Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1336/2023 28.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi Nümayəndə, müdafiəçilər: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və «FİDES» Vəkil Bürosunun vəkili X4 iştirakı ilə qapalı məhkəmə iclasında 27 avqust 1974-cü ildə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ucar şəhəri, Şirvan küçəsi, ev 7-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 70, mənzil 53-də yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs qzının Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qadınları aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə, həmçinin hədə-qorxu məcbur etmə vəsitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edib insan alveri məqsədi ilə zərərçəkmiş şəxsin pasportunu götürüb saxlamaqla təkrarən tamah niyyəti ilə iki şəxs barəsində insan alveri, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah məqsədilə 2016-cı ilin oktyabr ayının əvvəllərində ünvan 1 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə Whatsapp ani mesajlaşma və mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb ona İraq Respublikasının Bağdad şəhərində yüksək maaşlı işə düzəldəcəyini vəd edib aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 18 oktyabr 2016-cı il tarixdə saat 18:37-də Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçirməklə İraq Respublikasının Bağdad şəhərinə aparıb kirayə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla 19 oktyabr 2016-cı ildən 28 oktyabr 2016-cı il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək və insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaq barədə şəxsiyyəti istintaqla araşdırılan Azərbaycan Respublikası vətəndaşı Leyla adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2019-cu ilin may ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrostansiyası yaxınlığında ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə mobil telefon əlaqəsi saxlayaraq ona Rusiya Federasiyasının Moskva şəhərində yüksək maaşlı işə düzəldəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 01 iyun 2019-cu il tarixdə saat 04:58-də Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçirməklə Rusiya Federasiyasının Moskva şəhərinə aparıb şəxsiyyəti istintaqla araşdırılan Leyla adlı şəxslə həmin şəhərdə kirayə götürdükləri mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus pasportu götürüb saxlamaqla şəxsiyyəti istintaqla araşdırılan Leyla adlı şəxslə birlikdə 02 iyun 2019-cu il tarixdən 05 iyul 2019-cu il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində, təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını hədə-qorxu məcbur etmə vəsitəsilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə şəxsiyyəti istintaqla araşdırılan Azərbaycan Respublikası vətəndaşı Leyla adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrostansiyası yaxınlığında ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə telefon əlaqəsi saxlayıb onun 02 iyun 2019-cu ildən 05 iyul 2019-cu il tarixədək olan müddət ərzində Rusiya Federasiyasının Moskva şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra onu 09 sentyabr 2019-cu il tarixdə saat 15:21-də Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçirməklə Rusiya Federasiyasının Moskva şəhərinə göndərmiş, şəxsiyyəti istintaqla araşdırılan Leyla adlı şəxs onu qarşılayıb həmin şəhərdə kirəyə götürdüyü mənzilə yerləşdirdikdən sonra 09 sentyabr 2019-cu il tarixdən 20 sentyabr 2019-cu il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki şəxs barəsində, təkarən insan alveri cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Şahlar qızını tanıyır, bu şəxslərlə heç bir ədavəti və düşmənçiliyi yoxdur. O, həyat yoldaşından boşanmış, yetkinlik yaşına çatmış iki övladı vardır. Ailəsi ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 70, mənzil 53-də yaşayır, heç bir yerdə işləmir. Onun İraq Respublikası vətəndaşı olan bir türkmanla yaxın münasibətləri olmuşdur. Həmin şəxsin vasitəsi ilə İraq Respublikasının Bağdad şəhərinə getmişdir. 2016-cı ilin oktyabr ayında bir dəfə Bakı şəhərində «Çanaqala» restoranında o, onun sevgi münasibətində olduğu iraqlı və başqa bir iraqlı ilə Zərərçəkmiş şəxs1 ilə olmuşlar. Onlar birgə yemək yemiş, bu zaman ilk dəfə gördüyü Rəqsanə ilə tanışlıq münasibətləri yaranmış, həmin münasibətləri davam etdirərək rəfiqə olmuşlar. Həmin görüşdən sonra sevgi münasibətində olduğu iraqlı ilə Kərbalaya ziyarətə getmək istədiyini Rəqsanəyə bildirdikdə o da onunla birlikdə ziyarətə getmək istədiyini bildirmiş, bundan sonra təyyarəyə hər kəs özü üçün bilet alaraq İraqa getmişlər. İraqda bir həftə qaldıqdan sonra Azərbaycana qayıtmışlar. Kərbalada olduqları zaman sadəcə ziyarətlə məşğul olmuşlar, orada Rəqsanəni cinsi istismara məruz qoymamışdır. Rəqsanənin verdiyi ifadəsi həqiqətə uyğun deyildir. Kərbalə şəhərində çox gəzməli yer də olmamış, Rəqsanə ilə birlikdə Rəqsanənin sevgilisinə məxsus evdə qalmışlar. Rəqsanə ilə birlikdə Bakı şəhərinə qayıtdıqdan sonra bir daha Rəqsanə ilə əlaqə saxlamamışdır. Zərərçəkmiş şəxs2 isə müştərisi olduğu gözəllik salonundan tanımış, onunla xoş münasibətləri yaranmışdır. O, Moskva şəhərinə gəzməyə və alış-veriş etməyə getmək istədiyini Zərərçəkmiş şəxs2 demiş və sonuncu onu da Moskva şəhərinə aparmağı, orada bir yerdə gəzmək istədiyini bildirmişdir. O, əvvəllər əri ilə birlikdə Moskvada yaşadığı üçün bu şəhəri yaxşı tanımış, həmçinin onun orada Leyla adlı rəfiqəsi olmuşdur. Bundan sonra 01 iyun 2019-cu il tarixdə Bakı hava limanından hər kəs özünə bilet almaqla birlikdə Moskva şəhərinə getmişlər. Orada rəfiqəsi Leylagildə qalmış, üçü birlikdə Moskva şəhərində mağazaları gəzmişlər. Bundan sonra Turanə ilə birlikdə Moskvada yaşayan başqa qohumugildə qonaq olmuş və bir neçə gündən sonra Bakıya qayıtmışlar. O, Turanənin pasportunu almamış, onu cinsi istismara məruz qoymamışdır. Bakı şəhərinə qayıtdıqdan sonra o, Türkiyədə İstanbul şəhərində ailəsi ilə yaşayan bacısı Pərvanəgilə getmiş, Turanədən məlumatı olmamışdır. Sonradan bilmişdir ki, Turanə özü bir neçə dəfə Moskva şəhərinə getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yaşayır, ərindən boşanmışdır. O, gözəllik salonunda dırnaq qaynağı ustası işləmişdir. 2016-cı ildə onun İraq vətəndaşı olan milliyyətcə turkman olan bir sevgilisi olmuşdur. Həmin sevgilisi ilə Bakı şəhərində «Çanaxqala» restoranında sevgilisinin başqa bir turkman dostunun yanında Təranqə İsmayılovanı ilk dəfə görmüşdür. Orada tanışlıqları yaranmış, əlaqələrini davam etdirərək rəfiqə olmuşlar. 2016-cı ilin oktyabr ayında Təranə ona mesaj yazıb bildirmişidr ki, iraqlı sevgilisi hər ikisini İraqa dəvət edir. Həmin ərəfədə o, bir müddət işsiz qalmış və bunu Təqsirləndirilən şəxs bilirdi. Təranə ona demişdir ki, iraqlı tanışı ona orada peşəsi üzrə iş tapa bilər. Təranənin bu təklifi ona maraqlı gəlmiş, lakin ərəb dilini bilmədiyini Təranəyə demiş, Təranə narahat olmamağını həmin şəxsin onlarla birlikdə olacağını və orada yaxşı işləyəcəklərini demişdir. O, Təranə ilə razılaşmış, pasportunun fotoşəklini Təranəyə göndərmiş və sonuncu ona bilet almışdır. Bundan sonra Təranə ilə birlikdə 18 oktyabr 2016cı ildə Bakı hava limanından təyyarə vasitəsilə İraq Respublikasının Bağdad şəhərinə getmişlər. Bağdad şəhərində Təranənin tanışı onları qarşılayaraq kirayə tutduğu evə aparmış, bir gün orada qalıb istirahət etmiş, növbəti gün Təranə işə düzəlmək adı ilə onun pasportunu almışdır. O, Təranədən nə işləyəcəklərini soruşduqda Təranə bildirmişdir ki, burada sevgilisinin tanışları ilə görüşüb cinsi əlaqədə olmalıdır. O, buna etiraz etmiş və heç kimlə cinsi əlaqədə olmayacağını bildirsə də Təranə pasportunun onda olmasını və buradan heç yerə gedə bilməyəcəyini deyərək onu hədələmiş və o, ondan qorxaraq Təranə ilə raızlaşmaq məcburiyyətində qalmışdır. Bundan sonra həmin günü Təranənin sevgilisi onlara tutduğu evdə məclis təşkil edərək dostlarını da oraya dəvət etmişdir. Məclisdə bir qədər əyləndikdən sonra, o, orada olan şəxslərlə cinsi əlaqədə olmuş, çünki Təranənin dediklərini etmədiyi halda Təranə dediyi kimi onun başına oyun gətirə bilərdi. Bundan sonra gün ərzində həmin evə Təranənin tanışı 3-4 nəfər kişi müştəri gəlməyə başlamış, həmin müştərilərdən şəxsən Təranənin özü hər birindən 300-400 ABŞ dolları almış, lakin ona o puldan heç nə verməmişdir. Bundan 10 gün sonra Təranə onun pasportunu qaytarmış və Təranənin aldıqları biletlərlə onlar geri Bakı şəhərinə qayıtmışlar. Təranə ona bildirmişdir ki, əgər bu barədə kiməsə məlumat versə onu rüsvay edəcəkdir. Təranə müştərilərlə görüşüb cinsi əlaqədə olan zaman onun videogörüntülərini çəkdiyini və həmin görüntüləri internet üzərindən yayıb onu rüsvay edəcəyini də qeyd etmişdir. O, qorxduğu üçün Təranə barəsində heç bir dövlət orqanına müraciət etməmiş, lakin polis əməkdaşları onu idarəyə dəvət edib ona Təqsirləndirilən şəxs tərəfindən cinsi istismara məruz qalması barədə məlumatları olduqlarını bildirmişlər. Onlar ona hüquqlarını izah etdikdən sonra o, Təranə barəsində müraciət etmək qərarına gəlmiş və Təranənin hərəkətləri barədə ətraflı məlumat vermişdir. Qeyd etmək istəyir ki, o, ərəb dilini öyrəndikdən sonra turizm fəaliyyəti ilə məşğul olmaqla İraqa turizm turları təşkil edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, o, 2017-ci ildən Bakı şəhəri Xətai rayonu Əhmədlidə yerləşən gözəllik salonlarının birində saç ustası işləmiş, ərindən boşanmışdır, 2 övladı var, onlara təkbaşına özü baxır. Təqsirləndirilən şəxs həmin salona müştəri kimi gələn zaman görüb tanış olmuşdur. Həm Təranə, həm də o, Ucar rayonundan olduqları üçün bir həmyerli kimi münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs ilə əlaqə saxlayan zaman maddi imkanın yaxşı olmadığını, iki övladının olmasını bildirmiş, Təranə isə Rusiya Federasiyasına ticarət məqsədilə gedib-gəldiyini ona demişdir. Bundan sonra Təranə ona birlikdə Rusiya Federasiyasının Moskva şəhərinə gedib orada ticarətlə məşğul olmağı təklif etmişdir. Təranəyə yol pulunun olmadığını və rus dilini bilmədiyini demiş, Təranə də narahat olmamağı, özünün də 2 övlada tək baxdığını deyərək ona hər cür köməklik edəcəyini bildirmişdir. O, Təranənin bu sözlərinə inanaraq onun təklifi ilə razılaşmışdır. Bundan sonra Təranə onun pasportunu alaraq ona və özünə Moskva təyyarəsinə bilet əldə etmiş və xx.xx.2019-cu il tarixdə Moskva şəhərinə gedəcəklərini bildirmişdir. O da övladlarını bacısıgilə qoyaraq xx.xx.2019-cu il tarixdə Təranə ilə birlikdə Rusiya Federasiyasına getmişdir. Moskva şəhərində onları Təranənin tanışı olan Leyla adlı qadın qarşılayaraq yaşadığı evə aparmış, orada iş düzəltmək adı ilə onun pasportunu əlindən almışlar. Səhəri gün, yəni xx.xx.2019-cu ildə Təranə və Leyla ona yaxşı pul qazanmaq üçün onların tapdığı kişi müştərilərlə görüşüb cinsi əlaqədə olmağı təklif etmiş, o da onların bu təklifinə razı olmayıb Təranəyə onu geri qaytarmasını tələb etmişdir. Təranə və Leyla onun Moskvaya gəlməsi üçün xərc çəkdiklərini , onun onlara borclu olduğunu demişlər. O, heç bir yeri tanımadığı və rus dilini bilmədiyi üçün və pasportunun Təranəgildə olduğundan məcbur olub onların dedikləri ilə razılaşmışdır. Bundan sonra Təranə və Leyla onu öz tapdıqları kişi müştərilərlə evlərində və hotellərdə görüşdürməyə başlamış, hotellərə onu özləri aparıbgətirmişlər. Onu gün ərzində 8-10 kişi müştəri ilə görüşdürüb cinsi əlaqədə olmağa məcbur etmişlər. Hər müştəridən 10-15.000 rubl pul alırdılar, lakin ona hər müştəriyə görə 1.500 rubl pul verirdilər. Bu şəraitdə Təranə və Leyla onu xx.xx.2019-cu il tarixədək cinsi istismar etmiş, sonra Təranə ona və özünə bilet alaraq avtobusla Gürcüstana, oradan isə Azərbaycana gətirmişdir. Təranə yolda ona dəfələrlə bu barədə kiməsə bir söz deməməsini tapşırmış, əks halda onu yaşadıqları Ucar rayonunda rüsvay edəcəyini demişdir. O da Təranənin bu hədəsindən qorxaraq Azərbaycana gəldikdən sonra bu barədə heç kimə bir söz deməmişdir. Bundan bir müddət sonra 2019-cu ilin avqust ayının sonlarında evdə olan zaman Təranə Türkiyə Respublikasından ona zəng edərək yenidən Leylanın yanına getməyi demişdir. O, Təranəyə getmək istəmədiyini bildirmiş, bu zaman Təranə onu ailəsinə etdiyi əxlaqsızlar barədə deyəcəyi ilə hədələmişdir. O, Təranənin hədələrindən qorxaraq yenidən Təranəgilin aldığı biletlə xx.xx.2019-cu il tarixdə Bakı hava limanından Rusiya Federasiyasının Moskva şəhərinə getmiş, orada Leyla onu qarşılayaraq kirayə tutduğu mənzilə aparmış və onu müştərilərlə görüşdürməyə başlamışdır. Oradakı müştərilərdən biri azərbaycanlı olmuş, o həmin müştəriyə burada məcbur saxlanıldığını bildirmişdir. Həmin şəxs ona gizlin bilet alaraq Azərbaycana yola salmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı cinayət işinin məhkəmədə tədqiq edilmiş digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisinə ünvanlanan xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2016-ci ilin oktyabr ayında onu İraq Respublikasının Bağdad şəhərinə apararaq orada cinsi istismara məruz qoymuşdur. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs2 DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisinə ünvanlanan xx.xx.2023-cü il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2019-cu ilin iyun ayında Rusiya Federasiyasının Moskva şəhərinə apararaq cinsi istismara məruz qoymuşdur. Məhkəmədə elan edilib araşdırılmış «cinayət törətməkdə şübhə edilən şəxsi tutma haqqında» 17 aprel 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olununur ki, Zərərçəkmiş şəxs1 xx.xx.2016-cı il tarixdə saat 18:37 dəqiqədə «C00464023» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə İraq Respublikasının Bağdad şəhəri istiqamətində tərk etmiş, xx.xx.2016-cı il tarixdə saat 18:58 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə İraq Respublikasının Bağdad şəhəri istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 xx.xx.2019-cu il tarixdə saat 04:58 dəqiqədə «C01533207» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Rusiya Federasiyasının Moskva şəhəri istiqamətində tərk etmiş, xx.xx.2019-cu il tarixdə saat 07:24 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı körpü nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2019-cu il tarixdə saat 15:21 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Rusiya Federasiyasının Moskva şəhəri istiqamətində tərk etmiş, xx.xx.2019-cu il tarixdə saat 23:40 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Rusiya Federasiyasının Moskva şəhəri istiqamətindən ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə saat 18:55 dəqiqədə «P3739601» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə İraq Respublikasının Bağdad istiqamətində tərk etmiş, xx.xx.2016-cı il tarixdə saat 18:57 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə İraq Respublikasının Bağdad şəhəri istiqamətindən ölkəyə daxil olmuş, xx.xx.2019-cu il tarixdə saat 04:58 dəqiqədə «C02201668» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Rusiya Federasiyasının Moskva şəhəri istiqamətində tərk etmiş, xx.xx.2019-cu il tarixdə saat 07:24 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Qırmızı körpü nəzarət buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış 7 saylı Doğum evinin xx.xx.2023-cü il tarixli ultra səs keçirilməsi barədə arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs hamilədir. Beləliklə, məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qadınları aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə, həmçinin hədə-qorxu məcbur etmə vəsitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edib insan alveri məqsədi ilə zərərçəkmiş şəxsin pasportunu götürüb saxlamaqla təkrarən tamah niyyəti ilə iki şəxs barəsində insan alveri cinayəti törətdiyindən onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin 10.1-ci maddəsinin tələbinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası qüvvədə olan Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb olunurlar. Eləcə də, həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən, … insan alveri … törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə ilə cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin 144-1.1-ci maddəsinə əsasən, zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi insan alveri cinayətinin tərkibini yaradır. Eləcə də, «İnsan alverinə qarşı mübarizə haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanununun 1.0.1-ci maddəsinə görə insan alveri - zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurluq, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən suiistifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsindən ibarət olan əməlləri əhatə edir. Azərbaycan Respublikasının 31 may 1996-cı il tarixli “İnsanlarla ticarətə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında Konvensiyaya qoşulmaq barədə” Qanunu ilə qoşulduğu adı qeyd olunan Konvensiyanın 1-ci maddəsinə əsasən, bu Konvensiyanın Tərəfləri başqasının eyş-işrətini təmin etmək üçün: 1)digər şəxsə, hətta həmin şəxsin razılığı ilə, fahişəlik məqsədilə vasitəçilik edən, onu fahişəliyə sövq edən, yoldan çıxaran; 2)digər şəxsin, hətta həmin şəxsin razılığı ilə, fahişəliyini istismar edən hər bir şəxsi cəzalandırmağı öhdələrinə götürürlər. Şəxsin istismar məqsədi ilə cəlb edilməsi maddənin dispozisiyasında sadalanan üsullardan hər hansı biri vasitəsilə şəxsin razılığının alınmasını ifadə edir. İnsan alveri cinayətindən zərərçəkmiş şəxs istismar məqsədi ilə cəlb edildikdə onun razılığını bildirməsi cinayətin başa çatması anını ifadə edir. İstintaqı aparılan cinayət işi üzrə toplanmış sübutlardan görünür ki, Təqsirləndirilən şəxs maddi imkanından, əlaqələrindən istifadə etməklə maddi ehtiyacları olan zərərçəkmiş şəxsləri İraq Respublikasının Bağdad şəhərində və Rusiya Federasiyasının Moskva şəhərində işə düzəltmək adı ilə aldatmaqla, daha sonra həmin şəxsləri özündən psixoloji olaraq asılı vəziyyətə salmaqla fahişəliyə cəlb etməklə cinsi istismar məqsədi ilə cəlb etmiş, sonuncuların cinsi istismarından əldə olunan pul vəsaitlərin bir hissəsini isə özünə götürmüşdür. Mövcüd istintaq və məhkəmə praktikasına əsasən insan alveri qurbanının Azərbaycan Respublikasının hüdudlarından kənarda istismar edilməsi insan alverçisinin Azərbaycan Respublikası CM-nin 144-1.2.4-1-ci maddəsi ilə məsuliyyət daşımasını nəzərdə tutur. Cinayət işi üzrə müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslərin cinsi istismar məqsədi ilə cəlb edilərək bu məqsədlə cinayətə məruz qaldıqları yer məhz ölkə hüdudlarından kənarda, daha dəqiq İraq Respublikasının Bağdad şəhəri və Rusiya Federasiyasının Moskva şəhəri olmuşdur. Əməlin ictimai təhlükəliliyi onda ifadə olunur ki, insan alverçisi xarici dövlətdə cinayətkar niyyətlərini reallaşdırmaq üçün kifayət qədər imkana və şəraitə malik olur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri istismar etdiyi yerin ölkə hüdudlarından kənarda olması iş üzrə şəxslərin sərhəd keçmələrinə baxış protokolundan, eləcə də ifadələrindən aydın olur. Cinayət hadisəsinin baş verməsi şəraiti, halları barədə zərərçəkən şəxslərin davamlı olaraq bir neçə dəfə verdikləri ifadələr arasında ziddiyyət aşkar edilməmişdir. Onlar hadisənin baş vermə ardıcıllığı ilə bağlı məntiqi ifadələr vermişlər. Onların ifadələri işdə olan digər sübutlarla təsdiq olunur. O cümlədən, ölkəni nə vaxt, hansı şəraitdə tərk etmələləri, ölkəyə nə vaxt, hansı hadisədən sonra dönmələri, İraqda və Rusiyada olarkən təqsirləndirilən şəxslə münasibətləri, hər müştəridən alınan pulların hansı qaydada bölünməsi ilə baglı aydın ifadələr vermişlər. Təqsirləndirilən şəxsin bir neçə dəfə ifadələrini dəyişməsi, ziddiyyətli ifadələr verməsi onun dediklərinin özünümüdafiə xarakter daşıması qənaətini formalaşdırır. Bundan başqa, Təqsirləndirilən şəxs 19 oktyabr 2016-cı ildən 28 oktyabr 2016-cı il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 məxsus, 02 iyun 2019-cu il tarixdən 05 iyul 2019-cu il tarixədək Zərərçəkmiş şəxs2 məxsus pasportu insan alveri məqsədi ilə götürüb saxlayaraq gizlətmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə Təqsirləndirilən şəxs qadınları heç bir zaman fahişəliyə cəlb etmədiyini, pasportlarını götürmədiyini, sadəcə olaraq İraq Respublikasına gəzmək üçün, Rusiya Federasiyasına istirahət etmək üçün getməsinə dair ifadələrinə tənqidi yanaşır. Belə ki, Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi xüsusatlar ibtidai araşdırma zamanı onun zərərçəkmiş şəxslərlə keçirilmiş üzləşdirmə protokolları, istintaq hərəkətləri protokolları və məhkəmədə verdikləri ifadələri ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs gətirdiyi dəlillərin toplanmış digər mötəbər sübutlarla təsdiq edilməməsi onun hadisə ilə bağlı göstərdiklərinin həqiqi olmadığını bir daha göstərir və həqiqətə uyğun olan dəlillər kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, hamilə olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması onun cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Təqsirləndirilən əşxs Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalından həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti və “ev dustaqlığı” qətimkan tədbirinin onun barəsində seçilməsi məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablamalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddəsində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 üçün isə 360 AZE (üç yüz altmış) manat pul Bakı şəhər Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144- 1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə, CM-nin 144-3.4-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli “17” aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxs məhkəmə zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Məhkəmədə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi2 üçün 360 AZE (üç yüz altmış) manat pul Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1336/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1336/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver