Məhkəmə qərarları › İş №1(101)-1017/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1017/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1017/2021 06.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1973-cü il martın 05-də Abşeron rayonunun Şuraabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməmiş, Sumqayıt şəhəri, X7 qəsəbəsi, Dəmiryolu yaşayış massivi, ev 11, mənzil 5 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, X7 qəsəbəsi, ev 2, mənzil 2 ünvanında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4.-cü və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq bir ədəd zavod üsulu ilə istehsal edilmiş, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, yivli odlu döyüş silahları hesab olunan «Kalaşnikov» konstruksiyalı «AK-47», «AKM», «AK-74» markalı avtomat silahların və digər bir sıra yivli odlu silahların funksional əhəmiyyət daşımayan komplekt hissələrinə aid, soyuq silah hesab edilən süngü bıçağını, satış məqsədi ilə ümumilikdə 990,789 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və ümumilikdə 45,730 qram çəkidə külli miqdarda narkotik vasitə həşiş qətranını əldə edib daşıyaraq narkotik vasitə qurudulmuş marixuananın bir qismini üzərində, süngü bıçağını, narkotik vasitə həşiş qətranını və qurudulmuş marixuananın qalan hissəsini yaşadığı mənzildə saxlamış, 2020ci il noyabrın 12-də saat 18:00-da Sumqayıt şəhəri, X7 qəsəbəsi, ev 2 ünvanının yaxınlığında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanmaqla idarəyə gətirildikdən sonra xidməti otaqların birində saat 19:30-da üzərinə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,789 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilməklə götürülmüş, əməliyyataxtarış tədbirlərinin davamı olaraq göstərilən tarixdə saat 20:40-da Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, X7 qəsəbəsi, ev 2, mənzil 2 ünvanına baxış keçirilərkən yataq otağındakı çarpayının üstündə olan döşəyin altından bir ədəd zavod üsulu ilə istehsal edilmiş, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, yivli odlu döyüş silahları hesab olunan «Kalaşnikov» konstruksiyalı «AK-47», «AKM», «AK-74» markalı avtomat silahların və digər bir sıra yivli odlu silahların funksional əhəmiyyət daşımayan komplekt hissələrinə aid, soyuq silah hesab edilən süngü bıçağını, satış məqsədi ilə əldə edib daşıyaraq saxladığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 45,730 qram (bitki mənşəli kütlə) narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı və bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 985 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4.-cü və 234.4.3.-cü maddələri ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xeyli müddət əvvəl narkotik tərkibli maddələr qəbul etməyə başlamışdır. O, narkotik aludəçisi olsa da həmin maddələri üzərində gəzdirməmişdir. Polis əməkdaşları evində axtarış apararkən «poliqon» adlanan ərazidən tapdığı süngü-bıçağı və atamdan yadigar qalan ov tüfəngini təqdim etmiş, evindən başqa qanunsuz əşya aşkarlanmamışdır. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, polis kapitanı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili işlədiyi müddətdə, yəni 2020-ci il noyabrın 12-də Rza adlı şəxsin narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməsi, saxlaması, qəbulu və satışı ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatını yoxlamaq üçün keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən tarixdə saat 18:00-da Sumqayıt şəhəri, X7 qəsəbəsi, ev 2 ünvanının yaxınlığında o, əməliyyat qrupunun rəhbəri olmaqla və əməliyyat müvvəkkili Şahid2 Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim etmişlər, sonuncu etiraz etmədən onlarla birlikdə idarəyə getmiş, orada xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd kibrit qutusunda yaşıl rəngli, bitki tərkibli, spesifik iyə malik olmaqla narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, yaşadığı evin həyətyanı sahəsində yabanı şəkildə bitdiyini, çətənə bitkisinə qulluq edərək böyütdükdən sonra toplayıb qurutmaqla hazırladığını və şəxsi istifadəsi üçün bir qismini üzərində gəzdirdiyini, qalan hissəsini isə yaşadığı Sumqayıt şəhəri, X7 qəsəbəsi, ev 2, mənzil 2 ünvanındakı evində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkarlanan kütlə elektron tərəzidə çəkilib qablaşdırılaraq götürülmüş, tərtib edilən protokol onun və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra həmin tarixdə saat 20:40-da sonuncunun razılığı ilə yaşadığı mənzildə videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən baxış vaxtı Təqsirləndirilən şəxs yataq otağında olan çarpayının üzərindəki döşəyin altından bir blister «Tramadol 50ml» yazısı olan 10 ədəd həbi, bir ədəd qara rəngli elektron tərəzini, bir ədəd süngü bıçağı, bir ədəd ov tüfəngini, bir ədəd qutuda və bir ədəd sellofan paketdə ümumilikdə 35 ədəd hər birinin üzərində «Zuber» və «70mm» yazıları olan patronu, bir ədəd şəffaf sellofan bükümdə qara rəngli narkotik vasitə həşiş qətranına oxşar maddəni, bir ədəd göy rəngli sellofan torbanın içərisində şəffaf sellofana bükülmüş halda yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər kütləni təqdim edərək süngü bıçağı yaşadığı evin yaxınlığındakı «poliqon» adlanan ərazidən tapdığını, ov tüfənginin ona atasından miras qaldığını, ov tüfənginə məxsus 35 ədəd patronu mağazadan aldığını, bir list tramadol həbini xəstəliyi ilə əlaqədar özünün istifadəsi üçün Bakı şəhəri Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən xəstəxanadan ona verildiyini, bir ədəd şəffaf sellofan bükümdəki narkotik vasitə həşiş qətranını və bir ədəd şəffaf sellofan torbadakı narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evin həyətyanı sahəsində yabanı şəkildə bitən çətənə bitkisinə qulluq etməklə becərdikdən sonra toplayıb qurudaraq şəxsi istifadəsi üçün hazırladığını, bir ədəd elektron tərəzini isə qəbul etdiyi narkotik vasitənin çəkisini müəyyən etməkdən ötrü istifadə etdiyini bildirmiş, aşkarlanan maddələr və əşyalar götürülmüş, tərtib edilən protokol onun və iştirakçılar tərəfindən imzalanmışdır. X5 Quliyevə qarşı hər hansı formada təzyiq göstərilməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis kapitanı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləmiş Şahid2 Şahid1lə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən ona Azərbaycan Respublikasının CM-nin 228.4.-cü və 234.4.3.-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib 2020-ci ilin yay aylarında yaşadığı Sumqayıt şəhəri, X7 qəsəbəsi, ev 2, mənzil 2 ünvanındakı yaşayış evinin həyətyanı sahəsində müəyyən etdiyi yabanı halda bitən bir neçə koldan ibarət çətənə bitkisi böyüdükdə istifadə etmək qərarına gələrək onları toplayıb qurutduğunu, bitkinin bir hissəsindən həşiş qətranı hazırladığını, digər hissəsini isə sellofan torbaya yığaraq yaşadığı evin yataq otağında gizlətməklə hissə-hissə istifadə etməyə başladığını, axırıncı dəfə 2020-ci il noyabrın 12-də səhər saatlarında qurudulmuş marixuananın bir hissəsini bir ədəd kibrit qutusuna doldurub şəxsi istifadəsi üçün cibinə qoyduğunu, həmin tarixdə saat 18 radələrində piyada yaşadığı ev istiqamətində gedərkən iki nəfər mülki geyimli şəxsin yaxınlaşıb özlərini Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etməklə onu saxlayıb narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməsində, üzərində saxlamasında, eləcə də satışı ilə məşğul olmasında şübhəli olduğunu izah edərək idarəyə dəvət etdiyini, orada xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim edərək göstərilən maddənin yaşadığı evin həyətyanı sahəsində yabanı halda bitdiyini, bitki böyüdükdə toplayıb qurutmaqla bir hissəsindən həşiş qətranı hazırladığını, digər hissəsini özünün istifadəsindən ötrü saxladığını, üzərindən aşkar edilən narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, yaşadığı evə videoçəkilişlə baxış keçirildikdə yataq otağındakı çarpayıda olan döşəyin altında gizlətdiyi bir ədəd sellofan bükümdəki çətənə bitkisindən hazırladığı həşiş qətranını, bir ədəd qara rəngli sellofan bağlamada saxladığı qurudulmuş marixuananı, qeydiyyatda olduğu Bakı şəhəri Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən xəstəxana tərəfindən ona verilən on ədəd «Tramadol» dərman həbini, atasından ona yadigar qalmış bir ədəd ov tüfəngini, mağazadan aldığı həmin ov tüfənginin 35 ədəd patronunu, yaşadığı evin yaxınlığında yerləşən hərbi hissənin ərazisindən taparaq evində saxladığı bir ədəd süngü-bıçağı, narkotik tərkibli maddələrin çəkisini müəyyənləşdirmək üçün bir ədəd istifadə etdiyi tərəzini təqdim etdiyini, polis əməkdaşları tərəfindən saxlanarkən ona qarşı hər hansı formada təzyiq göstərilmədiyini, mənzildən aşkarlanan ov tüfənginin heç bir sənədi olmadığını, 2021-ci il fevralın 18-də və 2021-ci il aprelin 09-da təqsirləndirilən şəxs qismindəki ifadələrində özünü təqsirli bilməyib narkotik vasitəni satmaq fikri olmadığını, ov tüfənginin atasından yadigar qaldığını, süngü-bıçağı isə tapdığını göstərmişdir (1-ci cild, iş vərəqi 42-44, 100-103, 114-116 və 257-259, 2-ci cild, iş vərəqi 82-84). İş materiallarında olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2020-ci il 12 noyabr tarixli raportlardan, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından və Ə147- 008-20 №-li əmrindən, habelə 2020-ci il 13 noyabr tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri Sumqayıt şəhəri ərazisindən satış məqsədi ilə əldə etməsi və dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncunun üzərindən 5,789 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, yaşadığı Sumqayıt şəhəri, X7 qəsəbəsi, ev 2, mənzil 2 ünvanındakı evdən 985 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 45,730 qram çəkidə narkotik vasitə həşiş qətranı, bir ədəd elektron tərəzi, 35 ədəd patron, bir ədəd süngü-bıçaq, bir ədəd ov silahı aşkar edilərək götürülmüşdür (1-ci cild, iş vərəqi 3-6 və 9-10). İş materiallarındakı Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2020-ci il noyabrın 12-də tərtib etdiyi protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 19:00-da Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 25). İş materiallarındakı Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib 2020-ci il noyabrın 12-də etdiyi protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya bənzər kütlə, iki manat, bir ədəd «Nokia» markalı mobil telefon, əynindəki yaşıl rəngli gödəkcənin sol yan cibindən «Kent» markalı siqaret qutusu aşkarlanmış, Təqsirləndirilən şəxs üzərindən aşkarlanan narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olmaqla yaşadığı həyətyanı sahədə yabanı halda bitdiyini, ona xüsusi qulluq edərək yetişdirdiyini, yaşadığı ünvanda da narkotik vasitə olduğunu və oraya baxış keçirilməsinə etiraz etmədiyini, polis əməkdaşları tərəfindən ona fiziki və psixi zor tətbiq olunmadığını bildirmiş, kibrit qutusundakı kütlənin çəkisinin 9,78 qram olması müəyyən edilməklə zərfə qoyularaq qablaşdırılmış, bir ədəd «Nokia» markalı mobil telefon götürülüb iki manat və «Kent» markalı siqaret qutusu Təqsirləndirilən şəxs qaytarılmış, bir ədəd DVD-R diski protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 33-36). İş materiallarındakı 2020-ci il 12 noyabr tarixli ərizədən və Baş Narkotiklərlə Mübarizə İdarəsinin eyni tarixdə tərtib etdiyi protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılığı əsasında videoçəkilişlə müdafiəçinin iştirakı ilə sonuncunun yaşadığı Sumqayıt şəhəri, X7 qəsəbəsi, ev 2, mənzil 2 ünvanına baxış keçirilərkən yataq otağındakı çarpayının üzərində olan döşəyin altından bir blister «Tramadol 50ml» yazısı olan 10 ədəd həb, bir ədəd qara rəngli elektron tərəzi, bir ədəd süngü bıçağa oxşar, bir ədəd ov silahına bənzər əşya, bir qutu içərisində 25 ədəd və sellofan bağlamada 10 ədəd olmaqla ümumilikdə 35 ədəd üzərində «Zuber 70mm» yazısı olan patron, bir büküm tünd qəhvəyi rəngli həşiş qətranına oxşar kütlə, bir ədəd göy rəngli sellofan torba aşkarlandıqda qablaşdırılaraq götürülmüş, bir ədəd DVD-R diski protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 37 və 39-40). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 2020-ci il 13 noyabr tarixli 20/578R №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim ediən bir ədəd Belçika dövlətinin Lyej şəhərində zavod üsulu ilə istehsal olunmuş, 12 kalibrli çaxmaqlı, hamar qoşalüləli odlu yivsiz 8181 №-li silah ov tüfəngi olmaqla texniki cəhətdən saz və atəş üçün yararlıdır; 10 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunan 12x70 kalibrli hamarlüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronu olmaqla döyüş ov sursatıdır və atəş üçün yararlıdır; 25 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli hamarlüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronu olmaqla ov sursatıdır və atəş üçün yararlıdır; 10 ədəd 12x70 kalibrli ov patronundan dördü və 25 ədəd 16x70 kalibrli ov patronundan altısı eksperimental atəşlər zamanı istifadə olunmuşdur (1-ci cild, iş vərəqi 63-69). İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasına dair 2020-ci il 13 noyabr tarixli 7/798 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunan üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi... » yazısı və imzalar olan kağız paketdəki bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,789 qram bitki mənşəli kütlə tərkibində və üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 büküm... marixuanaya bənzər, 1 ədəd elektron tərəzi, 1 büküm həşiş...bənzər...» yazısı və imzalar olan göy rəngli polietilen bağlamadakı bir ədəd qara rəngli sellofan bağlamadakı təmiz çəkisi 985 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olmaqla tərkibinə görə eynidir; göy rəngli polietilen bağlamadakı bir ədəd sellofan bükümdə təmiz çəkisi 45,730 qram bitki mənşəli kütlə narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranıdır; bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə həşiş qətranının izləri cuzi olduğundan müqayisəli tədqiqat aparılmamışdır; narkotik vasitə marixuananın və həşiş qətranının tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 990,589 qram və 45,680 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 78,82 manatdır (1-ci cild, iş vərəqi 71-73). İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasına dair 2020-ci il 13 noyabr tarixli 6/2466 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində «...Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi...» yazılar və imzalar olan üzərində «Tramadol 50 mq…KPKA» yazısı olan bir ədəd blister kəsiyində 10 ədəd ağ/göy rəngli dərman kapsullarının tərkibində tramadol maddəsi müəyyən edilməklə tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,5 qram təşkil edir; tramadol həbinin tədqiqatdan sonrakı qalığı 09 ədəd, ekspertiza tədqiqatının dəyəri 109,9 manatdır (1-ci cild, iş vərəqi 76-79). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 14 noyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 106-107). İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2020-ci il 14 noyabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il noyabrın 12-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 138-142). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 15 noyabr tarixli qərarından görünür ki, bir ədəd kağız paketdəki doqquz ədəd tramadolun güclü təsir edən maddəsi, bir ədəd kağız paketdəki bir ədəd kibrit qutusunda və bir ədəd qara rəngli sellofan bağlamada ümumi təmiz çəkisi 990,589 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd kağız paketdəki bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 45,680 qram narkotik vasitə həşiş qətranı maddi sübut kimi tanınıb saxlanılmaq üçün idarənin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (1-ci cild, iş vərəqi 143-144). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt Şəhər Narkoloji Dispanserinin 2020-ci il 20 noyabr tarixli 3410 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1998-ci ildən narkomaniya diaqnozu ilə dispanserdə qeydiyyatdadır (1-ci cild, iş vərəqi 161). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin 2020-ci il noyabrın 21-də tərtib etdiyi tələbnamədən və məhkəmə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2018-ci il 13 iyun tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 2018-ci il avqustun 21-də Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 04 ay 20 gün hissəsi 08 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuş, 2019-cu il mayın 01-də cəzasının sonu ilə azad edilmişdir (1-ci cild, iş vərəqi 162-163 və 172-175). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt Şəhər 3 №-li Xəstəxanasının 2020-ci il 27 noyabr tarixli 468 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetdə ambulator və dispanser müşahidədə yoxdur (1-ci cild, iş vərəqi 164). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin 2021-ci il 05 yanvar tarixli məktubun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülən narkotik vasitənin əldə edildiyi mənbəni, narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını və başqa cinayət törədib-törətməməsini müəyyən etmək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 168). İş materiallarındakı «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 15 yanvar tarixli AZF/LGL-431/21 №-li məktubundan və Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il fevralın 08-də tərtib etdiyi protokoldan görünür ki, MMC-nin məktubu ilə daxil olan yaddaşında 05 ədəd olmaqla birincisi «Nömrənin_Məxsusluq_Tarixçəsi_2020122... », ikincisi «SMS_Tarixçəsi_**********70355_705954...», üçüncüsü «SMS_Tarixçəsi_ **********0400...», dördüncüsü «Zənglərin_Detallaşması_**********5632...», beşincisi «Zənglərin_Məxsusluq_Tarixçələri_ 202012...» adlı fayllar olan bir ədəd CD diskinə baxış keçirilən vaxt ***-***-**-** saylı mobil nömrənin X3 adına qeydiyyata alınması, həmin nömrədən istifadə edən şəxslə 2020-ci il sentyabrın 01-də saat 00:04:15-dən 2020-ci il noyabrın 12-də saat 19:57:59-dək olan müddət ərzində «Nar» və digər operatorlara məxsus mobil nömrələrin sahibləri arasında mütəmadi olaraq telefon danışıqlarının həyata keçirilməsi və sms mətnlərinin göndərilməsi, ***-***-**-** saylı nömrədən 2020-ci il sentyabrın 10-da saat 12:56:36-da «Salam agsaqal menem samir stansiya sumqayitdan telefonu goturde zehmet olmasa», 2020-ci il sentyabrın 15-də saat 12:38:52-də «Sana qurban kömayliy elada bidana na olar. Burdayam», 2020-ci il sentyabrın 17-də saat 17:04:47-də «Qaqas tofiqdi», 2020-ci il sentyabrın 17-də saat 17:05:11-də «Ya meni yyyiq ya reli ac», 2020-ci il sentyabrın 25-də saat 21:46:12-də «Emi gec geleceysense gedey biz telesiyir sehere gedeciy», 2020-ci il oktyabrın 12-də saat 09:29:59-da «Ami salam basina donaram birazdan cixmaliyiq kalona yigiblar masinlar masa 3gun qalin basina donaram», 2020-ci il oktyabrın 26-da saat 08:27:59-da «Baba emi menem Sədi gelemde catramm» və 2020-ci il oktyabrın 26-da saat 16:47:20-də «4 dene kola,yarım dene fanta olsun qərdeş» məzmunlu mesajların göndərilməsi müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 176-177 və 194-195). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2020-ci il 10 dekabr tarixli 3429 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu ilə nəticələnmiş asılılıq sindromu aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, sonuncu 1998-ci ilin dekabr ayından Sumqayıt Şəhər Narkoloji Dispanserində narkomaniya diaqnozu ilə qeydiyyatdadır (1-ci cild, iş vərəqi 203-204). İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasına dair 2020-ci il 18 dekabr tarixli 3/1931, 3/1932, 3/1933 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən X8 şəhərindəki Frankotta silah zavodunda istehsal edilməklə 12 kalibrli, «8181» №-li, xarici çaxmaqlı, qoşalüləli tüfəng yivsiz odlu ov silahıdır, saz vəziyyətdə olub atəş açmaq üçün yararlıdır; Türkiyə Respublikasında zavod üsulu ilə hazırlanmış 12 kalibrli 06 ədəd patron göstərilən kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patron olmaqla atəşə yararlıdır; Türkiyə Respublikasında zavod üsulu ilə hazırlanmış 16 kalibrli 19 ədəd patron həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patron olmaqla atəşə yararlıdır; zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, yivli odlu döyüş silahları hesab olunan, «Kalaşnikov» konstruksiyalı «AK-47», «AKM», «AK-74» markalı avtomat silahların və digər bir sıra yivli odlu silahların funksional əhəmiyyət daşımayan komplekt hissələrinə aid olan süngü-bıçaq soyuq silah hesab edilməklə üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir; ekspertiza tədqiqatının dəyəri 128 manatdır (1-ci cild, iş vərəqi 206-209). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 2021-ci il 08 yanvar tarixli 22 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməməklə xasiyyətin psixopatik cizgiləri müəyyən edilmiş, sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild, iş vərəqi 211-212). İş materiallarındakı Sumqayıt şəhəri MKTİB-nin 23 saylı MKS-inin tərtib etdiyi 2021-ci il 18 fevral tarixli 230 №-li arayışdan, 2021-ci il 22 fevral tarixli 16 №-li xasiyyətnamədən, AZE seriyalı 12059340 №-li və AZE seriyalı 12892148 №-li şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Sumqayıt şəhəri, X7 qəsəbəsi, Dəmiryolu yaşayış massivi, 11, mənzil 5 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, X7 qəsəbəsi, ev 2, mənzil 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, sonuncunun 2007-ci il 19 oktyabr və 2011-ci il 16 may təvəllüdlü Şəbnəm və Yusif adlı övladları vardır (1-ci cild, iş vərəqi 214-217). İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 09 aprel tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə və təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4.-cü və 234.4.3.-cü maddələri ilə yenidən ittiham elan edilməklə cinayət işindən Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə cinayət işi ayrılmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 228.1.-ci, 237.1.-ci, 240.1.-ci və 234.4.1.-ci maddələri ilə cinayət təqibinin başlanması rədd olunmuş, üç ədəd diskin maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilməsi, narkotik vasitə qurudulmuş marixuananın və həşiş qətranının tədqiqatdan sonrakı müvafiq qaydada 990,589 qram və 45,680 qram çəkidə qalıqlarının, habelə tərkibində güclü təsir edən tramadol maddəsi olan bir ədəd blisterdəki doqquz kapsulun, üzərində narkotik vasitə həşiş qətranının izləri olan elektron tərəzinin, X8 şəhərindəki Frankotta silah zavodunda istehsal edilməklə 12 kalibrli, «8181» №-li, xarici çaxmaqlı, yivsiz odlu ov silahı hesab edilən qoşalüləli tüfəngin, 06 ədəd atəşə yararlı, Türkiyə Respublikasında zavod üsulu ilə hazırlanmış, 12 kalibrli olmaqla göstərilən kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronun, 19 ədəd atəşə yararlı, Türkiyə Respublikasında zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronun, bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, yivli odlu döyüş silahı hesab olunan «Kalaşnikov» konstruksiyalı «AK-47», «AKM», «AK-74» markalı avtomat silahların və digər bir sıra yivli odlu silahların funksional əhəmiyyət daşımayan komplekt hissələrinə aid olan süngü-bıçağın maddi sübut kimi tanınıb saxlanılmaq üçün idarənin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır (2-ci cild, iş vərəqi 48-70 və 74-75). İş materiallarında olan 2021-ci il 10 aprel tarixli hesabatdan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda hüquqlarının müdafiəsi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 tərəfindən 30 iş saatı müddətində həyata keçirilmişdir (2-ci cild, iş vərəqi 135). Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4.-cü və 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 228.4.-cü və 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni narkotik aludəçisi olsa da göstərilən maddəni üzərində gəzdirməməsi barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram, həşiş qətranının şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,4 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 40 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmadakı ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasının işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla yaşayış yeri üzrə barəsində heç bir şikayət daxil olmamasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2018-ci il 13 iyun tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 2018-ci il avqustun 21-də Sumqayıt Şəhər Məhkəməsinin qərarı əsasında 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 04 ay 20 gün hissəsi 08 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 2019-cu il mayın 01-də cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 18.4.4.-cü maddəsinə görə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. «Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-ci il 28 iyun tarixli 2 nömrəli Qərarının 5-ci bəndinə görə, islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan CM-nin 49.3, 53.4-cü maddələrinə müvafiq olaraq həmin cəzaları məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmaqla həmin cəzanın çəkilməmiş 01 il 04 ay 20 gün hissəsi 08 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edildiyindən sonuncunun əməlində cinayətlərin residivi yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalıdır. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilməklə narkotik vasitə qurudulmuş marixuananın və həşiş qətranının tədqiqatdan sonrakı müvafiq qaydada 990,589 qram və 45,680 qram çəkidə qalıqları, habelə tərkibində güclü təsir edən tramadol maddəsi olan bir ədəd blisterdəki doqquz kapsul, üzərində narkotik vasitə həşiş qətranının izləri olan elektron tərəzi məhv edilməli, X8 şəhərindəki Frankotta silah zavodunda istehsal edilməklə 12 kalibrli, «8181» №-li, xarici çaxmaqlı, yivsiz odlu ov silahı hesab edilən qoşalüləli tüfəng, 06 ədəd atəşə yararlı, Türkiyə Respublikasında zavod üsulu ilə hazırlanmış, 12 kalibrli olmaqla göstərilən kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patron, 19 ədəd atəşə yararlı, Türkiyə Respublikasında zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patron, bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, yivli odlu döyüş silahı hesab olunan «Kalaşnikov» konstruksiyalı «AK-47», «AKM», «AK-74» markalı avtomat silahların və digər bir sıra yivli odlu silahların funksional əhəmiyyət daşımayan komplekt hissələrinə aid olan süngü-bıçaq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, üç ədəd diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 316,72 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 52 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 180 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 312 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il noyabrın 12-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4.-cü maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə, Azərbaycan Respublikasının CM-nin 234.4.3.cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsi əsasında Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il noyabrın 12-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun. 316,72 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 180 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 312 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilməklə narkotik vasitə qurudulmuş marixuananın və həşiş qətranının tədqiqatdan sonrakı müvafiq qaydada 990,589 qram və 45,680 qram çəkidə qalıqları, habelə tərkibində güclü təsir edən tramadol maddəsi olan bir ədəd blisterdəki doqquz kapsul, üzərində narkotik vasitə həşiş qətranının izləri olan elektron tərəzi məhv edilsin, X8 şəhərindəki Frankotta silah zavodunda istehsal edilməklə 12 kalibrli, «8181» №-li, xarici çaxmaqlı, yivsiz odlu ov silahı hesab edilən qoşalüləli tüfəng, 06 ədəd atəşə yararlı, Türkiyə Respublikasında zavod üsulu ilə hazırlanmış, 12 kalibrli olmaqla göstərilən kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patron, 19 ədəd atəşə yararlı, Türkiyə Respublikasında zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patron, bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, yivli odlu döyüş silahı hesab olunan «Kalaşnikov» konstruksiyalı «AK-47», «AKM», «AK-74» markalı avtomat silahların və digər bir sıra yivli odlu silahların funksional əhəmiyyət daşımayan komplekt hissələrinə aid olan süngü-bıçaq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin, üç ədəd diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar