Məhkəmə qərarları › İş №1(101)-151/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-151/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-151/2021 25.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X6 Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi6, Müdafiəçi3, Müdafiəçi2, Qanuni nümayəndə Əliskəndər qızı, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakları ilə 7 iyun 1983-cü ildə Bakı şəhərində doğulmuş, subay, ali təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti 28/21-də qeydiyyatda olub, Bakı şəhəri Sabunçu rayonu, Alabalılıq yaşayış massivində nömrəsiz evdə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Nərimanov rayonu, Muxtarov küçəsi, ev 52də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Fizuli oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxxxx 2004-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi ev 10-da qeydiyyatda olub, Bakı şəhəri Sabunçu rayonu, Alabalılıq yaşayış massivi, ev 418-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Kərim oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında və xx xxxxx 2004-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxs Təqsirləndirilən şəxs2 Kərim oğluna ona pul verəcəyini vəd vermə yolu ilə onu cinayətkar qrupa cəlb edərək 29 iyul 2019-cu il tarixdə saat 2 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağları 755 nömrəli yaşayış sahəsi hesab edilən bağ evinə Təqsirləndirilən şəxs2 Kərim oğlunun hasardan aşma yolu ilə qanunsuz daxil olub darvazanı arxadan açmasından istifadə ödərək bağ evinə keçməyə nail olduqlarından, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 evin plastik pəncərəsinin cəftəsini qıraraq evə daxil olub Zərərçəkmiş şəxs2 evindən bir ədəd 1400 manat dəyərində termet firmasından olan kombini, bir ədəd 300 manat dəyərində termet firmasından olan su qızdırıcısını, doqquz ədəd on bölmədən ibarət hər biri 33 manat dəyərində kombi radiatorunu, iki ədəd on altı ədəd bölmədən ibarət hər birinin dəyəri 55 manat olan kombi radiatorunu, iki ədəd hər biri 160 manat dəyərində olan su nasosunu, simon firmasına məxsus hər biri 15 manat dəyərində olan 50 ədəd elektrik birləşdiricisini, otuz səkkiz ədəd komplekt 300 manat dəyərində işıq spotunu, kv. metri 17 manat olan 55 kv.metr laminantı, iki ədəd hər biri 100 manat dəyərində olan laqondanı, 3 ədəd drel, hər biri 150 manat dəyərində, bir ədəd 1510 manat dəyərində peraparatoru, bir ədəd 60 manat dəyərində olan dərman nasosunu, bir ədəd 100 metr uzunluğunda olan 115 manat dəyərində olan rezin su borusunu, doqquz ədəd hər birinin dəyəri 33 manat olan divar kağızını, on ədəd dəyəri 8 manat olan divar kağızının yapışdırıcısını, 3 manat dəyərində olan bir ədəd bağ qayçısını, bir ədəd «Yato» firmasına məxsus 15 manat dəyərində olan taxta mişarı, on beş ədəd hər biri 6 manat dəyərində olan kafel yapışdırıcısını, bir ədəd 25 klo Fab boyasına məxsus 62 manat dəyərində olan emosiyanı, altı ədəd hər biri 6 manat dəyərində olan astarı, dörd ədəd hər biri 6 manat dəyərində olan üzü, üç ədəd Norm 400 markalı 8 manat dəyərində olan sementi, 20 metr uzunluğunda metri 1 manat 10 qəpik dəyərində olan «Lan» kabeli, yeddi ədəd hər biri iki manat dəyərində olan elektrik qutularını, 30 metr uzunluğunda metri 1 manat 50 qəpik dəyərində olan elektrik naqilləri, bir ədəd 70 manat dəyərində olan kombi elektrik tənzimləyicisini, bir ədəd dəyəri 50 manat olan su fıltirini, bir ədəd 5 manat dəyərində olan qıfılı, üç ədəd hər biri 4 manat olan elekterik droselini, üç ədəd hər biri 6 manat dəyərində olan elektrik ayırıcısını, bir ədəd 30 manat dəyərində olan su çaynikini, bir ədəd 40 manat dəyərində olan yük qaldırma qurğusunu oğurlayaraq xeyli miqdarda, ümumilikdə 7974 manat maddi ziyan vurmuşlar. Bundan sonra o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə 6 noyabr 2019-cu il tarixdə saat 1 radələrində Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi hesab edilən Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağları 730 nömrəli bağ evinə dəmir darvazanın açarını sındırıb İdarə etdiyi «Mercedes E250» markalı **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qanunsuz daxil olub evin pəncərəsinin dəmir barmaqlıqlarını sındırıraraq yaşayış sahəsindən 100 manat dəyərində «Termet» markalı su qızdırıcısı, 300 manat dəyərində «LG» markalı 32LC7R modelli 32 düyümlü televizoru, 800 manat dəyərində «Baykan» markalı Moon 24sc modelli kombi aparatını oğurlayıb, zərərçəkən Zərərçəkmiş şəxs1 ümumilikdə 1200 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs3 Fizuli oğlu özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs1 yə xx xxxxx 2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 Kərim oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 iyul 2019-cu il tarixdə saat 2 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağları 755 nömrəli yaşayış sahəsi hesab edilən bağ evinə Təqsirləndirilən şəxs2 Kərim oğlunun hasardan aşma yolu ilə qanunsuz daxil olub darvazanı arxadan açmasından istifadə edərək bağ evinə keçməyə nail olduqlarından, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 evin plastik pəncərəsinin cəftəsini qıraraq evə daxil olub Zərərçəkmiş şəxs2 evindən bir ədəd 1400 manat dəyərində «Termet» firmasından olan kombini, bir ədəd 300 manat dəyərində «Termet» firmasından olan su qızdırıcısmı, doqquz ədəd on bölmədən ibarət hər biri 33 manat dəyərində kombi radiatorunu, iki ədəd on altı ədəd bölmədən ibarət hər birinin dəyəri 55 manat olan kombi radiatorunu, iki ədəd hər biri 160 manat dəyərində olan su nasosunu, «Simon» firmasına məxsus hər biri 15 manat dəyərində olan 50 ədəd elektrik birləşdiricisini, otuz səkkiz ədəd komplekt 300 manat dəyərində işıq spotunu, kv. metri 17 manat olan 55 kv. metr laminantı, iki ədəd hər biri 100 manat dəyərində olan laqondanı, 3 ədəd drel hər biri 150 manat dəyərində, bir ədəd 150 manat dəyərində peraparatoru, bir ədəd 60 manat dəyərində olan dərman nasosunu, bir ədəd 100 metr uzunluğunda olan 115 manat dəyərində olan rezin su borusunu, doqquz ədəd hər birinin dəyəri 33 manat olan divar kağızını, on ədəd dəyəri 8 manat olan divar kağızının yapışdırıcını, 3 manat dəyərində olan bir ədəd bağ qayçısını, bir ədəd «Yato» firmasına məxsus 15 manat dəyərində olan taxta mişarı, on beş ədəd hər biri 6 manat dəyərində olan kafel yapışdırıcışını, bir ədəd 25 klo Fab boyasına məxsus 62 manat dəyərində olan emosiyanı, altı ədəd hər biri 6 manat dəyərində olan astarı, dörd ədəd hər biri 6 manat dəyərində olan üzü, üç ədəd «Norm 400» markalı 8 manat dəyərində olan smenti, 20 metr uzunluğunda olan metri 1 manat 10 qəpik dəyərində olan «Lan» kabeli, yeddi ədəd hər biri iki manat dəyərində olan elektrik qutularını, 30 metr uzunluğunda metri 1 manat 50 qəpik dəyərində olan elektrik naqillərini, bir ədəd 70 manat dəyərində olan kombi elektrik tənzimləyicisini, bir ədəd dəyəri 50 manat olan su filtirini, bir ədəd 5 manat dəyərində olan qıfılı, üç ədəd hər biri 4 manat olan elekterik droselini, üç ədəd hər biri 6 manat dəyərində olan elektrik ayırıcısını, bir ədəd 30 manat dəyərində olan su çaynikini, bir ədəd 40 manat dəyərində olan yük qaldırma qurğusunu oğurlayaraq ona xeyli miqdarda, ümumilikdə 7974 manat maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxs2 Kərim oğlu tamah niyyəti ilə 17 yanvar 2019-cu il tarixdə saat 3 radələriqdə Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yeni yaşayış massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi evin daş hasarından aşaraq evin həyətinə düşmüş, əvvəlcə evin həyətində yerləşən, saxlanc yeri sayılan anbarın plastik pəncərəsini əvəlcədən özü ilə götürdüyü dəmir parçası ilə sındıraraq anbara qanunsuz daxil olmuş, oradan özgənin Zərərçəkmiş şəxs3 məxsus qiyməti 70 manat olan bir ədəd «Bosch» markalı əl mişarını, qiyməti 110 manat olan bir ədəd «Bosch» markalı laqondanı, sonra isə həyətdəki evin plastik pəncərəsini dəmir parçası ilə açaraq yaşayış sahəsinə qanunsuz daxil olub, evin zal otağından qiyməti 90 manat olan bir ədəd «Bosch» markalı dreli, qiyməti 100 manat olan 3.5 diametrli 70 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 370 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs1 və X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 iyul 2019cu 11 tarixdə saat 2 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağları 755 nömrəli yaşayış sahəsi hesab edilən bağ evinə hasardan aşma yolu ilə qanunsuz daxil olub darvazanı arxadan açmasından istifadə edərək bağ evinə keçməyə nail olduqlarından, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 evin plastik pəncərəsinin cəftəsini qıraraq evə daxil olub Zərərçəkmiş şəxs2 evindən bir ədəd 1400 manat dəyərində «Termet» firmasından olan kombini, bir ədəd 300 manat dəyərində «Termet» firmasından olan su qızdıncısını, doqquz ədəd on bölmədən ibarət hər biri 33 manat dəyərində kombi radiatorunu, iki ədəd on altı ədəd bölmədən ibarət hər birinin dəyəri 55 manat olan kombi radiatorunu, iki ədəd hər biri 160 manat dəyərində olan su nasosunu, «Simon» firmasına məxsus hər biri 15 manat dəyərində olan 50 ədəd elektrik birləşdiricisini, otuz səkkiz ədəd komplekt 300 manat dəyərində işıq spotunu, kv. metri 17 manat olan 55 kv. metr laminantı, iki ədəd hər biri 100 manat dəyərində olan laqondanı, hər biri 150 manat dəyərində 3 ədəd dreli, bir ədəd 150 manat dəyərində peraparatoru, bir ədəd 6,0 manat dəyərində olan dərman nasosunu, bir ədəd 100 metr uzunluğunda olan 115 manat dəyərində olan rezin su borusunu, doqquz ədəd hər birinin dəyəri 33 manat olan divar kağızını, on ədəd dəyəri 8 manat olan divar kağızının yapışdırıcısını, 3 manat dəyərində olan bir ədəd bağ qayçısını, bir ədəd «Yato» firmasına məxsus 15 manat dəyərində olan taxta mişarı, on beş ədəd hər biri 6 manat dəyərində olan kafel yapışdırıcısını, bir ədəd 25 klo Fab boyasına məxsus 62 manat dəyərində olan emosiyanı, altı ədəd hər biri 6 manat dəyərində olan astarı, dörd ədəd hər biri 6 manat dəyərində olan üzü, üç ədəd «Norm 400» markalı 8 manat dəyərində olan smenti, 20 metr uzunluğunda olan metri 1 manat 10 qəpik dəyərində olan «Lan» kabeli, yeddi ədəd hər biri iki manat dəyərində olan elektrik qutularını, 30 metr uzunluğunda metri 1 manat 50 qəpik dəyərində olan elektrik naqillərini, bir ədəd 70 manat dəyərində olan kombi elektrik tənzimləyicisini, bir ədəd dəyəri 50 manat olan su fıltirini, bir ədəd 5 manat dəyərində olan qıfılı, üç ədəd hər biri 4 manat olan elekterik droselini, üç ədəd hər biri 6 manat dəyərində olan elektrik ayırıcısını, bir ədəd 30 manat dəyərində olan su çaynikini, bir ədəd 40 manat dəyərində olan yük qaldırma qurğusunu oğurlayaraq ona xeyli miqdarda 7974 manat maddi ziyan vurmuşlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri tanıyır. Heç bir oğurluq cinayəti törətməmişdir. 29 avqust 2019-cu il tarixə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sonuncular tərəfindən fiziki təzyiqlərə məruz qalmışdır. Bu barədə Baş prokurorun adına müraciətlər etmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Fizuli oğlu ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 bir neçə ildir ki tanıyır. Belə ki, bacısının evi Fərhadgilin evinin yaxınlığında yerləşir. 29 iyul 2019-cu il tarixdə Fərhadın xahişi ilə avtomobili ilə taksi kimi onun həyətinə gəlmiş, həyətdəki laminat və radiatorları Maştağa qəsəbəsinə aparmışdır. Heç kimin həyətindən oğurluq etməmişdir. İbtidai istintaq zamanı ifadələrini oxumadan imzalamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Kərim oğlu ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2019-cu ilin iyulun 28-də gecə saat 2 radələrində qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 keçilərini otarmaq üçün sonuncunun həyətində olmuşdur. Fərhad işinin müqabilində hər dəfə ona 10 manat pul vermişdir. Həmin vaxtadək yeddi-səkkiz dəfə onlarda olmuşdur. Oğurluq etməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2019-cu ilin noyabr ayının 10-u, saat 16-20 radələrində ünvan ünvanda yerləşən bağına gələrkən, bağ evinin pəncərəsinin dəmir barmaqlığını sındırıb plastik pəncərənin kilidini açmaq yolu ilə evə daxil olunduğunu, evdən 1200 manat məbləğində əmlakının oğurladığını aşkar edib, bu barədə polisə məlumat vermişdir. Sonradan müəyyən edilmişdir ki, yaxınlıqda yaşayan Təqsirləndirilən şəxs1 onun evindən oğurluq etmişdir. Fərhad çox güman ki, onun evə gəlib-getdiyi vaxtları bilmişdir. Sözügedən bağ evini 2013-cü ildə tikmişdir. Ev birmərtəbəli olmaqla 80 kv.metrdir. Evdən oğurlanan televizorun qiyməti 300 manat, «Baykan» kombi aparatı 800 manat, su qızdırıcısı isə 100 manatdır. Həmin əmlakın hamısı tapılıb özünə qaytarıldığından onun təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağları 755 nömrəli bağ evi ona məxsusdur. Həmin bağ evini 2018-ci ilin aprel ayında almışdır. 2019-cu ilin avqust ayından həmin bağ evində təmir-tikinti işləri aparır. Məlum oğurluq hadisəsi zamanı evindən 160 manat dəyərində «Zenit» markalı gidraforla birlikdə su nasosu, «Yato» markalı direlin biri 150 manat, yük qaldırıcı ilə kəndir 10 manat, 20 metr uzunluğunda metri 1 manat 10 qəpik dəyərində olan «Lan» kabel, 20 metr uzunluğunda metri 1 manat 50 qəpik dəyərində elektrik naqilləri aparılmışdır. Oğurlanmış əşyalar nəticəsində ona ümumilikdə 7974 manat maddi ziyan dəymişdir. Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində olarkən ona dəyən maddi ziyanı təxmini olaraq 8000 manat məbləğində demiş, istintaq orqanına verdiyi ifadədə isə qiymətləri sadalayaraq dəqiq deyir ki, ona dəyən maddi ziyan 7974 manatdır. Evindən oğurlanan əmlakın siyahısına-bir ədəd 1400 manat dəyərində «Termet» firmasından olan kombi, bir ədəd 300 manat dəyərində «Termet» firmasından olan su qızdırıcısı, doqquz ədəd on bölmədən ibarət hər biri 33 manat dəyərində kombi radiatoru, iki ədəd on altı ədəd bölmədən ibarət hər birinin dəyəri 55 manat olan kombi radiatoru, iki ədəd hər biri 160 manat dəyərində olan su nasosu, «Simon» firmasına məxsus hər biri 15 manat dəyərində olan 50 ədəd elektrik birləşdiricisi, otuz səkkiz ədəd komplekt 300 manat dəyərində işıq spotu, kv.metri 17 manat olan 55 kv.metr laminant, iki ədəd hər biri 100 manat dəyərində olan laqonda, 3 ədəd drel, hər biri 150 manat dəyərində, bir ədəd 150 manat dəyərində peraparator, bir ədəd 60 manat dəyərində olan dərman nasosu, bir ədəd 100 metr uzunluğunda 115 manat dəyərində olan rezin su borusu, doqquz ədəd hər birinin dəyəri 33 manat olan divar kağızı, on ədəd dəyəri 8 manat olan divar kağızı yapışdırıcısı, 10 manat dəyərində olan bir ədəd bağ qayçısı, bir ədəd «Yato» firmasına məxsus 15 manat dəyərində olan taxta mişar, on beş ədəd hər biri 6 manat dəyərində olan kafel yapışdırıcısı, bir ədəd 25 klo Fab boyasına məxsus 62 manat dəyərində olan emosiya, altı ədəd hər biri 6 manat dəyərində olan astar, dörd ədəd hər biri 6 manat dəyərində olan üzü, üç ədəd «Norm 400» markalı 8 manat dəyərində olan sement, 20 metr uzunluğunda metri 1 manat 10 qəpik dəyərində olan «Lan» kabeli, yeddi ədəd hər biri iki manat dəyərində olan elektrik qutuları, 30 metr uzunluğunda metri 1 manat 50 qəpik dəyərində olan elektrik naqilləri, bir ədəd 70 manat dəyərində olan kombi elektrik tənzimləyicisi, bir ədəd dəyəri 50 manat olan su fıltiri, bir ədəd 5 manat dəyərində olan qıfıl, üç ədəd hər biri 4 manat olan elekterik droseli, üç ədəd hər biri 6 manat dəyərində olan elektrik ayırıcısı, bir ədəd 30 manat dəyərində olan su çayniki, bir ədəd 40 manat dəyərində olan yükqaldırma qurğusu daxildir. Həmin əmlakın cüzi hissəsi tapıldığından polis bölməsinə gedib əmlakını tanıyaraq götürmüşdür. Mülki iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yeni yaşayış massivi ərazisində 432 nömrəli kürsülü, ikimərtəbəli, altı otaqdan ibarət fərdi yaşayış evi vardır. Hazırda həmin evdə təmir işləri aparıldığından içərisində yaşayış yoxdur. 20 yanvar 2019-cu il tarixdə, saat 9:30-da həmin evinə gələndə, evin plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Giriş qapısını açıb evə daxil olduqda naməlum şəxs və ya şəxslərin evin plastikdən hazırlanmış pəncərəsini açmaqla evə daxil olub, zal otağından dəyəri 90 manat olan bir ədəd «Bosch» markalı dreli, dəyəri 100 manat olan 3.5 diametrli, 70 metr uzunluğunda elektrik naqilini, həyətdə yerləşən anbar kimi istifadə olunan yerdən dəyəri 70 manat olan bir ədəd «Bosch» markalı əl mişarını və dəyəri 110 manat olan bir ədəd «Bosch» markalı laqondanı oğurladıqlarını aşkar etmişdir. Dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmət mərkəzinə zəng edib məlumat vermişdir. Az sonra Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin əməkdaşları gəlmiş və o, evində baş vermiş oğurluq hadisəsi ilə bağlı yazılı ərizə vermişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 altı ildir tanıyır, onunla «Yaqut» şadlıq evində birlikdə işləmişdir. 28 iyul 2019-cu il tarixdə Fərhad onu öz yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Albalılıq 1 ünvanda yerləşən evinə qonaq çağırmış, həmin gecəni onlarda qalmışdır. Gecə yatmağa hazırlaşanda Fərhad sonradan tanıdığı 15-16 yaşlarında olan Təqsirləndirilən şəxs2 Kərim oğlu ilə oturub söbət etmişlər. Gecə təxminən 3:00 radələrində səs-küyə oyanmış, bu zaman Fərhadla Seyran həyətə girmişlər. Həmin vaxt onların hər ikisinin əlində böyük kisələr olduğunu görmüşdür. Fərhaddan bunların nə olmasını soruşduqda, bağ evindən götürməsini deyib, oğurluq olması barədə deməmişdir. Səhər açılanda Təqsirləndirilən şəxs3 idarə etdiyi ağ rəngli avtomobil ilə gəlmiş, Fərhadgilin gecə gətirdikləri əşyaları və avadanlıqları avtomobilə yükləyib getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, «Changan Eyado» markalı **-MH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. 2013-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «xxxx» MMC-dən almışdır. Təqsirləndirilən şəxs3 onun bacısının yoldaşı, yəni kürəkənidir. 2019-cu ilin iyul ayında avtomobilində rəngləmə işləri aparılması məqsədilə Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən avtoservislərdən birinə usta yanına aparması üçün avtomobili bir neçə dəfə kürəkəni Eminə vermişdir. Sonuncu dəfə 2019-cu ilin iyul ayının sonlarında avtomobilini ustaya aparması üçün Eminə vermişdir. Həmin vaxt avtomobil ikiüç gün ustada qalmışdır. Bundan sonra adını xatırlamadığı qohumlarından biri zəng edib, Eminin oğurluqda şübhəli olduğu üçün polis bölməsinə aparıldığı bildirib, avtomobilini Maştağa qəsəbəsində ünvanını bilmədiyi yerdən götürməyi demişdir. Maştağa qəsəbəsinə gedərək avtomobilini oradan götürmüşdür. Sonradan məlum olmuşdur ki, ona məxsus olan avtomobillə Maştağa qəsəbəsində əşyalar oğurlanmışdır. Onun həmin oğurluq cinayəti barədə başqa heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində göstərdi ki, təqsirləndirmilən şəxs Təqsirləndirilən şəxs1 dörd ildir ki, tanıyır, onunla qeyri-rəsmi yaşamışdır. 29 iyul 2019-cu il tarixdə xalası qızı X1 yerləşən evindən öz evinə qayıdarkən Fərhadı evdə görmüşdür. Həmin vaxtı evin həyətində çoxlu sayda məişət texnikası və əmlaklar olmuşdur. Nə baş verdiyini soruşduqda Fərhadla tanışı Təqsirləndirilən şəxs3 əmlakın onlara məxsus olduğunu, aldıqlarını və evlərinə aparacaqlarını bildirmişlər. Sonra o evinə girmiş, Fərhadgil isə həyətdəki əşyaları götürüb getmişlər. 7 avqust 2019-cu il tarixdə evdə olarkən polis əməkdaşları gəlib, Fərhadla Eminin evdə gizlətdikləri əmlakı aşkar edib aparmışlar. Həmin vaxt ona məlum olmuşdur ki, Fərhad, Emin və Fərhadın tanışı X9 yaxınlıqdakı bağ evindən oğurluq etmişlər. Cinayət barədə əvvəllər heç nə bilməmiş, əmlakın oğurluq olmasından xəbəri olmamışdır. Əgər məlumatı olsa idi, dərhal hadisə barədə polisə məlumat verərdi. Sonradan Fərhadla əlaqəsi olmamışdır. Sonuncu noyabr ayında oğurluq etdiyindən həbs edilmişdir. Polislər onların evdən əmlakları götürərkən Ləman adlı tanışı da evdə olmuşdur. Protokolu o da imzalamışdır. Onun evində Fərhadla Eminin oğurladıqı «Zenit» markalı su nasosu, «Yato» markalı drel, yük qaldırıcı ilə kəndir və naqillər olmuşdur. Əşyaların çoxunu Fərhadgil həyətdən götürüb aparıb satmışlar. Bildiyinə görə Seyran azyaşlıdır və Fərhadın həyətində sonuncunun xırdabuynuzlu heyvanlarını otarmışdır. Seyran Fəradın təkidi ilə oğurluq etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, hazırda həbsdədir. Təqsirləndirilən şəxs1 uzun illərdir ki, tanıyır. 2019-cu ilin noyabr ayının əvvəllərində gecə saatlarında evdə olarkən Fərhad avtomobili ilə onlara gəlib, təcili pul lazım olduğundan özünə məxsus olduğunu bildirdiyi «LG» markalı televizoru, kombi aparatını və su qızdırıcısını satdığını demişdir. Həmin əşyalara baxmış və Fərhadla 400 manat müqabilində razılaşmışlar. Əşyaları evində istifadə etmək üçün almışdır. Sonrakı günlərdə polislər ona hadisə barədə məlumat vermiş və o könüllü olaraq əşyaları onlara təqdim etmişdir. Həmin əşyaların oğurluq olmasını bilməmişdir. Sonradan məlum olmuşdur ki, Fərhad həmin malları yaxınlıqdakı bağ evindən oğurlamışdır. Əvvəllər Fərhaddan, yaxud başqa birindən bu formada əşya almamışdır. Fərhaddan şikayətçi deyildir. Təqsirləndirilən şəxs3 ola bilər ki, tanımadığı Vüqar adlı şəxsi deyibdir, ona yalnız sadaladığı əşyaları Fərhad satmışdır. Fərhad həmin əşyalardan başqa ona heç nə satmamışdır. İşin 1-ci cildinin 59-61-ci vərəqlərindəki protokoldan görünür ki, S.K.Bağırovun ifadəsi yerində yoxlanılarkən Zərərçəkmiş şəxs3 evindən oğurladığı əmlakların yerini əyani şəkildə göstərmiş və fotocədvəl tərtib edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 dekabr 2019 tarixli 30984 saylı rəyindən görünür ki, «Termet» markalı su qızdırıcısı 50 manat, «Baykan» markalı kombi aparatı 400 manat, «LG» markalı televizor isə 180 manat olması müəyyən edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 3 oktyabr 2019 tarixli 24897 saylı rəyindən görünür ki, «Zenit» markalı su nasosu gidraforu ilə 60 manat, «Yato» markalı drel 50 manat, yük qaldırıcı ilə kəndir 10 manat, internet naqili 10 manat, televizor naqili 10 manat olması müəyyən edilmişdir. Məhkəmə-psixoloji ekspertizasının 16 mart 2020 tarixli 11/16 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Kərim oğlunun hadisə zamanı etdiyi hərəkətləri qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 fərdi-psixiki xüsusiyyətlərində özündən uydurmağa meyllilik əlamətləri müşahidə olunmur. İşin 2-ci cildinin 112-ci vərəqindəki maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus «Termet» markalı 24 litrlik su qızdırıcısı, «Baykan» markalı Moon 24sc modelli kombi aparatı, «LG» markalı 32LC7R modelli 32 dyüm dioqanallı televizor və Zərərçəkmiş şəxs2 məxsus gidroforu ilə birlikdə «Zenit» markalı su nasosu, «Yato» markalı orta ölçülü drel, 1 dəst yük qaldırıcı ilə birlikdə kəndir, 20 metr göy rəngli internet naqili, 20 metr qara rəngli televizor naqili maddi sübut hesab edilmiş və zərərçəkmiş şəxslərə qaytarılmışdır. İşin 1-ci cildinin 125-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 29 avqust 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 211-212-ci vərəqlərindəki qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 31 avqust 2019-cu il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cildinin 21-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 4 dekabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 54-55-ci vərəqlərindəki Sabunçu rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 6 dekabr 2019-cu il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cildinin 147-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 29 avqust 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 207-208-ci vərəqlərindəki qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 31 avqust 2019-cu il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İşin 2-ci cildinin 20-21-ci vərəqlərindəki qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Kərim oğlunun barəsində 4 dekabr 2019-cu il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Kərim oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İşin 2-ci cildinin 108-109-cu vərəqələrindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Binəqədi rayon məhkəməsinin 8 iyul 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 1 (bir) il 4 (dörd) ay 15 (on beş) gün müddətə islah işləri cəzasına məhkum edilmişdir. İşin 2-ci cildinin 170-ci vərəqindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilməmişdir. İşin 2-ci cildinin 104-107-ci vərəqələrindəki Sabunçu rayon məhkəməsinin 14 iyun 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Kərim oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona 1 (bir) il azadlığın məhdudlaşdirilması cəzası təyin edilmişdir. Bakı Şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Kərim oğlunun Sabunçu rayon məhkəməsinin 14 iyun 2019-cu il tarixli hökmü ona təyin edilmiş azadlığın məhdudlaşdirilması cəzasından 2 ay 26 gün çəkilməmiş cəzası qalmışdır. İşin 2-ci cildinin 134-cü vərəqəsindəki doğum haqqında şəhadənamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində 24 iyul 2017-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. İşin 2-ci cildinin 206-cı vərəqəsindəki doğum haqqında şəhadənamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 20 iyun 2009-cu il təvəllüdlü bir azyaşlı uşağı vardır. İşdəki Zərərçəkmiş şəxs2 təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onun xeyrinə 7.612 (yeddi min altı yüz on iki) manat pulun tutulması barədə qərar qəbul edilməsini xahiş edir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Fizuli oğlunun CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Kərim oğlunun isə CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin təqsirlərini təkzib edə biləcək hal müəyyən edilmədi. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Fizuli oğlu və Təqsirləndirilən şəxs2 Kərim oğlu özlərini təqsirli bilməsələr də, onların ittiham olunduqları cinayətləri törətməkdə təqsirli olmaları ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakı ilə verdikləri etirafedici ifadələri, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə sübuta yetirildiyindən məhkəmə ifadələrinə tənqidi yanaşır, yuxarıda sadalanan və bir-birini tamamlayan sübut növlərini mötəbər hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Fizuli oğlunun əməli CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Kərim oğlunun əməlləri CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4cü maddələri ilə tövsif edilməli, onlar həmin maddələrlə təqsirli bilinməli və onlara həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumların islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Fizuli oğlunun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 Kərim oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmədə təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən 29 avqust 2019-cu il tarixdən 31 avqust 2019cu il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti azadllıqdan məhrum etmə cəzası saxlanılmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 4 dekabr 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CMnin 69.3-cü maddəsinə əsasən 29 avqust 2019-cu il tarixdən 31 avqust 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti azadllıqdan məhrum etmə cəzası saxlanılmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 18 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 Kərim oğluna təqsirləndirildiyi Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən hazırki cəza ilə Sabunçu rayon məhkəməsinin 14 iyun 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 (iki) ay 26 (iyirmi altı) günü CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 1 (bir) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla qismən toplanılmalı və Təqsirləndirilən şəxs2 Kərim oğluna qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 55.1-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 15 sentyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onun xeyrinə 7.612 (yeddi min altı yüz on iki) manat pul tutulmalıdır. Maddi sübutlar: Zərərçəkmiş şəxs1 məxsus «Termet» markalı 24 litrlik su qızdırıcısı, «Baykan» markalı Moon 24sc modelli kombi aparatı, «LG» markalı 32LC7R modelli 32 dyüm dioqanallı televizor və Zərərçəkmiş şəxs2 məxsus gidroforu ilə birlikdə «Zenit» markalı su nasosu, «Yato» markalı orta ölçülü drel, 1 dəst yük qaldırıcı ilə birlikdə kəndir, 20 metr göy rəngli internet naqili, 20 metr qara rəngli televizor naqilinin zərərçəkmiş şəxslərə qaytarıldığı nəzərə alınmalıdır. Ekspertiza tədqiqatına sərf edilmiş 160 (yüz altmış) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 53 (əlli üç) manat 40 (qırx) qəpik, Təqsirləndirilən şəxs3 Fizuli oğlu və Təqsirləndirilən şəxs2 Kərim oğlunun hər birindən isə 53 (əlli üç) manat 30 (otuz) qəpik olmaqla müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 170.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CMnin 69.3-cü maddəsinə əsasən 29 avqust 2019-cu il tarixdən 31 avqust 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadllıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq saxlanılmış azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 4 dekabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Fizuli oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən 29 avqust 2019-cu il tarixdən 31 avqust 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs3 Fizuli oğlunun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadllıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 Fizuli oğlu üzərində qəti olaraq saxlanılmış azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Fizuli oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Kərim oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.5-ci maddəsinə əsasən hazırki cəza ilə Sabunçu rayon məhkəməsinin 14 iyun 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 (iki) ay 26 (iyirmi altı) günü CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 1 (bir) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla qismən toplanılsın və Təqsirləndirilən şəxs2 Kərim oğluna qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Kərim oğlu ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 15 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Kərim oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs2 mülki iddiası təmin edilsin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Fizuli oğlu və Təqsirləndirilən şəxs2 Kərim oğlundan onun xeyrinə 7.612 (yeddi min altı yüz on iki) manat pul tutulsun. Maddi sübutlar: Zərərçəkmiş şəxs1 məxsus «Termet» markalı 24 litrlik su qızdırıcısı, «Baykan» markalı Moon 24sc modelli kombi aparatı, «LG» markalı 32LC7R modelli 32 dyum dioqanallı televizor və Zərərçəkmiş şəxs2 məxsus gidroforu ilə birlikdə «Zenit» markalı su nasosu, «Yato» markalı orta ölçülü direl, 1 dəst yük qaldırıcı ilə birlikdə kəndir, 20 metr göy rəngli internet naqili, 20 metr qara rəngli televizor naqilinin zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatına sərf edilmiş 160 (yüz altmış) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 53 (əlli üç) manat 40 (qırx) qəpik, Təqsirləndirilən şəxs3 Fizuli oğlu və Təqsirləndirilən şəxs2 Kərim oğlunun hər birindən isə 53 (əlli üç) manat 30 (otuz) qəpik olmaqla müştərək qaydada dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (həbsdə olan məhkumlara isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim M.M.Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar