Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-144/2021 08.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən hakim; Mahmudov İlham Ağa oğlu, Hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibləri X9 və X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları X6 və Dövlət ittihamçısı2, Müdafiəçilər – «PRO-BONO»vəkil bürosunun vəkilləri Müdafiəçi1 və X13, Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili X3, Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili X7, Zərərçəkmiş şəxsin huquqi varisi X2, Zərərçəkmiş şəxsin huquqi varisinin nümayəndələri Bakı şəhəri 6 saylı vəkil böürosunun vəkilləri Nümayəndə2 və X1 iştirakları ilə xx xxxx 1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmuş, məhkumluğu ödənilmiş, Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Çomaxtur kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan, Tağıyev Həsən Mərdan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, və 228.4-cü maddələri ilə xx xxxxxx 1984-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsi, ev 27 də qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, və 120.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Tağıyev Həsən Mərdan oğlu, 2018-ci ildə istintaqa məlum olmayan vaxtda və mənbədən soyuq silah hesab olunan bir ədəd kustar üsulla hazırlanmış ümumi təyinatlı qatlanmayan tipli deşici-kəsici xassəyə malik bıçağı qanunsuz olaraq əldə etmiş, üzərində gəzdirmişdir və xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs, ona tabe olmayaraq dikbaşlıq etməsindən hiddətlənib cəzalandırılmasının zəruri olduğunu ona və onun dostu Təqsirləndirilən şəxs2 bildirib və özünün ətrafında olan digər şəxslərə «Həsəni görüb vurmayan, özünü tanımır» göstərişini verməklə onun cəzalandırılmasına zərurət kimi qoyduğundan, o, həyatının təhlükədə olduğunu anlayıb baş verə biləcək hadisənin ciddiliyini dərk edərək gizlənməyə məcbur olub evdən çölə çıxmamış, Təqsirləndirilən şəxs2 isə baş verə biləcək hadisənin qarşısını almaq məqsədi ilə həm Eminin özü ilə bir başa, həm də mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs Moskvada yaşayan Elçin adlı qardaşı ilə dəfələrlə telefonla danışıb, qardaşı Emini bu fikrindən çəkindirməsini xahiş etməsinə baxmayaraq, Elçin Bakı şəhərinə gəlib məsələni yerində həll edəcəyini bildirsədə gəlib çıxmamış, 09 may 2019-cu il tarixdə təqribən saat 22-23 radələrində, Zərərçəkmiş şəxs, özünə məxsus “BMW X5” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Binəqədi rayonu 6-cı mikrorayon ərazisində yolun kənarında saxlayıb telefonla danışan zaman Təqsirləndirilən şəxs2 atası Şahid7, baş verən söhbətlərdən məlumatlı olduğundan Zərərçəkmiş şəxs maşınına yaxınlaşıb qabaq sərnişin oturacağında əyləşmiş və Emindən bu işdən əl çəkməsini xahiş etmək istədikdə, Emin avtomobili asta sürətlə Şahid7 yaşadığı evə tərəf sürməyə başlamış və avtomobili Binəqədi rayonu, İ.Həşimov küçəsində yerləşən 8 saylı binanın tinində döngədə saxlayaraq ona “ağsaqqal sənlik deyil işinlə məşğul ol” demiş, bu vaxt Həsənin küçə ilə evə tərəf getdiyni göpüb maşını arxaya verərək Həsənin yanında saxlamış və ona bildirmişdir ki, «gəl otur maşına, göstərəcəm sənə, onsuz da demişəm özünü tanıyan oğlan səni görən kimi vuracaq». Həsən avtomaşına oturmaqdan imtina edərək, Eminin onu vuracağından ehtiyat edib, çantasında gəzdirdiyi kustar üsulla hazırlanmış ümumi təyinatlı qatlanmayan tipli deşicikəsici xassəyə malik soyuq silah hesab edilən bıçaqla Zərərçəkmiş şəxs dərhal sinə nahiyyəsindən bıçaqla vurmuş, Zərərçəkmiş şəxs avtomobilin qapısını açaraq avtomaşından çıxdıqdan sonra o, Zərərçəkmiş şəxs əvvəl avtomobilin içərisində, sonra avtomobilin içərisindən çıxarmaqla küçədə bədəninin müxtəlif nahiyyələrinə bıçaqla zərbələr vurmaqla, onu qarının sağ yarısının ön səthinin – epiqastral nahiyənin cızığı (9,5x0,5sm ölçüdə), boyunun sağ-yan səthinin cızığı (5,0x0,2sm ölçüdə), boyunun sağyan səthinin cızığı (4,0x0,2sm ölçüdə), boyunun sol-yan səthinin 6 ədəd cızığı (ən kiçiyinin ölçüsü 3,2x0,5sm, ən böyüyünün ölçüsü isə 6,0x0,5sm), sol bazu oynağı nahiyəsinin ön səthinin cızığı (3,0x0,3sm ölçüdə), sol bazu nahiyəsinin orta 1/3-nin arxa səthinin 2 ədəd cızığı (3,0x0,2sm və 3,5x0,2sm ölçülərdə), sol said nahiyəsinin yuxarı 1/3-nin bayır səthinin səthi kəsilmiş yarası (1,2x0,3sm ölçüdə), qarının sol yarısının ön səthininmezoqastral nahiyənin səthi kəsilmiş yarası (0,8x0,3sm ölçüdə), qarının sağ yarısının ön səthinin - hipoqastral nahiyəni səthi kəsilmiş yarası (1,0x0,5sm ölçüdə), döş qəfəsinin solyan səthinin kəsilmiş yarası (0,5x0,3sm ölçüdə), döş qəfəsinin sağ-yan səthinin səthi kəsilmiş yarası (0,6x0,3sm ölçüdə), döş qəfəsinin sağ-yan səthinin səthi kəsilmiş yarası (0,5x0,3sm ölçüdə), döş qəfəsinin sağ-yan səthinin səthi kəsilmiş yarası (1,0x0,5sm ölçüdə), sağ çiyin qurşağının ön səthinin səthi kəsilmiş yarası (0,8x0,4sm ölçüdə), döş qəfəsinin sol yarısının arxa səthinin səthi kəsilmiş yarası (1,0x0,5sm ölçüdə), döş qəfəsinin sol yarısının arxa səthinin səthi kəsilmiş yarası (1,0x0,4sm ölçüdə), qarının sağ yarısının ön səthinin - epiqastral nahiyənin səthi kəsilmiş yarası (1,2x0,3sm ölçüdə) kimi sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcələri təyin edilməyən 23 (iyirmi üç) ədəd, döş qəfəsinin sol yarısının ön səthinin kəsilmiş yarası (1,5x0,5sm ölçüdə), döş qəfəsinin sağ-yan səthinin kəsilmiş yarası (1,2x0,5sm ölçüdə), sol bazu nahiyəsinin yuxarı 1/3-nin bayır səthinin kəsilmiş yarası (2,8x1,0sm ölçüdə), sol said nahiyəsinin yuxarı 1/3-nin bayır səthinin kəsilmiş yarası (1,8x0,8sm ölçüdə), sol said nahiyəsinin orta 1/3-nin ön səthinin kəsilmiş yarası (2,5x1,0sm ölçüdə), sağ bazu nahiyəsinin orta 1/3-nin arxa səthinin kəsilmiş yarası (4,0x2,0sm ölçüdə), sağ mil-bilək oynağı nahiyəsinin iç səthinin kəsilmiş yarası (2,5x0,4sm ölçüdə), döş qəfəsinin sol yarısının arxa səthinin kəsilmiş yarası (3,0x1,5sm ölçüdə), döş qəfəsinin sağ yarısının arxa səthinin kəsilmiş yarası (1,5x0,8sm ölçüdə), döş qəfəsinin sağ yarısının arxa səthinin kəsilmiş yarası (2,2x0,8sm ölçüdə), bel nahiyəsinin sağ yarısının kəsilmiş yarası (2,3x0,8sm ölçüdə), sol bud nahiyəsinin yuxarı 1/3-nin arxa səthinin kəsilmiş yarası (1,9x0,4sm ölçüdə), başın ənsə nahiyəsinin kəsilmiş yarası (2,3x0,4sm ölçüdə), sağ çiyin qurşağının ön səthinin kəsilmiş yarası (1,3x0,8sm ölçüdə), sol bazu nahiyəsinin yuxarı 1/3nin bayır səthinin kəsilmiş yarası (1,3x0,5sm ölçüdə), sağ bazu nahiyəsinin yuxarı 1/3-nin iç səthinin kəsilmiş yarası (1,3x0,4sm ölçüdə), döş qəfəsinin sol yarısının ön səthinin kəsilmiş yarası (0,8x0,4sm ölçüdə), döş qəfəsinin sol yarısının ön səthinin deşilmişkəsilmiş yarası (2,0x0,9sm ölçüdə), döş qəfəsinin sol yarısının ön səthinin deşilmişkəsilmiş yarası (2,5x1,0sm ölçüdə), döş qəfəsinin sağ yarısının ön səthinin deşilmişkəsilmiş yarası (2,4x1,0sm ölçüdə), döş qəfəsinin sağ yarısının ön səthinin deşilmişkəsilmiş yarası (2,6x1,0sm ölçüdə), döş qəfəsinin sol-yan səthinin deşilmiş-kəsilmiş yarası (3,2x1,0sm ölçüdə), döş qəfəsinin sol-yan səthinin deşilmiş-kəsilmiş yarası (3,4x1,3sm ölçüdə), döş qəfəsinin sol-yan səthinin deşilmiş-kəsilmiş yarası (3,8x0,5sm ölçüdə), döş qəfəsinin sağ-yan səthinin deşilmiş-kəsilmiş yarası (3,0x0,5sm ölçüdə), döş qəfəsinin sağyan səthinin deşilmiş-kəsilmiş yarası (2,8x0,7sm ölçüdə), döş qəfəsinin sağ-yan səthinin deşilmiş-kəsilmiş yarası (1,8x0,9sm ölçüdə), döş qəfəsinin sağ-yan səthinin deşilmişkəsilmiş yarası (1,4x0,8sm ölçüdə), sol bazu nahiyəsinin orta 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yarası (3,8x1,2sm ölçüdə), sol said nahiyəsinin orta 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yarası (3,8x1,7sm ölçüdə), sol said nahiyəsinin orta 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yarası (4,0x1,8sm ölçüdə), sol said nahiyəsinin yuxarı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası (3,5x1,0sm ölçüdə), sol said nahiyəsinin yuxarı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası (4,0x1,5sm ölçüdə), sol said nahiyəsinin orta 1/3-nin ön-iç səthinin deşilmiş-kəsilmiş yarası (12x5,5sm ölçüdə), sol baldır nahiyəsinin orta 1/3-nin iç səthinin deşilmiş-kəsilmiş yarası (4,5x2,0sm ölçüdə), sol baldır nahiyəsinin aşağı 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yarası (5,0x2,0sm ölçüdə), sol bazu nahiyəsinin yuxarı 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yarası (3,0x2,0sm ölçüdə), döş qəfəsinin sol yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası (2,8x1,3sm ölçüdə), döş qəfəsinin sol yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası (3,0x0,8sm ölçüdə), döş qəfəsinin sol yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası (2,6x0,8sm ölçüdə), döş qəfəsinin sol yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası (3,8x1,5sm ölçüdə), döş qəfəsinin arxa səthinin orta xətt üzrə deşilmiş-kəsilmiş yarası (3,0x1,0sm ölçüdə), döş qəfəsinin sağ yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası (3,8x1,0sm ölçüdə), sağ kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası (3,2x1,2sm ölçüdə) kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərinə malik 44 (qırx dörd) ədəd, ürəyin, hər iki ağ ciyərin, qaraciyərin və nazik bağırsağın yaralanması ilə müşaiyət olunan döş qəfəsinin və qarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralarının, eləcə də bədən səthinin çoxsaylı deşilmiş-kəsilmiş və kəsilmiş yaralarının törətdiyi kəskin qanitirmə nəticəsində ölümə səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz edərək ürəyin sol mədəciyini zədələyən deşilmiş-kəsilmiş yarası (2,8x1,2sm ölçüdə), döş qəfəsinin sol yarısının ön səthinin sol plevra boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payını zədələyən deşilmiş-kəsilmiş yarası (3,0x1,4sm ölçüdə), döş qəfəsinin sağ yarısının ön səthinin qarın boşluğuna nüfuz edərək diafraqmanı və qaraciyərin sağ payını zədəyələn deşilmiş-kəsilmiş yarası (3,8x1,5sm ölçüdə), döş qəfəsinin sağ yarısının ön səthinin sağ plevra boşluğuna nüfuz edərək sağ ağciyərin yuxarı payını zədələyən deşilmiş-kəsilmiş yarası (3,5x1,0sm ölçüdə), qarının sol yarısının ön səthinin - epiqastral nahiyənin qarın boşluğuna nüfuz edərək nazik bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası (3,5x1,7sm ölçüdə), qarının sol-yan səthinin - mezoqastral nahiyənin qarın boşluğuna nüfuz edərək nazik bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası (3,8x1,8sm ölçüdə), döş qəfəsinin sol-yan səthinin sol plevra boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payını zədələyən deşilmiş-kəsilmiş yarası (3,0x1,3sm ölçüdə), döş qəfəsinin sol-yan səthinin sol plevra boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payını zədələyən deşilmişkəsilmiş yarası (3,8x1,8sm ölçüdə), döş qəfəsinin sol-yan səthinin qarın boşluğuna nüfuz edərək nazik bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası (3,7x1,4sm ölçüdə), döş qəfəsinin sağ-yan səthinin sağ plevra boşluğuna nüfuz edərək sağ ağciyərin aşağı payını zədələyən deşilmiş-kəsilmiş yarası (2,0x1,0sm ölçüdə), döş qəfəsinin sol yarısının arxa səthinin qarın boşluğuna nüfuz edərək daxili üzvləri zədələməyən deşilmiş-kəsilmiş yarası (3,8x1,5sm ölçüdə) kimi hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa 11 (on bir) ədəd AĞİR zərər vurmaya aid bədən xəsarətlərini yetirməklə xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs hadisədən 5-6 ay əvvəl tanımış, Emin məhkum olunmuş, cəzaçəkmə müəssisəsindən çıxandan sonra o, məhlədə olan uşaqlardan Emin barədə eşitmişdir. Eşitdiyinə görə Emin Bakı şəhərində kriminal aləmin vəziyyətinə baxıb. Eminlə arasında elə bir münasibət olmayıb, sadəcə bir-birlərini görəndə hal-əhval tutmuşlar. 30 aprel 2019-cu il tarixdə günortadan sonra axşama tərəfi Zaurla birlikdə “Nargilə” çay evində olan zaman Emin öz avtomobili ilə çay evi ilə üzbəüz olan moykaya gəlmiş, o və Zaur da çay evindən çıxmış, Zaurla Emin salamlaşıb söhbət etməyə başlamışdır. O da onların yanında dayanmış, Emin yenə özündən razı “məni kimsə tutdurur, ama bilmirəm kimdi” və başqa sözlər deməyə başlamış, bu zaman Zaurla Emin arasında sözlə mübahisə yaranmışdır. Bu zaman Emin ona “get işinlə məşğul ol, bizim yanımızda dayanma” sözlərini demişdir, Zaur ona kənarda dayanmağı demiş, o da onlardan 10-15 metr uzaqlaşıb dayanmışdır. Bundan sonra Zaur Eminin avtomobilinə minmiş və Emin avtomobilini sürüb getmişdir. O, avtomobilinin arxası ilə baxdıqda görmüşdür ki, avtomobil Zaurun yaşadığı ev istiqamətdə getmişdir. Təxminən 10 dəqiqədən sonra Emin Zauru avtomobili ilə gətirib “Nargilə” çay evinin qarşısında düşürüb getmişdir. O, Zaurdan nə baş verdiyini soruşmuş, Zaur Eminlə daha sonra söhbət edəcəyini demişdir. O, Zaurla birlikdə Zaurun evinə getmiş, təxminən yarım saat ərzində Zaurun evində olan zaman Zaur Eminin qardaşı Elçinlə zəng edib danışmışdır. Elə bu zaman evin qarşısında avtomobil siqnalı səsi eşitmiş, o, Zaurla birlikdə evin qarşısına çıxmış, Emin avtomobili ilə tək gəlmiş, Emin Zaura “otur maşına gedək” sözlərini demişdir. Zaur Eminin avtomobilinin qabaq sağ oturacağında oturmuş, o da Zaurla Emin arasında dava olacağından ehtiyyat etdiyi üçün Eminin arxa hissəsində olan oturacaqda oturmuşdur. Bu zaman Emin ona demişdir ki, «maşından düş», o düşməyəcəyini demişdir. Emin yenə qışqırmışdır ki, «maşından düş dedim» bu zaman Zamin həyətdən bayıra çıxmış, Eminə “qardaş, bu nə səs-küydür, biz dostuq, belə şey olar” demişdir. Zamin də avtomobilə minmiş və ona demişdir ki, maşından düşsün, o yenə də düşməmiş, bu zaman Zaur ona demişdir ki, maşından düşsün, Eminlə dostdur, heç bir problem yoxdur. O da avtomobildən düşmüşdür. Emin ona əli ilə işarə edib “sən görəcəksən, səninlə söhbət edəcəm” demiş, Zaura demişdir ki, “sən bunu qudurdubsan”. Emin avtomobili sürüb getmişdir. Bir az sonra Zaur ona zəng edib “Həsən, evdə otur, çölə çıxma” demişdir. Bir az sonra Zaur evə gəlmiş və ona demişdir ki, Eminlə mehribançılıq olub, amma Emin hamıya zəng edib deyib ki, onu harda görsələr vursunlar, çünki o, Eminə hörmətsizlik etmişdir. Zaur bildirmişdir ki, avtomobildə olan zaman Emin kimlərəsə zəng edib “Həsəni görüb vurmayan özünü tanımır, Həsən mənə hörmətsizlik edib” sözlərini demiş, əvəzində isə Zaur Eminə “Həsən sizə heç bir hörmətsizlik etməyib, sən tutulanda Həsən sənə çörək aparıb” demişdir. Zaur demişdir ki, narahat olmasın, Elçinlə danışıb məsələni yoluna qoyacaq. Səhəri gün Zaur Elçinlə telefonda danışmış, Elçin gələndə Eminlə danışacağını, məsələni yoluna qoyacağını, Eminə fikir verməməyini demişdir. Həmin ərəfədə onu tanıyan oğlanlar ona zəng edib ortalıqda görsənməməyini, Eminin onu axtardığını, onu vurduracağını, keçməyəcəyini demişlər. O, olanlar barədə Zaurla danışanda, Zaur ona biriki gün gözə görünməməyini, Elçin gələndən sonra məsələni həll edəcəyini demiş, bu söhbətlərdən sonra o, özünü qorumaq üçün üzərində bıçaq gəzdirmişdir. 09 may 2019-cu il tarixdə saat təxminən saat 16-18 radələrində evdən Nargilə çay evinə Zaurun yanına gəlmiş, Zaurla çay evinin yanında olan “Qardaşlar” marketinin yanına gəlib orada dayanmış, Zaur mağazaya girmiş, o, marketin qarşısında dayanmışdır. Bu zaman Emin avtomobili ilə gəlib onun yanında dayanmış və “Həsən, tez ol, otur maşına” demişdir. O maşına oturmamış, demişdir ki, ona hörmətsizlik etməmişdir. Emin demişdir ki, “bu səfər Zaur da səni qurtara bilməyəcək, otur maşına”. O arxa sağ oturacaqda oturmuş, Emin avtomobili sürüb getmək istəyən zaman Zaur marketdən çıxmış və Emin tərəfdən qapının pəncərəsi açıq olduğundan əli ilə sükanı burub tutmuş və ona demişdir ki, maşından düşsün, Eminə onu hara apardığını soruşmuş, Emin Zaura demişdir ki, işinə qarışmasın, özü bilir nə edir. Zaur ona demişdir ki, «maşından düş» o, qapını açmaq istəsə də açılmamış, Zaura demişdir ki, qapı açılmır. Zaur Eminə demişdir ki, “biz dostuq, Elçinlə də danışmışam, Həsən sənə hörmətsizlik etmir” Emin maşında dirsək altı hissədən balaca bıçağa bənzər nəsə götürüb, Zaura demişdir ki, “ya səni vuracam, ya da bunu, çəkil o tərəfə, gedim mən” Zaur sükanı buraxmamış, Emin qapını açıb düşməsini bildirdikdə, Zaur keçib qabaqda oturmuş, Emin Zaurla birlikdə getmişdir. O “Nargilə” çay evinin yanına gəlmiş, təxminən 5 dəqiqə sonra Zaur piyada çay evinin qarşısına gəlmişdir. Zaur demişdir ki, “Emin gedir, adam yığmağa”. Saat 20-21 radələrində dostu Şəhruzun nömrəsindən ona zəng gəlmiş, danışan Emin olmuşdur. Emin demişdir ki, “Nargilə”dən çıxsın, yoxsa pis gələcək. O demişdir ki, işi var, bir azdan xəbər edər. Axşam saatlarında Zaurun evinin qarşısında Eminin maşının səsini eşitmiş, Zaur evdən bayıra çıxıb qayıtmış və “Emin əl çəkmir, səni istəyir” demişdir. Parkda görüşməyi razılaşmış, onları orda barışdıracaq. Zaurla birlikdə evdən çıxıb parka getmişlər. Parkda çox adam olduğu üçün qayıtmışlar, Nargiləni işlədən Qara, Zaura zəng etmişdir ki, Emin oraya gəlib ki, kafeni axşam gəlib təhvil alacaq. Həmçinin Qara, Zaura Whotsapp-da yazmışdır. Zaur həmin yazının şəklini Elçinə göndərmiş, X46 əvəzindən üzrxahlıq edib, gələn kimi məsələni həll edəcəyini demişdir. Zaurla onun atasının evinin qarşısına gəlmiş, Zaur ona, “mən gedirəm atamgilə, sən də Zeytunluqla get evə, Elçin gəlsin, barışıq olacaq” demişdir. Zaur atası Əlinin evinə girmiş, o, isə zeytunluq tərəfdən yox, “Nargilə” tərəfdən evə getməyə başlamışdır. Sosial müdafiə fondunun binasının qarşısına çatmamış, arxadan maşın səsi eşitmiş, Eminin maşınını görmüşdür. O, Eminlə söhbətini özü həll etmək qərarına gəlib maşına yaxınlaşmış, Zaurun atası Əlinin qabaqda Eminin yanında oturduğunu gömüşdür. Emin ona “min maşına” demiş, o «minmirəm» dedikdə, Emin sürətlər qutusu tərəfdə dirsək altının yanına əlini atıb bıçaq götürmüş və ona pəncərədən bıçaq vurmaq istəmiş, o, bıçağı sağ əli ilə tutmuş və sol əlini sumkasına atıb bıçağını çıxarmış, sağ əli ilə Eminin bıçağını tuta-tuta sol əlində olan bıçağla Eminin sağ yuxarı sinə nahiyyəsinə bir dəfə vurmuş, bu zaman Emin sol əli ilə onun sol əlinin bilək nahiyyəsindən tutmuş, o, sağ əli ilə Eminin sağ əlində olan bıçağı dartıb almış, Emin onun sol əlini buraxmadığı üçün sağ əlində olan Eminin bıçağı ilə Eminin sinə nahiyyəsinə xatırlamadığı sayda vurmağa başlamışdır. Eminin maşını arxaya doğru getməyə başlamış, o da maşının yanı ilə arxaya getmiş, maşın səkinin üzərində arxa təkərləri havada qalmış, bu zaman Eminin oturduğu hissədə sol qabaq qapı açılmış, Eminin ayağı bayıra çıxmış, o, öz bıçağı ilə Eminin ayağından vurmuş, digər bıçaq isə maşın arxaya gedən zaman əlindən düşmüşdür. O, Emini ayağından vurandan sonra Emin sağ tərəfdən Əlinin oturduğu hissəyə keçmiş, o, maşının ön tərəfindən fırlanıb sağ qapının yanına gəlmiş, artıq sağ qabaq qapı açılmışdır. Əli maşından düşmüş, Emin də onun arxası ilə düşmək istəmişdir. Əli artıq maşından düşüb Eminlə onun arasında dayanıb “bəsdirin, məni də vurduz” sözlərini demiş və evinə tərəf getmişdir. Emin maşından düşüb üstünə gəlmiş, onlar ikisi də səkidən aşağı düşmüşlər. Kimsə qışqıraraq demişdir ki, “nəyə baxırsınız, aralayın”. O, həmin vaxt Eminə çoxsaylı bıçaq xəsarətləri yetirmiş, hara gəldi vurmuşdur. Birdən özünə gəlib görmüşdür ki, Zaur qarşısındadır, onu Emindən aralamağa çalışır. Emin binanın tinində yerdə uzanıqlı vəziyyətdə olmuş, o, əlində bıçaq Eminin yanında dayanmış, oradan Şəhruza və atasına zəng edib hadisə barədə demişdir. Sonra görmüşdür ki, ətrafa çoxlu adamlar toplandı. Bir nəfər Yol Patrul Xidməti əməkdaşı da ora gəlmişdir. O adam vurduğunu demiş, sonra onu 7-ci Polis Bölməsinə aparmışlar. Məhkəmə iclasında zərərçəkmişin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, mərhum oğlu Zərərçəkmiş şəxs həyat yoldaşı ilə birlikdə ünvan 2 ünvanında yaşayırdı. Emin əvvəllər cinayət törətməyə görə 2 dəfə məhkum olunmuş, 2018-ci ilin may ayının 3-də Emin azadlığa buraxılmışdır. 25 noyabr 2018-ci il tarixdə Eminin toyu olmuş, toyda Zaur və onun ailəsi də iştirak etmişdir. Sonuncu dəfə 2019-cu ilin mart ayında Emin odlu silah gəzdirməsi səbəbindən Binəqədi rayon Polis İdarəsində istintaq edilən cinayət işi üzrə tutulmuş və Eminin işi məhkəmədə olan zaman o, 2019-cu il tarixdə ev dustaqlığına buraxılmışdır. Bundan sonra o, Emini “Heydər” Məscidinə aparıb tövbə etdirmişdir ki, bir daha üstündə nə bıçaq, nə də silah gəzdirməsin. Emin də ona söz verdiyinə və tövbə etdiyinə görə silah gəzdirməmişdir. Eminin Təqsirləndirilən şəxs2la münasibəti üzdə normal olsa da, o, Zaurun yalandan Eminə yaxşı davranmasını hiss edirmiş. 2019-cu ilin mart ayında Emin hələ tutulmamışdan əvvəl yoldaşı Leyli ona demişdir ki, “Zaur Eminə çox ilişir, Zaurla söhbət et”. Bundan sonra o, Moskva şəhərində olan oğlu Elçinə zəng edib bu barədə demiş, lakin, Elçin ona belə işlərə qarşımamasını demişdir. Buna baxmayaraq mart ayında 246 nömrəli məktəbin qarşısında o, təsadüfən Zaurla rastlaşmış, Zaurla ayaqüstü söhbət edib, yalvraraq Eminə atmacalı sözlər atmamasını xahiş etmiş, Zaur isə ona Eminin onun işlərinə qarşıdığını bildirmişdir. Zaur faizə pul vermiş, faizi vaxtında çatdırmayanları isə incitmişdir. Emin də Zaura belə etməməsini, adamları incitməməsini demşdir. O, Zaura mehribançılıq etmələrini deyib evinə getmiş, bundan sonra o, Zauru görməmişdir. 09 may 2019-cu il tarixdə sübh tezdən evindən çıxıb Xızı rayonunda “ocağa” getmiş, təxminən saat 18-19 radələrində evə gəlmişdir. Leyliyə zəng edib hal-əhval tutdu, yemək üçün evinə dəvət etmişdir. Leyli ona Eminin yatdığını, ayılandan sonra gələcəklərini demişdir. Bir az sonra Emin Leylini evinə gətirmiş, lakin özü evə qalxmamışdır. Leyli ona Eminin 50 manat pul istədiyini bildirmiş, o, böyük nəvəsi ilə 50 manat vermişdir. Daha sonra Leyli ona demişdir ki, “Hacıxanım, bayaq Emini aşağı çağırmışdılar, lakin kimin çağırdığını bilməmiş, amma neçə gündü, Zaurun Eminlə mübahisəsi var”. O demişdir ki, narahat olmasın, Elçinə deyər. Təxminən saat 21:30 radələrində o, yatmış, bir az sonra telefon zənginə yuxudan oyanmşdır. Eminin qonşusu Ramilə ona zəng etmiş, “Hacıxanım, dur binanın qabağına gəl, Emin səni istəyir” demiş, o, nə baş verdiyini soruşmuş, Ramilə bilmədiyini demişdir. O pis bir şey olmasını hiss edib, dərhal paltarını geyinmiş və Eminin yaşadığı binanın qarşısına gəlmişdir. Bu zaman görmüşdür ki, Emin binanın tinində yerdə uzanıqlı haldadır, o, Eminin bıçaqlandığını görmüş və özünü itirmiş, Eminin yanında oturub ağlamağa başlamışdır. O, oraya gələn zaman oğlunun yanında heç kim olmamışdır. Eminin yanında yerdə iki bıçaq olmuşdur. Bıçaqlardan birinin sarı rəngli taxta dəstəyi olmuş, digər bıçaq isə qara rəngli dəmir dəstəyi olan bir qədər ağır olmuşdur. Eminin bədənində çoxlu xəsarətlər olduğundan, baş örtüyünü çıxarıb oğlunun üzünü silmişdir. Artıq ətrafda adamlar toplanmağa başlamış, o, bir də qara rəngli dəmir bıçağın yerdə olmadığını görmüşdür. Kimsə həmin bıçağı götürmüş, lakin sarı taxtalı bıçaq orada qalmışdır. O, həmin bıçağın da götürüləcəyindən ehtiyat edib bıçağı paltarının altına salıb saxlamış, daha sonra polis əməkdaşı ona yaxınlaşıb bıçağı ondan istəmişlər, o da bıçağı həmin şəxsə vermişdir. Daha sonra Eminin meyiti morqa aparılmışdır. Eminin öldürülməsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2la yanaşı sonuncunun atası Şahid7, qardaşı Şahid8 və bacısı oğlu Vüqar Ramazanov da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, 2005-ci ildən DİOda, 2017-ci ildən isə Bakı şəhər BPİ-nin YPX alayının baş inspektoru vəzifəsində xidmət edir. 09 may 2019-cu il tarixdə gecə növbəsində ** YP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə Bakı şəhəri Binəqədi rayonu ərazisində Elşən Məmmədov və Teymur Cabbarovla birlikdə xidmətdə olmuşdur. 09 may 2019-cu il tarixdə təxminən saat 23 radələrində Binəqədi rayonu, Həşimov küçəsində “Volkswagen Touareg” markalı avtomobil yol hərəkəti qaydalarını pozduğu üçün tərəfindən saxla əmri vermiş, xidmət yoldaşları Elşən Məmmədov və Teymur Cabbarov həmin avtomobilin sürücüsünə yaxınlaşmışlar. O, da ətrafa baxdıqda BMW X5 markalı avtomobilin səkinin üzərində dayandığını gördükdə yol nəqliyyat hadisəsinin baş verməsini fikirləşərək Elşən və Teymura demişdir ki, onlar “Tuareg” avtomaşının sürücüsü ilə məşğul olsun, yol nəqliyyat hadisəsi barədə özü məlumat verəcək. O həmin avtomobilə tərəf gedəndə bir nəfər şəxsin əlində bıçaqla dayandığını, yerdə isə arxası üstə uzanıqlı halda meyitin olduğunu görüb oğlandan nə baş verdiyini soruşduqda o, “mən vurmuşam” demişdir. Bu vaxt meyitin olduğu yerdən sağda binaya artırma kimi olan evdən bir cavan qız bir stəkan suyu oğlana vermiş, oğlan isə suyu əlində bıçaq olan şəxsə gətirib vermişdir. O, həmin şəxsə, əlindəki bıçağı yerə qoymasını demiş, oğlan bıçağı meyitin yanına qoyaraq “məndən narahat olmayın, qaçan deyiləm” demişdir. O, Binəqədi rayon Polis İdarəsinə zəng edib hadisə barədə məlumat vermiş, sonra oğlanın qolundan tutaraq Nəsimi metrostansiyası istiqamətində yola doğru aparmışdır. Oğlan yolda ona demişdir ki, adamı avtomobilin içərisində vurub, bıçaqla vura-vura yerə salıb, əgər onu vurmasaydı, həmin adam tərəfindən o özü, vurulacaqdır, mikrorayonda onu vurduracağını demişdir. Onlar Nəsimi metrosunun yanına gələn zaman 7-ci Polis Bölməsinin və X38 əməkdaşları ora gəlmişlər. O, həmin şəxsi 7-ci Polis Bölməsinin əməkdaşlarına təhvil vermiş, daha sonra o, hadsə baş verən yerə qayıtmış, artıq orada çoxlu adamlar toplanmış, bir qadın meyitin yanında oturub oğlanın yerə atdığı bıçağı paltara büküb qucaqlayaraq ağlamışdır. Bir neçə dəqiqə sonra iş yoldaşları avtopatrulla gəlib ona ordan götürmüş və o, 7-ci Polis Blməsinə gedib hadisə barədə raport yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, 09 may 2019-cu il tarixdə saat təxminən 22-23 radələrində dostu Rüfət ona əvvəlki günlərdə Rusiyadan zəng edib maşının təkərinin boşalmasını və həmin təkəri dəyişdirməsini xahiş etdiyindən, Rüfətin maşının olduğu yerə getmişdir. Həmin vaxt onun yanında dostu Zaur da olmuşdur. Zaurla Rüfətin maşınının təkərini dəyişmiş və bundan sonra, Rüfətin yaşadığı evin yanına gəlmişlər. Daha sonra, Zaur öz evlərinə getmiş və o da Rüfətin yaşadığı binaya daxil olmuşdur ki, maşının açarını Rüfətin anası Ofeliyaya versin. Açarı Ofeliyaya verib təkəri dəyişdiyini demiş və təxminən 3 dəqiqə onunla söhbət etmişdir. Həmin vaxt səs-küy gəlmiş, kiminsə biri-biri ilə dava-dalaş etməsini eşidib üçüncü mərtəbədən aşağı düşmüşdür. Blokdan çölə çıxanda görmüşdür ki, “BMV X5” markalı Eminə məxsus “444” nömrəli maşının bir hissəsi səkidən aşağı düşüb, digər hissəsi isə səkinin yuxarı hissəsinə qalxmış vəziyyətdədir. Maşın işlək vəziyyətdə, işıqları yanılı olmuşdur. Maşının sağ qabaq qapısı açıq olmuşdur. Maşının sağ qabaq tərəfdəki açıq qapısının qarşısında Həsən və Əli dayı dayanmışlar, Emin isə maşının sağ tərəfində qapısına söykənmiş vəziyyətdə olmuşdur. Həsən əlindəki bıçaqla Emini ardıcıl zərbələrlə vurmuşdur. Əli dayı da onları aralaşdırmağa çalışmışdır. Həmin vaxt səs-küyə hadisə yerinə anası qışqıra-qışqıra gəldiyindən anasına tərəf gedib qorxmaması üçün heç kimlə dava-dalaş etmədiyini demişdir. Bir neçə dəqiqə keçdikdən sonra, atası evdən çıxıb yanına gəlmiş və onlar öz yaşadıqları evin qapısında dayanmışlar. Daha sonra o, Eminin yerdə uzanıqlı vəziyyətdə olmasını görmüşdür. Həsən isə Eminin yanında əlində bıçaq ayaq üstə dayanmışdır. Onlardan on üç - on dörd metr aralıda isə Zaur dayanmışdı. Əli, oğlu Zaura yaralı olmasını, ona da bıçaq zərbəsinin dəyməsini dedikdə, Zaur atası Əliyə “gəl səni aparım” demiş və onlar piyada öz evlərinə tərəf getmişlər. Daha sonra, hadisə yerinə polis əməkdaşları da gəlmişdir. O, təxminən 2-3 dəqiqə dava-dalaş olmasını eşitmiş, Rüfətin evinə qalxdığı vaxt həyətdə kiminsə olmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, 09 may 2019-cu il tarixdə saat 23 radələrində evdə telefonu ilə qulağına qulaqcıq taxaraq oyun oynayarkən Cəmilə həyətdə dava olduğunu demiş, Cəmilə qapıya tərəf getdikdən sonra o da oyunu bitirib, əynini geyinib nə baş verdiyini öyrənmək üçün Cəmilənin yanına getmişdir. Yaşadığı evin qapısı bir başa olaraq həyətə açıldığı üçün qapını açdıqda görmüşdür ki, “BMWV X5” markalı avtomobil səkinin üzərində dayanıb, ətrafda isə xeyli sayda adam var. Əvvəlcə yol nəqliyyat hadisəsinin olduğunu fikirləşib qapıdan çölə çıxmaq istədikdə polis əməkdaşları evdən çıxmağa icazə verməmişlər. Polis əməkdaşının yanında dayanmış bir nəfər oğlan onlardan su istədikdə Cəmilə evə keçərək bir stəkan su gətirib ona vermiş, o isə suyu həmin oğlana vermiş, oğlan su içdikdən sonra stəkanı qaytarmışdır. O, yenidən hadisəyə baxmaq üçün evdən çıxmaq istəsə də, polis əməkdaşları icazə verməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, Zərərçəkmiş şəxsla münasibəti həmişə normal olub. 2019-cu il aprel ayının sonlarında tarixi dəqiq yadımda deyil, günorta saatlarında yaşadığı evdən çıxaraq piyada qardaşı Zaurun evinə gedərkən Zaurun evinin qarşısında X40 məxsus BMV markalı ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilə oturduqlarını görüb, avtomobilə yaxınlaşmış, o da arxa sol oturacaqda əyləşmişdir. Arxa oturacaqda ondan başqa heç kim olmamış, bu zaman Emin “gedək biraz gəzək” demiş, onlar da etiraz etməmişlər. Emin avtomobillə Sədərək-Binə yoluna sürmüş, yolda olarkən Emin kiməsə zəng edərək “Mən Zaurgillə fırlanıram, siz Həsəni götürün” demişdir. Həmin vaxt o, Eminin kimə zəng etməsini bilməmiş, Zaur bu vaxt Eminə “ayıbdı Həsən yaxşı uşaqdır” demişdir. Emin avtomobili 200 km/saat sürətlə sürdüyü üçün o, Eminin qardaşı Elçinə “votsap”la mesaj yazaraq Eminin avtomobili yüksək sürətlə sürdüyünü, yol qəzası törədə biləcəyini bildirmişdir. Elçin cavab yazmışdır ki, özü Eminə zəng edib başa salar. təxminən 2-3 dəqiqə sonra Elçin qardaşı Eminə zəng edərək təxminən 10-15 dəqiqə telefonla danışmış, həmin vaxt Emin qulaqcıq istifadə etdiyindən, Elçinin nə deməsini eşitməmişdir, Emin durmadan qardaşına Həsəni tapacağını, Həsənin dalınca adam göndərdiyini demişdir. Həmin vaxt bununla paralel Zaur da Emini sakitləşdirərək Həsənlə bağlı məsələyə son qoymasını bildirmişdir. Bu danışığın nəticəsi olaraq Emin avtomobilini döndərərək yenidən Zaurun yaşadığı evin qarşısına qayıtmış və onlar avtomobildən düşmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 göstərdi ki, o, Təqsirləndirilən şəxs2la qonşuluqda icarəyə götürdüyü çayxanada işləyərkən 2011-ci ildə tanış olmuş, Zaurgilin çayxanası onun icarə götürdüyü çayxanaya yaxın olmuşdur. 2012ci ildə onun sürücüsü Zaurun çayxanasını icarə götürərək “Nargilə çay evi” adı ilə işlətməyə başlamışdır. Təxminən hadisədən 3 ay əvvəl Zaurun atası Əli ilə çayxananı icarəyə götürmək barədə razılığa gəlmiş, həmin vaxtdan Zaura məxsus çayxananı icarəyə götürüb işlətmişdir, lakin bütün işləri Zaurun atası ilə görmüş, Zaurla çayxananın icarəsi barədə birbaşa əlaqəsi olmayıb. Zaurun çayxanaya bitişik, lakin girişi və çıxışı çayxanadan ayrı olan otağı ofis kimi istifadə etmişdir. Hadisədən təxminən 15-20 gün əvvəl qiyabı tanıdığı Emin çayxanaya gəlmiş, çayxanada olan kabinetlərin pərdələrini aralayıb kabinetlərin içərisinə baxmış, Həsənin çayxanada olub-olmaması ilə maraqlanmışdır. O, Həsəni görmədiyini və çayxanada olmadığını demiş, Emin çıxıb getmişdir. Emin həmin zaman əsəbi olmuşdur. O, Həsəni çayxanaya gəlib gedən müştəri kimi tanımış, Həsən vaxtaşırı dostları ilə onun çayxanasına gəlib getmişdir. 09 may 2019-cu il tarixdə saat 20 radələrində Emin çayxanaya gələrək, çayxanada işləyən Əfsanə adlı xanımdan ilkin olaraq Zaurla Həsənin orada olub-olmamasını maraqlanmış, Əfsanə onların çayxanada olmadığını bildirdikdə, Emin çayxananın kim tərəfindən işlədildiyini soruşdu, Əfsanə onun adını deməsə də, iftarda olduğunu bildirib, Emin Əfsanəyə “Çayxananı işlədən oğlana deyərsən ki, obyekti gəlib ondan təhvil götürəcəm, o da gedib Zaurgildən təhvil alar” sözünü çatdırmasını deyib gedib. Əfsanə ona bu barədə iftardan qayıtdıqdan sonra demişdir, o da bu barədə Zaura “Whatsapp” la yazmış, Zaur isə cavab olaraq ona “narahat olma, qoy maraqlanım kim idi gələn” demiş, bundan sonra, daha bu mövzuda Zaurla aralarında danışıq olmamışdır. Saat 23 radələrində çayxanada olarkən “Qardaşlar” marketinə siqaret almağa getmiş, bu zaman Zaurgilin məhəlləsində təcili tibbi yardım maşını, post patrul xidməti avtomobili, həmçinin ətrafa adamlar toplaşdığını görmüş, problem yaşamamaq üçün oraya yaxınlaşmamış, nə baş verdiyi ilə maraqlanmamış. Təxminən 20-25 dəqiqə baş verənləri uzaqdan müşahidə etmiş, həmin yerdən gələn şəxslərdən Eminin kiminləsə dalaşdığını və bıçaqlandığını eşitmişdir. Eminin öldürülməsi barədə isə evə getdikdən sonra internetdə xəbərləri oxuyarkən öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 göstərdi ki, Təqsirləndirilən şəxs1 mənim oğludur. 09 may 2019-cu il tarixdə saat 23 radələrində o, evə gəlmiş, təxminən yarım saat sonra oğlu zəng edib harda olduğunu soruşmuşdur. Nə baş verdiyini soruşduqda Həsən bildirmişdir ki, Emin adlı şəxsi öldürüb, Emin mütəmadi olaraq ona sataşıb, kriminal əlaqələri olan məhkumluq həyatı yaşamış şəxs olub, Həsən demişdir ki, Binəqədi RPİ-nin 7-ci PB-yə təslim olmağa gedir. O Zərərçəkmiş şəxs tanımamışdır. Həsəndə bıçaq olması barədə məlumatı olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 göstərdi ki, 12 yaşından boks idman növü ilə məşğul olmuş, Təqsirləndirilən şəxs2 həmin müddətdən tanımış, Zaur 6-cı mikrorayonda müəllim kimi nüfuz sahibi olmuşdur. Təqsirləndirilən şəxs1lə 9-cu sinifdən bir sinifdə oxumuşdur. Zərərçəkmiş şəxs bir ərazidə yaşadıqları üçün tanımış, Emini kriminal aləmin adamı kimi tanımış və üzbəüz gələndə salam vermiş, başqa münasibəti olmamışdır. Emin əvvəllər məhkum olunub, 2019-cu ilin aprel ayının sonlarında həbsdən çıxıb. 6 may 2019-cu il tarixdə saat 22 radələrində o, işdən çıxandan sonra “Neftçilər” metrosundan “Nəsimi” metrostansiyasına doğru gəlmiş, metrodan çıxan zaman Həsən ona zəng edib görüşmək istəmiş, demişdir ki, problemi var. O da razılaşmış, saat 23 radələrində Həsən, Məhəmməd adlı tanışı ilə həyətilərinə gəlmiş, Həsənlə təxminən 30-40 dəqiqə ayaqüstü söhbət etmişlər. Həsən danışmışdır ki, Eminin ondan xoşu gəlmir, bir dəfə yanından qovub. Emin Həsəni vuracağı barədə hədələyib. O, Həsəndən bu söhbəti eşidəndən sonra Həsənə məsləhət vermişdir ki, gedib Eminlə barışsın, özünə problem yaratmasın, çünki Eminin kriminal aləmdə nüfuz sahibidir. Həsən isə demişdir ki, “özüm bilərəm, istəyərəm barışaram, istəyərəm barışmaram, sən qarışma” Bu söhbət zamanı Məhəmməd də onların yanında olub. Evdə olan zaman o, “Vatsap”da Həsənə narahat olduğunu, ehtiyyatlı olmasını yazmış. O Eminin kriminal adam olduğunu bildiyi üçün Həsənə görə narahat olmuş və təkidlə Həsənin Eminlə barışmasını demişdir. Bu danışıqdan sonra o, Həsənlə əlaqə saxlamamış, may ayının 10da Həsənin Emini bıçaqla vuraraq öldürdüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Məməd oğlu göstərdi ki, 09 may 2019-cu il tarixdə səhər yuxudan oyanıb, saat 11 radələrində 6-cı MKR-dakı parkda gəzdikdən sonra “Söyüdlü” kafesinə gedib dostu Tofiqlə görüşüb, ad gününü qeyd etmək üçün məsləhətləşmiş, ad günü üçün bazardan və marketdən alış veriş edib kafeyə aparıb vermişdir ki, hazırlasınlar. Sonra dostları Etibara, Fikrətə zəng edib saat 15-də kafedə ad gününə dəvət etmiş, saat 15 radələrində o, Etibar, Fikrət və Tofiq Söyüdlü kafesində oturub yeyib-içmiş, təxminən 2-3 saatdan sonra o, dostları ilə sağollaşıb parka gəzməyə getmişdir. Təqribən saat 21 də evə gələndən sonra oğlu Zamindən xahiş etmişdir ki, “gedək mənə “Sarıkız” mineral suyu alaq”. Darvazanın qabağındakı “Toyota Prado” markalı maşınının sükanı arxasında əyləşdikdə Zamin ona demişdir ki, “ata əgər özün sürəcəkdinsə niyə məni çağırırdın”. O da əsəbləşib avtomobili 6-cı mkr dairəsinə tərəf sürmüş, Zamin evdə qalmışdır. 6-cı mkr dairəsinə çatanda yol polislərini görüb avtomobili saxlayıb Zaminə zəng vurmuşdur ki, gəlib onu aparsın. Təxminən 15 dəqiqə sonra Zamin gəlib maşını aparmış, o yenə parka gəzməyə getmişdir. Təqribən saat 22-23 radələrində evə tərəf piyada gedəndə binanın arxa tərəfində Eminin maşınını işıqlarının yanılı görmüşdür. O da qapını açıb qabaqda sərnişin yerində oturmuşdur. Sonra Eminin telefonuna zəng gəlmiş, Emin telefonuna cavab verib “qaqaş mən sizi yığaram” demiş və telefona “adboy” vermişdir. Emin avtomobili asta sürətlə onun yaşadığı evə tərəf sürməyə başlamış və ona “ağsaqqal səni eşidirəm” demişdir. O da Eminə “Emin səndən xahiş edirəm məni bir ağsaqqal kimi, dayı, əmi kimi qəbul elə, Həsənlə işin olmasın” “srokdan təzə çıxımısan, təzə evlənmisən sənə problem lazım deyil, Həsən yaxşı oğlandı, pis uşaq deyil”. demişdir. O, danışdıqca sanki Emin onu əl salmaq kimi cavab verməmişi, danışmamışdır. Emin avtomobili döngədə saxlayaraq ona “ağsaqqal sənlik deyil işinlə məşğul ol” demişdir. Elə həmin zaman Həsən Emin tərəfdən avtomobilə yaxınlaşıb salam vermiş, Emin Həsənə “siktir ə burdan kim deyib ki sən mənim maşınıma yaxınlaşırsan” “sənin dalını mən dağıtdıracağam dayan” demişdir. Həsən nəsə bir söz demiş, yadında qalmasa da, deyəsən “maşında ağsaqqal var söyüş söymə” demiş, Emin həmin an əlini atıb bıçağı götürmüş, Həsənə tərəf atanda bıçaq maşının tavanına dəymişdir. Həsənin də əlində bıçaq olmuşdur. Həsən Eminə bıçaq atanda Emin dizinin üstünə çıxmış, Həsən də Emini vurmuşdur. Eminin və Həsənin də əlində bıçaq olmuşdur. Eminin qapısının şüşəsi açıq olmuşdur. Eminin qapısının açılması yadında deyil. Avtomobildə o və Emindən başqa heç kəs olmamışdır. O sağ qolunun ön və arxa hissəsində xəsarət almış, həmin xəsarəti maşının içində almış, onu kimin vurmasını bilmir. O ancaq qışqırmışdır ki, “Həsən vurma, Həsən vurma”. Həsənlə Eminin arasına keçmişjdir ki, onları aralasın. Sonra özünü piss hiss etmiş, maşından düşüb evə tərəf getmiş, qapı açıq qalmıdır. Eminə də, Həsənə də çönüb baxmamışdır. Hadisə zamanı Emin və Həsəndən başqa heç kəs olmamışdır. Evinin qapısına çatdıqda hiss etmişdir ki, başı gicəllənir. Həyətə girib oğlu Zamini səsləmiş, onun səsinə əvvəlcə Zamin daha sonra isə arvadı Şirin həyətə çıxmışlar. Şirin nə baş verdiyini soruşmuş “məni vurdular çatdırın xəstəxanaya” demişdir. Bunu eşidən kimi Şirin huşunu itirərək özündən getmiş, elə bu vaxt oğlu Zaur evdən çıxmış, Zamin Zaura “atamı vurublar qan aparır, gəl xəstəxanaya aparaq”demişdir. Təxminən saat 23 radələrində onun maşını ilə Zaminlə Zaur onu 1 saylı kliniki tibbi mərkəzə çatdırmışlar. Maşını Zamin sürmüş, Zaur arxada oturmuşdur. Xəstəxanaya çatanda Zaminlə o, avtomobildən düşmüş, Zaur maşının içində ağlaya-ağlaya kiməsə zəng etmişdir. O, halsız olduğu üçün Zaur kiminlə danışmasını başa düşməmiş, təxminən 2-3 saat xəstəxanada qaldıqdan sonra Zaminlə birlikdə 9-cu mkr da yaşayan qızının evinə getmişlər. Təxminən saat 03-04 radələrində polis əməkdaşları qızının evinə gəlib onu Binəqədi RPİ-nin 7-ci PB-nə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 göstərdi ki, Binəqədidəki “Nargilə” kafesində yaşayıram və ofisant işləyirəm. Hadisədən təxminən 3 ay əvvəl müdiri Təbriz, Zaur adlı şəxsdən “Nargilə çay evini icarəyə götürüb işlətməyə başlamış, o da həmin vaxtdan onunla işləmişdir. Zauru, Zamini və Əlini tanıyır. O, əvvəllər Zaurun kiminləsə mübahisə etməsinin şahidi olmamışdır. 09 may 2019-cu il tarixdə həmişə olduğu kimi saat 10-da”Nargilə” çay evini açmış, gün ərzində çay evində qeyri-adi, kənar müştəri diqqətini cəlb etməmişdir. Saat 19 radələrində adını sonradan bildiyi Emin gəlib “Həsəndən, Zaurdan kim var? ” deyə soruşmuş, o da demişdir ki, heç kim yoxdur. Emin ona “müdirinə deyərsən ki, 1 saatdan sonra gələcəm, obyekti təhvil alacam, Zaur obyekti məndən ala bilərsə, Zaurdan yenidən təhvil alarsız” demiş və getmişdir. Sonradan o, baş verənlər barədə müdiri Təbrizə məlumat verdikdə, Təbriz də öz növbəsində Zaura demişdir, Zaur da həmin şəxsin Emin olmasını demişdir. O, Zərərçəkmiş şəxs tanımamış, öldürməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 246 nömrəli məktəbdə, oxuduğu üçün tanımış, Həsən məndən 4 sinif yuxarı oxumuşdur. Həsən də kikboks idman növü ilə məşğul olduğu üçün onunla münasibətim olub. Zauru da kikboks müəllimi kimi tanımış, normal münasibəti olmuşdur. Zərərçəkmiş şəxs 6-cı mkr sakini kimi tanımış, münasibətlərim normal olub. 09 may 2019cu ildə həyətlərində iş getdiyi üçün ustaya kömək etdikdən sonra məhəlləyə çıxmış, həmin gün təxminən saat 19 radələrində məhəllədə olarkən Eminlə rastlaşmış, bu zaman Emin öz maşınında olmuş, Emin ona demişdir ki, “sən Həsəni tanıyırsan, onun nömrəsi səndə var?” o da Eminə Həsəni tanıdığını, nömrəsinin olduğunu deyəndə, Emin ona demişdir ki, Həsənə zəng etsin, telefonu versin ona. Emin maşında tək olmuş, saat 20-də Həsənə zəng edib telefonu Eminə verib onların danışığını eşitməmək üçün bir qədər aralı dayanmışdır. Emin öz avtomobilində Həsənlə danışıb qurtardıqdan sonra telefonu ona qaytararaq sağ ol demişdir. O, Eminin avtomobilindən kənarda dayandığı üçün Eminin Həsənlə nə danışmasını eşitməmiş. 9 may 2019-cu il tarixdə axşam saatlarında qardaşı və dostları ilə birlikdə məhəllədə dayanmış, saat 23:30-da Həsən ona zəng edərək “palajeniki vurdum” demişdir. O da Həsənin sözlərinə inanmayıb qardaşı ilə birlikdə məhəlləyə getmiş, məhəlləyə çatdıqda Eminin yerdə uzanıqlı halda olduğunu, anasının yanında yerdə oturduğunu, maşınının isə qapıları açıq halda səkidə dayandığını, ətrafda isə xeyli sayda polis əməkdaşlarının və sakinlərin olduğunu görmüşlər, təxminən 20 dəqiqə orada dayandıqdan sonra evə qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 göstərdi ki, o, 3 il olar ki, kikboks idman növü ilə məşğul olur, 2019-cu ilin yanvar ayından “ZZ Fight” idman klubunda məşq etmiş, idman klubunun rəhbəri Təqsirləndirilən şəxs2 olub, o, Zauru 6-cı mkr-da yaşayan idmançı kimi əvvəldən tanısa da, Zaurla salam-sağolu idman klubunda məşq edən zaman yaranıb. Zaur ondan yaşca çox böyük olduğundan onun Zaurla elə də münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 əvvəllər 6-cı mkr-da görsə də, münasibəti 2018-ci ilin may ayından yaranıb. Namaz qıldığından məscidə gedib-gəlmiş, 2018-ci ilin may ayında Məsciddə “qədr gecəsində” Həsənlə din barədə söhbəti olub, həmin vaxtdan sonra Həsənlə münasibəti yaranıb, arada Həsənlə danışıb, çay evində görüşüb çay içmişlər. Həmçinn Həsən 3-4 ay olardı ki, “ZZ” idman klubunda məşq edib, Zaurla Həsənin yaxın münasibəti olmuşdur. Şahid15 Həsənə görə tanımış, Səməd də bir ara ZZ idman klubunda boks müəllimi olub. Daha sonra Səməd diş texniki kimi işləməyə başlamışdır. Zərərçəkmiş şəxs yaşadığı ərazidə görüb tanımış, həmişə “BMW X5” markalı avtomobildə görmüş, Eminlə heç bir ünsiyyəti olmamışdır. 2019-cu ilin may ayının əvvəlində o, Həsənlə 6-cı MKR-da 16 mərtəbəli binanın qarşısında görüşən zaman Həsən ona Eminlə arasında problem olduğunu danışıb, o, Həsəndən nə problem olduğunu soruşmuş, Həsən ona Eminlə söhbətinin çəp gəldiyini danışmışdır. O, təkidlə Həsənlə Eminlə arasında nə baş verdiyini soruşsa da, Həsən ona əlavə bir söz deməmiş, bir müddət 6-cı MKR ərazisində olmayacağını bildirmişdir. 6 may, təxminən saat 22 radələrində Həsən zəng edib 6-cı mkr-da olduğunu söhbət etmək üçün aşağı düşməsini bildirmiş, o, evdən çıxıb nargilə çay evinin yaxınlığına gəlmiş, Səmədlə Həsəninin orada söhbət etdiyini görmüşdür. O da onlara yaxınlaşmış, Səməd Həsənə “lazım deyil, mehribançılıq elə, barışın” kimi sözlər demişdir. Onda bilmişdir ki, onlar Həsənin Eminlə olan problemindən danışırlar. O, söhbətin axır hissəsinə çatdığından onların ona qədər nə barədə danışmalarını bilməmişdir. Səməd çıxıb evinə getdikdən sonra o, Həsənlə təxminən 10 dəqiqə həyətdə gəzmiş, o, da Həsənə Eminlə barışmasını bildirmişdir. Həsən ona demişdir ki, Eminlə görüşsə barışar, barışıq olmasa, ya Emin onu vuracaq, ya da o, Emini vuracaq. Bu söhbətdən sonra o, Həsənlə səhəri gün 7 may tarixində saat 23 radələrində sinif yoldaşları ilə 6-cı mkr-da həyətdə söhbət edən zaman Həsən ona Votsap-da yazıb harada olduğunu soruşmuş, o da dostları ilə “Nargilə” çay evinə getdiyi yazmışdır. O, çay evinin qarşısına çatan zaman artıq Həsən çay evindən tək çıxmış, Həsənlə qarşılaşıb söhbət etmiş, o Eminlə arasında olan söhbətin necə olduğunu, barışıb-barışmamalarını soruşmuş, Həsən isə ona Eminlə arasında olan söhbətin necə olacağını bilmədiyini deyib getmişdir. 08 may 2019-cu il tarixdə Həsənlə görüşməmiş, 09 may tarixində saat 12 radələrində yuxudan oyanıb Həsənin ona zəng etdiyini görmüş, Həsənə xəstələndiyini, ona görə cavab verə bilmədiyini yazmış, həmin gün günorta saatlarında 15-20 dəqiqəlik həyətə düşüb gəzişib qayıtmışdır. Həmin gün saat 20-21 radələrində evdən çıxıb aptekə getmiş, aptekdən qayıdarkən Həsənlə Zauru “Nargilə” çay evinin yanında görüb salamlaşmışdır. Saat 22:30 radələrində Həsən ona “Vatsap”da səsli mesaj atıb üşüdüyünü, qısaqolda olduğunu, ona gödəkcə gətirməyini demiş, o da evdən gödəkcəni götürüb evdən çıxıb “Nargilə” çay evinin yanına getmişdir. Həsən gəlib gödəkcəni almış, Həsənin tək olmuş, gödəkcəni götürüb getmişdir. Qızdırması olduğu üçün evə qayıdan kimi dərman içib, uzanıb yatmışdır. Bir az sonra dayısı Ramal onu yuxudan oyadıb Həsənin adam öldürdüyünü demişdir. Təxminən saat 01-02 radələrində Həsən ona zəng edib 7-ci PB-də olduğunu deyib paltar gətirməsini istəmiş, evdən anası icazə vermədiyinə görə o, paltar aparmamış, bir az sonra yenə Həsən ona zəng edəndə telefona dayısı cavab vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən uşaqları və həyat yoldaşı ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. O, Rusiya Federasiyasının Moskva şəhərində meyvə-tərəvəz alveri ilə məşğuldur, işləri ilə əlaqədar tez-tez Moskva şəhərində olur, qardaşı Zərərçəkmiş şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, 2013-cü ildə isə Azərbaycan Respublikası CM-in 221 və 315-ci maddələri ilə təqsirli bilinərək, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Emin 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılmış və 2018-ci ilin may ayında azadlığa buraxılmışdır. Emin azadlığa çıxdıqdan sonra konkret hər hansı işdə işləməmiş, maddi cəhətdən o, Emini təmin etmişdir. Eminin idarə etdiyi “BMW X5” markalı avtomobili də sonuncu azadlığa çıxdıqdan sonra o, almışdır. Emin Bakı şəhərində, xüsusilə də 6-cı mikrorayon ərazisində nüfuz sahibi olmuşdur. 2019-cu ilin mart ayında Emin odlu silah gəzdirməsi səbəbindən Binəqədi rayon Polis İdarəsi tərəfindən aparılan cinayət işi üzrə tutulmuş, Eminin işi məhkəmədə olan zaman 12 aprel 2019-cu il tarixdə ev dustaqlığına buraxılmışdır. O, 12 aprel 2019-cu il tarixdə işləri ilə əlaqədar Moskva şəhərinə getmiş, həmçinin 2011-ci ildə hazırda yaşadığı ünvana köçəndən sonra qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 adlı şəxslə münasibəti yaranmışdır. Zauru sələmçilik fəaliyyəti ilə məşğul olan bir şəxs kimi tanımışdır. Bir neçə dəfə Zaurdan faizlə pul götürüb, sonradan geri qaytarmışdır. Bu barədə sonuncu ilə arasında “whatsapp” yazışmaları vardır. Zaurla münasibəti normal olmuş, Zaur idman müəllimi işləməklə həmçinin özünə məxsus çayxanası da olmuşdur. Zaur idman müəllimi olduğu şəxsləri ətrafına toplamış, həmin şəxslərlə birlikdə 6-cı mikrorayon ərazisində nüfuz qazanmağa çalışmışdır. Təqsirləndirilən şəxs1 də Zaurun yaxın əhatəsinə daxil olmaqla, Zaurun məşq keçdiyi tələbələrdən biri olmuşdur. Həsən Zaurun daima yanında, ən yaxın adamı olmuşdur. Həsən Zaurun uşaqlarını məktəbə aparmış, ailəsinin işlərini görmüşdür. 30 aprel 2019-cu il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs2 ona zəng edərək “Qardaşın Eminlə ölümə gedirik, qana gedirik” demiş, Zaurdan nə səbəbə qardaşı ilə aralarında mübahisə olduğunu soruşduqda, Zaur bildirmişdir ki, qardaşı ona sələmçiliklə məşğul olduğu üçün irad bildirib və bu səbəbdən aralarında mübahisə yaranıb. O, Zaura qardaşı ilə mehribançılıq etməsini demiş, Zaur onunla razılaşmamış, qardaşının onu bezdirdiyini, işinə mane olduğunu demişdir. O, bundan sonra qardaşı ilə əlaqə saxlamış, Zaurdan uzaq durmasını, sonuncunun işinə qarışmamasını demişdir. Emin ona Zaurla probleminin olmadığını, sadəcə Zaurun faizə pul verərək insanları bədbəxt etməsinə görə sonuncuya irad bildirdiyini demişdir. Təxminən 15-20 dəqiqə sonra Emin onunla əlaqə saxlayaraq Zaurun məsələni müzakirə etmək üçün çağırtdırdığını demişdir. O, Eminə yenə də Zaurla işinin olmamasını demiş, Emin ona narahat olmamasını, Zaurun heç nə edə bilməyəcəyini demişdir. Bundan sonra Emin onunla yenidən əlaqə saxlayaraq, Zaura qardaş dediyini, lakin onun qardaş dediyi Zaurun öz qardaşı Zaminlə birlikdə silah çəkdiyini demişdir. Bir az sonra Zaurun qardaşı Zamindən ona “whatsapp” mesajı gəlmiş, Zamin qardaşının avtomobilində arxa oturacaqdan yolun şəklini çəkərək “Elçin gedirik, bunun axırı qana gedir, Elçin bu nə bəla idi” sözlərini yazmışdır. O, bundan dərhal sonra Zaminə, Eminə və Zaura zəng edib, mehribançılıq etmələrini demişdir. Daha sonra o, yenidən Eminlə əlaqə saxladıqda sonuncudan öyrənmişdir ki, Zaurun atası Əli Zaurla və Eminlə danışdıqdan sonra Zaurla Emin arasındakı məsələ həll olub və onlar geri qayıtmışdır. Bundan sonra hadisə gününədək Zaurla Emin arasında hər hansı problemin olması barədə ona heç nə deyilməmişdir. 09 may 2019-cu il tarixdə Zaur ona “whatsapp”la “Qardaş bu məni bezdirib, Allah amanında” mesajını yazmış, mesajı oxuduqdan dərhal sonra o, Zaurla əlaqə saxlamış, Zaur ona Eminin özünü və Həsəni bezdirdiyini, ya qardaşımın 6-cı mikrorayonda qalacağını, ya da özünü qalacağını demişdir. Bundan sonra o, qardaşı Eminə “whatsapp”da Həsən və Zaurla arasında nə baş verdiyinin soruşmuş, Emin Həsənlə söhbət etmək istədiyini, Zaurun buna mane olduğunu demişdir. Emin ona demişdir ki, Zaur Həsənin beyninə guya onun Həsəni öldürmək niyyətində olması fikrini yeritmiş, Eminin Həsəni “vuracağı” barədə sonuncuda fikirlər oyatmışdır. Lakin telefonunun enerjisi bitdiyindən Eminlə telefon danışığı yarımçıq kəsilmiş, o, yaşadığı evə gedib telefonunu enerjiyə qoşduqdan sonra Zaura “whatsapp”da səsli mesaj atmışdır ki, Emin Həsənə heç nə etmək fikrində deyil, sadəcə Həsənlə söhbət edəcək. Bundan sonra həyat yoldaşı ona zəng edib Eminə nəsə olduğunu, anasının qaçaraq Eminin yanına getdiyini demişdir. O, yoldaşından bu barədə haradan eşitdiyini soruşduqda, anasına bu barədə Eminin qonşusu Ramilənin dediyini bildirmişdir. O, bundan sonra anasına zəng vurub nə baş verdiyini soruşmuş, anası ona “Allah Zaurun balasını öldürsün, bəlasını versin, Emini öldürüblər” demişdir. O, dərhal Zaura zəng etmiş, lakin Zaura zəng çatmamışdır. Bundan sonra o, Zaminə zəng etmiş və “qardaşımı öldürmüsünüz?” demiş, sonuncu isə ona “mən ayırırdım, atam vurulub” demişdir. O, Zaminə “Allah Zaurun bəlasını versin” dedikdə, Zamin ona “Emin bizi bezdirmişdi” demişdir. Bundan sonra o, dərhal bilet alıb Azərbaycana gəlmiş, 10 may 2019-cu il tarixdə qardaşı Emin Masallı rayonunda dəfn olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, yaşadığı mənzil Binəqədi rayonu, İ.Həşimov küçəsində yerləşən 8 nömrəli evin 4-cü blokun 5-ci mərtəbəsində yerləşir. O, Zərərçəkmiş şəxs təxminən 20 il olar ki, tanımışdır, Emin əvvəllər onun yaşadığı mənzildən bir mərtəbə aşağıda 4-cü mərtəbədə yaşamış, xatırlamadığı vaxtda Emin ailəsi ilə birlikdə Nərimanov rayonuna köçmüşdür. Bundan sonra isə Eminin evində dayısı yaşamağa başlamışdır. Emin Nərimanov rayonuna köçdükdən bir müddət sonra eşitmişdir ki, həbs olunmuşdur. Təxminən 2018-ci ilin yay aylarında Emin ailə qurduqdan sonra ailəsi ilə birlikdə əvvəlki mənzilllərində yaşamağa başlamışdır. Bir müddət sonra isə Emin silah dəzdirməyə görə həbs olunmuş, 2019-cu ilin mart-aprel ayında həbsdən azad edilmişdir. Emin “BMW X5” markalı **-XE-*** dövlət qeyidyyat nişanlı avtomobili idarə etmişdir. 09 may 2019-cu il tarixdə təxminən saat 23:30 radələrində o, evdə olarkən kişi-qadın səsləri qarışıq hay-küy eşitmiş, yaşadığı mənzil orta hissədə yerləşdiyindən blokun pəncərəsindən səs-küyün haradan gəlməsini öyrənmək üçün baxsa da heç nə görə bilməmişdir. Bu zaman kiminsə qışqırıb “polis çağırın”, “təcili yardım çağırın”, “kömək edin”, həmçinin söyüş söyərək “üstümə tək-tək gəlin. Bu nə hərəkətdir edirsiniz?” kimi sözlər deməsini eşitmişdir. Belə olduqda blokun qapısının qarşısına düşmüş, bir nəfər arıq, üzü saqqallı, əynində ağ kofta, üzərində isə qara rəngli gödəkçəsi olan oğlan ona “ay bacı hara gedirsən, ora dəhşətli yerdir. Oraya getmə” demişdir. Bu zaman o, təxminən 20-30 metr məsafədən Eminin idarə etdiyi “BMW X5” markalı **-XE-*** dövlət qeyidyyat nişanlı avtomobilin səkidə dayandığını, sağ ön qapısının isə açıq olduğunu, mühərrikin işlək vəziyyətdə olduğunu, bir nəfər şəxsin isə əlini qarnına tutaraq axsayaraq binaya tərəf getdiyini görmüşdür. Bu zaman o, həmin şəxsin Emin olduğunu başa düşmüş, telefonu evdə olduğuna görə polisə və təcili tibbi yardım stansiyasına, həmçinin Eminin anası Məlahətə zəng edib məlumat vermək üçün öz mənzilinə qalxmağa qərar vermiş, təxminən 6-cı blokun qarşısından geri qayıtmış, bu zaman o, geri boylanmış və Eminin binanın qabağında yerdə uzanıqlı halda olduğunu, əynində səhv etmirsə, qısaqol kofta olan bir nəfər şəxs bir əlində bıçaq digər əli ilə isə telefonu qulağına tutaraq Eminin ətrafında gəzdiyini, hərdən bir isə yerdə uzanıqlı halda olan Eminə əlindəki bıçaqla bir neçə zərbə endirdiyini görmüşdür. O, blokda evinə qalxıb, telefonu ilə saat 23:37-də “102” xidmətinə zəng etmiş, daha sonra TTYS-nə və Eminin anasına zəng edib məlumat vermiş, bundan sonra blokdan həyətə düşərək Eminin anası Məlahətin gəlməsini gözləmiş, əlində bıçaq olan şəxs isə bıçağı yerə atıb getmişdir. Bir neçə dəqiqə sonra Məlahət gəlmiş, o, Məlahətlə Eminin yanına gəlmiş, Məlahət yerdə oturub ağlamağa başlamış, yerdə olan bıçağı baş örtüyünə büküb qolunun altında saxlamış, daha sonra polis gəldikdən sonra o, bıçağı Məlahətdən alıb polisə təqdim etmişdir. O, hadisə baş verən zaman Eminin əlində heç nə görmədiyini, hadisə yerində olan zaman meyitin yanında olan bıçağın dəstəyinin biləyi qalınlığında, tiyəsinin iri olduğunu, dəstəyinin taxtası sarımtıl olmaqla üzərində cızıqlar olduğunu, orada başqa bıçaq görmədiyini qeyd etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş X11 14.05.2019-cu il tarixli ifadəsində göstərmişdir ki, 09.05.2019-cu il tarixdə saat 23:30 radələrində yoldaşı Sabirlə evdə olan zaman küçədə səs-küy, söyüş, qışqırıq səsi eşitdiyindən pəncərədən baxmış, görmüşdür ki, qara avtomobil səkinin üstünə çıxıb, arxa təkərləri havadadır. Pəncərədən yaxşı görünmədiyinə görə o, evin qapısını açıb avtomobil tərəfə boylanmış, binanın tinində avtomobildən bir qədər aralı bir nəfərin yerdə uzanmış halda olduğunu görmüş, sonuncunun yalnız ayaqlarını görmüşdür. Həmin şəxsdən başqa 3 nəfər də yerdə uzanan şəxsin yanında olmuş, 3 nəfər şəxsdən hansısa yerdə olanı vurmuş, lakin o, hansının vurmasını görməmiş, çünki hava qaranlıq olmuşdur. O, həmin şəxsləri arxadan görmüş, aralarında yaşlı adam olmamışdır. O, qorxduğu üçün qapını örtmüş, lakin səslər kəsilmədiyindən 3 saniyə sonra yenidən qapını açıb həmin yerə boylanmış, yerdə uzanıqlı halda olan şəxsin ayaq tərəfində çoxlu qan görmüşdür. Bir nəfər yerdə uzanıqlı şəxsin ayaqları üzərində sanki oturmuş kimi dayanmış və əlində olan əşya ilə tez-tez uzanıqlı şəxsə vurmuşdur. Bir nəfər isə uzanıqlı şəxsin ayaq tərəfindən ayaq üstə dayanmış, vuran şəxsə “bəsdir, vurma, öldü” sözlərini demişdir. O, yenidən qapını örtüb içəridə dayanmış, 5-10 saniyə dayanmış, sonra qapını açıb boylanmış, bu zaman artıq ətrafda adamlar toplanmış, yerdə uzanıqlı olan şəxsin yanında bir nəfər ayaq üstə əlində bıçaq dayanmış, oğlanın əlləri qan olmuş, yanında isə başqa heç kim olmamışdır. Elə bu zaman küçəyə qara rəngli avtomobil gəlib yol bağlı olduğundan dayanmış, həmin avtomobilin arxası ilə YPX avtomobili gəlmişdir. Bir nəfər YPX əməkdaşı əlində bıçaq olan şəxsə yaxınlaşmış, bu müddətdə isə əlində bıçaq olan oğlan telefonla danışmış, kiməsə adam öldürdüyünü gəlib aparmalarını demişdir. Artıq onun yoldaşı Sabir də evdən çıxmışdır. Əlində bıçaq olan oğlan ondan su istəmiş, o evdən 1 stəkan su gətirib yoldaşı Sabirə, sonuncu isə həmin oğlana vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş X14 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2007-ci ildən tanıyır, o, 164 saylı orta məktəbdə oxuyan zaman Emin həmin məktəbin yanında çay evi işlətmiş, həmin çay evinə gedib-gələn zaman o, Eminlə tanış olub münasibət qurmuş, Emin namaz qılan olduğundan onu da namaza gətirmişdir. Eminlə münasibəti yaxşı olduğundan bir-birləri ilə ailəvi də görüşmüşlər. Eminin 2018-ci ildə Leyli adlı qızla toyu olmuş, həmin toyda da o, iştirak etmiş, həmçinin 2019-cu ilin aprel ayının 26-da onun toyunda da Emin yoldaşı ilə iştirak etmişdir. Emin 2018-ci ilin may ayından cəzaçəkmə müəssisəsindən çıxandan sonra o, Təqsirləndirilən şəxs2 tanımışdır. Belə ki, Emin həbsdən çıxan gün Eminin qardaşı Elçin onu Zaurla tanış etmişdir. Eminlə bir yerdə olan zaman bir neçə dəfə Zaurla söhbət etmiş, Zaurla da münasibəti normal olmuşdur. Eminlə Zaurun münasibətləri əvvəllər normal olsa da, axır vaxtlar münasibətləri soyumuşdur. Belə ki, 2019-cu ilin aprel ayının 30-da saat 16 radələrində o, görüşmək üçün Eminə zəng etmiş, çünki toyundan sonra Eminlə görüşməmişdir. Emin ona məhlədə tək olduğunu demiş, o, avtobusla Binəqədi rayonu 6-cı MKR 246 nömrəli məktəbin yanında parkın qarşısına gəlmiş və Eminə zəng etmişdir. Emin 1-2 dəqiqə sonra “BMW X5” markalı avtomobili ilə olduğu yerə gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 da avtomobilin sağ ön oturacağında oturmuş, avtomobildə başqa adam olmamışdır. O da avtomobilin arxa oturacağında oturub hər ikisi ilə salamlaşmış, Zaur onu toyuna görə də təbrik etmişdir. Lakin o, Eminlə Zaurun arasında nəsə baş verdiyini hiss etmişdir. Emin avtomobili Zaura məxsus “Nargilə” çay evinin qarşısına sürüb saxlamış, Zaur avtomobildən düşmüş, o da qabaqda oturmaq üçün avtomobildən düşmüş, Emin Zaura “bir azdan zəng edərəm, ikimiz görüşərik” sözünü demişdir. O, ayaqüstü Zaurdan nə baş verdiyini soruşmuş, bu zaman Emin ona avtomobildə oturmasını demiş, o, Zaura Eminlə danışacağını mehribançılıq yaradacağını dedikdə, Zaur ona “mən zəif oğlanam?” sözünü bildirmişdir. Sonra o, avtomobilə oturmuş, 15-20 dəqiqə avtomobillə ətrafda gəzdikdən sonra Emin Zaura zəng edib harada olmasını soruşmuş, Zaur isə evdə olduğunu demişdir. Onlar moykaların yanında dayanan zaman Emin Həsəni görüb Zaurla söhbət edəcəyini, onun orada olmamasını demiş, Həsən də Eminlə razılaşmışdır. Emin ona danışmışdır ki, 1 saat əvvəl “Nargilə” çay evinin qarşısında Zaur və tanışları, Həsən olan zaman, Zaurla Emin arasında söz-söhbət olmuş, Zaur Eminə həbsdən çıxmasına kömək etdiyini demiş, Emin isə Zaura “mən sənə ağız açmışam ki, mənə kömək etmisən, ikincisi də kömək edən oğlan elədiyini deməz” sözünü demiş, Zaur da Eminlə tanışlarının yanında yüksək səslə danışmış, Zaur Eminə “biz düşmənçilik etsək, ya sən qalarsan, ya da mən” sözünü demişdir. O, Eminlə Zaurun evinin qarşısına gəldikdə bu zaman üzbəüz Zaurun qardaşı Zamin ağ rəngli Prado markalı avtomobillə gəlmiş və əli ilə Eminə evin arxa tərəfinə getməsini demişdir. Emin avtomobilini evin arxa tərəfinə sürüb dayanan zaman Zaur arxa darvazanın qapısından bayıra çıxmış, Emin Zaura avtomobilə oturmasını, gedib söhbət etməyi demiş, lakin Zaur əlini avtomobilin qapısına ataraq Eminə düşməsini ağaclıqda söhbət etməyi demişdir. O, Zaurla Eminin tək söhbət etmələri üçün avtomobildən düşmüş, Emin Zaura yenə avtomobildə oturmasını, tək söhbət etməyi demiş, lakin Zaur razı olmayıb avtomobilə minməmişdir. O, avtomobilin arxa oturacağında oturan zaman Zaurun qardaşı Zamin də darvaza qapısının girişinə gəlmiş, Həsən də evin həyətində olmuşdur. Emin avtomobildən düşmədən pəncərəsini aşağı edib söhbət etmişdir. Zamin Eminə “belə etməyək, başqa cür olar” kimi sözlər demiş, daha sonra Zaur da evin həyətinə keçmiş və içəridən şaqqıltı, silah səsi gəlmişdir. Emin güzgüdən baxıb ona gülümsəmiş və “ay Zaur, klounluq eləmə gəl söhbətimizi edək” demişdir. O, silahın yüklənmə səsi eşidəndən sonra avtomobildən düşüb evin qapının qarşısına gəlmiş, görmüşdür ki, Zaminin əlində “Vinçester” silah var, bir silah da qapının girəcəyində solda darvazaya söykənili halda olmuşdur. O, Zaminə “onu yığışdır, Eminə göstərmə, əsəbləşəcək” demiş, lakin Zamin əlində silah bayıra çıxmış, Emin ona “Zamin sənin hörmətini saxlayıram, hörmətsizlik eləmə” sözünü demişdir. Bu zaman Zaur avtomobilin qabaq sağ oturacağında Eminin yanında oturmuş, Emin avtomobili bir az qabağa sürüb Zaminə düz hərəkət etmədiyini demiş, Zaur isə Eminə qardaşımla “tonla” danışma demişdir. Emin “neynək, Zamin, silahı da götür, gəl otur maşına” dedidkdə, Zamin silahla avtomobilin arxa oturacağında oturmuş, o da arxa sağ oturacaqda oturmuşdur. Həsən də avtomobilə yaxınlaşıb sol arxa qapını açmış, belində kəmərində olan iri bıçağı qarın hissəsində kəmərinə yerləşdirib arxa sol oturacaqda oturmuşdur. Həsənin üzərində bıçaq olmasını Emin də görüb əsəbləşmiş və Həsənə avtomobildən düşməsini demiş, lakin Həsən cavab vermədən avtomobildən düşməmişdir. Emin yenə Həsənə “Həsən eşitmirsən, düş maşından” dedikdə, Həsən Zaura baxmış, Zaur başı ilə işarə edəndən sonra Həsən avtomobildən düşmüşdür. Bu zamana Zaurun atası Əli arxa qapı tərəfə gəlmiş, Emin avtomobildən düşüb Əli ilə salamlaşıb bir neçə dəqiqə söhbət etmiş, daha sonra avtomobilə əyləşib avtomobili sürmüşdür. Onlar avtomagistralla Sədərək TM-i istiqamətində hərəkətdə olmuş, Emin yol boyu əsəbi halda Zaura “gedək, sakit bir yerə, heç nə etməyəcəm, o silahı mənə atarsız, mən sizin qapınıza gəldim, siz isə mənə silah çıxardız ” demiş, Zaur isə silah atmadıqlarını bildirərək “çataq bir yerə söhbət edək” demişdir. Emin silahı çıxarıbsa, atmağını, heç nə etməyəcəyini, atası Əliyə heç nə etməyəcəyi barədə söz verdiyini bildirmişdir. O, bilmişdir ki, Emin həyətdə Əli ilə nə barədə söhbət edib. Söhbət zamanı Emin Zaura “sən mənə hörmətsizlik etmisən, məni uşaqların içində alçaltmağa çalışırsan, mən sənin yanında uşağam?” kimi sözlər deyir, Zaur isə elə fikirdə olmadığını bildirmiş, Zamin isə nəsə demək istədikdə, Zaur Zaminə qışqırıb sakit durmağını demişdir. Həmçinin Zamin telefonda kiməsə nəsə yazmış, “Sədərək” TM-nə çatmamış Zamin Eminə atasının arxa ilə avtomobillə gəldiyini, narahat olduğunu deyib avtomobili saxlamasını bildirmişdir. Emin avtomobilin sürətini yavaşlatmış, lakin arxadan atasının gəlməsini görməmiş, bir neçə dəqiqə sonra Zamin atasının qəza törətdiyini deyib zəng edib atası ilə hal-əhval tutmuşdur. Zaur isə Eminə avtomobili geri sürməsini dedikdə, Emin qəzanın harada olmasını soruşmuş, Zamin 4-cü mkr dairəsində qəza törətdiyini bildirmişdir. Bundan sonra Emin avtomobili Xocasən yolu ilə geri sürmüş, yolda Zaur atası Əli ilə telefonda danışmış, bu zaman Emin telefonu Zaurdan alıb Əli ilə danışaraq “ağsaqqal, sənə “sən öl” vurdum axı, heç nə olmayacaq, narahat olma, gəlirik” sözünü demiş və onlar Zaurun evinin qarşısına gəlmişdir. Yol boyu Eminlə Zaur bir-birləri ilə mübahisə etmiş, Zaurun evinin arxa qapısında dayandıqda Zaurla Zamin avtomobildən düşmüşdür. Evin əsas qapısının qarşısında Əlini görüb Emin avtomobili saxlamış, o və Emin avtomobildən düşüb Əli ilə salamlaşmış, X50 hörmətsizlik etdiyini, uşaqların yanında pis danışdığını bildirmiş, Əli isə qulaq asıb “Emin, narahat olma, gedirəm evə, oturub onları başa salacam” demişdir. Sonra onlar avtomomobilə minib getmişlər. Bundan sonra o, Zauru, Əlini, Zamini, Həsəni görməmiş, həmin hadisədən sonra Eminlə səhv etmirsə, 6 may tarixində ailəvi görüşüb “İçəri şəhər”də yemək yemiş, həmin gündən sonra Emini görməmişdir. 09 may tarixində saat 19:30 radələrində “iftar”dan əvvəl Eminlə telefonda danışıb hal-əhval tutmuş, Eminin danışığından nəsə problemli bir şey olmasını hiss etməmişdir. Təxminən saat 22 radələrində yoldaşı ona demişdir ki, Eminin yoldaşı zəng edib səninlə danışmaq istəyir. O, da telefonda Eminin yoldaşı ilə danışdıqda Eminin yoldaşı “Rza ailəvi yaxın olduğum, üçün ərk edib sənə zəng etmişəm. Deyəsən Emini həyətdə bıçaqlayıblar. Öyrənib mənə xəbər et, çox narahatam” demişdir. Daha sonra o, taksi tutaraq Eminin yaşadığı məhəlləyə getmiş, həmin məhəlləyə çatdıqda xeyli sayda insan toplaşdığını, Eminin idarə etdiyi BMW X5 markalı avtomobilin səkinin üzərində olduğunu görüb dərhal oraya qaçmış və Eminin yerdə uzanıqlı halda olduğunu görmüşdür. İstintaq zamanı Şahid1 iştirakı ilə sonuncunun “Samsung” markalı mobil telefonuna baxış keçirilən zaman mobil telefonun “Whatsapp” proqramına daxil olunduqda ***-***-**- **(Şahid8) və ***-***-**-** (Təqsirləndirilən şəxs2) nömrələri ilə yazışmaların olması müəyyən edilmişdir. ***-***-**-** nömrəsi ilə yazışmalar aşağıdakı kimi olmuşdur: 30.04.2019-cu il tarixdə Şahid8 saat 18:12-18:17-də - “Elcin qana gedirik, Bu nedi bele, Qardash”, “Gedirler qana, Deyir gedirik bir birimizi vurmayan agzina soxum” yazmış, Şahid1 saat 18:19-da - “Bas qosma, Bos bos, Dansir” cavab yazmış, Şahid8 saat 18:18- 18:25-də - “Mawindayiq gedirik, Elcin gedirik, Emin deyir, Elcin., Bunun qani axiri qana gedirr, Elcin bu ne bela idi, Elcin, Elcin” yazmış, saat 18:26-da avtomobilin içərisində çəkilmiş fotoşəkil göndərmişdir. Şahid1 saat 18:41-də - “Hardasiz, Brat”, Şahid8 saat 18:42-də - “Gedir qana”, Şahid1 saat 18:42 – “Baxlayinda, Bu sohbeti”, Şahid8 saat 18:45- 18:49-da - “Emin deyir. Meni kim tutdurub bilirem”, “Niye oldu neden oldu., Kimler ne mutit edir ?”, Şahid1 saat 18:51-də - “Zaura, Demisem varda adampar deyirler zaur torba tikib sene, Gic gic”, Şahid8 saat 18:52-də - “Onu deyenin variniyoxunu sikim”, Şahid1 saat 18:51-də - “Bizde axzinin payin vermisiy, Elbetde, Mende, Sikim, Sadce brat”, Şahid8 saat 18:52-də - “Kimdi o sikekde onu”, Şahid1 “Bilsende zaurda tekebburu eminde, Ona göre, Olarda ele olur” yazmışdır. 01.05.2019-cu il tarixdə Şahid8 saat 00:34-də- “Elcin axsamin xeyir”, Şahid1 saat 00:35-də - “Her vaxtin xeyr, Brat gorusdu hesen eminden”, Şahid8 saat 00:35-də - “Bilmirem men geldim eve kiwi mawini vurubdu geldim ora, Elcin bu kimdi ortada bele mutit edir” yazmışdır. 10.05.2019-cu il tarixdə Şahid1 saat 00:26-da – “Siz, Elediz”(mesaj oxunmamışdır) yazmışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 istifadə olmuş +**********07 saylı nömrədən Şahid1 “whatsapp” proqramında göndərdiyi mesajlara baxış keçirilmişdir. Həmin mesajlar aşağıdakı kimidir: 28 aprel 2019-cu il tarixdən əvvəl Təqsirləndirilən şəxs2 – saat 19:26-da “qaqa ayin axiri”, “2000$ da butov”, “gonder qardasimsna”, Şahid1 saat19:30-da “İnseAllah” yazmışdır. 28 aprel 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 saat 13:09-da “meni yene arxeyin edib pis veziyyetdə qoyma” yazmışdır. 30.04.2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 saat 20:23-20:24-də “Elcin o Emine zeng ele qardas”, “deyən bizden uzaq olsun, “yenede gelib problem yaradir”, “sonra qardas pesmancaliq olacaq” yazmışdır. 09.05.2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 saat 21:11-21:12-də “mehlede dursmusduq men girmisdim markete”, “usaqlar meni cagirdiki Emin heseni qoydu masina aparir”, “Mende tez cixdim yaxinlasdim ki”, “Mende oturum masina danisaq”, “Hesenle isin olmasin o sene hecne elemeyibdi”, “Basladi obiyektin qabaginda qisqirmaga”, Şahid1 saat 21:12-də “Brat qoyardn bes deyqr dansardi”, Təqsirləndirilən şəxs2 saat 21:12-də “Mende zorla Heseni dusurtdumki”, “Elcin narahatam”, “dedim birden aparib vurub eliyer”, Şahid1 saat 21:12-də “yox”, ”vurmaz”, Təqsirləndirilən şəxs2 saat 21:13-21:17-də “ondan sonra gelek olemde”, “Hesen menim yanimda durdugu ucun mene qardas oldugu ucun Emin ona ele eliyir”, “Men nece buraximki gotursun aparsin”, “Ehtiyyat ediremki birden aparib usaqi vurarlar”, “Sonra gelek men yasamayim burda”, “Emin cox pis hormetsizlik edir Elcin”, “Men bunu ozume sigisdiran oglan deyilem Elcin”, “Neqeder mehribanciliq eliyiremki problem olmasin yenede mecbur eliyir ustume gelir Elcin” yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 saat 21:22-də başqa bir şəxslə olan yazışmasının şəklini çəkərək Şahid1 göndərmişdir. Həmin yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs2 saat 20:27-də “Qara salam” yazmış, saat 20:31-də “Salam haci” məzmunda ona cavab verilmişdir. Saat 20:32-də Təqsirləndirilən şəxs2 həmin şəxsə “obiyektesen?”, saat 20:33də isə “Allah qebul elesin” mesajı yazmışdır. Bundan sonra saat 20:33-də Təqsirləndirilən şəxs2 “cox sagol”, “Haci ne meseledi emin gelib bura efsaneye deyibki burani iwleden oglana deyinki burani gelib onan tefil alacam oda gedib zaurdan alar” məzmunlu mesaj göndərilmişdir. Təqsirləndirilən şəxs2 saat 21:28-də “Elcin o bu usagi bezdiribdi”, “menide bezdirir uje”, “sagol qardas Allah amaninda ol” yazmışdır. Şahid1 saat 22:13-də 18 saniyəlik və 13 saniyəlik olmaqla iki, 23:57-də isə 3 saniyəlik bir səs mesajı yollamışdır. 23:57-də göndərilmiş səs mesaji Təqsirləndirilən şəxs2 tərəfindən oxunmamışdır. Şahid1 tərəfindən saat 22:13-də göndərilmiş 18 saniyəlik səs mesajının mətni: “qaqa, mən Eminnən danışdım. Məndə zaryatka qurtarmışdı. İndi gəldim evə. Emin deyir ki, mən Elçinə şeydi e Elçin deyirəm Həsənnən qaqaş mən onu vurub eləmiyəcəydim. Prosta otuzdurub söhbət eliyəcəydim. 1-2 kəlmə söz deyəcəydim. Brat qoy söhbət eləsin də Emin onu vurmayacaq. Mən billəm də mənə söz verib.”, Şahid1 tərəfindən saat 22:13-də göndərilmiş 13 saniyəlik səs mesajının mətni: “Brat danışmışam Eminnən. Emin deyir mən boş bir dənə Həsəni görüb onnan söhbət eləmək istiyirəm vso başqa heç nə. Deyir ə Allah haqqı heç nə eləmiyəcəm. Ə yox brat heç nə eləməz mən dedim narahat olma qardaşım” olmuşdur. "Azərfon” MMC-dən daxil olmuş 1 (bir) ədəd diskə baxış zamanı müəyyən edildi ki, fayllarda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş "***-***-**-**” və Şahid7 istifadəsində olmuş “***-***-**-**” mobil nömrələrinə 10.04.2019-ci il tarixdən 10.05.2019-cu il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı həmçinin sms mesajların siyahısı, əhatə dairəsi, həmçinin zəng/SMS nömrələrinə aid məlumatar qeyd olunmuşdur. Baxış zamanı müəyyən edildi ki, “***-***-**-**” mobil nömrəsinə 30.04.2019-cu il tarixdə saat 19:08-də “***-***-**-**” nömrəsindən “Qaqaş oz ayaqinnan gel biz istemiriy pis sey olsun gel uzurxaqliq ele kutarsin gedsin” mesajı yazılmışdır. Müəyyən edildi ki, 30.04.2019-cu il tarixdə saat 18:57-də “***-***-**-**” nömrəsindən “***-***-**-**”(Şəhruz İmanlı) nömrəsinə zəng olunaraq 17 saniyə danışıq olmuşdur. Bundan başqa ***-***- **-** nömrəsindən 09.05.2019-cu il tarixdə saat 23:06 və 23:07-də “***-***-**-**”(Şahid16) nömrəsinə zəng olunaraq 23 və 13 saniyə, saat 23:28 və 23:30-da “***-***-**-**” (Şahid11) nömrəsinə zəng olunaraq 83 və 41 saniyə, ***-***-**-** nömrəsinə saat 23:32-də zəng olunaraq 49 saniyə, ***-***-**-** nömrəsinə saat 23:33-də zəng olunaraq 30 saniyə danışıq olmuşdur. Həmin müddət ərzində ***-***-**-** nömrəsinin anten dairəsi “UBBK1051D/UBBK 1051 Binakad Azsu/Binəqədi rayonu 6-cı Nasos stansiyası/Binəqədi” və “UBBK1051A/UBBK1051 Binakad Azsu/Binəqədi rayonu 6-cı Nasos stansiyası/Binəqədi” göstərmişdir. “***-***-**-**” mobil nömrəsinə dair məlumatlarda iş üzrə əhəmiyyətli hal müəyyən edilmədi. Cinayət işi üzrə Bakı şəhər prokurorluğundan daxil olmuş DTX-nın texniki məlumatları olan 1 (bir) ədəd diskdə olan sənədlərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, fayllarda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-**, Şahid7 istifadəsində olmuş ***-***- **-**, ***-***-**-**, Şahid8 istifadəsində olmuş ***-***-**-**, X8 istifadəsində olmuş ***-***-**- **, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələrinin 01.04.2019-cu il tarixdən 15.05.2019-cu il tarixədək olan müddətdə məlumatlar öz əksini tapmışdır. Müəyyən edilmişdir ki, Şahid7 istifadəsində olmuş ***-***-**-** nömrəsinin anten dairəsi 09.05.2019-cu il tarixdə saat 23:03:36-da “Bakı şəhəri Nəsimi rayonu 6 mkr İ Cümşüdov küçəsi”, saat 23:16:58-də “GBBK1073C Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi”, saat 23:17:04-də “GBBK1073F Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi”, saat 23:17:14-də “GBBK1073C Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi”, saat 23:17:28-də “GBBK1073F Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi”, saat 23:17:33-də “GBBK1073F Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi”, saat 23:17:33-də “GBBK1073C Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi”, saat 23:18:19-da “GBBK1051F Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya”, saat 23:20:23-də “GBBK1073C Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi”, saat 23:20:32də ”GBBK1073F Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi”, saat 23:20:37-də ”GBBK1073D Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi”, saat 23:21:00-da “GBBK1073C Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi”, saat 23:21:07-də “GBBK1073D Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi”, saat 23:21:28-də “GBBK1073A Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi”, saat 23:21:34-də ”GBBK1073D Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi”, saat 23:21:44-də “GBBK4177D Bakı şəhəri Nəsimi rayonu 6 mkr İ Cümşüdov küçəsi”, saat 23:21:49-da “GBBK1073D Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi”, saat 23:21:56-da “GBBK1051C Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya”, saat 23:32:14-də “GBBK1073C Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi”, saat 23:33:26-da ”GBBK4263C Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Bakı kommunası küçəsi 17”, saat 23:34:35də “GBBK4259F Bakı şəhər Azadlıq prospekti 155”, saat 23:34:46-da “GBBK6100F Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti ev 142 mənzil 25”, saat 23:38:52-də ”GBBK6221G Bakı şəhəri Nəsimi rayonu S Vurğun küçəsi 165”, saat 23:39:21-də “GBBK6221B Bakı şəhəri Nəsimi rayonu S Vurğun küçəsi 165”, saat 23:39:57-də “GBBK6221G Bakı şəhəri Nəsimi rayonu S Vurğun küçəsi 165”, saat 23:42:26-da “GBBK6221B Bakı şəhəri Nəsimi rayonu S Vurğun küçəsi 165”, saat 23:42:32-də “GBBK6221G Bakı şəhəri Nəsimi rayonu S Vurğun küçəsi 165”, saat 23:43:58-də “GBBK6221B Bakı şəhəri Nəsimi rayonu S Vurğun küçəsi 165, 10-05-2019, saat 00:07:28də “GBBK6221G Bakı şəhəri Nəsimi rayonu S Vurğun küçəsi 165”, saat 00:13:15-də “GBBK6221B Bakı şəhəri Nəsimi rayonu S Vurğun küçəsi 165”, saat 00:19:07-də “GBBK6221G Bakı şəhəri Nəsimi rayonu S Vurğun küçəsi 165”, saat 00:19:13-də “GBBK6221B Bakı şəhəri Nəsimi rayonu S Vurğun küçəsi 165”, saat 00:19:25-də “GBBK4938D Bakı şəhəri N Yusifbəyli küçəsi 11” və s. göstərmişdir. Müəyyən edilmişdir ki, 09.05.2019-cu il tarixdə saat 23:17 və saat 23:21 aralığında Şahid7 məxsus ***-***-**-** nömrəsi ilə Şahid8 məxsus ***-***-**-** nömrəsi arasında aşağıda qeyd olunan zənglər olmuşdur: 09.05.2019-cu il tarixdə saat 23:16:49-dan saat 23:17:12-dək, **********22 nömrəsindən **********53 nömrəsinə 17 saniyə (anten dairəsi- 400-02-1291-10733 - GBBK1073C Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi və 400-02-1296- 10513 - GBBK1051C Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya), 09.05.2019-cu il tarixdə saat 23:17:27-dən saat 23:19:16-dək **********53 nömrəsindən **********22 nömrəsinə 105 saniyə” (anten dairəsi - 400-02-1296-10513 - GBBK1051C Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya və 400-02-1291-10736 - GBBK1073F Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi), saat 23:20:21-dən saat 23:20:58dək **********53 nömrəsindən **********22 nömrəsinə 33 saniyə (anten dairəsi - 400- 02-1296-10513 - GBBK1051C Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya və 400- 02-1291-10733 - GBBK1073C Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi), saat 23:21:21-dən saat 23:21:47-dək **********53 nömrəsindən **********22 nömrəsinə 22 saniyə (anten dairəsi - 400-02-1296-10513 - GBBK1051C Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya və 400-02-1291-10734 - GBBK1073D Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi) olmuşdur. Yuxarıda qeyd olunan nömrələr arasında danışıq zamanı hər iki nömrənin anten dairələrinin fərqli olması müəyyən edilmişdir. ***-***-**-** nömrəsinin SMS məlumatlarından görünür ki, 09.05.2019-cu il tarixdə saat 23:21:19-da **********22 nömrəsindən **********53 nömrəsinə “Ə ne moqu seyças qovoritğ... perezvonö pozje” hazır mesajı göndərilmişdir. Müəyyən edilmişdir ki, Şahid8 istifadəsində olmuş ***-***-**-** nömrəsinin anten dairəsi 09.05.2019-cu il tarixdə saat 19:00:37-də “UBBK0073H Bakı şəhəri Səbail rayonu Dənizkənarı Bulvar İdarəsi”, 19:09:15-də ”UBBK6074H Bakı şəhəri Nobel prospekti”, 21:40:17-də “UBBK1051A Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya, 21:41:58-də “UBBK1051D Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya, 21:46:26-da “UBBK4905B Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon 320-50-ci məhəllə Həmzə Babaşov küçəsi 17B 88 saylı mağaza”, 21:46:29-da “UBBK1051A Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya, 22:03:45-də “GBBK1051C Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya, 22:09:13-də “GBBK4177D Bakı şəhəri Nəsimi rayonu 6 mkr İ Cümşüdov küçəsi”, 22:21:24-də “GBBK1073F Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi”, 22:21:27-də “GBBK4177E Bakı şəhəri Nəsimi rayonu 6 mkr İ Cümşüdov küçəsi”, 22:26:41-də “GBBK1051C Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya, 23:09:10-da “GBBK1051C Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya, 23:17:39-da “GBBK1051F Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya, 23:19:18-də “GBBK1051C Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya, 23:20:26-da “GBBK1051F Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya, 23:20:27-də “GBBK1051C Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya, 23:20:44-də “GBBK4905E Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon 320-50-ci məhəllə Həmzə Babaşov küçəsi 17B 88 saylı mağaza, 23:20:50-də “GBBK1051F Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya, 23:20:58-də “GBBK1051C Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya, 23:21:45-də “GBBK1051F Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya, 23:21:49-da “GBBK1051C Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya, 23:21:54-də “GBBK4905E Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon 320-50-ci məhəllə Həmzə Babaşov küçəsi 17B 88 saylı mağaza, 23:26:29-da “GBBK1051C Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya, 23:30:38-da “GBBK1051F Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya, 23:30:48-də “GBBK1051C Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya, 23:31:09-da “GBBK4177E Bakı şəhəri Nəsimi rayonu 6 mkr İ Cümşüdov küçəsi, 23:31:17-də “GBBK1051F Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya, 23:31:19-da “GBBK1051C Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya, 23:31:25-də “GBBK1051F Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya, 23:32:01-də “GBBK1073F Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi, 23:32:06-da “GBBK1051F Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya, 23:32:15-də “GBBK1073C Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi, 23:32:18-də “GBBK1051F Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya, 23:32:23-də “GBBK1073C Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi, 23:33:03-də “GBBK4263F Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Bakı kommunası küçəsi 17, 23:33:09-da ”GBBK1073C Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi, 23:33:16-da “GBBK4263D Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Bakı kommunası küçəsi 17, 23:33:24-də “GBBK1073C Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi, 23:33:30-da “GBBK4263D Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Bakı kommunası küçəsi 17, 23:33:41-də “GBBK4263C Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Bakı kommunası küçəsi 17, 23:33:48-də “GBBK1051B Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya, 23:33:50-də “GBBK4263D Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Bakı kommunası küçəsi 17, 23:34:17-də “GBBK4259A Bakı şəhər Azadlıq prospekti 155, 23:34:45-də “GBBK6100F Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti ev 142 mənzil 25, 23:36:01-də “GBBK1081E Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti ev 135 mənzil 16 15 8, 23:37:07-də “GBBK6219E Bakı şəhəri Nəsimi bazarı Azadlıq prospekti 100, 23:45:28-də “GBBK6221E Bakı şəhəri Nəsimi rayonu S Vurğun küçəsi 165, 23:59:25-də “GBBK6221G Bakı şəhəri Nəsimi rayonu S Vurğun küçəsi 165, 10.05.2019-cu il tarixdə saat 00:04:42-də “GBBK6221B Bakı şəhəri Nəsimi rayonu S Vurğun küçəsi 165, 00:17:28-də “GBBK6221G Bakı şəhəri Nəsimi rayonu S Vurğun küçəsi 165, 00:19:19-da “GBBK3921A Bakı şəhəri H Əliyev adına X26, 00:36:35-də “GBBK4203F Bakı şəhəri Nəsimi rayonu X37 küçəsi 999-cu məhəllə, 00:38:06-da “GBBK3947D Bakı şəhəri Yasamal rayonu 15-ci naqornı 1055 ci məhəllə, 00:38:41-da “GBBK3919B Bakı şəhəri Nəsimi rayonu Azerfon binasinin üstü 3-cü mikrorayon, 00:39:48-də “GBBK4217F Bakı şəhəri Binəqədi rayonu M Ə Rəsulzadə qəsəbəsi S Bəhlulzadə küçəsi 1-ci keçid, 00:40:03-də “GBBK1069E Bakı şəhəri Binəqədi rayonu H Əliyev küçəsi ilə Hacıyev küçələrinin kəsişməsi 3024-cü məhəllə Yeqanə şadlıq evinin damı” və s. göstərmişdir. Şahid7 istifadəsində olmuş ***-***-**-** nömrəsi üzrə iş üçün əhəmiyyətli zəng və SMS aşkar edilməmişdir. Həmin nömrənin anten dairəsi aşağıdakı kimi olmuşdur: 09.05.2019 cu il tarixdə saat 22:26:54-də ”GBBK1051C Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya”, 22:27:35-də “GBBK4177D Bakı şəhəri Nəsimi rayonu 6 mkr İ Cümşüdov küçəsi”, 22:31:06-da “GBBK1051F Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya”, 23:32:18-də ”GBBK1073F Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi”, 23:33:32-də ”GBBK4263D Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Bakı kommunası küçəsi 17”, 23:34:43-də ”GBBK4259A Bakı şəhər Azadlıq prospekti 155”, 23:35:19-da “GBBK6100D Bakı şəhəri Nərimanov rayonu Azadlıq prospekti ev 142 mənzil 25” göstərmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrəsi üzrə iş üçün əhəmiyyətli zəng və SMS aşkar edilməmişdir. Həmin nönmrənin anten dairəsi aşağıdakı kimi olmuşdur: 09-05-2019-cu il tarixdə saat 21:15:47-də ”UBBK4905A Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon 320-50-ci məhəllə Həmzə Babaşov küçəsi 17B 88 saylı mağaza”, 21:16:11-də ”GBBK4905A Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon 320-50-ci məhəllə Həmzə Babaşov küçəsi 17B 88 saylı mağaza”, 21:17:36-da “UBBK1051A Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya”, 21:46:56-da “UBBK4177A Bakı şəhəri Nəsimi rayonu 6 mkr İ Cümşüdov küçəsi”, 22:28:36-da ”UBBK1073C Bakı şəhəri Binəqədi rayonu Svetlana Məmmədova küçəsi”, 10.05.2019-cu il tarixdə saat 05:40:40-da ”UBBK4997C Bakı şəhəri Binəqədi rayonu A Məmmədov küçəsi 99 saylı yaşayış binasının arxasında qeyri-yaşayış obyektinin damı” göstərmişdir. Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsi üzrə iş üçün əhəmiyyətli zəng və SMS aşkar edilmədi. Həmin nönmrənin anten dairəsi aşağıdakı kimi olmuşdur: 07.05.2019-cu il tarixdə saat 17:06:36-da “USVN3001A Hərbi Şəhərcik Subscriber unavailable”, 10.05.2019-cu il saat 01:39:05-də “UBBK4977B Bakı şəhəri Nərimanov rayonu Həsən Əliyev 94 ünvanında ABB-nın Nərimanov filialı Subscriber unavailable” göstərmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəsinin anten dairəsi aşağıdakı kimi olmuşdur: 09.05.2019-cu il tarixdə saat 23:02:46-da “UBBK1051D Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya”, 23:28:11-də ”UBBK4177A Bakı şəhəri Nəsimi rayonu 6 mkr İ Cümşüdov küçəsi”, 23:29:50-də” UBBK1051A Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya”, 23:31:24-də “UBBK1051D Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya”, 23:32:13-də “UBBK4177D Bakı şəhəri Nəsimi rayonu 6 mkr İ Cümşüdov küçəsi”, 23:33:08-də “UBBK1051D Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya”, 23:34:25-də ”GBBK1051F Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya”, 23:34:32-də “GBBK1051C Bakı şəhəri Binəqədi rayonu 6-cı nasos stansiya”, 23:34:40-da “UBBK4177A Bakı şəhəri Nəsimi rayonu 6 mkr İ Cümşüdov küçəsi” göstərmişdir. Müəyyən edilmişdir ki, 09.05.2019-cu il tarixdə saat 23:07:48-dən 23:08:05-dək **********61 nömrəsindən **********68 nömrəsinə zəng olaraq 12 saniyə danışıqdan sonra, saat 23:28:02-dən 23:29:32-dək **********61 nömrəsindən **********06 nömrəsinə zəng olunaraq 84 saniyə danışıq olmuş, **********61 nömrəsinin anten dairəsi “UBBK4177A Bakı şəhəri Nəsimi rayonu 6 mkr İ Cümşüdov küçəsi” göstərmiş, 23:30:22-dən 23:31:07dək **********61 nömrəsindən **********06 nömrəsinə zəng olunaraq 40 saniyə danışıq olmuş, **********61 nömrəsinin anten dairəsi “UBBK1051A Bakı şəhəri Binəqədi rayonu 6cı nasos stansiya” göstərmişdir. Müəyyən edilmişdir ki, X8 istifadəsində olmuş ***-***-**-** nömrəsi üzrə iş üçün əhəmiyyətli zəng və SMS aşkar edilmədi. Nömrənin anten dairəsi 09.05.2019-cu il tarixdə saat 23:42:33-də “UBBK4905A Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon 320-50-ci məhəllə Həmzə Babaşov küçəsi 17B 88 saylı mağaza” göstərmişdir. Baxış zamanı "xxxx" və "xxxx" MMC-yə məxsus mobil nömrələrin anten dairələri təhlil edilən zaman mobil operatorların anten dairələrinin eyni olmaması müəyyən edilmişdir. "Bakcell” MMC-dən daxil olmuş 1 (bir) ədəd diskdə olan sənədlərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, fayllarda Şahid7 istifadəsində olmuş ***-***- **-**, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-**, Şahid8 istifadəsində olmuş ***-***-**-** mobil nömrələrinə 10.04.2019-ci il tarixdən 10.05.2019-cu il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı həmçinin sms mesajların siyahısı, əhatə dairəsi, həmçinin zəng/SMS nömrələrinə aid məlumatar qeyd olunmuşdur. Baxış zamanı müəyyən edildi ki, Şahid7 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən ***-***-**-** nömrəsinə zəng olunaraq 30.04.2019-cu il tarixdə saat 18:17-də 25 saniyə, 18:21-də 21 saniyə, saat 18:22-də 29 saniyə, saat 18:28-də 17 saniyə, ***-***- **-** nömrəsindən ***-***-**-** nömrəsinə zəng olunaraq saat 18:19-da 29 saniyə danışıq olmuşdur. 09.05.2019-cu il tarixdə ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə zəng olunaraq saat 22:19-da 32 saniyə, ***-***-**-** nömrəsindən saat 23:16-da zəng olunaraq 16 saniyə, ***-***-**-** nömrəsindən zəng olunaraq saat 23:17-də 105 saniyə, saat 23:20də 34 saniyə, saat 23:21-də 23 saniyə danışıq olmuş, həmin müddət ərzində ***-***-**-** nömrəsinin anten dairəsi “Binəqədi rayonu Svetlana Məmmədova küçəsi”ni göstərmiş, saat 23:39, 23:41, 23:43 və 23:50-də isə anten dairəsi “ünvan 6i göstərmişdir. Şahid8 istifadəsində olmuş ***-***-**-** nömrəsinin anten dairəsi 30.04.2019-cu il tarixdə ***-***-**-** nömrəsi ilə əlaqə zamanı saat 18:17, 18:21-də “Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ikinci mərtəbəsi”, saat 18:22-də “X27 Qovşağı”nı, həmçinin saat 18:02-dən 19:16-dək olan müddət ərzində müxtəlif dəqiqələrdə “Xoca Həsən qəsəbəsi” ərazisini göstərmişdir. 09.05.2019-cu il tarixdə ***-***-**-** nömrəsinin anten dairəsi saat 21:40, 21:46, 21:58, 22:01, 22:04, 22:08, 22:16-da “Binəqədi rayonu 6-cı nasos stansiyası”, Saat 22:19, 22:21-də “Nəsimi rayonu 6 mkr, İ.Cümşüdov küçəsi”, saat 23:09, 23:16, 23:17, 23:20, 23:21, 23:31, 23:32-də “Binəqədi rayonu 6-cı nasos stansiyası”, “saat 23:33-də Binəqədi rayonu Svetlana Məmmədova küçəsi”, saat 23:33-də “Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Bakı Kommunası küçəsi 17”, saat 23:34 “Azadlıq prospekti 100”, saat 23:38, 23:40, 23:41, 23:43, 23:46, 23:47, 23:50, 23:51, 23:52, 23:54, 23:59-da “ünvan 6 ünvanını göstərir. Həmçinin müəyyən edilir ki, 09.05.2019-cu il tarixdə saat 23:21:19-da ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Ə ne moqu seyças qovoritğ…perezvnö pozje” hazır mesajı göndərilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrəsinin anten dairəsi 30.04.2019-cu il tarixdə saat 18:08-dən 19:14-dək olan müddət ərzində müxtəlif dəqiqələrdə “Xoca Həsən qəsəbəsi” ərazisini göstərmişdir. Həmin nömrədən ***-***-**-** nömrəsinə saat 18:19-da zəng edilərək 29 saniyə danışıq olmuş, anten dairəsi “Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ikinci mərtəbəsi”ni göstərmişdir. 09.05.2019-cu il tarixdə ***-***-**-** nömrəsinin anten dairəsi saat 23:05-də “Binəqədi rayonu 6-cı nasos stansiyası”, saat 23:39-da “Binəqədi rayonu 9-cu mikrorayon, 320-30-ci məhəllə, Həməz Babaşov küçəsi 17B, 88 saylı mağaza”, saat 23:40, 23:51-də “Binəqədi rayonu 6-cı nasos stansiyası”, 23:52:30-da “Binəqədi rayonu Svetlana Məmmədova küçəsi”, saat 23:52:32-də “Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Q.Qarayev küçəsiev 42B” ünvanınını göstərir. Cinayət işi üzrə DİN-nin Bakı şəhər Baş Polis İdarəsindən daxil olmuş 04 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, disklərdə yol patrul xidməti avtomaşınında quraşdırılmış videonəzarət avadanlığının görüntüləri vardır, həmin disklərdən birinin içərisində iş üzrə əhəmiyyətli görüntülər aşkarlandı. Müəyyən edildi ki, görüntü üzrə 10.05.2019-cu il tarixdə saat 00:35 radələrində YPX avtopatrulu qara rəngli avtomobilin arxası ilə binaların arası ilə hərəkət edir. Saat 00:36-da qara rəngli avtomobil dayanır, avtomobil dayanmamışdan əvvəl yaxında olan evin qapısının qarşısında 1 yaşlı kişinin və 2 qadının dayanması müşahidə edilir. Həmin avtomobilin qarşısında arxa hissəsi səkinin üzərində olmaqla dayanmış halda avtomobil vardır. İstintaq materiallarına əsasən həmin avtomobilin “BMV X5” markalı olması müəyyəndir. Avtomobilin ön və arxa işıqları açıq haldadır, avtomobil iki ədəd ağacdan sonra yolun hərəkət hissəsini kəsmiş halda dayanmışdır. Həmin avtomobilin arxa hissəsində binanın tinində bir nəfər oğlanın olması görünür, həmin oğlanın xarici görünüşündən və istintaq materiallarına əsasən Təqsirləndirilən şəxs1 olması müəyyən edilir. Saat 00:37-də polis Təqsirləndirilən şəxs1 yaxınlaşır, sonuncu binanın tinində olan mənzilin qarşısında kimdənsə nəsə alıb içir. Görüntülərdə Təqsirləndirilən şəxs1 sağ əlində bıçağa bənzər əşya olması, Təqsirləndirilən şəxs1 tək olması, ətrafın qaranlıq halda olması müəyyən edilir. Saat 00:39-da YPX avtopatrulun içərisində polis əməkdaşlarının “adam öldürüldüyünü, əməliyyat qrupunun çağırılmasını, şəxsin əlində bıçaq olmasını” demələri, həmçinin Təqsirləndirilən şəxs1 yaxınlaşan YPX inspektoruna “Əhməd” adı ilə müraciət etmələri müəyyən edildir. Saat 00:40 radələrində artıq ətrafda adamların toplanması görünür, saat 00:41-də avtopatrul həmin ərazidən uzaqlaşır. Binəqədi RPİ-nin 7-ci PB-dən daxil olmuş “Araz” supermarketinin kameralarının görüntüləri olan 01 ədəd diskdə 07 ədəd görüntüyə baxış zamanı müəyyən edildi ki, 09.05.2019-cu il tarixdə saat 23:03-də qara rəngli, dövlət qeydiyyat nişanı görünməyən, BMV X5 markalı avtomobilə bənzər avtomobil “Araz” marketin qarşısından keçib gedir. Saat 23:10-da qara rəngli, dövlət qeydiyyat nişanı görünməyən, BMV X5 markalı avtomobilə bənzər avtomobil “Araz” marketin qarşında, üzbəüz baxdıqda sol tərəfdə, ön hissəsi market istiqamətində dayanır, saat 23:20-də avtomobil hərəkətə başlayaraq həmin yerdən uzaqlaşır. Görüntülərdən avtomobilin dövlət qeydiyyat nişanını və markasını dəqiq müəyyən etmək mümkün deyildir. Binəqədi RPİ-nin 7-ci PB-dən daxil olmuş X33 müşahidə kameralarının görüntülərinə 01 ədəd diskdə baxış zamanı müəyyən edildi ki, görüntülər 09.05.2019-cu il saat 23:00-dan 10.05.2019-cu il saat 01:00-dəkdir və görüntülər KTM-in qəbul hissəsini əks etdirir. Müəyyən edildi ki, 09.05.2019-cu il tarixdə saat 23:40-da Şahid8 qaçaraq, onun ardınca isə Şahid7 sağ əlini qarın nahiyyəsinə tutaraq, sol qolunu isə sərbəst hərəkət edirərək qapıdan içəri daxil olub sola doğru gedirlər. Şahid8 əynində şalvar, pencək vardır, geyimi səliqəlidir, Şahid7 əynində şalvar, köynək və qolsuz pencək vardır. 10 dəqiqə ərzində Şahid8 həyəcanlı halda tez-tez telefonla danışaraq giriş hissədə hərəkət etməsi müşahidə olunur. Saat 23:56-da Şahid7 getdiyi istiqamətdən girişə doğru axsayaraq yavaş hərəkətlə gəlib, yenidən geri qayıdır. Bu zaman Şahid7 əynində köynək olmadığı, qolsuz pencək olması, həmçinin sağ qolunun yuxarı çiyin nahiyyəsi hissəsində sarğı olması, həmin qolunu hərəkət etdirməməsi, sol qolunu isə rahat hərəkət etdirməsi görünür. 10.05.2019-cu il tarixdə saat 00:31-00:32-də Şahid7 yavaş hərəkətlə ayaqlarını sürüyərək qapıdan bayıra çıxır. Həmin Şahid7 yanında başqa şəxslərin(kişi) olması görünür. Ümumilikdə qeyd olunan 2 saat ərzində KTM-in qəbul hissəsinə bir çox kişi və qadının daxil olub çıxması müşahidə olunur. ünvan 9 ünvanının yaxınlığında yerləşən fərdi evə məxsus müşahidə kamera”sın görüntüsü əks olunmuş 01 ədəd diskə baxış zamanı müəyyən edildi ki, diskdə 01 ədəd görüntü vardır, fərdi evin müşahidə kamerasının görüntüsü keyfiyyətsiz olmaqla iş üzrə əhəmiyyətli heç bir hal müəyyən edilmir. Binəqədi RPİ-nin 7-ci PB-dən daxil olmuş Dövlət Sosial Müdafiə Fondunun məxsus binanın müşahidə kamerasın görüntüsü əks olunmuş diskə baxış zamanı iş üzrə əhəmiyyətli heç bir hal müəyyən edilmir. Binəqədi RPİ-nin 7-ci PB-nin 24.07.2019-cu il tarixli, 063-6129-1219 nömrəli məktubunda göstərilmişdir ki, keçirilmiş bir sıra əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, baş vermiş cinayət hadisəsi əvvəlcədən məlum olmayan səbəblərdən şəxsi müansibətlər zəminində baş vermiş, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs cinayətə meyilli həyat tərzi keçirmiş, Təqsirləndirilən şəxs1 əvvəllər üzərində bıçaq gəzdirməmiş, yalnız Zərərçəkmiş şəxs tərəfindən hədələndikdən sonra bıçaq gəzdirməyə başlamış, hadisənin şahidi olmuş və hər iki şəxsin daimi münasibətdə olduqları şəxslər dindirilmələri üçün prokurorluğa getmələri təmin edilmiş, adı çəkilən şəxslərin əvvəllər müraciətləri və ya barələrində müraciətlər daxil olmamış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər idman müəllimi kimi dostluq etmiş, tərəflər arasında əvvəllər normal münasibət olmuş, hadisədən dərhal sonra Təqsirləndirilən şəxs2 hadisə yerindən qaçmış, hadisədən sonra xəsarət almış Şahid7 KTM-ə oğlu Zamin aparmışdır. Binəqədi RPİ-nin 7-ci PB-nin 06.12.2019-cu il tarixli, 063-9524-1219 nömrəli məktubunda göstərilmişdir ki, əməliyyat tapşırığına əsasən Təqsirləndirilən şəxs2 sələmçiliklə məşğul olması barədə inzibati ərazidə vətəndaşlarla kəşfiyyat xarakterli söhbətlər aparılmış, lakin Zaurun sələmə pul verməsi faktı öz təsdiqini tapmamışdır. Tapşırığın 2-ci bəndində göstərilən Şahid7 Zərərçəkmiş şəxs məxsus maşına minmə yerini müəyyən etmək üçün tədbir keçirilmiş, tədbir müsbət nəticə verməmişdir. Tapşırığın 3-cü bəndi ilə bağlı qonşuluqda yaşayan və hadisə barədə məlumatı olan şəxslərin əhatə dairəsi müəyyən edilmiş və istintaqa təmin edilmişdir. Tapşırığın 4-cü bəndi ilə bağlı X20, X21 rayon prokurorluğuna təmin olunmuş, lakin X11 ölkə hüdudlarından kənarda olduğundan (hazırda Türkiyə Respublikasındandır) təmin edilməsi mümkün olmamışdır. X28 daxil olmuş 20.05.2019-cu il tarixli, 1104 nömrəli məktubdan görünür ki, Şahid7 09.05.2019-cu il tarixdə saat 23:50-də KTM-n cərrahiyyə qəbul şöbəsinə müraciət edilmişdir. Şahid7 İlkin yardım göstərildikdən sonra evə buraxılmışdır. Ona “sağ bazunun ön səthinin, sağ kürək nahiyyəsinin deşilmiş kəsilmiş yarası” diaqnozu qoyulmuşdur. Qeyd olnmuşdur ki, ambulator xəstələrin paltarları götürülmür. Bakı şəhər Baş Polis İdarəsi X51 İdarəsindən daxil olmuş “BMV” **-XE-*** və “Totota” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillərin hərəkət trayektoriyasına dair məlumatlardan görünür ki, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil 09.05.2019-cu il tarixdə sonuncu dəfə saat 22:55-də “Nərimanov rayonu Azadlıq-N.Nərimanov küçəsi kəsişməsi, Biləcəri ist və ya Lukoil YDM-də”, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil 09.05.2019-cu il tarixdə saat 21:08-də “Atatürk və Z.Bünyadov prospektinin kəsişməsi, A.Sultanova istiqaməti və Gənclik metro istiqaməti, saat 23:36-da “Azadlıq prospekti N.Yusifbeyli küçəsi kəsişmə 28 May istiqaməti/Azadlıq prospekti N.Nərimanov küçəsi kəsişməsi, 28 May istiqaməti”, saat 23:36-da “Azadlıq prospekti N.Yusifbəyli küçəsi kəsişməsi 28 May istiqaməti/Azadlıq pr-131 N.Yusifbəyli və ya Nəsimi bazarı istiqaməti olmuşdur. Məhkəmə kompüter-texniki ekspertizasının 17.05.2019-cu il tarixli 12620 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş bir ədəd ağ rəngli “İphone 5” markalı A1428” modelli “**********64168” İMEİ nömrəli, son zamanda istifadəsində “+**********75” saylı nömrə olmuş, mailto:tagiyevhesen@yandex.comElektron ünvan 1 məzmunlu “Apple İd” kimliyi olan, 16Gb həcmli daxili yaddaşdan ibarət mobil smartfon hal hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Tədqiq olunan bir ədəd ağ rəngli “İphone 5” markalı A1428” modelli “**********64168” İMEİ nömrəli mobil smartfon yaddaşından müəyyən edilmiş SMS mesajlar, simsiz şəbəkələr(wifi üzərində) internet saytların əlfəcinləri, zənglər jurnalı, baxılmış internet, saytların siyahısı, bildirişlər, kontaktlar, geolokasiya ilə məlumatlar, tədbiq olunmuş şriflər, axtarış sorğuların məzmunları, quraşdırılmış proqramlar, aparılmış yazışmaların məzmunları (whatsapp) və məlumat tərkibli fayllar( audio, videogörüntülər, fotolar, mətn) rəqəmsal dəlillərin saxlanması üçün istifadə olunan “DVD” tipli optik diskə köçürüldü və hazırkı ekspert rəyinə əlavə olundu. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-dən daxil olmuş 1 (bir) ədəd diskdə Təqsirləndirilən şəxs1 məxsus “İphone 5” markalı mobil telefonun “Whatsapp” proqramı ilə olan danışıqlarına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 məxsus ********** saylı nömrə ilə Təqsirləndirilən şəxs1 məxsus ********** saylı nömrə arasında 01.05.2019-cu il saat 12:41-dən 09.05.2019-cu il saat 14:09-dək olan yazışmalar mövcuddur. Təqsirləndirilən şəxs2 adı şərti olaraq “Z”, Təqsirləndirilən şəxs1 adı isə şərti olaraq “H” kimi qeyd edilməklə yazışmalar aşağıdakı kimidir: 02 may 2019-cu il tarixdə Z: “neyniyirsen?”, H:”Salam Heci axwmiz xeyr evdeyem”, Z: “zeng eden mesaj yazan olmayibdi?”, H: (silinmiş yazı), Z: “Narahat olma”, “sene serf etmiyen adam zeng elesen narahat elese”, “cavab verme cavab yazma pramoy bloka at”, H: “Yaxwi 1sat bunan qabaq men yigdim”, “Cowu gili”, Z: “Ne dedin?”, H: (silinmiş yazı), Z: “Cosunu elinde saxla, onu pisir danis, herseyi oyren, onun baresinde ve olan sohebtler baresinde, Hesen, Cosuyla danis, yazis sozler al oyren geden butun soz sohebtleri, demedi menim hakkimda olan soz sohbet baresinde”, (silinmiş yazı), H: “Yaxwi,Tel sondu, Sunur yaxwi yigmir”, Z: (silinmiş yazı), H: “Qoydum gec acldi, Seher alacam”, Z: (silinmiş yazı), “ketde nevar neyox”, H: “yox sizden hecne demedi”, “Sagolun Heci her wey yaxwidi”, (silinmiş yazı), Z: (silinmiş yazı), H: “Yaxwi”, Z: (silinmiş yazı), H: “Onu da dedim deyir, De ne ye yigib”, Z: (silinmiş yazı) svini (silinmiş yazı), H: “Yaxwi”, Z: “dedin niye yigib ne dedi?”, H: “Dedi oda men kimi qarwmir seni ustve gelmir dedim bes neye yigidi mendi deyr orda soz deye bilir istirdi sene desinki ehtyatli ol”, “Dedim orda sozvi deyerdiz getmiry”, Z: “deyen ne olur olsun mene yigmamaliydi, heledeki yigibki, deyir Hesen Eminle gorus uzur iste”, H: (silinmiş yazı), Z: (silinmiş yazı), H: “Salam Heci siz necesiz”, “Sagolun yaxwiyam”, Z: “hardasan?, neyniyirsen niye gec girdin wathsapa”, H: “Getmiwdin masazra evdekleren, İndi geldim eve”, Z: “seni kimse yigib elemeyibdi?”, H: “Yox Heci”, Z: “Hesen ureyivi buz kimi saxlaa haa, sene yaxin duranin qani tokulerrr, Emin bugun gece helle edecem narahta olma, darixmirsan?, evde, ureyin isteyir gel bize”, H: “Yaxwi Heci evde qonaq var yola salim gelem”, Z: “evden cixanda mene yaz mende qaxim meseye, teref”, H: “Yaxwi, (silinmiş yazı),Salam Heci”, Z: “salam Hesen, indi qalxiram, yuxaru”, H: “Yaxwi”, Z: “9 da ol”, H: “Yaxwi, Burdayam, 26da”, Z: (silinmiş yazı) Nicat Lenkeranski ve Senan Allah qardaslarimizi qorusun”, (silinmiş yazı) Allah qardaslarimi qorusun (silinmiş yazı) 03 may 2019-cu il tarixdə H: “Salam Heci necesiz”, Z:”salam Hesen, Hardasan?”, H: “9dayam Heci”, Z: (silinmiş yazı), H: “Yaxwi”, Z: (silinmiş yazı), H: (silinmiş yazı), Z: (silinmiş yazı), H: “Yaxwi, Abyektesiz Heci”, Z: “He, Hesen, sen hardasan?” H: (silinmiş yazı), Z: “Harda ?, Hesen 1-2 gunde gozluyek, sonra gelersen rahat bura, Zerife oarkin yanda, indi 1-2 gun ehtiyyat saxliyaq,Yaxwi, uzdessiz mecbur vurmalisiz, ona gorede 2 gunde sebr edekki, onu oldurmeyek” H: “Yaxwi”, Z: “teksen?”, H: “He, Mehmed burda idi gonderdim”, Z: “Gel obiyekte”, H: “Yaxwi”, Z: (silinmiş yazı), “basa dusdun, ehtiyyatli ol gelende, yuxariynan gel dush, dunen ki kimi”, H: “Yaxwi”, Z: “indi hardasan?”, H: “Catdim. Miykan yanda” 04 may 2019-cu il tarixdə H: “Salam Heci necesiz”, Z: (silinmiş yazı), H: (silinmiş yazı), Z: “hazirlas gel bize, yuxari meseynen”, H: “Yaxwi”, Z: “hemin ki polisler oturublar yene qapimizda, qabaxda, elende ehtayyatli ol, yada isteyirsen ehtiyyat ucun gelem, gelme”, H: “Gelem eynmi geynrem cxan, M”, Z: “hardasan?”, H: “Sizin mehlede Heci”, Z: “arxada?gel,eve”, H: “Yaxwi”, Z: (silinmiş yazı), “Tempalqin 1 list al birde Elidor sampun al karicni reng qabda olan birde klear beden sampunu al ver birde olsa bizim tarla zogal murebbesi al” 05 may 2019-cu il tarixdə Z: “salam Hesen, sabahin xeyir, gelde davam eliyek, usaqlarida bekar olsalar getir”, H: “Salam Heci necesiz,Yaxwi”, Z: “nevaxta gelersen inse Allah?”, H: “Cixdim evden”,(silinmiş yazı) 06 may 2019-cu il tarixdə H: “Salam Heci necesiz”, (silinmiş yazı), Z: “salam Hesen, sabahin xeyir, sukur yaxsiyam, hardasan?”, H: “Ecemye gedrem gelem”, Z: xeyirdi? salamatciliqdi?”, H: “He yaxwiliqdi adam var gorwum gelen, M, Mende tebrik edirem Allah sizleri qorusun”, Z: “coxsagol Hesen”, H: “Abyektesiz Heci”, Z: “yox gezirik, sen hardasan?, H: “20yancarda, Yanvar, Metroda”, Z: “ok gelende 9 terefde gorusek, orda ol, mensiz mikrorayona dusme”, H: “Yaxwi gelem, Yaxwi” Z: “Hesen hardasan?”, H: “Mecitin heyetine catram”, Z: “ok orda gelirik seni goturek”, H: “Yaxwi”, Z: (silinmiş yazı), H: “He”, Z: (silinmiş yazı), H: “Yaxwi”, Z: (silinmiş yazı), H: “Salam Heci axwamiz xeyr”, Z: ?, H: “Dediz azwam cxacyiq ona gore yazdim”, Z: “yazacam sene, get eve istirahet ele”, H:”Yaxwi” 07 may 2019-cu il tarixdə Z: “hardasan?”, H: “Salam Heci necesiz,Evdeyem”, Z: (silinmiş yazı). 08 may 2019-cu il tarixdə H: “Salam Heci necesiz”, Z: salam, (silinmiş yazı), H: (silinmiş yazı), Z: (silinmiş yazı). 09 may 2019-cu il tarixdə Z: “X43”, H: “Salam Heci, necesiz”, Z: (silinmiş yazı), H:Yaxwi. Baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus ********** saylı nömrə ilə “Esmer” adı ilə qeyd edilən şəxsin istifadəsində olmuş ********** saylı nömrə arasında 09.05.2019-cu il saat 14:03-dən həmin gün saat 17:46-dək olan yazışmaların olması müəyyən edildi. Həmin yazışmalara baxış keçirilən zaman istintaq əhəmiyyəti kəsb edən hər hansı xüsusata rast gəlinmədi. Bundan başqa Təqsirləndirilən şəxs1 məxsus ********** saylı nömrə ilə “VuqarH” adı ilə qeyd edilmiş şəxsin istifadəsində olmuş ********** saylı nömrə arasında 01.05.2019-cu il saat 22:47-dən 08.05.2019-cu il saat 03:24-dək yazışmaların olması müşahidə olunur. Həmin yazışmalardan görünür ki, 08.05.2019-cu il saat 03:22-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı nömrədən “VuqarH” adlı şəxsin istifadəsində olmuş nömrəyə “catdin eve” yazmış, sonuncu cavab olaraq 08.05.2019-cu il saat 03:23-də Təqsirləndirilən şəxs1 “X47 Narahat Olma” məzmunlu mesaj yazmışdır. Daha sonra həmin gün saat 03:23 Təqsirləndirilən şəxs1 cavab olaraq VuqarH adlı şəxsə “gecen xeyre” yazmış, VuqarH adı ilə qeyd edilmiş şəxs isə cavab olaraq ona “Xeyra qarşı X48 İnşallah” məzmunlu mesaj yazmışdır. Həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** saylı nömrə ilə “Hecı Zamin” adı ilə qeyd edilmiş şəxsin istifadəsində olmuş ********** saylı nömrəsi arasında olan 08.05.2019-cu il saat 18:27-dən həmin gün saat 21:01-dək olan müddət ərzindəki yazışmalara baxış keçirilmiş, lakin istintaq üçün əhəmiyyət kəsb edən hər hansı bir xüsusara rast gəlinməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** saylı nömrə ilə “Mehemmed” adı ilə qeyd edilmiş şəxsin istifadəsində olan ********** saylı nömrə arasında 06.05.2019-cu il saat 20:59-dan 09.05.2019-cu il saat 22:31-dək olan müddət ərzində yazışmaların olması görünür. Həmin yazışmalardan Təqsirləndirilən şəxs1 09.05.2019-cu il saat 22:13-də “Mehemmed” adlı şəxsə “Nenisen”, sonuncunun cavab olaraq Təqsirləndirilən şəxs1 həmin gün saat 22:29-da “yaxwi”, saat 22:31-də “hara?”, “hardasan”, cavab olaraq Təqsirləndirilən şəxs1 “Mehemmed” adlı şəxsə saat 22:31-də “got deyrəm”, sonuncunun cavab olaraq Təqsirləndirilən şəxs1 saat 22:31-də “hara getrim” məzmunlu mesajların yazıldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********** saylı nömrə ilə “Semed” adı ilə qeyd edilən şəxsin istifadəsində olmuş ********** saylı nömrə arasında 28.04.2019-cu il saat 00:54-dən 07.05.2019-cu il saat 00:54-dək olan müddət ərzində yazışmaların olması görünür. Həmin yazışmalardan görünür ki, “Semed” adlı şəxs 07.05.2019-cu il saat 00:48də Təqsirləndirilən şəxs1 “Hesen qaqam ehtaytli ol yenede deyrem”, “sene gore uje narahatam”, saat 00:49-da “ozunen basga heckese guvenme” məzmunlu mesaj yazmışdır. Təqsirləndirilən şəxs1 isə “Semed” adlı şəxsə həmin gün saat 00:49-da “o mehemmedede tapwir agzinan hecyerde hecne qacirmasin”, “demiwem ona hecne deme. Hec kese” məzmunlu, “Semed” adlı şəxs isə Təqsirləndirilən şəxs1 “he uwaggdi birden oz aralarinda kimlese danwar tapwir hemwe” məzmunlu mesaj yazmış, sonuncu “Semed” adlı şəxsə cavab olaraq 07.05.2019-cu il saat 00:52-də “demiwem men qoy qraga ozvu poxa salarsan”, “ele dedim qoxsun” yazmış, “Semed” adlı şəxs isə saat 00:52-də Təqsirləndirilən şəxs1 “he yaxwi elemisen ehtyatli ol qaqam seni bilirsen turali istediyim kimi isteyirem”, 00:53-də “calw bariqig olsun ancag”, 07:54-də “teki ele olsun bariwig olsun sene gore narahat qaldim elinen verme opurem seni”, Təqsirləndirilən şəxs1 isə “Semed” adlı şəxsə cavab olaraq 07.05.2019-cu il saat 00:54-də “oprem qaqa yaxwi” məzmunlu mesaj yazmışdır. Məhkəmə kompüter-texniki ekspertizasının 27.05.2019-cu il tarixli 13926 nömrəli rəyində göstərilmişdir ki, Təqdim edilmiş bir ədəd qara rəngli “İphone X” markalı “A1901” modelli, “**********74956” İMEİ nömrəli, son zamanda istifadəsində “+**********44”, “+**********544”, "+**********44", "+**********5” saylı nömrələr olmuş, ‘‘mailto:emin_seferov@icloud.comElektron ünvan 2" məzmunlu “Apple İd" kimliyi olan, 64 Gb həcmli daxili yaddaşdan ibarət mobil smartfon hal hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Tədqiq olunan mobil smartfon yaddaşında müəyyən edilmiş SMS-mesajlar, simsiz şəbəkələr (wifi üzərində), internet saytların əlfəcinləri, zənglər jurnalı, baxılmış internet saytların siyahısı, bildirişlər, kontaktlar, geolokasiya ilə məlumatlar, tədbiq olunmuş şifrlər, axtarış sorğuların məzmunları, quraşdırılmış proqramlar, aparılmış yazışmaların məzmunları (whatsapp) və məlumat tərkibli fayllar (audio, videogörüntülər, fotolar, mətn) rəqəmsal dəlillərin saxlanması üçün istifadə olunan “DVD" tipli optik diskə köçürüldü və hazırkı ekspert rəyinə əlavə olundu. Təqdim edilmiş “LG” markalı mobil smartfonda aşkar edilmiş grafik açar tipli mühafizə klidini məlumatları silmədən ləğv etmək, hal -hazırda ekspertiza tədqiqatında mövcud olan metodlar vasitəsilə mümkün deyil. Məhkəmə-tibbi ekspertizasının 10.06.2019-cu il tarixli, 780 saylı rəyindən göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər –sağ əlin İİİ və İV barmaqlarının kəsilmiş yaraları, sol əlin tış səthinin və sol əlin İV barmağının səthi kəsilmiş yaraları iti kənarlı əşyanın (alətin) təsirindən, sol dirsək oynağı nahiyyəsinin, sağ əlin ovuc səthinin və sağ baldır nahiyyəsinin sıyrıqları isə bərk küt əşyanın (əşyların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 09.05.2019-cu il tarixdə əmələ gələ bilərdilər və ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Təqsirləndirilən şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən kəsilmiş və səthi kəsilmiş yaralar kəsici əşyanın (ola bilsin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin) təsirindən sıyrıqlar isə onun öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyalara dəyməsi nəticəsində əmələ gələ bilərdilər. Əlavə məhkəmə-tibbi ekspertizasının 27.11.2019-cu il tarixli, 42/780 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən kəsilmiş və səthi kəsilmiş yaralar kəsici əşyanın təsirindən, sıyrıqlar isə onun öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyalara dəyməsi nəticəsində əmələ gələ bilərdilər. Təqsirləndirilən şəxs1 sağ əlin İİİ və İV barmaqlarının ovuc səthində aşkarlanmış kəsilmiş yaraların, sol əlin tış səthində və sol əlin İV barmağının arxa səthində aşkarlanmış səthi kəsilmiş yaraların qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni Təqsirləndirilən şəxs1 Eminin əlində olan bıçağın tiyəsindən tutması nəticəsində əmələ gələ bilmələri inandırıcı deyildir. Çünki Təqsirləndirilən şəxs1 Eminin əlində olan bıçağın tiyəsindən tutub dartan zaman onun sağ əlinin digər barmaqlarında da kəsilmiş yaralar olmalı idi, eləcə də bıçağın tiyəsindən tutub dartan zaman Təqsirləndirilən şəxs1 sağ əlinin arxa səthində kəsilmiş yaralar əmələ gələ bilməzdi. Təqsirləndirilən şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin ekspertizaya təqdim olunmuş manikür-pedikür alətinin təsirindən əmələ gələ bilmələri inandırıcı deyildir. İş üzrə şahid qismində dindirilmiş X30 ifadəsində göstərmişdir ki, 2017-ci ildən MTE və PA ETT Birliyinin Binəqədi rayon şöbəsinin məhkəmə-tibb eksperti vəzifəsində işləyir. İş üzrə təyin edilmiş əlavə məhkəmə-tibbi ekspertizasının 27.11.2019-cu il tarixli, 42/780 nömrəli rəyi ilə tanış olmuş Təqsirləndirilən şəxs1 həmin ekspertiza rəyi əsaslandırılmadığından, bədən səthində olan xəsarətlər real əks etdirilmədiyindən ekspertiza rəyi ilə razı olmaması ilə bağlı o, göstərmişdir ki, Təqsirləndirilən şəxs1 barəsində olan məhkəmə tibbi-ekspertizasının 10.06.2019-cu il tarixli 780 saylı rəyi və əlavə məhkəmə-tibbi ekspertizasının 27.11.2019-cu il tarixli, 42/780 saylı rəyi onun tərəfindən verilmişdir. Bildirmək istəyir ki, hər iki rəydə texniki səhv nəticəsində Təqsirləndirilən şəxs1 sağ əlinin İİ barmağında olan xəsarət səhvən İV barmaq kimi qeyd olunmuşdur. Hər iki rəyin təsviri hissəsinin 2-ci bəndində Təqsirləndirilən şəxs1 bədənində aşkar olunmuş xəsarətlər qeyd olunmuşdur. 42/780 saylı rəyin nəticə hissəsinin 2-ci bəndində qeyd olunanlar rəyin təsviri hissəsində qeyd olunan xəsarətlərə əsaslanaraq yazılmışdır. Texniki səhvə baxmayaraq Təqsirləndirilən şəxs1 sağ əlinin yalnız İİ və İİİ barmaqlarında kəsilmiş yaraların aşkarlanmasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda təsvir olunan şəraitdə, yəni Təqsirləndirilən şəxs1 Eminin əlində olan bıçağın tiyəsindən tutub dartan zaman əmələ gələ bilmələri inandırıcı deyildir. Çünki Təqsirləndirilən şəxs1 Eminin əlində olan bıçağın tiyəsindən tutub dartan zaman Təqsirləndirilən şəxs1 sağ əlinin İV və V barmaqlarında da kəsilmiş yaralar olmalı idi. 42/780 saylı rəyin nəticə hissəsinin 3-cü bəndində qeyd olunanlarla əlaqədar göstərmişdir ki, ekspertizaya təqdim olunmuş manikür-pedikür alətinin yalnız üçbucaq şəkilli hissənin ucunun deşici olmasını və həmin hissənin kənarlarının nahamar olmasına əsaslanaraq demək olar ki, manikür-pedikür alətinin üçbucaq şəkilli hissəsi ilə yalnız deşici xəsarətlər yetirmək mümkündür. Ona görə də Təqsirləndirilən şəxs1 bədəni üzərində aşkar olunmuş xəsarətlərin manikür-pedikür aləti ilə yetirilməsi inandırıcı deyildir. Həmçinin o, bildirmişdir ki, qeyd oluna texniki səhv 10.06.2019-cu il tarixli 780 saylı rəyin nəticə hissəsinə də təsir etmir. Belə ki, Təqsirləndirilən şəxs1 sağ əlinin İİ və İİİ barmağında ola kəsilmiş yaralar və bədənində aşkar olunmuş digər xəsarətlər 09.05.2019-cu il tarixdə əmələ gələ bilərdilər və ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Həmin xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən kəsilmiş və səthi kəsilmiş yaralar kəsici əşyanın (ola bilsin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin) təsirindən, sıyrıqlar isə onun öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyalara dəyməsi nəticəsində əmələ gələ bilərdilər. Məhkəmə tibbi-ekspertizasının 11.06.2019-cu il tarixli, 854 saylı rəyində göstərilmişdir ki, Şahid7 bədən səthində aşkar olunmuş xəsarətlər – sağ bazu və sağ kürək nahiyyələrinin deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün KTM-ə mürüciət etdiyi 09.05.2019-cu il saat 23:50-dən bir qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 09.05.2019-cu il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Şahid7 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər deşici-kəsici əşyanın (ola bilsin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin) təsirindən əmələ gələ bilərdilər. Əlavə məhkəmə-tibbi ekspertizasının 27.11.2019-cu il tarixli, 43/854 saylı rəyində göstərilmişdir ki, Şahid7 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni Ə.X29 ayırmağa çalışarkən deşici-kəsici əşyanın təsirindən əmələ gələ bilərdilər. Şahid7 bədən səthindəki deşilmiş-kəsilmiş yaralar istintaq eksperimentində göstərilənlərə əsasən hadisə vaxtı Təqsirləndirilən şəxs1 əlində olan bıçaqla yetirilməsi daha inandırıcıdır. Ekspertizaya təqdim olunmuş manikür-pedikür alətinin üçbucaq şəkilli hissəsinin yalnız ucunun deşici olmasını və həmin hissənin kənarlarının küt olmasını nəzərə alaraq demək olar ki, Şahid7 bədən səthində aşkar olunmuş xəsarətlərin təqdim olunmuş manikür-pedikür alətinin təsirindən əmələ gələ bilmələri qeyri-mümkündür. Məhkəmə tibbi-ekspertizasının 18.06.2019-cu il tarixli, 774 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 bədən səthində aşkar olunmuş xəsarət – sol baldır nahiyyəsinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 09.05.2019-cu il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs2 bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət deşici-kəsici əşyanın (ola bilsin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin) təsirindən əmələ gələ bilərdi. Əlavə məhkəmə-tibbi ekspertizasının 27.11.2019-cu il tarixli, 41/774 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət - sol baldır nahiyyəsinin yuxarı 1/3-nin deşilmiş kəsilmiş yarası qərarın təsviri hissəsində göstərilə şəraitdə, yəni Z.Ə.X29 ayırmağa çalışarkən Həsənin əlində olan bıçağın onun sol baldır nahiyyəsinə dəyməsi nəticəsində əmələ gələ bilərdi. Təqsirləndirilən şəxs2 bədən səthində aşkar olunmuş xəsarətin ekspertizaya təqdim olunmuş manikür-pedikür alətinin təsirindən əmələ gələ bilməsi qeyri-mümkündür. Məhkəmə tibbi-ekspertizasının 20.06.2019-cu il tarixli, 68 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs meyitində aşağıda qeyd olunan 11 (on bir) ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yara, 27 (iyirmi yeddi) ədəd daxilə nüfuz etməyən deşilmişkəsilmiş yara, 17 (on yeddi) ədəd kəsilmiş yara, 11 (on bir) ədəd səthi kəsilmiş yara və 12 (on iki) ədəd cızıq aşkar edilmişdir: - Döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz edərək ürəyin sol mədəciyini zədələyən deşilmiş-kəsilmiş yarası (2,8x1,2sm ölçüdə); - Döş qəfəsinin sol yarısının ön səthinin sol plevra boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payını zədələyən deşilmiş-kəsilmiş yarası (3,0x1,4sm ölçüdə); - Döş qəfəsinin sağ yarısının ön səthinin qarın boşluğuna nüfuz edərək diafraqmanı və qaraciyərin sağ payını zədəyələn deşilmiş-kəsilmiş yarası (3,8x1,5sm ölçüdə); - Döş qəfəsinin sağ yarısının ön səthinin sağ plevra boşluğuna nüfuz edərək sağ ağciyərin yuxarı payını zədələyən deşilmiş-kəsilmiş yarası (3,5x1,0sm ölçüdə); - Qarının sol yarısının ön səthinin - epiqastral nahiyənin qarın boşluğuna nüfuz edərək nazik bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası (3,5x1,7sm ölçüdə); - Qarının sol-yan səthinin - mezoqastral nahiyənin qarın boşluğuna nüfuz edərək nazik bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası (3,8x1,8sm ölçüdə); - Döş qəfəsinin sol-yan səthinin sol plevra boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payını zədələyən deşilmiş-kəsilmiş yarası (3,0x1,3sm ölçüdə); - Döş qəfəsinin solyan səthinin sol plevra boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payını zədələyən deşilmiş-kəsilmiş yarası (3,8x1,8sm ölçüdə); - Döş qəfəsinin sol-yan səthinin qarın boşluğuna nüfuz edərək nazik bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası (3,7x1,4sm ölçüdə); - Döş qəfəsinin sağ-yan səthinin sağ plevra boşluğuna nüfuz edərək sağ ağciyərin aşağı payını zədələyən deşilmiş-kəsilmiş yarası (2,0x1,0sm ölçüdə); - Döş qəfəsinin sol yarısının arxa səthinin qarın boşluğuna nüfuz edərək daxili üzvləri zədələməyən deşilmiş-kəsilmiş yarası (3,8x1,5sm ölçüdə); - Döş qəfəsinin sol yarısının ön səthinin deşilmiş-kəsilmiş yarası (2,0x0,9sm ölçüdə); - Döş qəfəsinin sol yarısının ön səthinin deşilmiş-kəsilmiş yarası (2,5x1,0sm ölçüdə);- Döş qəfəsinin sağ yarısının ön səthinin deşilmiş-kəsilmiş yarası (2,4x1,0sm ölçüdə); - Döş qəfəsinin sağ yarısının ön səthinin deşilmiş-kəsilmiş yarası (2,6x1,0sm ölçüdə); - Döş qəfəsinin sol-yan səthinin deşilmiş-kəsilmiş yarası (3,2x1,0sm ölçüdə); - Döş qəfəsinin sol-yan səthinin deşilmiş-kəsilmiş yarası (3,4x1,3sm ölçüdə); -Döş qəfəsinin sol-yan səthinin deşilmiş-kəsilmiş yarası (3,8x0,5sm ölçüdə); - Döş qəfəsinin sağ-yan səthinin deşilmiş-kəsilmiş yarası (3,0x0,5sm ölçüdə); - Döş qəfəsinin sağ-yan səthinin deşilmiş-kəsilmiş yarası (2,8x0,7sm ölçüdə); - Döş qəfəsinin sağ-yan səthinin deşilmişkəsilmiş yarası (1,8x0,9sm ölçüdə); - Döş qəfəsinin sağ-yan səthinin deşilmiş-kəsilmiş yarası (1,4x0,8sm ölçüdə); -Sol bazu nahiyəsinin orta 1/3-nin arxa səthinin deşilmişkəsilmiş yarası (3,8x1,2sm ölçüdə); - Sol said nahiyəsinin orta 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yarası (3,8x1,7sm ölçüdə); - Sol said nahiyəsinin orta 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yarası (4,0x1,8sm ölçüdə); - Sol said nahiyəsinin yuxarı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası (3,5x1,0sm ölçüdə); - Sol said nahiyəsinin yuxarı 1/3nin ön səthinin deşilmiş-kəsilmiş yarası (4,0x1,5sm ölçüdə); - Sol said nahiyəsinin orta 1/3nin ön-iç səthinin deşilmiş-kəsilmiş yarası (12x5,5sm ölçüdə); - Sol baldır nahiyəsinin orta 1/3-nin iç səthinin deşilmiş-kəsilmiş yarası (4,5x2,0sm ölçüdə); - Sol baldır nahiyəsinin aşağı 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yarası (5,0x2,0sm ölçüdə); - Sol bazu nahiyəsinin yuxarı 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yarası (3,0x2,0sm ölçüdə); - Döş qəfəsinin sol yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası (2,8x1,3sm ölçüdə); - Döş qəfəsinin sol yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası ( 3,0x0,8sm ölçüdə); - Döş qəfəsinin sol yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası (2,6x0,8sm ölçüdə); - Döş qəfəsinin sol yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası (3,8x1,5sm ölçüdə); - Döş qəfəsinin arxa səthinin orta xətt üzrə deşilmiş-kəsilmiş yarası ( 3,0x1,0sm ölçüdə); - Döş qəfəsinin sağ yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası (3,8x1,0sm ölçüdə); - Sağ kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası (3,2x1,2sm ölçüdə); - Döş qəfəsinin sol yarısının ön səthinin kəsilmiş yarası (1,5x0,5sm ölçüdə); - Döş qəfəsinin sağ-yan səthinin kəsilmiş yarası (1,2x0,5sm ölçüdə); - Sol bazu nahiyəsinin yuxarı 1/3-nin bayır səthinin kəsilmiş yarası (2,8x1,0sm ölçüdə); - Sol said nahiyəsinin yuxarı 1/3-nin bayır səthinin kəsilmiş yarası (1,8x0,8sm ölçüdə); - Sol said nahiyəsinin orta 1/3-nin ön səthinin kəsilmiş yarası (2,5x1,0sm ölçüdə); - Sağ bazu nahiyəsinin orta 1/3-nin arxa səthinin kəsilmiş yarası (4,0x2,0sm ölçüdə); - Sağ mil-bilək oynağı nahiyəsinin iç səthinin kəsilmiş yarasl (2,5x0,4sm ölçüdə); - Döş qəfəsinin sol yarısının arxa səthinin kəsilmiş yarası (3,0x1,5sm ölçüdə); - Döş qəfəsinin sağ yarısının arxa səthinin kəsilmiş yarası (1,5x0,8sm ölçüdə); - Döş qəfəsinin sağ yarısının arxa səthinin kəsilmiş yarası (2,2x0,8sm ölçüdə); - Bel nahiyəsinin sağ yarısının kəsilmiş yarası (2,3x0,8sm ölçüdə); - Sol bud nahiyəsinin yuxarı 1/3-nin arxa səthinin kəsilmiş yarası (1,9x0,4sm ölçüdə); - Başın ənsə nahiyəsinin kəsilmiş yarası (2,3x0,4sm ölçüdə); - Sağ çiyin qurşağının ön səthinin kəsilmiş yarası (1,3x0,8sm ölçüdə); - Sol bazu nahiyəsinin yuxarı 1/3-nin bayır səthinin kəsilmiş yarası (1,3x0,5sm ölçüdə); - Sağ bazu nahiyəsinin yuxarı 1/3-nin iç səthinin kəsilmiş yarası (1,3x0,4sm ölçüdə); - Döş qəfəsinin sol yarısının ön səthinin kəsilmiş yarası (0,8x0,4sm ölçüdə); - Sol said nahiyəsinin yuxarı 1/3-nin bayır səthinin səthi kəsilmiş yarası (1,2x0,3sm ölçüdə); - Qarının sol yarısının ön səthinin- mezoqastral nahiyənin səthi kəsilmiş yarası (0,8x0,3sm ölçüdə); - Qarının sağ yarısının ön səthinin - hipoqastral nahiyəni səthi kəsilmiş yarası (1,0x0,5sm ölçüdə); - Döş qəfəsinin sol-yan səthinin kəsilmiş yarası (0,5x0,3sm ölçüdə); - Döş qəfəsinin sağ-yan səthinin səthi kəsilmiş yarası (0,6x0,3sm ölçüdə); - Döş qəfəsinin sağ-yan səthinin səthi kəsilmiş yarası (0,5x0,3sm ölçüdə); - Döş qəfəsinin sağ-yan səthinin səthi kəsilmiş yarası (1,0x0,5sm ölçüdə); - Sağ çiyin qurşağının ön səthinin səthi kəsilmiş yarası (0,8x0,4sm ölçüdə); - Döş qəfəsinin sol yarısının arxa səthinin səthi kəsilmiş yarası (1,0x0,5sm ölçüdə); - Döş qəfəsinin sol yarısının arxa səthinin səthi kəsilmiş yarası (1,0x0,4sm ölçüdə); - Qarının sağ yarısının ön səthinin - epiqastral nahiyənin səthi kəsilmiş yarası (1,2x0,3sm ölçüdə); - Qarının sağ yarısının ön səthinin – epiqastral nahiyənin cızığı (9,5x0,5sm ölçüdə); - Boyunun sağ-yan səthinin cızığı (5,0x0,2sm ölçüdə); - Boyunun sağ-yan səthinin cızığı (4,0x0,2sm ölçüdə) - Boyunun solyan səthinin 6 ədəd cızığı (ən kiçiyinin ölçüsü 3,2x0,5sm, ən böyüyünün ölçüsü isə 6,0x0,5sm); - Sol bazu oynağı nahiyəsinin ön səthinin cızığı (3,0x0,3sm ölçüdə); - Sol bazu nahiyəsinin orta 1/3-nin arxa səthinin 2 ədəd cızığı (3,0x0,2sm və 3,5x0,2sm ölçülərdə). Qeyd olunan xəsarətlər həyatidirlər və Zərərçəkmiş şəxs ölümündən az əvvəl əmələ gəlmişdirlər. Həmin xəsarətlərdən döş qəfəsinin sol yarısının ön səthinin 2(iki) ədəd, döş qəfəsinin sağ yarısının ön səthinin 2(iki) ədəd, qarının sol yarısının ön səthinin epiqastral nahiyənin 1 ədəd, qarının sol-yan səthinin - mezoqastral nahiyənin 1(bir) ədəd, döş qəfəsinin sol-yan səthinin 2 ədəd, qarının sol-yan səthinin - epiqastral nahiyənin 1(bir) ədəd, döş qəfəsinin sağ-yan səthinin 1 ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin 1(bir) ədəd ( ümumilikdə 11 ədəd) daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralarının hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın, daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar və kəsilmiş yaralar hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərinə malikdirlər, səthi kəsilmiş yaralar və cızıqlar isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin), kəsilmiş və səthi kəsilmiş yaralar iti kənarlı alətin (alətlərin), cızıqlar isə iti uclu alətin (əşyanın) təsirindən əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş dəri yaralarının ölçülərinə və yara kanallarının dərinliyinə əsasən demək olar ki, döş qəfəsinin sağ-yan səthinin sağ plevra boşluğuna nüfuz edərək sağ ağciyərin aşağı payını zədələyən deşilmiş-kəsilmiş yarasının ekspertizaya təqdim edilmiş bıçağın təsirindən əmələ gələ bilməsi istisna olunur, digər daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralar isə ekspertizaya təqdim edilmiş bıçağın təsirindən əmələ gələ bilərdilər. Daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar, kəsilmiş yaralar, səthi kəsilmiş yaralar və cızıqlar isə ekspertizaya təqdim edilmiş bıçağın, eləcə də digər kəsici kənara və iti uca malik əşyanın təsirindən əmələ gələ bilərdilər. Beləliklə, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterik xüsusiyyətləri onu deməyə imkan verir ki, həmin yaralar ən azı iki bıçağın təsirindən əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb ürəyin, hər iki ağ ciyərin, qaraciyərin və nazik bağırsağın yaralanması ilə müşaiyət olunan döş qəfəsinin və qarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralarının, eləcə də bədən səthinin çoxsaylı deşilmiş-kəsilmiş və kəsilmiş yaralarının törətdiyi kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü meyitin meyitxanada müayinəsi başlanandan (meyitin müayinəsi 10.05.2019-cu il tarixdə saat 09.00-da başlanmışdır) 8-12 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır. Məhkəmə genetik ekspertizasının 12.06.2019-cu il tarixli, 19/211R saylı rəyində göstərilmişdir ki, hadisə yerində asfalt örtüyündən götürülmüş “1” nömrəli qaşıntı üzərində olan qan nümunəsi Zərərçəkmiş şəxs, asfalt örtüyündən götürülmüş “2”, “6”, “13” nömrəli qaşıntı və 01 (bir) ədəd “3” nömrə ilə işarələnmiş ağac yarpağı üzərində olan qan nümunəsi isə Şahid7 məxsusdur. Asfalt örtüyündən götürülmüş “5”, “7”, “8”, “9”, “10”, “11”, “12”, “14” nömrəli qaşıntı və “1”, “4”, “15” nömrəli pambıq tampon üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər insana məxsus bioloji material mövcud deyildir. Bu səbəbdən həmin obyektlər üzərində müqayisəli tədqiqatın keçirilməsi mümkün olmadı. Həmçinin ekspertiza nəticəsində müəyyən edildi ki, “BMW X5” model “** XE ***” dövlət qeydiyyat nişanlı avtomobilin salonuna baxış keçirilən zaman götürülmüş “1”, “2”, “3”, ”4”, “7”, “9”, “12”, “15” nömrəli pambıq tampon, “16” sıra sayı üzrə nömrələnmiş 01 (bir) ədəd rezin döşəmə üzərində olan qan nümunələri Zərərçəkmiş şəxs, “5”, “6” nömrəli pambıq tampon üzərində olan qan nümunələri isə Şahid7 məxsusdur. Avtomobilin salonuna baxış keçirilən zaman götürülmüş “13” sıra sayı üzrə nömrələnmiş 01 (bir) ədəd kağız döşəmə üzərində həm Zərərçəkmiş şəxs və həm də Şahid7 məxsus qan nümunələri aşkar edildi. Avtomobilin salonuna baxış keçirilən zaman götürülmüş “8”, “10”, “11”, ”14” nömrəli pambıq tampon üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər insana məxsus bioloji material mövcud deyildir. Bu səbəbdən həmin obyektlər üzərində müqayisəli tədqiqatın keçirilməsi mümkün olmadı. Bundan əlavə ekspertiza nəticəsində müəyyən edildi ki, “BMW X5” model “** XE ***” dövlət qeydiyyat nişanlı avtomobilin salonuna baxış keçirilən zaman götürülmüş 01 (bir) ədəd “Parlament” markalı siqaret kötüyü üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər insana məxsus bioloji mənşəli material mövcud deyildir. Bu səbəbdən həmin obyekt üzərində müqayisəli tədqiqatın keçirilməsi mümkün olmadı; avtomobilin salonuna baxış keçirilen zaman götürülmüş 05 (beş) ədəd salfet üzərində olan bioloji mənşəli materiallar qarışıq iplidir və müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün yararsızdır; avtomobilin salonuna baxış keçirilən zaman götürülmüş 01 (bir) ədəd kağız və 01 (bir) ədəd şahmat fiquru üzərində qanabənzər ləkə aşkar edilmədi. Məhkəmə tibbi kriminalistik və kriminalistik ekspertizasının 24.05.2019-cu il tarixli, 232/2019-MTKŞ nömrəli rəyində göstərilmişdir ki, Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön sağ yarımhissəsində 03 (üç) ədəd, ön sol yarımhissəsində 01 (bir) ədəd, arxa orta yuxarı hissəsində 01 (bir) ədəd, arxa sağ hissəsində 03 (üç) ədəd, arxa sol hissəsində 01 (bir) ədəd, sol qolunun üzərində 32 (otuz iki) ədəd, sol qolun arxa səthində 01 (bir) ədəd, ümumi 42 (qırx iki) ədəd; köynəyin ön sağ orta hissəsində 06 (altı) ədəd, ön orta hissəsində 11 (on bir) ədəd, ön sol yuxarı hissəsində 07 (yeddi) ədəd, ön sol çiyin nahiyəsində 02 (iki) ədəd, arxa sol hissəsində 06 (altı) ədəd, arxa orta hissəsində 08 (səkkiz) ədəd, arxa sağ səthində aşağıda 01 (bir) ədəd, ön hissəsində yuxanda çiyin nahiyədə 01 (bir) ədəd, sol qolunun ön hissəsində 01 (bir) ədəd, sol qolunun arxa hissəsində 01 (bir) ədəd, ümumi 44 (qırx dörd) ədəd; şalvarın sol ayağının ön hissəsində 01 (bir) ədəd, sol ayağınm iç tikişi üzərində 01 (bir) ədəd, arxa hissəsində sol cibi üzərində 01 (bir) ədəd, ümumi 3 (üç) ədəd; tumanın arxa aşağı səthində 01 (bir) ədəd deşilmiş-kəsilmş zədələr aşkar edildi. Bu zədələr ucu, iti ülgücü və küpü itibucaqşəkilli olan yastı tiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gəlmişlər, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin arxa hissəsində aşağıda, rezin manjetin üzərində 02 (iki) ədəd və köynəyin ön sağ aşağı hissəsində 06 (altı) ədəd deşilmiş-kesilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, ülgücü və «P» vari küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişlər. Göstərilən zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və manikür-pedikür alətin təsirindən əmələ gəlməsi istisna olunur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin əsasən ön və arxa sağ hissələrdə və köynəyin demək olar ki, bütün səthi boyu xırda ölçülü çoxsaylı (20 ədədə qədər) deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu və kəsici kənarı olan alətin təsirindən əmələ gəlmişlər, o cümlədən ekspertizaya təqdim edilmiş manikürpedikür alətin və ya oxşar konstruktiv xüsusiyyətə malik digər alət (əşyanın) təsirindən əmələ gəlməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin sol yan, sol qol və sağ yan tikiş xətləri üzrə məhdud sökülmüş zədələr aşkar edildi. Bu zədələr gödəkçənin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılma nəticəsində əmələ gələ bilərdilər. Ekpsertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus şalvar, çanta və hadisə yerindən götürülmüş köynək üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş «BMW X5» markalı avtomobilin sol ön oturacağının bel hissəsində ortada 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə və sol hissəsində bir ədəd səthi cızılmış zədə aşkar edildi. Bu zədələr ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin tiyəsinin təsirindən əmələ gəlmişlər, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın təsirindən əmələ gəlməsi istisna olunmur. Göstərilən zədənin istiqaməti öndən arxaya və cüzi olaraq soldan sağa meyillidir. Ekspertizaya təqdim edilmiş «BMW X5» markalı avtomobilin sol ön oturacağının aşağı hissəsində 01 (bir) ədəd deşilmiş-cırılmış zədə aşkar edildi. Bu zədə hər hansı bir deşici alətin təsirindən əmələ gəlmişdir, öncədən deşilmiş sonradan isə dartılaraq cırılmışdır, o cümlədən ekspertizaya təqdim edilmiş manikür-pedikür alətin və ya oxşar konstruktiv xüsusiyyətə malik digər alət (əşyanın) təsirindən əmələ gəlməsi istisna olunmur. Göstərilən zədənin istiqaməti yuxarıdan aşağı və bir qədər sağdan sola meyillidir. Ekspertizaya təqdim olunmuş bıçaq kustar üsulla hazırlanmış ümumi təyinatlı qatlanmayan tipli ov bıçağıdır və deçici-kəsici xassəyə malik soyuq silahdır. Məhkəmə-tibbi bioloji ekspertizasının 30.05.2019-cu il tarixli, 344/2019-MTBŞ saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A beta (H) /İİ/-dir. Ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq, 02 ədəd pambıq topası, hadisə yerindən götürülmüş uzunqol köynək, Təqsirləndirilən şəxs1 məxsus şalvar(və kəmər), Zərərçəkmiş şəxs məxsus şalvar(və kəmər), tuman, bir cüt corab, qısaqol mayka, gödəkçə üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alındı. Bu qan ləkələri A-beta(H)/İİ/ qruplu şəxsə(şəxslərə), o cümələdən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş pedikür alət üzərində olan ləkələrdə qan aşkar olunmadı. Məhkəmə-trasoloji ekspertizasının 22.07.2019-cu il tarixli, 17009 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “BMV X5” markalı avtomobilin və təkərlərin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədənin, izin yerləşdiyi yeri, ölçüsü və sayı verilib. Həmin zədələrdən avtomobilin üzərində olan “a, b, c, ç, d, e” zədələrin xarakteri fiziki qüvvə tətbiq etməklə hər-hansı kəsici, deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranması mümkündür. Belə predmetə təqdim edilmiş bıçaq, o cümlədən oxşar bıçaq tiyələri aiddir. Təqdim edilmiş avtomobilin sol yan güzgü gövdəsində olan zədə (üzlüyün qopması) hər-hansı kənar predmetin təsirindən yaranmağa uyğun gəlir. Materialların məhkəmə (lifli) ekspertizasının 01.08.2019-cu il tarixli, 16969 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin səthi üzərindən tapılmış göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd köynəyin, 01 ədəd gödəkçənin, 01 ədəd alt tumanının səthləri üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Şahid8 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd puloverin və hadisə yerindən götürüldüyü qeyd edilən 01 ədəd köynəyin tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş “BMV X5” markalı avtomobilin ön sol, sağ və arxa oturacaqlarından mikrohissəciklərin götürüldüyü qeyd edilən 04 ədəd daktiloplyonkaların səthləri üzərindən aşkar edilmiş lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, Şahid8 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın və 01 ədəd puloveri və hadisə yerindən götürüldüyü qeyd edilən 01 ədəd köynəyin tərkib liflərindən yoxdur. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 30.07.2019-cu il tarixli, 1439 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 az ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri - xasiyyətcə əsəbi, emosional reaksiyalara meylli olması, 2012-ci ildə “Üzvi şəxsiyyət pozuntusu” diaqnozu ilə SN 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə olunması, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər - təfəkkürün tempinin ləngiməsi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhval-ruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssaslığının artması və s. sübut edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs2 aşkar edilən üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, ittiham olunan əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkəti, Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs2la istintaq hərəkətlərinin aparılması mümkündür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə, belə nəticəyə gəlinir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 intellektual imkanları normaya uyğundur. Təfəkkürü bir qədər müfəssəl, torpidd olsa da, tənqidliyi, ümumiləşdirmə, analizetmə və proqnozlaşdırma kimi keyfiyyəti normaya uyğundur. Şəxsi keyfiyyətlərində və emosiolnal-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik aşkar olunur. İnadkarlıq, hövsələsizlik, kobudluq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 hadisələr baş verən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək- hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 06.08.2019-cu il tarixli, 1493 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhiükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-d maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə psixoloji ekspertizası üzrə belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs1 intellektual-mnesük imkanları normaya uyğundur, əqli və psixi inkişafında gerilik əlamətləri müəyyən edilmir. Emosional iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Ünsiyyətçillik, həssaslıq, tez qərar vermək kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində həyəcan, hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs1 hadisə baş verən zaman hərəkət və davranışını şüurlu olaraq idarə etməsinə, məhdudlaşdırmasına təsir göstərə biləcək psixi-emosional vəziyyətdə olmamış, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur ki, o, 30 aprel 2019-cu il tarixdə günorta saatlarında əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunaraq, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Zərərçəkmiş şəxs özünün barəsində kimlərinsə polisə məlumat verməsini ona bildirdikdə, o, həmin söhbətin ona eham vurulması kimi qəbul etdiyindən aralarında yaranmış mübahisəyə tanışı Təqsirləndirilən şəxs1 müdaxilə etdikdə, Zərərçəkmiş şəxs həmin müdaxiləni özünə hörmətsizlik kimi qəbul edərək buna görə Təqsirləndirilən şəxs1 cəzalandıracığını bildirmiş, həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs onunla arasında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün özünə məxsus “BMW X5” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun yaşadığı Binəqədi rayonu, İsrafil Həşimov küçəsində yerləşən 27 saylı evin qarşısına gəlib ona avtomobilinə əyləşməsini bildirdikdə, o, avtomobilin sağ ön oturacağına əyləşdikdən sonra, Təqsirləndirilən şəxs1 də avtomobilin arxa oturacağında əyləşdikdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 avtomobildən düşməsini bildirsə də, Təqsirləndirilən şəxs1 yalnız onun razılığından sonra avtomobildən düşmüş, bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 hörmətsizlik etməsini bağışlamayacağını, sonuncu ilə ayrıca söhbət edəcəyini bildirmiş, lakin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 mütəmadi hədələməsi, onun Təqsirləndirilən şəxs1 müdafiə etməsi və qoruması, habelə Zərərçəkmiş şəxs 09 may 2019-cu il tarixdə saat 20 radələrində ona məxsus “Nargilə” çay evinə gedərək orada işləyən şəxslərə “Zaura deyərsiz kafeni məndən təhvil alar” deməklə ona mesajının çatdırılmasını bildirməsi aralarında olan ədavəti daha da böyütmüş, qeyd edilən səbəblərdən qisas almaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib, Təqsirləndirilən şəxs1 soyuq silah hesab olunan bir ədəd kustar üsulla hazırlanmış ümumi təyinatlı qatlanmayan tipli deşici-kəsici xassəyə malik bıçaqla, o isə istintaqa məlum olmayan bıçaqla silahlanmış, 09 may 2019-cu il tarixdə saat 23:20 radələrində o, Təqsirləndirilən şəxs1lə birlikdə yaşadığı evinə doğru gedərkən Zərərçəkmiş şəxs avtomobilinin evinin yaxınlığında Binəqədi rayonu İsrafil Həşimov küçəsində yerləşən 8 saylı binanın tinində yolda dayanmasını və Zərərçəkmiş şəxs onun atası Şahid7la avtomobilin içərisində söhbət etməsini görüb, bu məqamı əlverişli şərait kimi qiymətləndirərək o, cinayətkar niyyətini həyata keçirmək üçün üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçağı çıxarıb avtomobilin sol ön qapısının açıq pəncərəsindən əli ilə Zərərçəkmiş şəxs köynəyinin yaxasından tutub sıxdıqdan sonra sonuncunun bədəninə bıçaqla bir neçə zərbə vurmuş, həmin vaxt Təqsirləndirilən şəxs1 onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs qəsdən öldürməyə yönəlmiş ümumi niyyətlərini həyata keçirmək üçün çantasında gəzdirdiyi kustar üsulla hazırlanmış ümumi təyinatlı qatlanmayan tipli deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən bıçağı çıxararaq Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə bir neçə zərbə vurmuş, Zərərçəkmiş şəxs avtomobilin salonunda hərəkət edərək ön sağ oturacağa keçməyə cəhd edərkən avtomobilin sürətlər qutusunun pilləsi dəyişdiyindən avtomobil geri istiqamətdə hərəkət edərək arxa təkərləri havada olmaqla səkinin üzərində dayanmış, Zərərçəkmiş şəxs avtomobilin sağ ön qapısından çıxmaq istədikdə, o, Təqsirləndirilən şəxs1lə birlikdə avtomobilin ön hissəsindən keçib sağ ön qapıya yaxınlaşıb dayanaraq müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək, işgəncə və xüsusi ağrılar verməklə xüsusi amansızlıqla yenə də Zərərçəkmiş şəxs əvvəl avtomobilin içərisində, sonra avtomobilin içərisindən çıxarmaqla küçədə Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə bıçaqla zərbələr vurmaqla, sonuncuya qarının sağ yarısının ön səthinin – epiqastral nahiyənin cızığı (9,5x0,5sm ölçüdə), boyunun sağ-yan səthinin cızığı (5,0x0,2sm ölçüdə), boyunun sağ-yan səthinin cızığı (4,0x0,2sm ölçüdə), boyunun sol-yan səthinin 6 ədəd cızığı (ən kiçiyinin ölçüsü 3,2x0,5sm, ən böyüyünün ölçüsü isə 6,0x0,5sm), sol bazu oynağı nahiyəsinin ön səthinin cızığı (3,0x0,3sm ölçüdə), sol bazu nahiyəsinin orta 1/3-nin arxa səthinin 2 ədəd cızığı (3,0x0,2sm və 3,5x0,2sm ölçülərdə), sol said nahiyəsinin yuxarı 1/3-nin bayır səthinin səthi kəsilmiş yarası (1,2x0,3sm ölçüdə), qarının sol yarısının ön səthinin- mezoqastral nahiyənin səthi kəsilmiş yarası (0,8x0,3sm ölçüdə), qarının sağ yarısının ön səthinin hipoqastral nahiyəni səthi kəsilmiş yarası (1,0x0,5sm ölçüdə), döş qəfəsinin sol-yan səthinin kəsilmiş yarası (0,5x0,3sm ölçüdə), döş qəfəsinin sağ-yan səthinin səthi kəsilmiş yarası (0,6x0,3sm ölçüdə), döş qəfəsinin sağ-yan səthinin səthi kəsilmiş yarası (0,5x0,3sm ölçüdə), döş qəfəsinin sağ-yan səthinin səthi kəsilmiş yarası (1,0x0,5sm ölçüdə), sağ çiyin qurşağının ön səthinin səthi kəsilmiş yarası (0,8x0,4sm ölçüdə), döş qəfəsinin sol yarısının arxa səthinin səthi kəsilmiş yarası (1,0x0,5sm ölçüdə), döş qəfəsinin sol yarısının arxa səthinin səthi kəsilmiş yarası (1,0x0,4sm ölçüdə), qarının sağ yarısının ön səthinin epiqastral nahiyənin səthi kəsilmiş yarası (1,2x0,3sm ölçüdə) kimi sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcələri təyin edilməyən 23 (iyirmi üç) ədəd, döş qəfəsinin sol yarısının ön səthinin kəsilmiş yarası (1,5x0,5sm ölçüdə), döş qəfəsinin sağ-yan səthinin kəsilmiş yarası (1,2x0,5sm ölçüdə), sol bazu nahiyəsinin yuxarı 1/3-nin bayır səthinin kəsilmiş yarası (2,8x1,0sm ölçüdə), sol said nahiyəsinin yuxarı 1/3nin bayır səthinin kəsilmiş yarası (1,8x0,8sm ölçüdə), sol said nahiyəsinin orta 1/3-nin ön səthinin kəsilmiş yarası (2,5x1,0sm ölçüdə), sağ bazu nahiyəsinin orta 1/3-nin arxa səthinin kəsilmiş yarası (4,0x2,0sm ölçüdə), sağ mil-bilək oynağı nahiyəsinin iç səthinin kəsilmiş yarası (2,5x0,4sm ölçüdə), döş qəfəsinin sol yarısının arxa səthinin kəsilmiş yarası (3,0x1,5sm ölçüdə), döş qəfəsinin sağ yarısının arxa səthinin kəsilmiş yarası (1,5x0,8sm ölçüdə), döş qəfəsinin sağ yarısının arxa səthinin kəsilmiş yarası (2,2x0,8sm ölçüdə), bel nahiyəsinin sağ yarısının kəsilmiş yarası (2,3x0,8sm ölçüdə), sol bud nahiyəsinin yuxarı 1/3-nin arxa səthinin kəsilmiş yarası (1,9x0,4sm ölçüdə), başın ənsə nahiyəsinin kəsilmiş yarası (2,3x0,4sm ölçüdə), sağ çiyin qurşağının ön səthinin kəsilmiş yarası (1,3x0,8sm ölçüdə), sol bazu nahiyəsinin yuxarı 1/3-nin bayır səthinin kəsilmiş yarası (1,3x0,5sm ölçüdə), sağ bazu nahiyəsinin yuxarı 1/3-nin iç səthinin kəsilmiş yarası (1,3x0,4sm ölçüdə), döş qəfəsinin sol yarısının ön səthinin kəsilmiş yarası (0,8x0,4sm ölçüdə), döş qəfəsinin sol yarısının ön səthinin deşilmiş-kəsilmiş yarası (2,0x0,9sm ölçüdə), döş qəfəsinin sol yarısının ön səthinin deşilmiş-kəsilmiş yarası (2,5x1,0sm ölçüdə), döş qəfəsinin sağ yarısının ön səthinin deşilmiş-kəsilmiş yarası (2,4x1,0sm ölçüdə), döş qəfəsinin sağ yarısının ön səthinin deşilmiş-kəsilmiş yarası (2,6x1,0sm ölçüdə), döş qəfəsinin sol-yan səthinin deşilmiş-kəsilmiş yarası (3,2x1,0sm ölçüdə), döş qəfəsinin sol-yan səthinin deşilmiş-kəsilmiş yarası (3,4x1,3sm ölçüdə), döş qəfəsinin solyan səthinin deşilmiş-kəsilmiş yarası (3,8x0,5sm ölçüdə), döş qəfəsinin sağ-yan səthinin deşilmiş-kəsilmiş yarası (3,0x0,5sm ölçüdə), döş qəfəsinin sağ-yan səthinin deşilmişkəsilmiş yarası (2,8x0,7sm ölçüdə), döş qəfəsinin sağ-yan səthinin deşilmiş-kəsilmiş yarası (1,8x0,9sm ölçüdə), döş qəfəsinin sağ-yan səthinin deşilmiş-kəsilmiş yarası (1,4x0,8sm ölçüdə), sol bazu nahiyəsinin orta 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yarası (3,8x1,2sm ölçüdə), sol said nahiyəsinin orta 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yarası (3,8x1,7sm ölçüdə), sol said nahiyəsinin orta 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yarası (4,0x1,8sm ölçüdə), sol said nahiyəsinin yuxarı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası (3,5x1,0sm ölçüdə), sol said nahiyəsinin yuxarı 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası (4,0x1,5sm ölçüdə), sol said nahiyəsinin orta 1/3-nin ön-iç səthinin deşilmiş-kəsilmiş yarası (12x5,5sm ölçüdə), sol baldır nahiyəsinin orta 1/3-nin iç səthinin deşilmiş-kəsilmiş yarası (4,5x2,0sm ölçüdə), sol baldır nahiyəsinin aşağı 1/3-nin bayır səthinin deşilmişkəsilmiş yarası (5,0x2,0sm ölçüdə), sol bazu nahiyəsinin yuxarı 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yarası (3,0x2,0sm ölçüdə), döş qəfəsinin sol yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası (2,8x1,3sm ölçüdə), döş qəfəsinin sol yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası (3,0x0,8sm ölçüdə), döş qəfəsinin sol yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası (2,6x0,8sm ölçüdə), döş qəfəsinin sol yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası (3,8x1,5sm ölçüdə), döş qəfəsinin arxa səthinin orta xətt üzrə deşilmiş-kəsilmiş yarası (3,0x1,0sm ölçüdə), döş qəfəsinin sağ yarısının arxa səthinin deşilmiş-kəsilmiş yarası (3,8x1,0sm ölçüdə), sağ kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası (3,2x1,2sm ölçüdə) kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərinə malik 44 (qırx dörd) ədəd, ürəyin, hər iki ağ ciyərin, qaraciyərin və nazik bağırsağın yaralanması ilə müşaiyət olunan döş qəfəsinin və qarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralarının, eləcə də bədən səthinin çoxsaylı deşilmiş-kəsilmiş və kəsilmiş yaralarının törətdiyi kəskin qanitirmə nəticəsində ölümə səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz edərək ürəyin sol mədəciyini zədələyən deşilmiş-kəsilmiş yarası (2,8x1,2sm ölçüdə), döş qəfəsinin sol yarısının ön səthinin sol plevra boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payını zədələyən deşilmiş-kəsilmiş yarası (3,0x1,4sm ölçüdə), döş qəfəsinin sağ yarısının ön səthinin qarın boşluğuna nüfuz edərək diafraqmanı və qaraciyərin sağ payını zədəyələn deşilmiş-kəsilmiş yarası (3,8x1,5sm ölçüdə), döş qəfəsinin sağ yarısının ön səthinin sağ plevra boşluğuna nüfuz edərək sağ ağciyərin yuxarı payını zədələyən deşilmiş-kəsilmiş yarası (3,5x1,0sm ölçüdə), qarının sol yarısının ön səthinin - epiqastral nahiyənin qarın boşluğuna nüfuz edərək nazik bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası (3,5x1,7sm ölçüdə), qarının sol-yan səthinin - mezoqastral nahiyənin qarın boşluğuna nüfuz edərək nazik bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası (3,8x1,8sm ölçüdə), döş qəfəsinin sol-yan səthinin sol plevra boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payını zədələyən deşilmiş-kəsilmiş yarası (3,0x1,3sm ölçüdə), döş qəfəsinin sol-yan səthinin sol plevra boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payını zədələyən deşilmişkəsilmiş yarası (3,8x1,8sm ölçüdə), döş qəfəsinin sol-yan səthinin qarın boşluğuna nüfuz edərək nazik bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası (3,7x1,4sm ölçüdə), döş qəfəsinin sağ-yan səthinin sağ plevra boşluğuna nüfuz edərək sağ ağciyərin aşağı payını zədələyən deşilmiş-kəsilmiş yarası (2,0x1,0sm ölçüdə), döş qəfəsinin sol yarısının arxa səthinin qarın boşluğuna nüfuz edərək daxili üzvləri zədələməyən deşilmiş-kəsilmiş yarası (3,8x1,5sm ölçüdə) kimi hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid 11 (on bir) ədəd bədən xəsarətlərini yetirməklə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. İbtidai istintaq orqaın tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4-cü maddələri ilə ilə elan olunmuş ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, idmançıdır, idmanın kikboks üzrə növündə dərs deyir. Təqsirləndirilən şəxs1 uzun illərdir ki, 6-cı Mikrorayonda yaşayan oğlan kimi tanımış, Həsən onun idman zalında ondan «kikboks» idman növü üzrə dərs almışdır. Həsənlə münasibəti həmişə yaxşı olmuş, Həsən tez-tez onun çayxanasına gəlmiş, onunla söhbət etmişdir. Zərərçəkmiş şəxs hadisədən 1 ildən artıq olardı ki, qardaşı Şahid1 görə tanımışdır. Belə ki, Elçin uzun illər qonşusu olmuş, Elçinlə dost olmuşdur. Emin uzun müddət məhkumluq həyatı yaşamış, Eminlə münasibəti yaxşı olmuşdur, Eminin xına mərasimində anası ilə iştirak etmiş, Eminin toyunda isə qardaşı Zamin iştirak etmişdir. Elçin Moskva şəhərində olduğu üçün Emin Binəqədi Rayon Polis İdarəsinin X4 zaman Eminə Həsən vasitəsi ilə bir neçə dəfə yemək, pul göndərmişdir. Emin həbsdən çıxandan sonra 2019-cu ilin aprel ayının sonlarında bir dəfə polis sahə müvəkkili ona zəng edib Eminin telefon nömrəsini istəmiş, o, da Elçinə zəng edib Eminin nömrəsini polisin istədiyini demiş, Elçin də ona Eminin nömrəsini vermişdir. Bu zaman Emin özü ona zəng edib kimin axtardığını soruşmuş, o də Eminə 7-ci Polis Bölməsinin müavinin onu ev dustaqlığına görə axtardığını, zəng edib müavinlə mehriban danışmasını demişdir. Təxminən 1 saat sonra “Nargilə” çay evində olan zaman Emin çay evinin yanında olan moykaya gəlib avtomobilini yuduzdurmuş, Emin ona qışqıraraq “Həci təksən? Gəlim yanına dərtləşək” sözlərini demişdir. O, moykanın yanına gəlmiş, Eminlə ayaqüstü söhbət etmiş, aralarında X34 gedib müavinlə söhbət etməsi barədə danışıq olmuşdur. Emin ona müavinlə görüşdüyünü, həmçinin “Həci, məni məhləmizdən kimsə polisə satır” demişdir. 2 gün əvvəl Emini polislər saxlamış, o, Eminə ətrafında olan uşaqlardan şübhələnməsini demiş, təzə ailə həyatı qurduğunu, həyatını ailəsinə sərf etməsini məsləhət görmüşdür. Emin “yaxınlarından şübhələn” sözündən qıcıqlanmış, həmin vaxt təsadüfən Həsən yaxınlaşıb salam vermiş, bu zaman Emin acıqlı formada Həsənə “görürsən söhbət edirik, söhbətimizə icazəsiz daxil olub mane olursan”, demişdir. Bu sözlər Həsənin xoşuna gəlməmiş və Həsən demişdir ki, ərk edib yaxınlaşmışdır. O, Həsənə kənarda durmasını demiş, Emin avtomobilinə oturmuş, onu evinin qarşısında düşürtmüşdür. Elçinə zəng edib hadisəni danışanda Elçin demişdir ki, “Eminə deyəcəm, gəlib sənin könlünü alacaq, sən də onun könlünü alarsan, biz qardaşıq”. Həsən gəlmiş, ona demişdir ki, Emini görəndə mehribançılıq etsin, aralarında anlaşılmazlıq olub. Həyətdə Həsənlə söhbət edəndə Emin maşını ilə evinin qarşısına gəlmiş, Emin ona a “Həci, otur maşına, söhbət edək” demiş, Eminin avtomobilinə qabaq sağ oturacağa əyləşmiş, bu zaman Həsən Eminin arxasında arxa oturacaqda oturmuşdur. Emin acıqlanıb Həsənə “sən niyə oturdun maşına, düş aşağı” demiş, Həsən avtomobildən düşmədiyi üçün Emin söyüşlə qışqıraraq Həsənə maşından düşməsini, yoxsa vuracağını demişdir. Emin yüksək səslə qışqırdığı üçün səsə qardaşı Zamin gəlmiş, Zamin Eminə demişdir ki, “Emin qaqa, nə olub, niyə qışqırırsan” Emin isə Həsəni göstərib, “gəl bunu maşından rədd elə, vurub qanına qəltan edəcəm”. Zamin Həsəni düşürtmüş və Zamin özü maşına oturub mehribançılıq edərək Emini sakitləşdirməyə çalışmışdır. Emin də bu zaman telefonla kiməsə zəng edib “Həsən mənə hörmətsizlik elədi, onu gəlin tapın, vurub cırıq-cırıq edin”, pəncərədən Həsənə “qayıdım, səni qanına-qəltan edəcəm” demişdir. Emin maşını sürmüş, yolda ona demişdir ki, “Həsəni qudurtmusan, mənim sözümü eşitmir, hörmətsizlik edir”. O, Emini sakitləşdirməyə çalışmış, Eminə demişdir ki, “sən tutulanda Həsən sənə nə qədər yemək daşıyıb, çörək gətirib, həmişə hörmətinizi saxlayıb”. Emin maşını Sədərək yoluna sürmüş, kimlərəsə yığıb demişdir ki, “Həsən “qad”dı, onu tapıb vursunlar, ona hörmətsizlik edib”. Yolda olanda atası Zaminə zəng edib danışmış, Zamin telefonu Eminə vermiş, Emin atası ilə telefonda danışıb “ağsaqqal narahat olma, maşınla fırlanırıq, söhbət edib qayıdıb gəlirik” sözlərini demişdir. O da Elçinlə də telefonda danışmış, Həsənə zəng edib demişdir ki, evdən bayıra çıxmasın. Sonra Emin onları evinin qarşısına gətirib düşürüb getmişdir. Həsən onu evdə gözləmiş, Həsənlə söhbət etmiş və ehtiyatlı olmasını, narahat olmamasını, barışıq yaradacağını demişdir. Həsəni evinə yola salmış və bir müddət 6-cı mikrorayona gəlməməsini demişdir. Bir-iki gün sonra hər dəfə Eminlə rastlaşanda Emin “Həsəni mənlə görüşdür, qoy mən onun başına bir sillə vurum ki, hamıya dərs olsun, mənə heç kim hörmətsizlik edə bilməz” demiş, o da hər dəfə Eminə Həsənin pis oğlan olmadığını, həm də Həsənə isə Eminə hörmətlə yanaşmasını, çalışıb münasibətlər düzəlməyənədək üz-üzə gəlməmələrini, soyuqluq aradan qalxandan sonra onları stol arxasında bir tikə çörək kəsdirib barışdıracağını demişdir. Eminə birlikdə Həsənlə görüşməyi təklif etmişdir, Emin isə Həsənlə tək görüşmək istədiyini demişdir. 09 may 2019-cu il tarixdə axşam saat 17-18 radələrində Həsənlə evdən çıxıb “Nargilə” çay evinin qarşısına getmiş, o, marketə girmiş, Həsən moykada işləyən oğlanlarla söhbət etmişdir. Bu zaman kimsə ona “Emin Həsəni maşına otuzdurub aparır” demişdir. O, qaçaraq marketdən çıxıb avtomobilə yaxınlaşmış və sükandan tutub Eminin avtomobili sürməsinə imkan verməmişdir. Həsən avtomobilin sağ arxa oturacağında oturmuş, Həsənə maşından düşməsini demişdir. Həsən qapıların bağlı olduğunu demiş, düşə bilməmişdir. Eminə maşında oturmaq istədiyini desə də, Emin demişdir ki, tək söhbət edəcək. Onun təkidi ilə Həsəni avtomobildən düşürtmüş və özü qabaq sağ oturacaqda oturmuşdur. Emin avtomobili məhəllə ətrafında sürüb saxlamış, Emin ondan Həsəni istəsə də, Həsəni onunla tək söhbət etməyə qoymayacağını bildirmiş, çünki bilirdi ki, Emin Həsəni tək aparsa, vuracaq. Eminin maşınından düşüb “Nargilə” kafesinin yanına gəlmş, Həsən orda olmuşdur. Həsənlə söhbət edib birlikdə evə getmiş, Eminlə olan söhbət barədə tez-tez Elçinlə “Whatsapp” proqramı ilə danışmışdır. Elçin yazmışdır ki, məsələni özü yoluna qoyacaq, gərək Eminin Həsəni aparmasına imkan verərdi. Hava qaralan zaman Emin avtomobili ilə evinin qarşısına gəlib siqnal vermiş, o, bayıra çıxmış, Emin ona “Həci, Həsəni ver, 5-10 dəqiqə aparım, maşnda söhbət edib gətirirəm” demişdir, Eminin Həsəni vuracağını bildiyi üçün Eminə “get məktəbin yanında, parkda olan çayxanaya, Həsəni də götürüb oraya gələcəm, söhbət edərik” demişdir. Emin ona demişdir ki, “Nargilə” kafesində oturub gözləyəcək, Həsəni gətirməyənədək kafedən çıxmayacağ. Eminə demişdir ki, kafedə adamları çoxdur, parka getsin. Həsənə demişdir ki, Eminlə görüşəndə mehribançılıq etsin, könlünü alsın, nəsə desə, yola versin, heç nə deməsin. Həsən “mənim heç bir günahım yoxdur, niyə ondan üzr istəməliyəm, amma sənə görə yola verərəm” demişdir. Həsənlə parka getmişlər. Emin orda olmamış, o Elçinə yazmış, Elçin ona “zaryadkam azdı, Hava Limanındayam, səbrli ol, səni yığacam” yazmışdır. “Nargilə” kafesini işlədən Təbriz zəng etmiş ki, “Həci sənə mesaj yazmışam, oxudun?.” Mesajda “Emin kafeyə gəlib, deyir ki, burdan çıxmayacam, Həciyə deyərsiz, kafeni gəlib məndən təhvil alar” yazılmışdır. O, mesajı kopyalayıb Elçinə göndərmiş və «Eminin elədiyi hərəkətə bax, mən sizə qardaşlıq etmişəm” yazmışdır. Elçin yazını oxuyan kimi ona zəng edib “Həci üzürlü hesab elə, sən bizim qardaşımızsan, Eminə zəng edib ağzımdan çıxan sözü deyəcəm, zaryadkam qurtarır, səni yığacam, narahat olma, bu söhbəti bir dəfəlik qurtaracam” demişdir. Həsənlə birlikdə atasıgilin qapısına yaxınlaşmış, Həsənə “mən gedirəm atamgilə, bu gün atamın ad günüdü, sən də get evinizə”. Həsəndən ayrılıb atasının evinə girmiş, evdə atasından başqa digər ailə üzvləri anası, qardaşı olmuşdur. Təxminən yarım saat sonra qapının zəngi çalınmış, atası qan içində qışqıraraq həyətə girmiş, “məni vurdular, ölürəm, onlar orada bir-birini qırırlar” demişdir. O, həyəcanlı bayıra çıxmış, qardaşı isə atasının yanında dayanmış, o, çölə çıxdıqda görmüşdür ki, Eminin avtomobili səkinin üzərində əyri şəkildə qalmışdır. Avtomobilə yaxınlaşanda görmüşdür ki, səkinin aşağısında yerdə Emin uzanıqlı haldadır, Həsən isə Emini bıçaqla vurur. O, Həsəni dizi ilə vurub uzaqlaşdırmaq istəmiş, bu zaman sol ayağına nəsə dəydiyini hiss etmişdir. Həmin vaxt Həsən qışqıraraq ona “Həci məni burax, bu məni canımdan bezdirib, məndən əl çəkmir” demiş, o, Həsəni Emindən kənarlaşdırmış, bu zaman Həsən keyimiş halda dayanmış, o da Həsənə hirsli şəkildə “Allah bəlanı versin, niyə belə etdin”demişdir. Sonra atasının yanına qayıtmışdır. Həmin vaxt ətrafda olanlara qışqıraraq, təcili tibbi yardım çağırmalarını demiş, yalvarmışdır ki, Emini xəstəxanaya aparsınlar, polisə məlumat versinlər. O, Zaminlə birlikdə “Prado” markalı maşınla atalarını xəstəxanaya aparmışlar, qayıdıb anası ilə və bacısını taksi ilə bacıgilə aparmışdır. Onun Zərərçəkmiş şəxs ölümündə heç bir iştirakı olmayıb, əksinə, onları sakitləşdirib baş verə biləcək hadisənin qarşısını almaq üçün əlindən gələni etmiş, buna görə Zərərçəkmiş şəxs qardaşı Şahid1la dəfələrlə danışmış və qardaşını başa salmasını xahiş etmişdir. Onun Zərərçəkmiş şəxs öldürəcək qədər arasında hər hansı bir ədavət və qisas almağa səbəb olan bir hadisə baş verməmidir. Əksinə Eminlə onun münasibəti çox yaxşı olmuşdur. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 baş vermiş cinayət hadisəsində iştirakı və habelə iştirakda təqsirliliyi sübuta yetirilməmişdir. İstər ibtidai istintaq zamanı istərsə də məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs qətlə yetirilməsində, Təqsirləndirilən şəxs2 iştirakının olmasını təsdiq edən mötəbər sübutlar müəyyən edilməmişdir. Dindirilmiş çoxsaylı şahidlərin ifadələrində Təqsirləndirilən şəxs2 həmin cinayətlə bağlı hər hansı iştirakının olmasını, təsdiq edən hər hansı sübutlar əldə olunmamışdır. İbtidai istintaq zamanı baş vermiş cinayət hadisəsi ilə bağlı istintaqa şübhəli şəxs kimi cəlb edilmiş Təqsirləndirilən şəxs2 vermiş olduğu ilkin ifadələrindən, istintaqın sonuna kimi bu cinayətdə iştirakının olmadığını bildirmiş, aparılmış çoxsaylı istintaq hərəkətlərində, ümumiyyətlə ifadə verməkdən imtina etmişdir. Cinayəti bilavastə törətmiş, Təqsirləndirilən şəxs1 ilkin ifadələrində göstərmişdir ki, o, cinayət hadisəsini tək törətmiş, hadisədən bir neçə gün əvvəl mərhum Zərərçəkmiş şəxs onun barəsində verdiyi göstərişlərə görə, habelə onu cəzalandıracağını açıq-aydın bildirdiyinə görə o, məcbur olub bu cinayət hadisəsini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahidlər hadisə yerinə gələrkən Təqsirləndirilən şəxs2 hadisə yerində görmədiklərini bildirmişlər. Hətta Baş X51i İdarəsinin əməkdaşı hadisə yerinə gələrkən meyitin yanında Təqsirləndirilən şəxs1 gördüyünü və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs o bıçaqla vurduğunu təsdiq etdiyini ifadəsində bildirmişdir. Təqsirləndirilən şəxs1 ilkin ifadəsində, yəni, 10-11 may 2019-cu il tarixlərdə verdiyi ifadələrində cinayət hadisəsin tək törətməsini bildirsə də, 13 may 2019-cu il tarixli ifadəsində əlavə ifadə verərək göstərmişdir ki, cinayət hadisəsini törədərkən hadisə yerində həm də Təqsirləndirilən şəxs2 və atası Şahid7 da olmuşlar. Eyni zamanda, həmin ifadəni 18 may 2019-cu il tarixdə vermiş olduğu ifadəsində də təsdiq etmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs1 istintaq zamanı vermiş olduğu sonrakı ifadəsində təkrarən bildirmişdir ki, o, cinayət hadisəsini təkbaşına törətmişdir. Cinayət hadisəsini törədərkən hadisə yerində Təqsirləndirilən şəxs2 olmamışdır. O, həmçinin vermiş olduğu ifadəsində göstərmişdir ki, 13 və 18 may 2019-cu il tarixlərdə ifadələrini polis əməkdaşlarının ona təzyiqi nəticəsində vermişdir. Konkret olaraq o, 09 sentyabr 2019-cu il tarixdə vermiş olduğu ifadəsində göstərmişdir ki, «mən Binəqədi rayon Polis idarəsinin X4 zaman polis əməkdaşları mənə Zaurun da Eminə bıçaqla xəsarət yetirməsini deməyimi, əks halda mənim şəxsiyyətimi alçaldacaqlarını bildirdilər. Ona görə də mən qorxduğum üçün Zaurun da hadisədə iştirak etməsi barədə ifadə vermişəm. Lakin, hazırda vicdanım rahat olmadığına görə düzgün ifadə vermək qərarına gəlmişəm. Eminin bədənində olan xəsarətlərin hamısını mən yetirmişəm, Zaur Eminə xəsarət yetirməmişdir, hadisə zamanı Zaur orada olmamışdır". Aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 bütün ifadələrində göstərmişdir ki, ona obyektiv ifadə verməsinə polis əməkdaşları mane olmuşlar, onu incitmişlər, hər cür alçaltmağa çalışmışlar, nəhayət dözə bilmədiyinə görə və onun şəxsiyyətini alçaltmağa cəhd etdikdə məcbur olub onların dediyini təsdiq edərək yalan ifadə vermişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, ondan ibtidai istintaq zamanı ifadələr alınarkən yanında heç bir müdafiəçi olmamış, ifadələrinə onun özünə imza etdirilərkən müdafiəçiləri olmamış, müdafiəçi həmin ifadələrini sonradan imzalamışdır. Təqsirləndirilən şəxs1 eyni zamanda bildirmişdir ki, istintaqın ilkin vaxtlarında valideyinləri tərəfindən müqavilə bağlanılaraq göndərilmiş Bakı şəhər 16 saylı Vəkil Bürosunun vəkili X15 müdafiə etmək məqsədi ilə onun yanına buraxmamışlar və onu məcbur etmişlər ki, valdeyinləri tərəfindən müqavilə bağlanılaraq göndərilmiş müdafiəçidən imtina etsin, əks halda onun barəsində çox ağır formada təsir, təzyiq tədbirləri görüləcəkdir. Buna görə də çıxılmaz vəziyyətə düşdüyünü qəbul edib polis əməkdaşlarının dediklərinə əməl edərək valideynlərinin göndərdiyi vəkildən imtina etməyə məcbur olmuşdur. Məhkəmə bu məqamla bağlı bir xüsusatı qeyd edir ki, istintaq materiallarından da görünür ki, müdafiəçi X22 müvafiq orderi ibtidai istintaq orqanına 12 may 2019-cu il tarixdə təqdim etmişdir. Amma buna baxmayaraq həmin vaxtdan sonra onun müdafi etdiyi şəxsin iştirakı ilə keçirilmiş istintaq hərəkətində iştirakı təmin olunmamışdır. Belə ki, müdafiəçisi X22 istintaq orqanına orderini təqdim etdiyi vaxtdan bir gün sonra, yəni 13 may 2019-cu il tarixdə həmin vəkilin iştirakı olmadan Təqsirləndirilən şəxs1 əlavə dindirilmiş və məhkəmə istintaqı zamanı təkzib etdiyi məhz həmin ifadəsində də bir daha cinayət hadisəsinin törədilməsində Təqsirləndirilən şəxs2 da iştirak etməsinin təsdiqi ilə bağlı məqamlar əks etdirilmişdir. Bundan əlavə, 17 may 2019-cu il tarixdə Müdafiəçi1 tərəfindən ibtidai istintaq orqanına order təqdim edilmiş və 20 may 2019-cu il tarixdə X22 tərəfindən təkrar order təqdim edilmişdir. Hər iki müdafiəçinin orderləri ibtidai istintaq zamanı qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Dəfələrlə edilmiş cəhdlərə baxmayaraq təqsirləndirilən şəxs müqavilə üzrə müdafiəçilərinin iştirakı ilə uzun müddət dindirilməmiş, yalnız yaranmış bu vəziyyətlə bağlı çoxsaylı şikayət ərizələrindən sonra 9 sentyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 əlavə dindirilmiş və həmin ifadəsində də cinayət hadisəsinin törədilməsində Təqsirləndirilən şəxs2 iştirakını təkzib etmişdir. Aparılan məhkəmə istintaqı zamanı kifayət qədər sübutlarla təsdiq olunmuşdur ki, hadisə baş verən zaman ilkin olaraq hadisə yerində Təqsirləndirilən şəxs1 və Şahid7 olmuşdur. Toplanmış sübutlarla təsdiq olunmuşdur ki, Şahid7 hadisə yerində olmasının səbəbi ondan ibarət olmuşdur ki, Şahid7 Təqsirləndirilən şəxs2 atası olmaqla belə bir hadisənin baş verə biləcəyini qabaqcadan zənn etdiyinə görə o, əvvəlcədən tanıdığı və oğlunun yaxını kimi bildiyi Zərərçəkmiş şəxs avtomaşınına oturmuşdur ki, onu, yəni Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 cəzalandırmaqla bağlı, inadından döndərsin, bir ağsaqqal kimi onu eşidəcəyini güman edərək onun maşınına oturmuşdur. Onlar söhbət etdiyi vaxt Təqsirləndirilən şəxs1 yaxınlıqdan keçdiyini görən Zərərçəkmiş şəxs onu çağırmış, bundan sonra aralarında hadisə baş vermişdir. Şahid7 onları aralamağa cəhd etsə də buna müvəffəq olmamış, özünündə bıçaq xəsarətləri almasını görüb maşından düşüb getmiş və oğlanlarını çağırıb onu xəstəxanaya aparmalarını demişdir. Bu vaxt atasının yaralı olduğunu görən Təqsirləndirilən şəxs2 səbəbini soruşduqda ona məlum olmuşdur ki, Eminlə Həsən arasında bıçaqlanma hadisəsi baş verib. O atasından bunu eşidən kimi dərhal hadisə yerinə qaçmış, görmüşdür ki, hadisə yerində Təqsirləndirilən şəxs1 uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs dayanmadan ardıcıl bıçaq zərbələri vurur. Buna görə də o, Təqsirləndirilən şəxs1 ayırmağa cəhd etmiş, lakin, həddən artıq gərgin və özün itirmş vəziyyətdə olan Təqsirləndirilən şəxs1 atdığı bıçaq zərbələrindən biri də Təqsirləndirilən şəxs2 ayaq hissəsindən dəymişdir. Bundan əlavə, hadisə yerinə ilk gəlmiş Yol Patrul Xidmətinin əməkdaşı Şahid4 ifadəsində göstərmişdir ki, o, təsadüfən həmin yerdən keçərkən bir nəfər oğlanın uzanıqlı vəziyyətdə digər oğlanın isə əlində bıçaq ayaq dayandığını görüb ondan nə baş verdiyini soruşduqda həmin oğlan bildirmişdir ki, «mən öldürmüşəm». Bundan sonra o, hadisə barədə növbətçi hissəyə məlumat vermiş və polis əməkdaşları hadisə yerindən Təqsirləndirilən şəxs1 7-ci Polis Bölməsinə aparmışlar. Aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 hadisədən əvvəl Zərərçəkmiş şəxs tərəfindən ona edilən təzyiqlərlə bağlı, habelə, onu öldürtdürəcəyi ilə əlaqədar polis idarəsinə məlumat verməyərək Zərərçəkmiş şəxs öldürməyə çalışmasının səbəbini onunla izah etmişdir ki, o, bu barədə polis orqanlarına müraciət edə bilməzdi, çün ki, Zərərçəkmiş şəxs kriminal aləmdə «avtoritet» sayılırdı, ondan polisə şikayət etsəydi bu hal özü bir başa onun ölümü ilə nəticələnə bilərdi. Bundan əlavə, istintaq orqanı nəzərə almamışdır ki, baş vermiş hadisə mərhum Zərərçəkmiş şəxs qeyri qanuni hərəkətləri nəticəsində baş vermişdir. Halbuki, bu fakt istintaq zamanı toplanmış kifayət qədər sübutlarla öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs2 Şahid1 mobil telefonla zəng edib danışmasını təsdiq edən mesajlar mövcuddur və həmin mesajların məzmunu da cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs2 göstərdiyi bütün cəhdlərə baxmayaraq Zərərçəkmiş şəxs fikrindən dönməmiş, Təqsirləndirilən şəxs1 «cəzalandırılmasını» qeyd-şərtsiz qoymuşdur. Faktiki olaraq yaranmış bu vəziyyət və münasibətlərin artan gərginliklə davam etməsi məlum cinayət hadisəsinin baş verməsi ilə nəticələnmişdir. Məhkəmə tibbi-ekspertizasının 18.06.2019-cu il tarixli, 774 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 bədən səthində aşkar olunmuş xəsarət – sol baldır nahiyyəsinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın təsirindən müayinədən bir gün əvvəl əmələ gəlmişdir, 09.05.2019-cu il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs2 bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət deşici-kəsici əşyanın (ola bilsin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin) təsirindən əmələ gələ bilərdi. Həmçinin həmin rəyə verilmiş məhkəmə-tibbi ekspertizasının 27.11.2019-cu il tarixli, 41/774 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət - sol baldır nahiyyəsinin yuxarı 1/3-nin deşilmiş kəsilmiş yarası qərarın təsviri hissəsində göstərilə şəraitdə, yəni Z.Ə.X29 ayırmağa çalışarkən Həsənin əlində olan bıçağın onun sol baldır nahiyyəsinə dəyməsi nəticəsində əmələ gələ bilərdi. Aparılan ibtidai və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özü də ifadə verərək göstərmidir ki, o, baldır nahiyyəsindən aldığı xəsarəti hadisə yerinə qaçıb gələrkən yerdə uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs ardıcıl bıçaq zərbələri endirən Təqsirləndirilən şəxs1 bıçaq zərbəsi nəticəsində almışdır. Cinayət işinin materialları və Təqsirləndirilən şəxs1 özünün ifadəsi ilə də təsdiq olunur ki, o, Zərərçəkmiş şəxs sadəcə olaraq xəsarət yetirmək yox, onu öldürüb həyatdan məhrum etməyi qarşısına məqsəd qoymuşdur. Bunu onunla izah edir ki, onun sağ qalması özünün ölümü demək idi. Məhz buna görə də o, Zərərçəkmiş şəxs çoxsaylı bıçaq xəsarətləri yetirmişdir ki, onun öldüyünə əmin olsun. Odur ki, aparılmış məhkəmə istintaqı zamanı kifayət qədər toplanmış sübutlarala təsdiq olunmuşdur ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham yalnız mülahizələrə, fərziyələrə və ehtimallara əsaslanmışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verilmiş ittiham sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində nəzərdə tutulur ki, “şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin(şübhəli şəxsin) xeyrinə həll edilir.” Beləliklə, məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək Azərbaycan Respublikasi CPM-nin 21.2, 145.3., 351.3.4. maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələbələrini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 verilmiş ittiham üzrə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla cinayətin törədilməsi sübuta yetirilmir. Azərbaycan Respublikasi CPM-nin 42.1.4 maddəsinin tələblərinə görə şəxsin təqsirliliyi sübuta yetirilmədiyinə görə barəsində bəraət hökmü çıxarılır. Belə olan halda, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qarşı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla Zərərçəkmiş şəxs öldurməsi faktı üzrə təqsirlililiyi barədə istintaq orqanlarının gəldiyi nəticə ittiham aktında yalnız ehtimallara əsaslandığından, habelə, məhkəmə yuxarıda göstərilən maddələrə və CPM-nin 351.2. maddəsinin ittiham hökmünün ehtimallara əsaslanmasına yol verilməməsinə dair tələblərinə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 verilmiş ittiham sübuta yetirilmədiyindən bəraət verilməlidir. Bundan əlavə Təqsirləndirilən şəxs1 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası 120.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, Təqsirləndirilən şəxs2 oğlu ilə qabaqcadan əlbir olaraq xüsusi amansızlıqla Zərərçəkmiş şəxs Elbrus oğlunu həyatdan məhrum etmə kimi ittiham irəli sürülmüşdür. Yuxarıda göstərildiyi kimi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 əməli sübuta yetirilməmişdir. Belə olan halda X16 qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ona verilmiş ittihamdan xaric edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs xüsusi amansızlıqla öldürməsi məhkəmə istintaqı zamını öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və digər protokollarla tam təsdiq olunmuşdur. Məhkəmə əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsi, yaşayış yerindən müsbət xarakterizə olunmasını məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin məcəllənin 60.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, Cinayət Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Odur ki, Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddənin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, onun barəsində Cinayət Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilməməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut olan və Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd gödəkçə, 01 ədəd qısaqol köynək, 01 ədəd trusik, hadisə yerinə baxış zamanı götürülmüş üzərində qan nümunəsi olan 01 ədəd pambıq tampon, BMW X5” markalı avtomobilin içərisindən götürülmüş üzərində qan nümunəsi olan pambıq tampon, hadisə yerindən götürülmüş 01 ədəd bıçaq, 01 ədəd uzunqol köynək, üzərində bir ədəd gümüşü rəngli qaşı düşmüş və zədələnmiş üzük, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd qara rəngli çanta, 01 ədəd cins şalvar, hadisə yerinə əlavə baxış zamanı götürülmüş 1, 2, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 sayı üzrə nömrələnmiş pambıq tamponlar, “3” sayı üzrə nömrələnmiş yarpaq hissəsi, "BMW X5” markalı, “** XE ***” dövlət qeydiyyat nişanlı avtomobilin salonuna baxış keçirilən zaman götürülmüş “1”, “2”, “3”, ”4”, “5”, “6”, “7”, “8”, “9”, “10”, “11”, “12”, “14”, “15” sıra sayı üzrə nömrələnmiş pambıq tamponlar, “13” sıra sayı üzrə nömrələnmiş 01 (bir) ədəd kağız döşəmə, “16” sıra sayı üzrə nömrələnmiş 01 (bir) ədəd rezin döşəmə, 01 ədəd manikürpedikür aləti, 01 (bir) ədəd “Parlament” markalı siqaret kötüyü, 05 (beş) ədəd salfet, 01 (bir) ədəd kağız parçası və 01 (bir) ədəd şahmat fiquru, “BMW X5” markalı avtomobilin sol qabaq, sol arxa, sağ qabaq və sağ arxa oturacaqlarından götürülmüş üzərində mikrohissəciklər olan 04 ədəd xüsusi yapışqanlı plyonka, avtomobilin qabaq sol ayaqaltı hissəsində kvadrat formalı tündyaşıl, zümrüdü rəngli qaş məhv edilməlidir. Təqsirləndirilən şəxs1 məxsus “İphone 5” markalı mobil telefon atası Şahid11 qaytarılmalıdır. İş üzrə ekspertiza xərcləri 420 manat 20 qəpik Təqsirləndirilən şəxs1 dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4, 344-346, 349-350, 351-354, 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.2.4 və 228.4-cü maddələri nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs1 üzərində 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 09 may 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona, həmin maddələrlə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. İş üzrə maddi sübut olan və Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd gödəkçə, 01 ədəd qısaqol köynək, 01 ədəd trusik, hadisə yerinə baxış zamanı götürülmüş üzərində qan nümunəsi olan 01 ədəd pambıq tampon, BMW X5” markalı avtomobilin içərisindən götürülmüş üzərində qan nümunəsi olan pambıq tampon, hadisə yerindən götürülmüş 01 ədəd bıçaq, 01 ədəd uzunqol köynək, üzərində bir ədəd gümüşü rəngli qaşı düşmüş və zədələnmiş üzük, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd qara rəngli çanta, 01 ədəd cins şalvar, hadisə yerinə əlavə baxış zamanı götürülmüş 1, 2, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 sayı üzrə nömrələnmiş pambıq tamponlar, “3” sayı üzrə nömrələnmiş yarpaq hissəsi, "BMW X5” markalı, “** XE ***” dövlət qeydiyyat nişanlı avtomobilin salonuna baxış keçirilən zaman götürülmüş “1”, “2”, “3”, ”4”, “5”, “6”, “7”, “8”, “9”, “10”, “11”, “12”, “14”, “15” sıra sayı üzrə nömrələnmiş pambıq tamponlar, “13” sıra sayı üzrə nömrələnmiş 01 (bir) ədəd kağız döşəmə, “16” sıra sayı üzrə nömrələnmiş 01 (bir) ədəd rezin döşəmə, 01 ədəd manikür-pedikür aləti, 01 (bir) ədəd “Parlament” markalı siqaret kötüyü, 05 (beş) ədəd salfet, 01 (bir) ədəd kağız parçası və 01 (bir) ədəd şahmat fiquru, “BMW X5” markalı avtomobilin sol qabaq, sol arxa, sağ qabaq və sağ arxa oturacaqlarından götürülmüş üzərində mikrohissəciklər olan 04 ədəd xüsusi yapışqanlı plyonka, avtomobilin qabaq sol ayaqaltı hissəsində kvadrat formalı tündyaşıl, zümrüdü rəngli qaş məhv edilsin. Təqsirləndirilən şəxs1 məxsus “İphone 5” markalı mobil telefon atası Şahid11 qaytarılsın. İş üzrə ekspertiza xərcləri 420 (dörd yüz iyirmi) manat 20 (iyirmi) qəpik Təqsirləndirilən şəxs1 dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bkı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-144/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-144/2021
08.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver