçirildiyi ərazidə şübhəli nəqliyyat vasitələri və şəxslər müşahidə edilməmişdir. Təqsirləndirilən şəxs1 saxlandıqdan sonra əməliyyat axtarış tədbirlərinin keçirilməsində və digər saxlanılan şəxslərin aşkara çıxarılmasında köməklik etmişdir. Təqsirləndirilən şəxslərə qarşı nə onlar saxlanılarkən, nə də daha sonra heç bir təzyiq və ya təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DSX-nin Sərhəd Nəzarətinin ƏAŞnin əməliyyat müvəkkili Şahid5 digər Şahid6 Fikrət oğlu ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş və eyni zamanda verilmiş suallara cavab olaraq göstərmişdir ki, Sabir adlı şəxs Təqsirləndirilən şəxs1 gömrükdən keçdiyini bildikdən sonra narkotik vasitəni kimə verməsi barədə Cəmilənin mobil telefonuna zəng vuraraq məlumat verirdi. Cəmilənin narkotik vasitələri çatdırmalı olduğu şəxslər ilə ilk öncə “Sabir” əlaqə saxlayırdı və daha sonra Cəmiləyə zəng vurduğu zaman ona zəng olunacağını bildirib, təlimatları verirdi. xx xxxx 2019-cu il tarixdə “Sabir” adlı İran vətəndaşı Təqsirləndirilən şəxs1 mobil telefonuna zəng edərək “Güloğlan” adlı şəxsin zəng edəcəyini, bir ədəd kiçik heroin bükümünü “Qurtuluş” adlanan ərazidə həmin şəxsə təhvil verməsini bildirdi. Cəmilə ilə Güloğlan narkotik vasitə götürməsi ilə əlaqədar zəng etdiyi zaman onların əməliyyat planşlaşdırmasına uyğun olaraq görüş Dəniz Vağzalı yaxınlığına təyin edildi. Həmin gün keçirilən tədbir zamanı Güloğlanı Təqsirləndirilən şəxs1 ilə görüşərkən sonuncunun ona narkotik vasitəni verməsi, yəni Təqsirləndirilən şəxs2 narkotik vasitəni təhvil almasından sonra yaxalamışlar. Həmin vaxt Güloğlanın üzərinə baxış keçirilməmiş, baxış yalnız idarədə keçirilmişdir. xx xxxxx 2019-cu il tarixdə “Sabir” adlı İran vətəndaşı Təqsirləndirilən şəxs1 mobil telefonuna zəng edərək ayaqqabısının içərisində İrandan Azərbaycana keçirdiyi pəncə hissəsinə yerləşdirdiyi narkotik vasitə heroinin bir ədəd bükümünü Yevlax şəhər sakininin gəlib götürəcəyini dedi və görüş yerini bildirdi. Zaur telefonda Cəmilə ilə əlaqə saxladığı zaman görüş yerini dəyişdirmək istəsələr də, Zaur şəhər mərkəzini tanımadığını bildirdiyi üçün bu plan alınmadı. Daha sonra elə həmin gün keçirilən zaman Bakı şəhərində avtovağzal kompleksinin yaxınlığında 16 mərtəbəli yaşayış binasının yanında, dayanacağa yaxın yerdə, taksilərin dayandığı ərazidə Cəmilə Zaura sellofanı təhvil verdikdən sonra, sonuncu tərəflərindən saxlanılmışdır. Cəmilənin Zaura verdiyi sellofan torbada bükümlərdən əlavə şirniyyat və s. qoyulmuşdu. Bunu Cəmilə ilə telefonda danışarkən Sabir adlı şəxs ətrafdakı adamların şübhələnməməsi üçün dediyi üçn, onlar da həmin şəkildə sellofan torbanı hazırlamışdılar. Müvafiq olaraq bu cinayət işi üzrə keçirilmiş tədbirlər nəticəsində saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı heç bir təsir və ya təzyiq göstərilməmiş, əməliyyat tədbirləri tam şəffaf formada keçirilmişdir. Güloğlan və Zaur narkotik vasitəni götürdükdən sonra onlara yaxınlaşdıqda ilk öncə yayınmaq üçün qaçmaq istəsələr də, lakin özlərini təqdim etdikləri zaman sonuncular dayanaraq təslim olmuş və Təqsirləndirilən şəxs1 əldə etdikləri narkotik vasitələr götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə günorta saatlarında o, Bakı şəhərində yerləşən Dəniz vağzalı adlanan ərazidə bulvarda tanışı Şahid9lə birlikdə gəzişdikləri vaxt onlara bir neçə nəfər mülki geyimdə şəxslər yaxınlaşmışlar. Həmin şəxslər özlərini Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları kimi təqdim edərək, bir neçə dəqiqə sonra əməliyyat tədbiri keçirib bir nəfər şəxsi saxlamalı olduqlarını bildirib, keçiriləcək tədbirdə hal şahidi kimi iştirak etmələrini təklif etmişlər. O, eləcə də tanışı Şahid9 həmin şəxslərin hal şahidi kimi tədbirdə iştirak etmə təkliflərinə razılıq vermişlər. Bundan sonra onlara qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş və birlikdə gözləməyə başlamışlar. Həmin vaxt onlarla birlikdə əvvəllər tanımadığı, şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs1 da gözləmişdir. Həmin ərazi şəhərin mərkəzi olduğundan orada çoxlu sayda maşınlar hərəkət etmiş, təxminən bir neçə dəqiqə sonra oraya bir nəfər, əvvəllər tanımadığı, şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs2 gəlib, onlardan bir qədər aralıda dayanan Təqsirləndirilən şəxs1 yaxınlaşaraq sonuncudan 01 ədəd kiçik sellofan paketi götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2 oradan aralanmaq istəyərkən Daxili işlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanmış və Təqsirləndirilən şəxs1 təhvil aldığı kiçik sellofan paket həmin şəxsdən götürülmüşdür. Bundan sonra həmin sellofan paketə baxış keçirilərkən ona məlum olmuşdur ki, paketin içərisində narkotik vasitə heroin olmuşdur. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmiş, sərhədçilərə və polislərə bildirmişdir ki, oraya qadından naroktik vasitələri götürməyə gəlmişdir. Bundan sonra saxlanılan şəxs Dövlət Sərhəd Xidmətinə aparılmış və orada sənədləşmə işləri həyata keçirilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 Dəniz Vağzalı yaxınlığında görüşdükləri zaman günorta saatları idi və o, həmin şəxslərdən təxminən 10-15 metr aralıda dayanıb tədbir keçirən hüquqmühafizə orqanlarının əməkdaşları ilə görüşü tam sərbəst şəkildə müşahidə etmişdir. Həmin şəxslərin görüşü zamanı Təqsirləndirilən şəxs1 01 ədəd kiçik sellofan paketi Təqsirləndirilən şəxs2 vermiş və yalnız bundan sonra DİN və DSX əməkdaşları hərəkətə keçmişlər. Orada elə DİN və DSX əməkdaşları paketə baxarkən onlara da təqdim olunmuş və paketin içərisindəki maddə toz şəkilli, qəhvəyi rəngli olmaqla ondan kəskin iy gəlmiş və DİN və DSX əməkdaşları həmin maddənin heroin olacağını demişlər. DİN və DSX əməkdaşları Təqsirləndirilən şəxs2 saxlayarkən, sonuncu qaçmaq istəsə də, sərhədçilərlə polislər cəld tərpənib onu saxladılar və əlindəki bağlamanı, yəni sellofan paketi götürdülər. Keçirilən tədbir zamanı, eləcə də idarədə sənədləşmə aparılarkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı hər hansı təsir və ya təzyiq göstərilməsinin, hədə-qorxu gəlinməsinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 onunla eyni tədbirdə hal şahidi olaraq iştirak etmiş digər Şahid10 ilə eyni məzmunlu ifadə verib, müvafiq xüsusatları bir daha təsdiq etmiş və eləcə də ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə, günorta saatları və ondan bir qədər sonra tanışı Şahid10la birlikdə “Bulvar” adlanan Dənizkənarı Milli Parkda gəzişərkən, mülki geyimli DİN və DSX əməkdaşları onlara yaxınlaşaraq keçirəcəkləri tədbirdə hal şahidi kimi iştirak etmələrini xahiş etmişdilər. Onlar razılıq verdikdən sonra onlara hüquq və vəzifələri izah edilmiş və onlar mövqe tutaraq gözləmişlər. Təqsirləndirilən şəxs1 onlardan təxminən 10-15 metr məsafədə dayanmış, bir qədər sonra Təqsirləndirilən şəxs2 Cəmiləyə yaxınlaşaraq 01 ədəd kiçik sellofan paketi götürmüşdür. Bundan sonra mülki geyimdəki əməliyyatçılar onlara yaxınlaşmış və Təqsirləndirilən şəxs2 saxlanılaraq, Cəmilənin az əvvəl verdiyi sellofan paket sonuncudan götürülmüşdür. Həmin sellofan paketə baxış keçirilərkən DİN və DSX əməkdaşlarının demələrindən ona paketin içərisində narkotik vasitə heroin olduğu məlum olmuşdur. Həmin maddə toz şəkilli, qəhvəyi rəngli olmuş və ondan kəskin iy gəlmişdir. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmiş, sərhədçilərə və polislərə bildirmişdir ki, oraya qadından naroktik vasitə götürməyə gəlmişdir. Onlar Təqsirləndirilən şəxs2 gözlədikləri vaxt günorta saatlarının sonları olmuş, hava yağışsız və aydın olmaqla ətraf işıqlı olmuşdur. Əvvəlindən axırınadək iştirak etdiyi tədbir zamanı nə Təqsirləndirilən şəxs1, nə də ki, Təqsirləndirilən şəxs2 qarşı hər hansı təsri və ya təzyiq göstərilməsinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Sərdar qızı ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə, təxminən saat 17.30 radələrində işlədiyi Biləsuvar buraxılış məntəqəsində xadimə işi ilə məşğul olarkən, gömrükçülər onu gömrük yoxlama otağına dəvət edərək, İrandan Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 üzərinə və əl yükünə baxış keçirilməli olduğunu bildirmişlər. Gömrük xidmətinin əməkdaşları ondan hal şahidi kimi həmin baxışda iştirak etməsini xahiş etmiş, o da baxışda iştirak etməyə razılıq vermişdir. Onunla yanaşı oraya həmçinin digər hal şahidi kimi Şahid1 da dəvət edilmişdi. Daha sonra onların iştirakı ilə əvvəllər tanımadığı, şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs1 üzərinə və əl yükünə baxış keçirilməyə başlanılmış, əvvəlcə Təqsirləndirilən şəxs1 sorğu-sual edilmiş, bu zaman sonuncu bildirmişdir ki, onun üzərində və daxili orqanında heç bir qanunsuz əşya və ya predmet yoxdur. Daha sonra keçirilən baxış zamanı Təqsirləndirilən şəxs1 əl yükündə heç bir qanunsuz əşya aşkar olunmamış, sonuncunun paltarına və əynindəki ayaqqabısına baxış keçirildiyi zaman isə, ayağına gedindiyi ayaqqabısının hər iki tayının altlıq hissəsinin altında gizlədilmiş ümumilikdə 4 ədəd büküm aşkar olunmuşdur. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs1 gömrük xidməti əməkdaşları daxili müayinəsi keçirilməsi üçün xəstəxanaya aparılmalı olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs1 gömrük xidməti əməkdaşlarının bu sözlərindən sonra düz bağırsağında və cinsiyyət orqanında içərisində narkotik vasitələr olan bükümlər olduğunu etiraf etmiş və onları təqdim edəcəyini bildirmişdir. Bundan sonra gömrük xidməti əməkdaşları Təqsirləndirilən şəxs1 şərait yaratmışlar və sonuncu cinsiyyət orqanından 1 ədəd büküm, düz bağırsağından isə 2 ədəd büküm çıxarıb təqdim etmişdir. Həmin bükümlər gömrük xidməti əməkdaşları tərəfindən götürülmüş və 07 ədəd büküm elektron tərəzidə çəkilmişdir. Bu zaman gömrük xidməti əməkdaşlarının dediklərinə görə heroinə bənzəyən maddələrin ümumi çəkisinin təxminən 681 qram, metafetaminə oxşar maddələrin isə ümumi çəkisinin təxminən 106 qram olması müəyyən edilmişdir. Daha sonra həmin maddələr gömrük xidməti əməkdaşları tərəfindən onların iştirakı ilə qablaşdırılaraq möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə Biləsuvar buraxılış məntəqəsində olmuş və öz işi ilə məşğul olmuşdur. Həmin tarixdə saat təxminən 17:30 radələrində gömrükçülər onu gömrük yoxlama otağına dəvət etmiş və bildirmişlər ki, İrandan Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 üzərinə və əl yükünə baxış keçirilməlidir. Ondan xahiş etmişlər ki, hal şahidi kimi həmin baxışda iştirak etsin. O, baxışda iştirak etməyə razılıq vermiş, onun, həmçinin digər hal şahidi Şahid2 iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs1 üzərinə və əl yükünə baxış keçirilməyə başlanılmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onun üzərində və daxili orqanında heç bir qanunsuz əşya və ya predmet yoxdur. Onun əl yükündə heç bir qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra onun paltarına və əynindəki ayaqqabısına baxış keçirilməyə başlanılmış, ayağına gedindiyi ayaqqabısının hər iki tayının altlıq hissəsinin altında gizlədilmiş ümumilikdə 4 ədəd büküm aşkar olunmuşdur. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs1 bildirilmişdir ki, daxili müayinəsi keçirilməsi üçün o, xəstəxanaya aparılmalıdır. Bu vaxt Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onun düz bağırsağında və cinsiyyət orqanında içərisində narkotik vasitələr olan bükümlər vardır. Bundan sonra ona şərait yaradılmışdır və o, cinsiyyət orqanından 1 ədəd büküm, düz bağırsağından isə 2 ədəd büküm çıxarmış, həmin bükümlər gömrükçülər tərəfindən götürülmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 7 ədəd bükümlər elektron tərəzidə çəkilmiş, heroinə oxşar maddələrin ümumi təxmini çəkisinin 681 qram, metafetaminə oxşar maddələrin isə ümumi təxmini çəkisinin 106 qram olması müəyyən edilmiş, daha sonra həmin maddələr qablaşdırılaraq möhürlənmişdir. (cild 02, iş vər. 50-52) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəməyə müvafiq teleqramla müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş Şahid7 ifadəsindən görünür ki, o, Bakı şəhərində, Binə qəsəbəsində yaşamışdır. xx xxxxx 2019-ci il tarixdə günorta vaxtı Bakı şəhərində yerləşən Yeni Avtovağzalın yanında Biləsuvar rayonundan gələn avtobusu gözləmişdir ki, Naxçıvandan ona göndərilən yeyinti əşyalarını götürsün. Həmin vaxt avtobus və taksi dayanacağının yanında dayanarkən ona bir neçə nəfər mülki geyimdə şəxslər yaxınlaşmışdır. Onlar özlərini Daxili İşlər Nazirliyi və Sərhəd Xidmətinin əməkdaşları kimi təqdim etmişlər. Onun nə üçün orada dayandığını soruşmuşlar, o, da onlara avtobus gözlədiyini bildirmişdir. Bundan sonra onlar bildirmişlər ki, bir neçə dəqiqə sonra əməliyyat tədbiri keçirib bir nəfər şəxsi saxlamalıdırlar və bunun üçün ona təklif etmişlər ki, o, hal şahidi kimi həmin tədbirdə iştirak etsin. O, həmin şəxslərin təklifi ilə razılaşmış və hal şahidi kimi tədbirdə iştirak etməyə razılıq vermişdir. Bundan bir neçə dəqiqə sonra onlar dayanacağın yanında dayanarkən oraya bir nəfər şəxs gəlmiş və onlardan bir qədər aralıda dayanan qadına yaxınlaşaraq ondan 1 ədəd kiçik ölçülü sellofan paketi götürmüş və oradan aralanmaq istəyərkən həmin Daxili işlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları onu saxlamış, qadından təhvil aldığı sellofan paket həmin şəxsdən götürülmüşdür. Bundan sonra həmin sellofan paketə baxış keçirilərkən məlum olmuşdur ki, paketin içərisində narkotik vasitə heroin vardır. Saxlanılan şəxs özünü Yevlax rayon sakini Təqsirləndirilən şəxs3 kimi təqdim etmişdir. Bundan sonra saxlanılan şəxs Dövlət Sərhəd Xidmətinə aparılmışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, DİN və DSX əməkdaşları Təqsirləndirilən şəxs3 saxlayarkən sonuncu, qaçmaq istəmiş, lakin birincilər cəld tərpənib onu saxlamış və əlindəki bağlamanı, yəni sellofan paketi götürmüşlər. DİN və DSX əməkdaşları baxış keçirilərkən paketdəki maddənin heroin olduğunu demişlər. Həmin maddə toz şəkilli, qəhvəyi rəngli idi və kəskin iy gəlirdi. (cild 03, iş vər. 47-49) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəməyə müvafiq teleqramla müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş Şahid8r oğlunun ifadəsindən görünür ki, şahid eyni əməliyyat tədbirində iştirak etdiyi digər Şahid7 ilə eyni məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. (cild 03, iş vər. 44-46) Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət işinin materiallarında olmaqla, məhkəmə istintaqı zamanı tərəflərə təqdim edilməklə elan edilərək tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa məlum olmayan X27 vətəndaşı və qeyrilərinin barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanması qərar alınmışdır. (cild 01, iş vər. 1-2) “Şəxsi yoxlama aparılması haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, şəxsi yoxlama Biləsuvar gömrük postunda şəxsi yoxlama otağında aparılmışdır. Üzərində yoxlama aparılan şəxs Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərində gömrük nəzarətinə bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş heç bir əşya yoxdur. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs1 üzərindən, əynində olan üst və alt paltarlarından qanunla qadağan edilmiş heç bir şey aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs1 ayağında olan ayaqqabıları yoxlanılmış və onun ayaqqabısının hər tayında 2 ədəd büküm olmaqla cəmi 4 ədəd bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ilə aparılan söhbət zamanı ona xəbərdarlıq edilmişdir ki, o, daxili orqanlarının yoxlanılması üçün xəstəxanaya aparılacaqdır, məhz bundan sonra Təqsirləndirilən şəxs1 düz bağırsağında və cinsiyyət orqanında əlavə narkotik bükümlərinin olduğunu bildirmişdir. Bundan sonra şərait yaradılmış və Təqsirləndirilən şəxs1 düz bağırsağından 2 ədəd bükümdə ağ rəngli kristallik formada psixotrop maddə metafetaminə oxşar maddə, cinsiyyət orqanından isə 1 ədəd bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə çıxarmış və həmin bükümlər ondan götürülmüşdür. Təqsirləndirilən şəxs1 ayaqqabılarından və daxili orqanlarından aşkar edilərək götürülmüş ümumi 7 ədəd bükümdəki maddələr elektron tərəzidə çəkilmiş və 5 ədəd bükümdə olan açıq qəhvəyi rəngli, heroinə oxşar maddənin ümumilikdə çəkisinin 681 qram, 2 ədəd bükümdə olan ağ rəngli kristalli formada psixotrop maddə metafetaminə oxşar maddənin isə ümumilikdə çəkisinin 106 qram olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 daxili orqanlarının təkrar müayinəsi üçün Biləsuvar rayon Mərkəzi xəstəxanasına aparılmış, orada daxili orqanlarının müayinəsi keçirilmiş və əlavə yad cisim aşkar edilməmişdir. Narkotik vasitə və psixotrop maddə bükümlərinin Təqsirləndirilən şəxs1 hansı orqanından və ayaqqabısından çıxarılmasını müəyyən etmək üçün hər bükümün üzərinə haradan aşkar olunması kağız parçasına yazılaraq yapışdırılmış və 1 ədəd zərfə qoyularaq möhürlənmişdir. (cild 01, iş vər 13-15) “İnzibati qayda haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Sərhəd Nəzarəti təhqiqat bölməsinin rəisi ədliyyə polkovnik-leytenantı X1 “Azərbaycan Respublikası Dövlət Sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun 27 və 28-ci maddələrini, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 88.1.2 ə 90-cı maddələrini rəhbər tutaraq Sərhəd Nəzarəti rəisisnin icazəsi ilə Azərbaycan Respubliaksı İXM-nin 572-ci maddəsində nzəərdə tutulmuş inzibati xəta törətmiş Təqsirləndirilən şəxs1 barəsində inzibati qaydada tutmanı həyata keçirmişdir. Tutulmanın əsası kimi Azərbaycan Respublikası narkotik vasitələr gətirdiyi göstərilmişdir. (cild 01, iş vər 20) “Şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, inzibati qaydada tutulmuş Təqsirləndirilən şəxs1 iştirakı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 92 və 94-cü maddələrini rəhbər tutaraq şəxsi axtarış, fiziki şəxslərdə olan şeylərin yoxlanılmasını keçirilmişdir. Şəxsi axtarış zamanı inzibati qaydada tutulan Təqsirləndirilən şəxs1 üzərində aşağıda qeyd edilmiş əşya və sənədlər aşkar olunmuşdur; C01835123 nömrəli Azərbaycan Respublikası pasportu bir ədəd, AZE 00****** nömrəli səxsivvət vəsiqəsi bir ədəd. İnzibati qaydada tutulan şəxsin üzərinə baxış, şeylərin və əşyaların yoxlanılması zamanı aşkar edilmişdir: Bir ədəd ağ rəngli “Samsung Duos” markalı mobil telefon, bir ədəd qidalandıncı, bir ədəd 50 (əlli) AZN, 4 (dörd) ədəd 1 (bir) AZN, bir ədəd Kapital banka məxsus kredit kartı. Şəxsi axtarış və şeylərin yoxlanılması zamanı aşkar olunan yuxarıda sadalanan əşyalar müvafiq qaydada götürülmüşdür. (cild 01, iş vər. 22) “Baxış keçirilməsi haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Rzayeva X10 Azərbaycana gələrkən qaçaqmalçılıq yolu ilə gətirdiyi daxili orqanlarında və ayağına geyindiyi ayaqqabıların içərisində aşakr edilərək götürülmüş və Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsi tərəfindən qablaşdırılaraq Sərhəd Nəzarətinə təqdim edilmiş 01 ədəd kağız zərfə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, Baxış zamanı aşağıdakılar aşkar edilmişdir: 01 ədəd kağız zərf açıldıqda orada 7 ədəd içərisində narkotik vasitələr və psixotrop maddələr olan bükümlərin olması məlum olmuşdur. Belə ki, həmin bükümlərdən birinin üzərində kağız parçasına «Təqsirləndirilən şəxs1 cinsiyyət orqanından aşkar olunmuş heroin» sözləri yazılaraq yapışdırılması məlum olmuşdur. Həmin bükümlərdən birinin üzərində kağız parçasına «Təqsirləndirilən şəxs1 ayaqqabısının pəncə hissəsində aşkar olunmuş heroin», həmçinin daha birinin üzərində kağız parçasına «Təqsirləndirilən şəxs1 ayaqqabısının pəncə hissəsində aşkar olunmuş heroin» sözləri yazılaraq yapışdırılması məlum olmuşdur. Həmin bükümlərdən birinin üzərində kağız parçasına «Təqsirləndirilən şəxs1 ayaqqabısının daban hissəsində aşkar olunmuş heroin», həmçinin daha birinin üzərində kağız parçasına «Təqsirləndirilən şəxs1 ayaqqabısının daban hissəsindən aşkar olunmuş heroin» sözləri yazılaraq yapışdırılması məlum olmuşdur. Həmin bükümlərdən birinin üzərində kağız parçasına «Təqsirləndirilən şəxs1 düz bağırsağından aşkar olunmuş metafetamin», həmçinin daha birinin üzərində kağız parçasına «Təqsirləndirilən şəxs1 düz bağırsağından aşkar olunmuş metafetamin» sözləri yazılaraq yapışdırılması məlum olmuşdur. Həmin bükümlər qablaşma ilə elektron tərəzidə çəkilmiş, 5 ədəd bükümdə heroinin ümumi çəkisinin 681 qram, 2 ədəd bükümdə metafetaminin ümumi çəkisinin 106 qram olması məlum oldu. Qeyd olunan 7 ədəd büküm 01 ədəd zərfdə qablaşdırılaraq 113 № DSX möhürlə möhürlənmişdir. (cild 01, iş vər 23) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli 8069 № ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kağız paketdəki ümumi sayı 7 ədəd olan bükümdən: 5 ədəd bükümdəki ayrı-ayrılıqda təmiz halda çəkiləri üzərində Təqsirləndirilən şəxs1 ayaqqabılarının pəncə hissəsindən aşkar olunmuş heroin yazılmış 181,046 qram, üzərində Təqsirləndirilən şəxs1 ayaqqabılarının pəncə hissəsindən aşkar olunmuş heroin yazılmış 185,395 qram, üzərində Təqsirləndirilən şəxs1 ayaqqabılarının daban hissəsindən aşkar olunmuş heroin yazılmış 98,230 qram, üzərində Təqsirləndirilən şəxs1 ayaqqabılarının daban hissəsindən aşkar olunmuş heroin yazılmış 80,855 qram, üzərində Təqsirləndirilən şəxs1 cinsiyyət orqanından aşkar olunmuş heroin yazılmış 101,152 qram, ümumi təmiz halda çəkisi 646,678 qram olan qəhvəyi rəngli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. 2 ədəd bükülüdəki ayrı-ayrılıqda təmiz halda çəkiləri üzərində Təqsirləndirilən şəxs1 düz bağırsağından aşkar olunmuş metafetamin yazılmış 44,240 qram və üzərində Təqsirləndirilən şəxs1 düz bağırsağından aşkar olunmuş metafetamin yazılmış 43,166 qram, ümumi təmiz halda çəkisi 87,406 qram olan ağ rəngli, kristal hissəciklərdən ibarət maddələr isə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan kustar üsulla hazırlanmış psixotrop maddə – metafetamindir. (cild 01, iş vər 31-34) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsində şübhə yarandığından tutulmuşdur. Rzayeva X10 qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik vasitə vasitə keçirərkən saxlanılmışdır. (cild 01, iş vər 36) “Əməliyyat tədbirinin keçirilməsi haqqında” xx xxxx 2019-cu il tarxili protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi ədliyyə kapitanı X19 tərəfindən AR CPM-in 85-ci maddəsinin tələblərinə əsasən, Sərhəd Nəzarətinin əməliyyat-axtarış şöbəsinin baş əməliyyat müvəkkili mayor Şahid6 Fikrət oğlu və vətəndaş Təqsirləndirilən şəxs1 iştirakları ilə həmin protokol tərtib edilmişdir ondan ötrü ki, xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 (***-***-**-**) ilə aparılan filtrasiya zamanı onun istifadəsində olan mobil telefona İran nömrəsindən (+**********64) zəng edilərək bir nəfər kişi cinsli şəxs bildirdi ki, narkotik vasitənin 1 bükümünü - İranda cinsiyyət orqanında gizlətdiyi heroini Təqsirləndirilən şəxs1 onun dediyi Güloğlan adlı şəxsə Masazırda Qurtuluş qəsəbəsi ərazisində versin. Daha sonra isə Güloğlan adlı şəxs Təqsirləndirilən şəxs1 telefon nömrəsinə zəng edərək (***- ***-**-**) onu Qurtuluş qəsəbəsində gözlədiyini və Sabirin göstərişi ilə görüşməli olduqlarını bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs1 həmin yerə gələ bilməyəcəyini və şəhərin mərkəzində olduğunu bildirdikdə, zəng edən Güloğlan adlı şəxs bildirdi ki, o, şəhərin mərkəzinə gəlib onunla görüşə bilər. Bu barədə BƏAİ-nin rəhbərliyi məlumatlandırılmışdır. Bir müddət sonra Güloğlan adlı şəxs zəng edərək bildirdi ki, o, artıq Dəniz vağzalı adlanan yerin avtomaşın dayanacağında Cəmiləni gözləyir. Bundan sonra əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti əməkdaşları və vətəndaş Təqsirləndirilən şəxs1 iştirakları ilə Dəniz Vağzalı adlanan yerdə əməliyyat tədbiri təşkil olunmuşdur. (cild 01, iş vər. 53) “Əməliyyat tədbirinin keçirilməsi üçün götürmə aparılması haqqında” xx xxxx 2019cu il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi ədliyyə kapitanı X19 tərəfindən Azərbaycan Respublikası CPM-in 85-ci maddəsinin tələblərinə əsasən, hal şahidlərinin və X18-Axtarış şöbəsinin baş əməliyyat müvəkkili mayor Şahid6 Fikrət oğlunun iştirakları ilə həmin protokol tərtib edilmişdir ondan ötrü ki, «31» mart 2019-cu il tarixdə keçiriləcək əməliyyat tədbirində istifadə edilməsi məqsədi ilə vətəndaş Təqsirləndirilən şəxs1 götürülmüş məhkəmə ekspertiza mərkəzindən daxil olan 66 № möhürlə möhürlənmiş 1 ədəd zərfdə olan narkotik vasitələrin 1 bükümü (ekspertiza rəyinə əsasən çəkisi 101,152 qram olan narkotik vasitə heroin) zərf açılaraq mayor Şahid6 təqdim edilmişdir. Belə ki, əməliyyat tədbiri zamanı Şahid6 həmin narkotik vasitəni əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs1 verməli, sonuncu isə narkotik vasitəni ondan götürəcək Güloğlan adlı şəxsə verməli idi. (cild 01, iş vər. 54) “Şəxsin saxlanılması və götürmə aparılması haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Əməliyyat-Axtarış şöbəsinin əməliyyat müvəkkili baş leytenant Şahid5, baş əməliyyat müvəkkili polis mayoru X22, həmin şöbənin polis sahə rəisi polis baş leytenantı X23, AR vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və hal şahidlərinin iştirakları ilə həmin protokol tərtib edilmişdir ondan ötrü ki, xx xxxx 2019-cu il tarixdə vətəndaş Təqsirləndirilən şəxs1 tərəfindən İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilmiş külli miqdarda narkotik vasitəni qəbul etməli olan şəxsin saxlanılması ilə bağlı əməliyyat tədbiri keçirilmişdir. Bakı şəhəri, Səbail rayon ərazisində yerləşən Dəniz vağzalının avtomaşın dayanacağında keçirilmiş əməliyyat tədbiri nəticəsində xx xxxx 2019-cu il tarixdə, saat 17:35 radələrində vətəndaş Təqsirləndirilən şəxs1 tərəfindən bir ədəd bükümdə olan narkotik vasitə heroin vətəndaş Təqsirləndirilən şəxs2 təhvil verildikdən sonra sonuncu əməliyyat tədbirinin iştirakçıları tərəfindən saxlanılmış və onun Təqsirləndirilən şəxs1 təhvil aldığı həmin 01 ədəd büküm götürülmüşdür. Saxlanılan şəxs Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona həmin bir bükümdə narkotik vasitəni İran vətəndaşı Sabir adlı şəxs 2000 manat müqabilində göndərmiş və o, narkotik vasitə istifadəçisidir. Protokol ucadan oxunmuş, əlavə və düzəliş daxil olmadı, imzalarla təsdiq edilmişdir. (cild 01, iş vər 55) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 saxlanıldıqdan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və onun gödəkcəsinin cibində 01 ədəd ağ rəngli “Samsung duos” markalı mobil telefon aşkar edilmiş və həmin mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (cild 01, iş vər. 56) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxx 2019-cu il tarixli Protokoldan görünür ki, Behbudov X3 Respubliaksı Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş əməli törətməsində şübhə yarandığından tutulmuşdur. (cild 01, iş vər 58) “Əməliyyat tədbirinin keçirilməsi haqqında” xx xxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi ədliyyə kapitanı X19 tərəfindən Sərhəd Nəzarətinin əməliyyataxtarış şöbəsinin baş əməliyyat müvəkkili mayor Şahid6 Fikrət oğlu və vətəndaş Təqsirləndirilən şəxs1 iştirakları ilə həmin protokol tərtib edilmişdir ondan ötrü ki, xx xxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 (***-***-**-**) ilə aparılan filtrasiya zamanı onun istifadəsində olan mobil telefona İran nömrəsindən (+**********64) zəng edilərək zəng edən şəxs bildirmişdir ki, narkotik vasitənin 1 bükümünü, yəni İranda ayağına geyindiyi ayaqqabının hər tayının pəncə hissəsinə yerləşdirərək gizlətdiyi eyni bükümlərdən birini - 1ədəd bükümdə heroini Təqsirləndirilən şəxs1 onun dediyi Zaur adlı şəxsə Masazırda Qurtuluş qəsəbəsi ərazisində versin. Daha sonra isə Zaur adlı şəxs Təqsirləndirilən şəxs1 telefon nömrəsinə zəng edərək (***-***-**-**) onu Qurtuluş qəsəbəsində gözlədiyini və Sabirin göstərişi ilə görüşməli olduqlarını bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs1 həmin yerə gələ bilməyəcəyini və şəhərin mərkəzində olduğunu bildirdikdə zəng edən Zaur adlı şəxs bildirdi ki, o, şəhərin mərkəzini tanımır, Yeni Avtovağzalın dairəsinə gəlməyi və 1 ədəd bükümü ona verməsini bildirmişdir. Bu barədə BƏAİ-nin rəhbərliyi məlumatlandırmışdır. Bir müddət sonra Zaur adlı şəxs zəng edərək bildirdi ki, o, artıq Yeni Avtovaqzalın dairəsinin yaxınlığında 16 mərtəbəli yeni tikili binanın altında yerləşən «Şəfa» aptekin yanında gözləyir. Bundan sonra əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti əməkdaşlarının və vətəndaş Təqsirləndirilən şəxs1 iştirakları ilə Yeni Avtovağzal dairəsinin yanında əməliyyat tədbiri təşkil olunmuşdur.(cild 01, iş vər 110) “Əməliyyat tədbirinin keçirilməsi üçün götürmə aparılması haqqında” xx xxxxx 2019cu il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi ədliyyə kapitanı X19 tərəfindən Azərbaycan Respublikası CPM-in 85-ci maddəsinin tələblərinə əsasən, hal şahidlərinin və X18-Axtarış şöbəsinin baş əməliyyat müvəkkili mayor Şahid6 Fikrət oğlunun iştirakı ilə protokol tərtib edilmişdir ondan ötrü ki, xx xxxxx 2019-cu il tarixdə keçiriləcək əməliyyat tədbirində istifadə edilməsi məqsədi ilə vətəndaş Təqsirləndirilən şəxs1 götürülmüş məhkəmə ekspertiza mərkəzindən daxil olan 66 № möhürlə möhürlənmiş 1 ədəd zərfdə olan narkotik vasitələrin 1 bükümü (ekspertiza rəyinə əsasən çəkisi 181,046 qram olan narkotik vasitə heroin) mayor Şahid6 təqdim edilmişdir. Belə ki, Şahid6 həmin narkotik vasitəni əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs1 verməli, sonuncu isə narkotik vasitəni ondan götürəcək Zaur adlı şəxsə verməli idi. Protokol ucadan oxundu, əlavə və düzəliş daxil olmadı, imzalarla təsdiq edilmişdir. (cild 01, iş vər. 111) “Şəxsin saxlanması və götürmə aparılması haqqında” xx xxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin X18-Avtanş şöbəsinin baş əməliyyat müvəkkili mayor Şahid6 Fikrət oğlu Azərbaycan Respublikası Əməliyyat-Axtarış fəaliyyəti haqqında Qanunun 11-ci maddəsinin 4-cü bəndinə əsasən hal şahidləri, X18-Axtarış şöbəsinin əməliyyat müvəkkili baş leytenant Şahid5, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları: xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant X16, baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı X20, AR vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 iştirakları ilə həmin protokol tərtib edilmişdir ondan ötrü ki, xx xxxx 2019-cu il tarixdə vətəndaş Təqsirləndirilən şəxs1 tərəfindən İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilmiş külli miqdarda narkotik vasitəni qəbul etməli olan şəxsin saxlanılması ilə bağlı əməliyyat tədbiri keçirilmişdir. Bakı şəhəri, Binəqədi rayon ərazisində yerləşən Yeni Avtovağzal kompleksinin yaxınlığında yerləşən 16 mərtəbəli binanın yaxınlığında avtobus dayanacağında keçirilmiş əməliyyat tədbiri nəticəsində xx xxxxx 2019-cu il tarixdə, saat 14 radələrində vətəndaş Təqsirləndirilən şəxs1 tərəfindən bir ədəd bükümdə olan-narkotik vasitə heroin vətəndaş Təqsirləndirilən şəxs3 təhvil verildikdən sonra sonuncu əməliyyat tədbirinin iştirakçıları tərəfindən saxlanılmış və onun Təqsirləndirilən şəxs1 təhvil aldığı həmin 01 ədəd büküm götürülmüşdür. Saxlanılan şəxs Təqsirləndirilən şəxs3 bildirmişdir ki, ona həmin bir bükümdə narkotik vasitəni İran vətəndaşı 1000 manat müqabilində göndərmiş və o, narkotik vasitə istifadəçisidir. Protokol ucadan oxunmuş, əlavə və düzəliş daxil olmamış və imzalarla təsdiq edilmişdir.(cild 01, iş vər 112) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 saxlanıldıqdan sonra onun üzərinə baxış keçirilmiş və onun gödəkçəsinin cibində olan 01 ədəd qara rəngli “Samsung duos” markalı mobil telefon aşkar edilmişdir. Həmin mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (cild 01, iş vər. 113) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Hüseynov X13 Respubliaksı Cinayət Məcəlləsinin 206.3.2, 234.41 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur.(cild 01, iş vər 115) Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli tələbnamə arayışından görüünür ki, Təqsirləndirilən şəxs3 Fehruz oğlu Yexlax rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə islah işləri cəzasına məhkum olunmuş, xx xxxxxx 2010-cu il tarixdə cəzasını çəkib qurtarmışdır.(cild 01, iş vər 209) Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli tələbnamə arayışılardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkumluğu olmamışdır.(cild 01, iş vər 210-211) Mobil telefona baxış keçirilməsi haqqında xx xxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş «Samsung duos» markalı mobil telefona baxış keçirilən zaman telefonun ön hissəsində sensorlu displey yerləşdiyi, telefonun parolu 9 rəqəmli sistemlə 1258 olması, telefonun içərisində ***-***-**-** telefon nömrəsi mövcud olduğu aşkar edilmişdir. Telefonun WhatsApp yazışmalarına baxış keçirilərkən telefonda İran İslam Respublikası mobil operatoruna məxsus +**********64 nömrəsi ilə xx xxxx 2019-cu il tarixdə saat 01:49-dan başlayaraq yazışmalar və səs yazıları mövcud olduğu müəyyən edilmişdir. Belə ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 ***-***-**-** nömrəsindən +**********64 nömrəyə yazaraq «Salam, Axşamın xeyir Sabir, salam, Qaqa cavab ver də, Qaqa 20 dəqiqəyə ordayam» yazılarını göndərmişdir. Bundan sonra həmin İran nömrəsindən Təqsirləndirilən şəxs2 «Neyniyək qaqa yaxşı, çat mənə elə burdan bir dənə səs at, denən ki, çatdım ora, mən deyəcəm çıxsınlar orda yerbə yer eləsinlər» səs yazısı göndərilmişdir. Budan sonra Təqsirləndirilən şəxs2 həmin nömrəyə «Yaxşı qaqa» yazılarını göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 həmin nömrəyə «Qaqa mən çatmışam ee burdayam» səs yazısı göndərmişdir. Bundan sonra həmin nömrə Təqsirləndirilən şəxs2 «gözdə indi sənə xəbər edirəm, indi onun nömrəsini atıram, sənin nömrəni ona atıram, indi sənə zəng edəcəkdir, bu nömrənə atıram» səs yazısı göndərmişdir. Güloğlan isə həmin İran nömrəsinə «bu nömrəmə at, WhatsApp-da danışdığımız nömrəyə at» səs yazısı göndərmişdir. Bundan sonra İran vətəndaşı Güloğlana «Güloğlan onlar qardaşı ilə çıxırlar bulvara gedirlər, mənə dedi ki, qaqaya mən dedim başa düşmədi, get ordan bulvarda yavaşca sənə zəng vuracaq bildin, onunla yavaşcana görüş çıx get oyana, şey elə get orda görüş arxeyin ol, rahat» səs yazısı göndərilmişdir. Güloğlan isə ona «Yaxşı qaqa yaxşı, gedirəm ora, danışdım mən də, prosto ondan soruş gör miqdar nə qədərdi, 1 büküm deyir, yarım büküm dedir, məndən soruşdu ki, nə qədər verməliyəm sənə, mən də dedim ki, bilmirəm, Sabirdən soruş, bir dənə ona miqdarını denən gedirəm də mən də gəlib çatmışdım, qayıdıram ora, gedib orada görüşəcəm, danışdıq, eybi yox bulvara gedirəm, qoy getsin bulvara orda görüşək» səs yazısı göndərmişdir. İranlı isə Güloğlana «bir dənə büküm götür, qoy ara bir az sakitləşsin, yaxşı bir dənə bükümü apar ver, səhərdə zadda, başa düşdün səhər 1-2 gün özünü gözlə Güloğlan, sənə görə deyirəm, yoxsa orda veş quran haqqı hələ bax sabahları sənə görüntülü yığacam gör nə qədər veş yenə də bağlamışam, deyirəm yəni arxeyin ol, veş orda var, yəni get özünü rahatçılığa görə deyirəm, əlində o qədər veş olmasın da veş məndə qalsa sən rahat olarsan, sonra yenə də götürərsən, heç özün getmə ee, Məmmədi göndər o gedib götürsün, yəni ki, arxeyin ol» səs yazısı göndərmişdir. Güloğlan isə ona «hə düz deyirsən qaqa, nətər məsləhətdi elə eliyim» səs yazısı göndərmişdir. İran nömrəsi ona «nə qədər veş əlində az olsa, bilirsən nə cür, sən bilirsən ki, ordan tez-tez gedib götürə bilərsən, qoy öz əlində heç nə olmasın, əlində boşluq olsun, aldıqca ver qoy əlində qalmasın, bildin. Ona görə deyirəm» səs yazısı göndərilmişdir. Güloğlan isə İran nömrəsinə «hə hə elədi, elə yaxşıdı, düz deyirsən, tez-tez olsun, belə olsun, düz deyirsən, heçnə də qaqa indi gedirəm ora, görüşüm, salamatçılıq olsun, xəbər edəcəm sənə» səs yazısı göndərmimşdir. İranlı ona «Yaxşı» səs yazısı göndərmiş, həmin səs yazısı saat 16:26-da göndərilmişdir. Saat 18:25-də İran vətəndaşı Güloğlana «bağışla 1-2 gün o üz bu üz oldu, bağışla, arxayin ol da, yəni öz əlində oldu, ya mənim əlimdə oldu, heç bir fərqi yoxdur, get ordan götür, qurtardıqca, qoy öz üstündə bir şey olmasın. bildin» səs yazısı göndərmişdir. (cild 01, iş vər. 216-217) Mobil telefona baxış keçirilməsi haqqında xx xxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 məxsus qara rəngli «Samsung duos» markalı mobil telefon, sərbəst işə düşür. Telefonun ön hissəsində sensorlu displey yerləşir. Telefonda parol tənzimlənməmişdir. Telefonun ekranında qara rəngli fonda 2 ədəd tapança şəkili əks olunmuşdur. Daxili yaddaşına baxış keçirildikdə Təqsirləndirilən şəxs3 özünün və ailə üzvlərinin fotoşəkilləri mövcuddur. Həmin fotoşəkillərin içərisində iş üçün əhəmiyyət kəsb edən məlumatlar mövcud deyildir. «WhatsApp» proqramında mövcud olan yazışmalara baxış keçirərkən «Abdulla» adı ilə qeyd edilmiş ***-***-**-** nömrəsindən 01 -xx xxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs3 ***-***-**-** saylı telefon nömrəsinə bir neçə səsli və yazılı mesajların gəlməsi məlum olmuşdur. Belə ki, xx xxxxx 2019-cu il tarixdə daxil olan səs yazıları «Salam aleykum, nağarsan əxi, salamatçılıqdı, səs çıxart görək əxi. Nəsə başqa sözlər eşitdim», «Nağarsan əxi, nə var nə yox, hardasan əxi», «Salamatçılıqdı, tutulub eləməmisən, patrona deyiblər ki, sən tutulmusan, nə məsələdi, başa elə belə bilim», «Tutulmusansa denən evə deyək, ne olub ki, niyə tutublar səni», «özündən muğayət ol, nəisə problem varsa gəlim», «Əgər tutulmamısansa patrona denən, o, çox narahatdır, mən səninlə danışdığımı ona deməmişəm, danış ondan dedən ki, narahat olma tutulmamışam», «Qaqa qadan alım bir az ehtiyyatlı ol başına dönüm, kömək lazım olsa məni yığ mənə denən yaxşı, yığ məni denən», «Qaqa bir dənə patrona səs at, güyə ona deyiblər ki, koku ceyhun güya deyiblər ki, tutulmusan, maya qoşma onlara, bu sənə yaxşılıq eliyib ee, fırlayandılar onlar özləri fırlasınlar da, fırlamaqdı yenə onun özü ilə fırlayarsan, kişilik eliyib e bu, Ceyhun eləmiyib, patrona düşmür qaqa, patron pis qaqa deyil, patron normalnı qaqadı, yəni bunların hamısına baxmış, patron onların içinin kralıdı, patrona bir dənə səs at, denən hər şey qaydasındadır, desə bu nə söhbətdi, denən boş söhbətdi, onlara da qulaq asma qaqa, Ceyhundu, kokudu, bunlara, Qoqu mənə də 50 dənə söz deyir, mən hə-hı yola verirəm, patrona səs at denən hər şey qaydasındadır, Yevlaxa çatıb zəng eliyəcəm», «Yaz qaqa, bir dənə yaz, onda nə narahatdı indi deyərəm özünə, işində ol, ehtiyyatlı ol, nəisə olsa zəng elə mənə, yaxşı» ibarət olmuşdur. Həmin tarixdə saat 20-22 radələrində həmin şəxs Təqsirləndirilən şəxs3 «Qaqa nə iş görürsən ki, səni də tutsunlar, harda qalmısan, evdən narahatdılar, bir xəbər ver də», «Aye sənin başına nə gəlib ki, sən nə qələt elədin ki, tutuldun, pul verməliydilər sənə, noldu axı ne edirsən sən orda», «Göndəridilər də pulu.özünnən muqayet ol» mətnləri göndərmişdir. xx xxxxx 2019-cu il tarixdə həmin nömrə Təqsirləndirilən şəxs3 «Hamı narahatdı, hardasan», xx xxxxx 2019-cu il tarixdə «Kimdi bu» mətnli SMS-i yazmışdır. xx xxxxx 2019-cu il tarixdə «ev» adı ilə qeyd olunmuş ***-***-**-** saylı nömrədən WhatsApp proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs3 «Hardasan, Zaur evə gəl, hardasan, niyə cavab yazmırsan, ay bala barı səs at uşaq səni istəyir, ağlıyır dincəlsin, niyə cavab vermirsən Zaur» mətnli SMS-lər göndərilmişdir. xx xxxxx 2019-cu il tarixdə «Patron 2» adı ilə qeyd olunmuş +**********0 saylı RF nömrəsindən Təqsirləndirilən şəxs3 telefonuna WhatsApp proqramı vasitəsi ilə 18 halda cavabsız zəng edilmiş, «Gözləyirəm elə belə zəng vur bir hal-əhval edək, Qaqa nağarsan, ə nəhlət şeytana, yığ bir dənə danışaq dana Zaur. Səsini eşidim» səs yazıları göndərilmişdir. Telefon zənglərinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs3 digər Təqsirləndirilən şəxs1 ilə xx xxxxx 2019-cu il tarixdə 08 halda danışığı qeydə alınmışdır. (cild 01, iş vər 218-219) Mobil telefona baxış keçirilməsi haqqında xx xxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus ağ rəngli «Samsung duos» markalı mobil telefon, sərbəst işə düşür. Telefonun ön hissəsində sensorlu displey yerləşir. Telefonun “WhatsApp” proqramına baxış keçirilərkən Təqsirləndirilən şəxs1 digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la, həmçinin Sabir adlı İran vətəndaşı ilə dəfələrlə danışıqlar aparması müəyyən edilmişdir. Telefonun SMS bölməsinə baxış keçirilərkən orada: Təqsirləndirilən şəxs1 istifadəsində olan telefon nömrəsinə Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə saat 16:47-də «Xanım mən 10 dəqiqəyə bulvara çatıram, gec gələrsiz» mətnli SMS göndərmişdir. Təqsirləndirilən şəxs1 isə ona «20 yanvarı keçmişik, 20 deqiqəyə çatarıq biz də, çatan kimi zəng vuracam» mətnli SMS göndərmişdir. Bundan sonra Güloğlan Cəmilənin nömrəsinə «Oldu xanım, mən düz dəniz vağzalını qabağında diyanmışam, burda maşın saxlamaq olur» mətnli SMS göndərmişdir. Cəmilə isə ona «Çatıram xəbər edəcəm» mətnli SMS göndərmişdir. Bundan sonra Güloğlan Cəmiləyə «Xanım mən çox gözləyə bilmirəm taksidə burda» mətnli SMS göndərmişdir. Cəmilə isə ona «Hansı tərəfdəsən bulvarın içi ilə gəlirəm» mətnli SMS göndərmişdir. Bundan sonra saat 17:26-da Güloğlan Cəmiləyə «Dəniz vağzalı tərəfə keçim bulvarın içinə» mətnli SMS göndərmişdir. (cild 01, iş vər 220). Təqsirləndirilən şəxs2 Novruz oğluna məxsus “Xasiyyətnamə”-dən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 məcburi köçkün kimi Bakı şəhəri, Sabunçu qəsəbəsi, Q.Vəzirov 17 ünvanında məskunlaşıb yaşayır və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur.(cild02, iş vər 08-09) Yevlax şəhər 02 saylı MTİS-nin Təqsirləndirilən şəxs3 haqqında təqdim etdiyi arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində üç övladı vardır, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. (cild 02, iş vər 11-12) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2019-cu il tarixli 11458 № ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kağız paketdəki ümumi sayı 7 ədəd olan bükümdən: 5 ədəd bükümdəki ayrı-ayrılıqda təmiz halda çəkiləri 181,036 qram, 185,385 qram, 98,220 qram, 80,845 qram, 101,142 qram, ümumi təmiz halda çəkisi 646,628 qram olan qəhvəyi rəngli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. 2 ədəd bükülüdəki ayrı-ayrılıqda təmiz halda çəkiləri 44,215 qram və 43,141 qram, ümumi təmiz halda çəkisi 87,356 qram olan ağ rəngli, kristal hissəciklərdən ibarət maddələr isə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına daxil olan kustar üsulla hazırlanmış psixotrop maddə – metafetamindir. (cild 02, iş vər 215-219) Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx xxx 2019-cu il tarixli 908 saylı, 906 saylı, 907 saylı ekspertiza rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 psixi xəstəliyin əlamətləri aşkar olunmur, onlar törətdikləri əməl barəsində anlaqlı hesab olunurlar, onların əməli AR CM-in 21-ci maddəsinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacları yoxdur. (cild 02, iş vər. 220- 225) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2019-cu il tarixli 1280 saylı ekspertiza rəyindən görünür ki, Rzayeva X2 xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02, iş vər 22-227) Həmin Mərkəzin xx xxxx 2019-cu il tarixli 1576 və 1579 nömrəli ekspertiza rəylərindən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır, ərazi narkoloji dispanserdə qeydiyyata alınmaları məsləhət görülür. (cild 02, iş vər. 226-227) Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2019-cu il tarixli 1280 saylı ekspertiza rəyindən görünür ki, Rzayeva X2 xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin Mərkəzin xx xxxx 2019-cu il tarixli 1576 və 1579 nömrəli ekspertiza rəylərindən görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır, ərazi narkoloji dispanserdə qeydiyyata alınmaları məsləhət görülür. (cild 03, iş vər 25) «xxxx» MMC-dən daxil olmuş telefon danışıqlarına dair sənədə baxış keçirilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** nömrəsi X8 adına rəsmiləşdirilmişdir. xx xxxxxx 2019-ci ildən sonra nömrəyə SMS daxil olmamış və göndərilməmişdir. Əvvəlki tarixlərdə (yanvar-fevral ayları) ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs3 nömrəsinə «lomka gəlir» və sair kimi SMS-lər, ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs3 nömrəsinə «Qaqa onun içinə insulin qoy», ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs3 nömrəsinə «Mənə bir dənə düz qoş elə güclə dayanıram», ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs3 nömrəsinə «2 dənə şey lazımdır, 18 manat var» mətnli SMS daxil olmuşdur. xx xxxx 2019cu il tarixdə Təqsirləndirilən şəxs3 ***-***-**-** nömrəsinə «Zaur dayındı aç telefonu» mətnli SMS daxil olmuşdur. Anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs3 xx xxxxx 2019-cu il tarixdə saat 08:08-də Yevlax rayonunda, saat 10:39-da Hacıqabul rayonunda, saat 12:01-də və saat 14:39-da Bakı şəhərinin ərazisində olmuşdur. xx xxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs3 ***-***-**-** və ***-***-**-** (Təqsirləndirilən şəxs1) nömrələri ilə telefon danışığı aparmışdır. (cild 03, iş vər 41) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittihamlar elan edilməsi haqqında qərar qəbul edilməsi, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə olan heroinin təmiz halda çəkisi 646,678 qram, külli miqdarda psixotrop maddə metafetaminin təmiz halda çəkisi 87,406 qram kimi qəbul edilməsi, ********* nömrəli cinayət işinin materiallarından şəxsiyyəti istintaqa Sabir adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri barəsində Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə hazırki cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə qərar qəbul edilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər narkotik vasitə istifadə etmələri və həmin narkotik vasitələri tanımadıqları şəxslərdən əldə etmələri əməlini öz ifadələrindən başqa iş üzrə digər sübutlarla təsdiq etməyin mümkün olmaması nəzərə alınması, Təqsirləndirilən şəxs1 əvvəllər İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitələr keçirərək müxtəlif şəxslərə təhvil verməsi əməli öz ifadəsindən başqa başqa iş üzrə digər sübutlarla təsdiq etməyin mümkün olmaması nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 etirafedici ifadələri, təqsirləndirilən şəxslər X9 və Təqsirləndirilən şəxs3 qismən etirafedici ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, baxış protokolları və cinayət işi üzrə digər sənədlər onlara qarşı irəli sürülmüş ittiham üzrə sübut növü kimi qəbul edilməsi, qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır.(cild 03, iş vər 90-113). “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, şəxsiyyəti istintaqa məlum olmayan Sabir adlı İran İslam Respublikası vətəndaşı və qeyrilərinin barəində hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə başqa cinayət işi ayrılmış, ayrılmış cinayət işi ********* nömrəsi altında qeydə alınmışdır. (cild 03, iş vər. 139) İş materiallarına əlavə olunmuş, AZE seriyalı ******* və 11683206 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünr ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2012-ci il təvəllüdlü X17 və xx.xx.2015-ci il təvəllüdül X24 adlı iki azyaşlı övladı vardır. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 55 *** ** ** mobil telefon nömrəsi üzrə SMS yazımaları çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs2 öz istifadəsində olan həmin telefon nömrəsindən İran İslam Respublikası mobil operatoruna məxsus +**********64 nömrəsi ilə xx xxxx 2019-cu il tarixdə də telefon əlaqəsi saxlayaraq həmin abonentə aşağıda qeyd edilən vaxtda və məzmunda,- xx-xx-2019 19:39:36 **********59 **********64 «Qaqa hecolmasa mehemede dene telfonu acsin»; xxxx-2019 19:51:23 **********59 **********64 «Qaqa birden az gondersiz 650 verin narahat olma 2 3 gun hel olunacaq»; xx-xx-2019 20:34:24-dən xx-xx-2019 20:34:33-dək **********59 **********64 «Qaqa alimir deyin alimirda meni burda cahatnan uz goz oluram qaqa 650 berkede sabaka qalmiyaciydi gelen kimi demek olar camahati doluyan deyilem deyirem alimadi gec olmamiw camahat bawin caresine baxsin», «qaqa alimiyanda alimir gundu yatmiram men her axwam sehere kimi cavab gozduyurem uje direndim qaqa bawim wiwib ozum olum alatmaq lazim deyil»;- SMS məlumatları göndərmişdir. Həmçinin həmin çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 55 *** ** ** mobil telefon nömrəsindən iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 50-517-93-46 mobil telefon nömrəsinə xx xxxx 2019-cu il tarixdə aşağıda qeyd edilən vaxtda və məzmunda,xx-xx-2019 16:47:55 **********59 **********46 «Xanim men 10 deyqiya bulvara catiram gec gelersiz»; xx-xx-2019 16:50:39 **********59 **********46 «Oldu xanim»; xx-xx-2019 17:05:49 **********59 **********46 «Men duz deniz vagzalini qabaqinda diyamiwam burda mawin saxlamaq olur»; xx-xx-2019 17:25:18 **********59 **********46 «Xanim men cox gozduye bilmirem takisine burda»; xx-xx-2019 17:27:06 **********59 **********46 «Deniz vagzali terfde kecim bulvarin icine»,- məzmunda SMS-lər göndərmişdir. Bununla yanaşı iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 55-440-55-59 mobil telefon nömrəsi üzrə SMS yazımaları çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs2 öz istifadəsində olan həmin telefon nömrəsinə başqa şəxslərə məxsus mobil telefon nömrələrindən və həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 50-517-93-46 mobil telefon nömrəsindən aşağıda qeyd edilən vaxtda və məzmunda,- xx-xx-2019 19:45:11 **********84 **********59 «Qaqa evden yigmwdilar qaqa eve 50. 100 den nese vere bilersen Allaha and olsun meni lap bezdirdiler. Noldu noldu. Bir yannanda fikir goturub meni atam seher duracey mal yox. 3 qramin yari puluda mendedi»; xx-xx-2019 03:16:29 **********65 **********59 «Brat men yatim ya alinacaq gozleyim? Nese irelileyiw teze xeber varsa kurs qoy qardawiva»; xx-xx-2019 13:16:41 **********65 **********59 «Qaqawim salam necesen? Ay brat mene zeng catmayacaq. Bu nomreye zeng edersen. Telefonumu zalok qoymuwam 30 manat aoturmuwem atama vermiwem aetsin yarim qram gotursun. Berk agriyirdi lomkadan doze bilmedim, ureyim goturmur onu ele aormeye. Uzun sozun qisasi aoturdun bu nomrede olacam brat. Xeber edersen qa qawuva.»; xx-xx-2019 16:50:06 **********46 **********59 «20 yanvari kecmiwik 20 deyqeye catariq bizde catan kimi zeng vuracam»; xx-xx-2019 17:06:43 **********46 **********59 «Catiram xeber edecem»; xx-xx-2019 17:26:14 **********46 **********59 «Hansi terefdesenen bulvarin iciyle gelirem»,- SMS məlumatları daxil olmuşdur. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında heroinin xalis çəkisinin 2 (iki) qramdan yuxarı aşkar olunması və psixotrop maddə olan metafetaminin xalis çəkisinin 2 (iki) qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yuxarıda qeyd olunan cinayət əməllərini, yəni Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilən şəraitdə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş «Sabir» adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli bəyan etməməklə, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirməsi, öz növbələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ayrı-ayrılıqda, qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş həmin «Sabir» adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli bəyan etməməklə, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq, Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirdiyi külli miqdarda narkotik vasitə olan heroindən yuxarıda qeyd edilən miqdarlarda qəsdən qanunsuz olaraq satış məqsədilə sonuncudan ayrı-ayrılıqda əldə edib, saxlayıb, daşımaqda təqsirli olmaları, onların özlərinin müvafiq olaraq hadisələrin baş vermə vaxtı, yeri, inkişafı ardıcıllığı, qeyd edilən külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddənin ölkə sərhədindən qanunsuz olaraq keçirilməsi, narkotik vasitəni əldə etmələri və daşımaları ilə bağlı işin faktiki hallarına uyğun qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, həmin şəxslərin istifadələrində olmuş mobil telefon nömrələri üzrə telefon əlaqələri, sms yazışmaları və və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin cinayət əməllərində təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara qarşı irəli sürülmüş ittihamla bağlı, narkotik vasitəni yalnız öz istifadələri üçün əldə etmələri barədə məhkəmə baxışı zamanı verdikləri ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onların bu kimi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq və öz məsuliyyətlərini yüngülləşdirmək məqsədi ilə verilmiş və onların yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları, iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı toplanmaqla məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Belə ki, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 0.06.2016-cı il tarixli qərarına əsasən şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə -CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların təqsirkarın özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr, psixotrop maddələr və prekursorlar olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, ictehlakçı ilə əvvəlcədən razılıq əldə edilməci, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyələrini və işin faktiki hallarını nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 , Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onların əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrinin sanksiyası həddində onlara azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 , Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və 64-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, təqsirləndirilən şəxslərin cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.10, 59.2-ci maddələrinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf edib peşman olmasını, himayəsində iki azyaşlı uşağının olması, cinayətin açılması, onun digər iştirakçılarının ifşa edilməsində fəal iştirak etməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar Təqsirləndirilən şəxs1 vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə həmin Məcəllənin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİ və İİİ hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 28-ci maddəsinin İ hissəsinə, 147-ci maddəsinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, 8 yaşınadək uşaqları olan bəzi məhkum edilmiş şəxslərin cəzasının çəkilməsinin təxirə salınmasının mümkünlüyünü nəzərdə tutan CM-in 79.1-ci maddəsi dispozitiv xarakter daşıyır və məsələ ilə bağlı məhkəmənin vəzifəsini deyil, məhz hüququnu müəyyənləşdirir. Məhkəmə yuxarıda qeyd olunan hallarla yanaşı hazırki cinayət işi üzrə törədilmiş cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi, xarakteri və mexanizmini, cinayətin törədilməsində iştirak etmiş digər qrup üzvlərinin barəsində cinayət işi ayrılmaqla istintaqın davam etdirilməsini də nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə, təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının himayəsində on dörd yaşına qədər uşağı olması əsası ilə təxirə salınması cinayət qanunvericiliyinin tələbləri baxımından məqsədə müvafiq deyildir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı övladının olması, Füzuli rayonundan məcburi köçkün olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı övladlarının olması onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər cinayət məsuliyyətinə cəlb edilmədikləri və ilk dəfə ağır cinayət əməlləri törətməkdə təqsirli bilindikləri nəzərə alınaraq onlar Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizalarının rəylərinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyi aşkar olunmuş və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübutlar: DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların xüsusi saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 646,578 (altı yüz qırx altı tam mində beş yüz yetmiş səkkiz) qram narkotik vasitə heroin və 87,306 (səksən yeddi tam mində üç yüz altı) qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus olan bir ədəd «Samsung duos» markalı mobil telefonun hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrılmaqla ********* nömrəsi ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək məlumatları özündə əks etdirməsinin mümkünlüyü nəzərə alınmaqla, maddi sübutun taleyi həmin cinayət işi üzrə həll edilənədək DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların xüsusi saxlanc yerində saxlanılması təmin edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birinə bir ədəd məxsus olmaqla, cəmi 02 ədəd «Samsung duos» markalı mobil telefon müvafiq olaraq həmin teleofn sahiblərinin yaxın qohumlarından birinə qaytarılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 216 (iki yüz on altı) manat 40 (qırx) qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada dövlətin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 08 (səkkiz) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri il 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 206.3.2-ci maddəsi ilə 06 (altı) il ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: DSX-nın İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların xüsusi saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 646,578 (altı yüz qırx altı tam mində beş yüz yetmiş səkkiz) qram narkotik vasitə heroin və 87,306 (səksən yeddi tam mində üç yüz altı) qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus olan bir ədəd «Samsung duos» markalı mobil telefonun hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrılmaqla ********* nömrəsi ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək məlumatları özündə əks etdirməsinin mümkünlüyü nəzərə alınmaqla, maddi sübutun taleyi həmin cinayət işi üzrə həll edilənədək DSX-nın İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların xüsusi saxlanc yerində saxlanılması təmin edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birinə bir ədəd məxsus olmaqla, cəmi 02 ədəd «Samsung duos» markalı mobil telefon müvafiq olaraq həmin teleofn sahiblərinin yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə ekspertiza xərci cəmi 216 (iki yüz on altı) manat 40 (qırx) qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada dövlətin xeyrinə tutulsun. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkumlara isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar