Məhkəmə qərarları › İş №1(101)-113/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-113/2021

08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-113/2021 08.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili: Müdafiəçi2 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü ,Bakı şəhəri "Mərkəz" Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə Təqsirləndirilən şəxs1 - xx xxxx 1989-cu ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, məhkumluğu ödənilmiş, Yardımlı rayonu, Əsədabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 - xx xxxxxxx 1988-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Əsədabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış və satmış, eləcə də, külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Belə ki, o, bibisi oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək İran İslam Respublikasında olarkən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri 4000 manat pul müqabilində əldə etmə, saxlama, daşıma, satma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə xx.xx.2019-cu il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində hoteldən olarkən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə danışıb razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında yaşayan şəxsiyyəti istintaqa məlum olmayan şəxslə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna “Malyar Ustası” adı ilə qeyd etdiyi İran İslam Respublikasına məxsus +**********82 nömrəli mobil nömrə ilə “yaratdığı “Votçap” sosial şəbəkə proqramı vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlayıb onun tərəfindən istintaqa məlum olmayan yerdə və mənbədən əldə olunub Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə göndərilmiş, əvvəlcədən razılaşdıqları kimi Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsi ilə üzbəüz yerləşən “İpək” mebel mağazasının qarşısında olan üzərində “Soliton-Mebel” “Soliton”, “Neptun” və “Kilim” reklamını əks etdirən lövhənin yanında olan dəmir qutunun içərisində gizlədilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddələri, yəni bir ədəd şəffav rəngli sellofan bağlamada 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan ağ rəngli kristal formada təmiz çəkisi 31,265 qram olan külli miqdarda psixiotrop maddə metafetamini və bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 169,384 qram olan külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini xx.xx.2019-cu il tarixdə axşam saatlarında qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə satış məqsədilə qanunsuz olaraq götürüb əldə etdikdən sonra tanışı X4 idarə etdiyi “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektinə daşımış, xx.xx.2019-cu il tarixdə tanışları X11 ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində görüşərək Elgün Əliyevin idarə etdiyi “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə əyləşərək, avtomobildə Elgün Əliyevə həmin narkotik vasitə və psixotrop maddədən bir ədəd şəffav rəngli torbada 31,265 qram çəkidə külli miqdarda psixotrop maddə olan metafetamini hər qramını 40 manata satdıqdan sonra, bir ədəd qara rəngli sellofan bağlamada qalan külli miqdarda narkotik vasitə olan heroini Elgün Əliyevin avtomobilinin salonunda arxa oturacağının üstünə qoyaraq saxlamış, xx.xx.2019-cu iltarixdə saat 10 radələrində Abşeron polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pospektində saxlanılıb, Abşeron rayon polis idarəsinə gətirilərək Elgün Əliyevin idarə etdiyi “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə baxış keçirilən zaman avtomobilin salonun arxa oturacağının üstündən ona və Təqsirləndirilən şəxs2 məxsus həmin bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 169,384 qram olan tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış və satmış, eləcə də, külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Belə ki, o, dayısı oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək İran İslam Respublikasında olarkən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri 4000 manat pul müqabilində əldə etmə, saxlama, daşıma, satma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə xx.xx.2019-cu il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində hoteldə olarkən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə danışıb razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında yaşayan şəxsiyyəti istintaqa məlum olmayan şəxslə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna “Malyar Ustası” adı ilə qeyd etdiyi İran İslam Respublikasına məxsus +**********82 nömrəli mobil nömrə ilə “yaratdığı “Votçap” sosial şəbəkə proqramı vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlayıb tərəfindən istintaqa məlum olmayan yerdə və mənbədən əldə olunub Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə göndərilmiş, əvvəlcədən razılaşdıqları kimi Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsi ilə üzbəüz yerləşən “İpək” mebel mağazasının qarşısında olan üzərində “Soliton-Mebel” “Soliton”, “Neptun” və “Kilim” reklamını əks etdirən lövhələrin yanında olan dəmir qutunun içərisində gizlədilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddələri, yəni bir ədəd şəffav rəngli sellofan bağlamada 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan ağ rəngli kristal formada təmiz çəkisi 31,265 qram olan külli miqdarda psixiotrop maddə metafetamini və bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 169,384 qram olan külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini xx.xx.2019-cu il tarixdə axşam saatlarında qohumu Təqsirləndirilən şəxs1 ilə birlikdə satış məqsədilə qanunsuz olaraq götürüb əldə etdikdən sonra tanışı X5 idarə etdiyi “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektinə daşımış, xx.xx.2019-cu il tarixdə tanışları X11 ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində görüşərək Elgün Əliyevin idarə etdiyi “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə əyləşərək, avtomobildə Təqsirləndirilən şəxs1 Elgün Əliyevə həmin narkotik vasitə və psixotrop maddədən bir ədəd şəffav rəngli torbada 31,265 qram çəkidə külli miqdarda psixotrop maddə olan metafetamini hər qramını 40 manata satdıqdan sonra, bir ədəd qara rəngli sellofan bağlamada qalan külli miqdarda narkotik vasitə olan heroini Elgün Əliyevin avtomobilinin salonunda arxa oturacağının üstünə qoyaraq saxlamış, xx.xx.2019-cu il tarixdə saat 10 radələrində Abşeron polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pospektində saxlanılıb, Abşeron rayon polis idarəsinə gətirilərək Elgün Əliyevin idarə etdiyi “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə baxış keçirilən zaman avtomobilin salonun arxa oturacağının üstündən ona və Təqsirləndirilən şəxs1 məxsus həmin bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 169,384 qram olan tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Yardımlı rayonu, Əsədabad kəndində valideynləri ilə birlikdə yaşamışdır. Bildirmişdir ki, Yardımlı rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213-1.2, 213-1.2.3 və 70 maddələri ilə təqsirli bilinərək 02 il sınaq müddətinə ilə şərti olaraq məhkum olunmuş və xx.xx.2019-cu il tarixdə cəzasını çəkib qurtarmışdır.Təxminən 3-4 il olar ki, narkotik vasitə qəbul etmişdir. Təqsirləndirilən şəxs2 və X7 tanıyır. Müşfiq onun bibisi oğlu, Elgün isə tanışıdır. Müşfiq və Elgün ilə aralarında olan münasibətləri hər zaman yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Elgünün özünə məxsus “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili vardır. Elgün həmin avtomobillə taksi kimi fəaliyyət göstərmişdir. Bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə o, bibisioğlu Təqsirləndirilən şəxs2 Ərzulla oğlu ilə İran İslam Respublikasının Ərdəbil şəhərinə getmişlər. Ərdəbil şəhərində qaldığı otellərin birində tanış olduğu İran vətəndaşı olan bir nəfər şəxsdən narkotik vasitə istəmişlər. Həmin şəxs onlara demişdir ki, “Bakı şəhərində narkotik vasitə satacaq və həmin narkotik vasitənin qiyməti 4000 manatdır, istəsən əlaqə saxlayıb ala biləsən”. O, həmin şəxslə həmin şəxsin dediyi qiymətə razılaşmışdır. xx.xx.2019-cu il tarixdə axşam saatlarında İran İslam Respublikasından Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə gələrək mobil telefon vasitəsi ilə tanışı Elgünlə əlaqə saxlayıb onu və Müşfiqi Bakı şəhərinə aparmasını bildirmişdir. Elgün onunla razılaşmışdır. Elgün idarə etdiyi maşınla gəlib onunla Müşfiqi Bakı şəhərinə aparmışdır. X12 vasitəsi ilə İranda onlara narkotik vasitə söz verən şəxslə əlaqə saxlayıb hara gedəcəklərini öyrənmişdir. İran vətəndaşı votçap vasitəsi ilə onlara Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsinə getmələrini və orada bir nəfər şəxsin onları gözlədiyini bildirmişdir. Onlar Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə gedib yanacaq doldurma məntəqəsinin yanında o, maşından düşüb “Azpetrol” yanacaq doldurma məntəqəsi ilə üzbəüz olan “İpək” mebel mağazasının qarşısında üzərində “Soliton”, “Neptun” və “Kilim” reklamını əks etdirən plakatın yanında olan dəmir qutunun yanına gələrək 4000 manat pulu yerə qoymuş və bir saatdan sonra pulu qoyduğu yerdən qara sellofana bükülü narkotik vasitəni götürüb oradan Abşeron rayonu, Xırdalan şəhərinə gəlmişlər. Həmin qara rəngli sellofan torbanın içərisində narkotik vasitə heroin və metanfetamin olmuşdur. Onlar həmin narkotik vasitəni Elgünün maşınında gəzdirmişlər. xx.xx.2019-cu il tarixdə saat 10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 120 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sonuncu dayanacağında Elgün, özü və Müşfiq bir yerdə Elgünün maşınında olan zaman Elgün onlardan narkotik vasitə istədiyi üçün onlar Elgünə qramı 40 manatdan təxminən 31 qram metanfetamin vermişlər. Elgün də həmin narkotik vasitəni alıb cibinə qoymuşdur. Qalan narkotik vasitəni isə Elgünün maşınında arxa oturacaqda qoymuşlar. Sonra Elgün maşından düşüb marketə gedərkən iki nəfər mülkü geyimdə olan şəxs Elgünə yaxınlaşaraq vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt Elgünün üzərində narkotik vasitə olduğu üçün həyəcanlandığından polis əməkdaşları şübhələnib onları Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Abşeron rayon polis idarəsinə gəldikdən sonra polis idarəsində polis əməkdaşları tərəfindən onun hüquqlarının müdafiəsi məqsədi ilə idarəyə vəkil dəvət olunmuş və ona hüquqları izah olunduqdan sonra onun, vəkilin və orada olan polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vəsitəsi ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərində nakotik vasitə aşkar olunmamışdır. Sonra o, polis əməkdaşlarına etiraf edərək bildirmişdir ki, tanışı Elgün Əliyevə məxsus “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa oturacağında ona məxsus narkotik vardır. Sonra polis əməkdaşları onun vəkili tanışı Elgün Əliyevin, Elgünün vəkilinin iştirakı ilə video çəkiliş vasitəsi ilə Elgünə məxsus ağ rəngli “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə baxış keçirən zaman avtomobilin salonunda arxa oturacaqda bir ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə aşkar olunmuşdur. Həmin vaxt o, bildirmişdir ki, “həmin narkotik vasitə heroindir, ona məxsusdur bibisioğlu Müşfiqlə bir yerdə Bakı şəhərində tanımadığm şəxsdən 4000 manata almışlar”. Sonra polis əməkdaşları həmin narkotik vasitə olan heroini kağız zərfə qoyaraq qablaşdırmışlar və bununla bağlı protokol tərtib etmişlər. Həmin kağız zərfi o, və digər polis əməkdaşları imzalamışlar. Bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə axşam saatlarında İran İslam Respublikasından Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə gələrək mobil telefon vasitəsi ilə tanışı Elgünlə əlaqə saxlayıb onu və Müşfiqi Bakı şəhərinə aparmasını bildirmiş, Elgün də onunla razılaşmışdır. Elgün idarə etdiyi maşınla gəlib onunla Müşfiqi Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığına aparmış, ancaq Elgünün onların bu niyyətindən və əməlindən xəbəri olmamış, Elgün onları taksi kimi aparıb gətirmişdir. Onların narkotik vasitə olan torbanın Elgünün maşının arxa oturacağında qalmasından Elgünün xəbəri olmamış və bununla bağlı Elgün onlarla heç bir razılıq əldə etməmişdir. Onlar Elgünün narkotik vasitə qəbul etdiyini bilib xx.xx.2019-cu il tarixdə saat 10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 120 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sonuncu dayanacağında Elgünlə görüşüb Elgünün maşınında əyləşən zaman Elgün Əliyevə qramı 40 manatdan təxminən 31 qram çəkidə narkotik vasitə metafetamin satmışdır. Elgün Əliyevin onların niyyətindən və əməlindən xəbəri olmamışdır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Yardımlı rayonu, Əsədabad kəndində valideynləri və ailəsi ilə birlikdə yaşamışdır. Təxminən 3-4 il olar ki, narkotik vasitə qəbul etmişdir. Təqsirləndirilən şəxs1 və X7 tanıyır. Samir onun dayısıoğlu, Elgün isə tanışıdır. Samir və Elgün ilə aralarında olan münasibətləri hər zaman yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Elgünün özünə məxsus “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili vardır. Elgün həmin avtomobillə taksi kimi fəaliyyət göstərmişdir. Bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə o, dayısıoğlu Təqsirləndirilən şəxs1 ilə İran İslam Respublikasının Ərdəbil şəhərinə getmişlər. Ərdəbil şəhərində qaldığı otellərin birində tanış olduğu İran vətəndaşı olan bir nəfər şəxsdən narkotik vasitə istəmişlər. Həmin şəxs onlara demişdir ki, “Bakı şəhərində narkotik vasitə satacaq və həmin narkotik vasitənin qiyməti 4000 manatdır, istəsən əlaqə saxlayıb ala biləsən”. Onlar həmin şəxslə həmin şəxsin dediyi qiymətə razılaşmışlar. xx.xx.2019-cu il tarixdə axşam saatlarında İran İslam Respublikasından Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə gəlmişlər. Həmin vaxt Samir mobil telefon vasitəsi ilə tanışları Elgünlə əlaqə saxlayıb onu və Samiri Bakı şəhərinə aparmasını bildirmişdir. Elgün Samirlə razılaşmışdır. Elgün idarə etdiyi maşınla gəlib onunla Samiri Bakı şəhərinə aparmışdır. Yolda o, Votçap vasitəsi ilə İranda onlara narkotik vasitə söz verən şəxslə əlaqə saxlayıb hara gedəcəklərini öyrənmişdir. İran vətəndaşı votçap vasitəsi ilə onlara Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsinə getmələrini və orada bir nəfər şəxsin onları gözlədiyini bildirmişdir. Onlar Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə gedib yanacaq doldurma məntəqəsinin yanında saxlamışlar. Orada Samir maşından düşüb “Azpetrol” yanacaq doldurma məntəqəsi ilə üzbəüz olan “İpək” mebel mağazasının qarşısında üzərində “Soliton”, “Neptun” və “Kilim” reklamını əks etdirən plakatın yanında olan dəmir qutunun yanına gələrək 4000 manat pulu yerə qoymuş və bir saatdan sonra pulu qoyduğu yerdən qara sellofana bükülü narkotik vasitəni götürüb oradan Abşeron rayonu, Xırdalan şəhərinə gəlmişlər. Həmin qara rəngli sellofan torbanın içərisində narkotik vasitə heroin və metanfetamin vardı. Onlar həmin narkotik vasitəni Elgünün maşınında gəzdirmişlər. Elgünün bundan xəbəri olmamışdır. xx.xx.2019-cu il tarixdə saat 10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 120 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sonuncu dayanacağında Elgün, o, və Müşfiq bir yerdə Elgünün maşınında olan zaman Elgün onlardan narkotik vasitə istədiyi üçün onlar Elgünə qramı 40 manatdan təxminən 31 qram metanfetamin vermişlər, Elgün də həmin narkotik vasitəni alıb cibinə qoymuşdur. Qalan narkotik vasitəni isə Elgünün maşınında arxa oturacaqda qoymuşlar. Sonra Elgün maşından düşüb marketə gedərkən iki nəfər mülkü geyimdə olan şəxs Elgünə yaxınlaşaraq vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt Elgünün üzərində narkotik vasitə olduğu üçün həyəcanlandığından polis əməkdaşları şübhələnib onları Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Abşeron rayon polis idarəsinə gəldikdən sonra polis idarəsində polis əməkdaşları tərəfindən onun hüquqlarının müdafiəsi məqsədi ilə idarəyə vəkil dəvət olunmuş və ona hüquqları izah olunduqdan sonra onun, vəkili və orada olan polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vəsitəsi ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərində nakotik vasitə aşkar olunmamışdır. Sonra Samir polis əməkdaşlarına etiraf edərək bildirmişdir ki, Elgünə məxsus “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili arxa oturacağında ona məxsus narkotik vardır. Sonra polis əməkdaşları Samirin vəkili, tanışı Elgün Əliyevin, Elgünün vəkilinin iştirakı ilə video çəkiliş vasitəsi ilə Elgünə məxsus ağ rəngli “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə baxış keçirən zaman avtomobilin salonunda arxa oturacaqda bir ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə aşkar olunmuşdur. Həmin vaxt Samir bildirmişdir ki, “həmin narkotik vasitə heroindir, ona məxsusdur bibisioğlu Müşfiqlə bir yerdə Bakı şəhərində tanımadığı şəxsdən 4000 manata almışlar”. Sonra polis əməkdaşları həmin narkotik vasitə olan heroini kağız zərfə qoyaraq qablaşdırmışlar və bununla bağlı protokol tərtib etmişlər. Həmin kağız zərfi o, və digər polis əməkdaşları imzalamışlar. Bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə axşam saatlarında İran İslam Respublikasından Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə gələrək Samir mobil telefon vasitəsi ilə tanışı Elgünlə əlaqə saxlayıb onu və Samiri Bakı şəhərinə aparmasını bildirmiş, Elgün də onunla razılaşmışdır. Elgün idarə etdiyi maşınla gəlib onunla Samiri Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığına aparmış, ancaq Elgünün onların bu niyyətindən və əməlindən xəbəri olmamış, Elgün onları taksi kimi aparıb gətirmişdir. Onların narkotik vasitə olan torbanın Elgünün maşının arxa oturacağında qalmasından Elgünün xəbəri olmamış və bununla bağlı Elgün onlarla heç bir razılıq əldə etməmişdir. Onlar Elgünün narkotik vasitə qəbul etdiyini bilib xx.xx.2019-cu il tarixdə saat 10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 120 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sonuncu dayanacağında Elgünlə görüşüb Elgünün maşınında əyləşən zaman X13 qramı 40 manatdan təxminən 31 qram çəkidə narkotik vasitə metafetamin satmışdır. Elgün Əliyevin onların niyyətindən və əməlindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon X6 Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. xx xxxxxxx 1987-ci il təvəllüdlü X4, xx xxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx xxxxxxx 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Abşeron rayonu ərazisində narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar raportla idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra o, Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2dan, Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3dan və Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid4dan ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və onlar bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı xx.xx.2019-cu il tarixdə saat 10 radələrində məlumatda göstərilən əlamətlərə uyğun gələn şəxslər X4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 120 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sonuncu dayanacağında Elgün Əliyevin idarə etdiyi ağ rəngli “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində olduqlarını və özlərini şübhəli apardıqlarını görmüşlər. Həmin vaxt Elgün Əliyev avtomobildən düşüb yolu keçmək istəyərkən Elgün Əliyevə yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqə göstərmişlər. Həmin vaxt X8 və avtomobildə olan iki nəfər şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət etmişlər. Həmin şəxslər onların dəvətini qəbul edərək Abşeron rayon polis idarəsinə gəlmişlər. İdarədə həmin şəxslərin şəxsiyyəti edilərkən məlum olmuşdur ki, həmin şəxslər xx xxxxxxx 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron” yaşayış kompleksi ev ev 1, mənzil 197-də yaşayan X11, xx xxxx 1989-cu ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Əsədabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 və xx xxxxxxx 1988-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Əsədabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2dur. Abşeron RPİ-nin inzibati binasında otaqıarın birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxslərdən biri X8 vəkilinin yanında tərəflərindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif etdik ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. X11 əynində olan qara rəngli dəri gödəkçənin sol içəri cibindən bir ədəd şəffav rəngli sellofan büküm çıxararaq təqdim etmişdir. Həmin bir ədəd şəffav rəngli sellofana bükülmüş bükümün içərisinə baxdıqda həmin şəffav rəngli sellofan bükün içərisində ağ rəngli kristal formada maddələr aşkar olunmuşdur. Sorğu zamanı X11 bildirmişdr ki, əynində olan qara rəngli dəri gödəkçənin sol içəri cibindən çıxararaq təqdim etdiyi bir ədəd şəffav rəngli sellofana bükülmüş büküm içərisində olan narkotik maddə metafetamindir, xx.xx.2019-cu il tarixdə saat 10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 120 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sonuncu dayanacağında tanışları Samir və Müşfiq adlı şəxslərlə görüşüb bir ədəd şəffav sellofana bükülmüş bükümdə alıb əynində olan sol qara rəngli dəri gödəkçənin sol içəri cibinə qoymuşdur. Həmçinin Abşeron RPİ-nin inzibati binasında otaqıarın birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxslərdən biri Təqsirləndirilən şəxs1 vəkilinin yanında tərəfilərindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif etmişlər ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya yoxdur, lakin tanışı X8 məxsus ağ rəngli “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin arxa sağ oturacağında özünə məxsus qara rəngli serllofan torbanın içərisində narkotik vasitə vardır. Sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya predmet aşkar olunmadı.Eləcədə Abşeron RPİ-nin inzibati binasında otaqıarın birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxslərdən biri Təqsirləndirilən şəxs2 vəkilinin yanında tərəflərindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif etmişlər ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya yoxdur, lakin tanışı X8 məxsus ağ rəngli “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin arxa sağ oturacağında qara rəngli serllofan torbanın içərisində narkotik vasitə vardır. Sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dediyi tanışı X8 məxsus ağ rəngli “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirən zaman Təqsirləndirilən şəxs1 həmin avtomobilin sağ arxa qapısını açaraq avtomobilin arxa oturacağın üzərindən bir ədəd qara rəngli sellofan torbanı götürərək təqdim etmişdir. Həmin torbanın içərisinə baxdıqda torbanın içərisində bir ədəd ağ rəngli sellofan torbada qəhvəyi rəngli toz şəklində maddə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, tanışı X8 məxsus “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa sağ oturacağının üzərindən götürərək təqdim etdiyi həmin bir ədəd qara rəngli sellofan torbanın içərisində olan bir ədəd qara rəngli balaca sellofan torbanın içərisində olan bir ədəd ağ rəngli sellofan içərisindəki natkotik vasitə olan heroindir, o, narkotik vasitələri xx.xx.2019-cu il tarixdə axşam saatlarında qohumu Təqsirləndirilən şəxs2 Ərzulla oğlu və tanışı X11 ilə bir yerdə Elgünün idarə etdiyi “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsinə gedib yanacaq doldurma məntəqəsinin yanında tanımadığı şəxsdən 4000 manata almış və özü ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 120 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sonuncu dayanacağına qədər daşımış, həmin narkotik vasitənin içərisində olan təxminən 31 qaram çəkidə metafetamini tanışı X8 qramı 40 manata satmışdır. Həmin narkotik vasitə olan heroinə oxşar kütlə və psixotrop maddə olan metafetamin təhqiqatçı tərəfindən götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Şəxsi axtarış və avtomobilə baxışın keçirilməsi tam başa çatdıqdan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin aşkar edilmiş maddənin qablaşdırıldığı zərfi imzalamışlar. O da həmin zərflərə və protokollara imza atmışdır. Sonra isə təhqiqatçılar tərəfindən X4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izahatları alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon X6 Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. xx xxxxxxx 1987-ci il təvəllüdlü X4, xx xxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx xxxxxxx 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Abşeron rayonu ərazisində narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar raportla idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra o, Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2dan, Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3dan və Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid4dan ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və onlar bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı xx.xx.2019-cu il tarixdə saat 10 radələrində məlumatda göstərilən əlamətlərə uyğun gələn şəxslər X4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 120 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sonuncu dayanacağında Elgün Əliyevin idarə etdiyi ağ rəngli “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində olduqlarını və özlərini şübhəli apardıqlarını görmüşlər. Həmin vaxt Elgün Əliyev avtomobildən düşüb yolu keçmək istəyərkən Elgün Əliyevə yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqə göstərmişlər. Həmin vaxt X8 və avtomobildə olan iki nəfər şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət etmişlər. Həmin şəxslər onların dəvətini qəbul edərək Abşeron rayon polis idarəsinə gəlmişlər. İdarədə həmin şəxslərin şəxsiyyəti edilərkən məlum olmuşdur ki, həmin şəxslər xx xxxxxxx 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron” yaşayış kompleksi ev ev 1, mənzil 197-də yaşayan X11, xx xxxx 1989-cu ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Əsədabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 və xx xxxxxxx 1988-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Əsədabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2dur. Abşeron RPİ-nin inzibati binasında otaqıarın birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxslərdən biri X8 vəkilinin yanında tərəflərindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif etdik ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. X11 əynində olan qara rəngli dəri gödəkçənin sol içəri cibindən bir ədəd şəffav rəngli sellofan büküm çıxararaq təqdim etmişdir. Həmin bir ədəd şəffav rəngli sellofana bükülmüş bükümün içərisinə baxdıqda həmin şəffav rəngli sellofan bükün içərisində ağ rəngli kristal formada maddələr aşkar olunmuşdur. Sorğu zamanı X11 bildirmişdr ki, əynində olan qara rəngli dəri gödəkçənin sol içəri cibindən çıxararaq təqdim etdiyi bir ədəd şəffav rəngli sellofana bükülmüş büküm içərisində olan narkotik maddə metafetamindir, xx.xx.2019-cu il tarixdə saat 10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 120 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sonuncu dayanacağında tanışları Samir və Müşfiq adlı şəxslərlə görüşüb bir ədəd şəffav sellofana bükülmüş bükümdə alıb əynində olan sol qara rəngli dəri gödəkçənin sol içəri cibinə qoymuşdur. Həmçinin Abşeron RPİ-nin inzibati binasında otaqıarın birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxslərdən biri Təqsirləndirilən şəxs1 vəkilinin yanında tərəfilərindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif etmişlər ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya yoxdur, lakin tanışı X8 məxsus ağ rəngli “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin arxa sağ oturacağında özünə məxsus qara rəngli serllofan torbanın içərisində narkotik vasitə vardır. Sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya predmet aşkar olunmadı.Eləcədə Abşeron RPİ-nin inzibati binasında otaqıarın birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxslərdən biri Təqsirləndirilən şəxs2 vəkilinin yanında tərəflərindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif etmişlər ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya yoxdur, lakin tanışı X8 məxsus ağ rəngli “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin arxa sağ oturacağında qara rəngli serllofan torbanın içərisində narkotik vasitə vardır. Sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dediyi tanışı X8 məxsus ağ rəngli “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirən zaman Təqsirləndirilən şəxs1 həmin avtomobilin sağ arxa qapısını açaraq avtomobilin arxa oturacağın üzərindən bir ədəd qara rəngli sellofan torbanı götürərək təqdim etmişdir. Həmin torbanın içərisinə baxdıqda torbanın içərisində bir ədəd ağ rəngli sellofan torbada qəhvəyi rəngli toz şəklində maddə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, tanışı X8 məxsus “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa sağ oturacağının üzərindən götürərək təqdim etdiyi həmin bir ədəd qara rəngli sellofan torbanın içərisində olan bir ədəd qara rəngli balaca sellofan torbanın içərisində olan bir ədəd ağ rəngli sellofan içərisindəki natkotik vasitə olan heroindir, o, narkotik vasitələri xx.xx.2019-cu il tarixdə axşam saatlarında qohumu Təqsirləndirilən şəxs2 Ərzulla oğlu və tanışı X11 ilə bir yerdə Elgünün idarə etdiyi “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsinə gedib yanacaq doldurma məntəqəsinin yanında tanımadığı şəxsdən 4000 manata almış və özü ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 120 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sonuncu dayanacağına qədər daşımış, həmin narkotik vasitənin içərisində olan təxminən 31 qaram çəkidə metafetamini tanışı X8 qramı 40 manata satmışdır. Həmin narkotik vasitə olan heroinə oxşar kütlə və psixotrop maddə olan metafetamin təhqiqatçı tərəfindən götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Şəxsi axtarış və avtomobilə baxışın keçirilməsi tam başa çatdıqdan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin aşkar edilmiş maddənin qablaşdırıldığı zərfi imzalamışlar. O da həmin zərflərə və protokollara imza atmışdır. Sonra isə təhqiqatçılar tərəfindən X4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izahatları alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon X6 Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxxx 1987-ci il təvəllüdlü X4, xx xxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx xxxxxxx 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Abşeron rayonu ərazisində narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar raportla idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra o, Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2dan, Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3dan və Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid4dan ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və onlar bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı xx.xx.2019-cu il tarixdə saat 10 radələrində məlumatda göstərilən əlamətlərə uyğun gələn şəxslər X4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 120 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sonuncu dayanacağında Elgün Əliyevin idarə etdiyi ağ rəngli “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində olduqlarını və özlərini şübhəli apardıqlarını görmüşlər. Həmin vaxt Elgün Əliyev avtomobildən düşüb yolu keçmək istəyərkən Elgün Əliyevə yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqə göstərmişlər. Həmin vaxt X8 və avtomobildə olan iki nəfər şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət etmişlər. Həmin şəxslər onların dəvətini qəbul edərək Abşeron rayon polis idarəsinə gəlmişlər. İdarədə həmin şəxslərin şəxsiyyəti edilərkən məlum olmuşdur ki, həmin şəxslər xx xxxxxxx 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron” yaşayış kompleksi ev ev 1, mənzil 197-də yaşayan X11, xx xxxx 1989-cu ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Əsədabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 və xx xxxxxxx 1988-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Əsədabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2dur. Abşeron RPİ-nin inzibati binasında otaqıarın birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxslərdən biri X8 vəkilinin yanında tərəflərindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif etdik ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. X11 əynində olan qara rəngli dəri gödəkçənin sol içəri cibindən bir ədəd şəffav rəngli sellofan büküm çıxararaq təqdim etmişdir. Həmin bir ədəd şəffav rəngli sellofana bükülmüş bükümün içərisinə baxdıqda həmin şəffav rəngli sellofan bükün içərisində ağ rəngli kristal formada maddələr aşkar olunmuşdur. Sorğu zamanı X11 bildirmişdr ki, əynində olan qara rəngli dəri gödəkçənin sol içəri cibindən çıxararaq təqdim etdiyi bir ədəd şəffav rəngli sellofana bükülmüş büküm içərisində olan narkotik maddə metafetamindir, xx.xx.2019-cu il tarixdə saat 10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 120 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sonuncu dayanacağında tanışları Samir və Müşfiq adlı şəxslərlə görüşüb bir ədəd şəffav sellofana bükülmüş bükümdə alıb əynində olan sol qara rəngli dəri gödəkçənin sol içəri cibinə qoymuşdur. Həmçinin Abşeron RPİ-nin inzibati binasında otaqıarın birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxslərdən biri Təqsirləndirilən şəxs1 vəkilinin yanında tərəfilərindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif etmişlər ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya yoxdur, lakin tanışı X8 məxsus ağ rəngli “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin arxa sağ oturacağında özünə məxsus qara rəngli serllofan torbanın içərisində narkotik vasitə vardır. Sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya predmet aşkar olunmadı.Eləcədə Abşeron RPİ-nin inzibati binasında otaqıarın birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxslərdən biri Təqsirləndirilən şəxs2 vəkilinin yanında tərəflərindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif etmişlər ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya yoxdur, lakin tanışı X8 məxsus ağ rəngli “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin arxa sağ oturacağında qara rəngli serllofan torbanın içərisində narkotik vasitə vardır. Sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dediyi tanışı X8 məxsus ağ rəngli “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirən zaman Təqsirləndirilən şəxs1 həmin avtomobilin sağ arxa qapısını açaraq avtomobilin arxa oturacağın üzərindən bir ədəd qara rəngli sellofan torbanı götürərək təqdim etmişdir. Həmin torbanın içərisinə baxdıqda torbanın içərisində bir ədəd ağ rəngli sellofan torbada qəhvəyi rəngli toz şəklində maddə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, tanışı X8 məxsus “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa sağ oturacağının üzərindən götürərək təqdim etdiyi həmin bir ədəd qara rəngli sellofan torbanın içərisində olan bir ədəd qara rəngli balaca sellofan torbanın içərisində olan bir ədəd ağ rəngli sellofan içərisindəki natkotik vasitə olan heroindir, o, narkotik vasitələri xx.xx.2019-cu il tarixdə axşam saatlarında qohumu Təqsirləndirilən şəxs2 Ərzulla oğlu və tanışı X11 ilə bir yerdə Elgünün idarə etdiyi “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsinə gedib yanacaq doldurma məntəqəsinin yanında tanımadığı şəxsdən 4000 manata almış və özü ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 120 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sonuncu dayanacağına qədər daşımış, həmin narkotik vasitənin içərisində olan təxminən 31 qaram çəkidə metafetamini tanışı X8 qramı 40 manata satmışdır. Həmin narkotik vasitə olan heroinə oxşar kütlə və psixotrop maddə olan metafetamin təhqiqatçı tərəfindən götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Şəxsi axtarış və avtomobilə baxışın keçirilməsi tam başa çatdıqdan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin aşkar edilmiş maddənin qablaşdırıldığı zərfi imzalamışlar. O da həmin zərflərə və protokollara imza atmışdır. Sonra isə təhqiqatçılar tərəfindən X4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izahatları alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Abşeron rayon X6 Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. xx xxxxxxx 1987-ci il təvəllüdlü X4, xx xxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx xxxxxxx 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Abşeron rayonu ərazisində narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar raportla idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra o, Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2dan, Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3dan və Abşeron RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid4dan ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və onlar bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı xx.xx.2019-cu il tarixdə saat 10 radələrində məlumatda göstərilən əlamətlərə uyğun gələn şəxslər X4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 120 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sonuncu dayanacağında Elgün Əliyevin idarə etdiyi ağ rəngli “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində olduqlarını və özlərini şübhəli apardıqlarını görmüşlər. Həmin vaxt Elgün Əliyev avtomobildən düşüb yolu keçmək istəyərkən Elgün Əliyevə yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqə göstərmişlər. Həmin vaxt X8 və avtomobildə olan iki nəfər şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət etmişlər. Həmin şəxslər onların dəvətini qəbul edərək Abşeron rayon polis idarəsinə gəlmişlər. İdarədə həmin şəxslərin şəxsiyyəti edilərkən məlum olmuşdur ki, həmin şəxslər xx xxxxxxx 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron” yaşayış kompleksi ev ev 1, mənzil 197-də yaşayan X11, xx xxxx 1989-cu ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Əsədabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 və xx xxxxxxx 1988-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Əsədabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2dur. Abşeron RPİ-nin inzibati binasında otaqıarın birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxslərdən biri X8 vəkilinin yanında tərəflərindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif etdik ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. X11 əynində olan qara rəngli dəri gödəkçənin sol içəri cibindən bir ədəd şəffav rəngli sellofan büküm çıxararaq təqdim etmişdir. Həmin bir ədəd şəffav rəngli sellofana bükülmüş bükümün içərisinə baxdıqda həmin şəffav rəngli sellofan bükün içərisində ağ rəngli kristal formada maddələr aşkar olunmuşdur. Sorğu zamanı X11 bildirmişdr ki, əynində olan qara rəngli dəri gödəkçənin sol içəri cibindən çıxararaq təqdim etdiyi bir ədəd şəffav rəngli sellofana bükülmüş büküm içərisində olan narkotik maddə metafetamindir, xx.xx.2019-cu il tarixdə saat 10 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 120 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sonuncu dayanacağında tanışları Samir və Müşfiq adlı şəxslərlə görüşüb bir ədəd şəffav sellofana bükülmüş bükümdə alıb əynində olan sol qara rəngli dəri gödəkçənin sol içəri cibinə qoymuşdur. Həmçinin Abşeron RPİ-nin inzibati binasında otaqıarın birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxslərdən biri Təqsirləndirilən şəxs1 vəkilinin yanında tərəfilərindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif etmişlər ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya yoxdur, lakin tanışı X8 məxsus ağ rəngli “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin arxa sağ oturacağında özünə məxsus qara rəngli serllofan torbanın içərisində narkotik vasitə vardır. Sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya predmet aşkar olunmadı.Eləcədə Abşeron RPİ-nin inzibati binasında otaqıarın birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxslərdən biri Təqsirləndirilən şəxs2 vəkilinin yanında tərəflərindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif etmişlər ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya yoxdur, lakin tanışı X8 məxsus ağ rəngli “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin arxa sağ oturacağında qara rəngli serllofan torbanın içərisində narkotik vasitə vardır. Sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dediyi tanışı X8 məxsus ağ rəngli “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirən zaman Təqsirləndirilən şəxs1 həmin avtomobilin sağ arxa qapısını açaraq avtomobilin arxa oturacağın üzərindən bir ədəd qara rəngli sellofan torbanı götürərək təqdim etmişdir. Həmin torbanın içərisinə baxdıqda torbanın içərisində bir ədəd ağ rəngli sellofan torbada qəhvəyi rəngli toz şəklində maddə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, tanışı X8 məxsus “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxa sağ oturacağının üzərindən götürərək təqdim etdiyi həmin bir ədəd qara rəngli sellofan torbanın içərisində olan bir ədəd qara rəngli balaca sellofan torbanın içərisində olan bir ədəd ağ rəngli sellofan içərisindəki natkotik vasitə olan heroindir, o, narkotik vasitələri xx.xx.2019-cu il tarixdə axşam saatlarında qohumu Təqsirləndirilən şəxs2 Ərzulla oğlu və tanışı X11 ilə bir yerdə Elgünün idarə etdiyi “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsinə gedib yanacaq doldurma məntəqəsinin yanında tanımadığı şəxsdən 4000 manata almış və özü ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 120 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sonuncu dayanacağına qədər daşımış, həmin narkotik vasitənin içərisində olan təxminən 31 qaram çəkidə metafetamini tanışı X8 qramı 40 manata satmışdır. Həmin narkotik vasitə olan heroinə oxşar kütlə və psixotrop maddə olan metafetamin təhqiqatçı tərəfindən götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə Abşeron RPİ-nin “Zərflər üçün”möhürü vurulmuşdur. Şəxsi axtarış və avtomobilə baxışın keçirilməsi tam başa çatdıqdan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin aşkar edilmiş maddənin qablaşdırıldığı zərfi imzalamışlar. O da həmin zərflərə və protokollara imza atmışdır. Sonra isə təhqiqatçılar tərəfindən X4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izahatları alınmışdır. Məhkəmə iclasında tədqiq olunmuş, ibtidai istintaq zamanı iş üzrə Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy J3” markalı **********43820/01 və **********43828/01 imey kodlu mobil telefonuna baxış keçirən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 “Samsung Galaxy J3” markalı **********43820/01 və **********43828/01 imey kodlu mobil telefonu ***-***-**-** sim nömrəsi ilə işlədir və həmin nömrə ilə teleofonda “WhatsApp” sosial şəbəkəsində qeydiyyatdan keçərək həmin sosial şəbəkə vasitəsi ilə tanışları ilə əlaqə saxlayır. Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy J3” markalı **********43820/01 və **********43828/01 imey kodlu mobil telefonunda olan “WhatsApp” sosial şəbəkəsinə baxış keçirən zaman həmin şəbəkədə +**********482, “Ruslan sinif”, “X17 ”, “Vüqar”, “Səid Dükan”, “Anar əmi” adlı niklərlə yazışması aşkar olundu. +**********82 nömrə altında altında olan nikə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 mobil telefonunda olan “WhatsApp” sosial şəbəkəsində +**********82 nömrə ilə səsli və hərfi yazışması müşahidə olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirdi ki, mobil telefonunda olan “WhatsApp” sosial şəbəkəsində +**********82 nömrə ilə danışdığı şəxs İran İslam Respublikasının vətəndaşıdır, İran İslam Respublikasının Ərdəbil şəhərində yaşayır. xx.xx.2019-cu il tarixdə o, bibisioğlu Təqsirləndirilən şəxs2 Ərzulla oğlu ilə İran İslam Respublikasının Ərdəbil şəhərinə getmişlər. Ərdəbil şəhərində qaldığı otellərin birində tanış olduğu həmin İran vətəndaşı olan bir nəfər şəxsdən narkotik vasitə istəmişlər. Həmin şəxs onlara demişdir ki, “Bakı şəhərində narkotik vasitə satacaq və həmin narkotik vasitənin qiyməti 4000 manatdır, istəsən əlaqə saxlayıb ala biləsən”. O, həmin şəxslə həmin şəxsin dediyi qiymətə razılaşmışdır. xx.xx.2019-cu il tarixdə axşam saatlarında İran İslam Respublikasından Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə gələrək mobil telefon vasitəsi ilə tanışı Elgünlə əlaqə saxlayıb onu və Müşfiqi Bakı şəhərinə aparmasını bildirmişdir. Elgün onunla razılaşmışdır. Elgün idarə etdiyi maşınla gəlib onunla Müşfiqi Bakı şəhərinə aparmışdır. X12 vasitəsi ilə İranda onlara narkotik vasitə söz verən şəxslə əlaqə saxlayıb hara gedəcəklərini öyrənmişdir. İran vətəndaşı votçap vasitəsi ilə onlara Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsinə getmələrini və orada bir nəfər şəxsin onları gözlədiyini bildirmişdir. Onlar Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə gedib yanacaq doldurma məntəqəsinin yanında o, maşından düşüb 4000 manat pulu yerə qoymuş və bir saatdan sonra pulu qoyduğu yerdən qara sellofana bükülü narkotik vasitəni götürüb oradan Abşeron rayonu, Xırdalan şəhərinə gəlmişlər. Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy J3” markalı **********43820/01 və **********43828/01 imey kodlu mobil telefonunda olan “WhatsApp” sosial şəbəkəsinə baxış keçirən zaman həmin şəbəkədə “Ruslan sinif”, “X17 ”, “Vüqar”, “Səid Dükan”, “Anar əmi” adlı niklərlə yazışmaına baxdıqda heç bir səsli və hərfi yazı aşkar olunmadı. Məhkəmə iclasında tədqiq olunmuş ibtidai istintaq zamanı iş üzrə Təqsirləndirilən şəxs2 məxsus qara rəngli “Samsung Galaxy J4” markalı **********60389 və **********60387 imey kodlu mobil telefonuna Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirilən zaman müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 “Samsung Galaxy J4” markalı **********60389 və **********60387 imey kodlu mobil telefonu ***-***-**-** sim nömrəsi ilə işlədir və həmin nömrə ilə teleofonda “WhatsApp” sosial şəbəkəsində qeydiyyatdan keçərək həmin sosial şəbəkə vasitəsi ilə tanışları ilə əlaqə saxlayır. Təqsirləndirilən şəxs2 Ərzulla oğluna məxsus qara rəngli “Samsung Galaxy J4” markalı **********60389 və **********60387 imey kodlu mobil telefonunda olan “WhatsApp” sosial şəbəkəsinə baxış keçirən zaman həmin şəbəkədə “Fərid ev”, “Rulan Jj”, “Malyar ustası”, “Topiş”, nikli +**********33 və +**********45 nar nömrəli niklərlə yazışması aşkar olundu. “Malyar ustası” nikinin mobil telefon nömrəsinə baş keçirdikdə həmin nikin +**********82 altında işlənməsi müşahidə olundu. Təqsirləndirilən şəxs2 mobil telefonunda olan “WhatsApp” sosial şəbəkəsində “Malyar ustası” niki ilə səsli və səssiz yazışması müşahidə olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs2 Ərzulla oğlu bildirdi ki, mobil telefonunda olan “WhatsApp” sosial şəbəkəsində “Malyar ustası” niki ilə danışdığı şəxs İran İslam Respublikasının vətəndaşıdır, İran İslam Respublikasının Ərdəbil şəhərində yaşayır. xx.xx.2019-cu il tarixdə o, dayısıoğlu Təqsirləndirilən şəxs1 ilə İran İslam Respublikasının Ərdəbil şəhərinə getmişlər. Ərdəbil şəhərində qaldığı otellərin birində tanış olduğu həmin İran vətəndaşı olan bir nəfər şəxsdən narkotik vasitə istəmişlər. Həmin şəxs onlara demişdir ki, “Bakı şəhərində narkotik vasitə satacaq və həmin narkotik vasitənin qiyməti 4000 manatdır, istəsən əlaqə saxlayıb ala biləsən”. Onlar həmin şəxslə həmin şəxsin dediyi qiymətə razılaşmışlar. xx.xx.2019-cu il tarixdə axşam saatlarında İran İslam Respublikasından Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə gəlmişlər. Həmin vaxt Samir mobil telefon vasitəsi ilə tanışları Elgünlə əlaqə saxlayıb onu və Samiri Bakı şəhərinə aparmasını bildirmişdir. Elgün Samirlə razılaşmışdır. Elgün idarə etdiyi maşınla gəlib onunla Samiri Bakı şəhərinə aparmışdır. Yolda o, Votçap vasitəsi ilə İranda onlara narkotik vasitə söz verən şəxslə əlaqə saxlayıb hara gedəcəklərini öyrənmişdir. İran vətəndaşı votçap vasitəsi ilə onlara Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsinə getmələrini və orada bir nəfər şəxsin onları gözlədiyini bildirmişdir. Onlar Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə gedib yanacaq doldurma məntəqəsinin yanında saxlamışlar. Orada Samir 4000 manat pulu yerə qoymuş və bir saatdan sonra pulu qoyduğu yerdən qara sellofana bükülü narkotik vasitəni götürüb oradan Abşeron rayonu, Xırdalan şəhərinə gəlmişlər. Təqsirləndirilən şəxs2 Ərzulla oğluna məxsus qara rəngli “Samsung Galaxy J4” markalı **********60389 və **********60387 imey kodlu mobil telefonunda olan “WhatsApp” sosial şəbəkəsinə baxış keçirən zaman həmin şəbəkədə “Fərid ev”, “Rulan Jj”, “Malyar ustası”, “Topiş”, nikli +**********33 və +**********45 nar nömrəli niklərlə yazışmaına baxdıqda heç bir səsli və hərfi yazı aşkar olunmadı. Məhkəmə iclasında tədqiq olunmuş ibtidai istintaq zamanı iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 27211 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...X4... sözləri və imzalar olan bir ədəd zərfdəki 01(bir) ədəd bağlamada təmiz çəkisi 31.265 qram olan ağ rəngli kristal formada maddə metafetamindir. Metafetamin adlı pereparat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. (Siyahı 1). Məhkəmə iclasında tədqiq edilmiş, ibtidai istintaq zamanı iş üzrə keçirilmiş məhkəməkimyəvi ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 27212 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1... sözləri və imzalar olan bir ədəd zərfdəki 01(bir) ədəd bağlamada b təmiz çəkisi 169.384 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-Heroindir. Məhkəmə iclasında tədqiq edilmiş, ibtidai istintaq zamanı iş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 2865 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 TİRYƏK alkolidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Lakin hal-hazırda absttinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş, ibtidai istintaq zamanı iş üzrə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 2917 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 TİRYƏK alkolidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Lakin hal-hazırda absttinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər mehkum olunmuş və məhkumluğu ödənilmişdir. Məhkəmə iclasında Abşeron Rayon Polis İdarəsinin Təhqiqat şöbəsi tərəfindən təqdim edilmiş, Təqsirləndirilən şəxs1 və X1 üzərlərində şəxsi axtarış keçirilməsi barədə videoçəkiliş görüntüləri olan diskə baxış keçirilmişdir. Həmin görüntülərin işin hallarına uyğun olması müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş iş üzrə maddi sübut – X4 üzərində şəxsi axtarış aparılan zaman götürülmüş və ekspertizadan sonra 31.215 qram qalmış psixotrop maddə olan metafetamin və X8 məxsus Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirən zaman avtomobilin arxa oturacağından götürülmüş Təqsirləndirilən şəxs1 məxsus və ekspertizadan sonra 169.334 qram qalmış narkotik vasitə olan heroin maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Eyni zamanda Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş X4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi və X8 məxsus “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə bxış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan üç ədəd DVD farmatlı disk maddi sübut cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları özünü müdafiə etmək və məsuliyyətdən yayınma halları kimi qiymətləndirir. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış və satmış, eləcə də, külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməsi cinayət əməllərini törətmişlər. Məhkəmə istintaqı zamanı həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar və həmçinin onların cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib qanunla müəyyən olunmuş qaydada cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsində təsbit olunmuş cinayətlərin təsnifatına əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməl «ağır» cinayətlər sırasına aiddir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə tərkibi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai həbsdə saxlanıldıqları müddətlərin cəzaçəkmə müddətlərinə daxil edilməklə, cəzaçəkmə müddətlərinin başlanğıcının onların şübhəli şəxs qismində tutulduqları gündən, yəni hər birinə münasibətdə şübhəli şəxs qismində tutulduqları cəzaçəkmə müddətlərinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanmasını, onların barələrində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinin tələblərinə görə, cinayəti törətməkdə təqsirli bilinən hər bir şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, cəza təyin edərkən, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, məhkəmə tərkibi, təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci və 58.3-cü maddələrində qeyd olunan halları onların hər birinə münasibətdə ayrı-ayrılıqda nəzərə alır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, cinayət əməli törətmiş şəxs haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayət əməlinin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərinə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlindən peşiman olması onun cəzasını yüngülləşdirən hal hesab olunur; Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olması və törətdiyi cinayət əməlindən peşiman olması onun cəzasını yüngülləşdirən hallar hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar yoxdur. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mülkiyyətlərində müsadirə oluna biləcək hər hansı bir əmlak aşkar olunmamış və onların hər hansı əmlakı üzərinə ibtidai istintaq orqanı tərəfindən həbs qoyulmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş musadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi məhkum cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın, habelə həmin pul vəsaitləri və yaxud digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin; terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutmuşdur. Məhkəmə tərkibi hesab edir ki, iş üzrə maddi sübut olmaqla Abşeron rayon Pİ-nin saxlanc anbarında saxlanılan 169.334 qram narkotik vasitə olan heroin - məhv edilməli,eyni zamanda iş üzrə maddi sübut olmaqla Abşeron rayon Pİ-nin saxlanc anbarında saxlanılan 31.215 qram psixotrop maddə olan metafetaminin X4 barəsində ayrılmış cinayət işi üzrə maddi sübüt qismində tanıması nəzərə alınmalıdır. Eyni zamanda iş üzrə maddi sübut olmaqla Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş X4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi və X8 məxsus “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan üç ədəd DVD farmatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi məhkəmənin qərarı əsasında müvafiq olaraq Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili: Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və bununla əlaqədar olaraq müdafiəçi tərəfindən 30 (otuz) iş saatı həcmində hüquqi yardım sərf edilmişdir. Eyni zamanda təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi məhkəmənin qərarı əsasında müvafiq olaraq Bakı şəhəri "Mərkəz" Vəkil bürosunun vəkili: Müdafiəçi3 tərəfindən həyata keçirilmiş və bununla əlaqədar olaraq müdafiəçi tərəfindən 30 (otuz) iş saatı həcmində hüquqi yardım sərf edilmişdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2 məhkəmə baxışında hüquqlarını müdafiə etmiş müdafiəçi: Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pulun köçürülməsini qanuni və əsaslı hesab edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə baxışında hüquqlarını müdafiə etmiş müdafiəçi: Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri "Mərkəz" Vəkil bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pulun köçürülməsini qanuni və əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını «ümumi» rejimli cəzacəkmə müəssisəsində cəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə cəzaları qismən toplamaq yolu ilə X2 qəti olaraq 8 (səkkiz) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını «ümumi» rejimli cəzacəkmə müəssisəsində cəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Abşeron rayon Pİ-nin saxlanc anbarında saxlanılan 169.334 qram narkotik vasitə olan heroin - məhv edilsin. İş üzrə maddi sübut - Abşeron rayon Pİ-nin saxlanc anbarında saxlanılan 31.215 qram psixotrop maddə olan metafetamin X4 barəsində ayrılmış cinayət işi üzrə maddi sübüt qismində tanıması nəzərə alınsın. İş üzrə maddi sübut – Ağ rəngli üzərində heç bir yazı olmayan üç ədəd DVD farmatlı disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmədə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsi vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pul vəsaiti köçürülsün. Məhkəmədə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsi vəsaiti hesabından Müdafiəçi3 Vidadi qızının vəkil işlədiyi Bakı şəhəri "Mərkəz" Vəkil bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pul vəsaiti köçürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 130 (yüz otuz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Dövlət büdcəsinin hesabına köçürülsün. Hökmdən elan edildiyi (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar