Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-157/2021 05.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, məsləhətçi X5 və hakim köməkçisi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə 18 iyun 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi ev 69-da pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx xxxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 2 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, o, 10 iyun 2019-cu il tarixdə saat 10:00 radələrində satış məqsədi olmadan, Təqsirləndirilən şəxs2 10 manata, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,870 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış, 10 iyun 2019-cu il tarixdə saat 11:00 radələrində isə Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində daşımaq və saxlamaqda şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsində saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli bükümdə, təmiz çəkisi 0,870 qram çəkidə narkotik vasitə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkoti vasitəni və psixotrop maddəni əldə etmiş, daşımış və yaşadığı ünvanda saxlamışdır. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən, təmiz çəkisi 500,882 qram olan külli miqdarda narkotik vasitə heroin, 5,617 qram narkotik vasitə olan tiryək, çəkisi 9,738 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, çəkisi 6,046 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış külli miqdarda psixortop maddə olan metamfetamin və külli miqdarda, yəni ümumi təmiz çəkisi 8,08 qram olan narkoltik vasitə - metadon tərkibli dərman preparatı qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı ünvan 3 ünvanında yerləşən mənzildə saxlamış, 10 iyun 2019-cu il tarixdə saat 11-00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 saxlanılaraq üzərindən Təqsirləndirilən şəxs2 10 iyun 2019-cu il tarixdə saat 10-00 radələrində 10 manata aldığı 0,870 qram narkotik vasitə olan heroin aşkar olunmuş, bununla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilərək 10 iyun 2019-cu il tarixdə saat 13-00-da Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilə baxış keçirilən zaman həmin mənzilin mətbəxində divardan asılmış qəhvəyi rəngli əl çantasının içərisindən 1 ədəd şüşə bankada külli miqdarda, yəni təmiz çəkisi 462,534 qram, bir ədəd bükümdə, külli miqdarda, yəni təmiz çəkisi 19,630 qram və iki ədəd plastik qutuda 43 ədəd (26 ədəd və 17 ədəd) bükümdə, külli miqdarda, yəni ümumi təmiz çəkisi 17,848 qram olmaqla, cəmi ümumi təmiz çəkisi 500,012 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 ədəd plastik qutuda 6 ədəd bükümdə, ümumi təmiz çəkisi 5,617 qram tünd qəhvəyi rəngli qətranabənzər maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryək, ümumi çəkisi 9,738 qram olmaqla, 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,178 qram, 4,212 qram, bir ədəd sarı rəngli qabda 09 (doqquz) ədəd gümüşü rəngli kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,282 qram, 0,276 qram, 0,254 qram, 0,297 qram, 0,277 qram, 0,288 qram, 0,265 qram, 0,165 qram və 0,244 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 4 ədəd plastik qutuda, cəmi 58 ədəd bükümdə, külli miqdarda, yəni ümumi təmiz çəkisi 6,046 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixortop maddə olan metamfetamin və 2 ədəd plastik qutuda, külli miqdarda narkotik vasitə, yəni ümumi təmiz çəkisi 8,08 qram (bir həbdə 0,04 qram metadon olmaqla), üzərində “F/M40” yazısı həkk olunmuş 202 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər – metadon tərkibli dərman preparatı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 10 ilə yaxındır ki, bədənində olan ağrılara görə narkotik vasitə olan heroindən istifadə edir. O, narkotik vasitəni hər dəfə müxtəlif yerlərdən alır. 10 iyun 2019-cu il tarixdə təxminən günorta saat 10:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsində yaşayan Əminənin evinə getmiş, Əminə evdə olmadığından geri qayıtmışdır. Həmin vaxt onun üzərində narkotik vasitə olmuş, həmin narkotik vasitəni o, bir neçə gün əvvəl tanmadığ bir şəxsdən özünün istifadəsi üçün almışdır. Oradan uzaqlaşmış və bir qədər getdikdən sonra mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və onu narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, qəbulu, saxlanması və gəzdirilməsində şübhəli olduğunu bildirərək Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. O, da razılaşmış və polis əməkdaşları ilə birlikdə 31-ci PB-nə gəlmişdir. Polis Bölməsində olan xidməti otaqların birində iki nəfər tanımadığı hal şahidinin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. O, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş içərisində heroin olduğunu bildiyi bükülünü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən keçirilmiş baxışın nəticəsinə dair protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, da həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Verilən suallara cavab olaraq isə qeyd etmişdir ki, narkotik vasitə aludəçisi olduğu üçün narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir və saxlamışdır. O, daha sonra göstərmişdir ki. Təqsirləndirilən şəxs2 narkotik vasitə almamış və özünün narkotik vasitələrdən istifadə etdiyi üçün əməlindən peşmandır. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, o, onkoloji xəstəlikdən əziyyət çəkir və özü də narkotik vasitələrdən istifadə edir. Evindən aşkar olunub götürülən narkotik vasitəni Astarada yaşayan bir şəxsdən özü istifadə etmək üçün almışdır. Tutulan gün evdə olmuş, Teymur onlara gəlib kirayə ev axtardığını bildirmiş, ev olmadığı üçün Teymur çıxıb getmişdir. Teymur gedəndən sonra polislər onun evinə gəlmiş və onu polis bölməsinə aparmışlar. Narkotik maddələrin satışı ilə məşğul olmamış və Teymur narkotik vasitə satmamışdır. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır və onlarla heç bir münasibəti olmamışdır. 10 iyun 2019-cu il tarixdə Teymur adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlaması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat raportla bölmə rəisinə məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməklə əməliyyat qrupu üzvləri ilə birlikdə 10 iyun 2019cu il tarixdə saat 10:30-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsinə gəlmişlər və orada xarici əlaməti Teymur adlı şəxsin əlamətləri ilə üstüstə düşən şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirməklə həmin şəxsin Təqsirləndirilən şəxs1 olmasını dəqiqləşdirdikdən sonra onu əməliyyat tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər və onu Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Polis Bölməsində xidməti iş otaqlarının birində hüquq və vəzifələri izah edilməklə dəvət olunmuş iki nəfər hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə ondan üzərində saxlanılması qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman heç bir etiraz etmədən Təqsirləndirilən şəxs1 könüllü olaraq əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş bir ədəd bükümü çıxararaq təqdim etmişdir. Ondan həmin bükümün içində nə olması, nə vaxt və haradan əldə edilməsi barədə soruşulmuş və bu zaman Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təqdim etdiyi bükülünün içində narkotik vasitə heroin vardır və həmin narkotik vasitə heroini Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsində yaşayan Əminə adlı qadından 10 manata öz istifadəsi üçün almışdır. Bundan sonra onlar tərəfindən aşkar edilmiş büküm qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 üzərinə baxış zamanı aşkar edilərək götürülmüş narkotik vasitə heroini əldə etdiyini bildirdiyi Əminə adlı şəxs barəsində raportla bölmə rəisinə məruzə olunduqdan sonra yaradılmış əməliyyat qrupu üzvləri ilə birlikdə 10 iyun 2019-cu il tarixdə təxminən günorta saat 13 radələrində onun yaşadığı ünvan 3 ünvanında yerləşən evin qarşısına gəlmişlər və orada xarici əlaməti Əminə adlı qadının əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirməklə həmin şəxsin Təqsirləndirilən şəxs2 olmasını dəqiqləşdirdikdən sonra ona narkotik vasitələrin qanunsuz olaraq satışında şübhələnildiyi üçün yaşadığı evə baxış keçirmək zərurətinin yarandığını bildirmişlər və ondan buna etiraz edib-etmədiyini soruşmuşlar. Təqsirləndirilən şəxs2 isə heç bir etiraz etmədən yaşadığı evinə baxış keçirilməsinə razılıq vermiş və bununla bağlı ərizə yazmışdır. Bundan sonra dəvət edilmiş iki nəfər hal şahidi və Təqsirləndirilən şəxs2 iştirakları ilə sonuncunun yaşadığı ünvan 4 ünvana daxil olaraq baxış keçirməyə başlamışlar. Baxış zamanı həmin evin mətbəxində divara asılmış açıq qəhvəyi rəngli əl çantasının içərisində şüşə bankanın içərisindən qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Həmin əl çantasının içərisindən ağ rəngli plastik qapın içərisində çoxlu sayda bükümlər də aşkar edilmişdir. Sonra isə həmin evin yataq otağında olan çarpayının altından sarı rəngli plastik qabın içərisindən plastik qablarda çoxlu sayda bükümlər aşkar edilmişdir. Həmin vaxt ondan həmin aşkar edilmiş maddələrin nə olması və haradan əldə edilməsi barədə soruşulmuş, Təqsirləndirilən şəxs2 isə qeyd edilən maddələrin narkotik vasitə heroin, tiryək, marixuana və şüşə kimi tanıdığı narkotik vasitələr olduğunu və onları təxminən iki ay əvvəl Astara rayonunda üzdən tanıdığı şəxsdən satmaq üçün aldığını bildirmişdir. Sonra isə ondan 10 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitə heroin satıb-satmamağı barədə soruşulmuş və o, da Təqsirləndirilən şəxs1 bir büküm narkotik vasitə heroini 10 manata satdığını etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilmiş narkotik vasitələr qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 yaşadığı mənzilə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən protokolun doğruluğu imza ilə təsdiq edilmişdir. Verilən suala cavab olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və Suraxanı RPİ-nin 31-ci PB-də olduqları zaman onlara qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid5 və Şahid6 Şahid4 ifadəsinə oxşar ifadələr verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyun ayında Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsində olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb ondan hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O, polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə gəlmişdir. Orada kimdənsə narkotik aşkar edilmişdir. Lakin, uzun müddət keçdiyi üçün həmin hadisəni tam xatırlamır. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi cinayət işinin 2-ci cildinin 51-53-cü vərəqlərində olan aşağıdakı məzmunda ifadəsi elan edildi. “O, 10 iyun 2019-cu il tarixdə təxminən saat 10:50 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsində olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər və ondan bir nəfərin üzərinə baxış keçirilməsi zamanı hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O, da razılaşmış və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə gəlmişdir. Orada ona və dəvət edilmiş başqa bir hal şahidinə hüquq və vəzifələri izah edildikdən sonra özünü Təqsirləndirilən şəxs1 kimi təqdim edən şəxsin üzərinə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs1 üzərində saxlanılması, daşınması qanunsuz olan hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Teymur adlı şəxs də razılaşıb əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin bükümün içərisində nə olması və harada nə vaxt əldə etməsi barədə soruşulmuş, Teymur adlı şəxs isə həmin bükümün içərisində narkotik maddə olan heroin olduğunu, həmin narkotik vasitəni bir qədər əvvəl Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində Əminə adlı qadından 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Həmin bükülü qablaşdırılaraq möhürlənmiş və sonra Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərək, qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və onunla birlikdə digər iştirakçılar tərəfindən imza edilmişdir. Verilən suala cavab olaraq qeyd etmişdir ki, 31-ci PB-də olduğum zaman Təqsirləndirilən şəxs1 heç bir fiziki və ya psixi təsir olmamışdır”. Proses iştirakçılarının suallarını cavablandıran Şahid1 ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş digər hal şahidi Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq olunarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 10 iyun 2019-cu il tarixdə təxminən günorta saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib Çaparidze küçəsi, ev 4 ünvanında yaşayan Əminə adlı qadının evinə baış keçiriləcəyini bildirmişlər və onun da həmin baxış zamanı hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O, da bu təkliflə razılaşmış və polis əməkdaşları ilə birlikdə həmin ünvana getmişdir. Sonra bir nəfər başqa tanımadığı şəxs də hal şahidi qismində dəvət olunmuş və onlara hüquq və vəzifələri izah edildikdən sonra özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxs yazılı və şifahi şəkildə razılıq verdikdən sonra sonuncunun yaşadığı evə daxil olunaraq baxış keçirilməyə başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evdə hər hansı bir narkotik vasitə saxlayıbsaxlamaması və müsbət halda isə həmin narkotik vasitənin könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Əminə adlı qadın isə mətbəxə daxil olaraq divardan asılmış qəhvəyi rəngli çantanı götürüb içərisini açaraq şüşə bankada və müxtəlif plastik qablarda çoxlu sayda bükümləri çıxarıb polis əməkdaşlarına təqdim etmiş və onların içində narkotik maddələr olan tiryək, heroin və marixuana olduğunu bildirmişdir. Bundan sonra Əminə adlı qadın həmin yaşadığı evin yataq otağına keçib qutunun içərisində plastik qabların içərisindən çoxlu sayda bükümləri çıxararaq təqdim etmiş və həmin bükümlərin içərisində narkotik vasitə olan tiryək, heroin və marixuana olduğunu bildirmişdir. Bu vaxt Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri nə vaxt, haradan və hansı məqsədlə əldə etməsi barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs2 isə təqdim etdiyi narkotik maddələri təxminən 2 ay əvvəl Astara şəhərində tanımadığı şəxsdən satış məqsədilə, həm də özünün istifadə etməsi üçün alıb yaşadığı evə gətirərək saxladığını bildirmişdir. Sonra həmin narkotik maddələr onun və digər hal şahidinin, eləcə də, Təqsirləndirilən şəxs2 iştirakı ilə qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 evində başqa hər hansı bir növ narkotik vasitə olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 evinə baxış keçirilmiş və həqiqətən də, başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Axırda isə bu barədə protokol tərtib edilmiş və onunla birlikdə digər iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq isə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 4 ünvanda yerləşən mənzilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş digər hal şahidi Şahid3 Asif oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq olunarkən müəyyən olunmuşdur ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 10 iyun 2019-cu il tarixdə təxminən günorta saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib Çaparidze küçəsi, ev 4 ünvanında yaşayan Əminə adlı qadının evinə baxış keçiriləcəyini bildirmişlər və onun da həmin baxış zamanı hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O, da bu təkliflə razılaşmış və polis əməkdaşları ilə birlikdə həmin ünvana getmişdir. Orada ondan başqa bir nəfər tanımadığı şəxs də hal şahidi qismində dəvət edilmişdir. Onlara hüquq və vəzifələri izah edildikdən sonra özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxs yazılı və şifahi şəkildə razılıq verdikdən sonra sonuncunun yaşadığı evə daxil olunaraq baxış keçirilməyə başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evdə hər hansı bir narkotik vasitə saxlayıb-saxlamaması və müsbət halda isə həmin narkotik vasitənin könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Əminə adlı qadın isə mətbəxə daxil olaraq divardan asılmış qəhvəyi rəngli çantanı götürüb içərisini açaraq şüşə bankada və müxtəlif plastik qablarda çoxlu sayda bükümləri çıxarıb polis əməkdaşlarına təqdim etmiş və onların içində narkotik maddələr olan tiryək, heroin və marixuana olduğunu bildirmişdir. Bundan sonra Əminə adlı qadın həmin yaşadığı evin yataq otağına keçib qutunun içərisində plastik qabların içərisindən çoxlu sayda bükümləri çıxararaq təqdim etmiş və həmin bükümlərin içərisində narkotik vasitə olan tiryək, heroin və marixuana olduğunu bildirmişdir. Bu vaxt Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələri nə vaxt, haradan və hansı məqsədlə əldə etməsi barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs2 isə təqdim etdiyi narkotik maddələri təxminən 2 ay əvvəl Astara şəhərində tanımadığı şəxsdən satış məqsədilə, həm də özünün istifadə etməsi üçün alıb yaşadığı evə gətirərək saxladığını bildirmişdir. Sonra həmin narkotik maddələr onun və digər hal şahidinin, eləcə də, Təqsirləndirilən şəxs2 iştirakı ilə qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 evində başqa hər hansı bir növ narkotik vasitə olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 evinə baxış keçirilmiş və həqiqətən də, başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Axırda isə bu barədə protokol tərtib edilmiş və onunla birlikdə digər iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq isə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 4 ünvanda yerləşən mənzilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 15060 saylı, 10 iyun 2019-cu il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş....” yazısı olan zərfdəki, bir ədəd bükümdə, təmiz çəkisi 0,870 qr olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 15061 saylı, 10 iyun 2019-cu il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “ Vət. Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik maddələr....”. yazısı olan polietilen bağlamadakı, bir ədəd şüşə bankada təmiz çəkisi 462,534 qr, bir ədəd bükümdə, təmiz çəkisi 19,630 qr və iki ədəd plastik qutuda qırx üç ədəd (26 ədəd və 17 ədəd) bükümdə, ümumi təmiz çəkisi 17,848 qr olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlnamış narkotik vasitə heroindir, bir ədəd plastik qutuda, altı ədəd bükümdə, ümumi təmiz çəkisi 5,617 qr tünd qəhvəyi rəngli qətranabənzər maddələr xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir, dörd ədəd plastik qutuda, cəmi 58 ədəd bükümdə, ümumi təmiz çəkisi 6,046 qr ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və iki ədəd plastik qutuda, üzərində “F/M40” yazısı həkk olunmuş iki yüz iki ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır. İki yüz iki ədəd həbdə təsiredici maddəsi metadonun ümumi miqdarı 8,08 qr təşkil edir (bir həbdə 0,04 qr metadon olmaqla). Vət. Təqsirləndirilən şəxs2 götürülmüş heroinin ümumi təmiz çəkisi 500,012 qramdır. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına daxildir. Həmin bağlamada olan, təmiz çəkisi 10,477 qr tünd qəhvəyi rəngli və 8,145 qr qəhvəyi rəngli maddələr narkotik, psixotrop və ya güclü təsir edən maddələrə aid deyildirlər. Cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 15063 saylı, 10 iyun 2019-cu il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs2 qızının yaşadığı evindən aşkar edilərək götürülmüş...” sözləri yazılmış polietilen bağlamada iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 3,17 qram, 4,212 qram, bir ədəd sarı rəngli qabda doqquz ədəd gümüşü rəngli kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,282 qram, 0,276 qram, 0,254 qram, 0,297 qram, 0,277 qram, 0,288 qram, 0,265 qram, 0,165 qram və 0,244 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, ümumi çəkisi 9,738 qramdır. Cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 23152 saylı, 19 sentyabr 2019-cu il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş....” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,820 qram olan heroinlə üzərində “...Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik maddələr....” sözləri olan zərfdəki ümumi təmiz çəkisi 499,812 qram olan narkotik vasitə heroinlər kimyəvi komponent tərkibinə görə eynidirlər. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 2488 saylı, 17 oktyabr 2019-cu il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 248 saylı, 30 yanvar 2020-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs Teymur Məmədov məhkəmə iclasında özünü təqsirli bilərək ifadə versə də, ona verilən ittihamın Əminə Baramovaya aid hissəsinin, yəni sonuncudan narkotik vasitə alması hissəsinin düzgün olmadığını bildirmişdir. Həmçinin, digər Təqsirləndirilən şəxs2 məhkəməyə verdiyi ifadələrində özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bildiyini göstərmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan ifadələri özünümüdafiə xarakteri daşımaqla Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad olunmasına köməklik göstərmək və ağır ittihamdan yayınmaq məqsədi güdür. Belə ki, cinayət işinin 01-ci cildinin, 161-163-cü vərəqlərində olan “şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 11 iyun 2019-cu il tarixdə müdafiəçisi Nürəddin Məmmədovun iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, o, təxminən 10 ilə yaxındır ki, bədənində olan ağrılara görə narkotik vasitə olan heroindən istifadə edir. O, narkotik vasitəni hər dəfə müxtəlif yerlərdən alır. 10 iyun 2019-cu il tarixdə təxminən günorta saat 10:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsində narkotik vasitənin satışı ilə məşğul olduğunu bildiyi Əminədən öz istifadəsi üçün 10 manata bir büküm narkotik vasitə heroin almışdır. Sonra o, oradan uzaqlaşmış və bir qədər getdikdən sonra mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və onu narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, qəbulu, saxlanması və gəzdirilməsində şübhəli olduğunu bildirərək Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. O, da razılaşmış və polis əməkdaşları ilə birlikdə 31-ci PB-nə gəlmişdir. Polis Bölməsində olan xidməti otaqların birində iki nəfər tanımadığı hal şahidinin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa təqdim etməyini təklif etmişlər. O, da razılaşmış və əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş içərisində heroin olduğunu bildiyi bükülünü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan həmin tədqim etdiyi bükümün nə olduğunu və haradan əldə etdiyi barədə soruşmuşlar. O, isə həmin bükümün içində narkotik vasitə heroin olduğunu və onu 10 iyun 2019-cu il tarixdə təxminən səhər saat 10:30 radələrində həmişə narkotik vasitə aldığı Əminə adlı qadından 10 manata öz istifadəsi üçün aldığını bilirmişdir. Bundan sonra təqdim etdiyi həmin bükümə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Sonra onun üzərinə baxış keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən keçirilmiş baxışın nəticəsinə dair protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, da həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Narkotik vasitə aludəçisi olduğu üçün narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir və saxlamışdır. Polis bölməsində üzərinə baxış keçirilən zaman ona qarşı heç bir fiziki və ya psixi təsir olmamışdır. Cinayət işinin 01-ci cildinin, 232-234-cü vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 11 iyun 2019-cu il tarixdə müdafiəçisi Nürəddin Məmmədovun iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən eyni məzmunlu ifadə verərək yuxarıda qeyd olunan cinayət əməlini törətməsini, 10 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroini almasını bir daha etiraf etmişdir. Eləcə də, cinayət işinin 01-ci cildinin, 219-222-ci vərəqlərində olan “şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 11 iyun 2019-cu il tarixdə müdafiəçisi Vidadi Məmmədovun iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, o, bədənində olan ağrılara görə narkotik vasitə olan heroindən istifadə edir. Bundan başqa, o, narkotik vasitələr olan heroin, tiryək, marixuana və şüşə kimi tanıdığı narkotik vasitələrin satışı ilə məşğul olur. O, narkotik vasitəni müxtəlif şəxslərdən əldə edir. 10 iyun 2019-cu il tarixdə təxminən günorta saat 13 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən evində olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və polis əməkdaşı kimi özlərini ona təqdim etmişlər. Bundan sonra 10 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin əldə edilib saxlanması və istifadə edilməsində şübhəli bilinərək Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət edildiyini, onun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirildiyini, baxış zamanı onun üzərindən bir büküm narkotik vasitə olan heroin aşkar edildiyini, sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir büküm narkotik vasitə heroini Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsində ondan alması barədə məlumat verdiyini bildirmişlər. Bundan sonra isə narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhələndikləri üçün iki nəfər hal şahidləri dəvət edilərək onların iştirakı ilə onun yaşadığı ünvan 3 ünvanında yerləşən evinə baxış keçirmək istədiklərini bildirmişlər və ondan bu barədə razılıq veribvermədiyimi soruşmuşlar. O, isə heç bir etiraz etməmiş və yaşadığı evə polis əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə baxış keçirilməsinə razılıq vermişdir. Bundan sonra onun evinə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və baxış zamanı onun yaşadığı evinin mətbəxində divara asılmış açıq qəhvəyi rəngli ona məxsus olan əl çantasının içərisindən bankanın içərisində heroin aşkar edilmişdir. Həmin əl çantasının içərisindən ağ rəngli plastik qapın içərisindən bükümlər və sarı rəngli sellofanın içərisindən isə narkotik tərkibli dərmanlar aşkar edilərək götürülmüşdür. Sonra isə yaşadığı evdə yataq otağında olan çarpayının altından sarı rəngli plastik qabın içərisindən plastik qablarda çoxlu sayda bükümlər aşkar edilərək götürülmüşdür. Həmin vaxt ondan həmin aşkar edilmiş maddələrin nə olması və haradan əldə edilməsi barədə soruşulmuşdur. O, isə qeyd edilən maddələrin narkotik vasitə heroin, tiryək, marixuana və şüşə kimi tanıdığı narkotik vasitələr olduğunu və onları təxminən iki ay əvvəl Astara rayonunda üzdən tanıdığı şəxsdən satmaq üçün aldığını bildirmişdir. Sonra isə 10 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitə heroin satıb-satmamağı barədə soruşulmuş və o, da Təqsirləndirilən şəxs1 bir büküm narkotik vasitə heroini 10 manata satdığını etiraf etmişdir. Bundan sonra yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitələr qablaşdırılaraq götürülmüşdür. Axırda isə yaşadığı mənzilə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar, eləcə də, o, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. 10 iyun 2019-cu il tarixdə yaşadığı ünvan 3 ünvanında yerləşən evindən aşkar edilərək götürülmüş heroin, tiryək, marixuana və şüşə kimi tanıdığı narkotik vasitələrin hamısı ona məxsusdur. O, yaşadığı evindən aşkar edilərək götürülmüş narkotik vasitələrin hamısını təxminən iki ay bundan əvvəl Astara rayonunda tanımadığı şəxsdən satmaq məqsədilə əldə etmişdir. Həmin narkotik vasitələri satmaq üçün əldə etdiyinə görə yaşadığı ünvan 3 ünvanında yerləşən evində saxlamışdır. Təxminən bir ilə yaxındır ki, narkotik vasitələrin satışı ilə məşğul olur. İlkin olaraq verdiyi izahatında elə düşünmüşdür ki, qızının adını versə, cinayət məsuliyyətindən yaxa qurtara biləcəkdir. Buna görə də, yaşadığı evindən aşkar edilmiş narkotik vasitələrin qızı Şəfiqəyə məxsus olduğunu yalandan bildirmişdir. Lakin hazırda dəqiq olaraq bildirir ki, yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin hamısı ona məxsusdur və özü narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə evindən aşkar edilmiş narkotik vasitələri təxminən iki ay bundan əvvəl Astara rayonunda tanımadığı şəxsdən satış məqsədilə almışdır.Yaşadığı evə baxış keçirilən zaman və Polis Bölməsində olduğu zaman ona qarşı heç bir fiziki və psixi təsir olmamışdır. Cinayət işinin 01-ci cildinin, 232-234-cü vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 11 iyun 2019-cu il tarixdə müdafiəçisi Vidadi Məmmədovun iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən eyni məzmunlu ifadə verərək yuxarıda qeyd olunan cinayət əməlini törətməsini bir daha etiraf etmişdir. Cinayət işinin 02-ci cildinin, 110-114-cü vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 12 mart 2020-ci il tarixdə müdafiəçisi Əbülfəz Kazımovun iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən də yuxarıda qeyd olunan məzmunlu ifadə verərək yuxarıda qeyd olunan cinayət əməlini törətməsini bir daha etiraf etmişdir. Cinayət işinə əlavə olunmuş “baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” 10 iyun 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilə baxış keçirilən zaman həmin mənzilin mətbəxində divardan asılmış qəhvəyi rəngli əl çantasının içərisindən 1 ədəd şüşə bankada təmiz çəkisi 462,534 qram, bir ədəd bükümdə, təmiz çəkisi 19,630 və iki ədəd plastik qutuda 43 ədəd (26 ədəd və 17 ədəd) bükümdə, ümumi təmiz çəkisi 17,848 qram olmaqla ümumi təmiz çəkisi 500,012 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd plastik qutuda 6 ədəd bükümdə, ümumi təmiz çəkisi 5,617 qram tünd qəhvəyi rəngli qətranabənzər maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryək, ümumi çəkisi 9,738 qram olmaqla, 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,178 qram, 4,212 qram, bir ədəd sarı rəngli qabda 09 (doqquz) ədəd gümüşü rəngli kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,282 qram, 0,276 qram, 0,254 qram, 0,297 qram, 0,277 qram, 0,288 qram, 0,265 qram, 0,165 qram və 0,244 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 4 ədəd plastik qutuda, cəmi 58 ədəd bükümdə, ümumi təmiz çəkisi 6,046 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixortop maddə olan metamfetamin və 2 ədəd plastik qutuda, ümumi təmiz çəkisi 8,08 qram (bir həbdə 0,04 qram metadon olmaqla), üzərində “F/M40” yazısı həkk olunmuş 202 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər – metadon tərkibli dərman preparatı aşkar edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmələri və onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış, Təqsirləndirilən şəxs1 isə əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Belə ki, cinayət işinə əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Xətai rayon Məhkəməsinin 22 may 2007-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 26 fevral 2009-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının çəkib qurtardıqdan və məhkumluğu ödənildikdən sonra yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin məcəllənin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Beləliklə, Təqsirləndirilən şəxs1 hazırki iş üzrə təqsirləndirildiyi cinayət əməlini törədərkən məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlinə görə peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlinə görə peşman olmasını, qadın olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, “bronxial astma” xəstliyindən əziyyət çəkməsini və 3-cü qrup əlillik dərəcəsinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəli 02 iyul 2020-ci il tarixdən hesablanmalı, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs1 10 iyun 2019-cu il tarixdən 12 iyun 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli 24 noyabr 2020-ci il tarixdən hesablanmalı, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs2 10 iyun 2019-cu il tarixdən 12 iyun 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinəəsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Suraxanı rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş qalıq çəkisi 0,820 qram təşkil edən narkotik vasitə heroin, eləcə də, Təqsirləndirilən şəxs2 yaşadığı mənzilə baxış keçirilən zaman aşkar edilərək götürülmüş bir ədəd şüşə bankada, bir ədəd bükümdə və iki ədəd plastik qutuda qırx üç ədəd (26 ədəd və 17 ədəd) bükümdə, ümumi qalıq çəkisi 499,812 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd plastik qutuda altı ədəd bükümdə, ümumi qalıq çəkisi 5,327 qram tünd qəhvəyi rəngli qətranabənzər maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryək, qalıq çəkisi 9,538 qram olmaqla, iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,158 qram, 4,192 qram, bir ədəd sarı rəngli qabda doqquz ədəd gümüşü rəngli kağız bükülüdə ayrıayrılıqda təmiz çəkiləri: 0,262 qram, 0,256 qram, 0,234 qram, 0,277 qram, 0,257 qram, 0,268 qram, 0,245 qram, 0,145 qram və 0,224 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, dörd ədəd plastik qutuda, cəmi əlli səkkiz ədəd bükümdə, ümumi qalıq çəkisi 5,846 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixortop maddə olan metamfetamin və iki ədəd plastik qutuda, ümumi təmiz çəkisi 8,08 qram (bir həbdə 0,04 qram metadon olmaqla), üzərində “F/M40” yazısı həkk olunmuş 197 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər- metadon tərkibli dərman preparatı məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizalarına görə 398,82 (üç doxsan səkkiz manat səksən iki qəpik) manat xərc təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 114 (yüz on dörd) manat və Təqsirləndirilən şəxs2 284,82 (iki yüz səksən dörd manat səksən iki qəpik) manat olmaqla məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 tərəfindən 10 (on) iş saatı və Təqsirləndirilən şəxs2 Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 10 (on) iş saatı həcmində hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, vəkillər X1 və X4 tərəfindən təqsirləndirilən şəxslərə göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı Bakı şəhəri 9 saylı Vəkil Bürosuna dövlət büdcəsi hesabından hesabına hər bir vəkilə görə 60 (altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 10 iyun 2019-cu il tarixdən 12 iyun 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 10 iyun 2019-cu il tarixdən 12 iyun 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 24 noyabr 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Suraxanı rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş qalıq 0,820 qram təşkil edən narkotik vasitə heroin, eləcə də, Təqsirləndirilən şəxs2 yaşadığı mənzilə baxış keçirilən zaman aşkar edilərək götürülmüş bir ədəd şüşə bankada təmiz çəkisi 462,534 qram, bir ədəd bükümdə, təmiz çəkisi 19,630 və iki ədəd plastik qutuda qırx üç ədəd (26 ədəd və 17 ədəd) bükümdə, ümumi təmiz çəkisi 17,848 qram olmaqla ümumi təmiz çəkisi 500,012 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd plastik qutuda altı ədəd bükümdə, ümumi təmiz çəkisi 5,617 qram tünd qəhvəyi rəngli qətranabənzər maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryək, ümumi çəkisi 9,738 qram olmaqla, iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,178 qram, 4,212 qram, bir ədəd sarı rəngli qabda doqquz ədəd gümüşü rəngli kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,282 qram, 0,276 qram, 0,254 qram, 0,297 qram, 0,277 qram, 0,288 qram, 0,265 qram, 0,165 qram və 0,244 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, dörd ədəd plastik qutuda, cəmi əlli səkkiz ədəd bükümdə, ümumi təmiz çəkisi 6,046 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixortop maddə olan metamfetamin və iki ədəd plastik qutuda, ümumi təmiz çəkisi 8,08 qram (bir həbdə 0,04 qram metadon olmaqla), üzərində “F/M40” yazısı həkk olunmuş iki yüz iki ədəd qəhvəyi rəngli dairəvi formalı həblər, metadon tərkibli dərman preparatı, 499,812 qram narkotik vasitə heroin, 5, 846 qram metamfetamin, 5,327 qram tiryək və 197 ədəd həb məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizalarına görə 398,82 (üç doxsan səkkiz manat səksən iki qəpik) manat xərc Təqsirləndirilən şəxs1 114 (yüz on dörd) manat və Təqsirləndirilən şəxs2 284,82 (iki yüz səksən dörd manat səksən iki qəpik) manat olmaqla məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq zamanı, vəkillər X1 və X4 tərəfindən təqsirləndirilən şəxslərə göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı Bakı şəhəri 9 saylı Vəkil Bürosuna dövlət büdcəsi hesabından hesabına hər bir vəkilə görə 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-157/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-157/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver