Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1071/2021 07.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 Ağalarovun sədrliyi ilə, hakimlər Eldar Əli oğlu Mikayılov və Rahib Vaqif oğlu Salmanovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X7, müdafiəçi: fərdi qaydada fəaliyyə göstərən vəkil X2 və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxx 2002-ci ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, işləməyən, məhkum olunmamış, Yardımlı rayonu Porsova kəndində qeydiyyatda olmaqla, Masallı rayonu İsgəndərli kəndində yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.1 və 221.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs nişanlısı Şahid3 29 noyabr 2020-ci il tarixdə qohumu Zərərçəkmiş şəxs ilə uzun müddət sevgi münasibətində olduqları və evlənmək məqsədilə könüllü qoşulub qaçdıqları barədə məlumat aldıqdan dərhal sonra Şahid3 ilə nişanını pozub Zərərçəkmiş şəxs Şahid3 onun nişanlısı olduğunu bildiyi halda birlikdə qoşulub qaçmasını özünə qarşı təhqir kimi qəbul edərək, namusuna, tanış və qohumları arasında nüfuzuna ləkə gətirdiyini hesab edib, qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə dəfələrlə birbaşa və Zərərçəkmiş şəxs qohumu Şahid1 vasitəsi ilə xəbər göndərməklə görüşə çağırmış, sonuncu həyatına təhlükə hiss etdiyinə görə dəfələrlə üzrxahlıq etməklə, görüşlərdən hər dəfə müxtəlif bəhanələrlə yayınsa da o, sonda görüşəcəkləri halda sadəcə söhbət edəcəklərinə dair yalan vəd verib Zərərçəkmiş şəxs aldadaraq görüşə razı salmaqla 17 yanvar 2021-ci il tarixdə saat 20:30 radələrində ictimai yer hesab edilən Bakı şəhəri Nizami rayonu, H.Əliyev prospekti 118 ünvanında metronun «Koroğlu» stansiyasının qarşısında Zərərçəkmiş şəxs ilə görüşdükdə ətrafda hərəkətdə olan insanlara və cəmiyyətə açıqca hörmətsizlik və laqeydlik nümayiş etdirərək, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını kobud surətdə pozaraq və bunlara etinasızlıq göstərərək Zərərçəkmiş şəxs ünvanına yüksək səslə nalayiq ifadələr işlətməklə qanunazidd hərəkətlərinin qarşısını almaq istəyən ətrafda olan vətəndaşların tələblərinə məhəl qoymayaraq, zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək əvvəlcədən özü ilə götürdüyü, istintaqa məlum olmayan bir ədəd qatlanan tipli cib bıçağını əynindəki gödəkçənin sağ yan cibindən çıxarıb silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs həyat üçün vacib olan orqanlarının yerləşdiyi döş qəfəsi və bədəninin digər nahiyyələrinə həmin bıçaqla zərbələr endirib sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən daxili qanaxma, hemopnevmotoraksla müşayiət olunan diafraqma və dalağın zədələnməsi ilə nəticələnən daxilə nüfuz edən döş qəfəsinin sol yarısının arxa səthinin 2 ədəd və sol tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin 1 ədəd daxilə nüfuz edən, sağlamlığa yüngül zərər vurmaya aid edilən döş qəfəsinin sol yarısının ön səthi, döş qəfəsinin sağ yarısının ön səthi, döş qəfəsinin sol yan səthi, sağ bel nahiyəsinin ümumilikdə 4 ədəd daxilə nüfuz etməyən, sağ bazunun bayır və iç səthi, sağ dirsək oynağının bayır səthi, iki ədəd olmaqla sol bazunun arxa səthi, sol saidin ön səthi, üç ədəd olmaqla sol budun bayır səthinin ümumilikdə 9 ədəd, cəmi 16 ədəd deşilmiş-kəsilmiş xəsarətlər yetirmiş, lakin hadisə vaxtı Zərərçəkmiş şəxs ona aktiv müqavimət göstərərək növbəti bıçaq zərbələrindən yayınıb hadisə yerindən qaçdığına və ətrafda olan şəxslərin vasitəsi ilə vaxtında xəstəxanaya çatdırılmaqla ixtisaslı tibbi yardım göstərilərək həyatı xilas edildiyindən, öz iradəsindən asılı olmayan səbəblərə görə sonuncunu qəsdən öldürməyə yönəlmiş niyyətini başa çatdıra bilməyərək qərəzli xuliqanlıqla müşayət olunan Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.1 və 221.3-cü maddələri İlə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 11 avqust 2019-cu il tarixdə uşaq vaxtından bir yerdə böyüdüyü Şahid3 ilə bir-birilərini sevərək nişanlanmışlar. Surə öz valideynləri ilə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşamışdır. O da ali məktəbdə təhsil aldığı üçün Bakı şəhərində yaşamış, lakin məktəblərin bağlanması ilə əlaqədar son bir ilə yaxındır ki, onlayn təhsil aldığı üçün valideynlərinin yaşadığı Masallı rayonunun İsgəndərli kəndinə qayıtmışdır. Zərərçəkmiş şəxs uşaq vaxtlarından tanımışdır. Sonuncu Surəgil ilə eyni həyətdə yaşadığı müddətdə dayısıgilə gəlib-gedən zaman həmyaşıd olduqları üçün münasibətləri yaranmışdır. 5 dekabr 2020-ci il tarixdə nişanlısı Surənin dayısı Əlizamin İsrafilovdan 29 noyabr 2020-ci il tarixdə İsabalanın, onunla Surənin nişanlı olduğunu bilə-bilə, Surəni qaçırmaq istədiyini, lakin Surənin atası Cəbrayılın bundan xəbər tutan kimi qarşısını aldığını eşidib öyrənmişdr. Ertəsi gün İsabalanı tapıb Surəni nə üçün qaçırmaq istədiyinin səbəbini öyrənmək üçün Bakı şəhərinə gəlmiş, lakin İsabalanı tapa bilmədiyindən, iki gün sonra Masallı rayonuna qayıtmışdır. Həmin vaxtdan özünü alçaldılmış kimi hiss etmiş, özünə yer tapa bilməmiş, utandığından dost-tanışlarının üzünə çıxmamışdır. 11 yanvar 2021-ci il tarixdə imtahanı ilə əlaqədar Bakı şəhərinə gəlmişdir. 12 yanvar 2021-ci il tarixdə Vergi auditi fənnindən onlayn imtahan verib qiymət almışdır. Ertəsi gün yenə də İsabalanı axtarsa da, onu tapa bilməmişdir. İsabala ilə görüşmək istədiyi barədə sonuncunun qohumları vasitəsilə ona xəbər göndərmişdir. 17 yanvar 2021-ci il tarixdə İsabala öz mobil telefonundan ona məxsus ***-***-**-** nömrəli mobil telefona «WhatsApp» proqramı vasitəsilə yazaraq, həmin gün saat 19-20 radələrində görüşə biləcəyini bildirmişdir. O, səhər saatlarında əmisigilin evindən çıxıb Bakı şəhəri Sabunçu rayonu, Ramana Südçülük sovxozunda yaşayan qrup yoldaşı Sadiqgilə getmişdir. Axşam saat 19 radələrində İsabala ona işdən çıxıb metronun «Koroğlu» stansiyasının yanına yola düşdüyünü yazmışdır. Həmin tarixdə saat 20 radələrində İsabala ilə metronun «Koroğlu» stansiyasının yanında görüşmüşdür. Sonuncudan nə səbəbə ona qarşı belə hərəkət etdiyi barədə soruşmuş və aralarında sözlə mübahisə yaranmışdır. Bu zaman o, bir gün əvvəl Biləcəri qəsəbəsində tapıb üstündə gəzdirdiyi qara tutacağı olan, uc hissəsi sınıq, təxminən 6 sm. uzunluğunda bıçağı əynindəki qırmızı rəngli gödəkçənin sağ yan cibindən çıxarıb İsabalanı qarın hissəsindən bir dəfə vurmuşdur. İsabala fırlanan zaman bir dəfə də kürək nahiyyəsinə zərbə endirmişdir. İsabalanın qarın, kürək və ayaq nahiyyələrindən bir neçə dəfə bıçaqla vurduğunu xatırlayır. İsabalaya bir neçə dəfə əlavə də zərbə endirmiş, lakin həmin vaxt əsəbi olduğu üçün zərbələrin sonuncuya dəyib-dəymədiyini xatırlamır. Hadisə vaxtı o özü, heç bir xəsarət almamışdır. İsabala ilə süpürləşən zaman ovuc hissəsi asfalta sürtüldüyü üçün xırda zədə almışdır. Sonda İsabala metrostansiyanın qarşısında dayanmış taksilərə tərəf qaçmışdır. İsabalanın ardınca qaçsa da, taksi dayanacağında olan tanımadığı şəxslər onları ayırmışlar. İsabalanı kim isə xəstəxanaya aparmış və o, taksiyə minib Ramana qəsəbəsinə getmişdir. Bıçağı yolda tanımadığı yerdə taksinin arxa yan şüşəsini açıb ağaclıq sahəyə atmışdır. Həmin vaxt bərk həyəcanlı olduğundan bıçağı atdığı yeri xatırlamır. Maşından düşəndən sonra DİN-in 102 xidmətinə zəng edib törətdiyi cinayəti barədə məlumat vermişdir. Polislərin gəlib onu aparması üçün yerini demişdir. Təxminən 10 dəqiqə sonra yenidən 102 xidmətinə zəng edib polislərin gəlmədiklərini bildirmişdir. Təxminən 15 dəqiqə sonra polis əməkdaşları gəlib onu Nizami rayon polis idarəsinə gətirmişlər. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uşaq yaşlarından tanıyır. Sonuncu ilə normal münasibətdə olmuşdur. Mahsun onun dayısı Cəbrayılın Bakı şəhəri Binəqədi rayonu, Biəcəri qəsəbəsində yerləşən həyət evində kirayədə yaşamışdır. 2018-ci ilin iyul çağırışı üzrə hərbi xidmətə getmiş və 2020-ci ilin yanvar ayında ordudan təxris olub Bakı şəhərində yaşadığı ünvana qayıtmışdır. Hərbi xidmətə gedənə qədər dayısı qızı Şahid3 ilə «instaqram» sosial şəbəkəsində mesaj yazaraq biri-birilərinə qarşı sevgi hislərini etiraf etmişlər. Əsgərliyə gedənə qədər aralarında yazışmalar davam etmişdir. Mahsun ilə Surənin arasında sevgi münasibətindən xəbəri olmamışdır. 2019-cu ilin iyul ayında hərbi xidmətdə olarkən Mahsunun Surə ilə nişanlandıqları barədə eşitmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra, 2020-ci ilin noyabr ayına qədər Surə ilə heç bir münasibəti olmamışdır. 2020-ci ilin noyabr ayında Surə «WhatsApp» vasitəsilə ona: «Bilirəm məni bağışlamayacaqsan» yazmışdır. Surəyə: «Məni arxadan vurdun. Mən hərbi xidmətdə olan zaman Mahsun ilə nişanlandın» məzmunlu sms-lə cavab vermişdir. Bundan sonra aralarında yenidən sevgi məzmunlu yazışmalar başlamışdır. Surə onu hələ də sevdiyini etiraf etmiş, lakin, atasıgildən, el adət-ənənələrini tapdalamaqdan qorxduğunu hiss etdirmişdir. 28 noyabr 2020-ci tarixdə Surə ilə bacısı Aytacın mobil telefonundakı «WhatsApp» vasitəsilə yazışaraq bir gün sonra atasıgilin dayısıgildə qonaq olmasından fürsət kimi istifadə edib görüşüb birlikdə qaçmağı təklif etmiş və Surə onunla razılaşmışdır. Bu barədə Surə və Aytacdan başqa heç kim bilməmişdir. Bu məqsədlə Xırdalan qəsəbəsində yerləşən ünvanını dəqiq bilmədiyi həyət evini də danışıb razılaşdırmışdır. 29 noyabr 2020-ci il tarixdə saat 16 radələrində atasıgil Cəbrayılın yaşadığı ünvanda olan zaman evin qarşısına getmiş, razılaşdıqları vaxt Surə evdən çıxıb onunla birlikdə Xırdalan qəsəbəsində gəlmişdir. Təxminən bir saat sonra ailə üzvləri bundan xəbər tutmuş və Cəbrayıl ona: «Surəni geri qaytar, bilməmişəm belədi, qarşı tərəf bundan xəbər tutsa, qan tökməmiş əl çəkəsi deyillər, gətir qızı, mən sənə söz verirəm, çağırıb o tərəfin üzüyünü qaytaracam, deyəcəm qız əvvəl istəyirdi, indu istəmir, vsyo» məzmunlu səsini göndərdiyi üçün dayısına inanıb Surəni geri aparıb dayısıgilə təhvil vermişdir. Bundan sonrakı günlərdə Cəbrayılın Surənin ona qoşulub qaçması barədə qudasına məlumat verdiyini, hətta bir qədər aralarında soyuqluq yarandığını eşitmişdir. Sonradan Cəbrayıl ona: «mən qudamla barışdım, mənim qızımın adını tutmayın» demişdir. 2020-ci ilin dekabr ayının əvvəllərində Mahsunun onu axtardığını eşidib, qisas alacağını hiss etdiyi üçün dayısı oğlu Caviddən onun əvəzinə Mahsunla görüşməsini xahiş etmiş, hətta bir müddət yaşadığı ünvana qayıtmayıb qohumlarıgildə qalmışdır. Mahsun Cavidə də təkidlə onunla görüşmək istədiyini bildirdikdən sonra Mahsunun telefonuna «Whatsapp» vasitəsilə: «Eşitdim məni axtarmısan» sms yazmışdır. Mahsun onunla yazışma zamanı Surənin barəsində: «o söhbət mənimçün bağlanıb və s.», «mən bilirəm, Surəgil mənə yalan deyir, əgər sən Surəni qaçırtmış olsaydın, səni çoxdan aparıb meşəyə sındıracağdım» demişdir. Belə yazışmalara görə bir qədər rahatlayıb Mahsunun ondan Surə ilə qaçmaqlarının qisasını almayacağını fikirləşmiş, lakin söhbətin tamamilə bağlanması üçün dəfələrlə üzrxahlıq etsə də, Mahsun gah: «Surə söhbəti»nin bağlandığını desə də, ondan əl çəkməmişdir. Təxminən bir ay yarım Mahsunla görüşdən yayına bilsə də, 15 yanvar 2021-ci İl tarixdə digər dayısının oğlu Cavid Mahsunun onunla görüşmək istədiyini, Mahsunun ona heç bir şey etməyəcəyinə dair söz verdiyini bildirdikdən sonra bir qədər arxayınlaşaraq «WhatsApp» vasitəsilə Mahsuna axşam görüşə gələ biləcəyini yazmışdır. 17 yanvar 2021ci il tarixdə saat 20 radələrində Mahsuna «WhatsApp» vasitəsilə işdən icazə alıb təxminən yarım saat ərzində söhbət edə biləcəklərini bildirmişdir. Görüş yeri kimi razılaşdıqları «Koroğlu» metrostansiyasının qarşısında «Piramida» deyilən yerə gələndə artıq Mahsun orada dayanıb onu gözlədiyini görmüşdür. Həmin vaxt hava qaralsa da, metronun çıxışı və yol kənarı olduğuna görə ətraf işıqlı olmuşdur. Mahsun ilə görüşəcəyi barədə heç kimə deməmişdir. Mahsun ilə təxminən 20 dəqiqə söhbət etmişdir. Bu zaman Mahsun ondan, Surənin onun nişanlısı olduğunu bildiyi halda, nə səbəbə nişanlısını qaçırdıb, onu biabr etdiyini soruşmuşdur. O, üzrxahlıq etsə də, Mahsun sanki onu eşitməmişdir. Danışıq zamanı hadisədən Mahsunun çox təsirləndiyini, dost-tanışları arasında alçaldılmış kimi hiss etdiyini başa düşmüşdür. Mahsun ona söhbətin bağlandığını desə də, əslində onu aldadıb görüşə çağırdığını başa düşmüşdür. Bir qədər sonra dayısı oğlu Cahid ona zəng edib işdən çıxdığını, evə gedəcəyini demişdir. Cahidə avtomobili ilə yolüstü onu da götürüb, evinə aparmasını xahiş etmişdir. Cahidə həmin vaxt Mahsunla söhbət etdiyini deyib-demədiyini xatırlamır. Telefon zəngini bitirdikdən sonra Mahsun ona qarşı hörmətsizlik etdiyini demiş, Mahsuna: «hörmətsizlik eləmişəmsə, üzrxahlıq eliyərəm»-deyə cavab vermişdir. Mahsun ona: «üzrxahlıq eləməyə ehtiyac yoxdur» deyə cavab vermişdir. Əlini əynindəki gödəkçənin yan cibinə salıb siqaret çıxartmaq istədikdə Mahsun qəfildən, gözləmədiyi anda sol əli ilə sağ çiyin nahiyəsindən tutub, sağ əlində olan, həmin an görə bilmədiyi, lakin, sonradan üzərinə düşən işıqdan parıltısını gördüyü, ucu əyilmiş xəncərəbəncər bıçaqla onun sinə nahiyyəsinə ardıcıl zərbələr endirməyə başlamışdır. Mahsunun görüşə gəlməkdə məqsədinin əslində söhbət etmək deyil, onu öldürmək olduğunu başa düşmüş və həyatını xilas etmək üçün sağa-sola çevrilib, bıçaq zərbələrindən yayınmağa çalışmış, özünü arxaya tərəf dartıb Mahsunun əlindən çıxmağa çalışarkən yerə yıxılmışdır. Mahsun əyilərək ona yenə də bıçaq zərbələri endirməyə cəhd etmiş, bu zaman o, Mahsuna təpik atıb özündən uzaqlaşdırmağa çalışmışdır. Mahsun müqavimət göstərdiyini görüb, onun sol ayağını tutub, ayağına da bir neçə bıçaq zərbəsi endirmişdir. Ayağını çəkib müvazinətini düzəltməyə çalışmışdır. Hərəkətlərini nəzarətdə saxlamaq üçün Mahsuna tərəf çevrilməyə məcbur olmuş və bu zaman Mahsun bədəninə daha bir neçə zərbə endirmişdir. Onun təpik zərbələrindən biri Mahsuna dəydiyi üçün sonuncu yerə yıxılmış və bundan istifadə edərək ayağa qalxıb yolun kənarında dayanmış taksilərə tərəf qaçmışdır. Yol kənarında olan dəmir hasarı keçib yerə oturmuşdur. Bu zaman başına çoxlu sayda tanımadığı şəxslərin toplaşdığını görmüşdür. Mahsun artıq ətrafa çoxlu sayda insan toplaşdığını görüb, hadisə yerindən uzaqlaşmışdır. Daha sonra olduğu yerdə əvvəllər tanıdığı, uzaq qohumu Nicat adlı taksi sürücüsünün: «Ramanı sovxoz» deyə qışqırıb müştəri axtardığını eşitmişdir. Gücünü toplayıb Nicatı səsləyərək yanına çağırmışdır. Nicat onun bıçaqlandığını görüb özünü itirmiş və onu 3 saylı xəstəxanaya aparmışdır. X12 tərəfindən bıçaqlandığımı bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahid qismində dindirilmiş Şahid8 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun uzaq qohumudur. Təqsirləndirilən şəxs isə tanımır. 17 yanvar 2021-ci il tarixdə saat 20:30 radələrində avtomobilində metronun «Koroğlu» stansiyasının yanından keçərkən yolüstü kəndə müştəri götürüb benzin pulunu çıxarmaq məqsədilə maşını saxlamışdır. Həmin vaxt bir neçə şəxsin bir yerdə toplaşdığını görüb yaxınlaşanda, uzaq qohumu Zərərçəkmiş şəxs görmüşdür. Bu zaman İsabala da onu tanıyaraq bıçaqlandığını bildirmişdir. Həmin vaxt İsabala yerdə oturmuşdur. İsabalanı götürüb ətrafdakılar tərəfindən saxladılmış tanımadığı, qara rəngli maşına minməsinə kömək etmiş və özü də yanında oturub Sabunçu rayon xəstəxanasına aparmışdır. Yolda İsabala ona Mahsun tərəfindən bıçaqlandığını bildirmişdir. O, hadisə yerində olanda Mahsun orda olmamışdır. Xəstəxanada olarkən yayılan söz-söhbətdən Mahsun İsabalanı onun nişanlısını qaçırdığı üçün bıçaqladığını eşitmişdir. İsabalanı xəstəxanada düşürüb həkimlərə təhvil verəndən sonra, qayıdıb öz avtomobilini götürüb xəstəxanaya İsabalanın yanına qayıtmışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun doğma dayısı oğludur. Təqsirləndirilən şəxs isə 2010-cu ildən dayısı Cəbrayılın Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən həyət evində kirayədə yaşadığı vaxtdan tanımışdır. Şahid3 onun doğma əmisi qızıdır. İsabala ilə Surənin sevgi münasibətində olduqlarını 2018-ci ilin əvvəllərində İsabalanın deməsindən bilmiş, lakin Surə ilə Mahsunun arasında hər hansı münasibətin olmasından xəbərsizdir. 2018-ci ilin iyul ayında İsabala hərbi xidmətə getmiş və 2020-ci ilin yanvar ayında ordudan təxris olunmuşdur. İsabala hərbi xidmətdə olduğu zaman Mahsun Surə ilə nişanlanmışdır. Bildiyinə görə İsabala əsgərlikdən qayıtdıqdan sonra Surə ilə əlaqə saxlamamışdır. 2020-ci ilin dekabr ayında Surə ilə İsabalanın qoşularaq qaçdıqlarını, Surənin atası Cəbrayılın onları geri qaytardığını, bundan xəbər tutan Mahsunun İsabalanı axtardığını eşitmişdir. Mahsunun dəliqanlı olduğunu və İsabalaya xəsarət yetirə biləcəyini başa düşdüyü üçün Mahsunla telefonla danışmışdır. Mahsun ona İsabalanı axtardığını, sonuncunun Surəni qaçırması ilə barışa bilmədiyini demişdir. Həmin danışıq zamanı Mahsun Masallı rayonunda olmuş və Bakı şəhərinə gələndən sonra görüşəcəkləri barədə razılaşmışlar. Mahsun təkidlə İsabala ilə görüşmək istədiyini, İsabala isə Mahsunun ona qarşı nəsə edə biləcəyindən ehtiyat etdiyi üçün görüşmək ismədiyini dediyinə görə o, özü Mahsun ilə görüşüb sakitləşdirmək və İsabalaya qarşı pis fikrindən daşındırmaq istəmişdir. Mahsun ona İsabalanı öldürəcəyi və ya xəsarət yetirəcəyini deməsə də, danışıq tərzindən İsabalaya qarşı olduqca aqressiv olduğunun hiss etmişdir. Bundan bir müddət sonra Mahsun ona zəng edərək Bakı şəhərinə gəldiyini bildirib, görüşmək istədiyini demişdir. Sonuncuya rayona gedəcəyini, qayıdandan sonra görüşə biləcəyini demişdir. Bir neçə gündən Bakı şəhərinə qayıtmış və bu zaman İsabala ona Mahsunun ondan əl çəkmədiyini, təkidlə görüşmək istədiyini, lakin görüşməkdən ehtiyat etdiyini demişdir. Odur ki, Mahsuna zəng edib onu görüşə çağırmış və 10 yanvar 2021-ci il tarixdə saat 10 radələrində «Koroğlu» metrostasiyasının qarşısında Mahsunla görüşmüşdür. X5 zorla qaçırmadığını, hər ikisinin istəyi ilə qoşulub qaçdıqlarını, İsabalanın Mahsuna qarşı pis hərəkət etmədiyini izah etsə də, Mahsun öz dediyindən dönməmiş, təkidlə İsabala ilə görüşmək istədiyini, İsabalanın ona qarşı səhv hərəkət etdiyini demişdir. Mahsuna: «İsabalaya nə sözün varsa, mənə de»-desə də, sonuncu İsabala ilə ayrı işinin olduğunu, ona heç nə etməyəcəyini deyib, and içmişdir. Bu barədə İsabalaya demiş və bundan sonra Mahsunla əlaqəsi olmamışdır. 17 yanvar 2021-ci il tarixdə saat 20 radələrində əvvəlki iş yeri olan FHN-nin Zığ şosesində yerləşən modul tipli xəstəxanaya gedən zaman, ona qardaşı Cahid zəng edərək, İsabalanın Mahsun tərəfindən «Koroğlu» metrostansiyasının qarşısında bıçaqlandığını və xəstəxanaya aparıldığını demişdir. İsabalaya zəng edəndə tanımadığı həkim zəngə cavab verərək İsabalanın 3 saylı şəhər xəstəxanasında əməliyyat otağında əməliyyat olduğunu bildirmişdir. Dərhal İsabalanın əməliyyat olunduğu xəstəxanaya getmişdir. Sonradan İsabala ilə danışanda sonuncu ona and içdiyi üçün Mahsuna inanıb söhbətə getdiyini və sonuncunun onu bıçaqla vurduğunu, güclə qaçıb canını qurtardığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. İsabala tərbiyəli, böyük-kiçik yeri bilən, zəhmətkeş və ailəsinə bağlı insandır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Şahid3 onun dayısı Cəbrayılın qızıdır. Surə ilə İsabala arasında 2018-ci ilin əvvəllərində sevgi münasibətləri yaranmışdır. İsabala bu barədə ona və anasına danışmışdır. Surə ilə də bu barədə danışığı olanda Surə ona İsabala ilə biri-birilərini sevdiklərini demişdir. İsabala əsgərlikdə olanda Surənin başqasına nişanlandığını eşitmişdir. Bu barədə Surə ilə əlaqə saxladıqda sonuncu ona: «get soruş gör, Surə özü gedir, ya zornan gedir?» demişdir. Surəgilə gedib bu barədə ondan soruşanda, sonuncu susub cavab verməmişdir. Əsgərlikdən qayıtdıqdan sonra İsabalanın Surə ilə heç bir əlaqəsi olmamışdır. Surəyə qarşı qardaşının hislərindən əsgərlikdən qayıdandan sonra xəbərsiz olmuşdur. Surənin həri mərasimi olandan sonra onlar həmin ünvana getməmişdir. 28 noyabr 2020-ci il tarixdə Cəbrayılgilin dəvəti əsasında o, anası Ülviyyə ilə birlikdə onlara qonaq getmişlər. Şənbə günü avtobuslar işləmədiyindən və həm də uzun müddət onlara qonaq getmədiklərinə görə Cəbrayılgilin təklifi ilə birinci günə qədər onlarda qonaq qalmalı olmuşlar. 28 noyabr 2020-ci İİ tarixdə Surə ondan İsabala İlə yazışmaq üçün istifadəsində olan mobil telefonu istəmiş və ertəsi gün ona İsabala ilə qaçacaqları barədə bildirərək onlara mənəvi dəstək olmağı, əgər Surənin harada olmasını ondan soruşsalar: «xəbərim yoxdu» deməsini xahiş etmişdir. Bundan sonra o, İsabala ilə bu barədə danışıb dəstəyini bildirmişdir. Ertəsi gün saat 14 radələrində atası Mahir də qonaq kimi Cəbrayılgilə gəlmiş, həmin gün saat 16:30 radələrinə qədər o, İsabala ilə yazışıb evdəki vəziyyət ona izah etmiş və sonda Surənin evdən çıxması barədə İsabalaya yazmışdır. Bundan sonra atasıgil, dayısı Cəbrayıl dəfələrlə danışıb qayıtdıqdan sonra Surənin nişanını qaytarılacağı və İsabala ilə Surənin evlənəcəklərinə onları inandırdıqdan sonra təxminən yarım saat ərzində İsabala və Surə əl-ələ birlikdə qayıtmışlar. Anası və atasının İsabala ilə Surənin qoşulub qaçacaqlarından xəbəri olmamışdır. 29 noyabr 2020-ci il tarixdə saat 21 radələrində dayısı oğlu Şahid1 zəng edərək Mahsunun İsabalanı bıçaqladığını və Sabunçu xəstəxanasına aparıldığını demişdir. Odur ki, birbaşa həmin xəstəxanaya getmişlər. Həmin vaxt İsabala reanimasiya otağında olmuş, bu səbəbdən onunla görüşə bilməmişdir. Bir neçə gün sonra İsabalanın yanında olanda, sonuncuya Mahsun ilə görüşə getdiyi üçün iradını bildirmişdir. Bu zaman İsabala ona: «əvvəl-axır getməli idim də, Mahsun əl çəkmirdi» demişdir. İsabalanın hadisə günü Mahsun ilə görüşə gedəcəyi və aralarında hadisə baş verəcəyindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 və Şahid7 şahid A.M.İsrafilovanın ifadəsinə oxşar ifadələr verdilər. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təxminən 2010-cu ildən yaşadığı ünvanda kirayədə yaşadığı müddətdə tanımışdır. Aralarında normal münasibət olmuşdur. 2019-cu ilin may ayında anasının istifadəsində olan mobil telefonda «Whatsapp» proqramı vasitəsilə Təqsirləndirilən şəxs ilə yazışmağa başlamış, ilk olaraq Mahsun onun anasına yazıb “xala necəsən?” deyə maraqlananda o, dərsləri ilə əlaqədar olaraq telefonu özü işlətdiyini bildirmişdir. Bundan sonra Mahsun ilə yazışmaları davam etmişdir. 6 iyul 2019cu il tarixdə biri-birilərinə sevgi etirafı etmiş və o, bu barədə ailəsinə demişdir. 11 avqust 2019-cu il tarixdə Mahsun ilə hər ikisinin razılığı ilə könüllü olaraq nişanlanmışlar. Zərərçəkmiş şəxs onun bibisi oğludur. Aralarında qohum kimi normal münasibət olmuş, lakin, sevgi münasibəti olmamışdır. 29 noyabr 2020-ci il tarixdə günorta saatlarında İsabalanın atası, anası və bacısı onların evə qonaq gəlmişdir. Bundan iki gün əvvəl onların qohum kimi qonaq gəlmək barədə razılaşmışlar. Həmin gün İsabalanın bacısı Aytac səhhətinin pisləşdiyini deyib onu havaya çıxarmağsını istəmiş və o, Aytacın qoluna girib birlikdə küçəyə çıxmışlar. Darvazadan 5-6 metr aralandıqdan sonra İsabala xatırlamadığı rəngli avtomobil ilə onlara yaxınlaşmış və o, bir də özünü avtomaşının içində görmüşdür. O, arxada əyləşmiş, Aytac isə yanında olmuşdur. Özünə gələndən sonra nə baş verdiyini soruşanda İsabala onu qaçırdığını demişdir. İsabalaya onu geri qaytarmasını demişdir. Həmin vaxt İsabalanın atası zəng etmiş və atası ilə danışanda onu Xırdalan şəhərinə apardığını demişdir. Atası təkid etdiyi üçün İsabala onu avtomaşından düşürmədən geri qaytarıb atasıgilə gətirmişdir. Təxminən 40 dəqiqə avtomaşında olmuşdur. Bu müddət ərzində ona qarşı heç kim zor və hədə tətbiq etməmişdir. Ertəsi gün ailəvi Masallı rayonuna gedib orada Mahsungilin ailəsinə vəziyyəti izah edib İsabalanın onu qaçırdığını bildirmişlər. Daha sonra Mahsunla təkbətək söhbət zamanı İsabalanın onu qaçırdığını bildirmişdir. Mahsun bunu biləndən sonra ona acıqlanıb, İsabalanı tapıb vəziyyəti dəqiqləşdirəcəyini demişdir. Atasıgil Mahsunu sakitləşdirməyə çalışmışdır. Mahsun ilə İsabalanın arasında baş verənlərdən xəbəri olmamışdır. Mahsunun üzərində heç vaxt bıçaq görməmişdir. Sonuncu dəfə 17 yanvar 2021-ci il tarixdə Mahsun onların evində olarkən İsabala ona zəng edib Mahsunu görüşə çağırmış, lakin Mahsun guya əmisigilə gedəcəyini deyib çıxıb getmişdir. Hadisədən sonra Mahsunun «Koroğlu» metrostansiyasının qarşısında görüşüb İsabalanı bıçaqladığını eşitmişdir. Bundan sonra Mahsun ilə əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə Şahid3 ifadəsinə oxşar ifadə verdi. İşin 2-ci cildinin 1-4-cü vərəqələrindəki hadisə yerinin yaxınlığında Bakı şəhəri Nizami rayonu, H.Əliyev prospektində quraşdırılmış «TŞ 4-047» və «TŞ 4-200» nömrəli videomüşahidə qurğularının görüntülərinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, «TŞ4-047...» adlı fayldakı videogörüntü 17 yanvar 2021-ci il tarixdə saat 20:25-dən saat 20:40-dək olan zaman kəsiyini əhatə etməklə birbaşa hadisə yeri olan «Koroğlu» metrostansiyasının piramida tipli girişini görüntüləyir. Həmin yer ictimai yer olmaqla yaxın ətrafından mütəmadi şəkildə kənar şəxslər və avtomobillər hərəkət edir, işıqlandırma tam təmin edilmişdir. Saat 20:28-də kənardan keçən istintaqa məlum olmayan şəxslər hadisə yeri olan metrostansiyanın bilavasitə girişinə tərəf qaçdıqları, həmin yerdən arxa-arxaya bir nəfər şəxsin hərəkət etdiyi, digər şəxsin ona hücum çəkdiyi, arxa-arxaya hərəkət edən şəxsin yerə yıxıldığı, digər şəxsin isə ona tərəf əyildiyi, daha sonra yıxılan şəxsin ayağa qalxıb çevrilib insanların daha çox olduğu tərəfə surətlə qaçdığı, digər şəxsin də onun ardınca eyni surətlə qaçdığı, təxminən 5-6 nəfər kənar şəxslərin isə onlara müdaxilə etməkdə ehtiyat etdikləri, sonda öndə qaçan şəxsin digər şəxsdən yayınmaq üçün istiqamətini təxminən 45 dərəcə dəyişib metrostansiyasının yan tərəfinə qaçmağa başladığı və arxada qaçan şəxsin də ondan əl çəkməyərək izləyib ardınca təxminən 1-2 metr ara məsafəsi ilə surətlə qaçdığı görünür. Zərərçəkmiş şəxs görüntü ilə tanış olaraq yıxılan şəxsin onun özü, ona tərəf əyilən şəxsin isə Təqsirləndirilən şəxs olduğunu və həmin an ona bıçaqla xəsarətlər yetirməyə çalışdığı, daha sonra ayağa qalxıb qaçaraq canını qurtarmağa çalışdığını, lakin Təqsirləndirilən şəxs onu öldürmək üçün ardınca qaçmağda davam etdiyini, sonda taksi duracağına tərəf qaçaraq dəmir hasarı aşdığını, ətrafda çoxlu sayda insan toplaşdığı üçün Təqsirləndirilən şəxs kənarlaşdığını bildirmiş və əyani olaraq görüntüdə özünü və Təqsirləndirilən şəxs əli ilə göstərmişdir. “TŞ4-200...” adlı faylda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı hal aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs ifadələrində bildirdiyi Zərərçəkmiş şəxs hadisə yerinə iki nəfər başqa oğlan ilə birlikdə gəldiyi, hadisə vaxtı onun üzərinə yumruq və təpik zərbələri ilə hücum etdikləri barədə xüsusatlar təsdiqini tapmamışdır. İşin 2-ci cildinin 5-10-cu vərəqələrindəki Təqsirləndirilən şəxs istifadəsində olmuş qara rəngli «Redmi Note 8» markalı mobil telefona baxış protokolundan görünür ki, mobil telefonda «Whatsapp» proqramının əsasından silinmiş, digər sosial şəbəkə proqramları olan «İnstaqram» və s. proqramlarda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı hal aşkar edilməmişdir. Mobil telefonda «Google Chrome» proqramının «tarixçə» panelinə daxil olduqda orada 15 yanvar 2021-ci il tarixə qədər müvafiq saytlarda müxtəlif məzmunlu sosial axtarışlar edildiyi, lakin 15 yanvar 2021-ci il tarixdən başlayaraq ardıcıl olaraq «Qəsdən adam öldürmə neçə ildir», «Qəsdən adam öldürmənin bütün hal..», «adam öldürməy maddə», «adam yaralama», «qəsdən sağlamlığa zərər vurma», «maddə 126. Qəsdən sağlamlığa ağı..», «adamöldürmə», «Azərbaycanda qəsdən adam öldürmə», «maddə 120. Qəsdən adam öldürmə», «adam yaralama», «adam öldürməy maddə» və s. sözləri ilə axtarış edildiyi, 16 yanvar 2021-ci il tarixdə axtarış edilmədiyi, 17 yanvar 2021-ci il tarixdə hadisədən sonra isə «adam yaralama», «kurdəxani», «kurdəxani turməsi», «kurdəxani turməsi 11 zon», «11 zon», «cəzaçəkmə müəssisələri» sözləri ilə axtarışlar edildiyi müəyyən edilmiş, həmçinin, baxış zamanı 15 yanvar 2021-ci il tarixə qədər analoji sözlərlə axtarış aparılmadığı müəyyən edilmişdir. Mobil telefonun qalereyasında çoxlu sayda fotoşəkillərin olduğu, həmin şəkillərin müxtəlif təyinat üzrə proqram vasitəsilə göndərildiyi və ya yükləndiyi müəyyən edildi. Həmin şəkillər sırasında Zərərçəkmiş şəxs Şahid3 ilə birlikdə yanaşı fotoşəkili aşkar edildi, həmin şəkil Təqsirləndirilən şəxs mobil telefonuna 9 dekabr 2020-ci il tarixdə saat 21:14-də göndərilmişdir, lakin hansı proqram yaxud hansı mobil nömrə vasitəsilə göndərildiyini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa həmin qalereyada «Cavid B» adı ilə qeydiyyatı aparılmış istifadəçi ilə Təqsirləndirilən şəxs «Whatsapp» proqramında apardığı yazışmanın skrinşotu aşkar edilmiş, həmin skrinşot da 9 dekabr 2020-ci il tarixdə saat 18:22-də mobil telefonda yaddaşa düşmüşdür. Mobil telefonda zənglər bölməsində hadisədən sonra Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə DİN-nin 102 xidmətinə saat 22:04-də və saat 22:20-də zəng edərək müvafiq olaraq 144 və 35 saniyə danışıq apardığı müəyyən edilmişdir. İşin 1-ci cildinin 114-177-ci vərəqələrindəki Zərərçəkmiş şəxs istifadəsində olan «Redmi Note 8T» markalı mobil telefona baxış protokolundan görünür ki, «İnstaqram» sosial şəbəkəsində 21 mart 2019-cu il tarixdə Zərərçəkmiş şəxs hərbi xidmətdə olduğu dövrdə Şahid3 istifadəsində olmuş «Pisikitat» adlı profil ilə Zərərçəkmiş şəxs arasında S: - Eşitdim rusyaya gedəcəksən İ: - Mənə inanırsan? S: - Belə də. İnancımı birdən birə qırdın. Səni sevirəm. Ama sən mənə qarşı soyuyubsan. İ: - Surə S:- Ay can İ: - Bağla söpəti..» məzmunlu yazışma aparılmışdır. Mobil telefonda «Whatsapp» proqramı vasitəsilə «bacı» adı ilə qeydə alınmış öz bacısı Aytac İsrafilovanın istifadəsində olmuş mobil nömrə ilə aparılan yazışmalardan görünür ki, 29 noyabr 2020-ci il tarixdə saat 00:30 radələrindən başlayaraq X6 İsabalazadə ilə sonuncunun Şahid3 ilə sevgisindən danışıb Şahid3 da onun yanında olduğunu və yazışmaya baxdığını bildirir, daha sonra Şahid3 «Surədi» SMS-i ilə özünü təqdim etdikdən sonra Zərərçəkmiş şəxs ilə yazışmağa başlayıb Zərərçəkmiş şəxs «qaytar da o nişanı qayıt mənə acığın soyumadımı mənə?» sualına «yox da gecdi, edə bilmərəm, ailəm məndən üz çevirər, bir dəfə güvəndim etdiyini etdin, mən heç özümə güvənmirəm» deyə cavab yazır, saat 01:58-də öz səsi ilə 4 saniyəlik şən səs tonu ilə «salam, axşamın xeyir, necəsən» məzmunlu səs göndərir və ardınca iki ildən sonra ilk dəfə onun səsini eşitməsi ilə bağlı Zərərçəkmiş şəxs fikrini soruşur, qarşılıqlı sevgi məzmunlu yazışmalardan sonra Zərərçəkmiş şəxs qoşulub qaçmaq barədə təklifinə «hə. gəl güd elə guya məcbur qaçırtmısan kimi olsun», «həmişə yanında olacam, söz ölənə kimi səninləyəm», «hər namazda qıldığım duamsan orucumun səbəbi olubsan olacaqsan» deyə cavab verir, ertəsi gün Aytac İsrafilova ilə Zərərçəkmiş şəxs Şahid3 münasib vaxtda ailə üzvlərindən yayınıb evdən çıxması məzmununda yazışırlar və saat 16:27-də Aytac İsrafilova Şahid3 evdən çıxdığını, saat 16:29-da Zərərçəkmiş şəxs Şahid3 ilə görüşdüyünü yazır, saat 16:59-da Aytac İsrafilova «söndür səni axtarırlar, hamı əsəbidi, yazma» məzmunlu sms yazır. Mobil telefonda «Galereya» bölümündə aşkar edilən 1:53 saniyəlik səs yazısında Zərərçəkmiş şəxs dayısı Qanuni nümayəndə «mənim bu sözümü at Dədəşə (İsabalaya), mən özüm ona deyirəm ba yəni bunu yaxşılıqla həll etməy olar da yəni başa düşürsən?! mən indi olara zəng eləsəm olar bura tökülüşəcəy, qan tökmüyüncə, bir nəfər ölmüyüncə olar əl çəkən deyil, mən sənə söz deyirəm ki gətir qızı qoy evə ba mən sənə söz deyirəm a, söz dedim sözümün ağasıyam peysər deyiləm ki ömrümün axırına kimi sözü atam boynumun ardına, sənə deyirəm qızı gətir qoy bura 5 gün 3 gün mən sənə söz deyirəm 3- 4 gündən sonra Yeganəynən mən gedəcəm rayona nə aynöyünləri var zəng eliyəcəm ki qardaş mənim qızım istəmir, məcbur eləmək olmaz yəni mənim qızım səni İstəsəydi olub əvvəl nəsə şey olub indi istəmir gəlin bu veşivizi, bu başqa məsələ, mən onlara desəm and ola Allaha olar hamısı tökülüb gəlib burda qan tökmüyüncə, bir nəfəri öldürmüyüncə.. belə bir şey var idisə səndə günah görmürəm qızım mənə desəydi mən onu., mən hər şeyi yaxşı bilirəm, həyatda məcbur ailə qurmaq olmaz yəni hər şey sevgi üzərində qurulmalıdı, mən sənə deyirəm qızı qaytar mən onu həll eliyəcəm, mən sənə bir kəlmə söz dedim» məzmunlu danışığı müəyyən edilmişdir. «Galereya» bölümünə baxış zamanı Zərərçəkmiş şəxs Şahid3 ilə birlikdə yanaşı fotoşəkili aşkar edilmiş, eyni fotoşəkildən daha əvvəlki baxış zamanı Təqsirləndirilən şəxs də telefonunda aşkar edildiyi müəyyən edilmiş, Zərərçəkmiş şəxs həmin fotoşəkili öz mobil telefonu vasitəsilə Şahid3 ilə birlikdə qaçdıqları gün evdə çəkdiklərini və Təqsirləndirilən şəxs də həmin fotoşəkili sonuncunun təxminən on günlük təkidlərindən sonra göndərdiyini bildirmişdir. Mobil telefonda «Whatsapp» proqramı vasitəsilə «masi» adı ilə qeydə alınmış Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə aşağıdakı məzmunda sms və audio yazışmalar müəyyən edildi: 4 dekabr 2020-ci il tarixdən 9 dekabr 2020-ci il tarixədək aparılan yazışma: İsa: Salam aleykum, axşamın xeyir necəsən? Mah: Salam zəngi birdənə aç. İsa: Nömrə işləmir. Belə danışa bilərik? Mah: tanıyırsan da hər halda, Mahsunnnn, bugün mənə verilən məlumata görə qaçırtmaq istədiyin qızın və ya qaçırtdığın bilmirəm söhbət nətər olub, həmin qızın nişanlısı idim bu söhbət olana qədər indi nişanlısı deyiləm, indi sən mənə bir oğlan kimi bu söhbəti burda danış inşAllah sabah heç üzbəüz görüşəciy əgər bir çəkinəcəyin yoxdursa narahat olma başqa heç bir şey olmayacaq burda necə danışıramsa orda da sənnən elə danışacıq. Mənə söhbət necə olub başdan, neçə dəqiqə səs olur-olsun at onu mənə, mən bilim ki burda mənə yalanı olar deyirlər yoxsa bu birisilər deyirlər. İsa: görüşəy e prablem deyil, oğlan kimi deyirsən oğlan kimi görüşəy, mən sənə oğlan kimi hər şeyi izah eliyəcəm, birincisi məcburi söhbət olmayıb, heç kim heç kimi məcburi qaçırtmıyıb, hansı zəmanədi ki kimsə kimisə məcburi qaçırda, başa düşürsən? söhbət oldu danışdıq razılaşdıq dedi saat 8-də, dedim 8 karantin vaxtıdı mən sənə vaxt deyəcəm vaxtda da gəldim götürdüm getdim, başqa bir söhbət olmayıb, kimsə kimisə başından vurub qaçırda bilər?... Mah: Başa düşdüm də, ona görə elə həmin gün nişanı qaytardım, mənə elə bir qadın lazım deyil, sadəcə mənə maraqlıdı ki sənnən qaçmışdısa niyə sonradan gəlib mənə yalvarırdılar nişanı qaytarma zad? İkincisi də ki sən, bilirsən mənnən nişanlıdı niyə qaçırdırdın? Mənə zəng eliyib deyərdin belə bir şey var. İsa: Sən bilirdin bilmirdin, gəl sənə söhbəti lap başdan danışım, mən əsgərliyə getməmişdən qabaq bu qızla istəkli idim, əsgərliyə getdim, təxris olunmağıma az qalmış dedilər nişanlanıb, ən azından dayım qızıdı mənə yaraşmaz, dedim nişanlanıb Allah xoşbəxt eləsin, nə gələnnən sora adını tutdum, nə səsini-sorağını da heç nə, brat, heç nə demədim, dedilər nişanlısı qısqancdı, dedim Allah xoşbəxt eləsin seçimini eliyib getsin seçiminin arxasıyca, oturaq söhbət eliyək lap dərinliyinə gedim mən sənnənki bu nə məsələdi. Mah: Səndə sübutlar varsa onları skrin eliyib mənə ata bilərsən? və ya göndərə bilərsən? Bİr də onu soruşum ki aparmışdın da dörd saat üç saat, aravızda nəsə olub ya yox? onsuz da mənə lazım deyil e mən nişanı qaytarmışam elə həmin gün. İsa: Yox, aramızda sən dediyin heç nə də olmuyub, bidənə gəlmişəm oturub maşına çıxıb getmişiy, bir-iki dənə də şəkil çəkdirmişiy, lazımdısa şəkilləri ataram prablem deyil. Mah: Bidənə o şəkilləri at mənə, ikincisi də bu qız mənə deyirdi mən sənnən başqa indiyə kimi heç kimi istməmişəm, mən belə eləmişəm filan, Dədəşdən zəhləm gedir, danışırdı mənə. Qaçırtmışdın bə niyə qayıtdın, niyə başladın ağlamağa ki məni qəbul elə filan, nə səbəbə mənə belə yalan danışdın, guya gücnən qaçırtmısan, mən bildim e, mən özlərinə dedim sən mənə hind filmi danışmırsan belə. Şəkilləri gözdüyürəm oları, at saba harda neçədə görüşəy? çünki rayona qayıtmalıyam sən mənə bidənə xəbər eliyərsən. Mənə qayıtdı dedi ki belə dedim mənimki sənnən tutmaz çünki mən elə oğlanam ki mənim nişanlım nəinki başqasının maşınında gəzmək heç başını qapıdan çıxartmamalıdı, başa düşdün? mən o cür oğlanam, məni Ramamda da hamı tanıyır, svyazım da var, bugün də səni orda axtardım tapa bilmədim, mənə başqa cür demişdilər, amma eybi yox oturarıq saba söhbət eliyərik. Bizim bu söhbət, ikimizin danışmağını heç kim bilməsin, mən də atdığım səsləri zadı silirəm, sən də silərsən heç kimin də heç nədən xəbəri olmaz. Şəkili gözdüyürəm atarsan, bir də mənə aydınlığını verərsən ki qaçmışdınsa bə niyə gətirib qaytardın? Aparardın da. İsa: Axtarıb araşdırmısan özün bilərsən, mən eşitdim ki sən məni axtarıbsan, mən kimnənsə qaçıb çəkinəsi olsaydım qaçıb gizlənərdim ki nəsə səhv iş görmüşəm məni axtarırlar, başa düşən oğlan kimi də məni başa düşməyivi xahiş eliyirəm, indi sənə bir şəkil atacam, o şəkildən nə tutarsan tutarsan başa düşdün? ikincisi mən işdəyəm işdən çıxıb gəlməyə vaxtım yoxdu, inşAllah başqa vaxt Bakıya gələrsən ürəyin nə qədər istiyir oturub söhbət eliyərik, deyirsən e niyə qaytardın mənə səs atdılar, indi silinib onu da tapıb atacam sənə, yəni o tərəf bilməsin sakitcə nişanı qaytaraq. Zərərçəkmiş şəxs qarşı tərəfə Şahid3 ilə birlikdə əl-ələ tutmalarının fotoşəkilini göndərib altında yazıb: qaqaş əl tanış gəlir? məcburluq var? Mah: (əl-ələ şəkil barədə) məcburi yoxdu, bidənə üzbəüz şəklini də at da əsas odu. Bə o tərəf niyə qaytarmadı nişanı? Qaytaraydılar da. Bura bax e, sən o qızı, mənim iki illik artığımı alacaqdın? O cür oğlansan sən? Alacaqdun o qızı? Hə? Sən gəlməyə mənə iş yerivi denən saba gələcəm ora. Bura maşın deyil axı, sən bunu hara aparmısan? Sən deyirsən e mən işimi bilim halallaşım gəlim, sənə mən heç nə eləmiyəcəm, mən sənə nəsə eləməy istəsəydim bugün eliyərdim, apşakı yığardım, səhvin olsaydı güclə qaçırtsaydın fikrim var idi səni aparacaqdım meşəyə başıva işiyəcəydim səni sındıracaqdım bütün Ramanı da mənim arxamdadı, amma mən onu eləmədim, çünki sən məni bilmirəm tanıyırsan ya yox mən necə oğlanam, mənçün polis-molis, beş dəfə düşmüşəm o bölməyə adam vurmuşam, adam doğramışam, soruş maraqlan. İsa: Sən dediyin kimi olsa (güclə qaçırtma) mən də eliyərəm, mən razı, ama elə bir şey olmayıb axı. Mah: Heç kimin işi yoxdu sənnən, Ramamda tapşıracam heç kimin işi olmuyacaq sənnən, rahat işini gör, ama dilivi sakit tut, kim nə soruşdu heç nə bilmirsən eşitdin? Yaxşı? özüm gələndən sonra danışarıq. İsa: Heç nə bağlandı bağlandı lap yaxşı mənə görə bir başqa qulluğun inşAllah nəvaxtsa qismət olar oturub söhbət eliyərik. Mah: Ə qaqa mənə bax, məni gedib maraqlanarsan mənim necə oğlan olmağımı nəyə qadir olmağımı gedib soruşarsan fərqi yoxdu kimnən olur olsun yəni mən nəyə qadirəm içəri beş dəfə düşmüşəm altı dəfə düşmüşəm nə üstə düşmüşəm öyrənərsən, oturarsan oları bir qoyarsan qabağıva nəzərə alarsan, bu dəfə keçdim olub keçib ikinci dəfə elə bir şey mümkün deyil, mənim ora gəlməyimə ehtiyac olmuyacaq, bir zəngə baxır, sən sabah gedərsən Ramanıya özün ətraflı görərsən mən nəyə qadirəm mənim arxam nədi özün görərsən. Bir də mənə şəkil demişdin onu atarsan mənə bağlıyarıq. İsa: sən mənə bidənə fikrivi de neynəmək istiyirsən sənin fikrin nədi? sənin fikrin mənə çatmır e, qız məsələsini deyirəm, neynəmək istiyirsən nədi fikrin? Mah: qız məsələsi heç də, mənimki olarnan tutmaz, mən olara həmin gün dedim ki qutardı söhbət. İsa: başa düşdüm, indi saba məsəlçun nəsə olsa da, qıznan mən barəsində, yəni sənə prablem olmuyacaq? Bildim e sənnən elə bil söhbət eləməmişik, söhbəti şirinniynən yoluna qoymuşuq bağlamışıq. Prosto mən qız barəsində deyirəm, sənin fikrin ciddidi də çəkildin də arxaya hə? Mah: Mənim iki illik artığıma tamah eləmisinsə ged al, mənçün problem deyil eşidirsənmi? Mənim iki illik artığımdı al özüvə arvad elə, öz namusun elə, özüvə sığışdırırsansa, oğlanlığıva. İşdi mən eşidərəm elə bir şey olub ya olmuyu fərqi yoxdu məniçün olubsa bugün eləmədiklərimi eliyərəm amma sən özün də biləcəksən, o səhvi birdən eliyərsən olmasın. Əgər istəmirsənsə mən saba gəlim səni tapım bugünki eləmədiklərimi sənin üstündə şey eliyim o söhbəti bir də açma elə bil olmuyub. Nə sən o sözü demisən, nə mən eşitmişəm, eşitdin məni? Onu bir də ağzına alsan mən uje sabah yerivi məcbur olacam ki gəlim, onda uje mənim qozuma heç nə olmuyacaq. Elə bilirəm ki sən məni yaxşı başa düşdün, yox əgər məni tanımırsansa Ramamda məni bidənə maraqlan mən kiməm, nəyə qadirəm neyniyə bilərəm, onnan sora şey elə yaxşı? Sən elə bilirsən nişanı elə belə qaytarıram? Mən onu nəinki sən, hansısa oğlan gələ elçi düşə, almaq istiyə, həmin oğlanın anasın, bacısını gözünün qabağında sikməsəm mən şey olmaram, bugün məsələn biz sənin evinin qabağına qədər gəldik, sən evdə olsaydın, apşakovı girib sizin hamıvızı doğruyub çıxmasaydıq oğlan olmazdım mən, əgər bilməzsən elçi gedərsən, mən sənin o sözüvə görə keçdim ki dedin halallıq alım sora, bildim ki valideynlərivə hörmət eliyirsən, yazığım gəldi sənə, mən sənə dəymiyəcəm, əgər elə bir şey olsa evində səni doğruyub gedib on ilimi yataram eşitdin məni? Mənim iki illik artığımı alan oğlan qəhbə olar, onun hər şeyini sikərəm, onun anası, bacısını gözünün qabağında sikərəm, ged maraqlan, özün də bilirsən yaxşı da maraqlanmısan, mən bugün şəhəri necə ələk-vələk eləmişəm səni indi hardasan tapmışam. İsa: Başa düşdüm, deyirsən nə mənimdi, nə də heç kimə vermirəm, vermirsən lap yaxşı, nə də mən durub onu alası deyiləm, o söhbət mənimçün öldü. İndi bağlıyırıq söhbəti vsyo, Allah ikimizə də kömək olsun. Mah: Əgər ürəyində nəsə qaranlıq qalıbsa, nəsə bir prablem varsa mən indi gəlim bu söhbəti neyniyək çürüdək öldürək kəsək mənimçün fərqi yoxdu. İsa: Mənim nəsə sözüm olsaydı sənə deyərdim, sözümün canı o idi dedim sən də başa saldın, söhbət bağlandı, Allah sənə də kömək olsun mənə də. Mah: Şəkil atacaqdun mənə üzü ola onu da gözdüyürəm sənnən. Şəkili at mənə, onnan sora gözümün qabağındasan da tapa bilərik, inanıram ki başqa prablem olmuyacaq, olsa da özün bilirsən də nəysə. İsa: Nömrəm də budu, şəkil deyirdim komputerdədi gedəndə evə ataram sənə, vsyo söhbət bağlandı, mən tərəfdən narahat olma ki bu söhbət açılar. Mah: Mən narahat deyiləm, narahat olmalı adam varsa sən olmalısan, biri sənnən soruşar, nəsə artıq əskiy söz-möz, özün başa düşdün də. Bir də yadıma düşdü, bunnan sonra mən səni bir də o teritoriyada görsəm, eşitsəm, hiss eləsəm, yəni Biləcəri də bizimdi, orda böyümüşük biz, o uje başqa məsələ olar da. Eşidirsənmi məni? İsa: Məni kimsə orda qonaq çağırırsa, hər yerdə hamının tanışı var, gedirəmsə onun uje başqa bir açıqlaması ola bilməz, bu söhbət mən tərəfdən bağlıdı, mən tərəfdən heç bir narahatçılığa ehiyac yoxdu. Mah: Söhbət bağlıdı, indi bu səsi sənə atıram, sən mənə hə ya yox, Biləcəridə səni görmüyüm, olar tərəfdən keçməmək, ümumiyyətlə Biləcəridə görsəm onda uje mənnən incimə sənnən xoşduqnan danışıram başqa söyüş zad söydüm? yox, bir kəlmə sənə prosto Biləcəridə səni görsəm o olacaq başqa söhbət. Yoxlamaq istiyirsənsə sən saba bir dənə dəy ora, Biləcəriyə, ordan mənə bidənə xəbər gəlsin, onnan sora hiss elətdirim də nəsə belə hərəkətdi.. İsa: Sən deyən kimi olsa hə, olar tərəfə keçsəm, görünsəm sən öz divijeniyavı göstərərsən. Mah: Sənə İnanıram ki sən o tərəfə keçməzsən, yox əgər sən o tərəfə keçsən zad mənə bidənə deyəssən ki getməliyəm Biləcəriyə, mən də biləcəm ki nəyəsə görə getmisən də, sora şey olmasın da. İsa: Mən sənə dedim ki o söhbət mənimçün öldü, vsyo, o tərəflərə mən çox güman ki keçmərəm, çətin keçəm, indi olar da məsələn dost-tanışda nəsə prablem olar keçərəm yoxsa mən beşmərtəbədən içəri çətin keçəm. Mah: Mən sənə inanıram sən o teritoriyaya keçmiyəssən, keçsən də mənə bidənə deyəssən ki mən filan yerə girdim, mənə xəbər eliyəssən ki mən bilim də, mənə xəbər eliyəcəysən mən biləcəm girib işivi görəssən qutardı. İsa: başqa heç bir şey vsyo sağol. Mah: sənə çox zəng eləməliyəm sənə dünən demədim bu zibili açıq qoy xəbər eliyəcəm. Dünən nə dedin? Demədin qız öz istəyi ilə mənə gəlib, bə indi zəng elədilər aton özü dedi ki mən də ordaydım qıznan iyirmi dəqiqə çəkmədi, sən onda mənə yalan deyirdin şey eləmə filan, icazə ver gedim halallıq alım? İsa: Nə məsələdi? de görüm hələ. Mən sənə vaxtı demədim ki, sən soruşmadın, əlbəttə öz istəyi ilə gəlib, 20-25 dəqiqə olardı, getdik qayıtdıq. Mah: Sən Ramanıya gələndə mənə deməsən qəhbəsən, yerivi mənə deməsən qəhbəsən, eşitdin? Ramanıya gələn günü sən xəbər eliyirsən mənə eşitdin? İsa: Ramanıya gələndə yerimi xəbər eliyəcəm gələrsən, yaxşı. Mah: Ba mən sənə o sözü deyim, mənim nişanlım mənə burda and içir yalvarır ki qaçmamışam, məni güçnən qaçırdıb atam yoldan qaytarıb, sən ama mənə dedin ki mən onu evə aparmışam namaz qılıb, düzdü? əgər sən mənə ikivizin bir yerdə olan şəklini atmasan özünnən küs, mən sənə deyirəm bu sözü. Qaçsan, gizlənsən onsuz səni tapacam, özüm sənə vaxt verirəm, gələrsən şəkili telefona yüklüyərsən, nişanı elə həmin gün qaytarmışam mənimçün o vajnı deyil, sadəcə gələssən söhbəti necə olub danışassan söz-söhbətə son qoyassan qutardı, yaxşı? qızın adı təmizə çıxacaq onnan da söhbət qutaracaq, sən də Ramanı da rahat gəzəcəysən, yox əgər ömür boyu qorxa-qorxa gəzmək istiyirsənsə özün bilərsən. İsa: Onsuz qızın adı belə də təmizə çıxıb, Ramanı da qorxacağım yox çəkinəcəyim yox, yarsı sənindisə, yarsı da elə hamsı da bizimdi, bizim uşaqlardı, başa düşdün? biraz səbirli ol, ara sakitləşsin sənnən görüşəcəm, vaxt deyəcəm gedib görüşərik, söyüşə görə də sənnən görüşəcəm, çünki sən prideldən kənar söyüş söydün. Mah: Aranın sakitləşməyi getdi 4-5 aya ona görə çalış biraz tez elə. İsa: Narahat olma deyəndə ki, mən narahat deyiləmm, mənim elədiyim səhvdisə üzr istiyəcəm, sənin elədiyin quş buraxıbsan, elə belə də quş buraxmıyıbsan. Mah: sən gəl, görərik kim quş buraxıb. Mən sənə nə demişəm arxasında duracam sənə də sübut eliyəcəm. gəl görüşək o söyüşdərin aydınlığını verəcəm, gözdüyəcəm səni. Lap bayramda görüşərik, belə elə də sırf bayram günü eləmə, uşaqlarnan çıxıram, bilsələr dalımca gələcəylər, bayramdan qabaq elə. İkivizin də üzü düşən şəkili hər halda görüşəcəyimiz günə saxlamırsan ki? atarsan da tezlikcə. İsa: Bayramdan 1 gün sonra, 2 gün sonra, çox uzatmarıq, bayramnan sora sakitçilik olur. Şəkili də evə gedəndə atacam, şəkil səndədi. Mah: danışdığımızı heç kim bilməsin, özümüz oturub danışacıq hər şeyi. 14 yanvar 2021-ci il tarixdə olan danışıq: Mah: sənə demişdim görüşməyi, bu günə qismət imiş, Ramanidayam axşam gələrsən pətəyin qabağına ona görə axşam deyirəm ki uşaqların xəbəri olmasın təkbətək olaq, sənə xəbər edəcəm çıxarsan pətəyin qabağına. İsa: Mən işdəyəm, 1 -ci gün inşəllah. Mah: Hansı tərəfdə? Yerivi de mən gəlim. İsa: Gəlsəndə alınmır məndə, ancaq 1 -ci gün boşam. Mah: 10 dəq lazımdı mənə, niyə alınmır? 1-ci gün məndə alınmır, rayona getməliyem, bu gün uzağı sabah görüşürük. İsa: Gəlmiyəssən bakıya bir də? Mah: Birinci dəfə gəldim görüşmədin, ikinci dəfə gəlmişəm..İşdən haçan çıxacan? İsa: Bazar günü Mah: Mən gəlirəm, sənin üçün də icazə alacam. Cavidi gözlüyürdüm birinci onla görüşəcəydim o da burda deyil İsa: İnşəllah başqa vaxt nə vaxt gəlsən xəbər elə gələn günü boş vaxd eliyək görüşək Mah: Sən məni başa düşmürsən deyən? uje ikinci dəfədi, bəlkə də çox mən deyirəm sən fırladırsan, sadəcə gələssən söhbət eliyəcik qutardı. İsa: Bazar günü axşam işdən çıxacam, bilmirəm təxmini necədə çıxaçam, amma birinci gün yüz faiz...birinci günə saxlıya bilirsən? alınır? Mah: 1-ci gün axşam çağı, bildin də niyə axşam? İstəmirəm bizim uşaqlar zad yığılsın İsa: Bəlkə heç elə alındı ki mən bazar günü (17 yanvar 2021) çıxdım, altıncı gün alındı, yəni boş vaxtım alındı səni yığacam ki boşam, amma birinci gün yüz faiz görüşəcik, yaxşı? Mah: hə yaxşı, altı çıxsan bazar çıxsan xəbər eliyərsən, amma birinci gün ağzından kəlmə çıxdı da o dəqiqdi. Hə heçnə. 17 yanvar 2021 -ci il tarixdə aparılan yazışma: İsa: (saat 00:22) salam qaqa, 1-ci gün heç cür alınmır görüşməyimiz, sabah işdən axşam tərəfi saat 6-7 icazə ala bilsəm xəbər etsəm görüşə bilərik? Mah: (saat 00:29) həə, görüşə bilərik Ramamda olacam, xəbər edərsən görüşərik. İsa: (saat 18:28) Axşamın xeyir, yarım saatlıq icazə almışam koroğluya gələ bilərsən mən qayıdacam arxaya ramanıya gəlib çatammaram alındırıb gələ bilərsən? Mah: (saat 18:44) mən çıxdım pətəyin qabağındayam taksi gözdüyürəm minən kimi sənə xəbər eliyəcəm gələrsən, sən özün neçə saata gəlirsən koroğluya? Ramamdı da özün bilirsən yarım saat çəkməz orda olaram. İsa: 15-20 dəq gəlib çataram Mah: (saat 18:53) mən çıxdım, mindim. İsa: (saat 19:14) çıxmışam gəlirəm. Mah: (saat 19:20) çatmışam, Koroğlunun içindəyəm gözdüyürəm səni burdayam. İsa: mən də Nizami metrosunun qabağında taksi gözdüyürəm gəlsin minib gəlirəm. Piramida tərəfdə? Mah: (saat 19:31) hə Piramida tərəfdə, əynimdə qırmızı kurtka var başımda da papaq, görəssən. Məhkəmə-tibbi ekspertizasının 23 yanvar 2021-ci il tarixli 69 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs daxili qanaxma, hemopnevmotoraksla müşayiət olunan diafraqma və dalağın zədələnməsi ilə nəticələnən daxilə nüfuz edən döş qəfəsinin sol yarısının arxa səthinin iki ədəd, sol tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin bir ədəd ümumilikdə 3 ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası; döş qəfəsinin sol yarısının ön səthi, döş qəfəsinin sağ yarısının ön səthi, döş qəfəsinin sol yan səthi, sağ bel nahiyəsinin ümumilikdə 4 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası; sağ bazunun bayır və iç səthi, sağ dirsək oynağının bayır səthi, iki ədəd olmaqla sol bazunun arxa səthi, sol saidin ön səthi, üç ədəd olmaqla sol budun bayır səthinin ümumilikdə 9 ədəd deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlər deşici-kəsici əşyanın (əşyaların), ola bilsin ki, bıçağın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 17 yanvar 2021-ci il tarixdə yarana bilər. Dərəcəsinə görə daxili qanaxma, hemopnevmotoraksla müşayiət olunan diafraqma və dalağın zədələnməsi ilə nəticələnən daxilə nüfuz edən döş qəfəsinin sol yarısının arxa səthinin iki ədəd və sol tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaraları həm ayrıayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya; digər xəsarətlər isə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edlir. Məhkəmə-tibb ekspertizasının 13 mart 2021-ci il tarixli 199 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində 17 yanvar 2021-ci il tarixdə yaranmağa xarakterik hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Məhkəmə-bioloji ekspertizasının 3 fevral 2021-ci il tarixli 38/2021 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu ABO sistemi üzrə B alfa (111), Ekspertizaya təqdim edilmiş mayka, köynək, idman şalvarı, şalvar, gödəkçə üzərində olan ləkələrdə B alfa (111) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri B alta (111) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmə-tibbi kriminalistik ekspertizasının 5 fevral 2021-ci il tarixli 28-2021 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus gödəkçənin sağ qolunun qoltuqaltı hissəsində, arxa səthinə doğru, gödəkçənin sol qolunun kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik və küt yaranma mexanizminə malik olan bir ədəd sökülmə zədəsi vardır. Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön səthinin sol yarısının aşağı hissəsində 2 (iki) ədəd, orta hissəsində 1 (bir) ədəd, yuxarı hissəsində 1 (bir) ədəd; gödəkçənin ön səthinin sağ yarısının orta hissəsində 1 (bir) ədəd və yuxarı hissəsində 1 (bir) ədəd; gödəkçənin arxa səthinin sol yarısının aşağı hissəsində 1 (bir) ədəd, arxa səthinin sağ yarısının aşağı hissəsində 1 (bir) ədəd və yuxarı hissəsində 2 (iki) ədəd; gödəkçənin sol qolunun ön səthində 4 (dörd) ədəd və arxa səthində 3 (üç) ədəd, sağ qolunun ön səthində 3 (üç) ədəd və arxa səthində 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və özünü zəif büruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin, bıçağın tiyəsinin təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus poluverin ön səthinin sol yarısının aşağı hissəsində 2 (iki) ədəd, yuxarı hissəsində 1 (bir) ədəd; ön səthinin sağ yarısının yuxarı hissəsində 1 (bir) ədəd; puloverin arxa səthinin sol yarısının aşağı hissəsində 2 (iki) ədəd, arxa səthinin sol yarısının orta hissəsində 1 (bir) ədəd və orta hissəsinin yuxarı sahəsində 1 (bir) ədəd; puloverin sol qolunun ön səthində 1 (bir) ədəd, arxa səthində 2 (iki) ədəd, sağ qolunun ön səthində 2 (iki) ədəd və üst səthində 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və özünü zəif büruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin, bıçağın tiyəsinin təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus maykanın ön səthinin sol yarısının yuxarı hissəsində 1 (bir) ədəd, sağ yarısının yuxarı hissəsində 1 (bir) ədəd; arxa səthinin sol yarısının aşağı hissəsində 1 (bir) ədəd, yuxarı hissəsində 1 (bir) ədəd, orta hissəsində 2 (iki) ədəd; arxa səthinin sağ yarısının aşağı hissəsində 2 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və özünü zəif büruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin, bıçağın tiyəsinin təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus şalvarların sol ayaqlığının ön səthinin yuxarı hissəsində 3 (üç) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və özünü zəif büruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin, bıçağın tiyəsinin təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs bədən səthində olan döş qəfəsinin sol yarısının arxa səthində olan yara ona məxsus gödəkçə, pulover və maykanın arxa səthinin sol yarısının aşağı hissəsi üzərində olan zədələrlə; döş qəfəsinin sol yarısının ön səthində olan yara ona məxsus gödəkçə, pulover və maykanın ön səthinin sol yarısının yuxarı hissəsində olan zədə ilə; döş qəfəsinin sağ yarısının ön səthində olan yara ona məxsus gödəkçə, poluver və maykanın ön səthinin sağ yarısının yuxarı hissəsində olan zədə ilə; döş qəfəsinin sol yan səthində olan yara ona məxsus gödəkçə, poluver və maykanın ön səthinin sol yarısının aşağı hissəsində olan zədə ilə; sağ bel nahiyəsində olan yara ona məxsus gödəkçə, poluver və maykanın arxa səthinin sağ yarısının aşağı hissəsində olan zədə ilə; sol tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthində olan yara ona məxsus gödəkçə və poluverin arxa səthinin orta hissəsinin yuxarı sahəsində və maykanın arxa səthinin sol yarısının yuxarı hissəsində olan zədə ilə; sağ bazunun bayır səthində olan yara ona məxsus gödəkçə və poluverin sağ qolunun ön səthində olan zədə ilə; sağ bazunun iç səthində olan yara ona məxsus gödəkçə və poluverin sağ qolunun arxa səthində olan zədə ilə; sağ dirsək oynağının bayır səthində olan yara ona məxsus gödəkçənin sağ qolunun arxa səthi və poluverin üst səthinin orta hissəsində, dirsəklik nahiyəsində olan zədə ilə; sol bazunun arxa səthində olan yara ona məxsus gödəkçə və poluverin sol qolunun arxa səthində olan zədə ilə; sol saidin ön səthində olan yara ona məxsus gödəkçə və poluverin sol qolunun ön səthində olan zədə ilə və sol budun bayır səthində olan 3 ədəd yaralar ona məxsus hər iki şalvarın sol ayaqlığının ön səthinin yuxarı hissəsində olan 3 ədəd zədələrlə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs məxsus geyim əşyalarında aşkar olunmuş digər zədələr onun bədənində öz əksini tapmamışdır. Bu da yalnız geyim əşyalarının müvafiq nahiyələrinin zədələnməsi ilə izah oluna bilər. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 29 yanvar 2021ci il tarixli 202 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual inkişaf xüsusiyyətləri normaya uyğundur, onda gerilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs sensor-perseptiv (duyğu, qavrama) proseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq, belə nəticəyə gəlmək mümkündür ki, o, iş üçün əhəmiyyətli hesab olunan halları düzgün qavramaq qabiliyyətinə malikdir. İşin 1-ci cildinin 94-cü vərəqəsindəki Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin 1 fevral 2021-ci il tarixli 756/1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi qara dəstəkli bıçağın yerinin və cinayətin şahidi olmuş şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi məqsədilə bir sıra zəruri əməliyyataxtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır. İşin 1-ci cildinin 99-cu vərəqəsindəki 1 nömrəli Psixiatriya xəstəxanasının 2 fevral 2021-ci il tarixli 692 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda durmur. İşin 1-ci cildinin 105-ci vərəqəsindəki Respublika Narkoloji Dispanserinin 5 fevral 2021-ci il tarixli 16/51-1459 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İşin 1-ci cildinin 91-ci vərəqəsindəki DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşin 1-ci cildinin 2-ci vərəqəsindəki Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin HK 1/115 №-li raportundan görünür ki, 17 yanvar 2021-ci il tarixdə saat 20:36-da özünü təqdim etməyən şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək metronun «Koroğlu» stansiyasının yanında bir nəfər şəxsin bıçaqlanması barədə məlumat vermişdir. İşinin 1-ci cildinin 3-cü vərəqəsindəki Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin HK 2/245 №-li raportundan görünür ki, 17 yanvar 2021-ci il tarixdə saat 21:33də Sabunçu xəstəxanasından 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs «Koroğlu» metrostansiyasının yanında bıçaqlanması və təxminən on bıçaq zərbəsi ilə xəstəxanaya gətirilməsi, vəziyyətinin ağır olması və əməliyyata alınması barədə məlumat daxil olmuşdur. İşin 1-ci cildinin 4-cü vərəqəsindəki Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin HK 2/246 №-li raportundan görünür ki, 17 yanvar 2021-ci il tarixdə saat 22:07-də Təqsirləndirilən şəxs DİN-in 102 xidmətinə zəng edərək metronun «Koroğlu» stansiyasının yanında İsabala adlı şəxsə bıçaqla xəsarət yetirdiyi və Sabunçu rayonu Ramanı qəsəbəsi, «Pətək» marketin qarşısında olduğu barədə məlumat vermişdir. İşin 1-ci cildinin 7-ci vərəqəsindəki 17 yanvar 2021-ci il tarixli «cinayət törətmiş şəxsin könüllü gəlməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2021-ci il tarixdə saat 22:07-də Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək törətmiş olduğu cinayət barədə məlumat verməklə könüllü olaraq Nizami RPİ-nin İstintaq şöbəsinə təslim olmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 29,120.1 və 221.3-cü maddələri ilə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.8, 59.1.10, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs A.R.Mahmudun CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsində deyilir ki, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qanunun bu tələbinə görə CM-nin 29.120.1-ci maddəsi ilə cinayətə cəhdə görə azadlıqdan məhrum etmə 10 il 06 aydan çox olmayan müddətə təyin edilir. Həmin Məcəllənin 60.1-ci maddəsində isə qeyd olunur ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcüd olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsini müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qanunun qeyd olunan tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən (Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 29.120.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddi 10 il 06 aydır) artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə CM-nin 63.3 və 60.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 221.3-cü maddəsi ilə azadlıqdan məhrum emə cəzası təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 17 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Bakı şəhəri Nizami rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd gödəkçə, bir ədəd poliver, bir ədəd cins şalvar, bir ədəd idman tipli şalvar, bir ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs hadisə vaxtına qədər istifadəsində olmuş “Redmi Note 8” markalı mobil telefon onun qohumlarına qaytarılmalı, təhlükəsiz şəhər kameralarının görüntüləri əks olunmuş bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.1 və 221.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona CM-nin 29,120.1-ci maddəsi ilə 7 (yeddi) il 10 (on) ay 15 (gün) müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Bakı şəhəri Nizami rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd gödəkçə, bir ədəd poliver, bir ədəd cins şalvar, bir ədəd idman tipli şalvar, bir ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs hadisə vaxtına qədər istifadəsində olmuş “Redmi Note 8” markalı mobil telefon onun qohumlarına qaytarılsın, təhlükəsiz şəhər kameralarının görüntüləri əks olunmuş bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1071/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1071/2021
07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver