Məhkəmə qərarları › İş №1(101)-133/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-133/2021

07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-133/2021 07.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X1 iştirakı ilə xx xxxx 1988-ci ildə Lənkəran rayonunun Yuxarı-Nüvədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Lənkəran rayonunun Yuxarı-Nüvədi kəndində qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsi ilə, x xxxxxxxx 1984-cü ildə Lənkəran rayonunun Şıxəkəran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkum olunmuş, Lənkəran rayonunun Şıxəkəran kəndində qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə, külli miqdarda, yəni ümumi çəkisi 19,811 qram olan narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, xx xxxxxx 2019-cu il tarixdə, saat 03 radələrində Lənkəran şəhəri E.Məmmədov küçəsində tanışı Şahid9 ilə görüşərək sonuncuya həmin külli miqdarda 19.811 qram çəkidə olan narkotik vasitə heroini 300 manata satmış və həmin gün saat 05 radələrində Lənkəran Şəhər Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid9 saxlanılaraq həmin şöbəyə gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən «More» markalı siqaret qutusunun içərisində 3 bükümdə 19,811 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir bükümdə təmiz çəkisi 1,232 qram olan narkotik vasitə heroini əldə edərək üzərində daşıyıb yaşadığı Lənkəran rayonunun Yuxarı-Nüvədi kəndində yerləşən evinə gətirib evin yataq otağında olan çarpayının üzərindəki döşəyin altında gizlədərək saxlamış, xx xxxxxx 2019-cu il tarixdə saat 12:30-da Lənkəran Şəhər Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilərkən o, həmin bir bükümdə narkotik vasitə heroini gizlətdiyi yerdən götürüb polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, sonuncu aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi külli miqdarda 131,702 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 16,550 qram çəkidə psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 vermiş, sonuncu həmin narkotik vasitəni və psixotrop maddəni daşımaqla Lənkəran rayonu ərazisinə gətirib özündə saxlamışdır. Bundan sonra x xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə Gəncə şəhərində yaşayan tanışları Şahid1 telefonla zəng edib ondan narkotik vasitə və psixotrop maddənin satılması üçün müştəri tapmağı xahiş edərək narkotik vasitə və psixotrop maddəni daşımaqla Gəncə şəhərinə gətirmiş, orada Şahid1la görüşərək hər üçü Gəncə şəhəri Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən «Göbələk» yeməkxanasına getmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz əməlləri barədə Şahid1 əvvəlcədən verdiyi məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotikləriə Mübarizə İdarəsinin X7 şöbəsinin əməkdaşları tərəfindən x xxxxxx 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində onlar həmin gün saat 23.30-da qeyd olunan yerdə saxlanılaraq baxış keçirilərkən polis əməkdaşlarının təklifindən sonra bir ədəd sellofan torbada olan mandarinlərin arasından «Coca-Cola» içkisinin plastik qabının içərisində olan üzüm yarpaqlarının arasından orada gizlətdiyi bir ədəd şəffaf rəngli və on bir ədəd qırmızı rəngli polietilen kəsiklərinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 17,950 qram, 13,618 qram, 11,434 qram, 9,722 qram, 11,230 qram, 12,308 qram, 10,312 qram, 5,586 qram, 8,670 qram, 10,750 qram, 8,817 qram və 11,305 qram olmaqla ümumilikdə və ayrı-ayrılıqda külli miqdar təşkil edən 131,702 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd şəffaf rəngli polietilen kəsiyinə bükülmüş külli miqdarda 16,550 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişlər. Təqsirləndirilən şəxs2 əvvəllər törətdiyi az ağır cinayətə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 3 ay müddətə azadlıqan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin x xxxx 2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunması və x xxxxx 2018-ci il tarixdə şərti cəza müddətinin bitməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən, qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, sonuncu aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi külli miqdarda 131,702 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 16,550 qram çəkidə psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 vermiş, sonuncu həmin narkotik vasitəni və psixotrop maddəni daşımaqla Lənkəran rayonu ərazisinə gətirib özündə saxlamışdır. Bundan sonra x xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə Gəncə şəhərində yaşayan tanışları Şahid1 telefonla zəng edib ondan narkotik vasitə və psixotrop maddənin satılması üçün müştəri tapmağı xahiş edərək narkotik vasitə və psixotrop maddəni daşımaqla Gəncə şəhərinə gətirmiş, orada Şahid1la görüşərək hər üçü Gəncə şəhəri Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən «Göbələk» yeməkxanasına getmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz əməlləri barədə Şahid1 əvvəlcədən verdiyi məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 şöbəsinin əməkdaşları tərəfindən x xxxxxx 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində onlar həmin gün saat 23.30-da qeyd olunan yerdə saxlanılaraq baxış keçirilərkən polis əməkdaşlarının təklifindən sonra bir ədəd sellofan torbada olan mandarinlərin arasından «Coca-Cola» içkisinin plastik qabının içərisində olan üzüm yarpaqlarının arasından orada gizlətdiyi bir ədəd şəffaf rəngli və on bir ədəd qırmızı rəngli polietilen kəsiklərinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 17,950 qram, 13,618 qram, 11,434 qram, 9,722 qram, 11,230 qram, 12,308 qram, 10,312 qram, 5,586 qram, 8,670 qram, 10,750 qram, 8,817 qram və 11,305 qram olmaqla ümumilikdə və ayrı-ayrılıqda külli miqdar təşkil edən 131,702 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd şəffaf rəngli polietilen kəsiyinə bükülmüş külli miqdarda 16,550 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən on ildir narkotik vasitələr qəbul edir. Son bir neçə ildə yalnız heroin və metamfetamindən istifadə etmişdir. Narkotik vasitələri tanımadığı təsadüfi şəxslərdən almışdır. 2012-ci ildə Lənkəran rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətə azadlıqdan məhrum edilmiş və 2013-cü ildə azadlığa buraxılmışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 12:33-də Astara sərhəd buraxılış məntəqsindən İran İslam Respublikasına getmək istəyərkən DSX-nin X4 Məntəqəsinin əməkdaşları sərhədkeçməsinə məhdudiyyət olduğunu bildirib, onu Lənkəran ŞRPŞ-nin əməkdaşlarına təhvil vermişlər. Polis əməkdaşları dəvət olunmuş iki nəfər hal şahidinin iştirakı ilə onun yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı evin ona məxsus yataq otağında çarpayıda döşəyin altında öz şəxsi istifadəsi üçün saxladığı 1 bükümdə təxminən 1,2 qram narkotik vasitə heroin aşkar edilmişdir. Həmin büküm heroin zərfə qoyularaq möhürlənmiş və üzəri imzalanmışdır. Sorğu zamanı polis əməkdaşına üstündən aşkar edilmiş heroini bir neçə gün əvvəl Lənkəran şəhəri Böyük bazar deyilən yerdə tanımadığı şəxsdən 45 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və bütün tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Həmin hadisə ilə əlaqədar cinayət işi başlanmış və məhkəmə tərəfindən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Həmyerlisi Təqsirləndirilən şəxs2 5 ildir ki, tanıyır. Bir neçə dəfə sonuncu ilə birlikdə narkotik vasitələr qəbul elmişdir. 2019-cu ilin noyabr ayında Emin Gəncədən olan əvvəllər bir yerdə cəza çəkmiş tanışı Anarın onlara qonaq gəldiyini demişdir. O, Eminin vasitəsi ilə Anarla tanış olmuş və bir qədər söhbət etmişdir. x xxxxxx 2019-cu il tarixdə Eminlə birlikdə Gəncə şəhərinə getmişdir. Anara satmaq üçün özü ilə birlikdə 20 qram heroin götürmüş, lakin Eminin bundan xəbəri olmamışdır. Axşam saatlarında Gəncədə Anarla görüşmüş və sonuncu onları bir yeməkxanaya aparmışdır. Üzərindəki 20 qram heroini Anara Hüseynova satmışdır. Bir qədər sonra BNMİ-nin regional şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışlar. «Coca-Cola» içkisinin plastik qabı və onun içərsindəki narkotik vasitələr Şahid1 məxsus olmuşdur. Şahid9 adlı şəxsə narkotik vasitə satmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2011-ci ildən müxtəlif narkotik vasitələrdən istifadə edir. Son aylar isə metamfetamin və heroini yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul etmişdir. Narkotik vasitələri tanımadığı şəxslərdən almışdır. 2011-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 206.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinmiş və ona 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sonuncu dələ 2016-cı ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hökmü ilə eyni maddə ilə təqsirli bilinib 2 il 3 ay müddətə azadlıqdan məhrum edilmişdir. Həmyerlisi Təqsirləndirilən şəxs1 5-6 ildir ki, tanıyır və münasibətləri yaxşıdır. Bir neçə dəfə birlikdə narkotik vasitələr qəbul etmişdir. 2016-cı ildə Bakı İstintaq Təcridxanasında Şahid1la tanış olmuş və yaxın münasibətləri yaranmışdır. Anar da onun kimi narkotik vasitələrə görə həbs edilmişdir. Azadlığa çıxandan sonra Anarla tez-tez telefonla əlaqə saxlamışdır. 2019-cu ilin noyabr ayında Şahid1 Lənkarana gəlmiş, onun evində qonaq olmuşdur. Təqsirləndirilən şəxs1 də onun yaşadığı evdə olmuş və üçü birlikdə narkotik vasitə qəbul etmişlər. Daha sonra Şahid1 onları Gəncə şəhərinə dəvət etmişdir. x xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1lə birlikdə Gəncə şəhərinə yola düşmüşlər. Həmin gün axşam saatlarında onlar Gəncəyə çatmışdır. Şahid1 onları qarşılayıb yeməkxanaya aparmışdır. Orada Şahid1 ona narkotik vasitə satmağı təklif etsə də, razılaşmamışdır. Bir qədər sonra polis əməkdaşları tərəfindən tutulmuş və bu zaman onun üzərində narkotik vasitə olmamışdır. Özünü narkotik vasitələrdən istifadə etməkdə, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. İbtidai istintaq zamanı fiziki təzyiqi altında adından yazılmış ifadələrə imza etmişdir. Həmin ifadələri təsdiq etmir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2la məhkumluq həyatı yaşayarkən tanış olmuşdur. Azadlığa çıxandan sonra arabir Emin onunla telefon əlaqəsi saxlamışdır. Danışıqların birində sonuncu onu Lənkərana dəvət etmiş və hadisədən təxminən 1-2 ay əvvəl Lənkərana gedib Eminlə görüşmüşdür. Söhbət zamanı Emin ona Gəncə şəhərində narkotik vasitə kakos və şüşə satmağı təklif etmiş və o, bundan imtina etmişdir. Emin onu səhəri gün Təqsirləndirilən şəxs1lə tanış etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs1 Gəncəyə narkotik vasitə kakos və şüşə apara biləcəyini deyib, həmin narkotik vasitələrə müştəri tapmaqda köməklik göstərməsini xahiş etmiş, sonuncuya bu barədə fikirləşəcəyini bildirmişdir. Əvvəllər bir dəfə narkotiklə bağlı məhkumluq həyatı yaşamaqla, həyatının bir neçə ili dəmir barmaqlıqlar arasında keçdiyindən, onun narkotik vasitələri satanlara nifrəti yaranmışdır. Gəncəyə qayıdandan sonra da Emin ona bir neçə dəfə zəng edib, narkotikə müştəri tapıbtapmadığını soruşmuş, sonuncuya elə bir adam tanımadığını bildirmişdir. x xxxxxx 2019cu il tarixdə səhər vaxtlarında Emin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla onun ***-***-**-** nömrəli mobil telefonuna zəng edib, Təqsirləndirilən şəxs1lə Gəncə şəhərinə 130 qram heroin və 16 qram metamfetamin gətirdiklərini deyərək, onlar gələnədək müştəri tapmasını xahiş etmişdir. Emin və Anarın israrla onu narkotik vasitə satmaqda köməklik göstərməyinə vadar etmələrinə acığı tutmuş və qərara gəlmişdir ki, sonuncuları ifşa etsin. Bu məqsədlə x xxxxxx 2019-cu il tarixdə Gəncədə yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 şöbəsinə gələrək bu barədə məlumat vermişdir. Bu barədə protokol tərtib olunmuş və o, polis əməkdaşları tərəfindən təlimatlandırılmışdır. Belə ki, Emin və Anarın yeri barədə məlumat vermək üçün əvvəllər tanımadığı polis əməkdaşının mobil telefonunu götürmüşdür. Həmin gün Emin və Anarla görüşüb Gəncə şəhərində yerləşən «Göbələk» kafesinə getmişlər. Orada onların dəqiq narkotik vasitə və psixotrop maddə satmaq istədiklərini və həmin maddəni gətirdiklərində əmin olandan sonra polis əməkdaşlarına zəng edib xəbər vermişdir. Bir qədər sonra polis əməkdaşları onların olduğu otağa daxil olub özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində daxil olmuş məlumat əsasında qəbul edilmiş qərarla tanış edildikdən sonra polis əməkdaşları tərəfindən onlara üzərlərində qanunsuz saxladıqları əşya və ya maddə varsa təqdim etmələri təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 yerdən polietilen torbanı götürərək masanın üzərinə qoyub içərisindəki mandarinlərin arasında narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu demişdir. Videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi polietilen torbadakı plastik «Coca-Cola» qabının içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu və onları Təqsirləndirilən şəxs2 vasitəsi ilə satmaq istədiyini demişdir. Emin Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmişdir. Plastik «Coca-Cola» içkisinin qabı polis əməkdaşları tərəfindən kəsilərək açılmış və bu zaman içərisindən üzüm yarpağı bükülüləri çıxmışdır. Polis əməkdaşları tərəfindən üzüm yarpağı bükülülərinə bir-bir baxış keçirilmiş və onların arasından üzəri skoçla sarılmış iki ədəd büküm aşkar olunmuşdur. Anar həmin bükülülərin birində 16 qram psixotrop maddə metamfetaminin, digərində isə 130 qrama yaxın narkotik vasitə heroinin olduğunu bildirmişdir. Baxış zamanı balaca bükülünün içərisində metamfetaminə, iri bükülüdə 12 ədəd bükümün içərisində heroinə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri satmaq üçün Lənkərandan Gəncəyə gətirdiklərini etiraf etmişlər. Bundan sonra onlar şöbəyə dəvət olunmuş və orada vəkillərin iştirakı ilə protokol tərtib edilmişdir. Protokol onlara oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkilidir. x xxxxxx 2019-cu il tarixdə Şahid1 şöbəyə müraciət edərək Lənkəran rayon sakinləri Emin və Anar adlı şəxslərin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satmaq üçün Gəncə şəhərinə gətirəcəklərini bildirmişdir. Sonuncuların şəxsiyyəti dəqiqləşdirilmiş, onların Lənkaran rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqları müəyyən edilmişdir. Məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Bundan sonra Şahid1 verdiyi məlumata əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələr satmaq üçün Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən «Göbələk» yeməkxanasına getmələri müəyyən edilmişdir. Odur ki, əməliyyat qrupu dərhal həmin obyektə yollanmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqdim edib, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olduğundan şübhəli şəxs qismində saxlanıldıqları elan edərək, üzərlərində qanunsuz saxladıqları əşya və ya maddə olduğu halda təqdim etmələri təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 yerdən polietilen torbanı götürüb masanın üzərinə qoyaraq içərisində olan mandarinlərin arasında heroin və metamfetamin olmasını bildirmişdir. Həmin yeməkxanada videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi polietilen torbanın içərisindən bir ədəd plastik «Coca-Cola» içkisinin qabını çıxarıb təqdim etmiş və içərisində heroin və metamfetamin olduğunu, Təqsirləndirilən şəxs2la birlikdə Şahid1 vasitəsilə satmaq üçün gətirdiklərini demişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmişdir. «Coca-Cola» içkisinin qabı iştirakçılarla birlikdə kəsilərək açılmış, içərisində duza qoyulmuş üzüm yarpaqları bükülüləri olduğunu görmüşdür. Həmin üzüm yarpağı bükülüləri bir-bir çıxarılaraq içərisinə baxış keçirilmiş, onların arasından üzəri skoçla sarılmış iki büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 bükülülərin birində 16 qram şüşə adlandırılan psixotrop maddə metamfetamin, digərində isə 130 qrama yaxın narkotik vasitə heroin olmasını etiraf etmişdir. Balaca bükülünün içərisində kristal halında psixotrop maddə metamfetaminə bənzər maddə, digər iri bükülüdə isə 1 ədədi boz rəngli və 11 ədəd qırmızı rəngli politelen bükülü olmaqla ümumilikdə, 12 ədəd bükümün içərisində tünd qəhvəyi rəngdə kəskin iyli heroinə bəzər maddə olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin kütləni satmaq üçün Lənkarandan Gəncə şəhərinə gətirdiklərini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 heroin və metamfetamini bir neçə gün əvvəl Lənkəranda tanımadığı İran İslam Respublikası vətəndaşından əldə etdiyini, satdıqdan sonra pulunu verəcəyini demişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi heroin və psixotrop maddə metamfetamin videoçəkiliş aparılmaqla ayrı-ayrılıqda qablaşdırılaraq möhürlənmişdir. Baxışın nəticələrin dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Fərux oğlu, Şahid4 və Şahid6 Şahid2 ifadəsinə oxşar ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin X2 baş əməliyyat müvəkkilidir. xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Şahid9 19,811 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şahid9 ifadəsində heroini Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olduğu, üzərində və yaşadığı mənzildə saxladığı barədə əməliyyat məlumatları əldə etmişlər. xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasından İran İslam Respublikasına piyada keçmək istəyərkən Astara sərhəd nəzarət məntəqəsində saxlanılmışdır. Həmin gün Təqsirləndirilən şəxs1 Astara sərhəd nəzarət məntəqəsindən təhvil alınmışdır. Təqsirləndirilən şəxs1 yaşadığı Lənkəran rayonunun Yuxarı-Nüvədi kəndində yerləşən evinə getmişlər. Hal şahidlərinin iştirakı ilə evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 yataq otağında yerləşən çarpayıdakı döşəyin altından bir ədəd sellofan büküm aşkar edilmişdir. Həmin bükümün içərisində kəskin iyli, narkotik vasitə heroinə bənzər 1,2 qram çəkidə maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin maddənin narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün Lənkəran şəhərində Böyük bazar ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. Sonra həmin maddə zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək üzəri imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, narkotik vasitə heroini inyeksiya yolu ilə qəbul edir. Narkotik vasitəni Təqsirləndirilən şəxs1 alır. xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində narkotik vasitə heroin əldə etmək üçün Anarla əlaqə saxlamışdır. xx xxxxxx 2019-cu il tarixdə gecə saat 3 radələrində Anarla yaşadığı məhəllənin yaxınlığında görüşüb, sonuncudan hər bir bükümü 100 manat olmaqla ümumlikdə qiyməti 300 manat olan 3 bükümdə 20 qrama yaxın narkotik vasitə heroin almışdır. Anara 150 manat vermiş, 150 manat isə borclu qalmışdır. Təxminən bir saatdan sonra polis əməkdaşları tərəfindən saxlanılmış, Anardan aldığı narkotik vasitə aşkar edilərək götürülmüşdür. Həmin hadisəyə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinmiş və ona 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid5 ifadəsindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşıdır. x xxxxxx 2019-cu il tarixdə Gəncə şəhər sakini Şahid1 işlədiyi şöbəyə müraciət edərək Emin və Anar adlı şəxslərin x xxxxxx 2019cu il tarixdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satmaq üçün Gəncəyə gətirəcəkləri barədə məlumat vermişdir. Onların şəxsiyyətləri müəyyənləşdirildikdə sonuncuların Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmaları müəyyən edilmişdir. Daxil olmuş məlumatın yoxlanılması və həmin şəxslərin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin gün axşam saatlarında Anar Şahid1 və Eminin narkotik vasitələri satmaq üçün Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi ərazisində yerləşən «Göbələk» yeməkxanasına gətirdiyini bildirmişdir. Əməliyyat qrupu dərhal həmin obyektə yollanmışdır. Onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqdim edib, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olduğundan şübhəli şəxs qismində saxlanıldıqları elan edib, üzərlərində qanunsuz saxladıqları əşya və ya maddə olduğu halda, təqdim etmələrini təklif etmişlər. Bu zaman Təqsirləndirilən şəxs1 yerdən politelen torbanı götürüb masanın üzərinə qoymuş, torbanın içərisində olan mandarinlərin arasında plastik qabda heroin və metamfetamin olduğunu bildirmişdir. Həmin yeməkxanada videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi polietilen torbanın içərisindən bir ədəd plastik «Coca-Cola» içkisinin qabını çıxarıb təqdim edib içərisində heroin və metamfetamin olduğunu, Təqsirləndirilən şəxs2la birlikdə Şahid1 vasitəsilə Gəncə şəhərində satmaq üçün gətirdiklərini demişdir. Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmişdir. «Coca-Cola» içkisinin qabı iştirakçılarla birlikdə kəsilərək açıldıqda içərisində duza qoyulmuş üzüm yarpaqları bükülüləri olduğunu görmüşdür. Həmin üzüm yarpağı bükülüləri bir-bir çıxarılaraq içərisinə baxış keçirildikdə, onların arasından üzəri skoçla sarılmış iki büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 bükülülərin birində 16 qram psixotrop maddə metamfetamin, digərində isə 120 qrama yaxın narkotik vasitə heroin olmasını etiraf etmişdir. Balaca bükülünün içərisində kristal halında psixotrop maddə metamfetaminə bənzər maddə, digər iri bükülüdə isə 1 ədədi boz rəngli və 11 ədəd qırmızı rəngli politelen bükülü olmaqla ümumilikdə 12 ədəd bükümün içərisində tünd qəhvəyi rəngdə kəskin iyli heroinə bəzər maddə olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin kütləni satmaq üçün x xxxxxx 2019-cu il tarixdə Lənkarandan Gəncəyə gətirdiklərini bildirmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitə heroin və psixotrop maddə metamfetamini bir neçə gün əvvəl Lənkəran şəhərində tanımadığı İran İslam Respublikası vətəndaşından əldə etdiyini, satdıqdan sonra pulunu verəcəyini demişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi heroin və psixotrop maddə metamfetamin videoçəkiliş aparılmaqla ayrı-ayrılıqda qablaşdırılaraq möhürlənmişdir. Sonda şöbədə baxışın nəticələrini özündə əks etdirən protokol tərtib edilmiş və iştirakçılar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid8 ifadəsindən görünür ki, 2018-ci ildən etibarən Lənkəran rayonu Səpnəkəran kənd ərazi nümayəndəsi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 həmkəndlisi kimi tanıyır. xx xxxxxx 2019-cu il tarixdə, saat 15 radələrində ərazi nümayəndəliyin müavini Məmmədəli Şahmarovla birlikdə kənddə olarkən polis əməkdaşlarından bir nəfər ona zəng edərək Təqsirləndirilən şəxs1 evinə keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyini xahiş etmişdir. Razılaşıb Məmmədəli ilə birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişdir. Evin qarşısında Şahid7 adlı polis əməkdaşı olmuşdur. Təhqiqatçı tərəfindən onlara hüquq və vəzifələri izah edilmişdir. Sonra polis əməkdaşlarının iştirakları ilə həmin evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evin yataq otağında taxtın üzərindəki döşəyin altında 1 ədəd sellofan büküm aşkar edilmişdir. Həmin sellofan bükümün içərisində toz şəkilli, qəhvəyi rəngli maddə aşkar edilmişdir. Anar Əliyv həmin maddənin narkotik vasitə heroin olduğunu, bir neçə gün əvvəl Lənkəran şəhəri Böyük bazar deyilən yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Sonra aşkar olunmuş heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 1,34 qram təşkil etmişdir. Aşkar olunmuş bir bükümdə heroinə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 evindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol bütün iştrakçılara və Təqsirləndirilən şəxs1 özünə ucadan oxunduqdan sonra imzalanmışdır. İşin 1-ci cildinin 225-230-cu vərəqlərindəki protokoldan görünür ki, «xxxx» MMC-dən əldə edilmiş məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2- ***-***-**-** və ***-***-**-**, Təqsirləndirilən şəxs1 isə ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini istifadə etmişdir. Həmin nömrələrin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə barələrində məlumat verən məlumat Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx xxxxxx 2019-cu il tarixdə saat 11:42-dən x xxxxxx 2019-cu il tarixdə saat 21:35-dək olan müddət ərzində 38 dəfə telefon danışıqları olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə barələrində məlumat verən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx xxxxxx 2019-cu il tarixdə saat 14.09-dan xx xxxxxx 2019-cu il tarixdə saat 11:34-dək olan müddət ərzində 16 dəfə telefon danışıqları olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə barələrində məlumat verən məlumat Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında telefon danışıqları aşkar edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə İran İslam Respublikasının mobil operatoruna məxsus **********0449 saylı mobil telefon nömrəsi arasında xx xxxxxx 2019-cu il tarixdə saat 08.30-dan xx xxxxxx 2019-cu il tarixdə saat 00:39-dək olan müddət ərzində 15 dəfə telefon danışıqları olmuşdur. İşin 2-ci cildinin 138-139-cu vərəqlərindəki protokoldan görünür ki, iş üzrə məhkəmə qərarı əsasında «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə edilmiş məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şahid9 ***-***-**-**, Təqsirləndirilən şəxs1 isə ***-***-**-** saylı mobil telefon nömrələrindən istifadə etmişlər. Həmin nömrələri arasında çoxlu sayda telefon danışıqları olmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 920 nömrəli rəyindən görünür ki, «Şahid9 üzərindən ...» sözləri yazılmış kağız paketi açdıqda 3 ədəd sellofanda ayrı-ayrılıqda təmiz çəkisi 7.965 qram, 7.890 qram, 3.956 qram, ümumi təmiz çəkisi 19,811 qram olam maddə tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibə malik olan narkotik vasitə heroindir (qalıq: heroin 19,661 qram). Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 950 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı...» sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1.232 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq: heroin 1.182 qram). Əlavə məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 972 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid9 üzərindən...» sözləri və imzalar olan kağız paketdəki 3 ədəd bükümdə olan heroinlə üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı...» sözləri yazılmış kağız paketdəki 1 ədəd bükümdə olan heroin eyni tərkiblidir. (qalıq: birinci paketdəki heroin - 19,511 qram, ikinci paketdəki heroin - 1,132 qram). Məhkəmə-kimyəvi ekspertizasının x xxxxxx 2019-cu il tarixli, 676 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «xx xxxxxx 2019-cu il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən «Göbələk» adlanan yeməkxananın 2 nömrəli otağında şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdikləri narkotik vasitə heroinə bənzər kütlə» sözləri və imzalar olan kağız paketdəki, 1 ədəd şəffav rəngli, 11 ədəd qırmızı rəngli polielilen kəsiklərinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 17.950 qram, 13.618 qram, 11.434 qram, 9.722 qram, 11.230 qram, 12.308 qram, 10.312 qram, 5.586 qram, 8.670 qram, 10.750 qram, 8.817 qram, 11.305 qram, ümumi təmiz çəkisi 131,702 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində «xx xxxxxx 2019-cu il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən «Göbələk» adlanan yeməkxananın 2 nömrəli otağında şübhəli şəxs kimi saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdikləri psixotrop maddə metamfetaminə bənzər kütlə» sözləri və imzalar olan kağız paketdəki, 1 ədəd şəffaf rəngli polietilen kəsiyinə bükülmüş təmiz çəkisi 16,550 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrini və onların prekursorları» 1 siyahısının İİ bəndinə daxildir (qalıq: heroin-131,462 qram, metamfetamin 16,350 qram). Məhkəmə-narkoloji ekspertizasının x xxxxxx 2020-ci il tarixli 14 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 76 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 1-ci cildinin 194-196-ci vərəqlərindəki «maddi sübut hesab edilməsi haqqında» x xxxxxx 2019-cu il tarixli qərar və məktubdan görünür ki, iş üzrə aşkar olunub götürülmüş iki ədəd kağız paketlərdə qablaşdırılan, tədqiqatdan sonra qalıq qalan 131,462 qram narkotik vasitə heroin və 16,350 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. İşin 2-ci cildinin 313-314-cü vərəqlərindəki «əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında» xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş 1 ədəd kağız zərfin içərisində olan bir bükümdə qalıq çəkisi 1,32 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmişdir. şin 3-cü cildinin 62-78-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünİür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən iki ədəd CD disklər maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 212-213-cü vərəqlərindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsi və hökmün surətindən görünür ki, Əliyev X6 rayon məhkəməsinin x xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 1-ci cildinin 199-204, 210-211 və 253-255-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsi və hökmlərin surətindən görünür ki, Əhmədov X3 Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxx 2015-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. Bundan başqa o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin x xxxx 2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş və x xxxxx 2018-ci il tarixdə şərti cəza müddəti bitmişdir. İşin 2-ci cildinin 288-292-ci vərəqlərindəki Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Şahid9 xx xxxxxx 2019-cu il tarixdə şəxsiyyəti istintaqa Anar adı ilə məlum olan şəxslə görüşüb, sonuncudan 19,811 qram narkotik vasitə heroin almışdır. Hökmlə Şahid9 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin 2-ci cildinin 179-cu vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 2-ci cildinin 229-231-ci vərəqlərindəki Lənkəran rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək, barəsində 3 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İşin 2-ci cildinin 273-274-cü vərəqlərindəki Lənkəran rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığının müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. İşin 2-ci cildinin 299-300-cü vərəqlərindəki Nərimanov rayon məhkəməsinin x xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cildinin 54-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 x xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmədə təqsirləndirilən şəxslərin təqsirlərini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə özlərini qismən təqsirli bildilər. Onların bu ifadələri ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakı ilə verdikləri etirafedici ifadələri, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə ifadələrinə tənqidi yanaşır. Yuxarıda sadalanan və biri-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri isə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, onlar həmin maddələrlə təqsirli bilinməli və onlara cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu x xxxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan iş üzrə aşkar olunub götürülmüş iki ədəd kağız paketlərdə qablaşdırılan, tədqiqatdan sonra qalıq qalan 131,462 qram narkotik vasitə heroin və 16,350 qram psixotrop maddə metamfetamin, Lənkəran ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş 1 ədəd kağız zərfin içərisində olan bir bükümdə qalıq çəkisi 1,32 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iki ədəd CD disk isə iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 115 (yüz on beş) manat 30 (otuz) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 57 (əlli yeddi) manat 65 (altmış bes) qəpik olmaqla dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı x xxxxxx 2019-cu-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan iş üzrə aşkar olunub götürülmüş iki ədəd kağız paketlərdə qablaşdırılan, tədqiqatdan sonra qalıq qalan 131,462 qram narkotik vasitə heroin və 16,350 qram psixotrop maddə metamfetamin və Lənkəran ŞRPŞ-də saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş 1 ədəd kağız zərfin içərisində olan bir bükümdə qalıq çəkisi 1,32 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İki ədəd CD disk isə iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 115 (yüz on beş) manat 30 (otuz) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 57 (əlli yeddi) manat 65 (altmış bes) qəpik olmaqla dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar