Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-102/2025 29.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X8 və X10, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları MehrŞahid1 Bəhram oğlunun və Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X6, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi1 və “Alyans” Vəkil Bürosunun vəkili X14 iştirakı ilə, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi fəaliyyət göstərən vəkil Nümayəndə, xx xxxxxx 1988-ci il tarixdə Əli-Bayramlı (Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi qaydada sahibkarlıqla məşğul olan, Şirvan şəhəri, 1 May küçəsi ev 106-da qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yerləşən “Park Azure” yaşayış kompleksində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını və əmlaka olan hüquqlarını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, 2021-ci ilin yay aylarında Nəsimi rayonu, Ak.Mirqasımov, M.Qaşqay, F.Qasımzadə küçələri və Azadlıq prospektinin kəsişməsində yerləşməklə "xxxx" MMC tərəfindən inşa edilən yaşayış binasındakı “X25 Qrupu”nun ofisində tanışı Şahid12 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs Bakı şəhərində daşınmaz əmlak almaq istəyən real alıcı və “X23”nun rəhbəri olub kifayət qədər maliyyə imkanlarına malik şəxs olmasım bildiyi üçün tamah niyyəti ilə sonuncuya məxsus Özgə əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə ********** (VÖEN) nömrə ilə qeydiyyata alınmaqla, hüquqi ünvanı ünvan 2can Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilməsi qeyd edilmiş və nizamnamə payının 30 faiz hissəsinə rəsmi sahib olduğu "xxxx" MMC-nin faktiki sahibi kimi öz qulluq mövqeyindən istifadə edərək, Zərərçəkmiş şəxs etibarını qazandıqdan sonra, ortaq tanışları Şahid12 vasitəsi ilə 2023-cü ilin fevral ayının əvvəllərində "xxxx" MMC-nin 100 faiz nizamnamə paylarını həmin cəmiyyətə xüsusilə külli miqdarda dəyər qazandıran Bakı şəhəri, Nəsimi rayonu, Nəcəfbəy Vəzirov, Hüseynqulu Sarabski və Şövqiyar Abdullayev küçələrinin kəsişməsində yerləşən 0,7480 ha torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 270 nömrəli sərəncamı, həmin ərazidə torpaq sahəsinin ayrılması və tikintiyə icazə verilməsi ilə bağlı digər sənədlərlə birlikdə 4.300.000 manata satmaqla bağlı razılaşdıqdan sonra özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə əvvəlcədən hazırladığı cinayətkar plana uyğun olaraq, cəmiyyətin 128.000 manat vergi borcunun olmasını, eləcə də cəmiyyətə xüsusilə külli miqdarda dəyər qazandıran və 0.7486 ha ərazidə yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 270 nömrəli sərəncamının və yüksək mərtəbəli binaların tikintisi ilə bağlı digər sənədlərin tanışı Şahid11 məxsus "xxxx" MMC-nin adına Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 23 nömrəli sərəncamı ilə rəsmiləşdirilməsi haqqında məlumatları qəsdən gizlətməklə, Zərərçəkmiş şəxslə arasındakı "xxxx" MMC-nin 100 faiz nizamnamə paylarının alqı-satqısı üzrə şifahi razılaşma əsasında, 2023-cü ilin fevral ayında Bakı şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında sonuncunun nümayəndəsi Şahid2 cinayətdən xəbərsiz olan tanışı Şahid12 vasitəsi ilə 400.000 manat almış, eləcə də xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən ünvan 3əsi ilə qeydiyyatdan keçmiş təsis payının alqı-satqısı müqaviləsinə əsasən cinayətdən xəbərsiz olan tanışı Şahid11 "xxxx" MMC-nin 25 manat dəyərə malik 50 faiz nizamnamə payının 7 faiz hissəsini 3 manata X4, 10 faiz hissəsini 5 manata X3, 5 faiz hissəsini 3 manata Şahid4, 10 faiz hissəsini 5 manata Şahid6, 10 faiz hissəsini 5 manata Şahid3, 8 faiz hissəsini isə 4 manata Şahid2 adına rəmiləşdirilməsini təşkil etdikdən sonra, həmin Notariat ofisinin həyətində həmin gün Zərərçəkmiş şəxs nümayəndəsi qismində iştirak edən Şahid2 800.000 manat pulu özünün xx.xx.2023-cü il tarixli, 7E-1734 reyestr nömrəli etibarnamə ilə nümayəndəsi olan Şahid10 vasitəsi ilə almış, habelə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 11 saylı Notariat ofisində təsdiq edilmiş və 3M-687 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş təsis payının alqı-satqısı müqaviləsinə əsasən özünə aid "xxxx" MMC-nin 15 manat dəyərə malik 30 faiz nizamnamə payını 15 manata Şahid6, eləcə də cinayətdən xəbərsiz olan tanışı Şahid10 cəmiyyətin 10 manat dəyərə malik 20 faiz nizamnamə payını 10 manata Şahid2 adına rəsmiləşdirilməsini təşkil etdikdən sonra, Zərərçəkmiş şəxslə arasında olmuş şifahi razılaşma üzrə özünün borclu olduğu ayrı-ayrı şəxslərə, o cümlədən, 2023-cü ilin mart-aprel aylarında Şahid7 320.000 manat, 2023-cü ilin aprel ayında Məmməd Şahinə 170.000 manat nağd pulun, 2023-cü ilin aprel ayında Şahid8 200.000 manata dəyərləndirilmiş Bakı şəhəri Nərimanov rayonu, C.Hacıbəyli, S.Zeynalov və Təbriz küçələrinin kəsişmələrində "xxxx" MMC tərəfindən inşa edilmiş çox mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 77.89 m2 ölçüdə olan 82 nömrəli mənzilin Zərərçəkmiş şəxs tərəfindən verilməsinə nail olmuş, həmin əməli ilə öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs xüsusilə külli miqdar təşkil edən 1.890.000 manat əmlakını və əmlaka olan hüquqlarını ələ keçirməklə dələduzluq etmişdir. Bundan sonra öz əməlini davam etdirməklə, yəni "xxxx" MMC-nin alqı-satqısı üzrə razılaşdırılmış 4.300.000 manatdan qalıq qalan 2.410.000 manat hissəsini Zərərçəkmiş şəxs almağa çalışsa da, sonuncu pul ödəməklə aldığı "xxxx" MMC-nin 128.000 manat vergi borcu olmaqla istifadəsində, icarəsində, sahibliyində hər hansı əmlakın, o cümlədən cəmiyyətə dəyər qazandıran torpaq ayırma və tikintiyə icazə sənədlərinin olmamasını bildiyindən şifahi razılaşma üzrə qalan 2.410.000 manat hissəsini ödəməkdən imtina etmişdir. Nəticədə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin, yəni Zərərçəkmiş şəxs xüsusilə külli miqdar təşkil edən 1.890.000 manat məbləğində əmlakını və əmlak hüquqlarını vahid niyyətlə ələ keçirib dələduzluq etmiş, sonuncu aldadıldığını başa düşərək qalan 2.410.000 manat məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 noyabr 2022-ci il tarixdə Bakı şəhəri 11 saylı Notariat ofisində Şahid12 razılığı əsasında "xxxx" MMC-nin 50 faiz nizamnamə payının Şahid12 işçisi Kənan Əliyev tərəfindən Şahid11 satılması ilə bağlı müqavilə bağlanarkən adında nizamnamə payının olmadığını öyrənməyi ona pis təsir etmişdir. O, Şahid12la birlikdə cəmiyyətin 67 faiz nizamnamə payına sahib olduğunu düşünmüşdür. Həmin cəmiyyətin 33 faiz nizamnamə payı ona məxsus idi. O, Şahid4 535.000 manat verib sonuncunun adında olan 20 faiz payın adına keçirilməsini Şahid12 tələb edib “Gəl, gedək, 535.000 manat pulu birlikdə verək” deyərkən sonuncu müxtəlif bəhanələr gətirib onunla getmək istəməmişdir. Həmin ərəfədə o, bu layihə üçün 1.819.000 manat kapital qoymuşdur. Cəmiyyətin 20 faiz nizamnamə payının alqı-satqısı gecikdiyi üçün Zərərçəkmiş şəxs zəng edib hal-əhval tutduqdan sonra “Tanışın Elman adında olan 20 faiz payı nə üçün bizim adımıza keçirtmir, nə məsələdir”-deyə soruşmuş, Zərərçəkmiş şəxs isə ona “Pulu hazırlayın, deyəcəm, gəlib adınıza keçirtsin” demişdir. O, Zərərçəkmiş şəxs “Sadiqlə pulu göndərmişdim axı, Sadiq pulu verməyibdir?” bildirərkən sonuncu “Yox, verməyibdir” deyib acıqlanmışdır. Həmin gün, gecə saatlarında onlar “İçəri şəhər” metrostansiyasının yaxınlığında “Ruhin” kafesində görüşmüşlər. O, Zərərçəkmiş şəxs “Biz bu payı Sadiqsiz alsaq, olarmı?” deyərkən sonuncu da “Əlbətdə, niyə olmasın kı?” bildirmişdir. Bundan sonra, 14 dekabr 2022-ci il tarixdə 5 saylı Notariat ofisində həmin MMC-nin 20 faiz nizamnamə payının Şahid4 tərəfindən Şahid11 qayınanası Şahid13 satılması ilə bağlı alqı-satqı müqaviləsi imzalanmış və Şahid11 535.000 manat pulu Şahid4 vermişdir. Bundan sonra, 2023-cü ilin fevral ayının əvvəllərində Şahid11 Tibb Unversitetinin yaxınlığında yerləşən ofisində cəmiyyətə aid olan Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən tikinti aparılmasına icazə verilməsi barədə sərəncamı sonuncuya məxsus digər şirkətin adına keçirtməyi təklif etmişdir. Şahid11 “Bəs niyə?” sualını verdikdə, cəmiyyəti Şahid12 özünə qaytaracağını, şirkətin adında başqa sərəncam olduğunu və şirkətin vergi borcunun ödənilmədiyini bildirmişdir. Şahid11 ona “Yaxşı Sadiq bilər, sən bilərsən”-demiş, o, Şahid11 bu barədə Sadiqə heç nə deməməyini tapşırmışdır. Şahid11 həmin ərəfələrdə Zərərçəkmiş şəxs qardaşı Şahid14 sərəncamın cəmiyyətin adından çıxarılmasını demişdir. Seyidfərəc razılığı ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək cəmiyyətin adında olan tikintiyə icazə sərəncamını özünə aid "xxxx" MMC-nin adına keçirtmişdir. 2023-cü ilin yanvar ayında “Olympus Park” Şirkətlər Qrupunun rəhbəri Zərərçəkmiş şəxs zəng edib "xxxx" MMC ilə bağlı problemin olubolmadığını soruşarkən sonuncuya “Bəli qardaş, orada problemlər olub, hazırda dava gedir də”-deyə bildirmişdir. Zərərçəkmiş şəxs “Nə kimi?” soruşduqda, sonuncuya “Mən yerin sahibi ilə görüşüb araşdırdım ki, Sadiq yeri danışıb 350.000 manata alıb və bizə demişdir ki, vergi borcunu da ödəmişəm, onu da ödəməyibdir, cəmiyyətin əvvəlki sahibi Asif müəllimə 400.000 manat borcu hələ də qalır və yerdə stop var idi, Seyidfərəc danışıb aradan qaldırıbdır”-demişdir. Daha sonra Zərərçəkmiş şəxs “Sadiq məni aldadıb, sən ehtiyatlı ol” deyə bildirmiş, sonuncu isə ona “Mənim şəriklərim oranı almaq istəyirdi, mən də cavabdeh durmaq istəyirdim” demişdir. O da Zərərçəkmiş şəxs “Sən bu məsələyə qarışma” bildirmiş, daha sonra sonuncuya “Can sənindir, pul da sənindir, sonrasını da sən bilərsən”-demişdir. Zərərçəkmiş şəxs Şahid12 haqqında dediklərini sonuncuya çatdırmamasını, onun Şahid12la “məsələsi”nin olduğunu, indi dediyi halda, ona mane yaradacağını bildirmişdir. Zərərçəkmiş şəxs də aramızda olan söhbət barədə Şahid12 heç nə deməyəcəyi barədə söz vermişdir. Bundan sonra 17 mart 2023-cü il tarixdə Bakı şəhəri 11 saylı Notariat ofisində alqı-satqı müqaviləsi bağlanmış, həmin prosesdə onu Şahid10 təmsil etmişdir. Həmin tarixdə bağlanmış təsis payının alqı-satqı müqaviləsinə əsasən Şahid11 "xxxx" MMC-nin 50 faiz təşkil edən nizamnamə payını tanımadığı şəxslərə satmışdır. Həmin gün, dostu Şahid10 “Park Azure” yaşayış kompleksində yerləşən evində 700.000 manat pul vermişdir. Həmin pul Şahid12 ona olan borcunun əvəzində verilmişdir. Bundan başqa, 29 aprel 2023-cü il tarixdə onun tərəfindən "xxxx" MMC-nin 30 faiz hissəsinin satılması ilə bağlı Bakı şəhəri 11 saylı Notariat ofisində alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqıda onu dostu Şahid10 təmsil etmişdir. Həmin alqı-satqı prosesində qarşı tərəfi kimin təmsil etdiyini və nizamnamə payının kimə satılmasını bilmir. O, adına olan MMC-nin nizamnamə payını Şahid12 dediyi şəxsin adına rəsmiləşdirmişdir. Cəmiyyətin Zərərçəkmiş şəxs satılması ilə əlaqədar heç bir məlumatı yox idi. Şahid11 sərəncamın dəyişdirilməsi ilə bağlı Şahid12 heç nə deməməsini bildirməkdə məqsədi Sadiqin ona vurduğu zərərin bir qismini təmin etməyə çalışmağı olmuşdur. Cəmiyyətə aid sərəncamın başqa cəmiyyətin adına rəsimləşdirilməsi barədə məlumatları cəmiyyətin yeni sahiblərinə deməmişdir, həmin şəxsləri tanımır, həmin şəxslərlə heç bir alış-verişi olmamışdır. 17 mart 2023-cü il tarixdə alqı-satqı prosesindən sonra zərərçəkmiş şəxs tərəfindən verilmiş 800.000 manat pulun ona aid olmasını qəbul edib həmin məbləği zərərçəkmiş şəxsə geri qaytarmışdır, zərərçəkmiş şəxs tərəfindən Şahid7, Şahid8 və Məmməd Şahinə verilmiş ümumilikdə 690.000 manat pulun ona aidiyyatı olmamış, həmin şəxslərə verilmiş pula görə zərərçəkmiş şəxsə 690.000 manat pulun qaytarılmasında məqsədi istintaq dövründə barəsində həbs qətimkan tədbirinin seçilməsinin qarşısını almaq olmuşdur. Onun tərəfindən zərərçəkmiş şəxsə ümumilikdə 1.490.000 manat pul ödənilmişdir. 2022-ci ilin yaz-payız aylarında işgüzar münasibətdə olduğu Şahid12la "xxxx" MMC-nin nizamnamə payını şərikli almışdır. Həmin MMC-nin 50 faiz nizamnamə payı ona, 50 faiz hissəsi isə Şahid12 məxsus olmuşdur. Həmin MMC-nin satın alınması, eləcə də Şahid12 olan borclarının əvəzləşdirilməsi üzrə ümumilikdə 3.478.000 manat xərci çıxmışdır. Onların kifayət qədər borcu olduğu üçün və maliyyə vəsaiti olmadığına görə tikintini davam etdirmək və sənədləşdirmə işlərini həll etmək məqsədi ilə Şahid12 razılığı əsasında həmin MMC-də nizamnamə paylarının 70 faizini Şahid11 təklif etmişlər. 16 noyabr 2022-ci il tarixdə Bakı şəhəri 11 saylı Notariat ofisində "xxxx" MMC-nin 50 faiz nizamnamə payının Şahid12 işçisi Kənan Əliyev tərəfindən Şahid11 satılması ilə bağlı 2022-ci ilin dekabr ayında həmin MMC-nin 20 faiz nizamnamə payının Şahid4 tərəfindən Şahid11 qayınanası Şahid13, 30 faiz nizamnamə payının isə ona satılması ilə bağlı alqısatqı müqavilələrini imzalamışdır. Şahid12 işçisi Kənan Əliyev vasitəsi ilə Şahid11 535.000 manat pul almışdır. Bundan başqa, Şahid4 20 faiz nizamnamə payının alınmasına görə Şahid11 tərəfindən Şahid12 535.000 manat pul verilmişdir. 2023-cü ilin yanvar-fevral aylarında Şahid11 MMC-nin tikinti üzrə müvafiq dövlət orqanlarından aldığı sərəncam, rəy və digər sənədləri sonuncuya məxsus "xxxx" MMC-ə köçürtməsini təklif etmişdir. Şahid11 ona “Nə üçün köçürtmək istəyirsən?”-deyə soruşarkən sonuncuya “Sadiq bizi aldatmış, sonuncu "xxxx" MMC-nin adına olan 130.000 manat vergi borcunu ödədiyini demiş, lakin ödəməmiş və "xxxx" MMC-nin ilkin sahibi Asifin deməsinə görə həmin MMC-nin başqa tikinti sərəncamı vardır, ona görə də, bunu Sadiqə geri qaytaracağam” demişdir. Şahid11 da onun təklifi ilə razılaşmış və ona “Bu səninlə Sadiqin arasında olan məsələdir”-deyə bildirmişdir. 2023-cü ilin yanvar-fevral aylarında “X25 Qrupu”nun rəhbəri Zərərçəkmiş şəxs ona zəng edib "xxxx" MMC ilə bağlı problemin olubolmadığını soruşarkən Sadiqin ona etdiklərini, çoxlu problem yaratdığını bildirib xəbərdarlıq edərək ehtiyatlı olmasını demişdir. 17 mart 2023-cü il tarixdə Bakı şəhəri 11 saylı Notariat ofisində alqı-satqı müqaviləsi bağlanarkən onu Şahid10 təmsil etmişdir. Həmin tarixdə bağlanmış təsis payının alqı-satqı müqaviləsinə əsasən Şahid11 "xxxx" MMC-nin 50 faiz təşkil edən nizamnamə payını tanımadığı şəxslərə satmışdır. Həmin gün, “Park Azure” yaşayış kompleksində yerləşən evində dostu Şahid10 ona 700.000 manat pul vermişdir. Həmin pul Sadiqin ona olan borcunun əvəzində verilmişdir. Bundan başqa, 29 aprel 2023-cü il tarixdə onun tərəfindən "xxxx" MMC-nin 30 faiz hissəsinin satılması ilə bağlı Bakı şəhəri 11 saylı Notariat ofisində alqı-satqı müqaviləsi bağlanarkən onu dostu Şahid10 təmsil etmişdir. Həmin alqı-satqı prosesində qarşı tərəfi kimin təmsil etdiyini və nizamnamə payının kimə satılmasını bilmir. O, adına olan MMC-nin nizamnamə payını Şahid12 dediyi şəxsin adına rəsmiləşdirmiş, digər proseslərdən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, o, "xxxx" MMC-yə 2.400.000 manat pul yatırmışdır. Sadiq ona tikintiyə razılığın olduğu paket layihənin olduğunu dediyi üçün 2.400.000 manat pulu "xxxx" MMC-yə yatırmışdır. O, sonradan Sadiqin yalan danışdığını və tikintiyə heç bir icazənin alınmadığını öyrənmişdir. İlkin olaraq 1.819.000 manat sərmayə qoymuşdur. Rəsmi olaraq onun adına "xxxx" MMC-də heç bir pay olmamışdır. O, Elmanı tanımadığı üçün 20 faiz hissə ilə bağlı Rafaelə zəng etmişdir. Elmanın Rafaelin dostu olduğunu Sadiq demişdir. 20 faiz hissənin alınması üçün 535.000 manat pulu SeyidFərəc vermişdir. "xxxx" MMC-nin hissələrinin kimə satıldığını bilmir. 29 aprel 2023-cü il tarixdə "xxxx" MMC-nin hissələri satılan zaman şirkətin tikintiyə icazə üçün paket sənədləri mövcud deyildi. "xxxx" MMC-də protokolu tərtib olunmuş hər hansı bir yığıncaq keçirilməmişdi. "xxxx" MMC-də onun iştirakı ilə rəsmi olaraq hər hansı bir qərar qəbul olunmamışdır. "xxxx" MMC-də ümumi təsisçilərin hər hansı bir yığıncağının keçirilməsini xatırlamır. "xxxx" MMC-yə məxsus olan tikinti ilə bağlı səlahiyyətləri "xxxx" MMC-yə keçməsi ilə bağlı razılıq vermişdir. Sadiq "xxxx" MMC-nin Rafaelə satılması ilə bağlı mənə heç bir şey deməmişdir. "xxxx" MMC-yə məxsus olan hissələrin satışından mənə 700.000 manat pul verilmişdir. "xxxx" MMC-nin ona satılmasını heç vaxt Zərərçəkmiş şəxs təklif etməmişdir. MMC-nin Zərərçəkmiş şəxs satılmasını Sadiq təklif etmişdir. O, "xxxx" vasitəsilə MMC-yə məxsus olan sənədləri Zərərçəkmiş şəxs göndərmişdir. Həmin sənədləri Rafael Sadiqlə əlaqə saxlaya bilmədiyi vaxt Rafaelin xahişi ilə ona atmışdır. "xxxx" MMC-nin hissələri satılan zaman alıcılara həmin şirkətin paket sənədləri olmadığı barədə heç nə deməmişdir. "xxxx" MMC-nin nizamnamə kapitalı 50 manat olmuşdur. Nizamnamə kapitalının 50 manat olması formal xarakter daşıyırdı. 20 faiz hissəsinin alınması üçün verdiyi 535.000 manatı pulu Sadiq çatdırmadığı üçün o, həmin pulu təkrar vermişdir. Onun Şahid7, Şahid8 və Məmməd Şahin kimi şəxslərə heç bir məbləğdə borcu olmamışdır. Prokurorluq orqanlarında ona qarşı təzyiq göstərilmişdir. Cinayət işinin materiallarındakı əlyazma formasında olan izahatı müstəntiq tərəfindən diktə eilərək onun tərəfindən yazılmışdır. Müstəntiq tərəfindən edilən qanunsuz əməllərə görə müxtəlif orqanlara şikayət olunsa da heç bir nəticəsi olmamışdır. Şahid12 "xxxx" MMC-ni onun və Seyidfərəcin adına keçirilən zaman şirkətin vergi borcunu ödəyəcəyini bildirmişdir. Rafayel Qarayevə "xxxx" MMC-nin vergi borcunun olmasını demişdir. X26 Abbasovun onu aldatmasını demişdir. "xxxx" MMC-də 30 faiz payı olmuşdur. Şirkətdə digər payçılar Seyidfərəc və onun qaynanası olmuşdur. "xxxx" MMC-də ona məxsus payın satılmasına görə 700.000 manat pul almışdır. "xxxx" MMC-nin kimə satılmasından xəbəri olmamışdır. "xxxx" MMC Sadiqin bildirdiyi şəxslərə satılmışdır. Şahid7, Şahid8 və Məmməd Şahinə borcum olmamışdır. Həmin şəxslərə Şahid12 borcu olmuşdur. "xxxx" MMC-də olan payı 29 aprel 2023-cü il tarixdə satılmışdır. "xxxx" MMC-ni gəlir əldə etmək üçün almışlar. Şahid12 bildirdikləri yalan olduğu üçün biz heç bir tikinti həyata keçirə bilməmişlər. Şirkəti alan zaman ona aid heç bir əmlak olmamışdır. Tikinti üçün verilmiş sərancamın məzmununu xatırlamır. Seyidfərəcdən şirkətin adına olan sərəncamın “28 May” residancenin adına keçirilməsinə görə 3 milyon manat pul almışdır. Mən həmin sərəncamı Seyidfərəcin şirkətinin adına keçirən zaman həmin sərəncamın dəyərinin olmadığını bilməmişdir. O, adı çəkilən layihələrə 2,4 milyon manat sərmayə yatırsa da, tikinti sektoru ilə bağlı anlayışı olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin yay aylarında “Olympus Park” Şirkətlər Qrupunun ofisində tanışı Şahid12 vasitəsi ilə Təqsirləndirilən şəxsla tanış olmuş və sonuncunu sahibkar kimi tanımışdır. 2022-ci ilin yay aylarında Təqsirləndirilən şəxs ona zəng edərək şirkət almaq istədiyini bildirib bu barədə ondan məsləhət almışdır. 2022-ci ilin avqust-sentyabr aylarında qeyd olunan MMC-nin tikinti sənədləri ilə tanış olmuş, həmin MMC-nin tikintiyə icazə sərəncamının olduğunu bilmişdir. Belə ki, İman 2022-ci ilin avqustsentyabr aylarında həmin MMC-ni ona təklif etmiş, bu məsələni müzakirə etmək üçün görüşsələr də, razılaşa bilməmiş, lakin, sonradan ona yox, Şahid11 satmışdır. Təxminən 2022-ci ilin dekabr ayında Şahid12 ofisə gəlib Təqsirləndirilən şəxsla danışdığını, Təqsirləndirilən şəxsla birlikdə Şahid11 satdığı "xxxx" MMC üzrə sonuncunun borcunu tam ödəmədiyini, Təqsirləndirilən şəxs və Şahid11la razılaşıb cəmiyyəti əvvəlcədən müəyyən edilmiş ərazidə tikinti aparılmasına Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş sərəncam və digər sənədlərlə birlikdə 4.300.000 manata satmaq istədiyini demişdir. O da Təqsirləndirilən şəxsla danışdıqdan sonra bir söz deyəcəyini bildirmişdir. Bundan sonra, həmin tarixdə o, Təqsirləndirilən şəxs zəng edib “Siz layihəni satırsınız?, Sadiq deyir ki, satırıq, Seyidfərəc pulu vermir” demişdir. Təqsirləndirilən şəxs isə ona “Sən bilmirsən, 2 ay vaxt ver, biz yoluna qoyacağıq” bildirmişdir. O isə onlara öz işləri olduğunu və problemi öz aralarında həll etmələrini bildirmişdir. Təxminən 2023-cü ilin fevral ayında tanışı Şahid12 “Olympus Park” Şirkətlər Qrupunun ofisinə gedib Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə tikinti aparılmasına Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş "xxxx" MMC-ni Təqsirləndirilən şəxsla birlikdə Şahid11 satdığını, lakin sonuncunun pulu tam ödəmədiyini, ona görə də aralarındakı razılaşmaya əsasən MMC-ni 4.300.000 manata satdıqlarını təkrarən bildirmişdir. O, Şahid12 təklifi ilə razı olub sonuncunun, eləcə də Şahid7 və Şahid5 yanında MMC-nin faktiki sahiblərindən Təqsirləndirilən şəxsla telefonla danışmış və sonuncuya “Alveri başlayaq, MMC-i satırsınız?” sualını vermiş, Təqsirləndirilən şəxs da “Hə, başlayın, problem yoxdur, satırıq, 4.300.000 manata” bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs ona sonuncunun Şahid7, Şahid8 və Məmməd Şahinə olan cəmi 690.000 manat borcunun da ödənilməsini şərt kimi qarşılarına qoymuşdur. 2023-cü ilin fevral ayında “X25 Qrupu”nun ofisində şərikləri Şahid1, İsmayıl İsmayılov, Şahid5, Şahid4, Şahid6, Şahid3 və Şahid2lə görüşüb Şahid12 təklifini müzakirə etmiş və həmin MMC-ni almaq barədə qərara gəlmişlər. Həmin MMC-nin nizamnamə paylarını hissə-hissə İsmayıl İsmayılov, Şahid5, Şahid4, Şahid6 və Şahid3 onun vasitəsilə əldə etmişdir. Bakı şəhəri 11 saylı Notariat ofisinin həyətində Şahid2 Şahid1 iştirakı ilə 800.000 manat pulu alqı-satqıda qarşı tərəfi, yəni Təqsirləndirilən şəxs rəsmi olaraq təmsil edən Şahid10 vermişdir. Bundan sonra, 29 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-nin qalan nizamnamə paylarının satılması barədə Bakı şəhəri 11 saylı Notariat ofisində alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin tarixdə onun xahişi əsasında Şahid2 Bakı şəhəri 11 saylı Notariat ofisinə getmişdir. Həmin tarixdə bağlanmış təsis payının alqı-satqısı müqaviləsinə əsasən adlarını qeyd etdiyi tanışları şirkətə ödədikləri pul vəsaitlərinə uyğun nizamnamə payları həmin şəxslər tərəfindən əldə edilmişdir. O, şirkəti aldıqdan sonra şirkətin borclarını ödəməyə başlamışdır. Bundan təxminən 10-15 gün sonra Təqsirləndirilən şəxs onlara qarşı dələduzluq etdiyini bilmişdir. Belə ki, "xxxx" MMC-yə dəyər qazandıran Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə tikinti aparılmasına dair sərəncamı və müvafiq digər sənədləri Şahid11 məxsus "xxxx" MMC-nin adına keçirtmişdir. Bundan sonra o, şifahi razılaşma üzrə ödəniləcək 4.300.000 manat pulun qalan hissəsini verməkdən imtina etmiş, Təqsirləndirilən şəxs, Şahid11 və Şahid12 1.890.000 manat pulu geri qaytarmalarını tələb etmişdir, lakin, həmin şəxslər müxtəlif bəhanələr gətirib verilmiş pulu geri qaytarmaqdan yayınmışlar. Bundan sonra o, İmanı nə qədər axtarsa da, onu tapa bilməmişdir. Şahid11la görüşüb bu məsələni müzakirə edərkən tanışlarının ona inanıb pul verdiklərini bildirmişdir. "xxxx" MMC-nin 100 faiz nizamnamə paylarının alqı-satqısı ilə bağlı verdiyi 1.890.000 manat puldan 1.490.000 manat hissəsi ona ibtidai istintaq zamanı qaytarılmışdır. Ona dəymiş ziyanın tam ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, 2021-ci ilin yay aylarında İman ona Nərimanov heykəlinin yaxınlığında görüşüb şirkətin satıldığını bildirmiş və şirkətdə şərik olmağı təklif etmişdir. Şirkətin satıldığını İmandan qabaq Sadiq deməmişdir. Sonuncu İmanla birlikdə şirkət aldığını, şərik olduqlarını və şirkətin İmanın adına rəsmiləşdirildiyini bildirmişdir. Sadiq şirkət aldığını, lakin İmanın pulu vermədiyini bildirmişdir. O, İmana zəng edib Sadiqin pulunun verilməli olduğunu bildirəndə, İman iki aya məsələni həll edəcəyini bildirmişdir. O, sonradan bilmişdir ki, məsələni həll etmək dedikdə, şirkətə məxsus olan tikintiyə icazə sərəncamını başqa şirkətə verilməsini nəzərdə tutur. İman Sadiqdən xəbərsiz həmin şirkətin 50 faizini Seyidfərəcə satmışdır. Sənədləri Seyidfərəcin adına keçirmələri barədə qabaqcadan razılaşdırmışdılar, lakin, Seyidfərəc şirkəti 3 milyon manat almaq istədiyini, Sadiq isə 4 milyon 300 min manatdan aşağı satmayacağını bildirdiyindən razılığa gələ bilməmişlər. Daha sonra ona Seyidfərəcin mesajını göstərərək Seyidfərəclə razılığa gələ bilmədiklərini bildirib şirkəti ona təklif etmişlər. "xxxx" MMC-ni alarkən həmin şirkətin 1 milyon 890 min manat borc ödəmişdir. "xxxx" MMC-yə BŞİH-dən verilən tikintiyə icazə sərəncamını görüb yoxlatmışdır. "xxxx" MMC-yə dəyər verən BŞİH-dən verilən tikintiyə icazə sərəncamı idi, Təqsirləndirilən şəxs həmin sərəncamları başqa şirkətin adına keçirdib həmin şirkəti ona satmışdır. Həmin şirkətin “paket” sənədləri olduğundan yüksək qiymətə satmışlar. Nizamnamə payları olan şəxslərin hər biri ona güvənərək həmin şirkətdən pay almışlar. Nizamnamə payının dəyərinin göstərildiyi qiymətlərlə real qiymətlər fərqli olmuşdur. İmanla 4 milyon 300 manat müqabilində şirkəti alacağı barədə razılığa gəlmişlər. Əgər həmin sərəncamların olmadığını bilsəydi, heç vaxt o, şirkəti almazdı. Notariat ofisində şirkətin alqı-satqı müqaviləsini nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs nümayəndəsi Elnur adlı şəxs iştirak etmişdir. O, həmin şirkətə görə nağd olaraq 1 milyon 900 min manat pul vermiş, həmin pulun 900 min manatı İmana çatdırması üçün Elnura verilmişdir, yerdə qalan məbləği isə şirkətin borclarını bağlamağa xərcləmişlər. İmana şirkətə dəyər verən sərəncamların olmadığını bildirəndə, sonuncu ona şirkət satdığını bildirərək onu aldatmadığını bildirmişdir. Aldadıldığını bildikdən sonra Seyidfərəclə görüşmüş, Seyidfərəc ona sərəncamları İmanın göstərişi ilə başqa şirkətin adına keçirtdiyini və ona bu barədə sual vermədiyini əsas gətirib onun məlumatlı olduğunu fikirləşmişdir. Həmin sərəncamlar "xxxx" MMC-yə keçirilmişdir. O, "xxxx" MMC-ni alanda həmin şirkətdə “problem” qismində borclarının olduğunu bildirmişlər. Qardaşına və ya ona "xxxx" MMC-də hər hansısa başqa bir problem olub-olmaması barədə məlumat verilməmişdir. Ona 1 milyon 490 manat pul vəsaiti Seyidfərəc tərəfindən ödənilmişdir, yerdə qalan 400 min manat isə ödənilməmişdir, həmin məbləğin ödənilməsini tələb edir. İman şirkəti alarkən onunla məsləhətləşmiş, lakin, həmin şirkəti hansı qiymətə alacağını bildirməmişdir. Həmin şirkətin satıldığını ona Sadiq desə də, İmana zəng vurub almaq istədiyini bildirmişdir. Seyidfərəc həmin şirkəti 4 milyon 300 min manata yox, 3 milyon manata almaq istədiyindən Sadiq həmin şirkəti ona təklif etmişdir. Tikinti sahəsində şirkəti var və sahibkardır. “Paket” sənədlər dedikdə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilən tikintiyə icazə sərəncamı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmuş tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması layihələndirmə aktları, tikinti layihəsinin memarlıq - planlaşdırma bölməsi aiddir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tikintiyə icazə sərəncamını almaq üçün rüsum və ya əlavə ödəniş tələb olunmur. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə tikinti aparılmasına dair verilmiş sərəncam "xxxx" MMC-dən "xxxx" MMC-yə keçdiyinə görə o, yenidən həmin ərazi ilə bağlı müraciət edə bilməzdi. "xxxx" MMC-ni alarkən Notariat ofisinə onun tanışları-yəni təsisçilər, İmanın nümayəndəsi Elnur adlı şəxs, Seyidfərəc və onun qaynanası getmişdir. "xxxx" MMC notariat ofisində nümayəndəsi vasitəsilə onun adına keçirildikdə qeyd etdiyi sərəncamların həmin şirkətdə olub-olmadığını yoxlamasa da, əvvəllər yoxlamışdır. Ona şirkəti İman satdığından İmandan pulunu istəmiş, Sadiq ona sadəcə İmangilin ona pulunu vermədiyini və buna görə də ona köməklik göstərməyini xahiş etmişdir. Sadiq ona şirkət satmamışdır. O, "xxxx" MMC-ni aldıqdan 10-15 gün sonra şirkətə dəyər verən sərəncamların "xxxx" MMC-yə verildiyini bilmişdir. Aldadıldığını bildikdən sonra dəfələrlə İmanla görüşməyə çalışsa da, yalnız onunla bir dəfə görüşə bilmişdir. Uzun müddət İman tərəfindən ona dəymiş ziyanın ödənilməsini gözləmişdir. Prokurorluğa şikayət ərizəsini nə vaxt verdiyini xatırlamır. Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinə şikayət ərizəsi verdikdə Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını bildirmişdir. "xxxx" MMC-ni alarkən həmin şirkətə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə tikinti aparılmasına dair verilmiş sərəncam olduğundan həmin ərazidə 20 mərtəbəli yaşayış binası tikməyə planlaşdırmışlar. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilən tikintiyə icazə sərəncamı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmuş tikinti layihəsinin memarlıq planı o, "xxxx" MMC-ni almaq istəyərkən qüvvədə idi. Şirkəti almamışdan əvvəl həmin şirkətə məxsus sərəncamları görmüşdür. "xxxx" MMC-yə BŞİH-dən verilən tikintiyə icazə sərəncamı həmin şirkətə əmtəə dəyər verir. İman layihələrin hazır olduğunu və şirkəti aldıqdan sonra tikintiyə başlaya biləcəklərini bildirmişdir. Ona şirkətin tikintiyə icazə sərəncamı olduğunu bildirdikdən sonra heç bir xəbər vermədən BŞİH tərəfindən həmin sərəncamı başqa şirkətin üzərinə yönləndirmişdir. Təqsirləndirilən şəxs ona tikintiyə icazə sərəncam hüququ olan şirkəti satacağını bildirsə də, tikintiyə icazə sərəncam hüququ olmayan və üstəlik 145.000 manat borcu olan şirkəti satmışdır. "xxxx" MMC-ni alarkən həmin şirkətini aldıqdan sonra Bakı Şəhər İcra Hakimiyyəti müraciət etdikdə həmin şirkətə məxsus tikintiyə icazə sərəncamı hüququnu o, həmin şirkəti almamışdan əvvəl başqa şirkətə köçürüldüyünü bildirmişlər. "xxxx" MMC-nin qeyd etdiyi layihədən başqa heç bir layihə üzrə tikintiyə icazə sərəncam hüququ olmamışdır. Təqsirləndirilən şəxs inanclı insan olduğuna inanıb alıq-satqı müqaviləsi bağlanılan gün "xxxx" MMC-yə layihə üzrə tikintiyə sərəncam hüququnun dəyişdirilib-dəyişdirilməməsini yoxlamamışdır. Aldadıldığını bildikdən sonra Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinə müraciət etməyinin xüsusi səbəbi yoxdur. Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinə ərizə yazaraq yazılı şəkildə müraciət etmişdir. 2023-cü ilin fevral ayında "xxxx" MMC-ni almağı Sadiq yox, İman təklif etmişdir. Şahid7, Şahid8 və Məmməd Şahinə pul vəsaitlərini təsisçilərin vasitəsilə, lakin Şahid7 ödənilən pulun bir hissəsini özü ödəmişdir. Təqsirləndirilən şəxs nümayəndəsi Şahid10 notariat ofisində nümayəndəsi Vüsal tərəfindən verilmişdir. "xxxx" MMC-ə məxsus qazandıran Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş Bakı şəhərində, Türkiyə Səfirliyinin yaxınlığında yerləşən ərazidə tikinti aparılmasına dair sərəncamı və layihəni Təqsirləndirilən şəxs ona göstərmişdir. Bakı Şəhər İcra Hakimiyyətinə nümayəndə vasitəsilə müraciət edəndə Bakı şəhərində, Türkiyə Səfirliyinin yaxınlığında yerləşən ərazidə tikinti aparılmasına dair sərəncamı və müvafiq digər sənədləri "xxxx" MMC-nin adına keçirtdiyini bilmişdir. Bakı Şəhər İcra Hakimiyyətində bildirmişlər ki, "xxxx" MMC-nin təsisçiləri Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə tikinti aparılmasına dair sərəncamı həmin şirkətdən "xxxx" MMC-yə keçirilməsi üçün müraciət etdiklərindən həmin sərəncam "xxxx" MMC-yə keçirilmişdir. "xxxx" MMC onlara satılarkan sərəncamında bir çox layihə olmasına baxmayaraq, onlar Bakı şəhərində, Türkiyə Səfirliyinin yaxınlığında yerləşən ərazidə tikinti aparılmasına dair sərəncamı və layihəsi olduğu üçün həmin şirkəti almışlar. Layihənin şəkillərini İman ona "xxxx" vasitəsilə göndərmişdir. Sadiqi İmandan əvvəl tanımışdır. Sadiq ona Bakı şəhərində, Türkiyə Səfirliyinin yaxınlığında yerləşən ərazidə tikinti aparılmasına dair sərəncamın və layihənin İmana məxsus olduğunu bildirdiyi üçün o, İmanla danışmışdır. Əgər pulu Sadiqə versəydi, İmandan yox Sadiqdən tələb edərdi. 1 milyon 900 min manat dəymiş ziyanın 1 milyon 490 min manatı İman tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs verdiyi pul vəsaitinin 850 min manatını notarial qaydada nümayəndəsi vasitəsilə vermişdir. 850 min manatdan əlavə olaraq şirkətin borclarını ödəmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin fevral ayında Nəsimi rayonu, Ak.Mirqasımov, M.Qaşqay, F.Qasımzadə küçələri və Azadlıq prospektinin kəsişməsində "xxxx" MMC-nin inşa etdiyi 18-20 mərtəbəli yaşayış binasında yerləşən “X25 Qrupu”nun ofisində həmin şirkətin rəhbəri Zərərçəkmiş şəxs Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə tikinti aparılmasına Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş "xxxx" MMC-nin Şahid11 və Təqsirləndirilən şəxs tərəfindən 4.300.000 manat pula satıldığını, birlikdə həmin MMC-i satın alıb tikintini davam etdirmək istədiyini bildirmişdir. Həmin ofisdə ondan başqa Şahid4, İsmayıl İsmayılov, Şahid5, Şahid6, Şahid3 və Şahid2 də olmuşlar. Onlar müzakirə etdikdən sonra həmin MMC-nin nizamnamə payının müəyyən hissəsini satın almaq barədə qərara gəlmiş və hesablayıb 1 faiz nizamnamə payının alqı-satqısı üçün 43.000 manat pul verilməli olmasını müəyyən etmişlər. Həmin MMC-nin nizamnamə payının alqı-satqısı üçün ilkin olaraq - İsmayıl İsmayılov 407.000 manat, Şahid3 305.000 manat, Şahid4 400.000 manat, Zərərçəkmiş şəxs 200.000 manat və Şahid6 585.000 manat pul qoyub büdcə formalaşdırmışlar. Zərərçəkmiş şəxs MMC-nin nizamnamə paylarının alınmasına və alqı-satqı proseslərinə nəzarət etmiş, eləcə də ona verilmiş pullar üzərində sərəncam vermək hüququna malik olmuşdur. Həmin MMC-nin 38 faiz nizamnamə payı Zərərçəkmiş şəxs məxsus olmaqla, tanışı Şahid2 adına rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu, Azadlıq pr. 200/36 ünvanında yerləşən Bakı şəhəri 11 saylı Notariat ofisinə getmiş, orada ondan başqa - Şahid6, İsmayıl İsmayılov, Şahid5, Şahid4, Şahid3 və Şahid2 iştirak etmişlər. Həmin tarixdə bağlanmış təsis payının alqı-satqı müqaviləsinə əsasən Şahid11 "xxxx" MMC-nin 25 manat dəyərə malik 25 paydan ibarət olan 50 faiz nizamnamə payının 7 faiz hissəsini 3 manata İsmayıl İsmayılova, 10 faiz hissəsini 5 manata Şahid5, 5 faiz hissəsini 3 manata Şahid4, 10 faiz hissəsini 5 manata Şahid6, 10 faiz hissəsini 5 manata Şahid3, 8 faiz hissəsini isə 4 manata Şahid2 satmışdır. Həmin alqı-satqı bitdikdən dərhal sonra Zərərçəkmiş şəxs göstərişi ilə Binəqədi rayonu, Azadlıq pr. 200/36 ünvanında yerləşən Bakı şəhəri 11 saylı Notariat ofisinin həyətində Şahid2 məxsus avtomobildə Şahid6 üzərində olan 300.000 manat pulu Şahid2 vermiş, sonuncu da həmin pulun üzərinə əlavə 500.000 manat pul qoyub ümumilikdə 800.000 manat pulu onun və Şahid6 iştirakı ilə alqı-satqıda qarşı tərəfi, yəni Təqsirləndirilən şəxs təmsil edən Şahid10 vermişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-nin qalan 50 faiz nizamnamə paylarının satılması barədə Bakı şəhəri 11 saylı Notariat ofisində alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin təsis payının alqı-satqısı müqaviləsinə əsasən Təqsirləndirilən şəxs "xxxx" MMC-nin 15 manat dəyərə malik 15 paydan ibarət olan 30 faiz nizamnamə payını 15 manata Şahid6, eləcə də Şahid10 "xxxx" MMC-nin 10 manat dəyərə malik 10 paydan ibarət 20 faiz nizamnamə payını 10 manata Şahid2 satmışdır. Həmin alqı-satqı müqaviləsində məbləğ az göstərilmiş olsa da, reallıqda Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında olmuş şifahi razılaşma üzrə sonuncunun Şahid7 verəcəyi 320.000 manat borc, Şahid8 verəcəyi 200.000 manat borc, Məmməd Şahinə verəcəyi 170.000 manat borc Zərərçəkmiş şəxs tərəfindən ödənilmişdir. Belə ki, 2023-cü il martaprel aylarında Zərərçəkmiş şəxs göstərişi əsasında Təqsirləndirilən şəxs borclu olduğu şəxs Şahid7lə telefon əlaqəsi saxlayıb həmin MMC-nin nizamnamə paylarının Zərərçəkmiş şəxs tərəfindən alındığını, Təqsirləndirilən şəxs ona olan borcunu Zərərçəkmiş şəxs ödəyəcəyini demiş, bundan sonra Şahid7lə telefon əlaqəsi saxlayıb Təqsirləndirilən şəxs əvəzindən Şahid7 Nərimanov rayonu, Atatürk parkının giriş hissəsində, “Gənclik” metrostansiyasının qarşısında 100.000 manat, daha sonra Nəsimi rayonu ərazisində “Olympus star” ticarət mərkəzinin qarşısında 220.000 manat, cəmi 320.000 manat pul vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Şahid8 olan 200.000 manat borcunun qarşılığında sonuncuya Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Nərimanov rayonu, C.Hacıbəyli, S.Zeynalov və Təbriz küçələrinin kəsişməsində inşa edilən yaşayış kompleksindəki 2-ci binanın 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 77.89 m2 olan 2 otaqdan ibarət 82 saylı mənzili vermişdir. Bununla belə, 2023-cü ilin martaprel ayında Məmməd Şahinlə telefon əlaqəsi saxlayıb sonuncuya məxsus Xətai rayonu, Nobel prospektində yerləşən “Amay” ticarət mərkəzinə gedərək cəmiyyətin nizamnamə paylarının alqı-satqısı ilə əlaqədar Təqsirləndirilən şəxs borc öhdəliyi ilə bağlı Məmməd Şahinə 170.000 manat pul vermişdir. Bakı şəhəri 11 saylı Notariat ofisində xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə bağlanmış nizamnamə paylarının alqı-satqısı müqavilələrindən öncə, yəni 2023-cü ilin fevral ayında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında əldə edilmiş şifahi razılıq üzrə "xxxx" MMC-nin nizamnamə paylarının alqı-satqısı ilə bağlı Zərərçəkmiş şəxs Şahid2 400.000 manat pul verib Şahid12 çatdırmasını xahiş etmiş, Şahid2 də Şahid12la telefon əlaqəsi saxlayıb Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında görüşmüş və 400.000 manat pulu sonuncuya vermişdir. Beləliklə, Zərərçəkmiş şəxs tərəfindən "xxxx" MMC-nin nizamnamə paylarının alqı-satqısı üzrə Təqsirləndirilən şəxs və Şahid11 ümumilikdə 1.890.000 manat pul və daşınmaz əmlak verilmişdir. Bundan sonra, onlar Təqsirləndirilən şəxs onlara qarşı dələduzluq etdiyini, "xxxx" MMC-ə dəyər qazandıran Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə təxminən 22.000 m2 ölçüdə tikinti aparılmasına dair sərəncamı sonuncunun özünə məxsus "xxxx" MMC-nin adına rəsmiləşdirdiyini bilmişlər. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nizamnamə payının alqı-satqısı ilə bağlı Təqsirləndirilən şəxs arasında əldə edilmiş şifahi razılaşma üzrə ödəniləcək 4.300.000 manat pulun qalan hissəsini verməkdən imtina edib sonuncuya verilmiş 1.890.000 manat pulu geri tələb etmiş, lakin sonuncu müxtəlif bəhanələr gətirib verilmiş pulu geri qaytarmaqdan yayınmışdır. Şahid11 Təqsirləndirilən şəxs 2.000.000 manat verəcəyinin olduğunu, sonuncunun razılığı olduğu halda, həmin pulu onlara ödəyə biləcəyini demişdir. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, "xxxx" MMC-nin alınmasını Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təklif etmişdir. "xxxx" MMC-yə məxsus tikintiyə icazə ilə bağlı sərəncam olmuşdur. Həmin sərəncamın var olduğunu Zərərçəkmiş şəxs də bilmişdir. Sərəncamın olduğunu Təqsirləndirilən şəxs demişdir. Zərərçəkmiş şəxs sərəncam və onunla bağlı olan digər sənədlərin Təqsirləndirilən şəxs tərəfindən telefon vasitəsi ilə ona göndərildiyini bildirmişdir. Təqsirləndirilən şəxs MMC-nin satışı üçün notariusa nümayəndəsi olan Şahid10 gələcəyini bildirmişdir. MMC-nin alışı zamanı Təqsirləndirilən şəxs borclu olduğu Şahid7, Şahid8 mənzil verilmiş, Məmməd Şahinə isə 170.000 manat pul verilmişdir. Həmin şəxslərə olan borcların ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında razılıq əldə olunmuşdur. Həmin ödənilən borclar da MMC-nin alınması üçün veriləcək pula daxil olmuşdur. Təqsirləndirilən şəxs razılığı əsasında Şahid12 400.000 manat pul verilmişdir. Best Dizayn MMC-nin tikintiyə icazəyə dair sərəncamının başqa bir MMC-nin adına keçirilməsini alqı-satqı olduqdan sonra öyrənmişlər. "xxxx" MMC-nin vergi borcu olmasını alqı satqıdan sonra öyrənmişlər. “Olimpus park” şirkətlər qrupunda təsisçi vəzifəsində işləyir. Sənədləşdirmə işləri ilə o, məşğul olmamışdır. 2017-ci ilin axırından bu şirkətdə işləyir. Təsisçi kimi 4 layihədə iştirak etmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında alqı-satqı olması ilə bağlı razılaşmada o, iştirak etməmişdir. Hər iki alqı-satqı prosesində iştirak etmişdir. Alqı-satqı prosesində tərəf kimi çıxış etmişdir. Alqı-satqı prosesində Təqsirləndirilən şəxs iştirak etməmişdir. Şahid12 1-ci alqı-satqıda iştirak etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, tanışları olan Şahid1 ona tikinti sahəsində böyük pulların olduğunu bildirmiş və onun da təsisçi kimi bu işə pul yatıraraq pul qazana biləcəyini demişdir. O, təsisçi kimi 305.000 manat pulu Vüsala vermişdir. Ancaq hazırki vaxta kimi ona 1 manat pul belə qaytarılmamışdır. Şahid3 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Şahid11 və Vəlil Vəliyevi tanımır. Zərərçəkmiş şəxs, onun qardaşını və Şahid1 tanıyır. Rafael Qaarayev ilə Təqsirləndirilən şəxs arasında olanlarla bağlı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 400.000 manat borcu olduğunu esitmişdir. 305.000 manat pulu Şahid1 vermişdir. Təsisçi kimi layihədə neçə faiz paya malik olduğundan xəbəri olmamışdır. Notariusda olan razılaşmalarda iştirak etmişdir. Şahid2 tanıyır. O, orada sadəcə təsisçi kimi pul vermiş, X27 Cəfərova nə qədər pul verməsindən xəbəri yoxdur. Təqsirləndirilən şəxs Notariusda görmüşdür. Elnur adı ilə tanıdığı şəxsin kim olduğunu bilmir. İbtidai istintaq zamanı adından yazılan ifadə ona məxsusdur, üzərindən uzun müddət keçdiyi üçün orada yazılanları xatırlaya bilmir. "xxxx" MMC-nin Zərərçəkmiş şəxs satılması ilıə bağlı proseslərdə iştirak etməmişdir. Şahid12 tanımır. Məhkəmə istintaqında tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə təxminən 22.000 m2 ölçüdə tikinti aparılmasına Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş "xxxx" MMC-nin nizamanmə paylarını 4.300.000 manata alıb layihə üzrə tikintini davam etdirmək barədə Zərərçəkmiş şəxs təklifi əsasında şəriklik üçün sonuncuya 305.000 manat pul vermiş, sonuncu MMC-nin nizamnamə paylarının alınmasına və alqı-satqı proseslərinə nəzarət etmiş, eləcə də ona verilmiş pullar üzərində sərəncam vermək hüququ olmuşdur. Zərərçəkmiş şəxs MMC-nin faktiki sahibi Təqsirləndirilən şəxsla arasında əldə edilmiş razılıq üzrə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 11 saylı Notariat ofisinə getmiş və həmin tarixdə bağlanmış təsis payının alqısatqı müqaviləsinə əsasən Şahid11 "xxxx" MMC-nin 25 manat dəyərə malik 25 paydan ibarət 50 faiz nizamnamə payının 10 faiz hissəsini 5 manata ona satmışdır. Həmin alqısatqı bitdikdən dərhal sonra Zərərçəkmiş şəxs göstərişi ilə Bakı şəhəri Binəqədi rayonu, Azadlıq pr. 200/36 ünvanında yerləşən Bakı şəhəri 11 saylı Notariat ofisinin həyətində Şahid2 800.000 manat pulu Şahid1 və Şahid6 iştirakı ilə Təqsirləndirilən şəxs təmsil edən Şahid10 vermişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında olmuş şifahi razılaşma üzrə sonuncunun Şahid7 verəcəyi 320.000 manat borc, Şahid8 verəcəyi 200.000 manat borc, Məmməd Şahinə verəcəyi 170.000 manat borc Zərərçəkmiş şəxs tərəfindən ödənilmiş, eləcə də sonuncu tərəfindən həmin təsis payının alqı-satqısı ilə bağlı Təqsirləndirilən şəxs təklifi əsasında Şahid12 400.000 manat pul verilmişdir. Sonradan onlar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq etdiyini, "xxxx" MMC-ə dəyər qazandıran Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə təxminən 22.000 m2 ölçüdə tikinti aparılmasına dair sərəncamı Şahid11 məxsus "xxxx" MMC-nin adına rəsmiləşdirildiyini bilmişlər (cild 1, iş vərəqi 47-50). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Şahid1 onlara Türkiyə Səfirliyinin yanında sahəsi 22.000 kvadrat metr olan bina tikiləcəyini və həmin binaya təsisçi kimi pul qoyub xeyir götürməklərini təklif etmişdir. Onlar da Rəşad adlı dostu ilə onlara 585.000 manat pul vermişlər. Alğı-satqı ilə bağlı notariusda iştirak etmişdir. onunla birlikdə orada Anar, Rəşad, İmdad və digər şəxslər iştirak etmişlər. Halhazırki vaxta kimi həmin pula görə heç bir məbləğdə nə qazanc əldə etmiş, nə də ki həmin pulun bir çox hissəsi ona geri qaytarılmamışdır. Şahid6 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Rəşadla verdikləri pula görə təsisçi kimi həmin layihədən 13-14 faiz payları olmalı idi. Şahid7, Şahid8 və Məmməd Şahini tanımır. Şahid11 uzun illərdir tanıyır. Notariusda olan alğı-satqı zamanı Təqsirləndirilən şəxs nümayəndəsi təmsil etmişdir. Nümayəndəni tanımır. Zərərçəkmiş şəxs notariusda olan alğı-satqı zamanı iştirak etməmişdir. İbtidai istintaq zamanı adından yazılan həmin ifadə ona məxsusdur, üzərindən uzun müddət keçdiyi üçün orada yazılanları xatırlaya bilmir. Ona və Rəşada birlikdə 585.000 manat ziyan dəymişdir. 585.000 manat pulu Rafaelə və onun nümayəndəsinə vermişdir. O, məhkəməyə şahid qismində çağrılmışdır. İbtidai istintaq orqanına zərərçəkmiş şəxs kimi tanınmağı üçün müraciət etməmişdir. Zərərçəkmiş şəxs layihədə nə qədər payının olmasını bilmir. İş üzrə Təqsirləndirilən şəxs nümayəndəsinə pul verməmişdir. Rafaeldən pulu tələb edən zaman o, həmin pulu İman adlı şəxsə verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs heç bir yerə şikayət etməmişdir. Verdiyi puldan müəyyən hissəsi qaytarılmışdır. Məhkəmə istintaqında tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə təxminən 22.000 m2 ölçüdə tikinti aparılmasına Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş "xxxx" MMC-nin nizamanmə paylarını 4.300.000 manata alıb layihə üzrə tikintini davam etdirmək barədə Zərərçəkmiş şəxs təklifi ilə şəriklik üçün sonuncuya 585.000 manat pul vermiş, sonuncu MMC-nin nizamnamə paylarının alınmasına və alqı-satqı proseslərinə nəzarət etmiş, eləcə də ona verilmiş pullar üzərində sərəncam vermək hüququ olmuşdur. Zərərçəkmiş şəxs MMC-nin faktiki sahibi Təqsirləndirilən şəxsla arasında əldə edilmiş razılıq üzrə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 11 saylı Notariat ofisinə getmiş və həmin tarixdə bağlanmış təsis payının alqı-satqı müqaviləsinə əsasən Şahid11 "xxxx" MMC-nin 25 manat dəyərə malik 25 paydan ibarət 50 faiz nizamnamə payının 10 faiz hissəsini 5 manata ona satmışdır. Həmin alqı-satqı bitdikdən dərhal sonra Zərərçəkmiş şəxs göstərişi ilə Bakı şəhəri Binəqədi rayonu, Azadlıq pr. 200/36 ünvanında yerləşən Bakı şəhəri 11 saylı Notariat ofisinin həyətində Şahid2 800.000 manat pulu Şahid1 və onun iştirakı ilə Təqsirləndirilən şəxs təmsil edən Şahid10 vermişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında olmuş şifahi razılaşma üzrə sonuncunun Şahid7 verəcəyi 320.000 manat borc, Şahid8 verəcəyi 200.000 manat borc, Məmməd Şahinə verəcəyi 170.000 manat borc Zərərçəkmiş şəxs tərəfindən ödənilmiş, eləcə də sonuncu tərəfindən həmin təsis payının alqı-satqısı ilə bağlı Təqsirləndirilən şəxs təklifi əsasında Şahid12 400.000 manat pul verilmişdir. Sonradan onlar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq etdiyini, "xxxx" MMC-ə dəyər qazandıran Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə təxminən 22.000 m" ölçüdə tikinti aparılmasına dair sərəncamı Şahid11 məxsus "xxxx" MMC-nin adına keçirtdiyini bilmişlər (cild 1, iş vərəqi 17-21). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Türkiyə Səfirliyinin yanında sahəsi 22.000 kvadrat metr olan bina tikiləcəyini və həmin binaya təsisçi kimi pul qoyub xeyir götürməyini təklif etmişdir. O da 400.000 manat pul vermişdir. Alğı-satqı ilə bağlı notariusda iştirak etmişdir. Sonradan məlum oldu ki, təsisçi kimi pul verib aldığımız "xxxx" şirkətinin əslində tikintiyə icazəsi olmamış və aldadılmışdır. Şahid4 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, ona Zərərçəkmiş şəxs layihədə təsisçi kimi iştirak etməyini bildirmişdir. "xxxx" MMC-nin bir hissəsi Seyidfərəcə məxsus olmuşdur. Seyidfərəci tanıyır. İman adlı şəxsi kimin təmsil etdiyini xatırlamır. Ümumilikdə nə qədər pul verildiyini xatırlamır. Şahid2 tanıyır. Pulu Şahid2 gətirmişdir. Elnur Hümbətovu tanımır. Pulu verdikdən sonra notariusda rəsmləşmə olmuşdur. Zərərçəkmiş şəxs verdiyi pulun 150.000 manatını pul olaraq, qalan hissəsini isə əmlak olaraq vermişdir. Seyidfərəcdən şirkət ilə bağlı soruşmuşlar. Şahid11 uzun illərdi tanıyır. Notariusda olan alğı-satqı zamanı Təqsirləndirilən şəxs nümayəndəsi təmsil etmişdir. Nümayəndəni tanımır. Zərərçəkmiş şəxs notariusda olan alğı-satqı zamanı iştirak etməmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadə ona məxsusdur, üzərindən uzun müddət keçdiyi üçün orada yazılanları xatırlaya bilmir. Şahid12 tanıyır. Notariusda Şahid12 da iştirak etmişdir. Məhkəmə istintaqında tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə təxminən 22.000 m2 ölçüdə tikinti aparılmasına Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş "xxxx" MMC-nin nizamanmə paylarını 4.300.000 manata alıb layihə üzrə tikintini davam etdirmək barədə Zərərçəkmiş şəxs təklifi əsasında şəriklik üçün sonuncuya 400.000 manat pul vermiş, sonuncu MMC-nin nizamnamə paylarının alınmasına və alqı-satqı proseslərinə nəzarət etmiş, eləcə də ona verilmiş pullar üzərində sərəncam vermək hüququ olmuşdur. Zərərçəkmiş şəxs MMC-nin faktiki sahibi Təqsirləndirilən şəxsla arasında əldə edilmiş razılıq üzrə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 11 saylı Notariat ofisinə getmiş və həmin tarixdə bağlanmış təsis payının alqı-satqı müqaviləsinə əsasən Şahid11 "xxxx" MMC-nin 25 manat dəyərə malik 25 paydan ibarət 50 faiz nizamnamə payının 5 faiz hissəsini 3 manata ona satmışdır. Həmin alqı-satqı bitdikdən dərhal sonra Zərərçəkmiş şəxs göstərişi ilə Bakı şəhəri Binəqədi rayonu, Azadlıq pr. 200/36 ünvanında yerləşən Bakı şəhəri 11 saylı Notariat ofisinin həyətində Şahid2 800.000 manat pulu Şahid1 və Şahid6 iştirakı ilə Təqsirləndirilən şəxs təmsil edən Şahid10 vermişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında olmuş şifahi razılaşma üzrə sonuncunun Şahid7 verəcəyi 320.000 manat borc, Şahid8 verəcəyi 200.000 manat borc, Məmməd Şahinə verəcəyi 170.000 manat borc Zərərçəkmiş şəxs tərəfindən ödənilmiş, eləcə də sonuncu tərəfindən həmin təsis payının alqı-satqısı ilə bağlı Təqsirləndirilən şəxs təklifi əsasında Şahid12 400.000 manat pul verilmişdir. Sonradan onlar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq etdiyini, "xxxx" MMC-ə dəyər qazandıran Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə təxminən 22.000 m2 ölçüdə tikinti aparılmasına dair sərəncamı Şahid11 məxsus "xxxx" MMC-nin adına keçirtdiyini bilmişlər (cild 1, iş vərəqi 13-16). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 Rafael oğlu ifadəsində göstərmişdir ki, il yarım əvvəl Zərərçəkmiş şəxs tərəfindən təklif gəlmişdir ki, "xxxx" adlı layihə var, həmin layihə ilə bağlı təsisçilər axtarılır. Layihə üzrə təsisçilər kimi layihənin tikiləcəyi Türkiyə Səfirliyinin arxasında olan əraziyə baxmışlar. Bundan sonra layihədən 10 faiz pay almaq fikrinə gəlmişlər. Alğı-satqı üçün notariusa gəlmiş və layihənin 10 faizini almaq üçün pulu verib rəsmləşdirməni həyata keçirmişlər. Notariusda həmin layihənin bir hissəsi alınmış, sonradan digər hissəsi alınacaqmış. Layihəsinin qalan hissəsinin alınması ərəfəsində onlara məlum olmuşdur ki, layihə üzrə "xxxx" MMC-yə məxsus olması düşünülən sərəncam başqa şirkətin adına keçirilmiş, həmin şirkətin isə hətta 150.000 manat borcu olması məlum olmuşdur. Şahid9 Rafael oğlu məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, onlar təsisçilər olaraq layihə üçün büdcə formalaşdırmışlar. Birinci notariusda Seyidfərəc şirkətin ona məxsus olan hissəsini satmışdır. Layihə üzrə onlara 10 faiz pay düşmüşdür. Elnur ilə o, 585.000 manat pul vermişlər. Təqsirləndirilən şəxs təmsil edən Elnur adlı şəxsi tanımır. Yığılan pullar Elnur adlı həmin şəxsə verilmişdir. 585.000 manat pulun yarısı ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs tanımıram, onu notariusda görməmişdir. Şahid12 tanıyır. Notariusda Şahid12 da iştirak etmişdir. 585.000 manatın təxminən 485.000 manatı qaytarılmışdır. Seyidfərəc tərəfinən sərəncamın onun şirkətinin adına keçirilməsi ilə bağlı onlara heç nə deyilməmişdir. Onlara məlum olmuşdur ki, "xxxx"a məxsus olan sərəncam sonradan Seyidfərəcə məxsus olan "xxxx" şirkətinin adına keçirilmişdir. Zərərçəkmiş şəxs bütün söhbətlərin Seyidfərəc və Təqsirləndirilən şəxs ilə aparıldığını bildirmişdir. İbtidai istintaq zamanı adından yazılan ifadə ona məxsusdur. Məhkəmə istintaqında tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid9 Rafael oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 2023-cü ilin fevral ayında Nəsimi rayonu, Ak.Mirqasımov, M.Qaşqay, F.Qasımzadə küçələri və Azadlıq prospektinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa edilmiş 18-20 mərtəbəli yaşayış binasındakı “X25 Qrupu”nun ofisində həmin qrupun rəhbəri Zərərçəkmiş şəxs ona Şahid11 və Təqsirləndirilən şəxs adlı şəxslər tərəfindən Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə tikinti aparılmasına Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş "xxxx" MMC-nin 4.300.000 manata satıldığını, həmin MMC-ni satın alıb tikintini davam etdirmək istədiyini bildirib ondan həmin MMC-nin qanuni təmsilçisi olmağını xahiş etmiş, o da Zərərçəkmiş şəxs təklifi ilə razılaşmışdır. Həmin ofisdə ondan başqa Şahid1, İsmayıl İsmayılov, Şahid5, Şahid4, Şahid6 və Şahid2 də olmuşlar. Onlar müzakirə etdikdən sonra həmin MMC-nin nizamnamə payının müəyyən hissəsini almaq barədə qərara gəlmişlər. Həmin MMC-nin nizamnamə payının alqı-satqısı üçün ilkin olaraq - İsmayıl İsmayılov 407.000 manat, Şahid3 305.000 manat, Şahid4 400.000 manat, Zərərçəkmiş şəxs 200.000 manat və Şahid6 585.000 manat pul qoyub büdcə formalaşdırmışlar. Zərərçəkmiş şəxs MMC-nin alınmasına və alqı-satqı proseslərinə nəzarət etmiş, sonuncuya verilən pul üzərində sərəncamvermə hüququna malik olmuşdur. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 11 saylı Notariat ofisinə getmiş, orada ondan başqa - İsmayıl İsmayılov, Şahid5, Şahid4, Şahid6 və Şahid2 iştirak etmişlər. Həmin tarixdə bağlanmış təsis payının alqı-satqı müqaviləsinə əsasən Şahid11 "xxxx" MMC-nin 25 manat dəyərə malik 25 paydan ibarət 50 faiz nizamnamə payının 7 faiz hissəsini 3 manata İsmayıl İsmayılova, 10 faiz hissəsini 5 manata Şahid5, 5 faiz hissəsini 3 manata Şahid4, 10 faiz hissəsini 5 manata Şahid6, 10 faiz hissəsini 5 manata Şahid3, 8 faiz hissəsini isə 4 manata Şahid2a satmışdır. Alqı-satqı bitdikdən dərhal sonra Zərərçəkmiş şəxs göstərişi ilə Şahid2 tərəfindən 800.000 manat Təqsirləndirilən şəxs təmsil edən Şahid10 verilmişdir. O, həmin alqı-satqıdan sonra MMC-nin qanuni təmsilçisi olmuşdur. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-nin 30 faiz hissəsinin, Şahid10 tərəfindən "xxxx" MMC-nin 20 faiz hissəsinin satılması barədə Bakı şəhəri 11 saylı Notariat ofisində alqı-satqı müqaviləsi bağlanmışdır. Eləmin təsis payının alqı-satqısı müqaviləsinə əsasən Təqsirləndirilən şəxs "xxxx" MMC-nin 15 manat dəyərə malik 15 paydan ibarət 30 faiz nizamnamə payım 15 manata Şahid6, eləcə də Şahid10 tərəfindən "xxxx" MMC-nin 10 manat dəyərə malik 10 paydan ibarət 20 faiz nizamnamə payını isə 10 manata Şahid2 satmışdır. Həmin alqı-satqı müqaviləsində məbləğ az göstərilmiş olsa da, reallıqda Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında olmuş şifahi razılaşma üzrə sonuncunun Şahid7 verəcəyi 320.000 manat borc, Şahid8 verəcəyi 200.000 manat borc, Şahin Məmmədova verəcəyi 170.000 manat borc Zərərçəkmiş şəxs tərəfindən ödənilmişdir. Bundan başqa, 2023-cü ilin fevral ayında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında əldə edilmiş şifahi razılıq üzrə "xxxx" MMC-nin nizamnamə aylarının alqı-satqısı ilə bağlı Zərərçəkmiş şəxs Şahid12 400.000 manat pul vermişdir. Beləliklə Zərərçəkmiş şəxs tərəfindən "xxxx" MMC-nin nizamnamə paylarının alqı-satqısı üzrə Təqsirləndirilən şəxs ümumilikdə 1.890.000 manat verilmişdir. Bundan sonra, onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onlara qarşı dələduzluq etmiş, "xxxx" MMC-ə dəyər qazandıran Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə tikinti aparılmasına dair sərəncamı Şahid11 məxsus “28 Residence" MMC-nin adına keçirtmişdir. Bundan sonra Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nizamnamə payının alqı-satqısı ilə bağlı Təqsirləndirilən şəxsla arasında əldə edilmiş şifahi razılaşma üzrə ödəniləcək 4.300.000 manat pulun qalan hissəsini verməkdən imtina edib verilmiş 1.890.000 manat pulu geri tələb etmiş, lakin həmin şəxslər müxtəlif bəhanələr gətirib verilmiş pulu geri qaytarmaqdan yayınmışdır. Bundan başqa, o, qanuni təmsilçisi olduğu MMC-nin vergi borcunun olub-olmamasını Dövlət Vergi Xidməti vasitəsi ilə yoxladarkən həmin MMC-nin ödənilməmiş 147.000 manat vergi borcunun olması ona məlum olmuşdur (cild 1, iş vərəqi 64-68). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-yə məxsus layihə olmuş, onun alınması ilə bağlı təsisçilər olaraq aralarında pul yığılmışdır. Həmin layihənin alınması ilə bağlı pulun bir hissəsi verilmiş, ancaq sonradan onlara məlum olmuşdur ki, həmin layihə “28 May Rezidence” şirkətinə satılmışdır. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, "xxxx" MMC Seyidfərəc və İman adlı şəxslərə məxsus olmuşdur. Birinci alğı-satqıda o da iştirak etmişdir. Həmin alğı-satqıda İmanın nümayəndəsi Elnur və Seyidfərəc də iştirak etmişdir. Birinci alğı-satqıda 800.000 manat pul qarşı tərəfə verilmişdir. Sonradan həmin layihənin Seyidfərəcə məxsus olan “28 May Rezidence” şirkətinə satıldığı məlum olmuşdur. Bu alğısatqı ilə bağlı Şahid12 400.000 manat pul vermişdir. Məmməd Şahin, Şahid7 tanımır, Elşəni tanıyır. Həmin şəxslərə pul verməmişdir. İbtidai istintaq zamanı adından yazılan həmin ifadə ona məxsusdur. Məhkəmə istintaqında tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 2023-cü ilin fevral ayının əvvəllərində Nəsimi rayonu, Ak.Mirqasımov, M.Qaşqay, F.Qasımzadə küçələri və Azadlıq prospektinin kəsişməsində "xxxx" MMC-nin inşa etdiyi 18-20 mərtəbəli yaşayış binasında yerləşən “Olympus Park” Şirkətlər Qrupunun ofisində həmin şirkətin rəhbəri Zərərçəkmiş şəxs onlara Şahid11 və Təqsirləndirilən şəxs adlı şəxslər tərəfindən Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə təxminən 22.000 m2 tikinti aparılmasına Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş "xxxx" MMC-nin 100 faiz nizamnamə payının 4.300.000 manata satıldığını, həmin MMC-ni satın alıb tikintini davam etdirmək istədiyini demişdir. Həmin ofisdə ondan başqa Şahid4, İsmayıl İsmayılov, Şahid5, Şahid6, Şahid3 və Şahid1 də olmuşlar. Həmin MMC-nin nizamnamə payının alqı-satqısı üçün ilkin olaraq - İsmayıl İsmayılov 407.000 manat, Şahid3 305.000 manat, Şahid4 400.000 manat, Zərərçəkmiş şəxs 200.000 manat və Şahid6 585.000 manat pul qoyub büdcə formalaşdırmışlar. Zərərçəkmiş şəxs xahişi ilə həmin MMC-nin 38 faiz nizamnamə payı onun adına rəsmiləşdirilməli olsa da, həmin pay faktiki olaraq Zərərçəkmiş şəxs məxsus olmuşdur. Bundan başqa, həmin MMC-də İsmayıl İsmayılovu da təmsil etdiyi üçün sonuncu 407.000 manatı ona vermiş və o da şəriklər tərəfindən formalaşdırılmış büdcəyə təhvil vermişdir. Zərərçəkmiş şəxs MMC-nin nizamnamə paylarının alınmasına və alqısatqı proseslərinə nəzarət etmiş, eləcə də ona verilmiş pullar üzərində sərəncam vermək hüququ olmuşdur. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs xahişi əsasında Bakı şəhəri Binəqədi rayonu, Azadlıq pr. 200/36 ünvanında yerləşən Bakı şəhəri 11 saylı Notariat ofisinə getmiş, həmin ofisdə ondan başqa - Şahid6, İsmayıl İsmayılov, Şahid5, Şahid4, Şahid3 və Şahid1 də olmuşdur. Həmin tarixdə bağlanmış təsis payının alqı-satqı müqaviləsinə əsasən Şahid11 "xxxx" MMC-nin 25 manat dəyərə malik 25 paydan ibarət 50 faiz nizamnamə payının 7 faiz hissəsini 3 manata İsmayıl İsmayılova, 10 faiz hissəsini 5 manata Şahid5, 5 faiz hissəsini 3 manata Şahid4, 10 faiz hissəsini 5 manata Şahid6, 10 faiz hissəsini 5 manata Şahid3, 8 faiz hissəsini isə 4 manata ona satmışdır. Alqı-satqı bitdikdən dərhal sonra Zərərçəkmiş şəxs göstərişi ilə Bakı şəhəri Binəqədi rayonu, Azadlıq pr. 200/36 ünvanında yerləşən ünvan 9kləri Şahid6 ona 300.000 manat pul vermiş, o da Şahid6 ona verdiyi pulun üzərinə əlavə 500.000 manat pul qoyub ümumilikdə 800.000 manat pulu Şahid1 və Şahid6 iştirakı ilə alqı-satqıda qarşı tərəfi, yəni Təqsirləndirilən şəxs təmsil edən Şahid10 vermişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-nin 30 faiz nizamnamə payının, Şahid10 tərəfindən "xxxx" MMC-nin 20 faiz nizamnamə payının satılması barədə Bakı şəhəri 11 saylı Notariat ofisində alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin təsis payının alqı-satqısı müqaviləsinə əsasən Təqsirləndirilən şəxs "xxxx" MMC-nin 15 manat dəyərə malik 15 paydan ibarət 30 faiz nizamnamə payını 15 manata Şahid6, eləcə də Şahid10 "xxxx" MMC-nin 10 manat dəyərə malik 10 paydan ibarət 20 faiz nizamnamə payını isə 10 manata ona satmışdır. Həmin alqı-satqı müqaviləsində məbləğ az göstərilmiş olsa da, reallıqda Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında olmuş şifahi razılaşma üzrə sonuncunun Şahid7 verəcəyi 320.000 manat borc, Şahid8 verəcəyi 200.000 manat borc, Məmməd Şahinə verəcəyi 170.000 manat borc Zərərçəkmiş şəxs tərəfindən ödənilmişdir. Bakı şəhəri 11 saylı Notariat ofisində xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə bağlanmış nizamnamə paylarının alqı-satqısı müqavilələrindən öncə, yəni 2023-cü ilin fevral ayında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında əldə edilmiş şifahi razılıq üzrə "xxxx" MMC-nin nizamnamə paylarının alqı-satqısı ilə bağlı Zərərçəkmiş şəxs ona 400.000 manat pul verib Şahid12 çatdırmasını xahiş etmiş, o da Şahid12la telefon əlaqəsi saxlayıb Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında görüşüb Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hüquqşünası Elşad adlı şəxsin yanında 400.000 manat pulu Şahid12 vermişdir. Beləliklə Zərərçəkmiş şəxs tərəfindən "xxxx" MMC-nin nizamnamə paylarının alqı-satqısı üzrə Təqsirləndirilən şəxs ümumilikdə 1.890.000 manat pul verilmişdir. Bundan sonra, onlar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq etdiyini, "xxxx" MMC-ə dəyər qazandıran Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş tikinti aparılmasına dair sərəncamı Şahid11 məxsus "xxxx" MMC-nin adına keçirtdiyini sonradan bilmişlər. Bundan sonra Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nizamnamə payının alqısatqısı ilə bağlı Təqsirləndirilən şəxs arasında əldə edilmiş şifahi razılaşma üzrə ödəniləcək 4.300.000 manat pulun qalan hissəsini verməkdən imtina edib verilmiş 1.890.000 manat pulu geri tələb etmiş, lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirib verilmiş pulu geri qaytarmaqdan yayınmışdır (cild 1, iş vərəqi 42-46). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs ona şirkətin sənədlərinin notariusda ada keçirilməli olduğunu bildirib Şahid12 kimin adına sənədlərin keçirilməli olduğunu bildirsə sənədləri onun adına keçirməyini bildirmişdir. O da 11 saylı notariusa getmiş və orada sənədləri Şahid12 bildirdiyi şəxslərin adlarına keçirmişdir. Bundan sonra haqq-hesab olmuş və Sadiq kafedə Təqsirləndirilən şəxs çatmalı olan pulu ona vermiş, o isə həmin pulu İmana vermişdir. Şahid10 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, notariusa Təqsirləndirilən şəxs tapşırığı ilə getmişdir. Notariusda Seyidfərəc, onun qaynanası, Güloğlanın oğlu və digər şəxslər iştirak etmişlər. Sənədlərin ada keçirilməsi ilə bağlı Sadiqə pul vermişlər. Sənədlərin ada keçirilməsi ilə bağlı 800.000 manat pul almışdır. Sadiq, həmin puldan 700.000 manatını ona vermiş, 65.000 manatını özünə götürmüş, 35.000 manatını isə borca vermişdir. 700.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Məmməd Şahin, Şahid7, Şahid8 tanıyır. Təqsirləndirilən şəxs həmin şəxslərə borcu olmamışdır. Notariusda danışıqları əsasən Sadiq aparmışdır. Notariusda olanları Təqsirləndirilən şəxs tanıyıb-tanımadığını bilmir. Təqsirləndirilən şəxs onu notariusa sənədləri Sadiqin dediyi adamların adına keçirmək üçün göndərmişdir. İman ona Sadiqin ona çatdırmağı üçün pul verəcəyini bildirmişdir. Məmməd Şahin və Şahid8 ilə Təqsirləndirilən şəxs alqı-satqısı olmamışdır. Həmin sənədlərin nə barəsində olduğunu bilməmişdir. Onu notariusa Təqsirləndirilən şəxs göndərmişdir. "xxxx" MMC-yə məxsus olan həmin sənədlərin sonradan olmadığını bilmişdir. Sadiqin qardaşına 35.000 manat borcu olmuş, həmin borca görə Sadiq 35.000 manat pulu ona vermişdir. İbtidai istintaq zamanı adından yazılan həmin ifadəyə oxumadan imza çəkmişdir. Təqsirləndirilən şəxs Məmməd Şahinə, Şahid7 və Şahid8 borcu olmuşdur, ancaq əgər borc olmuşdursa, həmin borc Sadiq ilə birlikdə olmuşdur. Təqsirləndirilən şəxs Məmməd Şahinə, Şahid7 və Şahid8 borcunun olub-olmamasından xəbəri olmamışdır. Şahid12 həmin borcun İman ilə ikisinin borcu olduğunu bildirmişdir. Məhkəmə istintaqında tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib Bakı şəhəri 11 saylı Notariat ofisinə getməyini, orada alqı-satqı müqaviləsinin bağlanmasında iştirak etməyini, veriləcək pulu götürüb ona gətirməyini tapşırmışdır. Həmin tarixdə o, Bakı şəhəri 11 saylı Notariat ofisinə gedib alqı-satqı müqavilələrinin bağlanmasında iştirak etmişdir. Bakı şəhəri 11 saylı Notariat ofisində bağlanmış təsis payının alqı-satqı müqaviləsinə əsasən Şahid11 "xxxx" MMC-nin 25 manat dəyərə malik 25 paydan ibarət 50 faiz nizamnamə payının 7 faiz hissəsini 3 manata İsmayıl İsmayılova, 10 faiz hissəsini 5 manata Şahid5, 5 faiz hissəsini 3 manata Şahid4, 10 faiz hissəsini 5 manata Şahid6, 10 faiz hissəsini 5 manata Şahid3, 8 faiz hissəsini isə 4 manata Şahid2a satmışdır. O, təqdim edilmiş sənədlərə Təqsirləndirilən şəxs adından nümayəndəsi kimi imza etmişdir. Bundan başqa, həmin tarixdə cəmiyyətin 20 faiz nizamnamə payı alqı-satqı yolu ilə onun adına rəsmiləşdirilmiş, alqı-satqı bitdikdən dərhal sonra Zərərçəkmiş şəxs göstərişi ilə Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən Bakı şəhəri 11 saylı Notariat ofisinin həyətində Şahid2 Şahid1 iştirakı ilə 800.000 manat pulu ona vermiş, o da Şahid12la birlikdə Nərimanov rayonu ərazisində yerləşən “Lateras” çay evinə gedərək orada pulu sayıb 800.000 manat olmasına əmin olduqdan sonra Təqsirləndirilən şəxs ona olan 35.000 manat borcuna görə 800.000 manat pulun üzərindən onun tərəfindən 35.000 manat, layihə üzrə borcların ödənilməsi məqsədi ilə Şahid12 tərəfindən 65.000 manat pul götürülmüşdür. O, pulun qalan hissəsini, yəni 700.000 manatı götürüb Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayıb sonuncudan pulu hara aparmasını soruşmuş, Təqsirləndirilən şəxs dediyi marşrut üzrə sonuncunun yaşadığı “Park Azure” yaşayış kompleksindəki evinə gedərək 700.000 manat pulu sonuncuya şəxsən vermişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib Bakı şəhəri 11 saylı Notariat ofisinə getməyini, orada alqı-satqı müqaviləsinin bağlanmasında iştirak etməyini, veriləcək pulu götürüb ona aparmağını demişdir. O da Təqsirləndirilən şəxs göstərişi əsasında qeyd olunan ünvana gedərək etibarnamə əsasında Təqsirləndirilən şəxs adından iştirak etmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 11 saylı Notariat ofisində Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-nin 30 faiz nizamnamə payının, onun tərəfindən "xxxx" MMC-nin 20 faiz nizamnamə payının satılması barədə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin tarixdə bağlanmış təsis payının alqı-satqısı müqaviləsinə əsasən Təqsirləndirilən şəxs "xxxx" MMC-nin 15 manat dəyərə malik 15 paydan ibarət 30 faiz nizamnamə payını 15 manata Şahid6, eləcə də o, "xxxx" MMC-nin 10 manat dəyərə malik 10 paydan ibarət 20 faiz nizamnamə payını isə 10 manata Şahid2 satmışdır. O, etibarnamə əsasında həmin alqı-satqı prosesində Təqsirləndirilən şəxs təmsil etmişdir. Həmin alqı-satqı müqaviləsində məbləğ az göstərilmiş olsa da, reallıqda Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs arasında olmuş şifahi razılaşma üzrə sonuncunun Şahid7 verəcəyi 320.000 manat borc, Şahid8 verəcəyi 200.000 manat borc, Məmməd Şahinə verəcəyi 170.000 manat borc ayrı-ayrı vaxtlarda ödənilmişdir. Tarixini dəqiq xatırlamır, lakin sonuncu alqı-satqıdan sonrakı dövrdə Şahid12la birlikdə avtomobillə gedərkən yolda sonuncu Zərərçəkmiş şəxslə telefonla danışdıqdan sonra ona Təqsirləndirilən şəxs və Şahid11 onlara qarşı dələduzluq etmiş, "xxxx" MMC-ə dəyər qazandıran Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə tikinti aparılmasına dair sərəncamı, eləcə də tikintinin aparılması üçün digər dövlət orqanları tərəfindən verilmiş rəsmi sənədləri "xxxx" MMC-nin adına keçirtmiş, dəyəri olmayan MMC-ni Zərərçəkmiş şəxs satmışlar (cild 2, iş vərəqi 1-4). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs deməsi ilə Şahid12 320.000 manat pul vermişdir. Həmin pulu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və Şahid12 yerinə ona vermiş, yəni İmanla Sadiqin ona olan borcunu bağlamışdır. Şahid7 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, İman və Sadiqin ona borcu olmuşdur. Pulu İmanın istəyi ilə Sadiqə vermişdir. İman ilə Sadiqin ona 320.000 manat borcu olmuşdur. Zərərçəkmiş şəxs ona borcu olmamışdır. O, pulu Xətaidə vermişdir. Pulu bina tikintisi ilə bağlı olaraq vermişdir. Ona pulu Zərərçəkmiş şəxs qaytarmışdır. Ona tikilən binadan səhmdar kimi 6 faiz pay verəcəklərini bildirmişdilər. Təqsirləndirilən şəxs deməsi ilə pulu Sadiqə vermişdir. Zərərçəkmiş şəxs Sadiq və İmanın borcuna görə ona 320.000 manat pul vermişdir. O, həmin pulu bina tikintisinə görə vermişdir. İmanla Sadiqə 320.000 manat pul vermişdir. Həmin pulu 210.000 manat olaraq versə də, verdiyi həmin pulu maşınlarını, evini sataraq, kredit götürərək verdiyi üçün ziyana düşmüş və həmin ziyanı da hesablamaqla Zərərçəkmiş şəxs ona 320.000 manat pul vermişdir. Məhkəmə istintaqında tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2022-ci ilin payız aylarında Təqsirləndirilən şəxsla görüşüb söhbət edərkən sonuncu ona betonla bağlı 220.000 manat pul lazım olduğunu, müştərilərə verdiyi betonun pulunu hələ də ala bilmədiyini deyib ondan borc pul istəmiş və qarşılığında isə "xxxx" MMC-nin 6 faiz nizamnamə payını ona verəcəyini demişdir. Bundan sonra 2022-ci ilin payız aylarında - ilk dəfə Xətai rayonu ərazisində, Bakı şəhər BPİ-nin qarşısındakı parkda yerləşən restoranda Şahid12 yanında Təqsirləndirilən şəxs 100.000 manat, daha sonra həmin yerdə təkrar olaraq 50.000 manat və 34.000 manat, Binəqədi rayonu ərazisində, Elit ticarət mərkəzinin qarşısında təklikdə 26.000 manat olmaqla, ümumilikdə 210.000 manat pul vermiş, sonuncu həmin borcu qısa müddətdə ödəyəcəyini vəd versə də ödəyə bilməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə təxminən 22.000 m2 ölçüdə tikinti aparılmasına dair sərəncamı olan "xxxx" MMCnin nizamnamə payının 6 faiz hissəsini faktiki olaraq ona verdiyini, MMC-nin nizamnamə payını satdıqda ona düşəcək pulu verəcəyini demişdir. MMC-nin rəsmi payçılarının kim olmasını bilməmiş, onun adına da rəsmi pay olmamışdır. Təqsirləndirilən şəxs əvvəlcə "xxxx" MMC-nin nizamnamə payının 6 faiz hissəsinin onun adına rəsmiləşdiriləcəyinə söz versə da, müxtəlif bəhanələr gətirib vədinə əməl etməmişdir. O, Təqsirləndirilən şəxs pulunu geri qaytarmasını tələb etmişdir. Avtomobillərini və daşınmaz əmlaklarını dəyərindən ucuz qiymətə satdığı üçün müəyyən məbləğdə zərəri də olmuşdur. Təqsirləndirilən şəxs pulunu və ona dəymiş zərəri tələb etdikdə, sonuncu ona ümumilikdə 320.000 manat verəcəyini bildirmiş, lakin Təqsirləndirilən şəxs onun telefon zənglərinə cavab verməyib ondan qaçıb gizlənmişdir. Bundan sonra o, dəfələrlə xəstə valideynləri ilə birlikdə Təqsirləndirilən şəxs şəriki Şahid11 ofisinə gedib MMC-də onun da payının olduğunu, aldıqları nizamnamə paylarına görə pulunu verməsini tələb etmişdir. Şahid11 da “Gedin söhbətinizi İmanla edin, mən alverimi İmanla etmişəm, pulumu İmana vermişəm” demişdir. Onlar həqiqətən Təqsirləndirilən şəxs tanımış, sonuncu ondan pul almışdır. Bundan sonra 2023-cü ilin fevral-mart aylarında Şahid12 ona zəng edib sonuncunun vasitəsi ilə Təqsirləndirilən şəxs və Şahid11 MMC-ni 4.300.000 manata Zərərçəkmiş şəxs satdığını demişdir. Bundan sonra, 2023-cü ilin fevral ayında Zərərçəkmiş şəxs məxsus ofisdə olarkən Şahid12 onun və dayısı Şahid5 yanında cəmiyyəti 4.300.000 manata təklif etmiş, Zərərçəkmiş şəxs də onların yanında MMC-nin faktiki sahiblərindən Təqsirləndirilən şəxsla telefonla danışıb sonuncuya “Alveri başlayaq, MMC-i satırsınız?” sualını vermiş, Təqsirləndirilən şəxs da “Hə, başlayın, problem yoxdur, satırıq, 4.300.000 manata” bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə telefon danışığı zamanı ona, eləcə də borclu oduğu Şahid8 və Məmməd Şahinə olan cəmi 690.000 manat borcun ödənilməsini demişdir. Bundan sonra, 2023-cü il mart-aprel aylarında Zərərçəkmiş şəxs onunla telefon əlaqəsi saxlayıb həmin MMC-nin nizamnamə paylarını aldığını, Təqsirləndirilən şəxs ona olan borcunu ödəyəcəyini demişdir. 2023-cü ilin mart-aprel aylarında Zərərçəkmiş şəxs şəriki Şahid1 onunla telefon əlaqəsi saxlayıb Təqsirləndirilən şəxs əvəzindən ona Nərimanov rayonu, Atatürk parkının giriş hissəsində, “Gənclik” metrostansiyasınm qarşısında 100.000 manat, daha sonra Nəsimi rayonu ərazisində “Olympus star" ticarət mərkəzinin qarşısında 220.000 manat, ümumilikdə 320.000 manat pul vermişdir. Bununla da Təqsirləndirilən şəxs ona olan borcu Zərərçəkmiş şəxs tərəfindən ödənmişdir (cild 1, iş vərəqi 75-78). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2010-cu ildən tanıyır, onunla yaxın münasibəti olmuşdur. Hazırkı işdən əvvəl də Təqsirləndirilən şəxs ilə işləri olmuş, İman ona digər tikinti işləri ilə bağlı olaraq 300.000 manatlıq beton vermişdir. Bu iş olduğu vaxt İmana bu işə 30 faiz olmaqla şərik olmağını təklif etmiş, İman həmin verdiyi 300.000 manatlıq betondan əlavə həmin işə pul qoyaraq şərik olmuşdur. Sonradan işin alınması üçün İman öz öhdəsinə düşən xərci qoya bilməmiş və onlar razılaşmışlar ki, yeri satsınlar. Bundan sonra o, müştərilər ilə görüşməyə başlamışdır. İman özü ona demişdir ki, Seyidfərəc adlı tanışı var, yeri almaq istəyir. Seyidfərəc ilə görüşdük və onunla son olaraq 4 milyon 500 min manata razılaşmışlar. Sonradan İman ona Seyidfərəclə yenidən razılaşdığını və özünün 30 faiz şərik olması ilə yerin satılacağını bildirmiş, o da onunla razılaşmışdır. Bundan sonra onlar satış ilə bağlı olaraq notariusda görüşmüş və yer Seyidfərəc və onun qaynanasının adına keçirilmişdir. İlkin olaraq onlara 535.000 manat pul verilmiş və İman qalan məbləğin 1 ay müddətində həll olunacağını bildirmişdir. Ancaq bir müddət keçsə də baş verənlər həll olunmamışdır. Bundan sonra İman demişdir ki, Seyidfərəcin pulunu qaytar yeri qaytarmaq istəyir və o da onunla razılaşmışdır. Pulu Seyidfərəcə qaytarmış və sonra Rafayel Qarayev ilə yerin satılması üçün razılaşmışdır. Həmin vaxt da yerin sərancamı dəyişdirilmişdir. Bundan sonra yerin satılması üçün notariusa getmiş və həmin vaxt İmanı orada onun nümayəndəsi olan Elnur təmsil etmişdir. Həmin vaxt satış həyata keçirilmiş və satış üzrə İmanın borclu olduğu Elnur, Vəli və Elşənə pullar ödənilmişdir. Qalan məbləğ isə İmanın nümayəndəsi Elnura verilmişdir. Bundan sonra satış həyata keçirilmişdir. Onun öz alacağı 1 milyon 360 min manat pulu isə o, Rafayel Qarayevin özü ilə haqq-hesab edəcəkdir. Sənədləşmənin həll olunması üçün Şəhərsalma komitəsinə müraciət etdikləri vaxt oradan sərəncamın başqa şəxsin adına keçirildiyini və satılan şirkətin boş olduğunu bildirmişlər. Sonradan İmana baş verənləri qaydasına qoymağını bildirsə də, sonuncu heç nə etməmişdir. Şahid12 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Rafayel Qarayev ilə 6 milyon manata razılaşmışlar. Sonuncu həmin 6 milyon pulun çox hissəsini əmlak ilə verməyi təklif etmişdir. Rafayel Qarayev son razılaşma olaraq 4 milyon 500 min manat verməli idi. Həmin şirkəti dəyərli edən sərəncam idi. Rafayel Qarayev ilə razılaşmanı o, etmişdir. Rafayel Qarayev ilə alğı-satqı 2023-cü ilin fevral ayında həyata keçirilmişdir. Şirkətin Rafayel Qarayevə satılmasını Təqsirləndirilən şəxs bilmişdir. Rafayel tərəfdən alğı-satqıya Elman, İsmayıl və digər tanıdığı şəxslər gəlmişdir. Sərəncamın addan ada keçirilməsini satış ilə bağlı olaraq Şəhərsalmaya sorğu verən zaman öyrənmişdir. "xxxx" MMC ona məxsu olmuşdur. X18 əvvəl o, tanımışdır. Təqsirləndirilən şəxs Məmməd Şahinə nə qədər borcu olduğunu bilmir. Lahiyəni aldığı üçün Təqsirləndirilən şəxs Məmməd Şahinə, Şahid8 və Şahid7 borcu yaranmışdır. Həmin borcu İmanın özü ödəməli idi. Şahid7 əlavə 100 min manata yaxın pul qazanc olaraq verilmişdir. Məmməd Şahinə, Şahid8 və Şahid7 kimi şəxslərin Best Dizayn” MMC-də payları olmamışdır. Həmin şəxslər yalnız qazanc götürmək üçün pul qoymuşdular. "xxxx" MMCnin vergi borcu olduğunu bilmişdir. Vergi borcu kimi 118.000 manat borc yaranmışdır. Layihəni alan zaman Təqsirləndirilən şəxs vergi borcundan xəbəri olmuşdur. Rafayel Qarayevin şirkəti alan zaman şirkətin vergi borcu olmasından xəbəri olmuşdur. "xxxx" MMC-nin 70 faizi ona məxsus olmuşdur. Rafayel Qarayev bu iş ilə bağlı onun barəsində şikayət etməmişdir. Təqsirləndirilən şəxs sərəncamı Seyidfərəcin adına keçirmişdir. Şahid7 və digər borclulara verilən artıq pul qazanc olaraq verilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2009-cu ildən avtomobil mühərriklərinin müxtəlif növ yağlarının satışı ilə məşğul olmuş, 2015-ci ildən isə tikinti sektorunda işləyir. Tarixini dəqiq xatırlamır, təxminən 2021-ci ilin yaz-yay aylarında dostu Rəşad Ağayevlə söhbət edərkən sonuncu maliyyə vəsaiti olmadığı üçün Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə təxminən 22.000 m2 tikinti aparılmasına Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş "xxxx" MMC-ni satmaq istədiyini demişdir. Həmin ərəfədə "xxxx" MMC-nin tikinti üçün layihəsi, baş planı, işçi layihəsi, şəhərsalma əsasnaməsi, fasadın görünüş pasportu və digər sənədləri olmadığı üçün Rəşad Ağayevə qeyd olunan sənədlərin toplanmasında və MMC-nin baha qiymətə satılmasında sonuncuya köməklik edə biləcəyini təklif etmiş, eləcə də MMC-nin onun adına sənədləşdirilməsini və MMC-nin nizamnamə kapitalından ona da pay verilməsini demişdir. Onların arasında olmuş şifahi razılıq əsasında Rəşad Ağayev notariusda alqı-satqı yolu ilə MMC-nin nizamnamə paylarını müəyyən faizlər üzrə onun işçilərinin adına keçirtmiş və o, MMC-nin qanuni təmsilçisi olmuşdur. Təxminən 1 il müddətində müxtəlif dövlət orqanları üzrə "xxxx" MMC-nin sənədləşdirmə işləri ilə məşğul olmuş, nəticə etibarı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən baş planın təsdiqi, şəhərsalma əsasnaməsinin təsdiqi, Azərbaycan Respublikası FHN-dən mövcud yaşayışın yararsız olması haqqında rəy, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ağacların köçürülməsi barədə rəy və digər dövlət orqanlarında müxtəlif sənədlər almışdır. Bundan sonra Rəşad Ağayevlə görüşüb söhbət edərkən sonuncu onun "xxxx" MMC-nin sənədləşdirmə işlərinə çox əziyyət çəkdiyini bildirib həmin MMC-ni ona bağışladığını demişdir. Bundan sonra o, "xxxx" MMC-nin paket layihəsi əsasında tikintini davam etdirmək və ayrılmış ərazidə 22.000 m2 ölçüdə çox mərtəbəli binalar tikib satmaq qərarına gəlmişdir. Bu məqsədlə dostu Təqsirləndirilən şəxsla görüşüb sonuncuya şəriklik təklif etmişdir. Təqsirləndirilən şəxs isə əlində nağd pulun olmadığını, 30 faiz payın qarşılığında 1.500.000 manat dəyərində beton verə biləcəyini demişdir. O isə tikintinin betonla kifayətlənmədiyini, əlavə maliyyə vəsaitinin lazım olduğunu bildirib başqa şəriklər də daxil etmək qərarına gəlmişdir. O, Təqsirləndirilən şəxsla arasındakı işgüzar münasibətlərə görə yaranmış 340.000 manat borcunun qarşılığında tanışı Şahid8 Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində, Zəngəzur restoranının arxa tərəfindən yerləşən 625.000 manat dəyərində, 2.5 ha torpaq sahəsini təklif etmiş və aralarındakı razılığa əsasən o, 625.000 manat pulun 340.000 manat hissəsini, Təqsirləndirilən şəxs isə 295.000 manat hissəsini ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra, təxminən 1 il ərzində Şahid8 veriləcək 625.000 manat pulun 340.000 manat hissəsini ödəmişdir. 2017-2018-ci illərdə Təqsirləndirilən şəxs götürdüyü betona görə yaranmış 340.000 manat borcu aralarındakı şifahi razılaşma üzrə Şahid8 vermişdir. Bundan başqa, Şahid12 ifadəsində göstərmişdir ki, Şahid8 Məmməd Şahinə 140.000 manat borcu olmuş, sonuncu Təqsirləndirilən şəxs tərəfindən veriləcək 295.000 manat puldan 140.000 manat hissəsinin Məmməd Şahinə verilməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Şahid8 155.000 manat və Məmməd Şahinə isə 140.000 manat borcu yaranmışdır. Bundan başqa, 2022-ci ilin payız aylarında Təqsirləndirilən şəxsla görüşüb söhbət edərkən sonuncu ona betonla bağlı 220.000 manat pul lazım oduğunu, müştərilərə verdiyi betonun pulunu hələdə ala bilmədiyini demişdir. Bundan sonra, Təqsirləndirilən şəxs onun vasitəsi ilə Şahid7lə görüşüb sonuncudan borc pul istəmiş, qarşılığında isə onun razılığı ilə "xxxx" MMC-nin 6 faiz nizamnamə payım sonuncuya verəcəyini demişdir. Bundan sonra 2022-ci ilin payız aylarında - ilk dəfə Xətai rayonu ərazisində, Bakı şəhər BPİ-nin qarşısındakı parkda yerləşən restoranda Şahid7 onun yanında Təqsirləndirilən şəxs 100.000 manat, daha sonra həmin yerdə təkrar olaraq 50.000 manat və 34.000 manat, Binəqədi rayonu ərazisində, Elit ticarət mərkəzinin qarşısında təklikdə 26.000 manat olmaqla, ümumilikdə 210.000 manat pul vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs Şahid7 210.000 manat borcu yaranmış, lakin Təqsirləndirilən şəxs həmin borcu ödəyə bilməmişdir. Bundan sonra, Xətai rayonu, Xocalı prospektində yerləşən “Məclis” restoranında Təqsirləndirilən şəxsla birlikdə Məmməd Şahin, Şahid7 və Şahid8la görüşüb "xxxx" MMC-nin nizamnamə paylarının satışından əldə edilmiş gəlirlə borclarını zərərləri ilə birlikdə ödəyəcəklərini demişlər. Onlar arasında olmuş razılaşmaya görə "xxxx" MMC-nin nizamnamə paylarının satışından əldə etdikləri gəlirlə Şahid7 veriləcək 210.000 manat borcunun qarşılığında 320.000 manat, Şahid8 veriləcək 155.000 manat borcun qarşılığında 200.000 manat və Məmməd Şahinə veriləcək 140.000 manat borcun qarşılığında 170.000 manat pul verməyi söz vermişlər. Bundan başqa, Şahid12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona həmin MMCni paket layihə ilə birlikdə tikinti işləri ilə məşğul olan tanışı Şahid11 təklif edə biləcəyini demişdir. Tarixini dəqiq xatırlamır, lakin 2022-ci ilin yay aylarında o, Təqsirləndirilən şəxsla birlikdə Azərbaycan Tibb Unversitetinin yaxınlığında yerləşən Şahid11 ofisinə gedib sonuncu ilə görüşmüş və "xxxx" MMC-ni paket layihə ilə birlikdə 7.000.000 manata təklif etmişdir. Şahid11 onun təklifi ilə razı olmayıb çox baha qiymətə satdığını demiş, nəticədə onlar arasında həmin MMC-nin 4.500.000 manata satılması ilə bağlı şifahi razılıq əldə olunmuşdur. Şahid11 bir həftə müddətində cavab deyəcəyini bildirmişdir. Təxminən 2 gün sonra Təqsirləndirilən şəxsla Xətai rayonu, Xocalı prospektində yerləşən “Məclis” restoranında görüşərkən sonuncu ortaq dostları vasitəsi ilə Şahid11la təkrar görüşdüyünü, sonuncunun 75 faiz nizamnamə payını almaq istədiyini, onun isə tikintidə 25 faiz payçı qalmaq şərti ilə bu məsələni həll edə biləcəyini deyərkən Təqsirləndirilən şəxs təklifi ilə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə Məmməd Şahin, Şahid7 və Şahid8la görüşüb Təqsirləndirilən şəxs "xxxx" MMCnin nizamnamə payının 70 faiz hissəsini Şahid11 adlı şəxsə satdığını, sonuncudan alınmış pulla həmin şəxslərə olan borcun ödəniləcəyini demişdir. Növbəti günlərdə, o, 11 saylı Notariat ofisinə gedərək "xxxx" MMC-nin 50 faiz nizamnamə payının Şahid11, 20 faiz nizamnamə payının sonuncunun qayınanası Şahid13, 30 faiz nizamnamə payının isə Təqsirləndirilən şəxs satılması ilə bağlı alqı-satqı müqavilələrini imzalamışdır. Şahid11la onun arasında olan razılığa əsasən sonuncu hissə-hissə 4.500.000 manat pul verməyi öhdəsinə götürmüşdür. İlkin olaraq işçisi Kənan Əliyev Azərbaycan Tibb Unversitetinin yaxınlığında yerləşən Şahid11 ofisinə gedib sonuncudan 1.070.000 manat pul götürmüş və həmin pulu gətirib ofisində ona vermişdir. Lakin Şahid11 və Təqsirləndirilən şəxs öhdəliklərini yerinə yetirməmiş və 4.500.000 manat pulu tam verməmişdir. Növbəti günlərdə, o, Təqsirləndirilən şəxs və Şahid11 ona veriləcək pulu ödəmələrini tələb edərkən sonuncu onunla deyil, Təqsirləndirilən şəxsla danışdığını və ona heç nə verməyəcəyini demişdir. O, Təqsirləndirilən şəxsla dəfələrlə telefon əlaqəsi saxlayıb, eləcə də sonuncu ilə görüşüb borclarını ödəməsini tələb etmiş, lakin sonuncu müxtəlif bəhanələr gətirib pulunun olmadığını, Şahid11 1.070.000 manat ödədikdən sonra qalan pulları toplamaq üçün vaxt lazım olduğunu demişdir. Bundan sonra o, Şahid11la görüşüb pulunu istədikdə sonuncu ona “Mən hesabı İmanla etmişəm, İman gəlsin bura” demişdir. O isə “Mən bura İmanla birlikdə gəlmişdim, 4.500.000 manat qiymət danışmışdım” bildirdikdə, Şahid11 ona “Mən axırda verəcəm, 6 ay sonra” demişdir. O, Şahid11 alqı-satqının ləğv edilməsini deyib MMC-nin nizamnamə paylarının ona geri qaytarılmasını tələb etmiş və sonuncunun verdiyi 1.070.000 manat pulu geri vermək istədiyini bildirmişdir. Bundan sonra, Şahid11 müxtəlif bəhanələr gətirib onun tələblərindən yayınmışdır. O, Təqsirləndirilən şəxsla söhbət edərkən sonuncu Şahid11 maliyyə imkanlarının olmadığını deyərək başqa müştəri olduğu halda, MMC-i satmağı təklif etmişdir. Bundan sonra 2023-cü ilin fevral ayında o, Nəsimi rayonu, Ak.Mirqasımov, M.Qaşqay, F.Qasımzadə küçələri və Azadlıq prospektinin kəsişməsində "xxxx" MMC-nin inşa etdiyi 18-20 mərtəbəli yaşayış binasındakı “X25 Qrupu”nun ofisinə gedib Zərərçəkmiş şəxslə görüşmüş və məsələni, yəni ortadakı problemlərlə bağlı Şahid11 və Təqsirləndirilən şəxs MMC-i satmaq istədiyini bildirmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə 22.000 m2 tikinti aparılmasına Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-ə icazə verildiyini və tərəfindən tikinti üçün digər dövlət orqanlarından lazımı sənədlər alındığını demişdir. Bundan başqa, o, düşdüyü vəziyyətdən çıxmaq üçün MMCni əvvəlki təklifindən 200.000 manat aşağı, yəni 4.300.000 manat pula satıldığını Zərərçəkmiş şəxs demiş, Şahid7 320.000 manat, Şahid8 200.000 manat və Məmməd Şahinə 170.000 manat verilməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs də onun təklifini şərikləri ilə müzakirə edib ona cavab deyəcəyini demiş, daha sonra onun, eləcə də Şahid7 və Şahid5 yanlarında Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsinə zəng edib onunla bir yerdə olduğunu, "xxxx" MMC-i satıbsatmadığını dəqiqləşdirmişdir. Təqsirləndirilən şəxs da heç bir problemin olmadığını bildirib Şahid11la birlikdə "xxxx" MMC-ni 4.300.000 manata satdıqlarını demişdir. Daha sonra Təqsirləndirilən şəxs Şahid7 320.000 manat, Şahid8 200.000 manat və Məmməd Şahinə 170.000 manat ödənilməsini demişdir. Bundan sonra, 2023-cü ilin fevral ayında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında əldə edilmiş şifahi razılıq üzrə "xxxx" MMC-nin nizamnamə paylarının alqısatqısı ilə bağlı Zərərçəkmiş şəxs onunla telefon əlaqəsi saxlayıb tanışı Şahid2 400.000 manat pul verdiyini və həmin pulu onun götürməyini bildirmiş, o da Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında olduğunu sonuncuya demişdir. Bundan sonra Şahid2 onunla telefon əlaqəsi saxlayıb Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında onunla görüşüb 400.000 manat pulu ona vermişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 11 saylı Notariat ofisində bağlanmış təsis payının alqı-satqı müqaviləsinə əsasən Şahid11 "xxxx" MMC-nin 25 manat dəyərə malik 25 paydan ibarət 50 faiz təşkil edən nizamnamə payının 7 faiz hissəsini 3 manata İsmayıl İsmayılova, 10 faiz hissəsini 5 manata Şahid5, 5 faiz hissəsini 3 manata Şahid4, 10 faiz hissəsini 5 manata Şahid6, 10 faiz hissəsini 5 manata Şahid3, 8 faiz hissəsini isə 4 manata Şahid2a satmışdır. Alqı-satqı bitdikdən dərhal sonra Zərərçəkmiş şəxs göstərişi ilə Notariat ofisinin həyətində Şahid2 Şahid1 iştirakı ilə 800.000 manat pulu onun yanında Təqsirləndirilən şəxs təmsil edən Şahid10 vermiş, sonuncu da onunla birlikdə 800.000 manat pulu götürüb Nərimanov rayonu ərazində yerləşən kafeyə getmiş, orada pulu sayıb hesabın düz olduğuna əmin olduqdan sonra sonuncu həmin pulun üzərindən 35.000 manat, o isə layihə üzrə yaranmış borca görə 65.000 manat götürmüş, qalan 700.000 manat hissəsi isə Şahid10 qalmışdır. Şahid10 Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayıb 700.000 manat pulu aparıb “Park Azure” yaşayış kompleksində yerləşən evində sonuncuya vermişdir. Bundan başqa, xx.xx.2023cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-nin 30 faiz nizamnamə payının, Şahid10 tərəfindən "xxxx" MMC-nin 20 faiz nizamnamə payının satılması barədə Bakı şəhəri 11 saylı Notariat ofisində alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin tarixdə bağlanmış təsis payının alqı-satqısı müqaviləsinə əsasən Təqsirləndirilən şəxs "xxxx" MMC-nin 15 manat dəyərə malik 15 paydan ibarət 30 faiz nizamnamə payını 15 manata Şahid6, eləcə də Şahid10 "xxxx" MMC-nin 10 manat dəyərə malik 10 paydan ibarət 20 faiz nizamnamə payını isə 10 manata Şahid2 satmışdır. Həmin alqı-satqı müqaviləsində məbləğ az göstərilmiş olsa da, reallıqda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında olmuş şifahi razılaşma üzrə sonuncu tərəfindən Təqsirləndirilən şəxs Şahid7 verəcəyi 320.000 manat, Şahid8 verəcəyi 200.000 manat, Məmməd Şahinə verəcəyi 170.000 manat borc ayrı-ayrı vaxtlarda ödənilmişdir. Bununla da Zərərçəkmiş şəxs tərəfindən "xxxx" MMC-nin nizamnamə aylarının alqı-satqısı üzrə Təqsirləndirilən şəxs ümumilikdə 1.890.000 manat verilmişdir. Təqsirləndirilən şəxs və Şahid11 aralarında olmuş razılaşma əsasında "xxxx" MMC-ə dəyər qazandıran Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə tikinti aparılmasına dair sərəncamın, eləcə də tikintinin aparılması üçün digər dövlət orqanları tərəfindən verilmiş rəsmi sənədlərin Şahid11 özünə məxsus "xxxx" MMC-nin adına keçirtməsini sonradan bilmişdir. Zərərçəkmiş şəxs onunla əlaqə saxlayıb vəziyyəti ona dedikdə, o da çox narahatçılıq keçirtmiş, dərhal Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə gedərək məsələni dəqiqləşdirərkən qeyd olunanların həqiqət olduğunu öyrənmişdir (cild 1, iş vərəqi 79-85). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, ona Türkiyə Səfirliyinin yanında Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində sərancamlı yer təklif etmişlər. Təklif edənlər ilə gedib yerə baxış keçirmişdir. O, elə güman etmişdir ki, yer boşdur, ancaq görmüşdür ki, ərazidə köçürmə var. Həmin yeri ona 10 milyon manata demişlər, ancaq o, razılaşmamışdır. Sonradan qiyməti yavaş-yavaş salmağa başladılar, ancaq o, razılaşmamışdır. Sonradan İman ilə Sadiq gəlmiş və o, sonuncularla razılaşmışdır. Həmin yeri Şahid12 özü də 25 faiz şərik olmaqla 3 milyon manata demişdir. O, ilkin olaraq həmin yer üçün 1,2 milyon vermiş və qalan hissəsinin isə hələlik şərik olaraq qalmasına razılaşmışdır. Sonradan həmin yeri 100 faiz əldə etmişdir. Yeri aldıqdan sonra həmin yerin sənədsiz olduğu məlum olmuşdur. Sonra həmin yer üçün sənədləri özü sıfırdan əldə etməyə başlamışdır. Baş verənlər ilə bağlı onu prokurorluğa çağırarkən məlumat əldə etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs həmin yerə görə 1 milyon 490.000 manat alacağının olduğunu bildirmişdir. O isə baş verənlərdən xəbərinin olmadığını, həmin yerdə olan hissəsinə görə Təqsirləndirilən şəxs pul verməli olduğunu və o, razıdırsa, həmin pulu verə biləcəyini bildirmişdim. Sonaradan İman razılaşmış və o, həmin pulu Zərərçəkmiş şəxs vermişdir. Şahid11 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, "xxxx" MMC-yə məxsus olan layihəni şirkətinin adına özü keçirmişdir. "xxxx" MMC Sadiq ilə İmana məxsus olmuşdur. “28 May Rezidence” şirkəti ona məxsusdur. "xxxx" MMC-yə məxsus olan layihə paket layihə deyildir. Həmin layihə üzrə bütün sənədləri özü yığmışdır. Həmin yeri birinci dəfə dostu Mirəziz ona təklif etmişdir. "xxxx" MMC-nin vergi borcunun olmasını sonradan öyrənmişdir. Vergi borcunun olmasını özü öyrənmişdir. "xxxx" MMC-nin alqı-satqısı ilə bağlı 3 milyon manat pul vermişdir. Həmin pulun 1,5 milyonunu İman və Sadiqə, qalanını isə Zərərçəkmiş şəxs vermişdir. "xxxx" MMC-ni adına keçirən zaman həmin layihədə yalnız Şəhərsalma komitəsinin əsaslandırması olmuşdur. O, həmin yeri paket layihə olduğunu fikirləşib almışdır. Həmin yerə aid sənədləri sonrada özü tək-tək yığmışdır. “28 May Rezidens” şirkətinin 100 faiz hissəsi ona məxsusdur. Həmin şirkətdə payçı və direktor özüdür. "xxxx" MMC-nin ilkin vaxtlar 25 faiz İmanın adında qalmış, 25 faiz qaynanasının adına keçirmiş və 50 faizi isə onun adınadır. "xxxx" MMC-nin direktoru kimi dostu Əzizi göstərmişdir. Sərancamı öz şirkətinin adına keçirməyi ilə bağlı Zərərçəkmiş şəxs qardaşı Mahirə xəbər vermişdir. Bütün razılaşmalara İman ilə birlikdə Sadiq də gəlmişdir. Şahid12 1 milyon 70 min manat pul vermişdir. İman ona demişdir ki, Sadiq həmin yeri 2,5 milyon manata alıb 3 milyon 740 min manat təqdim etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İbtidai istintaq zamanı nümayəndəsi olmuşdur. İstintaq zamanı Zərərçəkmiş şəxs 1 milyon 490 min manat pul ödəmişdir. Həmin pulu İmanın şirkətdə olan hissəsinə əvəz olaraq İmanın razılığı ilə vermişdir. X19 ödəniş olmayacağı təqdirdə onları tutacağını bildirmişdir. Məhkəmə istintaqında tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, tarixini dəqiq xatırlamır, lakin 2022-ci ilin əvvəllərində ünvan 12 ünvanda yerləşən ofisində tanışı Mirəziz Ağayev və sonuncunun adını bilmədiyi dostu ona Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında tikinti aparılmasına müvafiq dövlət orqanları tərəfindən icazə verilmiş və tikinti üçün "xxxx" olan MMC-ni satdıqlarını demişdir. Həmin ərəfədə o, Bakı şəhəri ərazisində tikinti aparmaq istədiyi üçün MMC-ni satan şəxslərlə görüşmək və tikinti aparılacaq əraziyə baxmaq istədiyini bildirmişdir. Mirəziz Ağayevin dostu kiməsə zəng edib tikinti aparılacaq əraziyə dəvət etmişdir. O da Mirəziz Ağayev və sonuncunun dostu ilə birlikdə tikinti aparılacaq əraziyə getmişlər və orada Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Həmin şəxsin yanında başqa 2-3 nəfər şəxs də olmuşdur. Təqsirləndirilən şəxs ona ərazini göstərib həmin ərazidə tikinti aparılması üçün sonuncuya aid MMC-nin müvafiq sənədlərinin olduğunu və həmin MMC-ni 10.000.000 manata satdığını demişdir. O isə oranın heç 200.000-500.000 manat dəyərinin olmadığını bildirmiş və Təqsirləndirilən şəxsla sağollaşıb ayrılmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs Şahid12 adlı şəxslə birlikdə yuxanda göstərilən ünvanda yerləşən ofisinə gəlib MMC-nın tikinti paketinin hazırlanması üçün çəkdiyi xərcləri deyib cəmiyyəti təxminən 6.000.000 manata satdıqlarını bildirmişdir. O isə Təqsirləndirilən şəxs MMC-ni almaq istəmədiyini demişdir. Bundan təxminən 2-3 ay sonra, təminən 2022-ci ilin iyul-avqust aylarında Təqsirləndirilən şəxs ünvan 12 ünvanda yerləşən ofisinə gəlib təkrar olaraq Şahid12 onu aldatdığını, xeyli müddətdir ki, pulunun Sadiqdə olduğunu deyib kömək etməyini istəmişdir. Təqsirləndirilən şəxs Şahid12 yeri 2.500.000 manata aldığını, lakin 3.740.000 manata təqdim etdiyini ona bildirməklə, özü də 25 faiz şərik olmaq şərti ilə cəmiyyəti 3.000.000 manata təklif etmişdir. Onların arasında əldə edilmiş razılığa əsasən o, ilkin olaraq Şahid12 1.200.000 manat verməyi, qalan hissəni isə Təqsirləndirilən şəxs kapitalı kimi saxlamağı öhdəsinə götürmüşdür. MMC-nin nizamnamə payının 75 faiz hissəsi ona, 25 faiz hissəsi isə Təqsirləndirilən şəxs aid olmuşdur. O, araşdırıb layihədə uyğunsuzluq olduğunu, layihənin müəyyən sənədlərinin qaydasında olmadığını müəyyən etmişdir. Bundan sonra 2022-ci ilin oktyabr ayında Bakı şəhəri 5 saylı Notariat ofisində "xxxx" MMC-nin 20 faiz nizamnamə payının qayınanası Şahid13 satılması ilə bağlı müqavilə bağlanmışdır. Həmin müqavilədə məbləğ az göstərilmiş olsa da, həmin gün yuxarıda qeyd olunan ofisində Təqsirləndirilən şəxsla arasında olmuş razılaşma üzrə Şahid12 ilkin olaraq 535.000 manat vermişdir. Bundan sonra 2022-ci ilin noyabr ayında Bakı şəhəri 11 saylı Notariat ofisində "xxxx" MMC-nin 50 faiz nizamnamə payının ona satılması ilə bağlı müqavilə bağlanmış, həmin müqavilədə məbləğ az göstərilmiş olsa da, həmin gün yuxanda qeyd olunan ofisində Təqsirləndirilən şəxsla arasında olmuş razılaşma üzrə Şahid12 əlavə olaraq 535.000 manat vermişdir. Bununla da o, Şahid12 1.070.000 manat pul vermişdir. MMC-nın 30 faiz nizamnamə payı Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş olsa da, sonradan 5 faiz ona qaytarılmalı idi. Tarixini dəqiq bilmir, 2022-ci ilin sonlarında və 2023-cü ilin əvvəllərində ünvan 12 ünvanda yerləşən ofisində Təqsirləndirilən şəxs ondan ilkin olaraq 200.000, daha sonra 30.000 və hissə-hissə müxtəlif məbləğlərdə, ümumilikdə 365.000 manat pul almışdır. Qeyd olunan MMC-nin nizamnamə payının alqı-satqısı üzrə Təqsirləndirilən şəxsla arasındakı şifahi razılaşmaya görə sonuncu və Şahid12 ümumilikdə 1.435.000 manat pul vermiş, hazırda Təqsirləndirilən şəxs 1.565.000 manat borcu qalmışdır. Bundan başqa, Şahid11 ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar-fevral aylarında ünvan 12 ünvanında yerləşən ofisində Təqsirləndirilən şəxs söhbət edərkən sonuncuya "xxxx" MMC-nin 140.000 manat vergi borcunun olmasını, dövlət orqanları tərəfindən problemli MMC kimi tanınmasını və Sadiqin tez-tez borcunun ödənilməsi üçün ofisə gəlib-getdiyini demişdir. Təqsirləndirilən şəxs isə ona "xxxx" MMC-nin paket layihələrini digər MMC-nin adına rəsimləşdirməyi təklif etmişdir. MMC-nin nizamnamə paylarını aldıqdan sonra təsisçilərin yığıncağı əsasında Şahid12 MMC-nin qanuni təmsilçisi vəzifəsindən azad etmiş və qanuni təmsilçi Əzizağa Mustafayev təyin edilmişdir. Əzizağa Mustafayevin razılığı əsasında MMC-ə verilmiş tikintiyə icazə ilə bağlı sərəncamı ona məxsus "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş, bununla bağlı tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktub yazılmışdır. Təqsirləndirilən şəxs ona sərəncamın digər şirkətin adına keçirilməsi barədə Şahid12 heç nə deməməsini bildirmiş, onun da Şahid12la münasibəti olmadığı üçün bu barədə sonuncuya heç nə deməmişdir. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs vergi borcu olduğu üçün "xxxx" MMC-ni Şahid12 geri qaytarmağı ona təklif edərkən etiraz etməmiş, çünki MMC-ə dəyər qazandıran tikintiyə sərəncamı onun tərəfindən digər cəmiyyətin adına keçirilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 11 saylı Notariat ofisinə getmiş, Şahid12 da orada olmuşdur. Həmin tarixdə bağlanmış təsis payının alqı-satqı müqaviləsinə əsasən o, "xxxx" MMC-nin 25 manat dəyərinə malik 25 paydan ibarət 50 faiz nizamnamə payını rəsmiyyətdə satmış, əslində isə sahib olduğu nizamnamə payını geri qaytarmışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 11 saylı Notariat ofisində qayınanası Şahid13 tərəfindən "xxxx" MMCnin 20 faiz nizamnamə payının satılması ilə bağlı alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nizamnamə payının satılması göstərilmiş olsa da, əslində isə sahib olduğu nizamnamə payını geri qaytarmışdır. O, sahib olduğu nizamnamə payını faktiki olaraq Şahid12 geri qaytarmış olsa da, alqı-satqı müqaviləsində iştirak edən və nizamnamə payları adına rəsimləşdirilmiş şəxslərin real olaraq külli miqdarda pul verdiklərini sonradan bilmişdir. Qeyd olunan məsələ ilə bağlı Zərərçəkmiş şəxslə onun arasında heç bir razılaşma olmamışdır. Tarixini dəqiq deyə bilmir, lakin alqı-satqıdan 1-2 ay sonra Zərərçəkmiş şəxslə görüşərkən sonuncu ona qeyd olunan alqı-satqı üzrə Təqsirləndirilən şəxs təxminən 1.500.000 manat pul verdiyini, sonuncunun onu aldatdığını demişdir. O da Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla məsələni həll etməsini, Təqsirləndirilən şəxs razılıq verdiyi halda, sonuncuya verəcəyi 1.565.000 manat pulu zərərin qarşılığında ona verə biləcəyini demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs ofisinə dəvət edib sonuncudan məsələni aydınlaşdırdıqda sonuncu “800.000 manat almışam, Sadiqin mənə borcu var idi” demişdir. Bundan başqa, Şahid11 ifadəsində göstərmişdir ki, xx.xx.2023- cü il tarixdə Bakı şəhəri 11 saylı Notariat ofisində bağlanmış alqı-satqı müqaviləsi üzrə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs Şahid7 verəcəyi 320.000 manat, Şahid8 verəcəyi 200.000 manat və Məmməd Şahinə verəcəyi 170.000 manat borcun ödənilməsindən, eləcə də Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə bağlanmış nizamnamə paylarının alqı-satqısı müqavilələrindən öncə, yəni 2023cü ilin fevral ayında "xxxx" MMC-nin nizamnamə paylarının alqı-satqısı ilə bağlı Şahid12 400.000 manat pul verilməsindən heç bir məlumatı olmamışdır (cild 2, iş vərəqi 41-45). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, "xxxx" adlı layihə olmuş, həmin layihədə pay almaq üçün Zərərçəkmiş şəxs 350.000 manat pul vermişdir. Həmin pula əsasən ona həmin layihədən 10 faiz pay verilməli idi. Şahid12, Şahid7 və Zərərçəkmiş şəxs ilə restoranda oturan zaman Sadiq həmin layihə ilə bağlı Təqsirləndirilən şəxs zəng etmiş, Təqsirləndirilən şəxs isə lahiyənin problemsiz olduğunu bildirmişdir. Sonradan isə həmin lahiyənin boş olduğu məlum olmuşdur. Şahid5 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, restoranda oturan zaman Sadiq İmana zəng etdiyini bildirmişdir. Həmin lahiyə əslində Şahid11 məxsus olmuşdur. Lahiyənin sonradan boş olduğunu görmüşlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. 11 saylı Notariusa onun əvəzinə oğlu getmişdir. Məhkəmə istintaqında tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə təxminən 22.000 m2 ölçüdə tikinti aparılmasına Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş "xxxx" MMC-nin nizamanmə paylarını 4.300.000 manata alıb layihə üzrə tikintini davam etdirmək barədə Zərərçəkmiş şəxs təklifi qəbul etmiş, sonuncu MMC-nin nizamnamə paylarının alınmasına və alqı-satqı proseslərinə nəzarət etmiş, eləcə də ona verilmiş pullar üzərində sərəncam vermək hüququ olmuşdur. 2023-cü ilin fevral ayında Zərərçəkmiş şəxs məxsus ofisdə Şahid12 Şahid7 və onun yanında cəmiyyəti təklif edərkən Zərərçəkmiş şəxs onların yanında MMC-nin faktiki sahiblərindən Təqsirləndirilən şəxsla telefonla danışmış və sonuncuya “Alveri başlayaq, MMC-ni satırsınız?” sualını vermiş, Təqsirləndirilən şəxs da “Hə, başlayın, problem yoxdur, satırıq, 4.300.000 manata” bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs sonuncunun Şahid7, Şahid8 və Məmməd Şahinə olan cəmi 690.000 manat borcunun da Zərərçəkmiş şəxs ödəməsini şərt kimi demişdir. Zərərçəkmiş şəxs MMC-nin faktiki sahibi Təqsirləndirilən şəxsla arasında əldə edilmiş razılıq üzrə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 11 saylı Notariat ofisinə getmiş və həmin tarixdə bağlanmış təsis payının alqı-satqı müqaviləsinə əsasən Şahid11 "xxxx" MMC-nin 25 manat dəyərə malik 25 paydan ibarət 50 faiz nizamnamə payının 10 faiz hissəsini 5 manata ona satmışdır. Alqı-satqı bitdikdən dərhal sonra Zərərçəkmiş şəxs göstərişi ilə Bakı şəhəri Binəqədi rayonu, Azadlıq pr. 200/36 ünvanında yerləşən Bakı şəhəri 11 saylı Notariat ofisinin həyətində Şahid2 800.000 manat pulu Şahid1 və Şahid6 iştirakı ilə Təqsirləndirilən şəxs təmsil edən Şahid10 vermişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında olmuş şifahi razılaşma üzrə sonuncunun Şahid7 verəcəyi 320.000 manat borc, Şahid8 verəcəyi 200.000 manat borc, Məmməd Şahinə verəcəyi 170.000 manat borc Zərərçəkmiş şəxs tərəfindən ödənilmiş, eləcə də sonuncu tərəfindən həmin təsis payının alqı-satqısı ilə bağlı Təqsirləndirilən şəxs təklifi əsasında Şahid12 400.000 manat pul verilmişdir. Sonradan onlar Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq etdiyini, "xxxx" MMC-ə dəyər qazandıran Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə təxminən 22.000 m2 ölçüdə tikinti aparılmasına dair sərəncamı Şahid11 məxsus "xxxx" MMC-nin adına rəsmiləşdirildiyini bilmişlər (cild 1, iş vərəqi 70-74). Məhkəmə istintaqında tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2022-ci ilin dekabr ayının ortalarında yeznəsi Şahid11 ona Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə tikinti aparılmasına icazə verilmiş "xxxx" MMC-nin 50 faiz nizamnamə payını öz adına aldığını, 20 faiz nizamnamə payını da onun adına almaq istədiyini bildirmişdir. O da yeznəsi Şahid11 etibar etdiyinə görə gələcəkdə hər hansı problemin olmayacağını düşünüb razılıq vermişdir. Bundan sonra, Bakı şəhəri 5 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli təsis payının alqı-satqısı müqaviləsinə əsasən Şahid4 "xxxx" MMCnin 20% nizamnamə payını 10 manata ona satmışdır. O, Şahid11 cəmiyyəti kimdən, hansı qiymətə və hansı şərtlərlə aldığını bilməmiş, yalnız Notariat ofisində ona təqdim edilmiş sənədlərə imza çəkmiş, nizamnamə payı faktiki olaraq Şahid11 məxsus olmuşdur. Bundan sonra, təxminən 2023-cü ilin mart ayında Şahid11 ona "xxxx" MMC-ni əvvəlki sahibinə geri qaytardığını, Bakı şəhəri 11 saylı notariat ofisinə getmək və orada təqdim edilmiş sənədlərə imza etmək lazım olduğunu bildirmişdir. O da etiraz etmədən Şahid11la birlikdə Bakı şəhəri 11 saylı Notariat ofisinə getmiş və ona təqdim edilmiş sənədlərə imza etmişdir (cild 3, iş vərəqi 83-86). Məhkəmə istintaqında tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Şahid12 vasitəsi ilə özünə məxsus Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində, Zəngəzur şadlıq sarayının yaxınlığında yerləşən 2,5 ha torpaq sahəsini bələdiyyə sənədləri ilə birlikdə Təqsirləndirilən şəxs 625.000 manat pulun qarşılığında satmışdır. Onların arasında olmuş razılığa əsasən Təqsirləndirilən şəxs əvəzindən Şahid12 tərəfindən ona 340.000 manat ödəniş edilmiş, Təqsirləndirilən şəxs ona 295.000 manat borcu qalmışdır. O, mütəmadi olaraq Təqsirləndirilən şəxs borcunu tələb etmiş, sonuncu da ona 295.000 manat pulun əvəzində ona zərərləri ilə birlikdə borcunu qaytaracağını bildirmişdir. 2023-cü ilin aprel ayında Zərərçəkmiş şəxs onunla telefon əlaqəsi saxlayıb Təqsirləndirilən şəxs ona olan borcunu ödəmək istədiyini demişdir. Həmin ərəfədə onun Məmməd Şahin adlı şəxsə 170.000 manat borcu olmuşdur. 2023-cü ilin aprel ayında onun xahişi əsasında Zərərçəkmiş şəxs Məmməd Şahinə 170.000 manat pul vermiş, ona isə Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli, S.Zeynalov və Təbriz küçələrinin kəsişməsində inşa edilən yaşayış kompleksindəki 2-ci binanın 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 77,89 m2 ölçüsü olan 2 otaqdan ibarət 82 saylı mənzili borcunun qarşılığında təklif etmişdir. O da Təqsirləndirilən şəxs borcunu başqa formada ala bilmədiyi üçün 200.000 manat borcun qarşılığında həmin mənzilin verilməsini qəbul etmişdir. Zərərçəkmiş şəxs ona təklif etdiyi mənzilin kimin adına olmasını bilməmişdir. Həmin ərəfədə ona pul lazım olduğu üçün tanışları vasitəsi ilə Əbülfəz adlı şəxslə danışıb mənzili 170.000 manata sonuncuya satmışdır. Həmin mənzil əvvəlki sahibinin adından çıxarılıb Əbülfəz adlı şəxsin adına sənədləşdirilmişdir. Bununla da Təqsirləndirilən şəxs ona olan borcu Zərərçəkmiş şəxs tərəfindən ödənmişdir. "xxxx" MMC-nin nizamnamə paylarının Zərərçəkmiş şəxs və digər şəxslər tərəfindən alınması, həmin prossesdə sonuncu tərəfindən "xxxx" MMC-nin sahiblərinə hansı məbləğdə pul və ya daşınmaz əmlak verilməsindən məlumatı olmamışdır. Sonradan Şahid11 və Təqsirləndirilən şəxs Şahid12 vasitəsi ilə Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə tikinti aparılmasına Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş "xxxx" MMC-ni 4.300.000 manat pula Zərərçəkmiş şəxs satdığını, sonuncu 1.890.000 manat pul və daşınmaz əmlak verdikdən sonra "xxxx" MMC-ə dəyər qazandıran Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə tikinti aparılmasına dair sərəncamın Şahid11 məxsus "xxxx" MMC-nin adına keçirildiyini bilmişdir (cild 1, iş vərəqi 51-54). Məhkəmə istintaqında tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs və Şahid11 tərəfindən "xxxx" MMC-ə aid olan Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş tikinti aparılmasına icazə verilməsi ilə bağlı sərəncamın sonuncuya məxsus digər şirkətin adına keçirilməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Şahid11 ona tikintiyə icazə verilməsi ilə bağlı müvafiq dövlət orqanları tərəfindən verilmiş sərəncamın digər cəmiyyətə keçirilməsi barədə heç nə deməmişdir. Həmin faktla bağlı əvvəlcədən məlumatı olmuş olsa idi, qardaşı Zərərçəkmiş şəxs tərəfindən hər hansı dəyərə malik olmayan cəmiyyətin alınmasına mane olmaqla sonuncunun ziyan etməsinin qarşısını alardı (cild 2, iş vərəqi 279-282). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən əlyazma üsulu ilə, heç bir fiziki və psixi təzyiq olmadan sərbəst yazılmış və könüllü olaraq istintaqa təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, törətdiyi cinayəti qismən etiraf etməklə göstərmişdir ki, "xxxx" MMC-nin 100 faiz nizamnamə paylarının alqı-satqısı ilə bağlı Zərərçəkmiş şəxs alınmış 1.890.000 manat puldan 1.490.000 manat hissəsi ona, 400.000 manat hissəsi isə Şahid12 məxsus olmuş, Zərərçəkmiş şəxs tərəfindən ona 800.000 manat nağd pul verilmiş, 690.000 manat isə borclu olduğu şəxslərə ödənilmişdir. Zərərçəkmiş şəxs alınmış 1.490.000 manat pula münasibətdə təqsirli olmasını qəbul etmişdir. Onun tərəfindən Zərərçəkmiş şəxs vurulmuş cəmi 1.490.000 manat ziyan sonuncuya ödənilmişdir (cild 2, iş vərəqi 188-189). Cinayət işinin materiallarında olan 17 iyul 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən sonuncu sərbəst ifadəsində göstərdiyi bütün faktları, xüsusilə də - Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək xüsusilə külli miqdarda əmlakını və əmlak hüquqlarını ələ keçirdiyini, 2023-cü ilin fevral ayında Təqsirləndirilən şəxs Şahid12 vasitəsi ilə Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə tikinti aparılmasına Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş "xxxx" MMC-ni 4.300.000 manata ona təqdim etdiyini, Şahid12, Şahid5 və Şahid7 yanında Təqsirləndirilən şəxsla telefonla danışıb sonuncuya “Alveri başlayaq?” dediyini, sonuncu isə “Hə, başlayın, problem yoxdur” bildirdiyini, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə cəmiyyətin 100 faiz nizamnamə paylarının alqı-satqısının olduğunu, birinci alqısatqı bitdikdən dərhal sonra onun göstərişi ilə Bakı şəhəri 11 saylı Notariat ofisinin həyətində nümayəndəsi Şahid2 800.000 manat pulu Təqsirləndirilən şəxs tanışı Şahid10 verdiyini, onunla Təqsirləndirilən şəxs arasında olmuş şifahi razılaşma üzrə sonuncunun Şahid7 verəcəyi 320.000 manat borc, Şahid8 verəcəyi 200.000 manat borc, Məmməd Şahinə verəcəyi 170.000 manat borcun onun tərəfindən ödənildiyini, eləcə də 2023-cü ilin fevral ayında Təqsirləndirilən şəxsla arasındakı razılaşma üzrə cəmiyyətin nizamnamə paylarının alqı-satqısı ilə bağlı Şahid12 400.000 manat pul verdiyini, sonradan Təqsirləndirilən şəxs və Şahid11 "xxxx" MMC-ə dəyər qazandıran Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş Bakı şəhərində, Türkiyə səfirliyinin yaxınlığında yerləşən ərazidə tikinti aparılmasına dair sərəncamı sonuncuya məxsus "xxxx" MMC-nin adma keçirtmələrini bildiyini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə sonuncunu ifşa etmiş, Təqsirləndirilən şəxs isə özünü müdafiə xarakterli olaraq ifadəsinə bir-birinə zidiyyətli məlumatlar daxil etməklə cinayət məsuliyyətindən yayınmağa cəhd etmişdir. Üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qeyd etdiyi faktlar üzrə obyektiv həqiqətin aşkar olunduğunu və gələcəkdə məhkəmə məsuliyyətinə verilməsi etimalının olduğunu düşünüb özünü müdafiə xarakterli olaraq ifadə vermişdir. Təqsirləndirilən şəxs həmin üzləşdirmə zamanı törətdiyi cinayət əməlini qismən etiraf edib ifadəsində Şahid11 ofisində sonuncu ilə söhbət edərkən cəmiyyətə aid olan Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən tikinti aparılmasına icazə verilməsi barədə sərəncamı sonuncuya məxsus digər şirkətin adına keçirtməyi təklif etməsini, sonuncu səbəbini soruşduqda, cəmiyyəti Şahid12 özünə qaytaracağını, şirkətin adında başqa sərəncam olduğunu və şirkətin vergi borcunun ödənilmədiyini bildirməsini, eləcə də Şahid11 bu barədə Sadiqə heç nə deməməyi tapşırmasını, Şahid11 onun razılığı ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək cəmiyyətin adında olan tikintiyə icazə sərəncamını özünə aid "xxxx" MMC-nin adına keçirtməsini, cəmiyyətə aid sərəncamın başqa cəmiyyətin adına rəsimləşdirilməsi barədə məlumatları cəmiyyətin yeni sahiblərinə deməməsini qeyd etmişdir (cild 2, iş vərəqi 159-169). Cinayət işinin materiallarında olan 7 avqust 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid14 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Şahid14 sərbəst ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyib əlavə olaraq göstərmişdir ki, Şahid11 ona "xxxx" MMC-nin tikintiyə icazə verilməsi ilə bağlı müvafiq dövlət orqanları tərəfindən verilmiş sərəncamın digər cəmiyyətə keçirilməsi barədə heç nə deməmişdir. Təqsirləndirilən şəxs isə obyektiv həqiqət qarşısında aciz qalıb ifadəsində həmin sözün Şahid11 tərəfindən ona deyilməsini bildirməklə kifayətlənmişdir (cild 3, iş vərəqi 123-128). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli Y/82 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli, S.Zeynalov və Təbriz küçələrinin kəsişməsində inşa edilən yaşayış kompleksindəki 2-ci binanın 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 77.89 m2 olan 2 otaqdan ibarət 82 saylı mənzil X1. Həmin fakt Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs Şahid8 olan 200.000 manat borcunun əvəzindən sonuncuya daşınmaz əmlak verməsini sübut etmiş olur (cild 1, iş vərəqi 55-62). Cinayət işinin materiallarında olan 3 avqust 2023-cü il tarixli elektron daşıyıcıya baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Azercell Telekom”, “Azerfon” və "xxxx" MMC-lərdən daxil olmuş telefon danışıqları, antena məlumatları, sms və digər ötürülən məlumatların əks olunduğu disklərə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**- ** mobil telefon nömrələri arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 6 dəfə, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 4 dəfə telefon danışığı edilmişdir. Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrələri arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək 5 dəfə telefon danışığı edilmişdir (cild 3, iş vərəqi 6-7). Cinayət işinin materiallarında olan 3 avqust 2023-cü il tarixli elektron daşıyıcıya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus “İphone 13” markalı telefon cihazına və 070 ***-**-** mobil telefon nömrəsinin "xxxx" sosial proqramına baxış keçirərkən müəyyən edilmişdir ki, qeyd olunan nömrənin "xxxx" sosial proqramı üzərindən Təqsirləndirilən şəxs məxsus 051 ***-**-** mobil telefon nömrəsinin "xxxx" sosial proqramı ilə çox saylı zənglər və “SMS” yazışmaları edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 14:16-də, xx.xx.2022-ci il tarixdə, saat 16:35-də, xx.xx.2022-ci il tarixdə, saat ll:57-də, xx.xx.2022-ci il tarixdə, saat 12:58-də və 13:16-da, xx.xx.2022-ci il tarixdə, saat 16:12-də, xx.xx.2023-cü il tarixdə, saat 20:00-da 051 ***-**-** mobil telefon nömrəsinin "xxxx" sosial proqramından 070 ***-**-** mobil telefon nömrəsinin "xxxx" sosial proqramına cavabsız zənglər edilmişdir. Baxışda iştirak etmiş Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan zənglər edilərkən görmədiyini, sonuncudan gəlmiş cavabsız zəngləri gördükdən dərhal sonra sonuncuya zəng edib danışıq apardığını qeyd etməklə, xx.xx.2022-ci il tarixdən sonrakı dövrdə Təqsirləndirilən şəxsla arasında olan telefon danışıqlarının və "xxxx" sosial proqramı üzərindən edilmiş yazışmaların yalnız "xxxx" layihəsinin alqı-satqısı ilə bağlı olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs 051 ***-**-** mobil telefon nömrəsinin "xxxx" sosial proqramından Zərərçəkmiş şəxs 070 ***-**-** mobil telefon nömrəsinin "xxxx" sosial proqramına "xxxx" MMC-ə məxsus “Best Constr-satish.pdf” və “Sarabski residance 001.pdf” faylları (X21 -Daşına bilən sənəd formatı) göndərilmişdir. Zərərçəkmiş şəxs qeyd olunan sms və fayların Təqsirləndirilən şəxs tərəfindən ona göndərildiyini, qeyd olunan tarixlərdə Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-nin nizamnamə paylarının alınması üçün ona təqdim edildiyini, lakin sonradan Şahid11 satıldığını, sonuncu da Təqsirləndirilən şəxs və Şahid12 pullarını tam ödəmədiyi üçün 2023-cü ilin fevral ayında yenidən ona təqdim edildiyini bildirmişdir. O, alqı-satqı ilə bağlı bütün danışıqlarının onunla Təqsirləndirilən şəxs arasında edildiyini, dəfələrlə sonuncu ilə telefonla danışdığını və müxtəlif ünvanlarda görüşdüyünü bildirmişdir. İş üzrə telefon danışıqları və “SMS” yazışmalarının təhlilindən də görünür ki, Təqsirləndirilən şəxs tikinti sektorunda “X23”nun rəhbəri Zərərçəkmiş şəxs bilavasitə tanımış və 2022-ci ilin may ayından etibarən onların arasında çox saylı işgüzar danışıqlar aparılmışdır. Hər iki şəxs qeyd olunan faktı istintaqda təsdiq etməklə müxtəlif vaxtlarda və ünvanlarda görüşdüklərini ayrı-ayrı məsələlərlə bağlı fikir mübadiləsi etdiklərini bildirmişlər. İstintaq materiallarından görünür ki, onlar arasında işgüzar münasibət olmasa da, inam və etibar olmuşdur. Bu fakt da bir daha sübut edir ki, Təqsirləndirilən şəxs cinayətkar niyyət əvvəlcədən formalaşmış, məqsədyönlü şəkildə cinayətkar niyyətini həyata keçirmək üçün törədəcəyi dələduzluq cinayətini əvvəlcədən planlaşdırmış, cinayətdən xəbərsiz şəxslərdən istifadə etməklə öz cinayətkar planını realizə etmişdir (cild 3, iş vərəqi 1-5). Cinayət işinin materiallarında olan 3 avqust 2023-cü il tarixli elektron daşıyıcıya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid12 tərəfindən təqdim edilmiş 055 555- 55-65 mobil telefon nömrəsinin "xxxx" sosial proqramı üzərindən Təqsirləndirilən şəxs məxsus 051 ***-**-** mobil telefon nömrəsinin "xxxx" sosial proqramı ilə aparılmış yazışmaların olduğu disklərə baxış keçirərkən həmin nömrələrin "xxxx" sosial proqramı üzərindən çox saylı zəng və “SMS” yazışmaları edilməsi müəyyən edilmişdir. Belə ki, xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərdə Şahid12 məxsus 055 ***-**-** mobil telefon nömrəsinin "xxxx" sosial proqramı üzərindən Təqsirləndirilən şəxs məxsus 051 ***-**-** mobil telefon nömrəsinin "xxxx" sosial proqramına göndərilmiş çox saylı mesajlardan görünür ki, Şahid12 Təqsirləndirilən şəxs Fərəcə zəng etməsini, birlikdə alqı-satqıya getmələrini tələb etmiş, sonuncu isə onun sms-lərinə lazımı diqqət yetirməmiş və bəzi sms-lərini cavablandırmamışdır. Bundan başqa, xx.xx.2023- cü il tarixdə Şahid12 məxsus 055 ***-**-** mobil telefon nömrəsinin "xxxx" sosial proqramı üzərindən Təqsirləndirilən şəxs məxsus 051 ***-**-** mobil telefon nömrəsinin "xxxx" sosial proqramına “Fərəc 120000 hesablayır, ******* yox, qalan hesab problem deyil” sms göndərmiş, Təqsirləndirilən şəxs “Mənlikdir” cavablandırmışdır. Bundan başqa, Şahid12 “o cür hesablayıram, 130 min açıqda qalır, mən sənlə ******* azn hesab edəcəm, 130 mini götürübsən onsuz, 51 min raminə verilib qalan sənə, düzdür?” məzmunlu sms göndərmiş, Təqsirləndirilən şəxs “121.000 azn götürmüşəm” cavablandırmışdır. xx.xx.2023- cü il tarixdə Şahid12 “Salam İman, necəsən?, Fərəcə yığdı, o deyəcək nə qədər ödəniş etmək lazımdı mənə, vaxtı təyin edək alqı-satqıya, nə məsələdi de, mən bilim, iş bitənə yaxın dəyişir söhbət, mən bezdim boğuluram, hamı mənə düşmən oldu, Anar, Ramin, Vəli, Elşən və Elnur gündə bir söz deyir” məzmunlu sms yazmış, Təqsirləndirilən şəxs isə “Salam, yaxşıyam, Fərəcə 1.070.000 azn çatacaq, Ramin 497.000 azn, Elnur 575.000 azn, Elnur Elşənə cavabdeh durub 170.000 azn, bir də mənimki, Ramini + Elnuru + Elşənə olanı həll et, gedək alqısatqıya, qalanın sonra həll edərsən” cavabını demişdir. Şahid12 “Sənə nə qədər pul lazımdır, işini aşırtmağa, qalan payçı qal, yoxsa etapla bağlayım, cavab ver, gedirəm görüşməyə, tez yaz mənə, fikirini tam de” məzmunlu sms göndərmiş, Təqsirləndirilən şəxs isə “Mən şərik olmaq istəmirəm, mənim problemim Ramin, Elnur bir də Elvindir, onları həll et, Elvin məni yığır, deyir ki, məndən çox beton gedib, Sadiqdə gəlmir açota, get, açotu elə, Elvinlə” cavablandırmışdır. xx.xx.2023-cü il tarixdə Şahid12 “1-ci gündən Fərəc məni gözləyir, mən səni tapa bilmirəm, adamlar mənə ağzına gələni deyir, bu qədər səhv tanımışam səni, çəkil qırağa, işimi görüm, sənində söhbətini bağlayım, özümündə, qarışma qardaş, Rafaellə işimi, girim lap istəyirsən gedim Fərəclə görüm, sən kənar dur, qarışma, Anar, Vəli, Ramin, Vəli, Elnur, Elşən, bir də .....türk həyatıma oturubdur” məzmunlu sms göndərmiş, Təqsirləndirilən şəxs “Sənə dedim ki, həll edirikdə bu gün, sabah” cavabını vermişdir. xx.xx.2023-cü il tarixdə Şahid12 “Qardaş xahiş edirəm, danış 2 də orda olsunlar” məzmunlu sms göndərmiş, Təqsirləndirilən şəxs “Danışmışam, deyir həll edirəm, dedi, xəbər edəcəm” cavabını vermiş, Şahid12 isə “Yığmadı?, 2 olur, adam gəlir natariusa” məzmunlu sms göndərmişdir. Bundan başqa, Şahid12 məxsus 055 ***-**-** mobil telefon nömrəsinin "xxxx" sosial proqramı üzərindən Təqsirləndirilən şəxs məxsus 051 ***-**-** mobil telefon nömrəsinin "xxxx" sosial proqramına göndərilmiş digər sms-lərdən görünür ki, Şahid12 Təqsirləndirilən şəxsla birlikdə "xxxx" MMC-ni Şahid11 satdıqdan sonra sonuncu öhdəliyini tam icra etməmiş, Sadiq Şahid11 Abbasov və Təqsirləndirilən şəxs pulunu ödəməsini tələb etmişdir. Təqsirləndirilən şəxs və Şahid11 arasında cəmiyyətin müəyyən edilmiş ərazidə tikinti aparmasına icazə verilən sərəncamını və digər sənədlərinin sonuncuya aid başqa şirkətin adına keçirilməsindən Şahid12 məlumatı olmamış, bir sözlə həmin məlumatı sonuncudan gizlətmişlər. Bundan başqa, həmin sms yazışmalarından məlum olur ki, Təqsirləndirilən şəxs Şahid12 vasitəsi ilə "xxxx" MMC-i paket layihəsi ilə birlikdə Zərərçəkmiş şəxs satmış, əvvəlcədən sonuncuya qarşı bilavasitə dələduzluq cinayətini planlaşdırmışdır. Şahid12 məxsus 055 ***-**-** mobil telefon nömrəsinin "xxxx" sosial proqramı üzərindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinin "xxxx" sosial proqramına göndərilmiş sms-lərdən görünür ki, sonuncu ətrafından olan şəxslərin ona olan etibar və inamından, xüsusilə də cəmiyyətdə və insanlar arasındakı nüfuzundan suiistifadə etməklə onun cinayətkar niyyətindən və gələcək cinayətkar planlarından xəbərsiz olan Şahid12 vasitəsi ilə "xxxx" MMC-i Zərərçəkmiş şəxs təqdim etmiş, eləcə də cinayətdən xəbərsiz olan Şahid11 cəmiyyətin müəyyən edilmiş ərazidə tikinti aparmasına icazə verilən sərəncamını və digər sənədlərinin sonuncuya aid başqa şirkətin adına keçirilməsini təklif edib, əvvəlcədən hazırladığı plana uyğun olaraq realizə etmiş və "xxxx" MMC-ni paket layihəsiz Zərərçəkmiş şəxs satılmasını əvvəlcədən planlaşdırmışdır. O, cinayətin biləvasitə törədilməsində görünməmək və öz cinayətkar planlarını pərdələmək və diqqətləri yayındırıb niyyətini realizə etmək məqsədi ilə tanışı Şahid10 ona olan etibar və inamından sui-istifadə edərək sonuncuya etibarnamə verib notariat qaydada müqavilələrin bağlanmasında və zərərçəkmiş şəxsdən nağd xüsusilə külli miqdarda pulların alınıb ona verilməsində sonuncudan icraçı kimi istifadə etmişdir (cild 2, iş vərəqi 91-115, 283-284). Cinayət işinin materiallarında olan xx.xx.2019-cu il tarixli 1535 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 270 nömrəli sərəncamı və xx.xx.2018-ci il tarixli 18/108 nömrəli ayrıc aktına əsasən Nəsimi rayonu, Vəzirov, Sarabski və Ş.Abdullayev küçələrinin kəsişməsində yerləşən 7486 m“ torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" MMC-ə 49 il müddətinə, hər il üçün 35.805 manata icarəyə verilmişdir (cild 3, iş vərəqi 15-18). Cinayət işinin materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli, 108 nömrəli istifadəyə verilən torpaq sahəsinin ayrıc aktından görünür ki, Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 270 nömrəli sərəncamı ilə "xxxx" MMC-ə Nəsimi rayonu, Vəzirov, Sarabski və Abdullayev küçəsinin kəsişmələrində yerləşən və əvvəlcədən müəyyən olunmuş sərhədlər daxilində 0,7486 ha ölçüdə sahədə yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi ayrılmışdır (cild 2, iş vərəqi 232, cild 3, iş vərəqi 42- 66). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli xx/xx-00562 nömrəli şəhərsalma əsaslandırılmasından görünür ki, "xxxx" MMC tərəfindən Nəsimi rayonu, Nəcəf bəy Vəzirov, Hüseynqulu Sarabski və Şövqiyar Abdullayev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində yaşayış binalarının tikintisi layihələndirilmişdir (cild 3, iş vərəqi 43). Cinayət işinin materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 270 nömrəli sərəncamından görünür ki, "xxxx" MMC-nin xx.xx.2018ci il tarixli, 12 saylı müraciəti əsasında Nəsimi rayonu, Vəzirov, Sarabski və Abdullayev küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün icazə verilmişdir (cild 3, iş vərəqi 42). Cinayət işinin materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 23 nömrəli sərəncamından görünür ki, "xxxx" MMC-nin xx.xx.2023cü il tarixli, 1 nömrəli müraciəti və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 1/A nömrəli razılıq məktubu, eləcə də "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının iclasının xx.xx.2023-cü il tarixli, 02 nömrəli protokolu nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 270 nömrəli sərəncamı və aparılmış müvafiq sənədləşmə işlərinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC-nin adma rəsmiləşdirilmişdir (cild 2, iş vərəqi 225). Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1 nömrəli və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 1/A nömrəli məktublarından görünür ki, "xxxx" MMC-ə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 270 nömrəli sərəncamının "xxxx" MMC-nin adına dəyişdirilməsini xahiş edilmişdir (cild 2, iş vərəqi 231, 234). Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə ********** (VÖEN) nömrə ilə qeydiyyata alınmaqla, hüquqi ünvanı ünvan 14izamnaməsində (3-cü redaksiya) Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusilə icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilməsi göstərilmişdir. Nizamnamənin 2.1-ci bəndinə əsasən kooperativin pay fondu 50 manat, 50 pay pul şəkilində müəyyən edilmişdir. Şahid11 25 manat dəyərində 25 paydan ibarət, 50 % pul şəkilində, Təqsirləndirilən şəxs 15 manat dəyərində 15 paydan ibarət, 30 % pul şəkilində, Şahid13 10 manat dəyərində 10 paydan ibarət, 20% pul şəkilində MMC-nin nizamnamə kapitalına sahib olmuşlar (cild 1, iş vərəqi 109-111, cild 2, iş vərəqi 146-148, cild 3, iş vərəqi 138-142). Cinayət işinin materiallarında olan Bakı şəhəri 11 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli təsis payının alqı-satqısı müqaviləsindən görünür ki, Şahid13 "xxxx" MMC-nin 10 manat dəyərində 20% nizamnamə payını 10 manata Şahid10 satmışdır (cild 3, iş vərəqi 135). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yanında Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, "xxxx" MMC-nin əvvəlki təsisçiləri və nizamnamə kapitalındakı mayalarının miqdarı - 50 % Kənan Əliyev, 20 % Şahid4, 30 % Buğday Ziyadıya aid olmaqla, qanuni təmsilçi Şahid12 olmuşdur. Həmin dövr üçün təsisçiləri və nizamnamə kapitalındakı mayalarının miqdarı - 50 % Şahid11, 20 % Şahid13, 30 % Təqsirləndirilən şəxs aid olmaqla, qanuni təmsilçi Əzizağa Mustafayev olmuşdur (cild 1, iş vərəqi 205-206). Cinayət işinin materiallarında olan Bakı şəhəri 11 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli təsis payının alqı-satqısı müqaviləsindən görünür ki, Şahid11 "xxxx" MMC-nin 25 manat dəyərində 25 paydan ibarət olan 50 faiz nizamnamə payının 7 faiz hissəsini 3 manata İsmayıl İsmayılova, 10 faiz hissəsini 5 manata Güloğlan Cabbarova, 5 faiz hissəsini 3 manata Şahid4, 10 faiz hissəsini 5 manata Şahid6, 10 faiz hissəsini 5 manata Şahid3, 8 faiz hissəsini isə 4 manata Şahid2 satmışdır (cild 1, iş vərəqi 203-204). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yanında Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli çıxarışlardan görünür ki, xx.xx.2008-ci il tarixdə ********** (VÖEN) nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin nizamnamə kapitalı 50 manatdan ibarət olmuş və hüquqi ünvanı hüquqi ünvanı ünvan 15 271-276). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yanında Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, "xxxx" MMC-nin əvvəlki təsisçiləri və nizamnamə kapitalındakı mayalarının miqdarı - 50 % Şahid11, 30 % Təqsirləndirilən şəxs, 20 % Şahid13 aid olmaqla, qanuni təmsilçi X7 olmuşdur. Həmin dövr üçün MMC-nin təsisçiləri və nizamnamə kapitalındakı mayalarının miqdarı - 7 % İsmayıl İsmayılova, 10 % Şahid5, 5 % Şahid4, 10 % Şahid6, 10 % Şahid3, 8 % Şahid2a, 20 % Şahid10 və 30 % Təqsirləndirilən şəxs aid olmaqla, qanuni təmsilçi Şahid9 olmuşdur (cild 1, iş vərəqi 163- 165). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yanında Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, "xxxx" MMC-nin əvvəlki təsisçiləri və nizamnamə kapitalındakı mayalarının miqdarı - 7 % İsmayıl İsmayılova, 10 % Şahid5, 5 % Şahid4, 10 % Şahid6, 10 % Şahid3, 8 % Şahid2a, 20 % Şahid10 və 30 % Təqsirləndirilən şəxs aid olmaqla, qanuni təmsilçi Şahid9 olmuşdur. Həmin dövr üçün təsisçiləri və nizamnamə kapitalındakı mayalarının miqdarı - 7 % İsmayıl İsmayılova, 10 % Şahid5, 5 % Şahid4, 40 % Şahid6, 10 % Şahid3 və 28 % Şahid2a aid olmaqla, qanuni təmsilçi Şahid9 olmuşdur (cild 2, iş vərəqi 271-273). Cinayət işinin materiallarında olan Bakı şəhəri 11 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli təsis payının alqı-satqısı müqaviləsinə əsasən Təqsirləndirilən şəxs "xxxx" MMC-nin 15 manat dəyərə malik 15 paydan ibarət 30 faiz nizamnamə payını 15 manata Şahid6 və Şahid10 MMC-nin 10 manat dəyərə malik 10 paydan ibarət 20 faiz nizamnamə payını isə 10 manata Şahid2a satmışdır (cild 1, iş vərəqi 161-162). Cinayət işinin materiallarında olan Bakı şəhəri 11 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-cü il tarixli təsis payının alqı-satqısı müqaviləsindən görünür ki, X15 "xxxx" MMC-nin 10 manat dəyərində 20 % nizamnamə payının 10 manata Şahid4, 15 manat dəyərində 30 % nizamnamə payını 15 manata X9, 25 manat dəyərində 50 % nizamnamə payını 25 manata X2 (cild 1, iş vərəqi 106-107). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Vergi Nazirliyinin Komersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən verilmiş xx.xx.2008-ci il tarixli çıxarışdan görünür ki, "xxxx" MMC 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə ********** (VOEN) nömrə ilə qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 16sisçiləri və nizamnamə kapitalındakı mayalarının miqdarı - 100 % X12 məxsus olmaqla, sonuncu qanuni təmsilçi olmuşdur (cild 1, iş vərəqi 108). Cinayət işinin materiallarında olan Bakı şəhəri 11 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli təsis payının alqı-satqısı müqaviləsindən görünür ki, X16 "xxxx" MMC-nin 25 manat dəyərində 25 pay təşkil edən 50 % nizamnamə payını 25 manata Şahid11 satmışdır (cild 1, iş vərəqi 139). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Vergi Nazirliyinin Komersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, "xxxx" MMC 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə 2301 133131 (VOEN) nömrə ilə qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 17vəlki təsisçiləri və nizamnamə kapitalındakı mayalarının miqdarı - 100 % X12 məxsus olmuş, Həmin dövr üçün təsisçiləri və nizamnamə kapitalındakı mayalarının miqdarı 50 % X11, 20 % Şahid4 və 30 % X9 aid olmuş, qanuni təmsilçi Şahid12 Ramazan oğlu olmuşdur (cild 2, iş vərəqi 143). Cinayət işinin materiallarında olan Bakı şəhəri 11 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli təsis payının alqı-satqısı müqaviləsindən görünür ki, Şahid4 "xxxx" MMC-nin 20 % nizamnamə payını 10 manata Şahid13 satmışdır (cild 2, iş vərəqi 142). Cinayət işinin materiallarında olan Bakı şəhəri 21 saylı Notariat ofisində təsdiq edilmiş Təqsirləndirilən şəxs məxsus xx.xx.2023-cü il tarixli, 8İ-927 reyestr nömrəli ərizədən görünür ki, sonuncu 30 % təsisçisi olduğu "Best Dizayn” MMC-nin adma verilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 270 nömrəli sərəncamının "xxxx" MMC-nin adına sənədləşdirilməsinə etiraz etmədiyini bildirmişdir (cild 2, iş vərəqi 235). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Vergi Nazirliyinin Komersiya hüquqi şəxslərinin Dövlət qeydiyyatı haqqında xx.xx.2008-ci il tarixli ********** (VÖEN) qeydiyyat nömrəli şəhadətnaməsindən görünür ki, "xxxx" MMC 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmış və hüquqi ünvanı ünvan 18llarında olan Azərbaycan Respublikası Baş prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli mütəxəssis rəylərindən görünür ki, 2023-cü il üzrə Nərimanov rayonu, C.Hacıbəyli, S.Zeynalov və Təbriz küçələrinin kəsişməsində inşa edilən yaşayış kompleksindəki 2-ci binanın 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 77,89 m2 olan 2 otaqdan ibarət 82 saylı mənzilin ümumi orta bazar dəyəri 171.358 manat təşkil edir (cild 2, iş vərəqi 190, 198-200). Cinayət işinin materiallarında olan “Best Dizayn MMC-nin (VÖEN **********) şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdək dövr üçün cəmiyyətin dövlətə məxsus torpaq sahəsinin icarəsi üzrə 128.449,37 manat borcu olmuşdur (cild 2, iş vərəqi 249-251). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 23-03-xx-xx-000693 nömrəli xidməti məktuba əsasən Vahid məlumat axtarış sistemində Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat məlumatları aşkar edilməmişdir (cild 1, iş vərəqi 22). Cinayət işinin materiallarında olan qərar və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 avqust 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 3, iş vərəqi 112-114). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, "xxxx" MMC-nin 100 faiz nizamnamə paylarının alqı-satqısı ilə bağlı Zərərçəkmiş şəxs alınmış 1.890.000 manat puldan 1.490.000 manat hissəsi istintaqın gedişatında sonuncuya Təqsirləndirilən şəxs tərəfindən geri qaytarılmışdır (cild 2, iş vərəqi 186-187). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərər cinayət yolu ilə ələ keçirilmiş 400.000 (dörd yüz min) manat və ödənilmiş 690 (altı yüz doxsan) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxsə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş edir (cild 5). Cinayət işinin materiallarında olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü Zeyd Cəfərov və xx.xx.2018-ci il təvəllüdlü Məryəm Cəfərova adlı iki azyaşlı uşağı vardır (cild 5). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edildiyini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları himayəsində azyaşlı uşaqlarının olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini və ilk dəfə cinayət törətməsini ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkməsinin ailəsinin həyat şəraitinə mənfi təsir edəcəyini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və qanunun ədalət prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür, onun barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddəti müəyyən edilməklə üzərinə müəyyən vəzifələr qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışlarına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. İş üzrə Zərərçəkmiş şəxs Nüsət oğlunun mülki iddiası əsaslı olduğundan təmin edilməli, 400.690 (dörd yüz min altı yüz doxsan manat) Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Nüsət oğlunun xeyrinə tutulmalıdır. İş üzrə maddi sübut və ekspertiza xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 357.0.3, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə Zərərçəkmiş şəxs Nüsət oğlunun mülki iddiası təmin edilsin, 400.690 (dörd yüz min altı yüz doxsan manat) Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Nüsət oğlunun xeyrinə tutulsun. İş üzrə maddi sübut və ekspertiza xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-102/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-102/2025
29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver