Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1015/2020 30.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı və X12, müdafiəçi: fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1980-ci ildə Masallı rayonunun Böyük Kolatan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Böyük Kolatan kəndində qeydiyyatda olmaqla Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2cimaddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində kənar şəxslərin sərbəst surətdə daxil olub tanış ola bildiyi “youtube.com” internet video paylaşma sistemində və “facebook” sosial şəbəkəsində özünə məxsus Эльвин Исаев (Təqsirləndirilən şəxs) adlı profil vasitəsilə yayımladığı videomüraciətlərində Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etmişdir. Belə ki, o, 2018-ci ilin əvvəllərində Avropada yaşayan digər şəxslər və şəxsiyyətləri məlum olmayan başqaları ilə “Facebook” sosial şəbəkəsində özünün “Эльвин Исаев(Təqsirləndirilən şəxs)” adlı profili vasitəsilə sonuncularla yazışaraq tanış olduqdan sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək “Youtube.com” internet video paylaşma sistemində və “Facebook” sosial şəbəkəsində Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, bu məqsədlə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal itaətsizlik və müqavimət göstərilməklə kütləvi iğtişaşlara və zorakılıqlar etməyə yönələn videomüraciətlər hazırlayıb mütəmadi olaraq internet resurslarında yayımlayaraq açıq çağırışlar etmək barədə razılığa gəlib, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindən 10 aprel 2018-ci il tarixdə Almaniya Federativ Respublikasının Berlin şəhərinə gedərək orada yerləşən kafelərin birində digər şəxslər ilə bilavasitə görüşərək və qabaqcadan əlbir olduğu qeyriləri və şəxsiyyətləri məlum olmayan başqaları ilə sosial şəbəkə üzərindən əlaqə saxlayaraq planlaşdırdıqları cinayətlərin törədilməsi üsulları, o cümlədən eyni məqsədlə hazırlanacaq videomüraciətlərin məzmunu, onların hansı internet resurslarında, hansı dövrlüklə yayımlanacağı barədə razılaşdıqdan və 11 aprel 2018-ci il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə qayıtdıqdan sonra cinayətkar qrupun üzvləri ilə razılaşdırılmış ümumi cinayətkar niyyətə və sövdələşməyə uyğun olaraq özünə məxsus “İphone” markalı mobil telefonun video kamerası vasitəsi ilə Sankt-Peterburq şəhərinin müxtəlif yerlərində Azərbaycan xalqına ünvanlanan videomüraciətlər hazırlayaraq “Youtube.com” video paylaşma sistemində və özünün “Facebook” sosial şəbəkəsində olan “Эльвин Исаев” (Təqsirləndirilən şəxs)” adlı profilində 19 aprel 2019-cu il tarixli “Bütlər aşacaq”, 8 iyun 2019-cu il tarixli “Xaricdə yaşayanlar biz nə vaxta qədər susacağıq”, 15 iyun 2019-cu il tarixli “Xəbərdarlıq”, 7 avqust 2019-cu il tarixli “Elvin yenə təxribata əl atır” başlıqlarla yayımlamaqla və videoçarxlarda xalqa xitabən “yüz minlərlə yığılaq, gedək rəhbərliyi yıxaq”, “bu rejimə son qoyaq” “Hər rayondan 1000 nəfər, 500 nəfər polis idarəsinə, 500 nəfər icra hakimiyyətinin binasına, getdin, girdin icranın binasına, bir təpik ona. Rədd ol burdan. Ordan da sonra gedirsiz polisə. Polis rəisinə sən xalqnansan. Srazı pəncərədən onu atırsız aşağı. Vəssalam. Hər rayonda belə olsa vsyo. Neyləyəcək ki?” məzmunlu ifadələr işlədərək həmin əməlləri ilə vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ona qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razı deyil. O, azad insandır və azad fikirlərini bildirmiş, heç bir cinayət törətməmiş, digər adları çəkilmiş şəxslərlə əlaqə yaratmaq cinayətdirsə bu faktlarla sübut edilməlidir. Hökümətə qaşı müxalif olan adamdır, yəni hakimiyyətin həyata keçirdiyi siyasəti qəbul etmir, haqsızlığı görür, bununla əlaqədar azad insan kimi azad fikirlərini bildirmişdir. Berlində olan mitinqdə iştirak etmiş və bunu cinayət hesab etmir. Heç bir cinayətkar çağırış etməmişdir. Dövlət tərəfindən ona qarşı terror olub, 9 aydır yanına vəkil buraxılmamış, xəstə, qoca atasını görə bilmir. Tutulduğu bütün müddət ərzində qeyri-qanuni ayrı seçkilik etmişlər. Ona qarşı fiziki və mənəvi təzyiq etmişlər. Heç vaxt Azərbaycan Respublikasında kütləvi iğtişaşlara, dövlət əleyhinə yönələn açıq çağırışlar etməmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, ittiham olunduğu cinayət əməllərinin onun tərəfindən törədilməsi cinayət işinin aşağıdakı dəlilləri ilə tam sübuta yetirilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər həmkəndlisi kimi tanımış, 2017-ci ilin mart ayından isə yaxın münasibətləri yaranmışdır. Belə ki, həmin ərəfələrdə Təqsirləndirilən şəxs və Rusiya Federasiyasında yaşayan digər həmkəndliləri kənddə xeyriyyəçilik işləri ilə məşğul olaraq yollara asfalt çəkilməsi, su, kanalizasiya sistemlərinin yenilənməsi və digər işlərin görülməsini maliyələşdirdiklərindən o da həmin kəndin bələdiyyə sədri kimi onların bu işləri görmələrinə yardımçı olmuşdur. Görülən işlərin bir çoxuna Təqsirləndirilən şəxs nəzarət etmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs görülən xeyriyyəçilik işləri ilə bağlı videolar çəkərək “facebook” sosial şəbəkəsində yerləşdirmiş, 2018-ci ilin aprel ayında isə həmin sosial şəbəkədə yerləşdirdiyi videolarında Azərbaycan dövləti əleyhinə çıxışlar etməyə başlamışdır. Belə ki, həmin vaxt, rayondan ona zəng edilərək Təqsirləndirilən şəxs efirdə olduğunu, həmin videoya baxmağı bildiriləndən sonra dərhal mobil telefonunda Təqsirləndirilən şəxs “facebook” sosial şəbəkəsində olan şəxsi səhifəsini daxil olaraq Təqsirləndirilən şəxs Almaniyanın Berlin şəhərində hakimiyyət əleyhinə keçirilən mitinqdə dövlətin əleyhinə danışaraq hər kəsi etiraz etməyə çağırdığını görmüşdür. Bir müddət sonra o, Təqsirləndirilən şəxs dayısı Yalçın İsayevlə görüşmüş, sonuncunun telefonunun “whatsapp messenger” vasitəsi ilə Elvinə zəng edərək onun düzgün yolda olmadığını söyləmiş, Elvin isə ona Orduxan Teymurxanla görüşmək məqsədi ilə Berlinə getdiyini və onun etimadını qazanmaq üçün belə bir video paylaşım etdiyini bildirmişdir. Cinayət işinin 1-ci cildinin 3-11-ci vərəqlərində olan 15 avqust 2019-cu il tarixli baxış protokolundan görünür ki, “youtube.com” sosial şəbəkəsində Təqsirləndirilən şəxs 25 dəqiqə 13 saniyədən ibarət olan “Xəbərdarlıq” adlı videosunun 15:16 dəqiqədən 16:20 dəqiqəyədək olan çıxışında sonuncu “Mənim kimi oğullar gələcək bir görərsən nə günə salarıq orda. Heç Bakıda lazım deyil. Hərəsi öz rayonuna, min nəfər. Hər rayondan min nəfər. 500 yüz nəfər polis idarəsinə, 500 nəfər də icra hakimiyyətinin binasına. Getdin girdin icranın yanında. Əə bambılı. Sual verərsən ki, ona səni bura kim qoyub ? Bir təpik ona. Rədd ol ədə bambılı. Xalq qoymalıydı səni. Rədd ol burdan. Ordan da sonra gedirsin polisə. Polis rəisinə sən xalqnansan. Srazı pəncərədən onu atırsız aşağı. Vəssalam. Hər rayonda belə olsa vsyo. Neyləyəcək ki ? Bakıda da camaat yığışsa. Bakıda, yəni mitinq zad olanda çoxlu rayonlardan polis-molis göndərirlər də. Polis sizin əlinizdə olandan sonra, icra sizin əlinizdə olandan sonra kim gələr ee onun köməyinə. Qoyub qaçacaq” məzunlu ifadələr işlətmişdir. Cinayət işinin 1-ci cildinin 229-234-cü vərəqlərində olan məhkəmə-linqvistik ekspertizasının 08 noyabr 2019-cu il tarixli, 21979 nömrəli rəyindən görünür ki, ekspert rəyinə təqdim olunmuş 1 ədəd DVD-də onun “youtube” və “facebook” səhifəsindən götürülərək 5 hissədən ibarət təqdim edilmiş video-materialların təhlil və tədqiq edilməsi göstərir ki, videomüraciət və çağrışlarda Azərbaycan Respublikasının qanunlarına zidd - ictimai təhlükəsizliyi pozmaq, hakimiyyətin zorla ələ keçirilməsinə, kütləvi iğtişaşlara və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn çağırışlar mövcuddur. Həmin çağırışlarda anti-Azərbaycan mövqeyi, siyasi riyakarlıq motivləri, habelə separatizm rüşeymlərinin bu və ya digər formada müdafiə olunması ilə cəmiyyətdəki sosial qruplar arasında düşmənçiliyin salınmasına eləcə də legitim hakimiyyətin fəaliyyətinə qarşı yönələn qərəzli hərəkətlər vardır. Cinayət işinin 2-ci cildinin 140-143-cü vərəqlərində olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 14 yanvar 2020-ci il tarixli, 79 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburu müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cildinin 144-146-cı vərəqlərində olan ambulator məcburi-narkoloji tibbi ekspertizasının 22 yanvar 2020-ci il tarixli, 166 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 1-ci cildinin 135-137-ci vərəqlərində olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş 19 sentyabr 2019-cu il tarixli, 23/5-6014 nömrəli məktubda qeyd olunmuşdur ki, xx.xx.1980-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, Masallı rayonunun Böyük Kolatan kəndində qeydiyyatda olan, Təqsirləndirilən şəxs hazırda Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayır və orada sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O, Rusiya Federasiyasının vətəndaşına məxsus pasportla 2003-2018-ci illər ərzində Azərbaycana çoxsaylı səfərlər etmiş, 28.03.2017-ci il tarixdə “AZE №********” seriyalı şəxsiyyət vəsiqəsi almış, Rusiya Federasiyasının mobil operatoruna məxsus +**********1 saylı mobil telefon nömrəsindən istifadə etmiş, sonuncu dəfə 23.03.2018-ci il tarixində Rusiya Federasiyası istiqamətində ölkəni tərk etmiş, bundan başqa Masallı rayonunun Kolatan kənd bələdiyyəsinin sədri, xx.xx.1983-cü il təvəllüdlü Şahid ilə dostluq münasibətində olmuşdur. Cinayət işinin 1-ci cildinin 139-145-ci vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsinin təqdim etdiyi məlumatlarda Təqsirləndirilən şəxs istifadəsində +-***-***-**-**, ***-***-**-** mobil telefon nömrələri, mailto:elvin888@inbox.ruElektron ünvan elektron poçt ünvanı, “youtube.com” videoportalında “Эльвин Исаев”, “facebook.com”, “instagram.com” və “ok.ru” sosial şəbəkələrində müvafiq olaraq “Эльвин Исаев”, “Elvin İsaev” və “y888ka” adlı profillərinin olduğu qeyd edilmişdir. Cinayət işinin 1-ci cildinin 139-145-ci vərəqlərində olan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətindən daxil olmuş 31 oktyabr 2019-cu il tarixli, 14/5/1380 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində Rusiya Federasiyasına məxsus mobil operatoruna məxsus +7(931)251-81-81 telefon nömrəsi vardır. Cinayət işinin 1-ci cildinin 151-152-ci vərəqlərində olan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin 04 dekabr 2019-ci il tarixli, 14/2/1548 nömrəli məktubundan görünür ki, xx.xx.1980-ci tarixdə Masallı rayonunun Böyük Kolatan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Təqsirləndirilən şəxs həyat yoldaşı-31.10.1979-cu il təvəllüdlü, Rusiya Federasiyasının vətəndaşı, milliyyətçə rus olan X6 (Qadalina) və iki övladı ilə birgə Sankt- Peterburq şəhəri, Frunzenskiy rayonu, Turku küçəsi, ev 27, mənzil 519 ünvanında qeydiyyatda olaraq cari ilin sentyabr ayının 28-nədək orada yaşamış, daha sonra Azərbaycan Respublikasının ümumvətəndaş pasportu ilə Belarus ərazisindən tranzit keçərək Ukraynaya gəlmişdir. Orada Kiyev şəhəri, Yaroslavov Val küçəsi, bina 11 ünvanında yerləşən mənzildə yaşamış, lakin bir müddət əvvəl yaşayış yerini dəyişmişdir. Özünü “Azərbaycan Demokrat Partiyası”nın həmtəsisçisi, siyasi mühacir kimi təqdim edən X9 Təqsirləndirilən şəxs Avropa ölkələrinin birinə (əsasən Almaniya, Çexiya, Polşa və ya Macarıstana) qanuni (viza almaqla) və ya qeyri-qanuni yollarla çıxarmağa cəhdlər etmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs cari ilin 22-24 oktyabr tarixlərində sığınacaq almaq üçün Almaniyanın Ukraynadakı səfirliyinə müraciət etməsi ilə bağlı məlumatlar mövcuddur. Cinayət işinin 2-ci cildinin 12-15-ci vərəqlərində olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 03 fevral 2020-ci il tarixli, 30/203 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “İphone XS” markalı mobil telefona və sosial şəbəkələrə baxış zamanı onun 2018-ci ilə qədər “facebook.com” sosial şəbəkəsində özünün xeyriyyəçilik fəaliyyəti barədə (həmkəndlilərinə yardım, pul toplayaraq doğulduğu kənddə məscid tikdirməsi, qaz və işıq xəttlərinin çəkilməsi və s.) paylaşımlar etdiyi müəyyən edilmişdir. O, 2018-ci ildən başlayaraq Orduxan Teymurxan, Qurban Məmmədov, Tural Sadıqlı, Laçın Məmişov, Əli Oğuz, Orxan Ağayev, Rəfail Piriyev, Süleyman Süleymanlının sosial şəbəkələrdəki videoları ilə maraqlanmış, “facebook messenger” (+7 931 251 81 81 mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmişdir) vasitəsi ilə adları qeyd edilən şəxslərlə əlaqə saxlamış, blogger fəaliyyətinə başlamışdır. Təqsirləndirilən şəxs “Orduxan Teymurxanın” dəvəti ilə 2018-cı ildə Almanıyanın Berlin şəhərində Azərbaycan səfirliyi qarşısında keçirilmiş mitinqdə iştirak etmiş, orada Tural Sadıqlı və Seyran Rəfiyevlə görüşmüşdür. 2019-cu ildə “Azerfreedom” internet kanalının rəhbəri X24 Federasiyasında yaşayan vətəndaşlardan maliyyə vəsaiti toplamaq məqsədi ilə Təqsirləndirilən şəxs təqdim etdiyi bank hesabını öz efirində nümayiş etdirmişdir. Sonuncu “Azerfreedom” kanalına dəstək məqsədilə Rusiyada kütləvi avtomobil yürüşünün təşkilatçısı olmuşdur. Cinayət işinin 2-ci cildinin 26-29-cu vərəqlərində olan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin 03 mart 2020-ci il tarixli, 14/5/251 nömrəli məktubundan görünür ki, Rusiya Federasiyasının mövcud qanunvericiliyini pozaraq 12.09.2001-ci il tarixdə Şimali Osetiya-Alaniya Respublikasının Pravoberejnı rayonunun daxili işlər şöbəsi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş 9001 seriyalı 130486 nömrəli Rusiya Federasiyasının vətəndaşı pasportunun alınmasında Təqsirləndirilən şəxs köməklik etmiş şəxslərə dair məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs sonradan həmin sənəd əsasında 26.12.2013-cü il tarixdə Federal Miqrasiya Xidmətinin Sankt- Peterburq və Leninqrad vilayəti üzrə idarəsində 72 seriyalı ******* nömrəli xarici pasport, həmçinin 22.04.2014-cü il tarixdə daxili pasportu dəyişərək eyni İdarənin Frunze rayonu üzrə şöbəsində 4014 seriyalı 4014 seriyalı 011620 nömrəli pasport almışdır. Təqsirləndirilən şəxs Sankt-Peterburq şəhərində “Yujniy” bazarında topdan və pərakəndə siqaret ticarəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs adına “Sberbank”a məxsus **********173221 saylı debit kartı və “PayPal” ödəniş sistemi üzrə mailto:elvin888@inbox.ruElektron ünvan akkauntu mövcuddur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti ilə məşğul olan, Avropada məskunlaşmış bloqqerlərin əksəriyyəti ilə münasibətləri olmuşdur. Cinayət işinin 2-ci cildinin 20-21-ci vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin 10 mart 2020-ci il tarixli, 6/23-291m nömrəli məktubundan görünür ki, 11.04.2018-ci il tarixdə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində, Azərbaycan Respublikasının vətəndaşları, 1985-ci il təvəllüdlü X13, 1984cü il təvəllüdlü X14 və Niderland Krallığının vətəndaşı 1969-cu il təvəllüdlü X11 təşkilatçılığı, 1984cü il təvəllüdlü X5, 1986-cı il təvəllüdlü X15, 1987-ci il təvəllüdlü X23 və digər şəxslərin iştirakı ilə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin inzibati binasının ətrafında aksiya keçirilmişdir. İsayev X10 rayonunun Kolatan kəndində yaşayan dayısı X20 və xalası əri X21 ilə yaxın münasibətdə olmuşdur. Təqsirləndirilən şəxs Rusiya vətəndaşlığını qəbul edərkən Azərbaycan vətəndaşlığının olması (Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulluğu tərəfindən ona verilmiş arayış (GK 004094, 08.04.2015), Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (AZE ********) və ümumvətəndaş pasportu (C 01326487, 16.07.2017) ilə bağlı məlumatı Rusiya Federasiyasının müvafiq qurumlarından gizlətmişdir. O, Rusiyadan deportasiya olunmasından ehtiyatlanaraq Avropa ölkələrinin birində “siyasi baxışları”na görə oturum almaq məqsədilə əvvəlcə Belarus Respublikasına, oradan isə Ukrayna Respublikasına getmişdir. Təqsirləndirilən şəxs Ukrayna Respublikasında saxlanılaraq Azərbaycan Respublikasına deportasiya olunmuşdur. Cinayət işinin 3-cü cildinin 212-213-cü vərəqlərində olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 22 avqust 2020-ci il tarixli, 30/2088 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs saxlanılması zamanı üzərindən götürülmüş “İphone XS” markalı mobil telefonla bağlı keçirilmiş tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Elvinin (**********8) səsli mesajında “Qardaş, sənə deyirəm, uşaqlara çatdır. Bizim problemimiz Fuad, İsgəndər Həmidov deyil, bunlar heç kimdir. Biz bunlarla mübarizə aparsaq, dedi-qodu etsək, biz öz nüfuzumuzu itirərik. Özümüzü türklərin gözündən salarıq. Bizə rejimi devirmək lazımdır, türklərlə bir yerdə. Devirəndən sonra, hakimiyyətə Mübariz, Əli İbadov kimi oğlanlar gələcək. Bu yüz faizdir! Bu dəfə bizə ata bilməzlər. Mənim hamı ilə münasibətim var, istər Orduxan olsun, istər Qurban olsun. Mən hamı ilə şərt kəsmişəm, sabah hakimiyyət dəyişsə, orada mənim talışımın yeri olacaq. Onlar bizim yanımızda boğazdırlar, bizə heç nə deyə bilməzlər. Oraya Mübariz kimi oğlan gəlsə, bizim bölgəyə çox xeyri olacaq, Zabilin siyasəti bizə lazım deyil, bizi gözdən salır. Uşaqlara de ki, mənim çıxışlarıma irad tutmasınlar, normal yoldur. Guya talış pis yaşayır, türk yaxşı yaşayır?! Problem bütün ölkədə var, normal sistem yaratmaq lazımdır. Talış öz müxtariyyət statusunu alacaq. Bizim öz parlamentimiz olacaq, öz deputatlarımız olacaq. Biz özümüz özümüzə icra hakimiyyəti seçəcəyik, polis rəisi seçəcəyik. Türk bizə rəislik etməz, bunları bilin. Dedi-qoduya fikir verməyin, uşaqları başa salın məzmunlu ifadələri vardır. Bundan başqa, Rafael Piriyevdən (**********604, Rafael Piriyev) daxil olmuş səsli mesajda: “Elvin, qardaş, pulu götürdüm. Çox sağ ol”. Elvinin (**********282, Orxan Ağayev) səsli mesajı: “Orxan, bunun mətləbə nə dəxli var? Vəziyyətə nə dəxli var ? Kişi kimi pul yığılıb. Mən Akifə demişəm. Mən Akifə dedim ki, Akif 150-200 nə qədər imkanın var, ver. Mənə de ki, kimin adına göndərmək lazımdır göndərim. Bunu demişəm də mən Akifə. Bir neçə dəfə demişəm”.Seyranın səsli mesajı: “Elvin, sən hələ başa düşmürsən ki, pul yığmaq məsələsi nə məsələdir. Qurban sənin üçün torba tikir ki, Azərbaycan hakimiyyəti səni Bakıya “Vağzalı” ilə gətizdirsin. Bunu mən sənə deyirəm!” məzmunlu ifadələr vardır. Cinayət işinin 3-cü cildinin 255-259-cu vərəqlərində olan 25 avqust 2020-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “İphone XS” markalı mobil telefonun “whatsapp” proqramı vasitəsi ilə sonuncu 11.12.2019-cu il tarixdə Qurban Məmmədov, Orxan Ağayev, “Binnaz” adlı şəxs, Laçın Məmişov, “Əli Oğuz” adlı şəxslərlə danışıqlar aparmışdır. Cinayət işinin 3-cü cildinin 250-254-cü vərəqlərində olan “Rusiya Federasiyasının Cinayət Məcəlləsi”-nə 25 avqust 2020-ci il tarixli baxış protokolundan görünür ki, Rusiya Federasiyası CMnin 212-ci maddəsində Kütləvi İğtişaş, 278-ci maddəsində isə Hakimiyyətin zorla ələ keçirilməsi cinayət hesab edilir. Cinayət işinin 1-ci cildinin 36-41-ci vərəqlərində olan“Giriş-çıxış və qeydiyyat” X3 Sisteminin işçi yerindən və Rusiya Federasiyasına ünvanlanmış hüquqi yardımla əlaqədar daxil olmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 112-115-ci vərəqlərində olanMasallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının 26 sentyabr 2019-cu il tarixli, M-03-2181 nömrəli məktuba əlavə edilmiş xasiyyətnamə və ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1980-ci ildə Masallı rayonun Böyük Kolatan kəndində anadan olmuşdur. 1995-ci ildə Böyük Kolatan tam orta məktəbinin 9-cu sinifini bitirdikdən sonra Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə dayılarının yanına getmişdir. Sonradan atası, anası və 2 qardaşı Sankt-Peterburq şəhərinə getmişlər, hazırda orada yaşayırlar. Təqsirləndirilən şəxs ara-bir doğulduğu Böyük Kolatan kəndinə gəlmişdir. Kənddə olarkən müxalif mövqedən əhalı arasında söhbətlər aparması və əhali arasında çaşqınlıq yaratması müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında həqiqi hərbi xidmətdə olmamışdır. Məhkəmədə verdiyi ifadəsində fərqli olaraq, Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən, cinayət işinin İ cildinin 167-171-ci, 173-192-ci, İİİ cildinin 243-247-ci vərəqlərində olan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, «xx.xx.1980-ci ildə Masallı rayonun Böyük Kolatan kəndində anadan olmuşdur. Orta təhsillidir. 1987-1991-ci illər ərzində Masallı rayon Böyük Kolatan kənd orta məktəbində oxumuş, daha sonra təsərrüfatla məşğul olmuş, Masallıda atası X8, anası X4, qardaşları İlkin İsayev və Coşqun İsayevlə birlikdə yaşamışdır. İlkin onun böyük qardaşı, Coşqun isə kiçik qardaşı olmuşdur. Atası 1988-ci ildə işləmək məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə getdikdən sonra, 1996-cı ildə böyük qardaşı İlkin, 1998-ci ildə o, anası və kiçik qardaşı Coşqun onun yanına getmişdir. Bu müddət ərzində o, ara-sıra Masallı rayonuna gəlmiş, sonuncu dəfə isə 2018-ci ilin mart ayında Azərbaycana gəlib bir neçə gün qaldıqdan sonra yenidən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə qayıtmışdır. 2001-ci ildən Rusiya Federasiyasının vətəndaşlığını almaq üçün “Şimali Osetiyada” yerləşən Miqrasiya Xidmətinə müraciət edərək Rusiya Federasiyası vətəndaşlığını almış, 2003-cü ildə isə Rusiya Federasiya vətəndaşı X7 ilə ailə həyatı qurmuşdur. Bu nikahdan Raul və Marsel adlı 2 övladı dünyaya gəlmişdir. O, Rusiyanın Sankt-Petrburq şəhəri, Frunzenskiy rayonu, “Mejdunarodniy” metro stansiyasının yaxınlığında, Turku küçəsi, ev 27, mənzil 519 ünvanında arvadı-Rusiya Federasiyası vətəndaşı X7, 15 yaşlı oğlu X30 və 6 yaşlı X18 birlikdə yaşamışdır. Rusiyada yaşadığı dövrdə Sankt Peterburq şəhəri, Maskovskiy rayonu, Yuri Qaqarin prospekti, ev 34 ünvanında “Cənub” bazarında yerləşən mağazada qida məhsulları satışı ilə məşğul olmuşdur. Hər ay təxminən 1500-2000 ABŞ dolları qazancı olmuşdur. Heç zaman məhkum olunmamışdır. Təxminən 2017-ci ildən başlayaraq Masallı rayonunda xeyriyyəçilik işləri aparmaq üçün Sankt-Peterburq şəhərində yaşayan həmkəndlilərindən pul yığaraq kəndlərinə göndərib, məscid tikilməsi, qaz və işıq çəkilməsinə köməklik etmişdir. 2017-ci ildə yaşamış olduğu kənddə abadlıq işləri görmək üçün Rusiyada yaşayan həmkəndlilərindən yığılan pulları xərcləmişdir. Gördüyü xeyriyyəçilik işlərini videoya çəkərək “facebook” sosial şəbəkəsində olan şəxsi səhifəsində paylaşmışdır. 2018-ci ilin əvvəllərində tanış olduğu Orduxan Teymurxan, Qurban Məmmədov, Tural Sadıqlı, Laçın Məmişov, Əli Oğuz, Orxan Ağayev, Rəfael Piriyev, Süleyman Süleymanlı adlı şəxslər “facebook messenger” vasitəsilə zənglər edərək xeyriyyəçiliklə bağlı videoların əvəzinə Azərbaycan Respublikasında və Azərbaycandan kənarda yaşayan Azərbaycanlılara çağırışlar edərək əhalini Azərbaycan dövləti əleyhinə təşkilatlanmağa, insanları dövlət əleyhinə açıq çağırışlar etməyə, bütün azərbaycanlıları ayağa qaldıraraq dövlət çevrilişi etməkdə aktiv olmağa çağırması barədə ona videolar hazırlamağını bildirmişdir. 2018-ci ilin 11 aprel tarixində Avropada yaşayan “Orduxan Teymurxan” adlı şəxsin dəvəti ilə Azərbaycanın Almaniyanın paytaxtı Berlin şəhərindəki səfirliyinin qarşısında Azərbaycan Respublikası ərazisindən kənarda yaşayan bütün azərbaycanlıları dövlət əleyhinə birləşdirmək, onları ayağa qaldırmaq məqsədi ilə keçiriləcək mitinqdə iştirak etmiş, həmin vaxt Orduxan, Seyran Rəfiyev, Tural Sadıqlı ilə kafedə oturaraq ümumi söhbət etmişlər. Orduxan mitinqdə iştirak etdiyinə görə minnətdarlıq etmiş, ona milləti oyatmaq lazım olduğunu, onunla birlikdə fəaliyyət göstərməyini, Azərbaycanda dəyişiklik edilməyin vaxtı gəlib çatdığını, insanları təşkilatlandırmaq lazım olduğunu bildirmişdir. O, Orduxana “mən kiməm ki, nəsə edim?” deyəndə, Orduxan insanları təşkilatlanmağa, Azərbaycan dövləti əleyhinə qaldırmağa, bu yöndə videolar hazırlamağı təklif etmişdir. Bundan sonra o, “Orduxan Teymurxan”, Tural Sadıqlı və Seyran Rəfiyevlə görüşməmişdir. Rusiya Federasiyasına qayıtdıqdan sonra o, istifadəsində olan “İphone XS” markalı mobil telefonla Rusiya Federasiyasının Petroslavyanka qəsəbəsində və digər yerlərdə həmkəndliləri Tohid və Tohidin qardaşı Amin adlı şəxs, X16 çəkdikləri və “facebook.com” sosial şəbəkəsində özünün “Təqsirləndirilən şəxs” adlı səhifəsində və “youtube.com” sosial şəbəkəsinin “Bütləraşacaq”, “Xaricdə yaşayanlar biz nə vaxta qədər susacağıq”, “Xəbərdarlıq”, “Elvin yenə təxribata əl atır” və sair başlıqlı videolarında bu yöndə çağırışlar etmişdir. Həmin paylaşımları etməkdə məqsədi istər Azərbaycan Respublikasında yaşayan, istərsə də Azərbaycandan kənarda yaşayan Azərbaycanlıları dövlət əleyhinə qaldırmaq, insanları hakimiyyəti zorla ələ keçirməkdə onlara çağırışlar etmək olmuşdur. Adları çəkilən şəxslərdən o, yalnız Qurban Məmmədova pul göndərərək köməklik etmişdir. Belə ki, 2019-cu ilin aprel-may ayında Qurban Məmmədov özü ona facebook messengerlə zəng edərək adına bankda hesab açmağı təklif etmiş, o, səbəbini soruşduqda Qurban Məmmədov ona “yotube.com” sosial şəbəkəsində açdığı “Azerfreedom” kanalında onun kartının seriyasını paylaşaraq onlara köməklik etmək istəyən insanların həmin karta pul köçürmələrini və onun da həmin hesaba köçürülən pulları oğlu Qoşqarın hesabına köçürməyi təklif etmişdir. O, Qurbandan həmin pulların nəyə lazım olduğunu soruşanda Qurban ona demişdir ki, onların da ofislərinin, xaricdəki və Azərbaycandakı jurnalistlərin saxlanması üçün maliyyə vəsaiti lazımdır. O da razılaşmış, həmin ərəfələrdə yaşadığı Sankt-Peterburq şəhərində yerləşən “Sberbank”-da öz adına hesab açdırmış və kartın nömrəsini də Qurban Məmmədova göndərmişdir ki, “Azerfreedom” kanalında paylaşsın. 2019-cu ilin avqust ayının 24-də saat təxminən 14 radələrində Rusiyadakı Miqrasiya Xidmətinin əməkdaşları onu saxlayaraq sənədlərini istəmiş, sənədlərini təqdim etdikdə onlar pasportunun həqiqiliyini yoxlamaq üçün onu Miqrasiya Xidmətinə aparmışlar. Orada olarkən bildirmişlər ki, Rusiya Federasiyasına məxsus pasportu alarkən Rusiya vətəndaşlığını almaq üçün ərizə vermədiyindən pasport qeyriqanuni hesab olunur. 2 gün sonra avqust ayının 26-da sənədləri Sankt-Peterburq şəhərinin Dzerjinskiy rayon məhkəməsinə göndərilmiş və məhkəmə onun pasportunun qeyri-qanuni yolla əldə edildiyini bildirib Azərbaycan Respublikasına deportasiya edilməsi barədə qərar çıxarmışdır. 2019-cu ilin sentyabr ayının 26-da Miqrasiya Xidmətinə çağıraraq Rusiya pasportunun saxta olmasına görə 10 gün müddətində ölkə ərazisini tərk etməsi bildirilmişdir. Bundan sonra o, Qurban Məmmədova zəng edərək ona Rusiyada Miqrasiya Xidmətinin barəsində ölkədən çıxarılmağı ilə bağlı qərar verildiyini bildirmiş və köməklik istəmişdir. Qurban Məmmədov ondan hara getmək istədiyini soruşmuş o da Ukraynaya getmək istədiyini bildirmişdir. Qurban ona Ukraynaya gedən kimi zəng etməsini və bir nəfər adam tapıb ona köməklik göstərəcəyini bildirmişdir. Sentyabr ayının 28-də əvvəlki ifadəsində qeyd etdiyi kimi Sankt-Petrburqda yaşayan həmkəndlisi X1 məxsus “Kia Optima” markalı avtomobil ilə, dayısı Cahid Kamalla birlikdə Belarusiya ərazisindən keçərək Ukrayna sərhəddinə gəlmiş, sərhəddə o və dayısı Cahid Kamal avtomobildən düşüb avtobusla Ukraynanın Kiyev şəhərinə getmişdir. Kiyev şəhərində dayısı ilə birlikdə hazırda xatırlamadğı evi kirayə tutmuşlar. Evə çatan kimi Qurban Məmmədova zəng etmiş və hazırda Kiyevdə ev kirayə tutduğunu bildirmiş və ondan köməklik etməsini xahiş etmişdir. Qurban Məmmədov ona Elxan Nuriyev adlı bir nəfərin telefon nömrəsini vermiş və həmin adamla əlaqə saxlamağını nə köməklik lazımdırsa edəcəyini bildirmişdir. Səhərisi gün dayısını Rusiyaya yola salmışdır. Təxminən 1-2 gün sonra 2019-cu ilin oktyabr ayının 4-5-də Elxan Nuriyevə zəng etmiş və onunla Yeroslavov Val küçəsində yerləşən otelin yanındakı kafedə görüşmüşdür. Elxan ona demişdir ki, “sənə viza düzəldəcəm, həmin viza ilə səni Sloveniyaya-Avropaya göndərərik”. Elxan buna görə ondan 2000 ABŞ dollar istəmişdir. O da elə həmin gün pasportun şəklini və 2000 ABŞ dolları pulu ona vermişdir. Elxan ondan hazırda harada yaşamağını soruşduqda o, ev kirayə tutduğunu, lakin kirayə haqqının baha olduğunu bildirmişdir. Elxan Nuriyev ona Yaroslavov Val küçəsindəki oteli danışacağını, onu həmin oteldə yerləşdirəcəyini bildirmiş və səhəri gün evdən əşyalarını da götürüb saat 11-də kafeyə gəlməyini demişdir. Elxandan vizanın nə vaxta hazır olacağını soruşduqda, uzağı bir həftəyə vizanın hazır olacağını bildirmişdir. Səhəri gün o, idman çantasını da götürüb Elxanla həmin kafedə görüşmüşdür. Kafedən çıxandan sonra Elxan onunla birlikdə otelə gedib onu otelə yerləşdirmişdir. Təxminən 1 həftə sonra vizası ilə bağlı Elxana zəng etmiş, Elxan ona işin uzandığını və yaxın vaxtlarda həll olunacağını bildirmişdir. Elxanla 1 ay ərzində bir neçə dəfə zəngləşərək, görüşərək viza ilə bağlı soruşduqda, hər dəfə ona müxtəlif bəhanələr gətirərək işini uzatmış və 1 ay sonra Sloveniya səfirliyinin ona viza verməkdən imtina etdiyini bildirmişdir. Elxandan pulunu tələb etmişdir ki, öz işini özü həll etsin. Elxan da narahat olmamağını, pulunun onda olduğunu, onun işini düzəldəcəyini demişdir. Sloveniya məsələsi alınmayandan sonra Elxan ona demişdir ki, bir vəkil var onun işi ilə bağlı BMT-nin Ukraynadakı ofisinə müraciət edər ki ona sığınacaq versinlər. O da razılaşmışdır. 10 gün də vəkili gözləmişdir. Elxan 10 gün ərzidə ona vəkilin gah Xarkov şəhərində olduğunu, gah Zaporojye şəhərində olduğunu deyib narahat olmamağını bildirmişdir. Təxminən 10 gün sonra Elxan və vəkillə həmin kafedə görüşmüşdür. Vəkil ona narahat olmamağını və BMT-yə müraciət edərək ona sığınacaq alacağını bildirmişdir. 10 gün sonra Elxan vəkil və o, yenə həmin kafedə görüşmüş və vəkil ona BMT-nin sığınacaqla bağlı proqramının hazırda bağlandığını və ona başqa formada köməklik edəcəyini, viza alıb onu ya Fransaya, ya da Hollandiyaya yola salacağını bildirmişdir. O, da işi alınsın deyə onunla razılaşmışdır. 10-15 gün sonra yenə, həmin kafedə Elxan və həmin vəkillə görüşmüşdür. Lakin bu dəfə vəkil ona köməklik etməkdən imtina etdiyini bildirmişdir. Ondan səbəbini soruşaduqda vəkil ona 2015-ci ildə çəkdiyi videoroliki göstərərək, həmin videonu ona Qənimət Zahidin göndərdiyini bildirmişdir. Videorolikdə onun Ukraynanın Donbas şəhərinə yardım etməyini bildirərək hərəkətinin separatçılıq olduğunu bildirmiş və ona köməklik etməkdən imtina etmişdir. O, Elxana və vəkilə demişdir ki, Qənimət Zahidlə onun heç bir düşmənçiliyi yoxdur, o niyə belə hərəkət etsin? Vəkil ona demişdir ki, onun viza məsələsini həll etmək üçün Qənimət Zahidə müraciət etmiş, Qənimət Zahiddən onun yerlisi olan bir nəfər köməklik göstərilməsini xahiş etmiş, Qənimət kim olduğunu soruşduqda onun adını bilən kimi, ona niyə köməklik göstərirsiniz o separatçıdır deyərək vəkilə həmin videonu göndərmişdir. Bütün bunları ona həmin vəkil demiş və ona köməklik etməkdən imtina etmişdir. O, bundan sonra Elxandan pulunu istəmiş o, isə hər dəfə ona narahat olmamağını, bir yolunu fikirləşib onu burdan çıxardacağını bildirmişdir. Lakin Elxan ona heç bir köməklik etməmiş, ona verdiyi 2000 ABŞ dollarını da indiyə qədər ala bilməmişdir. Pasportunu da axırda böyük çətinliklə ondan almışdır. Bundan sonra Qurban Məmmədova zəng edib ondan köməklik istəmiş, Qurban bu dəfə ona Əli Quliyev adlı başqa bir adamın nömrəsini verib onunla əlaqə saxlamağını, ona lazımı köməklik göstərəciyini bildirmişdir. 2019-cu ilin noyabr ayının axırlarında Əli Quliyevə zəng etmiş, lakin Əli Quliyev hazırda Qazaxıstan Respublikasında olduğunu və “Binnaz” adlı qadının nömrəsini verib onunla əlaqə saxlamağını, ona hər şeyi başa salacağını, həmin qadının ona köməklik edəcəyini bildirmişdir. Elə həmin gün “Binnaz” adlı qadına zəng etmiş, “Binnaz” ona köməklik edəcəyini, buna görə 2000 ABŞ dolları lazım olduğunu bildirmiş, pulu verə bilib-bilməyəcəyini soruşmuşdur. Səhəri gün “Binnaz” adlı qadınla Kiyev şəhərinin “Zolotoya Varota” adlı metrostansiyasının yanında görüşmüş və 2000 ABŞ dolları pulu ona vermiş, ona hansı formada köməklik edəcəyini soruşmuşdur. “Binnaz” adlı qadın da onu qeyri-qanuni yolla Lvov şəhərindən Polşaya yola salacağını bildirmişdir. “Binnaz” adlı qadın ona 2-3 günə işini həll edəcəyini desə də, təxminən 15 gün müddətində hər dəfə sərhəddə problem olduğunu bəhanə edərək gözləməyini bildirmişdir. Nəhayət dekabr 9-10-da Əli Quliyevə zəng edərək Binnazın ona heç bir köməklik etmədiyini və işinin yubandığını deyib ondan qadına verdiyi 2000 ABŞ dollarını geri istəmişdir. Əli Quliyev ona artıq Ukraynada olduğunu və görüşmək üçün evinə çağırmışdır. O, Əli Quliyevin yaşadığı hazırda xatırlamadığı “Konstitusiya” metrosunun yaxınlığında yerləşən evinə getmişdir. 2 gün onun evində bilrikdə qalmışdır. Həmin vaxt Əli Quliyevdən pulunu geri qaytarmasını istəyəndə ona narahat olmamağını, işi alınmasa pulunu qaytaracağımı bildirmişdir. 12 dekabr 2019-cu ildə isə evdən çıxıb mağazaya gedərkən Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları onu saxlayaraq Kiyev aeroportuna aparıb Azərbaycana deprotasiya etmişlər.» Təqsirləndirilən şəxs İltizam oğlunun məhkəmədə verdiyi ifadəsi özünün ibtidai istintaqda verdiyi yuxarıda qeyd edilən ifadəsi, cinayət işində olan şahid ifadəsi, maddi sübut, məhkəmə ekspertiza rəyləri və hökmün təsviri-əsaslandırıcı hissəsində şərh edilən digər dəlillərlə tam təkzib olunduğundan, məhkəmə, onun məhkəmədəki ifadəsini ittihamı təkzib edən sübut qismində qəbul etmir və təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini, cinayət işinin halları ilə təsdiq olunduğuna görə, mötəbər və ittihamı təsdiq edən sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxsin ifadələrində kütləvi iğtişaşa və dövlət əleyhinə açıq çağırışlar etmədiyini, azad fikrini bildirməsinə dair ifadəsinə münasibət bildirərək məhkəmə qeyd edir ki, hər bir şəxsin olduğu kimi Təqsirləndirilən şəxs də öz fikrini azad bildirmək hüququ vardır və cinayət işinin materiallarından görünür ki, o, bunu özünə məxsus mobil telefonla dəfələrlə etmiş və ifadəsində qeyd etdiyi kimi yüzlərlə video lentə almışdır. Lakin Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham onun lentə aldığı bütün videolarla bağlı olmamaqla konkret olaraq 19 aprel 2019-cu il tarixli “Bütlər aşacaq”, 8 iyun 2019-cu il tarixli “Xaricdə yaşayanlar biz nə vaxta qədər susacağıq”, 15 iyun 2019-cu il tarixli “Xəbərdarlıq”, 7 avqust 2019-cu il tarixli “Elvin yenə təxribata əl atır” adlı videolarla əlaqəlidir. Məhkəmə hesab edir ki, adı çəkilən viodeolarda qeyd olunanlar Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlardır. Belə ki, Təqsirləndirilən şəxs videoçarxlarda xalqa xitabən “yüz minlərlə yığılaq, gedək rəhbərliyi yıxaq”, “bu rejimə son qoyaq” “Hər rayondan 1000 nəfər, 500 nəfər polis idarəsinə, 500 nəfər icra hakimiyyətinin binasına, getdin, girdin icranın binasına, Bir təpik ona. Rədd ol burdan. Ordan da, sonra gedirsiz polisə. Polis rəisinə sən xalqnansan. Srazı pəncərədən onu atırsız aşağı. Vəssalam. Hər rayonda belə olsa vsyo. Neyləyəcək ki?” məzmunlu sözləri birbaşa olaraq qeyd edilən cinayət əməllərinin törədilməsini təsdiq edir. Məhkəmə bu qənaətini Avropa İnsan Hüquqları Konvensiyası və həmin konvensiyanın şərhi ilə ixtisaslaşmış Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları baxımından da qanuni və əsaslı hesab edir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 10-cu maddəsi “Fikri ifadə etmək azadlığı” adlanır. Həmin maddədə göstərilir ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Göründüyü kimi, konvensiya da həmin hüququn mütləq hüquq olmadığını və istisnaların konkret nələrdən ibarət olduğunu göstərmişdir ki, həmin istisnalar arasında əsas yeri milli təhlükəsizlik, ictimai asayiş və iğtişaşların qarşısının alınması halları tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs videolentlərində səsləndiridiyi fikirlər birbaşa olaraq fikri ifadə etmək azadlığı hesab edilə bilməz, çünki həmin fikirlər onun müxalif və ya qarşı düşüncəyə malik olmasından irəli gəlsə də, özlüyündə insanları kütləvi iğtişaşa çağırma və hakimiyyətin zorla ələ keçirilməsinə yönəlmiş elementləri əks etdirir. “Zana Türkiyəyə qarşı”, “Sürek Türkiyəyə qarşı” işlərdə Avropa İnsan Hüquqları məhkəməsi şəxsin məqsədinin başqalarını zorakılığa təhrik etmək olduğu işlərdə bu cür pozuntunu, yəni “fikri ifadə etmək azadlığı” pozuntusunu aşkarlamamışdır. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs digər videolarında sərt şəkildə tənqidi fikirlər səsləndirməsi hazırkı iş üzrə ittihamın predmeti deyil. Yuxarıda qeyd olunan videolenltərdə səslənən və ictimaiyyətə təqdim olunan fikirlərdə isə Təqsirləndirilən şəxs niyyəti açıq şəkildə zorakılığa və itaətsizliyə təhrik etmək olmuşdur. Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində həmin ifadələri zorakılığa çağırış kimi nəzərdə tutmadığını bildirsə də, məhkəmə qeyd edir ki, işlədilən konkret ifadələrdə faktiki olaraq məhkəmə-linqvistik ekspertizasının 08 noyabr 2019-cu il tarixli, 21979 nömrəli rəyində göstərildiyi kimi hakimiyyətin zorla ələ keçirilməsinə, kütləvi iğtişaşlara yönələn çağırışlar mövcuddur. Təqsirləndirilən şəxsin digər şəxslərə qabaqcadan əlbir olmamağına dair məhkəmədəki ifadəsi də iş üzrə məhkəmədə tədqiq olunan mobil telefon aparatına və zənglərə baxış haqqında protokollarla tam təkzib olunur. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadələrini, şahidin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə əldə edilmiş digər sənədləri tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etmişdir. Təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll edərkən məhkəmə hesab edir ki, cinayət hadisəsinin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respubklikası vətəndaşı tərəfindən törərdilməsi irəli sürülmüş ittihamda və cəza təyini zamanı CMnin 12.1-ci maddəsinin göstərilməsini labüd edir. Bundan fərqli olaraq isə məhkəmə hesab edir ki, mahiyyət baxımından ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün hüquqi qiymətləndiriləsə də, onun əməllərinin CM-nin müvafiq maddələrinə uyğunlaşdırılması zamanı səhvə yol verilmişdir. CM-nin 34.2-ci maddəsinin tələbinə görə qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmişdir. CM-nin 34-cü maddəsi ümumi norma olduğundan həmin maddənin təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda rəqəm ifadəsi kimi qeyd edilməsi əsassız olaraq təkrarlıq yaradır və lüzumsuz rəqəm çoxluğu müəyyən edir. Ümumi norma müəyyən edən normalar yalnız o halda irəli sürülmüş ittihamın ixtisaslaşdırıldığı müvafiq maddə ilə yanaşı verilə bilər ki, törədilmiş cinayətə görə cinayət qanununda tənzimlənmə başqa məna verə bilsin. Hazırkı halda isə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan aydın görünür ki, o, bu cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında etmişdir. Bu halın ümumi normaya istinad edilməklə rəqəm ifadəsi ilə göstərilməsi əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə tövsif edilsə də, həmin ittihamdan rəqəm ifadəsi olaraq CM-nin 34.2-ci maddəsi çıxarılmalı, ona CM-nin 12.1, 220.2 və 12.1, 281.2-ci maddələri ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsyin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin15-16-cı vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 15 avqust 2019-cu il tarixdə axtarış elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 28-29-cu vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu gündən hesablanmışdır. Cinayət işinin 1-ci cildinin 154-cü vərəqində olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 14 dekabr 2019-cu il tarixli, 09/3126 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 12 dekabr 2019-cu il tarixdə Ukraynadan Azərbaycana geri qaytarılmış və 13 dekabr 2019-cu il tarixli müraciəti əsasında Dövlət Miqrasiya Xidmətinin Bakı şəhərində yerləşən Qanunsuz miqrantların saxlanılması mərkəzində könüllü olaraq müvəqqəti yerləşdirilmişdir. Cinayət işinin 1-ci cildinin 36-41-ci vərəqlərində olan “Giriş-çıxış və qeydiyyat” X3 Sisteminin işçi yerindən və Rusiya Federasiyasına ünvanlanmış hüquqi yardımla əlaqədar daxil olmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-cildinin 112-115-ci vərəqlərində olan xasiyyətnamə və ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1980-ci ildə Masallı rayonun Böyük Kolatan kəndində anadan olmuşdur. 1995-ci ildə Böyük Kolatan tam orta məktəbinin 9-cu sinifini bitirdikdən sonra Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə dayılarının yanına getmişdir. Təqsirləndirilən şəxs ara-bir doğulduğu Böyük Kolatan kəndinə gəlmişdir. Kənddə olarkən müxalif mövqedən əhalı arasında söhbətlər aparması və əhali arasında çaşqınlıq yaratması müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında həqiqi hərbi xidmətdə olmamışdır. Məhkəməyə təqdim olunmuş rus dilindən tərcümə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 07.04.2004 və 12.08.2013-cü təvəllüdlü uşaqları vardır. Himayəsində bir nəfər azyaşlı, bir nəfər yetkinlik yaşına çatmayan uşağının olması və əvvəllər məhkum olunmaması CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən cinayət əməllərinin, ittihamda da qeyd olunduğu kimi mütəmadi törədilməsi təkrarlıq kimi qiymətləndirilməli və cəza təyini zamanı bu hal nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməllərinin müvafiq olaraq tövsif edildiyi CM-nin 220.2-ci maddəsinin dispozisiyasında cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında və təkrar törədilməsi tövsifedici hal kimi nəzərdə tutulmadığından həmin hal CM-nin 220.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməl üzrə cəza təyini zamanı cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Odur ki, cinayətlərin təkrar və qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi CN-nin 61.1.1 və 61.1.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallardır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, təqsirləndirilən şəxsin uzun müddət axtarışda olmasını, törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər ki, buna görə də ona ittiham olunduğu maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Məhkəmə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinin müəyyən olunması məsələsini müzakirə edərək hesab edir ki, cəza təyini zamanı CMnin 12.1-ci maddəsinin tələbləri baxımından RF CM-də hazırkı əməllərə görə müəyyən olunmuş cinayətə görə cəza müddəti nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 220.2-ci maddəsi ilə nəzərdə tutulmuş kütləvi iğtişaşa çağırış etmə əməllərinə görə 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulduğu halda, həmin əmələ görə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 212-ci maddəsinin 3-cü hissəsində 2 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 281.2-ci maddəsi ilə nəzərdə tutulmuş bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma əməllərinə görə 5 ildən 8 ilədək azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulduğu halda, həmin əmələ görə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 278-ci maddəsində 12 ildən 20 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 12.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Həmin Məcəllənin 12.5-ci maddəsinə görə Bu Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunğu Azərbaycan Respublikası CM-nin 12.1, 220.2-ci maddəsi ilə 2 ildən artıq azadlıqdan məhrum etmə, 12.1, 281.2-ci maddəsi ilə 8 ildən artıq azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası müddətinin başlanğıcı onun bu iş üzrə hüquqlarının faktiki məhdudlaşdırıldığı 12 dekabr 2019-cu il tarixdən hesablanmalı və ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidr. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus mobil telefon cinayətin vasitəsi olduğundan CM-nin 99-1.1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə olunmalıdır. İş üzrə mülki iddia verilməmiş, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf olunmuş 200 AZN (iki yüz manat) pul Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 220.2 və 12.1, 281.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 12.1, 220.2-ci maddəsi ilə 2 (iki) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 12.1, 281.2-ci maddəsi ilə 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 12 dekabr 2019-cu il tarixdən hesablansın. Maddi sübut - Təqsirləndirilən şəxs istifadəsində olmuş, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsininmaddisübutlarınsaxlancotağında saxlanılan “İphone XS” markalı mobil telefon xüsusi müsadirə olunaraq əvəzssiz olaraq dövlət nəfinə alınsın. Məhkəmə məsrəfi - ekspertiza tədqiqatına sərf olunmuş 200 AZN (iki yüz manat) pul Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surətinin Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən, hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1015/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1015/2020
30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver