Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1190/2024 04.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxx 1981-ci ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, İİ qrup əlil olan, işləməyən, əvvəllər məhkum olunmuş, Balakən rayonu, Qullar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qeyriləri ilə cinayət əlaqəsinə girərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələr üçün yaradılmış sabit qrupun tərkibində silahlı münaqişələrdə iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əmələ görə xarici dövlətdə məhkum olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə 26 avqust 2019-cu il tarixdə Gürcüstana, oradan Türkiyə Respublikasına, oradan isə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin köməyi ilə qanunsuz yolla Suriya Ərəb Respublikasının İdlib şəhərinə gedərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılaraq fəaliyyət göstərən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmü ilə təqsirli bilinərək məhkum edilmiş Şahid1 və Şahid2, 08 iyun 2023cü il tarixli hökmü ilə təqsirli bilinərək məhkum edilmiş Şahid4 və Şahid3 oğlu, 18 sentyabr 2023-cü il tarixli hökmü ilə təqsirli bilinərək məhkum edilmiş X12, eləcə də digər Azərbaycan Respublikası vətəndaşları və qeyrilərindən ibarət “Taifatul Mansura” adlı qanunsuz silahlı sabit qrupa qoşulmuş, 2019-cu ilin avqust ayından 2022-ci ilin fevral ayınadək həmin qruplaşmanın digər üzvləri ilə birlikdə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində silahlı münaqişələrdə iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əmələ görə xarici dövlətdə məhkum olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Allahın qərarından başqa heç bir ittihamı qəbul etmir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, xx.xx.1981-ci ildə Balakən rayonu, Qullar kəndində doğulmuş, orada böyümüş və ailə qurmuşdur. İki övladı vardır. 2013-cü ildə yol qəzası törətmiş, qəza zamanı əl barmaqlarının üçünü itirmişdir. 2007-ci ildən o, ibadət etməyə başlamış, 2013-cü ildə məhkum olunduqdan sonra ibadətini daha ciddi etməyə başlamış və hazırda da İslam dininin sünni məzhəbi üzrə ibadətlə məşğul olur. 2019-cu ilin yay aylarının əvvələrində Balakən rayonundan əvvəlcədən tanıdığı Ammar dini ləqəbli İbrahim Hacıyevlə sosial şəbəkələr vasitəsilə danışan zaman sonuncu may ayında Suriyaya getdiyini, orada şəriət qanunlarının hökm sürdüyünü, Suriyada İslam dinini daha rahat yaşamağın mümkün olduğunu ona demiş, bundan sonra o, Suriyaya hicrət etmək qərarına gəlmişdir. İbrahim Hacıyevlə danışıq zamanı sonuncu ona Suriyaya necə gedə biləcəyi barədə məlumat vermişdir. Beləliklə, 2019-cu ilin avqust ayının 26-da o, ortancıl oğlu Şahid19lə birlikdə Gürcüstana, oradan isə Türkiyənin Ankara şəhərinə yollanmış, Ankara şəhərindən isə avtobusla Antakya şəhərinə getmişdir. X4baqcadan dediyi əslən ərəb olan qaçaqçı onları qarşılayıb gizli yollarla Suriya ərazisinə keçirtmiş, orada onları ərəb əsilli şəxs qarşılamış və İdlib şəhərinin ərazisində Cisir adlanan əraziyə aparmışdır. Orada təxminən 5 gün evlərin birində qalmış, həmin müddət ərzində Abu Cabir dini ləqəbli Azər adlı şəxs onların yaşadıqları evə gələrək onunla görüşmüşdür. 5 gün sonra onlar Abu Fatima (Cundullah və ya Taifatul-mansura) adlanan silahlı qruplaşmanın nəzarət etdiyi Türkmən dağı adlanan əraziyə aparılmış, həmin qruplaşmanın tərkibində, əsasən, azərbaycanlılar, həmçinin ərəb əsilli şəxslər, çeçenlər və taciklər olmuşdur. 1998-ci ildə bədbəxt hadisə nəticəsində hər iki əlinin üç barmağını itirdiyinə görə orada, əsasən, köməkçi işlərlə, daha çox sürücülüklə məşğul olmuşdur. Buna baxmayaraq həmin qruplaşmaya qoşulduqdan sonra ona “Kalaşnikov” markalı avtomat silahı təhkim olunmuşdur. Oğlu Şahid19 13 yaşı olduğuna görə silah verilməmiş, sonuncu heç bir işlə məşğul olmamışdır. 2019-cu ilin payız aylarında o, həyat yoldaşı Şahid18 Suriyaya özünün qaldığı yerə gətizdirmiş, 2021-ci ilin fevral ayında Suriyada kiçik övladı dünyaya gəlmişdir. 2021-ci ilin oktyabr ayında Cəbhətul Nusra adlı silahlı birləşmə ilə onun da daxil olduğu qrup arasında döyüş olmuş, Nusra camaatı onlara hücum edərək sıralarından bəzilərini öldürmüş, sağ qalanları isə əsir götürmüşdür. Onları bir neçə ay əsirlikdə saxladıqdan sonra hissə-hissə Türkiyəyə göndərmiş, Türkiyədə onları geri göndərmə məntəqəsində saxlamışlar. 06 fevral 2023-cü il tarixdə onu və ailəsini Azərbaycana deportasiya edəcəkləri gün hava limanında təyyarəni gözləyən zaman Türkiyədə məlum güclü zəlzələ olmuş və bütün uçuşlar ləğv olunmuşdur. Geri göndərmə məntəqəsində artıq 1 il saxlanıldıqlarından və Türkiyə qanunvericiliyinin onları artıq saxlamağa imkan vermədiyindən azadlığa buraxmışlar. O, ailəsi ilə birlikdə azadlığa çıxdıqdan sonra özü ortancıl oğlu Əziz ilə birlikdə Rusiyanın Moskva şəhərinə təyyarə ilə yollanmış, oradan isə avtomobil ilə Ryazan şəhərinə getmişdir. Ryazan şəhərində o, bacısı Ruhiyyə Novruzovanın yanında qalmışdır. O, Rusiyada işləməyə icazə verən sənəd üçün rəsmi müraciət etmiş və bu zaman X5 Xidməti tərəfindən saxlanılmış və Azərbaycan Respublikası tərəfindən barəsində axtarış elan edildiyini öyrənmişdir. O, Rusiyada olan zaman həyat yoldaşına sənədlərini düzəldib Azərbaycana geri qayıtmasını tapşırmış, həyat yoldaşı da Azərbaycanın Türkiyədəki Konsulluğuna müraciət edərək geri qayıtmaq üçün sənəd alıb Azərbaycana qayıtmış və burada hüquq-mühafizə orqanları tərəfindən Suriyadakı qanunsuz silahlı qruplaşmalarda iştirakına görə saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirimiş başqa cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə eyni maddə ilə cinayət məsuliyyətinə cəlb edilməklə məhkum olunmuş Şahid2 hər hansı bir ifadə verməkdən imtina etmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsi ona elan olunmuş, həmin ifadəni təsdiq etmir və bildirir ki, həmin vaxt anlaqsız olmuşdur. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən olunur ki, o, 2019-cu ilin aprel ayında Suriya Ərəb Respublikasına gedərək İdlib şəhəri ərazisində Türkməndağı adlanan ərazidə “Taifatul Mansura” adlı silahlı qrupun tərkibinə qoşularaq fəaliyyətində iştirak etmişdir. Həmin qruplaşmanın tərkibində olan şəxslərə Kalaşnikov markalı avtomat silahı təhkim olunmuş və qrup üzvləri rebatlara, yəni postlara çıxmışlar. O, olduğu “Taifatul Mansura” camaatında digər azərbaycanlılarla yanaşı Təqsirləndirilən şəxs gördüyünü, sonuncuya da Kalaşnikov markalı silah təhkim olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirimiş başqa cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə eyni maddə ilə cinayət məsuliyyətinə cəlb edilməklə məhkum olunmuş Şahid1 hər hansı bir ifadə verməkdən imtina etmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsi ona elan olunmuş, həmin ifadəni təsdiq etmir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən olunur ki, o, Suriya Ərəb Respublikasına gedərək İdlib şəhəri ərazisində Türkməndağı adlanan ərazidə “Taifatul Mansura” adlı silahlı qrupun tərkibinə qoşularaq fəaliyyətində iştirak etmişdir. Həmin qruplaşmanın tərkibində olan şəxslərə Kalaşnikov markalı avtomat silahı təhkim olunmuş və qrup üzvləri rebatlara, yəni postlara çıxmışlar. O, olduğu “Taifatul Mansura” camaatında digər azərbaycanlılarla yanaşı Təqsirləndirilən şəxs gördüyünü, sonuncuya da Kalaşnikov markalı silah təhkim olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirimiş başqa cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə eyni maddə ilə cinayət məsuliyyətinə cəlb edilməklə məhkum olunmuş Şahid3 oğlu hər hansı bir ifadə verməkdən imtina etmiş, digər məhkəmə iclaslarında da ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirimiş başqa cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə eyni maddə ilə cinayət məsuliyyətinə cəlb edilməklə məhkum olunmuş Şahid4 hər hansı bir ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid6 verdiyi ifadəsində göstərmişdir ki, bu məhkəmədə digər tərkibdə Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsi ilə cinayət işinə baxılır. Təqsirləndirilən şəxs barəsində hər hansı bir ifadə verməkdən imtina edir. İbtidai araşdırma zamanı ifadə vermişdir, lakin məhkəmədə ifadə verməkdən imtina edir. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, Suriyada qanunsuz silahlı qruplaşmalarda Türkməndağı ətrafında iştirak etdiyi zaman həmin qrupa Təqsirləndirilən şəxs da daxil olmuş, ona Kalaşnikov markalı avtomat silahı verilmişdir. Bu ifadəsi barədə heç bir şey demək istəmir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid9 verdiyi ifadəsində göstərmişdir ki, bu məhkəmədə digər tərkibdə Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsi ilə cinayət işinə baxılır. Təqsirləndirilən şəxs barəsində hər hansı bir ifadə verməkdən imtina edir. İbtidai araşdırma zamanı ifadə vermişdir, lakin məhkəmədə ifadə verməkdən imtina edir. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, Suriyada qanunsuz silahlı qruplaşmalarda Türkməndağı ətrafında iştirak etdiyi zaman həmin qrupa Təqsirləndirilən şəxs da daxil olmuş, ona Kalaşnikov markalı avtomat silahı verilmişdir. Bu ifadəsi barədə heç bir şey demək istəmir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid13 verdiyi ifadəsində göstərmişdir ki, bu məhkəmədə digər tərkibdə Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsi ilə cinayət işinə baxılır. Təqsirləndirilən şəxs barəsində hər hansı bir ifadə verməkdən imtina edir. İbtidai araşdırma zamanı ifadə vermişdir, lakin məhkəmədə ifadə verməkdən imtina edir. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, Suriyada qanunsuz silahlı qruplaşmalarda Türkməndağı ətrafında iştirak etdiyi zaman həmin qrupa Təqsirləndirilən şəxs da daxil olmuş, ona Kalaşnikov markalı avtomat silahı verilmişdir. Bu ifadəsi barədə heç bir şey demək istəmir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid11 verdiyi ifadəsində göstərmişdir ki, bu məhkəmədə digər tərkibdə Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsi ilə cinayət işinə baxılır. Təqsirləndirilən şəxs barəsində hər hansı bir ifadə verməkdən imtina edir. İbtidai araşdırma zamanı ifadə vermişdir, lakin məhkəmədə ifadə verməkdən imtina edir. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, Suriyada qanunsuz silahlı qruplaşmalarda Türkməndağı ətrafında iştirak etdiyi zaman həmin qrupa Təqsirləndirilən şəxs da daxil olmuş, ona Kalaşnikov markalı avtomat silahı verilmişdir. Bu ifadəsi barədə heç bir şey demək istəmir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, bu məhkəmədə digər tərkibdə Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsi ilə cinayət işinə baxılır. Təqsirləndirilən şəxs barəsində hər hansı bir ifadə verməkdən imtina edir. İbtidai araşdırma zamanı ifadə vermişdir, lakin məhkəmədə ifadə verməkdən imtina edir. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, Suriyada qanunsuz silahlı qruplaşmalarda Türkməndağı ətrafında iştirak etdiyi zaman həmin qrupa Təqsirləndirilən şəxs da daxil olmuş, ona Kalaşnikov markalı avtomat silahı verilmişdir. Bu ifadəsi barədə heç bir şey demək istəmir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid10 verdiyi ifadəsində göstərmişdir ki, bu məhkəmədə digər tərkibdə Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsi ilə cinayət işinə baxılır. Təqsirləndirilən şəxs barəsində hər hansı bir ifadə verməkdən imtina edir. İbtidai araşdırma zamanı ifadə vermişdir, lakin məhkəmədə ifadə verməkdən imtina edir. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, Suriyada qanunsuz silahlı qruplaşmalarda Türkməndağı ətrafında iştirak etdiyi zaman həmin qrupa Təqsirləndirilən şəxs da daxil olmuş, ona Kalaşnikov markalı avtomat silahı verilmişdir. Bu ifadəsi barədə heç bir şey demək istəmir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid8 verdiyi ifadəsində göstərmişdir ki, bu məhkəmədə digər tərkibdə Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsi ilə cinayət işinə baxılır. Təqsirləndirilən şəxs barəsində hər hansı bir ifadə verməkdən imtina edir. İbtidai araşdırma zamanı ifadə vermişdir, lakin məhkəmədə ifadə verməkdən imtina edir. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, Suriyada qanunsuz silahlı qruplaşmalarda Türkməndağı ətrafında iştirak etdiyi zaman həmin qrupa Təqsirləndirilən şəxs da daxil olmuş, ona Kalaşnikov markalı avtomat silahı verilmişdir. Bu ifadəsi barədə heç bir şey demək istəmir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid15 verdiyi ifadəsində göstərmişdir ki, bu məhkəmədə digər tərkibdə Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsi ilə cinayət işinə baxılır. Təqsirləndirilən şəxs barəsində hər hansı bir ifadə verməkdən imtina edir. İbtidai araşdırma zamanı ifadə vermişdir, lakin məhkəmədə ifadə verməkdən imtina edir. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, Suriyada qanunsuz silahlı qruplaşmalarda Türkməndağı ətrafında iştirak etdiyi zaman həmin qrupa Təqsirləndirilən şəxs da daxil olmuş, ona Kalaşnikov markalı avtomat silahı verilmişdir. Bu ifadəsi barədə heç bir şey demək istəmir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid14 verdiyi ifadəsində göstərmişdir ki, bu məhkəmədə digər tərkibdə Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsi ilə cinayət işinə baxılır. Təqsirləndirilən şəxs barəsində hər hansı bir ifadə verməkdən imtina edir. İbtidai araşdırma zamanı ifadə vermişdir, lakin məhkəmədə ifadə verməkdən imtina edir. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, Suriyada qanunsuz silahlı qruplaşmalarda Türkməndağı ətrafında iştirak etdiyi zaman həmin qrupa Təqsirləndirilən şəxs da daxil olmuş, ona Kalaşnikov markalı avtomat silahı verilmişdir. Bu ifadəsi barədə heç bir şey demək istəmir. Məhkəmə iclasında şahid qismində dindirimiş X9 verdiyi ifadəsində göstərmişdir ki, bu məhkəmədə digər tərkibdə Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsi ilə cinayət işinə baxılır. Təqsirləndirilən şəxs barəsində hər hansı bir ifadə verməkdən imtina edir. İbtidai araşdırma zamanı ifadə vermişdir, lakin məhkəmədə ifadə verməkdən imtina edir. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, Suriyada qanunsuz silahlı qruplaşmalarda Türkməndağı ətrafında iştirak etdiyi zaman həmin qrupa Təqsirləndirilən şəxs da daxil olmuş, ona Kalaşnikov markalı avtomat silahı verilmişdir. Bu ifadəsi barədə heç bir şey demək istəmir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid17 verdiyi ifadəsində göstərmişdir ki, bu məhkəmədə digər tərkibdə Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsi ilə cinayət işinə baxılır. Təqsirləndirilən şəxs barəsində hər hansı bir ifadə verməkdən imtina edir. İbtidai araşdırma zamanı ifadə vermişdir, lakin məhkəmədə ifadə verməkdən imtina edir. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, Suriyada qanunsuz silahlı qruplaşmalarda Türkməndağı ətrafında iştirak etdiyi zaman həmin qrupa Təqsirləndirilən şəxs da daxil olmuş, ona Kalaşnikov markalı avtomat silahı verilmişdir. Bu ifadəsi barədə heç bir şey demək istəmir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid7 Əlisəfa oğlu verdiyi ifadəsində göstərmişdir ki, bu məhkəmədə digər tərkibdə Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsi ilə cinayət işinə baxılır. Təqsirləndirilən şəxs barəsində hər hansı bir ifadə verməkdən imtina edir. İbtidai araşdırma zamanı ifadə vermişdir, lakin məhkəmədə ifadə verməkdən imtina edir. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, Suriyada qanunsuz silahlı qruplaşmalarda Türkməndağı ətrafında iştirak etdiyi zaman həmin qrupa Təqsirləndirilən şəxs da daxil olmuş, ona Kalaşnikov markalı avtomat silahı verilmişdir. Bu ifadəsi barədə heç bir şey demək istəmir. Məhkəmə iclasında şahid qismində dindirimiş Şahid16 verdiyi ifadəsində göstərmişdir ki, bu məhkəmədə digər tərkibdə Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsi ilə cinayət işinə baxılır. Təqsirləndirilən şəxs barəsində hər hansı bir ifadə verməkdən imtina edir. İbtidai araşdırma zamanı ifadə vermişdir, lakin məhkəmədə ifadə verməkdən imtina edir. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində göstərmişdir ki, Suriyada qanunsuz silahlı qruplaşmalarda Türkməndağı ətrafında iştirak etdiyi zaman həmin qrupa Təqsirləndirilən şəxs da daxil olmuş, ona Kalaşnikov markalı avtomat silahı verilmişdir. Bu ifadəsi barədə heç bir şey demək istəmir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış “Giriş-Çıxış və Qeydiyyat” İAMAS üzrə verilmiş sərhəd keçmə tələbnaməsindən muəyyən olunur ki, Təqsirləndirilən şəxs 26 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikasını tərk etmiş, 30 oktyabr 2023-cü il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına ekstradisiya edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin icraatında olan ********* nömrəli cinayət işinin materiallarına baxış keçirilməsi haqqında 02 iyul 2022-ci il tarixli protokolundan müəyyən olunur ki, cinayət işinə keçirilmiş baxış nəticəsində Suriya Ərəb Respublikasının Cinayət Məcəlləsi və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 15 avqust 2014-cü il tarixli 2170 (2014) saylı qətnamənin kserosurəti çıxarılaraq hazırkı cinayət işinə əlavə edilmişdir. Suriya Ərəb Respublikasının 22 iyun 1949-cu il tarixli Cinayət Məcəlləsi və «Terrorla mübarizə haqqında» 28 iyun 2012-ci il tarixli Qanunun məzmunundan görünür ki, qanunsuz silahlı birləşmədə iştirak etmə Suriya Ərəb Respublikasının qanunvericiliyində cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməldir və cinayət sayılır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs 03 noyabr 2023-cü il tarixli fotoşəkil üzrə tanınma protokollarından müəyyən olunur ki, tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim edilmiş foto-cədvəllərdəki şəxslərdən Şahid1, Şahid2, X24, X13, X19, X10, Şahid8, Şahid5, X14, X15, Şahid6, X11, Şahid7, X28, X6, X17, X20, X18, X7, Şahid4, Şahid3 oğlu, X12, Şahid12, Şahid10, Şahid13, Şahid11, Şahid14, Şahid15, Şahid16, Şahid17 və Şahid9 tanıdığını, həmin şəxsləri Suriya Ərəb Respublikasının İdlib şəhərinin Türkməndağı adlanan ərazisində yerləşmiş “Taifatul Mansura” adlı sabit silahlı qrupun tərkibində gördüyünü, onların adı çəkilən qrupun tərkibində təlimlərdə və döyüşlərdə iştirak etdiklərini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış ibttdai araşdırma zamanı Təqsirləndirilən şəxs fotoşəkli əsasında tanınma protokolları ilə: Şahid2 22 iyun 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə: - tanınma zamanı Şahid2 ona təqdim edilmiş foto-cədvəldəki şəxslərdən Abu Abduləziz dini ləqəbli Təqsirləndirilən şəxs tanıdığını, həmin şəxsi Suriya Ərəb Respublikasının İdlib şəhərinin Türkməndağı adlanan ərazisində yerləşmiş “Taifatul Mansura” adlı sabit silahlı qrupun tərkibində gördüyünü, onun adı çəkilən qrupun tərkibində təhkim olunmuş silahla postlarda durduğunu və Cəbhətul Nusra adlı qrup ilə döyüşdə iştirak etdiyini bildirmişdir. Şahid1 23 iyun 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə: - tanınma zamanı Şahid1 ona təqdim edilmiş foto-cədvəldəki şəxslərdən əslən Balakən rayonundan olan Təqsirləndirilən şəxs tanıdığını, həmin şəxsi Suriya Ərəb Respublikasının İdlib şəhərinin Türkməndağı adlanan ərazisində yerləşmiş “Taifatul Mansura” adlı sabit silahlı qrupun tərkibində gördüyünü, onun adı çəkilən qrupun tərkibində döyüşdə iştirak etdiyini bildirmişdir. Şahid4 31 yanvar 2023-cü il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə: - tanınma zamanı Şahid4 ona təqdim edilmiş foto-cədvəldəki şəxslərdən əslən Balakən rayonundan olan Abu Abduləziz dini ləqəbli Təqsirləndirilən şəxs tanıdığını, həmin şəxsi Suriya Ərəb Respublikasının İdlib şəhərinin Türkməndağı adlanan ərazisində yerləşmiş “Taifatul Mansura” adlı sabit silahlı qrupun tərkibində gördüyünü, ona təhkim olunmuş silahla postlara çıxdığını və döyüşlərdə iştirak etdiyini bildirmişdir. Şahid3 oğlunun 31 yanvar 2023-cü il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə: - tanınma zamanı Şahid3 oğlu ona təqdim edilmiş foto-cədvəldəki şəxslərdən əslən Balakən rayonundan olan Abu Abduləziz dini ləqəbli Təqsirləndirilən şəxs tanıdığını, həmin şəxsi Suriya Ərəb Respublikasının İdlib şəhərinin Türkməndağı adlanan ərazisində yerləşmiş “Taifatul Mansura” adlı sabit silahlı qrupun tərkibində gördüyünü, ona təhkim olunmuş silahla postlara çıxdığını və döyüşlərdə iştirak etdiyini bildirmişdir. Şahid5 20 iyun 2023-cü il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə: - tanınma zamanı Şahid5 ona təqdim edilmiş foto-cədvəldəki şəxslərdən əslən Balakən rayonundan olan Təqsirləndirilən şəxs tanıdığını, həmin şəxsi Suriya Ərəb Respublikasının İdlib şəhərinin Türkməndağı adlanan ərazisində yerləşmiş “Taifatul Mansura” adlı sabit silahlı qrupun tərkibində gördüyünü, onun adı çəkilən qrupun tərkibində döyüşdə iştirak etdiyini bildirmişdir. Şahid8 21 iyun 2023-cü il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə: - tanınma zamanı Şahid8 ona təqdim edilmiş foto-cədvəldəki şəxslərdən əslən Balakən rayonundan olan Təqsirləndirilən şəxs tanıdığını, həmin şəxsi Suriya Ərəb Respublikasının İdlib şəhərinin Türkməndağı adlanan ərazisində yerləşmiş “Taifatul Mansura” adlı sabit silahlı qrupun tərkibində gördüyünü, onun adı çəkilən qrupun tərkibində döyüşdə iştirak etdiyini bildirmişdir. Şahid6 22 iyun 2023-cü il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə: - tanınma zamanı Şahid6 ona təqdim edilmiş foto-cədvəldəki şəxslərdən əslən Balakən rayonundan olan Təqsirləndirilən şəxs tanıdığını, həmin şəxsi Suriya Ərəb Respublikasının İdlib şəhərinin Türkməndağı adlanan ərazisində yerləşmiş “Taifatul Mansura” adlı sabit silahlı qrupun tərkibində gördüyünü, onun adı çəkilən qrupun tərkibində döyüşdə iştirak etdiyini bildirmişdir. Şahid7 23 iyun 2023-cü il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə: - tanınma zamanı Şahid7 ona təqdim edilmiş foto-cədvəldəki şəxslərdən əslən Balakən rayonundan olan Təqsirləndirilən şəxs tanıdığını, həmin şəxsi Suriya Ərəb Respublikasının İdlib şəhərinin Türkməndağı adlanan ərazisində yerləşmiş “Taifatul Mansura” adlı sabit silahlı qrupun tərkibində gördüyünü, onun adı çəkilən qrupun tərkibində döyüşdə iştirak etdiyini bildirmişdir. şahidlər Şahid14, Şahid10, Şahid9, Şahid12, Şahid16, Şahid17, Şahid15, Şahid13 və Şahid11 10 iyul 2023-cü il tarixli fotoşəkil üzrə tanınma protokolları ilə: - tanınma zamanı Şahid14, Şahid10, Şahid9, Şahid12, Şahid16, Şahid17, Şahid15, Şahid13 və Şahid11 onlara təqdim edilmiş foto-cədvəllərdəki şəxslərdən əslən Balakən rayonundan olan Təqsirləndirilən şəxs tanıdıqlarını, həmin şəxsi Suriya Ərəb Respublikasının İdlib şəhərinin Türkməndağı adlanan ərazisində yerləşmiş “Taifatul Mansura” adlı sabit silahlı qrupun tərkibində gördüklərini, onun da adı çəkilən qrupun tərkibində döyüşdə iştirak etdiyini bildirmişlər. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxslə birlikdə Suriya Ərəb Respublikası ərazisində “Taifatul Mansura” adlı silahlı sabit qrupun tərkibində iştirak etmiş digər üzvlərin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələri ilə bağlı barələrində çıxarılmış məhkəmə hökmlərdən müəyyən olunur ki, - Şahid1 və Şahid2 barəsində Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsində ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Şahid1 və Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. - Şahid4 və Şahid3 oğlu barəsində Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsində ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli hökmünə əsasən Şahid4 və Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. - X12 barəsində Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsində ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli hökmünə əsasən Şahin Salayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizasının 01 noyabr 2023-cü il tarixli 3049 saylı ekspert rəyindən müəyyən oolunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçini ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının 01 noyabr 2023cü il tarixli 444/MEŞ saylı ekspert rəydən müəyyən olunur ki, 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədənində hər iki əlin İİ barmağının tam, hər iki əlin İ və İİİ barmaqlarının hissəvi travmatik amputasiyasından sonrakı vəziyyət aşkar edilmişdir. Təqsirləndirilən şəxs bədənində qeyd olunan xəsarətlərin müayinə olunan şəxsin göstərdiyi tarixdə və şəraitdə, yəni təxminən 25 il əvvəl silah-sursat partlaması nəticəsində qəlpələrin təsirindən yaranması inkar olunmur, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmamaqla (75%) dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs hazırki sağlamlıq vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına maneə törətmir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə 03 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 06 il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 137 saylı Sərəncamına əsasən Təqsirləndirilən şəxs əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Belə olan halda, CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, CM-nin 18.2.2-ci maddəsinə əsasən onun əvvəlki ehtiyatsızlıqdan törətdiyi əməl ağır cinayət əməli olsa da həmin cəzanın olması residiv yaratmır və belə olan alda CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN Baş DYPİ-nin Şəki Regional Qİ və TB şöbəsinin xx.xx.2024-cü il tarixli, ***-**** saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 03 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 06 il müddətinə azadlıqdan məhrum edilməsinə aid hökmün surətini və AB 155309 saylı «B» kateqoriyalı sürücülük vəsiqəsinin xx.xx.2013-cü il tarixdən alınaraq icraata yönəldilmişdir. Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlr Məhkəməsinin yuxarıda qeyd edilən hökmü üzrə təyin olunmuş əsas cəzanın çəkilməmiş hissəsindən xx.xx.2018-ci il tarixli əfv sərəncamı ilə azad olunmuş, 3 il müddətə sürücülük hüququndan məhrum etmə əlavə cəza icraya yönəldilmiş və müddətin axımı kəsilməmişdir. Ona görə H.Ə Kaltayev hökm üzrə əlavə cəzanı çəkib qutarmış hesab edilməlidir. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının xx.xx.2022-ci il tarixli «təqsirləndirilən şəxs qismində cəlb etmək hqqında» qərarından müəyyən olunur ki, xx xxxx 1981-ci ilə Balakən rayonunun Qullar kənedində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşıTəqsirləndirilən şəxs toplanmış kifayət qədər ittiham sübutlarının məcmusu ilə təqsirləndirilir Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsi ilə ona görə ki, o, qeyriləri ilə cinayət əlaqəsinə girərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələr üçün yaradılmış sabit qrupun tərkibində silahlı münaqişələrdə iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əmələ görə xarici dövlətdə məhkum olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli «təqsirləndirilən şəxs barəsində axtarış edilməsi haqqında qərardan» qərardan müəyyən olunur ki, istintaqa 14 iyun 2022-ci il tarixli, 5/1753 nömrəli məktubla daxil olan sərhəd keçmələrin «İAMAS» üzrə çıxarışından görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmiş və geri qayıtmamışdır. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu andan hesablanması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Milli Mərkəzi Bürosunun xx.xx.2023-cü il tarixli 3-13-25/2-3987/2023 saylı arayışından müəyyən olunur ki, beynəlxalq axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasının Ryazan şəhərində saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-17/4/2-11662/23 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə RF-sı ilə olan Yaraq-Qazmalar sərhəd keçid məntəqəsindən qəbul edilib DTX-nin İT-na təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o evlidir, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı var, İİ qrup əlildir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli 3-37/2-97xx-xx/2023 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi xx.xx.2023-cü il tarixli ifadəsindən müəyyən olunur ki, o ona CM-nin 283- 1.3-cü maddəsi ilə özünü tam təqsirli bilmiş, 2007-ci ildən ibadət etmiş, hazırda da İslam dininin sünni məzhəbi üzrə ibadətlə məşğul olur, o evlidir, üç övladı var, böyük övladın 20 yaşı, ortancıl övladın 17 yaşı, kiçik övladın 3 yaşı vardır. O 26 avqust 2019-cu il tarixdə Suriyaya hicrət etmək qərarına gəldikdə oğlu Əzizlə Gürcüstana, oradan Türkiyəyə, oradan isə Suriyaya keçmiş, orada İdlib şəhərinin ərazisinin Türkmən dağı adlanın əraziyə getmiş, oradan Abu Fatima adlı silahlı qruplaşmaya qoşulmuş, orada əlil olduğu üçün əsasən köməkçi işlərlə, daha çox sürücülüklə məşğul olmuşdur. 2021-ci ilin oktyabr ayında digər silahlı qruplaşma tərəfindən qrupu məğlub edtlmiş və o əsir düşmüş, bir müddət sona onu Türkiyəyə göndərmişlər, oradan da o azadlığa buraxılmış və RF-na getmiş və Ryazan şəhərində yaşamışdır. Orada onu saxlayaraq Azərbaycan Respublikasına təhvil verilmişlər. Məhkəmə məhkəmədə ifadə vermiş şahidlərin ibtidai araşdırma zamanı verdikləri Təqsirləndirilən şəxslə birlikdə Suriyada qanunsuz silahlı qruplaşmada vuruşmaları barədə ifadə protokollarını, bu şahidlərin ibtidai araşdırma zamanı təqdim olunan fotoşəkillər arasında Təqsirləndirilən şəxs fotoşəkillərini tanıyaraq məhz bu şəxslə birlikdə Suriyada qanunsuz silahlı qruplaşmada iştirak etmələrini bildirmələrinə dair protokolları həqiqi və mötəbər sübut növü kimi qəbul edir və Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinə əsasən bu sübutları ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar kimi qiymətləndirir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli özünün və şahidlərin tədqiq edilən ifadələri, Təqsirləndirilən şəxs tanınma protokolları, onun Azərbaycan Respublikasını tərk etmə barədə rəsmi məlumat və Azərbaycan Respublikasına ekstradisiya edilməsi barədə sənədlərlə və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmiş, toplanmış sübutların məcmusu onun barəsində ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını və İİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, cəzasının çəkilmə yeri ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edlir və belə olan halda Təqsirləndirilən şəxs ona azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlini onun RF-da Ryazan şəhərində Azərbaycan Respublikası tərəfindən axtarışda olduğu üçün tutulduğu 27 mart 2023-cü il tarixdən hesablamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Azərbaycan Respublikası CM-nə dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə bunula əlaqədar nəzərə alır ki, iş üzrə məhkəmə məsrəfləri yoxdur, mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamış və xcüsusi müsadirəyə təkif edilən əmlak yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün 480 AZN (dörd yüz səksən manat) pul Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 480 AZN (dörd yüz səksən manat) pul Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1190/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1190/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver