Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-112/2021 24.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X5 Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1961-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri Nizami prospekti, ev 19, mənzil 5-də qeydiyyatda olub, Bakı şəhəri Xətai rayonu, Marat Əmirxanov küçəsi, ev 1, mənzil 1də kirayədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-1, 312.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı kimi Azərbaycan Respublikasının hüdudlarından kənarda 19 iyun 2017-ci ildə, saat 16.05 dəqiqə ilə 16.35 dəqiqə arasında Rusiya Federasiyasının Samara vilayəti, Novokuybışevsk şəhəri, Kommunist küçəsi, 30 ünvanda yerləşən X9 Nazirliyinin Novokuybışevsk şəhər şöbəsinin inzibati binasında 301 №-li xidməti otaqda xidməti vəzifələrini yerinə yetirən vəzifəli şəxs- İstintaq şöbəsinin böyük müstəntiqi, ədliyyə kapitanı Şahid1 müraciət edərək sonuncunun öz hərəkətlərinin qanunsuz olduğunu bilə-bilə qanunsuz hərəkətlər etməsi, yəni istintaqını apardığı **********6041600 nömrəli cinayət işi üzrə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 228.1-ci maddəsinin 4-cü hissəsinin «q» bəndində nəzərdə tutulmuş cinayəti törətməkdə, yəni külli miqdarda narkotik vasitəni satmağa cəhd etməkdə təqsirləndirilən və barəsində ittiham elan edilmiş qohumu X4 cinayət əməlinin daha yüngül cəza nəzərdə tutulan, həmin Məcəllənin 228-ci maddəsinin 2-ci hissəsinə tövsif etməsi üçün 100.000 (yüz min) rubl, həmin dövrün məzənnəsi ilə 2.960 manat məbləğində maddi nemət olan pulu birbaşa yolla, şəxsən rüşvət kimi təklif etmiş, hərəkətlərinin qanunsuzluğu barədə sonuncunun onu xəbərdar etməklə təklifindən imtina etməsinə baxmayaraq öz qanunsuz əməllərini davam etdirərək 3 iyul 2017-ci ildə, saat 17.25 dəqiqə ilə 18.10 dəqiqə arasında qeyd edilən ünvanda 301 №-li xidməti otaqda olarkən hərəkətlərinin ictimai təhlükəliliyini və qanunsuz olduğunu anlayaraq, Rusiya Federasiyasının dövlət hakimiyyəti orqanlarının nüfuzuna xələl gətirəcək, onların normal fəaliyyətini pozacaq nəticələrə gətirib çıxaracağını qabaqcadan bilərək qəsdən öz cinayətkar niyyətini həyata keçirərək, vəzifəli şəxs Şahid1 tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə sonuncuya vəd verdiyi 100.000 (yüz min) rubl həcmində olan ümumi məbləğdən 50.000 (əlli min) rubl, həmin dövrün məzənnəsi ilə 1.445 manat məbləğində maddi nemət olan pulu şəxsən birbaşa yolla rüşvət kimi sonuncuya vermiş, Rusiya Federasiyasının ərazisini hadisədən sonra tərk etməsi səbəbindən bu cinayətə görə o, Rusiya Federasiyasında məhkum olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-1, 312.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bibisi oğlu X7 29 may 2017-ci ildə X9 Nazirliyinin Novokuybışevsk şəhəri üzrə şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinərək saxlanılmış, ona Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin 4-cü hissəsi üzrə ittiham elan olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. 19 iyun 2017-ci il tarixdə təxminən 16.00-da o, qohumunun işi üzrə vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün cinayət işinin istintaqını aparan Rusiya DİN Novokuybışevsk şəhəri üzrə şöbəsinin İstintaq şöbəsinin baş müstəntiqi Şahid1 yanına gedib özünü təqdim etmiş, ondan bacısı oğlunun saxlanılma səbəbi, həmçinin, yaxın perspektivi barədə məlumat verməsini xahiş etmişdir. Aralarında olan danışıq zamanı sonuncu ona X4 narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinərək saxlanıldığı, barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin 4-cü hissəsi (narkotik vasitələrin qanunsuz satışı) üzrə cinayət işi başlanıldığını, bu əmələ görə Rusiya qanunvericiliyi ilə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğunu bildirmişdir. Bundan sonra o, Şahid1 bacısı oğlu X4 mümkün cəzasının yüngülləşdirilməsi məqsədilə onun törətdiyi cinayət əməlinin tövsifini, yəni ittiham olunduğu maddənin narkotik vasitələrin qanunsuz satışdan, narkotik vasitələrin qanunsuz saxlanılmasına dəyişdirməsini xahiş etmişdir. Müstəntiq ondan nəyə gücünün çatdığını soruşduqda, sonuncuya 100.000 (bir yüz min) rubl pul təklif etmiş və masanın üzərindəki qəzetə «100.000» yazaraq, dediklərində israr etmişdir. X1 Çurakov ona bacısı oğlunun işi ilə bağlı şahid qismində dindirilməli olduğunu izah etmiş, lakin həmin gün vaxtı olmadığı üçün növbəti dəfə 3 iyul 2017-ci ildə görüşmək barədə razılaşdıqdan sonra, polis şöbəsinin binasını tərk etmişdir. Növbəti dəfə 3 iyul 2017-ci il tarixdə dəqiq xatırlamadığı saatda, polis şöbəsinin yeləşdiyi Novokuybışevsk şəhəri Kommunist küçəsi 30 ünvanına gəlmiş və müstəntiq Şahid1 301 №-li kabinetinə qalxmışdır. Daha yüngül cəza almasını istədiyi üçün dindirmə zamanı müstəntiqə V.Y.İmanovun təqsirləndirildiyi maddəsinin daha yüngülünə dəyişdirməsi, son olaraq onun narkotik vasitələri satmaqla deyil, saxlamaqla təqsirləndirilməsi üçün pul təklif etməyə başlamışdır. Şahid1 100.000 (bir yüz min) rubl məbləğində pul təklif etmiş, pulun 50.000 (əlli min) rubl məbləğində olan hissəsini ona həmin gün, qalan 50.000 (əlli min) rublu isə bir qədər sonra verəcəyini bildirdikdən sonra şalvarının cibindən hər birinin dəyəri 5.000 (beş min) rubl olan on əskinasdan ibarət 50.000 (əlli min) rubl məbləğində pul vəsaitini çıxararaq, sağ divar boyunca duran masanın üzərinə, kitabların arasına qoymuşdur. Bundan sonra xidməti otağa özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər daxil olaraq baxış keçirmiş, onun müstəntiq Şahid1 verdiyi 50.000 (əlli min) rubl pul hal şahidlərinin iştirakı ilə aşkar edərək götürülmüşdür. Baxış protokolu tərtib olunsa da, həmin protokolla tanış olduqdan sonra onu imzalamaqdan imtina etmiş və pulların ona məxsus olmadığını bildirmişdir. Sonradan könüllü olaraq baş verənlərin mahiyyəti üzrə düzgün ifadə vermiş, polis əməkdaşına rüşvət verdiyini dərk edərək peşman olmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, o, X9 Nazirliyinin Novokuybışevsk şəhər şöbəsinin İstintaq şöbəsinin böyük müstəntiqi vəzifəsində xidmət edir, ədliyyə kapitanıdır. 29 may 2017-ci ildə onun icraatında olan **********6041576 №-li cinayət işinin istintaqı çərçivəsində Rusiya Fedarasiyası DİN Novokuybışevsk şəhər şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbiri zamanı narkotik vasitələrin satışı ilə məşğul olmaqda şühbəli bilinən X7 tutulmuş, həmin şəxsin RF CM-nin 30-cu maddəsinin 3-cü hissəsi, 228.1 maddəsinin 4-cü hissəsinin «q» bəndinə əsasən təqsirləndirilməsinə dair materiallar 3 iyun 2017-ci il tarixdə ayrıca icraata ayrılmaqla həmin cinayət işinə **********6041600 nömrəsi verilmişdir. Bundan sonra, Rusiya DİN Novokuybışevsk şəhəri üzrə şöbəsinin İqtisadi təhlükəsizlik və korrupsiya ilə mübarizə şöbəsinə narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş V.Y.İmanovun dayısı vətəndaş Təqsirləndirilən şəxs V.Y.İmanovun cəzasının yüngülləşdiriməsi məqsədilə barəsində istintaq olunan cinayət işinin daha yüngül maddə ilə tövsif edilməsi üçün ona qanunsuz pul mükafatı, yəni rüşvət verməyi planlaşdırması haqqında əməliyyat məlumatı daxil olmuşdur. Həmin fakt üzrə Rusiya DİN Novokuybışevsk şəhəri üzrə şöbəsinin növbətçi hissəsində müvafiq raport qeydiyyata alınmış, Rusiya DİN Novokuybışevsk şəhəri üzrə şöbəsinin binasındakı 301 №-li kabinetdə İT və KM şöbəsinin əməliyyat müvəkkili Şahid3 tərəfindən səs yazısı və video görüntünün qeydə alması üçün ona xüsusi texnika verilmişdir. Bu barədə müvafiq baxış aktı tərtib olunmuş, bütün iştirak edənlər həmin aktı imzalamışdır. 19 iyun 2017-ci İl tarixdə saat təxminən 16.00-da onun qəbuluna özünü həbs edilmiş V.Y.İmanovun dayısı kimi təqdim edən vətəndaş Təqsirləndirilən şəxs gələrək bacısı oğlunun həbs olunmasının səbəbləri, həmçinin onun cinayət işi barədə danışmasım istəmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs V.Y.İmanovun narkotik vasitələrin satışında təqsirləndirildiyi üçün həbs olunduğunu, onun barəsində RF CM-nin 30-cu maddəsinin 3-cü hissəsi, 228.1 maddəsinin 4-cü hissəsinə əsasən cinayət işi başlandığını, bu hərəkətə görə RF qanunvericiliyində azadlıqlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bacısı oğlu V.Y.İmanovun əməlinin tövsif edilməsini, yəni narkotik vasitələrin qanunsuz satışından, qanunsuz saxlanılmasına dəyişdirməsini ondan xahiş etməyə başlamış və buna görə ona 100.000 (bir yüz min) rubl pul rüşvət təklif etmişdir. Bu hərəkətin qanunsuz olması, vəzifəli şəxsə rüşvət verməyə görə qanunla cəzalandırıla biləcəyini izah etsə də, Təqsirləndirilən şəxs masanın üzərində olan qəzetə «100.000» məbləğini yazaraq, qanunsuz təklifini israrla təkrarlamağa başlamışdır. O, Təqsirləndirilən şəxsn hərəkətinin qanunsuz olmasını yenə izah etmiş, həmçinin onu gələcəkdə şahid qismində dindirməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs xidməti otağı tərk edib getdikdən sonra İT və KM şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən hal şahidlərinin yanında Təqsirləndirilən şəxs qanunsuz təklifinin məbləği olan «100.000» yazdığı qəzet götürülmüşdür. Təqsirləndirilən şəxs növbəti dəfə ona bacısı oğlu V.Y.İmanovun cəzasının yüngülləşdirilməsi məqsədilə, cinayət işinin tövsif edilməsi üçün qanunsuz pul verməsi ehtimalı olduğuna görə fakt üzrə 3 iyul 2017-ci il tarixdə Rusiya DİN Novokuybışevsk şəhəri üzrə şöbəsinin növbətçi hissəsində müvafiq raport qeydiyyata alınmış, həmçinin, «əməliyyat eksperimentinin» keçirilməsi haqqında qərar qəbul edilmişdir. 3 iyul 2017-ci il tarixdə təxminən saat 17.00da onun Rusiya DİN Novokuybışevsk şəhəri üzrə şöbəsinin binasındakı 301 №-li xidməti kabinetində İT və KM şöbəsinin əməliyyat müvəkkili Şahid3 hal şahidlərinin iştirakı ilə onun üst geyimində və 301 №-li xidməti kabinetə baxış keçirmiş, bu zaman heç bir pul vəsaiti aşkar edilməmişdir. Bu barədə müvafiq baxış aktı tərtib edilmiş, bütün iştirak edənlər həmin aktı imzalamışdır. Həmçinin, ona xüsusi texnika verilmişdir. Bir neçə dəqiqə sonra onun 301 №-li kabinetinə vətəndaş Təqsirləndirilən şəxs daxil olmuş və o, Təqsirləndirilən şəxs şahid qismində dindirməyə başlamışdır. Sonuncu yenidən, bacısı oğlu V.Y.İmanovun mümkün cəzasının yüngülləşdirilməsi üçün onun əməlinin tövsifini, narkotik vasitələrin qanunsuz satışından qanunsuz saxlanılmasına dəyişdirməsi müqabilində əvvəlcə vəd verdiyi 100.000 (bir yüz min) rubl məbləğində olan qanunsuz mükafatın bir hissəsi olaraq, ona 50.000 (əlli min) rubl məbləğində pul təklif etməyə başlamışdır. O, yenidən Ağamirova hərəkətinin qanunsuz olmasını izah etmiş, lakin, sonuncu pul təklif etməkdə davam etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs cibindən hər biri 5.000 (beş min) rubl olan pul əskinazları çıxararaq, onun sol tərəfində olan masanın üstündəki iki gündəliyin arasına qoymuşdur. Həmin vaxt o, İT və KM şöbəsinin əməkdaşlarına şərti işarə vermiş, dərhal otağa iki hal şahidi, həmçinin, İT və KM şöbəsinin baş əməliyyat müvəkkili Şahid2, İT və KM şöbəsinin baş əməliyyat müvəkkili Şahid4 və İT və KM şöbəsinin əməliyyat müvəkkili Şahid5 daxil olmuşlar. İT və KM şöbəsinin əməkdaşları xidməti vəsiqələrini təqdim edərək özlərini Təqsirləndirilən şəxs təqdim etmiş və iştirak edən digər şəxslərə hadisə yerində baxış keçiriləcəyini və bu barədə protokol tərtib olunacağını izah etmişlər. İT və KM şöbəsinin əməkdaşları tərəfindən 301 №-li xidməti kabinetə baxış zamanı, ondan sol tərəfdə olan iş masasının üzərində, iki gündəliyin arasında 50.000 (əlli min) rubl aşkar edilmişdir. Baxış zamanı o, aşkar edilən 50.000 (əlli min) rubl pulun ona Təqsirləndirilən şəxs qanunsuz hərəkətlər etməsi, yəni bacısı oğlu V.Y.İmanovun cəzasının yüngülləşdirilməsi məqsədilə, onun təqsirləndirildiyi cinayət əməlini daha yüngül cinayət əməlinə tövsif etməsi üçün rüşvət qismində verdiyini bildimişdir. Təqsirləndirilən şəxs öz növbəsində aşkar edilən pulun ona aid olmadığını bildirmişdir. Aşkar edilən 50.000 (əlli min) rubl pul götürülmüş və qablaşdırılmışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahid Rusiya DİN Novokuybışevsk şəhəri üzrə İqtisadi Təhlükəsizlik və korrupsiya ilə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 İqoryeviçin ifadəsindən görünür ki, o, Rusiya DİN Novokuybışevsk şəhəri üzrə şöbəsinin İqtisadi təhlükəsizlik və korrupsiya ilə mübarizə şöbəsinin baş əməliyyat müvəkkilidir. 29 may 2017-ci ildə **********6041576 №-li cinayət işinin istintaqı çərçivəsində Rusiya Federasiyası DİN Novokuybışevsk şəhəri üzrə şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbiri zamanı narkotik vasitələrin satışı ilə məşğul olmaqda şühbəli bilinən X7 tutulmuşdur. Bundan sonra, Rusiya DİN Novokuybışevsk şəhəri üzrə şöbəsinin İqtisadi təhlükəsizlik və korrupsiya ilə mübarizə şöbəsinə narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş V.Y.İmanovun dayısı vətəndaş Təqsirləndirilən şəxs V.Y.İmanov barəsində başlanmış cinayət işinin daha yüngül maddəyə tövsif edilməsi məqsədilə Rusiya DİN Novokuybışevsk şəhəri üzrə şöbəsinin İstintaq şöbəsinin baş müstəntiqi, ədliyyə kapitanı Şahid1 qanunsuz pul mükafatı, yənİ rüşvət verməyi planlaşdırması haqqında əməliyyat məlumatı daxil olmuşdur. Həmin fakt üzrə Rusiya DİN Novokuybışevsk şəhəri üzrə şöbəsinin növbətçi hissəsində müvafiq raport qeydiyyata alınmışdır. 19 iyun 2017-ci ildə gizli audio və video qeydin aparılması ilə keçirilən müşahidə zamanı Rusiya DİN Novokuybışevsk şəhəri üzrə şöbəsinin İstintaq şöbəsinin baş müstəntiqi, ədliyyə kapitanı Şahid1la vətəndaş Təqsirləndirilən şəxs görüşü zamanı vəzifəli şəxsə qanunsuz rüşvət təklif edilməsi faktı aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs pul vəsaitini verməmişdir. Həyata keçirilən əməliyyat tədbirinin nəticəsinə dair tərəfindən akt tərtib olunmuşdur. 3 iyul 2017-ci ildə Rusiya DİN Novokuybışevsk şəhəri üzrə şöbəsinin İT və KM şöbəsinə Rusiya DİN Novokuybışevsk şəhəri üzrə şöbəsinin İstintaq şöbəsinin baş müstəntiqi, ədliyyə kapitanı Şahid1 icraatında olan **********6041600 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X4 dayısı Təqsirləndirilən şəxs şahid qismində dindirilməsi zamanı baş müstəntiq Şahid1 qanunsuz pul mükafatı təklif edəcəyi ehtimalı olduğundan İT və KM şöbəsinin əməliyyat müvəkkili Şahid3 tərəfindən «əməliyyat eksperimentinin» keçirilməsi haqqında qərar qəbul edilmişdir. Saat 17.00-dan bir neçə dəqiqə sonra baş müstəntiq Şahid1 olduğu 301 №-li xidməti kabinetə Təqsirləndirilən şəxs daxil olmuş, müstəntiqin kabinetində təxminən 40 dəqiqə qaldıqdan sonra 301 №-li xidməti kabinetə daxil olmaq barədə şərti işarə verilmiş, o, İT və KM şöbəsinin baş əməliyyat müvəkkili Şahid4, əməliyyat müvəkkili R.R.Sunqatullin və iki hal şahidi 301 №-li xidməti kabinetə daxil olmuşdur. Xidməti vəsiqələri göstərərək, otaqda olan şəxslərə hadisə yerində baxış keçiriləcəyi, bu barədə protokol tərtib olunacağı barədə məlumat verilmişdir. Bundan sonra 301 №-li xidməti kabinetə baxış keçirərkən baş müstəntiq Şahid1 sol tərəfində yerləşən iş masasında iki gündəlik arasında 50.000 (əlli min) rubl pul aşkar edilmişdir. Şahid1 aşkar edilmiş 50.000 (əlli min) rubl pulun ona qanunsuz hərəkət etməsi, yəni bacısı oğlu V.Y.İmanovun təqsirləndirilən şəxs kimi cəlb edildiyi cinayət işinin tövsif edilməsi üçün Təqsirləndirilən şəxs tərəfindən verildiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə aşkar edilən pulun onun olmadığını bildirmişdir. Aşkar edilmiş 50.000 (əlli min) rubl pul vəsaiti götürülmüş və şəffaf polietilen paketə qablaşdırılmış, üzərinə «Rusiya DİN Novokuybışevsk şəhəri üzrə şöbəsinin növbətçi hissəsi» möhürü vurulmuş və o, İT və KM şöbəsinin baş əməliyyat müvəkkili Şahid4, əməliyyat müvəkkili R.R.Sunqatullin, baş müstəntiq Şahid1, iki hal şahidi və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan sonra o, baxış protokolunu yazmış, iştirak edən bütün şəxslər baxış protokolunu oxuyaraq imzalamışdır. Hadisə yerində baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs vəzifəli şəxsə pul vəsaitinin verilməsi faktı ilə əlaqədar izahat verməsi təklif olunmuşdur. Dindirmə zamanı Təqsirləndirilən şəxs İstintaq şöbəsinin baş müstəntiqi ədliyyə kapitanı Şahid1 qanunsuz hərəkətləri etməsi, yəni, X4 cəzasının yüngülləşdirilməsi məqsədilə onun təqsirləndirilən şəxs qismində cəlb edildiyi cinayət işinin daha yüngül cinayət tərkibinə tövsif edilməsi müqabilində vəd verdiyi 100.000 (bir yüz min) rubl məbləğində olan qanunsuz pul mükafatının 50.000 (əlli min) rubl məbləğində olan hissəsini rüşvət verdiyini etiraf etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahid Rusiya DİN Novokuybışevsk şəhəri üzrə İqtisadi Təhlükəsizlik və korrupsiya ilə mübarizə şöbəsinin əməliyyat müvəkkili Şahid3y Vyaçeslavoviçin ifadəsindən görünür ki, 19 iyun 2017-ci il və 3 iyul 2017-ci il tarixlərdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs İstintaq şöbəsinin baş müstəntiqi ədliyyə kapitanı Şahid1 qohumu X4 təqsirlənməsinə dair cinayət işi üzrə sonuncunun cəzasının yüngülləşdirilməsi, yəni onun cinayət əməlinin qanunun daha yüngül cəza nəzərdə tutan maddəsinə tövsif edilməsi müqabilində vəd verdiyi 100.000 (yüz min) rubl məbləğində qanunsuz pul mükafatının 50.000 (əlli min) rubl məbləğində olan hissəsini rüşvət qismində verməsi faktı təsdiq olunmuşdur. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs istintaq şöbəsinin baş müstəntiqi ədliyyə kapitanı Şahid1 qanunsuz təkliflər etmiş, yəni, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş qohumu X4 cəzasının yüngülləşdirilməsi məqsədilə, onun əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan maddəyə tövsif edilməsi müqabilində rüşvət verəcəyi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirləri keçirilmişdir. Bununla bağlı 19 iyun 2017-ci il tarixdə müşahidə aparılmış, lakin Təqsirləndirilən şəxs tərəfindən pul verilməmişdir. 3 iyul 2017-ci il tarixlərdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı isə Təqsirləndirilən şəxs 100.000 (yüz min) rubl məbləğində olan qanunsuz pul mükafatının 50.000 (əlli min) rubl məbləğində olan hissəsini rüşvət qismində verməsi faktının müəyyən edilmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid5 ifadəsindən görünür ki, 19 iyun 2017-ci il və 3 iyul 2017-ci il tarixlərdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs İstintaq şöbəsinin baş müstəntiqi ədliyyə kapitanı Şahid1 qanunsuz təkliflər etdiyi, qohumu X4 cəzasının yüngülləşdirilməsi məqsədilə onun təqsirləndirilən şəxs qismində cəlb edildiyi cinayət qanunu normasının daha yüngül cəza nəzərdə maddəyə tövsİf edilməsi müqabilində vəd verdiyi 100.000 (yüz min) rubl məbləğində olan qanunsuz pul mükafatının 50.000 (əlli min) rubl məbləğində olan hissəsini rüşvət verməsi faktı təsdiq olunmuşdur. İşin 1-ci cildinin 81-85, 2-ci cildinin 218-221-ci vərəqlərindəki 19 iyun 2017-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Rusiya DİN Novokuybışevsk şəhəri üzrə şöbəsinin Novokuybışevsk şəhəri Kommunist küçəsi, 30 ünvanda yerləşən 301 №-li xidməti kabinetində üzərində Təqsirləndirilən şəxs əllə yazdığı «100.000» qeydinin olduğu «Obozreniye» qəzetinin üz qabığı aşkar edilərək götürülmüşdür. İşin 1-ci cildinin 29-43, 2-ci cildinin 179-182-ci vərəqlərindəki 3 iyul 2017-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, cinayətin törədildiyi yer, yəni Rusiya DİN Novokuybışevsk şəhəri üzrə şöbəsinin Novokuybışevsk şəhəri Kommunist küçəsi 30 ünvanda yerləşən 301 №-li xidməti kabineti olduğu müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Şahid1 verdiyi ümumi məbləği 50.000 rubl olan pul vəsaiti aşkar edilmiş və götürülmüşdür. İşin 1-ci cildinin 151-152, 3-cü cildinin 14-17-ci vərəqlərindəki Rusiya DİN Novokuybişevsk şəhəri üzrə şöbəsinin Ekspertiza-kriminalistika şöbəsinin 25 avqust 2017ci il tarixli, 362 №-li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunan 5000 rubl nominalında - ra 3540976, ea 1869903, 65 7385814, 66 7385661, rc 0876333, eo 5882361, tk 4751450, AT 6880484, BM 2663660, TƏ ******* nömrəli pul əskinasları formasına, çap üsuluna, rəng qammasına, o cümlədən, xüsusi müdafiə vasitələrinə görə Qosznak istehsalı olan pul əskinaslarının analoji nominalına uyğun gəlir. İşin 2-ci cildinin 145-149-cu vərəqlərindəki protokoldan görünür ki, «içərisində Rusiya DİN-in Novokuybişevsk üzrə şöbəsinin 301 nömrəli xidməti kabinetində Təqsirləndirilən şəxs dair keçirilmiş «müşahidə» əməliyyat-axtarış tədbirinin audio/video yazısının olduğu DVD-RW disk» adlı zərfdə olan diskə 21 oktyabr 2019-cu il tarixdə keçirilmiş baxış zamanı 16 dəqiqə 57 saniyəlik video materialda Təqsirləndirilən şəxs və baş müstəntiq Şahid1 xidməti otağa daxil olmaları və müzakirə aparmaları, danışıq zamanı Təqsirləndirilən şəxs X4 qohumu olduğunu, onun təqsirləndirildiyi cinayət əməlinin narkotiklərin qanunsuz satışından qanunsuz saxlanılmasına tövsif edilməsi üçün baş müstəntiqdən nə qədər pul tələb ediliyini soruşduğu, baş müstəntiq Şahid1 bu cür tövsifin mümkün olmamasını izah etdiyi, Təqsirləndirilən şəxs israrla öz dediklərini təkrar edərək köməklik göstərilməsini, baş müstəntiqin ona etibar etməsini xahiş etməsi, stolun üzərində baş müstəntiqə təklif etdiyi rəqəmi qələmlə qəzetin üzərinə yazaraq oxuması üçün ona təqdim etməsi müşahidə edilmişdir. Həmçinin, həmin diskdə olan 38 dəqiqə 00 saniyəlik video materiala 21 oktyabr 2019-cu il tarixli baxış protokoluna əsasən, baxış keçirilən zaman Təqsirləndirilən şəxs və baş müstəntiq Şahid1 xidməti otağa daxil olmaları, baş müstəntiqin dindirməyə başlaması, danışıq zamanı Təqsirləndirilən şəxs yenidən X4 təqsirləndirildiyi cinayət əməlinin narkotiklərin qanunsuz satışından qanunsuz saxlanılmasına tövsif edilməsi üçün baş müstəntiqdən nə qədər pul tələb edildiyini soruşması, baş müstəntiq Şahid1 bu cür tövsifin mümkün olmaması, Təqsirləndirilən şəxs verəcəyi pulun rüşvət olmasını izah etməsi, sonuncunun şalvarının arxa cibindən çıxardığı pulu baş müstəntiqin sol tərəfində olan masanın üzərindəki dəftərlərin arasına qoyması müşahidə edilmişdir. İşin 1-ci cildinin 77, 2-ci cildinin 214-cü vərəqlərindəki Rusiya DİN Novokuybışevsk şəhəri üzrə şöbəsinin İqtisadi təhlükəsizlik və korrupsiya ilə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 30 may 2017-ci il tarixli raportunda RF DİN Novokuybışevsk şəhəri üzrə şöbəsinin İT və KM şöbəsinə V.Y.İmanovun (narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən) qohumu Təqsirləndirilən şəxs baş müstəntiq Şahid1 V.Y.İmanovun əməlinin daha yüngül cinayət tərkibinə tövsif edilməsi üçün pul mükafatı (rüşvət) verməyi planlaşdırması barədə məlumat daxil olması göstərilmişdir. İşin 1-ci cildinin 28, 2-ci cildinin 178-ci vərəqlərindəki Rusiya DİN Novokuybışevsk şəhəri üzrə şöbəsinin istintaq şöbəsinin baş müstəntiqi Şahid1 Rusiya DİN Novokuybışevsk şəhəri üzrə şöbəsinin rəisinə ünvanladığı 3 iyul 2017-ci il tarixli raportdan görünür ki, Şahid1 icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs V.Y.İmanovun qohumu Təqsirləndirilən şəxsla söhbətdən V.Y.İmanovun əmilərinin daha yüngül cinayət tərkibinə tövsif edilməsi üçün ona qanunsuz mükafat təklif ediləcəyi ehtimalı olmasını bildirmişdir. İşin 1-ci cildinin 176-187, 3-cü cildinin 37-51-ci vərəqlərindəki sənədlərdən görünür ki, 21 dekabr 2016-cı il tarixli 326 nömrəli əmrlə Şahid1 Rusiya DİN Novokuybışevsk şəhəri üzrə şöbəsinin istintaq şöbəsinin baş müstəntiqi vəzifəsinə təyin edilmişdir. Rusiya DİN Novokuybışevsk şəhəri üzrə şöbəsinin istintaq şöbəsinin baş müstəntiqi, ədliyyə kapitanı Şahid1 vəzifə reqlamentinə əsasən, Şahid1 peşə fəaliyyəti zamanı RF Konstitusiyası, RF Cinayət Məcəlləsi, RF Cinayət Prosessual Məcəlləsi, «Polis haqqında» 7 fevral 2011-ci il tarixli 3 nömrəli Federal Qanunu, «RF daxili işlər orqanlarında xidmət haqqında» Federal Qanunu, RF federal qanunvericiliyinin digər tələbləri, RF DİN əmrləri və normativ-hüquqi aktlarını rəhbər tutur, əmək fəaliyyəti zamanı cinayət işlərinin keyfiyyətli araşdırılmasını təmin edir, araşdırdığı cinayət işləri İlə əlaqədar profilaktik tədbirlər görür, Novokuybışevsk şəhəri ərazisində törədilən cinayətlərə dair açılmış cinayət işləri üzrə ibtidai istintaqını həyata keçirir, istənilən mürəkkəblik dərəcəsində olan cinayət işlərinin araşdırılmasını həyata keçirir, icraatda olan bütün cinayət işləri üzrə tam və obyektiv araşdırmanı həyata keçirir, cinayət fəaliyyətinin bütün epizodlarını müəyyən edir, cinayət işlərinin araşdırılması zamanı qanun pozuntusuna yol verilməməsi üçün tədbirlər görür və iş üzrə qəbul etdiyi hər qərara görə məsuliyyət daşıyır, hər hansı bir şəxs onu korrupsiya yönümlü hüquq pozuntusu etməyə təhrik etmək məqsədilə müraciət etdiyi zaman istintaq orqanının rəhbərliyinə, Rusiya DİN Samara vilayəti üzrə Bİ Baş İstintaq İdarəsinin rəhbərliyinə, prokurorluq orqanlarına məruzə edir. İşin 1-ci cildinin 60-64, 68-69, 2-ci cildinin 194-199, 203-205-ci vərəqlərindəki sənədlərdən görünür ki, Rusiya DİN Novokuybışevsk şəhəri üzrə şöbəsinin istintaq şöbəsinin baş müstəntiqi, ədliyyə kapitanı Şahid1 tərəfindən 3 iyun 2017-ci il tarixdə **********6041576 №-li cinayət işindən X7 barəsində materiallar ayrıca icraata ayrılmaqla **********6041600 №-li cinayət işi üzrə istintaq aparılmışdır. 3 iyun 2017-ci il tarixdə Rusiya DİN Novokuybışevsk şəhəri üzrə şöbəsinin istintaq şöbəsinin baş müstəntiqi, ədliyyə kapitanı Şahid1 tərəfindən X6 RF CM-nin 30 maddəsinin 3-cü hissəsi, 228.1 maddəsinin 4-cü hissəsinin «q» bəndinə əsasən ittiham elan edilmiş və o, **********6041600 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Novokuybışevsk şəhər məhkəməsinin hakimi A.A.Safronov tərəfindən 5 iyun 2017-ci il tarixdə təqsirləndirilən şəxs X7 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşin 4-cü cildinin 68-80-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» 15 yanvar 2020-ci il tarixli qərardan görünür ki, «içərisində Rusiya DİN-in Novokuybışevsk üzrə şöbəsinin 301 nömrəli xidməti kabinetində Təqsirləndirilən şəxs dair keçirilmiş «müşahidə» əməliyyat-axtarış tədbirinin audio/video yazısının olduğu DVD-RW disk» adlı zərfdə olan disk və «Rusiya DİN-in Novokuybışevsk üzrə şöbəsinin 301 nömrəli xidməti kabinetində 3 iyul 2017-ci ildə aparılmış hadisə yerinə baxış protokoluna əlavə edilmiş, içərisində audio və video yazının olduğu DVD-RW disk» adlı zərfdə olan disk, həmçinin istintaq zamanı ələ keçirilmiş 5000 rubl nominalında - «ra 3540976, ea 1869903, 66 7385814, 66 7385661, rc 0876333, eo 5882361, tk 4751450, AT 6880484, BM 2663660, T3 5732702» nömrəli pul əskinasları maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İşin 2-ci cildinin 156-cı vərəqindəki 24 oktyabr 2019-cu il tarixli baxış protokolundan görünür ki, 19 iyun 2017-ci il tarixdə 1 Rusiya rublunun dəyərinin Azərbaycan manatının məzənnəsinə nisbəti 0.0296 və 3 iyul 2017-ci il tarixdə isə 0.0289 manat olmuşdur. İşin 4-cü cildinin 118-ci vərəqindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon xalq məhkəməsinin 28 avqust 1986-cı il tarixli hökmü ilə Azərbaycan SSR CM-nin 102-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 aprel1988-ci il tarixdə Kirov rayon xalq məhkəməsinin qərarı ilə CM-nin 50-2-ci maddəsinə əsasən 3 il 3 ay 4 gün şərti azad edilmişdir. İşin 85-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2020-ci il tarixdə barəsində axtarış elan edildiyini eşidib, könüllü olaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin inzibati binasına gəlmişdir. İşin 110-111-ci vərəqlərindəki «qətimkan tədbirinin seçilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 yanvar 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 119-cu vərəqindəki xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-1, 312.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edə biləcək hal məhkəmədə müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi. Onun bu ifadəsi məhkəmədə tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə, ifadəsinə tənqidi yanaşır, cinayət məsuliyyətdən yayınmaq məqsədi güdən ifadə kimi qiymətləndirir və sübut hesab etmir. Yuxarıda sadalanan bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 12.1-1, 312.2-ci maddəsi ilə tövsif edilməklə, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 12.1-1, 312.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 24 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: «içərisində Rusiya DİN-in Novokuybışevsk üzrə şöbəsinin 301 nömrəli xidməti kabinetində Təqsirləndirilən şəxs dair keçirilmiş «müşahidə» əməliyyat-axtarış tədbirinin audio/video yazısının olduğu DVD-RW disk» adlı zərfdə olan disk və «Rusiya DİN-in Novokuybışevsk üzrə şöbəsinin 301 nömrəli xidməti kabinetində 3 iyul 2017-ci ildə aparılmış hadisə yerinə baxış protokoluna əlavə edilmiş, içərisində audio və video yazının olduğu DVD-RW disk» adlı zərfdə olan disk, həmçinin istintaq zamanı ələ keçirilmiş 5000 rubl nominalında - «ra 3540976, ea 1869903, 66 7385814, 66 7385661, rc 0876333, eo 5882361, tk 4751450, AT 6880484, BM 2663660, T3 5732702» nömrəli pul əskinasları iş materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-1, 312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 24 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Maddi sübutlar: «içərisində Rusiya DİN-in Novokuybışevsk üzrə şöbəsinin 301 nömrəli xidməti kabinetində Təqsirləndirilən şəxs dair keçirilmiş «müşahidə» əməliyyataxtarış tədbirinin audio/video yazısının olduğu DVD-RW disk» adlı zərfdə olan disk və «Rusiya DİN-in Novokuybışevsk üzrə şöbəsinin 301 nömrəli xidməti kabinetində 3 iyul 2017-ci ildə aparılmış hadisə yerinə baxış protokoluna əlavə edilmiş, içərisində audio və video yazının olduğu DVD-RW disk» adlı zərfdə olan disk, həmçinin istintaq zamanı ələ keçirilmiş 5000 rubl nominalında - «ra 3540976, ea 1869903, 66 7385814, 66 7385661, rc 0876333, eo 5882361, tk 4751450, AT 6880484, BM 2663660, T3 5732702» nömrəli pul əskinasları iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-112/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-112/2021
24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver