Məhkəmə qərarları › İş №1(101)-141/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-141/2021

31.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-141/2021 31.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı,müdafiəçilər Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi5, X4, Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili X9, Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi6, Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili X19, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, X41, Əli Vəli oğlu Qafarov, Zərərçəkmiş şəxs8, X20, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, X30, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23, X31, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs32, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs35, Zərərçəkmiş şəxs36, Zərərçəkmiş şəxs37, Zərərçəkmiş şəxs38, X32, Zərərçəkmiş şəxs40, Zərərçəkmiş şəxs41, Zərərçəkmiş şəxs42, Zərərçəkmiş şəxs43, Zərərçəkmiş şəxs44, Zərərçəkmiş şəxs45, X21, Zərərçəkmiş şəxs47, Zərərçəkmiş şəxs48, X13, X1, Zərərçəkmiş şəxs51, Zərərçəkmiş şəxs52 iştirakları ilə, « 31 » may 2021-ci il Bakı şəhərində xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi döngə 4, ev 23 saylı ünvanda qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Fəyaz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1, 232.3.1, 228.1, 228.4 və 229.4-cü maddələri xx xxxxxx 1991-ci ildə İmişli rayonunda anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, evli,himayəsində bir azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, ünvan 3 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu Novxanı qəsəbəsində yeni tikilidə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 oğlu, xx xxxx 1986-ci ildə Bakı şəhərində anadan olmuş,orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahanı küçəsi ev 7 ünvanda qeydiyyatda olmaqla Binəqədi rayonu, Binəqədi qəsəbəsi İsfahani küçəsi ev 20A ünvanında yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Ağa Həsən oğlu, xx.xx.1998-cı ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, S. Bəhlulzadə küçəsi, keçid 1, ev 92-də qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs5 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1 və 232.3.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə bir neçə cinayətin törədilməsi üçün əvvəlcədən bir neçə şəxsdən ibarət möhkəm cinayətkar qrup, yəni mütəşəkkil dəstə yaratmaqla tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və istintaqa məlum olan digər şəxs ilə birləşərək, aralarında cinayətlərin törədilmə planını, rollarını, üsullarını, niyyətlərini, cinayət yolu ilə əldə edilmiş mənfəətlərin qrupun üzvüləri arasında bölüşdürülməsini işlənilib hazırlamaqla və eləcə də hərəkətlərini razılaşdıraraq, dəstənin tərkibinə rəhbərlik edərək yaşayış sahələrinə, saxlanc yerlərinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla, təkrarən oğurluq etmişlər, odlu silahı talamışlar. Həmçinin Təqsirləndirilən şəxs1 soyuq silah hesab edilən kastet-beşbarmağı üzərində gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2017-ci ilin iyul ayının 10-dan 27-dək olan müddət ərzində Zərərçəkmiş şəxs49 Abbas oğluna məxsus ünvan 7 ünvanında yerləşən evin həyətinə qanunsuz daxil olmaqla, evin bayır hissəsində divara quraşdırılmış plastik yeşiyi vint açan alətlə açaraq, saxlanc yerindən, dəyəri 900 manat olan bir ədəd “BİASİ” markalı kombi aparatını, dəyəri 80 manat olan bir ədəd enerji tənzimləyicisi – stablizatoru, dəyəri 100 manat olan bir ədəd hidrofonu və dəyəri 120 manat olan su mühərrikini gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs49 1200 manat məbləğdə ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2017-ci ilin dekabr ayının 3-dən 2018-ci ilin yanvar ayının 3-nədək olan müddət ərzində gecə saatlarında Zərərçəkmiş şəxs32 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən 291 saylı bağ evinin pəncərəsinin dəmir barmaqlığını vint açan alətlə qırıb açaraq, qanunsuz olaraq evə daxil olmaqla, oradan dəyəri 830 manat olan bir ədəd “Samsunq” markalı televizoru, dəyəri 170 manat olan bir ədəd “DVD-Player” markalı aparatı, dəyəri 500 manat olan bir ədəd peyk antenasını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs32 cəmi 1500 manat məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2017-ci ilin dekabr ayının 21-dən 2018-ci ilin yanvar ayının 21-dək olan müddət ərzində Zərərçəkmiş şəxs20 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 49 saylı bağ evinin giriş qapısının qıfılını vintaçan alətlə sındıraraq evə qanunsuz daxil olmaqla, oradan dəyəri 700 manat olan bir ədəd “Samsung” markalı televizoru, dəyəri 200 manat olan 1 ədəd “Dops” markalı tozsoran aparatını, hər birinin dəyəri 300 manat olan, cəmi dəyəri 600 manat təşkil edən 2 ədəd rəsm əsərini, dəyəri 200 manat olan gödəkçəni, dəyəri 2000 manat olan bir ədəd qədimi od samovarını, ümumilikdə 3700 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs20 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2018-ci ilin yanvar ayının 3-dən 8-dək olan müddət ərzində Zərərçəkmiş şəxs30 məxsus ünvan 8 ünvanında yerləşən evin həyətinə hasardan aşmaqla həyətyanı sahəsinə qanunsuz daxil olmaqla, binanın bayır hissəsində divara quraşdırılmış, dəyəri 1000 manat olan “İmmergaz-24” markalı kombi aparatını vintaçan alətlə açib gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs30 qeyd olunan miqdarda ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2018-ci ilin fevral ayının 22-dən həmin ilin mart ayının 22-nə kimi olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Cəfər Cabbarlı küçəsində yerləşən Zərərçəkmiş şəxs22 məxsus fərdi evin həyətyanı sahəsinə qanunsuz daxil olmaqla, mətbəxin bayır hissəsində divara quraşdırılmış dəyəri 850 manat təşkil edən 1 ədəd “Rossi” markalı kombi aparatını vintaçan alətlə açıb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs22 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2018-ci ilin fevral ayının 23-dən 26-dək olan müddət ərzində Zərərçəkmiş şəxs10 kirayədə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən 5 saylı bağ evinin qapısının açıq olmasından istifadə edərək, həmin evə qanunsuz daxil olmaqla, oradan hər birinin dəyəri 50 manat olmaqla cəmi dəyəri 350 manat təşkil edən 7 ədəd gödəkçəni, hər birinin dəyəri 100 manat olan, cəmi dəyəri 200 manat təşkil edən 2 ədəd qazanı və dəyəri 100 manat olan bir ədəd su mühərrikini, ümumilikdə 650 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs10 qeyd olunan məbləğdə ziyan vuraraq, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2018-ci ilin fevral ayının 27-dən mart ayının 2-nədək olan müddət ərzində gecə saatlarında Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağlar massivində yerləşən fərdi yaşayış evinin pəncərə şüşələrini sındıraraq, qanunsuz olaraq evə daxil olmaqla, orada divara quraşdırılmış dəyəri 2000 manat təşkil edən bir ədəd kombi aparatını vintaçan alətlə söküb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs6 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2018-ci ilin mart ayının 10-na keçən gecə saatlarında Zərərçəkmiş şəxs16 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosessinin kənarında yerləşən 53 saylı evin 1-ci mərtəbəsinin plastik pəncərəsini itələyib açaraq, qanunsuz olaraq evə daxil olmuş və evdən dəyəri 135 manat təşkil edən razetkanı və işığı yandırıb söndürəni, dəyəri 30 manat olan bir ədəd işıq şitini, dəyəri 48 manat olan 15 ədəd cərəyan avtomatını, dəyəri 45 manat olan antena kabelini dəyəri 20 manat olan bir ədəd qaz siqnalizasıyasını, dəyəri 80 manat olan santexnik avadanlıqlarını, ümumilikdə 358 manat məbləğində əmlakı gizli olaraq taladıqdan sonra, həmin vaxtı qeyd olunan mənzildə olan Zərərçəkmiş şəxs17 məxsus, dəyəri 120 manat olan bir ədəd laqondanı, dəyəri 280 manat olan bir ədəd Almaniya istehsallı qaynaq aparatını, cəmi dəyəri 310 manat olan 2 ədəd perefaratoru, cəmi dəyəri 130 manat olan 2 ədəd dreli gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs17 ümumilikdə 840 manat məbləğində ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2018-ci ilin mart ayının 20-dən 24-dək olan müddət ərzində Zərərçəkmiş şəxs29 Münasib oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Q. Qarayev küçəsində yerləşən yeni tikilidə yerləşən evin plastik pəncərəsini vintaçan alətlə sındırıb qanunsuz olaraq evə daxil olmaqla, oradan dəyəri 20 manat olan bir ədəd ev telefonunu, dəyəri 50 manat olan bir ədəd bujiteriyanı, hər birinin dəyəri 15 manat olan, ümumi dəyəri 60 manat təşkil edən 4 ədəd gümüş üzüklərini, hər birinin dəyəri 17 manat təşkil edən cəmi dəyəri 50 manat olan 3 ədəd gümüş qolbağını, hər birinin dəyəri 5 manat olan, cəmi dəyəri 20 manat təşkil edən 4 ədəd gümüş sırğanı, hər birinin dəyəri 20 manat olan cəmi dəyəri 40 manat təşkil edən 2 ədəd qol saatını, dəyəri 40 manat olan bir ədəd gümüş qolbağını, dəyəri 40 manat olan bir ədəd gümüş sepini, dəyəri 20 manat təşkil edən bir ədəd gümüş sırğanı, dəyəri 20 manat olan cəmi dəyəri 40 manat təşkil edən 4 ədəd fləş kartını, ümumilikdə 380 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs29 qeyd olunan məbləğdə ziyan vurmaqla təkrarən oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2018-ci ilin aprel ayının 7-nə keçən gecə Zərərçəkmiş şəxs35 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesinin kənarında yerləşən fərdi evin plastik pəncərəsini əli ilə itələyib açaraq, qanunsuz olaraq evə daxil olmuş, oradan dəyəri 270 manat olan 250 metr uzunluğunda bir bağlama 6 mm-lik elektrik kabelini, evin mətbəx hissəsində hər birinin dəyəri 110 manat olmaqla 10 seksiyalı, cəmi dəyəri 330 manat təşkil edən 3 ədəd istilik radiatorunu, divara quraşdırılmış dəyəri 400 manat təşkil edən “İmmergaz” kombi aparatının ehtiyyat hissələrini vintaçan alətlə açıb, gizli olaraq talayaraq Zərərçəkmiş şəxs35 ümumilikdə 900 manat məbləğində ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və istintaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2018-ci ilin aprel ayının 23-nə keçən gecə Zərərçəkmiş şəxs15 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağları massivi, M.S.Ordubadi küçəsində yerləşən bağın birinci mərtəbəsindəki plastik pəncərəni itələyib açaraq, qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla, oradan dəyəri 2000 manat olan “Samsung” və dəyəri 1500 manat olan “Poverfill” markalı televizorları gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs15 3500 manat məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2018-ci ilin may ayının 5-də saat 10-30 dan saat 18-00-dək olan müddət ərzində Zərərçəkmiş şəxs44 məxsus Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunun kənarında yerləşən fərdi evin arxa hissəsinin plastik pəncərəsini itələyib açmaqla, qanunsuz olaraq evə daxil olmuş və oradan dəyəri 200 manat olan bir ədəd laqondanı, hər birinin dəyəri 150 manat olan cəmi dəyəri 300 manat təşkil edən 2 ədəd “Sokol” markalı pereferatoru, dəyəri 100 manat olan 1 ədəd dreli, dəyəri dəyəri 250 manat olan 1 ədəd qızdırıcı ütünü və hər bir rulonun dəyəri 10 manat olan cəmi dəyəri 250 manat təşkil edən 25 rulon divar kağızını, ümumilikdə 1100 manat məbləğində əmlakını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs44 ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2018-ci ilin may ayının 14-dən 16-dək olan müddət ərzində gecə saatlarında Zərərçəkmiş şəxs9 Böyükağa oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən fərdi yaşayış evinin zirzəmisinin asma qıfılını dəmir alətlə qıraraq, qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla, oradan dəyəri 100 manat olan bir ədəd su qızdırıcısını, dəyəri 200 manat olan velosipedi, dəyəri 60 manat təşkil edən su mühərrikini, dəyəri 100 manat təşkil edən qab-qaşıq dəstini, dəyəri 200 manat olan 20 metr ölçüdə elektrik kabelini gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs9 660 manat məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və istintaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2018-ci ilin may ayının 27-nə keçən gecə Zərərçəkmiş şəxs38 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Stroydetal küçəsi, döngə 13-də yerləşən evin həyətinə hasardan aşmaqla, həyətyanı sahədə yerləşən saxlanc yeri olan hamam otağına qanunsuz daxil olaraq, oradan divara quraşdırılmış, dəyəri 1580 manat olan bir ədəd su qızdırıcısını (kolonkanı) su nasosu ilə birlikdə gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs38 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və istintaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2018-ci ilin iyun ayının 04 dən 18-dək olan müddət ərzində Zərərçəkmiş şəxs42 məxsus ünvan 9 ünvanda yerləşən evin həyətindəki əl damının plastik qapısının kilidini sındırmaqla, qanunsuz olaraq binaya daxil olmuş və oradan dəyəri 1000 manat olan kombi aparatını, evin zirzəmisindən saxlanc yerindən, dəyəri 100 manat olan bir ədəd elektrik tənzimləyici şitini gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs42 1100 manat məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2018-ci ilin iyun ayının 18-dən 24-dək olan müddət ərzində gecə saatlarında Zərərçəkmiş şəxs40 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi döngə 9-da yerləşən evin zirzəmisinin pəncərəsinin dəmir barmaqlığını dəmir alətlə qırmaqla, qanunsuz olaraq saxlanc yerinə daxil olaraq, oradan 03 ədəd hər birinin dəyəri 280 manat olan, cəmi dəyəri 840 manat təşkil edən qaz piltələrini, 01 ədəd sadə su qızdırıcısını, 01 ədəd 60 manat dəyərində kiçik laqondanı, 01 ədəd 180 manat dəyərində böyük laqondanı, 01 ədəd “Bosh” markalı 250 manat dəyərində preferatoru, 01 ədəd 100 manat dəyərində cərəyanla işləyən direli və bir ədəd 180 manat dəyərində cərəyansız işləyən direli, ümumilikdə 2040 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs40 qeyd olunan məbləğdə ziyan vurmaqla təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və istintaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2018-ci ilin iyul ayının 15-dən 19-dək olan müddət ərzində Zərərçəkmiş şəxs41 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivində yerləşən evin pəncərəsinin açıq olmasından istifadə edərək, qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla, oradan dəyəri 150 manat olan bir ədəd laqondanı, dəyəri 120 manat olan bir ədəd direli, dəyəri 120 manat olan preferatoru, hər birinin dəyəri 100 manat olan cəmi dəyəri 200 manat təşkil edən 2 ədəd direli, hər birinin dəyəri 80 manat olan, cəmi dəyəri 160 manat təşkil edən 2 ədəd taxtakəsən lobziqi, dəyəri 500 manat olan bir ədəd taxtakəsən aparatı, dəyəri 300 manat olan bir ədəd od samovarı, dəyəri 40 manat olan bir ədəd elektrik samovarı, dəyəri 80 manat olan olan bir ədəd su mühərrikini və dəyəri 120 manat olan 120 metr uzunluğunda elektrik naqilini, ümumilikdə dəyəri 1790 manat təşkil edən əmlakı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs41 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və istintaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2018-ci ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs36 məxsus Bakı şəhəri, Binəqədi rayonu, DSK-yolunda yerləşən mərmər sexinin giriş qapısını açmaqla, qanunsuz olaraq binaya daxil olmaqla, oradan dəyəri 3000 manat olan bir ədəd mərmər əl-üz yuma qabını, bundan bir həftə sonra, avqust ayının ortalarında təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə həmin sexə qanunsuz daxil olmaqla, oradan dəyəri 150 manat olan bir ədəd mərmərdən hazırlanmış şir heykəlini, dəyəri 500 manat olan bir ədəd qartal heykəlini, dəyəri 450 manat olan bir ədəd mərmər sütunu, dəyəri 450 manat olan bir ədəd mərmər güldanı, dəyəri 600 manat olan bir ədəd iri mərmər güldanı, həmin yerdə yerləşən evin plastik qapısını qırıb açmaqla binaya qanunsuz daxil olaraq, oradan dəyəri 1200 manat olan “Samsung” markalı soyuducunu, dəyəri 150 manat olan bir ədəd məişət ütüsünü, dəyəri 400 manat olan divara quraşdırılmış “Samsung”markalı kondisonerinin mühərrikini gizli olaraq talamaqla, ümumilikdə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs36 6900 manat məbləğdə, xeyli miqdarda ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2018-ci ilin avqust ayının 5-nə keçən gecə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolunda yerləşən Zərərçəkmiş şəxs37 məxsus avtoyuma məntəqəsinin giriş qapısını dəmir alətlə qırmaqla, qanunsuz olaraq binaya daxil olaraq, oradan dəyəri 1500 manat olan bir ədəd yuyucu aparatı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs37 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2018-ci ilin avqust ayının 6-dan 11-dək olan müddət ərzində Zərərçəkmiş şəxs13 məxsus ünvan 10 ünvanda yerləşən evin mətbəxinin plastik pəncərəsinin dəmir barmaqlığını yerindən qopardıb aralamaqla, qanunsuz olaraq yaşayış sahəsinə girərək, oradan dəyəri 700 manat olan bir ədəd “BOSH” markalı kombi aparatını, hamam otağından dəyəri 150 manat olan divara quraşdırılmış “Yukos” markalı bir ədəd su qızdırıcısını, dəyəri 150 manat olan bir ədəd hidrofon su qurğu mühərrikini talamaqla, Zərərçəkmiş şəxs13 ümumilikdə 1000 manat məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 2018-ci ilin avqust ayının sonlarından oktyabr ayının 31-dək olan müddət ərzində Zərərçəkmiş şəxs51 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi 12-ci döngə 8 saylı evin həyətinə qanunsuz daxil olmaqla orada evin bayır divarında quraşdırılmış saxlanc yeri hesab olunan plastik yeşiyi açmaqla oraya qanunsuz daxil olub, yeşiyin içərisində saxlanılan dəyəri 750 manat olan bir ədəd “Neotrem” markalı kombi aparatını, dəyəri 50 manat olan bir ədəd enerji tənzimləyicisini və dəyəri 200 manat olan həmin plastik yeşiyi, ümumilikdə 1000 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs51 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2018-ci ilin sentyabr ayının 2-də saat 11-dən 19-30-dək olan müddət ərzində Zərərçəkmiş şəxs43 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi, 1-ci keçid, 2-ci döngə, 6 saylı evin açıq qalmış pəncərəsindən evə qanunsuz daxil olmaqla, oradan dəyəri 200 manat olan bir ədəd samovarı, dəyəri 100 manat olan “Bosh” markalı laqondanı, dəyəri 300 manat olan bir ədəd “Nakiti” markalı lobziki, dəyəri 80 manat olan bir ədəd “Bosh” markalı direli, dəyəri 180 manat olan “Kvinner” markalı preferatoru gizli talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs43 860 manat məbləğində ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 3 oktyabr 2018-ci il tarixinə keçən gecə Zərərçəkmiş şəxs19 məxsus ünvan 11 ünvanda yerləşən evin həyətyanı sahəsindəki anbarın qapısının kilidini dəmir alətlə sındıraraq, qanunsuz olaraq saxlanc yerinə daxil olub, oradan hər birinin dəyəri 1400 manat olan ümumi dəyəri 4200 manat təşkil edən 3 ədəd “Baymak” kombi aparatını, dəyəri 1200 manat təşkil edən iri ölçülü bir ədəd prefaratoru, dəyəri 300 manat təşkil edən kiçik ölçülü preferatoru, dəyəri 800 manat təşkil edən böyük ölçülü su mühərrikini, dəyəri 400 manat təşkil edən su mühərrikini, dəyəri 300 manat təşkil edən laqonda komplektini, dəyəri 300 manat təşkil edən kombi aparatına aid ləvəzimatları ümumilikdə 7500 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs19 qeyd olunan məbləğdə, xeyli miqdarda ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2018-ci ilin noyabr ayının 17-dən 22-dək olan müddət ərzində Zərərçəkmiş şəxs21 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Zəngəzur küçəsində yeni sahədə yerləşən evinin həyətinə hasardan aşmaqla daxil olaraq, evin bayır hissəsində divara quraşdırılmış saxlanc yeri olan plastik yeşikdən dəyəri 650 manat olan bir ədəd “Vanvart” markalı kombi aparatını və dəyəri 40 manat olan bir ədəd enerji tənzimləyicisi olan stablizatoru gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs21 690 manat məbləğində ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2018-ci ilin noyabr ayının 19-na keçən gecə saatlarında Zərərçəkmiş şəxs24 məxsus Bakı şəhəri, Binəqədi rayonu, DSK-4 yolunun kənarında yerləşən evin 2-ci mərtəbəsinin qapısının dəmir barmaqlığının üzərindəki kilidi dəmir alətlə qırıb sındıraraq, qanunsuz olaraq binaya daxil olmaqla, oradan hər birinin dəyəri 200 manat olan cəmi dəyəri 400 manat olan 2 top 100 metrlik elektrik naqilini, dəyəri 100 manat olan qırmızı rəngli “Aknur” elektrik naqilini, dəyəri 100 manat olan ağ və göy rəngli elektrik naqillərini, ümumilikdə 600 manat məbləğində əmlakı gizli olaraq talamaqla zərərçəkmiş şəxs Kamal Quluzadayə qeyd olunan məbləğdə ziyan vurduqdan sonra, həmin evdə usta işləmiş Zərərçəkmiş şəxs33 məxsus dəyəri 180 manat olan bir ədəd “Akintek” markalı laqonda aparatını, dəyəri, 90 manat olan bir ədəd “İnteriskol” markalı laqondanı, dəyəri 60 manat olan bir ədəd “Zubr” markalı direli və cəmi dəyəri 100 manat olan kəlbətini, laqonda daşlarını, pereferator üçün bizləri, ümumilikdə 430 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs33 qeyd olunan məbləğində ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 noyabr 2018-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs23 məxsus ünvan 12 ünvanda yerləşən evin 1-ci mərtəbəsində olan plastik pəncərənin dəmir barmaqlığını əlləri ilə qoparıb yerindən çıxardaraq, plastik pəncərəni itələyərək açdıqdan sonra, qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla, evdən hər birinin dəyəri 1200 manat olan, cəmi dəyəri 4800 manat olan 4 ədəd “Konfor-32” markalı kombi aparatını, dəyəri 2800 manat olan bir ədəd “HP” markalı notbuku, dəyəri 2600 manat olan 140 dioqnal ölçüdə bir ədəd “Samsung” markalı televizoru, dəyəri 600 manat olan bir ədəd “Tefal” markalı ütünü, dəyəri 300 manat olan bir ədəd “Samsung” markalı tozsoran aparatını, dəyəri 350 manat olan bir dəst çəngəl-bıçaq dəstini, dəyəri 130 manat olan bir ədəd “Tefal” markalı elektrik çaydan dəstini, dəyəri 80 manat olan bir ədəd çaydanı, dəyəri 1700 manat olan 140 dioqnal ölçüdə “Samsung” markalı televizoru, dəyəri 900 manat olan 60 diaqonal ölçüdə “Samsung” markalı televizoru gizli talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs23 14.260 manat, xeyli miqdarda ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2018-ci ilin noyabr ayının 22-dən 26-dək olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı başlar massivində yerləşən Zərərçəkmiş şəxs11 məxsus evin giriş qapısının asma kilidini sındırmaqla, qanunsuz olaraq evə daxil olmuş və oradan, hər birinin dəyəri 100 manat olmaqla 2 ədəd cəmi dəyəri 200 manat təşkil edən elektrik samovarı, dəyəri 70 manat olan bir ədəd elektrik direli, dəyəri 150 manat olan bir ədəd elektrik rəndəni, dəyəri 200 manat olan bir ədəd laqonda aparatını, dəyəri 250 manat olan 2x3 ölçüdə bir ədəd xalçanı, hamam otağından dəyəri 1000 manat olan bir ədəd “İmerqaz” kombi aparatını, dəyəri 150 manat olan bir ədəd divan-kreslo örtüyünü, dəyəri 500 manat olan bir komplekt hamam aksesuarlarını, cəmi dəyəri 200 manat olan komplekt qızdırıcı radiatoru, dəyəri 70 manat olan bir ədəd qaz balonunun reduktorunu, dəyəri 200 manat olan bir ədəd elektrik qaynaq aparatını mis kabeli ilə birlikdə, cəmi dəyəri 150 manat təşkil edən iki ədəd təsərrüfat baltasını, dəyəri 200 manat təşkil edən 100 metr ölçüdə 100-lük mis kabeli, dəyəri 100 manat olan 50 metr ölçüdə, 2,5 diametrli rezin borunu, cəmi dəyəri 400 manat olan iki ədəd tozsoran aparatını, dəyəri 300 manat olan bir ədəd 2x3 ölçüdə Belçika istehsallı xalçanı, dəyəri 350 manat olan bir ədəd ağacdoğrayan elektrik mişarını, dəyəri 50 manat olan bir ədəd mis çaynikini, ümumilikdə 4740 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs11 qeyd olunan miqdarda ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2018-ci ilin noyabr ayının 28-nə keçən gecə X22 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin giriş plastik qapısını açmaqla qanunsuz olaraq evə daxil olmuş və oradan dəyəri 170 manat olan bir ədəd preferatoru, dəyəri 55 manat olan bir ədəd böyük ölçülü lobziki, dəyəri 35 manat olan bir ədəd kiçik ölçülü lobziki, dəyəri 80 manat olan böyük ölçülü direli, dəyəri 40 manat olan kiçik ölçülü direli, dəyəri 45 manat olan bir ədəd ütünü, dəyəri 120 manat olan bir ədəd laqondanı, dəyəri 80 manat olan bir ədəd laqondanı, dəyəri 84 manat olan 70 metr uzunluğunda 42-lik kabeli və dəyəri 15 manat olan 30 metr uzunluğunda elektrik naqilini gizli olaraq talamaqla, zərərçəkmiş şəxs Almaz Əsədovaya cəmi 729 manat məbləğində ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2018-ci ilin dekabr ayının 10-da, gecə saat 02 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində Zərərçəkmiş şəxs25 məxsus “Üzümlük” sahəsində yerləşən saxlanc yeri kimi istifadə edilən binaya qanunsuz daxil olmaqla, oradan dəyəri 1000 manat təşkil edən bir ədəd “GENPOWER” markalı elektrik şitini gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs25 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2018-ci ilin dekabr ayının 16-dan 18-nə kimi olan müddət ərzində Zərərçəkmiş şəxs34 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivindəki evinin həyətində yerləşən anbarın dəmir barmaqlığını sındıraraq, qanunsuz olaraq binaya daxil olmaqla oradan cəmi dəyəri 320 manat təşkil edən 5 ədəd samovarı, cəmi dəyəri 200 manat olan 2 ədəd mis teşti, evin bayır divarına quraşdırılmış dəyəri 100 olan su qızdırıcısını, dəyəri 50 manat olan bir komplekt hamam aksesuarlarını, dəyəri 200 manat olan “İmmergaz” kombi istilk sisteminin işərisində yerləşən avadanlıqları, evin zirzəmisində dəyəri 800 manat olan bir ədəd qədimi somavarı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs34 1670 manat məbləğində ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 dekabr 2018-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs27 məxsus Abşeron rayonu, Novxanı kəndi, Q.Qasımzadə küçəsindəki fərdi yaşayış evinə plastik pəncərəni açmaqla qanunsuz binaya daxil olaraq, oradan 5000 manat dəyərində olan 1 ədəd "Sony" markalı böyük ekranlı televizoru, 1000 manat dəyərində olan 1 ədəd kiçik ölçülü "Sony" markalı televizoru və 1450 manat dəyərində olan 1 ədəd "İstanbul" markalı kombi istilik aparatını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs27 ümumilikdə 7450 manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 29.12.2018ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs50 məxsus Binəqədi rayonu, Novxanı qəsəbəsi, Sarıqaya adlanan ərazidə yerləşən 431A saylı fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq, evin eyvanında olan dəyəri 3000 manat təşkil edən bir ədəd işıq generatorunu gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs50 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 30 dekabr 2018-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 125 ünvandakı həyət evinə darvazadan aşaraq keçməklə, həyətdə yerləşən saxlanc yeri hesab edilən əl damına qanunsuz daxil olaraq, orada divara quraşdırılmış dəyəri 1200 manat olan ”Novohot” markalı kombi aparatını qaz açarı ilə söküb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2019-cu ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs12 məxsus ünvan 14 ünvanda yerləşən evin mansarının plastik pəncərəsini itələyib açmaqla qanunsuz olaraq yaşayış sahəsinə daxil olaraq, həmin evin qonaq otağından hər birinin dəyəri 600 manat olmaqla, ümumi dəyəri 1200 manat təşkil edən 2 ədəd 3x1,5 metr ölçüdə yerli istehsallı xalçaları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs12 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 yanvar 2019-cu il tarixdə saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, korpus 125, nömrəsiz həyət evin qarşısında saxlanılmış X14 məxsus dəyəri 12.500 manat təşkil edən “Ford Transit” markalı “vaqon tipli **-SX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və avtomobilin yük yerindən, dəyəri 2000 manat olan kardon bağlamalarda müxtəlif şirniyyat məhsullarını, avtomobilin cihazlar lövhəsinə quraşdırılmış dəyəri 400 manat olan bir ədəd “DH-840 Pioner” markalı maqnitofonu, avtomobilin kül qabısında yanacaq üçün saxlanılmış 50 manat məbləğində müxtəlif əskinazlarla olan nağd pulu, dəyəri 200 manat olan gümüş bijuteriyalı boyunbağını üzüyü ilə birlikdə, avtomobilin yük yerindən bir ədəd, dəyəri 30 manat olan damkratı, dəyəri 5 manat olan bir ədəd təkər açarını, ümumilikdə 15.185 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2019-cu ilin yanvar ayının 3-nə keçən gecə saatlarında Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Fatmeyi-Goradil bağlar massivində yerləşən 1346 saylı bağ evinin plastik pəncərəsinin dəmir barmaqlığını vintaçan alətlə sındırıb açaraq, qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla, oradan dəyəri 50 manat olan bir ədəd “Demirdökum” markalı su qızdırıcısını, dəyəri 100 manat olan bir ədəd laqonda aparatını, cəmi dəyəri 300 manat olan 100 ədəd elektrik razetkasını, dəyəri 20 manat olan 50 metr uzunluğunda elektrik kabelini və dəyəri 250 manat olan bir ədəd propan balona qoşulan qızdırıcını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs8 ümumilikdə 770 manat məbləğində ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və istintaqa məlum olan digər şəxs ilə mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2019-cu ilin yanvar ayının 3-dən həmin ayın ayının 6-dək olan müddət ərzində, gecə saatlarında Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi, Fatmai bağlar massivində yerləşən nömrəsiz bağ evinin mətbəx pəncərəsinin dəmir barmaqlığını sındırıb açmaqla, evə qanunsuz daxil olaraq, oradan dəyəri 150 manat olan bir ədəd “Bosh” markalı ət çəkən aparatını, hər birinin dəyəri 500 manat olmaqla, cəmi dəyəri 2500 manat təşkil edən beş ədəd xalçanı, dəyəri 100 manat olan bir ədəd “İtimat” elektrik qızdırıcı sobanı, dəyəri 50 manat olan enerji stabilizatorunu, dəyəri 50 manat olan saç qurudan feni, dəyəri 300 manat olan “Tefal” qazan dəstini, hər birinin dəyəri 50 manat olmaqla cəmi dəyəri 150 manat təşkil edən 3 ədəd kişi gödəkçəsini, ümumilikdə 3800 manat məbləğində əmlakını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs5 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 yanvar 2019-cu il tarixə keçən gecə saatlarında Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi, Fatmai bağlar massivində yerləşən nömrəsiz bağ evinin qapısının dəmir barmaqlılarını sındırıb açmaqla qanunsuz olaraq evə daxil olaraq, oradan, dəyəri 1500 manat olan 01 ədəd “İmmergaz-32” markalı kombi aparatını, dəyəri 1800 manat olan bir ədəd “Sony Bravia” markalı televizoru, dəyəri 700 manat olan personal kompyuter dəstini, dəyəri 300 manat olan bir ədəd video müşahidə kamera qurğusuna aid monitoru, dəyəri 500 manat təşkil edən video müşahidə kameralarının yaddaş bloku olan “DVR” qurğusunu, dəyəri 1400 manat olan bir ədəd “Sony Bravia” markalı televizoru, dəyəri 150 manat olan Almaniya istehsallı bıçaq dəstini, dəyəri 120 manat təşkil edən bir ədəd köz samovarını, dəyəri 100 manat olan bir dəst Ruminiya istehallı yataq dəstini, dəyəri 100 manat olan bir ədəd “Filips” markalı professional saç qurudan feni, ümumilikdə 7070 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2019-cu ilin yanvar ayının 17-dən 20-dək olan müddət ərzində, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs48 məxsus evin plastik pəncərəsini itələyib açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla, evdən dəyəri 830 manat olan bir ədəd “LG” markalı plazma televizorunu, dəyəri 80 manat olan bir ədəd peyk antena aparatını, yataq otağında olan paltar dolabında asılmış pencəyinin iç cibindən 100 ədəd 500 manat məbləğində 5 manatlıq pul əskinazlarını, 100 ədəd 100 manat məbləğində 1 manatlıq pul əskinazlarını, yataq otağındakı paltar dolabında şüşə qabda saxlanılan ümumi məbləği 200 manat təşkil edən müxtəlif pul əskinazlarını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs48 ümumilikdə 1710 manat məbləğində ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2019-cu ilin yanvar ayının 18dən 20-nə dək olan müddət ərzində gecə saatlarında Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən 926Ə saylı bağ evinin plastik pəncərəsinin dəmir barmaqlığını dəmir alətlə qopardıb sındıraraq, qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla, həmin evin mətbəxində yığılmış dəyəri 200 manat təşkil edən alüminium qab-qazanları və elektrik somavarını, yataq otağından dəyəri 400 manat olan iki ədəd xalçanı, evin həyətində olan saxlanc otağından dəyəri 100 manat olan 50 metr uzunluğunda mis kabelini gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs7 ümumilikdə 700 manat məbləğində ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq maqsədi ilə 2019-cu ilin yanvar ayının 31-dən həmin ilin fevral ayının 1-nə keçən gecə saatlarında Zərərçəkmiş şəxs14 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı şosessi, V.Ağayev küçəsində yerləşən bağ evin giriş qapısını sındırma yolu ilə qanunsuz olaraq evə daxil olmus, evin birinci mərtəbəsində olan pilləkanın alt hissəsindən dəyəri 1500 manat olan bir ədəd “İJ58” markalı, 2 lüləli 173406 saylı yivsiz odlu ov tüfəngini və dəyəri 1000 manat olan bir ədəd, zavod istehsallı, 37730 saylı tir tüfəngini, dəyəri 1500 manat olan Almaniya istehsallı optik cihazlı tir tüfəngini, dəyəri 50 manat olan bir ədəd gödəkçə-canlığı, dəyəri 150 manat olan ov gödəkcəsini, evin 2-ci mərtəbəsində yataq otağından hər birinin dəyəri 300 manat olmaqla, cəmi dəyəri 600 manat təşkil edən iki ədəd kişi ətrini gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs14 4800 manat məbləğində ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2019-cu ilin fevral ayının 4-dən 9-dək olan müddət ərzində gecə saatlarında Zərərçəkmiş şəxs52 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində “Rabitəçilər” adlanan ərazidə yerləşən 20 saylı ünvanda fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlığını dəmir alətlə sındırıb açaraq, qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla, orada paltar dolabından dəyəri 50 manat olan bir ədəd kişi pencəyini, dəyəri 30 manat olan bir ədəd kişi jiletini, evin həyətində yerləşən saxlanc yeri olan qaraj otağından dəyəri 1000 manat olan bir ədəd somovarı, mətbəx otağından dəyəri 100 manat olan bir ədəd elektrik somovarını, dəyəri 400 manat olan bir dəst gümüş və bürünc qab dəstlərini, hamam otağından dəyəri 1400 manat olan bir ədəd “Unikal-32” markalı kombi istilik sistemini, dəyəri 200 manat olan bir ədəd qaynaq aparatını, dəyəri 80 manat olan bir ədəd “BOSH” markalı prefaratoru, dəyəri 100 manat olan bir ədəd qaynaq ütüsünü, ümumilikdə 3360 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs52 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2019-cu ilin fevral ayının 10-dan 17-dək olan müddət ərzində Zərərçəkmiş şəxs31 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən evin həyətində saxlanc otağına qanunsuz daxil olmaqla, oradan divara quraşdırılmış dəyəri 1500 manat olan bir ədəd “İmmergaz” markalı kombi aparatını söküb gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs31 qeyd olunan məbləğdə ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 mart 2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs28 məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi, yeni məhəllədə yerləşən evin birinci mərtəbəsində olan plastik pəncərənin dəmir barmaqlığını sındırıb açaraq qanunsuz olaraq evə daxil olmaqla, oradan dəyəri 300 manat olan 1 ədəd “Sony Braviya” markalı televizoru, həyətdə yerləşən mətbəx otağında divara quraşdırılmış dəyəri 1000 manat olan bir ədəd “Konfort” markalı kombi aparatını və dəyəri 70 manat olan bir ədəd su mühərrikini gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs28 1370 manat məbləğində ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2019-cu ilin mart ayının ortalarında gecə saatlarında X15 məxsus Abşeron rayonu, Goradil qəsəbəsində yerləşən bağ evinin giriş qapısının kilidini sındırıb açmaqla evə qanunsuz olaraq daxil olmaqla, oradan dəyəri 1300 manat olan bir ədəd “Radiand” markalı kombi aparatını, dəyəri 2000 manat olan bir ədəd “Sony Braviya”markalı televizoru, dəyəri 600 manat olan bir ədəd “Tomas Aqua” markalı tozsoran aparatını, dəyəri 400 manat olan bir ədəd “Fosil” markalı qol saatını, dəyəri 100 manat olan bir ədəd saç qurudan feni, hər birinin dəyəri 50 manat olan, cəmi dəyəri 100 manat təşkil edən 2 ədəd saç qaynaq aparatını, dəyəri 25 manat olan bir ədəd idman əlcəyini, hər cütü 200 manat olan cəmi dəyəri 1000 manat təşkil edən 5 cüt qadın ayaqqabısını, dəyəri 100 manat olan kişi geyim şalvarını, dəyəri 50 manat olan bir ədəd qısaqol köynəyi, dəyəri 85 manat olan bir ədəd dreli, dəyəri 45 manat olan bir ədəd lobziki, dəyəri 50 manat olan bir ədəd qan təzyiqi ölçən cihazı, dəyəri 50 manat olan bir ədəd qadın gödəkçəsini, dəyəri 100 manat olan bir ədəd “Saz” markalı modem aparatını, dəyəri 20 manat olan bir bultuzlu səs gücləndiricini, dəyəri 250 manat olan müxtəlif çeşidli spirtli içkiləri, ümumilikdə 5275 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs45 xeyli miqdara ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 20 mart 2019-cu il tarixdə Zərərçəkmiş şəxs18 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Qarayev küçəsində yerləşən nömrəsiz evin içərisinə pəncərəni açmaqla qanunsuz olaraq daxil olaraq, evin hamam otağından dəyəri 150 manat olan bir ədəd laqonda aparatını və evin həyətində ümumi dəyəri 2000 manat təşkil edən plastik pəncərə sistemlərini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs18 ümumilkdə 2150 manat məbləğində ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 2019-cu ilin mart ayının 26-da saat 23 radələrində Zərərçəkmiş şəxs26 məxsus Bakı şəhəri, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini vintaçan alətlə açaraq qanunsuz olaraq binaya daxil olmaqla, oradan dəyəri 1200 manat olan 1 ədəd “Samsung” markalı televizoru və dəyəri 500 manat olan 1 ədəd “LG” markalı televizoru gizli olaraq talamaqla, ümumilikdə Zərərçəkmiş şəxs26 1700 manat məbləğində ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2019-cu ilin mart ayının sonlarında axşam saatlarında X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Fatmai bağlar massivində yerləşən nömrəsiz bağ evinin hasarını aşaraq evin giriş qapısının kilidini sındıraraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla, həmin evin dəhlizində quraşdırılmış dəyəri 1000 manat olan bir ədəd “Efendilər” markalı kombi aparatını gizli olaraq talamaqla, zərərçəkmiş şəxs Hüseyn Şahməmmədov qeyd olunan miqdarda ziyan vurmaqla, təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və istintaqa məlum olan digər şəxsdən ibarət mütəşəkkil dəstə halında birləşərək, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2019-cu ilin mart ayının 29-na keçən gecə Şahid17 məxsus Bakı şəhəri, Binəqədi rayonu, DSK adlanan yolunda Yangından Mühafizə Xidmətinin inzibati binasının arxasında yerləşən evə plastik pəncərəni açaraq, qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla, oradan həmin evdə usta işləmiş Zərərçəkmiş şəxs47 məxsus dəyəri 160 manat olan bir ədəd dreli, dəyəri 50 manat olan bir ədəd rezin çəkici, dəyəri 2 manat olan bir ədəd dəmir çəkici, ümumilikdə 212 manat məbləğində əmlakı talayaraq, qeyd olunan məbləğdə Zərərçəkmiş şəxs47 ziyan vurduqdan sonra, həmin evdə usta işləmiş Zərərçəkmiş şəxs46 Ruzigar oğluna məxsus dəyəri 180 manat olan bir ədəd dəmir və taxtakəsən laqondanı, dəyəri 100 manat olan bir ədəd kiçik ölçülü laqondanı, dəyəri 65 manat olan bir ədəd lobziki, dəyəri 175 manat olan bir ədəd kafel kəsən aləti, dəyəri 80 manat olan bir ədəd plastik boruları birləşdirən ütü aparatını, dəyəri 85 manat olan bir ədəd direl üçün mikseri, cəmi 685 manat məbləğində əmlakı gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs46 qeyd olunan miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 15 ünvanında yerləşən ev-ofisində 22 mm ölçüdə, 4 ədəd dairəvi formalı dəliyi olan, qabarit ölçüləri 118 x 84,5 mm. maksimal qalınlığı 8 mm olan kustar üsulla hazırladığı, vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən kastet-beşbarmağı qanunsuz olaraq üzərində gəzdirərkən, 16 aprel 2019-cu il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 16 ünvanda yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət olunmuş, saat 14-30da üzərinə baxış keçirilərkən əynində olan qara rəngli vilvet yarımqol gödəkcəsinin sağ yan cibindən həmin soyuq silah aşkar olunaraq götürülmüşdür. Bundan başqa, 16 aprel 2019-cu il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı saat 15:20-də X7 yaşadığı ünvan 15, ev 1-də axtarış aparılarkən, onun tərəfindən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edilmiş, daşıyaraq yaşadığı evin 2-ci mərtəbəsində yerləşən qonaq otağında divanın altında saxlamaqla gizlədilmiş, 01 ədəd 16 kalibrli, “İJ-58” modelli, 1965-ci ildə zavod üsulu ilə keçmiş SSRİ-də İjevsk maşınqayırma zavodunda hazırlanmış “E-3933” nömrəli, gizli daşımaq üçün sonradan qundağı və lüləsinə konstruktiv dəyişikliklər edilməklə küstar üsulla kəsilmiş, odlu yivsiz silah hesab olunan texniki cəhətdən saz və atəşə yararlı ov tüfənginin kəsiyi (obrez) və bilyard otağında olan masanın siyirməsindən bir ədəd RF-nin İjevsk şəhərində zavod üsulu ilə istehsal edilmiş, təsiredici məsafəsi 2 metrə qədər olan, gözyaşardıcı-qıcıqlandırıcı maddə ilə təhciz edilən, özünümüdafiə təyinatlı, təyinatı üzrə istifadəyə yararlı aerozol qurğulu qaz silahı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona ittiham olunan oğurluqlarda iştirak etməmiş, cinayətkar dəstə yaratmamışdır. Təqsirləndirilən şəxs4 onun uşaqlıq dostudur, digərləri isə tanışlarıdır. Təqsirləndirilən şəxs4 etibar etdiyi üçün atasına məxsus obyekti ona vermişdir. Təqsirləndirilən şəxs2 həmin obyektdə olan avtoyuma məntəqəsini işlətmişdir. Təqsirləndirilən şəxslərin oğurluq etmələrindən xəbəri olmamışdır. Polis əməkdaşları onu saxlayanda üzərində “Beş barmaq” adlanan soyuq silah olmuş, həmin silahı üzərində gəzdirməkdə məqsədi özünü müdafiə etmək olmuşdur. O, “Obrez” adlanan silahı üzərində gəzdirməmişdir. 16 aprel 2019-cu il tarixdə o, öz obyektində dostları ilə olarkən qəflətən polis əməkdaşları içəriyə daxil olmuş və onları polisə aparmışlar. Ona işgəncələr verib,verilən ittihamı boynuna almağa məcbur etmişlər. Onun və ya dostlarının hansısa oğurluqda iştirak etməyi barədə ittiham aktında yazılanları təsdiq etmir. O, heç vaxt oğurluqda iştirak etməmiş nə də ki, həmin cinayət əməllərinin təşkilatçısı olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, idarə etdiyi avtomaşınla taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs4la bir məhlədə yaşamış, digər təqsirləndirilən şəxslərlə Təqsirləndirilən şəxs1 obyektində tanış olmuşdur. İttiham aktında barəsində yazılanların heç biri ilə razı deyil. Müstəntiq onu aldadaraq cinayət işinin materiallarındakı sənədləri imzalatdırmışdır. Müstəntiq ona bildirmişdir ki, ona təqdim etdiyi sənədlərə imza etsə onu sərbəst buraxacaq. 2019-cu ilin fevral ayında Təqsirləndirilən şəxs4 onun mobil telefonuna zəng vuraraq Goradil kəndindən onu götürməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs4 onun avtomobilinə əyləşəndə əlində qara rəngli çanta görmüş və ondan içərisində nə olduğunu soruşmuşdur. Sadiq çantanın içərisində kombi apratının olduğunu bildirmişdir.Həmin kombi aparatının oğurluq olmasından xəbəri olmamışdır. O, Sadiqi aparıb həyətində düşürmüş və Sadiq ona 15 manat zəhmət haqqı vermişdir. Sadiqlə qonşu olduqları üçün sonuncu taksi kimi xeyiri ona vermək məqsədilə müxtəlif yerlərə onu aparmışdır. Təqsirləndirilən şəxs1 cinayətkar dəstəyə başçılıq etməmiş və o, həmin dəstənin üzvü olmamışdır. Təqsirləndirilən şəxs5la dostluq münasibətləri olduğu üçün onunla telefon danışıqları olmuş, Sadiqi Goradil kəndindən götürməyə gedəndə orada Təqsirləndirilən şəxs5 olmuşdur.16 aprel 2019-cu il tarixdə Valehin obyektində olarkən polis əməkdaşları gəlib uşaqları idarəyə aparmışlar. 18 aprel 2019-cu il tarixdə işlətdiyi avtoyumanın qarşısından polis əməkdaşları onu da saxlayıb aparmışlar. Polis işçilərinin təzyiqləri nəticəsində oğurluq epizodlarını üzərinə götürmüşdür. Ona ittiham olunan 45 epizoddan heç birində özünü təqsirli bilmir, istintaq zamanı verdiyi ifadələri təsdiq etmir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, on üç evdən oğurluq etmişdir. Həmin oğurluqların altısını Təqsirləndirilən şəxs3la və ikisini Təqsirləndirilən şəxs5la birgə törətmişdir. Digər beş cinayət epizodunu özü tək törətmişdir. Oğurladığı əşyaları atasının evinə aparmışdır. O, Təqsirləndirilən şəxs1 obyektində işlədiyi və yaşadığı üçün oğurladığı pəncərələri həmin obyektə yığmışdır. Bağ evlərindən oğurladığı kombi aparatlarını 250-300 manata tanımadığı şəxslərə satmışdır. O, oğurluğu Binəqədi rayonu, Novxanı qəsəbəsi, Göradil kəndində etmişdir. Oğurladığı əşyaları müxtəlif tanımadığı taksilərlə, bəzilərini Bakı şəhərində fəaliyyət göstərən çağrı taksiləri ilə, bəzilərini tanımadığı yol taksiləri ilə daşımışdır. Təqsirləndirilən şəxs2 Goradil kəndinə o çağırmış, ona xidmət haqqı olaraq 15 manat pul vermişdir. Təqsirləndirilən şəxs2 avtomobili ilə yalnız Goradil kəndində yerləşən bağ evindən oğurladığı kombi aparatını aparmışdır. Niyaməddinin onun avtomobilində apardığı kombi aparatının oğurluq olmasından xəbəri olmamışdır. Zərərçəkmiş şəxs36 məxsus Bakı şəhəri, Binəqədi rayonu, DSKyolunda yerləşən mərmər sexindən yalnız bir ədəd qartal heykəlini oğurlamış, digər əşyaları oğurlamamışdır. Oğurladığı qartalı polis əməkdaşları evindən baxış keçirən zaman götürmüşlər. X14 məxsus “Ford Transit” markalı vaqon tipli **-SX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili oğurlayıb sürmüş, digər əşyaları oğurlamamışdır. Təqsirləndirilən şəxs5 ilə 2 dəfə oğurluq etmiş, lakin hansı evlərdən oğurluq etdiyi yadında deyil. Zərərçəkmiş şəxs14 məxsus bağ evindən oğurladığı tir tüfəngini Təqsirləndirilən şəxs5 hədiyyə etmişdir. Həmin cinayətdə Təqsirləndirilən şəxs5 iştirak etməmişdir. O, Zərərçəkmiş şəxs14 bağ evində oğurluğu Təqsirləndirilən şəxs3la etmişdir.Oğurluq təklifi həm Təqsirləndirilən şəxs3, həm də ondan gəlirmiş. Oğurluqla əldə etdiyi əşyaların bəzilərini satmış və həmin pulları öz ehtiyaclarına xərcləmişdir. Balakişi və İmranla birgə oğurladığı əşyaları aralarında bölmüşlər. Təqsirləndirilən şəxs1 oğurluq cinayətlərindən xəbəri olmamışdır. Onlar narkotik vasitələrin satışına mane olduqları üçün düşünür ki, Binəqədi rayon Polis Şöbəsinin rəisi onları və ən əsası da Təqsirləndirilən şəxs1 həbs etmişlər. O, törətdiyi oğurluq əməllərini boynuna almış, lakin Valehin üzünə durmağa etiraz etmişdir. Təqsirləndirilən şəxs1 hansısa cinayətkar dəstə yaratmaqla bağlı kiməsə təklifi olmamışdır. Polis işçilərinin təzyiqləri nəticəsində istintaq zamanı verdiyi ifadələri təsdiq etmir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Ağabala oğlu özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona ittiham olunan oğurluq epizodlarından yalnız səkkizini törətmişdir. Həmin oğurluqların altısını Təqsirləndirilən şəxs4la, digər iki cinayəti özü tək etmişdir. Digər təqirləndirilən şəxslərlə heç bir cinayət törətməmişdir. Təqsirləndirilən şəxs1 hansısa cinayətkar dəstə yaratmağından xəbəri yoxdur. Törətdiyi səkkiz epizod cinayət əməlində Təqsirləndirilən şəxs1 iştirakı olmayıb. Oğurladığı əşyaları bazarda satmış, oğurluq etdiyi evlərin sahiblərini tanımır. İbtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etmir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona ittiham olunan oğurluqların yalnız ikisində özünü təqsirli bilir. Həmin iki epizod oğuluq cinayətini Təqsirləndirilən şəxs4la Goradil kəndində yerləşən iki qoşa bağ evlərində törətmişlər. Onlar işıqları yanmayan evlərə girib, oğurluq etmişlər. Həmin iki epizodda kombi aparatını oğurladıqları yadındadır, lakin fen,xalça və sair əşyaları oğurlamaqları yadında deyil. Ona tir tüfənginin oğurlamasında ittiham verilmiş, lakin həmin tüfəngi ona Təqsirləndirilən şəxs4 vermiş, tüfəngin oğurluq olmasını bilməmişdir. Həmin tüfəngi təxminən 100 manata satmışdır. O, oğurluğu yalnız Təqsirləndirilən şəxs4la etmiş, digər təqsirləndirilən şəxslərlə birlikdə oğurluq etməmiş və onlarla heç bir cinayətdə əlbirliyi olmamışdır. Təqsirləndirilən şəxslər ilə tanışlığı 2018-ci ilin dekabr ayının 31-də olmuşdur. Təqsirləndirilən şəxs1 hansısa cinayətkar dəstə yaratmağından xəbəri olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri təsdiq etmir. Təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməllərini törətmələri təqsirləndirilən şəxslərin qismən də olsa etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, özü Laçın rayonundan məcburi köçkün kimi Bakı şəhərinə gəlmiş və Binəqədi rayonu Fatmayı bağlar massivində “Rabitə Sağlamlıq” düşərgəsində ailəsi ilə birlikdə məskunlaşmışdır. Həmin bağlar massivində qış mövsümündə qalmamış, lakin mütamadi olaraq o, həmin bağ evinə gedib baş çəkmişdir. 20 mart 2019-cu il tarixdə o, bağ evinə baş çəkməyə getmiş, heç bir oğurluq hadisəsini evində aşkar etməmişdir. Həmin gün evin qapılarını bağlayıb çıxıb getmiş və 22 mart 2019-cu il tarixdə saat 09 radələrində bağ evinə baş çəkməyə gəlmişdir. Bu zaman naməlum şəxslərin hasardan aşma yolu ilə evin giriş qapısının kilidinin sındırıldığını, içəri daxil olaraq evin dəhlizində quraşdırılmış kombi istilik sisteminin oğurlandığını aşkar etmişdir. Kombi aparatı dəhlizdə quraşdırılmışdı. Oğurluq edən şəxslər kombi aparatını divardan söküb aparmışlar. Bu oğurluğu aşkar edən kimi o, dərhal polis şöbəsinə məlumat vermiş və ərizə ilə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və baxış keçirib protokol yazmışlar. Qeyd etdiyi kombi aparatından savayı başqa heç nə oğurlanmamışdır. Ona məxsus ağ rəngli kombi istilik sistemi “Efendilər” markalı olmuş, Türkiyə istehsallı olmuş, təzə və istifadəyə yararlı olmuşdur. Həmin kombi aparatının dəyəri 1000 manat olmuşdur. Oğurluğu bağ evindən kimin etdiyini bilməmiş və heç kimdən şübhələnməmişdir. Zərərçəkmiş şəxs X8 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 1000 manat tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi, Fatmayı bağlarında bağ evi olmuşdur. Özü isə ünvan 18 ünvanda qeydiyyatla yaşamışdır. Həmin bağ evinin ümumi ölçüsü 6 sot torpaq sahəsini əhatə edən kürsülü olmaqla iki mərtəbədən ibarət olmuşdur. O, 03 yanvar 2019-cu il tarixdə bağ evinin qapı və pəncərələrini bağlamış və evdən çıxıb getmişdir. 06 yanvar 2019-cu il tarixdə saat 16 radələrində bağ evinə nəzarət etmək məqsədilə bağ evinə baş çəkmiş və evin həyətinə daxil olmuş, evə doğru hərəkət edən zaman evin mətbəx olan hissəsinin bayır pəncərəsinin dəmir barmaqlığının yerindən sökülərək kənara atıldığını görmüşdür. O, bu vəziyyəti aşkar etdikdə evində oğurluq hadisəsi baş verdiyini anlamışdır. Evə girməzdən əvvəl o, dərhal DİN-in 102 saylı xidmətinə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər və birlikdə evə daxil olmuşlar. Ev baxış keçirilən vaxt o, mətbəx olan hissəsindən ət çəkən maşını, su qızdırıcısı, kombi aparatının stabilizatoru (elektrik tənzimləyən), “İtimat” markalı çörək bişirən aparatın və evin ikinci mərtəbəsində olan zaman orada 5 ədəd döşəmə xalçanın yerində olmadığnı və oğurlandığını aşkar etmişdir. Bundan əlavə, evdən bir ədəd dəyəri 50 manat olan saç qurudan elektrik feni, dəyəri 300 manat olan tefal qazan dəsti, hər birinin dəyəri 50 manatdan olmaqla cəmi dəyəri 150 manat olan 3 ədəd kişi gödəkcəsi oğurlanmışdır. Evin digər otaqları dağınıq hala salınmışdır. Sonra o, bu barədə polis şöbəsinə ərizə yazmışdır. Oğurluq nəticəsində ona cəmi 3800 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs5 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 2300 manat tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağlar massivində bağ evinə nəzarət etmək məqsədi ilə 27 fevral 2018-ci il tarixdə getmişdir. Həmin tarixdən sonra 02 mart 2018-ci il tarixdə bağ evinə gəlmiş, naməlum şəxslərin evin plastik pəncərəsinin sındırdığını və evin içərisinə daxil olaraq, evdən bir ədəd kombi aparatının oğurlandığını aşkar etmiş və bu barədə polisə ərizə ilə müraciət etmişdir. Oğurlanmış kombi aparatının markasını xatırlamamış, kombi aparatının dəyəri 2000 manat olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs6 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 2000 manat tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X46 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Novxanı bağlar massivində 10 saylı bağ evində 22 noyabr 2018-ci il tarixdə olmuş və 26 noyabr 2019-cu il tarixdə saat 16 radələrində bağ evinə baş çəkməyə gəlmişdir. Bu zaman o, evin giriş qapısının asma kilidinin qırıldığını və evdən oğurluq edildiyini aşkar etmişdir. Evin içərisindən 2 ədəd elektrik samovarı hər birinin dəyəri 100 manat olmaqla 200 manat, bir ədəd kömür samovrı dəyəri 200 manat, bir ədəd elektrik dreli dəyəri 70 manat, bir ədəd elektrik rəndəsi dəyəri 150 manat, 1 ədəd elektrik laqonda aparatı dəyəri 200 manat, 1 ədəd 2x3 ölçüdə xalça 250 manat, hamam otağından 1 ədəd su qızdırıcısı İmerqaz dəyəri 1000 manat, bir ədəd divan-kreslo örtüyü dəyəri 150 manat, 1 komplekt hamam aksesuarları 500 manat dəyərində, 2 komplekt radiator 100 manat olmaqla 200 manat, bir ədəd qaz balonunun reduktoru dəyəri 70 manat, elektrik qaynaq aparatı mis kabellə birlikdə dəyəri 200 manat, 2 ədəd təsərrüfat baltası cəmi dəyəri 150 manat, 100 metr 100 lük mis kabel dəyəri 200 manat, 50 metr 2,5 diametrli rezin boru 100 manat, 2 ədəd toz soran, dəyrəri 400 manat 1 ədəd xalça Belçika istehsallı 2x3 dəyəri 300 manat, ağac doğrayan elektrik mişarı dəyəri 350 manat bir ədəd dəyəri 50 manat olan mis çaynikin oğurlandığını aşkar etmişdir. Ərizə ilə polis bölməsinə müraciət etmiş və ilkin olaraq izahatında müəyyən əşyaların oğurlandığını və dəyərini 1500 manat göstərsə də, sonradan evə diqqətlə baxış keçirdikdə yuxarıda sadaladığı əşyaların oğurlandığını müəyyən etmişdir. Oğurluğu bağ evindən kimin etməsini bilməmiş və heç kimdən şübhələnməmişdir. Ümumilikdə onun evindən oğurlanmış əmlakın ümumi dəyəri 4740 manat təşkil etmişdir. İbtidai istintaq zamanı 2 ədəd xalça, bir ədəd elektrik direli, tozsoran aparatı, bir ədəd “İmerqaz” kombi aparatı, taxta kəsən elektrik rəndəsi Zərərçəkmiş şəxs11 qaytarılmışdır. Zərərçəkmiş şəxs X46 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 2760 manat tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, o, ünvan 19 ünvanda yaşayış evinin olduğunu bildirmişdir. Həmin evdə o, daimi yaşamasa da, müəyyən vaxtlarda ara bir evə gəlib baxmış və nəzarət etmişdir. Sonuncu dəfə o, 2019-cu ilin yanvar ayının əvvəllərində evə gəlmişdir. 25 aprel 2019-cu il tarixdə səhər saat 10 radələrində Gülüstan küçəsində olan evinə baş çəkməyə gəlmiş və evin ikinci mərtəbəsinə qalxıb mansarda baxanda mansardın plastik qapısının açıq olduğunu görmüşdür. Evə baxış keçirən zaman qonaq otağında yerə sərilmiş vəziyyətdə olan bir ədəd xalçanın oğurlandığını aşkar etmişdir. Həmin xalçanın ümumi ölçüsü 3x1,5 metr olmaqla təzə olmuş, onu xalça bazarında 600 manata almışdır. Evinə kimin girməsini və xalçanı kim tərəfindən oğurlanması ilə bağlı məlumatı 25 aprel 2019-cu il tarixdə olmuşdur. Bundan sonra o, oğurluq barədə polisə məlumat vermiş və polis əməkdaşları hadisə yerinə gəlib oğurluq faktını sənədləşdirmişlər. Bundan sonra, o arvadı ilə evə gəldikdə təkrar evə baxış keçirmiş və məlum olmuşdur ki, oğrular əlavə bir ədəd də 3x1,5 ölçüdə yerli istehsallı xalcanı da oğurlamışlar. Ümumilikdə 2 ədəd xalça oğurlanmışdır və 2-ci xalçanın dəyəri də 600 manat təşkil etmişdir. Ümumilikdə 1200 manat dəyərində iki ədəd xalça oğurlamışdır. Oğurluğun kim etməsini bilməmiş və heç kimdən şübhələnməmişdir. Zərərçəkmiş şəxs12 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 1200 manat tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 Böyükağa oğlu ifadəsində göstərmişdir ki, onun Binəqədi rayonu, Goradil bağlar massivində özünə məxsus bağ evi var. 2018-ci ilin may ayının 14-də saat 13 radələrində bağda olmuş və ağaclara su verdikdən sonra şəhərdəki evinə getmişdir. Həmin ilin may ayının 16-da bağ evinə gəlmiş, evinin zirzəmisinin asma qıfılını dəmir alətlə qırmaq yolu ilə saxlanc yeri olan zirzəmiyə naməlum şəxslərin girdiyini, oradan 100 manat dəyərində bir ədəd su qızdırıcısının, dəyəri 200 manat olan velpsipedin, 60 manat dəyərində su mühərrikinin, 100 manat dəyərində mis qab-qaşıqlarını dəyəri 200 manat olan 20 metr elektrik kabelin oğurlandığını aşkar etmiş və bu barədə polisə ərizə elə müraciət etmişdir. Oğurlanmış əmlakın dəyəri 660 manat olmuşdur. Zərərçəkmiş şəxs9 Böyükağa oğlu məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 660 manat tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, o, 2006-cı il tarixdən Məryəm adlı qadının Binəqədi rayonu, Novxanı bağlar massivi, 5 saylı bağ evində yaşamışdır. Belə ki, o, həmin bağda gözətçi olmaqla həmdə ki, yaşamış, özünün bütün əşyalarını həmin evdə saxlamışdır. 23.02.2018-ci il tarixdə o, evdən çıxaraq qızıgilə qonaq getmiş və 26.02.2018-ci il tarixə kimi onlarda qalmışdır. 26.02.2018-ci il tarixdə o, evə qayıdarkən evin qapısının açıq olduğunu görmüş, evə keçib otaqlara nəzər salarkən evdən hər biri təxminən 50 manat olan 7 ədəd gödəkçənin, hər biri 100 manat olan 2 ədəd qazanın və 100 manat dəyərində su mühərrikinin oğurlandığını aşkar etmişdir. O, dərhal DİN-in 102 xidmətinə zəng etmiş, baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Aradan bir az keçmiş hadisə yerinə 4-cü PB-nin əməkdaşları gələrək, baxış keçirmişlər. O da bölmədə rəsmi olaraq ərizə vermiş və ərizə ilə bağlı izahatı alınmışdır. Zərərçəkmiş şəxs10 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 650 manat tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, o, 10 mart 2018-ci il tarixdə səhər saat təxminən 9 radələrində taksi ilə İntizamin evinə gəlmiş, həyətin darvaza qapısının açıq olduğunu görmüş, İntizamın dayısı Xəlilov Məhəmmədə zəng etmiş və evə oğru girdiyi barədə, eləcə də evin pəncərəsinin açıq olduğunu evə kiminsə girdiyini bildirmişdir. Məhəmməd və İntizam gəlmişlər, sonra oğurluq barədə polisə məlumat vermişlər, evə baxdıqdan sonra evdən dəyəri 135 manat təşkil edən razetkanı və işığı söndürəni, dəyəri 30 manat olan bir ədəd işıq şitini, dəyəri 48 manat olan 15 ədəd cərəyan avtomatını, dəyəri 45 manat olan antena kabelini dəyəri 20 manat olan bir ədəd qaz siqnalizasıyasını, dəyəri 80 manat olan santexnik avadanlıqlarını, ümumilikdə İntizamın 358 manat məbləğində əmlakının, onun özünün isə mənzildə olan dəyəri 120 manat olan bir ədəd laqondanı, dəyəri 280 manat olan bir ədəd Almaniya istehsallı qaynaq aparatını, cəmi dəyəri 310 manat olan 2 ədəd preferatoru, cəmi dəyəri 130 olan 2 ədəd drelin talandığını ona ümumilikdə 840 manat məbləğində ziyan vurulduğunu qeyd etmişdir. Zərərçəkmiş şəxs17 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 840 manat tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, o, 03 oktyabr 2018-ci il tarixdə saat 10-40-da radələrində etibarnamə ilə almış olduğu Binəqədi rayonu, Göradil qəsəbəsi, bağlar massivində yerləşən 713A saylı bağ evinə getmiş, darvazadan həyətə daxil olan zaman həyətdəki saxlanc yerinin anbarın qapısının açıq vəziyyətdə olduğunu görmüş və oradan hər birinin dəyəri 1400 manat olan ümumi dəyəri 4200 manat təşkil edən 3 ədəd “Baymak” kombi aparatını, dəyəri 1200 manat təşkil edən iri ölçülü bir ədəd prefaratoru, dəyəri 300 manat təşkil edən kiçik ölçülü preferatoru, dəyəri 800 manat təşkil edən böyük ölçülü su mühərrikini, dəyəri 400 manat təşkil edən su mühərrikini, dəyəri 300 manat təşkil edən laqonda komplektini, dəyəri 300 manat təşkil edən kombi aparatına aid ləvəzimatları ümumilikdə 7500 manat məbləğində əmlakın oğurlandığını aşkar etmişdir. Oğurluğun kim tərəfindən edildiyini bilməmişdir. Zərərçəkmiş şəxs19 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 7500 manat tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 ifadəsində göstərmişdir ki, o, 17 noyabr 2018-ci il tarixdə yaşadığı Binəqədi rayonu, Zəngəzur küçəsi yeni sahədə yerləşən evdən çıxmış və Abşeron rayonu Saray qəsəbəsinə nənəsinin evinə gəlmişdir. 22 noyabr 2018-ci il tarixdə saat 18 radələrində yaşadığı evə qayıtmış, evin həyətində saxlanc plastik şkafın açıldığını görmüş və oradan bir ədəd dəyəri 650 manat olan “Vanvart” kombi istilik sisteminin və dəyəri 40 manat olan enerji tənzimləyicisinin oğurlandığını aşkar etmişdir. Qeyd olunanlardan savayı başqa heç nə oğurlanmamışdır. Oğurluğu aşkar etdikdən sonra polisə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs21 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 690 manat tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, C. Cabbarlı küçəsində fərdi həyət evi olmuşdur. Həmin evdə o, ailəsi ilə birlikdə yaşamışdır. O, həmin vaxtı Türkmənistanda olduğu üçün əmisi oğlu X10 ona zəng etmiş və bildirmişdir ki, evə oğrular girmiş və kombi aparatını oğurlamışlar. O, həmçinin 22 fevral 2018-ci il tarixdə ailə üzvüləri ilə birlikdə Astara rayonuna getmişdir. Evin qapı və pəncərələrini bağlamışdır. Bir ay sonra yəni, 2018-ci ilin mart ayının 22-də o, Astara rayonundan müvəqqəti yaşadığı ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Cəfər Cabbarlı küçəsində yerləşən evinə gəlmiş və təxminən saat 23 radələrində həyətə daxil olmuşdur. Evə və həyətə nəzər yetirdikdə evin mətbəx hissəsinin bayır divarında quraşdırılmış Rossi markalı istilik sistemi kombi aparatının oğurlandığını aşkar etmişdir. Evə baxış keçirən zaman evə girilmədiyi və evin içərisindən heç nə oğurlanmadığını müəyyən etdikdən sonra o, onun xahişi ilə polis bölməsinə ərizə ilə müraciət etmişdir. Oğurluğun kim tərəfindən edildiyini bilməmiş və heç kimdən şübhələnməmişlər. Oğurluq hadisəsi 22 fevral 2018ci ildən 22 mart 2018-ci il tarixə kimi olan müddət ərzində baş vermişdir. Oğurluq nəticəsində dəyəri 850 manat təşkil edən bir ədəd “Rossi” markalı kombi aparatını oğurlanmışdır. Zərərçəkmiş şəxs22 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 850 manat tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs23 ifadəsində göstərmişdir ki, ünvan 20 ünvanında iki evi olmuşdur. Hər gün evlərə baş çəkməyə gəlmişdir. Sonuncu dəfə 20 noyabr 2018-ci il tarixdə gəlmiş, evlərə baxıb getmişdir. Həmin vaxt evdə hər şey normal vəziyyətdə olmuşdur. Səhəri günü yəni 21 noyabr 2018-ci il tarixdə evə baş çəkməyə gəldikdə evin 1-ci mərtəbəsində olan plastik pəncərənin dəmir barmaqlığının qoparılaraq yerindən çıxardıldığını, plastik pəncərənin açıldığını müəyyən etmiş, evdən hər birinin dəyəri 1200 manat olan, 2 ədəd cəmi 4800 manat dəyərində “Konfor-32” markalı kombi aparatını, dəyəri 2800 manat olan “HP” markalı notbuku, dəyəri 2600 manat olan 140 dioqnal ölçüdə bir ədəd “Samsunq” markalı televizoru, dəyəri 600 manat olan bir ədəd “Tefal” markalı ütünü, dəyəri 300 manat olan bir ədəd “Samsunq” markalı tozsoran aparatını, dəyəri 350 manat olan bir dəst çəngəl-bıçaq dəstini, dəyəri 130 manat olan bir ədəd “Tefal” markalı elektrik çaydan dəstini, dəyəri 80 manat olan bir ədəd çaydanı, dəyəri 1700 manat olan 140 dioqnal ölçüdə “Samsunq” markalı televizoru, dəyəri 900 manat olan 60 dioqnal ölçüdə “Samsunq” markalı televizoru gizli talamaqla, ümumilikdə 14.260 manat məbləğində əmlakın oğurlandığını aşkar etmişdir. İbtidai istintaq zamanı 2 ədəd “Konfort” markalı kombi aparatları ona qaytarılmışdır. Zərərçəkmiş şəxs23 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 11860 manat tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs25 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Novxanı qəsəbəsində ona məxsus üzümlük sahəsi olan yerdə əşyaları saxlamaq üçün tikili bina olmuşdur. Həmin binanı saxlanc yeri kimi istifadə etmişdir. Ara bir həmin yerə gedib baş çəkmişdir. Sonuncu dəfə dekabr 2018-ci il tarixdə həmin yerə gedib baş çəkdikdə, orada olan bir ədəd dəyəri 1000 manat təşkil edən elektrik şitinin oğurlandığını aşkar etmişdir. Oğurluğu aşkar etdikdən sonra o, Abşeron RPİ-nə gəlmiş və oğurluq barədə ərizə yazmışdır. İbtidai istintaq zamanı 1 ədəd elektrik şiti ona qaytarılmışdır. Zərərçəkmiş şəxs25 təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs27 ifadəsində göstərmişdir ki, o, təxminən yeddi ildir ki, Abşeron rayonu Novxanı qəsəbəsi Q.Qasımzadə küçəsində ayrı-ayrılıqda iki fərdi yaşayış evi tikdirmişdir. Evlər tam təmirli olmuşdur. Hərdən yay aylarında onlar həmin evlərdə yaşamışlar. Havalar soyuduqdan sonra Bakı şəhərində yerləşən evlərinə getdiyinə görə həmin evlərə nəzarət etməyi qohumları Fərasət Sarıyevə tapşırmış və evlərinin qonşuluğundakı torpaq sahələrində kiçik evi müvəqqəti olaraq ona yaşamağa vermişdir. 25 dekabr 2019-cu il tarixdə Fərasət saat təxminən 08 radələrində ona zəng etmiş, həmin gecə Novxanıdakı evlərinə oğru girdiyini, televizorları və kombi aparatının oğurlandığını bildirmişdir. Bunu eşidən kimi dərhal həmin evinə gəlmiş və həqiqətən evinin qonaq otağındakı dəyəri 5000 manat olan böyük ölçülü “Sony” markalı televizorun, evin 2-ci mərtəbəsindəki yataq otağından dəyəri 1000 manat olan kiçik həcmli “Sony” markalı televizorun və dəyəri 1450 manat olan 1 ədəd “İtanbul” markalı kombi istilik aparatının oğurlandığını aşkar etmiş və bu barədə DİN-nin 102 Xidmətinə zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs27 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 7450 manat tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs28 ifadəsində göstərmişdir ki, onun Abşeron rayonu, Novxanı qəsəbəsində bağ evi olmuşdur. 16.03.2019-cu il tarixdə bağa gəlmiş, bağın darvazasının açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan başqa həyətdə olan əşyalara diqqət yetirərkən 1000 manat dəyərində “İmerqaz” markalı kombi aparatının, 70 manat dəyərində su mühərrikinin oğurlandığını aşkar etmişdir. Sonra evə daxil olmuş, qonaq otağındakı əşyalara diqqət yetirərkən otaqda 300 manat dəyərində Sony markalı televizorun oğurlandığını aşkar etmişdir. Bundan sonra, oğurluq barədə DİN-nin 102 Xidmətinə və Abşeron RPİ-nə müraciət etmişdir. Oğurluq nəticəsində ona 1370 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı Konfort markalı kombi aparatı və Soni Braviya markalı televizor ona qaytarılmışdır. Zərərçəkmiş şəxs28 təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs29 Münasib oğlu ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ə.Qarayev küçəsində yerləşən fərdi evində ailəsi ilə birlikdə yaşamışdır. 20 mart 2018-ci il tarixdə o, evinin qapı pəncərəsini bağlayıb ailəsi ilə birlikdə Novruz bayramı ilə əlaqədar olaraq Qəbələ rayonunun Vəndam qəsəbəsinə getmişlər. 24 mart 2018-ci il tarixdə təxminən saat 11-50 də o, ailəsi ilə birlikdə yaşadığı Binəqədi qəsəbəsinə gəlmişlər. O, evin 1-ci mərtəbsinin plastik pəncərəsinin açıq olduğunu görmüş və evin giriş qapısını açıb evə girmişdir. Evdə əmlakı dağınıq vəziyyətdə olmuşdur. Evin içərisinə baxdıqda evdən dəyəri 20 manat olan bir ədəd ev telefonu, dəyəri 50 manat olan bir ədəd bujiteriya, hər birinin dəyəri 15 manat olan, ümumi dəyəri 60 manat təşkil edən 4 ədəd gümüş üzüklərin, hər birinin dəyəri 17 manat təşkil edən cəmi dəyəri 50 manat olan 3 ədəd gümüş qolbağın, hər birinin dəyəri 5 manat olan, cəmi dəyəri 20 manat təşkil edən 4 ədəd gümüş sırğa, hər birinin dəyəri 20 manat olan cəmi dəyəri 40 manat təşkil edən 2 ədəd qol saatının, dəyəri 40 manat olan bir ədəd gümüş qolbağın, dəyəri 40 manat olan bir ədəd gümüş sepin, dəyəri 20 manat təşkil edən bir ədəd gümüş sırğanın, dəyəri 20 manat olan cəmi dəyəri 40 manat təşkil edən 4 ədəd fləşin oğurlandığı aşkar etmişdir. Bu barədə polisə ərizə ilə müraciət etmişdir. Oğurluğun kim tərəfindən edilməsini bilməmiş və heç kimdən şübhələnməmişdir. Cəmi ona 380 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxs29 Münasib oğlu məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 380 manat tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri Binəqədi rayonu, Göradil qəsəbəsində Fatmeyi bağlar massivində özünə məxsus 1346 saylı saylı bağ evi olmuşdur. Təmir işləri ilə əlaqədar olaraq bağ evində yaşamasa da, ayda 3-4 dəfə bağa gəlmiş baş çəkmişdir. Sonuncu dəfə 02 yanvar 2019-cu il tarixdə saat 10 radələrində bağ evinə baş çəkməyə gəlmiş və heç bir hadisə ilə rastlaşmamışdır. Evində hər şey öz yerində olmuşdur. Qapı pəncərəni bağlayıb şəhərdəki evinə getmişdir. 03 yanvar 2019-cu il tarixdə saat təxminən 19-20 radələrində bağ evinə baş çəkməyə gələndə, naməlum şəxslərin hasardan aşma yolu ilə evin bayır plastik pəncərəsinin dəmir barmaqlıqlarının sındırmaqla içəri daxil olduğunu, evdən oğurluq edildiyini, ev əşyalarının dağınıq halda yerə töküldüyünü aşkar etmişdir. Evə baxış keçirmiş və bağ evindən 1 ədəd “Demirdöküm” markalı su qızdırıcısının, 1 ədəd laqunda aparatının, 100 ədəd təzə elektrik razetkasının, 50 metr elektrik kabelin, 1 ədəd su qızdırıcısı qoşulan propan balonu aparatının oğurlandığını müəyyən etdikdən sonra dərhal DİN-nin 102 Xidmətinə məlumat vermiş və 4-cü polis şöbəsinə ərizə ilə müraciət etmişdir. 1 ədəd su qızdırıcısının dəyəri 50 manat, 1 ədəd laqunda aparatının dəyəri 100 manat, 100 ədəd elektrik razetkası dəyəri 300 manat, 50 metr elektrik kabeli dəyəri 20 manat, 1 ədəd su qızdırıcısı qoşulan propan balonu aparatının dəyəri 250 manat təşkil etmişdir. Plastik pəncərənin dəmir barmağlığı yerindən sökülərək sındırılmış vəziyyətdə, evin sol küncündə divarda asılmış vəziyyətdə olmuşdur. Plastik pəncərənin bir tayı isə sıxılma yolu ilə açılmışdır. Ev dağınıq vəziyyətdə olmuşdur. Qeyd etdiyi əşyalardan savayı evindən heç nə oğurlanmamışdır. Polis əməkdaşları evinə gəlmiş, oğurluq faktını yoxlayıb baxış protokolu yazmışlar. Oğurluq nəticəsində ona cəmi 770 manat məbləğində maddi ziyan dəymişdir. Oğurluğun kim tərəfindən edildiyini bilməmiş və heç kimdən şübhələnməmişdir. Zərərçəkmiş şəxs8 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 770 manat tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs38 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsi, döngə 13-də həyətyanı sahəsi olmaqla həmin yerdə yaşayış evi vardır. Müəyyən səbəblərdən o, həmin evdə yaşamamışdır. Lakin həftədə sözügedən evə baş çəkmişdir. Sonuncu dəfə 20 gün öncə həmin evə baş çəkməyə getmiş və evdə heç bir hadisə ilə rastlaşmamışdır. 27 may 2018-ci il tarixdə saat 11 radələrində həmin evə baş çəkməyə getmiş, bu zaman naməlum şəxslərin hasardan aşmaqla həyətə girdiklərini, həyətdə yerləşən saxlanc yeri olan hamam otağına girildiyini və divara quraşdırılmış bir ədəd su qızdırıcısını (kolonka) və bir ədəd su nasosunun oğurlandığını aşkar etmişdir. Su qızdırıcı nasosun və su mühərrikinin dəyəri 1580 manat məbləğində olmuşdur. Oğurluğun kim tərəfindən edildiyini bilməmiş və heç kimdən şübhələnməmişdir . Zərərçəkmiş şəxs38 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 1500 manat tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs40 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosessi döngə 9-da fərdi yaşayış evi olmuşdur. 18 iyun 2018-ci il tarixdə saat 05 radələrində o, ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxmış, istirahət etmək üçün Xaçmaz rayonunun Nabran qəsəbəsinə getmişdir. 24 iyun 2018-ci il tarixdə saat 12 radələrində o, ailə üzvləri ilə birlikdə yaşadığı evə gəlmiş və evin həyətinin giriş qapısının içəridən bağlı olduğunu görmüşdür. Bu onda şübhə yaratdığı üçün o, hasardan aşaraq həyətə girmiş və həyətinə baxış keçirən zaman evin zirzəmisinin plastik pəncərəsinə bərkidilmiş dəmir barmaqlığın yerindən çıxarılaraq pəncərənin açıldığını görmüşdür. Həmin vaxt o, dərhal evin zərzəmisinə daxil olmuş, ora baxış keçirmiş və oradan 03 ədəd hər birinin dəyəri 280 manat olan, cəmi dəyəri 840 manat təşkil edən qaz piltələrini, 01 ədəd sadə su qızdırıcısını, 01 ədəd 60 manat dəyərində kiçik laqondanı, 01 ədəd 180 manat dəyərində böyük laqondanı, 01 ədəd “Boşş” markalı 250 manat dəyərində perferatoru, 01 ədəd 100 manat dəyərində cəryanla işləyən direli və bir ədəd 180 manat dəyərində cəryansız işləyən direli, ümumilikdə 2040 manat məbləğində əmlakı gizli yolla talandığını bilmişdir. Oğurluq hadisəsi 2018-ci ilin iyun ayının 18-dən 24 iyun 2018-ci il tarixə kimi olan müddət ərzində olmuşdur. Oğurluğun kim tərəfindən edildiyini bilməmiş, heç kimdən şübhələnməmişdir. Bundan sonra dərhal oğurluq barədə polisə məlumat vermişdir. Zərərçəkmiş şəxs40 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 2040 manat tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs43 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi, 1-ci keçid, 2-ci döngə, 6 saylı fərdi yaşayış evi olmuşdur. 2018-ci ilin sentyabr ayının 2-də saat 11-dən evdən çıxmış və axşam saat 19-30 da evə qayıtmışdır. Evə girmiş, evin əşyalarının dağınıq olduğunu görmüşdür. Evə nəzər yetirdikdə, oradan dəyəri 200 manat olan bir ədəd latindan hazırlanmış samovarın, dəyəri 100 manat olan “Boşh” markalı laqondanın, dəyəri 300 manat olan bir ədəd “Makita” markalı lobzik, dəyəri 80 manat olan bir ədəd Boşh markalı direlin, dəyəri 180 manat olan bir ədəd “Kevinner” markalı preferatorun oğurlandığını aşkar etmiş və ümumilikdə 860 manat məbləğində əmlakın oğurlandığını bilmişdir. Sonra bu barədə polisə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs43 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 300 manat tutulmasını xahiş etmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı “Nakita” markalı lobzik, 1 ədəd “Kvinner” markalı preferator və 1 ədəd direl Zərərçəkmiş şəxs43 qaytarılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs46 Rüzigar oğlu ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin mart ayında Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda Yanğından mühafizə xidmətinin binasının arxasında yerləşən Şahid17 məxsus evdə usta Zərərçəkmiş şəxs47 ilə birlikdə təmir işləri aparmışlar. O, həmin evdə rəngsaz, santexnik, kafel metlax, elektrik işləri görmüşdür. 29 mart 2019-cu il tarixdə onun mobil telefonuna ev sahibi Şahid17 zəng etmiş, səhər saatlarında evə gəldikdə evin plastik pəncərəsinin açıldığını və evdən onlara məxsus təmir üçün nəzərdə tutulan alətlərin oğurlandığını aşkar etdiyini bildirmişdir. Ona evə gəlməyini xahiş etmişdir. O, Şahid17 evinə gəlmiş və oğurluq olduğunu yəqin etmişdir. Bundan sonra, təmir alətlərinə nəzər yetirdikdə ona məxsus olan dəmir və taxta kəsən böyük və kiçik həcmli 2 ədəd laqonda, taxta kəsmək üçün mişar (lobzik), bir ədəd kafel kəsən, bir ədəd plastik boruları birləşdirən payka ütü aparatının, bir ədəd mikser və bir ədəd direlin oğurlandığını dəqiqləşdirmişdir. Oğurluqla bağlı o, Binəqədi RPİ-nin 4-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Oğurlanmış əşyaları tapılarsa o, onları formalarına, xarci görkəminə görə tanıya biləcəyini qeyd etmişdir. Oğurluq hadisəsinin kim tərəfindən törədilməsi ona məlum olmamışdır. Həmin əşyaların evdə qalmasına səbəb isə onların orada olan təmir işlərini davam etdirmək olmuşdur. Həmin əşyalardan 1 ədəd dəmir və taxta kəsən böyük həcmli laqondanın dəyəri 180 manat, kiçik həcmli 1 ədəd laqondanın dəyəri 100 manat, taxta kəsmək üçün mişar (lobzik) dəyəri 65 manat, bir ədəd kafel kəsən alətin dəyəri 175 manat, bir ədəd plastik boruları birləşdirən payka ütü aparatının dəyəri 80 manat, bir ədəd mikser üçün direlin dəyəri 85 manat olmuşdur. Ümumilikdə ona 685 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs46 Rüzigar oğlu məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 685 manat tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs48 Saməddin oğlu ifadəsində göstərmişdir ki, o, Ucar rayonu Yuxarı Şilyan kəndində qeydiyatda olsa da, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi yeni yaşayış massivində nömrəsiz evdə ailəsi ilə birlikdə yaşamışdır. O, 17 yanvar 2019-cu il tarixdə ailə üzvləri ilə birlikdə qeydiyyatda olduğu Ucar rayonuna getmiş, bir neçə gün rayonda qalmış və 20 yanvar 2019-cu il tarixdə saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən evinə gəlmiş və evinin plastik pəncərəsinə müdaxilə olunaraq açıldığını aşkar etmişdir. Bundan sonra o, evin içərisində otaqlara baxış keçirtmiş və evdə qonaq otağından dəyəri 830 manat olan LG markalı plazma televizorunun, həmin otaqda olmuş dəyəri 80 manat olan peyk antena aparatının, yataq otağındakı paltar dolabında açılmış özünə məxsus sarı rəngli pencəyinin iç cibində saxladığı 100 ədəd 5 manatlıq əskinazların, 100 ədəd 1 manatlıq pul əskinazlarının, yataq otağındakı paltar dolabında şüçə qabda saxladığı ümumi məbləği təxminən 200 manat təşkil edən müxtəlif pul əskinazlarının oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1710 manat məbləğində maddi ziyan vurulmuşdur. Oğurluğun onun evindən kim tərəfindən edilməsini bilməmiş və heç kimdən konkret olaraq şübhələnməmişdir. Baş vermiş oğurluqla bağlı o, oğurluğu aşkar etdiyi gün Binəqədi RPİ-nin 4-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Müraciətindən sonra evinə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirmişlər. Zərərçəkmiş şəxs48 Saməddin oğlu məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 1710 manat tutulmasını xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs51 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Gülüstan küçəsi 12 ev 8-də ailəsi ilə birlikdə yaşayır. 2018-ci ilin avqust ayının sonlarında o, ailəsi ilə birlikdə şəxsi işi ilə bağlı Lənkəran rayonuna getmiş, 2018-ci ilin oktyabr ayının 31-də Gülüstan qəsəbəsində yerləşən evinə gəlmiş və həyətimin darvaza qapısının açıq şəkildə görmüş və həyətə girdikdə evin bayır hissəsində sağ divarda quraşdırdığı saxlanc plastik yeşiyinin oğurlandığını və onun içərisində saxladığı “Neoterm” markalı kombinin və onun yanında olan enerji tənzimləyicinin oğurlandığını aşkar etmişdir.Tənzimləyicinin dəyəri 50 manat, kombi aparatının dəyəri 750 manat, plastik yeşiyin dəyəri isə 200 manat olmuşdur. Cəmi ona 1000 məbləğində maddi ziyan dəymişdir. Oğurluğu kim tərəfindən edildiyini bilməmiş və heç kimdən şübhələnməmişdir. Evə isə oğrular girməmişdilər. Oğurlanmış əşyaları tapılarsa o, onları markasına formasına, rənginə və qurluşuna görə tanıya biləcəyini bildirmişdir. Qeyd olunanlardan savayı başqa heç nə oğurlanmamışdır. Zərərçəkmiş şəxs51 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 1000 manat tutulmasını xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs50 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Binəqədi rayonu Novxanı bağlar massivində bağ evi olmuşdur. Həmin bağda mövsümlə əlqaədar may ayından avqust ayına kimi yaşamışlar. Bağ evində olmadıqda isə Azər adlı bağban həmin evə nəzarət etmişdir. Azər həmin bağ həyətində ayrıca tikilidə ailə üzvüləri ilə birlikdə yaşamışlar. 29 dekabr 2018-ci il tarixdə səhər vaxtı bağban Azər ona zəng vurmuş, bağa hasardan aşmaqla naməlum şəxsin daxil olduğunu, əl damından işıq generatorunun oğurlayaraq aparıldığını bildirmişdir. Bundan sonra o, DİN-nin 102 Xidmətinə oğurluq barədə məlumat vermişdir. Bağ evindən işıq generatorundan savayı başqa heç nə oğurlanmamışdır. Oğurlanmış generatorun dəyəri 3000 manat təşkil etmişdir. Həmin oğurluq hadisəsi 29 dekabr 2018-ci il tarixə keçən gecə olmuşdur. Zərərçəkmiş şəxs50 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 3000 manat tutulmasını xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs41 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivində fərdi yaşayış evi olmuşdur. Son vaxtlar həmin evdə təmir işləri aparmışdır. Bununla bağlı o, həmin evə 15 iyul 2018-ci il tarixdə getmişdir. Həmin vaxtı evin içərisində olan hər şey öz yerində olmuşdur. Bundan sonra o, növbəti dəfə 19 iyul 2018-ci il tarixdə yaşadığı evə gedən zaman, evə girərkən sağ tərəfdə təmirsiz otağın pəncərəsinin açıq olduğunu görmüş və həmin otaqdan dəyəri 150 manat olan bir dəd laqondanın, dəyəri 120 manat olan bir ədəd drelin, dəyəri 120 manat olan perferatorun, hər birinin dəyəri 100 manat olan cəmi dəyəri 200 manat təşkil edən 2 ədəd drelin, hər birinin dəyəri 80 manat olan cəmi dəyəri 160 manat təşkil edən 2 ədəd taxta kəsən lobziqi, dəyəri 500 manat olan bir ədəd taxta kəsən aparatın, dəyəri 300 manat olan bir ədəd od samovarın, dəyəri 40 manat olan bir ədəd elektrik samovarın, dəyəri 80 manat olan olan bir ədəd su mühərrikinin və dəyəri 120 manat olan 120 metr uzunluğunda elektrik naqilinin oğurlandığını aşkar etmişdir. Ümumilikdə ona 1790 manat məbləğində maddi ziyan dəymişdir. Bundan sonra o, ərizə ilə polisə şikayət etmişdir. Oğurluğun kim tərəfindən edildiyini bilməmiş və heç kimdən şübhələnməmişdir. Zərərçəkmiş şəxs41 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 1790 manat tutulmasını xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, onun Binəqədi rayonu, Göradil qəsəbəsi, M.S.Ordubadi küçəsində özünə məxsus bağ evi olmuşdur. Mövsumü olaraq həmin evdə yaşamış, əksər vaxtları isə Nərimanov rayomunda yerləşən evində yaşadığını bildirmişdir. 23 aprel 2018-ci il tarixdə bağ evinə baxan gözətçi Taleh ona zəng etmiş və evindən oğurluq olduğunu bildirmişdir. Dərhal bağ evinə gəlmiş, evə girib otaqlara baxış keçirmiş, qonaq otağından 02 ədəd “Samsunq” və Poverfill” markalı” televizorların oğurlandığını aşkar etmişdir. Qeyd olunanlardan savayı evdən heç nə oğurlanmamışdır. Bundan sonra, polisə ərizə ilə müraciət etmişdir. Oğurlanmış “Samsunq markalı televizorun dəyəri 2000 manat, Roverfill markalı televizorun dəyəri isə 1500 manat olmuşdur. Ümumilikdə ona 3500 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxs15 ərizə ilə məhkəməyə müraciət edərək heç bir şikayət, tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, 10 mart 2018-ci il tarixdə səhər evdə olmuş, saat təxminən 08-30 radələrində dayısı Xəlilov Məhəmməd ona zəng etmiş və evə oğru girdiyi barədə, eləcə də evə gedib baxmasını bildirmişdir. O, da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosessinin kənarında yerləşən 53 saylı evinə getmiş və evdə usta işləyən Zərərçəkmiş şəxs17la rastlaşmış, oğurluq barədə polisə məlumat vermiş, evin plastik pəncərəsinin açıldığını görmüş, evdən dəyəri 135 manat təşkil edən razetkanı və işığı yandırıb söndürəni, dəyəri 30 manat olan bir ədəd işıq şitini, dəyəri 48 manat olan 15 ədəd cəryan avtomatını, dəyəri 45 manat olan antena kabelini dəyəri 20 manat olan bir ədəd qaz siqnalizasıyasını, dəyəri 80 manat olan santexnik avadanlıqlarını, ümumilikdə onun 358 manat məbləğində əmlakının gizli yolla talandığını bildirmiş, bundan əlavə həmin vaxtı qeyd olunan mənzildə olan Zərərçəkmiş şəxs17 məxsus, dəyəri 120 manat olan bir ədəd laqondanı, dəyəri 280 manat olan bir ədəd Almanya istehsallı qaynaq aparatını, cəmi dəyəri 310 manat olan 2 ədəd perefaratoru, cəmi dəyəri 130 olan 2 ədəd drelin talandığını ona ümumilikdə 840 manat məbləğində ziyan vurulduğunu qeyd etmişdir. Zərərçəkmiş şəxs16 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 840 manat tutulmasını xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, onun Binəqədi rayonu Göradil qəsəbəsində 49 saylı bağ evi olmuşdur. Həmin bağ evdə ancaq yay mövsümündə yaşamışlar. O, 2017-ci ilin dekabr ayının 21-də axrıncı dəfə bağa gəlmiş və ora baş çəkmiş, hər şeyin öz yerində olduğunu müəyyən etmişdir. 2018-ci ilin yanvar ayının 21-də o, bağ evinə baş çəkməyə gələndə, naməlum şəxslər tərəfindən 49 saylı bağ evinin giriş qapısının qfılını sındıraraq evə daxil olduqlarını, oradan bir ədəd dəyəri 700 manat olan “Samsunq” markalı televizorun, dəyəri 200 manat olan 1 ədəd “Dops” markalı tozsoran aparatını, hər birinin dəyəri 300 manat olan cəmi dəyəri 600 manat təşkil edən 2 ədəd rəsm əsərini, dəyəri 200 manat olan gödəkcəni və dəyəri 2000 manat olan qədimi samovarı talamaqla ümumilikdə 3700 manat məbləğində əmlakım oğurlanmışdır. Oğurluq barədə polisə məlumat vermişdir. Oğurluğu kim etdiyini bilməmiş və heç kimdən şübhələnməmişdir. Qeyd olunan əşyalardan savayı heç nə oğurlanmamadğını qeyd etmişdir. Zərərçəkmiş şəxs20 ərizə ilə məhkəməyə müraciət edərək heç bir şikayət, tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Binəqədi rayonu, Novxanı şosessi, V.Ağayev küçəsində fərdi yaşayış evi olmuşdur. 31 yanvar 2019-cu il tarixdə təxminən saat 19 radələrində o, bağ evindən çıxıb şəhərdə yerləşən evinə gəlmişdir. 01 fevral 2019-cu il tarixdə saat təxminən 9-30 da ona bağ evinin gözətçisi Azad onun mobil telefonuna zəng etmiş, bağ evində oğurluq olduğunu bildirmişdir. O, dərhal DİN-nin 102 xidmətinə zəng etmiş və oğurluq edilməsi barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra, əməliyyat-operativ qrupun bağ evinə yollandığı barədə məlumat verilmişdir. O, da həmin bağ evinə gəlmişdir. Bağ evinə onun iştirakı ilə baxış keçirilərkən oğruların evin giriş qapılardan birini sındırıb qıraraq evə girdikləri, oradan yəni evin 1-ci mərtəbəsinin dəhlizində yerləşən pilləkanın altından 3 ədəd tufəng oğurlandığını aşkarlanmışdır. Həmin tüfənglərdən biri ij-58 2 lüləli 16 çaplı 173406 nömrəli olmuşdur. Həmin yivsiz tüfəngin ona aid olmasına dair sənəd olmuşdur və onu polisə təqdim etmişdir. Həmin tüfəngin dəyəri 1500 manat olmuşdur. Tir tüfəngələri Almanya istehsallı olmuşdur. Onlardan biri köhnə, lakin istifadəyə yararlı olmuşdur. Həmin tifəng təxminən 50 ildir onun evində olmuşdur və ona məxsus olmuşdur. Həmin tir tüfənginin dəyəri təxminən 1000 manat olmuşdur. 2ci tir tüfəngi isə təzə olmuş, təxminən 2 il bundan əvvəl Almaniyada olarkən almışdır. Həmin tir tüfəng optik cihazlı və istifadəyə yararlı olmuşdur. Onun dəyəri isə 1500 manat olmuşdur. O, tüfənglərini görəsə onları xarici görkəminə, modelinə görə tanıya biləcəyini qeyd etmişdir. Qeyd olunanlardan savayı onun evindəki mətbəxtdən stolun üzərindən bir ədəd dəyəri 50 manat olan gödəkcə-canlıq, dəyəri 150 manat təşkil edən ov gödəkcəsi, 2-ci mərtəbədə yerləşən yataq otağından hər birinin dəyəri 300 manat təşkil edən xarici istehsallı ümumi dəyəri 600 manat təşkil edfən kişi duxusu oğurlanmışdır. Evin giriş qapısı palıd ağacından hazırlanmış, həmin qapı sındırılaraq yararsız hala salınması nəticəsinə ona 3000 manat məbləğində maddi ziyan dəymişdir. Oğurlanmış əmlakın ümumi dəyəri 4800 manat olmuşdur. Sınmış qapı ilə birlikdə ümumi maddi ziyan isə 7800 manat təşkil etdimişdir. O, gözətçi olan Azad kişidən harada olmasını soruşmuşdur ki, bu oğurluq baş vermişdir. O, ona həmin gün yəni 31.01.2019-cu il tarixdə saat 20- 00 dan saat 21-20-yə kimi evdə olmadığını, öz evinə şam yeməyinə getdiyini və səhəri günü isə oğurluğu aşkar etməsini bildirmişdir. Zərərçəkmiş şəxs14 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 3750 manat tutulmasını xahiş etmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı 1 ədəd canlıq və 1 ədəd tir tüfəngi Zərərçəkmiş şəxs14 qaytarılmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs45 ifadəsində göstərmişdir ki, onun Abşeron rayonu, Goradil qəsəbəsində qardaşı X15 məxsus fərdi yaşayış evi olmuşdur. O, qardaşı və anası ilə birlikdə həmin ünvanda yaşamışdır. 09 mart 2019-cu il tarixdə ailəsi ilə birlikdə Goradil qəsəbəsində yerləşən bağ evindən çıxmış Bakı şəhərinə yerləşən evlərinə gəlmişlər. 18 mart 2019-cu il tarixdə səhər vaxtı saat təxminən 10 radələrində qardaşı X39 rayonu Goradil qəsəbəsində yerləşən bağ evinə gəlmiş, evə daxil olduqdan sonra evdə oğurluq olduğunu aşkar etmiş və bu barədə ona məlumat vermişdir. Qardaşı onun xahişi ilə oğurluq barədə polisə ərizə vermişdir. Sonra evə gəlmiş, evdən aşağıda göstərdiyi əşyaların oğurlandığını müəyyən etmişdir. Belə ki, evdən dəyəri 1300 manat olan bir ədəd “Radiand” markalı kombi aparatının, dəyəri 2000 manat olan bir ədəd “Sony Braviya”markalı televizorun, dəyəri 600 manat olan bir ədəd “Tomas Aqua” markalı tozsoran aparatını, dəyəri 400 manat olan bir ədəd “Fosil” markalı qol saatının, dəyəri 100 manat olan bir ədəd saç qurudan feni, hərbirinin dəyəri 50 manat olan, cəmi dəyəri 100 manat təşkil edən 2 ədəd saç qaynaq aparatını, dəyəri 25 manat olan bir ədəd idman əlcəyinin, hər cütü 200 manat olan cəmi dəyəri 1000 manat təşkil edən 5 cüt qadın ayaqqabısının, dəyəri 100 manat olan kişi geyim şalvarını, dəyəri 50 manat olan bir ədəd qısaqol köynəyin, dəyəri 85 manat olan bir ədəd drelin, dəyəri 45 manat olan bir ədəd lobzikin, dəyəri 50 manat olan bir ədəd qan təzyiqi ölçən cıhazın, dəyəri 50 manat olan bir ədəd qadın gödəkcəsinin, dəyəri 100 manat olan bir ədəd “Saz” markalı modem aparatının, dəyəri 20 manat olan bir bultuzlu səs gücləndiricinin, dəyəri 250 manat olan müxtəlif çeşidli spirtli içkilərin oğurlandığını aşkar etmişdir. Ümumilikdə ona 5275 manat məbləğində maddi ziyan dəymişdir. Faktiki olaraq bütün bü əşyaların ona məxsus olduğunu qeyd etmişdir. Oğurluğun kim tərəfindən edildiyini bilməmiş və heç kimdən şübhələnməmişdir. Zərərçəkmiş şəxs45 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 5275 manat tutulmasını xahiş etmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı 1 ədəd “Radinad” markalı kombi aparatı, 1 ədəd tozsoran aparatı, 1 cüt əlcək, 3 cüt qadın ayaqqabıları Zərərçəkmiş şəxs45 qaytarılmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs47 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilun mart ayında Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda Yanğından mühafizə xidmətinin binasının arxasında yerləşən vət. Şahid17 məxsus evdə usta Zərərçəkmiş şəxs46lə birlikdə təmir işləri aparmışlar. O, həmin evdə tamet işləri görmüşdür. 29 mart 2019-cu il tarixdə onun mobil telefonuna ev sahibi Şahid17 zəng etmiş, səhər saatlarında evə gələdikdə evin plastik pəncərəcinin açıldığını və evdən onlara məxsus təmir üçün nəzərdə tutulan alətlərin oğurlandığını aşkar etməsini bildirmişdir. Onun da evə gəlməyini xahiş etmişdir. O, Şahid17 evinə gəlmiş və oğurluq olduğunu yəqin etmişdir. Bundan sonra təmir alətlərinə nəzər yetirdikdə ona məxsus olan bir ədəd laqonda, rezin çəkic, dəmir cəkic oğurlandığını aşkar etmişdir. Həmin əşyalarda bir ədəd laqondanın dəyəri 160 manat, bir ədəd rezin çəkic dəyəri 50 manat, bir ədəd dəmir cəkic dəyəri 2 manat olmuşdur. Ümumilikdə ona 212 manat məbləğində maddi ziyan dəymişdir. Oğru evə plastik pəncərəni sıxıb açmaqla daxil olmasını müəyyən etmişlər. Oğurluğu kim tərəfindən edilməsini bilməmiş və heç kimdən şübhələnməmişdir. O, oğurlanmış əşyalarını görərsə onları xarici formalarına, qurluşuna görə tanıya biləcəyini qeyd etmişdir. Oğurluq barədə o, 4-cü polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs47 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət,tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs26 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri,M.Hüseynzadə ev 1A,mənzil 27-də yaşamış, özü isə Cəlilabad rayonunda vəkil işləmişdir. Təxminən 8 ildir ki, Abşeron rayonu, Novxanı qəsəbəsində aldığı 8 sot torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evinin tikintisini başa çatdırıraraq təmir etmiş və məişət əşyaları ilə təhciz etmişdir. Həmin evdə yay fəslində yaşamışdır. Buna baxmayaraq boş vaxtlarında mütamadi olaraq həmin evə baş çəkməyə getmişdir. Axrıncı dəfə 25 mar 2019-cu il tarixdə evinə baş çəkmiş hər şeyin öz yerində olduğunu görmüş, qapı və pəncərələri bağlayaraq Xırdalan şəhərindəki evinə qayıtmışdır. 11 aprel 2019-cu il tarixdə təxminən saat 18 radələrində həmin evinə növbəti dəfə baş çəkməyə getdiyi vaxtı qonaq otağındakı ensiz plastik pəncərələrdən birinin açıq olduğunu və həmin otaqdakı 1200 manata aldığı “samsunq” markalı televizorun yerində olmadığını görmüş və evinə oğru girdiyini yəqin etmiş, başqa nələrin oğurlanmasını müəyyən etmək üçün tez evin ikinci mərtəbəsinə qalxmışdır. Həmin vaxtı oradakı yataq otağının divarına bərkidilmiş təxminən 500 manata aldığı “LG” markalı televizorun da yerində olmadığını görmüş və hər iki televizorun evə girmiş oğrular tərəfindən oğurlandığını yəqin etmiş və bu barədə DİN-nin 102 xidmətinə zəng etmişdir. Oğurluğun kim tərəfindən edildiyini bilməmişdir. Oğurluq nəticəsində ona cəmi 1700 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs26 məhkəməyə teleqramla müraciət edərək təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs31 ifadəsində göstərmişdir ki, o, ünvan 21 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. Onun Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində bağ evi olmuşdur. Demək olar ki, hər hətədə bir-iki dəfə bağ evinə gedib baş çəkmişdir. Qış mövsümü olduğu üçün bağ evində qalmamışdır. Sonunsu dəfə o, bağ evinə 10 fevral 2019-cu il tarixdə gəlmiş və axşam saatlarında çıxıb şəhərdəki evinə getmişdir. 17 fevral 2019-cu il tarixdə təxminən saat 13-30 radələrində o, həmin bağ evinə gələn zaman bağ evinin arxa hissəsində saxlanc otağında yerləşən və divara quraşdırılmış bir ədəd “İmerqaz”32 markalı kombi aparatının yerindən sökülərək çıxarıldığını və oğurlandığını aşkar etmişdir. Sonra o, evin sağ yan hissəsində yerləşən plastik pəncərənin açıq vəziyyətdə görüb evin içərisinə baxmış, lakin evdən heç bir əşya oğurlanmadığını müəyyən etmişdir. Kombi aparatının oğurlandığını aşkar etdikdən sonra, mən DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və sonra polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonra polis əməkdaşları evə gəlmişlər və baxış protokolu yazmışlar. Oğurluğun kim tərəfindən edildiyini bilməmiş, heç kimdən şübhələnməmişdir. Oğurlanmış İmerqaz markalı kombi aparatı təzə olmuş və onun dəyəri 1500 olmuşdur. Oğurluq hadisəsi 10 fevral 2019-cu ildən həmin ayın 17-nə kimi olan müddət ərzində olmuşdur. Kombi aparatını görərsə, onu markasına, rənginə və qurluşuna görə tanıya biləcəyini qeyd etmişdir. Zərərçəkmiş şəxs31 məhkəməyə ərizə ilə müraciət edərək oğurlanmış əşyaların geri qaytarıldığını və təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət,tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs32 ifadəsində göstərmişdir ki, o, onun özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində 291 saylı bağ evi olmuşdur. O, hərdən bir bağ evinə getmiş, bağa baş çəkmişdir. Sonuncu dəfə 2017-ci ilin dekabr ayının 3-də baö evində olmuşdur. Həmin vaxt hər şey öz qaydasında olmuşdur. 03 yanvar 2018-ci il tarixdə saat 13-30 da həmişəki kimi bağ evinə gəlmiş və bağ evinə girdikdə evin plastik pəncərəsinin dəmir barmağlığının qırıldığı və pəncərənin açıq vəziyyətdə olduğunu görmüşdür. Evə girmiş və evdən 830 manat dəyərində bir ədəd “Samsunq” markalı televizorun, bir ədəd “DVD-Player” markalı aparatın, bir ədəd peyk antenasının talandığını bildirmişdir. “Samsunq” markalı televizorun dəyəri 830 manat, bir ədəd “DVD-Player” markalı aparatın dəyəri 170 manat, bir ədəd peyk antenasını dəyəri isə 500 manat olmuşdur. Oğurlanmış əşyalarım tapılarsa o, onları formasına, qurluşuna, markasına görə tanıya biləcəyini söyləmişdir. Oğurluq hadisəsi 2017-ci ilin dekabr ayının 3-dən 2018-ci ilin yanvar ayının 3-nə kimi olan müddət ərzində gecə saatlarında olmuşdur. Zərərçəkmiş şəxs32 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 1500 manat tutulmasını xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs52 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, ünvan 23 ünvanda özünə məxsus fərdi bağ evi olmuşdur. Həmin evdə yay mövsumündə yaşamışlar. 2019-cu ilin fevral ayının 4-də axşam saatlarında bağ evindən çıxıb şəhərdəki evinə getmişdir. Qapı və pəncərələri bağlamışdır. 09 fevral 2019-cu il tarixdə saat 15 radələrində evə baş çəkməyə gəldikdə yaşayış evinin yataq otağının almunium pəncərəsinin dəmir barmağlığının sındırılaraq pəncərəni aralamaqla evə naməlum şəxslərin daxil olduğunu aşkar etmiş və evə baxanda, yataq otaqındakı paltar dolabından bir ədəd boz rəngdə dəyəri 50 manat olan kişi pencəyi, bir ədəd dəyəri 30 manat olan kişi jiletinin, evin qarajından dəyəri 1000 manat olan qədimi samovarın, mətbəxt otağından dəyəri 100 manat olan bir ədəd elektrik somovarının, dəyəri 400 manat olan gümüş və bürünc qab dəstlərini, hamam otağından bir ədəd dəyəri 1400 manat təşkil edən “Unikal-32” kombi istilik sisteminin, dəyəri 200 manat təşkil edən qaynaq aparatının, dəyəri 80 manat olan bir ədəd Boşş” markalı pereferatorun, dəyəri 100 manat təşkil edən bir ədəd qaynaq ütüsünün, ümumilikdə 3360 manat məbləğində əmlakıın talandığını aşkarlamış və bu barədə polisə ərizə ilə müraciət etmişdir. O, evindən kim tərəfindən oğurluq edildiyini bilməmiş və heç kimdən şübhələnməmişdir. Zərərçəkmiş şəxs52 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 3360 manat tutulmasını xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs36 ifadəsində göstərmişdir ki, o, Zaqatala rayonu, Y.Tala kəndində qeydiyyatda olmaqla ünvan 24 ünvanında yaşamışdır. Onun Bakı şəhəri, Binəqədi rayonu DSK yolu adlanan ərazidə bir həyətdə mərmər sexi və ona bitişik bir kürsülü yaşayış evi olmuşdur. Mərmər sexində mərmər daşlarından müxtəlif heyvan heykəlləri, əşya və digər məsullar istehsal edib satışı ilə məşğul olmuşdur. Hər gün səhər saatlarında sexi açıb işlətmiş və axşam saat 18-19 radələrində sexi bağlayıb Bakı şəhərindəki eviinə getmişdir. 2018-ci ilin avqust ayının əvvəllərində dəqiq tarix yadında qalmamış, o, sexə gəldikdə sexdən bir ədəd mərmərdən olan əl üz yuyanın (moyka) oğurlandığını aşkar etmişdir. Lakin darvaza qapısı bağlı olduğundan həmin moykanın ola bilsin hasardan aşırma yolu ilə oğurlandığını zənn etmişdir. Lakin, o, hesab etmişdir ki, kimsə həmin moykanı götürüb və qaytarar. Bu hadisədən bir həftə sonra yəni 2018-ci ilin avqust ayının ortalarında o, səhər sexə gəlmiş və sexə baxdıqda sexin arxa dəmir qapısının kilidinin qırıldığını və sexin işərisindən mərmərdən düzəldilmiş şir heykəli, qartal heykəli, telefon apararı üçün nəzərdə tutulan qara mərmər stun, qara mərmərdən düzəldilmiş iri güldanın oğurlandığını, evin isə plastik qapısının qırıldığını və evin içərisindən bir ədəd Samsunq markalı məişət ütüsünün, bir ədəd Samsunq markalı soyuducunun, evin bayır hissəsində divara quraşdırılmış “Samsunq” kondinsonerin mühərrikininin oğurlandığını aşkar etmişdir. O, bu oğurluqla bağlı heç kimdən şübhələnmədiyi üçün rəsmi olaraq polisə şikayət etməmişdir. Sonra polisə ərizə vermiş, oğurluq etmiş şəxslərin müəyyən edilməsi qərarına gəlmişdir. Bu səbəbdən o, rəsmi olaraq 08 oktyabr 2018-ci il tarixdə 4-cü polis şöbəsinə ərizə ilə oğurluq barədə müraciət etmişdir. Oğurlanmış mərmərdən olan əl üzyuma qabının dəyəri 3000 manat, mərmər şir heykəlinin dəyəri 150 manat, mərmər qartal heykəlinin dəyəri 500 manat, telefon apararı üçün nəzərdə tutulan qara mərmər stun dəyəri 450 manat, qara mərmərdən düzəldilmiş iri güldanın dəyəri 450 manat, mərmər güldanın dəyəri isə 600 manat olmuşdur. Samsunq markalı soyuducunun dəyəri 1200 manat, məişət ütüsünün dəyəri 150 manat, Samsunq markalı kondinsonerin müəhərrikinin dəyəri isə 400 manat olmuşdur. Ümumilikdə mənə 6900 manat məbləğində maddi ziyan vurulmuşdur. Oğurlanmış əmlakı tapılarsa o, onları xarici görkəminə, formalarına görə tanıya biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs36 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 6900 manat tutulmasını xahiş etmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı bir ədəd mərmər güldan, mərmər şir və qartal heykəlləri, bir ədəd mərmər telefon altı sutun Zərərçəkmiş şəxs36 qaytarılmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs42 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayuonu, Biləcəri qəsəbəsində övladı üçün fərdi yaşayış rvi tikdirmişdir.Orada yaşayış olmadığı üçün o, həmin evi satmaq qərarına gəlmişdir. 2018-ci ilin iyun ayının əvvəllərində evə müştəri tapmaq üçün evin açarlarını Biləcəri qəsəbəsində işləyən bir nəfər maklerə vermiş və təxminən 3-4 gün sonra evə baxmaq üçün getmiş, evdən kombi aparatının oğurlandığını aşkar etmişdir. Həmin vaxtlarda o, X34 ziyarətinə getdiyi üçün bu barədə polisə şikayət etməmişdir. Həmin makleri çağırmış və kombinin oğurlanmasını ona demiş, o, isə həmin evi kombisiz satacağını söyləmişdir. 15 gündən sonra Bakı şəhərinə qayıtmış 18 iyun 2018-ci ildə tarixdə təkrar evə baxmış və evin elektrik naqillərinin şitinin oğurlandığını aşkar etmişdir və bundan sonra polisə ərizə ilə müraciət etmişdir. Kombi aparatının dəyəri 1000 manat, elektrik tənzimləyici şitin dəyəri isə 100 manat olmuşdur. Qeyd olunanlardan savayı zirzəmidən hüç nə oğurlanmamışdır. Oğrular evin plastik pəncərəsini sındırmaq yolu ilə oğurluq etmələri müəyyən edilmişdir. Zərərçəkmiş şəxs42 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı bir ədəd enerji tənzimləyicisi Zərərçəkmiş şəxs42 qaytarılmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs44 ifadəsində göstərmişdir ki, o, 05 may 2018-ci il tarixdə saat təxminən 10-30 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 43 ünvanından ailəsi ilə birlikdə çıxmış saat 18- radələrində evə qayıtmış və evin pəmcərəsinin açıq olduğunu görmüş, evə baxış keçirən zaman evin arxa hissəsinin plastik pəncərəsini itələmə yolu ilə açıldığını, naməlum şəxsin evə daxil olduğunu və oradan dəyəri 200 manat olan bir ədəd laqondanın, hər birinin dəyəri 150 manat olan cəmi dəyəri 300 manat təşəkil edən 2 ədəd “Sokol” markalı pereferatorun, dəyəri 100 manat olan 1 ədəd drelin, dəyəri dəyəri 250 manat olan 1 ədəd qızdırıcı ütünün və hər bir rulonunun dəyəri 10 manat olan cəmi dəyəri 250 manat təşkil edən 25 rulon divar kağızını, ümumilikdə 1100 manat məbləğində əmlakının talandığını aşkar etmiş və bundan sonra polisə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs44 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 1100 manat tutulmasını xahiş etmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı “Sokol” pereferatoru və bir ədəd direl Zərərçəkmiş şəxs44 qaytarılmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs33 ifadəsində göstərmişdir ki, o, ev təmiri ustası olmuş və fərdi şəxslərə məxsus evlərdə təmir işləri aparmışdır. Təxminən 2018-ci ilin noyabr ayının əvvəllərindən etibarən o, bibis oğlu X27 və Vəfadar adlı usta ilə birlikdə Zərərçəkmiş şəxs24 Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən evində təmir işlərinə başlamışlar. Onların iş saatı hər gün saat 10-dan axşam saat 20:00 kimi davam etmişdir. Evin qapısının açarı yalnız ev sahibində olmuş və evin qapısını o, açıb bağlamışdır. 18.11.2018-ci il tarixdə saat təxminən 20 radələrində onlar həmişəki kimi işlərini tamamlayıb evə getmişlər. 19.11.2018-ci il tarixdə səhər saatlarında işə gələrkən evin qapısı üzərində olan barmaqlığına bağlanılmış zəncirin üstündəki qıfılın qırıldığını və qapının açıq olduğunu görmüşlər. Onlar evə keçərkən evdə olan alətlərinin, divara hördükləri kabellərin və ev sahibinin 2 top kabelinin yerində olmadığını görüb oğurlandığını başa düşmüşlər. Bundan sonra Vafadar ev sahibinə baş vermiş oğurluq hadisəi barədə məlumat vermişdir. Həmin evdən ona məxsus 1 ədəd 180 manat dəyərində “Akintek” markalı laqonda, 1 ədəd 90 manat dəyərində “İnteriskol” markalı laqondanın, 1 ədəd 60 manat dəyərində “Zubur” direlin və 100 manat dəyərində kəlbətin, laqonda daşları, perferator üçün divar deşən bizlərin oğurlandığını aşkar etmişdir. Oğurluq hadisəsi ilə əlaqədar şübhələndiyi şəxs olmamışdır. Baş vermiş oğurluq hadisəsi zamanı ona 430 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs33 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı ““Zubur” markalı direl, İnterskol markalı laqonda Zərərçəkmiş şəxs33 qaytarılmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin avqust ayının 6-da Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Bakıxanov küçəsi 4 ünvanında yerləşən bir kürsülü evi Sənan adlı şəxsdən almışdır. Evin açarlarını ondan təhvil almış və o, evin qapılarını bağlayıb Xırdalanda yerləşən evinə getmişdir. 11 avqust 2018-ci il tarixdə təxminən səhər saat 9-30 radələrində təzə aldığı evə gəlmişdir ki, baş çəksin, yır-yığış etsin. Evə girmiş və naməlum şəxslər tərəfindən evin mətbəxtinin plastik pəncərəsinin dəmir barmağlığınının yerindən qopardıldığını, aralandığını, pəncərəni isə itələmə yolu ilə açıldığını aşkar etmiş və evin içərisinə göz gəzdirdikdə, evin dəhlizində divara quraşdırılmış “Boch” markalı kombi aparatının, hamam otağından divara quraşdırılmış “Yukos” markalı su qızdırıcı aparatının və hidrofonun oğurlandığını aşkar etmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vurmuş, ərizə ilə polisə oğurluq olması haqqında məlumat vermişdir. Bundan sonra evimə polis əməkdaşları evinə gəlmiş və hadisə yerini müayinə etmişlər. Oğurlanmış ağ rəngli kombinin dəyəri 700 manat, ağ rəngdə su qızdırıcısının dəyəri 150 manat, göy rəngdə hidrofon qurğu isə 150 manat olmuşdur. Ümumilikdə ona oğurluq nəticəsində 1000 manat məbləğində maddi ziyan dəymişdir. Kombi, su qızdırıcısı və hidrofon təzə olmuşdur. Zərərçəkmiş şəxs13 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 900 manat tutulmasını xahiş etmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı bir ədəd “Yukos” markalı su qızdırıcısı Zərərçəkmiş şəxs13 qaytarılmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 31 dekabr 2018-ci il tarixdə saat 11 radələrində özünə məxsus ağ rəngli “Fort Transit” markalı **-SX-*** nömrəli avtomobili ilə Ağdaş rayonundan Bakı şəhərinə gələrək kirayə qaldığı evin qarşısında avtomobili saxlamışdır. Həmin gündən 02 yanvar 2019-cu il tarixdək avtomobili parkladığı yerdən tərpətməmişdir. Buna baxmayaraq tez-tez avtomobilinə nəzarət etmişdir. 02 yanvar 2019-cu tarixdə saat 17-00 radələrində evinə gəlmiş və həmin vaxtı avtomobil yerində olmuşdur. Həmin vaxt avtomobilin aşarını tapa bilməmiş və aşarı axtarmağa başlamışdır. Saat 21 radələrində ailə üzvülərini rayona salarkən avtomobili evin qarşısında görməmiş və avtomobilinin qaçırıldığını aşkar etmişdir. Bundan sonra, o, DİN-nin 102 Xidmətinə zəng etmiş və avtomobilin qaçırıldığı barədə məlumat vermişdir. Avtomobilin kim tərəfindən qaçırıldığını bilməmiş və heç kimdən şübhələnməmişdir. Polisə ərizə ilə müraciət etdikdən sonra 02 fevral 2019-cu il tarixdə Abşeron polisindən qaçırılmış avtomobilinin Abşeron Pİ-nin Mehdiabad polis bölməsinin həyətində saxlanıldığı barədə məlumat verilmişdir. O, atası ilə birlikdə polis bölməsinə gəlmiş və orada o, avtomobilini görmüşdür. Avtomobilinə baxış keçirtdikdə avtomobilin yük yerindən dəyəri 2000 manat olan 14 ədəd kardon karopka bağlamalarda şirniyyat məhsullarını görməmişdir. O, şirniyyat məhsullarını rayon bazarlarına aparıb topdan və yaxud parakəndə satırmış. Bundan əlavə, avtomobilin qabaq oturacağında şitə quraşdırılmış dəyəri 400 manat olan “DH-840 Pioner” markalı maqnitofonun, avtomobilin kül qabısında yanacaq üçün saxladığı 50 manat məbləğində müxtəlif əskinazlarla olan nağd pulu, dəyəri 200 manat olan gümüş bujteriyalı boyunbağısının və üzüyün, yük yerindən isə bir ədəd dəyəri 30 manat olan damkratın, bir ədəd dəyəri 5 manat olan təkər açarının oğurlandığını aşkar etmişdir. Avtomobili 11.000 manata aldığını, avtomobilin onun şəxsi mülkiyyətində olmasını bildirmişdir. Ümumilikdə 2685 manat məbləğində avtomobilin içərisində olan əmlakı oğurlanmışdır. Bundan sonra, avtomobili Binəqədi RPİ-nin 4-cü PŞ-nə təhvil verilmiş və o, avtomobili həmin şöbədən təhvil almışdır. Sonradan bilmişdir ki, onun avtomobilini polis əməkdaşları Mehdabad qəsəbəsi ərazisində yanacaq doldurma məntəqəsində aşkar etmişlər. Zərərçəkmiş şəxs3 məhkəməyə mülki iddia verərək təqsirləndirilən şəxslərdən onun xeyrinə 2470 manat tutulmasını xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri Binəqədi rayonu Qarayev küçəsində yeni tikdirdiyi evi olmuşdur. Hər gün o, evinə baş çəkmişdir. O, 20 mart 2019-cu il tarixdə saat 12 radələrində özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Qarayev küçəsində yerləşən nömrəsi olmayan evinə gəldikdən sonra evin arxa hissəsinə nəzər yetirdikdə evin arxa hissəsində yığıb saxladığı 5 komplekt qəhvəyi rəngli plastik pəncərə sistemlərinin olmadığını aşkar etmişdir. Sonra o, evin içərisinə girmiş və otaqlara baxış keçirmişdir. Hər şey öz qaydasında olduğunu müəyyən etmişdir. 5 komplekt plastik pəncərələrin oğurlandığını bilmişdir. Həmin gün o, İmişli rayonunda xeyr işlə bağlı tədbiri olduğu üçün bu barədə heç kimə məlumat verə bilməmiş və 28 aprel 2019-cu il tarixdə evinə qayıtmışdır. Bundan sonra, o, polis bölməsinə gedib evinin həyətində saxladığı 5 komplekt plastik pəncərələrin oğurlandığı barədə ərizə vermişdir. Oğurluq nəticəsində ona 2000 manat məbləğində maddi ziyan dəymişdir. Oğurluğun kim tərəfindən edildiyini bilməmiş və heç kimdən şübhələnməmişdir. Bundan əlavə, o diqqətlə evə baxdıqda, hamam otağında saxladığı dəyəri 150 manat olan laqonda aparatının oğurlandığın da aşkar etmişdir. Ümumilikdə ona 2150 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs18 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı plastik pəncərə sistememləri Zərərçəkmiş şəxs18 qaytarılmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində şəxsi bağ evi olmuşdur. Həmin evi o, kirayə yaşamaq üçün qohumu İsrayıla ailəsi ilə birlikdə vermişdir. Ev kürsülü, bir mərtəbəli, üç otaq, bir mətbəx, evin qarşısında təxmini bir sot həyətdən, 2.5 metr daş hasar və dəmir darvazadan ibarət olmuşdur. Həmin evi 2018-ci ilin əvvəllərindən bəri kirayə olaraq İsrayıla vermişdir. Kirayə qaldığına görə İsrayıl ona hər ay 230 manat kirayə haqqı ödəmişdir. 30 dekabr 2018-ci il tarixdə İsrayıl ona zəng etmiş, 29 dekabr 2018ci il tarixdə saat 23:30-da evi ailəsi ilə birlikdə evi tərk edib, bacanağı Ramilgilə qonaq getmişdir və 31 dekabr 2018-ci il tarixdə saat 00:15-də evə qayıtmışlar. Darvazanın qapısını açmaq istədikdə, darvaza qapısı açıq olmuş, əli ilə qapını çəkdikdə qapı açılmışdır. Evin sol tərəfində əl damında divara quraşdırılmış olan kombi aparatının yerində olmadığını görmüş, bu barədə polisə məlumat vermişdir. Sonra o, öz evinə gəlmiş, kombi aparatının oğurlandığını tam dəqiqliyi ilə müəyyən etmişdir. Oğurluğun kim tərəfindən edilməsini bilməmiş və heç kimdən şübhələnməmişdir. O, kombi aparatını görsə onu rənginə, Novohot” markasına, qurluşuna görə tanıya biləcəyini demişdir. Kombi aparatı təzə və işlək vəziyyətdə olmuşdur. Kombi aparatının dəyəri 1200 manat məbləğində olmuşdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi, Fatmayı bağlarında bağ evi olmuşdur. 06 yanvar 2019-cu il tarixdə saat 17 radələrində baldızı X47 ona zəng vurmuş, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu Fatmeyi bağlar massivində yerləşən bağ evində oğurluq olduğu barədə məlumat vermişdir. O, tez bir zamanda bağ evinə gəlmiş və evə baxış keçirməyə başlanılmışdır. Evinə baxanda evinin yan qapısının dəmir barmaqlıqları sındırıldığını görmüşdür. Kombi olan otağından bir ədəd dəyəri 1500 manat olan “İmerqaz”-32 markalı kombinin, qonaq otağından bir ədəd 1800 manat dəyərində Sony Bravia markalı 132-147 dioqnallı televizorun, 700 manat dəyərində bir ədəd personal kompyuter dəstinin, 01 ədəd 300 manat dəyərində müşahidə kameralarına aid monitorun və dəyəri 500 manat təşkil edən videomüşahidə kameralarının yaddaş bloku olan DVR qurğusunun, 2-ci mərtəbədə yerləşən yataq otağından 01 ədəd 1.400 manat dəyərində Sony Bravia markalı 105- 110 dioqnallı televizorun, dəyəri 150 manat olan Almaniya istehsallı bıçaq dəsti, dəyəri 120 manat təşkil edən bir ədəd köz samovarı nikel rəngində, dəyəri 100 AZN olan bir dəst Rumunya istehsallı yataq dəstinin, dəyəri 100 AZN olan bir ədəd “Filips” markalı profesonal saç qurudan fenin oğurlandığını aşkar etmişdir. Bundan sonra, o, DİN-nin 102 Xidmətinə oğurluq barədə məlumat vermiş və polis bölməsinə ərizə yazmışdır. Oğurlanmış əmlakın ümumi dəyəri 7070 manat təşkil etmişdir. O, oğurlanmış əmlakı tapılarsa onu formasına, xarici görkəminə, rənginə görə tanıya biləcəyini söyləmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs49 Abbas oğlu ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində Cəfər Cabbarlı küçəsi ev 21B-də özünə məxsus həyət evi olmuşdur. 2017-ci ilin iyul ayının 10-da o, qardaşı Mirsəxavət ilə birlikdə Gürcüstana getmişlər. 2017-ci ilin iyul ayının 27-də qardaşım Mirsəxavət Bakıya qayıdası olmuş, o, isə orada qalmışdır. Qeyd olunan tarixdə qardaşı ona telefonla zəng etmiş, onun evinə baş çəkməyə getdiyini və evə baxarkən evin eyvanında divara qurşadırılmış komi plastik yeşiyinin kilidinin qırıldığını aşkar etmiş və həmin yeşikdən “ BİASİ” markalı kombi aparatının və enerji tənzimləyicinin sökülərək oğurlandığını aşkar etmişdir. Bundan əlavə, evin zirzəmisindən bir ədəd su mühərriki, bir ədəd hidrofon oğurlanmasını müəyyən etmişdir. Bundan sonra, onun xahişi ilə o, polisə gedib oğurluq barədə ərizə vermişdir. Oğurlanmiş kombi aparatının dəyəri 900 manat, stablizatorun dəyəri 80 manat hidrofonun dəyəri 100 manat, su mühərrikinin dəyəri isə 120 manat olmuşdur. Qeyd olunanlardan savayı evdən, başqa heç nə oğurlanmamışdır. Ona ümumilikdə 1200 manat məbləğində maddi ziyan vurulmuşdur. Oğurluğun kim tərəfindən edildiyini bilməmiş və heç kimdən şübhələnməmişdir. Oğurlanmış əşyaları tapılarsa o, onları markasına, qurluşuna, rənginə görə tanıya biləcəyini qeyd etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs30 ifadəsində göstərmişdir ki, 03 yanvar 2018-ci il tarixdə istirahət etmək məqsədi ilə Kürdəmir rayonuna getmiş, 08 yanvar 2018-ci il tarixdə qardaşı mobil telefon nömrəsinə zəng etmiş, evdən ona məxsus kombi aparatının naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Bundan sonra o, Kürdəmir rayonundan çıxmış Bakı şəhərindəki evinə gəlmişdir. Bu zaman o, həqiqətən kombi aparatının oğurlandığını aşkar etmişdir. O, həmin aparatı təxminən bir il bundan əvvəl təzə vəziyyətdə 1000 manata almışdır. Haməlum şəxslər evinə daxil olmamışlar. Kombi aparatı evin bayırında divara quraşdırılmış olmuşdur. Oğurluqla bağlı heç kimdən şübhələnməmiş, oğurluğun kim tərəfindən edildiyini bilməmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri Binəqədi rayonu, Göradil qəsəbəsində bağlar massivində özünə məxsus 9267 saylı bağ evim olmuşdur. Qış mövsümü ilə əlaqədar olaraq, bağ evində yaşamasa da, ayda 1-2 dəfə bağa gəlib baş çəkmiş, sonuncu dəfə 3 gün öncə yəni 17 yanvar 2019-cu il tarixdə saat 10 radələrində bağ evinə baş çəkməyə gəlmiş və heç bir hadisə ilə rastlaşmamışdır. Evində hər şey öz yerində olmuşdur. Qapı pəncərəni bağlayıb şəhərdəki evinə getmişdir. 20 yanvar 2019-cu il tarixdə saat 10 radələrində bağ evinə baş çəlməyə gələndə, naməlum şəxslərin hasardan aşma yolu ilə evin dəhlizinin plastik pəncərəsinin dəmir barmaqlıqlarının sındırılmaqla içəri daxil olub evin yataq otağındakı yerə sərilmiş 1 ədəd 2 x3 və 5x7 ölçüdə palazlarının, mətbəx otaqlarının dolabda saxladığı alminium tava və qazanların, elektrik samovarının, həyətdə saxlanc otağında saxladığım 50 metr uzunluğunda 3-lük mis kabelin oğurlandığını aşkar etmişdir. Oğurlanmış xalçaların hər birinin dəyəri 200 manat olmaqla cəmi 400 manat, tava-qazan dəstinin və samovarın dəyəri 200 manat, 50 metr mis kabelin dəyəri isə 100 manat təşkil etmişdir. Oğurluq nəticəsində ona cəmi 700 manat məbləğində maddi ziyan dəymişdir. O, oğurlanmış əşyalrı görərsə onları formalarına, xarici görkəminə, rənginə görə tanıya biləcəyini qeyd etmişdir. Oğurluğun kim tərəfindən edildiyini bilməmiş və heç kimdən şübhələnməmişdir. Plastik pəncərənin dəmir barmağlığı yerindən sökülərək sındırılmış olmuşdur və evin sol küncündə divarda asılmış vəziyyətdə qalımışdır. Plastik pəncərənin bir tayı isə sıxılma yolu ilə açılmışdır. Qeyd etdiyi əşyalardan savayı evindən heç nə oğurlanmamışdır. Oğurluq barədə DİN 102 Xidmətinə məlumat vermiş və ərizə ilə 4-cü PŞ-nə müraciət etmişdir. Polis əməkdaşları evinə gəlib oğurluq faktını yoxlayıb baxış protokolu yazmışlar. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs24 ifadəsində göstərmişdir ki, onun yaşadığı evin yaxınlığında başqa bir evi olmuş və orada təmir tikinti işləri başa çatmadığı üçün həmin evdə heç kəs yaşamamışdır. Lakin o, mütəmadi olaraq həmin evə baş çəkmişdir. 19.11.2018-ci il tarixdə saat 09:00-da həmin evdə təmir işləri aparan usta Vəfadar Əsgərov ona zəng vuraraq həmin evdən oğurluq olması barədə məlumat vermişdir. O, özü dərhal həmin evə gəlmiş və evinin 2-ci mərtəbəsinin dəmirdən olan qapısının qıfılının qırıldığını görmüşdür. O, evə keçib nəzər slarkən naməlum şəxsin hər biri 200 manat olan 2 top 100 metrlik elektrik naqilinin, dəyəri 100 manat olan 1 topa qırmızı rəngli Aknur markalı şunurun, dəyəri 100 manat olan 1 topa bir ağ və göy rəngli naqillərin oğurlandığını, həmçinin evində işləyən usta İdrakın isə 1 ədəd 180 manat dəyərində “Akintek” markalı laqonda, 1 ədəd 90 manat dəyərində markasını xatırlamadığı laqondanın, 1 ədəd 60 manat dəyərində markasını xatırlamadığım direlin və 100 manat dəyərində digər təmir-tikinti avadanlıqlarının oğurlandığını müəyyən etmişdir. Evindən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar şübhələndiyi şəxs olmamışdır. Evindən baş vermiş oğurluq hadisəsi nəticəsində ona 600 manat, evindəki ustalara isə 430 manat maddi ziyan dəymişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı “Aknur” kabeli və naqqillər Zərərçəkmiş şəxs24 qaytarılmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs34 ifadəsində göstərmişdir ki, onun Binəqədi rayonu Göradil bağlar massivində 209 saylı bağ evləri olmuşdur, orada yay aylarında yaşamışlar. 17 dekabr 2018-ci il tarixdə atası Tofiq Əkbər oğlu ilə birgə bağ evində olmuş və saat 17 radələrində bağ evinin qapılarını bağlayıb şəhərə qayıtmışlar. 18 dekabr 2018-ci il tarixdə saat 10-11 radələrində atası ilə bağa gəlmiş və bağda oğurluq olduğunu aşkar etmişlər. Hadisə yerinə polis əməkdaşları çağrılmış və hadisə qeyd olunmuş, şəkillər çəkilmişdir. Aşkar olunmuşdur ki, naməlum şəxslər küçə tərəfdən hasardan bağ evinə keçmişlər. Həyətdə olan hamam otağının kilid hissəsini qırıldığını və bir ədəd divara bayır tərəfdə divara bərkidilmiş bir ədəd su qızdırıcının oğurlandığını aşkar etmişlər. Bundan sonra evin arxa hissəsinə baxdıqda evin arxasında qoyulmuş kombi aparatının içinin açılaraq söküldüyünü və hissələrinin oğurlandığını görmüş, eynizamanda balaca saxlanc yerinin pəncərəsinin qırıldığını, içərisindən beş ədəd samovarın oğurlandığını, onlardan birinin qədimi samovar olmuşdur, dəyəri 800 manat, 1873-cü il Bataşov firmasının buraxılışlı olmuşdur. Bundan başqa, dəyəri 320 manat olan samovarları, dəyəri 50 manat olan simistitelləri, dəyəri 100 manat olan su qızdırıcısını, dəyəri 300 manat olan kombi aparatının detallarını, cəmi dəyəri 100 manat olan 2 ədəd mis teştlərin oğurlandığını, ona oğurluq nəticəsində ümumilikdə 1670 manat məbləğində ziyan dəydiyini qeyd etmişdir. Oğurluğun kim tərəfindən edildiyini bilməmişdir, heç kimdən şübhələnməmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs35 ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin aprel ayının 6-da axşam saat 18-19 radələrində evinin qapısını gilidləyərək bağlamış və çıxıb getmişdir. Aprel ayının 7-də səhər saat 13 radələrində özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosessinin kənarında yerləşən fərdi evin plastik pəncərəsini əli ilə itələyib açıldığını, naməlum şəxslərin evə daxil olduqlarını, dəyəri 270 manat olan 250 metr uzunluğunda bir bağlama 6 mm-lik elektrik kabelini, evin mətbəx hissəsində hər birinin dəyəri 110 manat olmaqla 10 seksiyalı, cəmi dəyəri 330 manat təşkil edən 3 ədəd istilik radiatorunu, divara quraşdırılmış dəyəri 400 manat təşkil edən “İmerqaz” kombi aparatının ehtiyyat hissələrini vint açan alətlə sökülüb oğurlandığını və ümumilikdə 900 manat məbləğində ziyan vurulduğunu bildirmişdir. Oğurluğun kim tərəfndən edildiyini bilməmiş, heç kimdən şübhələnməmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs37 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu DSK yolu adlanan ərazidə “Əyricə” kafesini icarə əsasında işlətmişdir. Həmin kafeyə bitişik olan avtoyuma məntəqəsini o, icarə əsasında işlətmişdir. 04 avqust 2018-ci il tarixdə o, avtoyuma məntəqəsini icarə əsasında Murad və Mülkədar adlı şəxslərə təhvil vermişdir. 05 avqust 2018-ci ildə saat 09 radələrində o, avtoyuma məntəqəsinə gələn zaman qapısının kilidinin sındırılmasını aşkar etmişdir. O, dərhal bu barədə Murad adlı şəxsə məlumat vermiş, o, hadisədən xəbərsiz olduğunu bildirmişdir. Onda o, bu oğurluq barədə DİN 102 Xidmətinə zəng edib məlumat vermişdir. Avtoyuma aparatının dəyəri 1500 manat olmuş, həmin aparatdan savayı sexdən heç nə oğurlanmamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş X36 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadı keçəsində evi olmuş, həmin evdə yaşayış olmamış, çünki həmin evdə təmir bərpa işləri görülmüşdür. 13 noyabr 2018-ci il tarixdə evdə işləyən usta evə getdiyi zaman oğurluq faktını müəyyən etmiş və onlara baş vermiş oğurluq hadisəsi barədə xəbər vermişdir. O, özü evə getmiş, naməlum şəxsin evin 1-ci mərtəbəsində yerləşən qonaq otağının plastik qapısını açma yolu ilə içəri daxil olaraq içəridən dəyəri 170 manat olan bir ədəd perefaratoru, dəyəri 55 manat olan bir ədəd böyük ölçülü lobziki, dəyəri 35 manat olan bir ədəd kiçik ölçülü lobziki, dəyəri 80 manat olan böyük ölçülü direli, dəyəri 40 manat olan kiçik ölçülü dreli, dəyəri 45 manat olan bir ədəd ütünü, dəyəri 120 manat olan bir ədəd laqondanı, dəyəri 80 manat olan bir ədəd laqondanı, dəyəri 84 manat olan 70 metr uzunluğunda 42-lik kabeli və dəyəri 15 manat olan 30 metr uzunluğunda elektrik naqilinin oğurlandığını, ona oğurluq nəticəsində cəmi 729 manat məbləğində ziyan vurulduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Zaur oğlu ifadəsində göstərmişdir ki, o, fərdi qaydada evlərdə elektrik, santexnik işləri ilə məşğul olur. Bəzən o, işlənmiş kombi aparatlarını digər istilik sistemlərini ona müraciət edən şəxslərdən ucuz qiymətə alır, üzərinə müəyyən məbləğdə pul qoyaraq əksər vaxtlarda Dərnəgül bazarında müştərilərə satır. Bəzi vaxtlarda o,bazarlarda ev alqı-satqısı işi ilə məşğul olan maklerlərə münasib qiymətə kombi aparatlarını satmışdır. Həyətyanı sahəsində xarab, işlənmiş istilik sistemlərini düzəldərək təmir edib müxtəlif vaxtlarda münasib qiymətə satmışdır. Təqsirləndirilən şəxs4 uşaqlıqdan tanıyır, Təqsirləndirilən şəxs1 təxminən 10-15 ildir ki tanıyır. Təqsirləndirilən şəxs2 təxminən 10 ildir ki tanıyır, Təqsirləndirilən şəxs3 uşaqlıqdan tanıyır və onlarla münasibəti həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs5 isə tanımır. 2017-ci ilin yay aylarından 2019-cu ilin aprel ayına kimi olan müddət ərzində tanışı Təqsirləndirilən şəxs4 özü tək, ona müxtəlif markalı, kombi istilik sistemləri satmışdır. Bir dəfə isə Sadiq Təqsirləndirilən şəxs2la onun idarə etdiyi BMV markalı avtomobillə kombi aparatı gətirmişlər. Ümumilikdə Sadiq ona dörd ədəd kombi aparatı satmışdır. Həmin kombi aparatlarını konkret hansı vaxtda ona satılmasını dəqiq olaraq xatırlamır. Sadiq həmin malları satanda, işlənmiş kombi aparatlarını ona hansısa şirkətdən satmaq üçün verildiyini bildirmişdir. Onun kombi, istilik sistemləri alıb onların nasazlığını təmir edib satmağını Sadiq bilmişdir. Polis əməkdaşları ona Təqsirləndirilən şəxs4 tərəfindən həmin kombi aparatlarının oğurluq yolu ilə əldə edildiyini bildirdikdə, o, həmin kombi aparatlarını könüllü surətdə təhvil verməyi qərara almış və onları avtomobilə yükləyib Binəqədi qəsəbəsində sahə məntəqəsinə gətirib təhvil vermişdir. İbtidai istintaqdakı ifadəsinin bir hissəni təsdiq etmir. Sadiq ona yalnız kombi aparatları satmışdır. Sadiq ümumilikdə ona iyirmi ədəd deyil dörd ədəd kombi aparatı satmışdır. Kombi aparatlarını Sadiqdən təxminən 350-500 manat məbləğlərdə almış, aldığı qiymətdən 50-100 manat baha qiymətə bazarlarda tanımadığı müştərilərə satmışdır. Evindən baxış zamanı bir ədəd qara rəngli mərmər materialdan hazırlanmış sütun və həmin materialdan hazırlanmış güldan və şir heykəlini ona dostu hədiyyə etmişdir. Qeyd etdiyi əşyalardan başqa Sadiq, Niyaməddin və yaxud digər şəxs tərəfindən ona heç bir əşya satılmamış və hədiyyə verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 4-cü PŞ-də sahə rəisi vəzifəsində çalışmışdır. Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yaşayan “Valeh” adlı şəxsin Binəqədi qəsəbəsində qanunsuz olaraq üzərində odlu silah gəzdirməsi barədə 16 aprel 2019-cu il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və realizə edilməsi məqsədi ilə əməliyyat tədbirinin keçirilməsinə və qrupun yaradılmasıma dair qərar qəbul edilmişdir. Həmin əməliyyat tədbirinin keçirilməsi ilə bağlı qrupa o, da daxil olmuşdur. Bundan sonra, əməliyyat qrupunun üzvüləri ilə birlikdə saat 13-10 radələrində ünvan 27 ünvanın qarşısına gəlmiş, pilləkənla 2-ci mərtəbəyə qalxmış və Valeh adlı şəsi səsləmiş, bu zaman bir nəfər cavan kişi çıxmış və onlar ona özlərini təqdim etdikdən sonra, həmin şəxs onların polis əməkdaşları olduğunu bilmiş, aqresivlik göstərərək, mübahisə etməyə başlamış və tələsik halda pilləkənlardan düşməyə başlamış və yerə yıxılmışdır. Ona köməklik edib onu ayağa qaldırmağa yardım etmişlər və o, özünün Təqsirləndirilən şəxs1 olduğunu bildirdikdən sonra onu 4-cü polis şöbəsinə dəvət etmişlər. Birlikdə 4-cü polis şöbəsinə gəldikdən sonra, ona üzərində qanunsuz olaraq odlu silah saxlaması ilə bağlı üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Ona qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunduqdan sonra iki nəfər hal şahidi qismində şəxs dəvət olunmuş və hüquqlarının müdafiə edilməsi ilə bağlı müdafiəçi təyin olunmuşdur. Onlara hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsinə razılıq vermiş və bundan sonra ona, qanunsuz saxlanılan əşyaları könüllü olaraq təqdim edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 onun üzərinə baxış keçirilməsinə razılıq verdikdən sonra o, əynində qara rəngli vilvet materialdan olan yarımqol gödəkcənin sağ yan cibindən gümüşü rəngli açılıb bağlanan bıçağı və gümüşü rəngli dəmir metal aləti (beşbarmaq) təqdim edib, hər iki əşyanın özünə məxsus olduğunu və üzərində gəzdidiyini bildirmişdir. Həmin əşyalar qablaşdırılaraq götürülmüş və tərtib edilmiş protokol oxunulmuş, doğruluğu iştirakçlar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 4-cü PŞ-də CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışmışdır. Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yaşayan “Valeh” adlı şəxsin Binəqədi qəsəbəsində qanunsuz olaraq üzərində odlu silah gəzdirməsi barədə 16 aprel 2019-cu il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və realizə edilməsi məqsədi ilə əməliyyat tədbirinin keçirilməsinə və qrupun yaradılmasıma dair qərar qəbul edilmişdir. Həmin əməliyyat tədbirinin keçirilməsi ilə bağlı qrupa o, da daxil olmuşdur. Bundan sonra, əməliyyat qrupunun üzvüləri ilə birlikdə saat 13-10 radələrində ünvan 27 ünvanın qarşısına gəlmiş, pilləkənla 2-ci mərtəbəyə qalxmış və Valeh adlı şəsi səsləmiş, bu zaman bir nəfər cavan kişi çıxmış və onlar ona özlərini təqdim etdikdən sonra, həmin şəxs onların polis əməkdaşları olduğunu bilmiş, aqresivlik göstərərək, mübahisə etməyə başlamış və tələsik halda pilləkənlardan düşməyə başlamış və yerə yıxılmışdır. Ona köməklik edib onu ayağa qaldırmağa yardım etmişlər və o, özünün Təqsirləndirilən şəxs1 olduğunu bildirdikdən sonra onu 4-cü polis şöbəsinə dəvət etmişlər. Birlikdə 4-cü polis şöbəsinə gəldikdən sonra, ona üzərində qanunsuz olaraq odlu silah saxlaması ilə bağlı üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Ona qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunduqdan sonra iki nəfər hal şahidi qismində şəxs dəvət olunmuş və hüquqlarının müdafiə edilməsi ilə bağlı müdafiəçi təyin olunmuşdur. Onlara hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsinə razılıq vermiş və bundan sonra ona, qanunsuz saxlanılan əşyaları könüllü olaraq təqdim edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 onun üzərinə baxış keçirilməsinə razılıq verdikdən sonra o, əynində qara rəngli vilvet materialdan olan yarımqol gödəkcənin sağ yan cibindən gümüşü rəngli açılıb bağlanan bıçağı və gümüşü rəngli dəmir metal aləti (beşbarmaq) təqdim edib, hər iki əşyanın özünə məxsus olduğunu və üzərində gəzdidiyini bildirmişdir. Həmin əşyalar qablaşdırılaraq götürülmüş və tərtib edilmiş protokol oxunulmuş, doğruluğu iştirakçlar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin CAŞ-də əməliyyat müvəkkili vəzifəsində çalışmışdır. Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yaşayan “Valeh” adlı şəxsin Binəqədi qəsəbəsində qanunsuz olaraq üzərində odlu silah gəzdirməsi barədə 16 aprel 2019-cu il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və realizə edilməsi məqsədi ilə əməliyyat tədbirinin keçirilməsinə və qrupun yaradılmasıma dair qərar qəbul edilmişdir. Həmin əməliyyat tədbirinin keçirilməsi ilə bağlı qrupa o, da daxil olmuşdur. Bundan sonra, əməliyyat qrupunun üzvüləri ilə birlikdə saat 13-10 radələrində ünvan 27 ünvanın qarşısına gəlmiş, pilləkənla 2-ci mərtəbəyə qalxmış və Valeh adlı şəsi səsləmiş, bu zaman bir nəfər cavan kişi çıxmış və onlar ona özlərini təqdim etdikdən sonra, həmin şəxs onların polis əməkdaşları olduğunu bilmiş, aqresivlik göstərərək, mübahisə etməyə başlamış və tələsik halda pilləkənlardan düşməyə başlamış və yerə yıxılmışdır. Ona köməklik edib onu ayağa qaldırmağa yardım etmişlər və o, özünün Təqsirləndirilən şəxs1 olduğunu bildirdikdən sonra onu 4-cü polis şöbəsinə dəvət etmişlər. Birlikdə 4-cü polis şöbəsinə gəldikdən sonra, ona üzərində qanunsuz olaraq odlu silah saxlaması ilə bağlı üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Ona qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunduqdan sonra iki nəfər hal şahidi qismində şəxs dəvət olunmuş və hüquqlarının müdafiə edilməsi ilə bağlı müdafiəçi təyin olunmuşdur. Onlara hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsinə razılıq vermiş və bundan sonra ona, qanunsuz saxlanılan əşyaları könüllü olaraq təqdim edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 onun üzərinə baxış keçirilməsinə razılıq verdikdən sonra o, əynində qara rəngli vilvet materialdan olan yarımqol gödəkcənin sağ yan cibindən gümüşü rəngli açılıb bağlanan bıçağı və gümüşü rəngli dəmir metal aləti (beşbarmaq) təqdim edib, hər iki əşyanın özünə məxsus olduğunu və üzərində gəzdirdiyini bildirmişdir. Həmin əşyalar qablaşdırılaraq götürülmüş və tərtib edilmiş protokol oxunulmuş, doğruluğu iştirakçlar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 4-cü PŞ-də baş əməliyyat müvəkkili vəzifəsində çalışmışdır. Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yaşayan “Valeh” adlı şəxsin Binəqədi qəsəbəsində qanunsuz olaraq üzərində odlu silah gəzdirməsi barədə 16 aprel 2019-cu il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və realizə edilməsi məqsədi ilə əməliyyat tədbirinin keçirilməsinə və qrupun yaradılmasıma dair qərar qəbul edilmişdir. Həmin əməliyyat tədbirinin keçirilməsi ilə bağlı qrupa o, da daxil olmuşdur. Bundan sonra, əməliyyat qrupunun üzvüləri ilə birlikdə saat 13-10 radələrində ünvan 27 ünvanın qarşısına gəlmiş, pilləkənla 2-ci mərtəbəyə qalxmış və Valeh adlı şəsi səsləmiş, bu zaman bir nəfər cavan kişi çıxmış və onlar ona özlərini təqdim etdikdən sonra, həmin şəxs onların polis əməkdaşları olduğunu bilmiş, aqresivlik göstərərək, mübahisə etməyə başlamış və tələsik halda pilləkənlardan düşməyə başlamış və yerə yıxılmışdır. Ona köməklik edib onu ayağa qaldırmağa yardım etmişlər və o, özünün Təqsirləndirilən şəxs1 olduğunu bildirdikdən sonra onu 4-cü polis şöbəsinə dəvət etmişlər. Birlikdə 4-cü polis şöbəsinə gəldikdən sonra, ona üzərində qanunsuz olaraq odlu silah saxlaması ilə bağlı üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Ona qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunduqdan sonra iki nəfər hal şahidi qismində şəxs dəvət olunmuş və hüquqlarının müdafiə edilməsi ilə bağlı müdafiəçi təyin olunmuşdur. Onlara hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsinə razılıq vermiş və bundan sonra ona, qanunsuz saxlanılan əşyaları könüllü olaraq təqdim edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 onun üzərinə baxış keçirilməsinə razılıq verdikdən sonra o, əynində qara rəngli vilvet materialdan olan yarımqol gödəkcənin sağ yan cibindən gümüşü rəngli açılıb bağlanan bıçağı və gümüşü rəngli dəmir metal aləti (beşbarmaq) təqdim edib, hər iki əşyanın özünə məxsus olduğunu və üzərində gəzdidiyini bildirmişdir. Həmin əşyalar qablaşdırılaraq götürülmüş və tərtib edilmiş protokol oxunulmuş, doğruluğu iştirakçlar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, qohumu Zərərçəkmiş şəxs27 Abşeron rayonu Novxanı qəsəbəsində Q.Qasımzadə küçəsindəki fərdi yaşayış evində yaşamış və həmin evin qonşuluğunda Zərərçəkmiş şəxs27 məxsus evlərə nəzarət etmişdir. Həmin evlər tam təmirli evlər olsa da, Ağadadaşın ailəsi hərdən bir evə gəlmişlər və orada qalmışlar. Evlərin həyət-bacasına baxmışdır. 25 dekabr 2018-ci il tarixə keçən gecə o, qaz limitinin az qaldığını hiss etmiş və saat təxminən 24 radələrində Ağadadaşın yaşadığı evdən çıxmış, üzbəüz olan evinə getmiş,kombi istilik aparatını söndürüv geri qayıtmış və yatmışdır. Səhər saat 05 radələrində yuxudan durmüş işə getməzdən əvvəl yenə evlərə nəzarət etmiş, həmin evin 1-ci mərtəbəsində sol tərəfdəki yataq otağının pəncərəsinin jalüz pərdəsini yuxarı qalxmış vəziyyətdə olduğunu və otaqdakı əşyaların səliqəsinin pozulduğunu görmüş, pəncərəni əli ilə itələmiş, pəncərənin açıq olduğunu hiss etmiş, oğurluq olduğundan şübhələnmiş, tez qapını açıb içəri girmişdir. Həmin vaxtı 1-ci mərtəbədəki qonaq otağında olan 1 ədəd böyük televizorun, 2-ci mərtəbədə kiçik həcmli televizorun və kombi istilik sisteminin oğurlandığını aşkar etmiş və bu barədə ev sahibinə zəng edərək, oğurluq barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X37 ifadəsində göstərmişdir ki, Binəqədi rayonu Novxanı bağlar massivində yerləşən Zərərçəkmiş şəxs14 məxsus olan bağ evində təxminən 19 ildir ki, mühafizəçi işləmişdir. 31 yanvar 2019-cu il tarixdə Zərərçəkmiş şəxs14 evinə baxmaq üçün gəlmiş, saat təxminən 19 radələrində onu şəhərdəki evinə yola saldıqdan sonra, saat 20 radələrində özü bağ evinin həyatyanı sahəsində yerləşən mühafizəçi otağından çıxıb yaxınlıqdakı evinə getmiş, şam yeməyi yeyib saat 22 radələrində Natiq müəllimin bağ evinə qayıtmişdir. Bir başa istirahət otağına girmiş və yatmışdır. 01 fevral 2019-cu il tarixdə səhər saat 08 radələrində yuxudan durub həyətin işıqlarını söndürmüş, ətrafa baxmış, hər şey öz qaydasında olmuş, heç bir şübhəli halla rastlaşmamışdır. İstilik sistemini yoxlamaq üçün evə daxil olduqda evin ön qapısının sındırıldığını müəyyən etmiş, evə baxmış, evin 1-ci mərtəbəsinin alt hissəsində açıq şəkildə divara söykənmiş formada olan 1 ədəd ov tüfənginin və 2 ədəd tir tüfənginin oğurlanmasını müəyyən etmişdir. Sonra evin 2-ci mərtəbəsinə qalxmış, orada şkafların açıldığını və paltarların dağıldığını aşkar etmişdir. Bundan sonra, o, Natiq müəllimə zəng edib oğurluq barədə məlumat vermişdir. Bundan sonra, Natiq müəllim gəlmiş və o, oğurluq barədə polisə ərizə ilə müraciət etmişdir. O, evə baxanda bir ədəd gödəkcəsinin-canlığın da oğurlandığını aşkar etmişdir. Polislər gəlib oğurluq faktını rəsmiləşdirmişlər. Gecə mühafizəçi otağında yatmış olduğundan oğruların həyətə və evə necə girdiklərinindən xəbərsiz olmuşdur. Oğruların kim olduğunu bilməmişdir. İzahatında bəzi yanlışlığa yol vermiş, belə ki, həqiqətən axşam saat 22-dən səhəri günü saat 08dək mühafizəçi otağında olmuş və yatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, AR. DİN-nin X60 12-ci Patrul bölüyündə polis nəfəri, polis serjantı kimi çalışmışdır. 02 fevral 2019-cu il tarixdə o, iş yoldaşı Şahid13 və X16 ilə avtopatrul avtomobili ilə Abşeron rayonu ərazisində gecə xidmətində olmuşlar. 03 fevral 2019-cu il tarixə keçən gecə saat 00-35 radələrində Mehdiabad qəsəbəsi ərazisində xidmətdə olarkən Mehdiabad qəsəbəsindən Fatmeyi qəsəbəsinə gedən yolda, ara məhəllələrin içərisində “Ford Transit” markalı “vaqon tipli yük avtomobilin dayandığını görmüş və həmin avtomobili gecə vaxtı orada dayanması onlarda şübhələr yaratmış və avtomobil diqqətlərini cəlb etdiyindən onlar həmin avtomobilə yaxınlaşmışlar. Avtomobilin dövlət qeydiyyat nömrəsi üzərində olmamışdır. Bu zaman avtomobilin salonunda olan iki nəfərin sifətlərində maska, avtomobilin arxa salonunda başına və sifətinə maska geyinmiş halda bir nəfər şəxsin də olduğunu görmüşlər. Bu zaman onlar avtomobilimizin işıqlarını həmin avtomobilin üzərinə salmışlar. Onlara yaxınlaşmaq istədikdə onlar Ford avtomobilini sürüb aralanmaq istəmişlər, lakin avtomobiln həmin yerdə qarşısını kəsmişlər və avtomobil dayanmışdır. Bundan sonra avtomobildən 3 nəfər maskalı şəxs düşərək ara məhəllələrə tərəf hərəsi bir tərəfə qaçmağa başlamışlar. Onları təqib etsələr də, lakin onları məhəllələrdə tapa bilməmişlər. Sonra onlar avtomobilin yanına qayıtmışlar və Mehdiabad polis bölməsinə məlumat vermişlər və köməyə əməkdaşlar gəlmişlər və avtomobili birlikdə Mehdiabad polis bölməsinin ərazisinə gətirib raportla təhvil vermişlər. Avtomobilin yük yerində bir ədəd ağ rəngdə “Demirdöküm” kombi istilik sistemi olmuşdur. Sonra həmin kombi aparatı Sabunçu RPİ-nə təhvil verilmişdir. Həmin 3 nəfər şəxsin sifətlərini görə bilməmişlər, lakin onlar cavan adamlara oxşamışlar. Araşdırma zamanı həmin avtomobilin **-SX-*** dövlət qeydiyyat nişanlı və Binəqədi RPİ-nin 4-cü PŞ-də qaçırılmış avtomobil kimi axtarışda olması məlum olmuşdur. Bundan sonra həmin avtomobil 4-cü PŞ-nə təhvil verilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid15 ifadəsində göstərmişdir ki, o, 20 aprel 2019-cu il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən razılığ əsasında evə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl iki nəfər hal şahidi dəvət olunmuş və onlara eynizamanda hüquq və vəzifələri izah edilmişdir. Baxış zamanı evdə yataq otağında dolabın yanında bir ədəd qəhvəyi rəngli gövdəsi taxta materialdan olan üzərində “Model 311” 37730 yazısı olan bir ədəd tir tüfəngi aşkar edilərək götürülmüşdür. Baxış zamanı başqa heç nə aşkar edilməmiş və götürülməmişdir. Həmin tir silahını ona 2019-cu ilin yanvar ayında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs5 100 manata satmışdır. Həmin tir tüfəngi polis əməkdaşı tərəfindən götürülmüşvə protokola əlavə edilmişdir. Sonra protokol oxunulmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin tir silahını o, meşədə quş vurmaq üçün aldığını bildirmişdir. O, Təqsirləndirilən şəxs5 təxminən 2006-cı ildən etibarən tanımışdır. Onunla o, köhnə məhəllədə qonşu olmuşdur. O, həmin tir tüfəngini ona satanda, tir tüfənginin ona məxsus olduğunu, qardaşına dərman almaq istədiyini və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O, tir tüfənginin oğurluq olduğunu bilməmiş və heç nədən şübhələnməmişdir. Qeyd olunan tir tüfəngindən savayı ona Balakişi heç nə satmamış və verməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid17 ifadəsində göstərmişdir ki, onun Binəqədi rayonu Biləcəri qəsəbəsində bağ evi olmuşdur. Orada təmir işləri ilə bağlı ustalar işləmişlər. 29 mart 2019-cu il tarixdə bağ evinə gəlmiş və evin pəncərəsinin açıldığını görmüş, evə girdikdə ustalara məxsus təmir alətlərinin oğurlandığını aşkar etmişdir. Həmin oğurlanmış alətlər usta Məhəmmədə və Ramala məxsus olmuşdur. Onlarda gəlmişlər evə baxdıqdan sonra oğurluğun olmasını müəyyən etmişlər. Sonra o, DİN-nin 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Oğurluğun kim tərəfindən edildiyini bilməmiş və heç kimdən şübhələnməmişdir. Ona məxsus heç bir əmlak evdən oğurlanmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş X28 ifadəsində göstərmişdir ki, o, 16 aprel 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisinə yerləşən 4-cü PŞ-nin yaxınlığından günorta saatlarında keçən zaman ona polis əməkdaşları yaxınlaşmışlar və ona bir nəfər şəxsin üzərinə axtarış keçiriləcəyi ilə bağlı hal şahidi qismində iştirak etmək təklif edilmiş və bölməyə dəvət etmişlər. Polis bölməsində ondan savayı digər hal şahididə dəvət olunmuşdu. Xidməti otaqların birində əvəllər tanımadığı ilk dəfə gördüyü Təqsirləndirilən şəxs1 üzərinə axtarış keçiriləcəyi bildirilmişdir. Onlara və saxlanılan şəxsə müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsinə razılıq vermiş və sonra polis əməkdaşları ona, üzərində qanunsuz saxlanılan əşyaları könüllü olaraq təqdim edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 onun üzərinə baxış keçirilməsinə razılıq verdikdən sonra o, əynində olan qara rəngli vilvet materialdan olan yarımqol gödəkcənin sağ yan cibindən gümüşü rəngli açılıb bağlanan bıçağı və gümüşü rəngli dəmir metal aləti (beşbarmaq) təqdim etmiş, hər iki əşyanın özünə məxsus olduğunu və üzərində gəzdidiyini bildirmişdir. Həmin əşyalar qablaşdırılaraq götürülmüş və tərtib edilmiş protokol oxunulmuş, protokolun doğruluğu iştirakçlar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 4-cü PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Binəqədi RPİ-nin 4-cü PŞ-nə Binəqədi qəsəbəsində həyət evlərindən oğurluq faktları ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilərkən müəyyən etmişdir ki, Binəqədi qəsəbə sakini Təqsirləndirilən şəxs4 bir dəstə halında Binəqədi və Abşeron rayonları ərazisindəki bağlar ərazisindən çoxsaylı oğurluq hadisələri törətmişlər. Oğurlanmış kombi aparatlarını Binəqədi qəsəbə sakini kombi istilik sisteminin alqı-satqısı ilə məşğul olan Şahid3 satılması müəyyən edildikdən sonra, Şahid3 PŞ-nə dəvət olunmuş və onunla sorğu-sual zamanı o, həqiqətən tanıdığı Sadiq və Niyaməddin adlı şəxslərin ona çoxsaylı kombi aparatları satmışlar. Həmin kombi aparatlarının müəyyən hissəsini o, təmir edərək tanımadığı şəxslərə satdığını bildirmiş və evində qalan kombi aparatlarını könüllü surətdə polisə təqdim edə biləcəyini söylədikdən sonra, o, 8 ədəd müxtəlif markalı onlardan bir neçəsi İmerqaz, Komfort, Radinat və markaları bilinməyən kombi aparatlarını polis məntəqəsinə gətirərək hal şahidlərinin iştirakı ilə təhvil vermişdir. O, kombi aparatlarını alarkən onların oğurluq yolu ilə əldə edildiyini bilmədiyini bildirmişdir. Bu barədə müvafiq protokol yazılmış və protokol iştirakçılara oxunulmuşdur. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Kombi aparatları götürülərək protokolla birlikdə istintaqa təqdim olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs4 atası Şahid5 razılığı ilə onun evinə baxış keçirilmiş və baxış zamanı o, oğlu Təqsirləndirilən şəxs4 tərəfindən evə Sony Braviya televizoru, 6 ədəd bıçaq dəsti, 1 ədəd drel, 1 ədəd laqonda, 1 ədəd mərmərdən olan qartal fiqurlu heykəl, belender, 1 ədəd canlıq gödəkcə, qadın ayaqqabılarını təqdim etmiş və həmin əşyalar protokol yazılaraq götürülmüşdür. İştirakçılar tərəfindən protokol oxunulmuş və doğruluğu imzalarla təsdiqlənmişdir. Bundan başqa Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yaşayan “Valeh” adlı şəxsin Binəqədi qəsəbəsində qanunsuz olaraq üzərində odlu silah gəzdirməsi barədə 16 aprel 2019-cu il tarixdə Binəqədi RPİnin 4-cü PŞ-nə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması və realizə edilməsi məqsədi ilə əməliyyat tədbirinin keçirilməsinə və qrupun yaradılmasıma dair qərar qəbul edilmişdir. Həmin əməliyyat tədbirinin keçirilməsi ilə bağlı qrupa o, da daxil olmuşdur. Bundan sonra, əməliyyat qrupunun üzvüləri ilə birlikdə saat 13-10 radələrində ünvan 27 ünvanın qarşısına gəlmış, pilləkənla 2-ci mərtəbəyə qalxmış və Valeh adlı şəxsi səsləmiş və bu zaman bir nəfər cavan kişi çıxmış və ona özlərini təqdim etmiş, bu zaman həmin şəxs onların polis əməkdaşları olduğunu bildikdən sonra aqresivlik edərək, onlarla mübahisə etməyə başlamış və tələsik halda pilləkənlardan düşməyə başlamış və yerə yıxılmışdır. Onlar ona köməklik edib, onu ayağa qaldırmağa yardım etmişlər, o, özünün Təqsirləndirilən şəxs1 olduğunu bildirdikdən sonra, onu 4cü polis şöbəsinə dəvət etmişlər. Birlikdə 4-cü polis şöbəsinə gəldikdən sonra, ona üzərində qanunsuz olaraq odlu silah saxlaması ilə bağlı üzərinə baxış keçiriləcəyi bildirilmış, ona qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunduqdan sonra iki nəfər hal şahidi qismində şəxs dəvət olunmuş və hüquqlarının müdafiə edilməsi ilə bağlı müdafiəçi təyin olunmuşdur. Onlara hüquq və vəzifələri izah edildikdən sonra, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsinə razılıq vermiş və bundan sonra ona, qanunsuz saxlanılan əşyaları könüllü olaraq təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 onun üzərinə baxış keçirilməsinə razılıq verdikdən sonra o, əynində olan qara rəngli vilvet materialdan olan yarımqol gödəkcənin sağ yan cibindən gümüşü rəngli açılıb bağlanan bıçağı və gümüşü rəngli dəmir metal aləti (beşbarmaq) təqdim etmiş, hər iki əşyanın özünə məxsus olduğunu və üzərində gəzdidiyini bildirmişdir. Həmin əşyalar qablaşdırılaraq götürülmüş və tərtib edilmiş protokol oxunulmuş, doğruluğu iştirakçlar tərəfindən imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs1 yaşdığı evdə axtarış aparılacağı bildirilmiş və o, axtarışın keçirilməsinə rəsmi ərizə ilə razılıq vermişdir. Özü isə axtarışda iştirak etmək istəmədiyini qeyd etmişdir. Birlikdə onun yaşadığı ünvana gəlmiş və Təqsirləndirilən şəxs1 atası Fəyaz Əsədullayev də axtarışın keçirilməsinə razılıq verdikdən sonra, ona hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs1 vəkili də orada olmuşdur. Bundan sonra, iki nəfərdən ibarət hal şahidləri dəvət olunmuş, onlara da hüquq və vəzifələri izah edilmiş, həmin ünvanda axtarış başlanılmış və axtarış zamanı binanın 2-ci mərtəbəsində qonaq otağında şkafın siyirtməsindən 01 ədəd suvenir xəncər, 01 ədəd açılıb bağlanan bıçaq, divan-kreslo dəstinin alt hissəsində qundağı və lüləsi kəsilmiş İJ-58 modelli, E-3933 nömrəli ov tüfəngi, yataq otağında dolabın siyirməsindən üzərində 06 ədəd “FİOCCHİ İTALY” yazısı olan ov patronları, 2-ci mərtəbədə yerləşən bilyard taxtı olan otaqda 01 ədəd özünü müdafiə - qırmızı rəngdə qaz dezondarant balonu, 03 ədəd qara rəngdə tibbi maska, fanar, 1 cüt qara rəngli köynək qolları, 1 ədəd qara rəngli “Jinqu” markalı nömrəsiz telefon, 1 ədəd rəngli kəlbətin, 1 ədəd hər iki ucu şiş olan mıxçıxaran 01 ədəd dəmir parçası, 6 ədəd müxtəlif ölçülü və naxışlarda xalçalar aşkar olunaraq götürülmüşdür. Axtarış zamanı fotoşəkillər çəkilmiş və qeyd olunan əşyalar götürülmüşdür. Bundan sonra protokol oxunulmuş və iştirakçılar tərəfindən protokol imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, hal-hazırda istilik sistemlərinin çəkilişi və təmiri işi ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs5 bir neçə ildir ki tanımışdır. Balakişi onun kombi aparatının alış-satışı ilə və onun təmiri işi ilə məşğul olduğunu bildiyi üçün 2019-cu ilin yanvar ayında mobil telefonuna zəng vuraraq kombi aparatı satdığını, almaq istədiyi halda ona sata biləcəyini bildirmişdir. O, isə Balakişinin bu təklifni qəbul etməyərək rədd etmişdir. Bir neçə gün keçdikdən sonra Balakişi yenidən ona zəng vuraraq əmisi oğlunun kombi aparatı olduğunu və almaq istəməyi ilə bağlı fikrini öyrənən zaman bu fikir marağını cəlb etdiyi üçün kombi aparatna baxmağa qərar vermişdir. Əmisi oğluna məxsus olan kombi aparatna baxmaq üçün Balakişi ilə telefonda danışaraq, həmin kombi aparatını harada baxa biləcəyini soruşan zaman o, ona Binəqədi rayonu, Binəqədi qəsəbəsi, "Hacı Fəyaz"a məxsus olan iki mərtəbəli obyektə gəlməyini bildirmişdir. O, 2019-cu ilin yanvar ayında Balakişinin qeyd etdiyi ünvana gələrək birinci mərtəbəsində avtoyuma məntəqəsi, aptek və bir sıra obyektlər olan iki mərtəbəli obyektin qarşısında Balakişi və onun yanında əmisi oğlu kimi təqdim etdiyi hansı ki, həmin şəxsin adını sonradan Sadiq olduğunu müəyyən etdiyi şəxslə böyük qardaşı olduğunu bildirdiyi bir nəfər tanımadığı qarayanız idmançı bədən quruluşlu bir şəxs də olmuşdur. Həmin şəxslərlə bir qədər söhbət etdikdən sonra o, Sadiq və böyük qardaşı olduğunu bildirdiyi bir nəfər tanımadığı qarayanız idmançı bədən quruluşlu bir şəxslə birlikdə obyektin yan tərəfində yerləşən qapıdan obyektin içərisinə daxil olmuş, lakin Balakişi isə həyətdə qalmışdır. Burada olan zaman Sadiq kimi adını bildiyi şəxs ona yeni kombi aparatı alacağı üçün divara bərkidilmiş "Bravia" markalı kombini göstərərək 150 manata satıb yerinə başqa birisini almaq fıkrinin olduğu bildirmişdir. O, isə həmin vaxtı kombiyə nəzər yetirsə də, çox köhnə olduğu üçün almamışdır. Bu zaman Sadiq ona başqa bir kombi aparatı göstərərək, onu alıb-almamağını soruşmuş və o, da həmin kombinin qiymətini maraqlanan zaman Sadiq ona 350 manata satdığnı bildirmişdir. Lakin həmin vaxtı üzərində yetərincə pulu olmadığı üçün həmin şəxslərdən vaxt istəmişdir ki, pulu düzəltsin. Digər otaqlarda isə bir sıra əşyalarda olmuşdur. Lakin o, həmin əşyalara elə də fikir verməmişdir. Həmin gün o, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, "Hacı Fəyaz"a məxsus olan iki mərtəbəli obyektə gəlmiş və burada Balakişi və Sadiqlə görüşmüşdür. Eyni qaydada Balakişi obyektin həyətində onui gözləmişdir. O, Sadiqlə birlikdə obyektin ikinci mərtəbəsinə qalxmışlar. Sadiq bu zaman "İmergaz 32" markalı kombini təqdim etmiş və o, da üzərində olan 350 manat pulu Sadiqə verib onun demiş olduğu kombini obyektdən çıxararaq taksiyə yükləyib oradan çalışdığı obyektə yollanmışdır. Qeyd olunan kombini çalışdığı obyektdə saxlamağa başlamışdır. 20 aprel 2019-cu il tarixdə saat 21 radələrində polis əməkdaşları işlətdiyi Binəqədi rayonu, E.Babayev küçəsində yerləşən obyektimə daxil olaraq bir neçə ay bundan əvvəl Balakişinin əmisi oğlu kimi bildiyi Sadiqdən almış olduğu "İmergaz" markalı kombinin oğurluq olması məlum olmuş və o, da oğurluq olan kombini poljs əməkdaşlarına təhvil vermişdir. O, bildirmişdir ki, vicdanlı alıcı olmuş, kombini alan zaman onun oğurluq olduğunu bilməmiş, əgər kombinin oğurluq olmasnı bilsə idi onu heç vaxtı almazdı. O, Balakişini uzun müddətdir ki, tanımış və onunla bu vaxta kimi münasibəti pozulmamışdır, lakin Sadiqi isə iki dəfə görmüş, yaxından isə tanımamışdır. O, 2019-cu ilin yanvar ayında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, "Hacı Fəyaz"a məxsus olan iki mərtəbəli obyektə gəlmiş və burada Balakişi, Sadiqlə görüşmüşdür. Üzərində olan 350 manat pulu Sadiqə verib onun demiş olduğu kombini obyektdən çıxararaq taksiyə yükləyib oradan çalışdığım obyektə yollanmışdır. Kombinin oğurluq olduğu barədə heç bir məlumatı olmamışdır. Balakişi və Sadiqdən kombidən başqa heç nə almamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, Valeh adlı şəxsi 2018-ci ilin may-iyun aylarından tanınışdır. Belə ki, o, Valehi dayısı X23 vasitəsilə tanımışdır. Valehin Binəqədi qəsəbəsində yerləşən atasına məxsus avtoyuyucu sexinə tez-tez gedib gəlmişdir. Valeh vasitəsilə o, Sadiq, İmran, Balakişi, Dəyanət, Niyaməddinlə tanış olmuşdur. Sadiqlə İmran arasında mübahisə yaranmışdı. O, onların mübahisəsinə müdaxilə edərək bildirmişdir ki, bir yerdə duz çörək kəsmislər, mübahisə etməməyi bildirmişdir. Sonra elə oldu ki, Sadiq ona, sən həmin mübahisədə nəyə görə İmranın tərəfini saxlayırsan? O, heç kimin tərəfinin saxlamdğını söyləmişdir. Sonradan ona Sadiq zəng vuraraq kobud danışa da Valehin səsini eşitmiş və Valeh ona, deyəsən onun başı qaçıb demişdir. Sonra özü Valeh onunla telefonda danışmış və o, arxasınsa danışmamağı, sözü varsa gəlib üzbəüz söhbət etməsini bildirmişdir. O, da obyektə gəlib söhbət etməsini bildirmişdir. O, bir saatdan sonra onun obyektinə getmiş, avtoyuyucu vexində Dəyanət, Balakişi, Sadiq və Valeh orada olmuşlar. Valeh, Sadiq və Dəyanətlə mübahisə etmişdir. Mübahisədən sonra onun heç bir səhvi olmadığından onunla mehriban danışmışlar. Sonra o, ondardan ayrılmış, buna baxmayaraq ürəyi onlardan küsmüşdür. Sonradan onlar arada bir görüşmüşdür. Onların oğurluq etməsindən xəbəri olmamış, aralarında isə daim kriminal söhbətlər getdiyini söyləmişdir.Təxminən 1-2 ay əvvəl Valeh özünə təzə maşın almışdır. Onların arasında ən yaxın olduğu İmran olmuş, İmranm psixi pozuntusu olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində qohumu Zərərçəkmiş şəxs1 evində ailəsi ilə birlikdə kirayə yaşamışdır. Yaşadığı ev Binəqədi qəsəbəsi Daş bazarının və köhnə poçtun yaxınlığında yerləşmişdir. Ev kürsülü, bir mərtəbəli, üç otaq, bir mətbəx, evin qarşısında təxmini bir sot həyətdən, 2.5 metr daş hasar və dəmir darvazadan ibarət olmuşdur. Həmin evdə 2018-ci ilin əvvəllərindən bəri kirayə yaşamışdır. Kirayə qaldığına görə ev sahibi Zərərçəkmiş şəxs1 hər ay 230 manat kirayə haqqı ödəmişdir. Evdə ailəsi ilə birlikdə yaşamışdır. Ailəsi üç nəfərdən ibarət olmuşdur. X43, arvadı X17 ilə birlikdə həmin evdə yaşamışdır. 30 dekabr 2018-ci il tarixdə saat 23:30-da evi ailəsi ilə birlikdə tərk etmiş, bacanağı Ramilgilə qonaq getmişlər. 30 dekabr 2018-ci il tarixdə saat 00:15-də onlar evə qayıtmışlar. Darvazanın qapısını açarla açmaq istəmiş, darvazanın açıqolduğunu görmüş, əli ilə darvazanı çəkdikdə qapı açılmışdır. Həyətə baxdıqda naməlum şəxslərin həyətə iki divarın arasında hasardan həyətə daxil olmalarını, darvazanın arxasına daş qoymalarını, darvazadan içəri daxil olan kimi evin sol tərəfində divarda olan kombi aparatının yerində olmadığını aşkar etmişdir. Bu barədə polisə və Əlizaminə məlumat vermişdir. Həmin istilik kombi aparatı Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid13 ifadəsində göstərmişdir ki, o, AR.DİN-nin X60 12-ci Patrul bölüyündə polis nəfəri, polis serjantı kimi çalışmışdır. 02 fevral 2019-cu il tarixdə o, iş yoldaşı Şahid12 və X16 ilə avtopatrul avtomobili ilə Abşeron rayonu ərazisində gecə xidmətində olmuşlar. 03 fevral 2019-cu il tarixə keçən gecə saat 00-35 radələrində Mehdiabad qəsəbəsi ərazisində xidmətdə olarkən Mehdiabad qəsəbəsindən Fatmeyi qəsəbəsinə gedən yolda, ara məhəllələrin içərisində “Ford Transit” markalı “vaqon tipli yük avtomobilin dayandığını görmüş və həmin avtomobili gecə vaxtı orada dayanması onlarda şübhələr yaratmış və avtomobil diqqətlərini cəlb etdiyindən onlar həmin avtomobilə yaxınlaşmışlar. Avtomobilin dövlət qeydiyyat nömrəsi üzərində olmamışdır. Bu zaman avtomobilin salonunda olan iki nəfərin sifətlərində maska, avtomobilin arxa salonunda başına və sifətinə maska geyinmiş halda bir nəfər şəxsin də olduğunu görmüşlər. Bu zaman onlar avtomobilimizin işıqlarını həmin avtomobilin üzərinə salmışlar. Onlara yaxınlaşmaq istədikdə onlar Ford avtomobilini sürüb aralanmaq istəmişlər, lakin avtomobiln həmin yerdə qarşısını kəsmişlər və avtomobil dayanmışdır. Bundan sonra avtomobildən 3 nəfər maskalı şəxs düşərək ara məhəllələrə tərəf hərəsi bir tərəfə qaçmağa başlamışlar. Onları təqib etsələr də, lakin onları məhəllələrdə tapa bilməmişlər. Sonra onlar avtomobilin yanına qayıtmışlar və Mehdiabad polis bölməsinə məlumat vermişlər və köməyə əməkdaşlar gəlmişlər və avtomobili birlikdə Mehdiabad polis bölməsinin ərazisinə gətirib raportla təhvil vermişlər. Avtomobilin yük yerində bir ədəd ağ rəngdə “Demirdöküm” kombi istilik sistemi olmuşdur. Sonra həmin kombi aparatı Sabunçu RPİ-nə təhvil verilmişdir. Həmin 3 nəfər şəxsin sifətlərini görə bilməmişlər, lakin onlar cavan adamlara oxşamışlar. Araşdırma zamanı həmin avtomobilin **-SX-*** dövlət qeydiyyat nişanlı və Binəqədi RPİ-nin 4-cü PŞ-də qaçırılmış avtomobil kimi axtarışda olması məlum olmuşdur. Bundan sonra həmin avtomobil 4-cü PŞ-nə təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş 16 aprel 2019-cu il tarixli axtarış və götürmə protokolundan görünür ki, 16 aprel 2019-cu il tarixdə X5 işlədiyi və yaşadığı ünvan 28 ünvanında sonuncunun və onun atası Fəyaz Əsədullayevin razılıq ərizələri əsasında axtarış keçirilmiş və axtarış zamanı binanın 2-ci mərtəbəsində qonaq otağında şkafın siyirtməsindən 01 ədəd suvenir xəncər, 01 ədəd açılıb bağlanan bıçaq, divan-kreslo dəstinin alt hissəsində qundağı və lüləsi kəsilmiş İJ-58 modelli, E-3933 nömrəli ov tüfəngi, yataq otağında dolabın siyirməsindən üzərində 06 ədəd “FİOCCHİ İTALY” yazısı olan ov patronları, 2-ci mərtəbədə yerləşən bilyard taxtı olan otaqda 01 ədəd özünü müdafiə - qırmızı rəngdə qaz dezondarant balonu, 03 ədəd qara rəngdə tibbi maska, fanar, 1 cüt qara rəngli köynək qolları, 1 ədəd qara rəngli “Jinqu” markalı nömrəsiz telefon, 1 ədəd rəngli kəlbətin, 1 ədəd hər iki ucu şiş olan mıxçıxaran dəmir parçası, 6 ədəd müxtəlif ölçülü və naxışlarda xalçalar aşkar olunaraq götürülmüşdür (cild 02. vər 165-176). Cinayət işinə əlavə edilmiş 18 aprel 2019-cu il tarixli Təqsirləndirilən şəxs4 istintaqa vermiş olduğu ifadələrinin hadisə yerlərində yoxlanılmasına dair tərtib edilmiş protokoldan görünür ki, o, 30 dekabr 2018-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 3-cü mədən korpus 126 yerləşən evdən oğurluq etdiyini, bundan sonra o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə 2019-cu ilin mart ayında axşam saatlarında Binəqədi rayonu, Fatmai bağlar massivində yerləşən bağ evinə hasardan aşma yolu ilə girdiyini, evin dəhlizindən bir ədəd kombi aparatını oğurladığını, bundan sonra o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Dəyanət kimi tanıdığı şəxslərlə birlikdə 2019-cu ilin yanvar ayında saat 15 vradələrində Binəqədi rayonu Fatmai bağlar massivində yerləşən nömrəsiz bağ evinə pəncərənin dəmir barmağlığını qırmaq yolu ilə evə girdiyini, oradan ət çəkən maşını, 05 ədəd xalça və digər əşyaları oğurladığını, bundan sonra o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Dəyanət kimi tanıdığı şəxslərlə birlikdə 06 yanvar 2019-cu il tarixdə Binəqədi rayonu Fatmai bağlar massivində yerləşən nömrəsiz bağ evinin qapısının dəmir barmağlığını sındırmaq yolu ilə evə girdiklərini, oradan 2 ədəd Sony markalı televizoru və digər əməlakı oğurladığını,, bundan sonra o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Dəyanət kimi tanıdığı şəxslərlə birlikdə Binəqədi rayonu, Novxanı qəsəbəsi V.Ağayev küçəsində yerləşən Zərərçəkmiş şəxs14 bağ evinə girdiyini, oradan İJ-58 markalı 2 lüləli 16 çaplı yivsiz tüfəngi və 2 ədəd tir tüfəngini, bir ədəd canlığı oğurladığını, bundan sonra Binəqədi rayonu, Binəqədi şosessi döngə 1-də yerləşən Zərərçəkmiş şəxs40 məxsus evə girdiyini və oradan oğurluq etdiyini, bundan sonra Binəqədi rayonu Qarayev küçəsində yerləşən Zərərçəkmiş şəxs18 məxsus evin həyətindən qəhvəyi rəngli plastik pəncərələri oğurladığını, bundan sonra o, Binəqədi rayonu, Ələkbərov küçəsində yerləşən fərdi evə necə daxil olduğunu oradan necə oğurluq etdiyini, daha sonra o, Binəqədi rayonu DSK yolunda mərmər sexindən oğurluq etdiyini və oradan nə oğurladığını, sonra Binəqədi qəsəbəsi Zeynalov küçəsi döngə 2 ev 21-də yerləşən həyət evini göstərərək ora necə girdiyini və nə oğurladığını, sonra Binəqədi qəsəbəsi C.Cabbarlı küçəsində yerləşən həyət evinnə necə girdiyini və oradan nə oğurladığını, sonra Binəqədi rayonu DSK-yolunda yerləşən avtoyuma məntəqəsinə necə girdiyini və nə oğurladığını, Binəqədi qəsəbəsi Bakıxanov küçəsində yerləşən həyət evinə necə girdiyini və oradan nə oğurladığını, Novxanı bağlar massivində yerləşən 5 saylı evə necə girdiyini və nə oğurladığını, sonra Binəqədi qəsəbəsi C.Cabbarlı küçəsində yerləşən fərdi evdən necə oğurluq etdiyini, Gülüstan küçəsi, döngə 12 A ünvanından 2 ədəd xalçaları necə oğurladığını izah edərək göstərmişdir. (cild 01. vər 117-145). Cinayət işinə əlavə edilmiş 19 aprel 2019-cu il tarixli Təqsirləndirilən şəxs2 istintaqa vermiş olduğu ifadələrinin hadisə yerlərində yoxanılmasına dair tərtib edilmiş protokoldan görünür ki, o, 27 may 2019-cu il tarixdə Stroydetal küçəsi döngə 13-də yerləşən evə, Binəqədi şosessində yerləşən fərdi yaşayış evinə, Biləcəri qəsəbəsi Zəngəzur küçəsində yerləşən fərdi yaşayış evinə, Biləcəri qəsəbəsi YYŞ-də yerləşən fərdi yaşayış evinə, Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsi 12 saylı fərdi evə, DSK-yolunda yerləşən evə, Binəqədi şosessi yol kənarında yerləşən fərdi yaşayış evinə, Biləcəri qəsəbəsi Ordubadi küçəsində yerləşən fərdi yaşayış evinə, DSK-yolunda yerləşən fərdi evə, Biləcəri qəsəbəsi Ordubadi küçəsi 1-ci keçid 2-ci döngə 6-saylı evə, Novxanı bağlar massivində yerləşən evə, Goradil bağlar massivində yerləşən evə necə girdiyini və oğurluq etdiyini göstərərək izah vermişdir. (cild 01. vər 176-189). Cinayət işinə əlavə edilmiş 23 may 2019-cu il tarixli Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadəsinin hadisə yerində yoxlanılmasına dair tərtib edilmiş protokoldan görünür ki, o, tanışı Təqsirləndirilən şəxs4la birlikdə 21 noyabr 2018-ci il tarixə keçən gecə ünvan 29 ünvanında yerləşən Zərərçəkmiş şəxs23 məxsus iki evə girərək oradan 4 ədəd Kofort-32 markalı kombi aparatlarını və digər əmlakı gizli yolla talayaraq oğurladığlarını bildirmiş və həmin evləri göstərərək oğurluğu necə və hansı şəraitdə etdiklərini tam dəqiqliyi ilə qeyd etmişdir. (cild 09. vər 118-120). Cinayət işinə əlavə edilmiş 23 may 2019-cu il tarixli Təqsirləndirilən şəxs4 istintaqa verdiyi ifadəsinin hadisə yerində yoxlanılmasına dair tərtib edilmiş protokoldan görünür ki, o, tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə 21 noyabr 2018-ci il tarixə keçən gecə ünvan 29 ünvanında yerləşən Zərərçəkmiş şəxs23 məxsus iki evə girərək oradan 4 ədəd Kofort-32 markalı kombi aparatlarını və digər əmlakı gizli yolla talayaraq oğurladığlarını bildirmiş və həmin evləri göstərərək oğurluğu necə və hansı şəraitdə etdiklərini tam dəqiqliyi ilə qeyd etmişdir. (cild 09. vər 121-123). Cinayət işinə əlavə edilmiş 25 may 2019-cu il tarixli Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadəsinin hadisə yerində yoxlanılmasına dair tərtib edilmiş protokoldan görünür ki, o, tanışı Təqsirləndirilən şəxs4la birlikdə 2018-ci ilin mart ayının 14-də saat 22 radələrində Abşeron rayonu Novxanı qəsəbəsi yeni məhəllədə yerləşən evin plastik pəncərəsinin dəmir barmağlığını sındıraraq evə girdiklərini, oradan Sony markalı televizoru,, həyətdən bir ədəd İndezit markalı kombi aparatını və su müəhərrikini gizli yolla talayaraq oğurladığlarını bildirmiş və həmin evi göstərərək oğurluğu necə və hansı şəraitdə etdiklərini tam dəqiqliyi ilə qeyd etmişdir. (cild 10. vər 8-10). Cinayət işinə əlavə edilmiş 25 may 2019-cu il tarixli Təqsirləndirilən şəxs4 istintaqa verdiyi ifadəsinin hadisə yerində yoxlanılmasına dair tərtib edilmiş protokoldan görünür ki, o, tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə 2018-ci ilin mart ayının 14-də saat 22 radələrində Abşeron rayonu Novxanı qəsəbəsi yeni məhəllədə yerləşən evin plastik pəncərəsinin dəmir barmağlığını sındıraraq evə girdiklərini, oradan Sony markalı televizoru,, həyətdən bir ədəd İndezit markalı kombi aparatını və su müəhərrikini gizli yolla talayaraq oğurladığlarını bildirmiş və həmin evi göstərərək oğurluğu necə və hansı şəraitdə etdiklərini tam dəqiqliyi ilə qeyd etmişdir. (cild 10. vər 26-28). Cinayət işinə əlavə edilmiş 30 may 2019-cu il tarixli Təqsirləndirilən şəxs4 istintaqa verdiyi ifadəsinin hadisə yerində yoxlanılmasına dair tərtib edilmiş protokoldan görünür ki, o, 2018-ci ilin dekabr ayının 10-na keçən gecə Abşeron rayonu Novxanı qəsəbəsi “Üzümlük” sahəsində yerləşən binadan gizli yolla bir ədəd elektrik şitinin talayaraq oğurladığlarını bildirmiş və həmin yeri göstərərək oğurluğu necə və hansı şəraitdə etdiyini tam dəqiqliyi ilə qeyd etmişdir. (cild 09. vər 215-216). Cinayət işinə əlavə edilmiş 30 may 2019-cu il tarixli Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadəsinin hadisə yerində yoxlanılmasına dair tərtib edilmiş protokoldan görünür ki, o, 26 mart 2019-cu il tarixdə tanışı Təqsirləndirilən şəxs5 ilə birlikdə gecə saat 23 radələrində Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs26 fərdi yaşayış evininin plastik pəncərəsini vintaçan alətlə açdığını və evə daxil olduqlarını və oradan iki ədəd televizoru oğurladığlarını bildirmiş, həmin yeri göstərərək oğurluğu necə və hansı şəraitdə etdiyini tam dəqiqliyi ilə göstərmişdir. (cild 10. vər 180-183). Cinayət işinə əlavə edilmiş 30 may 2019-cu il tarixli Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadəsinin hadisə yerində yoxlanılmasına dair tərtib edilmiş protokoldan görünür ki, o, 26 mart 2019-cu il tarixdə tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə gecə saat 23 radələrində Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs26 fərdi yaşayış evininin plastik pəncərəsini vintaçan alətlə açdığını və evə daxil olduqlarını və oradan iki ədəd televizoru oğurladığlarını bildirmiş, həmin yeri göstərərək oğurluğu necə və hansı şəraitdə etdiyini tam dəqiqliyi ilə göstərmişdir. (cild 10. vər 174-177). Cinayət işinə əlavə edilmiş 29 may 2019-cu il tarixdə Abşeron RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Fuad Nəsirov tərəfindən Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadəsinin hadisə yerində yoxlanılmasına dair tərtib edilmiş protokoldan görünür ki, o, 25 dekabr 2018-ci il tarixə keçən gecə təxminən saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs4 ilə birlikdə Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs27 məxsus fərdi yaşayış evininin plastik pəncərəsindən evə daxil olduqlarını və oradan iki ədəd televizorun və bir ədəd kombi istilik aparatını oğurladığlarını bildirmiş, həmin yeri göstərərək oğurluğu necə və hansı şəraitdə etdiyini tam dəqiqliyi ilə göstərmişdir. (cild 10. vər 123-125). Cinayət işinə əlavə edilmiş 20 iyun 2019-cu il tarixli Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadəsinin hadisə yerində yoxlanılmasına dair tərtib edilmiş protokoldan görünür ki, o, 2019-cu ilin mart ayının ortalarında gecə saat 02 radələrində Abşeron rayonu Goradil qəsəbəsində yerləşən Faik Abdullayevə məxsus fərdi yaşayış evininin giriş qapısını sındıraraq evə daxil olduğunu və oradan əmlakı oğurladığlarını bildirmiş, həmin yeri göstərərək oğurluğu necə və hansı şəraitdə etdiyini tam dəqiqliyi ilə göstərmişdir. (cild 10. vər 244-248). Cinayət işinə əlavə edilmiş 30 may 2019-cu il tarixli Təqsirləndirilən şəxs5 oğlunun istintaqa verdiyi ifadəsinin hadisə yerində yoxlanılmasına dair tərtib edilmiş protokoldan görünür ki, o, 26 mart 2019-cu il tarixdə tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə gecə saat 23 radələrində Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən fərdi yaşayış evininin plastik pəncərəsini vintaçan alətlə açdığını və evə daxil olduqlarını və oradan iki ədəd televizoru oğurladığlarını bildirmiş, həmin yeri göstərərək oğurluğu necə və hansı şəraitdə etdiyini tam dəqiqliyi ilə göstərmişdir. (cild 10. vər 180- 183). Cinayət işinə əlavə edilmiş 17 aprel 2019-cu il tarixli könüllü təqdim etmə və baxış keçirmə protokolundan görünür ki, həmin gün Təqsirləndirilən şəxs4 atası - Şahid5 Şöhlət oğlu könüllü olaraq yaşadığı ünvan 30 ünvanında 1 ədəd “Sony” markalı böyük həcmli televizor, 1 ədəd kişik həcmli “Sony” markalı televizor,1 ədəd mərmər materialdan olan qartal fiqurlu heykəl, 1 cüt qara rəngli üzərində ağlı qaralı naxışları olan qadın üçün boğazlı çəkmə ayaqqabısı, 1 cüt üzərində sarı-bənövşəyi rəngdə naxışları olan qadın ayaqqabısı, 1 cüt qəhvəyi rəngli-narıncı rəngdə olan qadın ayaqabısı, 1 ədəd Kenvud markalı belender, 1 ədəd 6 bıçaqdan dəst, 1 ədəd qəhvəyi rəngli gödəkcə, 1 ədəd kiçik həcmlı drel, 1 ədəd kiçik həcmli drel təqdim edərək, həmin əşyaların oğlu Təqsirləndirilən şəxs4 tərəfindən yaşadığı evə gətirdiyini bildirmişdir. Qeyd olunan əşyalar qablaşdırılaraq götürülmüşdür. (cild 01. vər 43-50). Cinayət işinə əlavə edilmiş 17 aprel 2019-cu il tarixli könüllü təqdim etmə, götürmə və baxış keçirmə protokolundan görünür ki, ünvan 31 ünvanda yaşayan Şahid3 tərəfindən 8 ədəd istilik sistemi kombi aparatı - biri “İmmergaz”, 2-ci isə Komfort” markalı kombi aparatlarını könüllü olaraq təhvil verilmiş və həmin kombi aparatlarını o, qonşusu olan Təqsirləndirilən şəxs4 aldığını bildirmişdir. (cild 01. vər 53-54). Cinayət işinə əlavə edilmiş 18 aprel 2019-cu il tarixli əşyanın tanınma protokolundan görünür ki, aşkar edilib götürülmüş oğurlanmış xalçalar Zərərçəkmiş şəxs5 təqdim edilmiş, o, həmin xalçalardan 4 ədədi tanımış, ona məxsus olduğunu, həmin əşyaların onun evindən oğurlandığını bildirmişdir. (cild 02.vər 48-52). Cinayət işinə əlavə edilmiş 18 aprel 2019-cu il tarixli əşyanın tanınma protokolundan görünür ki, aşkar edilib götürülmüş oğurlanmış əşyaları Zərərçəkmiş şəxs4 təqdim edilmiş, o, həmin oğurlanmış əşyaların içərisindən bir bıçaq dəstini, İmerqaz kombi aparatını və Flipis markalı saç qurudan feni tanımış, ona məxsus olduğunu, həmin əşyaların onun evindən oğurlandığını bildirmişdir. (cild 02.vər 85-87). Cinayət işinə əlavə edilmiş 25 aprel 2019-cu il tarixli əşyanın tanınma protokolundan görünür ki, aşkar edilib götürülmüş oğurlanmış əşyaları Zərərçəkmiş şəxs8 təqdim edilmiş, o, həmin oğurlanmış əşyaların içərisindən bir ədəd ”Demirdökum” su qızdırıcı aparatını tanımış, ona məxsus olduğunu, həmin əşyanın onun evindən oğurlandığını bildirmişdir. (cild 03.vər 191-193). Cinayət işinə əlavə edilmiş 03 may 2019-cu il tarixli əşyanın tanınma protokolundan görünür ki, aşkar edilib götürülmüş oğurlanmış əşyaları Zərərçəkmiş şəxs14 təqdim edilmiş, o, həmin oğurlanmış əşyaların içərisindən bir dəri gödəkcə-canlığı, və bir ədəd “tir” tüfəngini tanımış, ona məxsus olduğunu və həmin əşyaların onun evindən oğurlandığını bildirmişdir. (cild 07.vər 40- 42). Cinayət işinə əlavə edilmiş 25 sentyabr 2019-cu il tarixli əşyanın tanınma protokolundan görünür ki, aşkar edilib götürülmüş Zərərçəkmiş şəxs31 təqdim edilmiş, o, kombi aparatlarının içərisində bir ədəd “İmerqaz-32” markalı kombi aparatını tanıdığını və kombi aparatının evinin həyətində saxlanc yerindən oğurlandığını bildirmişdir. (cild 12. vər 263-265). Cinayət işinə əlavə edilmiş 09 may 2019-cu il tarixli əşyanın tanınma protokolundan görünür ki, aşkar edilib götürülmüş oğurlanmış əşyaları Zərərçəkmiş şəxs18 təqdim edilmiş, o, həmin oğurlanmış əşyaların içərisindən 4 komplekt plastik pəncərə sistemlərini tanımış, ona məxsus olduğunu və həmin əşyaların onun evinin həyətindən oğurlandığını bildirmişdir. (cild 07. vər 258-260). Cinayət işinə əlavə edilmiş 03 may 2019-cu il tarixli əşyanın tanınma protokolundan görünür ki, aşkar edilib götürülmüş və Zərərçəkmiş şəxs43 təqdim edilmiş əşyalardan, o, bir ədəd Makita markalı lobziki, bir ədəd Kvinner” markalı pereferatoru və bir ədəd dreli tanımış, həmin əşyaların onun evindən oğurlandığını bildirmişdir. (cild 06 vər 179-180). Cinayət işinə əlavə edilmiş 15 iyun 2019-cu il tarixli əşyanın tanınma protokolundan görünür ki, aşkar edilib götürülmüş kombi aparatları Zərərçəkmiş şəxs28 təqdim edilmiş, o, həmin kombi aparatlarının içərisindən 1 ədəd “İndezit” markalı kombi aparatını və 1 ədəd “Sony Braviya” markalı tanımış, həmin əmlakın ona məxsus olduğunu, televizorun və kombinin onun evindən oğurlandığını bildirmişdir. (cild 10.vər 58-62). Cinayət işinə əlavə edilmiş 09 iyul 2019-cu il tarixli əşyanın tanınma protokolundan görünür ki, aşkar edilib götürülmüş bir ədəd “Radinad” markalı kombi aparatını, 3 cüt qadın ayaqqabısını, tozsoran və bir cüt əlcək Zərərçəkmiş şəxs45 təqdim edilmiş, o, həmin kombi aparatını, 3 cüt qadın ayaqqabısını, tozsoran və bir cüt əlcək tanımış, həmin əmlakın ona məxsus olduğunu, qeyd olunan əşyaların onun evindən oğurlandığını bildirmişdir. (cild 10.vər 23-25). Cinayət işinə əlavə edilmiş 17 aprel 2019-cu il tarixli könüllü təqdim etmə və baxış keçirmə protokolundan görünür ki, həmin gün Təqsirləndirilən şəxs4 atası - Şahid5 Şöhlət oğlu könüllü olaraq yaşadığı ünvan 30 ünvanında 1 ədəd “Sony” markalı böyük həcmli televizor, 1 ədəd kişik həcmli “Sony” markalı televizor,1 ədəd mərmər materialdan olan qartal fiqurlu heykəl, 1 cüt qara rəngli üzərində ağlı qaralı naxışları olan qadın üçün boğazlı çəkmə ayaqqabısı, 1 cüt üzərində sarı-bənövşəyi rəngdə naxışları olan qadın ayaqqabısı, 1 cüt qəhvəyi rəngli-narıncı rəngdə olan qadın ayaqabısı, 1 ədəd Kenvud markalı belender, 1 ədəd 6 bıçaqdan dəst, 1 ədəd qəhvəyi rəngli gödəkcə, 1 ədəd kiçik həcmlı drel, 1 ədəd kiçik həcmli drel təqdim edərək, həmin əşyaların oğlu Təqsirləndirilən şəxs4 tərəfindən yaşadığı evə gətirdiyini bildirmişdir. Qeyd olunan əşyalar qablaşdırılaraq götürülmüşdür. (cild 01.vər 43-49). Cinayət işinə əlavə edilmiş 18 aprel 2019-cu il tarixli əşyanın tanınmaya təqdim edilmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 ona tanınmaya təqdim edilmiş oğurlanmış əşyaların işərisində bir ədəd “İmerqaz-32” markalı kombi aparatını, Almaniya istehsallı bıçaq dəstini, bir ədəd “Pilips” markalı profesonal saç qurudan feni tanımış, həmin əşyaların ona məxsus olduğunu və onun evindən oğurlandığını qeyd etmişdir. (cild 01.vər 85-87). Cinayət işinə əlavə edilmiş 29 aprel 2019-cu il tarixli əşyanın tanınmaya təqdim edilmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs11 ona tanınmaya təqdim edilmiş oğurlanmış əşyaların işərisində iki ədəd xalçanı, bir ədəd tozsaoran aparatını, bir ədəd bir ədəd “İmerqaz- 32” markalı kombi aparatını, bir ədəd elektrik rəndəsini tanmış, həmin əşyaların ona məxsus olduğunu və onun evindən oğurlandığını qeyd etmişdir. (cild 05.vər 58-62). Cinayət işinə əlavə edilmiş 14 iyun 2019-cu il tarixli əşyanın tanınmasına dair protokoldan görünür ki, Zərərçəkmiş şəxs23 ona təqdim edilmiş kombi aparatlarının içərisindən 2 ədəd “Komfort-32” markalı kombi aparatlarını tanımış və həmin kombi aparatlarının ona məxsus olduğunun Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən evindən oğurlandığını bildirmişdir. (cild 09.vər 183-185). Cinayət işinə əlavə edilmiş 15 iyun 2019-cu il tarixli əşyanın tanınmaya təqdim etmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs25 ona tanınmaya təqdim edilmiş bir ədəd “Genpower” markalı elektrik şitini tanımış, həmin kombi aparatlarının ona məxsus olduğunu və onun saxladığı binadan oğurlandığını qeyd etmişdir. (cild 09.vər 237-239). Cinayət işinə əlavə edilmiş 27 aprel 2019-cu il tarixli əşyanın tanınmaya təqdim etmə protokolundan görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs33 ona təqdim edilmiş əşyaların içərisində bir ədəd “Zubur” markalı direli, bir ədəd “İnteriskol” markalı laqondanı tanımış, həmin əşyaların ona məxsus olduğunun və oğurlandığını qeyd etmişdir. (cild 04.vər 45-47). Cinayət işinə əlavə edilmiş 2019-cu il tarixli əşyanın tanınmaya təqdim etmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs43 ona təqdim edilmiş əşyaların içərisində bir ədəd direl, peferator, lobzik aparatlarını tanımış və həmin əşyaların ona məxsus olduğunu, evindən oğurlandığını qeyd etmişdir. (cild 04) Cinayət işinə əlavə edilmiş 27 aprel 2019-cu il tarixli əşyanın tanınmaya təqdim etmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs24 ona təqdim edilmiş əşyaların içərisində bir topa “Aknur” markalı qırmızı naqilin və bir topa ağ elektril naqilini tanımış, həmin əşyaların ona məxsus olduğunu, evindən oğurlandığını qeyd etmişdir. (cild 04.vər 49-51). Cinayət işinə əlavə edilmiş 2019-cu il tarixli əşyanın tanınmaya təqdim etmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs44 ona təqdim edilmiş əşyaların içərisində bir ədəd “Sokol markalı perferatoru, iki ədəd direli tanımış, həmin əşyaların ona məxsus olduğunu, evindən oğurlandığını qeyd etmişdir. (cild 06.vər 219-220). Cinayət işinə əlavə edilmiş 03 may 2019-cu il tarixli əşyanın tanınmaya təqdim etmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs36 ona təqdim edilmiş əşyaların içərisində bir ədəd “mərmər güldanı”, bir ədəd “şir” və “qartal” heykəlini və bir ədəd mərmərdən hazırlanmış telefon altı sutunu tanımış, həmin əşyaların ona məxsus olduğunu, onun işlətdiyi sexdən oğurlandığını qeyd etmişdir. (cild 05.vər 152-154). Cinayət işinə əlavə edilmiş 03 may 2019-cu il tarixli əşyanın tanınmaya təqdim etmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs42 ona təqdim edilmiş əşyaların içərisində bir ədəd “TRİPP.LİTE” markalı enerji tənzimləyicisini tanımış, həmin əşyanın ona məxsus olduğunu, evindən oğurlandığını qeyd etmişdir. (cild 06.vər 151-152). Cinayət işinə əlavə edilmiş 06 iyun 2019-cu il tarixli əşyanın tanınmaya təqdim etmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs13 təqdim edilmiş əşyaların içərisində bir ədəd “Yukos” markalı su qızdırıcısını tanımış, həmin əşyanın ona məxsus olduğunu, onun evindən oğurlandığını qeyd etmişdir. (cild 08.vər 172-173). Məhkəmə ballistik ekspertizasının 19 aprel 2019-cu il tarixli 10391 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq slah hesab edilir. Tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə hazırlanan, bir tərəfi kəsici, ücu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş 1 ədəd predmet kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik olan soyuq silahdır. 1 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış suvenir tipli bıçaqdır və soyuq silah hesab edilmir. 1 ədəd oredmet Rusiyada İjevsk şəhərində zavod üsulu ilə istehsal edilmiş, təsiredici 2 metrə qədər, gözyaşardıcı-qıcıqlandırıcı maddə ilə təhciz edilən, özünü müdafiə təyinatlı, aerozol qurğulu qaz silahıdır və təyinatı üzrə istifadəyə yararlıdır. Məhkəmə əmtəəşunaslıq ekspertizasının 08 avqust 2019-cu il tarixli 18629 saylı rəyindən görünür ki, malların istifadə olunması nəzərə alınmaqla 2019-cu ilin mart ayına olan orta bazar qiymətlərinə əsasən tədqiqata təqdim edilmiş 1 ədəd üzərində “Tomas Aqua-Box compact Made in Germany 1600 W” yazıları olan tozsoranın qiyməti 150 manat, üzərində “Radinat RSR (28KW) yazıları olan kombi aparatının qiyməti 750 manat, bir cüt üzərində “İnci” yazıları olan, çəhrayı-krem rəngli sintetik materialdan hazırlanmış, 38 ölçülü, yaz-yay qadın ayaqqabısının qiyməti 8 manat, bir cüt üzərində “Guess by Marciano” yazıları olan, süni dəri materialdan hazırlanmış 38 ölçülü, dik daban qadın ayaqqabısının qiyməti 12 manat, bir cüt sarı rəngli, sintetik materialdan hazırlanmış, 38 ölçülü, dik daban qadın ayaqqabısının qiyməti 5 manat, 1 cüt boz qara rəngli əlcək quyməti 3 manat müəyyən edilmişdir. Məhkəmə əmtəəşunaslıq ekspertizasının 08 avqust 2019-cu il tarixli 19417 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd üzərində “ÖKOC» yazıları olan 20 litr su tutulu su qızdırıcısının istifadə olunmsının nəzərə alaraq, 2018-ci ilin avqust ayına olan bazar qiyməti təxminən 80,00 nanat müəyyən olunur. Məhkəmə əmtəəşunaslıq ekspertizasının 24 oktyabr 2019-cu il tarixli 24292 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş hazırkı vəziyyətdə 06 yanvar 2019-cu il tarixə bir ədəd üzərində markalanması tam pozulmuş, gövdəsi qara rəngli, xarici görnüşünə görə uzun müddət istismar edilmiş saç qurudan fenin hazırkı vəziyyətdə parakəndə satış qiyməti 20 manat, bir ədəd üzərində İmergaz Major ElO-32 markalanma yazıları olan, xarici görkəminə görə istismar olunmuş, hava bacasının kombi aparatının gövdəsinə bərkidilmiş hissəsi ilə birlikdə istilik sistemi üçün kombi aparatının qiyməti 1040 manat və bir ədəd istismar olunmuş bıçaq dəsti 50 manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə əmtəəşunaslıq ekspertizasının 24 oktyabr 2019-cu il tarixli 24293 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş hazırkı vəziyyətdə 06 yanvar 2019-cu il tarixə bir ədəd üzəridə markalanması olmayan, 160x260 sm ölçüdə, kənarları saçaqlı, xarici görnüşünə görə uzun müddət istifadə edilmiş, üzərində köhnə modelli xalçaların naxışları olan döşəmə palaz 100 manat, bir ədəd üzərində markalanması olmayan 160-x240 sm ölçüdə, kənarları pambıq saçaqlı xarici görnüşünə görə uzun müddət istifadə edilmiş döşəmə xalçası 50 manat, bir ədəd üzərində markalanması olmayan 140x180 sm ölçüdə, kənarları tikilmiş, xarici görnüşünə görə uzun müddət istifadə edilmiş döşəmə xalçası 50 manat, bir ədəd üzərində markalanması olmayan, 200x270 sm ölçüdə, kənarları tikilmiş döşəmə xalçası 80 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə psixiatrik ekspertizasının 03 sentyabr 2019-cu il tarixli 1650 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə və hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab edilmiş, onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə psixiatrik ekspertizasının 03 sentyabr 2019-cu il tarixli 1649 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs5 törətdiyi əməl dövründə və hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs5 törətdiyi əməl barəsində anlaqlı hesab edilmiş, onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs5 halhazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə ballistik ekspertizasının 15 may 2019-cu il tarixli 12478 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd zavod üsulu ilə istehsal edilmiş, 16 kalibirli “İJ” modelli, E3933 nömrəli qoşa-hamarlüləli(yivsiz) odlu ov tüfəngidir. Lakin konstruktiv dəyişikliyə məruz qalaraq lüləsi sonradan kəsilib qısaldılaraq ilkin təyinatı dəyişdirildiyindən tüfəng kəsiyidir və odlu silah hesab edilir, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim olunmuş dörd ədəd predmet 16 kalibirli olmaqla, həmin kalibirə malik yivsiz(hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə hazırlanmış patronlardır, istifadə üçün yararlıdırlar. Məhkəmə trasoloji ekspertizasına təqdim edilmiş 29 mart 2019-cu Binəqədi RPİ-nin 4-cü PŞ Binəqədi rayonu DSK yolunda vət Şahid17 məxsus yarım tikilidən oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 1 və 2 saylı daktilolentlərin səthindək ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 09.02.2019 Binəqədi RPİ-4-PŞ Binəqədi Göradil bağlar massivində vət Zərərçəkmiş şəxs52 məxsus 20 saylı bağ evində baş vermiş oğurluq faktı ilə əlaqədar h/y-nin müainəsi zamanı götrülmüş 1,2,3, 4,5 saylı daktilolentlərinin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına görə, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərinə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 29.03.2019 Binəqədi RPİ-nin 4-cü PŞ-ci Binəqədi rayonu DSK yolunda vət Şahid17 məxsus yarım tikilidən oğurluq faktı ilə əlaqaədar hadisə yerindən götürülmüş 1 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs1 sol əlinin hiptenar hissəsindən və 2 saylı daktilolentin səthindəki ovuc izi onun sol əlinin tenar hissəsindən qalmışdır. Məhkəmə əmtəəşunaslıq ekspertizasının 29 iyul 2019-cu il tarixli 17692 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd ağ rəngli Comfort” markalı, üzərində “8L” yazıları olan, 2016-cı ildə Çində istehsal edilmiş kombi aparatının istifadədə olması nəzərə alınaraq, 2019-cu ilin mart ayına olan orta bazar qiyməti təxminən 400 manat müəyyən olunur. Məhkəmə əmtəəşunaslıq ekspertizasının 19 avqust 2019-cu il tarixli 21039 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd istifadədə olmuş İmerqaz markalı 32kwlıq kombi aparatı 650 manat, 1 ədəd istifadədə olmuş, “Samsunq” markalı “SC4520” modelli tozsoran hal hazırda zədəli və istifadəyə yararsız vəziyyətdə qiymətsiz, zədələnməmişdən əvvəl istifadə olunmuş normal vəziyyətdə 40 manat, 1 ədəd istifadədə olmuş Bosch markalı GKS 190 modelli taxta kəsən aparat 80 manat, 1 ədəd istifadədə olmuş 2x3 ölçülü xalça 120 manat 2 ədədi isə 240 manat dəyərində təxmini qiyməti müəyyən edilmişdir. Məhkəmə əmtəəşunaslıq ekspertizasının 30 avqust 2019-cu il tarixli 19638 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mərmərdən hazırlanmış, mərmərdən hazırlanmış, səfaf rəngli uzunluğu 36 sm, hündürlüyü 22 sm olan şir heykəli 150 manat, mərmərdən hazırlanmış, krem-qəhvəyi rəngli, hündürlüyü 62 sm, diametri 30sm olan qartal heykəli 400 manat, mərmərdən hazırlanmış, hündürlüyü 107 sm, diametri 14 sm olan telefonaltı sütün 350 manat, mərmərdən hazırlanmış 56 sm h hündürlüyündə, diametri 30 sm olan güldan 500 manat dəyərində təxmini qiyməti müəyyən olunmuşdur. Məhkəmə əmtəəşunaslıq ekspertizasının 08 avqust 2019-cu il tarixli 19417 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd üzərində “ÖKOC” yazıları olan 20 litr su tutumlu su qızdırıcısının istifadədə olmasını nəzərə alaraq, 2018-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 80 manat müəyyən olunur. Məhkəmə əmtəəşunaslıq ekspertizasının 08 avqust 2019-cu il tarixli 18629 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd üzərində THOMAS Aqua-Box compact Made in Germany Max 1600w” yazıları olan tozsoran 150 manat, üzərində “RADİANT RSR 28 (28 kw) yazıları olan olan kombi aparatı 750 manat, 1 cüt üzərində inci” yazıları olan, cəhrayı-krem rəngli sintetik materialdan hazırlanmış, 38 ölçülü yaz-yay qadın ayaqqabısı 8 manat, 1 cüt üzərində “Guess bu Marciano” yazıları olan, suni dəri materialdan hazırlanmış, 38 ölçülü, dik daban qadın ayaqqabısı 12 manat, 1 cüt sarı rəngli sintetik materialdan hazırlanmış, 38 ölçülü, dik daban qadın ayaqqabısı 5 manat, 1 cüt boz-qara rəngli əlcək 3 manat məbləğində təxmini qiyməti müəyyən edilmişdir. Məhkəmə əmtəəşunaslıq ekspertizasının 13 sentyabr 2019-cu il tarixli 20655 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2 ədəd kəlbətin 1,40(2x0,70m) manat, 1 ədəd 24sm uzunluğunda dəmir qaz açarı 1,50 manat, 1 ədəd bağ qayçısı 1,00 manat, 1 ədəd taxta saplı çəkic 2, 00 manat, 1 ədəd sarı rəngli lent bağlaması 0,50 manat məbləğində təxmini dəyəri müəyyən edilmişdir. Məhkəmə əmtəəşunaslıq ekspertizasının 09 oktyabr 2019-cu il tarixli 23818 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1998-ci il buraxılışlı “Ford Transit” markalı, ** SX *** dövlət qeydiyyat nişanlı ağ rəngli, mühərrik həcmi 2500 sm-3, yürüş məsafəsi 318999 km olan vaqon tipli avtomobilin yuxarıda qeyd olunan xüsusatları nəzərə alınmaqla hazırkı vəziyyətdə 2019-cu ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 12500 manat müəyyən olunur. Məhkəmə əmtəəşunaslıq ekspertizasının 11 noyabr 2019-cu il tarixli 25626 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd elektrik şitin təzə vəziyyətdə 10 dekabr 2018-ci il tarixdə respublikadaxili orta bazar parakəndə satış qiyməti təxminən 1000 manat müəyyən edilir. Məhkəmə əmtəəşunaslıq ekspertizasının 11 noyabr 2019-cu il tarixli 25627 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş iki ədəd “Comfort” 32 markalı kombi aparatlarının hazırkı işlənmiş vəziyyətdə 21 noyabr 2018-ci il tarixdə təxminən cəmi dəyəri 1920 manat məbləğində müəyyən edilir. Məhkəmə əmtəəşunaslıq ekspertizasının 13 noyabr 2019-cu il tarixli 25899 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd istifadədə olmuş Sony markalı KLV- 321T400 modelli,32 düyümlü televizorun 2019-cu ilin mart ayına olan orta bazar qiyməti təxminən 320 manat müəyyən edilir. Məhkəmə ballistik və əmtəəşunaslıq ekspertizasının 28 oktyabr 2019-cu il tarixli 24743/24933 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd Almanyada zavod üsulu ilə istehsal edilmiş “Haenel Suhİ-311 modelli, 4,5 mm kalibirli “BB” tipli, tam komplektli və təyinatı üzrə istifadəyə yararlı olduğu halda idman məşq təyinatlı pnevmatik tüfəngin dəyəri 200 manat müəyyən edilir. Həmin kaibirə malik kürəformalı (şarikobıe) BB tipli pnevmatik silah məməciklərini atmaq üçün nəzərdə tutulmuş, hava təzyiqi iş prinsipinə malik olan, sürgülü yaylıporşenli, idman-məşq təyinatlı pnevmatik tüfəngdir-odlu silah hesab edilmir, nasazdır, təyinatı üzrə istifadə üçün yararsızdır. Bir ədəd ədəd istifadə edilmiş astarı hovlu xəzli təbii dəridən tikilmiş qəhvəyi rəngli təzə gödəkçənin dəyəri 100 manat müəyyən edilir. Məhkəmə ballistik və əmtəəşunaslıq ekspertizasının 18 noyabr 2019-cu il tarixli 26398 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd İmerqaz” markalı kombi aparatının işlənmiş vəziyyətdə 2019-cu ilin fevral ayına, köhnəlməsi nəzərə alınaraq respublikadaxili orta bazar parakəndə satış qiyməti təxminən 980 manat məbləğində müəyyən edilir. Məhkəmə ballistik və əmtəəşunaslıq ekspertizasının 13 noyabr 2019-cu il tarixli 25781 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 20 mart 2019-cu il tarixə, respublikadaxili orta bazar satış qiymətləri təxmini qaydada hesablanmış və 1,23x1,84m ölçüdə təzə vəziyyətdə quraşdırılmış, sonradan sökülmüş, aşağısı biri açılan, digəri açılmayan, iki qatlı şüşə quraşdırılmış plastik pəncərə 136 manat, 1,92x 1,65m ölçüdə təzə vəziyyətdə quraşdırılmış, sonradan sökülmüş, aşağısı biri açılan, digəri açılmayan, iki qatlı şüşə quraşdırılmış plastik pəncərə 190 manat, 1,92 x 1,61 m ölçüdə təzə vəziyyətdə quraşdırılmış, sonradan sökülmüş, aşağısı biri açılan digəri açılmayan, iki qatlı şüşə quraşdırılmış plastik pəncərə 185 manat, 1,x65x 1,84 m ölçüdə təzə vəziyyətdə quraşdırılmış, sonradan sökülmüş, aşağısı biri açılan, digəri isə açılmayan iki qatlı şüşə quraşdırılmış plastik pəncərə 182 manat məbləğində qiymətləri müəyyən edilmişdir. Məhkəmə ballistik və əmtəəşunaslıq ekspertizasının 18 noyabr 2019-cu il tarixli 27182 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş respublikadaxili orta bazar parakəndə satış qiymətlərinə əsasən 2018-ci ilin avqust ayının 2-nə Zərərçəkmiş şəxs33 məxsus laqonda və direl üzrə 40 manat, 2018-ci ilin avqust ayının 2-nə Zərərçəkmiş şəxs43 məxsus direl, pereferator və lobzik üzrə 85 manat, 2018-ci ilin noyabr ayının 19-u tarixə Zərərçəkmiş şəxs24 məxsus qırmızı rəngli üzlüyü təzə elektrik naqili və ağ rəngli istismar edilmiş televizor kabeli 24 manat, 2018-ci ilin noyabr ayının 19-na Zərərçəkmiş şəxs44 məxsus laqonda, direl və pereferator üzrə 60 manat qiymət müəyyən edilmişdir. Məhkəmə ballistik və əmtəəşunaslıq ekspertizasının 02 dekabr 2019-cu il tarixli 27608 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd “Dəmirdöküm” markalı su qızdırıcısı aparatının işlənmiş vəziyyətdə, 3 yanvar 2019-cu il tarixə, köhnəlməsi nəzərə alınmaqla respublikadaxili orta bazar parakəndə satış qiyməti təxminən 45 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 19.04.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 20.04.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 18.04.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 20.04.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 24.04.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 26.04.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 17.04.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 19.04.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs5 21.04.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 22.04.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 məhkəmə iclasında verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələrdə göstərmişdir ki, 2017-ci ilin yay aylarında dəqiq tarix yadında qalmamış, Təqsirləndirilən şəxs1 Binəqədi qəsəbəsində yerləşən obyekt-ofisinə ara bir yığışmışlar və orada söhbət zamanı Təqsirləndirilən şəxs1 ona və tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Dəyanət ləqəbli X11 dəstə yaratmasını, həyət evlərindən oğurluq cinayətləri etməsini təklif etmişdir. Valehin bu təklifini o, və digər tanışları hamısı qəbul etmişlər. Onun bu oğurluq cinayətlərinin edilməsinə razılıq verməyinə səbəb onun maddi cəhətdən vəziyyətinin ağır olması olmuşdur. Sonra oğurluq edilməsinə dair planlar qurulmuş, plana uyğun olaraq əsasən gecə vaxtları oğurluqların edilməsi qərarlaşdırılmış, ona həmin yoldaşlarla birlikdə həyət evlərinə girib əsasən istilik sistemi olan kombi aparatlarını söküb oğurlanması, onları və eləcə də evlərdən götürəcəkləri digər əmlakları oğurladıqdan sonra isə Valehin obyektinə daşınmasını, müştəri tapılarsa dərhal satmağı, əldə olunan pulu isə aralarında bölüşdürülməsi, Valehin özü olmadıqda isə onun iştirakı olmadan seçdikləri evlərə girməyi razılaşdırmışlar. Dəstənin rəhbəri Təqsirləndirilən şəxs1 olmuşdur. O, və digər yoldaşlar həmin dəstədə icraçı qismində olmuşlar. Oğurladığıları əmlakları isə onun, yaxud digər avtomobil vasitəsi ilə Valehə məxsus obyektə yığmalı və sonra oğurlanmış əmlaklara müştərilər tapıb satmalı imişlər. Həmin ofisin açarı Valeh tərəfindən Sadiqə verilmişdir. Onu bəzi hallarda yoldaşlar arasında “Niko” kimi də çağrırmışlar. Bundan sonra, o, adlarını qeyd etdiyi şəxslərlə birlikdə 2017-ci ilin yay aylarından başlayaraq 2019-cu ilin aprel ayına kimi olan müddət ərzində Binəqədi və Abşeron rayonları ərazisində həyət evlərindən oğurluqlar etmişlər. Abşeron rayonu ərazisindən oğurluqları əsasən İmran, Balakişi və Sadiq tərəfindən edilmişdir. Sadiq oğurluqlara getməzdən əvvəl onun ***-***-**-** mobil telefon nömrəsinə özünün ***-***-**-** saylı mobil telefon nömrəsi ilə axşam saatlarında zəng etmiş və onunla görüşmüşdür. O, oğurluq cinayətlərində oğurlanmış əşyaları idarə etdiyi avtomobillə daşmışdır. Belə ki, birinci oğurluğu 2017-ci ilin yay aylarında Təqsirləndirilən şəxs4lə birlikdə etmişdir. Təxminən iyul ayında, amma hansı gün olduğunu bilməmiş, axşam saatlarında Sadiq ilə qəsəbədə görüşmüş və Sadiqin təklifi ilə o, atasına məxsus olan etibarnamə ilə idarə etdiyi BMV markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobillə Binəqədi qəsəbəsi Ələkbərov küçəsi 21B ünvanında yerləşən həyət evinin yaxınlığına gəlmiş, Sadıq ona avtomobili saxlamağı bildirmiş və onun avtomobildə gözləməsini özünün isə evdə kimin olub olmamasını, sonra kombi aparatını götürməsini demişdir. Razılaşmış və sonra Sadiq özü ilə vintaçan alət götürüb hasardan həyətə aşmış, bir az keçmiş Sadiq darvaza qapısını içəridən açmış və ona əl ilə işərə etmiş, həyətə çağırmış və o, avtomobildən çıxıb həyətə girmışdir. Sadiq, evdə heç kimin olmadığını demişdir. Həyətdə evin bayır hissəsində divara quraşdırılmış plastik yeşiyi Sadiq vintaçan alətlə açaraq, orada “BİASİ” markalı kombi aparatını söküb götürmüş, sonra orada olan stablizatoru, hidrofonu və su mühərrikini götürüb küçəyə çıxartmış və avtomobilin baqaj hissəsinə yığmışlar. Evə isə girməmişlər. Sonra Sadiq avtomobili qəsəbə sakini Abbasın evinin qarşısına sürmüş və avtomobildən düşüb Abbasın həyətinə girmişdir. Abbasla həyətdə çıxmış, onun avtomobilinə yaxınlaşmış və o, avtomobilin baqaj hissəsini açmış və Sadiq kombi aparatını Abbasa göstərmişdir. Kombi aparatını 400-500 manat arası qiymətə Sadiq Abbasa satmışdır. Digər əşyaları da ona təklif edilsə də o, həmin əşyaları almamışdır. Sadiq ilə Abbas kombi aparatını köməkləşib həyətə aparmışlar və bir az keçmiş Sadiq qayıtmış və avtomobilə oturmuş, Valehin obyektinə getmişlər. Sadiq də, Valehin ona vermiş olduğu obyektin açarı ilə anbarı açmış və onlar köməkləşərək hidrofonu, su mühərrikini və stablizatoru ora qoymuşlar. Sadiq bu işə görə ona 150 manat məbləğində pul vermişdir. Qalan pul isə Sadiqdə qalmışdır. Evin kimə məxsus olduğunu isə bilməmişdir. Bundan başqa, dəqiq tarix yadında qalmamış 2017-ci ilin sonlarından 2018-ci ilin yanvar ayının əvvəllərində Sadiq ilə qəsəbədə görüşmüş, Novxanı bağlar massivində yerləşən bağ evlərinin birində oğurluq etməyə getmişlər. Nəzərlərini bir bağ evi çəkmiş və həmin evin yaxınlığında avtomobili saxlamışdır. Sadiq bağ evinin pəncərəsinin dəmir barmaqlığını vint açan alətlə qırıb açmış, sonra evə girmiş, evdən bir ədəd “Samsunq” markalı televizor, bir ədəd “DVD- Player” markalı aparatı, peyk antenasını götürüb evi tərk etmişlər. Həmin əşyalrı gətirib Valehin obyektinə yığmışlar. Televizorlıarın satılmasından xəbəri olmamış, amma Sadiq ona bu oğurluqda ona kömək etdiyi üçün 100 manat pul vermişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs4, X24 ilə birlikdə dəqiq tarix yadında qalmamış, təxminən 2018-ci ilin yanvar ayının son tarixlərində Goradil qəsəbəsində bağ evlərinin birindən oğurluq etmək niyyəti ilə idarə etdiyi BMV avtomobili ilə gəzişmişlər. Diqqətlərini bir həyət evi çəkmiş və onlar avtomobili saxladıb yerə düşmüşlər. O, isə avtomobildə qalmışdır. Bir az keçmiş bir ədəd “Samsung” markalı televizor, tozsoran aparatı, rəsm əsərləri, gödəkçə, od samovarı gətirib avtomobilə yerləşdirmişlər və sonra həmin yeri tərk edib Valehin obyektinə gəlmişlər. Qeyd olunan əşyaları həmin obyektə boşaltmışlar və sonra səhəri günü Sadiq ona 200 manat məbləğində pul vermişdir. Evin kimə məxsus olduğunu bilməmişdir. Əşyaların satılıb satılmamasından isə xəbəri olmamışdır. Bundan başqa, o, Təqsirləndirilən şəxs4, X24 ilə, dəqiq tarix yadında qalmamış, təxminən 2018-ci ilin yanvar ayının əvvəllərində gecə vaxtı, Binəqədi qəsəbəsiində idarə etdiyi BMV avtomobili ilə evlərdən oğurluq etmək məqsədi ilə gəzşmişlər. Qəsəbədə yerləşən Zeynalov küçəsində həyət evlərindən biri diqqəti çəkmiş və Sadiq avtomobili saxlatmış, o, və Saməddin avtomobildən yerə düşmüş, Sadiq özü ilə vintaçan götürüb evə tərəf getmişlər. O, isə avtomobildə onları gözləmişdir. Onlar hasardan həyətə düşmüşlər. Müəyyən müddət keçdikdən sonra bir ədəd “İmmergaz-24” markalı kombi aparatı gətirmişlər və avtomobilə yerləşdirmişlər. Səhəri günü həmin kombi aparatını Sadiq ilə o, Abbasa təxminən 400 manata satmışlar. Həmin puldan ona 100 manat məbləğində Sadiq pul vermişdir. Evin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs4, X24 və ilə 2018-ci ilin fevral ayının sonlarında dəqiq tarix yadında qalmamış, Binəqədi qəsəbəsində BMV avtomobili ilə münasib fərdi evlərin birindən oğurluq etmək məqsədi ilə küçələri gəzişmilər. Həyət evlərinin biri onun diqqətini cəlb etmiş və avtomobili evin bir qədər kənarında saxlamışdır. Sadiq və Saməddin avtomobildən yerə düşmüşlər. Bir az keçmiş əllərində “Rossi” markalı kombi aparatı gətirib avtomobilin baqaj hissəsinə qoymuşlar. Sonra hadisə yerini tərk etmişlər. Səhəri günü Sadiq ilə birlikdə avtomobilin baqajında olan kombi aparatını aparıb Abbasa təklif etmişlər. Sadiq həmin kombi aparatını 400 manata Abbasa satmış və ona 100 manat məbləğində pul vermişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs4 ilə birlikdə 2018-ci ilin fevral ayının sonlarında, Binəqədi rayonu, Novxanı bağlar massivində idarə etdiyi BMV avtomobili ilə gecə vaxtı gəzişmişlər. Məqsədləri münasib ev tapıb oradan oğurluq etmək olmuşdur. Bağ evlərinin birinin qapısının açıq olması diqqəti cəlb etmiş və onlar avtomobili həmin evin yaxınlığında saxlamışlar. Bağ evində heç kimin olmadığını yəqin etdikdən sonra, evə girib oradan çoxlu sayda gödəkçə, qazan su mühərrikini götürüb evdən çıxmışlar. Onları avtomobilə yığıb Valehin obyektinə gətirib boşaltmışlar. Sonra həmin əşyaların satılıb satılmamasından xəbəri olmamışdır. Bu oğurluqda iştirakına görə Sadiq ona 50 manat məbləğində pul vermişdir. Evin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs4 ilə birlikdə 2018-ci ilin fevral ayının sonlarında, yoxsa mart ayının əvvəllərində Binəqədi rayonu, Göradil bağlar massivində gecə saatlarında avtomobili ilə gəzişmişlər ki, həyət evlərinin birindən oğurluq etsinlər. Bir həyət evi onların nəzər diqqətini cəlb etmiş və o, avtomobili evin bir qədər kənarında saxlamış, avtomobildən düşüb həyətə daxil olmuş, evinin pəncərə şüşələrini sındırıb evə girmişlər və oradan divara quraşdırılmış markasını xatırlamadığı bir ədəd kombi aparatını vintaçan alətlə sökmüş və birlikdə gətirib avtomobilə yerləşdirmişlər. Bundan başqa evdən heç nə götürməmişlər. Sonra həmin kombi aparatını Valehin obyektinə gətirib qoymuşlar, bir neçə gündən sonra kombi aparatını Abbasa aparıb 500 manata satmışlar. Həmin puldan ona Sadiq 200 manat pul vermişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs4, X24 oğlu ilə birlikdə, 2018-ci ilin mart ayının əvvəllərində gecə saatlarında, Binəqədi rayonu, Binəqədi şosessinin kənarında avtomobili ilə həyət evlərindən birindən oğurluq etmək məqsədi ilə gəzirmişlər. Diqqətlərini bir həyət evi cəlb etmiş və avtomobili həmin evin yaxınlığında saxlamışdır. Sonra Sadiq və Saməddin avtomobildən yerə düşmüş, evə tərəf getmişlər. Bir qədər sonra onlar selofan torbalarda elektrik və santexnik avadanlıqları, qaynaq aparatı, perefaratoru gətirmiş və avtomobilin baqaj hissəsinə yığmışlar. Sonra həmin əşyaları gətirib Valehin obyektinə boşaltmışlar. Bu işə görə Sadiq ona 150 manat məbləğində pul vermişdir. Həmin əşyaların satılmasından xəbəri olmamışdır. Evin kimə məxsus olmasını bilməmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs4 ilə birlikdə 2018-ci ilin mart ayının sonlarında dəqiq tarix yadında qalmamış, gecə vaxtı avtomobilində Binəqədi rayonu, Binəqədi qəsəbəsində münasib ev axtarmış, oradan oğurluq etmək məqsədi ilə gəzşmişlər. Qəsəbədə gəzərkən diqqətlərini bir yeni tikili ev cəkmiş və avtomobili həmin evin bir qədər kənarında saxlamışdır. Sadiq avtomobildən yerə düşmüş və özü ilə vintaçan aləti götürüb evə tərəf getmişdir. O, isə avtomobildə oturub onu gözləmişdir. Bir az keçmiş Sadiq əlində selofan torbada ev telefonu, gümüş əşyalar, bujiteriyalar və yadında qalmayan digər əşyalar gətirmiş və avtomobilə qoymuş, sonra birlikdə Valehin obeyktinə gedib orada həmin əşyaları Sadıq obyektə qoyub qayıtmış və sonra onu evlərinə düşürtmüşdür. Buna görə Sadiq ona 50 manat məbləğində pul vermişdir. Həmin əşyaların satılmasından xəbəri olmamışdır. Onun evə necə girməsini bilməmişdir. Belə ki, o, avtomobildə oturub onu gözləmişdir. Evin kimə məxsus olmasını bilməmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs4 və X24 ilə 2018ci ilin aprel ayının əvvəllərində gecə vaxtı oğurluq etmək məqsədilə idarə etdiyi BMV markalı avtomobil ilə birlikdə Binəqədi rayonu, Binəqədi şosesinin kənarında gəzişmiş, həmin ərazidə yerləşən fərdi evlərin biri diqqətlərini cəlb etmişdir. Saməddin və Sadiq avtomobildən yerə düşmüş, o, isə avtomobildə gözləmişdir. Bir qədər keçdikdən sonra bir bağlama elektrik kabeli, istilik radiatoru, “İmmergaz” kombi aparatını gətirib avtomobilə yerləşdirmişlər. Həmin əşyaları aparıb Valehin obyektinə yığmış, kombi aparatı isə avtomobildə qalmışdır. Səhəri günü Sadiq Abbasla görüşmüş və bazarın yaxınlığında kombi aparatını ona xatırlamadığı qiymətə satmışdır. Ona bu işə görə 200 manat məbləğində pul vermişdir. Həmin evin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs4 ilə birlikdə 2018-ci ilin aprel ayının sonlarında, dəqiq tarix yadında qalmamış, onun idarə etdiyi avtomobildə Binəqədi rayonu, Goradil bağları massivində həyət evlərindən oğurluq etmək məqsədi ilə gəzişmişlər. M.S.Ordubadi küçəsində yerləşən bir bağ evi diqqətlərini cəkmiş və Sadiq avtomobili orada saxlamağı demiş və o, avtomobili saxlamışdır. Sonra Sadiq avtomobildən yerə düşmüş, bir az keçmiş yanına qayıtmış, evdə heç kimin olmadığını evdə televizorların olduğunu, kömək etməsini demişdir. O, avtomobildən yerə düşmüş, pəncərədən Sadiq ona Samsung”, digərinin isə markasını xatırlamadığı televizor vermiş və sonra onlar televizorları gətirib avtomobilə yerləşdirmiş və hadisə yerindən uzaqlaşmışlar. Həmin televizorları birlikdə Valehin obyektinə aparıb yığmışlar. Qeyd olunan əşyalardan savayı evdən heç nə götürməmişlər. Həmin televizorların satılmasından məlumatım olmamış və Sadiq bu işə görə ona 200 manat məbləğində pul vermış, evin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa, o, Sadiq və X24 ilə 2018-ci ilin may ayının təxminən əvvəllərində, günorta saatlarında Binəqədi rayonu, DSK adlanan ərazidə həyət evlərinin birindən oğurluq etmək məqsədi ilə gəzişmiş, yolunun kənarında yerləşən fərdi həyət evi diqqətlərini cəlb etmiş və Saməddin avtomobili saxlatmışdır. Sadiq və Saməddin avtomobildən yerə düşmüş, o, isə avtomobildə qalıb gözləmışdır. Bir qədər keçdikdən sonra Sadiq və Saməddin əllərində laqonda, pereferator, dreli, qızdırıcı ütü, divar kağız rulon gətirib gəlmiş və avtomobilin baqaj hissəsinə yığmışlar. Həmin əşyaları aparıb Valehin obyektinə boşaltmışlar. Buna görə Saməddin ona 50 manat məbləğində pul vermışdir. Həmin əşyaların satılmasından xəbəri olmamış, evin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa, o, Sadiq ilə birlikdə 2018-ci ilin may ayının ortalarında gecə vaxtı, Binəqədi rayonu, Goradil bağlar massivində oğurluq etmək üçün getmişlər. Həmin ərazidə avtomobil ilə bir qədər gəzişdikdən sonra diqqətlərini bir həyət evi cəlb etmiş və evin yaxınlığında avtomobili saxlatmış. Sonra biz evdə heç kimin olmadığına əmin olduq və həyətə girib evinin zirzəmisinin asma qıfılını dəmir alətlə qırdıq, oradan bir ədəd su qızdırıcısı, velosiped, su mühərriki, qab-qaşıq dəsti, elektrik kabeli gördük və onları götürüb avtomobilə yığıb Valehin obyektinə daşıyaraq apardıq və əşyaları ora boşaltdıq. Bir neçə gündən sonra Sadıq mənə 100 manat məbləğində pul verdi. Həmin əşyaları kimə satılmasından isə xəbərim olmadı. Həmin evin kimə məxsus olduğunu bilmirəm. Bundan başqa, o, X24 2018-ci ilin may ayının sonlarında Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Stroydetal küçəsi ilə oğurluq etmək məqsədi ilə gəzişmişlər, Saməddin bir evin yaxınlığında avtomobili saxlatmış və özü avtomobildən yerə düşdü. Mən isə avtomobildə gözlədim. Saməddin evin həyətinə hasardan aşmaqla, həyətə düşmüş və bir qədər sonra su qızdırıcısını (kolonkanı) su nasosu ilə birlikdə qucağında gətirmiş və köməkləşib onu avtomobilin baqaj hissəsinə qoymüş və Valehin obyektinə gətirib boşaltmışlar. Saməddin ona kömək etməsinə görə 100 manat pul vermiş, həmin evin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa, o, X24 ilə birlikdə oğurluq etmək məqsədi ilə dəqiq tarix yadında qalmamış, təxminən 2018-ci ilin iyun ayının ortalarında, gecə vaxtı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi ilə həyət evləri olan küçə ilə avtomobili ilə gəzişmişlər, həmin küçədə həyət evlərinin biri diqqətlərini çəkmiş və o, avtomobili evin yaxınlığında saxlamışdır. Saməddin avtomobildən yerə düşmüş, o, isə avtomobildə qalıb onu gözləmişdir. Bir qədər müddət keçdikdən sonra Saməddin qucağında kombi aparatı ilə küçəyə çıxmış və o, avtomobildən çıxıb ona yaxınlaşmış, köməkləşib kombi aparatını avtomobilin baqajına qoymuşlar. Sonra Saməddin həmin evə qayıdıb əlində elektrik tənzimləyici şitini gətirmiş və onu da avtomobilə qoymuşdur. Sonra həmin həmin kombi aparatını Valehin obyektinə aparmışlar və ora qoymuşlar. Saməddin bir neçə gündən sonra ona 200 manat məbləğində pul vermişdir. Kombi və stabilizatorun kimə satılmasından tam məlumatsız olmuş, evin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs4, X24 2018-ci ilin iyun ayının sonlarında gecə vaxtı, Binəqədi rayonu, Binəqədi şosesində həyət evlərindən birində oğurluq etmək məqsədi ilə avtomobili ilə gəzişmişlər, bir ev onların diqqətini çəkmiş və Sadiq həmin evin yaxınlığında avtomobili saxlatmışdər. Həmişəki kimi o, avtomobildə oturub gözləmiş, Sadiq ilə Saməddin evə tərəf getmiş və müəyyən vaxtdan sonra onlar özləri ilə qaz piltələri, su qızdırıcısı, laqonda, perferator, direl gətirib avtomobilin baqaj hissəsinə yerləşdirmişlər. Sonra həmin əşyaları birlikdə Valehin obyektinə aparıb boşaltmışlar. Bu işə görə Sadiq ona 50 manat məbləğində pul vermişdir. Evin kimə məxsus olduğunu bilməmiş və əşyaların kimə satılmasından xəbəri olmamış, həmin evin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa, o, X24 ilə birlikdə 2018-ci ilin təxminən iyul ayının ortalarında Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivində yerləşən həyət evlərinin birindən oğurluq etmək məqsədi ilə onun avtomobilində gəzişmişlər, həyət evlərinin biri Saməddinin diqqətini cəlb etmiş və avtomobili saxlatmışdır. Sonra o, avtomobildən yerə düşmüş və həyət evində heç kimi olmamasını, evin pəncərəsinin açıq olmasını görmüş və evə girmişdir. Sonra evdən laqonda, direl, perferator, taxtakəsən lobziq, samovar, elektrik samovarı, su mühərriki, xeyli uzunluğda elektrik naqilini ona pəncərədən vermiş və o, onları daşıyıb avtomobilə yerləşdirmiş, sonra birlikdə Valehin obyektinə getmişlər və orada həmin əşyaları boşaltmışlar. Saməddin bu işə görə ona 150 manat məbləğində pul vermişdir. Evin kimə məxsus olduğunu bilməmişdir. Əşyalıarın kimə satılmasından xəbərsiz olmuş, evin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, X24 ilə birlikdə 2018-ci ilin avqust ayının əvvəllərində Binəqədi rayonu, DSK-yolunda həyət evlərinin birindən oğurluq etməyə getmişlər. Həmin ərazidə olarkən diqqətlərini mərmər sexi cəlb etmiş və onlar avtomobildən yerə düşüb sexə yaxınlaşmışlar. O, isə avtomobildə gözləmişdir. Bir az keçmiş onlar köməkləşmiş vəziyyətdə bir ədəd mərmər əl-üz yuma qabı gətirmişlər və avtomobilin baqaj hissəsinə yerləşdirmişilər. Əl-üz yuma qabı çox ağır olmuş, onu birlikdə Valehin obyektinə aparıb qoymuşlar. Bu hadisədən təxminən bir müddət keçmiş həmin mərmər sexinə gedilməsi və oğurluq edilməsi qərarlaşdırılmış və yenə həmin tərkibdə ora gecə vaxtı yollanmışlar. O, yenə avtomobildə əyləşmiş, bir qədər keçdikdən sonra bir ədəd mərmərdən hazırlanmış şir heykəli, bir ədəd qartal heykəli, mərmər sütun, mərmər güldanı, “Samsung” markalı soyuducunu, məişət ütüsü, kondisoner mühərriki gətirmiş, əşyaların müəyyən hissəsi onun avtomobilinə, qalan hissəsini isə Sadiq yoldan keçən avtomobil saxlayaraq ona yığmışlar və hamısını Valehin obyektinə gətirib boşaltmışlar. Həmin əşyalardan mərmər sutunu, güldanı Sadiq Abbasa satmışdır. Ona buna görə Sadiq 200 manat məbləğində pul vermişdir. Sexin və evin kimə məxsus olduğunu, qalan əşyaların kimə satıldığını bilməmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs4, X24 ilə 2018-ci ilin avqust ayının əvvəllərində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolunda yerləşən ərazidə ona məxsus avtomobildə gəzişmişlər, məqsədləri münasib ev və ya obyekt tapıb oradan oğurluq etmək olmuşdur. Diqqətlərini bir avtoyuma məntəqəsi cəlb etmiş, Sadiq və Saməddin maşından yerə düşmüşlər, o, isə onları maşında gözləmişdir. Onlar avtoyuma məntəqəsinin qapısını dəmir alətlə qırıb içəri daxil olmuşlar. Bir qədər keçdikdən sonra onlar avtoyuyucu aparatı gətirib maşının yük olan hissəsinə qoymuşlar. Sonra həmin aparatı gətirib Valehin obyektinə boşaltmışlar. Ona həmin işə görə Sadiq 100 manat məbləğində pul vermişdir. Avtoyuma obyektinin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs4, X24 ilə birlikdə 2018-ci ilin avqust ayının təxminən əvvəllərində, Binəqədi qəsəbəsində həyət evlərinin birindən oğurluq etmək məqsədi ilə onun BMV avtomobili ilə gəzişmişlər, bu zaman həyət evlərinin biri diqqətlərini cəlb etdiyi üçün avtomobili evdən bir qədər aralıda saxlamışdır. Sadiq və Saməddin avtomobildən yerə düşmüş və evə tərəf getmişlər. Bir qədər keçdikdən sonra özləri ilə bir ədəd “BOSH” markalı kombi aparatı, su qızdırıcısını, hidrofon su qurğu mühərriki gətirmişlər və avtomobilə yerləşdirmişlər. Sonra hadisə yerindən uzaqlaşmış və onları gətirib Valehin obyektinə boşaldıb evlərinə dağlmışlar. Səhəri günü Sadiq ilə birlikdə kombi aparatını anbardan götürüb Abbasa satmışlar. Bu işə görə Sadiq ona 200 manat məbləğində pul vermiş, həmin evin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa, mən, Təqsirləndirilən şəxs4 və X24 ilə 2018-ci ilin dəqiq tarix yadında qalmamış, təxminən avqust-oktyabr ayı, gecə vaxtı Binəqədi rayonu, Gülüstan küçəsində onun avtomobilində gəzişmişlər. Məqsədləri həyət evlərinin birindən oğurluq etmək olmuşdur. Həyət evlərinin biri diqqətlərini cəlb etmiş və o, avtomobili saxlamışdır. Həmişəki kimi, Saməddin və Sadiq avtomobildən yerə düşmüş və evə tərəf getmişlər. Bir az keçmiş bir ədəd Neotrem” markalı kombi aparatı və enerji tənzimləyicisi gətirmişlər və avtomobilin baqaj hissəsinə qoymuşlar. Səhəri günü həmin kombi aparatını Sadiq ilə o, avtomobildə aparıb Abbasa 300-400 manat arası pula satmışllar və həmin puldan 100 manat ona verilmişdir. Tənzimləyicini isə Abbas almamış, onu Valehin obyektinə aparıb qoymuşlar. Həmin evin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs4, X24 ilə birlikdə, 2018-ci ilin sentyabr ayının təxminən əvvəlində günorta saatlarında Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsi ilə gəzişmişlər, oğurluq etmək üçün münasib həyət evi axtarıb tapmaq və oradan oğurluq etmək istəmişlər. Yol ilə gedərkən bir həyət evi diqqətlərini cəlb etmiş və Saməddin avtomobili saxlatmışdır. Sadıq və Saməddin avtomobildən yerə düşmüş, o, isə bir qədər kənarda avtomobildə oturub gözləmiş, bir az keçmiş Sadiq və Saməddin əllərində bir ədəd samovar, laqonda, perefarator, direl gətirərək avtomobilin baqaj hissəsinə yığmışlar və sonra avtomobili sürüb Valehin obyektinə gəlmiş və həmin əşyaları ora boşaltdıq. Saməddin mənə benzin pulu 20 manat məbləğində pul verdi. Həmin əşyaların satılmasından xəbəri olmamış, evin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs4 və X24 ilə birlikdə təxminən 2018-ci ilin oktyabr ayının əvvəllərində, Goradil qəsəbəsində BMV avtomobili ilə gəzişmişdir. Məqsədi münasib həyət evi tapıb oradan oğurluq etmək olmuşdur. Bu məqsədlə həyət evlərinin yaxınlığından keçəndə Sadiq avtomobili saxlamağı təklif etmiş və o, avtomobildə əyləşib gözləmiş, onlar isə avtomobildən düşüb evə tərəf getmişlər. Müəyyən qədər keçdikdən sonra Sadiq ilə Saməddin birlikdə 2 ədəd Baymaq markalı kombi aparatı gətirib avtomobilə yerləşdirmişdir. Sonra bir neçə pereferator, su mühərriki, laqonda gətirmiş və həmin əşyaları aparıb Valehin obyektinə yığmışlar. Təkrar həmin evə qayıdıb yenə 1 ədəd Baymaq kombi aparatı götürüb avtomobilə qoymuşlar. Səhəri günü həmin kombi aparatını Abbasa 400 manata satmışlar. Bu işə görə ona 300 manat pul verilmişdir. Digər kombi aparatlarının kimə satılmasından xəbəri olmamış, evin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, X24 və Təqsirləndirilən şəxs1 ilə birlikdə 2018-ci ilin noyabr ayının sonlarında dəqiq tarix yadında qalmamış, gecə vaxtı Binəqədi rayonu, DSK-4 yolunun kənarında yerləşən təmir edilən evdən oğurluq etməyi planlaşdırmışlar və birlikdə onun idarə etdiyi BMV avtomobili ilə həmin yerə gəlib evin yaxınlığında avtomobili saxlamışdır. O, avtomobildə əyləşib gözləmiş, Saməddin, İmran, Balakişi, Valeh və Sadiq həmin evə girmişlər. Müəyyən vaxtdan sonra onlar evdən bir neçə top elektrik naqilləri, laqonda aparatları, direl, kəlbətin, laqonda daşları, pereferator üçün bizləri götürüb avtomobilə yaxınlaşmışlar və o, baqaj hissəni açıb onları ora yığmış və sonra Valehin obyektinə gətirib hamısını ora tökmüşlər. Həmin əşyaların taleyi barədə onun heç bir məlumatım olmamış, evin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs4, X24 ilə birlikdə 2018-ci ilin noyabr ayının sonlarında, Binəqədi rayonu, Novxanı bağlar massivində həyət evlərindən oğurluq məqsədi ilə onun idarə etdiyi BMV avtomobili ilə getmişlər. Bir həyət evi diqqətlərini cəlb etmiş və avtomobili həmin evin yaxınlığında saxlamış, evdə heç kimin olmadığını yəqin etdikdən sonra o, avtomobildə qalmış, Saməddin və Sadiq avtomobildən yerə düşmüşlər. Bir qədər keçdikdən sonra oradan, elektrik samovarı, elektrik direli, elektrik rəndə, laqonda aparatı, bir ədəd xalçanı, bir ədəd “İmerqaz” kombi aparatını, divan-kreslo örtüyünü, bir komplekt hamam aksesuarlarını, radiator, qaz balonunun reduktorunu, qaynaq aparatını, mis kabeli, təsərrüfat baltasını, mis kabeli, rezin boru, iki ədəd tozsoran aparatı, ağacdoğrayan elektrik mişarı, mis çaynikini gətirmişlər və onların bir hissəsini onun avtomobilinə yığmışlar və o, Sadiqlə birlikdə həmin əşyaları Valehin obyektinə aparıb yığmış, sonra həmin yerə qayıtmışlar və kombi aparatını avtomobilinin baqajına yükləyib evlərinə getmiş, səhəri günü o, Sadiq ilə həmin kombi aparatını Abbasa 400 manata satmış, Sadiq bu oğurluğda ona köməyinə görə 200 manat məbləğində pul vermiş, evin isə kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs4, X24 ilə birlikdə 2018-ci ilin noyabr ayının sonlarında gecə vaxtı, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi, yeni yaşayış massivində BMV markalı avtomobili ilə gəzişmış, münasib ev axtarıb tapmaq və oradan oğurluq etmək istəmişlər. Həyət evlərindən biri onların diqqətini cəlb etmiş, idarə etdiyi avtomobili həmin evin kənarıda saxlamış, özü avtomobildə oturub gözləmişdir. Sadiq və Saməddin avtomobildən yerə düşüb evə tərəf getmiş və bir qədər keçdikdən sonra bir ədəd preferator, lobzik, direl, ütü, laqonda, kabel, elektrik naqili gətirib onun avtomobilinin baqaj hissəsinə yığmışlar. Sonra həmin əşyaları Valehin obyektinə daşıyıb aparmış və ora boşaltmışlar. Sonradan isə həmin əşyaların satılıb - satılmamağından xəbərim olmamışdır. Bu işdə köməkliyinə görə Sadiq ona 50 manat məbləğində pul vermişdir. Həmin evin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs4 ilə birlikdə, 2018-ci ilin dekabr ayının ortalarında dəqiq tarix yadında qalmamış, gecə vaxtı Binəqədi rayonu, Goradil bağlar massivində avtomobili ilə oğurluq etməyə getmişlər. Münasib ev axtarmışlar ki, oradan oğurluq etsinlər. Evin həyətinə birlikdə girmişlər, həyətdə yerləşən anbara yaxınlaşmış, dəmir alətlə dəmir barmağlığı sındırmış, içəri girmiş, oradan bir neçə ədəd samovar, mis teşt götürmüş, sonra evin bayır divarına quraşdırılmış su qızdırıcısını, bir komplekt hamam aksesuarlarını, “İmmergaz” kombi istilk sistemini götürə bilməmişlər, lakin onun işərisində olan avadanlıqları Sadıq çıxartmış və onları daşıyıb avtomobilə yerləşdirmiş və bundan sonra evi tərk etmişlər. Oğurladığı əşyaların hamısını Valehin obyektinə daşıyıb gətirmişlər və ora boşaltmışlar. Bir neçə gündən sonra Sadiqlə birlikdə İmerqaz kombi aparatını obyektdən götürüb Abbasa təxminən 400-500 manat arası pula satmışlar və Sadiq ona həmin puldan 200 manat vermişdir. Qalan əşyaların satılıb satılmamasından xəbəri olmamış, evin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa, o, X24 ilə birlikdə təxminən 2018-ci ilin noyabr ayının sonlarında, gecə vaxtı Biləcəri qəsəbəsində həyət evləri olan sahədə özünə məxsus avtomobillə gəzişmiş, həyət evlərinin birindən oğurluq etmək istəmişdir. Həyət evlərinin biri diqqəti çəkmiş və avtomobili həmin evin yaxınlığında saxlamışdır. Saməddin ilə Sadiq avtomobildən yerə düşmüşlər. Onlar həyət evinə hasardan aşmaqla girmişlər. Bir az keçmiş onlar bir ədəd “Vanvart” markalı kombi aparatı və stablizator gətirib avtomobilin baqaj hissəsinə qoymuşlar. Sonra həmin yerdən uzaqlaşmışlar. Səhəri günü Sadiq ilə görüşmüş, avtomobilin baqaj hissəsində olan kombi aparatını aparıb Abbasa 300-400 manat arasında qiymətə satmışlar. Həmin puldan ona 100 manat pul vermişdir. Satbilizatoru isə Sadiq götürmüşdür. Onu kimə verdiyini və evin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa, o, X24 ilə və Təqsirləndirilən şəxs4 ilə 2018-ci ilin dekabr ayının sonlarında gecə vaxtı, Novxanı qəsəbəsi, Sarıqaya adlanan ərazidə bağ evlərinin birindən oğurluq etmək məqsədi ilə idarə etdiyi BMV avtomobili ilə gəzişmiş, bir fərdi yaşayış evi diqqətlərini cəlb etmiş və o, avtomobili evin bir qədər kənarında saxlamışdır. Sadiq və Saməddin avtomobildən düşmüş evə tərəf getmişlər. Bir qədər keçmiş Sadiq və Saməddin özləri ilə bir ədəd işıq generatoru gətirib avtomobilə qoymuşlar. Sonra birlikdə Valehin obyektinə getmiş və işıq genaratorunu ora qoymuşlar. Saməddin bina görə ona 100 manat məbləğində pul vermişdir. Bağ evinin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs4, X24 ilə birlikdə 2018-ci il dekabr ayının sonlarında dəqiq tarixi xatırlamamış, gecə saatlarında Binəqədi qəsəbəsində mədən ərazisindən küçələrlə idarə etdiyi avtomobillə gəzişmiş, münasib ev tapıb oradan oğurluq etmək istəmişdir. Həmin ərazidə gəzərkən bir bağ evi diqqəti cəlb etmiş və Sadiq avtomobili saxlamağı bildirmışdır. Bundan sonra Sadiq və Saməddin avtomobildən yerə düşmüş və evə tərəf getmişlər. Təxminən yarım saat keçmiş onlar bir ədəd ”Novohot” markalı kombi aparatını əllərində gətirib avtomobilə qoymuşlar. Sonra onlar hadisə yerini tərk etmişlər. Səhəri günü avtomobilində qalmış kombi aparatını Sadiq ilə birlikdə Abbasa 300-400 manat arası qiymətə satmışlar. Sadiq bu işə görə ona 100 manat məbləğində pul vermiş, bağ evinin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs4 və X24 ilə birlikdə 2019-cu ilin yanvar ayının əvvəllərində Ford avtomobili ilə Binəqədi qəsəbəsi Gülüstan küçəsi ilə gəzişmiş, münasib bağ evi tapıb oradan oğurluq etmək istəmişlər. Bir bağ evi onların diqqətini çəkmiş və avtomobili saxlamış və Saməddin Sadiq ilə birlikdə avtomobildən yerə düşüb evə tərəf getmişlər. Bir az keçmiş Sadiq ilə Saməddin oradan iki ədəd xalça gətirmiş və avtomobilə qoymuşlar. Sonra avtomobili sürüb Valehin obyektinə gəlmiş və xalçaları ora boşaltmışlar. Buna görə Saməddin ona 50 manat məbləğində pul vermişdir. Xalçaların kimə satılmasından xəbəri olmamış, bağ evinin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa, 02 yanvar 2019-cu il tarixdə axşam saatlarında o, Sadiq, Balakişi və Dəyanət ləqəbli Cəfərov Samməddin ilə birlikdə onun idarə etdiyi BMV avtomobili ilə Binəqədi rayonu, 3-cü mədən, korpus 125, nömrəsiz həyət evin qarşısında saxlanılmış “Ford Transit” markalı “vaqon tipli **-SX-*** dövlət qeydiyyat nişanlı yük avtomobil diqqətlərini cəlb etmiş və avtomobili həmin Ford Transitin yaxınlığında saxlamışdır. Sadiq tərəfindən həmin avtomobili qaçırdıb, onunla oğurluqlara getməyi təklif olunmuş və onlar təklifə razılıq vermişlər. Bundan sonra Sadiq, Saməddin, Balakişi və o, avtomobildən yerə düşmüş, avtomobil yoxlamış, heç kimin olmadığını yəqin etdikdən sonra avtomobilin açarı üzərində olduğundan avtomobili işə salıb oradan uzaqlaşmışlar. Avtomobilin içərisində kardon bağlamalarda müxtəlif şirniyat məhsulları, cihazlar lövhəsinə quraşdırılmış “Pioner” markalı maqnitofonu, kül qabısında olan 50 manat məbləğində müxtəlif əskinazlarla olan nağd pulu, gümüş bijuteriyalı boyunbağını üzük ilə birlikdə, avtomobilin yük yerindən bir ədəd damkratı, təkər açarını götürmüşlər və o, isə avtomobildən xeyli şirniyat götürüb öz avtomobilinə yığıb evə aparmışdır. 50 manat pula benzin alıb Ford markalı avtomobilə tökülmüşdür. Avtomobildə götürülən əşyaları isə Valehin obyektinə gətirib qoymuşlar. Sonra Sadiq həmin Ford avtomobilini Fameyi bağlar massivində yeni körpünün yaxınlığında yol kənarında gizlətmiş və onun avtomobilinə əyləşib birlikdə evə qayıtmışlar. Bundan sonra o, bir neçə dəfə həmin avtomobillə oğurluqlara getmiş və oğurladığı əşyaları həmin avtomobilə yığıb Valehin obyektinə gətirib boşaltmış, evin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs4 ilə 2019-cu ilin yanvar ayının 3-nə keçən gecə Ford markalı avtomobili ilə, Binəqədi rayonu, Fatmayi- Goradil bağlar massivində oğurluq etmək məqsədi ilə münasib ev axtarmışlar. Bir həyət evinin qarşısında avtomobili saxlamış və Sadiq ilə birlikdə avtomobilən yerə düşmüş, Sadiq vint açan aləti özü ilə götürmüş və hasardan aşaraq həyətə girmişdir. Həyətdə evin pəncərəsinin dəmir barmaqlığını vintaçan alətlə sındırıb açmış, evə girib oradan bir ədəd “Demirdökum” markalı su qızdırıcısını, bir ədəd laqonda aparatını, çoxlu sayda elektrik razetkasını, elektrik kabelini və bir ədəd propan balona qoşulan qızdırıcını götürüb hissə-hissə Ford avtomobilinə yığmışdır. Sonra birlikdə Valehin obyektinə gəlib həmin əşyaları ora boşaltmışlar. Bu işə görə Sadıq ona bir neçə gündən sonra 100 manat pul vermişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, X24 və Təqsirləndirilən şəxs1 ilə birlikdə 2019-cu ilin yanvar ayının əvvəllərində gecə saatlarında Binəqədi rayonu, Goradil qəsəbəsi, Fatmai bağlar massivində yerləşən həyət evlərindən oğurluq etmək məqsədi ilə münasib ev axtarmışlar. Sadiq Ford avtomobilini o, isə BMV avtomobilimi idarə etmişdir. Bu zaman bir bağ evi onların diqqətini çəkmiş və həmin evin darvaza qapısının bağlı olduğunu yəqin etdikdən sonra, avtomobilləri bir qədər kənarda saxlamışlar. Hasardan uşaqlardan biri həyətə düşmüş və darvaza qapısını içərisindən açmışdır. O, avtomobildə gözləmiş, Valeh, Sadiq Balakişi, Dəyanət evə girib, oradan bir ədəd “Bosh” markalı ət çəkən aparatı, beş ədəd xalça, bir ədəd “İtimat” elektrik qızdırıcı sobanı, enerji stabilizatoru, saç qurudan feni, “Tefal” qazan dəstini, 3 ədəd kişi gödəkçəsini Ford avtomobilinə yükləyib Valehin obyektinə aparıb boşaltmışlar. Əşyaların satılıb satılmamasından məlumatsız olmuşdur. Ona taksi kimi onları apardığına görə Valeh ona 50 manat məbləğində pul vermişdir. Bağ evinin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 X24 və Təqsirləndirilən şəxs1 ilə birlikdə 2019-cu ilin yanvar ayının əvvəllərində yenə həmin qaydada, Ford və onun idarə etdiyi BMV avtomobili ilə gecə saatlarında Binəqədi rayonu, Goradil qəsəbəsi, Fatmai bağlar massivində həyət evlərindən oğurluğa getmişlər və bir bağ evinin yaxınlığında avtomobilləri saxlamışlar, o, avtomobilində oturub gözləmiş, Valeh, Sadiq, Balakişi, Saməddin avtomobildən düşmüş və evə girmişlər, bir az keçmiş bir ədəd “İmmergaz-32” markalı kombi aparatı, 2 ədəd “Sony Bravia” markalı televizor, bir ədəd kompyuter dəsti, bir ədəd video müşahidə kamera qurğusuna aid monitor, video “DVR” qurğusu, bıçaq dəsti, samovar, yataq dəsti fen götürüb gətirib və həmin əşyaları daşıyaraq bir hissəsini onun avtomobilinə, bir hissəsini isə Ford avtomobilinə yükləmişlər və hamısını birlikdə aparıb Valehin obyektinə yığmışlar. Həmin əşyaların kimə satıldığını bilməmişdir. Bundan başqa, o, X24 ilə birlikdə 2019-cu ilin yanvar ayının təxminən sonlarında Binəqədi qəsəbəsində həyət evləri olan ərazidə idarə etdiyi avtomobillə gəzişmişdir. Məqsədləri münasib ev tapıb həmin evdən oğurluq etmək olmuşdur. Həyət evlərinin biri onların diqqətini çəkmiş və həmin evdən bir qədər kənarda avtomobili saxlamışdır. Saməddin avtomobildən yerə düşüb evə tərəf getmişlər. O, isə onu avtomobildə gözləmişdir. Bir qədər keçdikdən sonra o, qucağında “LG” markalı plazma televizorunu gətirib avtomobilə qoymuş və sonra qayıdıb peyk antena aparatı gətirib avtomobilin baqajına qoyduqdan sonra onlar hadisə yerindən uzaqlaşmış və avtomobili sürüb Valehin obyektinin yanına gəmişlər. Həmin əşyaları obyektə boşaltdıqdan sonra Saməddin ona 200 manat məbləğində pul vermişdir. Həmin əşyaların kimə satılmasını bilməmişdir. Qeyd olunan əşyalardan savayı evdən başqa nə isə oğurlandığını bilməmişdir. Bundan başqa, o, Sadiq, İmran, Balakişi ilə birlikdə 2019-cu ilin yanvar ayının sonlarında, dəqiq tarix yadında qalmamış, gecə vaxtı Binəqədi rayonu, Goradil bağlar massivində oğurluq etmyə getmişlər. Ford avtomobilini Sadiq idarə etmiş, bir bağ evinin yaxınlığında Ford avtomobilini saxlamış və ondan savayı hamı avtomobildən yerə düşmüşdür. O, avtomobildə oturub onları gözləmişdir. Bir az keçmiş uşaqlar əllərində alüminium qab-qazanları və elektrik somavarı, iki ədəd xalça, mis kabel gətirib avtomobilə yığmışlar və sonra həmin malları Valehin obyektinə aparıb boşaltmışlar. Bu işə görə Sadiq ona xatırlamadığı məbləğdə pul vermişdir. Həmin əşyaların kimə satılmasından xəbəri olmamış, bağ evinin kimə məxsus olmasını bilməmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, X24 ilə birlikdə 2019-cu ilin yanvar ayının sonunda dəqiq vaxt yadımda deyil gecə vaxtı, Binəqədi rayonu Novxanı şosessi ilə onun avtomobilində gəzişmiş, münasib ev axtarıb və oradan oğurluq etmək istəmişdir. Bağ evlərinin biri diqqəti cəlb etmiş və avtomobili həmin evin bir qədər kənarında saxlamış, Saməddin, Sadiq, Balakişi avtomobildən yerə düşmüş və bağ evinə tərəf getmişlər. Müəyyən vaxt keçmiş, Sadiq, Saməddin və Balakişi əllərində 3 ədəd tüfəng, gödəkçə-canlığlar gətirmişlər və avtomobilin baqaj hissəsinə yığmışlar. Sonra həmin əşyaları və tüfəngləri Valehin obyektinə aparıb boşaltmışlar. Tüfəngələrin və digər əşyaların kimə satılmasından xəbəri olmamışdır. Bu işə görə ona bir iki gündən sonra 200 manat məbləğində Saməddin pul vermişdir. Həmin bağ evinin kimə məxsus olduğunu və evdən başqa nə isə oğurlandığını bilməmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs4 ilə 2019-cu ilin fevral ayının təxminən əvvəllərində idarə etdiyi BMV avtomobili ilə gecə vaxtı Binəqədi rayonu, Goradil bağlar massivində “Rabitəçilər” adlanan ərazidə münasib fərdi yaşayış evi axtarmışlar ki, oradan oğurluq etsinlər. Diqqəti bir həyət evi cəlb etmiş və həmin evin bir qədər kənarında avtomobili saxlayıb birlikdə avtomobildən yerə düşmüşlər. Dəmir darvaza qapısının bağlı olduğunu, evdə heç kimin olmadığını yəqin etdikdən sonra dəmir parçası ilə evin pəncərəsinin dəmir barmaqlığını sındırıb açmış evə girmiş və evi axtarmağa başlamışdır. Orada paltar dolabından kişi pencəyi, kişi jileti, evin həyətində qarajdan somovarı, mətbəx otağından, elektrik somovarını, bir dəst gümüş və bürünc qab dəstlərini, hamam otağından bir ədəd “Unikal- 32” markalı kombi istilik sistemini, qaynaq aparatını, bir ədəd “BOSH” markalı perfaratoru, qaynaq ütüsünü götürüb onları avtomobilə daşıyıb yığmış və sonra onları Valehin obyektinə aparıb boşaltmışlar. Sonra Sadıqlə birlikdə həmin Unikal-32 markalı kombi aparatını Abbasa xatırlamadığı qiymətə satmışlar. Əldə olunmuş puldan Sadiq ona 150 manat pul vermişdir. Bağ evinin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa, o, X24 ilə birlikdə 2019-cu ilin fevral ayının təxminən ortalarında Goradil bağlar massivində yerləşən həyət evlər olan ərazidə gəzişmişdir. Məqsədi həyət evlərinin birindən oğurluq etmək olmuşdur. Gəzərkən evlərin biri diqqəti cəlb etmiş və avtomobili evin müəyyən qədər aralığında saxlamışdır. Saməddin avtomobildən yerə düşmüş və evə tərəf getmişdir. O, isə avtomobildə oturub onu gözləmişdir. Müəyyən qədər vaxt keçdikdən sonra Saməddin qucağında “İmmergaz” markalı kombi aparatı gətirdiyini görmüş, avtomobildən düşüb ona kömək etmiş, kombini avtomobilin baqajına yerləşdirmişdir. Sonra həmin kombini Valehin obyektinə aparıb qoymuşdur. Sonra Saməddin ona 100 manat pul vermişdir. Kombi aparatının satıldığından xəbəri olmamış, kombi aparatının kimin evindən oğurlandığını bilməmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, X24 və Təqsirləndirilən şəxs1 oğlu ilə birlikdə 2019-cu ilin sonlarında, avtomobili ilə gəzib münasib ev axtarib oradan oğurluq etmək istəmişlər. Binəqədi qəsəbəsi Qarayev küçəsində yerləşən həyət evlərindən biri diqqəti çəkmiş və avtomobili həmin evin yaxınlığında saxlamışdır. Həmin evin yaxınlığında o, avtomobildə gözləmiş, təxminən yarım saat keçmiş Sadiq əlində laqonda aparatı ilə avtomobilə yaxınlaşmış, həyətdə plastik pəncərə sistemləri olduğunu bildirmişdir. Onları götürüb onun avtombilinə yerləşmədiyi üçün yığa bilməmişlər. O, onları bazar tərəfə aparıb düşürtmüş, onlar yük daşıyan maşın tapıb həmin pəncərələri ora yükləyib aparmağı qərara almışlar, özü isə çıxıb evə getmişdir. Səhəri günü Sadiq yük avtomobili tapıb həmin əşyaları ora yığıb Valehin obyektinə apardığını danışmışdır. Bu işə görə ona 50 manat məbləğində Sadiq pul vermişdir. Həmin evdən daha nə oğurlandığını bilməmişdir. Bağ evinin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 ilə birlikdə 2019-cu ilin mart ayında dəqiq tarixi xatırlamamış, təxminən mart ayının sonlarında səhər saatlarında Sadiq və Təqsirləndirilən şəxs3la ilə Binəqədi qəsəbəsində Mərkəz adlanan yerdə görüşmüş, onlar gecə vaxtı Fatmai bağlar massivində həyət evlərinin birindən bir ədəd “Kombi” istilik sistemini oğurladığlarını və həmin kombi aparatını oğurluq etdiyi evin qonşuluğunda həyətdə gizlətdiklərini, onu gedib gətirmək lazım olduğunu bildirmişlər. O, təklifi qəbul etmiş və idarə etdiyi BMV avtomobili ilə Fatmayi bağlar massivinə gəlmiş və orada İmran və Sadiq oğurladığı kombi aparatını qonşu həyətdən götürüb onun avtomobilinin baqaj hissəsinə qoymuşlar. Sonra birlikdə gəlib Cümə məscidin yaxınlığına və orada Abbasla görüşmüş, o, özünün Niva avtomobili ilə ora gəldikdən sonra “Efendilər“ kombi aparatını xatırlamadığı qiymətə ona satmışlar. Həmin puldan ona taksi kimi zəhmət haqqı 50 manat pul vermişlər. Bağ evinin kimə məxsus olduğunu isə bilməmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs4, X24 və Təqsirləndirilən şəxs1 ilə birlikdə 2019-cu ilin mart ayının sonlarında Binəqədi rayonu, DSK adlanan ərazisində idarə etdiyi avtomobillə münasib evlərin birindən oğurluq etmək məqsədi ilə həyət evləri axtarmaq məqsədi ilə gəzişərkən, diqqətlərini həyət evlərindən biri cəlb etmiş və o, avtomobili evin yaxınlığında saxlamışdır. Onlar avtomobildən yerə düşmüşlər, o, isə avtomobildə əyləşib onları gözləmişdir. Bir qədər keçdikdən sonra onlar əllərində dreli müxtəlif alətlər və yadında qalmayan əşyalar gətirmişlər və avtomobilin baqaj hissəsinə doldurmuşlar. Sonra həmin əşyaları Valehin obyektinə aparıb yığmışlar. Buna görə səhəri günü Sadiq ona 100 manat məbləğində pul vermişdir. Həmin evin kimə məxsus olduğunu isə bilməmişdir. Məmmədov Sadiq 1 ədəd Sony Braviya markalı televizor, bir ədəd canlıq qadın ayaqqbıları, fen, çəngəl bıçaq dəsti, qartal heykəli, bir ədəd balaca direl və bir ədəd kiçik laqondanı özünə götürmüşdür. Valehin ev-ofisindən aşkar edilmiş əşyaların əksəriyyəti oğurlanmış mallardır. Belə ki, xalçalar, 1 ədəd tozsoran, 3 ədəd tünd qəhvəyi rəngli plastik pəncərə sistemi, 1 ədəd stol tozsoranı, 1 ədəd üzərində “Genpover” yazısı olan elektroşit, 1 ədəd “tefal” tipli elektrikçaynik, 1 ədəd elektoromişar, 1 ədəd fen, 1 ədəd dəstiyi sarı rəngli olan vintaçan, 1 ədəd dəstəyi göy rəngli olan oboy kəsən, şəffaf plastmas qabın içərisində olan vintaçan tipli alətlər, 1 ədəd yaşıl rəngli laqonda aparatı, 20 ədəd çəngəl-qaşıq, 1 ədəd zubil aləti, 2 ədəd qaz açarı, 1 ədəd mismar çıxardan aləti, 1 ədəd qırmızı rəngli kəlbətin, 1 ədəd dərman vuran qab, ağ rəngli kabel, 2 ədəd çəkic və karton qutunun içərisində olan müxtəlif alətlər, kabellər, Zubur markalı direl, İnterskol markalı laqonda, pereferator, nakita elektron mişar, Bosh markalı direl sokol markalı pereferator, göy rəngli dəstəyi olan direl onun iştirakı ilə oğurlanmış əmlaklardır. Onların konkret olaraq hansı evdən oğurlamağımız yadında qalmamışdır. Anbara yığılmış digər əşyalar isə ola bilsin Valeh, Sadiq yaxud başqaları tərəfindən satılmışdır. O, Sadiqlə oğurluq cinayətlərində iştirak etsə də, lakin avtomobilində otutmuş və o, bəzi hallarda tək evlərə girib oğurluq etmiş, əşyanın gətirib avtomobilə qoymuşdur. Ona görə də o, oğurluğu tək etdiyini göstərmişdir. O, həqiqətən taksi sürücüsü kimi onunla oğurluğa getməsini bildirmişdir. O, əldə etdiyi pulları öz ehtiyacına sərf etməsini qeyd etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs3 müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələrdə göstərmişdir ki, o, 2017-ci ilin yay aylarında dəqiq tarixi xatırlamır, oğurluq cinayətləri törədilməsi üçün Təqsirləndirilən şəxs1 Binəqədi qəsəbəsində yerləşən obyektinə yığışaraq, orada Təqsirləndirilən şəxs1 ona və tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, X11 Binəqədi və Abşeron rayonları ərazisində yerləşən həyət evlərindən oğurluqlar etmək üçün dəstə yaradılmasını təklif etmişdir. Valehin bu təklifini o, və digər tanışları hamısı qəbul etmiş, sonra oğurluq edilmsinə dair planlar qurulmuş, ona həmin yoldaşlarla birlikdə həyət evlərinə girib əsasən istilik sistemi olan kombi aparatlarını söküb oğurlanması, onları və eləcə də evlərdən götürəcəkləri digər əmlakları oğurladıqdan sonra isə obyektə gətrilməsini, müştəri tapılarsa dərhal satmağı, əldə olunan pulu isə aralarında bölüşdürülməsi, Valeh özü olmadıqda isə onun iştirakı olmadan seçdiyimiz evlərə girməyi razılaşdırdıqdan daha sonra hamının vəzifələri bölüşdürülmüş, işimizin forma və üsulları, yəni gecə vaxtları, heç kimin olmadığı vaxtı evlərə girməyi, əmlakların satılması, əldə edilmiş pulları bölüşdürülməsini qabaqcadan planlaşdırıldı. O, mütəşəkkil dəstə tərkibində icraçı qismində olmuş, əmlakın ələ keçirilməsi mümkün olan yaşayış, saxlanc yerlərinin tapılması üçün dəstə üzvü olan şəxslərlə aralarında əvvəlcədən danışıb razılaşmışlar. O, bir müddət evdə xəstə olduğu üçün oğurluqların hamısında iştirak edə bilməsə də, o, oğurlanmış əmlakların satılmasını həyata keçirmək üçün müştərilər tapmalı idi. Dəstənin rəhbəri Təqsirləndirilən şəxs1 olmuşdur. O, və digər yoldaşlar isə icraçı olmuşlar. O, maddi vəziyyətinin ağır olması ilə bağlı oğurluqlar etdiyini bildirmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, X24 və Təqsirləndirilən şəxs1 ilə birlikdə 2018-ci ilin noyabr ayının sonlarında dəqiq tarix yadında qalmamış, gecə vaxtı Binəqədi rayonu, DSK-4 yolunun kənarında yerləşən təmir edilən evdən oğurluq etməyi planlaşdırmış və birlikdə Niyaməddinin idarə etdiyi BMV avtomobili ilə həmin yerə gəlmiş, evin yaxınlığında avtomobili saxlamışdır. Niyaməddin avtomobildə əyləşib gözləmiş, o, Saməddin, Balakişi, Valeh və Sadiq həmin evin 2-ci mərtəbəsinin qapısının dəmir barmaqlığının üzərindəki kilidi dəmir alətlə qırıb sındıraraq evə girmişlər. Evi axtarmağa başlamış və evdən bir neçə top elektrik naqilləri, laqonda aparatları, direl, kəlbətini, laqonda daşları, pereferator üçün bizləri götürüb avtomobilə yaxınlaşmış və əşyaları avtomobilin baqaj hissəni açıb ora yığmışlar və sonra Valehin obyektinə gətirib hamısını ora tökmüşlər. Həmin əşyaların taleyi barədə onun heç bir məlumatı olmamışdır. Həmin evin kimə məxsus olduğunu bilməmişdir. Daha sonra, 21.11.2018-ci il tarixdə saat 02 radələrində dostu Sadiqlə bir yerdə Abşeron rayonu, Novxanı qəsəbəsində oğurluq etmək məqsədi ilə Sadiqlə avtomobillə gəzişmiş, həmin vaxt qarşısına bir ev çıxmışdır. Həmin evin işıqları yanmadığı üçün evdə heç kimin olmadığına əmin olduqdan sonra yenidən ətrafa diqqət edib heç kəsin olmadığına tam əmin olub Sadiqlə bir yerdə evin hasarından həyətə tullanıb evə yaxınlaşmışlar. Evin plastik pəncərəsinin əli ilə itələyib açmış və evə girmişdir. Evə baxdıqda orada dörd ədəd “Konfor-32” markalı kombi aparatı, bir ədəd “HP” markalı notbuku, bir ədəd “Samsung” markalı televizor, bir ədəd “Tefal” markalı ütü, bir ədəd “Samsung” markalı tozsoran aparatı, bir ədəd qaşıq-çəngəl dəsti, bir ədəd “Tefal” markalı elektrik çaydan dəsti, bir ədəd çaydan, bir ədəd “Samsung” markalı televizor, bir ədəd “Samsung” markalı televizorun olduğunu görmüşdür. Evdə olan dörd ədəd “Konfor- 32” markalı kombi aparatı, bir ədəd “HP” markalı notbuku, bir ədəd “Samsung” markalı televizoru, bir ədəd “Tefal” markalı ütünü, bir ədəd “Samsung” markalı tozsoran aparatını, bir ədəd qaşıq-çəngəl dəstini, bir ədəd “Tefal” markalı elektrik çaydan dəstini, bir ədəd çaydanı, bir ədəd “Samsung” markalı televizoru, bir ədəd “Samsung” markalı televizoru Sadiqlə birlikdə evdən daşıyıb Sadiqin saxladığı nömrəsini bilmədiyim Ford yoxsa, Qazel yük avtomobilnə yükləyib oradan uzaqlaşmışlar. Səhəri gün həmin əşyaları Valehin obyektinə aparmış, daha sonra isə Bakı şəhərində tanımadığı şəxsə 3500 manata satıb həmin pulu Sadiqlə öz aralarında bölüşdürərək şəxsi ehtiyaclarına xərcləmişlər. O, dörd ədəd “Konfor-32” markalı kombi aparatı, bir ədəd “HP” markalı notbuku, bir ədəd “Samsung” markalı televizoru, bir ədəd “Tefal” markalı ütünü, bir ədəd “Samsung” markalı tozsoran aparatını, bir ədəd qaşıq-çəngəl dəstini, bir ədəd “Tefal” markalı elektrik çaydan dəstini, bir ədəd çaydanı, bir ədəd “Samsung” markalı televizoru, bir ədəd “Samsung” markalı televizoru Bakı şəhərində tanımadığı şəxsə satarkən dörd ədəd “Konfor-32” markalı kombi aparatı, bir ədəd “HP” markalı notbuku, bir ədəd “Samsung” markalı televizoru, bir ədəd “Tefal” markalı ütünü, bir ədəd “Samsung” markalı tozsoran aparatını, bir ədəd qaşıq-çəngəl dəstini, bir ədəd “Tefal” markalı elektrik çaydan dəstini, bir ədəd çaydanı, bir ədəd “Samsung” markalı televizoru, bir ədəd “Samsung” markalı televizoru oğurlamağı barədə heç bir söz deməmişdir. Daha sonra, 10.12.2018-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən “Üzümlük” sahəsinə girmiş, orada olan bir ədəd elektrik şitini oğurlamaq qərarına gəlmişdir. Həmin elektrik şitini oradan çıxartmış və sürütləyərək, piyada şəkildə Valehin obyektinə aparmağa qərar vermiş, şiti aparıb ora qoymuşdur. Bundan başqa Bakı şəhəri, Binəqədi rayonu və Abşeron rayonu, Novxanı kəndi ərazisində bir neçə yerlərdən oğurluq etmişdir. Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutulandan sonra isə oğurladığı əşyaların yerini istintaqa təqdim etmişdir. Elektrik şitini tək oğurlamış və ondan başqa bu barədə heç kimin xəbəri olmamışdır. Elektrik şitini Valehin obyektinə yerləşdirmiş, lakin həmin elektrik şitini sata bilməmişdir. 25.12.2018-ci il tarixdə saat 01 radələrində o, dostu Sadiqlə bir yerdə Abşeron rayonu, Novxanı qəsəbəsində oğurluq etmək məqsədi ilə BMV markalı avtomobil ilə gəzişmişdir. Həmin vaxt bir həyətdə olan iki evin işıqlarının yanmadığını görüb, evlərdə heç kimin olmadığına əmin olduqdan sonra yenidən ətrafa diqqət etmiş, heç kəsin olmadığına tam əmin olmuş, Sadiqlə bir yerdə evlərin hasarının kənarında olan kanteynerin üstünə çıxıb oradan həyətə tullanaraq evə yaxınlaşmışdır. Evin giriş qapısını itələyb açıq olduğunu görüb oradan içəriyə daxil olmuş və orada oğurlamaq üçün münasib əşya axtarmağa başlamışdır. Lakin heç nə tapa bilməyib həmin evin qonşuluğundakı evə getmişdir. Evin qapısı bağlı olduğuna görə 1-ci mərtəbədəki arxada olan plastik pəncərəni özü ilə götürdüyü vintaçanla açmış, oradan içəri daxil olmuş, 1-ci mərtəbədəki qonaq otağında olan 1 ədəd böyük ekranlı plazma televizoru, 2-ci mərtəbədəki yataq otağında olan kiçik ölçülü televizoru və 2-ci mərtəbədəki hamam otağında quraşdırılmış kombi istilik aparatını sökərək özü ilə götürüb daşıyaraq həyətə tullandığı yerə aparmışlar. Sonra həyətdə olan taxta nərdivanı hasara dayayaraq Sadiqlə birlikdə oğurladığı əşyaları hasardan aşıraraq yaxınlıqda saxlamış və yol maşını saxladıb ona yığıb tez oradan uzaqlaşmışlar. Oğurladığı əşyaları birlikdə Valehin obyektinə aparmışlar. Oğurladığı həmin televizorları və kombi aparatını yol polisi olduğu maşını saxlayarkən aşkar etməsin deyə, Binəqədi-Novxanı avtomobil yolunun kənarında olan yarımçıq tikililərdən birinin içərisində gizlədib evə getmişdir. Ertəsi günü o, həmin əşyaları oradan götürüb 6-ci kilometr qəsəbəsində yerləşən bazarda tanımadığı bir şəxsə 800 manata satmış və əldə etdiyi pulu Sadiqlə bölmüş, həmin evin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa, o, tanışları Sadiq, Niyaməddin, Balakişi ilə birlikdə 2019-cu ilin yanvar ayının sonlarında, dəqiq tarixi xatırlamamış, gecə vaxtı Binəqədi rayonu, Goradil bağlar massivində oğurluq etməyə getmişlər. Ford avtomobilini Sadiq idarə etmişdir. Bir bağ evinin yaxınlığında Ford avtomobilini saxlamış və Niyaməddindən başqa hamı avtomobildən yerə düşmüşlər. O, avtomobildə oturub onları gözləmişdir. Onlar bağ evinin plastik pəncərəsinin dəmir barmaqlığını dəmir alətlə qopardıb sındırmış və evə girmişdir. Oradan alüminium qab-qazanları və elektrik somavarı, iki ədəd xalça, mis kabel gətirib avtomobilə yığmış və sonra həmin malları Valehin obyektinə aparıb boşaltmışlar. Bu işə görə Sadiq ona bir neçə gündən sonra xatırlamadığı məbləğdə pul vermişdir. Həmin əşyaların kimə satılmasından xəbəri olmamış, bağ evinin kimə məxsus olmasını bilməmişdir. Bundan başqa, 2019-cu ilin fevral ayında, Goradil bağlar massivində yerləşən evin yanına o, Niyaməddin, Sadiq və Saməddin ilə birlikdə avtomobil ilə gəlmişlər. Hasardan yerə həyətə düşmüş, həyətdə divara quraşdırılmış İmerqaz kombi aparatını vinaçanla sökmüş və görürüb avtomobilə qoymuşdur. Oğurladığı kombi aparatını Valehin obyektinə aparıb növbəti gün Abbasa 300 manata satmışlar və əldə olunan puldan 150 manat ona çatmışdır. Abbas kombi aparatının oğurluq olduğunu bilməmişdir. Bundan başqa, 14.03.2019-cu il tarixdə Novxanı kəndində yaşadığı evdən yuxarıda yerləşən yaşayış olmayan evlərdən Təqsirləndirilən şəxs4la birlikdə BMV markalı avtomobil ilə oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 14.03.2019-cu il tarixdə axşam saat 22 radələrində Sadiqlə birlikdə Novxanı kəndində məsciddən yuxarıda yeləşən evlərdən birinin işığının yanmadığını görmüş, hasardan tullanaraq həyətə daxil olmuşdur. Həyətdə olan çardağın altında kombi aparatı olmuşdur. Sadiq kombi aparatını açmağa başlamış, o, isə pəncərənin dəmir barmaqlığını çıxartmış və plastik pəncərəni açaraq evə daxil olmuşdur. Evdə 1 ədəd köhnə buraxılışlı Sony Braviya markalı televizor görmüş və həmin televizoru götürərək evdən çıxartmışdır. Sonra Sadiq kombi ilə birlikdə kiçik su matorunu götürmüş, o isə televizoru götürərək həyətdən çıxartmış və əllərində onun yaşadılğı Novxanı kəndindəki evə aparmış, bir neçə vaxt orada saxladıqdan sonra aparıb satmaq qərarına gəlmişdir. Sonra onları Valehin obyektinə Sadiqlə birlikdə aparıb yığmışlar. Daha sonra Sadiq həmin televizoru özünə götürmüş və öz evinə aparmışdır. Əşyalardan olan kombini Abbasa 400 manata satmış, həmin məbləğin 200 manatı ona çatmış, lakin qeyd olunan televizorun satılıb satılmamasından xəbəri olmamış, həmin evin kimə məxsus olduğunu bilməmişdir. Daha sonra təxminən 2019-cu ilin mart ayının ortaları təxminən saat 02 radələrində o, Sadiq ilə oğurluq etmək məqsədi ilə idarə etdiyi BMV markalı avtomobillə Abşeron rayonu, Göradil qəsəbəsinə gəlmişdir. O, orada ətrafa baxmış və oğurluq etmək üçün münasib ev axtarmışdır. Bundan sonra o, həmin ərazidə olan evlərin birinə yaxnlşmış və avtomobili hasarın yanında saxlamışdır. O, hasardan tullanaraq evin həyətinə daxil olmuşdur. O, ilk öncə evin yan tərəfində çöldə quraşdırılmış kombi aparatını özü ilə gətirdiyi qaz açarı ilə açmışdır. Bundan sonra həmin kombi aparatını evin həyətinə qoymuş və evin yan tərəfdən qapısına yaxınlaşmışdır. O, qapını sındırmış və evə daxil olmuşdur. O, evə daxil olduqdan sonra evdə olan bir ədəd Sony markalı televizoru Nizami rayonunda yerləşən “Vasmoy bazarı” adlanan yerdə 500 manata tanımadığı şəxsə satmış, əldə olunan pulun yarısını Sadiqə vermişdir. Dolablarda olan spirtli içkilər gizli şəkildə oğurlamışdır. O, qeyd olunan oğurladığı əşyaları idarə etdiyi avtomobilə yükləmiş və yaşadığı evə aparmışdır. Səhəri günü Sadiq Radinand kombi aparatını Abbasa 350 manata satmışdır. Spirtli içiklərin hamısını dostları ilə içmişlər. Oğurladığı digər əşyaları isə Sadiq götürmüşdür. Sonra həmin oğurladığı əşyaların bir qismini Sadiqin evindən Sadiqin atası polisə təhvil vermişdir. Kombi aparatını isə Abbas polisə təhvil vermişdir. Bundan başqa o, 26.03.2019-cu il tarixdə Sadiqlə görüşdüyü vaxtı oğurluq edib pul əldə etmək qərarına gəlmişdir və bu məqsədlə saat 23 radələrində taksi ilə Abşeron rayonu, Novxanı kəndinə gedib oradakı yeni məhəllədə oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Həmin vaxt orada iki mərtəbəli fərdi yaşayış evinin işıqlarının yanmadığını görüb, evdə heç kimin olmadığını hiss edib evin arxa tərəfindəki boş həyətdən hasara dırmanaraq həyətə tullanmış və evə daxil olmaq üçün münasib yer axtarmağa başlamışdır. Evin pəncərələrində dəmir barmaqlıq olduğuna görə arxa tərəfindəki ensiz plastik pəncərədə dəmir barmaqlıq olmadığını görüb oradan içəriyə daxil olmağın mümkün olduğunu hiss edib həmin pəncərəyə yaxınlaşmışdır. O, özü ilə götürdüyüm vintaçanla həmin pəncərəni açmış, pəncərə ensiz olduğuna görə o, oradan içəriyə daxil ola bilməmişdir. Balakişi bədəncə ondan arıq olduğuna görə o, həmin pəncərədən içəri daxil olmuşdur. O, pəncərənin yanında çöldə qalmışdır. Bir neçə dəqiqədən sonra Balakişi geri qayıdıb içəridə oğurlamaq üçün 2 ədəd televizor olduğunu bildirmişdir. O, da həmin televizorları gətirməsini söyləmişdir. Balakişi də bir-bir həmin televizorları gətirib pəncərədən ona vermişdir. Sonra onlar birlikdə həmin televizorları hasardan keçirib Saray- Novxanı avtomobil yoluna çıxarıb yolun kənarında bir qədər kənara qoyub, yolla gedən taksi ilə Valehin obyektinə aparmışlar. Növbəti gün isə Nizami rayonu, “Vasmoy bazarı” adlanan yerdə tanımadığı şəxsə 800 manata satıb, pulunu Sadiqlə bölmüşdür. Həmin televizorları oğurlamağını heç kim bilməmişdir. Həmin evin kimə məxsus olduğunu bilməmişdir. Bundan başqa o, Sadiq ilə birlikdə 2019-cu ilin mart ayınında dəqiq tarix yadında qalmamış, təxminən mart ayının sonlarında səhər vaxtı Niyaməddin ilə Binəqədi qəsəbəsində Mərkəz adlanan yerdə görüşmüş, ona gecə vaxtı Fatmai bağlar massivində həyət evlərinin birindən bir ədəd bir ədəd “Kombi” istilik sistemini oğurladığlarını və həmin kombi aparatını oğurluq etdiyi evin qonşuluğunda həyətdə gizlətdiklərinidemişdir. Niyaməddinə onu gedib gətirmək lazım olduğunu bildirmişdir. Niyaməddin təklifi qəbul etmiş və idarə etdiyi BMV avtomobili ilə Fatmayi bağlar massivinə gəlmiş və orada o, və Sadiq oğurladığı kombi aparatını qonşu həyətdən götürüb onun avtomobilinin baqaj hissəsinə qoymuşdur. Sonra birlikdə Cümə məscidin yaxınlığına gəlmiş və orada Abbasla görüşmüşlər, o, ora özünün Niva markalı avtomobili ilə gəlmişdi. “Efendilər“ kombi aparatını xatırlamadığı qiymətə ona satmışlar. Həmin puldan ona 100 manat pul verilmişdir. Bağ evinin kimə məxsus olduğunu bilməmişdir. Oğurluq hadisələrinin üzərindən xeyli vaxt keçmişdir, o, oğurluq etdiyi evlərin artıq harada yerləşdiyini xatırlamadığını və bu səbəbdən həmin yerləri göstərə bilməyəcəyini qeyd etmişdir. Qeyd etdiyi cinayətlərdən savayı başqa heç yerdən oğurluqlar etmədiyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs4 müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələrdə göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5, X24 və Təqsirləndirilən şəxs3 Ağabala oğlunu uzun illərdir ki, tanımış, hamısı ilə normal münasibətləri olmuşdur. O, qrup halında və ayrı-ayrılıqda Bakı şəhəri, Binəqədi və Abşeron rayonu ərazisində oğurluqlar etmişdir. Dəqiq tarixi xatırlamır, oğurluq cinayətlərini müxtəlif vaxtlarda etmişlər. Oğurladığımız əşyaları Təqsirləndirilən şəxs1 Binəqədi qəsəbəsində yerləşən obyektinə-ofisinə yığışmışlar. Həmin obyektin açarını Təqsirləndirilən şəxs1 ona vermişdir. O, orada işləmiş, həmçinin bəzi vaxtlarda həmin ofisdə qalmışdır. O, bəzi oğurluq cinayətlərini tək, bəzilərini isə qrup halında etmişdir. Təqsirləndirilən şəxs3 Ağabala oğlu ilə 2018-ci ilin aprel ayının 23-nə keçən gecə Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağları massivi, M.S.Ordubadi küçəsində yerləşən bağın birinci mərtəbəsindəki plastik pəncərəsini itələmə yolu ilə açdığını, evə daxil olduğunu, oradan bir ədəd “Samsunq” və “Poverfill” markalı televizorları talayaraq oğurladığını bidırmişdir. X35 birlikdə evə daxil olaraq etmişdir və həmin televizorları aparıb evində saxlamış, tutulduqdan sonra həmin televizorları təqdim etmişdir. Bundan başqa o, 2018-ci ilin avqust ayında tək halda Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən mərmər sexinin plastik giriş qapısını açmaqla daxil olduğunu, oradan 01 ədəd qartal heykəlini oğurladığını, həmin heykəli evində saxladığını bildirmişdir. Mərmər əl-üz yuma qabını, mərmərdən hazırlanmış şir heykəlini, mərmər sutunu, mərmər güldanı, iri mərmər güldanı, “Samsunq” markalı soyuducunu, bir ədəd məişət ütüsünü, “Samsunq”markalı kondinsonerinin mühərrikini mən oğurlamamış, həmin əşyaların kim tərəfindən oğurlanmasından məlumatı olmamışdır. Bundan başqa, o, Təqsirləndirilən şəxs3 Ağabala oğlu ilə birlikdə 21 noyabr 2018-ci il tarixdə saat 02 radələrində ünvan 12 ünvanda yerləşən evin 1-ci mərtəbəsində olan plastik pəncərənin dəmir barmağlığını əlləri ilə qopordaraq yerindən çıxardığını, plastik pəncərəni itələməklə açdıqdan sonra, evə girdiyini oradan 4 ədəd “Konfor-32” markalı kombi aparatını, bir ədəd “HP” markalı nootbuku, 140 dioqnal ölçüdə bir ədəd “Samsunq” markalı televizoru, “Tefal” markalı ütünü, bir ədəd “Samsunq” markalı tozsoran aparatını, bir dəst çəngəlbıçaq dəstini, bir ədəd “Tefal” markalı elektrik çaydan dəstini, bir ədəd çaydanı, 140 dioqnal ölçüdə “Samsunq” markalı televizoru, “Samsunq” markalı televizoru İmranla birlikdə oğurladığını və əmlakları İmran tərəfindən satıldığını satıldığını, ona isə pul vermədiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 Ağabala oğlu 2018-ci ilin dekabr ayının 10-da, Abşeron rayonu, Novxanı qəsəbəsində Zərərçəkmiş şəxs25 məxsus “Üzümlük” sahəsində yerləşən binadan bir ədəd “GENPOWER” markalı elektrik şitini oğurlamışdır. İmran bu oğurluğu tək etmişdir. Bundan başqa o, tək halda 31 dekabr 2018-ci il tarixə keçən gecə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 125 ünvandakı həyət evinə darvazadan aşaraq keçməklə, həyətdə yerləşən əl damına girdiyini və oradan divara quraşdırılmış ”Novohot” markalı kombi aparatını qaz açarı ilə söküb oğurladığıbı bildirmişdir. Kombinin oğurladıqdan sonra, onun oğurluq olmadığını Abbasa bildirərək ona satmışdır. Pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Belə ki, 30 dekabr 2018ci il tarixdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində, evinin yaxınlığında 3-cü mədən ərazisində daş bazarının yaxınlığında evlərin qarşısından tək halda keçərkən bir həyət evinin işıqlarının sönlü olduğunu görmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Ev onun yaşadığı evin yaxınlığında yerləşməsinə baxmayaraq evin kimə məxsus olmasını bilməmişdir. Evə yaxınlaşmış və darvaza qapısının bağlı olduğuna əmin olmuş və sonra küçədə sağa sola baxmış, heç kəsin olmadığını görüb hasara dırmaşmış, həyətə tullanaraq evin həyətinə daxil olmuşdur. Ətrafa baxdıqda həyətdə yerləşən bir tərəfi açıq olan əl damına yaxınlaşmış, orada sağ tərfdə plastik qutunun içərisində bir ədəd ”Novohot” markalı kombi aparatının olduğunu görmüşdür. O, həmin kombi aparatını söküb oğurlamaq qərarına gəlmiş və bu məqsədlə həmişə üzərində gəzdirdiyi qaz açarını çıxarıb, kombi aparatınının boltlarını 10-15 dəqiqəyə açmış və onu götürmüşdür. Sonra həmin kombi aparatını qucağına alıb həyətin darvaza qapısının qarşısına qoymuş, evin darvaza qapısını içəridən açmış və özü bayıra çıxıb yol ilə gedən taksi avtomobili saxlatdırıb, tanımadığı taksi sürücüsünə kombi aparatının xarab olduğunu onu ustanın yanına aparmaq istədiyini deyib, kombi aparatını darvazanın yanından götürüb avtomobilin baqaj hissəsinə yerləşdirmişdir. Sonra o, tanışı kombi, istilik sistemlərinın alqı-satqısı ilə məşğul olan Abbasa zəng etmiş, ona onda işlənmiş kombi aparatı olduğunu bildirmiş və Abbas ona gətirin baxım demişdir. O, həmin kombi aparatını Abbasın yaşadığı evin həyətinə gətirmiş və taksi avtomobilindən kombini yerə düşürtmüşdür. Abbasa həmin kombi aparatını ona bir tanışı satmaq üçün verdiyini söyləmişdir. Abbas kombi aparatına baxmış, o, həmin kombi aparatını 270 manata ala biləcəyini demişdir. O, razılaşmış, Abbas ona 270 manat məbləğində pul verib kombi aparatını almışdır. Abbas və taksi sürücüsü onun kombi aparatını oğurlamağını bilməmişlər və heç nədən şübhələnməmişlər. Bundan başqa Təqsirləndirilən şəxs3 Ağabala oğlu ilə birlikdə 2019-cu ilin yanvar ayının əvvəllərindən aprel ayının 25-dək olan müddət ərzində ünvan 32 ünvanda yerləşən evin mansarının plastik pəncərəsini itələyib açma yolu ilə evə daxil olmuş, həmin evin qonaq otağından 2 ədəd 3x1,5 metr ölçüdə yerli istehsallı xalçaları oğurladığını bildirmişdir. Evə gecə vaxtı hasardan aşma yolu ilə daxil olduğunu, evin qarajının açıq qapısından içəri daxil olduğunu, bir ədəd yanmış vəziyyətdə olan orta ölçülü xalçanı götürdiyinü, piyada halda Valehin ofisinə gəldiyini və xalçaları ora qoyduğunu bildirmişdir. 2-ci xalçadan isə onun məlumatı olmamışdır. Bundan başqa mən və İmran həmin Ford Transit” markalı avtomobili oğurluq edərkən əldə etdiyimiz əmlakları daşımaq məqsədilə istifadə etməsini bildirmişdir. İki evdən etdiyi oğurluq nəticəsində əldə etdiyi əmlakları maşına yığmışdır. Belə ki, 2019-cu ilin yanvar ayın ilk günlərində saat 21 radələrində yaşadığı evin yaxınlığında 3-cü mədən ünvanın yaxınlığında küçə ilə yol gedərkən ağ rəngli “Ford Transit” markalı nömrəsi yadında qalmayan yük avtomaşınını görərək onu gələcəkdə oğurluq cinayətləri törətmək üçün qaçırtmaq qərarına gəlmiş, belə ki, avtomaşına yaxınlaşaraq qapısının açıq olduğunu görmüş, içəriyə daxil olmuş, müəhərrikin işə salma açarı yerində olduğundan onu işə salıb Fatmai qəsəbəsi istiqamətinə sürüb təzə çəkilən yolun kənarında ağaçlığın altında saxlamışdır. Avtomobili oğurluq məqsədi ilə qaçırmamışdır. Sonradan həmin avtomobillə oğurluq etmək qərarına gəlmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs5 ilə 2019-cu ilin yanvar ayının 3-dən həmin ayın ayının 6-dək olan müddət ərzində, gecə saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi, Fatmai bağlar massivində yerləşən nömrəsiz bağ evinin mətbəx pəncərəsinin dəmir barmağlığını sındırdığını, evə daxil olduğunu, oradan bir ədəd “Bosch” markalı ət çəkən aparatını, beş ədəd xalçanı, bir ədəd “İtimat” elektrik qızdırıcı sobanı, enerji stabilizatorunu, saç qurudan feni, “Tefal” qazan dəstini, 3 ədəd kişi gödəkcəsini oğurladığını bildirmişdir. O, eynizamanda qeyd etmişdir ki, Goradil qəsəbəsi, Fatmayi bağlarında yerləşən ikimərtəbəli evin hasardan aşaraq həyətə daxil olmuş, evin birinci mərtəbəsinin yan tərəfində yerləşən pəncərəsinin dəmir barmaqlıqlarını aralıyaraq evə Balakişi ilə birlikdə daxil olmuşdur. Evi bütünlüklə axtarmışlar. Həmin əşyaların bir hissəni o, özünə götürmüş və onları tanımadığı şəxslərə bağışlamış, geri qalanını isə Balakişi götürmüş, onları hara etməsi barədə məlumatı olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs5 ilə 06 yanvar 2019-cu il tarixə keçən gecə saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi, Fatmai bağlar massivində yerləşən nömrəsiz bağ evinin qapısının dəmir barmağlılarını sındıraraq evə daxil olduğunu, oradan, 01 ədəd “İmerqaz-32” markalı kombi aparatını, bir ədəd “Sony Bravia” markalı televizoru, personal kompyuter dəstini, bir ədəd video müşahidə kamera qurğusuna aid monitoru, video müşahidə kameralarının yaddaş bloku olan “DVR” qurğusunu, bir ədəd “Sony Bravia” markalı televizoru, bıçaq dəstini, bir ədəd köz samovarını, bir dəst yataq dəstini, bir ədəd “Filips” markalı saç qurudan feni oğurladığını bildirmişdir, Eynizamanda o, həmin evə hasardan keçərək evin dəmir barmaqlı qapısını qırmaq yolu ilə daxil olduğunu, əmlakları oğurladığını, həmin əşyaları yaxın ərazidə yerləşən meşə zonasında saxladığını, səhər tezdən isə Balakişi ilə birlikdə gələrək, əşyaları taksi vasitəsilə apardığlarını qeyd etmişdir. Həmin əşylardan o, heç bir əşya götürməmişdir. Əşyaları Balakişi götürmüş və ona pul verməmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs3 Ağabala oğlu ilə 2019-cu ilin yanvar ayının 31-dən həmin ilin fevral ayının 1-nə keçən gecə saatlarında Bakı şəhəri, Binəqədi rayonu Novxanı şosessi V.Ağayev küçəsində yerləşən bağ evin giriş qapısını sındırma yolu ilə evə daxil olduğunu, evin birinci mərtəbəsində olan pilləkanın alt hissəsindən bir ədəd “İJ58” markalı, 2 lüləli yivsiz ov tüfəngini və bir ədəd, zavod istehsallı tir tüfəngini, optik cihazlı tir tüfəngini, bir ədəd gödəkcə-canlığı oğurladığını bildirmişdir. Oğurladığları əşyaları tanışı Valehə məxsus Binəqədi qəsəbəsi, Gülüstan küçəsində yerləşən ofisdə ona qalmaq üçün icazə verdiyi otaqda saxlamışdır. Həmin ofisin onda açarı olmuşdur, açarı ona Valeh vermişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs3 Ağabala oğlu ilə birlikdə 2019-cu ilin fevral ayının 10-dan 17-dək olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağlar massivində yerləşən evin həyətində olan otağa girdiyini, oradan divara quraşdırılmış bir ədəd “İmerqaz” markalı kombi aparatını söküb oğurladığını bildirmişdir. Belə ki, İmranla birlikdə Göradil qəsəbəsinə gəlmiş və orada münasib ev axtarmışlar, sonra həyətə hasardan aşaraq daxil olmuşlar. Həyətdə olarkən İmerqaz markalı kombini evin bayır tərəfində divara quraşdırıldığını görmüş və kombini vintaçanla söküb çıxartmışdır. Yol taksisi ilə o, həmin kombini aparııb tanışı Abbasa 200 manata satmışdır. Pulu gündəlik ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, Təqsirləndirilən şəxs3 Ağabala oğlu ilə birlikdə 14 mart 2019-cu il tarixdə saat 22 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi, yeni məhəllədə yerləşən evin birinci mərtəbəsində olan plastik pəncərənin dəmir barmağlığını sındırdıqdan sonra evə daxil olduğunu, oradan bir ədəd “Sony Braviya” markalı televizoru, həyətdə yerləşən mətbəx otağında divara quraşdırılmış bir ədəd “Konfort” markalı kombi aparatını, bir ədəd su mühərrikini oğurladığını bildirmişdir. Əmlakları İmran satmış, ona pul verməmişdir, lakin onun üçün gündəlik ehtiyaclarına pul xərcləmişdir. Bundan başqa, mən tək 20 mart 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Qarayev küçəsində yerləşən nömrəsiz evin içərisinə pəncərəni açmaqla girdiyini, evin hamam otağından bir ədəd laqonda aparatını və evin həyətində plastik pəncərə sistemlərini oğurlayaraq, taksi vasitəsilə Valehin ofisində ona icazə verdiyi otağa yığmışdır. Həmin pəncərə sistemlərini gələcəkdə satıb pul əldə etmək məqsədi olduiğunu vurğulamışdır.Bundan başqa o, 2019-cu ilin mart ayının sonlarında saat 22 radələrində tanışım İmran ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Fatmayi bağlarında yerləşən qırmız rəngli divarları olan üstü mansarlı evin arxa tərəfindən keçərək plastik giriş qapısını itələyərək açdığını, evə daxil olduğunu, evin dəhlizindən “Efendiler” markalı kombini evdə olan açarlar vasitəsilə açıb götürdüyünü, həmin vaxt İmran isə yolun qırağında kiminsə gəlib-gəlməməyini gözlədiyini, lazım olarsa ona xəbər verməsini bildirmişdir. Kombini açıb çıxartmış, İmranla birlikdə taksi saxlatmış, Binəqədi qəsəbəsinə gəlmiş, həmin kombi bir gün onun evində qalmış, səhəri gün Abbasa 200 manat qarşılığında pula satmışdır. Həmin pulu isə şəxsi ehtiyacları üçün xərclədiyini bildirmişdir. 1 ədəd Sony Braviya markalı televizor, bir ədəd canlıq, qadın ayaqqbıları, fen, çəngəl bıçaq dəsti, qartal heykəli, bir ədəd balaca direl və bir ədəd kiçik laqondanı o, evlərdən oğurladığını və öz yaşadığı evə gətirdiyini tutulduqdan sonra atası tərəfində polisə təhvil verildiyini bildirmişdir. O, Abbasa cəmi 04 ədəd oğurladığı kombi aparatını satmış, qalanlarını kim tərəfindən satıldığını bilməmişdir. Lülələri kəsilmiş İJ-58 modelli ov tüfəngi və 06 ədəd patronu, 01 ədəd xalça onun tərəfindən oğurluq nəticəsində əldə etdiyi əmlak olmuşdur, onları saxlamaq üçün Valehin onun qalmağı üçün icazə verdiyi ofisdə saxlamışdır. Qeyd etdiyi cinayətlərdən savayı başqa heç yerdən oğurluqlar etmədiyini bildirmişdir. Onun maddi cəhətdən vəziyyəti ağır olduğundan və heç yerdə rəsmi olaraq işləmədiyindən oğurluqlar etməsini söyləmişdir. Şahid3 satılan əşyaların onun tərəfindən oğurluq olmasını bilməmişdir. Oğurluq yolu ilə əldə etdiyi əmlakları satdıqdan sonra, əldə etdiyi pulu Gündəlik ehtiyaclarına xərclədiyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs5 müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələrdə göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, keçid 1, ev 92-də qeydiyyatda olmaqla yaşamışdır. O, heç yerdə rəsmi qaydada işləməmişdir. Təqsirləndirilən şəxs4 “Dəyanət” ləqəbli X12, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 xeyli vaxt əvvəl tanımış və onlarla normal münasibəti olmuşdur. Dostum Təqsirləndirilən şəxs3la görüşdüyü vaxtı oğurluq edib pul əldə etmək qərarına gəlmişdir. Belə ki, o, 06 yanvar 2019-cu il tarixdə gecə saatlarında Sadiqlə birlikdə Goradil bağlar massivində gəzişirmiş. Qış vaxtı olduğundan bağ evlərinin bir qisminin sahibləri bağda olmurdular, bunu bağ evinin işıqlarının yanmadığından bilirdilər. Buna görə də bağ evlərində heç kimin yaşamamasından istifadə edərək oradan oğurluq etmək qərarına gəlmişlər. Belə ki, həmin ünvandakı bağ evinin hasarından keçməklə həyətə düşmüşlər. Orada Sadiq yerdə olan taxta parçasını götürərək bağ evinin dəmirdən olan nazik barmaqlığını həmin taxta ilə əyərək sındırmışdır. Həmin müddət ərzində, o, pusquda durmuşdur, belə ki, Sadiq ona demiş ki, əyər bağ evinin sahibi gəlsə ona xəbər etsin. Sadiq dəmir barmaqlığı sındıraraq evə daxil olmuşdur. Sadiq evdən oğurladığı əşyaları döşək ağına bükərək pəncərədən ona vermişdir. Həmin döşək ağının içərisində nə olduğunu, o, görməsə də Sadiq demiş ki, onun içərisində ət çəkən maşın, paltar, fen, xalça, enerji stabilizatoru, qazan dəsti və s. əşyalar var idi. Onlar həmin döşək ağının içərisində olan əşyaları elə həmin evin həyətinə qoymuşlar. Həmin bağ evin həyətini qonşu bağ evinin həyəti ilə hasar ayırırdı. Həmin hasar alçaq idi, tullanmaqla rahatca həmin həyətə keçmək olardı. Həm də ki onlar görmüş ki, həmin bağ evinin də işıqları yanmır və orada heç kimin olmamasına əmin olmuşlar. Buna görə də onlar qərarlaşmışlar ki, həmin bağ evindən də oğurluq etsinlər. Sadiqlə hasarı keçərək həmin bağ evinin həyətinə düşmüşlər. Orada Sadiq evin həyətindəki taxta parçasını götürərək bağ evinin hasarının barmaqlığını sındıraraq evə daxil olmuşdur. Sadiq yenə də ona demiş ki, o, qapının ağzında pusquda dursun, gələn olsa ona xəbər versin. Beləcə Sadiq dəmir barmaqlığı sındıraraq evə daxil olmuşdur. Sadiq evin içərisində olan əşyaları götürməklə pəncərədən ona vermişdir. O, həmin əşyaları həyətə yığmışdır. Həmin əşyaların içərisində kombi aparatı “Sony Bravia” markalı televizor, feni, personal kompyuter dəsti, bir ədəd video müşahidə kamera qurğusu, video müşahidə kameralarının yaddaş bloku, bıçaq dəstini və s. əşyaları evin həyətinə yığmışdır. Sonra isə həmin əşyaları Sadiqlə köməkləşib birinci oğurluq etdikləri həyət evinə yığmışlar. Orada da həmin əşyaları Sadiqlə köməkləşib sellofanın və döşək ağının içərisinə yığmışlar. Sonra isə evin dəmir darvazasını içəridən açmışdır. Həmin əşyaları bayıra çıxarıb, dəmir darvazanı yenidən bağlamışlar. Sonra da həmin əşyaları əllərində daşıyaraq bağ evinin yaxınlığındakı ağaclığa yığmışlar. Oradan yol maşını ilə öz evlərinə gəlmişlər. Onlar qərarlaşmışlar ki, Sadiq səhər gəlib həmin əşyaları evinə yığıcaq. Belələiklə də səhər Sadiq özü ora tək gələrək həmin əşyaları öz evinə gətirmişdir. O, də səhərisi gün ora gəlmışdır. Sadiqlə oğurladığı əşyalardan bir qismini götürmüşdür. Həmin əşyaların içərisində fen, paltar, kompüter dəsti və s. xatırlamadığı əşyalar olmuşdur. O, həmin əşyaları yol maşınına qoyaraq Sabunçu qəsəbəsinə gətirmişdir. Orada həmin əşyaları tanımadığı şəxsə dəyərindən aşağı qiymətə satmışdır. Əşyaları satarkən onların özünə məxsus olduğunu həmin şəxsə bildirmişdir. Əldə etdikləri pulları da öz eytiyaclarına xərcləmişlər. Onun pul ehtiyacı olduğu üçün Sadiqdən borca pul istəmişdir. Sadiq də ona həmin tir tüfəngini pulsuz vermişdir. O, da həmin tüfəngi qonşuluğunda yaşayan Kamran adlı şəxsə 100 manata satmışdım. Həmin pulu öz ehtiyacı üçün xərcləmişdir. Bildirmək istəyirəm ki, yaddaşımda bir az problem olduğu üçün yuxarıda qeyd etdiyi oğurluq hadisə yerlərinin harada yerləşməsini xatırlamadığını qeyd etmişdir. O, iki evdən oğurluq etmiş və Sadiqin ona verdiyi bir ədəd tüfəngi satmışdır. Beləliklə məhkəmə təqsirləndirilən şəxsləri, zərərçəkmiş şəxsləri və şahidləri dinləyərək cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Cinayət işinə əlavə edilmiş 16 aprel 2019-cu il tarixli baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən soyuq silah hesab edilən beşbarmaq kastet aşkar edilib götürülmüşdür (cild 02. vər 157-158). Cinayət işinə əlavə edilmiş 16 aprel 2019-cu il tarixli axtarış və götürmə protokolundan görünür ki, 16 aprel 2019-cu il tarixdə X5 işlədiyi və yaşadığı ünvan 28 ünvanında keçirilmiş axtarış zamanı qundağı və lüləsi kəsilmiş İJ-58 modelli, E-3933 nömrəli ov tüfəngi, 06 ədəd ov patronları və digər əşyalar aşkar olunaraq götürülmüşdür (cild 02. vər 165-176). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli, 2 №-li qərarın 6-ci bəndinə əsasən, ov tüfənglərinin, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 229.4-cü maddələri böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Buna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 229.4-cü maddələri ilə nəzərdə tutulan epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 229.4-cü maddələri ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq həmin Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halların olması, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi müəyyən edildikdə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.4-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət təqibinə xitam verilməsinə razılıq verilməsi hüququnun olması izah edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1, 232.3.1, 228.1-ci maddələri, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1 və 232.3.1-ci maddələri ilə düzgün tövsif edilmiş, onlar, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 19.04.2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 18.04.2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 24.04.2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 17.04.2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 21.04.2019-cu il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar- Zərərçəkmiş şəxs24 məxsus “Aknur” kabeli və naqqillərin, Zərərçəkmiş şəxs33 məxsus “Zubur” markalı direl, İnterskol markalı laqondanın, Zərərçəkmiş şəxs11 məxsus 2 ədəd xalça, bir ədəd elektrik direli, tozsoran aparatı, bir ədəd İmerqaz kombi aparatı, taxta kəsən elektrik rəndəsinin, Zərərçəkmiş şəxs36 məxsus bir ədəd mərmər güldan, mərmər şir və qartal heykəlləri, bir ədəd mərmər telefon altı sutunun, Zərərçəkmiş şəxs42 məxsus bir ədəd enerji tənzimləyicisinin, Zərərçəkmiş şəxs43 məxsus Nakita markalı lobzik, 1 ədəd Kvinner markal pereferator və 1 ədəd direlin, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs44 məxsus “Sokol” pereferatoru və bir ədəd direlin, zərərçəkmiş şəxs X25 məxsus 1 ədəd canlıq və 1 ədəd tir tüfəngin, Zərərçəkmiş şəxs18 məxsus plastik pəncərə sistememlərinin, Zərərçəkmiş şəxs13 məxsus bir ədəd “Yukos” markalı su qızdırıcısının, Zərərçəkmiş şəxs23 məxsus 2 ədəd “Konfort” markalı kombi aparatlarının, Zərərçəkmiş şəxs25 məxsus 1 ədəd elektrik şitinin, Zərərçəkmiş şəxs28 məxsus “Kofort” markalı kombi aparatı və “Soni Braviya” markalı televizorun, Zərərçəkmiş şəxs45 məxsus 1 ədəd “Radinad” markalı kombi aparatı, 1 ədəd tozsoran aparatı, 1 cüt əlcək, 3 cüt qadın ayaqqabıların, Zərərçəkmiş şəxs31 məxsus 1 ədəd “ İmergaz-32” markalı kombi aparatının qaytarılması nəzərə alınmalı; - Bakı şəhər, Binəqədi RPİ-də saxlanılan 1 ədəd “Demirdöküm” su qızıdırıcısı Zərərçəkmiş şəxs8 qaytarılmalı, bir ədəd zavod üsulu ilə istehsal edilmiş, 16 kalibirli “İJ” modelli, E3933 nömrəli qoşa-hamarlüləli(yivsiz) odlu ov tüfəngi, həmin kalibirə malik yivsiz(hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə hazırlanmış dörd ədəd patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməli, 1 ədəd ov bıçağı, 1 ədəd turist bıçağı, 1 ədəd suvenir tipli bıçaq, 1 ədəd kustar üsulla hazırlanmış kastet (beşbarmaq), 1 ədəd gözyaşardıcı-qıcıqlandırıcı maddə ilə təhciz edilən, aerozol qurğulu qaz silahı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri 1922 manat 03 qəpik Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 müştərək qaydada dövlətin xeyrinə tutulmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs42 və Zərərçəkmiş şəxs47 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişlər ki, təqsirləndirilən şəxslərə qarşı mülki iddia və tələbləri yoxdur. Buna görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186.2-ci maddəsinə əsasən onların mülki iddiaları üzrə icraata xitam verilməlidir. Zərərçəkmiş şəxslərin mülki iddiaları təmin edilməli: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 müştərək qaydada Zərərçəkmiş şəxs32 xeyrinə 1500 manat, Zərərçəkmiş şəxs13 xeyrinə 900 manat, Zərərçəkmiş şəxs22 xeyrinə 850 manat, Zərərçəkmiş şəxs10 xeyrinə 650 manat, Zərərçəkmiş şəxs6 xeyrinə 2000 manat, Zərərçəkmiş şəxs16 xeyrinə 840 manat, Zərərçəkmiş şəxs17 xeyrinə 840 manat, Zərərçəkmiş şəxs29 Münasib oğlunun xeyrinə 380 manat, Zərərçəkmiş şəxs44 xeyrinə 850 manat, Zərərçəkmiş şəxs9 Böyükağa oğlunun xeyrinə 660 manat, Zərərçəkmiş şəxs40 xeyrinə 2040 manat, Zərərçəkmiş şəxs43 xeyrinə 300 manat, Zərərçəkmiş şəxs19 xeyrinə 7500 manat, X29 xeyrinə 2760 manat, Zərərçəkmiş şəxs12 xeyrinə 1200 manat, Zərərçəkmiş şəxs8 xeyrinə 720 manat, Zərərçəkmiş şəxs52 xeyrinə 3360 manat, Zərərçəkmiş şəxs46 Rüzigar oğlunun xeyrinə 685 manat, Zərərçəkmiş şəxs51 xeyrinə 1000 manat; -Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada Zərərçəkmiş şəxs27 xeyrinə 7450 manat, Zərərçəkmiş şəxs23 xeyrinə 11860 manat, Zərərçəkmiş şəxs45 xeyrinə 2750 manat; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada Zərərçəkmiş şəxs38 xeyrinə 1500 manat, Zərərçəkmiş şəxs21 xeyrinə 690 manat, Zərərçəkmiş şəxs48 Saməddin oğlunun xeyrinə 1710 manat, Zərərçəkmiş şəxs41 xeyrinə 1790 manat; - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 müştərək qaydada Zərərçəkmiş şəxs36 xeyrinə 5200 manat, Zərərçəkmiş şəxs3 xeyrinə 2470 manat, Zərərçəkmiş şəxs5 xeyrinə 2300 manat; - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 müştərək qaydada Zərərçəkmiş şəxs14 xeyrinə 3750 manat; -Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada X2 xeyrinə 1000 manat, Zərərçəkmiş şəxs50 xeyrinə 3000 manat tutulmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs49 Abbas oğlu, Zərərçəkmiş şəxs30, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs34, Zərərçəkmiş şəxs35 oğlu, X36 və Zərərçəkmiş şəxs37 məhkəmə iclasında iştirak etməmişlər və cinayət nəticəsində onlara dəymiş ziyanla bağlı məhkəməyə mülki iddia təqdim etməmişlər. Polis şöbələrindən daxil olan məktublardan görünür ki, həmin şəxslərin yaşayış yerləri müəyyən edilməmiş və onların məhkəmə iclasına məcburi qaydada gətirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 188-ci maddəsində qeyd olunmuşdur ki, cinayət işi üzrə sənədlər və sübutlar buna imkan verirsə, müstəsna hallarda məhkəmə baxışı zamanı şəxs verilmiş mülki iddianı şəxsən müdafiə etmək imkanından məhrum olduqda məhkəmə öz təşəbbüsü ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyanın ödənilməsi barədə qərar qəbul etməyə haqlıdır. Buna görə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan zərərçəkmiş şəxslərə də dəymiş ziyan ödənilməlidir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 müştərək qaydada Zərərçəkmiş şəxs1 xeyrinə 1200 manat, Zərərçəkmiş şəxs49 Abbas oğlunun xeyrinə 1200 manat, Zərərçəkmiş şəxs30 xeyrinə 1000 manat, Zərərçəkmiş şəxs35 oğlunun xeyrinə 900 manat, X18 xeyrinə 729 manat, Zərərçəkmiş şəxs37 xeyrinə 1500 manat; - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 müştərək qaydada Zərərçəkmiş şəxs4 xeyrinə 7070 manat; - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5 müştərək qaydada Zərərçəkmiş şəxs7 xeyrinə 700 manat, Zərərçəkmiş şəxs24 xeyrinə 430 manat; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 müştərək qaydada Zərərçəkmiş şəxs34 xeyrinə 1670 manat tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1, 344-349, 351-353, 354, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1, 232.3.1, 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.3.1-cİ maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-cİ maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 229.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən həmin epizodlar üzrə ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 19 aprel 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1 və 232.3.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.3.1-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 18 aprel 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1 və 232.3.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.3.1-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 24 aprel 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1 və 232.3.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.3.1-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs4 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 17 aprel 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1 və 232.3.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.3.1-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs5 qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 21 aprel 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar- Zərərçəkmiş şəxs24 məxsus “Aknur” kabeli və naqqillərin, Zərərçəkmiş şəxs33 məxsus “Zubur” markalı direl, İnterskol markalı laqondanın, Zərərçəkmiş şəxs11 məxsus 2 ədəd xalça, bir ədəd elektrik direli, tozsoran aparatı, bir ədəd İmerqaz kombi aparatı, taxta kəsən elektrik rəndəsinin, Zərərçəkmiş şəxs36 məxsus bir ədəd mərmər güldan, mərmər şir və qartal heykəlləri, bir ədəd mərmər telefon altı sutunun, Zərərçəkmiş şəxs42 məxsus bir ədəd enerji tənzimləyicisinin, Zərərçəkmiş şəxs43 məxsus Nakita markalı lobzik, 1 ədəd Kvinner markal pereferator və 1 ədəd direlin, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs44 məxsus “Sokol” pereferatoru və bir ədəd direlin, zərərçəkmiş şəxs X25 məxsus 1 ədəd canlıq və 1 ədəd tir tüfəngin, Zərərçəkmiş şəxs18 məxsus plastik pəncərə sistememlərinin, Zərərçəkmiş şəxs13 məxsus bir ədəd “Yukos” markalı su qızdırıcısının, Zərərçəkmiş şəxs23 məxsus 2 ədəd “Konfort” markalı kombi aparatlarının, Zərərçəkmiş şəxs25 məxsus 1 ədəd elektrik şitinin, Zərərçəkmiş şəxs28 məxsus “Kofort” markalı kombi aparatı və “Soni Braviya” markalı televizorun, Zərərçəkmiş şəxs45 məxsus 1 ədəd “Radinad” markalı kombi aparatı, 1 ədəd tozsoran aparatı, 1 cüt əlcək, 3 cüt qadın ayaqqabıların, Zərərçəkmiş şəxs31 məxsus 1 ədəd “ İmergaz-32” markalı kombi aparatının qaytarılması nəzərə alınsın; - Bakı şəhər, Binəqədi RPİ-də saxlanılan 1 ədəd “Demirdöküm” su qızıdırıcısı Zərərçəkmiş şəxs8 qaytarılsın, bir ədəd zavod üsulu ilə istehsal edilmiş, 16 kalibirli “İJ” modelli, E3933 nömrəli qoşa-hamarlüləli(yivsiz) odlu ov tüfəngi, həmin kalibirə malik yivsiz(hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə hazırlanmış dörd ədəd patronlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin, 1 ədəd ov bıçağı, 1 ədəd turist bıçağı, 1 ədəd suvenir tipli bıçaq, 1 ədəd kustar üsulla hazırlanmış kastet (beşbarmaq), 1 ədəd gözyaşardıcı-qıcıqlandırıcı maddə ilə təhciz edilən, aerozol qurğulu qaz silahı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs25, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs31, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs42 və Zərərçəkmiş şəxs47 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişlər ki, təqsirləndirilən şəxslərə qarşı mülki iddia və tələbləri yoxdur. Buna görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186.2-ci maddəsinə əsasən onların mülki iddiaları üzrə icraata xitam verilsin. Zərərçəkmiş şəxslərin mülki iddiaları təmin edilsin: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 müştərək qaydada Zərərçəkmiş şəxs32 xeyrinə 1500 manat, Zərərçəkmiş şəxs13 xeyrinə 900 manat, Zərərçəkmiş şəxs22 xeyrinə 850 manat, Zərərçəkmiş şəxs10 xeyrinə 650 manat, Zərərçəkmiş şəxs6 xeyrinə 2000 manat, Zərərçəkmiş şəxs16 xeyrinə 840 manat, Zərərçəkmiş şəxs17 xeyrinə 840 manat, Zərərçəkmiş şəxs29 Münasib oğlunun xeyrinə 380 manat, Zərərçəkmiş şəxs44 xeyrinə 850 manat, Zərərçəkmiş şəxs9 Böyükağa oğlunun xeyrinə 660 manat, Zərərçəkmiş şəxs40 xeyrinə 2040 manat, Zərərçəkmiş şəxs43 xeyrinə 300 manat, Zərərçəkmiş şəxs19 xeyrinə 7500 manat, X29 xeyrinə 2760 manat, Zərərçəkmiş şəxs50 xeyrinə 3000 manat, Zərərçəkmiş şəxs12 xeyrinə 1200 manat, Zərərçəkmiş şəxs8 xeyrinə 720 manat, Zərərçəkmiş şəxs52 xeyrinə 3360 manat, Zərərçəkmiş şəxs46 Rüzigar oğlunun xeyrinə 685 manat, Zərərçəkmiş şəxs51 xeyrinə 1000 manat, Zərərçəkmiş şəxs1 xeyrinə 1200 manat, Zərərçəkmiş şəxs49 Abbas oğlunun xeyrinə 1200 manat, Zərərçəkmiş şəxs30 xeyrinə 1000 manat, Zərərçəkmiş şəxs35 xeyrinə 900 manat, X18 xeyrinə 729 manat, Zərərçəkmiş şəxs37 xeyrinə 1500 manat; -Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada Zərərçəkmiş şəxs27 xeyrinə 7450 manat, Zərərçəkmiş şəxs23 xeyrinə 11860 manat, Zərərçəkmiş şəxs45 xeyrinə 2750 manat; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada Zərərçəkmiş şəxs38 xeyrinə 1500 manat, Zərərçəkmiş şəxs21 xeyrinə 690 manat, Zərərçəkmiş şəxs48 Saməddin oğlunun xeyrinə 1710 manat, Zərərçəkmiş şəxs41 xeyrinə 1790 manat; -Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 müştərək qaydada Zərərçəkmiş şəxs36 xeyrinə 5200 manat, Zərərçəkmiş şəxs3 xeyrinə 2470 manat, Zərərçəkmiş şəxs5 xeyrinə 2300 manat, Zərərçəkmiş şəxs4 xeyrinə 7070 manat; -Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 müştərək qaydada Zərərçəkmiş şəxs14 xeyrinə 3750 manat, Zərərçəkmiş şəxs7 xeyrinə 700 manat, Zərərçəkmiş şəxs24 xeyrinə 430 manat; -Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada X2 xeyrinə 1000 manat, Zərərçəkmiş şəxs50 xeyrinə 3000 manat; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 müştərək qaydada Zərərçəkmiş şəxs34 xeyrinə 1670 manat tutulsun. Ekspertiza xərcləri 1922 manat 03 qəpik Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 müştərək qaydada dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar