Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1602/2021 08.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «FİDES» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 01 iyun 2021ci il tarixdə barəsində Bakı şəhəri, Xəzər rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyiynin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 237.2.3-cü və 234.4.3-cü və maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayının sonları ünvan 3 ünvanında yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan əkilib-becərilməsi qadağan olunmuş, külli miqdarda, yəni 75 ədəd çətənə (kannabis) bitkisi əkmiş, yetişdirmiş, aqrotexniki qaydada kultivasiya etmiş, 2021-ci ilin may ayının sonları həmin bitkiləri torpaqdan çıxararaq yaşadığı evin alt hissəsində yardımçı otağa yığaraq saxlamış, 30 may 2021-ci il tarixdə saat 19:00 radələrində Xəzər RPİ-nin 3-cü PB əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı torpaqdan çıxarılmış və yardımçı otağa yığılmış həmin 75 ədəd yaş vəziyyətdə, ümumi təmiz çəkisi 3 kq 195 qram narkotik tərkibli, əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, əkib yetişdirdiyi çətənə bitkilərinin hissəslərindən toplayaraq qurutduğu, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 5 kq 335 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı 2021-ci ilin may ayının sonları əldə edib yaşadığı evin alt hissəsində əşya yığmaq üçün nəzərdə tutulmuş yardımçı otaqda bir ədəd sintetik torbada saxlamış, 30 may 2021-ci il tarixdə saat 19:00 radələrində Xəzər RPİ-nin 3-cü PB əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı yardımçı otağa yığılmış həmin bir ədəd sintetik torbada təmiz çəkisi 5 kq 335 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikasının CM-nin 237.2.3 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, subaydır və işləmir. Əvvəllər narkotik vasitənin saxlanılmasına görə CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 2014-cü ildə o, məhkəmə qərarı ilə 4 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Hazırkı iş üzrə həbs olunmamışdan bir neçə ay əvvəl narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. Narkotik vasitəni isə Baki şəhərində tanımadığı şəxslərdən almışdır. Bir müddət əvvəl yaşadığı evin həyətində çətənə kolları əkib yetişdirmək, qurudub istifadə etmək qərarına gəlmişdir. Buna görə də o, yaşadığı evin həyətində bir sahə ayırıb və orada 2021-ci ilin mart ayında təxminən 30-40 ədəd çətənə kolu əkib onlara qulluq edib yetişdirmişdir. Onun həyətindən 75(yetmiş) ədəd kol aşkar olunmasınının səbəbiəni bilmir. Çünkü onun hesabına görə o, cəmi qırxa yaxın kol əkmişdir. Kollar yetişdikdən sonra bir hissəsi yararsız olur və kollardan normal istifadəyə yararlı az bir hissə qalır. Ona görə də o, çox kol əkmişdir. O, əkdiyi kolların tam yetişməsinə təxminən bir həftə qalmış o, kolların istifadə üçün yararsız olduğunu görüb onları torpaqdan çıxarıb yaşadığı evin alt hissəsində əşyalar yığılan otağa atmışdır. Həmin kolların çoxu orada çürümüş və bir hissəsi isə qurumuşdur. 30 may 2021-ci il tarixdə axşam saatlarında, təxminən saat 18:30 radələrində yaşadığı evin qarşısında olduğu zaman mülki geyimdə və polis formasında olan şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onun narkotik tərkibli bitkilər becərməkdə şübhəli olduğunu bildirib evin həyətinə baxış keçirməyə icazə verib-vermədiyini soruşdular. O da razılıq verib bu barədə ərizə yazmışdır. Bundan sonra evin həyətində baxış keçirilməsində iştirak etmək üçün hal şahidləri dəvət edildi. Baxış keçirilməmişdən qabaq ona və baxışda iştirak edən hal şahidlərinə hüquq və vəzifələri izah olundu. Bundan da sonra onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirildi. Baxış zamanı o, orada evin həyətində olan boş sahəni göstərib bildirmişdir ki, həmin sahəni özü təmizləyib əkin üçün hazırlamış və orada çətənə kolları əkib yetişdirmişdir. Təxminən on gün qabaq isə həmin yerdən əkdiyi kolların istifadə üçün yararsız olduğunu görüb çıxarıb evin altına yığmışdır. Polis əməkdaşları həmin yerə də baxış keçirdilər. Orada da əkib yetişdirdiyi çətənə kolları aşkar edildi. Polis əməkdaşları orada həmin kolları ayrıayrılıqda saydı və yetmiş beş ədəd çətənə kolu aşkarlandı. Bundan başqa onun həmin kollardan əldə edib qurutduğu nəşə də aşkar edilərək götürüldü. Daha sonra baxış və götürmə haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxundu. Heç bir əlavə və qeyd daxil olmadan tərtib olunmuş protokol imzalandı. Evdən aşkar olunmuş bir ədəd sintetik torbada olan qurudulmuş marixuana onun deyil. Həmin narkotik vasitənin orada necə olduğunu bilmir. O, ora ancaq kolları atmışdır. Həmin narkotik vasitə ola bilsin ki, kolların qurumuş hissələridir, lakin o, özü hər hansı torbaya narkotik vasitə yığmamışdır. O, yığdığı narkotik vasitələr istifadə üçün yarasız olmuşdur. Onun həmin narkotik vasitələri nə istifadə etmək, nə də satmaq niyyətinin olmamışdır. Keyfiyyətsiz olduqları üçün orada yığıb saxlamışdır. Başqa əlavəsi yoxdur. Şahid1 ifadəsində göstərdi ki, o, Xəzər RPİ-nin 3-cü PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 may 2021-ci il tarixdə Asim adlı şəxsin Binə qəsəbəsində yaşadığı evin həyətyani sahəsində narkotik vasitələrin becərilməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Tərəfindən həmin əməliyyat məlumatı dərhal bölmənin rəhbərliyinə raportla məruzə olunmuş və həmin məlumatın yoxlanılmasına icazə verilmişdir. Bundan sonra tərəfindən əməliyyat tədbirinin keçirilməsindən ötrü qərar qəbul olundu. Əməliyyat məlumatını yoxlamaq məqsədi ilə qrup yaradıldı. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 30 may 2021-ci il tarixdə, xx xxxxxx 1990-cı ildə ünvan 4 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs saat 18:30-da yaşadığı evin qarşısında saxlanıldı. Bundan sonra Təqsirləndirilən şəxs həyətyani sahəsinə bölmənin təhqiqatçısı, polis mayoru Vüsal Nəsirzadə tərəfindən əməliyyat qrupunun üzvləri və mütəxəssisaqronomun iştirakı ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Binə qəsəbəsi, Məmmədyarov küçəsi, ev 13 ünvanına baxış keçirildi. Baxış zamanı yaşayış evinin 1-ci mərtəbəsində 1-ci otaqdakı döşəmənin üstündə 75 ədəd çətənə kolları aşkar olundu. Kolların uzunluğu 50 sm idi. Yerə səpələnmiş vəziyyətdə idi. Növbəti otağın girişində sol tərəfdə yerdə ağ rəngli kisə aşkar olunmuşdur. Kisəyə baxış zamanı onun içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar olundu. Aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələr maddi sübut əhəmiyyəti kəsb etdiyinə görə qablaşdırılıb götürüldü. Bu barədə protokol tərtib olunub iştirakçılara ucadan oxundu. O da qeyd və etirazı olmadan protokolu imza etmişdir. Aşkar olunmuş bütün kollarar və qurudulmuş marixuana Təqsirləndirilən şəxsdir. Orada başqasının narkotik vasitəsi olmamışdır. Asim qurudulumuş marixananın ona məxsus olmamasını deməklə özünü müdafiə edir. Başqa əlavəsi yoxdur. Şahid2 Şahid1 ifadələrində göstərdiyi hallara uyğun ifadələr verib onun ifadələrində göstərdiyi halları təsdiq etdi. Şahid4 ifadələrində göstərdir ki, o, hazırda Xəzər rayonu Binə qəsəbəsində yaşayır. 30 may 2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yol ilə gedən zaman polis əməkdaşları onu hal şahidi kimi tanımadığı bir şəxsin həyətinə baxış keçirilməsində iştirak etməyə dəvət etmişdilər. O da razılaşmışdır. Orada başqa bir hal şahidinin iştirakı ilə, onun adı Şahid3 idi, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Binə qəsəbəsi, Məmmədyarov küçəsi 13, ev 11 ünvanına baxış keçirildi. Baxış keçirilməmişdən qabaq ona və digər hal şahidinə polis əməkdaşları tərəfindən onların hal şahidləri kimi hüqüq və vəzifələri izah olundu. Baxışda iştirak etmək üçün aqronom da dəvət olunmuşdu. Təqsirləndirilən şəxs həyətinə onların və aqronomun iştirakı ilə baxış zamanı həyətdə ağ rəngli kisələrdə və evin altında yerə sərilmiş vəziyyətdə çətənə kolları aşkar olundu. Polis əməkdaşları evin sahibi Təqsirləndirilən şəxs bitki kolları barəsində soruşduqda Asim bildirdi ki, həmin çətənə kolları ona məxsusdur. O, həmin kolları yaşadığı evin həyətində əkib becərmişdir. Daha sonra aşkar olunmuş kollar polis əməkdaşları tərəfindən qablaşdırııb götürüldü. Baxış zamanı Bu barədə protokol tərtib olundu və iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən, o cümldən də Təqsirləndirilən şəxs özü tərəfindən şikayət, təklif və qeyd olmadı. Hamı protokolu imza etdi. Məhkəmədə elan olunub araşqdırılmış ifadələrində Şahid3 Begi oğlu Şahid4 ifadələrində göstərdiyi hallara uyğun ifadələr verib onun ifadələrində göstərilənləri təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış Azərbaycan Milli Elmlər X1 31 may 2021-ci il tarixli, 322 saylı məktubundan görünür ki, 30 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilərkən aşkar olunmuş 75 ədəd narkotik xassəli bitki kollarına aqrotexniki qaydada qulluq olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-bioloji ekspertizasının 31 may 2021-ci il tarixli, 7/504 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş kütlə” sözləri yazılmış birinci sintetik torbada təmiz çəkisi 5335 qram (5 kq 335 qram) bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş kütlə” sözləri yazılmış ikinci sintetik torbada ümumi sayı 75 (yetmiş beş) ədəd, nəm vəziyyətdə ümumi çəkisi 3195 (3 kq 195 qram) bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş marixuana və çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-bioloji ekspertizasının 13 avqust 2021ci il tarixli, 7/765 saylı rəyindən görünür ki, təqdim edilmiş aqronomun rəyinə əsasən vət.Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş 75 (yetmiş beş) narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin msateriallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş, iki ədəd ağ rəngli sintetik torbada qablaşdırılmış 5335 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 5334, 95 qram qalığı və 75 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmış və Xəzər RPİ-də maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Məhkəmə, məhkəmədə araşdırılıb tədiq olunmuş ilkin təhqiqat materiallarını, Azərbaycan Milli Elmlər X1 31 may 2021-ci il tarixli, 322 saylı məktubunu, şahid ifadələrini, məhkəmə-bioloji ekspertizasının 31 may 2021-ci il tarixli, 7/504 saylı və 13 avqust 2021-ci il tarixli, 7/765 saylı rəyləri və məhkəmə-narkoloji ekspertizasının 22 iyul 2021-ci il tarixli, 2401 saylı rəyini işin faktiki hallarına uyğun gəldiyini nəzərə alıb onların mötəbərliyiyni qəbul edib ittihamı təsdiq edən sübütlar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs ifadələrində yaşadığı evin otağından aşkar olunmuş bir ədəd sintetik torbada olan narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmadığını, həmin narkotik vasitənin orada necə olduğunu bilmədiyini göstərdi. Məhkəmə, Təqsirləndirilən şəxs bu barədəki ifadələrinin ittihamı təsdiq edən şahid ifadələri, baxış keçirilməsi və götürmə aparılması, ekspertiza rəyləri ilə, sair sübutlarla və işin faktiki halları ilə təkzib olunduğu qənaətinə gəlib onun həmin ifadələrini özünün müdafiəsinə yönələn iddialar kimi qəbul edir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini onun tərəfindən anlaqlı vəziyyətdə törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası CM-nin 237.2.3-cü və 234.4.3-cü maddələrinin dispozisiya əlamətələrinə uyğun gəldiyi qənəaətinə gəlib onun əməllərini həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməlləri qəsdən törətməsi qənaətinə gəlib və onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı məhkəmə - bioloji ekspertizanın keçirilməsinə 188 (yüz səksən səkkiz) manat xərcələnmişdir. Ona Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 8 saylı vəkil bürosunun vəumli X6 tərəfindən 10 (on) saat hüqüq yardıim göstərilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Fides» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz) saat hüquqi yardım göstərilmişdir. Bu səbəbdən də ona 180 (yüz səksən) manat, X5 60(almış) manat ödənilməlidir. Məhkəmə, həmin xərcələri dövlət büdcsi hesabına ödənilməsini təmin edib, həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs ğlundan tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir, çünkü məhkəmədə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs həmin məbləğlərin ödənilməsindən azad olunması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Xəzər rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş, iki ədəd ağ rəngli sintetik torbaya qablaşdırılmış 5335 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 5334, 95 qram qalığı və 75 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Onun məhkumluğu ödənilmişdir. Məhkəmə də həmin halı nəzərə alır. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi təqsirli bilindiyi cinayət əməllərinin törədilməsi halları barəsində qismən ətraflı ifadələr verib cinayətin açılmasında iştirak etməsi müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 30 may 2021-ci il tarixdə şübhəli şəxs qimində tutulub 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci və 234.4.3-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib 2021-ci il tarixdə barəsində əvvəli 08 iyul 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə,həmin halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 22 iyul 2021-ci il tarixli, 2401 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il 6(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 30 may 2021-ci il tarixdən müəyyən edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə-bioloji ekspertizalarının keçirilməsinə sərf edilmiş 188 (yüz səksək səkkiz) manat Məhkəmə Ekspertiza Mərəkəzinin hesabına, ibtidai istintaq zamanı ona hüquqi yardım göstərdiyiynə görə Bakı şəhər 08 saylı Vəkil Bürosunun vəkili X5 ödənilməsi üçün 60 (altmış) manat, məhkəmədə ona hüquqi yardım göstərdyi üçün FİDES» Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Vəkillər X3 və Tədris mərkəzinin hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Xəzər RPİ-də maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş, iki ədəd ağ rəngli sintetik torbaya qablaşdırılmış 5335 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 5334, 95 qram qalığı və 75 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1602/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1602/2021
08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver