Məhkəmə qərarları › İş №1(101)-1102/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1102/2020

22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1102/2020 22.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X1 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər Bakı Ağır cinayətlər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 07 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Yasamal rayonu, K.İzmayılov küçəsi dal 1, ev 3-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin may ayında Balakən rayonunda yerləşən meşə massivi ərazisindən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6250 (altı min iki yüz əlli) qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib özü ilə daşıyarkən, xx xxxx 2020-cı il tarixdə saat 17:46 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində Sumqayıt ŞPİ-nin CAŞ-nin və Sumqayıt ŞPİnin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmiş, xx xxxx 2020-cı il tarixdə saat 18:35-də saxlanılan zaman sağ çiyninə keçirilmiş vəziyyətdə olan qarışıq rəngli yük çantasına şəxsi axtarış keçirilərkən yük çantasının içərisindəki 5 ədəd sarı rəngli sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri, 1390 qram, 1125 qram, 1380 qram, 1105 qram, 1250 qram, ümumi çəkisi 6250 (altı min iki yüz əlli) qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış üzərində daşıdığı külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, əvvəllər də narkotik maddə istifadə etdiyinə görə həbs olunmuş, axırıncı dəfə xx xxx 2018-ci il tarixdə şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Həbsdən çıxdıqdan sonra Bakı şəhəri Yasamal rayonu, 1-ci Alatava küçəsində qeydiyyatda olsa da, tək Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq massivində yaşamışdır. xx xxxx 2019-cu il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu “20 yanvar” dairəsi yaxınlığında yerləşən “Melissa park” yaşayış binalarının yaxınlığında piyada gəzərkən yerdən bir ədəd sellofan torba tapmışdır. O, həmin sellofan torbanı götürüb içərisinə baxdıqda şəffaf sellofan bükülü qəhvəyi rəngli, toz halında narkotikə bənzər maddə və 1 ədəd tərəzi görmüşdür. Ətrafa boylanıb heç kimin olmadığına əmin olduqdan sonra həmin sellofan torbanı götürüb taksi ilə yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivinə getmişdir. Evdə həmin sellofan torbanın içərisindəki maddədən azacıq istifadə etdikdən sonra narkotik maddə heroin olduğunu bilmişdir. Daha sonra həmin narkotik vasitədən gələcəkdə istifadə etməyi üçün onu və tərəzini yataq otağında olan dəmir seyfə qoyub seyfi açarla bağlamışdır. xx xxxx 2019-cu ildə səhər saatlarında polislər onun evinə gəlmiş, özlərini təqdim edi yaşadığım evə baxış keçirəcəklərini bildirmişlər. O, da heç bir etiraz etmədən baxışa razı olmuşdur. Baxış zamanı o polislərdən nəyisə gizlətməyin mənasız olduğunu düşünmüş və buna görə də məcburiyyət qarşısında qalaraq onlara evində narkotik vasitə saxladığını bildirmişdir. Beləliklə də o, evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan dəmir seyfi açarla açmış və seyfdə olan narkotik vasitə və tərəzini polislərə təqdim etmiş, polislər də həmin torbaya baxış keçirmiş və onu qablaşdırıb möhürləmiş, sonra evinin digər otaqlarına və sahələrinə də baxış keçirilmiş, amma qanunsuz heç bir əşya aşkar edilməmişdir. O, evində saxladığı narkotik vasitəni satmaq üçün deyil, gələcəkdə özü istifadə etməsi üçün saxlamış, narkotik vasitələrin satışı ilə məşğul olmamış, lakin narkotik vasitələrin qəbulu ilə məşğul olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin X3 X2 Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. O, şöbənin kiçik inspektoru, polis serjantı Şahid2, ŞPİ-nin 4-cü PBnin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və kiçik inspektor, polis baş serjantı Şahid4 iştirakı ilə xx xxxx 2020-ci il tarixdə təxminən saat 17:40 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində Bakı şəhəri, Yasamal rayonu, K.İzmayılov küçəsi dal 1, ev 3-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsinə, saxlamasına,daşımasına və satmasına dair daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəylərini deyib ona hüquq və vəzifələrinə dair bildiriş təqdim etmişlər. Təqsirləndirilən şəxs buna etirazının olub-olmaması soruşulduqda o, etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlar tərəfindən üzərinə və sağ çiyninə keçirdiyi qarışıq rəngli yük çantasına şəxsi axtarış keçirilməsi üçün videoçəkilİş davam etdirilməklə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparılmışdır. Polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə və saxlanılan zaman sağ çiyninə keçirdiyi qarışıq rəngli yük çantasına şəxsi axtarış keçirilmişdir. Əvvəlcə yük çantasından 5 ədəd sarı rəngli torbalar çıxarılıb, daha sonra torbalar bir-bir açılmışdır. Torbalardakı yaşıl rəngli spesifik iyə malik kütlələri gördükdə Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlələr narkotik vasitə qurudulmuş marixuanadır və həmin qurudulmuş marixuananı 2020-ci ilin may ayında Balakən rayonunda olduğu zaman rayondan bir qədər aralıda meşə massivi ərazisindən yığmışdır. Yük çantasmdakı sellofan torbalarda olan narkotik vasitə qurudulmuş marixuanalar bir-bir Təqsirləndirilən şəxs İştirakı ilə tərəzidə çəkilib və onların ayrı-ayrılıqda çəkilərinin 1,110, 1,390, 1,290, 1,140, 1,235 qram olması, ümumi çəkisinin isə 6,165 qram olması müəyyən edilmişdir. Həmin kütlələr ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmışdır. Bu barədə onların və Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib olunmuş. Protokol ucadan oxunduqdan sonra düzgün olduğu üçün tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid3 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi olmadan şəxsi istifadəsi üçün saxlamasına dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Cinayət işində olan xx xxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 7/387 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs əlində aşkar olunaraq götürülmü ş...” yazıları olan bir ədəd damalı çantadakı 05 (beş) ədəd sarı rəngli sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1390 qram, 1125 qram, 1380 qram, 11xx xxxx 1250 qram, olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (lcannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi-6250 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı Ağır cinayətlər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirli bilinib, 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad edildiyi tarixdən qanunla müəyyən edilmiş 6 il müddət keçməmiş yənidən ağır cinayət törətməsi cinayətlərin təhlükəli residivini yaradır. Cinayət işində olan məhkəmə narkaloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1970 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib səmimi peşman olmasını cəzanı yüngülləşdirən hall kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin təhlükəli residivi cəzasını ağırlaşdıran haldır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Pİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan qalıq çəkisi 6249,5 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 69 manat, 82 qəpikdir alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 69 manat, 82 qəpikdir alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və X3 İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan qalıq çəkisi 6249,5 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar