Məhkəmə qərarları › İş №1(101)-155/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-155/2021

19.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-155/2021 19.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi3, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi4, zərərçəkmiş şəxsin hüquqi varisi X30 oğlunun, onun nümayəndəsi- fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs1, xx xxxxxxxx 1987-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 mənzil 218 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11, 181.3.3 və 170.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2, xx xxxxxxx 2001-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3, xx xxxxxx 2001-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən məhkumluğu olmayan, ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 23 sentyabr 2019-cu il tarixdə saat 01:15 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluqla əlaqədar onlar üçün aşkar surətdə köməksiz vəziyyətində olan Zərərçəkmiş şəxs sonuncunun yaşadığı Bakı şəhəri Yeni Yasamal - 1, ev 2, mənzil 11 ünvanında yatarkən ona basqın edərək onun bədən səthinə bıçaqla ardıcıl zərbələr vuraraq sağlamlığa zərər vurmayan sifətin sağ yarısında, sağ çənəaltı nahiyədə və sağ əldə yerləşən qançır, sağlamlığa yüngül zərərvurmaya aid qarının sol yan səthində olan qarın boşluğuna nüfuz etməyən 3 (üç) ədəd, həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vuran qarının sol yan səthində olan qarın boşluğuna nüfuz edən böyük piyliyin zədələnməsi ilə müşayiət olunan l (bir) ədəd, qarının sol yan səthində olan qarın boşluğuna nüfuz edən və daxili üzvlərin zədələnməməsi ilə müşayiət olunan l (bir) ədəd deşilmiş-kəsilmiş yara, ölümünə səbəb olmuş döş qəfəsinin sol yan səthində olan döş boşluğuna nüfuz edən və sol ağciyərin yaralanması ilə müşayiət olunan l (bir) ədəd, ümumilikdə 6 ədəd deşilmiş-kəsilmiş xəsarətlər yetirib zərərçəkmiş şəxsi xüsusi amansızlıqla öldürmüş, yəni Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmiş, mənzildə axtarış apararaq həmin tarixə olan məzənnə ilə 18739 manat təşkil edən 10.000 AVRO, 10 200 manat təşkil edən 6000 ABŞ dolları və ümumilikdə 10,219 manat (on min iki yüz on doqquz) manat dəyərində qızıl-zinət əşyalarını, həmçinin içərisində 10 manat dəyərində SİM-kart olan 665 manat dəyərində “Honor 5x” markalı mobil telefon, içərisində 10 manat dəyərində SİM-kart olan 350 manat dəyərində “Hoffmann X-PLAY” markalı mobil telefon, 35 manat dəyərində bir ədəd qara rəngli pul kisəsini ələ keçirib hadisə yerini tərk etmiş, bu hərəkətləri ilə onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq etməklə və Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmaqla hücuma məruz qalmış şəxsin həyatı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluqla əlaqədar onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi, yəni Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2019-cu il tarixdə saat 01:00 radələrində Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal -1, ev 2, mənzil 11 ünvanında bir qrup şəxs halında Zərərçəkmiş şəxs quldurluqla əlaqədar qəsdən öldürərək mənzildən götürüləcək pulun bir hissəsini yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 verəcəyini vəd etməklə sonuncunu xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmişdir. Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs3 uşaqlıqdan tanımışdır. Təqsirləndirilən şəxs2 tanıyır. Aralarında normal münasibətləri vardır. Zərərçəkmiş şəxs isə universitetdə oxuduğu vaxtdan tanımışdır. Onunla aralarında sevgi münasibətləri olmuşdur. Onunla tanış olduğu müddətdə Mayanın ailəsini də tanımış, qardaşının, bacısının olduğunu bilmiş, onlarla bir neçə dəfə məclislərdə görüşmüşdür. Maya onu daima pulla təmin edib, onun əksər xərclərini qarşılamışdır. Maya faizə pul verməklə məşğul olurdu. 2016-cı il tarixdə o, evləndikdən sonra Maya ilə münasibətlərini kəsmişdir. 2019-cu ilin avqust ayından etibarən lizinqə avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx xxxxxxxx 2019cu il tarixdə Maya ona zəng vurdu. O, Mayaya çayxanaya getdiyini demiş, Maya isə onu özlərinə çağırdı. Maya ona zəng vuranda ondan pul götürməyi qətiləşdirib Rəsula Mayanın sələmçiliklə məşğul olduğunu demişdir. O, Mayadan xərclik 300 dollar pul götürüb getmək istəmişdir. Mayagilə getmiş, yolda ona nə lazıım olduğunu soruşduqda Maya çörək və kompot al dedi. O da yuxu dərmanı da almışdır ki, Mayanı yatızdırsın. Mayagilə gedəndə onda bıçaq olmamış, bıçağı mətbəxdən götürmüşdür. Maya dərman tökdüyü kompotu içmədi. Daha sonra Mayanın qonaqları gəldilər. Həmin kompotdan qonaqlar içdilər. Qonaqlar getdikdən sonra Maya ilə o, cinsi əlaqədə olmuşlar. Daha sonra maşına baxmaq üçün balkona çıxmış, aşağıda maşınını görməmişdir. Aşağı düşüb Rəsula iyirmi dəqiqəyə yuxarı qalxmağını, Heydərə isə maşında gözləməyi demişdir. O, yuxarı qalxdıqdan sonra Maya ilə dalaşmışlar, həmin anda da Mayanı öldürmək qərarına gəlmişdir. O, Mayaya 3 bıçaq zərbəsi vurmasını xatırlayır. Lakin həmin anda narkotik vasitənin təsiri altında olduğuna görə bıçaq zərbələrinin sayında səhvə də yol verə bilər. İstinaq zamanı bilmişdir ki, o, Mayaya çox saylı zərbələr vurulub. Hadisə zamanı o, xəsarət almayıb. Rəsul isə seyfi açan zaman xəsarət alıb. Rəsul gələndən sonra ona hadisə olduğunu və pulu götürüb getmək lazım olduğunu demişdir. Rəsulla pulu axtarmışlar. Tapdıqlarını götürmüşlər. Nə qədər pul və qızıl tapdıqlarını xatırlamırlar. O, Rəsulu yalnız pul axtarmaq üçün çağırıb. O, Heydərə zəng etməyib. Kompota dərmanı binanın girişində töküb. Dərman tökməsi barədə Heydərə və Rəsula heç nə deməyib. Rəsulu çağırıb ki, o, Mayanı tutsun, özü isə pulları götürsün. Mayanı öldürəndə Rəsula ehtiyac yox idi. Rəsul gələndə Maya artıq canını vermişdi. O, Mayanı tək öldürüb. Onun Mayanı öldürmək niyyəti olmayıb. Maya ilə dalaşandan sonra da onu öldürmək niyyəti olmayıb. Yalnız pulları oğurlamaq istəmişlər. Heydər Maşında qalmışdı. Maşına mindikdən 200-300 metr sonra Heydər maşından düşdü. Rəsulun Heydərə borcu olduğu üçün o, Heydərə pul verdi. Zərəçəkənin nümayəndəsinə atası pulu qaytarıb. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadələri ilə istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyətlər olduğundan onun istintaq zamanı verdiyi xx xxxxxxx 2019cu il tarixli ifadələri elan olunub araşdırıldı. Həmin ifadələrində o, özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs hələ universitetdə oxuduğu vaxtdan tanımışdır. Onunla təsadüfən şəhərlərarası avtobusda tanış olmuş, həmin vaxtdan etibarən aralarında münasibətlər yaranmışdır. Maya ilə münasibətləri dərinləşərək sevgi münasibətlərinə çevrilmişdir. Maya ona əvvəllər evli olmadığını, heç vaxt uşağının olmadığını bildirmişdir. Onunla tanış olduğu müddətdə Mayanın ailəsini də tanımış, qardaşının, bacısının olduğunu bilmiş, onlarla bir neçə dəfə məclislərdə görüşmüşdür. Maya onu tanıdığı müddətdə daima pulla təmin etmiş, onun əksər xərclərini qarşılaşmışdır. Mayanınn həmişə kifayət qədər pulu olmuş, sələmə pul verməklə məşğul olurdu. O,hətta bir neçə dəfə Mayanın evində olan pulları oğurlayıb getmək istəsə də sonradan qorxduğu üçün fikrindən yayınmışdır. 2016-cı il tarixdə o, evləndikdən sonra məcburən Maya ilə münasibətlərini kəsmişdir. Buna baxmayaraq onunla hərdən danışmış, bəzən də görüşmüşdür. İstifadəsində ***-***-**-** və 050 ***-**-** mobil telefon nömrələr olmuşdur. Mayanın isə istifadəsində ***-***-**-** və ***-***-**-** mobil tellefon nömrələri olmuş, onunla özünə məxsus ***-***-**-** nömrədən onun hər iki nömrəsinə yığmışdır. Maya ilə həmçinin ***-***- **-** nömrədə olan vatsap nömrəsi ilə də əlaqə saxlamışdır. Mayagilin yaşadığı Yasamal rayonu Y.Yasamal-1 ev 2 mənzil 11-də dəfələrlə olmuşdur. Təxminən 6-7 il olar ki, özü narkotik maddə istifadəçisidir. Həm ot şəklində, həm həb formasında narkotik vasitə qəbul etmişdir. Ən çox marixuana və metodon adlı narkotik maddə qəbul etmişdir. Həmin narkotik vasitələri Lənkəran rayonunda tanımadığı adamlardan almışdır. 2019-cu ilin avqust ayında işdən çıxdıqdan sonra lizinqə **-PZ-*** dövlət qeydiyyat nişanlı “KHAZAR SD” markalı ağ rəngli avtomobil götürmüşdür. Həmin avtomobilə görə müqavilə əsasında gündəlik 25 manat olmaqla həftəlik 175 manat pul ödəmiş, taksi fəaliyyəti ilə əlaqədar *9933 taksi şirkətinə qoşulmuşdur. Lənkəran rayonundan olan Təqsirləndirilən şəxs3 uşaqlıqdan tanımış, onun mərhum qardaşı ilə dost münasibətləri olmuşdur. Rəsulun 17 yaşı olduğundan o, ona həmişə böyük qardaş münasibəti göstərmiş və ehtiyacı olduqda pul xərcliyi də vermişdir. Rəsulla həm Lənkəranda, həm də Bakı şəhərində görüşmüşdür. Son vaxtlar topaz oynamağı ilə əlaqədar ziyana düşmüş və 2500 ABŞ dolları məbləğində pul borcu yaranmışdır. Eyni zamanda evdə olan özünün və həyat yoldaşının qızıl-zinət əşyalarını “Gənclik” metrostansiyasının yaxınlığında, metronun çıxışından sağ tərəfdə yerləşən Lombarda vaxtını dəqiq bilmədiyi tarixdə qoyaraq təxminən 1500 manat pulu götürmüşdür. Bütün bu borcları və gündəlik olaraq narkotik maddələrə 50 manata yaxın pul verməyi onu kifayət qədər pul əldə etməyə təhrik etmiş, ilkin olaraq ağlına həmişə yaxın münasibəti olduğu kifayət qədər pulu olduğunu fikirləşdiyi Zərərçəkmiş şəxs gəlmişdir. Ona görə də Mayaya xx xxxxxxxx 2019-cu il tarixdə özünün ***-***-**-** nömrəsindən ***-***-**-** mobil nömrəsinə zəng vurub hal-əhval tutmuşdur. Maya ona hazırda Lənkəranda olduğunu və anasının xəstə olduğu üçün oraya getdiyini demişdir. Mayaya zəng vurmaqda məqsədi görüşmək və niyyətini həyata keçirmək olmuşdur. Niyyəti isə Mayanı evində yatızdıraraq pullarını götürmək olmuş, bunun üçün yuxu dərmanını kompota qatıb Mayaya verməyi düşünmüşdür. Mayanın evindən pulları götürmək istəməyini Bakıda olan və hərdən görüşdüyü Rəsula da demişdir. Rəsula da Mayanı yatızdırıb pulları götürəcəyini və ona da puldan verəcəyini demişdir. Rəsulla xx xxxxxxxx 2019-cu il tarixdə görüşdüyü müddətdə onun əvvəllər tanımadığı, adını Rəsuldan eşitdiyi, Lənkəran rayonundan olduğunu öyrəndiyi Heydər adlı oğlanla da görüşmüşdür. X26 danışdığı plan barəsində heç nə bildirməmişdir. Rəsulun ona bu barədə deyib-deməməsindən də xəbəri olmamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə Rəsulla birlikdə onun **-PZ-*** dövlət qeydiyyat nişanlı “KHAZAR SD” markalı ağ rəngli avtomobilində Lənkəran rayonuna getmişlər. Oraya getməkdə məqsədi həmişə qəbul etdiyi narkotik maddə olan metadon və marixuana almaq olmuşdur. Rəsulu evlərinə qoyduqdan sonra həmin narkotik maddələrdən metadonu 200 manata, 50 manata isə marixuananı tanımadığı şəxsdən Lənkəran şəhərindən almışdır. Rəsulun narkotik maddə qəbul etməsinin şahidi olmamışdır. Lazım olan narkotik maddələri aldıqdan sonra həmin gün Rəsulu da götürüb Bakıya qayıtmışdır. Mayanın Lənkəran şəhərində olduğunu bilsə də onunla görüşməmiş və ona Lənkəranda olduğunu deməmişdir. Rəsulu özü ilə qaytarmaqda məqsədi Mayanın evində olan pulları götürməkdə ona kömək etməsi ilə bağlı razılaşmaları olmuşdur. Maya ilə xx xxxxxxxx 2019-cu il tarixdə bir neçə dəfə əlaqə saxladıqda ona xx xxxxxxxx 2019-cu il tarixdə Bakıya gələcəyini demiş və onların evində görüşməklə bağlı razışlaşmışlar. Ona işini qurtardıqdan sonra nə vaxt istədiyi halda gəlməyini Maya demişdir. xx xxxxxxxx 2019-cu il tarixdə Rəsulla birlikdə Bakıya gəlmiş, həmin vaxtı o, öz evində, Rəsul isə dostlarının evində qalmışdır. O, Rəsulla əlaqə saxlamaq üçün Rəsulun dostu Heydərin ***-***-**-** nömrəsindən istifadə etmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə dəqiq saatını xatırlamadığı vaxtda Heydər və Rəsulla birlikdə “28 MAY” metrostansiyasının yaxınlığında görüşmüşlər. Həmin vaxt o, Rəsula bu gecə Mayagilin evinə gedəcəyini və onu Lənkəran şəhərindən aldığı yuxu dərmanı verərək yatızdıracağını, pulları götürəcəyini demişdir. Heydər onun fikrincə həmin sözləri eşitməmişdir. Rəsula dediyi sözləri Heydərə deyib-demədiyini bilməmişdir. Oradan birbaşa Az **-PZ-*** dövlət qeydiyyat nişanlı “KHAZAR SD” markalı ağ rəngli avtomobillə Mayagilin yaşadığı Yasamal rayonu Y.Yasamal-1, ev 2 ünvanının qarşısına gəlmişlər. Heydər Rəsulla münasibətlərinə görə həmin yerə, yəni Mayagilin yaşadığı Yasamal rayonu Y.Yasamal-1, ev 2 ünvanının qarşısına onlarla getmiş, o, Heydərə onlarla getməsi barədə heç nə təklif etməmişdir. Mayanın evinə gəlməmişdən qabaq özü ilə aptekdən ağ rəngli rezin əlcək də almışdır. Həmin əlcəyi almaqda məqsədi əl izlərinin qalmasını istəməməyi olmuşdur. Binanın qabağında avtomobili saxlayıb, Rəsulla Heydərə avtomobildə gözləməyi, Mayanı yatızdırıb pulları götürəcəyini demişdir. Saat təxminən 21:30 radələrində o, artıq Mayagilin evində olmuşdur. Həmin vaxt əynində narkotik maddə qəbul etdiyi üçün sərxoş olduğundan hazırda xatırlamadığı paltarlar olmuşdur. Mayagilə əlində çörək və istədiyi siqareti alıb aparmışdır. Mayagildə olarkən ilkin olaraq hamamda yuyunmuş, daha sonra isə onunla birlikdə mətbəx otağında çay içmişlər. Maya həmin vaxt ev paltarında olmuşdur. Mayagilə gəlməmişdən qabaq marketdən markasını bilmədiyi feyxoa kompotu almış, yuxu dərmanını feyxoa kompotuna atmış, ona görə də kompotun rəngi bir az dəyişmişdir. Bir müddət söhbət etdikdən sonra Mayanın kompotu içmədiyini görmüşdür. Aradan bir müddət keçmiş evə Mayanın tanışı və onun həyat yoldaşı gəlmiş, qadının adını bilməsə də, həyat yoldaşına “Həci” demişlər. Onlar Mayaya sələmin qalan faizi olan təxminən 300 ABŞ dollarını vermişdir. Maya həmin pulu yataq otağındakı şkafa qoymuşdur. O, həmin gələn şəxslərlə də oturmuşdur. Hətta gələn kişi içinə dərman qatdığı kompotdan da içmiş və bir qədər sonra isə qadınla birlikdə evdən getmişlər. Bundan sonra isə Maya xaricdə yaşayan bacısı ilə danışarkən bacısına onun evdə olduğunu, hətta zarafatla “itgin”in tapıldığını da demiş və çay içdiklərini bildirmişdir. “İtgin” dedikdə onu nəzərdə tutmuşdur. Saat təxminən 23:00 radələri olarmış ki, o, pəncərədən baxdıqda binanın qarşısında saxladığı avtomobilin yerində olmadığını görmüş və buna əsəbləşib həyətə düşmüşdür. Mayaya həyətə siqaret almağa getdiyini bildirdikdə Maya həyətə düşdüyünü görüb evdə olan zibil paketini də ona atması üçün vermişdir. Zibilin içərisində nə olduğunu bilməmişdir. Həyətə düşüb Heydərin mobil nömrəsinə yığıb harada olduqlarını soruşmuşdur. Ona Heydərgil yaxında olduqlarını, çatdıqlarını demişlər. O, onları axtardıqda onların avtomobili binadan bir qədər aralıda “Gülüstan” restoranın yanında saxladıqlarını görmüşdür. Rəsul avtomobildən düşüb ona tərəf gəlmiş, o, zibili ora atıb Rəsulla birlikdə avtomobilə əyləşmişdir. X9 əsəbləşib, onlara “mən nə işə görə gəlmişəm, siz neynirsiz” demiş və maşını icazəsiz götürməməklərini bildirmişdir. Avtomobili özü sürüb qırağa vermişdir. Heydərlə Rəsula əsəbi halda qadının kompotu içmədiyini demiş və nə yolla olursa olsun pulları götürəcəyini bildirmişdir. Çünki, evdə Mayanın seyfli əl çamadanında xeyli miqdarda pulunun olduğunu bilmişdir. Əvvəllər istədiyi vaxtlarda Maya həmin çamadandan ona pul vermişdir. Heydərlə Rəsulu avtomobildə qoymuş və Rəsula Heydərin nömrəsinə zəng vurduqda qadının evinə qalxmasını bildirmişdir. Hətta Rəsula qadının evini də göstərmişdir. Belə ki, Rəsulu bloka apararaq liftlə yeddinci mərtəbəyə qaldırmış və 6-cı mərtəbəni göstərib sol qapıya girəcəyini demişdir. Rəsul evi görüb geri qayıtmışdır. Həmin vaxt Heydərə mənzili göstərməmiş, onun mənzili görüb-görməməsini bilməmiş, ola bilsin ki, sonradan Rəsul evi ona göstərmişdir. Saat təxminən 23:00 radələrində tək Mayanın evinə qalxmışdır. Blokda heç kəs olmadığından onu heç kəs görməmişdir. Bir qədər söhbətdən sonra Maya ilə birlikdə yataq otağında yatağa uzanmışlar. O, paltarlarını soyunduqda Maya da paltarlarını soyunmuşdur. Mayanın əynində qırmızı rəngli alt paltarları olmuşdur. Hələ onlar yataqda olarkən saat 00:00 radələrində Mayaya zəng gəlmiş, Maya yalandan telefonda olan şəxsə hazırda Lənkəranda olduğunu bildirmiş və Bakıya növbəti gün gələcəyini demişdir. Bundan sonra Maya heç kəslə telefonla danışmamışdır. Onunla bir dəfə təbii yolla cinsi əlaqədə olmuş və xx xxxxxxxx 2019-cu il tarixdə saat təxminən 01:00 radələrində o, Mayanın yatdığını görmüşdür. Evdə gəzməyə və siqaret çəkməyə başlamışdır. Mayaya qəti olaraq nə edəcəyini tam qətiləşdirməmişdir. Evin qapısını da açmışdır ki, Rəsul gələndə rahat girsin. Narkotik maddənin təsiri altında olduğundan tam da özündə olmamışdır. Mətbəxdən dəstəyi açıq qəhvəyi rəngli olan və tiyəsi gümüşü rəngli olan bıçağı götürmüşdür. Mayanın sol tərəfində uzanmışdır. Həmin vaxt əynində yalnız alt paltarı olmuşdur. Heydərə bir dəfə zəng vurub telefonu keçirtmişdir. Bir qədər sonra Rəsulun evə girdiyini görmüş, bu zaman Mayanı öldürmək fikri qətiləşmişdir. Rəsul yataq otağına girdikdə bıçağı sağ əli ilə arxası ona uzanan Mayanın kürəyinə iki dəfə vurmuşdur. Bu zaman Maya qışqırdı. O, tez onun üzərinə çıxmışdır. Mayanın boğazından tutub boğduqda o, ayılaraq ona “oturaq söhbət edək” demişdir. Rəsul artıq otaqda olmuşdur. O, Mayaya “bağışla məni deyib” bıçaqla vurmağa başlamış, sağ əlində olan bıçaqla onun kürəyinə və qarnına tərəf vurmuşdur. Əli də boğazında olmuşdur. Maya qışqıra-qışqıra Rəsula tərəf təpik atdıqda o, Rəsula Mayanın ağzını və burnunu tutmasını demiş və qışqırmasının qarşısının almağa çalışmışdır. Həmin vaxt Rəsul onun təklifinə əsasən Mayanın ağzını və burnunu tutmuşdur. Mayaya bıçaq zərbəsi atdıqda bıçaq istəməyərək çıxıb Mayanın ağzını tutan Rəsulun sağ qoluna dəymişdir. Mayanın boğazından tutub boğa-boğa onu bıçaqla vurduqdan sonra artıq öldüyünü hiss etmiş və üstündən düşmüşdür. Əvvəlcə əynini geyinmişdir. Ona Mayanın xırıltı səsi gəlmişdir. Rəsula Mayaya baxmasını, ölmədiyi halda balıncla boğmasını demişdir. Rəsul Mayaya baxıb artıq onun öldüyünü bildirmişdir. Bıçağı kənara qoymuş, əlinə ağ rezin əlcəkləri geyinib evdən yerini bildiyi yataq otağındakı şkafdan kodlu və açarla açılan Mayanın çamadanın götürmüşdür. Çamadanı özü açmışdır. Çamadanın balaca açarını da özü tapmışdır. Çamadını açdıqda içərisində olan xeyli miqdarda olan avro, dollar və az miqdarda olan manat pulu götürmüşdür. Pulları Mayanın balaca qara pul kisəsinə qoymuşdur. Mayanın yataq otağından bəzək əşyalarının arasından tapdığı üzük və sırqaları götürmüşdür. Bundan sonra Rəsula evi dağıtmağı bildirmişdir. Guya evdə olan izləri itirmək istəmişlər. Evdə olan başqa yerləri o, axtarmamışdır. Çünki, lazım olan pulu artıq götürmüşdür. Bir qədər əvvəl gələn qadınla kişinin verdiyi həmin dolları da götürmüşdür. Mayanın iki ədəd smartfon telefonunu da götürərək söndürmüşdür. Bıçağı və əlində olan ağ əlcəyi qara rəngli gödəkçəsinin iç cibinə qoymuşdur. Mayanın üzərinə orada olan adyalı örtmüş, ondan əvvəl isə Rəsul balıncı Mayanın üzərinə qoymuşdur. Evdən çıxdıqda Rəsulla birlikdə pilləkənlə düşdükdə Rəsul ona gözləməyini, evin qazını açıq qoyub qısa qapanmadan evi partladıb sübutları məhv etmək istədiyini demişdir. Rəsul evdən heç nə götürməmişdir. Pulları və az olan qızılları qoyduğu pul kisəsini qoltuğunun altına qoymuş və Rəsulla birlikdə aşağı düşmüşlər. Rəsulun əynində olmuş paltarları xatırlamır. Həyətə düşüb maşının dayandığı yerə gəlmişlər. Maşını özü sürmüş, Rəsul qabaqda, Heydər də arxada əyləşmişdir. Heydərə Mayanı öldürməklərini deməmişdir. Maşını sürüb oradan uzaqlaşmışlar. Bir az getdikdən sonra Heydəri yolda, yaşadığı evin yanında düşürmüşlər. Heydərə 100 ABŞ dolları verib, heç kəsə heç nə deməməyini bildirmişdir. Rəsulla birlikdə yaşadıqları evə tərəf gəlmişlər. Hələ “Qələbə” dairəsindən keçdikdən sonra körpünün üzərində Mayanın hər iki telefonunu maşın hərəkətdə olarkən pəncərədən asfalta çırpıb sındırmışdır. Rəsulun həmin vaxt istəməyərək vurduğu qolundan az qan da gəlmişdir. Rəsulla birlikdə evlərinə tərəf gəlmişdir. Yolda olarkən Rəsul Lənkərandan gətirdiyi, maşında olan paltarları geyinmiş və əynində olanları maşına qoymuşdur. Avtomobili həyətdə saxlamış, Rəsula 2000 ABŞ dolları və 500 avro pul və dəqiq sayını bilmədiyi manat əskinazı vermişdir. Daha sonra özü tək yaşadığı evə qalxmışdır. Rəsul isə avtomobildə qalmışdır. Bıçaq hələ də gödəkçəsinin cibində olmuşdur. Evə girdikdə qayını İsmayıl qonaq otağında olmuşdur. Həyat yoldaşı da uşaqlarla birlikdə yatmışdır. Özü puldan bir qədər götürüb qalan pulları və götürdüyü az miqdarda üzük və sırqaları saxlaması üçün arvadına vermiş, ona başqa heç nə deməyərək pulları və qızılı haradan aldığını deməmişdir. Arvadı Zeynəbxanıma nə qədər pul verməyini dəqiq bilməmiş, çünki götürdüyü pulları saymamışdır. Orada çoxlu sayda avro əskinazları olmuşdur. Pulları verdikdən sonra arvadının harada saxlaması barədə bilməmişdir. İsmayıl da bu barədə heç nə deməmişdir. Əynində olan paltarları dəyişmiş və bıçaqla birlikdə sellofana qoymuşdur. Evdən xarici pasportunu götürmüşdür. Dəyişdiyi paltarlar və bıçaq olan sellofanı götürüb aşağı düşmüş, evdəkilərə heç nə deməmişdir. Rəsulla birlikdə ilkin olaraq evlərinə yaxın olan bulvarın yeni salınmış yerinə, dənizin qırağına getmişdir. Bıçağı dənizə atmışdır. Hadisə vaxtı əynində olan və sonradan dəyişdiyi paltarlarını da orada olan zibil qutularından birinə atmışdır. Deyəsən, Rəsulun da hadisə vaxtı əynində olan və maşında dəyişdiyi paltarını da zibil qutularından birinə atmışdır. Bundan sonra Rəsulla birlikdə maşınla Heydər Əliyev adına Hava Limanına getmişlər. Orada bilet satan kassaları yaxınlaşıb Moskvaya ən tez gedən aviareysə bilet istəmişdir. xx xxxxxxxx 2019-cu il tarixə saat 14 radələrində olan uçuşa bilet almışdır. Biletə 400 manat pul vermişdir. Həmin vaxt o, orada olan valyuta dəyişmə yerində təxminən 1000 avro pulu dəyişmişdir. Bundan başqa isə 400 ABŞ dollarını da manata dəyişdirmişdir. Rəsul da ona verdiyi avronu manata dəyişmişdir. Bileti alaraq oradan getmişlər. Maşınla “Nizami” kinoteatarının yanında yerləşən “Aftoş” dönərdən dönər almışlar. Dönəri yedikdən sonra onun yaşadığı evə getmişlər. Binanın həyətində maşını saxlayıb maşında yatmaq istəmiş və arvadına narahat olmaması üçün aşağıda maşında Rəsulla birlikdə olduqlarını dedikdə ona yuxarı qalxmaqlarını bildirmişdir. Evə qalxdıqda Rəsul İsmayılla qonaq otağında, o, isə arvadı və uşaqlarla birlikdə yataq otağında yatmışlar. Həmin gün səhər saat 08 radələrində Rəsulla birlikdə evdən çıxmış və avtomobili sürüb oradan getmişlər. O, Rəsulu “28 May” metrostansiyası tərəfdə düşürmüşdür. Bundan sonra, o, **-PZ-*** dövlət qeydiyyat nişanlı “KHAZAR SD” markalı ağ rəngli avtomobili icarəyə götürdüyü yerə, yəni Badamdar qəsəbəsinə apararaq maşını və açarları mühafizəçiyə təhvil vermişdir. Oradan taksi ilə Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığında yerləşən, “Top az” məntəqəsində işləyən Tərlan adlı şəxsə zəng vuraraq onun yanına getmiş və ona olan 3100 manat pul borcunu 2500 ABŞ dollar dəyərində ödəmişdir. Pulun qalanını da götürməmişdir. Həmin yerdən çıxaraq taksi ilə yaşadığı evə getmişdir. Binanın qabağında əvvəllər tanıdığı, taksi fəaliyyəti ilə məşğul olan Niyaz adlı şəxsə saat 12-13 radələrində onu hava limanına aparmasını bildirmişdir. Evə qalxıb paltarlarını yığıb, uşaqlarla görüşüb aşağı düşmüş, arvadına Moskvaya getdiyini bildirmişdir. Niyazın gümüşü rəngli “Mersedes” markalı avtomobilinə əyləşmişdir. Məqsədi əvvəlcə “Gənclik” metrostansiyasının yaxınlığına getmək olmuşdur. Çünki, orada metronun mehmanxana tərəfə çıxışında sağ tərəfdə yerləşən üzərində qırmızı reklam lövhəsi olan Lombarda qoyduğu evlərinə məxsus qızılzinətin pulunu ödəyib qızılları geri almaq istəmişdir. İsmayıla zəng edib onunla birlikdə həmin yerə getməsini istəmişdir. Bu vaxt Rəsul telefonu götürmüş və İsmayılla bir yerdə olduqlarını bildirmişdir. O, onlarla “Gənclik” metrostansiyasının yanına gəlməklərini demişdir. Saat təxminən 12:30 radələrində onlar taksi ilə “Caspian shopping” ticarət mərkəzinin qabağında olmuşlar. Bir qədər Rəsulla İsmayılı gözləmiş, onlar gəldikdən sonra birlikdə piyada lombarda tərəfə getmişlər. Qeyd etdiyi Lombarda İsmayılla birlikdə girmiş, Rəsul çöldə gözləmişdir. Lombarda borcu olan 1800 manat pul vermiş, onlar qızılları sabah götürə biləcəyini bildirmişlər. O da qızılları İsmayılın götürəcəyini demişdir. Oradan Rəsul və İsmayılla sağollaşıb Niyazın taksi maşınında birbaşa hava limanına getmişdir. Qeydiyyatda keçib saat 14:00 radələrində aviareyslə Moskva şəhərinə getmişdir. Hələ uçmamışdan qabaq atası Nihada zəng vurub bir həftəyə qayıdacağını bildirmiş, ona nə məqsədlə getdiyini deməmişdir. Moskva şəhərində iki gecə oteldə qalıb avireyslə İstanbul şəhərinə getmişdir. İstanbula da gəzmək məqsədi ilə getmiş, orada xx xxxxxxx 2019-cu il tarixədək qalmışdır. İstanbulda və Moskvada özü ilə apardığı Mayagildən götürdüyü təxminən 4000 ABŞ dollarına yaxın pulu xərcləmişdir. Həmin şəhərlərdə tanışları olsa da bu müddət ərzində heç bir tanışı ilə görüşməmişdir. Həmin şəhərlərdə olarkən Azərbaycanda olan tanışları ilə ilkin olaraq əlaqə saxlamamışdır. İstifadəsində olan iki mobil telefonu da özü ilə götürmüşdür. Orada olarkən Mayanın öldürülməsi faktının üzə çıxdığını və axtarıldığını öyrənmişdir. Sonradan tutduğu səhv əməli dərk edərək Azərbaycana qayıdaraq təslim olmağa qərar vermiş və xx xxxxxxx 2019-cu il tarixdə aviareyslə İstanbuldan Bakı şəhərinə gəlmişdir. xx xxxxxxx 2019-cu il tarixdə gecə saatlarında Heydər Əliyev adına hava limanında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hazırda əməlindən peşmandır. Yasamal rayonu Y.Yasamal-1, ev 2 mənzil 11 ünvanında yaşayan və xx xxxxxxxx 2019-cu il tarixdə öldürülən Zərərçəkmiş şəxs şəxsiyyəti barəsində hadisə yerinə birlikdə getdiyi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər hansı məlumatları olmamışdır. Heydərin nə işlə məşğul olması barədə məlumatı olmamışdır. Onun 23-24 yaşı olmasını təxmin etmişdir. Rəsul boş-bekar həyat sürmüş, onun 18 yaşının tamam olmadığını bilmişdir. Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs evindən heç nə götürməmişdir. O, isə dəqiq sayını bilmədiyi avro, dollar və manat əskinazları olan çamadanda olan bütün pulları, şkafın üstündə olan 300 ABŞ dollarını və bəzək əşyalarının içərisində olan qızıl-zinəti götürmüşdür. Qızıl-zinət çox az olmaqla 2-3 ədəd üzük və sırğa olmuşdur. Rəsula 2000 ABŞ dolları və 500 avro vermişdir. Borcundan 2500 dollar və lombarda 1800 manat vermişdir. 400 manata aviabilet almışdır. Yerdə qalan pulun 4000 ABŞ dollarına yaxın pulu özü ilə aparmışdır. Arvadına da dəqiq sayını bilmədiyi sayda avro əskinazları, deyəsən 1 ədəd 100 ABŞ dolları və qızıl zinət əşyalarını vermişdir. Hadisə vaxtı, yəni xx xxxxxxxx 2019-cu il tarixdə hər hansı bədən xəsarəti almamışdır. Zərərçəkmiş şəxs neçə bıçaq zərbəsi vurmağını dəqiq xatırlamamış, hadisə vaxtı əynində olan paltarları dəqiq xatırlamamış, çünki həmin paltarları hadisədən sonra atmışdır. Zərərçəkmiş şəxs öldürülməsi və onun evindən pul və qızıl-zinyət əşyalarını götürməsi barədə heç kəsə məlumat verməmişdir. Yalnız bu barədə hadisə vaxtı yanında olan Rəsul bilmişdir. Heydər isə yalnız ona verdiyi 100 ABŞ dollarını görmüşdür. Onun heç bir psixi xəstəliyi yoxdur, heç bir xəstəxanada psixi xəstəliklə bağlı qeydiyyatda olmamışdır. Hadisə baş verən gün yalnız narkotik maddə qəbul etmişdir. Zərərçəkmiş şəxs əvvəlcə öldürmək məqsədi olmamış, sonradan yuxu dərmanı olan kompotu içmədiyi üçün pulları götürmək üçün onu öldürmüşdür. Zərərçəkmiş şəxs yuxu dərmanı olan kompotu içmədiyi üçün o, evdən pulları götürərkən Mayanın yuxudan ayılacağı üçün onu öldürmək qərarına gəlmişdir. Fikirləşmişdir ki, Maya kompotu içdikdən sonra uzun müddət yatacaq və o, həmin müddətdə başqa ölkədə olacaqdır. Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, hadisə zamanı Zərərçəkmiş şəxs evindən pul götürsə də onun öldürülməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs1 da, o da Lənkərandandırlar. Onlar uzun müddətdir ki bir-birilərini tanıyırlar. Təxminən 2019-cu ilin sentyabr ayının 15də o, gəzmək məqsədi ilə Bakı şəhərinə gəlib bir müddət ərzində Bakı şəhərində kirayədə yaşayan dostlarıgildə qalmışdır. Bakıda olarkən Faridlə əlaqə saxlayıb “28 May” metrostansiyasının yaxınlığında görüşüb hal-əhval tutmuşdur. Görüş zamanı Farid ona pula ehtiyacı olduğunu demiş və ondan 50 manat borca pul istəmişdir. O da 50 manat tapıb Faridə vermişdir. Farid pula görə ona xəcalətindən çıxacağını deyib getdi. Təxminən 18-19 sentyabr tarixlərdə Farid ona Lənkəran rayonuna gedəcəyini, atası ilə görüşəcəyini bildirmiş və onunla getməyini təklif etdi. O da Lənkəranda işi olduğundan Faridlə birlikdə Lənkərana getmişdir. Lənkəranda o, öz işlərilə, Farid də öz işilə məşğul olduqdan sonra yenidən onu götürərək həmin maşında Bakıya qayıtmışlar. Bakıya qayıtdıqdan sonra dostu Heydərgildə qalmağa başlamışdır. Özünün mobil telefonu olmasına baxmaraq Faridlə Heydərin mobil nömrəsi vasitəsi ilə əlaqə saxlamışdır. Bunun səbəbini bilmir. xx xxxxxxxx 2019-cu il tarixdə 20-21 radələrində Faridlə “28 May” metrostansiyasının yaxınlığında görüşmüşlər. Görüşə Heydərlə birlikdə getmiş, həmin vaxt X19 şəhərindən bir-birilərini tanıdıqlarını, dost olduqlarını demişdir. Görüş zamanı Farid ona qıraqda ikisi tək olarkən əvvəllər münasibətdə olduğu, universitetdə oxuyan vaxtdan ona baxan bir qadının evindən pul oğurlayacağını dedi və ona da həmin işdə ona kömək etməyini bildirdi. Ancaq qadının şəxsiyyəti barədə ona heç nə demədi. Farid ona həmin qadına Lənkəran rayonundan bilmədiyi yerdən aldığı yuxu dərmanını kompota qatıb verəcəyini və qadın yatdıqdan sonra isə pulları götürəcəyini dedi. Həmin söhbətlər barədə Heydər əvvəlcə heç nə bilmirdi. Oradan “28 May” metrostansiyasının yaxınlığından Faridin avtomobili ilə birlikdə birbaşa Yasamal rayonu Y.Yasamal-1 ev 2 ünvanının yaxınlığına gəlmişlər. Saat təxminən 21:30 radələri olmuşdur. Farid maşından düşüb binaya qalxdı və Heydərlə ona qadını yuxuya verib pulları götürəcəyini dedi. Farid iş qurtardıqdan sonra Heydərin mobil nömrəsinə zəng edərək onları çağıracağını bildirdi. O, daha sonra avtomobili sürüb Heydərlə birlikdə oradan uzaqlaşmışdır. Bir qədər ətrafda avtomobillə fırlandıqdan sonra Farid Heydərə zəng vurub gəlmələrini dedi. Həmin vaxt artıq saat 23:00 radələri idi. Avtomobili sürüb qadının evinin yaxınlığına gəlmiş, maşından düşmüş və bina tərəfdən gələn Faridi qarşılamışdır. Farid əsəbi halda, yanına getdiyi qadını söyüşlə təhqir edərək qadının dərmanı içmədiyini, yatmadığını bildirdi. Heydər də maşından düşüb onların yanına gəldi. Daha sonra üçü də Faridin avtomobilinə əyləşmişlər. Farid onlara yenidən evə qayıdacağını, qadını yatırdıb pulları götürəcəyini, qadın yatmasa belə nəsə edib pulları götürəcəyini dedi. Ona Heydərin nömrəsinə zəng vurduqda qadının evinə gəlməyini, birlikdə qadının evini axtarmaqlarını bildirdi. Avtomobili də özü sürüb yolun kənarında saxladı və gözləməklərini bildirdi. Bundan sonra Farid onu və Heydəri həmin binaya apardı, blokun qabağında ona və Heydərə liftlə yeddinci mərtəbəyə qalxmağını, daha sonra altıncı mərtəbəyə düşüb sol qapı olan evə girməyi dedi. Həmçinin qapının da açıq olacağını onlara dedi. Daha sonra onlar avtomobilə qayıtmış, Farid isə yuxarı qadının yanına qalxdı. O, Heydərlə avtomobildə əyləşmişdir. Saat təxminən 01:20 radələrində Farid Heydərin nömrəsinə zəng vurdu. Özü tək maşından düşüb Faridin bildirdiyi kimi qadının evinə getmiş, qapını açmış, içəri daxil olmuşdur. Qadının olduğu otağa baxdıqda onun yatağın üzərində uzanıqlı vəziyyətdə olduğunu, əynində sadəcə olaraq alt paltarları olduğunu görmüşdür. O, qadına yaxınlaşdıqda onun artıq öldüyünü görmüş və bir az qorxmuşdur. Evdən çıxmaq istədikdə Farid onu saxladı və qadının üzərinə adyal örtdü. Qadının meyitinin yanında yastıq da var idi. Eyni zamanda qadının meyitinin yanında dəstəyi çəhrayı, ağ və tiyəsi isə gümüşü rəngli təxminən 25-30 sm üzəri qanlı bıçaq var idi. Həmin bıçağı ilk dəfə görmüşdür. Farid həmin bıçağı özü ilə gətirməmişdi. Bundan sonra, birlikdə evi axtarmağa başlamışlar. Bir az axtardıqda Farid meyitin olduğu otaqda, şkafdan üzərində kod olan balaca çamadan tapdı. Farid qadını öldürdüyü bıçağı gətirib çamadını qırmağa çalışdı. Həmin vaxt bıçaq çamadandan çıxıb onun sağ qolunu yuxarı nahiyədən kəsdi və bir qədər həmin yerdə qan gəldi. Köynəyi də qan olmuşdur. Daha sonra Farid axtarıb 3-4 dənə açar gətirdi və çamadanı açdı. Çamadanın içərisində xeyli sayda pul var idi. Pulları tapandan sonra Farid bütün pulları qadının otaqda olan qara rəngli pul kisəsinə yığıb özü ilə götürdü. Farid yataq otağından qabın içərisindən dəqiq sayını bilmədiyi qızılzinyət əşyası tapdı və qızılların bir neçəsini paltarının cibinə, bir qədərini isə pulları yığdığı pul kisəsinə qoydu. O, evdən heç nə götürməyib bir mərtəbə aşağı düşüb 5-ci mərtəbədə gözləmişdir. Bundan sonra Farid də qadının evindən çıxıb pilləkənlərlə düşdü, ona sübutları itirmək istədiyi üçün qaldığını dedi. Farid həmçinin qadının iki ədəd, markasını xatırlamadığı mobil telefonlarını götürmüşdü. Faridin hər iki əlində ağ rezin əlcəyi var idi və həmin əlcəklər qanlı idilər. Maşına mindikdən sonra Farid onlara evin qazını açıq qoyduğunu, evi partladıb sübutları yox etmək istədiyini dedi. Bir qədər oradan aralaşdıqdan sonra Farid avtomobili saxladı, Heydərə “sən heç nə görümüyübsən və eşitmiyibsən” dedi və arxa cibindən 100 ABŞ dolları çıxardıb Heydərə verdi. Heydəri yaşadığı yerdə düşürdü. Heydəri düşürdükdən sonra onlar Faridlə birlikdə onun yaşadığı evə gəlmişlər. Hələ yolda olarkən Farid tanımadığı yerdə qadının evindən götürdüyü telefonu yerə çırparaq sındırdı, bir qədər sonra isə qadının o, söndürdüyü telefonunu da Farid pəncərədən yerə tulladı. Qanlı əlcəkləri harada tullamasını görməmişdir. Farid evlərinə qalxıb, 15-20 dəqiqədən sonra paltarlarını dəyişib gəldi. Həmin vaxt Farid ona 400 avro pul və 100 ABŞ dolları, sonrakı gün də paltar alması üçün 400 manat pul verdi və ona xaricə gedib gəldikdən sonra yenə pul verəcəyini bildirdi. Farid ona ümumilikdə 1200-1300 manat pul vermişdi. Qızıldan isə ona heç nə vermədi. Birlikdə avtomobillə Heydər Əliyev adına Hava limanına getmişlər. Farid 300 avro pul xırdalatdı və 400 manat biletin pulunu verdi. 100 manat isə ona qaldı. Zərərçəkmiş şəxs kim olmasını bilməmişdir. Farid də ona bu barədə heç nə deməmişdi. Təxminən hadisədən 2-3 gün sonra öyrənmişdir ki, həmin qadın Zərərçəkmiş şəxsdır, Lənkərandandır. Birbaşa özü həmin evdən hər hansı pul və qızıl zinyət əşyası götürməmişdir. Faridin ona verdiyi pulları xərcləmişdir. Faridin evdən cəmi nə qədər pul və qızıl zinyət əşyası götürməsi barədə dəqiq məlumatı yoxdur. Pulları saymamışdır. Farid götürdüyü pullardan başqa hər hansı şəxsə verib-verməməsi barədə hər hansı məlumatı yoxdur. Evə qalxarkən Faridin əlində bıçaq yox idi. Faridin hadisə vaxtı əlində olan ağ rəngli əlcəkləri haradan və nə vaxt əldə etməsini bilmir. Həmin əlcəkləri o, hadisə yerinə gedərkən artıq Faridin avtomobilində görmüşdür. Tutulmağından qorxduğu üçün Zərərçəkmiş şəxs öldürülməsi ilə bağlı sonradan hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Onunla Farid arasında qadının öldürməklə bağlı söhbət olmamış, Farid Mayanı öldürəcəyi ilə bağlı ona heç nə deməmişdi. O, qadının evində girdikdə qadın ölmüş vəziyyətdə, hərəkətsiz vəziyyətdə idi. O, Zərərçəkmiş şəxs tam ölməsi üçün ona hər hansı xəsarət yetirməyib. Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, Hadisə günü Rəsul ona zəng vurdu. Əvvəllər Faridi tanımamışdır. Rəsulla görüşə gedəndə ilk dəfə idi ki, Faridi görmüşdür. Faridin maşınını minib hadisə olan məhləyə getmişlər. Farid onları maşında qoyub qayıdacağını deyərək getdi. Onun hara getdiyini bilməmişdir. Mayanın adını istintaq zamanı eşitmişdir. Farid kompot almışdı, lakin o, onun içinə nəsə qatdığını görməmişdir. Farid qadın haqqında ona heç nə deməyib. Farid bir qədər sonra ona zəng vurub onları yanına çaığırdı və Rəsula bir qədər deyindi ki, maşının yerini nəyə görə dəyişib. Daha sonra Rəsula getdiyi evin yerini göstərmək üçün onunla getməsini dedi. O, Faridin hansı məqsədlə getdiyi evin yerini Rəsula göstərməyini bilmir. Rəsul maşından düşdü, qaranlıq olduğunu deyib ona da özləri ilə birlikdə gələməsini xahiş etdi. O, xahişə görə Rəsul və Faridlə birlikdə getmiş, lakin yalnızca liftin qarşısında gözləmişdir. Rəsul qayıtdıqdan sonra maşında oturub Faridi gözləmişlər. Təxminən 30 dəqiqə keçdikdən sonra Farid ona zəng vurdu, Rəsulla danışdı, Rəsul yuxarı qalxdıqdan 30 dəqiqə sonra qayıtdılar. Qayıdanda Farid dedi ki, öldürdüm, Rəsul isə əlini tutmuşdu. Lakin onların əlində heç nə görməmişdir. Dəqiq xatırlamır, deyəsən Rəsul Fariddən 100 dollar alıb ona verdi. O, pulun hardan olduğunu bilməmişdir. O, Rəsulun ona olan borcuna görə maşına minmişdir. Rəsul görüşəndə ona pulunu qaytaracağını deməmişdi. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadələri ilə istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyətlər olduğuna görə onun istintaq zamanı verdiyi ifadələri elan edilib araşdırıldı. Həmin ifadələrində o, elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs3 təxminən 3-4 il olar ki, Lənkəran şəhərindən tanıyır, dostluq münasibətləri var, əvvəllər bir neçə dəfə birlikdə Bakı şəhərinə gələrək gəzib yenidən Lənkərana qayıtmışlar. Sentyabr ayının əvvəllərində Bakı şəhərinə köçdükdən sonra Rəsul bir neçə gün onunla birlikdə qalsa da, sonradan bibisi İradə onun yanına gəldiyi üçün Rəsul onunla qalmamış və Sərxan adlı dostu ilə birlikdə qalmağa başlamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə səhər saatlarında yuxudan oyandıqdan sonra bütün gün ərzində evdə olmuş, həmin gün axşam təxminən saat 19-20 radələrində Rəsul ilə Lənkəran rayonundan olan, Rəsul vasitəsi ilə tanıdığı Farid adlı oğlan sonuncunun ağ rəngli, “Khazar SD” markalı AZ **-PZ-*** dövlət nömrə nişanlı avtomobili ilə onu yaşadığı evdən götürmüşlər və birlikdə Bakı şəhərində gəzmişlər. Bundan sonra, Faridin mobil telefonuna zəng gəlmiş, sonuncu onlara ailə üzvləri ilə işinin olduğunu demiş və onlar axşam saatlarında yenidən görüşməyi planlaşdırmışlar. Bu səbəbdən Farid ilə Rəsul onu metronun “Xətai” stansiyasında avtomobildən düşürmüşlər. O da metro vasitəsilə “20 Yanvar” stansiyasına getmiş, orada rayondan göndərilən paltar və yeməkləri götürərək taksi ilə evə getmişdir. Həmin çantaları evə qoyduqdan sonra Farid ona zəng etmiş və 2 dəqiqə sonra onun yaşadığı binanın həyətinə çatacaqlarını demişdir. O da saat təxminən 21 radələrində əynini dəyişmiş və həyətə düşmüşdür. Farid və Rəsul ilə avtomobildə əyləşdikləri zaman Faridin əlində yuxu dərmanı qatılmış yarımçıq kompot şüşəsi olmuş, həmin vaxt sonuncudan yuxu dərmanı qatılmış kompotun nəyə lazım olduğunu soruşmuşdur. Farid ona Yasamalda tanış qadının olduğunu və onunla görüşə gedəcəyini demişdir. O da əvvəlcə Faridin həmin qadını yatızdıraraq onunla cinsi əlaqədə olacağını düşünmüş, ancaq bu barədə heç nə əlavə soruşmamışdır. Bundan sonra Farid avtomobili saxlayaraq mağazadan 1 ədəd kompot və çörək almış, aldığı kompotu yarımçıq olan kompotun üzərinə tökərək tamamlamış və tanımadığı qadının yaşadığı məhəlləyə getmişlər. Orada avtomobili saxladıqdan sonra Farid kompotu və çörəyi götürərək düşüb getmişdir. O, Rəsul ilə təxminən 2 saat Faridi gözləmişdir. Faridi gözlədikləri zaman Rəsul avtomobili işə salaraq Yasamal rayonu ərazisində sürməyə başlamışdır. “Günəş Petrol” yanacaq doldurma məntəqəsində avtomobilə yanacaq doldurduqdan sonra Rəsul yenidən Yasamal rayonu ərazisində avtomobili idarə etməyə davam etmiş, bundan sonra Faridin avtomobildən düşdüyü yerin yaxınlığında avtomobili saxlayaraq onu gözləmişlər. Bir qədər sonra Farid avtomobilə tərəf gəlmiş, ilk öncə Rəsula avtomobili icazəsiz sürdüyü üçün sonuncuya iradını bildirmişdir. Bundan başqa, qadının kompotdan içmədiyini bildirərək yenidən evə gedəcəyini və onun telefonuna zəng edərək Rəsulu həmin evə çağıracağını demişdir. Həmçinin, onlar kasıbçılıq olduğunu Rəsul ilə birlikdə köməkləşib qadını öldürərək evində olan pulları oğurlamağı planlaşdırmışlar. Həmin söhbəti eşitdikdən sonra o, öz etirazını bildirmiş və onun telefonuna zəng etməməsini tələb etmişdir. Rəsul isə oturub gözləməyini, bir işi axıra kimi görməyini tələb etmişdir. Bundan sonra, onlar avtomobildən düşmüş, Farid onu və Rəsulu qadının yaşadığı binaya aparmış, birlikdə liftlə binanın 7-ci mərtəbəsinə qalxmış, Rəsul və Farid bloka çıxdıqları zaman sonuncu əli ilə 6cı mərtəbədəki mənzilin qapısını göstərərək qadının orada yaşadığını bildirmişdir. Bundan sonra, Farid həmin mənzilə getmiş, o və Rəsul isə avtomobilə qayıtmışdır. Rəsul yenidən avtomobili işə salaraq oralarda bir neçə dövrə vurmuşdur. Təxminən 20 dəqiqə sonra Farid istifadəsində olan 055 ***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**- ** mobil nömrəsinə zəng etdiyi üçün telefonu Rəsula vermiş və nəsə danışmışlar. Həmin vaxt Rəsula adam öldürməyin cinayət olduğunu, tutulacaqlarını deyərək bu əməli törətməkdən daşındırmaq istəmişdir. Lakin, sonuncu evlərində “xərçəng” xəstəsi olduğu üçün pula ehtiyaclarının olduğunu deyib avtomobildən düşüb getmişdir. O, isə avtomobildə oturaraq onları gözləmişdir. Təxminən 15-20 dəqiqə sonra Farid və Rəsul gələrək avtomobilə əyləşmişlər. Onların hər ikisi həyəcanlı olmuş, Rəsul sol əli ilə sağ qolunu tutaraq zarıldamışdır. Farid isə həyəcanlı şəkildə arvadı öldürdüklərini, bir neçə bıçaq xəsarətləri yetirdiklərini, mənzildən pulları götürdüklərini və mənzilin partlaması üçün mətbəxdəki qaz peçini açıq qoyduqlarını demişdir. Sonuncu avtomobili sürətlə idarə edərək onu qarşıda yaşadığı binanın qarşısında düşürmüşlər. Onların avtomobilə əyləşməkləri və onun avtomobildən düşməyi təxminən 2 dəqiqə çəkmiş, həmin 2 dəqiqə ərzində Farid oturduğu yerdən ona 100 ABŞ dolları uzadaraq Rəsulun borcunun qaytardığını demişdir. Hadisədən bir neçə gün öncə Rəsul ondan 50 manat borca pul almış, həmçinin əvvəl 100 manat borcu olduğu üçün cəmi 150 manat müqabilində ona 100 ABŞ dolları verərək onun onlara 20 manat borclu qaldığını deyərək, həmin 20 manatı da səhəri gün haqq-hesab edəcəklərini demişdir. 100 ABŞ dollarını bibisi ilə birlikdə yaşadığı mənzilə qoymuşdur. Bundan sonra o, avtomobildən düşərək saat 03:00 radələrində evə getmiş, evə getdiyi zaman bibisi yatmış və yuxudan oyanaraq evə gec getdiyi üçün öz iradını bildirərək yatmışdır. Lakin bibisinə hadisə barədə heç nə deməmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə səhər saatlarında universitetə getmiş, günorta saatlarında Bakı Dövlət Universitetinin yaxınlığında Rəsul, Sərxan və Fikrət adlı dostları ilə görüşmüşdür. Həmin vaxt Rəsul ona əlavə olaraq da 100 manat pul vermişdir. Bundan sonra, onlar birlikdə dönər yemişlər və oradan çıxıb metronun “28 May” stansiyasının yaxınlığında çayxanada oturmuş, oradan çıxaraq Nizami küçəsində bulvar ərazisində gəzdikdən sonra saat təxminən 22-23 radələrində “Mojo” gecə klubuna getmiş və saat 02-03 radələrində oradan çıxmışlar. Oradan çıxaraq taksi ilə uşaqlar onu evə düşürüb çıxıb getmişlər. Həmin vaxtdan sonra Rəsul ilə görüşməmiş, bir neçə dəfə “İnstagram” proqramında Sərxanla yazışdığı zaman Rəsulun Bakıda birlikdə olduqlarını ona bildirmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə Farid və Rəsul ilə birinci dəfə sadəcə şəhərdə gəzmək üçün görüşmüşlər, sonra onu metronun “Xətai” stansiyasında düşürdükdən və bir neçə saat sonra yenidən götürdüklərindən sonra tərkibində yuxu dərmanı olan kompotu gördüyü zaman Fəridin tanışı olan qadınla cinsi əlaqəda olmaq üçün həmin mənzilə getdiyini anlamışdır. Lakin, Farid həmin evə gedərək təxminən 2 saat sonra gəldiyi zaman Rəsul ilə qadını öldürmək və mənzildən oğurluq etməyi planlaşdırdıqları zaman onların əsl niyyətlərini bilmişdir. Rəsul və Farid avtomobildə qadını öldürmək barədə danışdıqları zaman ilk öncə etirazını bildirsə də, Farid Rəsulu çağırmaq üçün onun telefonuna zəng edəcəyini demişdir. Çünki Rəsulun mobil telefonu yox idi. Həm telefona görə, həm də Rəsul anasının xərçəng xəstəsi olduğu üçün sonuncuya yazığı gəldiyi üçün avtomobildə oturaraq onları gözləmişdir. Zərərçəkmiş şəxs kim olmasını bilməmişdir. Farid və Rəsul ona bu barədə heç nə deməmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə Farid birinci dəfə avtomobildən düşərək həmin qadının yaşadığı mənzilə getdiyi zaman əlində sadəcə kompot və çörək olmuş, sonuncu qayıdıb gələrək yenidən həmin qadının yaşadığı mənzilə getdiyi zaman da üzərində bıçaq olub-olmaması barədə heç bir məlumatı yoxdur. Bundan başqa Rəsul da, həmin mənzilə qalxdığı zaman üzərində bıçaq və ya hər-hansı silah olub-olmaması barədə məlumatı yoxdur. Onlar həmin cinayəti törətdikdən sonra avtomobilə oturduqları zaman Farid Rəsula bıçağı avtomobilin oturacağının yan hissəsinə qoyduğunu və birazdan qırıb atacağını demişdir. Lakin, o, yolda avtomobildən düşdükdən sonra həmin bıçağı neynədiklərini bilməmişdir. Hadisə baş verdikdən sonra Rəsul və Farid avtomobilə əyləşdikləri zaman çox həyəcanlı olmuş, həmin vaxt sonuncu Rəsul ilə birlikdə arvadı bıçaqlayaraq öldürdüklərini, boğulması üçün üzünə yastıq basdıqlarını və mənzilin partlaması üçün mətbəxdə olan sobanın qazını açıq qoyduqlarını demişdir. Rəsulu isə sol əli ilə sağ qolunu tutaraq zarımışdır. xx xxxxxxxx 2019-cu il tarixdə Rəsul ilə görüşdüyü zaman sonuncu ona qadını öldürdükdən sonra mənzildən pul və qızıl oğurladıqlarını, pulun miqdarı barədə heç nə deməsə də, qızılı guya arxası ilə adam qaçdığı üçün zibil qabına tulladığını demişdir. xx xxxxxxxx 2019-cu il tarixdə Farid, Rasul və o, Zərərçəkmiş şəxs yaşadığı məhəlləyə getdiyi zaman əynində qara rəngli cins şalvar, tünd rəngli gödəkçə, qara rəngli köynək, qara rəngli ayaqqabı olmuşdur. Rəsulun əynində boz rəng cins şalvar olduğunu bilsə də, digər paltarlarını xatırlamır. Faridin də, əynində göy rəngli uzunqol köynək olduğunu bilsə də, digər paltarlarını xatırlamır. O, ümumiyyətlə narkotik vasitə və ya prixotrop maddələrdən istifadə etməmişdir. Farid və Rəsulun isə hadisə vaxtı həmin maddələrdən istifadə edib-etməmələri barədə heç bir məlumatı olmamışdır. Tutulmağından qorxduğu üçün Zərərçəkmiş şəxs öldürülməsi ilə bağlı barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Zərərçəkmiş şəxs öldürülməsi və onun evindən pul və qızıl-zinyət əşyalarının götürülməsi barədə heç kəsə məlumat verməmişdir. Təqsirləndirilən şəxs1 hadisə baş verən vaxt, yəni xx xxxxxxxx 2019-cu il tarixdə onun neçə yaşının olması barədə məlumatı olmamışdır. Bu barədə Faridlə onun hər hansı söhbəti olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X21 ifadələrində göstərdi ki, 1970-ci il təvəllüdlü bacısı Zərərçəkmiş şəxs heç vaxt rəsmi qaydada ailə qurmamış, övladı olmayıb. Maya orta təhsillini Bakı şəhərində almışdı. Təxminən 10 il idi ki, soyadını bilmədiyi Orxan adlı təxminən 45 yaşlı bir nəfərlə qeyri-rəsmi ər arvad kimi yaşayırdı. Orxan əvvəllər bankda işləsə də son vaxtlar harada işləməsini bilmir. Orxan tez-tez Mayanın evinə gəlib-getmiş, amma bildiyi qədər özünün başqa ailəsi var idi. Maya təxminən on beş il idi ki, Yasamal rayonu, Y.Yasamal-1, ev 2, mənzil 11 ünvanında yaşayırdı. Mayanın konkret olaraq nə işləməsini, iş yerinin harada olmasını bilməmişdir. Sonuncu dəfə Mayanı xx xxxxxxxx 2019-cu il tarixdə Lənkəran şəhərində olarkən görmüşdür. Belə ki, Maya təxminən 10 gün idi ki, anası Zəhraya qulluq etmək üçün gəlmişdi. 10 gün ərzində Lənkəran şəhərində olmuşdu. Mayanı o, özü tanışının taksi maşını ilə saat təxminən 13-14 radələrində Bakıya yola salmışdır. Mayanı yola salarkən o, xəstə və halsız olmuşdur. Bakıya gəlməsinə səbəb Mayanın özünü yorğun və xəstə hiss etməsi, eyni zamanda Bakıdakı evini istəməsi idi. Sonuncu dəfə Maya ilə həyat yoldaşı Şahid2 telefonla xx xxxxxxxx 2019-cu il tarixdə 23- 24 radələrində danışdı. Maya həmin vaxt Arzuya evdə olduğunu və rahatladığını, yatıb durduğunu, özünü yaxşı hiss etdiyini dedi. Maya evdə heç kəsin olmadığını, evdə tək olduğunu bildirdi. Həmin vaxtdan sonra nə o, nə də arvadı Arzu Maya ilə danışmamışdır. O, Mayanın öldürüldüyünü bilib Arzuyla Bakıya gələrkən Arzu yolda İlahə ilə telefonla danışdı. Həmin vaxt X32 ilə xx xxxxxxxx 2019-cu il tarixdə danışarkən Mayanın ona “Farid Lənkəranlı” adlı şəxsin tapıldığını, Faridin onunla söhbət eləmək istədiyini dediyini bildirdi. “Farid Lənkəranlı” adlı şəxsin kim olması, nə işlə məşğul olması barədə İlahədən çox məlumat ala bilmədiyi üçün heç nə deyə bilməmişdir. . Sadəcə olaraq atasının adının Nihad olmasını eşitmişdir. İlahə onlara dedi ki, bəs sonradan yenə Maya ilə əlaqə saxlayarkən Maya ona hazırda evində Faridlə çay içdiyini demişdi. İlahə həmçinin Arzuya Mayanın evində 10 000 avro məbləğində pul və qızıl-zinət əşyalarının olduğunu dedi. Çünki Maya və İlahə aralarında yaxın münasibət olmuş, hər bir sirrini İlahəyə bildirirdi. Mayanın kiməsə borcu və ya kiminsə ona pul borcu barədə dəqiq məlumatı olmamışdır. Mayanın sələm, faizə pul verib-verməməsi barədə hər hansı məlumatı olmamışdır. Mayanı pula və qızıl-zinyətə görə öldürmüşlər. Çünki evdə qeyd etdiyi kimi 10 000 avro pul və qızıl zinyət əşyaları var idi. Mayanın yaxın rəfiqələrini tanımamış, amma qeyri-rəsmi əri olan Orxanı tanımışdır. “Farid Lənkəranlı” adlı şəxsin yalnız atasının adının Nihad olmasını eşitmiş, onun haqqında başqa hər hansı məlumatı olmamışdır. Onu və məhkəmədə ona təqsirləndirilən şəxslər kimi təqdim olunan digər şəxsləri tanımır. Şahid2 ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs onun baldızıdır. Maya heç vaxt rəsmi qaydada ailə qurmamış, övladı olmayıb. Təxminən 10 il olar ki, soyadını bilmədiyi Orxan adlı təxminən 45 yaşlı bir nəfər şəxslə qeyri-rəsmi ər arvad kimi yaşayırdılar. Orxan əvvəllər bankda işləsə də son vaxtlar harada işləməsini bilməmişdir. Maya təxminən 15 il olar ki, özünə məxsus Yasamal rayonu Y.Yasamal-1, ev 2 mənzil 11 ünvanında yaşayırdı. Maya evdar qadın idi, son vaxtlar hansısa çay fabrikində işlədiyini deyirdi. Ancaq onun konkret olaraq nə işləməsini, iş yerinin harada olmasını bilməmişdir. Maya uzun müddət olar ki, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrini işlədirdi. ***-***-**-** mobil nömrəsində vatsap proqramı da aktiv idi. Sonuncu dəfə Mayanı xx xxxxxxxx 2019-cu il tarixdə Lənkəran şəhərində olarkən görmüşdür. Belə ki, Maya təxminən 10 gün olardı ki, onkoloji xəstə olan qayınanası Zəhrəyə qulluq etmək üçün Lənkərana gedib on gün ərzində orada olmuşdu. Mayanı o və əri Bakıya yola salmışlar. Sonuncu dəfə Maya ilə xx xxxxxxxx 2019-cu il tarixdə 23-24 radələrində danışmışdır. Maya həmin vaxt ona yaşadığı evdə olduğunu, çimdiyini özünü yaxşı hiss etdiyini bildirdi. Maya, həmçinin, evdə heç kəsin olmadığını, evdə tək olduğunu demişdi. Həmin vaxtdan sonra Zərərçəkmiş şəxs ilə nə o, nə də əri Elmar Kərimov ilə danışmmaşıdı. Hadisə olan gün “102” xidmətinə İlahə Kərimovanın böyük oğlu Əkbər zəng etmiş, onlara da o, məlumat vermişdi. Şahid4 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun əridir. O, taksi fəaliyyəti ilə məşğul oldurdu. Bəzən Farid gecə saat 3-4 radələrində gəlirdi. Lakin, belə hallar çox nadir idi. xx xxxxxxxx 2019-cu il tarixdə gecə saat 03:00 radələrində Farid evə gəldi, sellofan torbada qızıl və pulları verib saxlamağnı bildirdi. Həmin pulları və qızıl-zinət əşyalarını haradan almağını, kimin olmasını bildirmədi. Dəyişdiyi paltarları sellofana qoyub özü ilə götürdü. Faridin sifətindən nəsə hadisə olduğu görünsə də ona heç nə demədi, o da heç nə soruşmamışdır. Xarici pasportunu götürməsini də görməmişdir. Sonradan saat 04-05 radələrində o, Faridlə konturu bitdiyi üçün qardaşı İsmayılın nömrəsi ilə telefonla danışarkən Farid ona binanın yanında Rəsulla birlikdə maşında olduqlarını, maşında yatacaqlarını, səhər tezdən sürdüyü “Khazar” markalı avtomobili təhvil verəcəyini dedikdə ona evə qalxıb evdə yatmasını, maşında yatmamasını bildirmişdir. Farid evə qalxıb uşaqlarla yatan otağa gəlib yatmışdır. O, həmin vaxt da Rəsulun evdə qalmağını bilməmişdir. Bu barədə yalnız həmin günün səhərisi qardaşı İsmayıldan öyrənmişdir. Çünki, Farid səhər saat 08:00 radələrində evdən gedəndə yatdığından xəbəri olmamışdır. Qardaşı X1 xx xxxxxxxx 2019-cu il tarixdə ona göstərdiyi və pulunu özü ödədiyi Nərimanov rayonu Atatürk pros-2 ünvanında yerləşən “Lombard”dan əri Təqsirləndirilən şəxs1 tərəfindən qoyulmuş və evlərinə məxsus olan qarnitur, klon və 3 ədəd üzüyü götürərək ona vermişdir. Əri Faridin narkotik maddə qəbul etməsinin şahidi olmamışdır.Hadisə barsində məlumatı yoxdur. O, əri Fəridin ona verdiyi 89 ədəd 50 AVRO əskinasları, 9 ədəd 100 AVRO əskinasları, 2 ədəd 500 AVRO əskinasları və 1 ədəd 200 AVRO əskinasları, cəmi 6550 AVRO, həmçinin 1 ədəd göy, kənarlarında ağ şəffaf qaşları olan qızıl sırğa cütü, bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl üzük, bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl üzük, bir ədəd üzərində ağ qaşları olan qızıl üzük, bir cüt üzərində ağ şəffaf qaşları olan buta formalı qızıl sırğa cütü, bir ədəd halqa formalı qızıl üzük, bir ədəd üzərində gözmuncuğu olan qızıl kulon polislərə təqdim etmişdir. Şahid X18 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs3 təxminən 2009-2010-cu il tarixdə Lənkəran şəhərində yaşayarkən tanımış, münasibətləri normal olmuşdur. O, 2019-cu ilin sentyabr ayında o, Bakıya gəldikdə Rəsul Lənkəran şəhərində idi. xx xxxxxxxx 2019-cu il tarixdə saat 14:00 radələrində Təqsirləndirilən şəxs3 Bakı Dövlət Universitetinin əsas çıxışında ona yaxınlaşdı, Bakıya gəzməyə gəldiyini, lakin qalmağa yerinin olmadığını dedi. O, Rəsula razılıq vermiş və ikisi Lənkərandan olan digər tələbələr, Heydər və Fikrət ilə birlikdə yemək yedikdən sonra yaşadığı evə getmişlər. Evdə olarkən Rəsul ilə biraz söhbətləşmiş, həmin vaxt Rəsul ona Bakıya gəzməyə gəldiyini bildirsə də nə vaxt gəlməsi barədə bir şey demədi. Onun müəyyən miqdarda pulu var idi. O, Rəsuldan pulun haradan olduğunu soruşduqda Rəsul dostu Təqsirləndirilən şəxs1 ona verdiyini dedi, lakin səbəbi barədə heç bir şey demədi. Həmin gündən sonra xx xxxxxxxx 2019-cu il tarixədək Rəsul onun yaşadığı evdə qaldı, o və digər tələbələr universitetdə səhər növbəsi olduqları üçün saat 08:00 radələrində evdən çıxmışlar. Rəsul isə evdə qalmış, onlar getdikdən sonra evdən çıxmış, günorta saatlarında isə evə qayıdaraq onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə tanımadığı dostlarına və tanışları ilə zəngləşdi, onlarla görüş təyin edib yenidən evdən çıxaraq gecə saatlarında yenidən evə qayıdırdı. Rəsul ümumiyyətlə Lənkəran şəhərində olarkən də mobil telefon istifadə etmirdi. Onunla qaldığı müddətdə hansısa problem və ya məsələ ilə bağlı kimdənsə qaçması, gizlənməsi ilə bağlı bir şey deməmişdi, lakin xx xxxxxxxx 2019-cu il tarixdə saat 20:00 radələrində Rəsul ilə o, 28 may metrosu tərəfə gəzməyə getmiş, həmin vaxt onların yanında MirCavid adlı Rəsulun dostu olmuşdur. Onlar təxminən saat 24:00 radələrinə kimi Səbail rayonu ərazisində gəzmiş, daha sonra Rəsul ona Yasamal RPİ-nin 29-cu PŞ-nə gedəcəyini dedi, səbəb kimi qohumlarının orada olmasını göstərdi. Həmin vaxtlarda Rəsulun anası Kəmalə xanım onun mobil nömrəsinə zəng edərkən o, özü də həmin qadına Rəsulun polis bölməsinə gəldiyini dedi. Daha sonra Rəsulla birlikdə 29-cu PŞ-nə getmişlər. Həmin vaxt Rəsul ona cinayət barədə heç bir şey demədi, bu haqda şöbədə olarkən öyrənmişdir. Rəsulun Bakıda kimlər ilə görüşməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 tanımamış, lakin Təqsirləndirilən şəxs2 Lənkəran şəhərində yaşadığı müddətdə tanımışdır. Yaxın münasibətləri olmasa da ümumi tanışlığı olmuşdur. xx xxxxxxxx 2019-cu il tarixdə Rəsul, o və Heydər “tarqovu” adlanan yerdə “Mojo” adlı kluba getmişlər. Orada yeyib içdikdən sonra hesabı Rəsul vermiş, Rəsulda olan pulla bağlı ondan hər hansı sual soruşmamışdır. Heydəri həmin vaxtdan sonra görməmişdir. Təqsirləndirilən şəxs3 və ya Təqsirləndirilən şəxs2 ona Yasamal rayonu ərazisində və ya başqa yerdə hər hansı oğurluq, adam öldürmə və ya başqa cinayət törətmələri barədə heç nə deməyiblər. Təqsirləndirilən şəxs3 həmçinin ona bədənində hər hansı xəsarət olması barədə heç nə deməyib, belə halın şahidi olmamışdır. Şahid8 ifadələrində göstərdi ki, xx xxxxxxxx 2019-cu il tarixdə qardaşı oğlu Heydər Lənkərandan olan və Heydərlə tanış olan Rəsul adlı cavan uşaqla görüşəcəyini bildirdi və təxminən saat 19-20 radələrində evdən getdi. Həmin gün o, saat 21-22 radələrində yatdığından Heydərin evə saat neçədə gəlməsindən xəbəri olmamışdır. 23 sentyabr tarixdə saat 08:00 radələrində o, yuxudan oyandıqda Heydərin yatdığını görmüşdür. O da onu həmişəki kimi yuxudan oyadıb ali məktəbə yola salmışdır. Həmin vaxt Heydərdə hər hansı qeyri-adi hal olmamışdır. Sonradan Heydər ona 100 ABŞ dolları və 100 manat pul verib dostu Rəsulun ona olan borcunu qaytardığını və həmin pulları saxlamağı dedi. O, həmin pulları evədə saxlamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə Heydər polis əməkdaşları tərəfindən Yasamal RPİ-nin 29-cu polis şöbəsinə aparıldı. Onun həmin vaxt 29-cu PŞ-nə aparılmasının səbəbini bilməmişdir. Heydərin aparılması barədə qardaşı Zakirə məlumat vermişdir. Sonradan Yasamal RPİ-nin 29-cu PŞ-nə getdiyi zaman polis əməkdaşları onlara bir nəfər qadının öldürüldüyünü demiş və ona görə Heydəri dindirib buraxacaqlarını dedilər. Sonradan o, Rəsulun da Heydərlə birlikdə tutulduğunu öyrənmiş və qardaşı Zakirə Heydərin verdiyi 100 ABŞ doları və 100 manat pul haqqında danışaraq həmin pulları ona vermişdir. Təqsirləndirilən şəxs1 tanımamış, adını sonradan eşitmişdir. Təqsirləndirilən şəxs3 görməmiş və adını Heydərdən eşitmişdir. Heydərin onlarla həmin tarixlərdə nə iş görmələri barədə hər hansı məluamtı olmamış, bu barədə Heydər ona heç nə deməmişdir. Şahid9 ifadələrində göstərdi ki, xx xxxxxxxx 2019-cu il tarixdə saat 03:00 radələrində bacısı Cəvahir ona zəng edərək Heydərin polis əməkdaşları tərəfindən polis şöbəsinə aparıldığını dedi. Bu xəbəri eşitdikdən sonra Lənkəran şəhərindən Bakı şəhərinə gəmiş, Yasamal RPİ-nin 29-cu PŞ-nə getdiyi zaman polis əməkdaşları ona adam öldürüldüyünü bu səbəbdən araşdırma getdiyini bildirdilər. Təqsirləndirilən şəxs3 Heydərə borclu olduğu üçün hadisə baş verdikdən sonra 100 ABŞ doları və 100 manat pul vermişdi. Heydər də, həmin pulları saxlaması üçün bacısı Cəvahirə verib. O, Heydəri tərbiyəli uşaq kimi tanıyır.Hadisədən isə heç bir mülumatı yoxdur. Məhkəmədə ifadələri elan edilib araşdırılmış Şahid1 göstərmişdir ki, sonuncu dəfə xalası Maya ilə xx xxxxxxxx 2019-cu il tarixdə saat 19:00 radələrində vatsap proqramı vasitəsi ilə əlaqə saxlayaraq ondan evə gəldiyini və nəsə lazım olub-olmadığını soruşmuşdur. Maya xalası isə ona Lənkərana getməmişdən qabaq evə bazarlıq etdiyini və heç nə lazım olmadığını bildirmişdir. O, saat 19:30 radələrində artıq Maya xalasıgildə olmuşdur. Həmin vaxt Maya evdə tək olmuş, səhhəti elə də yaxşı olmamış, ona ağrıdığını bildirmişdir. Təxminən 10 dəqiqə Mayagildə qalmışdır. Bir stəkan çay içərək Maya xalasından 100 avro pul götürmüşdür. Həmin pulu ona anası İlahət yollamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə günorta radələrində Lənkəranda yaşayan babası ona zəng vuraraq Maya xalası ilə bağlı narahat olduğunu, telefona cavab vermədiyini bildirmişdir. Eyni zamanda anası İlahə də ona Maya xalasına zəng çatmadığını bildirmiş və onlara getməyini demişdir. O da işlərini bitirib saat 21 radələrində Mayagilə getmişdir. Həyətdə olarkən onların evinin işığının yanmadığını görmüşdür. 6-cı mərtəbəyə qalxıb qapını iki dəfə döymüş, qapını açan olmamışdır. Özündə olan açarı saldıqda qapının açıq olduğunu bilmiş və içəri daxil olmuşdur. İçəri daxil olub qonaq otağının işığını yandırmışdır. Qonaq otağının dağınıq vəziyyətdə olduğunu görmüşdür. Heç bir əşyaya toxunmadan yataq otağına keçmiş, yataq otağının işığını yandırdıqda ətrafın dağınıq vəziyyətdə olduğunu görmüşdür. Yenə heç nəyə toxunmadan yatağa doğru getmişdir. Yataqda xalası Mayanın arxası üstə uzanıqlı vəziyyətdə olduğunu, sifətində çəhrayı rəngli yastıq olduğunu görmüşdür. Yastığı götürdükdə Maya xalasının sifətinin rənginin artıq meyit rəngində, qorxunc olduğunu görmüş və qışqıraraq evdən çıxmışdır. Dərhal üzbəüz qonşunun qapısını döyüb 102-yə zəng vurmalarını bildirmişdir. Həmin qonşu DİN-in 102 xidmətinə zəng vurmuş və o, gördüklərini danışmışdır. Maya xalasının evinə bir daha girməmişdir. Bir qədər sonra həmin yerə polis əməkdaşları gəlmişlər. Onlar evə girdikdə evdən qaz iyinin gəldiyini bildirmişlər. O, polislərə evdə heç bir əşyaya toxunmadığını bildirmişdir. Zərərçəkmiş şəxs evində nə qədər pul və ya qızıl-zinət əşyalarının olması barədə hər hansı məlumatı olmamışdır. Məhkəmədə ifadələri elan edilib araşdırılmış Şahid3 göstərmişdir ki, təxminən 4-5 il bundan qabaq dostunun rəfiqəsi vasitəsi ilə Zərərçəkmiş şəxs adlı şəxsi tanımışdır. Onunla həmin vaxtdan yaxın münasibəti yaranmış, Maya Yasamal rayonu, Y.Yasamal-1, ev 2, mənzil 11 ünvanına gəlib-getmişdir. Mayanı tanıdığı vaxtı ona əvvəllər evli olduğunu, sonradan boşandığını bildirmişdir. Əvvəlki həyat yoldaşı barədə ona heç bir məlumat verməmişdir. Mayanı tanıdığı müddətdə onun ***-***-**-** və ***-***-**-** mobil nömrələri olmuşdur. Mayanın “Honor” markalı metal rəngli və “Hofman” markalı qara rəngli “smartfone” mobil telefonları olmuş və Mayanın həmin telefonları işlətdiyini görmüşdür. Mayanın yaxın qohumlarını, qardaşı Elmarı, onun həyat yoldaşı Arzunu, bacısı İlahənin bacısı oğlanlarını və başqa qohumlarını da tanımışdır. Onlarla hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Əksinə Mayanın yaxınları onunla olan münasibətinə heç bir etiraz bildirməmişlər. Maya ilə münasibətdə olan müddətdə onunla çox yaxın olmuşlar. Mütəmadi olaraq görüşərək onun evində qalmış, aralarında kişi-qadın münasibətləri yaranmış, tez-tez cinsi əlaqədə də olmuşlar. Buna baxmayaraq bəzi hallarda Maya ilə 2-3 ay münasibəti soyumuş, əlaqəsi kəsilmişdir. Ümumiyyətlə, xasiyyətcə Maya maraqlı, xasiyyəti dəyişkən, yeniliyi sevən, daima cavan qalmağı sevən bir insan olmuşdur. Həmişə təmizlik və gözəllik baxımdan özünə fikir vermiş, gözəllik salonlarına gedib-gəlmişdir. Mayanın ondan başqa, hansısa bir kişi ilə münasibətinin olub-olmamasını bilməmişdir. Olubsa da o, bunu hiss etməmişdir. Ancaq, Maya ona adlarını demədiyi kişi dostlarının olduğunu demişdir. Mayanı tanıdığı müddətdə sələmə, yəni faizə pul verdiyini bilmiş, özü də ona bu barədə bildirmişdir. Sələmə verdiyi pulları haradan alması və harada saxlaması barədə məlumatı olmamışdır. Son vaxtlar Finlandiyada yaşayan və çox yaxın münasibəti olan bacısı İlahət də ona maddi köməklik etmişdir. Ancaq Maya ona pullarını “Uni bankda” saxladığını demişdir. Orada Mayanın adına nə qədər pul olmasını bilməmişdir. Mayanın evində özünün deməsinə görə qızıl-zinət əşyalarının olmasını bilmiş, ancaq konkret olaraq hansı növdə qızıl-zinət əşyasının olmasını bilməmişdir. Maya son vaxtlar ona hansısa çay fabrikasında işlədiyini bildirmişdir. Ancaq onun hansı fabrikdə, nə vəzifəsində işləməsini bilməmişdir. Sonuncu dəfə Maya ilə 2019-cu ilin sentyabr ayının təxminən 3-4-ü onun yaşadığı evdə görüşmüşdür. Görüş zamanı Maya ona Lənkəran şəhərində yaşayan anasının onkoloji xəstə olduğunu, ölüm ayağında olduğunu bildirmiş və onun yanına gedəcəyini demişdir. Həmin vaxt da aralarında intim münasibət olmuşdur. Maya ilə həmin vaxtdan bəri görüşməmiş, yalnız telefon və vatsap vasitəsi ilə danışmışdır. Maya ona Lənkəranda olduğunu demişdir. Bundan başqa, xx xxxxxxxx 2019-cu il tarixdə axşam saat 00:10 radələrində Mayanın ***-***-**-** öz ***-***-**-** mobil nömrəsi vasitəsi ilə zəng vuraraq harada olmasını soruşmuşdur. Həmin vaxt Maya ona Lənkəranda olduğunu, səhəri günü, saat 10-da Bakıya gələcəyini bildirmiş və həmin vaxt görüşəcəyini bildirmişdir. Onunla qısa şəkildə danışmışdır. Onun yanında kiminsə olub-olmamasını bilməmişdir. O, Mayanın Lənkəranda olmasını fikirləşib söhbəti uzatmamış və sağollaşmışdır. xx xxxxxxxx 2019-cu il tarixdə səhər tezdən Mayanın hər iki mobil nömrəsinə və vatsap nömrələrinə zəng vursa da zəng çatmamış, telefonun sönülü olduğu qeyd edilmişdir. O, Mayanın qonşusu Sevdaya saat 11-12 radələrində zəng vurub Maya ilə maraqlanmasını bildirdikdə Sevda ona evdə olmadığını, anasını Mayagilə göndərəcəyini demişdir. Sonradan Sevda ona anasının da evdə olmadığını bildirmişdir. O, Mayanın Bakıda olduğunu bilmədiyindən onların evinə gəlməmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə saat 21-22 radələrində Sevda ona zəng vuraraq Mayanın yaşadığı evdə öldürüldüyünü bildirmişdir. Dərhal o, həmin evə gəlmişdir. Orada olarkən çox sayda insanın, polis və prokurorluq orqanının əməkdaşının olduğunu görmüşdür. İlkin söhbət zamanı o, polis əməkdaşlarından əvvəllər eşitmədiyi “Farid Lənkəranlı” adlı şəxsin xx xxxxxxxx 2019-cu il tarixdə Mayagildə olmasını öyrənmişdir. Ancaq, onun Farid barəsində hər hansı məlumatı olmamış, onun kim olmasını, Maya ilə nə kimi münasibətinin olmasını bilməmişdir. Mayadan və ya başqa şəxsdən bu barədə heç nə eşitməmişdir. Zərərçəkmiş şəxs kiməsə borcu və ya kiminsə ona pul borcu barədə dəqiq məlumatı olmamışdır. O, əvvəllər sələmə pul vermişdir. Son vaxtlar isə ona sələmlə məşğul olmadığını demişdir. Maya pul baxımdan çox bərk adam olmuş, hər qəpiyinin qədrini bilmişdir. Zərərçəkmiş şəxs evində hər hansı pul və ya qızıl-zinət əşyalarının olması barədə hər hansı dəqiq məlumatı olmamışdır. Zərərçəkmiş şəxs yaşadığı Yasamal rayonu Y.Yasamal-1, ev2 mənzil 11 ünvanında olarkən mətbəxdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ifadələrində göstərdikləri Zərərçəkmiş şəxs öldürülməsi zamanı istifadə edilmiş dəstəyi açıq qəhvəyi rəngli olan və tiyəsi gümüşü rəngli olan mətbəx bıçağının olmasını görmüşdür. Belə ki, mətbəxdə olarkən həmin bıçaqla dəfələrlə Maya mətbəx işləri görmüşdür. Məhkəmədə ifadələri elan edilib araşdırılmış şahid X14 göstərmişdir ki, Bakıda olarkən Lənkəran rayonundan tanıdığı, ondan iki yaş böyük olan Təqsirləndirilən şəxs3 görmüşdür. Söhbət zamanı o, Faridə zəng vuraraq Rəsulun Bakı şəhərində olduğunu bildirmiş və oradan da evə getmişdir. Sonradan onun Rəsulla görüşü olmamışdır. O, xx xxxxxxxx 2019-cu il tarixdə də bacısı Zeynəbxanımgildə qalmışdır. Həmin gündən xx xxxxxxxx 2019-cu il tarixinə keçən gecə saat 4-5 radələrində bacısının yaşadığı Xətai rayonu, N.Rəfiyev küçəsi 14, mənzil 218 ünvanında yatarkən yeznəsi Farid Lənkərandan olan Rəsulla evə gəlmişlər. Onlar ona haradan gəldikləri, nə işlə məşğul olmaqları barədə heç bir şey deməmişlər. Farid yataq otağında yatmışdır. Rəsul isə onunla qonaq otağında olan divanda yatmışdır. O, xx xxxxxxxx 2019-cu il tarixdə saat 09:00 radələrində yuxudan oyanarkən artıq Rəsul və Farid evdən getmişdilər. Onların nə vaxt, haraya getmələrini bilməmişdir. Ancaq bir qədər keçdikdən sonra, Farid ona zəng edərək Rəsulla yaşadıqları binanın yanında onu gözlədiklərini bildirmiş və onun yanına gəlməyini demişdir. O da evdən çıxıb Rəsulun yanına getmişdir. Rəsulla birlikdə taksi ilə “28 May” metrostansiyasının yaxınlığına getmiş, həmin vaxtı o, Rəsulda dollar və manat pulları görsə də ondan heç nə soruşmamışdır. Rəsulla “28 Mall” ticarət mərkəzində çay içdikdən sonra Farid ona zəng edərək “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən “Caspian” TM-nin qarşısına gəlməyini bildirmişdir. O və Rəsul “Caspian” ticarət mərkəzinin qarşısına getmiş və həmin yerdə Faridlə görüşmüşdür. Həmin ticarət mərkəzinin qarşısından yeriyə-yeriyə metrostansiyasının çıxışına tərəf getmişlər. Farid onu həmin yerdə yerləşən Lombarda aparmışdır. Rəsul isə çöldə gözləmişdir. Farid Lombardda işləyən qadınla söhbət edib ona deyəsən pul vermişdir. Ancaq Faridin işləri ilə maraqlanmadığından onun həmin qadına nə qədər pul verməsini bilməmişdir. Farid daha sonra onu lombardda işləyən qadına göstərib onun qızılları götürəcəyini bildirmişdir. O da adı yazılan yerə qol çəkmişdir. Daha sonra Faridlə birlikdə lombardan çıxmışlar. Farid Rəsulla və onunla görüşmüş, onu taksiyə mindirib bacısıgilin yaşadığı evə yollamışdır. Həmin vaxtdan sonra Faridi və Rəsulu görməmişdir. Həmin gün, yəni xx xxxxxxxx 2019-cu il tarixdə bacısı Zeynəbxanım saat 16:00 radələrində ona sellofan torbada içində müxtəlif əskinazlı avroları və qızılları göstərərək Faridin getməzdən qabaq bunları ona saxlamağa verdiyini demişdir. Ancaq bacısı Faridin həmin qızılları və pulları haradan əldə etməsini deməmişdir. Çünki bacısı özü də Faridin həmin pul və qızılları haradan aldığını bilməmişdir. Bacısı Zeynəbxanım sellofon torbanın içindən 100 dolları çıxardaraq ona xırdalamaq üçün vermişdir. O da 100 ABŞ dolları pulu götürərək kitab almaq üçün getdiyi 28 May metrostansiyasının yaxınlığında yerləşən “Nikoil” Banka gedərək pulu xırdalatmış və həmin pulu gətirib çeki ilə birlikdə 169.9 manatı bacısına vermişdir. Sonradan xx xxxxxxxx 2019-cu il tarixdə xx xxxxxxxx 2019-cu il Faridin ona göstərdiyi Nərimanov rayonu Atatürk pros-2 ünvanında yerləşən “Lombard”dan Təqsirləndirilən şəxs1 tərəfindən qoyulmuş və bacısı Zeynəbxanımın ailəsinə məxsus olan qarnitur, klon və 3 ədəd üzüyü götürərək Zeynəbxanıma təqdim etmişdir. Təqsirləndirilən şəxs1 narkotik maddə istifadə edib-etməməsi barədə hər hansı məlumatı olmamışdır. Belə halın şahidi olmamış və eşitməmişdir Məhkəmədə ifadələri elan edilib araşdırılmış şahid X22 göstərmişdir ki, 2019-cu ilin sentyabr ayının təxminən 24-25-də o, Heydərlə birlikdə Odlar Yurdu Universitetində olarkən Heydər həmin gün Rəsulla görüşəcəyini demiş, onunla birlikdə getməyini istəmişdir. Həmçinin Heydər 100 ABŞ dolları əskinazı çıxardıb həmin pulu Rəsulun verdiyini, Rəsulun ona 250 manat pul borcunun olduğunu, dolları da ona görə ona verdiyini bildirmişdir. Bundan sonra Heydərlə birlikdə “Elmlər Akademiyası” metrostansiyasının yanına getmişdir. Həmin yerə Rəsul Sərxan adlı Lənkəranlı tələbə tanışı ilə birlikdə gəlmişdir. Rəsul Heydərə 100 manat verib ona olan borcunu bağladığını bildirmişdir. Rəsul restoranda olarkən hesabı verdikdə üstündə çoxlu pulunun olduğunu görmüşdür. Ancaq, onun həmin pulu haradan alması, necə əldə etməsi barədə heç nə soruşmamışdır. Heydər də ona bu barədə heç nə deməmişdir. Sonradan Heydərin və Rəsulun Yasamalda olan qətl hadisəsi ilə əlaqədar tutulduğunu öyrənmişdir. Həmin vaxtlarda o, Lənkərandan olan Maya adlı qadının Yasamal rayonunda yaşadığı evdə öldürüldüyünü eşitmişdir. Həmin vaxta qədər bu barədə və Rəsulla Heydərin həmin cinayətdə nə kimi əlaqələrinin olması barədə hər hansı məlumatı olmamışdır. Məhkəmədə ifadələri elan edilib araşdırılmış Şahid10 göstərmişdir ki, Rəsul 2019cu ilin sentyabr ayının 21-də saat 17:00 radələrində Lənkəran şəhərindən ölən oğlu Amil Quliyevin dostu Təqsirləndirilən şəxs1la birlikdə Bakıya gedəcəyini deyib getmişdhir.. Sentyabr ayının 22-də Rəsul onunla əlaqə saxlamamışdır. Rəsulun istifadəsində mobil telefon olmamış, Rəsulla yalnız ona zəng etdikdə əlaqə saxlaya bilmişdir. Rəsul bəzən Bakıya gəlib getdiyindən onun barəsində narahat olmamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə o da Bakıya gəlmişdir. Bakıya gəlməyinə səbəb Bakı şəhərində yaşayan qızı nəvəsinin ad günü və 1-ci sinfə başlaması ilə əlaqədar olmuşdur. Həmin gün Rəsulu görməmiş, tədbirə də gəlməmişdir. 23 sentyabr tarixində onunla gələn digər nəvəsini Bakıda Cərrahiyə Nevroloji Xəstəxanasına aparmış və qızıgilə qayıtmışdır. Həmin gecəni də qızıgildə qalmış və axşam saat 22:00 radələrində Rəsul onun istifadəsində olan 055 *** ** ** nömrəyə zəng edib, hal əhval tutmuşdur. Ertəsi gün, yəni xx xxxxxxxx 2019-cu il tarixdə saat 16:00 radələrində Rəsulla əlaqə saxlayıb Bakıdan çıxacağını demiş və Rəsul onu yola salmaq üçün saat 17:00 radələrində 20 yanvar metro stansiyası tərəfdə onunla görüşmüş, ümumi söhbətlər etmişlər. Rəsul ona başqa heç bir şey deməmiş, Bakıda adını demədiyi dostu ilə qaldığını, özünün sonra qayıdacağını demişdir. Bundan sonra o, onunla sağollaşaraq Lənkəran şəhərinə qayıtmışdır. xx xxxxxxxx 2019-cu il tarixdə günorta saatlarında qonşu küçədə yaşayan Rüfət Kərimovun qızlarından birinin Zərərçəkmiş şəxs Rüfət qızının yas mərasimi olduğunu görmüş və yaxınlaşdıqda öyrənmişdir ki, Zərərçəkmiş şəxs Bakıda yaşadığı evində Təqsirləndirilən şəxs1 tərəfindən qətlə yetirilmiş və qızıl-zinət və pul vəsaiti ələ keçirilmişdir. Bundan sonra o, evə qayıdaraq 050 *** ** ** nömrəsinə zəng etmiş və Rəsula yalan danışaraq Bakıya gəlmək üçün yolda olduğunu, onunla Bakıda görüşməyi demişdir. Rəsul isə cavabında onu Bakıda tapacağını, görüşəcəyini demiş, lakin sonradan onun zənglərini götürməmişdir. Lakin, bir müddət sonra telefonu açmış və bu nömrəyə zəng etməməyini, dostunun nömrəsi olduğunu demişdir. xx xxxxxxxx 2019-cu il tarixdə Yasamal RPİ-nin əməkdaşları onu Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirmişlər və orada olarkən o, yenidən Rəsula zəng etmiş, bu dəfə telefonu Sərxan adlı Rəsulun dostu götürmüş və Rəsulun onun polisə gəlməyindən xəbərdar olduğunu və 29-cu PŞ-nə doğru yolda olduğunu demişdir. Daha sonra Rəsul Sərxanla birlikdə 29-cu PŞ-nə gəlmişlər. Təqsirləndirilən şəxs3 ona baş vermiş hadisə ilə bağlı heç nə deməmiş, ondan soruşmaq istədikdə də onun zənglərinə cavab verməmiş, ona zəng etməmişdir. Təqsirləndirilən şəxs3 Bakıda harada qalması ilə bağlı məlumatı olmamış, Rəsul bu barədə heç nə deməmişdir. Təqsirləndirilən şəxs3 Bakıda olan tanışlarından və dostlarından heç kimi tanımamışdır. Məhkəmədə ifadələri elan edilib araşdırılmış şahid X15 göstərmişdir ki, bacısı Maya orta-ixtisas təhsilli olmuş, əvvəllər Lənkəran şəhərində müxtəlif yerlərdə işləsə də, əsasən univermaqda ticarət ilə məşğul olmuş, lakin təxminən son 10 il ərzində Bakı şəhərində yaşamışdır. Onun heç kimlə düşmənçiliyi, ədavəti olmamış, hər kəslə mehriban münasibəti olmuşdur. Son vaxtlar heç bir yerdə işləməmişdir. O, hər ay Mayaya təxminən 500 Avro pul göndərmişdir. Bundan başqa övladlarının pullarını da, Mayaya göndərmiş, Maya özü bütün xərcləri qeydə alaraq övladlarına lazımı qədər pul vermişdir. Təxminən 2009-2010-cu illərdə Maya Bakı şəhərində yaşadığı zaman onun Farid adlı Lənkəranlı oğlanla münasibətinin olduğunu bilmişdir. Həmin vaxtlarda bacısı qızının toy mərasimində Farid də iştirak etmişdir. Mayadan Faridin kim olduğunu soruşduğu zaman ona dostu olduğunu demişdir. Həmin vaxtdan sonra Faridi görməsə də, xx.xx.2019-cu il tarixdə günorta saatlarında Finlandiya Respublikasında olduğu zaman Maya ilə internet vasitəsilə danışarkən sonuncu ona Faridin tapıldığını demişdir. Həmin vaxt Faridi xatırlamadığı üçün sonuncunun kim olduğunu soruşduğunda ona köhnə dostu olduğunu bildirmişdir. Bundan başqa, söhbət zamanı Faridin evləndiyini, 2 övladının olduğunu, anasının isə onkoloji xəstəlikdən vəfat etdiyini demişdir. xx.xx.2019-cu il tarixdə günorta saatlarında Maya ilə internet vasitəsilə danışdığı zaman Maya xəstələndiyini, mədə bağırsaq ağrılarının olduğunu demişdir. Həmin gün, yəni xx.xx.2019-cu il tarixdə saat 22:30 radələrində yenidən internet vasitəsilə Maya ilə əlaqə saxlamışdır. Söhbət zamanı sonuncu ona Faridin gəldiyini, evdə birlikdə çay içdiklərini demişdir. O, isə Mayadan işini qurtardıqdan sonra zəng etməsini istəmiş, razılaşaraq sağollaşmışdır. Həmin vaxt Maya çox sakit tonda danışmış, evdən isə başqa bir səs-küy gəlməmişdir. Bundan sonra, Maya ilə heç bir əlaqəsi olmamışdır. xx.xx.2019-cu il tarixdə Rusiya Federasiyasında yaşayan rəfiqəsi ona internet vasitəsilə zəng edərək həmin gün saat 03 radələrində Mayaya zəng etdiyini, lakin sonuncunun zənglərə cavab vermədiyini bildirmişdir. Həmin vaxt o, Mayaya zəng etməyə başlasa da, onun “Whatsapp” proqramına ismarıc və zənglər çatmamışdır. xx.xx.2019-cu il tarixdə oğlu Əkbərin toy marəsimi olarkən, orada yığılan pulları təxminən 10.000 Avro, 5.000-6.000 ABŞ dollarını saxlaması üçün Mayaya vermişdir. Sonuncu ilə hər-dəfə mobil telefonla danışdığı zaman ona həmin pulları yatdığı çarpayının altında saxladığını demişdir. Bundan başqa, bacısının üzərində saffir və brilyant qaşdan ibarət bir ədəd üzük və sırğa komplekti, üzərində gül formasında brilyant daşlar olan üzüyü, buta formasında qızıl sırğası, üzərində daşı olmayan kiçik halqavari üzük və gözmuncuğu formasında qızıl klonu, ürək formasında qızıl üzüyü, təqribən 35 qramlıq enli zəncirvari, ortasında sallanma qızıl saçaqlı klonu olan sepi, üzərində “Ayətül kürsü” yazısı olan klonu, ortasında kiçik yumru qızıllar olan halqavari qızıl sırğa, üzərində “M” hərfli brilyant üzüyü, bir ədəd üzərində formasını xatırlamadığı halqavari üzüyü və. s xatırlamadığı qızıl-zinət əşyaları olmuş, həmin qızıl-zinət əşyalarını bacısı Maya toylarda iştirak edərkən taxdığından və ya onu görüntülü danışarkən boynunda, əlində gördüyündən dəqiq olaraq tanımışdır. Mayanın pula və qızıl-zinətə görə öldürüldüyünü fikirləşir, çünki evdə 10000 avro, 6000 ABŞ dolları və qızıl-zinət əşyalarının olduğunu dəqiq bilmişdir. Məhkəmədə ifadələri elan olunub araşdırılmış şahid X7 istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 7-8 ildir ki, Y.Yasamal-1 ev 2 mənzil 11 ünvanında tək yaşamışdır. Demək olar ki, qonaq qəbul etməmiş, bəzi hallarda qohumları və Orxan adlı sevgilisi onlara getmişdir. Zərərçəkmiş şəxs qapalı bir insan olmuşdur, onlara çay firmalarının birində kargüzar işlədiyini demişdir. Mayanın sevgilisi Orxan çox sakit adam, mehriban bir adam olmuşdur. Mayanın rəfiqələrindən heç birini şəxsən tanımamış, sadəcə üzlərini görsə tanıyar. Zərərçəkmiş şəxs təxminən 3-4 ay əvvəl onunla anasıgildə üzbəüz dərdləşərkən bir dəfəsində Fərid adlı həmyerlisi ( Lənkəranlı) sevgilisinin olduğunu demiş, onu digər sevgililərindən daha çox bəyəndiyini demişdir. Lakin ayrılma səbəbləri ilə bağlı heçnə deməmişdir. Hadisə olan ərəfə 22 sentyabr-xx xxxxxxxx 2019-cu il tarixdə o, Maya ilə qonşuluqda yaşayan valideynlərinin evinə getməmişdir. Mayanı görməmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə saat 11:00 radələrində Mayanın sevgilisi Orxan ona zəng edərək Maya ilə Əcəmi metrostansiyasının yanında görüşəcəklərini, lakin Mayanın mobil (Azercell və xxxx) nömrələrinə zəng çatmadığını bildirmişdir. O, da dəfələrlə Mayaya zəng etsə də Maya ilə əlaqə saxlaya bilməmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə axşam saatlarında anası ona zəng edərək demişdir ki, “Mayanın bacısı oğlu Əkbər Mayanın evinə gəlmiş, onun öldüyünü görmüşdür təcili “102”-ə yığ”. Daha sonra o özü də hadisə yerinə getmişdir. Məhkəmədə ifadələri elan edilib araşdırılmış şahid X5 istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 7-8 ildir ki, Y.Yasamal-1 ev 2 mənzil 11 ünvanında tək yaşamışdır. Ailəli olmayıb, uşaqları yox idi. Demək olar ki, qonaq qəbul etməmiş, bəzi hallarda qohumları və Orxan adlı sevgilisi gəlmişdir. Zərərçəkmiş şəxs qapalı bir insan olmuşdur, onlara çay firmalarının birində kargüzar işlədiyini demişdir. Mayanın sevgilisi Orxan çox sakit, mehriban bir adam olmuşdur. Zərərçəkmiş şəxs təxminən 3-4 ay əvvəl qızı Sevda ilə birlikdə onların evdə çox olmuşdur. Qızı Sevda ilə aralarında xoş münasibət yaranmışdır. Hadisə baş verən vaxtdan təxminən 1 həftə əvvəl Mayanın Lənkəranda yaşayan anasının xəstələnməsi ilə bağlı o, Lənkəranda olmuşdur. X33 ilə danışarkən Maya ona sentyabr ayının 22-də Bakıya gələcəyini bildirmişdir. Ona görə də o, 22 sentyabr 2019-cu il tarixdə Mayanın ev nömrəsinə öz ev nömrələrindən zəng edərək gəlib-gəlmədiyini soruşduqda Maya təzə gəldiyini, yorğun olduğunu, telefonları söndürüb 2 gün yatacağını bildirmişdir. Ona görə də o, onlara gedib və yenidən zəng vurub onunla danışmamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə bütün günü o və həyat yoldaşı evdə olmuşlar. Bu nüddətdə Mayanı görməmiş, onlara kimin giribçıxdığını bilməmişlər. xx xxxxxxxx 2019-cu il tarixdə saat 23-dən etibarən həyat yoldaşı ila birlikdə evilərində yatmışlar. Həmin vaxt da onlar binadan və Mayagilin evindən hər hansı qışqırıq və qeyri adi səs eşitməmişlər. onlara kiminsə gəlib-gəlmədiyini bilməmişlər. xx xxxxxxxx 2019-cu il tarixdə saat 10 radələrində həyat yoldaşı ilə birlikdə evdən çıxaraq xəstəxanaya getmişşlər. Evdən çıxanda da Mayanı görməmişlər. Onunla maraqlanmamışlar. Həmin gün saat 16:00 radələrində yenə evlərinə qayıtmışlar. Blokda və ya həyətdə Mayanı görməmişlər, onunla maraqlanmamışlar. xx xxxxxxxx 2019-cu il tarixdə axşam saat 21 radələrində yaşadıqları evdə həyat yoldaşı ilə birlikdə olarkən blokdan qışqırıq səsi gəlmişdir. Yaşadıqları evin qapısı döyülmüş və o, qapını açdmışdır. Qapını açdıqda bir nəfər cavan oğlan ona Mayanın bacısı oğlu olduğunu, xalası Mayanın evində öldürüldüyünü bildirmişdir. O, dərhal qızı Sevdaya bu barədə bildirib 102 xidmətinə zəng vurmağını bildirmişdir. Sevda 102-yə zəng vurub Mayanın öldürüldüyünü bildirmişdir. Bir qədər sonra həmin binaya polis və prokurorluğun əməkdaşları gəldilər. Məhkəmədə ifadələri elan edilib araşdırılmış şahid X8 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 4-5 ildir ki, tanıyır. xx xxxxxxxx 2019-cu il tarixdə saat 11:00 radələrində N.Rəfiyev 14 ünvanında dayanarkən Farid ona yaxınlaşmış və üzərindəki rəngini və formasını xatırlamadığı gödəkçəsinin sol iç-döş cibini açaraq aviabilet göstərmiş və 10 günlük Moskva şəhərinə istirahətə gedəcəyini, onu həmin gün saat 13:00-də onu həyətlərindən götürüb Heydər Əliyev adına hava limanına aparmağını bildirmiş və yaşadığı mənzilinə qalxmışdır. Lakin saat 12:10-da Farid ona yaxınlaşmış və əlində olan qəhvəyi rəngli və naxışlı zənbilə oxşar iki qulplu səyahət çantasını avtomobilin yük hissəsinə qoymuşdur. Avtomobilin ön oturacağına oturarkən ona “Gənclik Mall”-un qarşısında yerləşən “Caspian” Ticarət Mərkəzi”-nin önünə sürməyi və havalimanına oradan getməyi demişdir. Farid avtomobilə oturarkən kiminləsə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq: “Mən “Caspian” TM-nin qarşısına gəlirəm, siz də ora gəlin” deyə bildirmişdir. “Caspian” TM-də Farid onunla heç nə danışmamış, sakit oturaraq 1-2 siqaret çəkmişdir. Caspian TM-nin önündə çantasını avtomobildə qoyaraq, mobil telefonu ilə avtomobildə danışdığı şəxsə zəng etmiş 5 dəqiqə sonra Caspian TM-nin önündə əvvəllər tanımadığı, üzləri və geyimlərini xatırlamadığı iki cavan oğlanla görüşmüş və “Gənclik” metrosunun çıxışı önündən, “VTB” bankın 2-ci filialına tərəf danışaraq getmişlər. 10 dəqiqə sonra Farid tək qayıtmış və avtomobilə oturmuşdur. Oradan da birbaşa olaraq H.Əliyev adına hava limanına getmişlər. Havalimanına gedərkən Farid heç kəslə əlaqə saxlamışdır. Faridi hava limanına düşürtdükdən sonra o, Xətai rayonuna qayıtmışdır. Məhkəmədə elan edilib araşdılmış, xx xxxxxxxx 2019-cu il tarixli ifadələrin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiklərini ifadəsinin yerində yoxlanması zamanı da təsdiq etmiş, Təqsirləndirilən şəxs3 ifadəsi yerində yoxlanılarkən də hadisə yerində mətbəx otağında divanın üstündə olan olan çamadanı göstərərək məhz həmin çamadandan pulları götürdüklərini və qolundakı xəsarəti həmin çamadanı bıçaqla açarkən aldığını göstərmişdir. Məhkəmədə elan edilib araşdılmış, xx xxxxxxxx 2019-cu il tarixli ifadələrin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiklərini ifadəsinin yerində yoxlanması zamanı da təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdılmış, xx xxxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilkin ifadəsində göstərdiklərini ifadəsinin yerində yoxlanması zamanı da təsdiq etmiş və bu protokollaşdırılmış, videoçəkiliş aparılmış, fotoşəkillər çəkilmiş və istintaq materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdılmış xx xxxxxxxx 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 üzləşdirmə zamanı Heydər bildirmişdir ki, o, xx xxxxxxxx 2019-cu il tarixdə saat 23:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında olan zaman Farid kasıbçılıq olduğunu bildirib Rəsul ilə birlikdə köməkləşib qadını öldürərək evində olan pulları oğurlamağı planlaşdırmışlar. Rəsulun ona oturub gözləməyini, bir işi axıra kimi görməyini tələb etdiyiyni Rəsulun qadının yaşadığı evə qalxandan təxminən 15-20 dəqiqə sonra Farid və Rəsul gələrək maşina minib Faridin həyəcanlı şəkildə arvadı öldürdüklərini, bir neçə bıçaq xəsarətləri yetirdiklərini bildirdikləririni göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, hadisə yeri olan Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal - 1, ev 2, mənzil 11 ünvanına baxış zamanı yataq otağındakı çarpayının üzərində Zərərçəkmiş şəxs meyitin altında olan döşəyin qanabənzər ləkəyə bulanmış hissəsi, üzərində çəhrayımtıl zolaqları və gül naxışları olan ağ rəngli mələfə, balış üzü müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Baxış zamanı mənzilin mətbəx otağında divanın üzərində açıq vəziyyətdə, üzərində açar olan zoğalı rəngdə içərisində iki ədəd kağız olan kodlu kiçik çamadan aşkar edilmiş, yataq otağından və mənzilin hamam otağında olan kül qabının üzərindən əl-barmaq izləri götürülmüş və daktiloplyonkaya köçürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış xx xxxxxxxx 2019-cu il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 10 mənzil 218 ünvanına baxış keçirilərkən Təqsirləndirilən şəxs1 arvadı Şahid4 tərəfindən könüllü olaraq istintaqa təqdim edilmiş, 89 ədəd 50 AVRO əskinasları, 9 ədəd 100 AVRO əskinasları, 2 ədəd 500 AVRO əskinasları və 1 ədəd 200 AVRO əskinasları, cəmi 6550 AVRO, həmçinin 1 ədəd göy, kənarlarında ağ şəffaf qaşları olan qızıl sırğa cütü, bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl üzük, bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl üzük, bir ədəd üzərində ağ qaşları olan qızıl üzük, bir cüt üzərində ağ şəffaf qaşları olan buta formalı qızıl sırğa cütü, bir ədəd halqa formalı qızıl üzük, bir ədəd üzərində gözmuncuğu olan qızıl kulon müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış əşyanın tanınmaya təqdim edilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs bacısı X15 1 ədəd göy, kənarlarında ağ şəffaf qaşları olan qızıl sırğa cütü, bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl üzük, bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl üzük, bir ədəd üzərində ağ qaşları olan qızıl üzük, bir cüt üzərində ağ şəffaf qaşları olan buta formalı qızıl sırğa cütü, bir ədəd halqa formalı qızıl üzük, bir ədəd üzərində gözmuncuğu olan qızıl kulonu rənginə, quruluşuna və formasına görə tanıyıb mərhum bacısı Zərərçəkmiş şəxs məxsus olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış götürmə və baxış keçirilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 atası Şahid9 istintaqa təqdim etdiyi 1 ədəd 100 ABŞ dolları və 2 ədəd 50 manatlıq əskinaz müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 120 nömrəli rəyindən görünür ki, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sol yan səthində olan döş boşluğuna nüfuz edən və sol ağciyərin yaralanması ilə müşayiət olunan l (bir) ədəd deşilmiş-kəsilmiş yara, qarının sol yan səthində olan qarın boşluğuna nüfuz edən böyük piyliyin zədələnməsi ilə müşayiət olunan l(bir) ədəd deşilmiş-kəsilmiş yara, qarının sol yan səthində olan qarın boşluğuna nüfuz edən və daxili üzvlərin zədələnməməsi ilə müşayiət olunan l (bir) ədəd deşilmiş-kəsilmiş yara, qarının sol yan səthində olan qarın boşluğuna nüfuz etməyən 3 (üç) ədəd deşilmiş-kəsilmiş yara, sifətin sağ yarısında və sağ çənəaltı nahiyədə olan sıyrıqlar, sağ çənə bucağı nahiyəsində, döş qəfəsinin ön səthinin sağ yarısının yuxarı hissəsində və sağ əl nahiyəsində olan qançırlar. Bu xəsarətlər həyatidirlər, döş qəfəsinin və qarının sağ yan səthində olan deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin) təsirindən, sıyrıq və qançırlar isə küt əşyanın (əşyaların) törənmişlər, deşilmiş-kəsilmiş yaraların və sifətin sağ yarısında, sağ çənəaltı nahiyədə olan sıyrıqların, sağ əlin qançırlarının törənmə müddəti ölümün baş verdiyi vaxtdan az əvvələ uyğun gəlir, sağ çənə bucağı, döş qəfəsi nahiyəsində olan qançırların törənmə müddəti ölümün baş verdiyi vaxtdan təqribən 6-8 gün əvvələ uyğun gəlir, dərəcəsinə görə, canlı şəxslərdə döş qəfəsinin sağ yan səthində olan döş boşluğuna nüfuz edən və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan l(bir) deşilmiş-kəsilmiş yara, qarının sağ yan səthində olan qarın boşluğuna nüfuz edən və böyük piyliyin yaralanması ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara və qarının sol yan səthində olan qarın boşluğuna nüfuz edən və daxili üzvlərin zədələnməməsi ilə müşayiət olunan 1 (bir) ədəd (cəmi 3 ədəd) deşilmiş-kəsilmiş yara həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya, qarının sol yan səthində olan qarın boşluğuna nüfuz etməyən 3(üç) ədəd deşilmiş-kəsilmiş yara həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilirlər, qançır və sıyrıqlar həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aiddirlər. Zərərçəkmiş şəxs meyitinin sol ağciyərində aşkar edilmiş deşilmiş- kəsilmiş yaranın ölçüləri (1,6x0,3x6,0 sm), ekspertizaya təqdim edilmiş bıçaqlardan yalnız açıq qəhvəyi rəngli taxtadan dəstəyi olan və tiyəsinin eni 1,7 sm olan bıçaqla və konstruktiv xüsusiyətləri buna uyğun olan bıçaqlarla törədilə bilməsini inkar etmir. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu döş qəfəsinin sol yan səthində olan deşilmiş-kəsilmiş yaradan sol ağciyərin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 24- 36 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs almış olduğu deşilmiş-kəsilmiş yaraların kanalının istiqaməti öndən-arxaya, aşağıdan-yuxarıya doğru olmuşdur. Zərərçəkmiş şəxs yuxarıda qeyd olunan deşilmiş-kəsilmiş yaraları alarkən o, ayaqüstə döş qəfəsinin ön səthi xəsarəti yetirən şəxslə qarşı-qarşıya vəziyyətdə ola bilərdi. Zərərçəkmiş şəxs yuxarıda qeyd olunan xəsarətləri aldıqdan sonra qısa müddət ərzində hərəkət etmək iqtidarında ola bilərdi. Zərərçəkmiş şəxs Arif qızının meyitinin uşaqlıq yolundan götürülmüş tamponun məhkəmə-tibbi tədqiqi zamanı tək-tək spermatozoidlərin aşkar olunmasına əsaslanaraq demək olar ki, o, ölümündən əvvəl təbbi yolla cinsi əlaqədə ola bilərdi. Onun arxa keçəcəyindən götürülmüş tamponun və yaxmaların məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmamışdır. Xəsarətin qarşılıqlı mübarizə və özünü müdafiə xarakterli olub-olmamasını məhkəmə- tibbi morfoloji xüsusiyyətləri yoxdur.Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və psixotrop maddələr aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 807 nömrəli rəyindən görünür ki, 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş sağ bazu nahiyəsinin səthi kəsilmiş yarası iti kənarları əşyanın (alətin) təsirindən törənmişdir, törənmə müddəti müayinədən 6-8 gün əvvələ, yəni qərarda qeyd edilən xx xxxxxxxx 2019cu il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd olunan xəsarət kənar şəxs tərəfindən törədilə bilər, əlçatan nahiyə olduğu üçün müayinə olunanın özü tərəfindən yetirilməsi də inkar olunmur. Xəsarətin qarşılıqlı mübarizə və özünü müdafiə xarakterli olub-olmamasını məhkəmə- tibbi morfoloji xüsusiyyətləri yoxdur. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə bioloji və tibbi kriminalistik ekspertizasının məhkəmə tibbi bioloji tədqiqinə dair xx xxxxxxx 2019-cu il tarixli 758/2019 MTBŞ nömrəli rəyindən görünür ki, .Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta(İİ).Təqsirləndirilən şəxs3 ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/,Təqsirləndirilən şəxs2 ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/,.Təqsirləndirilən şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) dir. /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gecə köynəyi və çəhrayi rəngli tuman, hadisə yerindən götürülmüş mələfə, parça kəsiyi və iki ədəd balış ağı üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” antigeni, hadisə yerindən götürülmüş mələfə və kəsik hissə üzərində həmçinin beta aqqlyutinini də alındı. Bu qan ləkələri Abeta(İİ) qruplu bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və ya Təqsirləndirilən şəxs1 (əgər son 3 nəfərdə hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olmuşdursa) məxsus ola bilər. Məhkəmədə elan edilib araşdırılmış kompleks məhkəmə bioloji və tibbi kriminalistik ekspertizasının məhkəmə tibbi kriminalistik tədqiqinə dair xx xxxxxx 2019-cu il tarixli 508/2019 MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş məxsus Zərərçəkmiş şəxs məxsus gecə köynəyin ön sol səthində aşkar edilmiş üç ədəd dəlibkeçən zədələr aşkar olundu. Bu zədələr, deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş 1 saylı bıçağın tiyəsinin təsirindən və ya ona oxşar digər konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi istisna olunmur. Digər 2, 3 və 4 saylı bıçaqların tiyələrinin təsirindən əmələ gəlməsi istisna olunur. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus gecə köynəyin üzərində aşkar edilmiş üç ədəd deşilmiş-kəsilmiş zədələr bir predmetin təsirindən yaranması istisna olunmur..Zərbələr endirilən anda zərərçəkənlərlə zərbəni endirən şəxs və ya şəxslər müxtəlif qarşılıqlı vəziyyətdə ola bilərdilər,ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus gecə köynəyin bütün səthi boyu aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur.ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus çəhrayi rəngli alt tuman üzərində aşkar edimiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx xxxx 2020-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarla hadisə yerinə baxış zamanı götürülmüş meyitin altında olan döşəyin qanabənzər ləkəyə bulanmış hissəsi, üzərində çəhrayımtıl zolaqları və gül naxışları olan ağ rəngli mələfə, balınc üzü, Zərərçəkmiş şəxs meyitinin məhkəmətibbi müayinəsi zamanı əynində olan qırmızı rəngli gecə köynəyi, çəhrayı rəngli trusik, ünvan 10 mənzil 218 ünvanına baxış keçirilərkən Şahid4 tərəfindən istintaqa təqdim edilmiş, 89 ədəd 50 AVRO əskinasları, 9 ədəd 100 AVRO əskinasları, 2 ədəd 500 AVRO əskinasları və 1 ədəd 200 AVRO əskinasları, həmçinin bir ədəd metalı 750 əyarlı, çəkisi 12,96 qram, üzərində qiymətli qaşlara aid olmayan 1 ədəd göy, kənarlarında 28 ədədin hər birinin ölçüsü 0,022 karat, 3/3 keyfiyyətli ağ şəffaf briliyant qaşları olan qızıl sırğa cütü, bir ədəd 585 əyarlı, çəkisi 7,15 qram, üzərində qiymətli qaşlara aid olmayan 1 açıq göy, kənarlarında 12 ədədin hər birinin ölçüsü 0,150 karat, 4/3 keyfiyyətli ağ şəffaf briliyant qaşları olan qızıl üzük, bir ədəd 750 əyarlı, çəkisi 8,70 qram, üzərində 1 ədədinin ölçüsü 0,099 karat 16 ədədinin hər birinin olçüsü 0,020 karat, 28 ədədin hər birinin ölçüsü 0,004 karat, 3/3 keyfiyyətli ağ şəffaf briliyant qaşları olan qızıl üzük, bir ədəd 750 əyarlı, çəkisi 8,68 qram, üzərində qiymətli qaşlara aid olmayan ağ şəffaf qaşları olan qızıl üzük, bir cüt 916 əyarlı, çəkisi 8,60 qram, üzərində qiymətli qaşlara aid olmayan ağ şəffaf qaşları olan buta formalı qızıl sırğa cütü, bir ədəd 583 əyarlı çəkisi 1,88 qram, halqa formalı qızıl üzük, bir ədəd 583 əyarlı çəkisi 3,79 qram, üzərində gözmuncuğu olan qızıl kulon, götürmə və baxış keçirilməsi haqqında protokolla götürülmüş, Təqsirləndirilən şəxs2 atası Şahid9 təqdim etdiyi 1 ədəd 100 ABŞ dolları və 100 manat pul, DTX-dan, “xxxx” MMC-dən və xxxx MMC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 04 ədəd CD disk, Yasamal RPİ-nin 29-cu PŞ-dən daxil olmuş 02 ədəd DVD disk, X20 İdarəsindən daxil olmuş 02 ədəd DVD disk, “xxxx” İKB ASC-dən daxil olmuş 1 ədəd DVD disk maddi sübut kimi tanınmış, CD və DVD disklər cinayət işinə əlavə edilmiş, pul və qızıl-zinət əşyaları Azərbaycan Respublikası Baş Prokurorluğunun mühasibatlığına saxlanılması üçün verilmiş, digər maddi sübutlar isə saxlanılması üçün Yasamal rayon prokurorluğunun Maddi sübutlar otağına təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Səhiyyə Nazirliyi Respublika X4 X2 xx xxxxxx 2019-cu il tarixli 2790 nömrəli rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs1 alkoqolizm xəstəliyindən əzab çəkmir. Alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs1 Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2325 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 intellektualmnestik imkanları normaya uyğun olmaqla, əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən edilmir. Şəxsi keyfiyyətlərində və emosiolnal-iradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunur. İnadkarlıq, hövsələsizlik, nümayişkarənəlik, eqosentrizm kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 iş üçün vacib olan hallan düzgün dərk etmək, ifadə vermək və öz hərəkətlərini ölçüb-biçməklə idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 hadisə baş verən vaxt emosional, halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törədən zaman fizioloji affekt (güclü ruhi həyəcan) vəziyyətində olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 2184 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 intellektual-mnestik imkanları normaya uyğun olmaqla, əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən edilmir. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Emosiolnal-iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs2 iş üçün vacib olan halları düzgün dərk etmək, ifadə vermək və öz hərəkətlərini ölçüb-biçməklə idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törədən zaman fizioloji affekt (güclü ruhi həyəcan) vəziyyətində olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs3 barəsində təyin edilmiş kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2251 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs3 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs3 intellektualmnestik imkanları normaya uyğun olmaqla, əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən edilmir. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunur. Tez özündən çıxmaq, hövsələsizlik, eqosentrizm, məsuliyyətsizlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs3 iş üçün vacib olan halları düzgün dərk etmək, ifadə vermək və öz hərəkətlərini ölçüb-biçməklə idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs3 cinayət əməlini törədən zaman hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs3 hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 cinayət hadisəsini törədən zaman fizioloji affekt (güclü ruhi həyəcan) vəziyyətində olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-daktiloskopik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 26451 saylı rəyindən görünür ki, təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi, 2 və 3 “a”,”b”, 5 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs3 sol ovucunun hipotenar hissəsindən, 5 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs1 sağ əlinin orta barmağından qalmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə kompleks fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 26444/26445 saylı rəyindən görünür ki, internet saytlarının məlumatına və Respublikada yerləşən ticarət şəbəkələrində mövcud olmuş qiymətlərə əsasən, 1 qram 683/585 əyarlı qızılın qiymətinin 65,0 manat və 1 qram 750 əyarlı qızılın qiymətinin 80,0 manat olmasının nəzərə alaraq təqdim edilmiş zərgərlik məmulatlarının xx xxxxxxxx 2019-cu il tarixə, respublika daxili orta bazar satış qiymətləri, bir ədəd metalı 750 əyarlı, çəkisi 12,96 qram, üzərində qiymətli qaşlara aid olmayan 1 ədəd göy, kənarlarında 28 ədədin hər birinin ölçüsü 0,022 karat, 3/3 keyfiyyətli ağ şəffaf briliyant qaşları olan qızıl sırğa cütü 1543,00 manat, bir ədəd 585 əyarlı, çəkisi 7,15 qram, üzərində qiymətli qaşlara aid olmayan 1 açıq göy, kənarlarında 12 ədədin hər birinin ölçüsü 0,150 karat, 4/3 keyfiyyətli ağ şəffaf briliyant qaşları olan qızıl üzük 2082,00 manat, bir ədəd 750 əyarlı, çəkisi 8,70 qram, üzərinde 1 ədədinin ölçüsü 0,099 karat 16 ədədinin hər birinin olçüsü 0,020 karat, 28 ədədin hər birinin ölçüsü 0,004 karat, 3/3 keyfiyyətli ağ şəffaf briliyant qaşları olan qızıl üzük 1160,00 manat, bir ədəd 750 əyarlı, çəkisi 8,68 qram, üzərində qiymətli qaşlara aid olmayan ağ şəffaf qaşları olan qızıl üzük 695,00 manat, bir cüt 916 əyarlı, çəkisi 8,60 qram, üzərində qiymətli qaşlara aid olmayan ağ şəffaf qaşları olan buta formalı qızıl sırğa cütü 843,00 manat, bir ədəd 583 əyarlı çəkisi 1,88 qram, halqa formalı qızıi üslük 122,00 manat,- bir ədəd 583 əyarlı çəkisi 3,79 qram, üzərində gözmuncuğu olan qızıl kulon 246,00 manat, ümümilikdə isə təqdim edilmiş 7 adda zərgərlik məmulatların, xx xxxxxxxx 2019-cu il tarixə respublika daxili orta bazar satış ümumi qiyməti təxminən 6691,00 manat müəyyən edilir. Məhkəmədə elan edilib araşdırılmış Yasamal RPİ-nin 29-cu PŞ-dən daxil olmuş xx xxxxxxxx 2019-cu il tarixli 095-22053 nömrəli məktubdan görünür ki, verilmiş əməliyyat tapşırığının icrası ilə əlaqədar olaraq, xx xxxxxxxx 2019-cu il tarixdə saat 21:30 radələrində ünvan 11 ünvanında qeydiyyatda olan və ünvan 12 ünvanında yaşayan xx xxxxx 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yaşadığı ünvanda qətlə yetirmiş şəxs(lər)-i müəyyən etmək məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, sonuncu dəfə, yəni xx xxxxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs yaşadığı mənzildə “Farid Lənkəranlı” adlı şəxsin olması müəyyən edilmiş və həmin şəxsin xx xxxxxxxx 1987-ci il tarixdə ünvan 13 ünvanında qeydiyyatda olan, əvəllər Azerbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə məhkum olunmuş Təqsirləndirilən şəxs1 olması və onun istifadəsində ***-***-**-** və ***-***-**-** mobil nömrələr olması müəyyən edilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2019-cu il tarixdə saat 13:26-da Azərbaycan Respublikası hüdüdlarını tərk edərək, Heydər Əliyev adına X13 Bakı-Moskva reysi ilə Rusiya Federasiyası, Moskva şəhərinə yola düşmüşdür. Məhkəmədə elan edilib araşdırılmış Yasamal RPİ-nin 29-cu PŞ-dən daxil olmuş xx xxxxxxxx 2019-cu il tarixli 095-22265 nömrəli məktubdan görünür ki, hadisə yerinin yaxınlığında yerləşən videomüşahidə kameralarına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, F.N. Axundov xx xxxxxxxx 2019-cu il tarixdə saat 21:30-da Zərərçəkmiş şəxs yaşadığı mənzilə tək gəlmiş, daha sonra saat 23:00-da həmin binanın qarşısına AZ **-PZ-*** d.q.n. “Khazar SD” markalı avtomobil gəlmiş, avtomobildə iki nəfər şəxs olmuş, Təqsirləndirilən şəxs1 binanın həyətinə düşərək onları qarşılamış və daha sonra saat 23:04-də üçü də birlikdə Zərərçəkmiş şəxs yaşadığı binaya daxil olmuş, daha sonra 23:09da avtomobildən düşmüş iki nəfər yenidən qayıdaraq avtomobilə əyləşmişlər. xx xxxxxxxx 2019-cu il tarixdə saat 01:15-də həmin iki nəfər şəxsdən biri yuxarıda qeyd olunan avtomobildən düşərək Zərərçəkmiş şəxs yaşadığı mənzilə getməsi və saat 01:55-də həmin şəxs Təqsirləndirilən şəxs1la birgə binadan çıxıb avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşmaları müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 son zamanlar Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olması, evli olması, iki azyaşlı övladlarının olması və ünvan 14 mənzil 218 ünvanında ailəsi ilə birgə yaşaması müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs1la birgə hadisəni törətməkdə şübhəli bilinən xx xxxxxx 2001-ci ildə Lənkəran şəhərində anadan olmuş Təqsirləndirilən şəxs3 olması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Yasamal RPİ-nin 29-cu PŞ-dən xx xxxxxx 2019-cu il tarixdə daxil olmuş 095-25670 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs barələrində 29cu PŞ-də heç bir ərizə, şikayət daxil olmamış və hər hansı bir araşdırma aparılmamışdır. Zərərçəkmiş şəxs məxsus pul və qızıl-zinət əşyalarından başqa şəxslərə verilibverilməməsinə aydınlıq gətirilməsi, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs öldürdüyü və sonradan Xəzər dənizinə atdığı dəstəyi açıq qəhvəyi rəngli olan və tiyəsi gümüşü rəngli olan bıçağın tapılması, həmçinin Təqsirləndirilən şəxs1 hadisə baş verən vaxt əynində olmuş paltarların, istintaq zamanı yeri müəyyən edilməmiş, Zərərçəkmiş şəxs məxsus digər qızıl-zinət əşyalarının tapılması məqsədi ilə aidiyyəti əməkdaşlar təlimatlandırılmış və keçirilmiş müvafiq tədbirlərə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Yasamal RPİ-nin 29-cu PŞ-dən daxil olmuş 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, təqdim edilmiş 1-ci DVD-diskə keçirilmiş baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: DVD diski açdıqda 1 ədəd VİD-20190926-WA0002 adlı 16 saniyəlik videogörüntü olduğu müəyyən edildi. Həmin videogörüntüyə baxdıqda xx xxxxxxxx 2019cu il tarix saat 08:00-a olan dövrü əhatə edir. Videogörüntü ünvan 10-ün qarşısınıı əks etdirir. Baxış zamanı ev 14-dən bir nəfər əynində qara rəngli köynək və gödəkçə, göy rəngli şalvar olan oğlan və yanında nisbətən balaca boy, əynində qara rəngli gödəkçə, sarı rəngli şalvar və ağ rəngli köynək olan oğlan çıxaraq binanın çıxışına doğru irəliləməkləri müşahidə olunur. Baxış zamanı əynində qara rəngli köynək və gödəkçə, göy rəngli şalvar olan oğlanın cinayət iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs1 olduğu müəyyən olundu. Onun yanında olan oğlanın isə Təqsirləndirilən şəxs3 olduğu müəyyən edildi. 2-ci DVD disk açdıqda 3 ədəd ch14-201909 adlı videogörüntülər olduğu müəyyən edildi. Həmin videogörüntülərə baxdıqda xx xxxxxxxx 2019-cu il tarix saat 22:50-dən xx xxxxxxxx 2019-cu il tarix saat 02:00-a qədər dövrü əhatə edir. Videogörüntülərdə Zərərçəkmiş şəxs öldürüldüyü Bakı şəhəri Yasamal rayonu, Y.Yasamal - 1, bina 2-nin sağ tərəfində, avtomobil yolunun yanında olan yeri yeri əhatə edir. Saat 22:57-də dövlət qeydiyyat nişanı görünməyən ağ rəngli “Khazar” SD markalı avtomobilinin dayandığı, avtomobilin sürücü tərəfindən bir nəfər əynində açıq rəngli geyimlər olan şəxsin düşdüyü, həmin vaxt ona əlində torba olan açıq rəngli geyimdə olan bir nəfər cavan oğlanın bina tərəfdən yaxınlaşması, birlikdə əl hərəkətləri ilə nəyisə müzakirə etmələri, sonradan torbanı divarın künc tərəfinə atmaları, sonradan isə avtomobildən düşən əynində qara rəngli şalvar və açıq rəngli köynək olan oğlana yaxınlaşaraq birlikdə “Khazar” SD markalı avtomobilə əyləşmələri, bina tərəfdən yaxınlaşmış oğlanın avtomobili idarə edərək yolun sol tərəfində saxlayıb işıqları söndürməsi müşahidə olundu. Baxış zamanı bina tərəfdən yaxınlaşmış oğlanın Təqsirləndirilən şəxs1 olduğu müəyyən edildi. Digər iki oğlanın isə sifət nahiyəri aydın olmadığından şəxsiyyətlərini müəyyən etmək mümkün olmadı. Həmin şəxslərin birlikdə saat 23:03-ə qədər avtomobildə əyləşmələri, sonradan hər üçü avtomobildən düşərək birlikdə 40 saniyə ərzində nəyisə müzakirə etmələri müəyyən olundu. Bundan sonra hər üç şəxsin birlikdə Yasamal rayonu, Y.Yasamal - 1, bina 2 istiqamətində getmələri müşahidə olundu. Saat 23:09-da Təqsirləndirilən şəxs1 istisna olmaqla onunla birlikdə getmiş iki nəfər oğlanın yenidən avtomobilə qayıdaraq əynində açıq rəngli geyimlər olan şəxsin sürücü tərəfdə, digər şəxsin isə sərnişin tərəfdə əyləşməkləri aşkar olundu. Bundan sonra isə həmin şəxslər saat 23:38-də avtomobili idarə edərək maşın yoluna çıxır və saat 23:48-da yenidən əvvəlki yerlərinə qayıdırlar. Bu müddət ərzində hər iki şəxs avtomobildən düşüb onun qabaq tərəfinə baxdıqdan sonra yenidən əyləşirlər və hansı hərəkət etmədən avtomobildə olurlar. xx xxxxxxxx 2019-cu il tarixdə saat 00:09-da yenidən avtomobili idarə edərək maşın yoluna çıxır və saat 00:29da yenidən əvvəlki yerlərinə qayıdırlar. Saat 00:51-də yenidən avtomobili idarə edərək maşın yoluna çıxır və saat 00:55-də yenidən əvvəlki yerlərinə qayıdırlar. xx xxxxxxxx 2019-cu il tarixdə saat 01:15-də avtomobilin sürücü tərəfində əyləşmiş, əynində açıq rəngli geyimləri olan şəxsin avtomobildən düşərək tək Zərərçəkmiş şəxs öldürüldüyü Bakı şəhəri Yasamal rayonu, Y.Yasamal - 1, bina 2-ə tərəf getməsi müşahidə olunur, digər şəxsin isə avtomobildə qalması müəyyən olundu. Bundan sonra isə saat 01:53-də Təqsirləndirilən şəxs1 qoltuğunda qara rəngli əşya ola-ola saat 01:15-də avtomobildən düşərək Yasamal rayonu, Yasamal - 1, bina 2-ə tərəf getmiş əynində açıq rəngli geyimləri olan şəxslə birlikdə qayıtmaları, “Khazar” SD markalı avtomomobilə əyləşmələri, Təqsirləndirilən şəxs1 avtomobili idarə edərək həmin yerdən uzaqlaşmaları müəyyən olundu. Məhkəmədə elan edilib araşdırılmış X20 İdarəsindən daxil olmuş Təqsirləndirilən şəxs1 Heydər Əliyev adına Hava Limanında hərəkətlərinin qeydə alındığı 2 ədəd DVD diskə baxış keçirilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, təqdim edilmiş 1-ci DVD-diskə keçirilmiş baxış zamanı 5 ədəd BHYT K272, BHYT K308, BHYT K409, BHYT K410 və BHYT K417 adlı videogörüntülər vardır. Həmin videogörüntülərə baxdıqda xx xxxxxxxx 2019-cu il tarix saat 03:37-dən saat 03:48-ə qədər dövrü əhatə edir. Videogörüntülər Heydər Əliyev adına Hava Limanının giriş hissəsindən başlamaqla kassaların və valyuta mübadiləsi yerlərinin olduqları yeri əhatə edir. Saat 03:37-də girişdə bir nəfər əynində qara rəngli köynək və gödəkçə, göy rəngli şalvar olan oğlanın yanında nisbətən balaca boy, əynində qara rəngli gödəkçə, sarı rəngli şalvar və ağ rəngli köynək olan oğlanla mühafizə zonasından yoxlamadan keçməklə hava limanına daxil olmaları müşahidə olundu. Baxış zamanı əynində qara rəngli köynək və gödəkçə, göy rəngli şalvar olan oğlanın cinayət iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs1 olduğu müəyyən olundu. Onun yanında olan oğlanın isə Təqsirləndirilən şəxs3 olduğu, həmin şəxslərin birlikdə hava limanının aviabilet satılan kassalarından birinə yaxınlaşdığı, Təqsirləndirilən şəxs1 cibindən sənəd çıxararaq satıcı qızla söhbət etdiyi, Təqsirləndirilən şəxs3 isə arxada gözləməsi müəyyən olundu. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 başqa yerdə olan valyuta mübadiləsi yerinə yaxınlaşaraq pul dəyişdirdikləri müşahidə olundu. Görüntüərdə onların nə qədər pul dəyişdikləri dəqiq olaraq müəyyən olunmadı. Bundan sonra, yenidən həmin şəxslər aviabilet satılan kassaya yaxınlaşaraq 400 AZN pulu satıcıya təqdim edərək bilet götürüb oradan uzaqlaşdıqları göründü. Saat 03:48-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hava limanın çıxış qapısından birlikdə çıxmaqları müəyyən olundu. 2-ci DVD diskə zamanı DVD diski açdıqda 5 ədəd BHYT K047, BHYT K271, BHYT K301, BHYT K417 və İpcamera33-admin adlı videogörüntülər olduğu müəyyən edildi. Həmin videogörüntülərə baxdıqda xx xxxxxxxx 2019-cu il tarix saat 12:37-dən saat 13:19-ə qədər dövrü əhatə edir. Videogörüntülər Heydər Əliyev adına Hava Limanının avtomobillərin dayandığı hissəsindən başlamaqla, mühafizə girişini, yük qeydiyyatı və sərnişinlərin təyyarələrə minik üçün qeydiyyata durduqları yeri əhatə edir. Saat 12:37-də dövlət qeydiyyat nişanı görünməyən gümüşü rəngli “Mercedes” markalı avtomobilindən bir nəfər əlində çanta olan, əynində qara rəngli köynək və göy rəngli cins şalvar olan oğlanın düşərək tək hava limanın girişinə tərəf getməsi, “Mercedes” markalı avtomobilin isə uzaqlaşaraq getməsi müşahidə olunur. Baxış zamanı əlində çanta, əynində qara rəngli köynək və göy rəngli cins şalvar olan oğlanın Təqsirləndirilən şəxs1 olduğu müəyyən edildi. Bundan sonra həmin şəxsin müvafiq olaraq mühafizə zonasından yoxlamadan keçməklə hava limanına daxil olması müşahidə olundu. Bundan sonra isə yük qeydiyyatına yaxınlaşaraq sənədlərini təqdim etməsi və liftlə sərnişinlərin təyyarələrə minik üçün qeydiyyata durduqları yerə qalxaraq qeydiyyat cərgəsində dayanması müşahidə olundu. Məhkəmədə elan edilib araşdırılmış “xxxx” İKB ASC-dən daxil olmuş 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, təqdim edilmiş 1-ci DVD-diskə keçirilmiş baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: DVD diski açdıqda 1 ədəd HO-2_25_adlı videogörüntü olduğu müəyyən edildi. Həmin videogörüntüyə baxdıqda xx xxxxxxxx 2019-cu il tarix saat 16:52 saat 16:59-a qədər dövrü əhatə edir. Videogörüntü “xxxx” İKB ASC-nin Nəsimi rayonu A.Puşkin küçəsi 30 ünvanındakı filialına aid olmaqla valyuta mübadiləsi yerinin görüntülərini əks etdirir. Baxış zamanı saat 16:55-də bir nəfər əlində sellofan, əynində qara rəngli köynək və cins şalvar olan cavan oğlanın kassaya yaxışlaşaraq növbə gözləməsi, daha sonra kassaya 100 ABŞ dolları təqdim etməsi müşahidə olunur. Bundan sonra isə həmin oğlan kassadan ona təqdim olunmuş 100AZN, 50 AZN, 10 AZN, 9 AZN və qəpikləri kağız sənədlə birlikdə götürərək oradan uzaqlaşır. Həmin oğlanın kassaya tək gəlməsi və tək getməsi müəyyən olundu. İstintaq zamanı həmin şəxs Təqsirləndirilən şəxs1 həyat yoldaşının X3 olması müəyyn edilmişdir. Məhkəmədə nümayiş etdirilmiş “DVD” diskdən görünür ki, DVD diskə baxış keçirilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokolun məzmununda göstərilənlər əyani şəkildə təsdiqini tapmışdır. Məhkəmədə nümayiş etdirilmiş “DVD” diskdən görünür ki, DVD diskə baxış keçirilməsi haqqında xx xxxxxxxx 2019-cu protokolun məzmununda göstərilənlər əyani şəkildə təsdiqini tapmışdır. Məhkəmədə nümayiş etdirilmiş “DVD” diskdən görünür ki, DVD diskə baxış keçirilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli protokolun məzmununda göstərilənlər əyani şəkildə təsdiqini tapmışdır. Məhkəmədə elan edilib araşdırılmış Dövlət Təhlükəsizlik Xidmətindən götürülmüş Zərərçəkmiş şəxs hadisə baş verən vaxt istifadəsində olmuş 055 *** ** ** və 050 *** ** ** mobil nömrə üzrə telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə baş verən vaxt istifadəsində olmuş 055 *** ** ** mobil nömrə ilə 055 *** ** ** mobil nömrə arasında xx-xx- 2019-cu il tarixdə saat 13:49-də, xx-xx-2019-cu il tarixdə saat 14:14-də, xx-xx-2019-cu il tarixdə saat 14:20-də, saat 16:45-də, xx-xx-2019-cu il tarixdə saat 13:25-də, xx-xx-2019cu il tarixdə saat 13:26-də, saat 17:08-də, saat 17:09-də, xx-xx-2019-cu il tarixdə 20:59də, saat 21:00-də müxtəlif saniyələrlə danışıq olmuşdur. İstintaq zamanı müəyyən edilmişdir ki, 055 *** ** ** mobil nömrə cinayəti işi üzrə Təqsirləndirilən şəxs1 məxsusdur. Bundan sonra, baxış Zərərçəkmiş şəxs hadisə baş verən vaxt istifadəsində olmuş 050 *** ** ** mobil nömrə üzrə telefon danışıqlarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs hadisə baş verən vaxt istifadəsində olmuş 050 *** ** ** mobil nömrə ilə 055 *** ** ** mobil nömrə arasında xx-xx-2019-cu il tarixdə və xx-xx-2019-cü il tarixdə müxtəlif saniyələrlə danışıq olmuşdur. 055 *** ** ** mobil nömrə cinayəti işi üzrə Təqsirləndirilən şəxs1 məxsus olması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “xxxx” MMC-dən götürülmüş Təqsirləndirilən şəxs1 hadisə baş verən vaxt istifadəsində olmuş 055 *** ** ** mobil nömrə telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hadisə baş verən vaxt istifadəsində olmuş 055 *** ** ** mobil nömrə ilə Zərərçəkmiş şəxs məxsus 055 *** ** ** mobil nömrə arasında xx-xx-2019-cu il tarixdə saat 13:49-də, xx-xx-2019-cu il tarixdə saat 14:14-də, xx-xx-2019cu il tarixdə saat 14:20-də, saat 16:45-də, xx-xx-2019-cu il tarixdə saat 13:25-də, xx-xx- 2019-cu il tarixdə saat 13:26-də, saat 17:08-də, saat 17:09-də, xx-xx-2019-cu il tarixdə 20:59-də, saat 21:00-də müxtəlif danışıqlar olmuşdur. Baxış zamanı müəyyən olundu ki, 055 *** ** ** mobil nömrə ilə iş üzrə Zərərçəkmiş şəxs hadisə baş verən vaxt istifadəsində olmuş 050 *** ** ** mobil nömrə arasında da xx-xx-2019-cü il tarixdə və xx-xx-2019-cü il tarixdə danışıqlar olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 məxsus 055 *** ** ** mobil nömrə ilə iş üzrə digər təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 hadisə baş verən vaxt istifadəsində olmuş 051 *** ** ** mobil nömrə arasında xx xxxxxxxx 2019, xx xxxxxxxx 2019 və xx xxxxxxxx 2019-cu il tarixdə müxtlif saatlarda telefon danışıqları olmuşdur. Sonuncu danışıq xx xxxxxxxx 2019-cu il tarixdə saat 23:01-də olmuş və 18 saniyə çəkmişdir. Həmin vaxt hər iki mobil nömrə “Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsi 230E” anten dairəsində olmuşdur. Məhkəmə, yuxarıda ittihamıları təsdiq edən sübutların məcmusunu nəzərə alıb Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadələrində Zərərçəkmiş şəxs tək öldürülməsi, Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması, sonuncunun evindən oğurluq etmək istəmələri, Dərman tökməsi barədə Heydərə və Rəsula heç nə deməməsi, Mayanı öldürmək niyyətində olmaması, Rəsul gələndə artıq Mayanın can verməsi barədə göstərdiyi halları müdafiə xarakterli ifadələri kimi qiymətləndirilərək onun istintaq zamanı verdiyi xx xxxxxxx 2019-cu il tarixli fadələrinə istinad edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs3 oğlunun məhkəmədə verdiyi Zərərçəkmiş şəxs evindən pul götürsə də onu öldürməməsi, Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs evində olsa da sonuncunu öldürməklə bağlı rolunun olmaması, öldürməklə bağlı hər hansı plan qurmaması və xəbərinin olmaması, həmin evə oğurluq etmək məqsədi ilə gəlmələri, hadisə zamanı sağ qolunda yaranmış bıçaq xəsarətini çamadanı açan zaman alması, maşına mindikdən sonra Faridin onlara qazı açıq qoyub evi partladıb sübutları yox etmək istədiyini deməsi, Faridin ona verdiyi pulun məbləği ilə bağlı Faridin cəmi 400 avro, 100 dollar və sonrakı gün 400 manat, ümumilikdə 1200-1300 manat pul verməsi barədə göstərdiyi ifadələrini Təqsirləndirilən şəxs1 istintaq zamanı göstərən ona dəqiq olaraq 2000 ABŞ dolları və 500 avro pul və dəqiq sayını bilmədiyi manat əskinazı verməsi barədə ifadələri, digər təqsirləndirilən şəxslərin ifadələri, işin faktiki halları və ittihamı təsdiq edən digər sübutlarla müqayisəli təhlil edib onun bu ifadələrini özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirib həmin ifadələrə, özünün ifadələrində ittihamı təsdiq edən hissəsinə istinad edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs2 məhkəmədəki Rəsulla görüşə gedəndə ilk dəfə Faridi görməsi, Mayanın adını istintaq zamanı eşitməsi, Faridin kompotun içinə nəsə qatdığını görməməsi, Faridin qadın haqqında ona heç nə deməməsi, Faridin hansı məqsədlə getdiyi evin yerini Rəsula göstərməyini bilməməsi, Rəsulun ona olan borcuna görə maşına minməsi, Rəsul görüşəndə ona pulunu qaytaracağını deməməsi barədə, istintaq zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs2 ifadələrində göstərdiyi Zərərçəkmiş şəxs evinin yaxınlığına gedərək sonradan evdən götürülmüş puldan Təqsirləndirilən şəxs3 ona olan borcuna görə pul götürməsini götürsə də Zərərçəkmiş şəxs öldürməməsi və bu barədə hər hansı plan qurmaması, Zərərçəkmiş şəxsnanın öldürülməsində hər hansı rolunun olmaması barədə ifadələrini özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndiriib istintaq zamanı ittihamı təsdiq edən ifadələrinə istinad edilməsini əsaslı sayır. Çünki onun inkar edici ifadələri öz təsdiqini tapmadı. Əksinə onun ittiham olunduğu cinayət əməllərinin törədilməsi və onun bu əməllərin törədilməsində qəsdən iştirakları sübuta yetirildi. Məhkəmədə araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs1 istintaq zamanı ifadələrində xx xxxxxxxx 2019-cu il tarixdə dəqiq saatını xatırlamadığı vaxtda Heydər və Rəsulla birlikdə “28 MAY” metrostansiyasının yaxınlığında görüşdükələrini, həmin vaxt bu gecə Mayagilin evinə gedəcəyini və onu Lənkəran şəhərindən aldığı yuxu dərmanı verərək yatızdıracağını, pulları götürəcəyini deməsini, oradan birbaşa Az **-PZ-*** dövlət qeydiyyat nişanlı “KHAZAR SD” markalı ağ rəngli avtomobillə Mayagilin yaşadığı Yasamal rayonu Y.Yasamal-1, ev 2 ünvanının qarşısına gəldiklərini, Mayanın evinə gəlməmişdən qabaq özü ilə aptekdən ağ rəngli rezin əlcək də aldığını, həmin əlcəyi almaqda məqsədi əl izlərinin qalmasını istəməməyi olması, binanın qabağında avtomobili saxlayıb, Rəsulla Heydərə avtomobildə gözləməyi, Mayanı yatızdırıb pulları götürəcəyini deməsini, saat təxminən 21:30 radələrində o, artıq Mayagilin evində olduğunu, saat təxminən 23:00 radələrində pəncərədən baxdıqda binanın qarşısında saxladığı avtomobilin yerində olmadığını görüb əsəbləşib həyətə düşdüyünü, həyətə düşüb Heydərin mobil nömrəsinə yığıb harada olduqlarını soruşduğunu, Heydərgil yaxında olduqlarını, çatdıqlarını dediklərini, maşın gəldikdən sonra Rəsul avtomobildən düşüb ona tərəf gəldiyini, sonradan Rəsulla birlikdə avtomobilə əyləşdiyini, X9 əsəbləşib, onlara “mən nə işə görə gəlmişəm, siz neynirsiz” dediyini, Heydərlə Rəsula əsəbi halda qadının kompotu içmədiyini deyib və nə yolla olursa olsun pulları götürəcəyini bildirməsini, Heydərlə Rəsulu avtomobildə qoyub və Rəsula Heydərin nömrəsinə zəng vurduqda qadının evinə qalxmasını bildirib, Rəsula qadının evini də göstərdiyini, Rəsulu bloka apararaq liftlə yeddinci mərtəbəyə qaldırıb 6-cı mərtəbəni göstərib sol qapıya girəcəyini dediyini, Rəsulun evi görüb geri qayıtdığını, xx xxxxxxxx 2019-cu il tarixdə saat təxminən 01:00 radələrində o, Mayanın yatdığını gördüb Rəsul gələndə rahat mənzilə girməsi üçün evin qapısını da açdığını, heydərə bir dəfə zəng vurub telefonu keçirtdiyini, bir qədər sonra Rəsulun evə girdiyini, bu zaman Mayanı öldürmək fikrinin qətiləşdiyini, Rəsul yataq otağına girdikdə bıçağı sağ əli ilə arxası ona uzanan Mayanın kürəyinə iki dəfə vurduğunu, bu zaman Mayanın qışqırdığını, özünün də tez onun üstünə çıxıb Mayanın boğazından tutub boğduqda Mayanın yuxudan ayılaraq ona “oturaq söhbət edək” dediyini, özünün Mayaya “bağışla məni deyib” onu bıçaqla vurmağa başlayıb sağ əlində olan bıçaqla onun kürəyinə və qarnına tərəf vurduğunu, əli ilə də boğazından tutduğunu, Maya qışqıra-qışqıra Rəsula tərəf təpik atdıqda o, Rəsula Mayanın ağzını və burnunu tutmasını deyib onun qışqırmasının qarşısının almağa çalışdığını, həmin vaxt Rəsul onun təklifinə əsasən Mayanın ağzını və burnunu tutduğunu, Mayaya bıçaq zərbəsi atdıqda bıçaq ehtiyatsızlıqdan Mayanın ağzını tutan Rəsulun sağ qoluna dəydiyini, Mayanın boğazından tutub boğa-boğa onu bıçaqla vurduqdan sonra artıq öldüyünü hiss edib onun üstündən düşdüyünü, Mayadan xırıltı səsinin gəldiyini eşidib Rəsula Mayaya baxmasını, ölmədiyi halda balıncla boğmasını dediyini, Rəsul Mayaya baxıb artıq onun öldüyünü bildirməsini, bıçağı kənara qoyub, əlinə ağ rezin əlcəkləri geyinib pul və zinət əşyalarını götürdüklərini, bundan sonra izləri itirmək üçün Rəsula evi dağıtmağı bildirməsini, Mayanın iki ədəd smartfon telefonunu da götürərək söndürdüyünü, Evdən çıxdıqda Rəsulla birlikdə pilləkənlə düşdükdə Rəsul ona gözləməyini, evin qazını açıq qoyub qısa qapanmadan evi partladıb sübutları məhv etmək istədiyini dediyini, Rəsulla birlikdə həyətə düşüb maşının dayandığı yerə gəldiklərini Rəsul qabaqda, Heydər də arxada əyləşdiyini, bir az getdikdən sonra Heydəri yolda, yaşadığı evin yanında düşürdüklərini, Heydərə 100 ABŞ dolları verib, heç kəsə heç nə deməməyini bildirdiyini, Rəsula 2000 ABŞ dolları və 500 avro pul və dəqiq sayını bilmədiyi manat əskinazı verdiyini göstərmişdir. Təqsirləndirilən şəxs3 xx xxxxxxxx 2019-cu il tarixdə 20-21 radələrində Farid və Heydərlə “28 May” metrostansiyasının yaxınlığında görüşən zaman Farid ona əvvəllər münasibətdə olduğu, universitetdə oxuyan vaxtdan ona baxan bir qadının evindən pul oğurlayacağını deməsini, ona da həmin işdə ona kömək etməyi deməsini, Faridin ona həmin qadına Lənkəran rayonundan aldığı yuxu dərmanını kompota qatıb verəcəyini və qadın yatdıqdan sonra isə pulları götürəcəyini deməsini, oradan “28 May” metrostansiyasının yaxınlığından Faridin avtomobili ilə birlikdə birbaşa Yasamal rayonu Y.Yasamal-1 ev 2 ünvanının yaxınlığına gəldiklərini, həmin vaxt saat təxminən 21:30 radələri olmasını, Faridin maşından düşüb binaya qalxdığını və Heydərlə ona qadını yuxuya verib pulları götürəcəyini dediyini, Faridin iş qurtardıqdan sonra Heydərin mobil nömrəsinə zəng edərək onları çağıracağını bildirdiyini, bir qədər ətrafda avtomobillə fırlandıqdan sonra Farid Heydərə zəng vurub gəlmələrini deməsini, həmin vaxt artıq saat 23:00 radələri olmasını, avtomobili sürüb qadının evinin yaxınlığına gəldiyini, Faridin əsəbi halda, yanına getdiyi qadını söyüşlə təhqir edərək qadının dərmanı içmədiyini, yatmadığını bildirməsini, Heydər də maşından düşüb onların yanına gəlməsini, daha sonra onların hər üçünün Faridin avtomobilinə əyləşdiklərini, Farid onlara yenidən evə qayıdacağını, qadını yatırdıb pulları götürəcəyini, qadın yatmasa belə nəsə edib pulları götürəcəyini deməsini, ona Heydərin nömrəsinə zəng vurduqda qadının evinə gəlməyini, birlikdə qadının evini axtarmağı bildirib getdiyini, onu və Heydəri həmin binaya aparıb blokun qabağında ona və Heydərə liftlə yeddinci mərtəbəyə qalxmağını, daha sonra altıncı mərtəbəyə düşüb sol qapı olan evə girməyi deməsini, qapının da açıq olacağını deməsini, saat təxminən 01:20 radələrində Farid Heydərin nömrəsinə zəng vurduğunu, özünün tək maşından düşüb Faridin bildirdiyi kimi qadının evinə getdiyini, oradan qayıdıb maşına mindikdən sonra bir qədər oradan aralaşdıqdan sonra Farid avtomobili saxlayıb Heydərə “sən heç nə görümüyübsən və eşitmiyibsən” deyib arxa cibindən 100 ABŞ dolları çıxardıb Heydərə verdiyini göstərmişdir. Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadələrində xx xxxxxxxx 2019-cu il tarixdə axşam təxminən saat 19-20 radələrində Rəsul ilə Lənkəran rayonundan olan, Rəsul vasitəsi ilə tanıdığı Farid adlı oğlanın sonuncunun ağ rəngli, “Khazar SD” markalı AZ **-PZ-*** dövlət nömrə nişanlı avtomobili ilə onu yaşadığı evdən götürdüklərini, birlikdə Bakı şəhərində gəzdiklərini, Faridin mobil telefonuna zəng gəlib sonuncu onlara ailə üzvləri ilə işinin olduğunu deyib onlar axşam saatlarında yenidən görüşməyi planlaşdırdıqlarını, bu səbəbdən Farid ilə Rəsul onu metronun “Xətai” stansiyasında avtomobildən düşürdüklərini, metro ilə “20 Yanvar” stansiyasına getdiyini, orada rayondan göndərilən paltar və yeməkləri götürərək taksi ilə evə getdiyini, çantaları evə qoyduqdan sonra Faridin ona zəng edib iki dəqiqə sonra onun yaşadığı binanın həyətinə çatacaqlarını deməsini, təxminən saat 21:00 radələrində həyətə düşüb Farid və Rəsul ilə avtomobildə əyləşdikləri zaman Faridin əlində yuxu dərmanı qatılmış yarımçıq kompot şüşəsi olduğunu, həmin vaxt sonuncudan yuxu dərmanı qatılmış kompotun nəyə lazım olduğunu soruşduğunu, Faridin ona Yasamalda tanış qadının olduğunu və onunla görüşə gedəcəyini dediyini, bundan sonra Faridin avtomobili saxlayaraq mağazadan 1 ədəd kompot və çörək aldığını, aldığı kompotu yarımçıq olan kompotun üzərinə tökərək tamamladığını, tanımadığı qadının yaşadığı məhəlləyə getdiklərini, orada avtomobili saxladıqdan sonra Faridin kompotu və çörəyi götürərək düşüb getdiyini, Rəsul ilə təxminən iki saat Faridi gözlədiklərini, bir qədər sonra Farid avtomobilə tərəf gəlib qadının kompotdan içmədiyini bildirərək yenidən evə gedəcəyini və onun telefonuna zəng edərək Rəsulu həmin evə çağıracağını dediyini, onlar kasıbçılıq olduğunu Rəsul ilə birlikdə köməkləşib qadını öldürərək evində olan pulları oğurlamağı planlaşdırdıqlarını, bundan sonra onların avtomobildən düşüb Farid onu və Rəsulu qadının yaşadığı binaya apardığını, birlikdə liftlə binanın 7-ci mərtəbəsinə qalxdıqlarını, Rəsul və Farid bloka çıxdıqları zaman sonuncu əli ilə 6-cı mərtəbədəki mənzilin qapısını göstərərək qadının orada yaşadığını bildirib Faridin həmin mənzilə getdiyini, Rəsulun isə avtomobilə qayıtdığını, təxminən 20 dəqiqə sonra Farid istifadəsində olan 055 ***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**- ** mobil nömrəsinə zəng etdiyi üçün telefonu Rəsula verdiyini, Rəsula adam öldürməyin cinayət olduğunu, tutulacaqlarını deyərək bu əməli törətməkdən daşındırmaq istədiyini, lakin sonuncu evlərində “xərçəng” xəstəsi olduğu üçün pula ehtiyaclarının olduğunu deyib avtomobildən düşüb getməsini, özünün isə avtomobildə oturaraq onları gözlədiyini, təxminən 15-20 dəqiqə sonra Farid və Rəsulun gələrək avtomobilə əyləşdiklərini, onların hər ikisinin həyəcanlı olduqlarını, Rəsulun sol əli ilə sağ qolunu tutaraq zarıdığını, Faridin isə həyəcanlı şəkildə arvadı öldürdüklərini, bir neçə bıçaq xəsarətləri yetirdiklərini, mənzildən pulları götürdüklərini və mənzilin partlaması üçün mətbəxdəki qaz peçini açıq qoyduqlarını deyib avtomobili sürətlə idarə edərək onu qarşıda yaşadığı binanın qarşısında düşürdüyünü, Farid oturduğu yerdən ona 100 ABŞ dolları uzadaraq Rəsulun borcunun qaytardığını deməsini təsdiq etmişdir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi bu ifadələrinin işin faktiki halları ilə üstüstə düşdüyünü nəzərə alıb onların həmin ifadələrinin doğru olduğu qənaətinə gəlib onların bu ifadələrinə istinad edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs əvvəl tanımaması barəsində bəyanatını təqdim olunmuş sübutlar baxımından müzakirə edərkən iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs3 anası Şahid10 ifadələrində xx xxxxxxxx 2019-cu il tarixdə günorta saatlarında qonşu küçədə yas mərasimi olduğunu görüb ora yaxınlaşdıqda Zərərçəkmiş şəxs Bakıda yaşadığı evində Təqsirləndirilən şəxs1 tərəfindən qətlə yetirilib qızıl-zinət və pul vəsaitini ələ keçirildiyini bildiyini, bundan sonra o, evə qayıdaraq 050 *** ** ** nömrəsinə zəng edib Rəsula yalan danışaraq Bakıya gəlmək üçün yolda olduğunu, onunla Bakıda görüşməyi deməsini, Rəsulun isə cavabında onu Bakıda tapacağını deməsini, lakin sonradan onun zənglərini götürməməsini, lakin, bir müddət sonra telefonu açıb bu nömrəyə zəng etməməyi deməsini göstərmişdir. Məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs3 yaşadığı evin həyətinin yaxınlığında yaşayan Zərərçəkmiş şəxs tanımaması və ona bu barədə Təqsirləndirilən şəxs1 deməməsi ağlabatan deyildir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs əvvəl tanımaması barəsində bəyanatını güman etdiyi ictimai məzənnətdən boyun qaçırmaq cəhdi kimi qiymətləndirir. Məhkəmə göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs tanıdığının sübuta yetirildiyi qənaətinə gəlib onların bu davranışlarını malik olduqları hüququndan istifadə etməsi kimi qiymətləndirir. Məhkəmə, yuxarıda sadalanan sübutları təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları cinayət əməllərinin baş verməsini, həmin əməllərin onun tərəfindən qəsdən və anlaqlı vəziyyətdə törədilməsini təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları əməlləri törətmələrinin sübuta yetirildiyi qənaətinə gəlir. Çünkü Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 yetinlik yaşına çatmadığını bilib onu xüsusi ilə ağır cinayətlərin törədilməsinə çəlb edib onun və Təqsirləndirilən şəxs3 iştirakları ilə ittiham olunduqları cinayət əməllərini törətmələri sübuta yetirildim. Məhkəmə, göstərilənləri nəzərə alıb, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməllərinin Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11 181.3.3 və 170.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələrinin dispozisiya şərtlərinə uyğun gəlməsi qənaətinə gəlib onların əməllərinin həmin maddələr ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslərin təqsirli bilindikləri cinayət əməllərini qəsdən törətmələri qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri cinayət əməllərini qəsdən törətmələri qənaətinə gəldiyindən onların bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmalarını əsaslı sayır. Çünki onların təqsirli bilindikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən olunmadı. İş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə istintaq zamanı məhkəmə ekspertizalarının keçirilməsinə 338,86 (üç yüz otuz səkkiz manat səksən altı qəpik) manat sərf olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs3 Müdafiəçi1 tərəfindən 25 (iyirmi beş) saat hüquqi yardım göstərilmişdir. Buna görə də Müdafiəçi1 150 (yüz əlli) manat ödənilməlidir. Məhkəmə, hüquqi yardım edilməsi ilə bağlı həmin məbləğin məhkəmə məsrəfləri qismində təqsirləndirilən Təqsirləndirilən şəxs3 tutulub dövlət büdcəsinə ödənilməsini, məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 338,86 (üç yüz otuz səkkiz manat səksən altı qəpik) manatın bərabər hissələrlə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Çünki onların həmin məbləğlərin ödənilməsindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, istintaq orqanının xx xxxx 2020-ci il tarixli qərarı ilə maddi sübut kimi tanınıb, Yasamal Rayon Prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş hadisə yerinə baxış zamanı götürülmüş meyitin altında olan döşəyin qanabənzər ləkəyə bulanmış hissəsinin, üzərində çəhrayımtıl zolaqları və gül naxışları olan ağ rəngli mələfənin, balınc üzünün, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı əynində olan qırmızı rəngli gecə köynəyinin, çəhrayı rəngli trusikin dəyəri olmayan əşyalar kimi məhv edilmələrini, Azərbaycan Respublikası Baş Prokurorluğunun mühasibatlığına saxlanılması üçün verilmiş ünvan 10 mənzil 218 ünvanına baxış keçirilərkən Şahid4 tərəfindən istintaqa təqdim edilmiş, 89 ədəd 50 AVRO əskinaslarının, 9 ədəd 100 AVRO əskinaslarının, 2 ədəd 500 AVRO əskinasları və 1 ədəd 200 AVRO əskinaslarının, həmçinin bir ədəd metalı 750 əyarlı, çəkisi 12,96 qram, üzərində qiymətli qaşlara aid olmayan 1 ədəd göy, kənarlarında 28 ədədin hər birinin ölçüsü 0,022 karat, 3/3 keyfiyyətli ağ şəffaf briliyant qaşları olan qızıl sırğa cütünün, bir ədəd 585 əyarlı, çəkisi 7,15 qram, üzərində qiymətli qaşlara aid olmayan 1 açıq göy, kənarlarında 12 ədədin hər birinin ölçüsü 0,150 karat, 4/3 keyfiyyətli ağ şəffaf briliyant qaşları olan qızıl üzüyün, bir ədəd 750 əyarlı, çəkisi 8,70 qram, üzərində 1 ədədinin ölçüsü 0,099 karat 16 ədədinin hər birinin olçüsü 0,020 karat, 28 ədədin hər birinin ölçüsü 0,004 karat, 3/3 keyfiyyətli ağ şəffaf briliyant qaşları olan qızıl üzüyün, bir ədəd 750 əyarlı, çəkisi 8,68 qram, üzərində qiymətli qaşlara aid olmayan ağ şəffaf qaşları olan qızıl üzüyün, bir cüt 916 əyarlı, çəkisi 8,60 qram, üzərində qiymətli qaşlara aid olmayan ağ şəffaf qaşları olan buta formalı qızıl sırğa cütünün, bir ədəd 583 əyarlı çəkisi 1,88 qram, halqa formalı qızıl üzüyün, bir ədəd 583 əyarlı çəkisi 3,79 qram, üzərində gözmuncuğu olan qızıl kulon, götürmə və baxış keçirilməsi haqqında protokolla götürülmüş, Təqsirləndirilən şəxs2 atası Şahid9 təqdim etdiyi 1 ədəd 100 ABŞ dolları və 100 manat pulun zərərçəkmişin hüquqi varisi X16 qaytarılmasını, DTX-dan, “xxxx” MMCdən və xxxx MMC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 04 ədəd CD diskin, Yasamal RPİ-nin 29-cu PŞ-dən daxil olmuş 02 ədəd DVD diskin, X20 İdarəsindən daxil olmuş 02 ədəd DVD disk, “xxxx” İKB ASC-dən daxil olmuş 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri maddələrin ısanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Məhkəmə, Səhiyyə Nazirliyi Respublika X4 X2 xx xxxxxx 2019-cu il tarixli 2790 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 Narkomaniya xəstəliyi aşkar olunduğunu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğunu nəzərə alıb Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslərin cəzalandırılmalı və barələrində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statisika İdarəsindən daxil olan tələbnamədən, Salyan rayon məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmündən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmiş, xx xxx 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs1 hazırda məhkumluğu yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statisika İdarəsindən daxil olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statisika İdarəsindən daxil olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3 -cü maddəsinə əsasən, ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməli olmasını və Azərbaycan Respublikası CM-nin 56.2-ci maddəsinə əsasən cəzasının bir hissəsini həbsxanada çəkməsini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqlarını, lakin onlara istinad edilən cinayət əməllərini yetkinlik yaşına çatmadıqları dövrdə törətdiklərindən və hökm çıxarılan vaxt yetkinlik yaşına çatdıqlarından onlara təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2019-cu il tarixdə hazırkı iş üzrə saxlanılıb, həmin tarixdə də ona ittiham elan edilib barəsində qətimkan tədbiri qismində həbs seçilməsi və hazırki vaxtadək həbsdə saxlanılması, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xx xxxxxxxx 2019-cu il tarixdə hazırkı iş üzrə tutulub xx xxxxxxxx 2019-cu il tarixdə barələrində qətimkan tədbiri qismində həbs seçilməsi və hazırki vaxtadək həbsdə saxlanılmaları müəyyən edildi. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldqları müddətlərin onların cəzaçəkmə müddətinə daxil edilməsini və Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəlinin onların saxlanıldığı xx xxxxxxx 2019-cu il tarixdən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın əvvəlinin onların tutulduqları xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağın olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən məsuliyyətinin yüngülləşdirən hal kimi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayəti yetkinlik yaşına çatmadıqları dövrdə törətmələrini Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən onların məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri cinayət əməllərini yetkinlik yaşına çatmadıqları dövrdə törətmələrinə baxmayaraq onların törətdiyi əməllərinin xarakterini, şəraitini, nəticələrini, təqsirləndirilən şəxslərin həmin əməlləri törədilməsi üçün xüsusi hazırlıq görüb əməllərinin qurbanı olmuş şəxsə qarşı qəddar münasibətlərini nəzərə alıb onlara azadlıqdan məhrumetmə cəzasından daha yüngül cəza təyin edilməsinin mümkün olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 85.5-ci maddəsinin tələblərinə görə azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törətdiklərinin sübuta yetirildiyini, bu maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarının aşağı hədlərinin on ildən başlandığını və onlara həmin həddən də aşağı həddə azadlıqdan məhrum etmə cəzası və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan daha yüngül cəza təyin etmək üçün əsaslar olmadığı qənaətinə gəlir. Çünki onların təqsirli bilindikləri əməllərin xarakteri və şəxsiyyətləri bunu istisna edir. Onlar öz qurbanlarına qarşı amansız və rəhmsiz olub xüsusi ilə ağır cinayətlər törətmişlər. Bu səbəbdən də məhkəmə, onlara təqsirli bilindikləri əməllərə görə cinayətlərin cəmi qaydasında cəza təyin edərkən təyin edilmiş cəzaları əhatə etməklə deyil, yetkinlik yaşına çatmayan şəxslərə təyin edilən cəzaların növlərini və müddətini təyin edən Azərbaycan Respublikası CM-nin 85-ci maddəsinin həmin tələblərini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzanın müddətini təyin edərkən, onların tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməlini yetkinlik yaşına çatmadıqları dövrdə törətmələrini, təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onların islah olunmalarına, həyat və ailə şəraitlərinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11, 181.3.3 və 170.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesab edilsin. O, cəzasının ilk 3 (üç) ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11-ci maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxxxxxx 2019cu il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11-ci maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzanın çəkilməsinin əvvəli xx xxxxxxxx 2019cu il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 hüquqi yardım göstərilməsi ilə bağlı 150 (yüz əlli) manat vəsait Müdafiəçi1 ödənilməsi üçün Bakı şəhəri 2 saylı vəkil bürosunun hesabına ödənilsin. Həmin məbləğ ayrılıqda Təqsirləndirilən şəxs3, cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 338,86 (üç yüz otuz səkkiz manat səksən altı qəpik) manat bərabər hissələrlə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb– Yasamal Rayon Prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş hadisə yerinə baxış zamanı götürülmüş meyitin altında olan döşəyin qanabənzər ləkəyə bulanmış hissəsi, üzərində çəhrayımtıl zolaqları və gül naxışları olan ağ rəngli mələfə, balınc üzü, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı əynində olan qırmızı rəngli gecə köynəyi, çəhrayı rəngli trusik dəyəri olmayan əşyalar kimi məhv edilsin, Azərbaycan Respublikası Baş Prokurorluğunun mühasibatlığına saxlanılması üçün verilmiş Şahid4 tərəfindən istintaqa təqdim edilmiş, 89 ədəd 50 AVRO əskinasları, 9 ədəd 100 AVRO əskinasları, 2 ədəd 500 AVRO əskinasları və 1 ədəd 200 AVRO əskinasları, həmçinin bir ədəd metalı 750 əyarlı, çəkisi 12,96 qram, üzərində qiymətli qaşlara aid olmayan 1 ədəd göy, kənarlarında 28 ədədin hər birinin ölçüsü 0,022 karat, 3/3 keyfiyyətli ağ şəffaf briliyant qaşları olan qızıl sırğa cütü, bir ədəd 585 əyarlı, çəkisi 7,15 qram, üzərində qiymətli qaşlara aid olmayan 1 açıq göy, kənarlarında 12 ədədin hər birinin ölçüsü 0,150 karat, 4/3 keyfiyyətli ağ şəffaf briliyant qaşları olan qızıl üzük, bir ədəd 750 əyarlı, çəkisi 8,70 qram, üzərində 1 ədədinin ölçüsü 0,099 karat 16 ədədinin hər birinin olçüsü 0,020 karat, 28 ədədin hər birinin ölçüsü 0,004 karat, 3/3 keyfiyyətli ağ şəffaf briliyant qaşları olan qızıl üzük, bir ədəd 750 əyarlı, çəkisi 8,68 qram, üzərində qiymətli qaşlara aid olmayan ağ şəffaf qaşları olan qızıl üzük, bir cüt 916 əyarlı, çəkisi 8,60 qram, üzərində qiymətli qaşlara aid olmayan ağ şəffaf qaşları olan buta formalı qızıl sırğa cütü, bir ədəd 583 əyarlı çəkisi 1,88 qram, halqa formalı qızıl üzük, bir ədəd 583 əyarlı çəkisi 3,79 qram, üzərində gözmuncuğu olan qızıl kulon, Təqsirləndirilən şəxs2 atası Şahid9 təqdim etdiyi 1 ədəd 100 ABŞ dolları və 100 manat pul zərərçəkmişin hüquqi varisi X16 qaytarılsın, DTX-dan, “xxxx” MMC-dən və xxxx MMC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 04 ədəd CD disk, Yasamal RPİ-nin 29-cu PŞ-dən daxil olmuş 02 ədəd DVD disk, X20 İdarəsindən daxil olmuş 02 ədəd DVD disk, “xxxx” İKB ASC-dən daxil olmuş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti onlara təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar