Məhkəmə qərarları › İş №1(101)-104/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-104/2021

04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-104/2021 04.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X14 Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi Bakı şəhəri «Fides» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 8 may 1974-cü ildə Abşeron rayonu Novxanı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, Abşeron rayonunun Novxanı kəndində qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən cinayətlərin residivi formasında, 2019-cu ilin may ayında şəxsiyyəti istintaqla müəyyən edilməmiş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin İran İslam Respublikasından əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilərək realizə edilməsi üçün ona göndərilməsi barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun Türkiyə Respublikasında olan şəxsiyyəti istintaqla müəyyən edilməmiş və istintaqa «Bobili » adı ilə məlum olan üzvünün göstərişi ilə cinayətkar qrupun İran İslam Respublikasının Aslandüz şəhərində olan şəxsiyyəti istintaqla müəyyən edilməmiş və istintaqa «Nasir» adı ilə məlum olan digər üzvü istintaqla müəyyən edilməmiş vaxtda və istintaqla müəyyən edilməmiş mənbədən 6 bükümdə, ayrıayrılıqda 44,984 qram, 48,297 qram, 46,951 qram, 38,721 qram, 37,199 qram və 47,754 qram olmaqla ümumilikdə külli miqdarda, 263,906 qram heroin narkotik vasitəsini satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə etmiş, saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə hərəsində 1 büküm olmaqla 6 ədəd mobil telefonlar üçün nəzərdə tutulan enerji yükləyicinin (adapterin) içərisində şəffaf sellofana qablaşdırıb gizlədərək ona göndərilməsi üçün 8 iyun 2019-cu il tarixdə İran İslam Respublikasından tranzit keçməklə Naxçıvandan Bakıya gələn «X28» markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü, cinayətdən xəbərsiz Azərbaycan Respublikası vətəndaşı X2 təhvil vermiş, Şahid14 öz növbəsində qeyd olunan külli miqdarda heroin narkotik vasitələrinin gizlədildiyi 6 ədəd mobil telefonlar üçün nəzərdə tutulan enerji yükləyicilərini «Nasirdən» 50 manat daşıma haqqı müqabilində qəbul edərək idarə etdiyi nəqliyyat vasitəsilə həmin tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmiş və beləcə o, həmin gün saat 16 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin «Biləsuvar» gömrük postunda ona göndərilmiş həmin narkotik vasitələrin cinayətdən xəbərsiz Şahid14 vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, qeyd olunan tarixdə həmin narkotik vasitələr gömrük əməkdaşları tərəfindən aşkar edilib götürülmüş, o isə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 7 avqust 2019-cu il tarixdə tutulmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailəlidir, himayəsində iki azyaşlı uşağı vardır. Tutulanadək maklerlik fəaliyyəti ilə məşğul olmuşdur. 2019-cu ilin may ayında Türkiyədə yaşayan «Bobili» ləqəbli şəxs Türkiyə mobil operatoruna məxsus telefon nömrədən «Whatsapp» vasitəsilə onunla əlaqə saxlamış, Naxçıvandan olan yaşlı bir kişinin İrandan sərhəddən keçirərək ona mobil telefon gətirib verəcəyini, həmin telefonları özündə saxlamağını, daha sonra telefonları ondan təhvil alacaqlarını bildirmişdir. «Bobili» ilə razılaşmışdır. Sonuncu ona yaşlı kişinin mobil telefon nömrəsini vermişdir. Növbəti gün həmin yaşlı kişi ona zəng edib, bir neçə dəqiqədən sonra Avtovağzal ərazisində «Naxçvan» kafesinin yanında olacağını deyib telefonları təhvil almağını bildirmişdir. İdarə etdiyi «Qaz 3110» markalı avtomobillə həmin yerə getmiş və orada Seyid adlı həmin yaşlı kişi ilə görüşmüşdür. Sonuncu bağlı sellofan paketdə mobil telefonları ona vermiş və o, telefonları götürüb evə qayıtmışdır. Həmin gün «Bobili» ona yenidən zəng edib, telefonları təhvil alıb-almadığını soruşmuşdur. Sonuncuya telefonları aldığını demişdir. «Bobili» 1-2 günə telefonları ondan götürəcəklərini bildirib, əvəzində ona 50-60 manat pul verəcəklərini bildirmişdir. Təxminən iki gündən sonra Novxanı qəsəbəsində tanımadığı bir nəfər şəxs ona 60 manat pul verib telefonları ondan götürmüşdür. Daha iki gün sonra telefonları ondan təhvil alan şəxs ona 2.600 manat pul gətirmişdir. O, həmin pulu götürüb avtovağzala aparıb Seyidə vermişdir. Növbəti dəfə təxminən 10 gündən sonra «Bobili» zəngindən sonra Seyid yenə ona telefonlar gətirib vermişdir. Bir neçə gündən sonra tanımadığı həmin şəxs telefonları ondan götürüb, ona 60 manat pul vermişdir. İki gündən sonra həmin şəxs ona 850 manat pul vermiş, o da həmin pulu Seyidə çatdırmışdır. Sonuncu dəfə iyun ayının əvvəllərində «Bobili» ona «Whatsapp»da mesaj yazıb, Seyidin yenə gətirib ona telefon verəcəyini bildirmişdir. Sonuncuya evdən çıxa bilmədiyini deyib, telefonları götürmək üçün taksi göndərəcəyini bildirmişdir. Bundan sonra o, *9933 taksi xidməti ilə əlaqə saxlayıb, avtovağzaldan Novxanı kəndi «AS» marketin yanına taksi sifariş vermişdir. Taksi sürücüsü onunla əlaqə saxladıqda ondan xahiş etmişdir ki, avtovağzalın yanında Seyid adlı şəxslə görüşüb, telefonları götürüb «AS» marketin yanına çatdırsın. Taksi sürücüsü onunla razılaşmışdır. Həmin ərəfədə dostu Cavid zəng edib, birlikdə gedib qızlarla dincəlməyi təklif etmiş və o, razılaşmışdır. Bir qədər sonra Cavid onu götürmək üçün tanışı Xəyyamla bilikdə evinin qabağına gəlmişdir. Cavidlə görüşmüş, elə bu vaxt *9933 taksi xidmətinin sürücüsü zəng edib, «AS» marketin yanına çatığını bildirmişdir. Caviddən xahiş etmişdir ki, həmin taksini olduqları küçəyə yönləndirmək üçün Xəyyamı göndərsin. Cavid də Xəyyamı bu məqsədlə göndərmişdir. Bir neçə dəqiqə gözləmiş, lakin, Xəyyam gəlib çıxmamış və telefon zənglərinə cavab verməmişdir. Odur ki, «AS» marketin yanına getmişlər, lakin nə Xəyyam, nə də taksi orada olmamışdır. Taksi sürücüsü də telefona cavab verməmişdir. Bir qədər sonra taksi sürücüsü ilə əlaqə saxlaya bilmişdir. Sonunucu gətirdiyi selofan paketi Xəyyama verdiyini bildirmişdir. Sonra Cavidlə əlaqə saxlamış, sonuncu Xəyyamı yol polislərinin saxladığını, buna görə də Xəyyamın arxasınca getdiyini bildirmişdir. Axşam saatlarında yenidən Cavidlə əlaqə saxlamışdır. Sonuncu Xəyyamı oradan çıxardığını, telefonların da onda olduğunu bildirmişdir. Cavidə gətirib telefonları ona verməsini demiş, sonuncu səhəri gün verəcəyini bildirmişdir. Növbəti gün Cavidə zəng çatmamışdır. Bu hadisədən təxminən 15 gün sonra Cavidlə görüşmüşdür. Sonuncu göndərilən telefonların içərisindən kakos çıxdığını bildirmişdir. Nasir adlı şəxsi və İranlını tanımır. Heç vaxt İranda olmamışdır. Narkotik vasitələrdən istifadə etmir. Göndərilən telefonların içərisində narkotik vasitə gizlədildiyindən məlumatı olmamışdır. Heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərdi ki, 2014-cü ildə CM-nin 178-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum edilmişdir. 2018-ci ilin yay ayında cəza çəkmə rejimim məntəqə tipliyə dəyişdirilmiş və Qubada yerləşən məntəqə tipli cəza çəkmə müəssisəsinə göndərilmiş və orada cəzasını çəkmişdir. Gündüzləri Qubada ev təmiri ilə məşğul olmuş, axşamlar da gedib müəssisədə yatmışdır. 6 iyun 2019-cu ildə ad günü ilə əlaqədar 3 günlük icazə alıb Bakıya gəlmişdir. Xırdalan şəhərində yaşayan qohumu, atasının əmisi nəvəsi Nəzərin toy məclisində iştirak etmişdir. Məclisdə arvadının bibisi oğlu Şahid15 da iştirak etmişdir. Məclisdə bir az spirtli içki qəbul etdikdən sonra dostu Təqsirləndirilən şəxs zəng edib, qadınla görüşüb əylənmək istədiyini bildirmişdir. Kamran ona Novxanı kəndinə gəlməyini bildirmişdir. Sərxoş olduğundan Xəyyamdan onu Novxanıya aparmasını xahiş etmiş və birlikdə Novxanıya getmişlər. Kəndə çatdıqda Kamranın yaşadığı evin yaxınlığında avtomobildən düşüb, sonuncu ilə görüşmüşdür. Kamran həyətdə onu qarşılayıb, çağırdığı qadınların taksi ilə gəldiyini və yaxınlıqdakı «AS» marketin yanında gözlədiklərini bildirmişdir. Xəyyamdan həmin taksini qarşılayıb, olduqları yerə yönləndirməyini xahiş etmişdir. Xəyyam gedəndən bir qədər sonra onun gəlmədiyini görüb, ona zəng etmiş, lakin, sonucu zəngə cavab verməmişdir. Kamran taksi sürücüsü ilə əlaqə saxlamış, o da cavab verməmişdir. Bundan sonra Kamranla «AS» marketin qarşısına getmiş, lakin, orada Xəyyam, nə də sürücü olmamışdır. Xəyyamın nömrəsini dəfələrlə yığmış, lakin, sonuncu cavab vermədiyindən Kamranla sağollaşıb oradan getmişdir. Bir qədər sonra Xəyyam zəngə cavab verib, onu yol polislərinin saxladığını və Badamdar qəsəbəsində yerləşən cərimə meydançasına apardıqlarını bildirmişdir. Odur ki, dərhal Badamdara getmişdir. Oradakı cərimə meydançasına çatdıqdan sonra onu gətirən taksi sürücüsündən xahiş etmişdir ki, Xəyyamın idarə etdiyi «BMW X5» markalı **-UZ-*** nömrəli avtomobil barədə maraqlansın. Sürücü 5 dəqiqədən sonra geri qayıdıb, avtomobil orada olduğunu bildirmişdir. Bu ərəfədə Xəyyam telefon vasitəsilə ona polis bölməsinə aparıldığını demişdir. Lakin ətraflı məlumat ala bilməmişdir. Bir qədər sonra Yasamal rayonu Şərifzadə küçəsində gömrük əməkdaşları tərəfindən saxlanılmış və idarəyə aparılmışdır. İdarədə izahat verdikdən sonra aydın olmuşdur ki, Xəyyamın qarşılamaq üçün getdiyi taksidə əl yükünün içərisində narkotik vasitə olmuşdur. Narkotik vasitələrdən istifadə etmir. Daha sonra onu gömrük əməkdaşları idarəyə dəvət etdikdən sonra Kamran ona zəng etmiş və taksidə qadınların yox, ona çatası çanta olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, 8 iyun 2019-cu il tarixdə atasının xalası nəvəsinin toyunda olmuşdur. Axşam saat 8 radələrində dayısı qızının əri Şahid17 ona yaxınlaşıb, içkili olduğundan avtomobil sürə bilmədiyi üçün ondan onun avtomobilini idarə edərək Novxanıya dostugilə aparmağını xahiş etmiş və 15-20 dəqiqəyə geri qayıdacaqlarını bildirmişdir. Odur ki, Cavidin «BMW X5» markalı avtomobilini sürərək yola düşmüşlər. Novxanıda Cavidi dediyi yerə aparmışdır. Küçənin girişində Cavid avtomobildən düşmüş və bir azdan qayıdacağını deyib dostugilə getmişdir. O isə nəqliyyat vasitəsində gözləmişdir. Bir neçə dəqiqə sonra Cavid telefonla ona zəng edib, «AS» marketin yanına getməyini və orada gözləyən «Daewoo Gentra» markalı taksini olduqları həmin küçəyə yönləndirməyi tapşırmışdır. Odur ki, yaxınlıqdakı «AS» marketin yanına gedib orada dayanmış ağ rəngdə «Daewoo Gentra» markalı taksiyə yaxınlaşmışdır. Bu zaman DGK-nın əməkdaşları yaxınlaşıb ona Əməliyyat-İstintaq Baş İdarəsinə getməli olduğu bildirilmişdir. Həmin taksinin nə üçün gəldiyini barədə Cavid ona bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X7 ifadəsində göstərdi ki, taksi sürücüsüdür. **-AM-*** qeydiyyat nişanlı «Daewoo Gentra» markalı minik avtomobili ilə *9933 sifariş nömrəli taksi xidmətində çalışır. 8 iyun 2019-cu il saat təxminən 19 radələrində mobil telefonunda olan proqrama Bakı şəhərində yerləşən X5 kəndi, X23 küçəsinə *9933-dən sifariş daxil olmuşdur. Həmin sifariş əsasında Bakı Beynəlxalq Avtovağzalın ərazisinə getmişdir. Oraya çatdıqda sifarişçi olan +99***-***-**-** mobil nömrəyə zəng edib, sifariş verən şəxslə telefon əlaqəsi yaratmışdır. Həmin şəxs telefon danışığı zamanı avtovağzal ərazisində yerləşən «Naxçıvan» kafesinin qarşısında gözləməyini və orada ona bir ədəd bağlama veriləcəyini bildirərək, həmin bağlamanı Novxanı kəndinə gətirməli olduğunu, kənddə bağlamanı özünün götürəcəyini bildirmişdir. Bundan sonra «Naxçıvan» kafesinin qarşısında həmin bağlama ona verildikdə, bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib, DGK-nın əməkdaşları olduqlarını bildirmişlər. Ardınca həmin bağlamanı təhvil alacaq şəxsin müəyyən edilməsi üçün həmin əməkdaşlar tərəfindən əməliyyat tədbiri davam etdirilərək onun da iştirakı ilə Novxanı kəndi istiqamətinə getmişlər. Kənddə yenidən +99***-***-**-** mobil nömrəsinə zəng edərək, çatdığını bildirmişdir. Həmin şəxs isə «AS» marketin qarşısına gəlməyini demiş, o da həmin yerə getmişdir. Orada «BMW X5» markalı **-UZ-*** nömrə nişanlı minik avtomobilinin sürücüsü ona arxasınca gəlməyini bildirmişdir. O isə tələsdiyini bildirərək bağlamanı götürməsini demişdir. Həmin şəxs avtomobilindən düşüb, onun avtomobilin arxa hissəsinə gəlmiş, baqajda olan bağlamanı götürərkən DGK-nın əməkdaşları həmin şəxsi saxlamışlar. Bundan sonra birlikdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar GP-da inspektor vəzifəsində işləyir. 8 iyun 2019-cu il tarixdə iş bölgüsünə əsasən X16 İran İslam Respublikasından gələn sərnişinlərə gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün saat 16 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı X3 idarə etdiyi «X28» markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilindən əl yüklərini boşaldaraq gömrük nəzarətinə təqdim etmişdir. Yüklərə «Heiman X-Ray» markalı rentgen yük yoxlama qurğusunda baxış keçirildikdən sonra, qeyd olunan əl yüklərinə onun tərəfindən fiziki baxış keçirilmişdir. Baxış zamanı əl yüklərinə daxil 1 ədəd qara rəngli idman çantasının içərisindəki 1 ədəd qara rəngli sellofan torbada tamlığının pozulmasına şübhə edilən 2 ədəd qara rəngli adaptr onun diqqətini cəlb etmişdir. Bundan sonra X3 ilə sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılmış, onun təqdim etdiyi əl yükündə gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin olub-olmaması barədə sual vermişdir. Mirhüseyn Seyidov təqdim etdiyi əl yüklərində gömrük nəzarətindən gizlədilmiş heç bir predmetin olmadığını bildirmişdir. Sonra iki nəfər hal şahidi dəvət etmiş və onun təqdim etdiyi əl yüklərinə baxış keçirilmişdir. Seyidov Mirhüseynin təqdim etdiyi əl yüklərinin yoxlanması zamanı onun əl yüklərinə daxil 1 ədəd qara rəngli idman çantasının içərisindəki 1 ədəd qara rəngli sellofan torbada tamlığının pozulmasına şübhə edilən, cəmi 2 ədəd qara rəngli adaptrın içərisindən gömrük nəzarətindən gizlədilmiş, hər birinin içərisində 1 ədəd olmaqla, cəmi 2 ədəd şəffaf rəngli sellofanda qablaşdırılmış bağlamalar aşkar edilmişdir. X20 qeyd olunan adapterlərdən 4 ədədinin də avtomobilin ön cihazlar panelinin üzərində olduğunu bildirib gömrük əməkdaşlarına təqdim etmişdir. Avtomobilin ön cihazlar panelinin üzərindəki həmin 4 ədəd qara rəngli adapterlərin içərisindən də gömrük nəzarətindən gizlədilmiş, hər birinin içərisində 1 ədəd olmaqla, cəmi 4 ədəd şəffaf rəngli sellofanda qablaşdırılmış bağlamalar aşkar edilmişdir. Bütün bağlamalar açılaraq baxış keçirildikdə, ümumilikdə 6 ədəd bağlamanın içərisində açıq qəhvəyi rəngli, narkotik vasitə sayılan heroinə oxşar maddənin olduğu məlum olmuşdur. Həmin maddələr elektron tərəzidə çəkilmiş və hər adapterin içərisindən aşkar edilmiş maddələrin qablaşdırılması ilə birgə çəkilərinin, müvafiq olaraq 41 qram, 52 qram, 43 qram, 51 qram, 52 qram və 49 qram olmaqla, cəmi 6 bağlamadakı maddənin ümumilikdə çəkisinin 288 (iki yüz səksən səkkiz) qram olduğu müəyyən edilmişdir. X3 həmin maddələrin aşkar edildiyi adapterlərin içərisində olmasından xəbərsiz olduğunu, həmin adapterləri və digər 3 ədəd mobil telefon aparatlarını ona İranın Biləsuvar gömrüyündə işləyən Nasir adlı iranlının verdiyini, adapterləri və digər 3 ədəd mobil telefon aparatlarını Bakı şəhərində avtovağzalda bir nəfərin ona zəng edərək qəbul edəcəyini bildirmişdir. Daha sonra qeyd olunan adapterlər, digər 3 ədəd mobil telefon aparatları araşdırma məqsədilə götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Şahid8 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, 8 iyun 2019-cu il tarixdə həmyerlisi Şahid10 ilə Biləsuvar gömrük postunun qarşısında olmuşdur. Saat 16 radələrində bir nəfər gömrük işçisi onlara yaxınlaşıb özünü təqdim etmiş və İİR-dən gələn bir nəfər sərnişinə məxsus əl yüklərinin yoxlanılmasında hal şahidi qismində iştirak etmələrini təklif etmişdir. Onlar etiraz etməyərək yoxlama xəttinə daxil olmuşlar. Orada İrandan Azərbaycana gələn X1 idarə etdiyi «X28» markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilindən boşaldılmış əl yüklərinin yoxlanılmasında iştirak etmişlər. X1 təqdim etdiyi əl yüklərinin yoxlanması zamanı onun əl yüklərinə daxil 1 ədəd qara rəngli idman çantasının içərisindəki 1 ədəd qara rəngli sellofan torbada tamlığının pozulmasına şübhə edilən, cəmi 2 ədəd qara rəngli adapterlərin içərisindən gömrük nəzarətindən gizlədilmiş, hər birinin içərisində 1 ədəd olmaqla, cəmi 2 ədəd şəffaf rəngli sellofanda qablaşdırılmış bağlamalar aşkar edilmişdir. Həmin vaxt X20 qeyd olunan adapterlərdən 4 ədədinin də avtomobilin ön cihazlar panelinin üzərində olduğunu bildirib, gömrük əməkdaşlarına təqdim etmişdir. Avtomobilin ön cihazlar panelinin üzərindəki həmin 4 ədəd qara rəngli adapterlərin (mobil telefonun enerji yükləyicisi) içərisindən də gömrük nəzarətindən gizlədilmiş, hər birinin içərisində 1 ədəd olmaqla, cəmi 4 ədəd şəffaf rəngli sellofanda qablaşdırılmış bağlamalar aşkar edilmişdir. Bütün bağlamalar açılaraq baxış keçirildikdə, ümumilikdə 6 ədəd bağlamanın içərisində açıq qəhvəyi rəngli maddənin olduğunu görmüşdür. Həmin maddələr elektron tərəzidə çəkilmiş və hər adapterin içərisindən aşkar edilmiş maddələrin qablaşdırılması ilə birgə çəkilərinin 41 qram, 52 qram, 43 qram, 51 qram, 52 qram və 49 qram olmaqla, cəmi 6 bağlamadakı maddənin ümumilikdə çəkisinin 288 qram olduğu müəyyən edilmişdir. X3 həmin maddələrin aşkar edildiyi adapterlərin içərisində narkotik maddə olmasından xəbərsiz olduğunu, həmin adapterləri və digər 3 ədəd mobil telefon aparatlarını ona İranın Biləsuvar gömrüyündə işləyən Nasir adlı iranlı şəxsin verdiyini, adapterləri və digər 3 ədəd mobil telefon aparatlarını Bakı şəhərində avtovağzalda bir nəfərin ona zəng edərək qəbul edəcəyini bildirmişdir. Daha sonra qeyd olunan adapterlər və digər 3 ədəd mobil telefon aparatları araşdırma məqsədilə götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və o, protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Cənub Ərazi Baş Gömrük İdarəsindən 1800-013/001-25/002123 saylı məktubla daxil olmuş materialla əlaqədar əməliyyat tədbirləri davam etdirilmiş və əməliyyat üsullarından istifadə edilməklə içərisində qablaşdırmaları ilə birgə çəkisi 288 qram narkotik vasitə sayılan heroinə oxşar maddənin yerləşdirildiyi cəmi 6 ədəd mobil telefon adaptrlarının olduğu 1 ədəd qara rəngli idman çantasını təhvil alacaq şəxsin Bakı Beynəlxalq Avtovağzalın ərazisində gözlədiyi məlum olmuşdur. Orada 8 iyun 2019-cu il saat 19:30-da «Naxçıvan» kafesinin qarşısına **-AM-*** qeydiyyat nişanlı «Daewoo Gentra» markalı minik avtomobilinin sürücüsü X7 1 ədəd qara rəngli idman çantasını təhvil alarkən saxlanılmışdır. Şifahi sorğu-sual zamanı sürücü X5 kəndi X26 küçəsinə hərəkət etməli olduğu barədə ona məxsus mobil telefonunda olan proqrama *9933-dən sifariş daxil olduğunu və həmin sifariş əsasında gəldiyini, sifarişçi olan +99***-***-**-** mobil nömrəyə zəng edərək sifarişçi ilə telefon danışığı zamanı həmin şəxsin ona avtovağzalın ərazisində yerləşən «Naxçıvan» kafesinin qarşısında gözləməyini və orada ona bir ədəd bağlamanın veriləcəyini, həmin bağlamanın Novxanı kəndinə aparmalı olduğunu bildirmişdir. Bundan sonra əməliyyat tədbiri davam etdirilmiş və X7 ilə birlikdə **-AM-*** qeydiyyat nişanlı «Daewoo Gentra» markalı minik avtomobili ilə Bakı şəhəri Novxanı kəndi istiqamətinə hərəkət edilmişdir. Novxanı kəndi ərazisinə çatdıqda +99***-***-**-** nömrə ilə telefon əlaqəsi yaradılmış və həmin şəxs X6 Novxanı kəndində yerləşən «AS» marketin qarşısına gəlməyini bildirmişdir. X7 idarə etdiyi **-AM-*** qeydiyyat nişanlı «Daewoo Gentra» markalı avtomobilini deyilən yerdə saxladıqdan bir neçə dəqiqə sonra «BMW X5» markalı **-UZ-*** nömrə nişanlı minik avtomobili ora yaxınlaşmış, həmin avtomobili idarə edən Şahid15 X6 yaxınlaşdıqda tərəflərindən saxlanılmışdır. Şifahi sorğu-sual zamanı Şahid15 həmin yerə qohumu Cavidin xahişi ilə gəldiyini bildirmişdir. Bundan sonra Şahid17 Yasamal rayonu ərazisində «ASAN» Xidmətin yaxınlığında saxlanılmışdır. İlkin olaraq taksidəki paketi qəbul etməli olan şəxsin kim olduğunu həmin vaxt müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid1 Şahid2 ifadəsinə oxşar ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Abşeron rayon məhkəməsinin qərarı əsasında Təqsirləndirilən şəxs Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən fərdi yaşayış evində axtarış və götürmə aparılmasında iştirak etmişdir. Onunla yanaşı şöbənin digər əməkdaşları, o cümlədən iki nəfər hal şahidi və yaşayış sahəsinin iki nəfər sakini də iştirak etmişdir. Müstəntiq tərəfindən aparılan istintaq hərəkəti zamanı əvvəlcə yaşayış sahəsinə, sonra isə zala daxil olmuş, lakin orada iş üzrə əhəmiyyət kəsb edən əşyalara rast gəlinməmişdir. Daha sonra mətbəx hissəsi və yataq otağı axtarılmışdır. Yataq otağındakı bir ədəd paltarların yığılması üçün nəzərdə tutulan dolabın içərisində paltarların altından 1 ədəd «Samsung Galaxy S9», 1 ədəd «Samsung J2» mobil telefonları müstəntiq tərəfindən götürülmüşdür. Bununla bağlı protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərdi ki, 8 avqust 2019-cu il tarixdə gömrük əməkdaşları ona yaxınlaşıb, Abşeron rayonu Novxanı kəndi ərazisində fərdi yaşayış evində keçiriləcək axtarışda hal şahidi qismində iştirak etməyi təklif etmiş və o, razılaşmışdır. Bundan sonra gömrük əməkdaşlarının nəqliyyat vasitəsi ilə axşam saatlarında Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən fərdi yaşayış evinə getmişdir. Orada müstəntiq özünü təqdim edərək yaşayış evində məhkəmə qərarı əsasında axtarış aparılacağını və onun da hal şahidi qismində hüquqlarını izah etmişdir. Onunla birgə yaşayış evində axtarışda digər hal şahidi, gömrük əməkdaşları və yaşayış sahəsinin iki nəfər sakini də iştirak etmişdir. İlk olaraq onlar zala, daha sonra mətbəx və oradan da yataq otağına daxil olmuşlar. Yataq otağında paltarların yığılması üçün nəzərdə tutulan dolabın içərisində paltarların altından 1 ədəd «Samsung» markalı, S9 modelli, 1 ədəd «Samsung J2» modelli mobil telefon olduğu müəyyən edilmişdir. Hər iki mobil telefon müstəntiq tərəfindən götürülmüş, bununla bağlı protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərdi ki, istintaq şöbəsindən daxil olmuş 10 iyun 2019-cu il tarixli əməliyyat tapşırığı ilə əlaqədar Abşeron rayonu Novxanı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs müəyyən edilib qısa müddət ərzində istintaqa təhvil verilməsi üçün 7 avqust 2019-cu il tarixdə sonuncunun yaşadığı ünvana getmişlər. Həmin vaxt Kamran özü evdən həyətin darvazasına yaxınlaşmışdır. Onlar özlərini təqdim etmiş və cinayət işinin istintaqı ilə əlaqədar idarəyə gəlməsini təklif etmişlər. Kamran razılıq vermiş və onlarla birgə idarə etdikləri nəqliyyat vasitəsinə əyləşərək ifadəsinin alınması üçün idarəyə gəlmişdir. Şəxsin idarəyə dəvət olunması və idarəyə gətirilməsi zamanı ona qarşı zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid20 Şahid19 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs atasının əmisi oğludur. Sonuncu ilə münasibətləri yaxşıdır. Kamranın ailəsinin sürücüsü işləmiş və müntəzəm olaraq sonuncunun uşaqlarını dərsə aparıb gətirmişdir. Məhkum olunmamışdır. Heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə almamış və bu məzmunda ona sms yazıb göndərməmişdir. Özünün istifadəsində mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonuna: «KAMRAN GOR DUZ QOW EL YE BİLESE 2 DENE SABAHA GUNATAYACAN PULUN CBDEDİ» məzmununda sms yazmamışdır. Həmin sms-in onun telefonundan Kamranın istifadəsində olan telefonuna kim tərəfindən göndərildiyini bilmir. İbtidai istintaq zamanı təzyiq altında adından yazılmış ifadəyə imza etmişdir. Həmin ifadəni təsdiq etmir. Şahid13 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində isə görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsi atasının əmisi oğlu Kamranın istifadəsində olmuşdur. Sonuncunun uşaqlarını bir neçə dəfə məktəbə aparıb gətirmişdir. Narkotik vasitələrdən istifadə edir. Bir neçə dəfə Kamrandan «kakos» adlandırılan heroin narkotikindən alıb istifadə etmişdir. Bunun müqabilində sonuncuya 10 manat pul vermişdir. Kamrana: «KAMRAN GOR DUZ QOW EL YE BİLESE 2 DENE SABAHA GUNATAYACAN PULUN CBDEDİ» məzmununda mesaj yazmaqla, ondan 2 qram «kakos» yəni, heroin təşkil etməsini xahiş etmişdir. Pulunu növbəti gün verəcəyini bildirdiyindən, Kamran ona nisyə «kakos» satmaqdan imtina etmişdir. Daha sonra Kamrandan narkotik vasitə istədikdə, sonuncu 10 manata sata biləcəyini demişdir. Bu qaydada Kamrandan narkotik vasitə alıb istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun xalasının qaynıdır. ***-***-**-** saylı saylı mobil telefon nömrəsi onun aldığı ***-***-**-** saylı mobil telefon nömrəsinin üzərində hədiyyə verilmişdir. Həmin nömrədən istifadə etməmişdir. Qeyd olunan ***-***-**-** saylı mobil telefon nömrəsini Kamranın xahişi ilə ona vermişdir. 2018-ci ildən həmin nömrə Kamranın istifadəsində olmuşdur. Sonunucu ilə xalasının qaynı kimi salamsağolları olmuş, Kamranın yoldaşı və uşaqlarını da tanımışdır. 12 iyun 2019-cu il tarixdə Kamran ona başqa bir nömrədən zəng edib, ***-***-**-** saylı telefon nömrəsini deaktiv etməsini xahiş etmişdir. O, bunun səbəbini ondan soruşmamış, gedib nömrəni deaktiv etdirmişdir. Sonradan ona məlum olmuşdur ki, Kamran hüquq mühafizə orqanları tərəfindən axtarışdadır, buna görə də ondan nömrəni deaktiv etdirməyi xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahid X1 ifadəsindən görünür ki, ailəsinin dolanışığını təmin etmək üçün uzun illərdir ki, özünə məxsus «X28» markalı, ** UF *** dövlət nömrə nişanlı avtomobililə Bakı-Naxçıvan marşrutu üzrə sərnişin daşıyır. Birbaşa avtomobil yolu olmadığından İrandan keçməklə gedib-gəlir. 8 iyun 2019-cu il tarixdə səhər 7 radələrində Naxçıvandan 5 nəfər sərnişinlə Bakıya doğru yola çıxmış, əvvəlcə Culfa gömrük postundan keçib İrana daxil olmuşdur. Aslandüz rayonunda olan zaman əvvəlcədən tanıdığı Nasir adlı şəxs istifadəsində olan +**********35 saylı nömrəsindən ona zəng edib harda olduğunu soruşmuşdur. Sonuncuya Biləsuvara çatmağına az qaldığını demişdir. Nasir ona Azərbaycana gətirmək üçün telefon verəcəyini, zəhmət haqqı kimi 50 manat pul veriləcəyini bildirmişdir. 2019-cu ilin may ayının ilk həftəsindən etibarən artıq 4 dəfə Nasirin ona verdiyi telefon və adaptrları təhvil alıb öz maşınında Azərbaycan tərəfə keçirmiş və Bakıda təhvil alan şəxsə çatdırmışdır. İlk dəfə Nasirin ona verdiyi 2 ədəd mobil telefon və adaptrı ondan təhvil alıb özü ilə Azərbaycana gətirib, Bakıda Təqsirləndirilən şəxs vermişdir. Sonuncu idarə etdiyi tünd rəngli «QAZ 3110» markalı avtomobillə gəlmiş, iki ədəd telefonla iki ədəd adapteri ondan təhvil alıb əvəzində ona 20 manat pul vermişdir. Növbəti vaxtlarda, ya Kamran özü ya da onun göndərdiyi taksi sürücüsü telefon və adaptrları ondan təhvil almışlar. 8 iyun 2019-cu il tarixdə isə artıq 5-ci dəfə idi ki, Nasir ona telefon və adaptr vermişdir. Həmin gün günorta 15 radələrində İranın Biləsuvar gömrüyündə Nasirlə görüşmüşdür. Sonuncu ona bir ədəd qara rəngli sellofan torba verib, içində 3 ədəd telefon və 6 ədəd adapter olduğunu demişdir. Nasir bu əşyaları da əvvəlki qaydada özü ilə Bakıya aparmağını və Bakıda görüşüb təhvil alacaqlarını bildirəndən sonra, yola çıxmaq üçün avtomobilinə getmişdir. Həmin sellofandakı adapterlərdən 4 ədədini və telefonlardan 2 ədədini sellofandan çıxarıb maşının şitinin üstünə qoymuşdur. Sellofanın içində 2 adapterlə 1 telefon qalmışdır. Həmin sellofanı da sürücü oturacağının yanında olan boşluğa qoymuşdur. İranın Biləsuvar gömrüyünü keçdikdən sonra, Azərbaycanın Biləsuvar gömrüyünə daxil olmuşdur. Gömrük nəzarəti zamanı adaptrların içindən şəffaf sellofan bükümdə tozşəkilli qəhvəyi rəngli maddə aşkar olunmuş, gömrük işçisi həmin maddənin heroin narkotik vasitəsinə bənzədiyini bildirmişdir. Gömrük işçiləri onunla şifahi sorğu-sual apararkən baş verənləri olduğu kimi danışmışdır. Ona Kamranın tutulması üçün əməliyyat tədbirləri həyata keçirəcəklərini bildirib, həmin tədbirdə iştirak edib köməklik göstərməyi təklif etmiş və o, razılıq vermişdir. Beləliklə, adaptrları də götürərək müşayiət altında Bakı şəhərinə yola düşmüşdür. Avtovağzalda «Naxçıvan» kafesində olarkən Kamran ona zəng etmiş, Nasirin verdiyi telefon və adaptrları təhvil almaq üçün taksi göndərəcəyini demişdir. Bu barədə gömrükçülərə məlumat vermişdir. Bir qədər sonra Kamran zəng edib taksinin gəlib çatdığını, əşyaları təhvil verməsini bildirmişdir. Kafedən çıxıb Babək Mirzəzadə adlı taksi sürücünün yanına getmiş, içində adaptrlar olan torbanı sonuncuya vermişdir. Bu vaxt gömrükçülər Babəki saxlamış və bir qədər sorğu-sual etdikdən sonra, ona əməliyyat tədbirlərinin davamında köməklik göstərməsini təklif etmişlər. Babək razılaşmış və gömrükçülərin müşayiəti ilə Kamranı saxlamaq üçün Novxanı tərəfə yola düşmüşlər. Novxanı qəsəbəsində «AS» adlı bir marketin qarşısında dayanmış, Babək Kamranla əlaqə saxlayıb olduğu yeri ona demişdir. Kamran əşyaları təhvil almaq üçün «BMW X5» markalı, nömrəsinin sonu 805 olan maşını göndərəcəyini demişdir. Bir qədər sonra Babəkin olduğu «Daewoo Gentra» markalı taksinin qabağında qara rəngli «BMW X5» markalı, **-UZ-*** dövlət nömrə nişanlı avtomobilin dayandığını görmüşdür. Həmin maşından düşən bir nəfər taksiyə doğru gəlməyə başlamış, həmin şəxs taksinin baqaj hissəsinin yanına gedəndə gömrükçülər onu saxlamışlar. Onlarla birgə Əməliyyat-İstintaq Baş İdarəsinə gəlmişlər. Bundan əvvəl 4 dəfə gətirdiyi telefon və adaptrların içində nə isə gizlədilməsindən xəbəri olmamışdır. Əvvəlki səfərlərində Kamran Nasirə çatdırılması üçün ayrı-ayrı vaxtlarda verdiyi 2.600 manat, 800 manat pul barədə Kamrandan soruşsa da, sonuncu ona şübhəli heç nə deməmişdir. X7, Şahid17 əvvəllər tanımamışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid10 ifadəsindən görünür ki, 8 iyun 2019-cu il tarixdə o və həmyerlisi Şahid11 Biləsuvar gömrük postunun qarşısında olmuşdur. Saat 16 radələrində bir nəfər gömrük işçisi onlara yaxınlaşıb İrandan gələn bir sərnişinə məxsus əl yüklərinin yoxlanılmasında hal şahidi qismində iştirak etmələrini təklif etmiş və onlar razılaşıb yoxlama xəttinə keçmişlər. Orada İrandan Azərbaycana gələn X1 idarə etdiyi «X28» markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilindən boşaldılmış əl yüklərinin yoxlanılmasında iştirak etmişlər. Sonuncunun təqdim etdiyi əl yüklərinin yoxlanması zamanı 1 ədəd qara rəngli idman çantasının içərisindəki 1 ədəd qara rəngli sellofan torbada tamlığının pozulmasına şübhə edilən, cəmi 2 ədəd qara rəngli adaptrların (mobil telefonun enerji yükləyicisi) içərisindən gömrük nəzarətindən gizlədilmiş, hər birinin içərisində 1 ədəd olmaqla, cəmi 2 ədəd şəffaf rəngli sellofanda qablaşdırılmış bağlamalar aşkar edilmişdir. X20 qeyd olunan adaptrlardan 4 ədədinin də avtomobilin ön cihazlar panelinin üzərində olduğunu bildirib, gömrük əməkdaşlarına təqdim etmişdir. Avtomobilin ön cihazlar panelinin üzərindəki həmin 4 ədəd qara rəngli adaptrların (mobil telefonun enerji yükləyicisi) içərisindən də gömrük nəzarətindən gizlədilmiş, hər birinin içərisində 1 ədəd olmaqla, cəmi 4 ədəd şəffaf rəngli sellofanda qablaşdırılmış bağlamalar aşkar edilmişdir. Bütün bağlamalar açılaraq baxış keçirildikdə, ümumilikdə 6 ədəd bağlamanın içərisində açıq qəhvəyi rəngli maddənin olduğunu görmüşdür. Həmin maddələr elektron tərəzidə çəkilmiş və hər adaptrın içərisindən aşkar edilmiş maddələrin qablaşdırılması ilə birgə çəkilərinin, müvafiq olaraq 41 qram, 52 qram, 43 qram, 51 qram, 52 qram və 49 qram olmaqla, cəmi 6 bağlamadakı maddənin ümumilikdə çəkisinin 288 (iki yüz səksən səkkiz) qram olduğu müəyyən edilmişdir. X3 həmin maddələrin aşkar edildiyi adaptrların içərisində olmasından xəbərsiz olduğunu, həmin adaptrları və digər 3 ədəd mobil telefon aparatlarını ona İranın Biləsuvar gömrüyündə işləyən Nasir adlı iranlının verdiyini, qeyd olunan adaptrları və digər 3 ədəd mobil telefon aparatlarını Bakı şəhərində avtovağzalda bir nəfərin ona zəng edərək qəbul edəcəyini bildirmişdir. Daha sonra qeyd olunan adaptrlar və digər 3 ədəd mobil telefon aparatları araşdırma məqsədilə götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və o, protokolu imzalamışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, Cənub Ərazi Baş Gömrük İdarəsindən 1800-013/001-25/002123 saylı məktubla daxil olmuş materialla əlaqədar əməliyyat tədbirləri davam etdirilmiş və içərisində qablaşdırmaları ilə birgə çəkisi 288 qram narkotik vasitə heroinə bənzər maddənin yerləşdirildiyi cəmi 6 ədəd mobil telefon adaptrlarının olduğu 1 ədəd qara rəngli idman çantasını təhvil alacaq şəxsin Bakı Beynəlxalq Avtovağzalın ərazisində gözlədiyi məlum olmuşdur. Orada «Naxçıvan» kafesinin qarşısında **-AM-*** qeydiyyat nişanlı, «Daewoo Gentra» markalı minik avtomobilinin sürücüsü X7 həmin çantanı təhvil alarkən 8 iyun 2019-cu il tarixdə, saat 19:30-da saxlanılmışdır. Sorğu-sual zamanı Babək Mirzəzadə həmin gün saat təxminən 19 radələrində X5 kəndi X26 küçəsinə hərəkət etməli olduğu barədə telefonunda olan proqrama *9933-dən sifariş daxil olduğunu, həmin sifariş əsasında gəldiyini, +99***-***-**-** saylı mobil nömrəyə zəng edib, sifarişçi ilə telefonla danışdığını, sifarişçinin ona avtovağzalda «Naxçıvan» kafesinin qarşısında ona bir ədəd bağlama veriləcəyini, həmin bağlamanın Novxanı kəndinə aparmalı olduğunu dediyini bildirmişdir. Bundan sonra əməliyyat tədbiri davam etdirilmiş, Babək Mirzəzadə də **-AM-*** qeydiyyat nişanlı «Daewoo Gentra» markalı avtomobillə gömrük əməkdaşları ilə birlikdə Bakı şəhəri Novxanı kəndi istiqamətinə hərəkət etmişdir. Novxanı kəndində +99***-***-**-** saylı nömrə ilə telefon əlaqəsi yaradılmış və həmin şəxs X17 kəndində yerləşən «AS» marketin qarşısına gəlməyini bildirmişdir. Həmin marketin qarşısında X7 idarə etdiyi **-AM-*** qeydiyyat nişanlı «Daewoo Gentra» markalı minik avtomobilini saxladıqdan bir neçə dəqiqə sonra onra «BMW X5» markalı, **-UZ-*** nömrə nişanlı minik avtomobili yaxınlaşmışdır. Həmin avtomobili idarə edən Şahid15 Babək Mirzəzadəyə yaxınlaşdıqda saxlanılaraq şifahi sorğu-sual edilmişdir. Sorğu zamanı Şahid15 qohumu Şahid17 xahişi ilə taksini qarşılamaq üçün ora gəldiyini demişdir. Bundan sonra Şahid17 müəyyən edilərək saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilmiş, sonuncu Yasamal rayonu ərazisində «ASAN» Xidmətin yaxınlığında saxlanılaraq Əməliyyat-İstintaq Baş İdarəsinə dəvət edilmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahid X8 ifadəsindən görünür ki, 8 avqust 2019-cu il tarixdə gömrük əməkdaşları ona yaxınlaşıb, Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən fərdi yaşayış evində keçiriləcək axtarışda hal şahidi qismində iştirak etməyi təklif etmiş və o, razılaşmışdır. Birlikdə Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən fərdi yaşayış evinə getmişlər. Orada müstəntiq ona hal şahidi kimi hüquqlarını izah etmişdir. Ondan başqa bir nəfər də hal şahidi olmuş, baxışda gömrük əməkdaşları və yaşayış sahəsinin 2 nəfər sakini də iştirak etmişdir. Axtarış zamanı evin yataq otağındakı dolabdan 1 ədəd «Samsung» markalı, S9 modelli, bir ədəd «Samsung» markalı» J2 modelli mobil telefonlar aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, o və iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahid X4 ifadəsindən görünür ki, pul müqabilinə intim xidmət göstərməklə məşğuldur. Təqsirləndirilən şəxs tanıyır. Sonuncuya pul müqabilində intim xidmət göstərmişdir. Sonuncu ilə Babək vasitəsilə tanış olmuşdur. Babək 35-40 yaşlarında, əslən Naxçıvan MR Şərur rayonundandır. İran İslam Respublikasına Babəkin tanışı ilə pul müqabilində görüşmək üçün getmiş və Nasir adlı şəxslə görüşmüşdür. Sonuncunun narkotik vasitələrdən istifadə etdiyi barədə məlumatı vardır. Nasir ona İranda gömrük işçisi olduğunu bildirmişdir. Görüşün müqabilində Nasir ona 150 manat pul vermişdir. Bir aydan sonra yenidən Nasirlə görüşmək üçün İrana getmiş, bu dəfə Nasir ona 100 manat pul vermişdir. Bir gecə sonuncu ilə qalıb geri qayıtmışdır. İranda olarkən Nasir ona narkotik vasitələri Azərbaycana keçirməyi təklif etmişdir. Nasir ona narkotiki telefon adaptrının içərisində gizlədəcəyini və heç kimin şübhələnməyəcəyini bildirmişdir. Tutulmaqdan qorxduğuna görə buna razılıq verməmişdir. İşin 1-ci cildinin 83-85-ci vərəqələrindəki 7 avqust 2019-cu il tarixli protokoldan görünür ki, Şahid17 ona təqdim edilmiş fotoşəkillər əsasında Təqsirləndirilən şəxs tanımışdır. İşin 1-ci cildinin 91-93-cü vərəqələrindəki 10 iyun 2019-cu il tarixli protokoldan görünür ki, X3 ona təqdim edilmiş fotoşəkillər arasından Təqsirləndirilən şəxs tanımış, idarə etdiyi nəqliyyat vasitəsində gətirdiyi enerji yükləyicilərini Bakı şəhərində gətirib təhvil verməli olduğu və bundan əvvəl də dəfələrlə gətirib şəxsən təhvil verdiyi şəxsin Təqsirləndirilən şəxs olduğuni bildirmişdir. İşin 2-ci cildinin 139-143-cü vərəqələrindəki Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X9 daxil olmuş və cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş və istintaqa «Nasir» adı ilə məlum olan üzvünə məxsus olan +**********35 saylı mobil telefon nömrəsinə daxil olmuş və çıxan zənglərin əks olunduğu məlumatlara baxış keçirilməsi protokolundan görünür ki, +**********35 saylı mobil telefon nömrəsindən 01.05.2019-09.08.2019-cu il tarixləri arasında Azərbaycan Respublikasında mobil və şəhər telefon nömrələrinə müxtəlif vaxtlarda zənglərin daxil və xaric olmuşdur. +**********35 saylı mobil telefon nömrəsinə dəfələrlə zəng edən, eyni zamanda zəng qəbul edən ***-***-**-** saylı mobil telefon nömrəsindən hazırki iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə də dəfələrlə danışıq aparmışdır. Yəni, ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edən şəxs müxtəlif vaxtlarda həm Kamranla, həm də «Nasirlə» əlaqə saxlamışdır. Həmçinin qeyd olunan +**********35 saylı mobil telefon nömrəsi ilə iş üzrə şahid Seyidov Mirhüseynin istifadəsində olan ***-***-**-** saylı mobil telefonu ilə 13 may 2019, 16 may 2019, 31 may 2019 tarixlərdə danışıqlar aparıldığı müşahidə olunmuşdur. İşin 1-ci cildinin 7-8-ci vərəqələrindəki «malların yoxlanılması haqqında» 8 iyun 2019-cu il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşı X1 təqdim etdiyi əl yüklərinin yoxlanması zamanı onun əl yüklərinə daxil 1 ədəd qara rəngli idman çantasının içərisindəki 1 ədəd qara rəngli sellofan torbada tamlığı pozulmuş halda, cəmi 2 ədəd qara rəngli adaptrların (mobil telefonun enerji yükləyicisi) içərisindən gömrük nəzarətindən gizlədilmiş, hər birinin içərisində 1 ədəd olmaqla, cəmi 2 ədəd şəffaf rəngli sellofanda qablaşdırılmış bağlamalar aşkar edilmişdir. Həmin vaxt X20 qeyd olunan adaptrlardan 4 ədədinin də avtomobilin ön cihazlar panelinin üzərində olduğunu bildirmiş və gömrük əməkdaşlarına təqdim etmişdir. Avtomobilin ön cihazlar panelinin üzərindəki həmin 4 ədəd qara rəngli adaptrların (mobil telefonun enerji yükləyicisi) içərisindən də gömrük nəzarətindən gizlədilmiş, hər birinin içərisində 1 ədəd olmaqla, cəmi 4 ədəd şəffaf rəngli sellofanda qablaşdırılmış bağlamalar aşkar edilmişdir. Bütün bağlamalar açılaraq baxış keçirildikdə, ümumilikdə 6 ədəd bağlamanın içərisində açıq qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar maddənin olduğu məlum olmuşdur. Həmin maddələr elektron tərəzidə çəkilmiş və hər adaptrın içərisindən aşkar edilmiş maddələrin qablaşdırılması ilə birgə çəkilərinin, müvafiq olaraq 41 qram, 52 qram, 43 qram, 51 qram, 52 qram və 49 qram olmaqla, cəmi 6 bağlamadakı maddənin ümumilikdə çəkisinin 288 (iki yüz səksən səkkiz) qram olduğu müəyyən edilmişdir. İşin 1-ci cildinin 40, 40a vərəqələrindəki protokoldan görünür ki, iş üzrə külli miqdarda heroin narkotik vasitəsinin içərisində yerləşdirildiyi 1 ədəd sellofan paketdə olan 6 ədəd enerji yükləyici və onun yanındakı 3 ədəd mobil telefona baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, 6 ədəd enerji yükləyiciləri qara rəngdədir, köhnə yəni, işlənmiş vəziyyətdədirlər. Eyni ölçüdə və eyni növdəndirlər, içəri hissələri boşdur və hər hansı bir əşyanın gizlədilməsi üçün əlverişlidir. Hər birinin üzərində «CYBER» və digər hərf və işarələrin həkk olunduğu etiketləri vardır. 3 ədəd mobil telefonlar isə, onlardan 1 ədədi «Siemens» markalı, 1 ədədi «Nokia» markalı, 1 ədədi isə «Samsung» markalıdır. Hər üçü köhnədir yəni, işlənmiş vəziyyətdədir, üzərilərində çoxlu sayda cızıqlar vardır. Həmçinin, hər üç mobil telefon sadədir, sensorsuzdur. İşlək vəziyyətə gətirmək mümkün olmamışdır. Üzərilərində telefon nömrəsi yoxdur. «Nokia» markalı və «Samsung» markalı telefonların isə həmçinin arxa batereyası da yoxdur. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 9 iyun 2019-cu il tarixli 14892 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «206130 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsi. AR vətəndaşı X3 barəsində..» yazısı olan paketdə, 6 (altı) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 44,984 qr., 48,297 qr., 46,951 qr., 38,721 qr., 37,199 qr və 47,754 qr, ümumi təmiz çəkisi 263,906 qr olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: heroinin ümumi təmiz çəkisi: 263,906 qr, tədqiqata sərf edildi: ümumi 0,18qr, qalıq: 263,726 qr. Məhkəmə-narkoloji ekspertizasının 30 oktyabr 2019-cu il tarixli, 2574 №-li ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 1-ci cildinin 81-82-ci vərəqələrindəki «Vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilməsi haqqında» 7 avqust 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sərhədkeçməsi yoxdur. İşin 1-ci cildinin 109-111-ci vərəqələrindəki «xxxx» MMC-dən daxil olmuş AZF/LGL-16902/19 saylı məktuba əlavə edilmiş qoşma sənəddən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi Azərbaycan Respublikası vətəndaşı Şahid18 adına 26 noyabr 2018-ci il tarixdə qeydiyyatdan keçirilmiş, 12 iyun 2019-cu il tarixdə isə deaktiv edilmişdir. İşin 1-ci cildinin 164-167-ci vərəqələrindəki «axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, 8 avqust 2019-cu il tarixli Abşeron Rayon Məhkəməsinin axtarış və götürmə aparılmasına icazə verilməsi barədə qərarı əsasında iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs Abşeron rayonu Novxanı kəndində yerləşən fərdi yaşayış evində axtarış aparılmış və oradan 1 ədəd «Samsung» markalı S9 modelli və 1 ədəd «Samsung» markalı «SM-J250F» (J2) modelli mobil telefonlar aşkar olunaraq götürülmüşdür. İşin 2-ci cildinin 92-93, 94-97-cü vərəqələrindəki «xxxx» MMC-dən daxil olmuş və Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil telefon nömrəsinə daxil olmuş və çıxan zənglərin və sms-lərin əks olunduğu diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsindən 13 may 2019-cu il tarixdə «KAMRAN GOR DUZ QOW EL YE BİLESEN 2 DENE SABAHA GUNATAYACAN PULUN CİBDEDİ» məzmununda, ***-***- **-** saylı mobil nömrədən «Qardaşım o qapıdadı onu yola salda sonra qelmeyecek o gucle demişem onaki qelsin. Qagaş sen canı onu yola sal qurban sene» məzmununda və digər məzmunda mesajlar qəbul olunduğu, daxil olan və çıxan zənglər bölməsinə baxış zamanı müxtəlif nömrələrdən zənglərin qəbul edildiyi və ötürüldüyü görünür. Cinayət işinin hallarına uyğun olaraq narkotik vasitələrin yerləşdirildiyi enerji yükləyicilərinin (adapterlərin) Təqsirləndirilən şəxs tərəfindən qəbul edilməli olduğu 8 iyun 2019-cu il tarixdə daxil olan və çıxan zənglər bölməsində cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılmış və daha sonra həmin statusu ləğv edilmiş Şahid17 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən və həmçinin «Salam Taxi» xidməti və iş üzrə şahid qismində dindirilmiş taksi sürücüsü X6 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən həmin tarixdə müxtəlif saatlarda danışıqlar aparıldığı müşahidə olunur. İşin 2-ci cildinin 104-105, 109-117-ci vərəqələrindəki İş üzrə «xxxx» MMC-dən daxil olmuş və Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** mobil telefon nömrəsinə daxil olmuş və çıxan zənglərin və sms-lərin əks olunduğu diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, ********** saylı mobil telefon nömrəsindən 17 may 2019-cu il tarixdə «Kamran senol bu deqiqe yoxdu qaqash.... duzeldirem puluvu ozum.. duzeldim getirecem» məzmununda, gələn mesajlar bölməsində isə Kamranın qeyd olunan tarixdə həmin nömrəyə «pul bdeqe ğətir bawim xarab eleme gozduyurem» məzmununda, 28 may 2019-cu il tarixdə isə qeyd olunan nömrəyə Kamranın «Bugun pulu catdir catdirmasan senicin pis olacag surocnu bugun pulu catdir vere bilmirdin goturmuyerdin» məzmunuda və digər məzmunda mesajlar göndərildiyi və qəbul olunduğu, daxil olan və çıxan zənglər bölməsinə baxış zamanı müxtəlif nömrələrdən zənglərin qəbul edildiyi və ötürüldüyü görünür. Cinayət işinin hallarına uyğun olaraq narkotik vasitələrin yerləşdirildiyi enerji yükləyicilərinin (adaptrların) Təqsirləndirilən şəxs tərəfindən qəbul edilməli olduğu 8 iyun 2019-cu il tarixdə daxil olan və çıxan zənglər bölməsində həmçinin, cinayət işi üzrə şahid qismində dindirilmiş X1 istifadəsində olan 050 (070) ***-**-** saylı mobil telefon nömrəsinə Kamranın 8 iyun 2019-cu il tarixdə yəni, hadisənin baş verdiyi gündə saat 18:57-də, 19:11-də, 22:02-də, bundan başqa X12 29 may 2019-cu il tarixdə, 1 iyun 2019, 2 iyun 2019, 10 iyun 2019-cu il tarixlərində müxtəlif saatlarda zəng etdiyi görünür. Bundan başqa 8 iyun 2019-cu il tarixdə saat 23:25-də, 9 iyun 2019-cu il tarixdə Türkiyə mobil operatoruna məxsus **********636 saylı mobil telefon nömrəsindən Kamranın telefonuna zənglər gəldiyi və tərəflər arasında danışıq aparıldığı məlum olur. İşin 2-ci cildinin 129-132-ci vərəqələrindəki Təqsirləndirilən şəxs Abşeron rayonunun Novxanı kəndində yerləşən fərdi yaşayış evindən aşkar edilərək götürülmüş 1 ədəd «Samsung» markalı S9 modelli və 1 ədəd «Samsung» markalı J2 («SM-J250F») modelli mobil telefonlara baxış keçirilməsi barədə protokoldan görünür ki, 1 ədəd «Samsung» markalı J2 («SM-J250F») modelli, **********30709 və **********30707 İMEİ kodlu mobil telefonun «Menyu» bölməsində «Mənim fayllarım» qovluğunda olan 10,47 qb həcmindəki «Daxili Yaddaş»ın «CallRecordings» qovluğunda «2019-07-22», «2019-07-23», «2019-07-24», «2019-07-25», «2019-07-26», «2019-07-27», «2019- 07-28», «2019-07-29», «2019-07-31», «2019-08-01», «2019-08-02», «2019-08-03», «2019-08- 04», «2019-08-05» adlı fayllara rast gəlindi. Qeyd olunan faylların içərisində digər nömrələrlə aparılan danışıqlar zamanı avtomatik yazılmış səs yazıları olması müəyyən olunur. Həmin səs yazılarından müəyyən olunur ki, telefonun istifadəçisi Fərşidov Rəşad adlı şəxs olmuşdur və digər şəxslərlə arasında aparılan danışıqlarda narkotik vasitələrin, əsasən «pati» yəni, metamfetamin psixotrop maddəsi və «kakos» yəni heroin narkotik vasitəsinin «Sovetski» və «Kubinka» kimi ərazilərdə alqı-satqısının aparılması ilə bağlı danışıqlar aparılmışdır. Eyni zamanda həmin şəxs «Sulutəpə» qəsəbəsi ərazisində də bu fəaliyyətlə məşğul olur və əksər hallarda ondan «mal» almaq istəyən şəxsləri həmin ərazidəki «Araz» marketin yanına çağırır. R.Fərşidov adlı şəxsin telefonda apardığı danışıqlardan, onun digər şəxslərlə yanaşı hazırki iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxsla da əlaqələrinin olması və qeyri-qanuni fəaliyyətdə olmaları üçün kifayət qədər məlumatlar vardır. Çünki, hazırki mobil telefon Təqsirləndirilən şəxs yaşayış evindən aşkar olunduğu kimi, aparılan danışıqlarda da Kamran adının keçməsi, Kamranla danışıq aparması, növbəti danışıqlarda Kamranın «Qaz 31» markalı nəqliyyat vasitəsilə yaşadığı əraziyə gəlməsini göstərməsi hazırki iş üzrə Təqsirləndirilən şəxs cəhətlərinə uyğun gəlir. Çünki, ilkin danışıq səsi Kamranın səsi olduğu kimi, sonuncunun nəqliyyat vasitəsi də «Qaz 31» markalı nəqliyyat vasitəsidir. Fərşidov Rəşad adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün DGK İ.A.M.A.S sisteminə baxış keçirildikdə müəyyən olunmuşdur ki, həmin şəxs Azərbaycan Respublikası vətəndaşı 17 iyul 1985-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan X13r. Həmin şəxs barəsində VAİS sistemində olan məlumatlar eyni zamanda, şəxslər arasında aparılan səs danışıqları 1 ədəd diskə köçürülərək hazırki protokola əlavə olunmuşdur. İşin 2-ci cildinin 206-cı vərəqələrindəki «tədqiqat üçün səs nümunəsinin götürülməsi haqqında» 9 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs səs nümunəsi verməkdən imtina etmişdir. İşin 2-ci cildinin 176-cı vərəqələrindəki Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X9 daxil olmuş 15 noyabr 2019-cu il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonunun Novxanı kəndində yerləşən fərdi yaşayış evindən aşkar edilərək götürülmüş 1 ədəd «Samsung» markalı «J2» («SM-J250F») modelli, **********30709 və **********30707 İMEİ kodlu mobil telefon 15 noyabr 2018-ci il tarixdə «xxxx» MMC tərəfindən qeydiyyatdan keçirilmişdir və axtarışda olması barədə məlumat yoxdur. İşin 2-ci cildinin 65-68-ci vərəqələrindəki Abşeron RİH-dən daxil olmuş 26 sentyabr 2019-cu il tarixli məktuba əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Hacıyev X19 rayonunun Novxanı kəndində yaşayır və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İşin 2-ci cildinin 217-218-ci vərəqələrindəki doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 11 aprel 2008 və 17 mart 2016-cı il təvəllüdlü 2 azyaşlı övladı vardır. İşin 1-ci cildinin 211-212-ci vərəqələrindəki Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş və sonuncu dəfə o, Abşeron Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmək) maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 67-ci maddəsi tətbiq olunmaqla 4 ay nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23 fevral 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşin 2-ci cildinin 219-252-ci vərəqələrindəki 11 dekabr 2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 8 iyun 2019-cu il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin «Biləsuvar» gömrük postunda aşkar edilərək götürülmüş, 6 bükümdə; ayrı-ayrılıqda 44,984 qram, 48,297 qram, 46,951 qram, 38,721 qram, 37,199 qram və 47,754 qram ümumilikdə külli miqdarda, 263,906 qram olan, ekspertiza tədqiqatlarından sonra 263,726 qram qalan heroin narkotik vasitəsi və 6 ədəd enerji yükləyici (adapter) və onun yanında olan 3 ədəd sensorsuz, sadə köhnə işlənmiş vəziyyətdə olan mobil telefon maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Azərbaycan Respublikası DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. İşin 1-ci cildinin 132-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 7 avqust 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmə elan edilmiş ittiham özünü təqsirli bilməyərək cinayət törətmədiyini bildirdi. Onun bu ifadəsi şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə tam təkzib olunduğundan məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsinə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Əməlində cinayətlərin residivinin olmasını məhkəmə Azərbaycan Respublikası CMnin 61.1.1-ci maddəsində əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 7 avqust 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Azərbaycan Respublikası DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan 08 iyun 2019-cu il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin «Biləsuvar» gömrük postunda aşkar edilərək götürülmüş, 6 bükümdə; ayrıayrılıqda 44,984 qram, 48,297 qram, 46,951 qram, 38,721 qram, 37,199 qram və 47,754 qram ümumilikdə külli miqdarda, 263,906 qram olan, ekspertiza tədqiqatlarından sonra 263,726 qram qalan narkotik vasitə heroin, 6 ədəd enerji yükləyici (adapter) və onun yanında olan 3 ədəd sensorsuz, sadə köhnə-işlənmiş vəziyyətdə olan mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin. Ona CMnin 206.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 7 avqust 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan 8 iyun 2019-cu il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin X16 aşkar edilərək götürülmüş, 6 bükümdə; ayrı-ayrılıqda 44,984 qram, 48,297 qram, 46,951 qram, 38,721 qram, 37,199 qram və 47,754 qram ümumilikdə külli miqdarda, 263,906 qram olan, ekspertiza tədqiqatlarından sonra 263,726 qram qalan narkotik vasitə heroin, 6 ədəd enerji yükləyici (adapter) və onun yanında olan 3 ədəd sensorsuz, sadə köhnə-işlənmiş vəziyyətdə olan mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Əsli ilə düzdür

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar