Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1105/2021 06.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, müdafiəçilər, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkili X7, Abşeron rayon Vəkil bürosunun vəkili X4, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2nin nümayəndəsi Nümayəndə2, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2, 178,2.1, 178.2.2, 178.2.4, 234.1, 320.1 və 320.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178,2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair 1(101)-115/2021 saylı cinayət işinə məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2, 178,2.1, 178.2.2, 178.2.4, 234.1, 320.1 və 320.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178,2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəməyə verilmişdir. Tərtib olunmuş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- in 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlayaraq bilə-bilə həmin saxta sənəddən istifadə etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlama və bilə-bilə həmin saxta sənəddən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi İlə tanışı X2 əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Təqsirləndirilən şəxs aralarında olan cinayətkar razılaşmaya əsasən X1 adına sənədləşdirilməklə Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsinin “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 11 nömrəli duracağında saxlanılan Zərərçəkmiş şəxs2 balansında olan “VAZ 21074" markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili duracaqdan çıxarıb özgəninkiləşdirmək üçün 2018-ci ilin təxminən iyul ayında xxxx Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit X6 sədrinin müavini Cahangir Kərimov tərəfindən guya ona mülki hüquq münasibətlərində iştirakına dair müəyyən səlahiyyətlər verilməsi ilə bağlı real həqiqətə uyğun olmayan yalan məzmunlu hüquq verən rəsmi sənəd hesab edilən həmin Məhdud Məsuliyyətli Cəmiyyətin adından verilmiş etibarnaməni istintaqa məlum olmayan şəraitdə və yerdə bilə-bilə İstifadə etmək məqsədi ilə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit X6 sədrinin müavini Cahangir Kərimovun ad və soyadının qarşısında olan imzanı şəxsən İcra etməklə cəmiyyətin möhürünü isə başqa bir həqiqi sənəddən skayner edib rəngli printer vasitəsi ilə çap edərək saxtalaşdırıb qanunsuz hazırlamaqla İlkin Gülməmmədova vermiş, sonuncu həmin dövrdə Təqsirləndirilən şəxs tərəfindən ona verilmiş etibarnamənin saxta olduğunu bilə-bilə 11 nömrəli duracağın baş növbətçisi vəzifəsində işləyən Şahid9 2018-ci ilin təxminən iyul ayında təqdim etməklə saxtalaşdırmaqla hazırladığı sənəddən İstifadə edib etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “VAZ 21074” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobili duracaqdan çıxararaq Təqsirləndirilən şəxsla birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında naməlum şəraitdə istintaqa bəlli olmayan şəxsə satıb Zərərçəkmiş şəxs2 balansında olan həmin dövrün məzənnəsi İlə 16.320 manat təşkil edən 9.600 ABŞ dolları dəyərində “VAZ 21074” markalı avtomobili etibardan sui istifadə etmə və aldatma yolu İlə ələ keçirməklə Zərərçəkmiş şəxs2nə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən hüquq verən və vəzifədən azad edən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlama və bilə-bilə saxta sənəddən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı X2 əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Təqsirləndirilən şəxs aralarında olan cinayətkar razılaşmaya əsasən Şahid1 adma sənədləşdirilməklə Zərərçəkmiş şəxs2 hesabında olan “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili özgəninkiləşdirmək üçün 2018-ci ilin təxminən dekabr ayının əvvəllərində Bakı şəhəri Abşeron rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış Şahid1 həmin avtomaşınla bağlı Zərərçəkmiş şəxs2nə olan 13.531,38 manat pul borcunun ödənilməsi və bununla əlaqədar icra sənədinə xitam verilməsinə dair real həqiqətə uyğun olmayan yalan məzmunlu hüquq verən və vəzifədən azad edən rəsmi sənəd hesab edilən Məhdud Məsuliyyətli Cəmiyyətin adından verilmiş 05 dekabr 2018-cİ il tarixli nömrəsiz məktubu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X20 İdarəsinə ünvanlanmış Şahid1 öhdəliklərini icra etdiyi üçün ona məxsus ipoteka predmeti olan “Seat İbiza” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydiyyatının ləğv edilməsinə dair həqiqətə uyğun olmayan yalan məzmunlu hüquq verən və vəzifədən azad edən rəsmi sənəd hesab edilən qeyd olunan Məhdud Məsuliyyətli Cəmiyyətin adından verilmiş tarixsiz və nömrəsiz məktubu istintaqa məlum olmayan şəraitdə və yerdə bilə-bilə istifadə etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 İcraçı direktoru Süleyman Bəkirovun ad və soyadının qarşısında olan imzanı oxşatma üsulu İlə birbaşa icra etməklə cəmiyyətin möhürünü isə başqa bir həqiqi sənəddən skayner edib elektrofotoqrafik çap üsulu ilə rəqəmsal çap qurğusu vasitəsilə çap edərək saxtalaşdırıb qanunsuz hazırlamaqla İlkin Gülməmmədova vermiş, sonuncu həmin dövrdə Təqsirləndirilən şəxs tərəfindən ona verilmiş hər iki məktubun saxta olduğunu biləbilə 05 dekabr 2018-ci il tarixli nömrəsiz məktubu Abşeron rayon İcra və Probasiya Şöbəsinə, tarixsiz və nömrəsiz məktubu isə Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsinə təqdim etməklə saxta sənəddən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 11 dekabr 2018-ci il tarixdə “Seat İbiza” markalı avtomobili qohumu Şahid5 adına rəsmiləşdirib 12 dekabr 2018-ci il tarixdə sonuncu tərəfindən ona verilmiş etibarnamə ilə Zərərçəkmiş şəxs2 balansında olan 16.500 manat dəyərində “Seat İbiza” markalı avtomobili Təqsirləndirilən şəxsla birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui istifadə etməklə ələ keçirib Zərərçəkmiş şəxs2nə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Barəsində ibtidai istintaq orqanı tərəfindən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş iş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs 26 noyabr 2020-ci il tarixə, saat 12:30-a təyin edilmiş məhkəmə iclasına üzrsüz səbəbdən gəlməmiş, buna görə məhkəmənin baxış iclasının keçirilməsi mümkün olmamışdır. Elə həmin gün Təqsirləndirilən şəxs məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. Qərarın icrası ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis bölməsindən daxil olmuş 19.02.2021-ci il tarixli məktubundan görünür ki, icraçı N.Əliyev ünvan 2 ünvanda bir neçə dəfə olmuş, valideynləri təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs həmin ünvanda yaşamadığını bildirmiş, bu səbəbdən təqsirləndirilən şəxsin məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin tələblərini pozaraq məhkəmə çağırışlarına gəlmədiyinə görə onun barəsində axtarış elan edilməklə, seçilmiş qətimkan tədbiri dəyişdirilib “həbs” qətimkan tədbiri seçilməsi və həbs edildikdən sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi və tutulanadək cinayət işinin icraatının dayandırılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis bölməsinin 15.03.2021-ci il tarixli məktubundan görünür ki, təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs ünvan 2 ünvanında olmadığına görə onun məhkəmədə iştirakını təmin etmək mümkün olmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 304.2-ci maddəsinə əsasən təzələnmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 50-ci maddəsinə əsasən cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmayan və onun xarakterinə görə ayrıca baxılması mümkün olan bütün hallarda cinayət təqibi üzrə icraatın ayrılmasına yol verilir. Cinayət təqibi üzrə icraatın ayrılması müstəntiqin, prokurorun və ya məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 29.1-ci maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 67.2-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair işlərə baxırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən cinayət işinə cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Təqsirləndirilən şəxs verilmiş ittihamdan göründüyü kimi o, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətləri törətməklə həmin cinayətləri Bakı şəhəri Binəqədi rayonunun ərazisində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsində başa çatdırmışdır. Ona görə də məhkəmə hesab edir ki, 1(101)-115/2021 saylı cinayət işindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178,2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ayrı icraata ayrılmalı və həmin cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 304.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: 1(101)-115/2021 saylı cinayət işindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178,2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ayrı icraata ayrılsın. Hazırkı qərara əlavə edilmiş siyahıda göstərilən materialların əsli, digər materialların cinayət işinin cildlərinin siyahıları üzrə sürətləri ayrılsın. Ayrılmış cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №1(101)-1105/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1105/2021
06.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver