Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1389/2021 08.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Pro Bono” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Tacikistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmamış, evli, himayəsində iki azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq satmış və qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib daşıyıb saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olan “Milad” adlı şəxslə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışında qabaqcadan əlbir olmaqla, cinayətin törədilməsi üçün alət və vasitələr vermək, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini əldə edib onları istifadə etmək və onlar üzərində sərəncam verməyi qabaqcadan vəd verib tanışı Şahid4 adına "xxxx" ASC-dən 18.02.2020-ci il tarixdə alınmış 4169 7413 4672 5060 seriya nömrəli bank kartını 2021-ci ilin iyun ayının ortaları sonuncudan alıb kart rekvizitlərini öz istifadəsində olan ***-***-**-** saylı nömrədən «Watsapp» sosial sms mübadiləsi şəbəkəsi ilə «Milad» adlı şəxsin istifadəsində olan +**********77 saylı nömrəyə göndərmiş və «Milad» adlı şəxslə aralarında olmuş razılığa əsasən X4 və şəxsiyyətləri istintaqla müəyyən edilməyən digər şəxslərin vasitəsi ilə narkotik vasitə və psixotrop maddələrin alışı üçün Şahid4 adına olan 4169 7413 4672 5060 seriya nömrəli bank kartına köçürülmüş pul vəsaitlərindən 29.06.2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx"a məxsus ATM terminalından 1000 (min) manat, 26 (iyirmi altı) manat, 560 (beş yüz altmış) manat, 30.06.2020-ci il tarixdə həmin ünvanda yerləşən ATM terminalından 975 (doqquz yüz yetmiş beş) manat, 01.07.2020-ci il tarixdə Şüvəlan qəsəbəsi, A.İldırımzadə küçəsi 16 ünvanında yerləşən "xxxx"a məxsus ATM terminalından 685 (altı yüz səksən beş) manat, 300 (üç yüz) manat, 02.07.2020-ci il tarixdə Mərdəkan qəsəbəsi Yesenin küçəsi 56 ünvanında yerləşən "xxxx"a məxsus ATM terminalından 985 (doqquz yüz səksən beş) manat, 03.07.2020-ci il tarixdə həmin ATM terminalından 885 (səkkiz yüz səksən beş) manat, 06.07.2020-ci il tarixdə həmin ATM terminalından 1000 (min) manat, 535 (beş yüz otuz beş) manat, 50 (əlli) manat, 523 (beş yüz iyirmi üç) manat, 100 (yüz) manat, 07.07.2020-ci il tarixdə yenə də həmin ATM terminalından 1000 (min) manat və eyni gün də yenə də 1000 (min) manat, 290 (iki yüz doxsan) manat və 60 (altmış) manat, 08.07.2020-ci il tarixdə həmin ATM terminalından 1000 (min) manat, 345 (üç yüz qırx beş) manat, 10.07.2020-ci il tarixdə Şüvəlan qəsəbəsi, A.İldırımzadə küçəsi 16 ünvanında yerləşən ATM terminalından 1000 (min) manat, daha 784 (yeddi yüz səksən dörd) manat, 13.07.2020-ci il tarixdə Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 56 ünvanında yerləşən ATM terminalından 1000 (min) manat, həmin gün daha 1000 (min) manat və 313 (üç yüz on üç) manat, 14.07.2020-ci il tarixdə eyni yerdən 1000 (min) manat və 900 (doqquz yüz) manat, 15.07.2020-ci il tarixdə eyni ATM terminalından yenə 1000 (min) və 505 (beş yüz beş) manat, 16.07.2020-ci il tarixdə eyni ATM terminalından 1000 (min) manat və 427 (dörd yüz iyirmi yeddi) manat, 20.07.2020-ci il tarixdə yenə də eyni ATM terminalından 2000 (iki min) manat, ayrı-ayrı 2 dəfə daha 1000 (min) manat və 64 (altmış dörd) manat, 21.07.2020-ci il tarixdə yenə eyni ATM terminalından 1000 (min) manat və 2000 (iki min) manat, 24.07.2020-ci il tarixdə yenə eyni ATM terminalından 2000 (iki min) manat və 200 (iki yüz) manat, 27.07.2020-ci il tarixdə eyni ATM terminalından 1000 (min) manat, 139 (yüz otuz doqquz) manat və 2000 (iki min) manat, 04.08.2020-ci il tarixdə eyni ATM terminalından 2000 (iki min) manat, 891 manat(səkkiz yüz doğsan bir) manat, 2000 (iki min) manat, 1000 (min) manat, 2000 (iki min) manat və 314 (üç yüz on dörd) manat, 10.08.2020-ci il tarixdə eyni ATM terminalından 2000 (iki min) manat, 419 (dörd yüz on doqquz) manat, 11.08.2020-ci il tarixdə eyni ATM terminalından 1347 (min üç yüz qırx yeddi) manat, 12.08.2020-ci il tarixdə yenə də eyni ATM terminalından 1377 (min üç yüz yetmiş yeddi) manat pulları çıxarıb nağdlaşdırmaqla «Milad» adlı şəxsin istintaqla müəyyən edilməyən bank hesablarına köçürməklə narkotik vasitələr və psixotrop maddələr satmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib daşımaqla yaşadığı ünvan 3 ünvanda yataq otağında saxlamış, 19 oktyabr 2020-ci il tarixdə saat 23:30-da Səbail RPİ-nin NMB və CAŞ-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanda keçirilən təxirəsalınmaz axtarış zamanı mənzilin yataq otağında sol divar boyunca yığılmış yataq dəstlərinin arasında gizlədərək saxladığı tərkiblərinə görə eyni olan 03 (üç) ədəd göy rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 1955qram; 1985qram; 1990 qram və həmin göy rəngli torbaların birinin içərisində bir ədəd sellofan torbacıqda təmiz çəkisi 2,619 qram və bir ədəd polietilen torbada içində 17 (on yeddi) ədəd kibrit qtusunda ayrıayrılıqda təmiz çəkiləri: 4,412qram; 4,319qram; 4,387qram; 4,519 qram; 4,465qram; 4,482qram; 4,470qram; 4,612qram; 4,705qram; 4,505qram; 4,393qram; 4,315qram; 4,405qram; 4,509qram; 4,394qram; 4,470qram; 4,479qram olan, ümumi təmiz çəkisi 6008,46 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanna aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin istifadəçisi olmuşdur. O, ittihamda qeyd olunan bank kartını götürmüş və həmin bank kartı vasitəsi ilə ödəniş etməklə narkotik vasitə almışdır. Lakin ittihamda onun evindən aşkarlanması göstərilən narkotik vasitə olan marixuana ona məxsus deyildir. Belə ki, 19.10.2020-ci il tarixdə polis əməkdaşları onun yaşadığı evə baxış keçirən zaman ondan hansı otaqda yatdığını soruşduqda, o, polis əməkdaşlarına yatdığı otağı göstərmişdir. O, öz yatdığı otağın hansı olduğunu göstərməyinə baxmayaraq, polis əməkdaşları onun yatdığı otağa deyil, xalasının yatdığı otağa daxil olaraq qapını bağlamışlar. Bundan sonra, polis əməkdaşları özləri narkotik vasitəni həmin otağa yerləşdirmişlər. Daha sonra həmin otağa baxış keçirilən zaman polis əməkdaşları həmin aşkar edilmiş maddənin nə olduğunu ondan soruşduqda, o, həmin maddənin nə olduğunu bilmədiyini, nanəyə oxşadığını demişdir. Aşkar edilmiş maddənin ona məxsus olubolmadığını soruşduqda, o, həmin maddənin ona məxsus olmadığını bildirmişdir. O, özü narkotik vasitənin istifadəçisi olmuşdur, lakin yaşadığı evdən aşkar olunmuş 5-6 kq çəkidə olan narkotik vasitə marixuana ona məxsus olmamışdır. Özünün istifadəsi üçün narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı iranlı bir şəxsdən “online” şəbəkə vasitəsilə tanış olub “online” qaydada alırmış. O, iranlı üçün yüklənilən pulları kartdan çıxarıb iranlının özünə göndərməsinin müqabilində iranlı narkotik vasitəni ona ucuz qiymətə verirmiş. Kartdan pulu çıxartdıqdan sonra iranlıya pulları “MİLLİ ÖN” ödəmə terminalı vasitəsilə göndərirmiş. O, heç zaman narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmədə elan edilərək tədqiq edilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsində ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özü artıq neçə illərdir ki, narkotik vasitələrdən marixuana və kokosdan çəkmək yolu ilə istifadə edir. Təxminən bir il bundan əvvəl onun istifadəsində olan ***-***-**-** saylı nömrəsinin «Wathsapp» sosial şəbəkə profilinə naməlum İran İslam Respublikasına məxsus +**********77 saylı nömrədən sms gələrək ondan narkotik vasitə istəyib-istəmədiyini soruşmuşlar. O, əvvəlcə ehtiyat etsə də həmin şəxs ona ilkin olaraq pulsuz narkotik vasitə verərək onun inamını qazanmışdır. Həmin vaxtdan sonra o, mütəmadi olaraq həmin şəxsin ona göndərdiyi müxtəlif şəxslərin adına olan bank kartlarına müxtəlif məbləğlərdə pul vəsaiti köçürdərək həmin şəxsin dediyi yerlərə gedərək oradan narkotik vasitələr götürüb istifadə etmişdir. Həmin şəxslə münasibəti yarandıqdan sonra ona məlum odlmuşdur ki, onun adı Miladdır və o, İran vətəndaşıdır. 2020-ci ilin təxminən yay aylarında Milad ona müraciət edərək ondan xahiş etmişdir ki, onun üçün bank kartı tapsın ki, o, yüklədiyi kimi həmin karta müxtəlif şəxslər pul yükləsin və o, həmin pulu çıxardaraq ona göndərsin. O, Milada etiraz etməyərək razılıq verib bildirmişdir ki, dostunda belə bir kart var və ondan götürüb istifadə edə bilər. Bu məqsədlə də o, qonşuluqda yaşayan və artıq 10 ildən çox müddət tanıyaraq dostluq etdiyi Allahverdi ilə əlaqə saxlayıb Allahverdiyə yalandan demişdir ki, ona borclu olan adamlar var və onlar ona pul köçrütməlidirlər, bu məqsədlə ondan bir müddətlik həmin kartı almış və kartın şəklini çəkərək Milada göndərmişdir. Daha sonralar Miladın tapşırığı ilə o, hər dəfə Xəzər rayonu ərazisində Almas İldırım küçəsində və Yesenin küçəsində yerləşən "xxxx"a məxsus bankomat aparatlarından hər dəfə müxtəlif məbləğlərdə pul vəsaiti çıxardaraq Miladın ona göndərdiyi kartlara yükləmişdir. Hər dəfə məbləğlər müxtəlif olub, ən çox 6000 manat, ən az isə 1000 manat olmuşdur. Təxminən iki aydan sonra isə Milad ona demişdir ki, o, həmin kartı gətirib Bayıl qəsəbəsində «Oazis» restoranının yaxınlığında boruların arasında gizlətsin ki, kart bir günlük ona lazımdır. O, Miladın dediyi kimi Bayıl qəsəbəsinə gedərək Allahverdiyə məxsus bank kartını «Oazis» restoranının yaxınlığında mədənlər tərəfdə boruların arasında gizlətmiş və bu barədə Milada deyib çıxıb getmişdir. Bir-neçə gündən sonra isə o, Miladdan həmin kartı geri istədikdə Milad bir müddət sonra kartı ona verəcəyini bildirmişdir. Həmin vaxtdan sonra o, yenə də Miladdan narkotik vasitə almış və pulu Miladın ona göndərdiyi kartlara yükləmişdir. Təxminən bir həftə bundan əvvəl isə Allahverdi ona müraciət edərək bildirmişdir ki, ona məxsus kart vasitəsi ilə narkotik vasitələrin satışı təşkil olunduğu üçün onu polis əməkdaşları axtarır. Belə olan halda o, Allahverdiyə Milad barədə məlumat vermiş və söz vermişdir ki, qısa müddət ərzində kartı Miladdan götürüb ona qaytaracaq. 19 oktyabr 2020-ci il tarixdə onun yaşadığı ünvan 5 ünvanda keçirilən təxirəsalınmaz axtarış zamanı onun yataq otağından aşkar edilmiş külli miqdarda olan 03 ədəd bağlamada və 17 ədəd kibrit qutusunda olan ot kütləsinin narkotik vasitə olan marixuana olmasını bilmir, həmin maddə ona məxsus deyil, lakin onun hansı yolla onun yataq otağında olmasına dair heç bir fikir söyləyə bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Səbail RPİ-nin NMB-nin rəisi vəzifəsində işləyir. Allahverdi Zəkiyevə məxsus bank kartlarından istifadə edərək narkotik vasitələrin dövriyyəsini təşkil edən və narkotik vasitələrin dövriyyəsində əldə edilmiş pul vəsaitlərini yığan Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 19 oktyabr 2020-ci il tarixdə onun yeri Xəzər rayonunda müəyyən edilərək saxlanılmış və ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitələrin onlayn qaydada dövriyyəsi ilə məşğul olmasını etiraf etmişdir. Daha sonra müstəntiq tərəfindən təxirəsalınmaz axtarış və götürmə aparılması haqqında qərar qəbul edilib 19 oktyabr 2020-ci il tarixdə həmin istintaq hərəkətində o, əməliyyat müvəkkili Samuray Abasov, CAŞ-nin kiçik əməliyyat müvəkkili Şahid1, o, cümlədən Xəzər RPİ-nin 1-ci polis şöbəsinin əməkdaşları cəlb edilmişlər. Şübhəli şəxs Təqsirləndirilən şəxs göstərməsi əsasında yaşadığı ünvana gəlmişlər və həmin ünvanda qapını döymüşlər. Mənzilin qapısını Ruslanın xalası açmış, onlar özlərini təqdim edərək Səbail RPİ-nin polis əməkdaşları olduqlarını bildirmişlər, həmin xanımdan Ruslanın həqiqətən də həmin mənzildə yaşamasını dəqiqləşdirdikdən sonra Ruslanın narkotik vasitə satışında şübhəli şəxs qismində saxlanıldığını və buna görə də mənzildə axtarış aparmalı olduqlarını bildirmişlər. Bundan sonra demək olar polis əməkdaşları hamısı mənzilə daxil olmuşlar və əvvəlcə müstəntiq Ruslana və onun xalasına evdə axtarış aparılmasına etirazlarının olub-olmamasını bildirmiş, sonra isə Ruslana könüllü olaraq narkotik vasitə varsa təqdim etməsini təklif etmiş, Ruslan isə evində narkotik vasitə olmamasını bildirmişdir. Daha sonra Ruslanın və onun müdafiəçisinin iştirakı ilə otaqlarda axtarış aparılarkən Ruslanın yatdığı otaqda otağın sol divar boyunca yığılmış yataq dəstləri və çemodanların altından bir ədəd üzərində «Levis» sözləri yazılmış göy rəngli salafan paket aşkar olunmuşdur. Həmin paketə baxış keçirildikdə onun da içində ağ rəngli selofan paket və paketin içində yaşıl rəngli spesifik iyə malik quru ot kütləsi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin ot kütləsinin nanə qurusu olmasını bildirmişdir. Daha sonra müstəntiq tərəfindən həmin yerdən daha üç sellofan paket götürülmüş, onların ikisinin içindən eyni xüsusiyyətlərə malik ot kütləsi, bir salafan paketin içindən isə içində yenə spesifik iyə malik, quru ot kütləsi olan 17 ədəd kibrit qutusu aşkar edilmişdir. Bütün axtarış yekunlaşandan sonra müstəntiq protokol tərtib etməyə başlamış, götürülən narkotik vasitələr qablaşdırılaraq möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 oğlu ifadəsində göstərmişdir ki, 18 fevral 2020-ci il tarixdə ev heyvanlarının alqı-satqısı üçün ona bank kartı lazım olduğuna görə o, “Kapital Banka” müraciət edərək özü üçün bank kart açdırmış və həmin kart vasitəsilə müxtəlif şəxslərdən internet vasitəsilə heyvanlar alarkən pulu həmin hesaba köçürmüşdür. 2020-ci ilin iyun ayının ortalarında Mərdəkandan tanıdığı və qonşuluqda yaşayan Ruslan onda plastik pul kartının olduğunu bilib ona müraciət edərək ondan xahiş etmişdir ki, ona borclu olan şəxslər var və kartı ona verdiyi halda ona borclu olan şəxslər pulu onun karıtına köçürər və o, da kartdan pulu çıxarar və buna görə də bank kartını ona versin. Ruslanı uzun müddət tanıdığndan o, Ruslana etiraz etməyib pul kartını Ruslana vermişdir. İstifadəsində olan mobil telefona o, “Bir kart” aplikasiyası yükləmiş və hesabına nəzarət etmişdir. Pul kartına yığılan bonuslardan isə o, istifadəsində olan mobil telefon nömrələrinə və ev telefonuna pul vəsaiti yükləmişdir. 2020-ci ilin oktyabr ayında o, evdə olmadığı zaman onun yaşadığı evə polis əməkdaşları gəlib onun barəsində maraqlanaraq onun adına olan bank kartından istifadə etməklə narkotik vasitələrin alqısatqısı ilə məşğul olduqlarını bildirmişlər. Bundan xəbər tutuna kimi o, dərhal Ruslanla əlaqə saxlayaraq Ruslandan bu məsələyə aydınlıq gətirməsini xahiş etmiş və kartını Ruslandan tələb etmişdir. Ruslan isə ona kartın artıq 2-3 ay olar ki, ondan olmadığını və onun kartından istifadə edərək narkotiklərin alqı-satıqısında istifadə olunduğunu bildiyini demişdir. Belə ki, Ruslan bir nəfər İran İslam Respublikasının vətəndaşı olan Milad adlı şəxlə əlbir olub narkotik vasitələrin alınması üçün onun kartına yükləmiş olduğu pul vəsaitlərini kartdan çıxarıb nagdlaşdıraraq Miladın Ruslana göndərmiş olduğu hesablara Ruslan yükləmişdir. Bundan sonra o, Ruslana Miladla əlaqə saxlayıb bu işlərə son qoymasını və ona məxsus bank kartını geri qaytarmasını tələb etmişdir. X11 nə qədər zəng etsə də Milad adlı şəxs zənglərə cavab verməmişdir. Ruslan Miladın istifadəsində olan +**********77 mobil telefon nömrəsini ona vermiş, o, “Wathsapp” onlay şəbəkə vasitəsilə Miladla əlaqə saxlayıb Milada öz iradını bildirmiş, polis əməkdaşlarının onu axtardığını dedikdə Milad ona narkotik vasitələrin satışına görə ona problem olmayacağını bildirmişdir. 19 oktyabr 2020-ci il tarixdə o, “Kapital Bakın” 196 zəng mərkəzinə zəng edərək onun adına olan kartın itməsini bildirib həmin kartın bağlanmasını xahiş etmiş və kart bağlanmışdır. Cinayət işi üzrə məhkəmədə elan edilərək tədqiq edilmiş 19.10.2020-ci il tarixli Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında aparılmış baxışla bağlı tərtib olunmuş protokoldan görünür ki, aparılmış baxış zamanı mənzildən ümumi təmiz çəkisi 6008,46 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Şəxsi axtarışın gedişatını əks etdirən görüntülər “DVD” diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 20.10.2020-ci il tarixli, 7/733 №-li rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs yaşadığı...aşkar edilmiş...03 ədəd bağlama...17 ədəd kibrit qutusu” yazısı və imzalar olna 01 ədəd sellofan bağlamadakı 03 ədəd göy rəngli polietilen torbalarda (hər birində bir ədəd sellofan torbada olmaqla) ayrı-ayrılıqda təmiz çəkiləri 1955 qram, 1985 qram, 1990 qram, həmin göy rəngli torbaların birinin içərisində bir ədəd sellofan torbacıqda təmiz çəkisi 2,619 qram və 17 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,412 qram, 4,319 qram, 4,387 qram, 4,519 qram, 4,465 qram, 4,482 qram, 4,470 qram, 4,612 qram, 4,705 qram, 4,505 qram, 4,393 qram, 4,315 qram, 4,405 qram, 4,509 qram, 4,384 qram, 4,470 qram, 4,479 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan vasitə qurudulmuş marixuanadır. Umimi çəkisi 6008,46 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi təmiz çəkisi 6008,46 qram olmuşdur (1-21№-li obyekt), tədqiqata 1,05 qram sərf edilmişdir (hər ob. 0,05 qram) və 6007,41 qram qalıq qalmışdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 26 aprel 2021-ci il tarixli 1254 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması, yaşadığı evdən aşkar edilmiş narkotik vasitə marixuananın ona məxsus olmaması barədə göstərdiyi xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onun ifadəsi məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizanın rəyləri, maddi sübutlar, «baxış keçirilməsi haqqında» protokolda göstərilənlərlə və özünün ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilənlərlə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadəni inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq satması və qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlaması tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməli və ona həmin maddələr ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməli olması barədə nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04.03.2011-ci il tarixli Qərarında göstərilən tövsiyyələri də nəzərə almışdır. Adı şəkilən Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə təqsirlənsdirilən şəxs Təqsirləndirilən şəxs əldə etmiş olduğu narkotik vasitə marixuananın çəkisinin külli miqdarda olması, narkotik vasitənin ayrıayrılıqda kiçik bağlamalarda olması, məhz onun tərəfindən qeyd olunan narkotik vasitə heroinin satış məqsədi ilə əldə edilməsini, saxlanmasını və daşınmasını təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yerdən müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla, himayəsində iki nəfər azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19.10.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 21.10.2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 19.10.2020-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalan 6007,41 qram narkotik vasitə marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı və bir ədəd “Nokia” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 69,82 manat (altmış doqquz manat səksən iki qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafəçi X5 210 (iki yüz on) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 oktyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalan 6007,41 qram narkotik vasitə marixuana məhv edilsin. Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı və bir ədəd “Nokia” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 69,82 manat (altmış doqquz manat səksən iki qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafəçi X5 210 (iki yüz on) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1389/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1389/2021
08.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver